Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-269/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi (direktoru) - Nümayəndə3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin müdafiəçisi “AAA” Vəkil Bürosunun vəkili Nümayəndə5, Zərərçəkmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n nümayəndəsi – Nümayəndə1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbayca Respublikasının vətəndaşı, evli və himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X16 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 üzrə xx.xx.2019-cu il tarixli 051-K saylı əmrə əsasən, həmin tarixdən İnstitutun Neft-qaz və X4 laboratoriyasının müdiri vəzifəsində işləyərkən, xx.xx.2017-ci il tarixli vəzifə təlimatına əsasən, laboratoriya sınaqlarının keyfiyyətlə və dəqiq aparılmasına nəzarət etmək, əldə olunan nəticələrin vaxtında təyinatı üzrə verilməsi işini təşkil etmək və digər praktiki və nəzarətedici vəzifələri yerinə yetirmək, laboratoriya işçilərinin fəaliyyət və əlaqəli işini təşkil etmək, normativ sənədlərin və digər mühüm sənədlərin hazırlanması və tətbiqi işində iştirak etmək, laboratoriya dəftərlərinin düzgün yazılmasına nəzarət etmək, məhsulların sınaq protokollarını vermək, laboratoriyada sınaq məqsədilə avadanlıqlardan istifadə etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə, laboratoriya sınaqlarının aparılması, düzgün nəticələrin verilməsi, müştəri sirrinin məxfi saxlanılmasına görə məsuliyyət daşıyan maddi məsul vəzifəli şəxs qismində, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, "xxxx" MMC tərəfindən sınaqların aparılması üçün 2020-ci ilin oktyabr ayında olan müraciəti və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, həmin müəssisə tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2020-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, 227 manat dəyərində “emulsiya əsaslı boya, plastik plus” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 500 nömrəli, 227 manat dəyərində “silikonlu fasad boya” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 501 nömrəli, 227 manat dəyərində “dəmir üçün boya” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 502 nömrəli, 227 manat dəyərində “tavan üçün boya” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 503 nömrəli, 227 manat dəyərində “tekstur boya” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 504 nömrəli, 227 manat dəyərində “binder” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 505 nömrəli, 227 manat dəyərində “akrillik sopolimer asaslı hidroizolyasiya qarışığı boya” məhsullarının 14 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2020-ci il tarixli 506 nömrəli sınaq protokollarının tərtib edilməsinə baxmayaraq, aparılmış sınaqların dəyəri olan cəmi 1589 (bir min beş yüz səksən doqquz) manat pul vəsaitini İnstituta ödənilməsini təmin etməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, fərdi sahibkar X28 tərəfindən sınaqların aparılması üçün 2021-ci ilin mart ayında olan müraciəti və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, həmin şəxs tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2021-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, 145 manat dəyərində “polipropilendən hazırlanmış kisə” məhsullarının 6 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 056 nömrəli, 200 manat dəyərində “polietilen paket” məhsullarının 8 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 057 nömrəli sınaq protokollarının tərtib edilməsinə baxmayaraq, aparılmış sınaqların dəyəri olan cəmi 345 (üç yüz qırx beş) manat pul vəsaitin İnstituta ödənilməsini təmin etməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək tanışı "xxxx" MMC-nin laboratoriya müdiri barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək barələsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş "xxxx" MMC-nin laboratoriya müdiri Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəmə yolu ilə talamaq məqsədilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2021-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, 227 manat dəyərində “emulsiya əsaslı boya, plastik plus” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 400 nömrəli, 227 manat dəyərində “silikonlu fasad boya” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 401 nömrəli, 227 manat dəyərində “tavan üçün boya” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 402 nömrəli, 227 manat dəyərində “tekstur boya” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 403 nömrəli, 227 manat dəyərində “dəmir üçün boya” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 404 nömrəli, 227 manat dəyərində “binder” məhsullarının 13 göstərici üzrə sınağının nəticəsinə dair xx.xx.2021-ci il tarixli 405 nömrəli sınaq protokollarının tərtib edilməsinə baxmayaraq, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli xidmətlərin göstərilməsinə dair tərtib edilmiş formal müqaviləni Şahid1 vasitəsilə "xxxx" MMC-nin cinayətdən xəbərsiz olan direktoru Nümayəndə3 tərəfindən imzalanmasını təmin etdikdən sonra, həmin müqaviləni "xxxx" MMC-nin cinayətdən xəbərsiz olan direktoru X5 tərəfindən imzalanmasına nail olaraq, Şahid1 tərəfindən Bakı şəhəri ərazisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək "xxxx" MMC adından tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2021-ci il tarixli elektron qaiməni əlbir olduğu Şahid1 tərəfindən "xxxx" MMC-yə təqdim edilməsini təmin edib, faktiki olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış həmin sınaqların dəyəri olan 1362 manat, habelə əsassız olaraq əlavə 438 manat olaraqla, cəmi 1.800 manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nizami filialında olan AZ45AİİB400900C**********113 nömrəli bank hesabına köçürülməsini təmin edib, həmin pul vəsaiti Bakı şəhəri ərazisində nağdlaşdırıldıqdan sonra aralarında olan razılaşmaya əsasən, həmin pul vəsaitindən 1.440 manatını özünə, qalan 360 manatını əlbir olduğu Şahid1lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamış, törətdiyi həmin hərəkətləri ilə özü və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş tanışı "xxxx" MMC-nin laboratoriya müdiri Şahid1, “X33” MMC-də satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, həmin müəssisədə baş kimyaçı vəzifəsində işləmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək, habelə “X33” MMC-yə məxsus olmaqla həmin cəmiyyətdə satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, həmin müəssisədə baş kimyaçı vəzifəsində işləmiş Şahid3 etibar olunmuş əmlakı barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş sonuncular və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə təkrarən mənimsəmə yolu ilə talamaq məqsədilə, “X33” MMC ilə "xxxx" MMC arasında xx.xx.2021ci il tarixli xidmətlərin göstərilməsinə dair tərtib edilmiş formal müqaviləni Şahid1 vasitəsilə "xxxx" MMC-nin cinayətdən xəbərsiz olan direktoru Nümayəndə3 tərəfindən imzalanmasını təmin etdikdən sonra, həmin müqaviləni “X33” MMC-nin işçiləri Şahid3 və Şahid2 təqdim edib sonuncular vasitəsilə “X33” MMC-nin cinayətdən xəbərsiz olan direktoru Şahid12 tərəfindən imzalanmasına nail olmaqla, “X33” MMC tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2021-2022-ci illər ərzində ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin etməsinə baxmayaraq, həmin nümunələrin nömrələri əsasında Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin iyun ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimədə 7330 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 7330 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin iyul ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmaqla xidmətin dəyərini əks etdirən xx.xx.2021- ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimədə 4200 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3530 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 7730 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin avqust ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmaqla xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab-fakturada 2220 manat, habelə həmin hesab-fakturada “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 2000 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 4220 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin sentyabr ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmaqla xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab-faktura və həmin tarixli elektron qaimədə 5040 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 2500 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 7540 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin oktyabr ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab-fakturada 2000,0 manat, habelə həmin hesab- fakturada əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 2250 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 4250 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin noyabr ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab- faktura və xx.xx.2021-ci il tarixli elektron qaimədə 2820 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 2910 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5730,0 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2021-ci ilin dekabr ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2021-ci il tarixli hesab-fakturada 1600 manat, habelə həmin hesab-fakturada əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3590 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5190 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin yanvar ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil- təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1600 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3500 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5100 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin fevral ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 2090 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 2870 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 4960 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin mart ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhviltəslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1600 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 1980 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 3580 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin aprel ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 2190 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3800 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5990 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin may ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil- təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1600 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3040 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 4640 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin iyun ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhviltəslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab- faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1400 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 4020 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5420 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin iyul ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1490 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3900 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5390 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin avqust ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 1600 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3300 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 4900 manat, eyni niyyətlə, Şahid1 tərəfindən istintaqa məlum olmayan şəraitdə "xxxx" MMC adından 2022-ci ilin sentyabr ayında tərtib edilmiş, guya sınaqların həmin müəssisə tərəfindən aparılmasını göstərən xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil- təslim aktı”, xidmətin dəyərini əks etdirən xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimədə 2020 manat, habelə həmin hesab-faktura və elektron qaimədə əlavə olaraq “X33” MMC tərəfindən təqdim edilməmiş nümunə nömrələrini qeyd edib əsassız olaraq əlavə 3440 manat xidmət haqqı məbləğini qeyd etməklə, cəmi 5460 manat olmaqla, ümumilikdə isə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək tərtib edilmiş həmin akt və hesab-fakturaları Şahid3 vasitəsilə Şahid2 təqdim edildikdən sonra, sonuncu tərəfindən sənədləri guya yoxlanılması və verilmiş sifarişlərə uyğun olmasını təsdiq edib mühasibatlığa təqdim edilməklə, “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri olan 40.800 manat pul vəsaitini, habelə “X33” MMC- yə məxsus olmaqla, müəssisədə satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, baş kimyaçı vəzifəsində işləmiş Şahid3 etibar olunmuş 46.630 manat olmaqla, ümumilikdə 87.430 manat pul vəsaitini “X33” MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nizami filialında olan AZ45AİİB400900C**********113 nömrəli bank hesabına 2021-2022-ci illər ərzində köçürülməsini təmin edib, həmin pul vəsaitini Bakı şəhəri ərazisində nağdlaşdırıldıqdan sonra aralarında olan razılaşmaya əsasən, həmin pul vəsaitindən 14.983 manatını özünə, qalan 15.740 manatını əlbir olduğu Şahid1, 40.077 manatını Şahid3 və 16.630 manatını Şahid2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2, Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla onlara etibar olunmuş 40.800 (qırx min səkkiz yüz) manat, “X33” MMC-yə məxsus olmaqla onlara etibar olunmuş 46.630 (qırx altı min altı yüz otuz) manat olmaqla, cəmi 87.430 (səksən yeddi min dörd yüz otuz) manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, törətdiyi həmin hərəkətləri ilə özü, habelə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2, Şahid3 və Şahid1 ilə bir qrup şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n və “X33” MMC-nin pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun və Cəmiyyətin ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, vəzifəli şəxs kimi barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1, Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə təkrarən mənimsəmə və israfetmə yolu ilə talamaq məqsədilə, "xxxx" QSC-nin keyfiyyət üzrə meneceri vəzifəsində işləyən tanışı Şahid17 “Marine” və “Taurus” markalı mühərrik yağlarının sınaqlarının aparılması üçün 2021-2022-ci illər ərzində müraciətləri və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, təqdim edilmiş cəmi 525 məhsul nümunələrinin sınaqlarını həmin dövr ərzində ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, sınağın nəticələrini şifahi olaraq Şahid17 bildirməklə, 2021-2022-ci illər ərzində rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların 23.521 manat dəyərinin, hər nümunəyə görə 25 manat olmaqla, cəmi 13.125 manat hissəsini nağd qaydada Sumqayıt şəhəri ərazisində və özünün "xxxx" ASC-də olan ******************** saylı hesabına hissə-hissə köçürmə yolu ilə cinayətdən xəbərsiz olan Şahid17 alıb şəxsi ehtiyaclarına sərf etməklə mənimsəmə, qalan 10.396 manat hissəsini isə israf etməklə yolu ilə talamaqla, ümumilikdə “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri olan 23.521 (iyirmi üç min beş yüz iyirmi bir) manat pul vəsaitini qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israfetmə yolu ilə talamış, törətdiyi həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Fuad oğlu özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü 50.780 manat mənimsəmə və israf etmə epizodu üzrə təqsirli bilmir. Belə ki, həmin məbləğlə razı deyil. Məbləğ ibtidai istintaq orqanı tərəfindən düzgün müəyyən edilməmişdir. O, 2011-ci ilin may ayından “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında müxtəlif vəzifələrdə işləmiş, 2017-ci ildən isə həmin laboratoriyanın müdiri vəzifəsində işləmişdir. Onun iş fəaliyyəti nümunələrin qəbuluna nəzarət, sınaqların düzgün keçirilməsinə nəzarət, işçilərin təlimatlandırılması, lazım olduğu təqdirdə işçilərə təlimlərin keçirilməsi, analizlərin öyrədilməsi və.s işlərdən ibarət olmuşdur. O, çalışdığı müddətdə yaxşı işçı omuş, hətta 2019-cu ildə rəhbərlik tərəfindən İnstitutun ən yaxşı işçisi adına layiq görülmüşdür. Onu Nümayəndə4 dəfələrlə otağına çağırmış və onun üzərinə 50000 manat məbləğində dəftərlər qoyacaqlarını, onun baş direktor İlham Bayramovun adını qeyd etməsini, daha sonra onunla heç bir işlərinin olmayacağını bildirmişdir. Hətta Nümayəndə4 Şimal Ərazi İdarəsinin rəhbəri Səlim Hümbətov və onun işçisi Akif müəllimlə dəfələrlə söz göndərmişdir ki, Murad gəlib İlham Bayramovun adını versin, bizim onunla işimiz olmayacaq. O, bununla bağlı İlham Bayramova müraciət etmiş, İlham Bayramov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar müəllimə səs atmışdır. Hətta o, özü də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər müavinləri ilə görüşmüş və Səbinə xanımın iddialarını bildirmişdir. O, öz işçisi Röya xanımı İnstitutda görmüş və 50000 manat ittiham məsələsini soruşmuş, Röya xanım isə etiraz bildirdiklərini, amma Nümayəndə4 onları məcbur etdiyini bildirmişdir. İşçilər cihazdan çıxan bütün analizləri dəftərdə qeyd edirlər. Bütün analizlərin qiyməti şişirdilmiş şəkildə qeyd olunmuşdur. "xxxx" QSC-nin əməkdaşı onu çağırmış və ona 10000 manat civarında pul vermişdir. 2018-ci ildən 2022-ci ilin sentyabr ayına kimi “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n rəhbərliyi bir manat belə reaktiv tələbatını ödəməmişdir. 2022-ci ilin sentyabr ayında İlham Bayramov gəldikdən sonra onlar hesablamışlar ki, il ərzində 15 000 manat reaktiv təlabatına pul gedir. O, 4 il ərzində aldığı puldan hər ay 80-100 manat laboratoriyanın daxili ehtiyyaclarına xərcləmişdir. 4 il su pulu ödənilməmiş, İnstitut dövlətdən su oğurlamışlar. O, məcbur qalaraq laboratoriya xərcləri üçün pul almış və həmin pulun bir qismini müavini Natavan Murada vermişdir. "xxxx" MMC-nin laboratoriyasının "xxxx" MMC ilə müqviləsi olmuş və onlar öz aralarında rəsmi sürətdə bir qismi nağd, bir qismi köçürmə şəklində protokol hissəsi "xxxx" MMC tərəfindən ödənilmişdir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n "xxxx" MMC ilə müqviləsi olmuş və 1 il ərzində bir hesab gecikmiş, yazılmamışdır. Həmin adam dindirilmiş, hətta "xxxx" MMC-nin nümayəndəsi ona zəng edərək müstəntiqin ‘‘biz onlardan çox pul almışıq’’ dediyini bildirmiş və pulun qaytarılmasını tələb etmiş, onlar da qeyri-rəsmi formada pulu qaytarmışlar. O, 1589 manat məbləğin mənimsənilməsi ilə bağlı epizodu qəbul etmir. O, X23 iə bağlı epizodu qəbul etmiş, Bəhruz Nuri ilə "xxxx" MMC arasında müqavilə olmasını xatırlamır. 1800 manat epizodu ilə bağlı iddia edilmişdir ki, guya analizlər onların laboratoriyasında olmuşdur, amma o, həmin iddianı qəbul etməmişdir. Mənimsəmə ilə bağlı 87.430 manat və 46.630 manat epizodlarda sınağın dəyərindən artıq məbləğ qeyd olunmuş, kimə nə qədər məbləğ çatdığı aydınlaşdırılmış, ona 15000 manat məbləğin çatdığı müəyyən olunmuş və həmin ziyan da ödənilmişdir. 50.780 manat epizodu üzrə şəxs ifadəsində bildirmişdir ki, 500 neçəsə sayda nümunə olmamış, "xxxx" QSC-nin nümayəndəsi də istintaq prosesində o qədər nümunənin olmadığını bildirmiş, həmçinin hesablama düzgün aparılmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Şahid1 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan zamandan tanıyır. 2011-ci ildən həmin işdə çalışır və Şahid3 oradan tanımışdır. O, Şahid2 tanımır. Pul qazanmaq üçün cinayətkar təklifin kim tərəfindən edildiyini deyə bilmir. Onların bir il müddətinə "xxxx" MMC ilə rəsmi müqavilələri olmuş və "xxxx" MMC tərəfindən onlara rəsmi şəkildə pul köçürülmüş, o səhv edərək bu barədə hesab yazmamışdır. Həmin səhv çox güman ki, onun komputerində yoxlama aparılan zaman ortaya çıxmışdır. Bu barədə heç bir tədbir görməməsi onn təqsiri olmuşdur. O, 345 manat məbləğlə bağlı epizod üzrə sondaran pul geri qaytarılmışdır. Onların laboratoriyasının potensiyalı Şahid1 laboratoriyasından yüksəkdir. İttihamda qeyd olunmuş 1800 manat epizodu qəbul etmir. 1800 manat dəyərində sınaq "xxxx" MMC-nin öz laboratoriyasında aparılmış, həmin pul "xxxx" MMC-nin hesabına ödənilmiş, həmin pul vəsaitindən ona 600 manat pul çatmışdır. O, iş verdiyi üçün həmin pulun bir hissəsi ona çatmışdır. “X33” MMC epizodu üzrə sınağın dəyərindən 46000 manat artıq məbləğ yazılmış, həmin pul Fikrət və Zaur arasında bölünmüşdür. Həmin epizod üzrə “X33” MMC və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin epizod üzrə onların laboratoriyasında sınaq aparılmamışdır. Həmin məbləğdən 15000 manatın ona ödənilməsinin səbəbi onların laboratoriyasına nümunələrin göndərilməsi ilə bağlı olmuş və həmin nümunələr anbarda saxlanılmış, onunla bağlı sənədləşmə aparılmamışdır. 50780 manat epizodu üzrə bir analizi 10 dəfə hesablamışlar və bütün reaktivləri onun üzərinə vurmuşlar. Onların laboratoriyasında 4 il ərzində reaktiv olmayıb və qeydiyyat aparılmayıb. Bununla bağlı onların İnstitutun rəhbərliyinə rəsmi müraciətləri olmuşdur. Son 4 il ərzində İnstitut tərəfindən laboratoriyaya reaktivlərin verilməməsi ilə bağlı maliyyə şöbəsində çıxarışlar olmalıdır. O, işə qəbul olunan zaman ona vəzifə təlimatları ilə bağlı heç bir sənəd tədqim olunmamışdır. Rəsmi formada ilk olaraq İnstituta müraciət olunur, müqavilə bağlanılır qiymət tarifləri qeyd olunur, lazım olarsa əgər nümunə göndərilir və analiz edilir. Onlar bir analizi 1 dəfə də edə bilər, 10 dəfə də. Onlar düzgün nəticəyə gəlmək üçün təkrar analizlər edə bilər. Onların laboratoriyasında aparatlar hər il təmir olunmadığı üçün bir analizi bir neçə dəfə edir və orta nəticəni götürürlər. Onlar müştəridən bir analizin ödənişini alırlar. Bir boyanın analiz qiyməti 200-250 manat təşkil edir. Boya analizi biraz fəqrli analiz olduğu üçün ən az 3 dəfə analiz keçirilir. Elə sınaqlar var ki onlar reaktiv tələb etmir. Rekativ olmadığı üçün onların gəliri çox aşağı düşür. O, işdən çıxdıqdan sonra gəlirlər iki qat aşağı düşmüşdür. Onlara tələb qoymuşlar ki, hər il hesabatlar 30000-ə çatsın. 50780 manat epizodu qəbul etmir, həmin epizod üzrə qiymətlər şişirdilmiş, hər sınağa görə pul hesablanmışdır. SOCAR dəfələrlə onlardan qeyri-rəsmi analizlərin aparılmasını xahiş etmiş və o, rəhbərliyə bildirərək SOCAR-a hörmət etmişdir. Analiz nəticəsində "xxxx" QSC-ə hər hansı rəsmi sənəd təqdim edilməmiş, pul onun hesabına köçürülmüş, o, həmin pulun bir hissəsini müavininə vermiş, çox hissəsini isə iş üçün istifadə etmiş, bundan rəhbərliyin məlumatı olmuşdur. 2018-ci ilə kimi reaktiv olduğu üçün həmin müddətdə qeydiyyat aparılmış, sonradan reaktiv olmadığı üçün qeydiyyat aparılmamışdır. Yanlışlıq olmaması üçün bir analizi iki işçi dəftərində qeyd etmişdir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında istifadə olunan cihazlar ildə bir dəfə Meterologiya İnstitutu tərəfindən yoxlanılmışdır. Lakin, bu sadəcə sənədlərin verilməsi üçün formal proses olmuş, cihazların sazlığını həqiqətən yoxlaya biləcək mütəxəssis olmamışdır. Hətta sınaq laboratoriyasında fəaliyyət göstərən kimyaçılar bir məhsulun on dəfə sınağını keçirməklə, bu prosesdə institutun mütəxəssislərinə kömək olmuşlar. Mütəxəssislər tərəfindən verilən sənəd cihazların formal olaraq, standartlara cavab verdiyini və sınaq aparılmasının mümkün olduğunu göstərmişdir. O dəfələrlə, Azərbaycan Standartlaşdırma İnstitutu” X32n rəhbəri İlham Bayramova, daha əvvəl rəhbər olmuş İlqar Həsənova aparılan yoxlamaların formal olduğunu, əslində isə bir cihazın standartlara cavab veribvermədiyini yoxlamaq üçün reaktivlərdən artıq miqdarda istifadə olunduğunu və reaktiv çatışmazlığı olduğunu bildirmişdir. Bununla bağlı, “whatsapp” yazışmaları və həmçinin, rəsmi müraciətləri də olmuşdur. Meterologiya İnstitutu işləmədiyi halda, bir neçə cihaza şəhadətnamə vermişdir ki, həmin cihazlar akkreditasiya oluna bilsin. İlham Bayramov institutda 2021-ci ilin dekabr ayının sonlarında vəzifəyə gəlmiş, 2022-ci il yanvar ayından fəaliyyətə başlamışdır. Həmin vaxtdan 9 ay ərzində İlham Bayramov ona reaktiv almaq üçün pul olmadığını, müxtəlif yerlərdən nisyə reaktiv almasını bildirmiş, nəhayət 9 ay sonra, 2022-ci ilin sentyabr ayında reaktiv alınması üçün şirkətlərlə müqavilə bağlanmağa başlanılmışdır. Onun fikrincə, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan 50780 manat şişirdilmiş məbləğdir, belə ki, o, “Taurus” yağlarının sınağının aparılması nəticəsində ümumilikdə 5000-6000 manat məbləğində pul əldə etmiş, həmin məbləği də institutun xərcləri üçün istifadə etmişdir. 50000 manat məbləğin müəyyən olunmasının səbəbi isə bir analizdən təkrar-təkrar aparılması və işçilərin də bütün analizləri dəftərlərində qeyd etməsi olmuşdur. Ay ərzində iki-üç dəfə “Socar” şirkətinin nümayəndəsi instituta gəlmiş, qeyrirəsmi şəkildə pulsuz nümunələr vermiş və həmin nümunələrin sınağının aparılmasını xahiş etmiş, o bu barədə rəhbərliyə məlumat verdikdə isə, ondan işçiləri incitməməyi və qəbul etməsi tələb olunmuşdur. Həmin sınaqlar da, ittihamda qeyd olunan 525 sınağa daxil olmuş və işçilərin dəftərində də qeyd olunmuşdur. “Socar” şirkəti ilə institut arasında olan rəsmi müqaviləyə əsasən isə ayda iki dəfə institutun nümayəndəsi şirkətə getmiş, nümunələri götürmüş, sınaq laboratoriyasında həmin nümunələrin sınaqları keçirilmiş və şirkət tərəfindən sınaqlara görə, ödəniş olunmuşdur. Benzinin sınağının aparılması üçün reaktiv sərf olunmamış, sadəcə tarif cədvəllərinə uyğun olaraq qiymət 1800 manat olmuşdur. “Socar” şirkətindən müqaviləyə əsasən, ayda bir dəfə iki yanacaq-doldurma məntəqəsindən götürülən bir dizel və iki benzin yanacağının sınağı üçün qiymət təxminən, 3000-3500 manat olmuşdur. Qeyri-rəsmi gətirilən nümunələr də isə sadəcə oktan ədədinin müəyyən olunması və sıxlığın hesablanması üçün sınaqlar keçirilməsi istənilmiş, lakin sınaq keçirilərkən cihazda təkcə qeyd olunan deyil, bütün parametrlər əks olunmuş və işçilər tərəfindən dəftərdə qeydiyyat aparılmışdır. Ona görə də, aparılan sınağın qiyməti təxminən, 2000 manat olmuşdur. 1 oktan ədədinin müəyyən olunması üçün tarif cədvəlinə uyğun olaraq qiymət 40 manat olmuş, oktan ədədi müəyyən olunanda, 2000 manatlıq analiz aparılmış, çünki analizin nəticəsində oktan ədədi ilə birlikdə digər parametrlər də müəyyən olunmuşdur. Oktan ədədinin müəyyən olunması üçün, 2000 manatlıq analiz aparılarkən, reaktivlərdən sadəcə, cihazı yumaq üçün benzin istifadə olunmuşdur. İşçilər tərəfindən rəsmi aparılan sınaqlar da, dəftərdə qeyd olunduğuna görə, ona qarşı irəli sürülmüş 50000 manatlıq ittihama bu sınaqların da daxil edildiyini ehtimal edir. O sınaq laboratoriyasında işlədiyi müddətdə, həm də 2009-cu ildən 2019-cu ilə qədər, müxtəlif kurslarda fiziki və kimya fənlərindən müəllim kimi də işləmişdir. Sınaq laboratoriyasında işlədiyi vəzifədə maaşı 650 manat olmuş, reaktivləri nisyə almasına və cihazların normal işləməməsinə baxmayaraq, onun sınaq keçirməsinin səbəbi vəzifəsində qalmaq, müştərilərini itirməmək istəyi olmuşdur. 2018-2022-ci illər ərzində instituta reaktiv alınmamışdır, ona görə də, bu illərə münasibətdə reaktiv sərfiyyatını qəbul etmir. Bu barədə, istintaqda müstəntiqə ifadə verərkən də bildirmişdir. Təqsirləndirilən şəxs Fuad oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ona 179.3.2, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2012-ci ildən “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında müxtəlif vəzifələrdə, 2017-ci ildən həmin laboratoriyanın müdiri vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixdə müvəqqəti olaraq işdən kənarlaşdırılmış, xx.xx.2023-cü il tarixdə isə vəzifədən azad edilmişdir. Həmin vəzifədə işləyərkən iş fəaliyyəti sınaq üçün daxil olmuş məhsulların qeydiyyatı, yoxlanılması, yoxlamanın nəticəsinə dair protokolları tərtib edilmasınə nəzarət etmək, həmin protokolları təsdiq etmək, cihazların yararlığını yoxlamaq və sair işlərdən ibarət olmuşdur."xxxx" MMC-nin faktiki rəhbəri Şahid1lə Bakı Dövlət Universitetində eyni qrupda təhsil almış, münasibətləri həmin vaxtdan yaranmış, hər zaman da yaxşı olmuşdur. "xxxx" MMC ilə “X33” MMC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləni özü həmin müəssisədə işləyən Şahid3 təqdim edərək, həmin müqaviləni “X33” MMC-də təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Özü Zaur və Şahinə təklif etmişdir ki, həmin müqaviləni rəsmiləşdirməklə, Neft-qaz və X4 laboratoriyasında aparılan sınaqların dəyərini "xxxx" MMC-yə köçürülməsini təmin edib, həmin vəsaiti bölüşdürsünlər. Zaur həmin müqaviləni Şahid2 vasitəsilə “X33” MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilməsini təmin etmişdir. Özünün təklifi əsasında Neft-qaz və X4 laboratoriyasında aparılan sınaqlara görə "xxxx" MMC-yə köçürülən vəsaitin 18 faizi Şahid1, 10 faizi Fikrətə, qalan vəsait isə Zaurla onun arasında bölünmüşdür. Bir müddət sonra isə Zaur ona Şahid2 təklifini çatdıraraq bildirmişdir ki, sınaqların dəyərindən əlavə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturalarda artıq məbləğlər yazılsın, həmin vəsaitləri də aralarında bölünsün. Özü də bu barədə Şahinə bildirmiş, Şahin razılığını bildirdikdən sonra, Zaurun Şahinə dediyi əlavə nümunə nömrələrini əsasında Şahin tərəfindən hesab-fakturalar tərtib edərək Zaurun vasitəsilə “X33” MMC-yə təqdim edilirdi. Təqdim edilmiş həmin hesab-fakturaları isə Fikrət təsdiq edərək, mühasibatlığa ödənəlməsi üçün göndərirdi. Sonradan həmin artıq yazılmış vəsaitlər də, “X33” MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülürdü. Artıq köçürülmüş vəsaitlərin 18 faizi Şahinə, 1 faizi ona, qalan vəsait isə Zaurla Fikrətin arasında bölünürdü. Həmin, "xxxx" MMC-yə köçürülən vəsait ilkin olaraq onun tərəfindən Şahindən götürülərək Zaura, sonradan isə Şahin tərəfindən Zaura təqdim edilirdi. Özü və Şahin onlara çatan pulu götürüb, qalan vəsaiti Zaura təqdim edirdilər. Həmin vəsaitlər bankda köçürülmə aparılan gün və ya 1-2 gün müddətində Zaura verilirdi. Ümumilikdə 2021-2022-ci illər ərzində “X33” MMC tərəfindən "xxxx" MMC-yə 87.430 manat vəsait köçürülmüş, həmin vəsaitin 40.800 manatı Neft-qaz və X4 laboratoriyasında aparılan sınaqların dəyəri olmuş, qalan 46.630 manat isə əsassız olaraq artıq yazılmış vəsait olmuşdur. "xxxx" MMC-nin hesabına köçürlmüş həmin 87.430 manat vəsaitdən 15.740 manat Şahinə, 14.983 manat vəsait ona, 16.630 manat Fikrətə, 40.077 manat vəsaiti Zaura ödənilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs fiziki şəxs X17 təqdim edilmiş xx.xx.2021-ci il tarixli 056, 057 nömrəli sınaq protokollar barədə bildirmişdir ki, həmin sınaqlar həqiqətən də onun tərəfindən Neft- Qaz və X4 laboratoriyasında aparılmışdır. Lakin, həmin hesabat tərəfindən PHŞ-in maliyyə şöbəsinə təqdim edilmədiyinə görə, xidmət haqqı ödənilməmişdir. Həmçinin, "xxxx" MMC-yə məxsus boya məhsullarının sınaqları 2020 və 2021-ci illərdə Neft-qaz və X4 laboratoriyasına aparılmışdır. Həmin məhsulların sınağının nəticəsinə dair tərtib edilmiş xx.xx.2020- ci il tarixli 500, 501, 502, 503, 504, 505, 506 nömrəli protokollar tərtib edilsə də, həmin müraciət rəsmi qeydiyyata alınmamış, laboratoriyada aparılmış sınaqla bağlı hesab-faktura tərtib edilməmiş və buna görə də İnstituta vəsait daxil olmamışdır."xxxx" MMC-dən 2021-ci il tarixdə daxil olmuş məhsulların sınağı da Neft-Qaz və X4 laboratoriyasında aparılmaqla xx.xx.2021-ci il tarixli 400, 401, 402, 403, 404, 405 nömrəli protokollar tərtib edilsə də, sınağın dəyəri cəmi 1800 manat vəsait "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış formal xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-yə ödənilmişdir. Həmin vəsait, onunla Şahinin arasında olan razılaşmaya əsasən, aralarında bölünmüşdür. Belə ki, həmin 1800 manat vəsaitin 20 faizi, yəni 360 manatını Şahinə çatmış, qalan 1440 manatını Bakı şəhərində pulun köçürüldüyü günün sabahısı gün Şahin ona təqdim etmişdi. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində, Neft-Qaz və X4 laboratoriyasında ekspert-kimyaçılar Şahid6 və Şahid7 qeyd dəftərlərində aşkar olunmuş, qeydiyyata alınmadan laboratoriyada sınaqları aparılmış 525 məhsulun sınqaları barədə bildirmişdir ki, həqiqətən də, "xxxx" QSC-də keyfiyyət üzrə meneceri vəzifəsində işləyən Şahid17lə aralarında olan şifahi razılaşmaya əsasən, sonuncunun ona təqdim etdiyi “Marine” və “Taurus” markalı mühərrik yağlarının sınaqlarının aprılmasını özü rəhbərlik etdiyi Neft-qaz və X4 laboratoriyasında təşkil etmişdir. Yoxlama zamanı ekspert-kimyaçılar Şahid6 və Şahid7 dəftərlərində qeyd olunan 525-ə yaxın “Marine” və “Taurus” markalı mühərrik yağlarının sınqaları da, həmin sınaqlardır. Elçinlə aralarında olan razılaşmaya əsasən, hər sınağa görə Elçin tərəfindən 25 manat pul nağd olaraq ona əlbə-əl və ya bank kartına köçürmə yolu ilə təqdim edilmişdir. Həmin vəsaitlər ona 2021- 2022-ci illər ərzində Bakı şəhərində müxtəlif yerlərdə Elçin tərəfindən təqdim edilirdi. Lakin, həmin sınaqların sayı ilə razı deyil, həmin sınaqların sayı 525 olmamış, həmin sınaqların sayı artıq göstərilmişdir. Dəqiq neçə sınağın aparılmasını xatırlamır. Qeyd olunan Şahid17 tərəfindən təqdim edilmiş nümunələrin Neft-qaz və X4 laboratoriyasında aparıldığına görə, Elçin tərəfindən 2021-2022-ci illər ərzində ona 5000-6000 manata yaxın vəsait ödənilmişdir. Etdiyi əmələ görə peşmandır. Törtdiyi əməli maddi ehtiyacından etmiş, artıq ödənilmiş vəsaitlərin “X33” MMC epizodu üzrə 15.000 manat və fiziki şəxs Nuri Bəhruz epizodu üzrə 345 manat olmaqla cəmi 15.345 manat tərəfindən ödənilmiş, ittiham olunan məbləğin qalan qəbul etdiyi hissəsini də qısa zamanda ödənilməsini təmin edəcək (cild 6, i.vər. 200-217, cild 9, i.vər. 265-268). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, müstəntiq tərəfindən reaktivlər barədə sual verilmədiyi üçün bu barədə məlumat verməmiş ola bilər. Meteorologiya İnstitutu tərəfindən cihazlara işlək vəziyyətdə olmalarına dair şəhadətnamə verilməsinə baxmayaraq, hər sınağın 3-4 dəfə reaktiv istifadə olunaraq keçirilməsində məqsəd, düzgün nəticə əldə etmək olmuşdur. Çünki, bir şirkət digər laboratoriyada keçirilmiş sınaqdan aldığı nəticə ilə institutun sınaq laboratoriyasında alınmış nəticə arasında fərq olduqda, narazılıq bildirmişdir. Həmçinin, Meteorologiya İnstitutu həmin gün üçün cihazların işlək vəziyyətdə olmasına dair şəhadətnamə verdikdən sonra, növbəti gün cihazların işləməməsinə görə məsuliyyət daşımamışdır. O, ay ərzində sınaqlar çox olduqda, maaşdan əlavə 200-300 manat məbləğində premiya da almışdır. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-nin nümayəndəsi - direktoru Nümayəndə3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktorudur. Yoldaşı Şahid1 isə həmin cəmiyyətdə laboratoriya müdiridir. Laboratoriya mikrobioloji və fiziki-kimyəvi analizlərin həyata keçirilməsi fəaliyyəti ilə məşğuldur və hazırda da, bir çox tanınmış şirkətlə müqavilə bağlayıb, fəaliyyətini davam etdirir. İttihamda qeyd olunan Şahid1 əldə etdiyi məbləğ yalnız, onun şəxsi maraqları üçün istifadə olunmuş, həmin məbləğdən "xxxx" MMC-nin hesabına ödəniş olunmamışdır. Hadisələr baş verdiyi dövrdə elmi işi ilə bağlı xaricdə olmuş, müəssisənin fəaliyyəti ilə bağlı bütün məsələlərlə etibarnamə əsasında, yoldaşı Şahid1 məşğul olmuşdur. “X33” MMC ilə müqavilə bağlanmış və oradan alınan nümunələrin sınağı aparılmışdır. Şahid1 Təqsirləndirilən şəxsla qrup yoldaşı olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Şahid1 həyat yoldaşı olduğu üçün ona etibarnamə vermiş və bu etibarnamə əsasında Şahid1 laboratoriyaya rəhbərlik etmişdir. Şirkətlər laboratoriyaya sınaq aparılması üçün müraciət edir, bunun əsasında müqavilə bağlanır və o, yalnız həmin müqavilələrin imzalanmasında iştirak edir. Sınaq protokollarını isə laboratoriya müdiri yəni, Şahid1 imzalayır. Həmçinin, ittihamda qeyd olunan dövrdə, laboratoriyada həyata keçirilmiş sınaqlardan əldə olunan gəlirin cəmiyyətin cari hesabına köçürülməsinə etibarnamə əsasında Şahid1 nəzarət etmiş və artıq miqdarda sınaqların keçirilməsi ilə bağlı onun məlumatı olmamışdır, tez-tez xaricə gedib-gəldiyi üçün, bu məsələlərlə Şahid1 məşğul olmuşdur. Təqsirləndirilən şəxs yoldaşının qrup yoldaşı kimi tanımış, onun Şahid1 və Təqsirləndirilən şəxs arasında olan sınaqların keçirilməsi və sınaqlardan əldə olunan pulun bölüşdürülməsi ilə bağlı razılaşmadan xəbəri olmamışdır. Sonradan, Təqsirləndirilən şəxs və Şahid1 arasında bölünmüş puldan "xxxx" MMC-nin hesabına da, pul köçürüldüyünü bilmişdir. “X33” MMC-dən "xxxx" MMC-yə sınaq aparılması üçün hər hansı nümunənin təqdim edilməsi ilə bağlı rəsmi sənəd olub-olmadığını deyə bilmir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında keçirilən bütün sınaqların "xxxx" MMC-nin laboratoriyasında da keçirilməsi mümkün deyildir. “Taurus” yağlarının ümumiyyətlə, sınağı keçirilməmişdir. Əsasən, dizel yanacağının oksidləşmə sabiti və sürtünmə əmsalının müəyyən olunması üçün sınaqlar keçirilmişdir. "xxxx" MMC ilə “X33” MMC arasında müqavilə olmasına baxmayaraq, “X33” MMC-dən götürülən nümunələrin sınağının “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında aparılmasının və ödənişin "xxxx" MMC-yə edilməsinin səbəbini izah edə bilmir. Məhkəmə istintaqı zamanı “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32nin nəzdində bir neçə laboratoriya mövcuddur və həmin laboratoriyadan biri də ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasıdır. Həmin laboratoriya fiziki və hüquqi şəxslər tərəfindən edilən müraciətlər əsasında analizlər aparır, həmin analizlər əsasında aktlaşdırılaraq sertfikatlar verilir. Onlar tərəfindən 2022-ci ildə aşkar olunmuş nöqsanlar nəticəsində müvafiq əməkdaşlar tərəfindən yoxlamalar aparılmışdır. İnstitutun mövqeyi Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanların ödənilməsindən və bununla bağlı günahı olan şəxslərin cəzasını çəkməsindən ibarətdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, instituta dəyən ziyan ilkin ittihamda hesablanmışdır ki, 100.000 manatdan yuxarıdır. Həmin ziyanla bağlı istintaqda araşdırma aparılmış və ziyan sübut edilmişdir. Reaktivlərin olmaması ilə bağlı laboratoriya müdiri müraciət etdikdən sonra reaktivlərlə təmin olunmuşdur. 2022-ci ilə kimi laboratoriyaya reaktivlərin verildiyini təsdiq edən hər hansı bir sənəd yoxdur. Məhkəmə çıxışı zamanı isə nümayəndə bildirmişdir ki, hazırda İnstituta “X33” MMC ilə bağlı olan epizod üzrə dəymiş ziyan tam ödənildiyindən və müəyyən olunan məbləğ İnstututun hesabına köçürüldüyündən, həmin epizodla bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Digər epizod üzrə, yəni "xxxx" QSC ilə bağlı epizod üzrə isə ibtidai istintaq orqanı tərəfindən İnstituta dəymiş ziyanın məbləği 50780 manat müəyyən olunmuşdur. İnstitut tərəfindən isə məhkəmə istintaqı zamanı məhkəməyə yeni hesablama cədvəli təqdim olunmaqla gələcəkdə İnstituta dəymiş ziyanın məbləğinin obyektiv olaraq məhkəmə tərəfindən müəyyən olunması xahiş olunur. Məhkəmə tərəfindən gələcəkdə müəyyən olunacaq məbləğ İnstitut tərəfindən təqsirləndirilən şəxsdən tələb edilir. Məhkəmə istintaqı zamanı “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n nümayəndəsi Nümayəndə4 göstərmişdir ki, bütün laboratoriyalara göstəriş verilmişdir ki, reaktivlər çatışmadığı təqdirdə bu barədə şöbəyə məlumat verilsin. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında müraciət göndərmiş, amma tenderə görə proses uzanmış və 2022-ci ilin sentyabr ayında reaktivlər alınaraq Təqsirləndirilən şəxs təhvil verilmişdir. Onlar elektron poçt vasitəsi ilə laboratoriyalara bu barədə məlumat vermişdir. Onların müəssissində 5 laboratoriya fəaliyyət göstərir. Antiinhisar xidməti tərəfindən reaktivlərlə bağlı sənədlərn alınması barədə müraciət olunmuş, amma sənədlərin yandırıldığı barədə cavab alınmışdır. Məhkəmə istintaqı zamanı “X33” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Müdafiəçi1 göstərmişdir ki, “X33” MMC neft məhsulları laboratoriyası sınaqlarını aparan şirkətdir və aldığı sifarişləri öz laboratoriyasında aparmaq mümkün olmadıqda müqavilə əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” X32nin laboratoriyasında aparmışdır. Buna uyğun olaraq laboratoriyaya müvafiq ödənişlər edilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, “X33” MMC-nin ödəməli olduğu vəsait “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 deyil, "xxxx" MMC-yə ödənilmişdir. “X33” MMC tərəfindən "xxxx" MMC-yə 87.430 manat pul ödənilmiş, daha sonra müəyyən olunmuşdur ki, həmin pulun 46000 manatı artıq ödənilmişdir. Prokurorluqda aparılmış istintaq nəticəsində həmin vəsaitin bir qismi təqsirləndirilən şəxs tərəfindən, bir qismi isə Şahid1 və “X33” MMC-nin köhnə işçiləri Şahid3 və Şahid2 tərəfindən prokurorluğun depozit hesabına köçürülmüş, daha sonra isə həmin məbləğ bütövlükdə “X33” MMC-nin müvafiq hesabına ödənilmişdir. Hazırda “X33” MMC-nin təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC ilə “X33” MMC arasında müqavilə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar 2021-ci ilin mart ayında "xxxx" MMC olaraq laboratoriya fəaliyyətinə başlamışlar. O, həmin laboratoriyanın müdiri kimi fəaliyyət göstərmiş, təsisçi isə Nümayəndə3 olmuşdur. Həmin laboratoriya qida və qeyri-qida məhsulları üzrə fəqli analizlər aparmış, müxtəlif şirkətlərlə əməkdaşlıq etmişlər. Həmin şirkətlərdən biri də “X33” MMC olmuşdur. Həmin dövrdə analiz üçün müraciət olunmuş və onlar analiz aparmış, daha sonra qarşı tərəfdən analizlərin sayının artırılması ilə bağlı müraciət gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC 2021-ci ilin mart ayında təsis olunmuşdur və fəaliyyət dairəsi qida və qeyriqida məhsulları üzrə fəqli analizlərin aparılmasını əhatə etmişdir. Laboratoriyanın faktiki rəhbəri Selcan Haciyeva olmuş, həmin dövrdə azyaşlı uşaqları olduğu üçün işləri o idarə etmişdir. Bütün sənədləri o, tərtib etmiş, Nümayəndə3 başı qarışıq olduğu üçün ona təxmini izahlar vermişdir. O, Təqsirləndirilən şəxs 2007-ci ildən tanıyır, onunla qrup yoldaşı olmuşdur. O, “X33” MMC-ni Təqsirləndirilən şəxs görə tanımışdır. Onlar şirkəti yaradan dövrdə Murad “X33” MMC barəsində ona məlumat vermiş və onlar analizlərin aparılması barədə danışmışlar. Həmin söhbətdə o, Murad və Zaur olmuş, amma təklifi kimin verdiyini xatırlamır. Ona pul gələn zaman o, həmin pulun 18 faizini tutmuş qalanını isə vermişdir. Onlara analizlərin olunması ilə bağlı nümunələr təqdim olunmuş və həmin analizlərin aparılması ilə bağlı Muraddan dəstək almışdır. Onlara gələn nümunələrin saylarında şişirtmələr olmuş, həmin şişirtmələr əsasında mənimsəmə olmuşdur. Şişirdilmiş məbləğlər olduğu üçün o, Zaura da həmin puldan bir hissə vermişdir. “X33” MMC ilə bağlı hər hansı bir nümunə onlarda sınaqdan keçirilməmişdir. “X33” MMC ilə müqavilə bağlanmamışdan əvvəl rəhbərliklə onlar arasında razılaşma olmuş, həmin razılaşmada məbləğlər qeyd olunmuşdur. Onlar təhvil-təslimə uyğun ödəniş almışdır. Hər nümunə üçün dövlət tərəfindən standart tarif müəyyən olunmamışdır, onlar istədiyi qiyməti müəyyən edə bilirlər. “X33” MMC ilə onlar arasında əlavə müqavilələr olmuşdur. Onlar şişirdilmiş rəqəmlər vasitəsi ilə pul qazanmışdır. Sınaqları onların laboratoriyası keçirmişdir. Ona gələ pulun özünə düşən hissəsini götürmüş, qalanını vermiş, həmin qalan puldan hansı hissənin Təqsirləndirilən şəxs və Zaura çatdığını bilmir. Bunun əksi, yəni Təqsirləndirilən şəxs tərəfindən keçirilmiş sınaqları öz adına qeydiyyata salma halı baş verməmişdir. Bütün sifarişlər onlara gəlmişdir. Bütün nümunələrin üzərində BK nömrələri olmuşdur. Analizlərin cavabı çox vaxt şifahi şəkildə verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci ildə "xxxx" MMC arvadı Nümayəndə3 tərəfindən təsis edilərək, müəssisə rəsmi olaraq qeydiyyata alınmış və həmin tarixdən Nümayəndə3 müəssisənin direktoru vəzifəsində təyin edilmişdir. Özü xx.xx.2021-ci ildən müəssisənin laboratoriya müdiri vəzifəsində işləyir. "xxxx" MMC Nümayəndə3 adına təsis edilərək, sonuncu direktor vəzifəsində olsa da, müəssisənin faktiki fəaliyyəti ilə özü məşğul olur. Selcan rəsmi direktor olaraq, yalnız özünün ona təqdim etdiyi rəsmi sənədləri, müqavilələri və digər sənədləri imzalayır. Cəmiyyətin əsas fəaliyyəti qida və qeyri-qida məhsullarının analizləri, su, neft məhsulları, yuyucu vasitələr, yem məhsulları, qida əlavələri və sair analizlərin aparılmasından ibarətdir. Müəssisənin laboratoriyası Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolu, 15 ünvanında yerləşir. Həmin laboratoriya faktiki olaraq "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə əsasən həmin laboratoriyada fəaliyyət göstərir. "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, müqavilə də tarix texniki səhv olaraq xx.xx.2021-ci il qeyd edilmişdir. "xxxx" MMC-nin işçisi Şahid11 yalnız qida məhsullarının mikrobioloji və fiziki-kimyəvi analizlərini həyata keçirir. "xxxx" MMC-nin "xxxx" ASC- də hesablaşma hesabı vardır. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının müdiri işləmiş Təqsirləndirilən şəxsla Bakı Dövlət Universitetində eyni qrupda təhsil almış, münasibətləri həmin vaxtdan yaranmış, hər zaman yaxşı olmuşdur. Şahid1 səmimi olaraq verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də “X33” MMC-nin nümunələri əsasında sınaqlar aparılmamışdır. Zərərçəkmiş şəxs2 MMC-nin işçisi Şahid3 tərəfindən ona yalnız nümunələrin nömrələri təqdim edilmiş, özü də həmin nümunələrin nömrələri əsasında "xxxx" MMC-nin adından sınaq protokolları, təhvil-təslim aktları və hesab-fakturalar tərtib edərək “X33” MMC-yə göndərilmiş və həmin sənədlər əsasında da "xxxx" MMC-yə ödəniş edilmişdir. "xxxx" MMC-nin adından tərtib edilmiş həmin sənədlərin hamısı onun tərəfindən tərtib edilmişdir. Soyadının qarşısında olan imzalar özünə məxsudur. Xatırladığına görə, bəzi sənədlərdə “təhvil verdim” qrafasında “Q.Güllüzar” və “Quliyev E” soyadları qarşısında olan imzalar onun tərəfindən icra edilmişdir. Həmin sənədlər Şahid3 təqdim edilmişdir. “Təhvil aldım” qrafasında olan imzaların kimin tərəfindən icra edildiyini bilmir. Belə ki, Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, “X33” MMC-nin sifarişi əsasında Neft-qaz və X4 laboratoriyasında sınaqlar aparılacaq, lakin həmin sınaqların dəyərini "xxxx" MMC-yə ödənilməsini təmin etməklə, vəsaiti bölüşdürə bilərlər. Bunun üçün "xxxx" MMC ilə “X33” MMC arasında formal müqavilə bağlanmışdır. Bundan sonra, "xxxx" MMC tərəfindən “X33” MMC-yə təqdim edilən hesab-fakturalar əsasında "xxxx" MMC-yə vəsaitlər köçürülmüşdür. Özü yalnız ona Şahid3 tərəfindən təqdim edilən nümunələrin nömrələri əsasında hesab-fakturlalar və təhvil-təslim aktlarını yazıb Şahid3 vasitəsilə “X33” MMC-yə təqdim edirdi. Sonradan “X33” MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülən vəsaitlər özünün tərəfindən nağd qaydada bəzi hallarda Murada, əsasən isə Zaura təqdim edilirdi. Köçürülən vəsaitin 18 faizi özünə qalırdı. Qalan vəsaitin kimlərin arasında, hansı faiz nisbətində bölünməsi barədə məlumatı yoxdur. Bundan əlavə, Şahid1 ifadəsində səmimi etiraf edərək, 2021-ci ildə "xxxx" MMC-nin nümunələrinin sınağı Neft-qaz və neftkimya məhsilarının sınaq laboratoriyasında aparıldığını, lakin, Təqsirləndirilən şəxs təklifi ilə "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli müqavilə formal olaraq bağlanılmaqla sınağın dəyəri cəmi 1800 manat vəsait, tərəfindən tərtib edilmiş hesabfaktura əsasında xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin Nimzami filialında olan hesabına köçürüldüyünü, həmin vəsait Muradla aralarında bölünməklə 20 faizi, yəni 360 manatını özü götürdüyünü, qalan 1440 manatını Bakı şəhərində, pulun köçürüldüyü günün sabahısı gün əlbə-əl Murada təqdim etdiyini bildirmişdir (cild 5, i.vər. 220-225, cild 7, i.vər. 238-242). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, laboratoriyada sınaqları o özü aparmışdır. Qeyri-rəsmi sınaqların aparılması laboratoriyanın daxili prosedurlarına aiddir. Onlar analizi qeyri-rəsmi və ya resmi almasından asılı olmayaraq ödənişləri rəsmi alır. Həmin ödənişlərin fakturası olur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də satış və müqavilələr üzrə mütəxəssis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında birbaşa görmüş, daha əvvəl isə Təqsirləndirilən şəxs “Azərbaycan Standartlaşdırma İnstitutu” X32ndə işlədiyi dövrdə müqavilələrlə bağlı əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs2 MMC özü də neft, su, qida məhsullarının sınağını keçirən laboratoriya olmuş, “BP”, “Socar” kimi neft şirkətləri ilə sınaqların aparılması üçün müqavilə bağlamış, sınaqlardan bəzilərinin Zərərçəkmiş şəxs2 MMC-nin laboratoriyasında aparılması mümkün olmadıqda, başqa laboratoriya, məsələn, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 ilə müqavilə bağlanmışdır. 2021-ci ildə Zərərçəkmiş şəxs2 MMC-də kimyaçı vəzifəsində işləyən Şahid3 ona "xxxx" MMC tərəfindən sınaqların daha aşağı qiymətə aparıldığını və bunun üçün həmin müəssisə ilə müqavilə bağlamaq lazım olduğunu bildirmiş, o da cavabında müqavilə bağlanması üçün razılıq verilməsi səlahiyyətinin onda olmadığını və direktor Şahid12lə danışacağını demişdir. O, müqaviləni yoxlamış, direktora təqdim etmiş, direktor razılıq vermiş və imzalamışdır. “X33” MMC tərəfindən “Chemlab“ MMC-yə artıq vəsaitlər köçürülmüş, "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturalarda görülmüş işlərin sayı və dəyəri artıq yazılmış, Şahid3 ondan həmin artıq yazılmış vəsaitlərə görə guya işlərin görülməsinin təsdiq edilməsini xahiş etmiş, bunun üçün də, ona əlavə olaraq 500-600 manat pul ödəmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Standartlaşdırma İnstitutu” X32ndə işlədiyi dövrdə onunla bir dəfə telefon danışığı olmuşdur. Bu işlərlə bağlı Təqsirləndirilən şəxs ondan heç nə xahiş etməmişdir. Zərərçəkmiş şəxs2 MMC tərəfindən “Chemlab“ MMC-yə sifarişlər verildiyini bilmiş, təqdim edilmiş hesab-fakturalara ştamp vurmaqla, həmin ştamplarda hesab-fakturaların nə vaxt daxil olduğunu qeyd etmiş və ödəniş edilməsi üçün mühasibatlığa təqdim etmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin idarəetmə heyəti və laboratoriyası fərqli binalarda olduğundan, əksər vaxtlarda, hesab-fakturalar və müqavilələr laboratoriyaya onun adına olan zərfdə göndərilmişdir. O, hesab-fakturaların düzgünlüyünü yoxlamamışdır, bu mühasibatlığın görməli olduğu iş olmuşdur. Şahid3 ona “Chemlab“ MMC-nin daha ucuz qiymətə sınaq keçirdiyini və müqavilə bağlamalı olduqlarını deyəndə, o, sadəcə bağlanacaq müqaviləni yoxlamış və direktora təqdim etmişdir. O, kimyaçı olmadığına görə sınağın nə dərəcədə keyfiyyətli keçirilibkeçirilmədiyini bilməmişdir. Onun vəzifə təlimatı Zərərçəkmiş şəxs2 MMC-nin hər hansı fiziki və hüquqi şəxslə bağladığı müqavilələrə nəzarət etmək, həmçinin, hesab-fakturaları sistemə daxil edərək tarixlərini və hansı layihəyə aid olduğunu qeyd etmək və elektron qaimə yazılması üçün mühasibatlığa təqdim etmək olmuşdur. O, Şahin və Muradı ilk dəfə bir il əvvəl görmüşdür. O, “X33” MMC-nin işçisi olmuş və dəfələrlə onlara analizlər üçün nümunələr gəlmişdir. Bir dəfə Zaur əlavə şirkət "xxxx" MMC-nin onlarla işləmək istəməsi barədə məlumat gətirmiş və o, həmin müqaviləni direktora təqdim etmişdir. Direktor 1-2 gün keçdikdən sonra həmin müqaviləyə möhür vurmuş və ona göndərmiş, o da həmin vüqaviləni Zaura göndərmişdir. "xxxx" MMC tərəfindən görülən işlərin sayının artıq yazılmasından məlumatlı olmuş, hətta həmin işdən ona pul çatmışdır. O, "xxxx" MMC-nin öz laboratoriyası olduğunu bilmişdir. Ödənişləri Zaur hesablayıb ona vermiş, neçə faiz götürdüyünü bilməmiş, təxmini 10 faiz ona ödənilmişdir. Muad Hüseynov onunla əlaqə saxlamamış və sınaqların onların laboratoriyasında keçirildiyini dəməməsini bildirmişdir. Murad zəng edənə kimi o, sınaqların "xxxx" MMC-də keçirildiyini bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də satış və müqavilələr üzrə mütəxəssis vəzifəsində işləmiş, 2022-ci ilin dekabr ayında işlədiyi ştat ləğv edildiyinə görə işdən azad olunmuşdur. Həmin vəzifədə işləyərkən “X33” MMC-yə təqdim edilmiş hesab-fakturalar əsasında ödənişlərin həyata keçirilməsi üçün hesab-fakturaları təhlil edib mühasibatlığa təqdim edirdi.“X33” MMC-yə müxtəlif şirkətlər tərəfindən təqdim edilmiş nümunələrin sınaqların keçirilməsi barədə sifarişlər daxil olur. Sifarişlərdə göstərilən bəzi sınaqlar Cəmiyyətin laboratoriyasında aparılması imkanı olmadıqda, cəmiyyətlə digər laboratoriyalar arasında bağlanmış müqavilələr arasında həmin sınaqların aparılmasını digər laboratoriyalara həvalə edilir. Bu məqsədlə “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 ilə bağlanmış müqavilə əsasıda bəzi sifarişlər həmin phş-nin Neft-qaz və X4 laboratoriyasına həvalə edilmişdir. Təxminən 2021-ci ilin aprel ayında “X33” MMC-da kimyaçı vəzifəsində işləyən Şahid3 ona "xxxx" MMC-nin adından tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləni təqdim edərək, Neft-qaz və X4 laboratoriyası tərəfindən "xxxx" MMC törəmə müəssisəsi kimi təqdim edildiyini və ödənişin həmin müəssisəyə edilməsi üçün həmin cəmiyyətlə də müqavilə bağlamaq lazım olduğunu bildirmşidir. Özü də Şahid3 dediklərini “X33” MMC-nin direktoruna bildirməklə, həmin müqaviləni imzalamaq üçün ona təqdim etmişdir. Həmçinin, Şahid2 istintaqa verdiyi ilkin ifadəsində "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturaların özünün tərəfindən yoxlanılaraq, təhvil- təslim aktlarına əsasən fakturada qeyd olunmuş işlərin görüldüyünü təsdiq etdiyini, həmin aktların ona Şahid3 tərəfindən təqdim edildiyini, bəzi hallarda həmin aktlar onun tərəfindən “X33” MMC-nin möhürü ilə təsdiq edildiyini, “X33” MMC tərəfindən "xxxx" MMC-yə ödənilən vəsaitlər tam olaraq X4 laboratoriyasında sınaqları aparılmış nümunələrin dəyəri olduğunu bildirsə də, sonradan istinaqa əlavə olaraq ifadə verərkən, səmimi ifadə vermək istədiyi bildirməklə, “X33” MMC tərəfindən “Chemlab“ MMC-yə artıq vəsaitlər köçürüldüyünü, "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturalarda görülmüş işlərin sayı və dəyərinin artıq yazıldığını, həmin artıq yazılmış vəsaitlərə görə güya işlərin görülməsinin təsdiq edilməsini ondan Şahid3 xahiş etdiyini, bunun üçün Zaur tərəfindən ona artıq ödənilmiş vəsaitin təxminən 10 faizi ödənildiyini etiraf etmişdir. Şahid2 həmçinin bildirmişdir ki, təxminən 2022-ci ilin dekabr ayında Neft- qaz və X4 laboratoriyasının direktoru Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək, hər hansı şəxs tərəfindən soruşulduğu halda “X33” MMC-nin sifarişlərinin sınaqlarının "xxxx" MMC-nin laboratoriyasında aparıldığını bildirməyini xahiş etmişdir (cild 5, i.vər. 149-153). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “X33” MMC-də kimyaçı və mütəxəssis vəzifəsində işləmişdir. Onların avadanlıqları olmadığı üçün analiz üçün digər laboratoriyalara müraciət etmişlər. Onlar Muradgilin də laboratoriyasına nümunələr göndərmiş, bəzən elə olmuşdur ki, onun yolu Sumqayıta düşmüş və nümunələri özü gətirmişdir. Sonradan Muradgilin özləri "xxxx" laboratoriyası açmış və həmin laboratoriyanın da onlarla müqaviləsi olmasını istəmişdir. O, Muradın xahişi ilə müqavilələr üzrə mütəxəssis olan Fikrətə müraciət etmiş və Fikrət onlardan müqavilə istəmişdir. Daha sonra nümunələr Muradgilin laboratoriyasına göndərilmiş, ödənişlər isə "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs “X33” MMC vasitəsi ilə çoxdan tanımışdır. Murad onların yeni laboratoriyası olduğunu və adının "xxxx" MMC olduğunu bildirmişdir. O, "xxxx" MMC-yə nümunələr verməmiş, bəzi hallarda sürücü olmayan zaman Muradgilin laboratoriyasına nümunələr aparmışdır. O, "xxxx" MMC-nin sınaq protokollarını görməmişdir. Artıq ödənişlərdən ona da ödəniş olunmuş və həmin ödənişi bəzi hallarda Şahin, bəzi hallarda isə Murad etmişdir. Ona təxminən 40000 manat ödəniş olunmuşdur. "xxxx" MMC-dən daxil olan nümunələri o bildirmiş, hesab faktura olunduqdan sonra ödəniş olunmuşdur. "xxxx" MMC-nin sınaq protokolları barədə onda məlumat olmamışdır. O, "xxxx" MMC-yə nümunə göndərməmişdir. Onlarda müqaviləni rəhbərlik təsdiq edir. Sınaqların qiymətlərindən onun məlumatı olmamışdır. "xxxx" MMC-də hansı sınaqların keçirildiyi barədə onun məlumatı olmamışdır. İbtdai istintaq zamanı verdiyi ifadələri təsdiq edir. Müqavilə bağlamaq təklifini Murad etmiş, sonradan müqavilənin bağlanmasını Fikrət bildirmişdir. Onlar "xxxx" MMC və Muradla danışan zaman ödəniş məsələsi barədə razılaşmış, daha sonra Fikrət müəyyən nümunələrin artıq yazılmasını təklif etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2019-cu ildən Zərərçəkmiş şəxs2 MMC-də baş kimyaçı və induktiv təmaslı cihazlar üzrə mütəxəssis vəzifəsində işləmiş, 2022-ci ilin dekabr ayında işdən çıxmışdır. Həmin vəzifədə işləyərkən özü adətən hər hansı laboratoriyaya sifarişlərin göndərilməsi ilə məşğul olmamış, bu sifarişləri əsasən laboratoriyada kimyaçı işləyən Şahid13 göndərirdi. Özü sonradan həmin laboratoriyalardan daxil olan sınaq protokollarını təhlil edirdi. Şahid3 həmçinin ifadəsində Şahid2 dediklərini təsdiq etməklə, bir dəfə Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxsla görüşdükdə, sonuncu "xxxx" MMC-nin adından tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləni təqdim edərək, "xxxx" MMC-nin Neft- qaz və X4 laboratoriyasının törəmə müəssisəsi olduğunu və ödənişin həmin müəssisəyə edilməsi üçün həmin müəssisə ilə də müqavilə bağlamaq lazım olduğunu bildirmşidir. Özü də həmin müqaviləni Şahid2 təqdim edib, Muradın dediklərini ona bildirmişdir."xxxx" MMC-yə nümunələr və sifarişlər təqdim etməmiş və həmin laboratoriyadan hər hansı sınaq protokolunun daxil olmasının şahidi olmamışdır. İstintaq zamanı ona təqdim edilmiş "xxxx" MMC-nin laboratoriyası tərəfindən tərtib edilmiş sınaq protokollarını ilk dəfədir ki, görür (cild 5, i.vər. 182-186). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2020-ci ildən “Azərbaycan Standartlaşdırılma İnstitutu” X32n Neft-Qaz və X4 laboratoriyasının ekspert-kimyaçısı vəzifəsində işləyir. Sınaqların keçirilməsi üçün nümunələr onlara Təqsirləndirilən şəxs, o olmadıqda isə Şahid5 tərəfindən təqdim olunmuşdur. Nümunələrin sınağı keçirildikdən sonra nəticə barədə Təqsirləndirilən şəxs və Şahid5 məlumat verilmişdir. Onun tərəfindən “X33” MMC-nin nümayəndələrinin təqdim etdiyi nümunələrin, o cümlədən “Marine” və “Taurus” yağlarının sınaqları həyata keçirilmiş və sınaqların nəticələri barədə dəftərində qeydiyyat aparılmışdır. Sınaqların nəticələrini dəftərində qeyd etməsinin səbəbi gün ərzində çox sayda sınaq həyata keçirilməsi və nəticələrin dəqiq, düzgün qeydiyyata alınması olmuşdur. Nəticələrin rəsmi sistemə daxil edilməsi ilə bağlı ona hər hansı göstəriş verilməmişdir. O, 2020-ci ildə laboratoriyada işə başlayanda, Şahid5 analıq məzuniyyətində olmuş və nümunələrin qeydiyyatı laboratoriyanın qeydiyyat dəftərində onun tərəfindən aparılmışdır. Şahid5 qayıtdıqdan sonra isə bu proses onun tərəfindən davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC və fiziki şəxs X13 adına tərtib edilmiş sınaq protokolları barədə məlumatı yoxdur. Sınaq aparılması üçün həmin şəxslərin adından nümunələr ona təqdim edilməmişdir. Ona yalnız nümunələr təqdim edilərkən şifahi olaraq sınağın parametrləri bildirilmiş və o da, nümunənin kim tərəfindən təqdim olunduğunu və məhsulun hansı markaya aid olduğunu dəftərində qeyd edib sınağı keçirmişdir. Nümunələr təqdim edilərkən hər hansı rəsmiləşdirmə aparılmamışdır. “Taurus” və “Marine” yağlarının sınağının kim tərəfindən sifariş olunduğunu bilməmiş, bu barədə ona Təqsirləndirilən şəxs tərəfindən göstəriş verilmişdir. O, heç vaxt sınaq protokolları tərtib etməmiş, həmin protokollar laboratoriya müdiri tərəfindən tərtib olunmuş, onun tərəfindən imzalanmışdır. “Taurus” və “Marine” yağlarında kinematik özlülüyün təyini sınağı keçirildikdən sonra, şüşə vizkozimetrin yuyulması üçün aseton və toluol kimi reaktivlərdən istifadə olunmuşdur. 10 dəfə sınaq aparılsa belə, reaktivlərdən ən sonda 1 dəfə şüşənin yuyulması üçün istifadə olunmuş və 10 sınağın hər birinin nəticəsi dəftərində qeyd olunmuşdur. 2022-ci ilin sentyabrında, o məzuniyyətdən qayıtdıqdan sonra, reaktivlərinin alındığının şahidi olmuşdur. O vaxta qədər, yəni 2020-2022-ci illər ərzində, reaktiv çatışmazlığı olduqda, bəzən Təqsirləndirilən şəxs tərəfindən təmin edilmişdir. Benzində oktan ədədinin müəyyən olunması üçün onun tərəfindən iki cihaz-zertiks və miniskan cihazlarından istifadə olunmuş, zertiks cihazında motor üsulu ilə oktan ədədi müəyyən olunduqdan sonra müqayisə üçün miniskan cihazında da sınaq aparılmış və təcrübəsiz işçi olduğu üçün əldə olunan bütün parametrlər dəftərində qeyd olunmuşdur. Lakin, yalnız oktan ədədi ilə bağlı nəticəni rəhbərliyə bildirmişdir. “Taurus” və “Marine” yağlarında kinematik özlülüyün təyini sınağı keçirilərkən isə şüşə vizkozimetr hava pompası vasitəsilə vannanın içinə yerləşdirilmiş, bu zaman reaktivlərdən istifadə olunmamış, yalnız sonda şüşə vizkozimetr yuyularkən 5-10 ml aseton və toluol reaktivlərindən istifadə olunmuşdur. O işə başlayarkən vəzifə təlimatı ilə bağlı hər hansı sənədi imzalamamış, kimyaçı kimi işə başlamış və sınaqlar həyata keçirmiş, 2022-ci ildə vəzifə təlimatı ilə tanış olmuş və imzalamış, sınaqlara nəzarəti isə Şahid5 və Təqsirləndirilən şəxs həyata keçirmişdir. Sınaqları keçirdikdən sonra nəticəsini qeyd etdiyi dəftəri təqdim etmiş və ya nəticə barədə şifahi məlumat vermişdir. Sınaq protokolları əksər vaxtlarda Təqsirləndirilən şəxs, o məzuniyyətdə olduğu dövrdə isə Şahid5 tərəfindən tərtib olunmuşdur. “X33” MMC ilə “Azərbaycan Standartlaşdırılma İnstitutu” X32n Neft-Qaz və X4 laboratoriyası arasında müqavilə olub-olmaması barədə məlumatı olmamış, yalnız “X33” MMC tərəfindən təqdim edilmiş nümunələrin sınağını keçirmişdir. Sınaqlarla bağlı ödənişlər barəsində məlumatı olmamışdır. O, maaşını rəsmi qaydada kart vasitəsilə alır, ona əlavə ödəniş olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayının 9-da Neft-Qaz və X4 laboratoriyasında ekspert kimyaçı vəzifəsinə təyin olunmuşdur. O, işə təyin olunan zaman sərbəst analizlər etməmiş, həmin analizləri Humay xanım və Natavan xanım etmişdir. Humay xanım 2021-ci ilin dekabrında məzuniyyətə çıxdıqdan sonra o, sərbəst işləməyə başlamışdır. Nümunə gələn zaman Natavan xanım onu çağırırmış və hansı parametrlər üzrə analiz aparmalı olduqlarını bildirirmiş. O, işlədiyi müddətdə - 2022-ci ildə Təqsirləndirilən şəxs laboratoriyaya reaktivlərin daxil olduğunu və Humayla birlikdə reaktiv otağına daşımalarını söyləmiş, həmin vaxt o, birinci dəfə reaktiv görmüşdür. Onlar qətran və yağ analizlərini görmüşdür. Onlar dəqiq nəticə əldə etmək üçün bir neçə dəfə analiz keçirirmişlər. Onlar qeydləri dəftərdə aparmışlar. O, Humay xanımın qeyd etdiklərini öyrənmək məqsədi ilə öz dəftərinə qeydlər etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, əgər protokolda adı varsa həmin imza ona məxsusdur. "xxxx" MMC və X14 adına olan sınaqları o keçirməmişdir. O, gələn analizlərin hansı şirkətə və hansı şəxsə məxsus olduğunu öz dəftərinə qeyd etmişdir. Analizləri gətirən ekspertərə əsasən həmin analizin hansı şirkətə məxsus olduğunu bilmişdir. O, Humay xanımın qeydlərini təkrarən öz dəftərinə qeyd etmiş və belə hallar çox baş vermişdir. O, nəticələri dəftərində qeyd edərək Natavan xanıma təqdim etmiş, “Whatsapp” proqramı vasitəsi ilə heç kimə nəticə atmamışdır. Onlar təmiz asitondan analizlərin aparılması üçün, texniki asitondan isə cihazların yuyulması üçün istifadə edirmişlər. Təqsirləndirilən şəxs reaktivlərin bitməsini o bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2007-ci ildə Bakı Dövlət Universitetində bakalavr pilləsində birlikdə təhsil almış, daha sonra 2014-cü ildən Təqsirləndirilən şəxs aparıcıkimyaçı vəzifəsində işlədiyi “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında işə daxil olmuş və o vaxtdan bir yerdə işləmişlər. "xxxx" MMC-də laboratoriya müdiri vəzifəsində işləyən Şahid1lə də bir qrupda təhsil almış, Nümayəndə3 da Şahid1lə ailə həyatı qurduqdan sonra tanımışdır. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 Neft-qaz və X4larını həyata keçirən laboratoriyadır və o, 2014-cü ildə bu laboratoriyada kimyaçı kimi işə başlamışdır. Sınaqların aparılması ilə bağlı təlimlərdən keçmiş, laboratoriyanın İSO 17025 standartlarına uyğun fəaliyyət göstərməsi ilə əlaqədar olaraq nümunələrin daxil olması, təhvil-təslimi, daxil olduqdan sonra kodlaşdırılması, həmin koda uyğun sınaqların aparılması kimi istiqamətlərdə ixtisaslaşmışdır. 3-4 il olar ki, laboratoriyanın İSO 17025 standartlarına uyğun sınaq keçirməsi ilə bağlı, prosedurların, təlimatların hazırlanması, sınaqların nəticələrinin jurnallara köçürülməsi, jurnalların tərtibatı kimi fəaliyyətləri öyrənmişdir. Laboratoriyada işlədiyi dövrdə, bir müddət “X33” MMC ilə əməkdaşlıq etmişlər. Təqsirləndirilən şəxs hansı nümunələrin sınağının aparılacağını ona bildirmiş, o da ekspert-kimyaçı vəzifəsində işlədiyindən sınaqların aparılmasını Şahid6, Şahid7 və s. işçilərə həvalə etmişdir. İşçilər sınaqları keçirdikdən sonra, nəticə barədə ona məlumat vermiş, o da, Təqsirləndirilən şəxs bildirmişdir. "xxxx" MMC-dən nümunələrin daxil olması və həmin nümunələrin sınağının aparılması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Marine” və “Taurus” yağlarında kinematik özlülüyün təyin edilməsi ilə bağlı sınaqlar keçirilmiş və nəticə barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Ödənişlərin həyata keçirilməsi və cədvəlləşdirilməsi yalnız laboratoriya müdirinin səlahiyyətində olmuşdur. Ümumi olaraq, laboratoriya müdiri tərəfindən hesab cədvəlləri yazılmış, imzalanıb, qarşı tərəfə təqdim olunmuşdur. Hesab cədvəlinin hansı qaydada yazılması barədə məlumatı olmamışdır. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs borc pul almış və daha sonra əlbəəl qaytarmışdır. “Marine” və “Taurus” yağlarının sınaqları Şahid7 və Şahid6 tərəfindən aparıldığından, onun aparılan sınaqların miqdarının artıq qeyd olunması ilə bağlı məlumatı olmamışdır. Laboratoriyaya daxil olan nümunələr əvvəlcə laboratoriya müdirinə təqdim olunmuş və normativ sənədə uyğun olaraq, hansı müəssisə tərəfindən və hansı göstəricinin tələb olunması sifariş formasında qeyd olunmuşdur. “Taurus” və “Marine” yağlarının sınaqlarının elektron sistemdə qeydiyyatının aparılıb-aparılmaması barədə məlumatı olmamış, köhnə sistemdə bu səlahiyyət laboratoriya müdirinə məxsus olduğundan, müdir tərəfindən sınaqların protokolları tərtib olunmuş və sınağı keçirən işçilər tərəfindən imzalanmışdır. Əslində isə sınaqların nəticələri rəsmi blanklarda əks olunmalıdır. O, birbaşa sınaq həyata keçirməmiş, ona məxsus dəftər olmamışdır. Kinematik özlülüyün təyini, əksər hallarda yağlarla bağlı həyata keçirilən sınaq olmuşdur. Bu zaman xüsusi şüşə kapilyar viskozimetrlərə nümunə daxil edilmiş, 40, 50 və ya 100 dərəcə olan su hamamına kapilyar yerləşdirilmiş, 25-30 dəqiqə qaldıqdan sonra, saniyəölçənlə müəyyən xətt olan aralıq ölçülmüş və hər kapilyarın indeksi olduğundan, həmin indeksə vurub nəticə əldə edilmişdir. Bu sınağın tarifi ƏDV-siz 45 manatdır. Sınaqların nəticəsi dəqiq olsun deyə bir sınaq 3-4 dəfə keçirilmiş, lakin yekun olaraq, tarif 45 manat qeyd olunmuşdur. Əgər 3-4 dəfə keçirilmiş sınaqda müxtəlif nəticələr əldə olunarsa, bu zaman standart maddələrə müraciət olunmuş, fərqliliyin səbəbi araşdırılmışdır. Sonda sınaqlar bitdikdən sonra, şüşə kapilyar su hamamından götürülmüş və yuyulmuşdur. O, hazırda da həmin laboratoriyada işləyir və sınaqlar bu formada həyata keçirilir. Hər hansı şirkət tərəfindən oktan ədədinin müəyyən olunması ilə bağlı sifariş daxil olduqda, həmin sınağın nəticəsində oktan ədədi ilə yanaşı, 10-a yaxın nəticə əldə olunmuş, bütün bu nəticələr dəftərlərə qeyd olunmuş, lakin şirkətdən oktan ədədinin müəyyən olunması ilə bağlı sınağın ödənişi alınmışdır. Hazırda həmin sınağın qiyməti, tarif cədvəlinə uyğun olaraq, səhv etmirsə ƏDV-siz 85 manatdır. Cihazda sınaq aparılarkən, sadəcə oktan ədədi ilə bağlı nəticənin seçilməsi mümkün olmamış, yalnız məhsulun növünün seçilməsinə imkan olmuşdur. Cihazlarla deyil, əl üsulu ilə həyata keçirilən və kimyəvi reaktivlərdən istifadə olunan sınaqlar 3-4 dəfə keçirilərkən, hər dəfə reaktivlərdən istifadə olunmuşdur. Meteorologiya İnstitutu tərəfindən, cihazlar yoxlanıldıqda və şəhadətnamələr verildikdə, hər cihaz üçün kənaraçıxmaların həddi müəyyən olunmuşdur. Buna görə də, kənaraçıxmanın nə qədər olmasının dəqiqləşdirilməsi üçün onun ümumi təcrübəsinə əsasən, həmin cihazlarla ən azı iki dəfə sınaq aparılmış, hər dəfə reaktiv istifadə olunmuş və bir sınağın qiyməti hesablanmışdır. Bütün bunlar barədə də laboratoriya müdirinə məlumat verilmişdir. Reaktivlər 2014-cü ildən bəri, yəni o, işlədiyi dövrdən institutun baş idarəsi tərəfindən təmin olunmuş, bəzən gecikmələr olmuşdur. Təqsirləndirilən şəxs baş idarə tərəfindən instituta reaktiv ayrılmaması ilə bağlı şikayətlənməmişdir. Baş idarə tərəfindən reaktivlərin neçə sınağın keçirilməsi üçün verilməsi haqqında konkret tələb olmamış, əvvəllər reaktivlərin qalıqları barədə qeydlər aparılmış və bu barədə, institutla laboratoriya işçiləri arasında narazılıq yaranmamışdır. İbtidai isintaq zamanı dəftərlərdə qeyd olunan sınaq nəticələrinin hesablanmasında Şahid6 və Şahid7 iştirak etmiş, onun sınaqların sayı barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-də keyfiyyət üzrə menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsilə tanımışdır və aralarında cəmiyyətdə istehsal olunan “Taurus” və “Marine” yağlarının sınağının keçirilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin sınaqları o, öz təşəbbüsü ilə yağların ilkin yoxlanması üçün keçirmiş və hər sınağa görə Murada təxminən 25 manat pul ödəmişdir. Sınaqların nəticələri barədə Təqsirləndirilən şəxs qeyri-rəsmi şəkildə telefonla ona məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hər ikisi kimyaçı olduğu üçün tanışları vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Hər sınaq üçün 20-25 manat pul ödəmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı təzyiq və təsir olmamış, sadəcə dəftərlərdə qeyd olunan nümunələrin sayı göstərilmiş, o da təsdiq etmişdir. Sınaqların keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxsla aralarında rəsmi müqavilə olmamış, ödənişlər ya nağd, ya da kart vasitəsilə həyata keçirilmişdir. 2021- 2022-ci illər ərzində Təqsirləndirilən şəxs təqdim etdiyi nümunələrin sayını qeyd etməmiş, statistikasını aparmamışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs aylıq təxminən 300-400 manat ödəniş etmişdir. Əslində isə "xxxx" QSC tərəfindən istehsal olunan yağ məhsullarının sınağı rəsmi olaraq "xxxx" MMC tərəfindən aparılmış və hər sınağın qiyməti 170 manat olmuşdur. Lakin özü cəmiyyətin keyfiyyət üzrə meneceri olaraq həmin məhsulların keyfiyyətinə məsuliyyət daşıdığı üçün, o cümlədən yağ nümunələrini rəsmi olaraq "xxxx" MMC-yə təqdim etməzdən əvvəl nəticələrini bilmək üçün qeyri-rəsmi olaraq X4 laboratoriyasında sınağın aparılması üçün Murada təqdim etmiş, nəticədə hər hansı yanlışlıq olduğu zaman düzəltmiş və daha sonra nümunələri "xxxx" MMC-yə təqdim etmişdir. Bir nümunədə problem aşkar olunduğu zaman, bu onun işinə mənfi təsir göstərdiyindən və xərcləri özü çəkdiyindən, belə bir üsuldan istifadə etmişdir. Dövlətə məxsus laboratoriyada “Taurus” və “Marine” yağlarında kinematik özlülüyün təyin edilməsi üçün sınağın rəsmi olaraq 45 manat olduğunu bilməmiş və Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən 25 manat ödəmişdir. Məhkəmə istintaqı zamanı Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2019-cu ildən "xxxx" QSC-də keyfiyyət üzrə meneceri vəzifəsində işləyir. Cəmiyyət istehsalat yağlarının idxalı, istehsalı və satışı ilə məşğul olur. "xxxx" QSC “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyası ilə rəsmi əməkdaşlıq etmir. Lakin, X4 laboratoriyasının müdiri vəzifəsində uzun müddət tanıdığı və yoldaşlıq münasibətləri olan Təqsirləndirilən şəxs işləyirdi."xxxx" QSC istehsal etdiyi yağ məhsullarının sınağı rəsmi olaraq "xxxx" MMC tərəfindən aparılır və bu barədə rəsmi sınaq protokolları təqdim edilir. Lakin, özü Cəmiyyətin keyfiyyət üzrə meneceri olaraq həmin məhsulların keyfiyyətinə məsuliyyət daşıdığı üçün, yağ nümunələrini rəsmi olaraq "xxxx" MMC-yə təqdim etməzdən əvvəl nəticələrini bilmək üçün qeyri- rəsmi olaraq X4 laboratoriyasında sınağın aparılması üçün Murada təqdim edirdi. Murad isə həmin yağların sınağını həmin laboratoriyada aparıb, sınağın nəticələrini qeyri-rəsmi olaraq telefonla ona bildirirdi. Muradla aralarında olan şifahi razılaşmaya görə, hər sınağa görə 25 manat pulu nağd olaraq Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə Murada əlbə-əl və ya bank kartına köçürmə yolu ilə təqdim etmişdir. Təqsirləndirilən şəxs əsasən “Marine” və “Taurus” markalı mühərrik yağlarını nümunələrini təqdim etmişdir. Bəzi vaxtlarda, bir gündə bir neçə nümunə təqdim edirdi. Təqdim etdiyi nümunələrin hesabatı tərəfindən aparılmamış, lakin 2021-2022-ci illər ərzində təxminən 500-dən artıq nümunə tərəfindən Murada təqdim edilmişdir. Şahid17 həmçinin ifadəsində bildirmişdir ki, "xxxx" QSC ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nin Neft-qaz və X4 laboratoriyası arasında müqayisəli yoxlamaların (sınaq) aparılmasına dair hər hansı müqavilə bağlanmamış, tərəfindən Murada təqdim edilmiş mühərrik yağının nümunələri müqayisəli sınağın aparılması üçün verilməmişdir. Özü Murada sınağın aparılması üçün ay ərzində təxminən 5-10 dəfə, hər dəfə bir neçə nümunə olmaqla təqdim edirdi. Hər bir laboratoriya işçisinə məlumdur ki, müqayisəli sınağın aparılması üçün, bu sayda sınaqların aparılmasına ehtiyac yoxdur, belə müqayisələr zərurət olduqda müqavilə əsasında 2-3 aydan bir aparılır. Həmçinin, yaxın günlərdə Muradla görüşdükdə, sonuncu ondan xahiş etmişdir ki, işi ilə bağlı İstintaqa ifadə verərkən, Murada təqdim etdiyi yağ nümunələrinin müqayisəli sınağın aparılması üçün, təmənnasız olaraq təqdim etdiyini bildirsin. Lakin, özü Murada bildirmişdir ki, onun dedikləri həqiqəti əks etdirmir (cild 6 iş.vər. 260-263) İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, nümunələri Təqsirləndirilən şəxs müqayisəli sınağın aparılması üçün təqdim etməmişdir. Sınağın aparılması üçün Təqsirləndirilən şəxs 25 manat şirkətin xərclərinə daxil edilərək ödənilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs universitet illərindən tanımış, daha sonra, “Azərbaycan Standartlaşdırılma İnstitutu” X32n Neft-Qaz və X4 laboratoriyasında birlikdə işləmişlər. O, əvvəllər - 2012-ci ildə institutda işləmiş, 2013-cü ildə işdən ayrılmış və kadr çatışmazlığı ilə bağlı dəvət olunduğu üçün 2017-ci ildən yenidən həmin müəssisədə rəsmi xidməti müqavilə əsasında ikinci iş kimi kimyaçı vəzifəsində işləmişdir. Sınaq laboratoriyasında neft məhsullarının, əsasən dizel yanacağının sınaq işlərinin aparılması ilə məşğul olmuş, reaktivlərin necə əldə olunması və digər məsələlərlə bağlı məlumatı olmamışdır. Ona üzərində kodlar olan nümunələr təqdim olunmuş, həmin nümunələrin sınağını aparmış, nəticələr barədə bəzən Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsi ilə məlumat vermiş, bəzən də Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş həmin sınaqların protokollarına imza çəkmişdir. “X33” MMC tərəfindən təqdim olunmuş nümunələrin də sınağını həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “X33” MMC ilə bağlı tərtib olunan sınaq protokollarında olan imzalar ona məxsusdur. Laboratoriyada 2012-ci ildə ən qəliz sınaqlar onun tərəfindən aparılmış, 2013-cü ildə işdən ayrıldıqdan sonra, 2017-ci ildə yenidən həmin sınaqların aparılması üçün instituta dəvət olunmuş, o da evi yaxın olduğu və ikinci işdə işləyə biləcəyinə görə, təklifi qəbul etmişdir. Əvvəllər yarım-ştat olaraq maaş almış, sonra isə hər keçirilən sınağa görə faiz şəklində hesablanan maaş almışdır. Təqsirləndirilən şəxs sınaqların keçiriləcəyi gün və ya 1 gün əvvəl ona zəng edərək xəbər etmiş, nümunəni stolun üstünə qoymuş, həmin nümunənin üzərində kod yazılmış, o da stolun üstündən nümunəni götürüb sınağı keçirmiş və həmin kodla nəticəni A4 vərəqində qeyd etmişdir. Növbəti gün nəticə barədə Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş sınaq protokoluna imza çəkmişdir. Onun imzasının olmadığı və başqası tərəfindən imzalanan sınaq protokolu olmamışdır. “Taurus” və “Marine” yağlarının sınaqlarını aparmamış, özünün qeyd dəftəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2018-ci ildən “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-Qaz və X4 laboratoriyasında xidməti müqavilə əsasında boya məhsullarının sınağının aparılması ilə məşğul olmuşdur. 2022-ci ildən isə işdən çıxmışdır. O, işlədiyi dövrdə nümunələr olduqda çağırılmış, yalnız ona təqdim olunan boya nümunələrinin sınağını aparmış, həmin nümunələrin hansı şirkət tərəfindən təqdim olunması barədə məlumatı olmamışdır. Qələviliyə qarşı davamlılığın yoxlanması ilə bağlı sınaqlarda reaktivlərdən istifadə olunmuşdur, reaktivlərin necə əldə olunmasından isə xəbəri olmamışdır. Sınaqları keçirdikdən sonra Təqsirləndirilən şəxs nəticələri barədə məlumat vermişdir. "xxxx" MMCyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli 400, 401, 402, 403, 404, 405 nömrəli sınaq protokollarında olan imzalar ona məxsus olmuşdur. Qələviliyə və sürtünməyə qarşı davamlılığın müəyyən olunması üçün sınaqları demək olar ki, bir dəfə həyata keçirmişdir. Bəzən bir sınaqdan bir-iki dəfə keçirmişdir. Sınaq üçün nümunələr cihazlara yerləşdirilmiş, 72 saat sonra həmin cihaz parlaqlığı, sürtünməyə qarşı davamlılığı göstərən müəyyən nəticələr vermişdir. O keçirdiyi sınaqlara görə faiz şəklində 5-6 aydan bir maaş almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq fəaliyyət göstərmiş, həmin dövrdə "xxxx" MMC ilə qarşılıqlı əməkdaşlıq əsasında "xxxx" MMC laboratoriyanın avadanlıqlarından istifadə etmişdir. “X33” MMC ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “X33” MMC tərəfindən təqdim edilmiş nümunələrin sınağı onun tərəfindən aparılmamış, həmin sınaqların keçirilməsi ilə bağlı tərtib olunmuş protokollarda soyadının qarşısında olan imzalar ona məxsus olmamışdır. "xxxx" MMC və "xxxx" MMC arasında laboratoriyada yalnız qida məhsullarının sınaqlarının aparılması ilə bağlı təxminən 2022-ci ildə müqavilə bağlanmış, başqa analizlərin aparılması bağlı aralarında heç bir razılaşma olmamışdır. Həmin qida məhsulları əksər vaxtlarda, istehlaka hazır məhsullar olmuş, şirkətlər öz məhsullarını Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən əvvəl onlara təqdim etmiş, onlar tərəfindən aparılmış sınaqlar əsasında məhsulların keyfiyyətinə müsbət və ya mənfi rəy verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı imza ilə bağlı onun ifadəsi alınmış, amma onun imzadan xəbəri olmamışdır. O, "xxxx" MMC-də laborant vəzifəsində işləyir və mikro-bioloji analizlər aparır. Sınağın nəticələrinə dair protokolu laboratoriya müdiri imzalayır. Sınaqların həyata keçirilməsi üçün onların daxili forması var, akt üzərində onlar cavab verir. “X33” MMC-də hər hansı sınaqların keçirilməsi barədə onun məlumatı olmamışdır. O, 2022-ci ilin avqust ayından həmin işdə işləyir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, işlədiyi dövrdə qida və qeyri-qida məhsulları üzrə kifayət qədər sınaqlar keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, o,“X33” MMC-nin direktorudur. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n laboratoriyasına göndərilən analizlər üzrə faktiki olaraq həmin laboratoriyada aparılsa da faktura "xxxx" MMC-dən gəldiyi üçün oraya ödəniş edilmiş, sonradan prosesin düzgün təşkil olunmadığı müəyyən olunmuşdur. Ona müqavilə təqdim olunan zaman Şahid2 "xxxx" MMC-nin “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n törəmə şirkəti olduğu bildirmişdir. Onlarda Şahid2 adında işçi olmuş və həmin işçi müqaviləni ona təqdim etmiş, o isə qəbul etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, cinayət işi başladıqdan sonra bir dəfə Şahid2lə söhbət etmiş və Fikrət ona verilən məlumatı çatdırdığını bildirmişdir. Bütün laboratoriyalarda bütün analizlər keçirilə bilmir. Bəzi avadanlıqlar onlarda mövcud olmadığı üçün və tez-tez sifarişlər olunduğu üçün başqa laboratoriya ilə müqavilə bağlayırmışlar. Onlar analizlərin Muradgilin laboratoriyasında aparıldığından məlumatlı olmuş, amma onlara ödənişlərin "xxxx" MMCyə ödənilməli olduğu bildirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, 2022-ci ildən bəri “X33” MMC-nin laboratoriyasında müdir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs laboratoriyası ilə onların laboratoriyası arasında müqavilə olmuşdur. Onlar edə bilmədikləri sınaqları Təqsirləndirilən şəxs laboratoriyasına göndərir və oradan cavab alırmışlar. O, "xxxx" MMC-nin laboratoriyasını tanımamış, ona bu barədə məlumat verilməmişdir. Təcili olan vəzyyətlərdə laboratoriya onlara şifahi cavablar vermiş, sonrakı günlərdə isə hesabatlar tədim etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş protokollarla tanış deyil. İstintaq başlayan zaman ilk olaraq onların direktorunu, daha sonra isə onları dəvət etmişlər və artıq onda "xxxx" MMC barədə məlumatları olmuşdur. Zaur müəllim əvvəllər laboratoriya mütəxəssisi vəzifəsində işləmişdir. Nümunələri laboratoriyaya arada Zaur, arada isə sürücü aparmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs son zamanlar tanımış, o, bir şirkətdən nümunə göndərmiş və həmin analizdə iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini xatırlayır. O, “X33” MMC-nin laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyası ilə onların laboratoriyaları arasında müqavilə olmuşdur. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının hazır sifariş forması olmuş, həmin sifarişlər sürücü və ya Zaur vasitəsi ilə həmin laboratoriyaya göndərilmişdir. O, "xxxx" MM-nin adını ibtidai istintaq zamanı eşitmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2001-ci ildən Zərərçəkmiş şəxs2 MMC-də laboratoriya müdiri vəzifəsində işləyir. “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyası ilə bağlanmış müqavilə əsasıda bəzi sifarişlər həmin laboratoriyaya həvalə edilmişdir."xxxx" MMC və həmin müəssisənin rəhbərini tanımır, həmin müəssisə ilə “X33” MMC-nin laboratoriyasının iş birliyi olmamış, onlara nümunələr göndərilməmiş, həmin müəssisədən sınaq protokolları alınmamışdır. İstintaq zamanı ona təqdim edilmiş "xxxx" MMC-nin laboratoriyası tərəfindən tərtib edilmiş sınaq protokollarını ilk dəfədir ki, görür."xxxx" MMC ilə “X33” MMC arasında müqavilənin bağlanması barədə məlumatı olmamışdır. Həmin Cəmiyyətlə müqavilənin bağlanması və “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasına göndərdikləri sifarişlərin ödənişinin “Chemlab “MMC-yə edilməsi barədə özünün sonradan məlumatı olmuşdur. Özü cəmiyyətdə maliyyə işləri ilə məşğul olmadığı üçün, ödənişlərin həmin müəssisəyə ödənilməsinin səbəbini dəqiq bilmir.Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş sifarişlərin əsasında aparılmış sınaqların nəticəsinə dair “sınaq protokolları” Cəmiyyətin laboratoriyasına daxil olur. Zərərçəkmiş şəxs2 MMC tərəfindən cəmiyyətdə mövcud olan “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neftqaz və X4 laboratoriyasına 2021-2022-ci il tarixlərdə göndərilmiş sifarişlər və “sınaq protokollar”ı istintaqa təqdim edilmişdir. Həmin laboratoriyaya göndərilən bütün sifarişlərin nəticələrinə dair sınaqlar həmin laboratoriyada aparılmaqla, “sınaq protokollar”ı Cəmiyyətə təqdim edilmişdir. Lakin, eyni zamanda “X33” MMC-də bir çox işlərin təcili cavablandırmaq zərurəti yarandığı hallarda işlərin məsafədən görülməsi, bəzi sifarişlərin elektron qaydada verilməsi və nəticələrin də elektron qaydada alınması səbəbindən sənədləşmə işlərinin müvafiq qaydada aparılmadığından, Neft-qaz və X4 laboratoriyasına göndərilmiş nümunələrlə əlaqədar sifarişlər “Azərbaycan Standartlaşdırma İnstitutu” phşnin blankında tərtib edilməmiş, bəzi sınaq protokolları da rəsmi qaydada daxil olmamışdır. Bu səbəbdən də, "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab- fakturalarda qeyd olunan bəzi nümunələrin sifarişləri və sınaq protokolları “X33” MMC-də aşkar edilməmişdir. Lakin, hər bir halda "xxxx" MMC tərəfindən təqim edilmiş hesab-fakturada qeyd olunan bütün sınaqlar X4 laboratoriyasına aparılan sınaqlarla əlaqədar olmuşdur (cild 5, i.vər. 193-196). Məhkəmə istintaqı zamanı Şahid16 qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2007-ci ildən “X33” MMC-nin baş mühasibi vəzifəsində işləyir. Şahid16 ifadəsində "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC arasında tərtib edilmiş sənədlər, o cümlədən hesabfakturalar,“İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil təslim akt”ları və digər sənədlər barədə bildirmişdir ki, həmin dövrdə müqavilələr şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 tərəfindən "xxxx" MMC-in təqdim etdiyi hesab-fakturalarda yazılmış məbləğin görülmüş işlə uyğunluğu yoxlanıldıqdan sonra bu barədə ödənişin icazə verilməsinə dair qeyd edilir və mühasibatlığa təqdim edilirdi. Bundan sonra həmin ödəniş mühasibatlıq tərəfindən icra edilirdi. "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabfakturalar da Fikrət müəllim tərəfindən yoxlanıldıqdan sonra ödəniş həyata keçirilmişdir. Hesab-fakturalarla birlikdə təqdim edilən “İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil təslim aktı”ları da Fikrət müəllim özü qəbul edib. Verilmiş sifarişlərin və görülmüş işlərin həcminin yoxlanlması onun səlahiyyətlərinə aid deyil. Lakin onu qeyd edə bilər ki, "xxxx" MMC-yə yalnız Neft-qaz və neft- X11 laboratoriyasında aparılan sınaq işlərinin dəyəri ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş fakturalarda da bu öz əksini tapmışdır (cild 7, i.vər. 230-233). Məhkəmə istintaqı zamanı Şahid16 qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2007-ci ildən “X33” MMC-nin baş mühasibi vəzifəsində işləyir. Şahid16 ifadəsində "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC arasında tərtib edilmiş sənədlər, o cümlədən hesabfakturalar,“İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil təslim aktı”ları və digər sənədlər barədə bildirmişdir ki, həmin dövrdə müqavilələr şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 tərəfindən "xxxx" MMC-in təqdim etdiyi hesab-fakturalarda yazılmış məbləğin görülmüş işlə uyğunluğu yoxlanıldıqdan sonra bu barədə ödənişin icazə verilməsinə dair qeyd edilir və mühasibatlığa təqdim edilirdi. Bundan sonra həmin ödəniş mühasibatlıq tərəfindən icra edilirdi. "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabfakturalar da Fikrət müəllim tərəfindən yoxlanıldıqdan sonra ödəniş həyata keçirilmişdir. Hesab-fakturalarla birlikdə təqdim edilən “İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil təslim aktı”ları da Fikrət müəllim özü qəbul edib. Verilmiş sifarişlərin və görülmüş işlərin həcminin yoxlanlması onun səlahiyyətlərinə aid deyil. Lakin onu qeyd edə bilər ki, "xxxx" MMC-yə yalnız Neft-qaz və neft- X11 laboratoriyasında aparılan sınaq işlərinin dəyəri ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş fakturalarda da bu öz əksini tapmışdır (cild 7, i.vər. 230-233). İbtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübut əhəmiyyətli sənədlər: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Xidmətin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n struktur vahidi olan Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxs tərəfindən maddi maraq müqabilində, sifarişçilər tərəfindən məhsulların sınaqlarının aparılması məqsədilə laboratoriyaya təqdim edilmiş sifarişlərin müvafiq qeydiyyata alınmadan sınaqların aparılması, İnstitutun hesabına heç bir xidmət haqqının (ödənişin) daxil olmaması, sınaqların laboratoriyada aparılmasına baxmayaraq təqdim edilmiş məhsulların sınaqlarının nəticələrinin digər qurumların adından formalaşdırıldığı və digər qanunsuz əməlləri barədə toplanmış materialların araşdırılması və hüquqi qiymətin verilməsi xahiş edilmişdir (cild 01, iş vər. 13). Cinayət işinin materiallarına əlavə olunan “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n struktur vahidi olan Neft-qaz və X4 laboratoriyasının ekspert-kimyaçıları tərəfindən aparılan sınaqların nəticələri barədə 15 ədəd işçi dəftərlərində aparılan qeydlərə əsasən rəsmi qeydiyyata alınmamış sınaqların siyahısından görünür ki, 2021-2022-ci illər əzində Laboratoriyanın ekspert-kimyaçıları Şahid6 və Şahid7 tərəfindən rəsmi qeydə alınmamış cəmi 50.780 manat dəyərində 525 məhsulun sınağı aparılmışdır. Həmin siyahı Şahid6 və Şahid7 imzaları ilə təsdiq edilmişdir (cild 01, iş vər. 129-138). Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilmişdir ki, cəmiyyət istehsal etdiyi məhsulların sınaqları müqavilə əsasında "xxxx" MMC tərəfindən aparılır, “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nin laboratoriyaları və "xxxx" MMC ilə heç bir zaman sınaqların aparılması barədə müqavilələr bağlanmamışdır (cild 02, iş vər. 149-150). Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmtinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xidmətin Əsasnaməsi və AZS ***-**** “Oxşar məhsulun sertifikatlaşdırma sistemi” Azərbaycan Respublikası Dövlət Standartına əsasən uyğunluq sertifikatının verilməsi zamanı Xidmət ilə laboratoriyalar arasında məhsulların sınağının aparılmasına dair müqavilə bağlanmır, Xidmətin nümayəndəsi tərəfindən nümunə seçilmə haqqında akt yazılaraq məhsullardan nümunə seçilir, sifarişçi ilə laboratoriya arasında bağlanmış müqavilə əsasında həmin nümunələrin sınağı aparılır və sınağın nəticəsinə dair protokololar Xidmətə təqdim edilir. Sertifikatlaşdırma prosedurları zamanı bütün hallarda sınaqların aparılması üzrə ödənişlər Xidmətin iştirakı olmadan sifarişçi ilə laboratoriya arasında bağlanmış müqavilə əsasında sifarişçi tərəfindən ödənilir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 0187 saylı uyğunluq sertifikatı (emulsiya əsaslı boya) “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının tədqiq (sınaq) nəticələrinə dair xx.xx.2021-ci il tarixli 400, 401, 402, 403, 404, 405 nömrəli protokolları, xx.xx.2020-ci il tarixli 0368 saylı (emulsiya əsaslı boya) uyğunluq sertifikatı “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının tədqiq (sınaq) nəticələrinə dair xx.xx.2020-ci il tarixli 500, 501, 502, 503, 504, 505, 506 nömrəli protokollarına əsasən verilmişdir. Həmçinin, fiziki şəxs X17 xx.xx.2021-ci il tarixli 0088 saylı uyğunluq sertifikatı (polipropilendən hazırlanmış kisə)“Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının tədqiq (sınaq) nəticələrinə dair xx.xx.2021-ci il tarixli 056 nömrəli protokolu, xx.xx.2021-ci il tarixli 0089 saylı uyğunluq sertifikatı (polietilen paket) “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft- qaz və X4 laboratoriyasının tədqiq (sınaq) nəticələrinə dair xx.xx.2021-ci il tarixli 057 nömrəli protokoluna əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə X28 və "xxxx" MMC-nin direktoru Zamin Abbasov arasında bağlanmış müqavilələrdə qeyd olunmuşdur ki, “sifarişçi” tərəfindən təqdim olunmuş məhsulların sınaqları üçün hesablanmış vəsait sınaqların nəticəsində asılı olmayaraq, sınaqları aparmış laboratoriyanın təqdim etdiyi hesab-fakturaya əsasən “sifarişçi” tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Uyğunluq sertifikatının alınması üçün 20 manat dövlət rüsumu xx.xx.2021-ci il tarixdə, 20 manat dövlət rüsumu xx.xx.2021-ci il tarixdə, 90 manat dövlət rüsumu xx.xx.2022-ci il tarixdə X24 tərəfindən ödənilmişdir. Həmçinin, Uyğunluq sertifikatının alınması üçün 20 manat dövlət rüsumu xx.xx.2021-ci il tarixdə, 20 manat dövlət rüsumu xx.xx.2020-ci il tarixdə, 30 manat dövlət rüsumu xx.xx.2022-ci il tarixdə X5 tərəfindən ödənilmişdir (cild 2, i.vər. 168-339, cild 8, i.vər. 160-347). Cinayət işinin materiallarında olan"xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə "xxxx" MMC-nin direktor müavini Cəlal Kazımovun istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrələri arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə danışıqlar olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** nömrələri arasında aşağıdaki məzmunda sms yazışması olmuşdur: 2023-01-30,15:00:34, **********41, **********08, Salam, idaredeyem, mesele qızısıb yene 2023-01- 30,15:01:00,**********41,**********08, Pulunu bir iki günə verecem narahat olma 2023-01- 30, 15:05:54,**********08,**********41, Səni görməyi istəyirdim evə gələndə görüşək də 2023-01-30, 15:06:30, **********41, **********08, Yaxsi 2023-02-17, 18:33:13, **********08, **********41, Salam Murad . Necəsən Aşağıdayam bir dənə zəhmət olmasa aşağı düş də 2023-02-17, 18:33:14, **********08, **********41, söhbət eliyək. Bundan əlavə, "xxxx" MMCnin laboratoriya müdiri Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarına əsasən müəyyən edilir ki, “Chemlab “MMC-nin adından “X33” MMC-nin adına sınaq protokollarının tərtib edildiyi tarixlərdə o, laboratoriyanın yerləşdiyi ərazidə olmamış, əsasən Zaqatala-Qax rayonlarında olmuşdur (cild 2, i.vər. 164-166, . cild 9, i.vər. 63). Cinayət işinin materiallarında olan “Azərbaycan Standartlaşdırma İnstitutu” phş tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli Laboratoriyada sınaqları aparılması prosedur qaydalarından görünür ki, həmin prosedurun məqsədi neft-qaz və X4 laboratoriyası sınaqların aparılması prosesini əks etməkdir. Qaydalara əsasən Laboratoriya ilə müştəri arasında müqavilə bağlanır və sifariş forması direktor tərəfindən imzalandıqdan sonra nümunə sınaq üçün qəbul olunur. Müstəqil sifarişçidən başqa digər müştərilərə Milli akkreditasiya sahəsinə daxil olan sınaqların siyahısı təqdim olunur. Nümunə qəbulu işçisi nümunəni Nümunələrin sınaqlara qəbulu, hazırlanması, laboratoriya daxilində paylanması təlimatına əsasən qəbul edilir. Laboratoriyaya daxil olan nümunələrin və sınaq protokollarının qeydiyyat formasında qeyd edilir və nümunəni qəbul edən personal tərəfindən imzalanır. Nümunə qəbul edilərsə ona protokol nömrəsi verilir və laboratoriyaya daxil olan nümunələrin və sınaq protokollarının qeydiyyat formasında qeyd edilir. Cihazlarda aparılan sınaq nəticələri sınaqdan sonra CD disklərə yazılıb saxlanılmalıdır. Sınaq protokoluna sınaq nəticələri daxil edildikdən sonra Sınaq protokolu hazırlayan personal tərəfindən kağız üzərinə çap edilir. Protokol sınaq aparan personal tərəfindən yoxlanılaraq imzalanır. Laboratoriya müdiri protokolu yoxlayaraq imzalayır və laboratoriyanın möhürünü vurur. Sınaq protokolu 2 nüsxədə olur. Bunlardan biri müştəriyə verilir, digəri isə laboratoriyada saxlanılır (cild 3, i.vər. 7-9). Cinayət işinin materiallarında olan “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-in baş direktoru Namiq Tağıyevin xx.xx.2019-cu il tarixli 051-k saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən İnstitutun Neft-qaz və X4 laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir.“Azərbaycan Standartlaşdırma İnstitutu” phş-in baş direktorunun müavini-baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənovun xx.xx.2021-ci il tarixli 051-k saylı əmrinə əsasən, struktur dəyişikliyi ilə əlaqədar, Təqsirləndirilən şəxs- Uyğunluğun qiymətləndirilməsi departamentinin Laborator-sınaq şöbəsinin Neft-qaz və X4 laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir. “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-in baş direktoru İlham Bayramovun xx.xx.2022-ci il tarixli k-94 saylı əmrinə əsasən, xidməti araşdırma bitənədək Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır.“Azərbaycan Standartlaşdırma İnstitutu” phş-in baş direktoru İlham Bayramovun xx.xx.2023-cü il tarixli 3-21-1-3/3-1-K-19/2023 saylı əmrinə əsasən, Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir (cild 3, i.vər. 28-38, 23, 19-20). Cinayət işinin materiallarında olan “Azərbaycan Standartlaşdırma İnstitutu” phş laboratoriya müdirinin vəzifə təlimatından görünür ki, müvafiq laboratoriya müdiri laboratoriya sınaqlarının keyfiyyətlə və dəqiq aparılmasına nəzarət etmək, əldə olunan nəticələrin vaxtında təyinatı üzrə verilməsi işini təşkil etmək və digər praktiki və nəzarətedici vəzifələri yerinə yetirmək, laboratoriya işçilərinin fəaliyyət və əlaqəli işini təşkil etmək, normativ sənədlərin və digər mühüm sənədlərin hazırlanması və tətbiqi işində iştirak etmək, laboratoriya dəftərlərinin düzgün yazılmasına nəzarət etmək, məhsulların sınaq protokollarını vermək, laboratoriyada sınaq məqsədilə avadanlıqlardan istifadə etmək və digər funksiyalarını yerinə yetirmək, sınaqların düzgün aparılmasını və məxfiliyini təmin etməklə bütün bunlara görə məsuliyyət daşayan maddi məsul vəzifəli şəxsdir (cild 3, i.vər. 39-40, cild 9, i.vər. 35-37). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə olunan həmin cəmiyyətin laboratoriyası tərəfindən tərtib edilmiş, “X33” MMC-nin məhsullarına iyun-2022-ci ilin noyabr ayları üzrə təqdim edilmiş 15 ədəd elektron qaimələr və cədvəl, “X33” MMC tərəfindən Chemlab” MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə 5730 manat, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 1800 manat vəsaitlərin ödənilməsinə dair bank hesabından çıxarışlar, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin nümunələrinə dair xx.xx.2022-ci il tarixli 0474, 0475, 0476, 0477, 0478, 0479 saylı sınaq protokolları, "xxxx" MMC tərəfindən həmin cəmiyyətə təqdim edilmiş 1800 manat dəyərində xx.xx.2021-ci il tarixli elektron qaimədən, o cümlədən "xxxx" MMC tərəfindən tərtib edilmiş “X33” MMC-nin məhsullarına dair protokollardan görünür ki, həmin protokollarda “X33” MMC tərəfindən Neft-qaz və X4 laboratoriyasına sifarişlər əsasında təqdim edilmiş nümunələrin nömrələrinə istinad olunmuşdur. Həmçinin, həmin sınaq protokollarının tərtibatından görünür ki, protokolların nömrələri tarix ardıcıllığı gözlənilmədən tərtib edilmişdir (cild 3, i.vər. 90-304). Cinayət işinin materiallarında olan “X33” MMC tərəfindən təqdim edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nin Neft-qaz və X4 laboratoriyası və "xxxx" MMC arasında qarşılıqlı əməliyyatlara dair xx.xx.2023- cü il tarixli məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, “X33” MMC ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” phş arasında sınaqların aparılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Neft-qaz və X4 laboratoriyasına 2021-2022-ci illər ərzində müxtəlif növ sınaqların aparılması ilə əlaqədar “Azərbaycan Standartlaşdırma İnstitutu” phş- nin blankında sifarişlər verilmiş, lakin sınaq protokolları bütün sifarişlər üzrə təqdim edilməmişdir. Həmçinin, “X33” MMC tərəfindən "xxxx" MMC-in təqdim etdiyi xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında xx.xx.2021-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 7330,0 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında xx.xx.2021-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 7730,0 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında xx.xx.2021-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1saylı Nizami filialında olan bank hesabına 7540,0 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5730,0 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5100,0 manat, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələr əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 8540,0 manat, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələr əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC- nin 1 saylı Nizami filialında olan bank hesabına 10630,0 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5420,0 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5390,0 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 4900,0 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında xx.xx.2022-ci il tarixdə tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5460,0 manat, həmçinin, xx.xx.2021-ci il tarixli hesab-faktura əsasında xx.xx.2021-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 4220,0 manat, xx.xx.2021-ci il tarixli hesab-faktura əsasında xx.xx.2021-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 4250,0 manat, xx.xx.2021-ci il tarixli hesab-faktura əsasında xx.xx.2022-ci il tarixdə həmin müəssisənin "xxxx" ASC-nin 1 saylı Nizami filialında olan bank hesabına 5190,0 manat olmaqla, 2021- 2022-ci illər ərzində cəmi 87.730,0 manat vəsait köçürülmüşdür. Həmin sənədlərdən görünür ki, “X33” MMC tərəfindən nümunələr faktiki olaraq Neft-qaz və X4 laboratoriyasına təqdim edilməklə, sınaq protokolları da həmin laboratoriya tərəfindən tərtib edilsə də, xidmət haqqı "xxxx" MMC tərəfindən həmin nümunələrin nömrələri qeyd edilməklə təqdim edilmiş hesab-fakturalar əsasında "xxxx" MMC-nin bank hesabına köçürülmdüşdür. Bundan əlavə, “X33” MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə ödənişlər, həmin müəssisə tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında aparılmışdır. Həmin hesab-fakturalarda "xxxx" MMC tərəfindən “X33” MMC-nin “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə təqdim edilmiş sifariş formalarında göstərilən nümunələrin nömrələrinə istinad edilmişdir. Həmin hesab-fakturalarda qeyd olunmuş nümunələrin nömrələri əsas götürülərək, “X33” MMC tərəfindən müvafiq sifarişlər üzrə "xxxx" MMC-yə ödənişlər həyata keçirilmişdir (cild 4, i.vər. 1-346, cild 7, i.vər. 117- 122). Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin əməkdaşı Şahid17 İstintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs tərəfindən göstərdiyi xidmətə görə sonuncuya ödənilmiş vəsaitlərə dair qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 500,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat vəsait Təqsirləndirilən şəxs ödənilmişdir (cild 6, i.vər. 165-271). Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadələr arasında yaranmış ziddiyətlərin aradan qaldırılması məqəsədilə Şahid17 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşmə zamanı, Şahid17 istintaq zamanı verdiyi ifadəsində dediklərini təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, "xxxx" QSC-də keyfiyyət üzrə meneceri vəzifəsində işləyir. X4 laboratoriyasının müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs da uzun müddətdir ki tanıyır, onunla yaxın münasibətləri var. 2021-2022-ci illərdə Neft-qaz və X4 laboratoriyasında sınaqların aparılması üçün Təqsirləndirilən şəxs "xxxx" QSC-də istehsal olunmuş əsasən “Marine” və “Taurus” markalı mühərrik yağlarının təqdim etmişdir. Murad tərəfindən nümunələrin müxtəlif analizləri keçirilərək, nəticələri ona şifahi olaraq bildirilmişdir. Muradla aralarında olan şifahi razılaşmaya görə, hər sınağa görə özü 25 manat pulu nağd olaraq Murada əlbə-əl və ya bank kartına köçürmə yolu ilə təqdim etmişdir. Bəzi vaxtlarda, bir gündə bir neçə nümunə təqdim edirdi. Bu barədə hər hansı rəsmiləşmə aparılmırdı (cild 7, i.vər. 105-106). Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə aparılan istintaq zamanı ifadələr arasında yaranmış ziddiyətlərin aradan qaldırılması məqəsədilə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşmə zamanı, Şahid3 istintaq zamanı verdiyi ifadəsində dediklərini təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, özü Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxsla görüşdükdə, sonuncu ona "xxxx" MMC-nin adından tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqaviləni təqdim edərək, həmin müəssisə ilə “X33” MMC-də təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Murad təklif etmişdir ki, həmin müqaviləni rəsmiləşdirməklə, Neft-qaz və X4 laboratoriyasında aparılan sınaqların dəyərini "xxxx" MMC-yə köçürülməsini təmin edib, həmin vəsaiti bölüşdürsünlər. Özü də həmin müqaviləni Şahid2 təqdim edib, Muradın dediklərini ona bildirmişdir. Bir müddət sonra həmin müqavilə “X33” MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmşidir. Muradın təklifinə əsasən, köçürülən vəsaitin 18 faizi Şahid1, 10 faizi Fikrətə, qalan vəsait isə onunla Muradın arasında bölünmüşdür. Bir müddət sonra isə Fikrət təklif etmişdir ki, sınaqların dəyərindən əlavə "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab-fakturalarda artıq məbləğlər yazılsın, həmin vəsaitləri də aralarında bölünsün. Özü də bu barədə Murada bildirmişdir. Murad razılığını bildirdikdən sonra, özü real sınaqlardan başqa əlavə nümunə nömrələrini Şahinə təqdim edirdi, Şahin də həmin nümunələrin nömrələri əsasında hesab-fakturalar tərtib edərək “X33” MMC-yə təqdim edirdi. Təqdim edilmiş həmin hesab-fakturaları isə Fikrət təsdiq edərək, mühasibatlığa ödənilməsi üçün göndərirdi. Artıq köçürülmüş vəsaitlərin 18 faizi Şahinə, 1 faizi Murada, qalan vəsait isə onunla Fikrətin arasında bölünürdü. Həmin, "xxxx" MMC-yə köçürülən vəsait ilkin olaraq Murad tərəfindən, sonradan isə Şahin tərəfindən onların özlərinə çatan pulu götürüldükdən sonra, qalan vəsaiti ona təqdim edirdilər. Həmin vəsaitlər bankda köçürülmə aparılan gün və ya 1-2 gün müddətində Bakı və Sumqayıt şəhəri ərazisində, sonuncu məbləğ isə Şahin tərəfindən Bakı şəhəri ərazisində ona təqdim edilmişdir. Ümumilikdə 2021-2022-ci illər ərzində “X33” MMC tərəfindən "xxxx" MMC-yə 87.430 manat vəsait köçürülmüş, həmin vəsaitin 40.800 manatı Neft-qaz və X4 laboratoriyasında aparılan sınaqların dəyəri olmuş, qalan 46.630 manat isə əsassız olaraq artıq yazılmış vəsait olmuşdur. "xxxx" MMC-nin hesabına köçürlmüş 87.430 manat vəsaitdən 15.740 manat Şahinə, 14.983 manat vəsait Murada, 16.630 manat Fikrətə, qalan 40.077 manat vəsait özünə çatmışdır. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid3 dediklərini təsdiq etməklə, 2021-2022-ci illər ərzində Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri “X33” MMC tərəfindən "xxxx" MMC-yə köçürüldüyünü, həmin sınaqlar “Azərbaycan Standartlaşdırma İnstitutu” phş sifariş blankı əsasında aparıldığını, bəzi hallarda sifariş blankları yazılsa da sınaqlar aparılmadığını, bəzi hallarda sifarişlər olsa da sınaq protokolları təqdim edilmədiyini, bəzi hallarda isə protokol tərtib edilmədən sınağın cavabı şifahi olaraq onun tərəfindən Zaura bildirildiyini, "xxxx" MMC-yə ödənilən qalan vəsait isə sadəcə hesab-fakturalarda artıq yazılmış məbləğ olduğunu, "xxxx" MMC- nin hesabına köçürlmüş 87.430 manat vəsaitdən 15.740 manat Şahinə, 14.983 manat vəsait özünə, 16.630 manat Fikrətə, 40.077 manat vəsaiti Zaura ödənildiyini bildirmişdir (cild 7, i.vər. 246-249). Cinayət işinin materiallarında olan “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-in xx.xx.2023-cü il tarixli məktubu və əlavəsinə əsasən müəyyən edilmişdir ki, 2021-2022-ci illər üzrə “X33” MMC, "xxxx" MMC və fiziki şəxs X18 tərəfindən Neft-qaz və X4 laboratoriyasına ünvanlanmış sifarişlər və həmin sifarişlərə dair sınaq protokolları qeydiyyata alınmamış, həmin xidmətlərə görə İnstituta ödənişlər daxil olmamışdır (cild 8, i.vər. 110-113). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın Neft-qaz və X4 laboratoriyasında 2021-2022-ci illərdə "xxxx" şirkətinin sifarişi əsasında həyata keçirilən rəsmi qeydiyyata alınmamış sınaqlar üzrə ödənilməli olan 50.780 manat məbləğində pul vəsaiti “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin hesabına köçürülməyərək təyinatından yayındırılmışdır. Həmçinin, tərtib olunmuş cədvəllərə, istintaq zamanı alınmış ifadələrə və digər zəruri sənədlərə əsasən müəyyən olunmuşdur ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın Neft-qaz və X4 laboratoriyasında 2021-2022-ci illərdə "xxxx" MMC və fiziki şəxs X25 tərəfindən təqdim edilmiş məhsullarının rəsmi qeydiyyata alınmadan aparılmış sınaqlar üzrə "xxxx" MMC tərəfindən ödənilməli olan 3389,0 manat, fiziki şəxs X25 tərəfindən ödənilməi olan 345,0 manat məbləğində pul vəsaiti “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin hesabına köçürülməyərək təyinatından yayındırılmışdır. Həmçinin, "xxxx" MMC-nin bank hesabına 2021-2022-ci illər ərzində “X33” MMC tərəfindən ümumilikdə 87.430 manat vəsait köçürülmüşdür. Həmin vəsaitin 40.800 manatı “X33” MMC-nin sifarişi əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqlara görə “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin hesabına köçürülməli halda, "xxxx" MMC-nin bank hesabına köçürülərək təyinatından yayındırılmışdır. Qalan 46.630 manat vəsait isə "xxxx" MMC tərəfindən “X33” MMC-yə təqdim edilmiş hesab-fakturalarda əsassız olaraq artıq yazılmaqla, “X33” MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülməsi təmin edilmişdir. Həmin xüsusatlar istintaq tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir (cild 09, iş vər. 38-61). Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1160 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nin Neft qaz və neft X11 laboratoriyasının xx.xx.2021-ci il tarixli 056 və 057 saylı protokolların kserosurətlərində “M.Natavan” qrafaları qarşısında əks olunmuş imzalar (cild 2 səh. 193, 200) - Şahid5 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil- təslim akt”larının kserosurətlərində “Təhvil verən” qrafalarında əks olunmuş imzalar, "xxxx" MMC-nin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimənin kserosurətində “Təhvil verdim” qrafası qarşısında əks olunmuş imza (cild 4 səh. 252, 255, 251) - Şahid10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC-nin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli elektron qaimələrin kserosurətlərində “Təhvil verdim” qrafalarında əks olunmuş imzalar (cild 4 səh.283, 286, 289), xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli “İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə təhvil-təslim akt”larının kserosurətlərində “Təhvil verən” qrafalarında əks olunmuş imzalar (cild 4 səh. 284, 287, 290, 291) - Şahid11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (cild 9, i.vər. 64-70). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” və “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şahid1, Şahid2 və Şahid3 barəsində CM-in 179.3.2-ci maddəsi ilə cinayət təqibinə CM-in 73-1.3, CPM-in 39.1.11 və 40.2-ci maddələrinə əsasən, CM-in 308.1 və 313-cü maddələri ilə cinayət təqibinə isə CPM-in 40.2 və CM-in 74-cü maddələrinə əsasən xitam verilmiş, Nümayəndə3 Aqi qızı qızının barəsində isə cinayət təqibinin başlanması CPM-in 39.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 9, i.vər. 174-233). Məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübut əhəmiyyətli sənədlər: Cinayət işinin materiallarına əlavə edilmiş “X33” MMC-nin direktoru Şahid12 xx.xx.2024-cü il tarixli, 24-161 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1, 313-cü maddələri ilə təqsirləndirilməsinə və "xxxx" MMC barəsində CM-nin 308.1 va 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair 1(124)-269/2024 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs2 bank hesabına Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd edilən cinayət işi üzrə "xxxx" MMC-yə dəymiş zərər olaraq müəyyən edilmiş 46,630 (qırx altı min altı yüz otuz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000İCZ12410901A0 saylı bank çıxarışının surətindən görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin qərarı əsasında hazırki iş üzrə “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 dəymiş 41160 (qırx bir min yüz altmış) manat ödənilməsi təmin edilmiş və həmin məbləğ “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n bank hesabına mədaxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-1-3/2-881/2024 nömrəli məktubdan görünür ki, İnstitutun Neft-qaz və X4 laboratoriyası (bundan sonra Laboratoriya) əvvəlcə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 5-ci bəndinə uyğun olaraq ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzinin (AzTEST) nəzdində fəaliyyət göstərmiş, AzTEST ləğv edildikdən sonra isə onun balansında olan əmlak, işçilərlə birlikdə İnstitutun tabeliyinə verilmişdir. Laboratoriya tərəfindən 2020-2022ci illər ərzində sınaqların aparılmasında ləğv edilmiş qurumdan qalan və əvvəlki illər ərzində tələbata uyğun alınmış, anbarda istifadəyə yararlı halda saxlanılan reaktiv və reagentlərdən istifadə edilmişdir. Qeyd olunan illər ərzində Laboratoriyanın cavabdeh şəxsləri tərəfindən İnstitutun rəhbərliyinin ünvanına hər hansı bir reaktiv və reagentlərin çatışmaması, yaxud onların alınması üçün rəsmi müraciət daxil olmamışdır. Laborator sınaqların aparılması üçün istifadə olunan həmin kimyəvi elementlərin (reaktiv və reagentlərin) istifadəyə yararlılıq müddətinin başa çatması səbəbindən utilizasiya olunması üçün İnstitut və "xxxx" MMC arasında bağlanmış xx/xx-2023 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olaraq həmin quruma təhvil verilmişdir (müqavilə və aktlar əlavə olunur). Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarı ilə təsdiqlənmiş "Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları"nın və AZS İSO/İEC 17025:2020 standartlarının, həmçinin "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə, eləcə də akkreditasiya orqanının qiymətləndirmə hesabatına əsasən 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxs (AzAK) tərəfindən Laboratoriyaya akkeditasiya attestatı verilmişdir. Laboratoriya 2020-2021-ci illər ərzində AzTEST-dən qalan istifadəyə yararlı reaktiv va reagentlərdən istifadə etdiyi səbəbindən, sözügedən kimyəvi maddələrlə bağlı təhvil-təslim aktları tərtib edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti məktubdan görünür ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə laboratoriyada istifadə olunan reaktivlərin alınması ilə bağlı göstəriş verilməsi üçün həmin vaxt “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n baş direktorunun 1-ci müavini, baş direktoru vəzifəsini müvəqqəti icra edən İ.Bayramova yazılı müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Reaktivlərin və standart maddələrin satın alınması üzrə” S-22/11 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin tarixdə “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n baş direktorunun 1-ci müavini, baş direktoru vəzifəsini müvəqqəti icra edən İ.Bayramovla "xxxx" MMC-nin baş direktoru Bağır Bağırov arasında 32940 manat dəyərində reaktiv və standart maddələrin satın alınması ilə bağlı müqavilə imzalanmış, müqaviləyə xidmətlərin göstərilməsi və qiymətlərin razılaşdırlması üzrə protokol əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş malların təhvil qəbul aktlarının, bank qəbzlərinin surətindən və satın alınmış reaktiv və kimyəvi maddələrin cədvəlindən görünür ki, 2022-ci il ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 tərəfindən "xxxx" MMCdən aralarında bağlanılmış müqaviləyə əsasən müxtəlif dəyərlərdə reaktiv və kimyəvi maddələr alınmış, o cümlədən həmin reaktiv və kimyəvi maddələrin dəyəri "xxxx" MMCnin bank hesabına mədaxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n baş direktoru N.F.Tağıyev tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyası tərəfindən göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəlindən, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasının müdiri Təqsirləndirilən şəxs tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyası tərəfindən təklif olunan xidmətlərin qiymətləri (tarifləri) cədvəlindən, xx.xx.2022-ci il tarixli xidməti məktubdan, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n xx.xx.2022-ci il tarixli, 01 nömrəi iclasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n sınaq laboratoriyaalarının göstərdiyi xidmətlərin tarif cədvəlindən, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n tabeliyində olan sınaq laboratoriyalarında görülən işlərin və göstərilən xidmətlərin yeni tariflər planına baxılması barədə xx.xx.2022-ci il tarixli iclasın protokolundan, “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n baş direktorunun 1-ci müavini, baş direktoru vəzifəsini müvəqqəti icra edən İ.Bayramov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli F-26 saylı əmrdən görünür ki, xx.xx.2018-ci il tarixdən “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Sınaq laboratoriyalarında göstərilən xidmətlərin təsdiq olunmuş tarif cədvəli mövcud olmuş, 2022-ci ilin may ayında həmin tarif cədvəlində nəzərdə tutulmuş görülən işlərin və göstərilən xidmətlərin qiymətində müəyyən dəyişikliklər edilməsi ilə bağlı müzakirələr aparılmış, xx.xx.2022-ci il tarixdə bununla bağlı iclas keçirilmiş və yekunda “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n “Sınaq laboratoriyalarında göstərilən xidmətlərin yeni tariflər planına baxılması barədə” xx.xx.2022-ci il tarixli protokolunun qərarı nəzərə alınaraq sınaq laboratoriyalarının xidmətləri üzrə İnstitutun xx.xx.2022-ci il tarixli, 01 saylı iclasın qərarı ilə təsdiq edilmiş yeni qiymət tariflərinin 2022-ci ilin 10 iyun tarixindən tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, "Azərbaycan Standartlaşdırma İnstitutu X32n Təsərrüfat və təchizat sektorunun təchizat üzrə mütəxəssisi Fuad Həsənov, Sumqayıt Neft-qaz və X4 laboratoriyasının müdiri Arzu Əlizadə reaktivlərin bu aktı tərtib etmişlər ondan ötrü ki, "Azərbaycan Standartlaşdırma İnstitutu" X32n Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasınının utilizasiya ediləcək reaqentlərini Sumqayıt Neft-qaz və X4 laboratoriyasına təhvil verilir 1. Sodium Acetat 1 000q 2. Aliminium kalium sulfat 1000q 3. Kalium di xromat 500q 4. Kalium monofosfat 1kq 5. Natrium difosfat 1kq 6. Limon turşusu (Sitrik asid) 500q 7. Sink sulfat hefta hidrat 500q 8. Mis 2 sulfat penta hidrat 500q 500q 9. Kalium Natrium tartarat tetrahidrat 500q10. Natrium 2 tetraborat 500q 11. Aliminum Kalium kvasçı 1kq 12. Kalsium xlorid 1000q 13. Barium Xlorid 500q 14. Kalium disulfit 250q 15. Kalium tiosianid 500g 16. KOH (mehlulu) 4 molyar 500ml 17. Natrium hidroksid (11) 500 q
18. Oksalat tuşusu (22) 250q 19. Kalium Nitrit (38) 100q 20. Ascorobin turşusu 250q 21. Qülukoza (37) 500q 22. Borat turşusu (90) 500q 23. Natrium sulfid, 1000q 24. Kalium Natrium tartarat tetrahidrat (27) 100q 25. Kalium xromat, 1 kq 26. Gürmüş Nitrat, 100q 27. Sulfosalisilat turşusu 500q 28. Barium xlorid 100q 29. Kalium sulfid 250q 30. Amonium Demir 3 sulfat 250q. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, "Azərbaycan Standartlaşdırma İnstitutu X32n Neft-qaz və X4 laboratoriyasının müdiri v.m.i.e. Arzu Əlizadə, Azloqistika TTM sürücüsü Rafael Kərimov bu aktı tərtib ediblər ondan ötrü ki, Neft-qaz və X4 laboratoriyası utilizasiya ediləcək reaktiv maddələri Azloqistika TTM-ə təhvil verilir: 1. 5 ədəd 20 litrlik qarışıq tullantı (neft və neft məhsulları) 2. 4 ədəd 10 litrlik qarışıq tullantı (neft və neft məhsulları) 3. 20 ədəd 5 litrlik qarışıq tullantı (neft və neft məhsulları) 4. 3 litr Natrium hipoxlorid 5. 20 ədəd 2,5 litrlik qarışıq tullantı (neft və neft məhsulları) 6. 2,5 litr qatı sulfat turşusu 7. 1 litr 13 1051 naməlum kimyəvi məhlul 8. 1 litr izoamil spirti 9. 3 litr xlorid turşusu 10. 1,5 litr antiskalant
11. 200 ml sirkə turşusu 12. 4 litr xam neft 13. 5 kq barium xlorid 14. 300 qram natrium karbonat 15. 300 qram permanganat 16. 300 qram kalium xlorid 17. 300 qram natrium trifosfat 18. 5 kq kömür 19. 1 litr maye qələvi 20. 1 litr ortofosfat turşusu 21. 1 litr hidrogen peroksid 22. 5 litr naməlum kimyəvi məhlul 23. 1000 qram sodium acetat 24. 1000 qram aliminium kalium sulfat 25. 500 qram kalium dixromat 26. 1 kq kalium monofosfat 27. 1 kq Natrium difosfat 28. 500 qram limon turşusu (sitrik asid) 29. 500 qram sink sulfat hepta hidrat 30. 500 qram mis 2 sulfat penta hidrat 31. 500 qram kalium natrium tartarat tetrahidrat 32. 500 qram natrium 2 tetraborat 33. 1 kq aliminium kalium kvasçı 34. 1000 qram kalsium xlorid 35.500 qram barium xlorid 36. 250 qram kalium disulfit 37. 500 qram kalium tiosianid 38. 500 ml KOH 4 molyar 39. 500 qram Natrium hidroksid (11) 40. 250 qram oksalat turşusu (22) 41. 100 qram kalium nitrit (38) 42. 250 qram askorbın turşusu
43. 500 qram qlükoza (37) 44. 500 qram borat turşusu (90) 45. 1000 qram natrium sulfide
46. 100 qram kalium natrium tartarat tetrahidrat (27) 47. 1 kq kalium xromat 48. 100 qram gümüş nitrat 49. 500 qram sulfosalisilat turşusu 50. 250 qram kalium sulfid 51. 250 qram ammonium dəmir 3 sulfat. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət əməli sayılır və həmin əmələ görə şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mənimsəmə və ya israf etmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 179.2.1-ci maddəsi ilə, təkrar törədildikdə CM-in 179.2.2-ci maddəsi ilə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə CM-in 179.2.3-cü maddəsi ilə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə CM-in 179.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə o zaman cinayət məsuliyyəti yaranır ki, şəxs sözügedən talama cinayətini külli miqdarda ziyan vurmaqla törətmiş olur. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Həmin qərarın 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – bu əməl vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkibini yaradır və sözügedən əməldə təqsirli bilinən şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 308-ci maddəsinin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında məhkəmənin gəldiyi qənaətə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Həmçinin, həmin qərara əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Bundan əlavə, vəzifəli şəxs tərəfindən tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi - vəzifə saxtakarlığı sayılır, həmin əməl CM-in 313-cü maddəsi ilə məsuliyyətə səbəb olmaqla həmin cinayəti törətmiş şəxs isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Təqsirləndirilən şəxs qarşı CM-nin 179.3.2, 308.1, 313-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 179.3.2, 308.1, 313cü maddələri ilə ümumilikdə 5 epizod üzrə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs (1-ci epizod) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” X32 üzrə xx.xx.2019-cu il tarixli 051-K saylı əmrə əsasən, həmin tarixdən İnstitutun Neft-qaz və X4 laboratoriyasının müdiri vəzifəsində işləyərkən, "xxxx" MMC tərəfindən sınaqların aparılması üçün 2020-ci ilin oktyabr ayında olan müraciəti və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, həmin müəssisə tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2020-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, ümumilikdə 1589 (bir min beş yüz səksən doqquz) manat pul vəsaitini İnstituta ödənilməsini təmin etməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti törətməsi ilə, o cümlədən (2-ci epizod) sözügedən vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, fərdi sahibkar X28 tərəfindən sınaqların aparılması üçün 2021-ci ilin mart ayında olan müraciəti və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, həmin şəxs tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2021-ci ilin mart ayında ünvan 3 ünvanında yerləşən Neftqaz və X4 laboratoriyasında aparılmasını təmin edib, ümumilikdə 345 (üç yüz qırx beş) manat pul vəsaitin İnstituta ödənilməsini təmin etməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti törətməsi ilə bağlı irəli sürülən ittihamlara münasibətdə qeyd edir ki, həmin ittihamları məhkəmə istintaqı zamanı həm Təqsirləndirilən şəxs özü qəbul edərək həmin epizodlarla bağlı etirafedici ifadə verilmiş, həmçinin də iş materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan mötəbər sübutlar (şahid ifadələri, müvafiq sübut əhəmiyyətli sənədlər və s.) vasitəsi ilə qeyd olunan cinayət əməllərinin onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs (3-cü epizod) sözügedən vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək tanışı "xxxx" MMC-nin laboratoriya müdiri barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək barələsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş "xxxx" MMC-nin laboratoriya müdiri Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənimsəmə yolu ilə talamaq məqsədilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş məhsul nümunələrinin sınağını 2021-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, faktiki olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış həmin sınaqların dəyəri olan 1362 manat, habelə əsassız olaraq əlavə 438 manat olaraqla, cəmi 1.800 manat pul vəsaitini əlbir olduğu Şahid1lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə məxsus olmaqla ona etibar olunmuş cəmi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talaması, törətdiyi həmin hərəkətləri ilə özü və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etməsi, vəzifəli şəxs kimi barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı cinayəti törətməsi ilə bağlı irəli sürülən ittihama münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, sonuncu ibtidai istintaq zamanı həmin epizod üzrə ətraflı şəkildə etirafedici ifadə vermiş, o cümlədən əldə olunan pul vəsaitlərinin Şahid1lə hansı qaydada bölüşdürüldüyünü birbaşa göstərmiş, habelə iş üzrə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs ifşaedici ifadə verməklə həmin xüsusatları təsdiq etmiş, həmçinin iş materiallarında olan digər mötəbər sübutlar vasitəsi ilə qeyd olunan cinayət əməlinin məhz onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən digər epizod onun həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə təkrarən mənimsəmə və israfetmə yolu ilə talamaq məqsədilə, "xxxx" QSC-nin keyfiyyət üzrə meneceri vəzifəsində işləyən tanışı Şahid17 “Marine” və “Taurus” markalı mühərrik yağlarının sınaqlarının aparılması üçün 2021-2022-ci illər ərzində müraciətləri və təqdim edilmiş nümunələrin rəsmi qeydiyyatı aparılmadan, təqdim edilmiş cəmi 525 məhsul nümunələrinin sınaqlarını həmin dövr ərzində ünvan 3 ünvanında yerləşən Neft-qaz və X4 laboratoriyasında aparılmasını təmin edib, sınağın nəticələrini şifahi olaraq Şahid17 bildirməklə, 2021-2022-ci illər ərzində rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların 50.780 manat dəyərinin, hər nümunəyə görə 25 manat olmaqla, cəmi 13.125 manat hissəsini nağd qaydada Sumqayıt şəhəri ərazisində və özünün "xxxx" ASC-də olan ******************** saylı hesabına hissə-hissə köçürmə yolu ilə cinayətdən xəbərsiz olan Şahid17 alıb şəxsi ehtiyaclarına sərf etməklə mənimsəmə, qalan 37.655 manat hissəsini isə israf etməklə yolu ilə talamaqla, ümumilikdə “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri olan 50780 (əlli min yeddi yüz səksən) manat pul vəsaitini qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israf etmə yolu ilə talaması, törətdiyi həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayəti törətməsi ilə bağlı olmuşdur ki, məhkəmə kollegiyası bu epizodla bağlı ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən ən çox ona qarşı irəli sürülən məhz bu epizod üzrə ittiham mübahisələndirilmişdir. Daha dəqiq, Təqsirləndirilən şəxs onun tərəfindən sözügedən əməlin törədilməsini, yəni cinayətin törədilmə mexanizmini əks etdirən (müvafiq nümunələrin qəbul edilməsi, həmin nümunələr üzrə sınaqların keçirilmsi, həmin sınaqların rəsmi qeydə alınmaması, hər bir sınaq üzrə Şahid17 25 manat pulun nəğd və ya köçürmə yolu ilə alınması və s.) hərəkətlərin edilməsini deyil (bu halı təsdiq edən Şahid17 ifadəsi, o cümlədən iş materiallarına əlavə edilmiş qəbzlər və s. sübutlar mövcuddur), məhz ibtidai istintaq orqanı tərəfindən həmin əməl nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 dəymiş zərərin məbləği ilə bağlı müəyyən etdiyi hallar üzrə gəldiyi nəticəni mübahisələndirmiş və bu məbləğin düzgün müəyyən edilmədiyini bildirməklə buna etiraz etmişdir. Belə ki, ibtidai istintaq orqanı həmin epizod üzrə istintaqın yekununda bu qənaətə gəlmişdir ki, Şahid17 tərəfindən 2021-2022-ci illər ərzində təqdim olunan 525 məhsul nümunələri üzrə Təqsirləndirilən şəxs tərəfindən Neft-qaz və X4 laboratoriyasında 50.780 manat dəyərində sınaqların aparılması təmin edilmiş və bunun müqabilində əldə edilən həmin pulun 13.125 manat hissəsini nağd qaydada, bir hissəsini isə köçürmə yolu ilə alıb şəxsi ehtiyaclarına sərf etməklə mənimsəmiş, 37.655 manat hissəsini isə israf etməklə yolu ilə talamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə istintaqının yekununda müşavirə otağında mövcud sübutlar ayrı-ayrılıqda və ümumilikdə qiymətləndirilərkən məhkəmə kollegiyası da müdafiə tərəfin qeyd etdikləri ilə razılaşmış və nəticədə məhkəmə kollegiyasında sözügedən cinayət əməli ilə bağlı - həmin epizod üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 ibtidai istintaq orqanının gəldiyi nəticə ilə müəyyən olunan məbləğdə deyil, məhz 23.521 manat dəyərində zərərin dəyməsi ilə bağlı yekun qənaət formalaşmışdır. Belə ki, ibtidai istintaq orqanı sözügedən İnstitut tərəfindən müvafiq orqana təqdim edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın Neft-qaz və X4 laboratoriyasında 2021-2022-ci illərdə "xxxx" şirkətinin sifarişi əsasında həyata keçirilən rəsmi qeydiyyata alınmamış sınaqların siyahısı olan cədvəl, həmin cədvəl əsasında iş üzrə tərtib edilmiş xx.xx.2023-cü i tarixli mütəxəssis rəyi və iş üzrə dindirilmiş şahid ifadələrinə əsasən bu qənaətə gəlmişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, həm sözgedən cədvəl (rəsmi qeydiyyata alınmamış sınaqların siyahısı olan cədvəl) tərtib edilərkən müvafiq İnstitutun, o cümlədən sözügedən Laboratoriyanın əməkdaşları olan və iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ilə Şahid6 tərəfindən yanlışlığa yol verilmiş, yəni özlərinə məxsus 15 ədəd qeyd dəftərində aparılan sınaqlarla bağlı qeydlər üzrə sınaqların sayının müəyyən olunması prosesində müvafiq hesablama aparılarkən səhvə yol verilmiş, əslində 525 məhsul nümunəsi üzrə 525 göstərici sayı olmasına baxmayaraq, mövcud təcrübəyə əsasən bir sınaq üzrə bir neçə göstəricinin təyin edilməsi və yekunda bir göstəricinin əsas götürülməsi qaydası (hər iki şahid məhkəmə istintaqı zamanı bu barədə, yəni sınaqların hansı qaydada aparılması və hansı göstəricinin əsas götürülməsi barədə ətraflı ifadə vermiş, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi də qeyd olunan xüsusatla razılaşmışdır) nəzərə alınmadan sözügedən qeyd dəftərlərində müvafiq sınaq üzrə hər bir göstəricinin yazılması əsas göstərici kimi götürülməklə 1031 göstərici sayı olması qənaətinə gəlinmiş, bu saya uyğun cədvəl tərtib olunmaqla istintaq orqanına təqdim olunmuş, həm də bu hissədə yol verilmiş yanlışlıq azmış kimi, iş üzrə mütəxəssis rəyini tərtib etmiş şəxslər də iş üzrə ibtidai istintaq aparılarkən qüvvədə olan tarif cədvəlinə əsasən hesablama aparmaqla ümumilikdə 50.780 manat dəyərində sınaqların aparılması və Təqsirləndirilən şəxs tərəfindən İnstituta sözügedən məbləğdə ziyan vurulməsı nəticəsinə gəlmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mövcud tariflərlə bağlı siyahı (cəvəl) yalnız xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, yəni həmin tariflər üzrə sınaqların aparılması məhz qeyd olunan tarixdən nəzərə alınmağa başlanılmış, həmin vaxtadək isə xx.xx.2018-ci il tarixdə qəbul olunan göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəli qüvvədə olmuşdur. Həmin dövr ərzində aparılmış sınaqlar üzrə hər iki tarif cədvəli müqayisə edildikdə müəyyən olunmuşdur ki, göstərilən xidmətlərin qiymətləri (tarifləri) üzrə kifayət qədər qiymət fərqi mövcud olmuşdur. Belə ki, həmin tarif cədvəllərinə əsasən müvafiq sınaq laboratoriyasında kinematik özlülüyün təyini xx.xx.2022-ci il tarixədək - 37 manat, xx.xx.2022-ci il tarixdən sonra 45 manat olmuş, setan ədədinin təyini xx.xx.2022-ci il tarixədək - 40 manat, xx.xx.2022-ci il tarixdən sonra 80 manat olmuş, donma temperaturunun təyini xx.xx.2022-ci il tarixədək - 65 manat, xx.xx.2022-ci il tarixdən sonra 70 manat olmuş, yod ədədinin təyini xx.xx.2022ci il tarixədək - 32 manat, xx.xx.2022-ci il tarixdən sonra 70 manat olmuş, suda həll olunmuş qələvilərin təyini xx.xx.2022-ci il tarixədək - 21 manat, xx.xx.2022-ci il tarixdən sonra 30 manat olmuş, kükürdün miqdarının təyini xx.xx.2022-ci il tarixədək - 48 manat, xx.xx.2022-ci il tarixdən sonra 60 manat olmuş, benzində aromatik karbohidrogenlərin miqdarının təyini xx.xx.2022-ci il tarixədək - 142 manat, xx.xx.2022-ci il tarixdən sonra 240 manat olmuş, oktan ədədinin təyini xx.xx.2022-ci il tarixədək – 40 manat, xx.xx.2022-ci il tarixdən sonra 80 manat olmuş, benzol miqdarının təyini xx.xx.2022-ci il tarixədək – 26 manat, xx.xx.2022-ci il tarixdən sonra 55 manat olmuş, faktiki qətranların miqdarının təyini xx.xx.2022-ci il tarixədək - 52 manat, xx.xx.2022-ci il tarixdən sonra 60 manat olmuşdur. Göründüyü kimi, hesablama aparılarkən bu hallar nəzərə alınmamış və təqsirləndirilən şəxsin ziyanına sanki iki dəfə (həm sınaqların sayında, həm də sınaqların qiyməti ilə bağlı) yanlışlığa yol verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülən həmin epizod üzrə ittiham araşdırılarkən həmçinin müəyyən olunmuşdur ki, sözügedən nümunələrlə bağlı rəsmi qeydiyyata alınmamış sınaqların əksəriyyəti xx.xx.2022-ci ilədək olan dövrdə, məhz xx.xx.2018-ci il tarixdə qəbul olunan və göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəli qüvvədə olduğu zaman keçirilmiş, 525 sınağın yalnız 109-u (106-sı kinetik özlülüyün təyini, 1-i yod ədədinin təyini, 1-i kükürdün miqdarının təyini və 1-i də suda həll olunmuş qələvilərin təyini) xx.xx.2022-ci il tarixdən sonra göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəli qüvvədə olan tarixdə keçirilmişdir. Bu halın yolverilməz olduğu müəyyən olunduğundan, o cümlədən iş üzrə obyektiv və düzgün nəticənin əldə edilməsi üçün məhkəmə kollegiyası tərəfindən ibtidai istintaq zamanı yol verilən yanlışlıq aradan qaldırılmış, sözgedən epizod üzrə nümunələrlə bağlı rəsmi qeydiyyata alınmamış sınaqların aparılmasını əks etdirən və İnstitut tərəfindən təqdim olunan cədvəl əsas götürülməklə, eləcə də xx.xx.2018-ci il tarixdə qəbul olunan göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəli və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş göstərilən xidmətlərin qiymətləri (tarifləri) cədvəli nəzərə alınmaqla yenidən müvafiq hesablama aparılmış və nəticədə “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 sözügedən epizod üzrə 23.521 (iyirmi üç min beş yüz iyirmi bir) manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmiş, dolayısı ilə də Təqsirləndirilən şəxs həmin epizod üzrə irəli sürülən ittihamın həcmi azaldılaraq, onun tərəfindən hər nümunəyə görə 25 manat olmaqla, cəmi 13.125 manat hissəsini nağd qaydada Sumqayıt şəhəri ərazisində və özünün "xxxx" ASC-də olan ******************** saylı hesabına hissə-hissə köçürmə yolu ilə cinayətdən xəbərsiz olan Şahid17 alıb şəxsi ehtiyaclarına sərf etməklə mənimsəmə, qalan 10.396 manat hissəsini isə israf etməklə yolu ilə talamaqla, ümumilikdə “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri olan 23.521 (iyirmi üç min beş yüz iyirmi bir) manat pul vəsaitini qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israfetmə yolu ilə talama cinayətinin törədilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası ona görə bu hissədə iş üzrə müvafiq ekspertiza təyin etməmiş, o cümlədən mütəxəssis rəyinə ehtiyac görməmişdir ki, bu xüsusatın hesablanması xüsusi bilik tələb etməmiş, müvafiq İnstitut tərəfindən məhkəmə istintaqı zamanı təqdim olunmaqla tədqiq olunmuş və iş materiallarına əlavə olunmuş cədvəl üzrə sadə riyazi hesablama aparma yolu ilə sözügedən məbləğin müəyyən edilməsi təmin edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs qarşı irəli sürülən digər epizod üzrə onun sözügedən vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş tanışı "xxxx" MMC-nin laboratoriya müdiri Şahid1, “X33” MMC-də satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, həmin müəssisədə baş kimyaçı vəzifəsində işləmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X27 məxsus olmaqla ona etibar olunmuş əmlakı öz qulluq mövqeyindən istifadə edərək, habelə “X33” MMC-yə məxsus olmaqla həmin cəmiyyətdə satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, həmin müəssisədə baş kimyaçı vəzifəsində işləmiş Şahid3 etibar olunmuş əmlakı barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş sonuncular və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə təkrarən mənimsəmə yolu ilə talamaq məqsədilə, “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş, rəhbəri olduğu Neft-qaz və X4 laboratoriyasında aparılmış sınaqların dəyəri olan 40.800 manat pul vəsaitini, habelə “X33” MMC- yə məxsus olmaqla, müəssisədə satış və müqavilələr üzrə mütəxəssis vəziəsində işləmiş Şahid2, baş kimyaçı vəzifəsində işləmiş Şahid3 etibar olunmuş 46.630 manat olmaqla, ümumilikdə 87.430 manat pul vəsaitini “X33” MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Nizami filialında olan AZ45AİİB400900C**********113 nömrəli bank hesabına 2021-2022-ci illər ərzində köçürülməsini təmin edib, həmin pul vəsaitini Bakı şəhəri ərazisində nağdlaşdırıldıqdan sonra aralarında olan razılaşmaya əsasən, həmin pul vəsaitindən 14.983 manatını özünə, qalan 15.740 manatını əlbir olduğu Şahid1, 40.077 manatını Şahid3 və 16.630 manatını Şahid2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2, Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində “Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla onlara etibar olunmuş 40.800 (qırx min səkkiz yüz) manat, “X33” MMC-yə məxsus olmaqla onlara etibar olunmuş 46.630 (qırx altı min altı yüz otuz) manat olmaqla, cəmi 87.430 (səksən yeddi min dörd yüz otuz) manat pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talaması, törətdiyi həmin hərəkətləri ilə özü, habelə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2, Şahid3 və Şahid1 ilə bir qrup şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n və “X33” MMC-nin pul vəsaitinin aidiyyətı üzrə düzgün yönləndilməsi, İnstitutun və Cəmiyyətin ehtiyaclarının təmin olunmasının və ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsi, vəzifəli şəxs kimi barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1, Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı cinayətini törətməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ittihamları həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özü qəbul edərək həmin epizodla bağlı etirafedici ifadə verilmiş, həmçinin də iş materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan mötəbər sübutlar (şahid ifadələri, müvafiq sübut əhəmiyyətli sənədlər, ekspertizanın rəyi, mütəxəssis rəyi və s.) vasitəsi ilə qeyd olunan cinayət əməlinin ittiham aktında qeyd olunan formada onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona qarşı irəli sürülmüş ittihamda əks olunan tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmiş və xeyli miqdarda israf etmə yolu ilə təkrarən talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin və hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı cinayətini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi bir epizod üzrə ona elan olunan ittihamın həcminin azaldılması ümumilikdə onun əməlinin CM-in 179.3.2, 308.1, 313-cü maddələri ilə tövsif olunmsına mane olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittiham üzrə onun əməlinin CM-in 179.3.2-ci maddəsi ilə tövsif olunmasına səbəb olan bir epizod (“Azərbaycan Standartlaşdırma İnstitutu” phş-nə məxsus olmaqla ona etibar olunmuş 40.800 (qırx min səkkiz yüz) manat, “X33” MMC-yə məxsus olmaqla ona etibar olunmuş 46.630 (qırx altı min altı yüz otuz) manat olmaqla, cəmi 87.430 (səksən yeddi min dörd yüz otuz) manat pul vəsaitinin vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə cinayəti) hələ də öz qüvvəsini saxlamış, belə olan halda eynicinsli cinayət olduğundan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31-ci bəndində qeyd olunmuş hüquqi mövqe (dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir) əsas götürülməklə, onun əməli ibtidai istintaq orqanının gəldiyi qənaətə uyğun olaraq CMnin 179.3.2, 308.1, 313-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ümumi olaraq götürüldükdə ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə versə də, "xxxx" MMC ilə bağlı epizod üzrə 1800 manat məbləğində pulun mənimsənilməsi, vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı epizodunu qəbul etməmiş, lakin həmin epizod üzrə ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan etirafedici ifadə verdiyindən, məhkəmə Təqsirləndirilən şəxs həmin hissədə verdiyi ifadəni əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 45, mənzil 17 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə normal səciyyələndirilir. Himayəsində xx.xx.2018-ci il təvəllüdlü X29 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X31 oğlu adlı iki azyaşlı uşağı var (cild 09, iş vər. 128-131). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 239). Beləliklə, məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş hüquqi şəxs “X33” MMC-yə dəymiş maddi ziyanın tam olaraq ödənilməsini, həmin epizod üzrə ondan heç bir şikayət və tələbin olmamasını, iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə dəymiş maddi ziyanın böyük əksəriyyətinin ödənilməsini (CM-in 179.3.2-ci maddəsi ilə bağlı olan epizod üzrə ziyanın tam ödənilməsini), himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı cinayətlərini təkrarən törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən və həmin cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 313cü maddəsi ilə irəli sürülün ittiham üzrə CM-in 75-ci maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Belə ki, qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və CM-in 75-ci maddəsinə əsasən həmin cinayətlər üzrə onların törədildiyi gündən hökm qəbul edilib qanuni qüvvəsini alandək iki il müddət keçdikdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır və belə olan halda həmin şəxsə qeyd edilən cinayət əməli üzrə cəza təyin edilə bilməz. Hazırkı iş üzrə ona qeyd edilən maddənin tələbləri tətbiq edilməli və təqsirli bilindiyi CM-nin 313-cü maddəsi ilə ona cəza təyin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n Neft-qaz və X4 laboratoriyasında müdir vəzifəsində işləyərkən törətdiyindən, ona təqsirli bilindiyi CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmadığı halda CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə cinayət qanunvericiliyinin Ümumi hissəsində nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə, daha dəqiq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətlərin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəza, o cümlədən müəyyən vəfizə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin olunmasını, həmin əsas cəzalar toplanılmaqla, əlavə cəza ilə əsas cəzaya birləşdirilməklə qəti cəzanın təyin edilməsini, lakin onun cəzasını yüngülləşdirən kifayət qədər halların mövcudluğunu, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət nəticəsində dəymiş ziyanın böyük hissəsinin ödəməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, habelə onunla bərabər sözügedən cinayətlərin törədilməsində iştirak edən digər şəxslər barəsində bəraətverici əsas olmadan cinayət təqibinə xitam verilməsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində təyin olunan azadlıqdan mərhum etmə növündə əsas cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan əsas cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarında olan 24 iyul 2023-cü il tarixli “Təqirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 09, iş vər. 269-270). Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və ya bu Məcəllənin 99-4.1.1-99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Həmin Məcəllənin 99-4.3-cü maddəsinə əsasən bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. Habelə həmin Məcəllənin 99-4.5-ci maddəsində əsasən hüquqi şəxslərə cinayəthüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171- 2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. CPM-in 487-4.0-cı maddəsində göstərilmişdir ki, hüquqi şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar, cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar, bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən nəzərə alınan hallar müəyyən edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil, cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur. Qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddədə göstərilən səlahiyyətlərin üçü hüquqi şəxsin yalnız vəzifəli şəxsinə məxsus ola bilər və hüquq nəzəriyyəsində, məhkəmə təcrübəsində belə vəzifəli şəxslər sırasına hüquqi şəxsin təkbaşına rəhbəri (direktor, müdir, sədr və s.), kollegial rəhbər orqanının üzvləri (direktorlar şurasının üzvləri, nəzarət-təftiş komisiyalarının üzvləri və s.), hüquqi şəxsin digər rəhbər işçiləri (direktor müavini, baş mühəndis və s.) aid edilmişdir. Hüquqi şəxsin vəzifəli şəxsi yuxarıda göstərilən səlahiyyətlərin birini və ya bir neçəsini eyni zamanda həyata keçirə bilər. Cinayət Məcəlləsinin 99-4.1.4-cü maddəsinə əsasən, hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün cinayət əməlini törədən fiziki şəxslər vəzifəli şəxs olmaya da bilər. Belə ki, bu maddəyə görə hüquqi şəxsin hər hansı işçisi Cinayət Məcəlləsinin 99-4.1.1 – 99-4.1.3-cü maddələrində göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsindən istifadə edərək hüquqi şəxsin xeyrinə cinayət qanunvericiliyində göstərilmiş cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq edilə bilər. Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür (Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsi). Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər: - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə; - cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə; - cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə. Cinayət Məcəlləsinin 99-4.2-ci maddəsinə görə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı bir şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Maddənin tələblərinə uyğun olaraq, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi fiziki şəxsin cinayət əməlinin törədilməsindəki rolundan – təşkilatçı, təhrikçi, icraçı və s. (hər hansı bir şəkildə iştirakından) asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasına təsir etmir. Belə ki, fiziki və hüquqi şəxslərin məsuliyyətinin muxtariyyəti prinsipinə (prinsiple of autonomus liability) əsasən, fiziki şəxs barəsində cinayət təqibinə xitam verilməsi hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını istisna etmir. Bu prinsip əyani olaraq öz əksini Cinayət Məcəlləsinin 99-4.3-cü maddəsində göstərmişdir. Həmin maddəyə görə, cinayətin bilavasitə icraçısı olan fiziki şəxs barəsində qanunla müəyyən olunmuş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə qarşı cinayət-hüquqi tədbirinin tətbiqinə mane olmur. Fiziki şəxs barəsində cinayət təqibinə xitam verilməsinin əsasları və nəticələri isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəllə) 487-6.6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, fiziki şəxs barəsində cinayət işinə bu Məcəllənin 39.1.5-ci maddəsində (şəxs əməli törətdikdən sonra öldükdə); 39.1.10-cu maddəsində (şəxs əməli anlaqsız vəziyyətdə törətdikdə); 39.1.11-ci maddəsində (şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda); 39.1.12-ci maddəsində (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) nəzərdə tutulmuş hallarda xitam verildikdə, müstəntiq hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edir. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət əməlləri törədilən vaxtlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs olan Şahid1 tərəfindən CM-in 179.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törədilmiş, onun barəsində ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə CM-in 179.3.2-ci maddəsi ilə cinayət təqibinə CM-in 73-1.3-cü maddəsinə, CPM-in 39.1.11 və 40.2-ci maddələrinə əsasən, CM-in 308.1 və 313-cü maddələri ilə cinayət təqibinə isə CPM-in 40.2 və CM-in 74-cü maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Onun tərəfindən törədilən cinayət əməllərindən ikisi (CM-in 308.1 və 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri) Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləridir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-dəki bank hesabı çıxarışından görünür ki, “X33” MMC-dən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə köçürülən 5100 manatın 4500 manatı "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında həmin müəssisəyə, xx.xx.2022-ci il tarixdə köçürülən 8540 manatın 2149 manatı əmək haqlarına, xx.xx.2022-ci il tarixdə köçürülən 10630 manat tam olaraq "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında həmin müəssisəyə, xx.xx.2022-ci il tarixdə köçürülən 5390 manatın 4419 manatı mal və xidmətlərə görə çek əsasında nağdlaşdırılmış, xx.xx.2022-ci il tarixdə köçürülən 5460 manat tam olaraq "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında həmin müəssisəyə köçürülmüşdür. Göründüyü kimi, “X33” MMC-dən köçürülən vəsaitlər Şahid1 özü və "xxxx" MMC üçün qanunsuz üstünlük əldə edilməsinə, cəmiyyətin maraqlarının qorunmasına, yəni həmin hüquqi şəxsin qanunsuz mənfəət əldə etməsinə yönəldilmişdir (cild 5, i.vər. 257-314, cild 9, i.vər. 174-233). Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs olan Şahid1 sözügedən cinayət əməllərini hüquqi şəxsin xeyrinə törətmişdir. Cinayətin hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, konkret cinayət əməlinin həmin hüquqi şəxsə maddi fayda gətirmək (ona gəlir gətirmək və ya onun gəlirlərini artırmaq), onun maddi öhdəliklərini azaltmaq (xərclərdən azad etmək və ya xərclərini azaltmaq), onun maddi durumunu başqa şəkildə yaxşılaşdırmaq məqsədilə törədilməsi başa düşülməlidir. Belə məqsəd konkret olaraq hüquqi şəxsin kommersiya fəaliyyətinin genişləndirilməsinə, yeni əlverişli kommersiya layihələrinə qoşulmasına, əlverişli şərtlərlə əmlak əldə etməsinə, müəyyən istehsalat xərclərindən, vergilərdən və başqa məcburi ödənişlərdən tam və ya qismən azad olmasına və s. bu kimi istiqamətlərə yönələ bilər. CM-in 99-4.1-ci maddəsinin məzmununa görə, hüquqi şəxs barəsində cinayəthüquqi tədbir yalnız o halda tətbiq oluna bilər ki, müvafiq fiziki şəxs konkret cinayəti həmin hüquqi şəxsə xeyir vermək və ya onun maraqlarını qorunmaq məqsədi ilə törətsin. Bu zaman hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi üçün ona bu kriminal əməlin törədilməsi ilə real xeyir verilməsinin və ya onun maraqlarının təmin olunmasının əhəmiyyəti yoxdur. Belə tədbirlərin tətbiq oluna bilməsini şərtləndirən əsas əlamət fiziki şəxsin kriminal əməl törədərkən göstərilən məqsədi güdməsidir. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, Şahid1 qeyd hüquqi şəxsin xeyrinə, onun maddi öhdəliklərini azaltmaq (xərclərdən azad etmək və ya xərclərini azaltmaq), onun maddi durumunu başqa şəkildə yaxşılaşdırmaq məqsədilə olunan hərəkətləri etmiş, sözügedən cinayət əməllərini törətmişdir. Məhkəmədəki çıxışı zamanı dövlət ittihamçısı cinayət işinin materiallarında olan sübutlara istinad edərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ən sərt cinayət hüquqi tədbirin tətbiq edilməsini və hüquqi şəxsin ləğv edilməsini məhkəmədən xahiş edərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisi cinayət əməlləri törədilən ərəfədə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan Şahid1 öz şəxsi maraqları naminə hərəkət etdiyini, onun əməlləri nəticəsində hüquqi şəxsə heç bir xeyir dəymədiyini, hüquqi şəxsin maraqları naminə hərəkətlər edilmədiyini göstərmiş, eyni zamanda hüquqi şəxsin balansında nə pul, nə də əmlak olmadığını qeyd edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsini və ya hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 99-5.1-ci maddəsində göstərilmişdir ki, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır: - cərimə; - xüsusi müsadirə; - hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; - hüquqi şəxsi ləğv etmə. Həmçinin həmin Məcəllənin 99-5.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. Göründüyü kimi, cinayət qanunvericiliyi hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri əsas və əlavə tədbirlərə bölərək, onlardan hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbirini yalnız əsas, cəriməni əsas və əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirəni isə yalnız əlavə cinayət-hüquqi tədbirlərə aid etmişdir (Cinayət Məcələsinin 99-5.3-cü maddəsi). Müvafiq olaraq, hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbir yalnız müstəqil, digər tədbirlərə əlavə edilmədən, cərimə əsas tədbir kimi müstəqil və ya hüquqi şəxsi ləğv etmə tədbirinə əlavə edilməklə, xüsusi müsadirə və hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cinayət-hüquqi tədbirlər isə əsas tədbirlərə - hüquqi şəxsi ləğv etmə və cəriməyə əlavə edilməklə tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 99-5.4-cü maddəsində qeyd olunmuşdur ki, hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır: - cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi; - cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi; - cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı; - cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə; - cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər. - hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. CM-in 99-8.1-ci maddəsinə əsasən isə hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. Habelə həmin Məcəllənin 99-8.2-ci maddəsinə əsasənh üquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Məhkəmə kollegiyası yuxarıda sadalanan normaların tələblərini hazırki iş üzrə mövcud sübutlarla qarşılıqlı şəkildə araşdırıb və bütün hallara məcmu halında qiymət verərək qeyd edir ki, iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsinə səbəb olacaq CM-in 99-8.2-ci maddəsində sadalanan hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mövcud olan hallar əsas götürülməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində digər növdə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, yaradıldığı dövrdən küçən müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ilk dəfə cinayət hüquqi tədbirlər tətbiq olunsa da, həmin hüquqi şəxs barəsində hər hansı bir real tədbirin tətbiq edilməməsi gələcəkdə cəzanın məqsədlərinin təmin olunmasında (hər nə qədər cinayət hüquqi tədbir cəza sayılmasa da, hüquqi təbiəti baxımından cəzaya bərabər götürülməlidir) müəyyən problemlərin yaranmasına, istəmədən cəmiyyətdə cəzasızlıq mühitinin formalaşmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyində hüquqi şəxs barəsində tətbiq oluna biləcək əsas cinayət hüquqi tədbir kimi hüquqi şəxsi ləğv etmə və cərimə nəzərdə tutulmuşdur. Belə olan halda nə qədər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hüquqi şəxsi ləğv etmə növündə cinayət hüquqi tədbirinin tətbiq edilməli olmaması ilə bağlı nəticəyə gəlindiyindən, həmin hüquqi şəxs barəsində digər cinayət hüquqi tədbir olan cərimənin tətbiqi ilə bağlı məsələ müzakirə olunmalıdır. Cinayət-hüquqi tədbir qismində cərimə cinayət qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir (Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsi). Cərimə əsas cinayət-hüquqi tədbir qismində Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində sadalanan cinayətlərin hər hansı birinə və ya bir neçəsinə görə təyin edilə bilər. Əlavə cinayət-hüquqi tədbir qismində isə cərimə yalnız hüquqi şəxsə ləğv etmə cinayət-hüquqi tədbir tətbiq edildikdə mütləq təyin edilməlidir (Cinayət Məcəlləsinin 99-8ci maddəsi). Bu, qanunun imperativ tələbidir və belə cərimə iki yüz min manat miqdarında müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsində cərimənin təyin edildiyi zaman nəzərə alınmalı olan hallar göstərilmiş və bu hallara cinayətin ağırlıq dərəcəsinə görə növü və hüquqi şəxsin əmlakının dəyəri aid edilmişdir. Həmin hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla cərimə əlli min manatdan iki yüz min manatadək miqdarında və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarında müəyyən olunur (Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsi). Cinayət Məcəlləsinin qanunçuluq prinsipini nəzərdə tutan 5-ci maddəsinə müvafiq olaraq, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Qanunçuluq prinsipinin ayrılmaz tərkib hissəsi olan cəzanın qaçılmazlığı prinsipinə görə, cinayət törətmiş şəxs qanunla müəyyən edilmiş sanksiyalara müvafiq olaraq mütləq cəzalandırılmalıdır. Bu, hüquqpozanlara qarşı sanksiyaların tətbiq ediləcəyinə, onların məsuliyyətə cəlb olunacağına zəmanət verir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərmişdir ki, ədalətli cəzanın təyin edilməsi, ilk növbədə, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. CM-in 99-6.3-cü maddəsinə əsasən hüquqi şəxslərə cərimə növündə cinayəthüquqi tədbir az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. Həmçinin, cinayət qanunvericiliyində əsas cinayət hüquqi tədbirlərlə yanaşı əlavə cinayət hüquqi tədbirlər də nəzərdə tutulmuşdur ki, onlardan da biri hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmədir. CM-in 99-7.1-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir. Həmin Məcəllənin 99-7.2 və 99-7.2.1-ci maddələrində göstərilmişdir ki, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99- 5.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə təyin edilir. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4hemlab” MMC-nin Nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər (cild 05, iş vər. 235-238). İş materiallarında olan “Akkreditasiya Attestatı”nın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” X32 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Akkreditasiya Attestatı”na əsasən "xxxx" MMC-nin Sınaq laboratoriyası akkreditasiyadan keçmişdir və Attestata əlavə olunmuş akreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir (cild 05, iş vər. 232-234). Cinayət qanunvericiliyi müəyyən edir ki, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş fiziki şəxs Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz (Cinayət Məcəlləsinin 99-9-cu maddəsi). İş materialları ilə müəyyən olunur ki, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək və onun adından qərar qəbul etmək səlahiyyətində olan vəzifəli şəxsin törətdiyi vəzifə saxtakarlığı cinayəti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməsi istisna olunur. Beləliklə, iş materialları ilə müəyyən olunan halları, habelə yuxarıda sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək və onun adından qərar qəbul etmək səlahiyyətində olan vəzifəli şəxsin törətdiyi təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həm minimal həddə cərimə növündə əsas cinayət hüquqi tədbir, həm də minimal həddə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cinayət hüquqi tədbir tədbiq edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdafiəçisinin məhkəmə çıxışı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, əvvəla cinayət işinin materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında hər hansı əmlakın olmaması ilə bağlı sənəd mövcud deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki hüquqi şəxsin balansında hər hansı əmlakın (daşınar və ya daşınmaz əmlakın) olmaması hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tədbiq edilməməsi üçün birmənalı əsas rolunu oynaya bilməz. Müdafiəçinin istinad etdiyi Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qərarda birmənalı şəkildə göstərilməmişdir ki, balansında əmlakı olmayan hüquqi şəxsə hər hansı cinayət hüquqi tədbir tətbiq edilə bilməz. Həmin qərarında məhkəmə qeyd etmişdir, balansında hər hansı əmlak olmayan hüquqi şəxsə cərimə növündə cinayət hüquqi tədbir tətbiq edilərsə, gələcəkdə onun icrasında problemlər yarana bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialarında olan bank çıxarışlarından görünür ki, sözügedən hüquqi şəxsin hesablarında daim hərəkətlilik mövcuddur. Yəni iş fəaliyyəti ilə bağlı hesaba mədaxil və hesabdan məxariclər edilir. Digər tərəfdən hüquqi şəxsin direktoru Nümayəndə3 özü məhkəmə iclasında bildirmişdir ki, bugünkü gündə hüquqi şəxs fəaliyyətini davam etdirir, müxtəlif şirkətlərlə müqavilələ bağlanılmışdır və hüquqi şəxs tərəfindən müvafiq xidmətlər göstərilir. Bu da onu göstərir ki, hüquqi şəxs faktiki fəaliyyət göstərir və qazancı əldə edir. Odur ki, məhkəmə kollegiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində yuxarıda gəldiyi qənaət çərçivəsində cinayət hüquqi tədbirlərin görülməsində hər hansı maneə görmür. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş 362 (üç yüz altmış iki) manat məbləğində pul vəsaiti “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n bank hesabına yönəldilməlidir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin blanklarında “X33” MMC-nin adından tərtib edilmiş, sınağının aparılması üçün Neft-qaz və X4 laboratoriyasına nümunələrin təqdim edilməsinə dair xx.xx.2021-ci il (2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il (2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il ( 3 ədəd), xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ciil, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-c il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci l, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli sifarişlər, Neft-qaz və X4 laboratoriyası tərəfindən tərtib edilmiş “X33” MMC-nin nümunələrinin sınağının aparılmasına dair xx.xx.2022-ci il tarixli 442, 443, 444, 445 nömrəli, xx.xx.2022-ci il tarixli 448 nömrəli, xx.xx.2022-ci il tarixli 449 nömrəli, xx.xx.2022-ci il tarixli 450 nömrəli, xx.xx.2022-ci il tarixli 451 nömrəli, xx.xx.2022-ci il tarixli 446,447 nömrəli, xx.xx.2022-ci il tarixli 452, 453, 454 nömrəli, xx.xx.2022-ci il tarixli 455, 456 nömrəli, xx.xx.2022-ci il tarixli 457, 458 nömrəli, xx.xx.2022-ci il tarixli 459 nömrəli, xx.xx.2022-ci il tarixli 463, 462, 461, 460 nömrəli, xx.xx.2022-ci il tarixli 464, 465 nömrəli, xx.xx.2022-ci il tarixli 475, 474, 473, 472, 476 nömrəli, xx.xx.2022-ci il tarixli 479, 477, 478, 480, 481 nömrəli, xx.xx.2022-ci il tarixli 467, 468, 469, 470 nömrəli, xx.xx.2022-ci il tarixli 490, 491, 492 493, 494 nömrəli, xx.xx.2022-ci il tarixli 495, 496,497 nömrəli, xx.xx.2022-ci il tarixli 483, 498, 499, 500, 501 nömrəli sınaq protokolları,"xxxx" MMC-nin adından tərtib edilmiş “X33” MMC-nin nümunələrinə dair xx.xx.2022-ci il tarixli İT-01, İT-02, İT-03 nömrəli, xx.xx.2022-ci il tarixli İT-04 nömrəli, xx.xx.2022-ci il tarixli İT-06 nömrəli, xx.xx.2022-ci il tarixli İT-09 nömrəli, xx.xx.2022-ci il tarixli İT-05, İT-07, İT-08 nömrəli, xx.xx.2022-cı il tarixli İT-10, İT-11 nömrəli, xx.xx.2022-ci il tarixli İT-12, İT- 17 nömrəli, xx.xx.2022-ci il tarixli İT-18 nömrəli, xx.xx.2022-ci il tarixli İT-13, İT-14, İT-15, İT-16 nömrəli, xx.xx.2022-ci il tarixli İT-19, İT-20 nömrəli, xx.xx.2022-ci il tarixli İT-21, İT-22, İT- 23, İT-24 nömrəli, xx.xx.2022-ci il tarixli İT-25, İT-26, İT-27, İT-28, İT-29 nömrəli, xx.xx.2022-ci il tarixli İT-30, İT-31, İT-32, İT-33 İT-34 nömrəli, xx.xx.2022-ci il tarixli İT-35, İT-36, İT-37, İT-38, İT-39 nömrəli, xx.xx.2022-ci il tarixli İT-40, İT-41, İT-42 nömrəli, xx.xx.2022-ci il tarixli İT-43, İT-44,İT-45, İT-46, İT-47, İT-48 nömrəli sınaq protokolları, "xxxx" MMC adından tərtib edilmiş, xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimə (7330,0 manat) , xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021ci il tarixli elektron qaimə (7730,0 manat), xx.xx.2021-ci il tarixli hesab-fakturada (4220,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhviltəslim aktı», xx.xx.2021-ci il tarixli hesab-faktura (4250,0 manat), xx.xx.2021- ci il tarixli hesab-faktura və həmin tarixli elektron qaimə (7540,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xx.xx.2021-ci il tarixli hesabfaktura və xx.xx.2021-ci il tarixli elektron qaimə (5730,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xx.xx.2021-ci il tarixli hesab-faktura (5190,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5100,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (4960,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesabfaktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (3580,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə 5990,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə ( 4640,0 manat), xx.xx.2022ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5420,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə 5390,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhviltəslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (4900,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5460,0 manat). Neft-qaz və X4 laboratoriyası tərəfindən tərtib edilmiş fiziki şəxs X18 nümunələrinin sınağının aparılmasına dair xx.xx.2021-ci il tarixli 056 və 057 saylı sınaq protokolları, Neft-qaz və X4 laboratoriyası tərəfindən "xxxx" MMC-nin nümunələrinin sınağının aparılmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli 500, 501, 502, 503, 504, 505, 506 saylı, xx.xx.2021-ci il tarixli 400, 4014, 402, 403, 404, 405 saylı sınaq protokolları, "xxxx" MMC tərəfindən "xxxx" MMC -yə təqdim edilmiş təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə (1800 manat), "xxxx" QSC-nin əməkdaşı Şahid17 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən göstərmiş xidmətə görə sonuncuya xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 500,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat vəsaitlərin ödənilməsini təsdiq edən qəbzlər və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 1 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, istintaq materiallarına Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/2-3675/2023 saylı məktubu ilə əlavə edilmiş Neft-qaz və X4 laboratoriyasının ekspert-kimyaçıları Şahid6 və Şahid7 tərəfindən aparılan sınaqların nəticələri barədə qeydlər aparılmış 15 ədəd işçi dəftərləri hökm qanuni qüvvəsini aldıqdan sonra “Azərbaycan Standartlaşdırma İnstitutu” X19ytarılmalıdır. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci 126 AZN (yüz iyirmi altı manat) ekspertiza xərci X6 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
h ö k m e t d i:
X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birlədirilməklə X10 qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X8 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X8 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə X10 cəza təyin olunmasın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilənlər əsas götürülməklə 02 (iki) il müddətə cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş, o cümlədən xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə məşğul olma hüququndan məhrum edilməklə 75 000 AZN (yetmiş beş min) manat məbləğində cərimə növündə cinayət hüquqi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin blanklarında “X33” MMC-nin adından tərtib edilmiş, sınağının aparılması üçün Neft-qaz və X4 laboratoriyasına nümunələrin təqdim edilməsinə dair xx.xx.2021-ci il (2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il (2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il ( 2 ədəd), xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il ( 3 ədəd), xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ciil, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-c il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci l, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli sifarişlər, Neft-qaz və X4 laboratoriyası tərəfindən tərtib edilmiş “X33” MMC-nin nümunələrinin sınağının aparılmasına dair xx.xx.2022-ci il tarixli 442, 443, 444, 445 nömrəli, xx.xx.2022-ci il tarixli 448 nömrəli, xx.xx.2022-ci il tarixli 449 nömrəli, xx.xx.2022-ci il tarixli 450 nömrəli, xx.xx.2022-ci il tarixli 451 nömrəli, xx.xx.2022-ci il tarixli 446,447 nömrəli, xx.xx.2022-ci il tarixli 452, 453, 454 nömrəli, xx.xx.2022-ci il tarixli 455, 456 nömrəli, xx.xx.2022-ci il tarixli 457, 458 nömrəli, xx.xx.2022-ci il tarixli 459 nömrəli, xx.xx.2022-ci il tarixli 463, 462, 461, 460 nömrəli, xx.xx.2022-ci il tarixli 464, 465 nömrəli, xx.xx.2022-ci il tarixli 475, 474, 473, 472, 476 nömrəli, xx.xx.2022-ci il tarixli 479, 477, 478, 480, 481 nömrəli, xx.xx.2022-ci il tarixli 467, 468, 469, 470 nömrəli, xx.xx.2022-ci il tarixli 490, 491, 492 493, 494 nömrəli, xx.xx.2022-ci il tarixli 495, 496,497 nömrəli, xx.xx.2022-ci il tarixli 483, 498, 499, 500, 501 nömrəli sınaq protokolları,"xxxx" MMC-nin adından tərtib edilmiş “X33” MMC-nin nümunələrinə dair xx.xx.2022-ci il tarixli İT-01, İT-02, İT-03 nömrəli, xx.xx.2022-ci il tarixli İT-04 nömrəli, xx.xx.2022-ci il tarixli İT-06 nömrəli, xx.xx.2022-ci il tarixli İT-09 nömrəli, xx.xx.2022-ci il tarixli İT-05, İT-07, İT-08 nömrəli, xx.xx.2022-cı il tarixli İT-10, İT-11 nömrəli, xx.xx.2022-ci il tarixli İT-12, İT- 17 nömrəli, xx.xx.2022-ci il tarixli İT-18 nömrəli, xx.xx.2022-ci il tarixli İT-13, İT-14, İT-15, İT-16 nömrəli, xx.xx.2022-ci il tarixli İT-19, İT-20 nömrəli, xx.xx.2022-ci il tarixli İT-21, İT-22, İT-23, İT-24 nömrəli, xx.xx.2022-ci il tarixli İT- 25, İT-26, İT-27, İT-28, İT-29 nömrəli, xx.xx.2022-ci il tarixli İT-30, İT-31, İT-32, İT-33 İT-34 nömrəli, xx.xx.2022-ci il tarixli İT-35, İT-36, İT-37, İT-38, İT-39 nömrəli, xx.xx.2022-ci il tarixli İT-40, İT-41, İT-42 nömrəli, xx.xx.2022-ci il tarixli İT-43, İT-44,İT-45, İT-46, İT-47, İT- 48 nömrəli sınaq protokolları, "xxxx" MMC adından tərtib edilmiş, xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimə (7330,0 manat) , xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimə (7730,0 manat), xx.xx.2021-ci il tarixli hesab-fakturada (4220,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2021-ci il tarixli hesab-faktura (4250,0 manat), xx.xx.2021- ci il tarixli hesab-faktura və həmin tarixli elektron qaimə (7540,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xx.xx.2021-ci il tarixli hesab-faktura və xx.xx.2021-ci il tarixli elektron qaimə (5730,0 manat), xx.xx.2021-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı”, xx.xx.2021-ci il tarixli hesab-faktura (5190,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5100,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (4960,0 manat), xx.xx.2022ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (3580,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə 5990,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhviltəslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə ( 4640,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5420,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə 5390,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (4900,0 manat), xx.xx.2022-ci il tarixli “işlərin görülməsi və xidmətlərin gösrətilməsi üzrə təhvil-təslim aktı», xx.xx.2022-ci il tarixli hesab-faktura və xx.xx.2022-ci il tarixli elektron qaimə (5460,0 manat). Neft-qaz və X4 laboratoriyası tərəfindən tərtib edilmiş fiziki şəxs X18 nümunələrinin sınağının aparılmasına dair xx.xx.2021-ci il tarixli 056 və 057 saylı sınaq protokolları, Neft-qaz və X4 laboratoriyası tərəfindən "xxxx" MMC-nin nümunələrinin sınağının aparılmasına dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli 500, 501, 502, 503, 504, 505, 506 saylı, xx.xx.2021-ci il tarixli 400, 4014, 402, 403, 404, 405 saylı sınaq protokolları, "xxxx" MMC tərəfindən "xxxx" MMC -yə təqdim edilmiş təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə (1800 manat), "xxxx" QSC-nin əməkdaşı Şahid17 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən göstərmiş xidmətə görə sonuncuya xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 350,0 manat, xx.xx.2021-ci il tarixdə 500,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat, xx.xx.2022-ci il tarixdə 550,0 manat vəsaitlərin ödənilməsini təsdiq edən qəbzlər və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 1 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın, istintaq materiallarına Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-1/2-3675/2023 saylı məktubu ilə əlavə edilmiş Neft-qaz və X4 laboratoriyasının ekspert-kimyaçıları Şahid6 və Şahid7 tərəfindən aparılan sınaqların nəticələri barədə qeydlər aparılmış 15 ədəd işçi dəftərləri hökm qanuni qüvvəsini aldıqdan sonra “Azərbaycan Standartlaşdırma İnstitutu” X19ytarılsın. X16 tərəfindən ödənilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına yerləşdirilmiş 362 (üç yüz altmış iki) manat məbləğində pul vəsaiti “Azərbaycan Standartlaşdırma İnstitutu” X32n bank hesabına yönəldilsin. İş üzrə 126 AZN (yüz iyirmi altı manat) ekspertiza xərci X6 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.