Məhkəmə qərarları › İş №1(124)-269/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-269/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-269/2025 11.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4, 120.2.11, 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 120.2.4, 120.2.11, 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, doğma qızı Şahid1 sosial şəbəkə vasitəsilə tanış olduğu Şahid2 ilə ailə üzvlərindən xəbərsiz 25 sentyabr 2022-ci il tarixdə evdən çıxıb Bakı şəhərində bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamasına baxmayaraq Şahid2 22 fevral 2023-cü il tarixdə onun qızından ayrılmasını insanlar arasında onu rüsvay edən hərəkət kimi qələmə verməklə bunu bəhanə edərək xeyli miqdarda əmlak əldə etmək məqsədilə Şahid2 atası Zərərçəkmiş şəxs ilə Xaçmaz şəhəri ərazisində müxtəlif yerlərdə görüşərək Şahid2 etdiyi hərəkətə görə sonuncunu və zərərçəkmiş şəxsi öldürməklə hədələyib Zərərçəkmiş şəxs 50000 manat pul vəsaitini tələb edib 2023-cü ilin yay aylarında günorta saatlarında ünvan 2 ünvanında yerləşən ünvan 3xanada Zərərçəkmiş şəxs bir hissəsi ABŞ dolları, bir hissəsi isə Azərbaycan manatı olmaqla 50000 (əlli min) manat məbləğində pul vəsaitini almış, bununla da o, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmiş, yəni xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin və sonuncunun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan başqa, o, hədə-qorxu ilə təkrar, zor tətbiq etməklə, külli miqdarda əmlak əldə etmək məqsədilə 2024-cü ilin oktyabr ayının əvvəllərindən başlayaraq eyni bəhanə ilə, yəni doğma qızı Şahid1 sosial şəbəkə vasitəsilə tanış olduğu Şahid2 ilə ailə üzvlərindən xəbərsiz 25 sentyabr 2022-ci il tarixdə evdən çıxıb Bakı şəhərində bir müddət qeyri- rəsmi ər-arvad münasibətlərində yaşamasına baxmayaraq Şahid2 22 fevral 2023-cü il tarixdə onun qızından ayrılmasını insanlar arasında onu rüsvay edən hərəkət kimi qələmə verməklə bunu bəhanə edərək külli miqdarda əmlak əldə etmək məqsədilə dəfələrlə Zərərçəkmiş şəxsla Xaçmaz şəhəri ərazisində müxtəlif yerlərdə görüşərək Şahid2 və Zərərçəkmiş şəxs öldürməklə hədələyərək sonuncudan 70000 (yetmiş min) manat məbləğində pul vəsaitini tələb etmiş, sonuncu dəfə isə 01 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında yerləşən Azərbaycan Respublikasının Kiçik və X22 Agentliyinin “Xaçmaz KOB evi"nin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs qeyd olunan tələbi irəli sürdükdə zərərçəkmiş şəxsin həmin tələbi yerinə yetirmədiyini görüb sonuncunu öldürmək qərarına gələrək həmin vaxt və həmin yerdə zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə hadisə yerinə özü ilə gətirdiyi, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 260 mm olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən ümumilikdə 19 dəfə ardıcıl zərbə vurub sonuncuya “döş qəfəsinin sağ tərəfində İV-V qabırğalar səviyyəsində 4x1 sm, qarın nahiyəsində 9x1,5 sm, döş qəfəsinin ön-sol tərəfində orta qoltuqxətti üzrə Vİ qabırğa səviyyəsində 4x1 sm, İX qabırğa səviyyəsində 5x1 sm, İX qabırğa səviyyəsində 6x2 sm, sol böyründə 3x1 sm, sol böyründə 4x1 sm, döş qəfəsinin arxa tərəfində dal qoltuq xətti üzrə İX qabırğa səviyyəsində 2x1 sm ölçülərdə xətti formalı kənarları hamar, bucaqları iti kəsilmiş və deşilmiş-kəsilmiş yaralar” kimi döş və qarın boşluqlarına nüfuz etdiyindən həyat üçün təhlükəli olan 8 ədəd sağlamlığa ağır zəvər vuran, “boyunun sol tərəfində 5,5x1 sm, sağ tərəf sifətində 8x2 sm, boyunun sağ tərəfində 1x1 sm, sağ baldırın yuxarı üçdə birinin bayır tərəfində 6x1,5 sm, sol bazunun orta üçdə birinin bayır tərəfində 4x1 sm, Vİİ qabırğa səviyyəsində 3x1 sm, sol əlin ovuc səthində 14x1,5 sm, sol tərəf sifətində 2x0,5 sm, sol kürək nahiyəsində 3x1 sm, sol kürək nahiyəsində 4x2 sm, döş qəfəsinin arxa tərəfində dal qoltuq xətti üzrə İX qabırğa səviyyəsində 2x0,7 sm ölçülərdə xətti formalı kənarları hamar, bucaqları iti kəsilmiş və deşilmiş-kəsilmiş yaralar” kimi 11 ədəd sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək baş vermiş daxili və xarici kəskin qanitirmə nəticəsində Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, bununla da o, xüsusi amansızlıqla, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən adam öldürmüş, yəni xüsusi amansızlıqla, hədə-qorxu ilə tələb etməklə əlaqədar digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin təkrar, zor tətbiq etməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə, habelə külli miqdarda əmlak əldə etmək məqsədi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hədə-qorxu ilə tələb etmiş, yəni təkrar, zor tətbiq etməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə, habelə külli miqdarda əmlak əldə etmək məqsədi ilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla zərərçəkmiş şəxsin və sonuncunun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mənə evdən zəng edib Şahid2 qızım Şahid1 qaçırdığını dedilər. Fatimənin Xaçmaz rayonuna qaçdığını öyrəndim və Xaçmaz rayonuna gələrək Xalidin iş yerini müəyyən etdim. Xalidin atası İlham bizim rayona gəldi və mənə Fatiməni öz qızı kimi qoruyacağına söz verdi. İlham Xalidin evli olduğunu, ancaq dinimizdə ikinci həyat yoldaşına icazə verildiyini deyərək Fatiməni gəlin kimi evində saxlayacağını dedi. Mən də Fatiməni ona əmanət etdiyimi, Xalidlə aralarında hər hansı problem yaranarsa qızımı özümə təhvil verməyini bildirdim. Bundan sonra mən qızımın Xalidlə birgə ailə kimi yaşamasına icazə verdim. Bu hadisənin üzərindən bir həftə keçmişdi ki, Xalidin Fatiməni Bakıya tanımadığım bir evə aparıb qoyduğunu eşitdim. Bundan sonra daha da əsəbləşdim, İlhamla danışanda ona oğlunu sağ buraxmayacağımı söylədim. İlham bu problemi həll edəcəyini bildirdi və biz ortaq razılığa gəldik ki, Xalid öz əvvəlki yoldaşından boşansın və mənim qızımı el adəti ilə elçi gəlib istəsin. Beləcə İlhamla aramızda yaxın qohumluq münasibəti yarandı. Mən daha sonra İlhama Xalidin yoldaşından boşanmasını istəmədiyimi bildirdim, çünki bu məsələdə onun heç bir günahı yox idi. İlham isə Xalidin ailəsində əvvəldən problemlər olduğunu və ayrılacaqlarını bildirdi, iyulun 15-ə kimi elçi gəlməsi üçün İlhamla vaxt danışdıq. Mənim maşın biznesim var idi, ancaq müəyyən səbəblərdən dolayı ordan əldə etdiyim vəsaitləri itirmişdim və yenidən biznesə başlamaq üçün əlimdə vəsait olmadığından Xaçmaz rayonuna yaxın yerdə olan evimi satmaq qərarına gəldim. Bununla bağlı İlhama da məlumat verdim ki, bəlkə evin satılmasında mənə kömək edə bilər. İlham mənə bildirdi ki, əgər iş üçün təcili pula ehtiyacım varsa, mənə pul verə bilər. Mən pulu borc kimi götürəcəyimi, işimi həll etdikdən sonra borcumu qaytaracağımı söylədim. İlham isə heç bir problem olmadığını dedi və borc müqaviləsi bağlamaq üçün notariusda görüşməyə razılaşdıq. İlham notariusa mənə qudası kimi təqdim etdiyi şəxs Şahid6la birlikdə gəlmişdi. O, məndən qudasına Xalidlə yoldaşının ayrılıq səbəbinin Fatimə ilə əlaqəsi olmadığını bildirməyimi istədi, notariusa getməyə ehtiyac olmadığını söylədi və mənə Şahid6 şahidliyi ilə 50000 manat borc pul verdi. Mən İlhamdan hədə-qorxu ilə pul tələb etməmişəm. İlhamla iyulun 15-nə kimi qızıma elçi gəlməsi ilə bağlı razılaşmışdıq, həmin vaxt gəlmədikləri üçün ona avqustun 1-nə kimi vaxt vermişdim, lakin onlar avqustun 1-i də gəlmədilər. Belə olan halda mən İlhama zəng edib görüşmək üçün Bakıya gəlməsini söylədim. Bakıda 9-cu mikrorayonda şadlıq evinin qarşısında görüşəndə məni aldatdığı, mənə yalan vəd verdiyi üçün İlhamla mübahisə etdim, mənə edilənlər qarşısında cavab verəcəklərini və borcumu da qaytaracağımı söylədim. Bundan sonra mən Xalidi öldürməyi qarşıma məqsəd qoymuşdum, ancaq yerini müəyyən edə bilmirdim. Hətta bir neçə dəfə evinə də getməyə cəhd etmişdim, ancaq özümdə olmadığımdan ailəsinə, uşaqlarına zərər vurmaqdan qorxub çəkinmişdim. Sonuncu dəfə hadisənin baş verdiyi gün mən Xalidin yeri barədə məlumat əldə etmək üçün İlhamın iş yerinin qarşısına gəldim və nahar fasiləsinə çıxmasını gözlədim. Fikirləşdim ki, əgər nahar fasiləsinə çıxmasa iş yerinin binasına daxil olaram. Bir müddət sonra İlham nahar vaxtı işdən çıxıb maşınına doğru yaxınlaşanda məni gördü və onunla salamlaşıb kənara çəkib söhbət etməyə başladım. İlhama hardasa oturub normal söhbət etməyi, Xalidlə görüşümə şərait yaratmasını təklif etsəm də, İlham onu bezdirdiyimi, ailəsi və özünə rahatlıq vermədiyimi söyləyərək mənə qarşı aqressiv ifadələr işlətməyə başladı. O mənə qarşı “əgər ailən yaxşı ailə olsaydı qızın oğlumla qaçmazdı” kimi nalayiq ifadələr işlətdi. Mən bu ifalərdən sonra daha da əsəbləşdim və cibimdəki mətbəx bıçağını çıxarıb müqavimət göstərməsinə baxmayaraq İlhama xəsarətlər yetirməyə başladım. Ona çoxsaylı xəsarətlər yetirərkən özümdə olmamışam və onu əvvəlcədən öldürmək niyyətim də olmayıb.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Zərərçəkmiş şəxsə 19 bıçaq zərbəsi vurmuşam, ancaq o anda niyyətim zərərçəkmiş şəxsə əzab və ya iztirab vermək olmayıb. Mənim zərərçəkmiş şəxsi vurmaq niyyətim olmayıb, hadisənin baş verdiyi yerdə olan kameralardan da görə bilərsiniz ki, mən əvvəlcə onunla söhbət etməyə çalışırdım. Zərərçəkmiş şəxsə vurduğum 2-ci və 3-cü bıçaq zərbəsindən sonra olanları xatırlamıram. Mənim Zərərçəkmiş şəxsla problemim yox idi, əsas məqsədim Zərərçəkmiş şəxs oğlu Şahid2la görüşmək idi. Artıq bir müddət idi ki, Xalidin iş yerinin qarşısında dayanıb, onu təqib edirdim, ancaq ailəsi ilə birlikdə olduğu üçün onunla danışa bilmirdim. Çünki özümdə olmadığımdan Xalidin ailəsinə də zərər vurmaqdan qorxurdum. Xalidin yerini öyrənmək məqsədilə İlhamla görüşəndə o mənə ailəsindən uzaq durmağı və onları narahat etməməyi söylədi, mən isə ona Xalidin üzündən ailəmin dağıldığını bildirdim. O, məni qıcıqlandırmaq üçün “əgər sənin ailən yaxşı ailə olsaydı qızın mənim oğlumla qaçmazdı” kimi ifadələr işlətməyə başladı. İlham əvvəllər hətta qızıma zərər vurmağım üçün məni Bakıya gəlməyə sövq etmişdi. Mən birinci dəfə İlhama zərbə vurmağa cəhd edəndə zərbə dəymədi, qolumdan tutdu. Mən maşın satışı ilə məşğul idim, bir gün eşitdim ki, qızım evdən qaçıb. Rayona gəldim və araşdıranda qızımın Xalid adlı evli şəxslə qaçdığını öyrəndim. Xaçmaz rayonuna gəldim, Xalidi tapdım və maşına əyləşdirdim. Onu qızımın yanına gətirib hər ikisini öldürməyi qarşıma məqsəd qoymuşdum, ancaq qəfil işim çıxdığı üçün fikrimdən daşındım. Bu hadisədən bir gün sonra Xalidin atası İlham yanıma gəldi, mənə yalvardı və Xalid evli olsa belə dinimizdə ikinci evliliyə icazə olduğunu, Fatiməyə qızı kimi baxacağına söz verdi. Mən də ibadət edən biri olduğum üçün onun dedikləri ilə razılaşdım, ancaq məhz oğlunu qorumaq üçün bu hərəkəti edirsə, etməməyi ondan xahiş etdim. Bir neçə aydan sonra bir qız mənə zəng etdi və mənə qızımın pis yola düşdüyünü söylədi. Mən qızımı evə gətirdim, daha sonra İlham bizə gəldi, mən onun qarşısına şərtlərimi qoydum və qarşılıqlı olaraq razılaşdıq ki, Xalid yoldaşından boşanacaq, qohumları ilə birgə Fatiməyə elçi gələcək və Fatimə adətənənəyə uyğun olaraq onların evinə gəlin olaraq gedəcək. Əlimdə 160000 manat pul var idi, ancaq onu da müəyyən problemlərdən dolayı əlimdən çıxarmışdım. Buna görə də əvvəlki işimi bərpa etmək üçün Qubada olan evimi satmaq qərarına gəldim. Həmin vaxt da İlhamla mənim münasibətim yaxşı idi, bir-birimiz arasında gediş-gəliş var idi. Mən ona iyulun 1-i üçün verdiyi sözü tutmağı söylədim. İlhamın yanında bir neçə dəfə evin satılması ilə əlaqadar olaraq əmlakçı ilə danışmışdım, ancaq evin satılması prosesi çox uzandığından İlham çox yaxın tanıdığı biri olduğunu, onun mənə borc pul verə biləcəyini və həmin pulla işimi yenidən bərpa edə biləcəyimi söylədi. Mən də notarius vasitəsilə rəsmiləşdirildikdən sonra borc pulu alacağımı dedim. Ancaq İlham notariusda tanışlarının çox olduğunu, bu işi kiminsə bilməməsi üçün aramızda həll edilməli olduğunu vurğuladı. Həmçinin İlham borc pulu verəndə Şahid6 da mənə qudası kimi təqdim edərək qudasına Xalidlə yoldaşının ayrılıq səbəbinin Fatimə ilə əlaqəli olmadığını bildirməyimi istədi. Mən onun bu fikri ilə razılaşmadım, İlham qudasıgillə problem yaşayacağını bildirəndə mən Xalidin yoldaşından boşanmasına zərurət olmadığını söylədim. İlham Xalidin ailəsində çoxdan problem olduğunu və ayrılacaqlarını dedi. Bundan sonra İlham mənə Şahid6 yanında 50000 manat borc pul verdi, Firudin ibtidai istintaqda ifadə verəndə də pulun mənə borc kimi verildiyini və heç bir hədə-qorxu olmadığını təsdiq edib. İlhamla ikinci görüşümüzdə ondan 70000 manat pul istəməmişəm. İlhamla mənim aramda heç bir aqressiv münasibət olmayıb, bir müddətdən sonra bizim çox yaxın münasibətimiz olub. Qızım 2022-ci ilin sentyabr ayında Xalidlə qoşulub qaçıb, mən isə 2023-cü ilin yayında İlhamdan pul istəmişəm. Cinayət hadisəsini törətdikdən sonra maşına əyləşdim və polis şöbəsinə gedərək könüllü polisə təslim oldum. Zərərçəkmiş şəxs borcu verdiyi 1 il 4 ay müddətində məndən pulu tələb etməyib. Mən pulu borc olaraq qəbul etmişdim və işlərim düzələn kimi borcumu qaytaracağımı söyləmişdim. Mən Qubadakı evimin satılmağını İlhama həvalə etmişdim. İlhamdan sadəcə bir dəfə pul almışam, onda da borc olaraq qəbul etmişdim. Bundan əvvəl İlham aramızda olan ailəvi məsələni ört-basdır etmək üçün mənə pul verməyib. Xalidlə bir dəfə qızımı qaçırdığı gündən bir gün sonra görüşmüşdüm. Bundan sonra İlham Xalidlə görüşməyimə imkan vermədi. Evdən bıçaqla çıxmağımın məqsədi Şahid2 öldürmək idi. 2023-cü ilin mart ayından başlayaraq İlhamla aramızda münasibət yaxşılaşmağa başladı. İlham mənə 2023-cü ilin yayında 50000 manat borc pul verdi, 2023-cü ilin iyulun 1-də qızıma elçi gələcəyi ilə bağlı söz verdiyi halda gəlmədi. Bundan sonra aramızda münasibət daha da korlandı. 2023-cü ilin yayından 2024-cü ilin oktyabrına qədər olan müddətdə mən maddi imkanımı yaxşılaşdırmaq üçün həll yolları axtarırdım. 2023-cü ilin yayında İlhamla mübahisəmiz yarandıqdan sonra Bakıda 9-cu mikrorayonda şadlıq evinin qarşısında görüşdük və ona olan borcumu ödəyəcəyimi söylədim. İlhamın verdiyi pullarla maşın alveri etdiyim üçün əlimdə pulum qalmamışdı, ancaq maşınları satıb borc pulu qaytaracağımı söyləmişdim. 2023-cü ilin yayından 2024cü ilin oktyabrına qədər olan müddətdə qızım ailə həyatı qurmaq üçün evdən çıxıb getmişdi və həmin müddət ərzində Xalidi axtarmışam, ancaq tapa bilməmişəm. Yaxşı maddi imkanım olmasını istəyirdim, əgər bu mümkün olmasa məqsədim bir hadisə törədib qaçıb getmək idi. 50000 manatı borc kimi götürmüşəm, ancaq geri qaytarmamışam, 70000 manat pulu isə borc götürməmişəm. Mənim niyyətim İlhamı xüsusi amansızlıqla, ya da pula görə öldürmək deyildi. Sadəcə aramızda mübahisə yarandığı zaman o mənə qarşı kobud ifadələr işlətdiyi üçün onu öldürmək qərarına gəlmişəm və öldürmüşəm. Özümü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilirəm. Əməlimdən peşman deyiləm. Sadəcə bugün ailəmin yanında ola bilmədiyim üçün peşmanam.” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir: “2024-cü il noyabr ayının 1-də oğlum Şahid4 mənə zəng edərək atası Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat verdi. Mən ona atasının heç kimsəylə düşmənçiliyinin olmamasını söylədim. Mən nə Təqsirləndirilən şəxs, nə də onun qızı Şahid1 tanıyırdım. Mənə yoldaşım İlham bu məsələylə bağlı heç bir məlumat verməmişdi. Mən belə hesab edirəm ki, 50 000 manat pul da artıq Təqsirləndirilən şəxs verildiyi üçün evdə bu məsələ tamamilə bağlanılmışdı. Başqa heç bir hadisənin şahidi olmamışam.” Zərərçəkmiş şəxsin hüquqi varisi Səbinə Rüstəmova məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçiyəm. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Mən 16 yaşımda Şahid2la “İnstagram” sosial şəbəkəsi üzərindən tanış olmuşam. Onunla tanış olanda mənə evli olmadığını bildirmişdi. Bir müddətdən sonra anama da Xalidlə olan münasibətimi söylədim. Anam Xalidə mənim yaşımın az olduğunu, məndən uzaq durmağını, əgər atam bu məsələni bilsə onun üçün yaxşı olmayacağını bildirdi. Xalid isə anama məni sevdiyini və məndən uzaq durmayacağını dedi. Mən Xalidlə bir müddət görüşməyə davam etdikdən sonra o mənə evli olduğunu, ancaq evliliyinin heç bir maneə olmadığını, islam dini şərtləri altında evlənməyimizin mümkün olduğunu, məni atamdan istəyəcəyini söylədi. Bundan sonra mən bu olanları anama, anam da atama danışdı. Bu hadisədən sonra atam hər yerdə Xalidi axtarırdı və Xalid də bunu bilirdi. Xalid Bakıya gələndə mənə də yanına gəlməyi təklif etdi və yaxında ailəmlə olan münasibətini də düzəldəcəyini söylədi. Mən Bakıya Xalidin yanına gəldim və onunla birlikdə oldum. Bundan sonra Xalid məni Bakıda qoyub çıxıb getdi. Bu müddətdə atam məni hər yerdə axtarırdı. 2-3 gün sonra Xalid atasıyla birlikdə gəlib məni Bakıda qaldığım yerdən götürdü və biz Şabrana getdik, orada dini kəbin kəsdirdik, oradan da Xaçmaza gəldik. Xaçmaza gəldiyimiz günün səhəri Xalid mənə bir müddət bir-birimizdən uzaq qalmağı və məni Bakıya yerləşdirib maddi cəhətdən dəstək olacağını dedi. Mən bu olanları ailəmə söyləyə bilmədim. Xaçmaza gəldikdən 3-4 gün sonra Xalid, atası və mən Bakıya gəldik. Onlar məni Bakıda rəfiqəmin evinə qoydular, ancaq atam mənim rəfiqəmlə qaldığımı eşidəndə Xalid məni qalmaq üçün xalasının evinə gətirdi. Xalasının evində qaldığım müddətdə Xalid evə gəlmədi. Ancaq bir müddət sonra o, mənim onun xalasıyla münaqişə etdiyimi deyib məni yenidən rəfiqəmin evinə gətirdi. 2023-cü ilin dekabrından mən Bakı şəhərində tək yaşamağa başladım. Cinayət hadisəsini isə baş verdiyi gün anamdan eşitmişəm.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Xalidin anasını tanımırdım, Xalidin qohumlarından atasını və xalasını tanıyırdım. Bakıya yeni gələndə anamla danışmırdım, bir müddət sonra anamla danışmağa başlamışam. Hal-hazırki həyəcanla atamın Xalidi öldürmək istəyib-istəməməsi ilə bağlı məlumat yadımda deyil. Mən Xaçmaza gələndə Xalidin evində Xalid və atası var idi. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm, ibtidai istintaqda mənə qarşı hər hansı təsir və təzyiq olmayıb. 6 yaşımdan 17 yaşıma qədər hicablı olmuşam. Xalid mənə artıq onun həyat yoldaşı olduğumu, atamın mənə qarışa bilməyəcəyini və hicabı istifadə edibetməməkdə sərbəst olduğumu dedi. Mən sadəcə Xalidlə aramda olan məsələlərdən dolayı rayonda yaşaya bilmədiyim üçün Bakıda yaşamaq istədim. Evdə mənə nə atam, nə də anam tərəfindən təzyiq olunub, ailəmlə münasibətim yaxşıdır. Şahid3 əvvəllər Bakıda bir evdə yaşadığım rəfiqəmdir. Hal-hazırda onunla münasibətim yoxdur.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir: “Şahid1 ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşam. Mən 2020-ci ildə ailə həyatı qurmuşam və 2022-ci ildə Şahid1yla tanış olmuşam. Həmin vaxt mən evli idim və bir övladım var idi. Mən Fatiməylə telefonda danışanda o mənə evdən qaçacağını deyirdi, mən isə bunun doğru olmadığını ona söyləyirdim. Bir gün Fatimə mənə zəng etdi ki, mən evdən qaçmışam. Fatimə evdən qaçıb rəfiqəsinin evinə Bakıya gəldi və mənə mesaj yazdı ki, görüşək. Mən israr etsəm də, o təkid etdi və biz Fatimənin rəfiqəsi Şahid3 evində görüşdük. Orada aramızda münasibət oldu. Mən bir gün sonra Xaçmaza qayıtdım. Fatimənin atası bu məsələni eşitdikdən sonra mənim iş yerimin qarşısına gəldi və bizim kəbin kəsməli olduğumuzu söylədi. Mən və Fatimə Şabranda dini kəbin kəsdirdik. Daha sonra mən Fatiməylə birlikdə Xaçmazdakı evimə qayıtdım, iki -üç həftə Fatimə mənimlə birlikdə Xaçmazda qaldı. Ancaq sonra Fatimə Bakıya getmək istədiyini söylədi. Mən Fatiməyə yaşaması üçün Bakıdan kirayə ev tutdum, lakin tək yaşamasın deyə xalamı da gətirdim. Lakin sonra xalamla aralarında mübahisə yarandığından xalam onunla yaşamadı. X29 və ətrafında olan digər qızlarla əlaqəsini kəsməyi söylədim, ancaq o əlaqəni kəsmədi. Bir müddət sonra Fatimənin telefonunda kiminləsə mesajlaşdığını gördüm və aramızda münasibət pisləşməyə başladı. Atam Fatiməni öz evinə qaytarmaq istəyəndə Fatimə bundan imtina etdi və Bakıda qalmaq istədiyini söylədi. Fatimə təkid etsə də atam Fatiməni Şabrana, öz evinə gətirdi. Orda mübahisə yarananda Fatimə evdəkilərə də mənim onu qaçırmadığımı, özü evdən qaçdığını söylədi. Bu hadisələrin baş verdiyi vaxtdan təxminən 2 ay müddətində mənim həm Fatiməylə, həm də onun atasıyla münasibətim tamamilə kəsildi. 2 aydan sonra Fatimənin atası Rəhman atamın bir neçə dəfə iş yerinə gəlib atamı şantaj edərək və hədə-qorxu gələrək ondan 50000 manat pul istədi, pulu verməyəcəyi təqdirdə televiziyada rüsvay edəcəyini söylədi. Mən atama pulu verməməyi söyləsəm də, atam hədə-qorxular səbəbindən 50000 manat pulu Rəhmana verdi. Bu pul məsələsini atam mənə və qardaşıma söyləmişdi. Həmçinin Firudin adlı şəxs də pulun verilməsi zamanı orada olub. Atam Rəhmana 50000 manat pulu verdikdən 1 il 6 ay sonra eşitdiyimə görə, borclu olduğu şəxslərə olan borcunu ödəmək üçün atamdan yenidən təxminən 70000 manat pul istəyib. Hadisə baş verən zaman mən və qardaşım Bakıda idik. Atamın iş yoldaşı Şamxal qardaşıma zəng edərək atamın bıçaqlandığını bildirdi. Qardaşımla birlikdə olduğum üçün xəbəri mən də eşitdim və təcili Xaçmaza qayıtdıq, ancaq biz çatanda atam artıq vəfat etmişdi. Mən Rəhmanın ikinci dəfə atamdan pul istədiyini bilmirdim. Atam qardaşıma söyləmişdi, ancaq mənə bu barədə heç bir şey söyləməmişdi.” Şahid2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Rəhmanın atamdan 50000 manat pul istəməyi ilə bağlı məlumatım var idi, ancaq 70000 manat pul istədiyindən xəbərim olmayıb, atam bu barədə qardaşıma söyləyib. O , borclu olduğu adamların adını belə atama söyləyib. 2022-ci ildə atam 50000 manat pulu düzəltmək üçün “Xalq Bank”dan 14500 manat pul götürüb, həmçinin 20000 dollar da kimdənsə borc alıb. “Xalq Bank”a olan krediti ödəmək üçün isə “Rabitə Bank”dan 16000 manat kreditlə pul götürüb. Ailəmə xəyanət etməyin səhv olduğunu bilirəm. Fatimə 2-3 həftə Xaçmazda mənimlə birlikdə qalıb, ancaq daha sonra Bakıya getmək istədiyini bildirib. Atam baş verən bu məsələləri xəstə olduğu üçün anama söyləməməyi tapşırmışdı. Mən bir neçə dəfə Fatiməni Bakıya getməkdən çəkindirməyə çalışmışam, ancaq Fatimə razı olmayıb. Əgər Rəhman istəsəydi, mənimlə görüşə bilərdi, ancaq qəsdən hədə-qorxu gələrək pul əldə etməsi üçün atamla görüşüb. 2022-ci ildə atamın Rəhmana 50000 manat pul verməsi ilə bağlı məlumatım olub. İbtidai istintaqda ifadə verərkən mənə heç bir təzyiq və təsir olmayıb. İbtidai istintaqda verdiyim ifadə dəqiq yadımda deyil. Birinci dəfə ifadə verəndə atamın təxminən 40000-50000 borc verdiyini bildirmişəm. Ancaq ikinci dəfə ifadə verəndə müstəntiqə dəqiq olaraq atamın 50000 manat pul verdiyini söyləmişəm. Atam pulu verəndə Firudinin də orada olduğunu söyləmişdi, atam pulu Rəhmana verəndə orada olmamışam. Atama pulu Rəhmana verməməyini söylədim, amma atam razı olmadı və müdaxilə etməyimə icazə vermədi. Rəhman pulu atamdan borc olaraq almayıb, hədəqorxu ilə əldə edib. Fatiməyə elçi getməklə bağlı söylənilən fikir doğru deyil. Atam bununla bağlı mənə heç bir məlumat bildirməyib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir: “Atam mənə deyirdi ki, Xalidlə Fatimə arasında olan məsələyə görə Rəhman onun iş yerinə gələrək narahat edir, ona hədə-qorxu gələrək pul tələb edirdi. Atam Rəhmana pulu verəndə mən orda yox idim, ancaq atam baş verənlərlə bağlı mənə söyləmişdi. Cinayət hadisəsini baş verdiyi gün bildim. Atamın iş yoldaşı zəng edərək atamın bıçaqlanması barədə bizə-mənə və qardaşıma məlumat verdi.” Şahid4 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Atam Rəhmanın 50000 manatla yanaşı, daha sonra 70000 manat da pul tələb etdiyini mənə söyləmişdi. Rəhman atamı təhdid edir, hədə-qorxu gəlirdi, ona görə də atam pul verməyə məcbur oldu. Atam Rəhmana pulu verib bu məsələnin həll olunmasını istəyirdi. Hüquq-mühafizə orqanlarına təhdid, hədə-qorxu ilə bağlı müraciət etməmişik. Atam bizim müdaxilə etməyimizə icazə vermirdi, özü bu məsələni həll etmək istəyirdi. Pul məsələləri ilə bağlı əvvəlcədən məlumatım var idi.” İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Ondan böyük Xalid adlı qardaşı var. Xalid X7 ilə evlidir və birgə nikahlarından 1 oğul övladları var. Xalid atası və anası X12 ilə bir yerdə Xaçmaz rayonu, Pirquluoba kəndində yaşamışdır. Atası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3 saylı regional bölməsinin böyük məsləhətçisi vəzifəsində işləmişdir. Atasının iş yeri Xaçmaz şəhəri, Bakı Prospektində yerləşən “Xaçmaz KOB evi”nin inzibati binasının 2-ci mərtəbəsində yerləşmişdir. Atası sakit, hamı ilə yola gedən və ailəsinə düşkün biri olmuşdur. Atasının hansısa şəxslə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavətinin olmasını eşitməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında atasının Şamxal adlı iş yoldaşı ona zəng edərək atasının bıçaqlandığını və vəziyyətinin ağır olduğunu bildirmişdir. O, bu xəbəri eşidən kimi ailəsi ilə bir yerdə Xaçmaz rayonuna yola düşmüşdür. Həmin vaxt Xalid də ailəsi ilə bir yerdə Bakı şəhərində olmuş və onlar bir maşında rayona qayıtmışlar. Yolda Xalid əmisi Fərmana zəng edərək atasının vəziyyətini soruşanda Fərman atasının öldüyünün və meyitin Xaçmaz RMX-nın morqunda olduğunu bildirmişdir. Onlar rayona çatan kimi morqa getmiş və meyit ekspert tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Atasını xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonu, Pirquluoba kənd qəbirstanlığında dəfn etmişlər. Atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Rəhmanla arasında heç bir münasibəti olmamışdır. Rəhmanın adını atası öldüyü gün eşitmişdir. Eşitdiyinə görə Rəhmanın adını bilmədiyi qızı ilə Xalidin münasibəti olmuş və buna görə də Rəhman onun atasını öldürmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Rəhmanla atasının arasında əvvəllər dava-dalaş, mübahisə və ya şəxsi ədavətin olmasını eşitməmişdir. Rəhmanı atası öləndən sonra tanımış və Rəhmanın qızı ilə Xalidin münasibəti olmasını eşitmişdir. Şahid1 tanımır və Fatimə ilə arasında hər hansı münasibəti olmamışdır. Atasının istifadə etdiyi mobil telefon “Samsung” markalı olmuş və atası ***-***-**-** mobil telefon nömrəsini istifadə etmişdir. Hadisə yerinə baxış zamanı aşkar edilmiş mobil telefon atasına məxsusdur. Hadisə yerinə baxış zamanı aşkar edilmiş gödəkcəyə uyğun atasının gödəkcəsi olmuşdur. Həmin gödəkcə elə atasına məxsusdur (cild 01, iş vər. 132-135). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Şahid4 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaqda şok vəziyyətində olduğum üçün 50000 manatla bağlı məlumatı istintaqa bildirməmişəm, bununla bağlı rəsmi olaraq ikinci dəfə ifadəm alınmayıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. İbtidai istintaq zamanı mənə heç bir təsir-təzyiq olmayıb.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir: “2023-cü ilin yayında Zərərçəkmiş şəxs mənə zəng edərək oğlu Xalidin bir qızla evləndiyini, qızın atası ilə çayxanada görüşəcəyini dedi və mənim də oraya gəlməyimi xahiş etdi. Mən də aramızda qohumluq münasibəti olduğu üçün onun xahişini yerinə yetirdim. Əvvəlcə İlham, daha sonra Rəhman çayxanaya gəldi. İlhamın əlində çanta var idi və Rəhmana borc pul verəcəyini söylədi. Mən bu işin notarial qaydada həll olunmasının daha qanuni olduğunu söylədim. İlham mənim ona zamin olmağımı xahiş edəndə artıq başqa bir yerdə zamin olduğumu bildirdim. İlham Rəhmanın da dindar biri olduğunu və borc məsələsini aralarında həll edəcəklərini söylədi. Bundan sonra mən Rəhmanı bir daha gömədim. Bir müddət sonra da Rəhmanın İlhamı bıçaqlayaraq öldürdüyünü eşitdim.” Şahid6 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İlham Rəhmanın maşın biznesi ilə əlaqadar olaraq ona borc pul vermişdi. Mən onlara borcun notariusda rəsmi qaydada verilməsini söyləmişdim. İlham mənə Rəhmanla 1 il əvvələ qədər aralarında qohumluq münasibətinin olduğunu söyləmişdi. İlham Rəhmana borc pul verdiyi gün narahat idi, hətta bu hadisədən əvvəl və sonra da narahat idi. Mən İlhamdan soruşanda o pulu borc olaraq Rəhmana verəcəyini söylədi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Mənə heç bir təzyiq və təsir olmayıb.” Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid3 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Şahid1 bir neçə il əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış və Fatimə ilə arasında yaxın rəfiqə münasibətləri yaranmışdır. Fatimənin Şabran rayonu ərazisində yaşaması səbəbindən Fatimə ilə görüşməmişdir. 2022-ci ilin sentyabr ayında Fatimə ona zəng edərək Bakı şəhərinə gəldiyini və qarşılanmasını ondan xahiş etmişdir. Fatimə Xırdalan şəhəri ərazisində qarşılamışdır. Fatimə Xırdalana taksi vasitəsilə gəlmişdir. Fatiməni yaşadığı evə apardıqdan sonra sonuncunun sevgi münasibətlərində olduğu Xalid də yaşadıqları evə gəlmişdir. Xalidi isə ilk dəfə görmüşdür. X30 barəsində ona heç bir məlumat verməmişdir. Evdə olduqları zaman işi olduğu üçün evi tərk edib getmiş və qayıdanda Fatimə Xalidlə cinsi əlaqədə olması barədə ona danışmışdır. Fatimə atası tərəfindən çox sıxıldığı üçün evi tərk etdiyini və bir daha öz evlərinə qayıtmaq fikrinin olmadığını bildirmişdir. Bir müddət öz yaşadığı evdə Fatimə qaldıqdan sonra Xalidin atası İlham Fatimə üçün Xırdalandan başqa ev kirayə tutmuş və Fatimə orada Xalidin adını xatırlamadığı xalası ilə yaşamağa başlamışdır. Fatimə başqa evdə yaşasa da, Fatimə ilə əlaqəni kəsməmiş və Fatimənin yaşadığı evə tez-tez gedib-gəlmişdir. Fatimə onunla bir yerdə yaşadığı müddət ərzində Xalidin atası İlhamı bir dəfə görmüş və İlham evə bazarlıq edib gəlmişdir. Fatimə onunla bir yerdə qaldığı vaxtlar "İnstagram” sosial şəbəkəsində Fatimənin atası Rəhman dəfələrlə ona yazıb zəng edərək Fatiməni öz evində zorla saxladığını bildirmiş, o isə Fatiməni zorla saxlamadığını, Fatimə ilə yaşıd olduğunu demişdir. Fatimə özü də ata evinə getnəkdə həvəsli olmamış və sanki atasının əlindən bezib qaçaraq ona sığınmışdır. Bir müddət sonra Fatimə ilə arasındakı münasibətlər kəsilmiş, Fatimə ilə təxminən 4-5 ay danışmamışdır. Sonradan eşitmişdir ki, İlham Fatimə öz ata evinə aparıb qoymuşdur. Fatimə hazırda Bakı şəhərində tək yaşayır. Hazırda Fatimə ilə dostluq münasibətləri davam edir. 01 noyabr 2024-cü il tarixdə günorta saatlarında Fatimə ilə ortaq rəfiqəsi olan Gülnarə ona zəng edərək Fatimənin atası Rəhmanın Xalidin atası İlhamı Xaçmaz şəhərində öldürdüyünü bildirmişdir. İlk öncə eşitdiyi xəbərə inanmamış və daha sonra Fatimə ilə əlaqə saxlayanda Fatimə belə bir hadisənin baş verdiyini təsdiqləmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Rəhmanı real həyatda ümumiyyətlə görməmişdir. İlhamı da bir dəfə evə bazarlıq edib gətirəndə görmüşdür. Onların arasında əvvəllər dava-dalaş, mübahisə və ya şəxsi ədavətin olubolmamasını dəqiq bilmir. Şahid2 Şahid1m zorla Bakıya qaçırmamışdır. Fatimə öz istəyi ilə yaşadığı evi tərk edib getmişdir. X26 aldadaraq öz arvadı kimi saxlayacağını desə də, verdiyi vədlərə əməl etməyib Fatiməni yarı yolda qoymuşdur. Xalidin Fatimə ilə zorla cinsi əlaqədə olmasının şahidi olmamış, nə də bu barədə Fatimədən bir şey eşitməmişdir (cild 01, iş vər. 151-154). Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid5 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayından X3 X4 baş mütəxəssis-böyük məsləhətçisi vəzifəsində işləyir. Şahid2 onun iş yoldaşı olmuşdur. Xalidin atası İlhamı da tanımışdır. Onlarla arasında düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Xalidin bir qızla münasibəti olduğunu və ailələr arasında intriqa yarandığını bilmişdir. Ancaq Xalidin münasibəti olduğu qızın və qızın ailə üzvlərinin kim olduğunu bilməmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində İlham ona zəng edərək Xalidin münasibəti olduğu qızın atasının zəng edərək görüşmək istədiyini bildirərək həmin şəxslə görüşmək istəmədiyini, bu məsələnin yoluna qoyulmasında köməklik göstərməyini ondan xahiş etmişdir. O, İlhamın dediyi Rəhman adlı şəxsin kim olduğunu maraqlanıb sonuncunun nömrəsini tapıb Xudat şəhəri ərazisində Rəhmanla görüşmüşdür. Rəhman Xalidlə qızının arasında bütün baş verənləri danışmışdır. İlham onunla telefonla danışanda Rəhmana 50000 manat borc pul verdiyini də bildirmişdir. Bu barədə Rəhmandan soruşanda Rəhman bunu etiraf edərək İlhamdan pulu qızı ilə bağlı məsələyə görə yox, borc kimi aldığını demişdir. Bir dəfə də Rəhmanla Şabran şəhəri ərazisində görüşmüş və o, Rəhmanla Xalidgilin arasında münasibətlərin yoluna qoyulmasına çalışmışdır. Rəhman isə Xalidi axtarır və sonuncunun ortaya çıxmasını tələb etmişdir. Rəhman Xalidə heç bir şey etməyəcəyini və yalnız Xalidlə üzbəüz görüşmək istədiyini ona demişdir. Şabran şəhərindəki son dəfə Rəhmanla görüşəndən sonra Rəhmanı görməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında eşitmişdir ki, Rəhman İlhamı sonuncunun iş yerinin qarşısında bıçaqlayaraq qəsdən öldürmüşdür. O, verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsinin şahidi olmamışdır. Nə də İlham bu barədə ona heç bir məlumat verməmişdir (cild 02, iş vər. 24-26). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqrir”dən görünür ki, həmin tarixdə saat 13:10-da Xaçmaz rayon prokurorluğunun X13 şəhəri, Bakı prospektində yerləşən “Xaçmaz KOB evi”nin yaxınlığında Zərərçəkmiş şəxs qəsdən öldürülməsi barədə məlumat verilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Azərbaycan Respublikasının Kiçik və X22 Agentliyinin (KOBİA) struktur bölməsi olan “Xaçmaz Kob evi”nin yaxınlığıdır. "Xaçmaz Kob evi”ndən “Qüllə” restoranına doğru uzanan asfalt yolun sağ kənarında, yolun sol tərəfində yerləşən İlanlı Dağ ilə üzbəüz istiqamətdəki otluq sahədə Zərərçəkmiş şəxs meyiti görünür. Meyit yolun sağ kənarından 2,60 metr məsafədə olmaqla paltarları əynindədir və meyitin baş nahiyəsi “Qüllə” restoranına doğru, ayaq nahiyələri isə “Xaçmaz Kob evi”nə doğru istiqamətlənmiş şəkildədir. Meyit şərti olaraq “1” rəqəmi ilə işarələnmişdir. Meyit müayinə olunması üçün təcili tibbi yardım avtomobili ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin morquna təxliyyə olunduqdan sonra meyitin alt hissəsindəki otların üstündə olan qanabənzər ləkələrdən steril çöp vasitəsilə 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin aşkar olunduğu yerdən 2,50 metr məsafədə sağ tərəfdə 01 ədəd bıçaq var. Həmin bıçaq dəstək və tiyədən ibarətdir. Bıçaq dəstəyi özünə sarı tiyənin ülgücünü aşağı tutmaqla təsvir olunur və ümumi uzunluğu 260 mm-dir. Qeyd olunan bıçaq şərti olaraq “2” rəqəmi ilə işarələnərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bıçaqdan “Qüllə” restoranı istiqamətində 3,20 metr məsafədə 01 ədəd "Samsung S21 FE 5G” markalı mobil telefon aşkar edilmişdir. Qeyd olunan mobil telefon ***-***-**-** mobil telefon nömrəsinə bağlı olmaqla işlək vəziyyətdədir. Həmin mobil telefon şərti olaraq "3” rəqəmi ilə işarələnməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan mobil telefondan 30 sm məsafədə sol tərəfdə 01 ədəd avtomobil açarı vardır və həmin açar şərti olaraq “4” rəqəmi ilə işarələnməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə meyitin baş nahiyəsindən 1,10 metr, asfalt yolun sağ kənarından isə 1,50 metr məsafədə 01 ədəd qara rəngli gödəkcə vardır. Həmin gödəkcə qara rəngli, uzunqol, astarı qara rəngli xovlu olmaqla uzunluğu 65 sm, çiyin arasında eni 45 sm, qollarının uzunluğu isə 66 sm-dir. Qeyd olunan gödəkcə şərti olaraq “6” rəqəmi ilə işarələnməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, qeyd olunan asfalt yoldan Bakı prospekti istiqamətindəki fəvvarəyə doğru uzanan, tamet döşənmiş piyada yolunun 1.46x1.50 metr sahəni əhatə edən hissəsində qanabənzər ləkələr aşkar edilmişdir. Həmin ləkələr şərti olaraq “5” rəqəmi ilə işarələnməklə ləkələrdən steril çöp vasitəsilə 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 04-12). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcəyə baxış keçirilmiş və həmin geyim əşyası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir(cild 01, iş vər. 70- 71). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayətə dair ifadəsindəki xüsusatları hadisə yerində bir daha göstərmiş, ifadənin yerində yoxlanmasını əks etdirən video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 122-125). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı həyati xəsarətlər -1) boyunun sol tərəfində 5,5x1 sm; 2) sağ tərəf sifətində 8x2 sm; 3) boyunun sağ tərəfində 1x1 sm; 4) döş qəfəsinin sağ tərəfində İV-V qabırğalar səviyyəsində 4x1 sm; 5) qarın nahiyəsində 9x1,5 sm; 6) sağ baldırın yuxarı üçdə birinin bayır tərəfində 6x1,5 sm; 7) sol bazunun orta üçdə birinin bayır tərəfində 4x1 sm; 8) döş qəfəsinin ön-sol tərəfində orta qoltuqxətti üzrə Vİ qabırğa səviyyəsində 4x1 sm; 9) Vİİ qabırğa səviyyəsində 3x1; 10) İX qabırğa səviyyəsində 5x1 sm və 11) 6x2 sm; 12) sol əlin ovuc səthində 14x1,5 sm; 13) sol tərəf sifətində 2x0,5 sm; 14) sol kürək nahiyəsində 3x1 sm və 15) 4x2sm; 16) sol böyründə 3x1 sm və 17) 4x1 sm; 18) döş qəfəsinin arxa tərəfində dal qoltuq xətti üzrə İX qabırğa səviyyəsində 2x1 sm və 19) 2x0,7 sm ölçülərdə xətti formalı kenarları hamar, bucaqları iti kəsilmiş və deşilmiş-kəsilmiş yaralar vardır. Qeyd olunan xəsarətlərdən 4,5,8,10,11,16,17,18 №-li yaralar döş və qarın boşluqlarına nüfuz etdiyindən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Həmin xəsarətlər deşici-kəsici alətin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş vermiş daxili və xarici kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 01, iş vər. 207-210). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ əlin İ-İİ barmaqlararası nahiyəsinin səthi kəsilmiş yarası iti kənarlı və uclu kəsici alət təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixə uyğun gəlirvə sağlamlığa ağır zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 02, iş vər. 212-213). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 782/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(lll).-Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l) /Elektron prokurorluq informasiya sistemindən götürülmüş kserosurətə əsasən/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkcə, uzunqol köynək, uzunqol alt köynək, alt şalvar, qolsuz mayka, qalstuk və şalvar, Təqsirləndirilən şəxs uzunqol gödəkcəsi, hadisə yerində dörd ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus uzunqol köynək, uzunqol alt köynək və qolsuz mayka, hadisə yerində iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunələr\N1,2\ üzərində həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri Balfa/H/(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(l) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür (cild 01, iş vər. 215-222). Cinayət işinin materiallarında olan maddi sübutların məhkəmə-tibbi-kriminalistik, məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 547/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yaxalığında iki ədəd, gödəkcənin sol qolunun ön səthində üç ədəd, gödəkcənin arxa səthinin sol nahiyəsində iki ədəd, gödəkcənin arxa səthinin orta nahiyəsində iki ədəd, gödəkcənin sol qolunun arxa səthində iki ədəd, köynəyin ön səthinin sağ yaxalığında üç ədəd, köynəyin ön səthinin sol yaxalığında iki ədəd, köynəyin sol qolunun arxa səthində iki ədəd, köynəyin arxa səthində on üç ədəd, maykanın ön səthinin sağ nahiyəsində bir ədəd, maykanın ön səthinin orta nahiyəsində bir ədəd, maykanın ön səthinin sol nahiyəsində iki ədəd, maykanın arxa səthinin sol nahiyəsində yeddi ədəd, maykanın arxa səthinin sağ nahiyəsində üç ədəd, alt köynəyin ön səthinin sol nahiyəsində üç ədəd, alt köynəyin ön səthinin sağ nahiyəsində bir ədəd, alt köynəyin arxa səthinin sol nahiyəsində yeddi ədəd, alt köynəyin arxa səthinin orta nahiyəsində iki ədəd, alt köynəyin arxa səthinin sağ nahiyəsində iki ədəd, şalvarın sağ ayağının ön səthində bir ədəd, şalvarın sağ ayağının arxa səthində üç ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol yan kənarında aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında aşkar edilmiş bir ədəd cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Köynəyin sol qolunun arxa səthində aşkar edilmiş bir ədəd cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus alt köynəyin sağ qolun aşağı hissəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, alt köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus alt şalvar və qalstuk üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təyinatı üzrə istifadəyə yararlıdır (cild 01, iş vər. 224-234). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, gərginlik kimi hallar əmələ gəlmiş, həmin halların yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 01, iş vər. 236-239). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş 01 ədəd mobil telefona baxış keçirilmişdir. Mobil telefon “Samsung Galaxy S21 FE 5G” markalıdır və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə bağlı olmaqla işlək vəziyyətdədir. Telefonun “mesajlar” bölməsinə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 02:49-da “Əbdurəhman” adı altında qeydiyyatdan keçirilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən “Rizvan bu meseleni hell etmeye caliwdi ve men xeber gozledim.Allah wahid olsunki men son ana kimi sebr etdim.İndi sen gozle” məzmunlu mesaj yazıldığı müəyyən edilmişdir. Baxış zamanı telefonda 03 vərəq skrinşot çap olunub protokola əlavə edilmişdir (cild 01, iş vər. 240-243). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4, 120.2.11, 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələrinə tövsif olunmuş və ona qeyd olunan maddələr ilə yenidən ittiham elan olunması qərara alınmışdır (cild 02, iş vər. 37-54). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə, şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlara məcmu halında və ayrı-ayrılıqda qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs doğma qızı Şahid1 sosial şəbəkə vasitəsilə tanış olduğu ailəsi və uşaqları olan Şahid2 ilə ailə üzvlərindən xəbərsiz 25 sentyabr 2022-ci il tarixdə evdən çıxıb Bakı şəhərində bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamasına baxmayaraq sonradan Şahid2 onun qızından ayrılmasını və qızını Bakı şəhərində tək qoymasını, qızının isə bunun nəticəsində pis yola düşməsi xəbərinin ona çatdırılması ilə bunu el arasında onu rüsvay edən hərəkət kimi qəbul edib Şahid2 atası Zərərçəkmiş şəxs ilə Xaçmaz şəhəri ərazisində müxtəlif yerlərdə görüşərək etdiyi hərəkətlərə görə canı ilə cavab verməli olduğunu sonuncuya bildirməklə oğlu Şahid2 onunla görüşünü təşkil etməsini bir neçə dəfə ondan tələb etmiş, sonuncu dəfə isə 01 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında yerləşən Azərbaycan Respublikasının Kiçik və X22 Agentliyinin “Xaçmaz KOB evi"nin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxsla görüşüb qeyd olunan tələbi yenidən irəli sürdükdə zərərçəkmiş şəxsin həmin tələbi yerinə yetirmədiyini və oğlu Şahid2 ondan gizlətdiyini görüb, həmçinin sonuncunun ona qarşı “Əgər ailən yaxşı ailə olsaydı, qızın oğlumla qaçmazdı” kimi onun şəxsiyyətinə və ailəsinin şərəfinə toxunan cümlə işlətməsi ilə onun psixi-emosional sferasında hirslilik və gərginlik əmələ gəlmiş və nəticədə etdiyi hərəkətə və dediyi sözlərə görə qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gələrək həmin vaxt və həmin yerdə zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə hadisə yerinə özü ilə gətirdiyi, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 260 mm olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən ümumilikdə 19 dəfə ardıcıl zərbə vurub sonuncuya “döş qəfəsinin sağ tərəfində İV- V qabırğalar səviyyəsində 4x1 sm, qarın nahiyəsində 9x1,5 sm, döş qəfəsinin ön-sol tərəfində orta qoltuqxətti üzrə Vİ qabırğa səviyyəsində 4x1 sm, İX qabırğa səviyyəsində 5x1 sm, İX qabırğa səviyyəsində 6x2 sm, sol böyründə 3x1 sm, sol böyründə 4x1 sm, döş qəfəsinin arxa tərəfində dal qoltuq xətti üzrə İX qabırğa səviyyəsində 2x1 sm ölçülərdə xətti formalı kənarları hamar, bucaqları iti kəsilmiş və deşilmiş-kəsilmiş yaralar” kimi döş və qarın boşluqlarına nüfuz etdiyindən həyat üçün təhlükəli olan 8 ədəd sağlamlığa ağır zərərvurmaya aid, , “boyunun sol tərəfində 5,5x1 sm, sağ tərəf sifətində 8x2 sm, boyunun sağ tərəfində 1x1 sm, sağ baldırın yuxarı üçdə birinin bayır tərəfində 6x1,5 sm, sol bazunun orta üçdə birinin bayır tərəfində 4x1 sm, Vİİ qabırğa səviyyəsində 3x1 sm, sol əlin ovuc səthində 14x1,5 sm, sol tərəf sifətində 2x0,5 sm, sol kürək nahiyəsində 3x1 sm, sol kürək nahiyəsində 4x2 sm, döş qəfəsinin arxa tərəfində dal qoltuq xətti üzrə İX qabırğa səviyyəsində 2x0,7 sm ölçülərdə xətti formalı kənarları hamar, bucaqları iti kəsilmiş və deşilmiş-kəsilmiş yaralar” kimi 11 ədəd sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək baş vermiş daxili və xarici kəskin qanitirmə nəticəsində Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, bununla da o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum edərkən ona əzab və iztirab vermək niyyətinin olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materiallarında olan sübutlar (məhkəmə tibbi ekspertizasının rəyi və s.) vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadəni müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-in daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Belə ki, təqsirləndirilən şəxsin söylədikləri ilə onun qeyd olunan cinayət əməlini törədərkən etdiyi hərəkətlər üst-üstə düşməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmədən ibarət olan hərəkətləri yerinə yetirərkən söylədiklərinin əksinə sonuncuya çoxlu sayda onun ölümünə səbəb olan xəsarətlər yetirmişdir ki, yekunda onun etdiyi hərəkətlər “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında da xüsusi amansızlıqla adam öldümə ilə bağlı Ali məhkəmənin əks etdirdiyi hüquqi növqe ilə uzlaşmış, beləliklə də məhkəmə tərkibində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi ilə bağlı qənaət formalaşmışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı həmçinin CM-in 120.2.11, 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə irəli sürülən ittihama gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, CM-in 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddələrlə bəraət verilməli, CM-in 120.2.11-ci maddəsi isə sonuncuya qarşı irəli sürülən ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair» 21 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə dedikdə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədlərdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, misal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in 134-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür. Cinayət Məcəlləsinin 182.2.3 və 182.3.3-cü maddələrində barəsində zor tətbiq edilmiş, sağlamlığına ağır zərər vurulmuş zərər çəkmiş şəxs dedikdə, CM-in 182.1-ci maddəsində göstərilən dairəyə daxil olan şəxslər, yəni həm əmlakına (əmlak hüququna) qəsd edilən şəxs, həm də onun yaxın qohumları nəzərdə tutulur. Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsinin sanksiyası 5 ildən 10 ilədək, 182.3.3cü maddəsi isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla CM-in 182.3.3-cü maddəsi sağlamlığa qəsdən ağır zərər vurmanın , CM-in 182.2.3-cü maddəsi isə sağlamlığa az ağır zərər vurmanın istənilən ağırlaşdırıcı əlamətlərlə müşayiət olunan hallarını əhatə etdiyindən, sağlamlığa ağır və yaxud az ağır zərərin vurulması ilə nəticələn hallarda əməlin cinayətlərin məcmusu kimi həm də CM-in 126 və yaxud 127-ci maddələri ilə tövsfi edilməsinə zərurət yaranmır. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Yuxarıda sadalananları hazırki iş materialkarı ilə qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı hədə-qorxu ilə tələb etmə ilə əlaqədar iki epizod üzrə (50000 manat və 70000 manata dair) ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı sözügedən ağır cinayətə dair ittihamlar irəli sürülsə də, təəssüf ki, həmin ittihamın irəli sürülməsinə əsas olan heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş və məhkəmə istintaqı zamanı da belə bir sübut nə tədqiq olunmuş, nə də ittiham tərəfi belə bir sübutu məhkəməyə təqdim etmişdir. Belə ki, ibtidai istintaqın yekununda birinci epizod üzrə (50000 manatlıq epizod üzrə) ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs sözügedən məbləği zərərçəkmiş şəxsdən hədə-qorxu gəlinməklə tələb edib alması ilə bağlı qənaətə gəlinsə də, həmin qənaətin hansı sübutlar əsasında formalaşdığı məhkəmə tərkibi üçün anlaşılmaz qalmışdır. Məhkəmə istintaqı ilə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən özünün maddi vəziyyətini yaxşılaşdırmaq, şəxsi işləri ilə bağlı yaranan borclarını qaytarmaq məqsədilə xeyli miqdarda, yəni 50000 manat pul vəsaitini borc olaraq almışdır. Bunu məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özü də təsdiq etmiş və həmin pulun mərhum zərərçəkmiş şəxsdən borc olaraq alındığını, həm də həmin pulun onlar arasındakı münasibət düzələndən sonra, mərhum zərərçəkmiş şəxs öz qohumları ilə onun qızı üçün elçi gələcəyini, oğlunun birinci arvadı ilə boşanacağını və onun qızı ilə rəsmi nikaha daxil olacağını dedikdən sonra reallaşdığını bildirmişdir. Eyni zamanda, bu halı, yəni sözügedən 50000 manat məbləği Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsdən borc olaraq onun yanında almasını məhz mərhum zərərçəkmiş şəxsin yaxın dostu olan və məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 da birbaşa məhkəmə iclasında heç bir təsir altında qalmadan bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 da ibtidai istintaq zamanı verdiyi ifadəsində bu xüsusatları qeyd olunan formada (yəni Təqsirləndirilən şəxs həmin məbləğdə pulu mərhum zərərçəkmişdən borc olaraq alması kimi) göstərmişdir. Beləliklə, təqsirləndirilən şəxsin həmin pul vəsaitini, Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etməsi, o cümlədən alması iş materialları ilə, o cümlədən məhkəmə istintaqı ilə öz təsdiqini tapmamışdır. Digər epizoda (70000 manatla bağlı epizod üzrə) dair isə cinayət işinin materiallarında ümumiyyətlə heç bir sübut mövcud olmamış, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadə verərkən bu epizodla bağlı xüsusatları qəti şəkildə rədd etmiş, yalnız mərhum zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı şahid qismində dindirilən oğlulları (Şahid2 və Şahid4) mərhum atalarının vəfat etməmişdən əvvəl onlarla olan söhbəti əsnasında bildirdiyi məlumatlardan irəli gələrək eşitdiklərini məhkəmə istintaqı zamanı qeyd etmişlər ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, başqasının sözlərindən verilən məlumatlar sübut kimi istifadə edilə bilməz, yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar sübut kimi qəbul oluna bilər ki, bu hal da yalnız məhkəmənin qərarı ilə təsdiq oluna bilər. Belə ki, CPM-in 126.3-cü maddəsində göstərilmişdir ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla bu epizod üzrə ittiham tərəfin sübutu olmaqla ifadə verən hər iki şəxs mərhum zərərçəkmiş şəxsin oğulları olmaqla, işin nəticəsində maraqlı olan şəxslərdir, onlar hər nə qədər qeyd etməsələr də, atalarının Təqsirləndirilən şəxs tərəfindən qəsdən həyatdan məhrum edilməsinə görə ona kin bağlayan şəxslərdir. Digər tərəfdən, məhkəmə iclasında iş üzrə şahid qismində ifadə verən Şahid4 ibtidai istintaq zamanı dindirilərkən ümumiyyətlə Təqsirləndirilən şəxs tanımadığını, yalnız hadisə baş verdikdən sonra onunla bağlı məlumatlar aldığını bildirdiyi, hədə-qorxu ilə bağlı isə heç bir məlumat vermədiyi halda, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun mərhum atasından hədə-qorxu ilə pul tələb etdiyini qeyd etmişdir. Bütün bu hallar məhkəmə heyətində həmin şəxslərin obyektiv həqiqəti bildirmələrinə dair inam formalaşdırmamışdır ki, bu səbəbdən məhkəmə kollegiyası həmin sübutları obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul etməmiş və onlarla razılaşmamışdır. Həmin epizod üzrə ittihamın təsdiq edən başqa bir sübut isə iş materillarında mövcud olmamışdır. Halbuki, CPM-in 138-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Habelə, həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə CM-in 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, onun barəsində qeyd olunan maddələrlə ittiham hökmü çıxarıla bilməz və Təqsirləndirilən şəxs həmin maddələrlə bəraət verilməlidir. Təqsirləndirilən şəxsə qarşı CM-in 120.2.11-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin ittiham Təqsirləndirilən şəxs qarşı CM-in 182-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı olduğundan və həmin maddələrin mövcudluğu şəraitində keçərli olaraq şəxsin əməlində cinayətlərin məcmusunu yaratdığından, məhkəmə kollegiyası tərəfindən isə Təqsirləndirilən şəxs qarşı CM-in CMin 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə bəraət verildiyindən, sözügedən CM-in 120.2.11-ci maddəsi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ümumi ittihamdan xaric edilməlidir. Belə ki, şəxs o zaman CM-in 120.2.11-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur və təqsirli bilinir ki, o, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə cinayətini törətmiş olsun. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında da göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında da eyni mövqedən çıxış edilmiş və məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən, xx.xx.2024-cü il tarixli məktub və xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X17 adlı bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı vardır, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, Şabran şəhəri, Pişəvəri küçəsində nömrəsiz evdə yaşayır, küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmiş, ictimai yerlərdə qayda pozuntularına yol verməmişdir (cild 01, iş vər. 66-68, 163-164). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra şəxsən könüllü surətdə Xaçmaz Rayon Polis Şöbəsinə gələrək xx.xx.2024-cü il tarixdə “Xaçmaz KOB evi”nin yaxınlığında tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir (cild 01, iş vər. 43). Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlının uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına fəal köməklik etməsini CM-nin 59.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən sözügedən hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 167). Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cu maddəsində göstərilən yüngülləşdirici hallar olsa da, habelə onun əməlində cəzanı ağırlaşdıran hallar olmasa da, ona CM-in 120.2.4-cü maddəsinə münasibətdə CMin 60-cı maddəsinin tətbiq üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs Rəhman hazırda təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, CM-in 60.2-ci maddəsinin tələblərinə əsasən ona CM-in 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməyəcəkdir. Şəxsin əvvəllər də qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasını, hazırda isə xüsusilə ağır cinayət əməli törətməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4067)- 148/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 59, 98-100). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd qalstuk və 01 ədəd alt şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, hadisə yerinə baxış zamanı steril çöpə hopdurmaqla götürülmüş 04 ədəd qan nümunəsi və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung S21 FE 5G” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3, 182.2.4, 182.3.2 və 182.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd qalstuk və 01 ədəd alt şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, hadisə yerinə baxış zamanı steril çöpə hopdurmaqla götürülmüş 04 ədəd qan nümunəsi və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung S21 FE 5G” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar