Məhkəmə qərarları › İş №1(124)-269/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-269/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-269/2022 22.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X6 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X7, Zərər çəkmiş şəxsin hüquqi varisi- X1 və onun nümayəndəsi “LLG” Vəkil Bürosunun vəkili X11 xx.xx.1993-cü ildə İmişli rayonu, Qaravəlili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Vitam MMC” şirkətində usta işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu Qaravəlili kəndində qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, nəqliyyat vasitəsini idarəetmək üçün sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan 15 oktyabr 2021-ci il tarixdə, saat 07:00 radələrində idarə etdiyi Nissan Sunny markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 40 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsi ilə Masazır dairəsi istiqamətində birtərəfli yolla hərəkət edərkən Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq tələblərini pozaraq, yəni sürücü sürücülük hüququ əldə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin yolun hərəkət hissəsin sağ kənarında dayanmış T-001 qeydiyyat nişanlı «Traktor» markalı avtomaşının qarşısından yolu sağdan sola adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində vurmuş, nəticədə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan uzun sürən komatoz vəziyətlə müşayiət olunan kəllədaxili travma, hüşun veqetativ pozğunluqları, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün və sol beyincik yarımkürəsinin üzün və bədənin çoxsaylı sıyrılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirərək, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün və sol beyincik yarımkürəsinin travmatik ödemi, baş beyinin sağa doğru minimal dislokasiyası, mədəciklərin kompressiyası ilə əlaqədar baş vermiş uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs 26 yanvar 2022-ci il tarixdə ölümünə səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sürücülük vəsiqəsi yoxdur. 26 iyun 2021-ci il tarixdə X2 Nissan Sanny markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 4000 manat verib aylıq ödənişi 440 manata danışıb kreditlə almış, yalnız avtomobilin tam pulunu ödəyib qurtarandan sonra öz adına sənədləşdirəcəyindən Fuad Şərbətov həmin avtomobili onun adına keçirməmiş, etibarnamə verməmişdir. Avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmamasına baxmayaraq o, həmin avtomobili 2021-ci ilin oktyabr ayının əvvəllərindən etibarən idarə etmişdir. 15 oktyabr 2021-ci il tarixdə, saat səhər vaxtı həmin avtomobil ilə hərəkət edərkən 7 nömrəli tam orta məktəbin yaxınlığında 2 nəfər yolun kənarında dayanan sərnişin ondan xahiş etmişdir ki, onları da Masazır dairəsində düşürsün. O da bir insanlıq edərək həmin tanımadığı iki nəfər sərnişini avtomobilinə əyləşdirmişdir. Həmin tanımadığı 2 nəfər kişi cinsli 20-25 yaşlarında şəxslər hər ikisi arxa oturacaqda əyləşmişlər. Saat 07 radələrində həmin avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə. Rəsulzadə küçəsi ilə Masazır dairəsi istiqamətində birtərəfli yolun sol tərəfi 40 km saatda sürətlə hərəkətdə olarkən bir qədər irəlidə yolun hərəkət hissəsində sağda traktorun qarşısında dayanmış və yolu sağdan sola keçmək istəyən bir nəfər cavan oğlan piyadanı görmüşdür. Həmin piyadaya çatmağa bir qədər məsafə qalmış piyada traktorun qarşısından asta sakit qaçışla yolun sağdan sola düz keçmişdir. Həmin piyada yolu qaçanda o əyləci basmış və sükanı sağa çəkmiş lakin avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, piyada avtomobilin qarşısına yola düşmüşdür. Həmin vaxtı avtomobili kənarda verib saxlamışdır. Avtomobilində olan 2 nəfər sərnişin onun avtomobilindən düşüb getmişlər. O, dərhal piyadanı avtomobilə qaldırıb Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışdır. Piyada hadisə zamanı başından zərbə aldığı üçün təcili tibbi yardım avtomobili onu Neyrocərrahiyə Xəstəxanasına aparmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu idi. Oğlu bir neçə ildir ki, Dost İş MMC şirkətində işə qəbul edilərək Abşeron rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsinə təhkim edilmişdir. 15 oktyabr 2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs evdən çıxmış və iş yerinə Abşeron rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsinə getmişdir. 15 oktyabr 2021-ci il tarixdə, saat 07:20 radələrində Abşeron rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsindən ona məlumat verilmişdir ki, Elşadı Abşeron rayonu Xırdalan şəhəri M.Ə. Rəsulzadə küçəsində avtomobil vurmuş və o Abşeron rayon xəstəxanasına aparılmışdır. O, dərhal Abşeron rayon xəstəxanısına getmiş və oradan Elşadı təcili tibbi yardım maşını ilə Neyrocərrahiyə Xəstəxanasına aparmışdır. Oğlu Elşad bir neçə ay Neyrocərrahiyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunmuş, 22 yanvar 2022-ci il tarixdə artıq vəziyyəti ağırlaşdığına görə onu yaşadığı evə gətirmişlər və Elşad xx.xx.2022-ci il tarixdə, saat 06:50 radələrində yaşadıqları evdə vəfat etmişdir. Təqsrləndirilən şəxs barəsində ən sərt qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Əkbər oğlu ifadəsində göstərdi ki, Abşeron rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsində işləyir və həmin idarəyə məxsus T-001 qeydiyyat nişanlı traktor var. 15 oktyabr 2021-ci il tarixdə, saat 07 radələrində həmin traktor M.Ə.Rəsulzadə küçəsində yolun kənarında dayanmış vəziyyətdə olmuşdur. O, özü isə həmin vaxtı traktorun yanında iş yoldaşı Zərərçəkmiş şəxs təsadüfən görmüş, biraz söhbət etdikdən sonra Elşad evinə getmək istəmişdir. Elşad onunla sağollaşmış, o özü M.Rəsulzadə küçəsi ilə Heydər Əliyev prospektinə tərəf piyada hərəkət etdiyi zaman bir neçə addım atandan sonra Elşad traktorun qabaq hissəsində dayandığı yerdən adi yerişlə Masazır dairəsi istiqamətində baxdıqda soldan sağa yolu keçmiş və M.Ə.Rəsulzadə küçəsi ilə Masazır dairəsi ilə hərəkət edən zaman sürətini bilmədiyi Nissan Sunny markalı avtomobil Elşadı yolun hərəkət hissəsində vurmuşdur. O dərhal qaçaraq ona yaxınlaşmış, Nissan Sunny markalı avtomobildən bir nəfər sürücü düşmüş, sürücü ilə o X18 markalı avtomobilə qoymuş, sürücü Elşadı xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Abşeron Rayon Polis İdarəsində müstəntiq vəzifəsində işləyir, hazırkı cinayət işi onun icraatında olmuşdur. İş üzrə Şahid və təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı da şahid öz ifadəsini təsdiq edib və protokol bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Ekspertizanın rəyi var ki, orada da sürücünün təqsiri olduğu qeyd olunmuşdur. Hadisə yerinin ətrafında müşahidə kameraları olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti vəzifəsində işləri. Hazırkı iş üzrə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3284 №li rəyi onun tərəfindən tərtib olunmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlar əsasında hadisə yeri tədqiq olunmuş və rəydə qeyd olunan nəticəyə gəlmişdir. Sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Piyadanın hərəkəti isə onlar tərəfdən tədqiq olunmur. Piyadanın surətini adi yerişlə götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 7-14). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid Əkbər oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, şahid Balğoğlan Ağayev ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu şahidin göstərdikləri ilə razılaşmamışdır. (cild 1, iş vərəqə 45) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 2791 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol alın-təpə-gicgah sümüklərinin sınıqları, sol beyincik yarımkürəsinin və beyin kötüyünün travmatik ödümi, həmçinin baş-beyinin yumşaq qişasına və mədəciklərinə qansuzma – bərk küt əşya (əşyalar) təsirindən törənmişlər; xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlukəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v.29-32) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2986 №li rəyindən görünür ki, təqdim edilmiş «Nissan Sunny» markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, fartukdə, alın şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümslədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. (i.v.33-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 8/3284 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Sunny markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v.56-59) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1027/KEŞ №li rəyindən görünür ki, Respublika Neyrocərrahiyə Xəstəxanısında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsinə daxil olmuş və ona «Qapalı kəllə beyin-travması. Baş-beyin və beyin kötüyünün ağır dərəcəli əzilməsi. Sol beyin yarımkürələrində travmatik subaraxnoidal qanama və hemorragik konyuksiya sahələri. Sol təpə sümüyünün xətti sınığı. Üzün və bədənin çoxsaylı sıyrılmış yaraları» diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində cərrahiyyə əməliyyyatı icra edilmiş və xx.xx.2021-ci il tarixdən bu günki tarixə kimi xəstəxananın reanimasiya şöbəsində stasionar müalicədədir. E. Mirzəağayevin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmətibbi müayinəsinə əsasən, onun almış olduğu travma ilə əlaqədar ümumi vəziyyətinin çox ağır və huşunun veqetativ (yəni ancaq gözlərini açır, danışmır, hərəkət etmir) olduğunu nəzərə alaraq hazırkim sağlamlıq durumu tlə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması məqsədə müvafiq deyil. (i.v.92-95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin xx.xx.2022-ci il tarixli siqnal vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:56 radələrində Xırdalan şəhəri Mirqasımov küçəsi ev 23 ünvanında yaşayan Zərərçəkmiş şəxs ölmüşdür. (i.v.96) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 04/MEŞ №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ağır vəziyyətdə «sol alın-təpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma; beyin kötüyünün və sol beyincik yarım-kürəsinin travmatik ödemi, baş beyinin sağa doğru minimal dislokasiyası, mədəciklərinin kompressiyası; üzün və bədənin çoxsaylı sıyrılmışyaraları»diaqnozu ilə Neyrocərrahiyyə xəstəxanasının reanimasiya şöbəsinə daxil olmuş, xx.xx.2021-ci il tarixdə «Sol alın-təpə-gicgah nahiyəsindən dekompressiv kraniotomiya, beyin detriti və subdural hematomasının xaric edilməsi, sərt qişasının plastikası» cərrahiyyə əməliyyatı icra edilmiş və aparılmış reanimasion müalicə tədbirlərinə baxmayaraq xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qeyd olunan xəsarətlər uzun sürən komatoz vəziyətlə müşayiət olunan kəllədaxili travma, hüşun veqetativ pozğunluqları, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma, beyin kötüyünün və sol beyincik yarımkürəsinin üzün və bədənin çoxsaylı sıyrılmış yaraları bərk küti əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdilər, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və ölümlə səbəbli əlaqələri vardır. Dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs tibbi sənədlərində yazılanlara əsasənölümünə səbəb sol alın-təpə-gicgah sümüklərinin sınıqları, baş beyin qişaları altına və mədəciklərinə qansızma; beyin kötüyünün və sol beyincik yarımkürəsinin travmatik ödemi, baş beyinin sağa doğru minimal dislokasiyası, mədəciklərin kompresiyyası ilə əlaqədar baş vermiş uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma ola bilərdi. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə xəstəxanaya daxil olarkən etil spirti qəbul etməsi ilə əlaqədar hər hansı bir qeydiyyat yoxdur. (i.v.118-121) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 1, iş vərəqə 26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamədə görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşaq var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İmişli rayonu İcra Hakimiyyəti Qaravəlili İƏD üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü cəmiyyətə yararlı, fəal, işgüzar bir şəxs kimi göstərmişdir. Həmçinin ailədə özünü təvazökar, qayğıkeş bir şəxs kimi aparmışdır. Mənfi xüsusiyyətləri qeydə alınmamışdır. ( cild 1, iş vərəqə 28) Məhkəmə, zərərçəkmiş şəxsin yolun hərəkət hissəsini qaçaraq keçməsi və bu səbəbdən təqsirləndirilən şəxsin hadisənin qarşısının ala bilmək üçün fiziki imkanın olmamasına dair müdafiə tərəfinin iddiaları ilə əlaqədar bildirir ki, təqsirləndirilən şəxsin törədilmiş əməldə təqsiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 8/3284 №li rəyi ilə yanaşı, həmin rəyi verən ekspertin ifadəsi, eləcə də hadisə zamanı orada olan və məhkəmədə dindirilməsi mümkün olan yeganə Şahid Əkbər oğlunun ifadəsi ilə tam təsdiq olunur. Məhz göstərilən sübutlara əsasən məhkəmə hesab edir ki, hadisə barədə tam, müfəssəl fikir formalaşdırmağa və bunun nəticəsində qanuni və ədalətli nəticəyə gəlməyə əsas olduğu üçün həmin sübutlar ittihamın həll edilməsi üçün mötəbər mənbə kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxsin təqsiri şahid ifadələri ilə yanaşı aşağıda şərh olunan qanunvericilik normaları baxımından da tam təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddə blanket normadır və bunun üçün sahəvi qanunvericiliyə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” 3 iyul 1999-cu il tarixli Qanunun 33-cü maddəsinin 4-cü hissədinə qeyd olunur ki, velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsi isə müəyyən etmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işinin hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan halları ilə ilə tam sübuta yetirilir, o, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Yol hərəkəti haqqında” 3 iyul 1999-cu il tarixli Qanunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı övladının olması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsi ilə nəzərdə tutulan cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. ( i.v.73-80) Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı bugündən, yəni 22 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «Nissan Sunny» markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqinə sərf olunmuş 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, ««Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 idarəsi icra etsin. İş üzrə maddi sübut olan «Nissan Sunny» markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Hazırkı hökm avtomobilin qaytarılması ilə bağlı hissədə icra olunarkən onların ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs saxlanması üçün təhvil verildiyi nəzərə alınmaqla qaytarılmış hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar