Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-27/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X13 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçısı – müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3 , 228.1 və 228.4-cü maddələri ilə,
2. xx xxxx 1996-cı il tarixdə Şəki rayonunda doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə,
3. 20 avqust 1999-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunana qədər faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,
m ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyindən əziyyət çəkib, narkomaniya xəstəliyindən əziyyət çəkməyən, lakin çətənə bitkisi preparatlarından periodik istifadə edən tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, habelə istintaqla müəyyən edilməyən digər iki şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, 23-cü küçə, bina 13, mənzil 15 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayan, Yevlax rayon sakini Zərərçəkmiş şəxs narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat əldə edib sonuncunu aldatma yolu ilə görüşə, oradan isə özünün kirayədə yaşadığı, yaxınlıqda yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, 23-cü küçə, 1-ci bina 26 nömrəli mənzilə dəvət etdikdən sonra, özlərinin daim narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi üçün tələb olunan, eləcə də digər xərclərini qarşılamaq üçün Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlə sərbəst şəkildə, onlar tərəfindən heç bir maneə yaradılmadan məşğul olmasına “icazə verilməsi” müqabilində qeyd olunan qanunsuz fəaliyyətdən əldə etdiyi gəlirin bir hissəsini müntəzəm olaraq onlara verilməsini, eyni zamanda onları da müxtəlif narkotik vasitələr və psixotrop maddələrlə təmin etməsi üçün Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum edib, sərbəst hərəkət etməsinə mane olmaq və zor tətbiq edib onun iradəsini qırmaqla əmlakını-nəğd pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmək barədə qabaqcadan razılığa gəlib cinayət əlaqəsinə girmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs kimi öz hərəkətlərini bir-biri ilə uzlaşdırıb, 23 avqust 2020-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı yaşayış binasının həyətinə gəlmişlər və Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək, onu həyətə çağırıb aldatma yolu ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF Park» yaşayış kompleksi, 23-cü küçə, 1-ci bina 26 nömrəli mənzilə dəvət etmiş, orada Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş azadlıq hüququnun yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilinəcəyi və qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi ilə bağlı hüquqlarını pozaraq, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, eləcə də qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs mənzili tərk etməsinin qarşısını zorakı üsullarla alıb, onu öz arzusu və iradəsi əleyhinə həmin mənzildə qanunsuz saxlamaqla və sərbəst hərəkət etməsinə mane olmaqla azadlığını 8 saat 20 dəqiqə müddətində, yəni 23 avqust 2020-ci il tarixdə saat 04:00-dan 12:20-dək məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmişlər. Bu müddətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə razılaşdıqları kimi məqsədlərinə çatmaqdan ötrü zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi soyuq silah hesab edilən nunçaki ilə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri isə istintaqla müəyyən olunmayan silah qismində istifadə etdikləri əşyalarla Zərərçəkmiş şəxs döyərək ona digər ağır nəticələrə, yəni sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid «sol 8-9-cu qabırğalarda qapalı sınıqları” kimi xəsarətlər yetirib, ondan tələb etdikləri nəğd pul məbləğin verilməsi müqabilində həyat və sağlamlığı üçün yaratdıqları təhlükəni aradan qaldıraraq azad edilməsi üçün Zərərçəkmiş şəxs 3.000 (üç min) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb edilən məbləği verməyəcəyi halda onun yaxın qohumlarına qarşı da zor göstəriləcəyi ilə onu hədələmişlər. Bundan sonra, ona tətbiq edilən zor və hədə-qorxulardan canını qurtarıb azad olmaq üçün Zərərçəkmiş şəxs tələb olunan pulun 1.000 (min) manatını həmin gün, digər hissəsini isə sonrakı vaxtlarda verəcəyi barədə qrupun üzvləri ilə razılığa gəldikdən sonra, həmin gün, yəni 23 avqust 2020-ci il tarixdə saat 08:30 radələrində arvadı X2 istifadəsində olan mobil nömrəyə zəng edərək, gələcəkdə ailə üzvlərinə qarşı qanunsuz hərəkətlər edilməsinin qarşısının alınması üçün ona yalandan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu və buraxılması üçün 1.000 (bir min) manat pul lazım olduğunu deyib, həmin məbləğdə pulu hazırlayıb oğlu Şahid3 vasitəsilə çatdırılmasını xahiş etmiş, arvadı Leyla Xəlilova da 1.000 manat pulu hazırladıqdan sonra saat 09 radələrində Şahid3 həmin məbləğdə pulu Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən “Qala market”-in yaxınlığında qrupun üzvü Təqsirləndirilən şəxs1 verdikdən sonra Zərərçəkmiş şəxs saat 12:20 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tərəfindən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, həm Zərərçəkmiş şəxs, həm onun ailə üzvləri arvadı Leyla Xəlilovaya və oğlu Şahid3 tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək üçün özündə hədə ifadə edən çoxsaylı zənglər və mesajlar göndərsə də, Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı 14 sentyabr 2020-ci il tarixdə kəskin mədə-bağırsaq qanaxmasından “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də öldüyündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tələb etdikləri pulun qalan hissəsini ala bilməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqla müəyyən olunmayan mənbədən qanunsuz olaraq qaz silahı hesab edilən, içərisində qaz halında maye olan 1 ədəd sprey balon, 1 ədəd “İJ” modelli, 16 kalibrli, nömrəsi silinmiş, hamar (yivsiz), patronluğunun uzunluğu 70 mm olan, zavod üsulu ilə istehsal edilsə də, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, yalnız sağ lüləsi atəş açmaq üçün yararlı olan odlu silah hesab edilən qoşa lüləli odlu ov tüfəngi (ov tüfənginin kəsiyi), nunçaku tipində kustar üsulla hazırlanmış soyuq silah hesab edilən birinin açıq vəziyyətdə ümumi uzunluğu 595 mm, vurucu elementlərinin uzunluğu 210 mm, digərinin açıq vəziyyətdə ümumi uzunluğu 700 mm, vurucu elementlərinin uzunluğu 274 mm olan 2 ədəd predmet, kustar üsulla hazırlanmış, ümumi uzunluğu 585 mm, tiyəsinin uzunluğu 425 mm olan, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 ədəd metal xəncəri əldə edib saxlamış, daşımış və üzərində gəzdirmiş və 16 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə dəvət edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əlində olan 2 ədəd qəhvəyi rəngli üzərində “Nike” sözləri yazılmış və çiyindən asma əl çantalarından qeyd olunan odlu, soyuq və qaz silahları aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3 , 228.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Xanları və İmaməddini tanımamışdır. Zərərçəkmiş şəxs isə tanımışdır. Təxminən 2020-ci ilin iyun aylarından Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən “Qala market”-in yanındakı binada 6-cı mərtəbə 26-cı mənzildə kirayədə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxsla iyun aylarında həmin binada yaşayarkən tanış olmuşdur. Onun narkotik istifadəçisi olduğunu bilmişdir. Ceyhunla qonşu kimi münasibətləri yaranmış və Ceyhun maşın götürüb taksi fəaliyyətilə məşğul olmaq üçün ondan 2.000 manat pul borc almışdır. Bir müddət sonra Ceyhunun onda olan mobil telefon nömrəsinə zəng çatmamış və özünün kirayə pulunun vaxtı çatdığından ona pul lazım olduğundan Ceyhun barədə maraqlanmağa başlamışdır. Daha sonra taksi şoferi olan Elvinə zəng edib səhər evdən köçəcəyini demiş və evindəki əşyalarını daşımağa kömək etməyi xahiş etmişdir. Səhər evə gəldikdə binanın qarşısında Ceyhunun başqa şəxslərlə dayanmasını görmüş və yaxınlaşıb onun pulu ilə narkotik almasına irad bildirməklə pulunun qaytarılmasını tələb etmişdir. Bu zaman Ceyhun ona evə qalxaraq əşyalarının yığılmasına köməklik etməyi və orada pul məsələsinin müzakirə edilməsini təklif etmişdir. Evə qalxdıqda Ceyhun arvadına zəng edərək onu polislərin tutduğunu və təcili olaraq 2.000 manat pul lazım olduğunu, həmçinin pulu hazırlamasını və oğlu Adəm ilə onun dediyi yerə göndərməsini demişdir. Biraz keçdikdən sonra Ceyhun ona oğlu Adəmin gələrək aşağıda gözləməsini və inandırıcı olsun deyə onun pulu götürməsini demişdir. Aşağə düşdükdə marketin içində bir uşağn dayanmasını görüb ondan Adəm olub-olmadığını soruşmuşdur. Adəm ona marketdə kameranın çəkdiyini deyib binanın tininə keçməyi təklif etmişdir. Binanın tininə çəkildikdən sonra Adəm ona 1000 manat pul sayıb vermiş və ona atasının birazdan gələcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər özünü yuxarı mərtəbədən atdığı üçün onurğa sütununda zədə olmuş, buna görə müalicə almışdır. Ağrılarına görə narkotik tərkibli dərmanlar içmişdir. Həmin vaxt dərmanı olmadığı üçün Ceyhun ona metadon təklif etmiş, o da, 1 list verməsini xahiş etmişdir. Buna görə birlikdə Ceyhunun evinə çıxmışlar v blokda Ceyhunun arvadl Leyla ilə qarşılaşmışlar. Ceyhun evə girməklə ona 1 list metadon vermiş və qalan 1.000 manat pulu iki günə verəcəyini söz vermişdir. Ceyhunla razılaşaraq çıxıb getmiş, lakin sonradan Ceyhundan xəbər olmadığını görüb onun telefonuna mesajlar yazaraq ailəsini bu məsələyə qatmamasını demişdir. Çünki Ceyhuna zəng elədikdə onun telefonuna arvadı Leyla cavab vermişdir. Bundan 10-15 gün sonra onun evinə getmiş və işıq qəbzinin qapıda olmasını görüb onların köçməsini bilmiş və ona yenə mesaj yazdıqda xəstəxanada olamsını demişdir. Daha sonra verilən suallara cavab olaraq o, göstərdi ki, Ceyhunu döyüb ona xəsarət yetirməmiş və kimin xəsarət yetirməsini də bilməmişdir. Hadisə olan gün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la bir yerdə olmamış və onları tanımamışdır. Sadəcə bir dəfə Orxan adlı tanışı onunla görüşə gəlmiş və maşında oturan şəxslərdən birinin İmaş ləqəbli İmaməddin olduğunu deyib onun nömrəsini vermişdir. İmaməddin və Xanlarla birlidkə Ceyhunu döyməmiş, Ceyhundan pul tələb etməmişdir. Həmçinin o, qeyd etmişdir ki, onda aşkar olunmuş silahlar yararsız olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, adının İmaməddin olmasına baxmayaraq, idman yoldaşları ona “İmaş” demişlər. Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs1la isə münasibəti olmamışdır. Zərərçəkmiş şəxs da tanımamışdır. 23 avqust 2020-ci ildə Şahid2la birlikdə Xırdalan şəhərində olmuş, dönər alıb yemiş, sonra “Kristal Abşeron”da idmanla məşğul olmuşdur. O, həmçinin göstərmişdir ki, Şahid1 da tanımamış və onunla münasibəti olmamışdır. Şahid1 ona polis idarəsində təzyiq edildiyi üçün ona qarşı ifadə vermişdir. 23 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs döyülməsində iştirak etməmiş və onun yanında Zərərçəkmiş şəxs heç kəs döyməmişdir. O, həmçinin göstərmişdir ki, onu 12 may 2021-ci ildə Xırdalan şəhərində parkda polislər tutmuşdular. Onu parka qızla görüşmək adı ilə çağırmışlar və tutuduqdan sonra ona işgəncə vermişlər. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Abşeron rayonu “AAF park” yaşayış kompleksində yaşamışdır. 2020-ci ilin avqust ayında Ceyhun adlı şəxsin döyülməsini eşitmiş və tanışı Fedya ləqəbi ilə tanınan mərhum Zərərçəkmiş şəxs dostu Samirdən onun kim tərəfindən döyülməsi ilə maraqlanmış və zarafatla ona Ceyhunu döyənlərin birinin özünün olmasını demişdir. Həmin vaxt Samir Ceyhunun kim tərəfindən döyülməsi ilə maraqlanmışdır. Bu danışıqdan 3 gün sonra Ceyhun ölmüşdür. Bundan sonra onu polisə aparıb ifadəsini almışlar, sonra isə tutumuşlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra istintaq təcridxanasında tanımışdır. Bundan öncə isə tanışlığı və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3la isə eyni məhəllədə böyümüşlər və dostluq münasibətləri olmuşdur. O, həmçinin Şahid1 da tanımadığını demişdir. Onu Şahid1 tanınmaya təqdim etdikə sonuncu onu Ramin kimi tanımışdır. Hadisə zaman istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də mümkünlüyü və mötəbərliyi üzrə tədqiq edərək sübut növü kimi qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varişi qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi deməklə həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2020-ci ilin may ayının sonunda əri Zərərçəkmiş şəxs və övladları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində kirayə mənzil tutmuş və orada yaşamışlar. Əri Ceyhun narkotik vasitələrdən istifadə etmiş. Lakin evdə Ceyhun narkotiklərin istifadəsi və satışı ilə məşğul olmamışdır. Ərinin deməsinə görə o, digər şəxslər vasitəsi ilə “Tayson” ləqəbli Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 23 avqust 2020-ci il tarixdə gecə saat 04 radələrində oyananda əri Ceyhunun yanında olmadığını görüb onu evdə tapmamış, mənzilin qapısının açıq olduğunu görüb narahat olub ərinin onlarla vidalaşmadan və heç bir söz demədən çıxıb getdiyini düşünüb oğlu Adəmin istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə ərinin istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuşdur. Ceyhun ona “heç yerə getməmişəm, rayondan dostlarım gəlib, mən burda aşağıda parkdayam, bir-iki saata gələcəm, narahat olma, çalış yat” demiş, ona “yox, yatmayacam, sən gələnə kimi gözləyəcəm. Bu vaxt adam aşağı düşər?” deyə cavab vermiş və səhərə kimi yatmayıb Ceyhunu gözləmişdir. Səhər saat 08:30-da əri Ceyhun özü oğlu Adəmin nömrəsinə zəng etmiş və zəngə özü cavab verəndə Ceyhun ona “Ay Leyla, narahat olma, məni Abşeron polisləri tutub, pul lazımdır, 500 manat” demiş, ona “qızımızın sosial kartında pul var, çəkim, yığım xəbər edəcəm” demiş, təxminən 5 dəqiqədən sonra Ceyhun bir də zəng edib 500 manatın az olduğunu deyib 1000 manat toplamağı xahiş etmiş, ona pul olmadığını desə də, Ceyhun ona “çalış tap, məni qurtar.” deyə bildirmişdir. Bundan sonra evdə olan 300 manat pulu götürüb qızı Mədinəni də sosial kartında olan 700 manatı çıxarmaq üçün göndərib 1.000 manat pulu toplayıb Ceyhuna zəng edərək pulun hazır olduğunu deyib hara gətirmək lazım olduğunu soruşmuş, lakin Ceyhun onun gəlməyinə qəti etiraz edib pulu gətirmək üçün oğlu Adəmə verməyini demiş, sonra da Ceyhun özü Adəmlə danışmış, həmin vaxt Ceyhun ona tez gəlmələrini, onu vurduqları üçün ağrıdığını demişdir. Bundan sonra, o, pulu Adəmə vermiş və Adəm də pulu atası dediyi yerə verməyə getmiş, sonradan bildiyinə görə əri Ceyhun Adəmə həmin pulları qaldıqları evin yaxınlığında olan “Qala marketin” yanında Rasim adlı şəxsə verməsini istəmiş, Adəm də həmin pulları danışılan yerə aparıb Rasim adlı və yanında olan ikinci tanımadığı şəxsin yanında pulları onlara vermiş, Rasim də pulları sayıb üzərində olan çantasının içinə qoymuş, həmin vaxt oğlu çantanın içində silah formasında dəmir alət də görmüş, həmin vaxt Rasim Adəmə “get, atan yarım saata-bir saata gələcək” demişdir. Adəm evə qayıdandan sonra ona pulu “Qala market”-in yanında Rasim adlı şəxsə verdiyini demiş, həmin vaxt Rasimin yanında bir nəfər də tanımadığı şəxs olmuş, Adəm ona “mama, həmin adamlar polis əməkdaşlarına heç oxşamırdılar, atamı vuran polislər deyil” deyə bildirmişdir. Bundan sonra, Ceyhun onlara zəng etməmiş və telefonu sönülü olmuş, narahat olaraq saat 12 radələrində Ceyhunun dalınca evdən çıxmaq istədikdə pilləkənlə düşərkən bir nəfərin əri Ceyhunla birlikdə qalxdığını görmüşdür. Həmin vaxt ərinin başının, paltarlarının qanlı olmasını və ərinin əziyyətlə addımladığını görüb çığıraraq “səni kim bu hala qoyub” deyəndə Ceyhun əlini öz ağzına tərəf aparıb sakit olmağını göstərib ona çatanda “sakit dur, çığırma, məni gətirən dostumdur, məni polislər vurub, bu da mənə kömək edib evə gətirir” deyə bildirmişdir. Bundan sonra, həmin sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs kömək edib Ceyhunu mənzilin qapısına kimi gətirib özü mənzilə daxil olmayıb qapının ağzında durmuşdur. Bu vaxt Ceyhun öz otağına gedib ona dalınca gəlməməyi tapşırmış, oradan nə isə götürüb Rasimə həmin şeyi ötürmüş və onlar nə isə barədə söhbət etmişlər. X16 “Sən həkimə getmə, həkimə getsən və bizi tutsalar, sənin oğlunu öldürərik” dediyini eşitmiş və bundan sonra Rasim çıxıb getmişdir. Ceyhunu çarpayıya uzadıb ona kömək edib paltarlarını dəyişmiş, ona ilkin tibbi yardım göstərib başını təmizləyib qanını yumuş, sonra aptekə gedib oradan dərman alıb ərinə kömək etmişdir. Ceyhun həmin vaxt çox pis vəziyyətdə olmuş, onun qolları, budu, ürək hissəsi, bel nahiyəsi döyülməkdən göy rəngdə olmuşdur. Sonradan əri Ceyhun özünə gələndə ondan nə baş verdiyini soruşduqda o, danışmaq istəməmişdir. Avqust ayının 24-dən etibarən Rasim dayanmadan Ceyhuna zəng edib onu və oğlunu öldürməklə təhdid edib ondan qalan pulu istəyib “ya pul, ya sənin oğlun” demiş, Ceyhun da ona tapa bilmədiyini cavab vermişdir. Ceyhun Rasimin zənglərinə cavab verməyəndən sonra Rasim onun ***-***-**-** telefon nömrəsinə və oğlu Adəmin istifadəsində olan ***-***- **-** nömrəsinə zənglər etməyə başlamış, o, özü iki dəfə Rasimlə telefonla danışmış, həmin danışıqlar vaxtı Rasim “Ceyhuna denən telefonunu açsın, biz onunla söz danışmışıq, ona vaxt vermişəm, ona denən mənimlə svyaza çıxsın” demiş, o, da ona əri Ceyhunun döyüləndən sonra pis vəziyyətdə olduğunu və cavab verməyə halının olmadığını izah etməyə çalışsa da, Rasim yenə də öz dediyini demişdir. Rasim hər dəfə müxtəlif nömrələrdən zəng etmiş, bir dəfə də Rasimin adından bir xanım zəng edib özünü təqdim etmədən “eşitmişəm ki, sən səsini Rasimə qaldırmısan, sən kimsən ki, Rasimlə belə danışırsan, Ceyhuna de ki, telefonu açsın, ona de ki, ona çox baha başa gələcək” və sair kimi ifadələr işlətməklə onunla telefonda dalaşmışdır. Rasim dəfələrlə müxtəlif məzmunlu mesajlar yazıb hədə-qorxu gəlmiş, əsasən də Ceyhunun telefonuna yazmış, bir müddət sonra Rasimin əl çəkməyəcəyini başa düşüb onun təhdidindən canlarını qurtarmaq üçün yaranmış təhlükədən çox qorxaraq rayona qayıtmaq qərarına gəlib 01 sentyabr 2020-ci il tarixdə əvvəlcə oğlu Adəmi, sonra qızı və nəvələrini başqa maşında Yevlax şəhərinə yola salmış, ardınca isə o özü Ceyhunla üçüncü avtomobildə Yevlax şəhərinə getmişlər. Onlar Yevlax şəhərində olan zaman Rasim dayanmadan zənglər edib mesajlar yazmağa davam etmiş, Ceyhun özü ona harasa müraciət etməyə icazə verməmişdir. Sonradan Ceyhunun halı çox pisləşdiyi üçün onu xəstəxanaya aparmışdır. 10 sentyabr 2020-ci il tarixdə əri Ceyhun qan qusmağa başlamış və 14 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Bunda başqa, Leyla Xəlilova ifadəsində göstərmişdir ki, əri Ceyhun xəstəxanada olarkən dostu Fedya ləqəbli Dövlət ittihamçısı onu görməyə gəlmişdir. Dövlət ittihamçısı Ceyhunun vəziyyətinin ağır olduğunu görəndə ona “bu işin üstünü aç, qoy səni qurtarsınlar ki, sən ölməyəsən, ailənə danışmırsansa, heç olmazsa bizə danış” demiş, bu söhbəti eşidib özünü yerə çırparaq xəstəxanada qışqıraraq “ərimi döyüb bu günə salıblar” demiş və bunu eşidən həkimlər dərhal DİN-nə xəbər vermişlər. 12 sentyabr 2020-ci il tarixdə Ceyhun əməliyyatdan çıxdıqdan sonra onunla görüşdükdə ona hadisə barədə polis əməkdaşlarının artıq məlumatı olduğunu və onları polisə çağırdıqlarını demiş, Ceyhun bunu bilib əsəbiləşərək izahatını başqa formada verməsə xəstəxanadan çıxdıqdan sonra onu boşayacağını demiş və o, da məcbur olub onunla razılaşmışdır. Bundan sonra polis əməkdaşları onları 12 sentyabr 2020-ci il tarixdə Yevlax RPŞ-nə dəvət edərək hadisənin necə baş verdiyini danışmağı təklif etmiş, o və qaynı Şahid11 yenidən Yevlax RPŞ-nə gedib düzgün izahat verməyib Ceyhunun kirayə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində olan mənzildə şifonerin yerini dəyişərkən üstünə yıxılması nəticəsində xəsarət aldığını yazmışlar. Mərhum əri döyüldüyü gün, yəni 23 avqust 2020-ci il tarixdə Ceyhun evdə ağrıyan zaman axşam saatlarında onun yanına dostu və yerlisi olan Fedya ləqəbli Dövlət ittihamçısı gəlmiş, həmin vaxt Ceyhun onları başqa otağa göndərmiş, özü isə onunla hadisəni müzakirə etmişlər. Bu vaxt Ceyhun yataq otağında uzanmış, Fedya da onun yanında olmuş, onlara çay aparıb otağa girəndə əri Ceyhunun Fedyadan “bu Xanlar kimdir, Xanları tanımırsız?” deyə soruşanda Ceyhun söhbətini kəsərək çayı qoyub çıxmasını demişdir. Bundan sonra o, onların nə danışdıqlarını bilməsə də, onlar Ceyhunun döyülməsini müzakirə etmiş, Fedyadan sonra onun qardaşı Şahid5 da gəlmiş, bildiyi qədər Ceyhun Elçinə də hadisəni danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi deməklə həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 23 avqust 2020-ci il tarixdə gecə saat təxminən 04 radələrində anası ona atası Ceyhunun evdə olmadığını demiş, onlar atasının evdən necə çıxıb getdiyini hiss etməmişlər. Dərhal istifadəsində olan telefonla “WhatsApp”-la atasının istifadəsində olan telefona zəng edəndə atası Ceyhun əvvəlcə Yevlaxdan tanışları gəldiyini, təxminən bir saata gələcəyini desə də gəlməmiş, həmin gün səhər saatlarında atası öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun ***-***-**-** saylı mobil telefonuna zəng edərək anası Leyla ilə danışaraq ona təcili 1.000 manat pul tapmaq lazım olduğunu, onu polislərin saxladığını demiş, anası Ceyhuna onda 700 manat olduğunu, bacısının da sosial kartında olan 320 manatı çıxarıb 1000 manat düzəldəcəyini deyəndən sonra onlar pulu hazırlayıb atasına zəng edib pulun hazır olduğunu demiş, lakin atası anasına “pulu sən gətirmə qoy Adəm «Qala» marketin yanına gətirsin” deyə bildirmiş, həmin “Qala market” də yaşadıqları küçədə qonşu binada yerləşmişdir. Bundan sonra o, 1.000 manat pulu anasından alıb həyətə düşüb «Qala» market tərəfə getmiş və hava soyuq olduğu üçün marketə girmiş, həmin vaxt atası ona zəng edib “get evə indi 15-20 dəqiqəyə zəng edəcəm aşağı düşərsən, polis əmi gəlib səndən pul alıb məni buraxacaq” deyəndən sonra yenidən yuxarı qalxıb 15-20 dəqiqəyə təkrarən təxminən saat 09 radələrində həyətə düşmüş və soyuq olduğundan yenə «Qala market”-ə girmişdir. Bundan 1-2 dəqiqə sonra iki nəfər həmin marketə girmiş və onlardan keçəl olan biri ona Rasim olduğunu deyəndə onun atasının dediyi Rasim olduğunu və pulu ona verməli olduğunu başa düşmüş, ikinci adam isə özünü təqdim etməmiş və bir qədər Rasimdən aralı durmuşdur. Sonra Rasim onu marketdən çölə çağırıb marketin yanında olan binanın tininə aparıb orada ondan 1.000 manat pulu sayıb almış, onun yanında olan adam isə ümumiyyətlə heç nə danışmamış, onunla ünsiyyətə daxil olmamış və bir qədər aralı durmuşdur. Pulu Rasimə verdikdən sonra o pulu çantasına qoymuşdur. Çantasını açanda əvvəlcə silah olduğunu zənn etdiyi, lakin sonra polislər tərəfindən şəkillər ona təqdim edildikdə ağ rəngli əşyanın “nunçaki” olduğunu bilmişdir. 1.000 manat pulu Rasimə verəndən sonra o, onun çiyninə əli ilə yüngül vuraraq “sən get, atanı birazdan buraxacam” demişdir. Bundan sonra o qayıdıb evə gəlmiş və evdə olanda təxminən saat 12:30 radələrində pulu verdiyi Rasim adlı şəxsin atasını evə gətirdiyini görmüş, həmin vaxt anası da qışqıraraq “səni bu hala kim salıb?” deyəndə atası “səs eləmə” deyə cavab vermişdir. Bundan sonra atası otağa girib oradan nə isə götürüb yenidən qapının ağzına çıxıb götürdüyünü həmin şəxsə vermiş, bu zaman atasının Rasimə narkotik verdiyini başa düşmüş və bundan sonra da Rasim çıxıb getmişdir. Rasim çıxıb getdikdən təxminən 5-10 dəqiqədən sonra həyətə düşüb uzaqda Rasimin bir neçə adamlarla dayandığını görüb avtomobillərin arası ilə onlara yaxın getmiş, həmin vaxt onlardan biri aralanıb getmiş və onlar 3 nəfər qalmış, yaxın gedəndə Rasimin, pulu alan zaman onun yanında olan şəxsin və digər bir nəfər saqqallı adamın durub söhbət etdiklərini və sonra onların orada olan bloka girdiklərini görüb oradan evə qayıtmışdır. Bir neçə gün «AAAF park»-da həmin mənzildə qaldıqları vaxtda atası hər gün qusmuş, başında, ürək tərəfdən sinəsində və belində xəsarətlər olmuş, gözünün altı da qaralmış, atasından kimin və nə üçün onu döydüyünü soruşanda o, bilmədiyini demişdir. “AAAF” parkda qalan müddətdə Rasim atasını təhdid etməyə başlamış, zəng edərək “pulumuzu ver yoxsa oğlunu aparacağıq” demiş, Rasim əvvəlcə atasına, daha sonra isə anasının və onun telefonlarına müəyyən mesajlar yazmağa başlamış və telefonda mesajlar yazaraq hədələmişdir. Rasim ona «atana de Rasim əmi dedi məni təcili yığsın, yoxsa mən gəlib atanla evinizdə danışacam» mesajı yazanda ona “allaha and olsun atamın vəziyyəti pisdir, qusur” cavabını versə də, onlar əl çəkməmiş və məcbur olub Rasimin nömrəsini bloka salmışdır. Sonra isə Rasim anasının nömrəsinə müəyyən təhdidli mesajlar yazmış, 01 sentyabr 2020-ci il tarixdə valideynləri əvvəlcə onu ayrı avtomobillə Yevlaxa yola salmış, sonra isə bacısı və valideynləri özləri gəlmişlər. Anası əvvəlcə atasını Yevlaxda olan xəstəxanaya aparanda ana-atası xəstəxanada və polisdə yalandan guya atasının evdə olanda yıxıldığını, üzərinə şifoner aşdığını demiş, çünki atası onlara polisə məlumat verməyi və həqiqəti danışmağı qadağan etmişdir. Sonradan atasının vəziyyətinin getdikcə pisləşdiyini və ev müalicəsinin ona kömək etmədiyini görüb atası xəstəxanaya yerləşdirilmiş yerləşdirilmiş və 14 sentyabr 2020-ci il tarixdə xəstəxanada ölmüşdür. O, həmçinin ifadəsində göstərmişdir ki, hadisədən sonra atasına baş çəkmək üçün onun dostu Fedya və qardaşı elçin gəlmişlər. Həmin vaxt onlara çay vermiş, anasının bu zaman otağa girib-girmədiyi bilməmişdir. Həmçinin atası evdə xəstə olarkən Elçinlə telefonla da danışmış və bu danışıq zamanı Rasimin adını çəkmiş, ondan başqa kiminsə adını çəkməsini o, eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla Təqsirləndirilən şəxs1 dediyi ünvanlara aparmış, bu zəmində onların münasibətləri yaranmışdır. Bir gün Rasim ona zəng edib evində olan əşyaları götürüb yaxında olan digər evə aparmağı xahiş etmişdir. Gedib evindən əşayları götürüb maşına yükləyərkən kameraya düşmüşdür. 2020-ci ilin sentyabr ayının 15-də Rasimi yenə dediyi ünvana apardıqda polislər onları tutmuşlar. Polislər onu 3 gün müddətində əl-qolunu bağlamışlar və başına sellofan torba keçirib döymüşlər. Bunun nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ifadə vermişdir. Lakin əslində Rasimi “AAAF” yaşayış kompeksindən hər hansı bir ünvana apararkən digər təqsirləndirilən şəxsləri onun yanında görməmiş, oxumadan istintaqdakı ifadəsini imzalamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ilk dəfə polis idarəsində görmüş, üzləşmə zamanı o, dizi üstə yerdə oturmuş və döyülmüş vəziyyətdə olmuşdur.Tanımaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs2 təzyiq altında kiməsə oxşatdığımı demişdir. Təqsirləndirilən şəxs1 onun yanında heç kəsi vurmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, etibarnamə ilə idarə etdiyi «Nissan-Sunny» markalı «**-BZ-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmış və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “Bazarstore” mağazasının yaxınlığında dayanıb sərnişin daşımaqla məşğul olmuşdur. 2020-ci ilin iyul ayının axırları, ya da avqust ayının əvvəllərində sonradan adının Rasim olduğunu bildiyi əvvəllər tanımadığı bir nəfər hündür boylu, dolu oğlan sərnişin kimi avtomobilə əyləşmiş və həmin vaxtdan müştəri kimi sifarişi ilə onu Bakı şəhərinə və müxtəlif yerlərə taksi kimi aparmışdır. Avqust ayının 22-də axşam vaxtı Rasim ona zəng edib səhəri günü onun yaşadığı ünvana gəlib ona əşyalarını daşımaqda kömək etməyi xahiş etmiş, ona etiraz etməyib səhəri günü, 23 avqust 2020-ci il tarixdə təxminən saat 09 radələrində Rasimin yaşadığı evin yanına gəlmişdir. Ora gələndə Rasimin blokdan çıxdığını, tünd göy rəngli “Mercedes C class” markalı (çeşka) maşından mavi köynəkdə birinin düşərək ona yaxınlaşdığını görmüş, Rasimin də əynində uzunqol, rəngini dəqiq görmədiyi tünd rəngli mayka və tünd rəngli şalvar olmuş, hava həmin vaxt yağışlı və bir az soyuq olduğuna, həm də Rasimin yanında adam olduğuna görə maşından düşməyib Rasimin geri qayıtmasını gözləmişdir. Blokdan bir qədər aralıda dayandığı üçün Rasimin onu görüb-görmədiyini dəqiq bilməmiş, Rasim həmin yanındakı şəxslə binanın digər tərəfində olan “Qala market”-in yanına gedib orada təxminən 17-18 yaşlarında, qısaqol qara geyimdə olan bir oğlanla görüşüb ondan nəsə alandan sonra geri qayıtmış və onlar hər ikisi bloka yaxınlaşmışlar. Rasimin yanında başqa şəxs olduğu üçün maşından düşüb ona yaxınlaşmayıb onun özünün zəng etməsini gözləmiş, həmin vaxt da başı telefonuna qarışdığı üçün Rasimlə qayıdan digər şəxsin hara getdiyini görməmişdir. Bir müddət sonra Rasimə zəng edib “sən məni evdən köçməyə kömək etməyə çağırmışdın, mən gəlmişəm, burdayam” deyəndə Rasim ona “odboy” verib özü onu yığaraq “mən sənə zəng edəcəm, onda gələrsən, hələ hazır deyiləm” deyə cavab vermişdir. Günorta saatlarında təxminən saat 12 radələrində Rasim ona zəng edib evə çağırmış, təxminən 5-10 dəqiqəyə Rasimin yaşadığı “AAAF” parka gəlib onun mənzilini tanıdığı üçün pilləkənlərlə 6-cı mərtəbəyə çıxıb qapını döyüb içəri girmiş və girəndə içəridə dəhlizdə qapının qarşısında iki nəfərin dayandığını, onlardan birinin saqqalda, cins şortikdə və maykada, saçının idman stilində olduğunu görmüş, həmin şəxs Abşeron rayon polis idarəsində tanınma zamanı tanıdığı Təqsirləndirilən şəxs2 olmuş, 2-ci şəxs isə qara cins şalvar, qara köynəkdə, üzü saqqallı idmançı bədən quruluşunda olmuş, güləşlə məşğul olduğu hiss olunmuş, həmin şəxsi də tanınma zamanı tanıyıb Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Həmin şəxslər ona çantaları verəndə otaqda divanın üzərində bir nəfər tanımadığı şəxsin əyləşdiyini və onun başı üzərində isə Rasimin dayandığını görmüş, Rasimin əlində karatedə istifadə olunan alət olan «nimçayka» olmuşdur. Rasimin isə arxasında bir nəfər dayanmış, həmin şəxsın üzünü görməsə də, arıq oğlan olduğunu hiss etmiş, divanda əyləşən şəxs isə orta yaşlı, normal bədən quruluşlu olmaqla əynində idman şalvarı və köynəyi olmuşdur. Rasimin əlindəki alətlə divanda əyləşmiş şəxsi vuraraq döydüyü hiss olunmuş, çünki həmin şəxs halsız, əzinik olmuş və döyüldüyü görünmüşdür. Həmçinin otağa daxil olanda Rasimin divanda əyləşmiş şəxsə “mənimlə oyun oynama, pulları çatdır” dediyini eşitmiş, amma Rasim onun yanında, yəni evdə olduğu müddətdə onu vurmamışdır. Qapının qarşısında olan Xanlar və İmaməddinin ona verdiyi çantaları götürərək onlarla birlikdə liftə yaxınlaşıb aşağı düşmüş, həmin çantaları avtomobilinə yüklədikdən sonra Rasim Ceyhunla və divanın kənarında ayaq üstə dayanmış arıq oğlanla birlikdə həyətə düşmüş, amma həmin arıq oğlanın kim olduğuna fikir verə bilməmişdir. Rasim ona avtomobilin yerini dəyişib üzü çıxışa saxlamağını dediyi üçün o, avtomobili üzü çıxışa saxlamış, bundan sonra Xanlar avtomobilində sürücünün arxa tərəfindəki oturacaqda, İmaməddinisə onun yanında arxa tərəfdən əyləşib sakit oturmuş və heç nə barədə danışmamışlar. Bundan bir az sonra İmaməddin avtomobildən düşüb Rasimin yaşadığı blokla üzbəüz digər binanın tinində dayanmış, bu vaxt güzgüdən Rasimin tək geri qayıtdığını görmüş və Rasimin Ceyhunu aparıb geri qayıtması təxminən 10 dəqiqə çəkmişdir. Rasim qayıdanda İmaməddinə yaxınlaşıb söhbət etməyə başlamış, amma həmin vaxt Xanlar maşından düşməmiş və qapıya tərəf sıxılıb telefonu ilə oynamış, onlar 1-2 dəqiqə dayanıb nəsə söhbət etdikdən sonra tünd göy-yaşımtıl rəngli “Mercedes” markalı avtomobil gəlib onun avtomobilinin arxasında dayanmışdır. Həmin avtomobildən üzü saqqallı, cins şalvar və qara qısaqol köynəkdə olan, onun ardınca da avtomobili idarə edən şəxs də düşüb Rasimgilə yaxınlaşmış, avtomobili idarə edən şəxsin də axsadığı, yəni ayağını çəkdiyi hiss olunmuş, bundan sonra onlar birlikdə binanın qarşısındakı tikilinin qırağında durub 1-2 dəqiqə söhbət etmiş və “Mercedes” maşınından sərnişin yerindən düşən qara maykalı şəxs onlardan aralanıb çıxıb getmiş, qalan üçü isə, yəni Rasim, İmaməddin və “Mercedes” maşınının sürücüsü bloka girmişdir. Həmin vaxt avtomobilində əyləşən Xanlar onun orada olanları görüb hiss edib başa düşdüyünə görə ona acıqlı baxmış, az sonra “Mercedes” maşınının sürücüsü, axsayan şəxs çıxıb avtomobilinə minib getmiş, ondan bir qədər sonra da Rasimlə İmaməddin qayıdıb gəlib maşınına oturmuş, bu vaxt Xanlar Rasimdən nə olduğunu soruşduqda Rasim ona ayı 3 min manata razılaşdıqlarını demiş, bundan sonra Xanlar və İmaməddin maşından düşmüşdür. Bundan sonra Rasimin xahişi ilə onu avtomobillə “AAAF” parkda yaşayan, tanışı olan xanımın yaşadığı ünvanına gətirmiş, əldə çantalarla pilləkənləri qalxanda Rasimdən bu məsələlərin axırının necə olacağını soruşmuş, çünki Ceyhunun vəziyyətini görüb taksi işlədiyi halda belə hadisələrlə qarşılaşdığı üçün narahat olmuş və probleminin olmamasını istəmiş, Rasim isə ona “sən narahat olma, bunun sənə aidiyyəti və dəxli yoxdu, sənə aid olan söhbət deyil” deyə cavab vermiş, çantaları iki dəfəyə qaldırıb evin girişinə qoyandan sonra Rasim ona 15 manat zəhmət haqqı vermişdir. Bundan sonra Rasimin çağırışlarına getmək istəməsə də, karantin dövründə taksidən istifadə edən az olduğuna görə ailəsini dolandırmaq üçün onun çağırışına getməyə məcbur olmuş, bir neçə gün sonra Rasim yenidən ona zəng edib “AAAF”-da yeni mənzil tutduğunu deyib çantaları həmin təzə mənzilə aparmağa kömək etməyi xahiş etmiş, o da avtomobillə gəlib həmin çantaları Rasimlə birlikdə onun tutduğu təzə evə “AAAF Park” yaşayış kompleksinin 1-ci, yəni əsas girişinin yanındakı binaya aparmış və çantaları qoyandan sonra çıxıb getmişdir. Bundan iki gün sonra yenidən Rasim ona zəng edib Yasamala aparmağı xahiş edəndə onunla Yasamala getməkdən imtina etmiş, çünki həmin rayonun ərazisində narkomanların çox olduğunu bilib ehtiyat etmiş, amma Rasim sonuncu dəfə onu Yasamala aparmağı xahiş etmişdir. Həmin vaxt başqa müştəri apardığı üçün ona bir saata gələcəyini demiş və təxminən elə bir saatdan sonra Rasimin sonuncu tutduğu evin yanına gəlmişdir. Gələndə aşağıda Rasimin Qulu ilə birlikdə dayandığını görmüş, onlar hər ikisi avtomobilə əyləşəndə bu dəfə həmişə olduğundan fərqli olaraq Rasim arxada, Qulu isə qabaqda oturmuş, Rasimin həmin vaxt çiynində bir barsetkası, əlində də idman çantası olmuşdur. Yasamala «Asan» xidmətin yanına aparmış, həmin vaxt axşam vaxtları olmuş, «Asan» xidmətin yaxınlığında avtomobili saxlayanda Qulu avtomobildən düşüb harasa getmiş, bu vaxt arxada oturmuş Rasim nədənsə oturacaqda uzanmışdır. Onun heç vaxt belə hərəkət etdiyini görməmiş, avtomobildə yorulduğuna və ya kiminsə onu görməməsinə görə uzandığını bilməmiş, həmin vaxt təsbehini götürüb dini dualar edib zikr etməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Qulu gəlmiş və onlar yenidən “AAAF Park” yaşayış kompleksində Rasimin təzə evinin blokunun yanına qayıtmışlar. Avtomobili saxlayandan sonra Rasim və Qulu avtomobildən düşmüş və hər ikisi onunla sağollaşıb getmək istəyəndə polis əməkdaşları onların hər üçünü saxlayıb polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsində olarkən Rasimin üzərində olan çantalardan “nunçayka”-lar, xəncər, bıçaqlar və digər qanunsuz alətlərin aşkar olunaraq götürüldüyünü bilmiş, polis idarəsində onu dindirəndə orada bildiklərini danışmış, Rasimin yanında olan şəxsləri tanımaq üçün şəxslər təqdim olunarkən tanıdığı Xanlar adlı şəxslə üzləşdirilmişdir. Şahid1 daha sonra istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həqiqətən də Abşeron rayon polis idarəsində 17 sentyabr 2020-ci il tarixdə günorta vaxtı müstəntiq Rövşən Mirəliyev ona 4 nəfər şəxsi tanınma üçün təqdim edib onların arasında Təqsirləndirilən şəxs1la birlikdə gördüyü Mamed”, “Ramin”, “İmaş” adlı şəxslərin olubolmadığını soruşmuş, həmin şəxsləri diqqətlə nəzərdən keçirib 3-cü sırada dayanmış üzü saqqallı, orta boylu, həmin vaxt ad-soyadının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsi sifət cizgilərinə, başının formasına, boyuna, bədən quruluşuna, saqqalına görə tanıyıb bu barədə bildirmiş, həm də həmin vaxt Təqsirləndirilən şəxs2 ona avtomobildə baxdığı baxışları onda görüb bir daha Ceyhunu Rasimin evində gördüyü gün dəhlizdə dayanmış, əynində cins şortik olan, sonradan da aşağı düşdükdən sonra maşınında arxada oturmuş, qeyd etdiyi kimi ona acıqlı şəkildə baxan şəxs olduğuna əmin olmuş, onu kiməsə oxşatmamış, birbaşa olaraq tanıdığını bildirib onu göstərmişdir. Rasim onu “Mamed” kimi, digər idmançı bədən quruluşlu oğlanı da “Ramin” və “İmaş” kimi çağırmış, amma onun adının Xanlar olduğu halda Rasimin onu “Mamed” kimi çağırmasının səbəbini bilməmiş, Rasimin Xanları “Mamed” kimi çağırdığı halda, yəqin “Ramin” və ya “İmaş” kimi çağırdığı oğlanın da adı başqa olmuş, ola bilsin ki, Rasim qəsdən Xanları və o biri şəxsi belə çağırmış, kənar şəxslərin onları tanımasını və adlarını hallandırmasını istəməmişdir. Amma Təqsirləndirilən şəxs2 tanıyan zaman o, fotoçəkiliş aparılarkən ona uzatdığı əlini əli ilə vurub gülümsünmüş, protokolda olan fotoda da Xanlara diqqətlə baxılarsa onun gülümsündüyü görünmüşdür. Şahid1 istintaq zamanı əlavə verdiyi ifadəsində göstərmişdir ki, tanınma istintaq hərəkətindən sonra tanıdığı Təqsirləndirilən şəxs3 hadisə günü Rasimin evində görmüş, belə ki, 23 avqust 2020-ci il tarixdə günorta vaxtı Rasim ona zəng edib yaşadığı ünvana gəlib ona əşyalarını daşımaqda kömək etməyi xahiş edəndə onun evinə gəlib qapını döyüb içəri girəndə içəridə dəhlizdə qapının qarşısında iki nələrin dayandığını, onlardan birinin əvvəllər keçirilən tanınma zamanı tanıdığı şortikdə və maykada olan Xanlar olduğunu, digərinin isə hazırda üz cizgilərinə, başının formasına və bədən quruluğuna görə tanıdığı qara cins şalvar, qara köynəkdə, üzü saqqallı, idmançı bədən quruluşunda olan, güləşlə məşğul olduğu hiss olunan və tanınma zamanı tanıdığı Təqsirləndirilən şəxs3 olmuş, amma Rasim onu ya “Ramin”, ya “İmaş” deyə çağırmışdır. Həmin şəxslər ona çantaları verəndə otaqda divanın üzərində Ceyhunun əyləşdiyini, onun başı üzərində isə Rasimin dayandığını görmüş, Rasimin əlində taxtadan hazırlanmış karatedə istifadə olunan alət «nimçayka» olmuş, Rasimin isə arxasında bir nəfər dayanmış və həmin şəxsın üzünü görməsə də, arıq oğlan olduğu hiss olunmuşdur. Həmçinin Rasimin əlindəki alətlə divanda əyləşmiş Ceyhunu vuraraq döydüyü də hiss olunmuş, çünki həmin şəxsin halsız və əzinik olduğu, döyüldüyü görünmüş, otağa daxil olanda da Rasimin divanda əyləşmiş şəxsə “mənimlə oyun oynama, pulları çatdır” dediyini eşitmişdir. 23 avqust 2020-ci il tarixdə onun nömrəsindən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə saat 10:08:26-da 60 saniyə, saat 10:38:13-də 27 saniyə, saat 11:29:34-də 15 saniyə, saat 13:11:21-də 19 saniyə, Təqsirləndirilən şəxs1 mobil nömrəsindən onun mobil nömrəsinə saat 10:09:58-də 103 saniyə, saat 12:00:09-da 16 saniyə və saat 14:46:55-də isə 42 saniyə müddətində danışıqlar taksi xidməti göstərməsi ilə bağlı olmuş, saat 12:00-da olan zəng zamanı Rasim ona zəng edib evə çağırmış, saat 14:46-da olan zəng isə başqa evə əşyalarını daşıyandan sonra xanımla dənizə getmək istədiyi üçün etdiyi zəng olmuş, ümumiyyətlə onunla əlaqəsi yalnız bir taksi sürücüsü kimi olmuş, harasa getmək istəyəndə zəng etmiş, o, da onun hər hansı bir işi ilə maraqlanmadan onu maşını ilə aparıb gətirmişdir. (Cild 1, iş vərəqləri 153-158; Cild 3, iş vərəqləri 47-53, 78-80; Cild 4, iş vərəqləri 123-126) Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onu taksi sürücüsü kimi çağırmışdır. İmaməddini Xırdalandan götürüb dönərxanaya aparmışdır. Həmin vaxt İmaməddinin yanında heç olmamışdır. Dönər alıb şəhərə qayıtmışlar. Sonra bazara, oradan isə “Kristal Abşerona” getmişlər. “Kristal Abşeron”da İmaməddin heç kimlə görüşməmişdir. Həmin vaxt İmaməddin maşından düşüb köşkdən su almış, bu zaman özü maşında oturmuşdur, İmaməddin həmin vaxt heç kimlə görüçməmişdir. Təqsirləndirilən şəxs3 “Kristal Abşeronda” olarkən hansısa mənzilə qalxmamışdır. Bundan başqa, o, göstərdi ki, Təqsirləndirilən şəxs2lə yaxın münasibətləri olmamışdır. 23 avqust 2020-ci ildə Təqsirləndirilən şəxs2 onun maşınına minməmiş və həmin gün ümumiyyətlə Təqsirləndirilən şəxs2 görməmişdir. Bundan əlavə, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ona Ceyhun adlı şəxsi “nakazat” elədiklərini deməmiş, həmin gün Təqsirləndirilən şəxs1 onun maşınına minməmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evdə olmamış və bu evdə Ceyhun adlı şəxsin saxlanılmasını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədə elan olunaraq tədqiq olunan X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2019-cu ilin oktyabr ayından icarəyə götürdüyü tünd göy rəngli “Mercedes-Benz” markalı, C-klass (C 180 minik)” modelli **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. “İmaş” ləqəbi olan dostu Təqsirləndirilən şəxs3 ilə təxminən 3 il əvvəl Xırdalan şəhərində 2 saylı orta məktəbin futbol stadionunda tanış olmuş, avtoqəzaya düşənə qədər özü də futbol oynasa da, qəzadan sonra ancaq pərəstişkar kimi gəlib futbola baxmış, həmin vaxtdan da onunla münasibəti yaranmış, İmaş özü də idmanla məşğul olmuşdur. 23 avqust 2020-ci il tarixdə gecə saat 04 radələrində Xırdalan şəhərində taksi kimi xidmət göstərəndə İmaş ona zəng edib Xırdalan şəhərində “AAAF Park” yaşayış massivinə 23-cü küçədə 1-ci binanın qarşısına gəlməyi xahiş etdiyi üçün o, da onun istədiyi kimi 10 dəqiqədən sonra ora gəlmiş, həmin vaxt İmaş həyətdə onu gözləmiş və ondan onunla Xırdalan dairəsi deyilən yerdən dönər alıb gəlməyi xahiş etmişdir. Yolda İmaş ona Ceyhun adında bir nəfər olduğunu, Xırdalanda “mal” yəni narkotik satdığını, barıqa olduğunu, həmin adamı 3 gündür axtardıqlarını və tapıb tutduqlarını və “nakazat eləyirik” deməklə hazırda cəzalandırdıqlarını demiş, ondan onu kimlərin tutduğunu deyəndə İmaş “Biləcərili Rasimləyəm, ləqəbi Taysondu” deyə cavab vermişdir. Həmin vaxt İmaş ona onlarla birlikdə olmağı təklif etməmiş, o, özü də İmaşdan başqa heç nə soruşmamışdır. Xırdalan dairəsindən 4 dönər, şirə və ona ayran alıb qayıdandan sonra İmaş maşını “Kristal-1” yaşayış massivinə sürdürmüş və yolda o, hansısa qızla telefonda sevgi mövzusunda danışmış, “Kristal-1”-ə çatandan sonra İmaş maşından düşüb hansısa binanın birinci mərtəbəsinə yaxınlaşıb kiminləsə danışmış və təxminən 5-10 dəqiqə sonra İmaş qayıdıb maşına əyləşəndən sonra onlar “AAAF” parka İmaşın göstərdiyi ünvana getmişlər. Ora çatandan sonra İmaş onunla birlikdə mənzilə qalxmağı təklif etsə də, ona evə getməli olduğunu demiş, İmaş isə ona “gözlə gəlirəm” deyib özü mənzilə qalxmışdır. Bu proses azı 1 saat çəkmiş, onu təxminən yarım saat gözlədikdən sonra İmaşın mobil nömrəsinə zəng edib düşməsini istəsə də, İmaş zənglərə cavab verməyib “odboy” vermiş, təxminən 5 dəqiqə sonra bir nəfər dolu bədənli, başı keçəl biri ona yaxınlaşıb “Böbü” olub-olmadığını soruşub Rasim olduğunu demiş, bundan sonra həmin şəxsin İmaşın dediyi “Tayson” ləqəbli Rasim olduğunu bilmişdir. Rasim ona marketə sürməyini demiş, Xırdalan dairəsi tərəfə istiqamətlənərək “AAAF” parkdan çıxıb təxminən 200-300 metr getdikdən sonra açıq olan marketin yanında dayanmış, o özü də marketdən siqaret almaq üçün Rasimlə birlikdə maşından düşüb marketə girmiş, Rasim marketdən siqaret, su, alışqan almış və onlar geri qayıtmışlar. Marketin içinə girəndə Rasim telefonla danışmağa başlasa da, zəngin kimin etdiyini dəqiq bilməmiş, Rasim telefonla danışanda kiməsə izah etməyə çalışaraq “o bizim uşaqdı, ona qarşı niyə hörmətsizlik ediblər” demiş və bu məzmunda söhbət etsə də, onun tam nə danışdıqları yadında qalmamışdır. Marketdən çıxıb yenidən həmin ünvana qayıtdıqdan sonra Rasim yuxarı qalxmış, o, isə təxminən 1-2 saat maşında otursa da, İmaş düşmədiyi üçün ona yenə zəng etməyə başlamış və İmaş gec cavab verib “Rasim düşür, onu aparmaq lazımdı” demişdir. Həmin vaxt təxminən saat 09 radələri olmuş, Rasim aşağı düşəndən sonra o, da ona yaxınlaşmış, Rasim üzü “Qala market” tərəfə getdiyi üçün o, da onun arxasınca getmişdir. Həmin vaxt Rasimin hara və nəyə görə getdiyini bilməmiş, marketin yanında Rasim bir azyaşlı oğlana nəsə deyəndən sonra onlar çölə çıxmış, bundan sonra o, da onların dalınca marketdən çıxmışdır. Rasimin həmin oğlanı tinə çağırdığından həmin oğlanı tanıdığını başa düşdüyü üçün orada nəyin baş verdiyini hiss etməmiş, həmin oğlan Rasimə 100-lük əskinazlarda pul versə də, pulun məbləğini dəqiq görə bilməmiş, sonra Rasim oğlana “get, atan birazdan gələcək” demişdir. Bundan sonra Rasimin arxasınca geri qayıdanda Rasimə “İmaş deyib ki, səni harasa aparmalıyam” deyəndə Rasim ona “daha taksi lazım deyil, gedə bilərsən” deyə ona cavab vermişdir. Həm Rasimlə gedərkən, həm də geri qayıdarkən onunla heç bir söhbət aparmamış, onun işləri ilə maraqlanmamış, ona hər hansı kömək təklif etməmiş, Rasim də ona kömək etməsini istəməmiş, onunla getməkdə başqa bir məqsədi olmamışdır. Bundan sonra İmaşa zəng edib getdiyini deyəndə İmaş ona “gəl sənə pul verim sonra get” deyib onu yuxarı 6-cı mərtəbəyə dəvət etmiş, o, da yuxarı qalxanda mənzilin qapısında İmaş ayağında tərlik ilə qabağına çıxıb ona 20 manat verib “get kontur vur” demiş, həmin vaxt mənzildə Rasim divanda oturub əlində telefonla oynamış, otaqda onunla üzbəüz 1-2 metr aralıda oturacaqda sonradan adının Ceyhun olduğunu bildiyi ağ qısaqol maykada bir nəfər arıq oğlan oturmuş və bir də təxminən 30-35 yaşlarında adını İslam kimi bildiyi başqa axsaq, ayağı şişmiş biri olmuş, o, da otaqda Ceyhunun yaxınlığında olsa da, oturub-oturmadığı yadında qalmamışdır. Bundan başqa mətbəxdə də kiminsə olduğunu hiss etmiş, çünki oradan səs gəlmiş, amma onun araya çıxmadığı üçün üzünü və kim olmasını görməmişdir. İmaş ona pulu verəndən sonra aşağı düşüb marketdən terminaldan İmaşın mobil telefonuna 10 manatlıq kontur vurmuş və 10 manat da ona qalmış, həmin vaxt otaqda olan İslam da elə onu yolüstü düşürməsi üçün onunla birlikdə düşmüşdür. Bundan sonra onlar aşağı düşəndən sonra İslamı Xırdalan dairəsinə yaxın xatırlamadığı yerdə düşürmüş və saat 10-da ərəb milliyyətli müştərisini Bakı şəhərindən “Nevv Baku” otelindən götürüb aeroporta gedib Xırdalana geri qayıtmışdır. Yolda İmaş ona zəng edib gec gəlib-gəlməyəcəyini soruşanda ona yolda olduğunu demiş, qayıdanda təxminən saat 11 radələri olmuş, həmin ünvana gələndən sonra İmaş aşağı düşmüş və o, onu köhnə bazardakı dərziyə aparmışdır. Yolda İmaş ondan qızla görüşmək üçün maşını istəyib Xırdalan şəhərində olacağını, başqa yerə getməyəcəyini demiş, lakin ona icarədə olan maşın olduğunu, onun sürücülük vəsiqəsinin də olmadığını, maşın sürə bilmədiyini deyib ona maşını verməkdən imtina etmişdir. Dərzidə təxminən 10 dəqiqə olandan sonra İmaş “AAAF”-a bərbərə gedəcəyini demiş və “AAAF” parkın girəcəyində ona 70 manat pul verib “əziyyətimizi çəkmisən, benzin yandırmısan, bu pul sənindi” demiş, o, da pulu götürmüşdür. Amma İmaşın maşını ona vermədiyinə görə ondan bir qədər incidiyini hiss etmiş, təxminən 6-7 dəqiqə sonra İmaş ona zəng edib “İslam şprits tapa bilmir, onu götür bir yerdə axtarın” deyə xahiş etmiş, X22 prospektində “Gəncə təndiri” deyilən yerdən bir qədər aralıda aptekin yanından götürmüş, o, bir neçə aptekə baxıb 2 qramlıq şprits alandan sonra geri qayıtmışlar. Qayıdanda təxminən saat 12:30 radələri olmuş və Rasimin evi olan, yəni gecə İmaşla gəldiyi ünvana gələndə Rasimi və İmaşı həyətdə görmüş, maşını saxlayıb maşından düşərək Rasimgilə yaxınlaşmışdır. Rasim İmaşa “İmaş buralarda çox qalma, mən buranı təhvil verirəm” demiş, İmaş da bərbərə gedəndən sonra çıxıb gedəcəyini bildirmiş, bundan sonra Rasimlə İmaş bloka girəndən sonra İmaş onu da bloka çağırmış, bloka girib İmaşla və Rasimlə sağollaşıb oradan çıxıb getmişdir. Bundan təxminən 2 ay sonra İmaşla görüşəndə o, ona onların döydüyü Ceyhun adlı şəxsin dozadan artıq narkotik qəbul etdiyi üçün öldüyünü və bununla bağlı Rasimi polislərin tutduğunu demiş, “bəs məsələ necə olacaq? Bizim də başımız ağrıyacaq” deyə ondan soruşanda İmaş ona “sənlik nə var ki? sən adam tutmamısan, döyməmisən, tutulan tutulub. Rasimi tutublar, o da heç kimin adını verməyib” deyə cavab vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 İmaşın dostu kimi tanımış, o, bazarda geyim əşyaları mağazasında işləmiş, onunla hər hansı münasibəti olmamış, mənzildə üzlərini gördüyü şəxslər Rasim, İmaş, İslam və Ceyhun olmuş, orada başqa birini görməsə də, qeyd etdiyi kimi evin mətbəxində səs gəlmiş, ola bilsin ki, mətbəxdə kimsə olmuş, amma kim olduğunu dəqiq görə bilməmişdir. (Cild 5, iş vərəqləri 210-215) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi deməklə həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, uşaqlıqdan sarışın olduğu üçün “Fedya” deyə çağırılmışdır. Zərərçəkmiş şəxs uzun müddət həmyerli və yaxın dost kimi tanımış, bir müddət də Yevlax şəhərində dəri zavodunda birlikdə çalışmışdır. Zərərçəkmiş şəxs keçən ilin birinci yarısında Xırdalan şəhərinə köçmüş və “AAAF Park” yaşayış massivində yaşayaraq qara ciyərində problem olduğu üçün müalicə almağı planlaşdırmışdır. Ondan sonra onların evində 2-3 dəfə qonaq olmuş, Ceyhunun ailəsi ilə də münasibəti olmuş və onun arvadı Leylanı tanımışdır. 24 avqust 2020-ci il tarixdə Ceyhun ona zəng edib onun evinə gəlməyi xahiş etmiş, gələndə Ceyhunu yerdə uzanmış və gözünün altının qaralmış vəziyyətdə olduğunu görmüş, özü də ağrıdan şikayətlənib beli və qarnının ağrıdığını demişdir. Ondan nə baş verdiyini soruşanda Ceyhun ona ötən gecə, yəni 23 avqust 2020-ci il tarixdə gecə saatlarında adını desə də, hazırda xatırlamadığı tanışının zəng edib çölə söhbətə çağırdığını, qapıdan çıxanda yuxarı mərtəbədə 2-3 nəfərin və aşağıdan 2-3 nəfərin onu tutub yaxınlıqda olan digər binaya apardıqlarını, orada olan şəxslərin onu müxtəlif alətlərlə döyüb ondan 3.000 manat pul tələb etdiklərini, ən çox onu vuranın keçəl yekəpər bir oğlan və digər saqqallı bir şəxs olduğunu demiş, yəni onların ikisini əsasən vurğulamış, çünki onlar onu dəmir alətlərlə möhkəm vurmuşlar. Ceyhun həmçinin ona demişdir ki, həmin gün yoldaşı Leylaya səhərə yaxın zəng edib 1.000 manat pul düzəltməsini xahiş etmiş, Leyla da pulu toplayandan sonra oğlu Adəm gətirib həmin şəxslərə 1000 (min) manat pulu verəndən sonra onu buraxmış, pulu alanda Ceyhunun əlavə də 2.000 manat onlara səhəri gün çatdıracağı barədə danışmışlar. Ceyhunun evində olarkən ona müxtəlif hədə-qorxu mesajları yazıldığını, pul tələb edildiyini və dəfələrlə zəng edildiyini görmüşdür. Sonra Təqsirləndirilən şəxs2 ilə görüşən zaman Xanlardan Ceyhunu kimin döydüyünü soruşanda o, ona Ceyhun döyülən zaman orada olduğunu, lakin birbaşa onun döyülməsində iştirak etmədiyini demiş, ondan Ceyhunu kimlərin döydüyünü soruşanda o, qeyri-müəyyən cavab verərək orada təsadüfən olduğunu və kimin döyməsini bilmədiyini demişdir. 13 sentyabr 2020-ci il tarixdə Yevlax şəhərində olanda Ceyhunla telefonla danışmış, həmin vaxt o Yevlax rayon Mərkəzi Xəstəxanasında qan qusduğundan əməliyyata hazırlaşmış, onu görəndə çox pis vəziyyətdə olmuş və ağzından qan gəlmişdir. Ceyhun ona onun qardaşı Şahid5 öz oğlunu ona vəsiyyət etdiyini və tapşırdığını deməyini xahiş etmişdir. 14 sentyabr 2020-ci il tarixdə Ceyhunun arvadı Leyla Xəlilova ona zəng edərək Ceyhunun öldüyünü demişdir. 16 sentyabr 2020-ci il tarixdə o, Abşeron RPİ-nə dəvət edilmiş, orada Abşeron RPİ-nin rəis müavini İsa Babaşov ondan Təqsirləndirilən şəxs2 ona Ceyhunla bağlı nə dediyini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 özü də orada olmuşdur. O, İsa Babaşova Təqsirləndirilən şəxs2lə Ceyhunun kim tərəfindən döyülməsini öyrənmək üçün görüşəndə Xanların ona Ceyhunu döyən zaman həmin yerdə olduğunu, lakin onu döymədiyini dediyini bildirmişdir. 21 aprel 2021-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edib Abşeron Rayon Prokurorluğuna çağırıldığını və orada yalan ifadə verdiyini, verdiyi ifadədə hadisə yerində olmadığını, Ceyhunu və digər şəxsləri tanımadığını göstərdiyini deyib ondan onun sözlərini təsdiq etməsini və onun Ceyhunun döyülmə vaxtı orada olması barədə istintaqa məlumat verməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri yalan olmuş, o, onunla heç bir çayxanada tanış olmamış, onunla heç bir münasibəti olmamış və əvvəl tanımamış, qeyd etdiyi kimi, dostu Ceyhun döyüldükdən iki gün sonra özü onu tapıb Xırdalan şəhərində köhnə bazarın yanında görüşmüş və həmin vaxt o ona Ceyhun döyülən gün orada olduğunu, lakin Ceyhunun döyülməsində iştirak etmədiyini etiraf etmiş, bu sözləri o, Abşeron RPİ-nin rəis müavini İsa Babaşova da bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ölməsi səbəbindən məhkəmədə dindirilməsi mümkün olmayan Şahid5 ifadəsindən görünür ki, o, mərhum Zərərçəkmiş şəxs təxminən 30 il olar ki həmyerli kimi tanımış, onunla ailəvi dost olmuşdur. Zərərçəkmiş şəxsla demək olar ki, hər gün görüşmüş, sonuncu dəfə onu hadisə baş verməmişdən 1 gün əvvəl, yəni 22 avqust 2020-ci il tarixdə görmüş, həmin vaxt Ceyhun ona hər hansı probleminin olmasını deməmiş, onun danışığından da gərgin olduğu hiss olunmamışdır. 23 avqust 2020-ci il tarixdə axşam saatlarında Ceyhunun oğlu Adəm ona zəng edib atası Ceyhunu polislərin döydüyünü deyib gəlməyini xahiş etmiş, bundan sonra o, Ceyhuna zəng edəndə o, həmin vaxt danışa bilməyib xırıldamışdır. Bundan sonra Ceyhunun “AAAF Park” yaşayış kompleksində yaşadığı “Qala Market”-in yerləşdiyi binanın solunda olan binanın 1-ci blokunda 3-cü mərtəbədə yerləşən mənzilinə gəlmiş, Ceyhun həmin gün çox pis vəziyyətdə olmuş, onun bədəninin müxtəlif hissələri göyərmiş, başında da xəsarətlər olmuş, gözünün altı qaralmış, özü də ağrıdan şikayətlənərək belinin, qarnının ağrıdığını və ağrılardan yerindən qalxa bilmədiyini demişdir. Ondan nə baş verdiyini soruşanda o, ona həmin gün, yəni 23 avqust 2020-ci il tarixdə gecə saatlarında Biləcəri qəsəbəsindən olan, adını desə də, hazırda yadında qalmadığı tanışının zəng edib çölə söhbətə çağırdığını, Biləcəridən olan şəxsin ondan daim narkotik vasitə alan şəxs olduğunu, onu daimi müştərisi kimi tanıdığını, qapıdan çıxanda isə yuxarı mərtəbədən 2-3 nəfərin və aşağıdan da 2-3 nəfərin onu tutub yaxınlıqda “Qala Market” yerləşdiyi binanın birinci blokunda olan tanımadığı mənzilə apardıqlarını, utandığından qəsdən ailəsinə polislər tərəfindən tutulub vurulduğunu dediyini danışmış, daha sonra isə orada olan Biləcəri qəsəbəsindən olan Rasim adlı əvvəllər tanımadığı bir şəxs və yanında olan digər 6-7 nəfər tanımadığı oğlanlar onun narkotik vasitələr satdığı üçün onlara həm aylıq haqq, həm də narkotik vasitə verməli olduğuna görə onu dəmir alətlərlə döymüşlər. Ceyhuna dəfələrlə Abşeron Rayon Polis İdarəsinə məlumat verməyi təklif etsə də, o, razılaşmamış və “qoy ayağa qalxım, özüm həll edəcəm” deyə cavab vermişdir. Ceyhun ən çox onu vuranın Rasim adlı keçəl yekəpər bir oğlan və digər saqqallı bir şəxs olduğunu, onu həmin mənzildə saxladıqları vaxt da döyən zaman Rasimin onun telefonuna girib arvadı Leylanın və oğlu Adəmin telefon nömrələrini götürdüyünü demişdir. Daha sonra Ceyhun ona demişdir ki, həmin gün yoldaşı Leylaya səhərə yaxın zəng edərək 1.000 manat pul düzəltməsini xahiş etmiş, Leyla da pulu toplayandan sonra oğlu Adəm gətirib həmin şəxslərə 1.000 manat pulu verəndən sonra onu buraxmışlar. Ceyhunun yanında oturanda da Rasim adlı şəxs onun telefonuna zəng edib pulu çatdırmasını deyib ona mesajlar yazmış, Ceyhun öz telefonunu ona göstərəndə həmin vaxt həqiqətən də Rasim adlı kontaktın ona müxtəlif hədə-qorxu mesajları yazıb pul tələb etdiyini və dayanmadan dəfələrlə zəng etdiyini görmüş, Ceyhunun dediyinə görə həmin şəxslər “pulu çatdır, yoxla oğlunu oğurlayacayıq, götüzdürəcəyik, səni bundan da pis günə qoyacayıq və sair” ifadələr işlətmişlər. Sonradan “Fedya” kimi çağırdıqları qardaşı Samir ona Xanlar adlı bir şəxsin orada olduğunu deyəndən sonra Samirlə birlikdə Xanlara zəng edib Fedya telefonu mikrofona qoyaraq ondan “sən də orada olmusan?” deyə soruşanda Xanlar da Fedyaya “mən orada olmuşam, amma Ceyhunu vurmamışam” demişdir. 13 sentyabr 2020-ci il tarixdə Yevlax şəhərində olanda Ceyhun xəstəxanada qan qusduğundan əməliyyata hazırlaşmış, onunla telefonla danışanda o, ona “oğlum sənə əmanət” deyə bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə Ceyhunun arvadı Leyla Xəlilova ona Ceyhunun xəstəxanada öldüyünü deyəndən sonra dərhal Yevlax şəhərinə gedib onun ailəsinin yanında olmuşdur. Ceyhun ona ancaq Rasim adlı şəxsin adını çəkib hadisə günü onun qanunsuz tutulmasında və döyülməsində Rasim və digər tanımadığı şəxslərin iştirak etdiyini, onu evdən çağırıb bayıra çıxaranın da Biləcəri qəsəbəsindən olan tanışı olduğunu demişdir. (Cild 5, iş vərəqləri 104-107) Məhkəmədə elan olunaraq tədqiq olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, arvadının bibisi oğlu olan mərhum Zərərçəkmiş şəxs 8-9 il əvvəl tanımış, onunla münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin avqust ayının sonlarında bir neçə dəfə Ceyhuna zəng etsə də, o, telefona cavab verməmiş, hətta ona “Ceyhun, yoruldum yığmaqdan, telefonu aç” məzmunlu mesaj da yazmış, həmin gün də Ceyhun “gəl bizə, çox pisəm” məzmunlu mesaj göndərmişdir. 27 avqust 2020-ci il tarixdə Ceyhunun yaşadığı yerə çatıb ondan yaşadığı binanı konkret harada olmasını soruşmaq üçün bir neçə dəfə zəng etsə də, cavab vermədiyi üçün ona yenidən qısa mesaj yazıb “deyirsən gəl, amma telefona cavab vermirsən, cavab ver gəlim” məzmunlu mesaj yazmışdır. Bundan sonra, Ceyhun evinin harada yerləşməsini başa salandan sonra onun oğlu Adəm onu qarşılayıb evə gətirmiş, Ceyhunu yataqda uzanmış vəziyyətdə görmüş, o, ağrıdan dura bilməmiş, onun başında yara olmuş, gözünün altı da qaralmışdır. Ondan nə baş verdiyini soruşanda Ceyhun ona bir neçə gün əvvəl, yəni 23 avqust 2020-ci il tarixdə evdən çıxanda 4-5 nəfər tanımadığı şəxslərin onu yaşadığı evinin girişində tutub vurduqlarını, sonra onu aparıb tanımadığı bir evdə çoxlu döydüklərini demişdir. Ondan onu kimin və niyə döydüyünü soruşanda Ceyhun ona onu döyən 4-5 nəfər şəxsləri tanımadığını, əvvəl tutulanda onu saxlayanların polis əməkdaşları olduğunu, lakin həmin evə aparanda onu tutan adamların polis əməkdaşları olmadığını başa düşdüyünü, onu bir neçə saat müxtəlif alətlərlə, rezin dubinka ilə döydükdən sonra ondan pul tələb etdiklərini, onun da həmin şəxslərə “pul lazımdır əvvəldən deyərdiniz, niyə döyürsüz ki” dediyini və onlara pul çatdırdıqdan sonra buraxdıqlarınıı demişdir. Ceyhun bunları çox çətinliklə ona demiş, çünki ağrıdan danışa bilməmiş, sonra həmin vaxt Ceyhunun yanına 2 nəfər narkomana oxşar adam gəldiyi üçün o, çıxıb getmiş, bundan 2-3 gün sonra Ceyhunla bir də telefonla danışanda və hadisə ilə maraqlananda o, ona onu döyən adamların 2 nəfərinin bəlli olduğunu və onları tapacaqlarını desə də, onların kim olmasını deməmişdir. Bu danışıqdan sonra bildiyinə görə Ceyhun Yevlax rayonuna getmiş, onunla sentyabr ayında telefonla əlaqə saxlayıb səhhəti ilə maraqlananda o, ona Yexlaxda xəstəxanada olduğunu, müalicə aldığını, yaxşı ki, vaxtında xəstəxanaya müraciət etdiyini, çünki 2 qabırğasının qırıldığını və başındakı xəsarətdən də müraciət etməyəcəyi halda beyninə qan sızma ehtimalının olduğunu demiş, bu danışıqdan iki gün sonra Ceyhunun öldüyünü eşitmişdir. (Cild 6, iş vərəqləri 92-95) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, yəni qızı Leyla Xəlilovanın əri olmuş, Zərərçəkmiş şəxs qan qusduğunu görüb onu xəstəxanaya aparmasına köməklik etmiş, lakin Ceyhunun kim tərəfindən döyülməsindən xəbəri olmamışdır. Şahid11 ifadəsindən görünür ki, o, da Şahid10 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 157 ünvanında yerləşən “AAAF” park yaşayış massivində 23 saylı küçə, bina 1, mənzil 26 ünvanında 1 otaqlı evi Xırdalan şəhərində yerləşən “Real Əmlak” Daşınmaz Əmlak Agentliyində işləyən Baba adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs1və onun yanında olan Afət adlı sarışın bir xanıma vermişdir. Onlar evli olduqlarını bildirmişlər. Avqust ayının 20-dən sonrakı vaxtlarda Afətə zəng edib kirayə pulunu istəyəndə Afət ona təcili rayona gedəsi olduqlarını, artıq evdə yaşamadıqlarını və evin açarını da binanın altında yerləşən “Qala” marketə qoyduqlarını demiş, ondan evi ona təhvil vermədən niyə getdiklərini soruşanda təcili işləri çıxdığını və açarı marketə qoyduqlarını bir daha bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid7 ifadəsində göstərdi ki, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi ev 88, mənzil 47-də kirayədə yaşayan Təqsirləndirilən şəxs1 kompleksin ərazisində soyuq və odlu silahları üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında ondan, əməliyyat müvəkkilləri İsa Taralov və Şahid8 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron RPİ-nə dəvət olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, həmin vaxt onun əlində olan qəhvəyi rəngli üzərində “Nike” sözləri yazılmış çantadan və digər əl çantasından 1 ədəd 16 kalibrli “İJ 58” modelli, daxili çaxmaqlı, zavod üsulu ilə hazırlanmış, nömrəsi silinmiş, hamar (yivsiz) qoşa lüləli, lüləsi kəsilmiş odlu ov silahı, 5 ədəd 16 kalibrli patron, 2 ədəd nunçaku, iki tərəfi kəsici və ucu deşici xassəyə malik 1 ədəd xəncər, 1 ədəd suvenir tipli bıçaq, 1 ədəd mətbəx bıçağı və 1 ədəd sprey qaz balonu aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid8 Şahid7la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 16 sentyabr 2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs1 məxsus “Nike” markalı idman çantasından “İJ 58” modelli, nömrəsi silinmiş, hamar (yivsiz) qoşalüləli lüləsi kəsilmiş odlu ov tüfəngi, 05 (beş) ədəd 16 kalibrli ov tüfəngində istifadə edilmək üçün patron, 1 ədəd metal xəncər, 1 ədəd döyüş idman aləti, digər palıdı rəngli idman çantasından 1 ədəd döyüş idman aləti, 2 ədəd kustar üsulla hazırlanmış bıçaq və 1 ədəd içərisində göz yaşardıcı qaz olan qutu aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 21-29) Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntülərə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, protokolda ək Diskə baxış keçirilməsi haqqında 18 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2020-ci il tarixli protokolda qeyd olunmuş hallar və aşkar olunmuş dəlillər videogörüntülərdə tam olaraq əks olunmuşdur. (Cild 1, iş vərəqi 212) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə kriminalistik-ballistik ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 3/1105- 3/1106 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə istehsal edilmiş 1 ədəd sprey balonun içərisində qaz halında olan maddənin tərkibi hidroksipropik sellüloza, izopropil spirti (propanol-2) və OC - oleorezin kapsikum (qırmızı istiotun ekstraktı) və digər qaz qarışıqlıqlarından ibarətdir. Təsiredici dairəsi - 2,5 metrə qədər olub, gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərir. Həmin predmet özünümüdafiə təyinatlı aerozol qurğudur, qaz silahı hesab edilir. Tədqiqata təqdim edilmiş 1 ədəd silah 16 kalibrli olmaqla “İJ-58” modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, sol lüləsi nasazdır, atəş açmaq üçün yararsızdır, sağ lüləsi isə saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 5 ədəd zavod üsulu ilə hazırlanmış patron 16 kalibrli olub həmin kalibrə malik hamarlüləli ov tüfəngində istifadə edilərək üçün döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə hazırlanmış suvenir tipli bıçaqdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 2 ədəd predmet kustar üsulla nunçaku tipində hazırlanmışdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 ədəd xəncər kustar üsulla hazırlanmış iki tərəfi kəsici və ucu deşici xassəyə malik olan xəncərdir və soyuq silah hesab edilir. (Cild 1, iş vərəqləri 32-37) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2020-ci il tarixli 15 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş “8-9-cu qabırğaların qapalı sınığı” xəsarəti küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 23 avqust 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa az ağır zərərvurmaya xas əlamətlərə malikdir, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs sağlığında qara ciyərin portal sirrozdan, assitdən, mədə-bağırsaq qanaxmasından əziyyət çəkmiş, ölümünə səbəb kəskin mədə-bağırsaq qanaxması olmuşdur. (Cild 2, iş vərəqləri 56-58) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon məhkəmə-tibb ekspertizasının 05 aprel 2020-ci il tarixli T-65/2021 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin portal sirrozu nəticəsində profuz mədə-bağırsaq qanaxmasından yaranmış kəskin qanitirmə olmuş, bu da meyitdən götürülmüş biomaterialın məhkəmə histoloji tədqiqatlarının nəticələri ilə təsdiq edilir. Zərərçəkmiş şəxs ölümü 14 sentyabr 2020-ci il tarixdə xəstəxanada baş vermişdir. Zərərçəkmiş şəxs “sol 8-9-cu qabırğalarda qapalı sınıq” olmuş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23 avqust 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə olmamışdır, xəsarətlər onda olan xəstəliyin gedişinə və ölümün baş verməsinə hər hansı təsir göstərə bilməzdi. Zərərçəkmiş şəxs sağlığında qaraciyərin portal sirrozundan əziyyət çəkmişdir. (Cild 3, iş vərəqləri 245-250) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 2547 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 “üzvi şəxsiyyət pozuntusu” aşkar edilir. Təqsirləndirilən şəxs1 olan üzvi şəxsiyyət pozuntusu ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması dərəcəsində ifadə olunmamışdır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar o, əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 1165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətindədir, onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altına düşməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Baş verən hadisə zamanı Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur, cinayət əməlini törədən zaman onun fərdi-psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 6, iş vərəqləri 40- 43) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 1164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və bu barədə düzgün məlumat vermək qabiliyyətindədir, onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altına düşməyə meyillilik əlamətləri aşkar edilməmişdir. Baş verən hadisə zamanı Təqsirləndirilən şəxs3 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur, cinayət əməlini törədən zaman onun fərdi-psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 6, iş vərəqləri 44-46) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli 1787 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkaloidlərinin suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2008-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.5 və 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs1 psixi xəstə və İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 6, iş vərəqləri 87-88) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli 1790 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələr və ya digər stimuledici, bihuşedici maddələrdən istifadə etmə halları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Lakin Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və hal-hazırda o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 6, iş vərəqləri 84-85) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli 1786 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixotrop maddələr və ya digər stimuledici, bihuşedici maddələrdən istifadə etmə halları aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Lakin Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və hal-hazırda o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 6, iş vərəqləri 90-91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi ərazisində yerləşən 23-cü küçə, 2-ci binanın sağ hissəsində 1-ci mərtəbədə olan “Qala market”-in yanıdır. Baxışda iştirak edən X6 hadisə günü, yəni 23 avqust 2020-ci il tarixdə oğlu Şahid3 tərəfindən 1000 manat pulun Təqsirləndirilən şəxs1 məhz həmin marketin yanında verildiyini, Şahid3 da Təqsirləndirilən şəxs1 1000 manat pulu verdiyi, yəni marketlə “Fəsəli” yazısı olan tikilinin arasında olan yeri, həmin vaxt Təqsirləndirilən şəxs1 və yanında olmuş ikinci tanımadığı kişinin pulu verən zaman harada dayandıqlarını göstərmişlər. (Cild 2, iş vərəqləri 207-212) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 157, “AAAF Park” yaşayış kompleksi 23 saylı küçə, bina 1, mənzil 26 ünvanına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 6-cı mərtəbədə yerləşən mənzil 1 otaqlı olmaqla daxil olduqda əvvəl dəhliz, ön tərəfdə mətbəx otağı, solda sanitar qovşağı, sağda isə yataq otağı yerləşmiş, yataq otağının giriş qapısının arxasına açılıb-başlanan divan qoyulmuşdur. Mənzilin sahibi və baxışda iştirak edən Şahid9 həmin mənzili 20 iyun 2020-ci il tarixdə ailə olduqlarını hesab etdiyi Təqsirləndirilən şəxs1 və Afət adlı qadına yaşamaq üçün kirayəyə verdiyini, avqust ayının 20-dən sonrakı vaxtlarda kirayə pulu üçün Afətə zəng edəndə o, təcili rayona getdiklərini və artıq həmin mənzildə yaşamadıqlarını dediyini bildirmişdir. (Cild 3, iş vərəqləri 54-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs1 evində gördüyü X9 tanımışdır. (Cild 1, iş vərəqləri 167-170) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs3 tanıyaraq hadisə günü Təqsirləndirilən şəxs1 evində gördüyü şəxslərdən biri olduğunu, digər tanıdığı Təqsirləndirilən şəxs2lə onunla birlikdə Rasimin əşyalarını düşürən və avtomobilinə əyləşən şəxs olduğunu, onu üz cizgilərindən, baş formasından və bədən quruluşundan tanıdığını göstərmişdir. (Cild 4, iş vərəqləri 115- 122) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs3 tanıyaraq onu hadisə günü Təqsirləndirilən şəxs1 yanında gördüyünü göstərmişdir. (Cild 4, iş vərəqləri 136-143) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Diskə baxış keçirilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, 23 avqust 2020-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 Abşeron rayonu «AAAF» yaşayış kompleksində yerləşən mağazanın yaxınlığında Şahid3 1.000 manat pulu almaq məqsədi ilə görüşmüş, həmçinin həmin pulun müqabilində həmin günü saat 12:20-dən, 12: 34-dək olan görüntüdə Zərərçəkmiş şəxs sərbəst buraxması üçün kirayə yaşadıqları evə aparmışdır. Baxışda iştirak edən Şahid3 bir daha bildirmişdir ki, yanında olan şəxs Təqsirləndirilən şəxs1dur, 23 avqust 2020-ci il tarixdə səhər saat 09 radələrində Abşeron rayonu «AAAF» yaşayış kompleksində yerləşən mağazanın yaxınlığında Təqsirləndirilən şəxs1 atası Zərərçəkmiş şəxs sərbəst buraxması üçün 1.000 manat pul vermiş, görüntüləe də 1000 manat pulun müqabilində həmin gün saat 12:20-dən 12:34dək olan müddətdə atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi anın görüntüləridir. (Cild 1, iş vərəqləri 230-231) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “AAAF Park” yaşayış massivində 23 saylı küçə, bina 1 ünvanının yaxınlığındakı müşahidə kameraları tərəfındən 23 avqust 2020-ci il tarixdə saat 12:20:12-dən 12:33:40-dək qeydə alınmış videokadrlara cinayət prosesinin iştirakçısı - Şahid1 iştirakı ilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntülər başlanarkən qarşıdakı binanın giriş blokunda üzü kamera istiqamətinə, yəni blokdan sıxdıqda sağa doğru istiqamətlənmiş sedan tipli avtomobilin dayandığı və avtomobilin yük yeri tərəfdə qaraltı olduğu görünür. Bundan sonra avtomobilin arxa tərəfindən gələn əynində mavi rəngli uzunqol köynək, tünd rəngli şalvar və çiynindən çanta (barsetka) asılmış, saçsız (keçəl) şəxs avtomobilin sağ öz qapısını açır və əlində olan çantanı ora qoyur. Bu vaxt da həmin şəxsin arxasında qısaqol ağ rəngli köynəkdə və dizdən bir qədər aşağıya qədər, bir qədər açıq (boz rəngə bənzər) rəngli şortikdə biri dayanır. Eyni zamanda həmin keçəl şəxsin qabağında, yəni avtomobilin arxa sağ qapısının yanında iki nəfərin dayandığı müşahidə edilir. Həmin şəxslərdən birinin əynində uzunqol qara rəngli mayka və dizə qədər olan bir qədər tünd rəngli (boz rəngə bənzər) şortik, digərində isə tam qara rəngdə geyim vardır. Bundan sonra həmin keçəl şəxs ağ qısaqol köynəkdə olan şəxslə avtomobilin ön tərəfinin dayandığı istiqamətə, yəni blokdan sağa doğru küçə ilə yanaşı hərəkət etməyə başlayırlar. Baxışda iştirak edən Şahid1 həmin videokadrlara baxaraq bildirdi ki, həmin avtomobil onun etibarnamə ilə idarə etdiyi “Nissan Sunny” markalı “**-BZ-***» dövlət qeydiyyat nişanlı avtomobildir, o, həmin vaxt avtomobildə sükan arxasında əyləşmişdir, avtomobilin yanında olan keçəl başlı, mavi köynəkdə və barsetkada olan şəxs Təqsirləndirilən şəxs1, onun yanında ağ qısaqol köynəkdə və şortikdə olan şəxs Zərərçəkmiş şəxs, digər şəxslər isə şortikdə olan Təqsirləndirilən şəxs2, tam qara geyimdə olan isə Təqsirləndirilən şəxs3dur. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona avtomobili üzü əks istiqamətə döndərib saxlamağı tapşırdığı üçün o, sonradan avtomobili əks istiqamətə döndərib saxlamışdır. Həqiqətən də saat 12:21-də avtomobil əvvəlcə sola, daha sonra arxaya dönmə hərəkəti edərək yenidən blokun qabağında üzü sola doğru saxlayıb dayanmış. həmin dönmə hərəkəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 blokun qabağında olmamışdır. Avtomobil geri dönmə üçün sola dönərkən onun arxa yan şüşələrində görünmə məhdudiyyəti olmuş, ön tərəfdə isə yalnız sürücü olmuşdur. Avtomobil blokun yanında dayananda saat 12:22 olmuş, daha sonra videogörüntülər saat 12:30-da davam etmiş və həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobilə doğru tək gəldiyi müşahidə edildi. Həmin vaxt avtomobildən bir qədər qabaqda sağ tərəfdə, blokun girişi ilə üzbəüz tikilinin yanında bir nəfərin dayandığı görünür. Təqsirləndirilən şəxs1 avtomobilin arxa sağ qapısının yanında dayandıqdan sonra tikilinin yanında dayanmış şəxs aralarından ağ rəngli avtomobil keçəndən sonra ona yaxınlaşır və onun yanında dayanır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, həmin şəxs az öncə qeyd etdiyi, əynində tam qara rəngdə paltar olan Təqsirləndirilən şəxs3dur. Bu vaxt saat 12:31-də üzbəüz tərəfdən tünd rəngli ”Mercedes” markalı köhnə modelli avtomobil gələrək Şahid1 ”Nissan Sunny” markalı avtomobilinin arxasında dayanır, avtomobildən əvvəlcə sağ qabaq oturacaqdan qısaqol qara geyimdə, saqqallı bir nəfər düşür və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 yaxınlaşır. Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü olan şəxs əyninə gödəkcə geyinərək onlara yaxınlaşanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yolun digər tərəfinə keçdiklərindən gödəkcədə olan şəxs də onlara yaxınlaşmış, lakin digər qısaqol qara paltarda olan şəxs əvvəlcə dayandığı yerdə durub onları müşahidə etmiş və bir neçə saniyə sonra onlara yaxınlaşmışdır. Bir neçə saniyə sonra həmin şəxs bloka girib tez də çıxmış, üzbəüz tikilidə olan pəncərədən boylanıb daha sonra Təqsirləndirilən şəxs1 və digərlərinə yaxınlaşmış, bir neçə saniyə orada durduqdan sonra onlardan ayrılıb döngədən dönüb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və “Mercedes” markalı avtomobilin sürücüsü bloka girmiş və bununla da fayldakı videomaterial başa çatmışdır. Qeyd olunmalıdır ki, binanın blokunun giriş qapısının sağında həyətdə olan ağac müşahidə kamerasının həmin hissədə görüntüsünü məhdudlaşdırmışdır. (Cild 5, iş vərəqləri 146-156) İş materiallarına əsasən X6 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Leyla Xəlilova istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, lakin Təqsirləndirilən şəxs1 üzləşmək istəməmiş və verilən suallara cavab verməmişdir. (Cild 1, iş vərəqləri 206-208) İş materiallarına əsasən Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, lakin Təqsirləndirilən şəxs1 üzləşmək istəməmiş və verilən suallara cavab verməmişdir. (Cild 1, iş vərəqləri 202-204) İş materiallarına əsasən Şahid1 ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanılması zamanı ifadələrində göstərdikləri xüsusatları hadisə yerində mümkün qədər əyani şəkildə göstərmişdir. (Cild 3, iş vərəqləri 73-77) İş materiallarına əsasən Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, lakin Təqsirləndirilən şəxs2 onu birinci dəfədir ki gördüyünü, onu və Rasimi tanımadığını və Rasimin evində olmadığını göstərmişdir. (Cild 1, iş vərəqləri 224- 226) İş materiallarına əsasən Şahid3 “Samsung A30” markalı (055 843-42-49) mobil telefonuna baxış keçirilmiş və müəyyən edilmişdir ki, mesaj bölməsində “+**********89” saylı mobil nömrədən 25 avqust 2020-ci il tarixdə saat 03:19-da “Atava de rasim emi meni surocnu yiqsin yoxs men gelib atanla evinizde danisacam”, saat 09:45-də “+**********89” saylı mobil nömrəyə “Qaqa allahhaqqı atamin veziyeti pisdi dunen axsam nan hele de kusur” məzmunlu mesajlar göndərilmişdir. (Cild 1, iş vərəqləri 77-78) İş materiallarına əsasən X2 “Ulefone” markalı (055 586-28-08) mobil telefonuna baxış keçirilmiş və “VVhatsap” və mesajlar bölməsində “+**********89” saylı mobil telefon nömrəsindən ona “Ceyhun ev”, “Ceyhuna deyin rasim deyir meni yığsın”, “Ceyhun özü verib senin nömrevi?”, “Ay xanım Ceyhun danışmaq istemir ?”, “bir söz yazinde imkan varsa?”, “Men sizinle danıvvmaq, sizi narahat etmək istemirem. Amma Cehundan bu sözü esitmeliyem ki, bizim dansdığımız mesele ne yerde qaldi ?”, “Sen Ceyhunun arvadısan ?”, “bax gör nə deyirsen?”, “Ceyhun sen neynirsen sene dedim axi o kemaleni az oyret indi senin ozun neyniyessen”, “Ceyhuna de ki men onu kişi sözü verdiyi üçün gözlədim. Amma birazdan heç ona söz deməyəcəm. Bax demişdim e xiyar əyri bitəcək. Elə bunu nəzərdə tuturdum. Bu cürdə olacaq birazdan!”, “Atam balnusadan icazə al... deyir ki səhərə kimidə ols. gələcəy”, “indi mənə deyin ki hansı balnisadadı?” məzmunlu müxtəlif mesajlar göndərildiyi müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 79-81) İş materiallarından görünür ki, mərhum Zərərçəkmiş şəxs “Samsung A40” markalı (055 457-80-76) mobil telefonuna baxış keçirilmiş və mesajlar bölməsində “Rasim biləcəri” adı ilə qeyd edilmiş 070 ***-**-** saylı mobil nömrədən 24 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək qarşılıqlı mesajlaşma olduğu müəyyən edilmiş, belə ki, 070 ***- **-** saylı mobil nömrədən yazılmış mesajların mətnində Zərərçəkmiş şəxs onunla görüşməsini tələb etməsi, Zərərçəkmiş şəxs özü ilə hesablaşmayacağı təqdirdə onun arvadı və oğlu ilə hədələməsi, Zərərçəkmiş şəxs isə həmin mobil nömrəyə göndərdiyi mesaj mətnlərində cavab olaraq evdə olmadığı, xəstəxanada müalicə almağı, xəstəxanadan çıxdıqdan sonra görüşəcəyi, ailə üzvlərini məsələyə qatmaması, həmçinin özünün döyülməsi barədə hamının məlumatının olduğu öz əksini tapmışdır. Həmçinin mobil telefonun qalereya bölməsində olan fotoşəkillərdə elektron tərəzinin üzərində çəkisi 26,77 qram yazılmış, sellofan torbanın içərisində ağ rəngli kütlə olmasını, bundan başqa Zərərçəkmiş şəxs yataqda çiynində sarğıda olan fotoşəkili aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 81-102) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 “Samsung A10” markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonda qeydə alınmış kontaktlara baxılarkən iş üzrə adları keçən bəzi şəxslərin ola bilməsi ehtimal edilən kontaktlar müəyyən edilmiş, belə ki, “İmaş Xırdalan 055 332-26-56”, “Elvin Xr T – 050547-7443”, “Xanlar – 050 207-04-32”, “Qulu – 050 977-14-55”, “Qul – 070 754-54-54”, “Quli - 077 300-99-72”, “Mamed – 070 672-80-90”, “Mamed – 055 222-10-19”, “Mamed 2 – 070 ***-**-** ”, “Ceyhun X. ba 055 457-80-76”, “Ceyhun B Oq – 055 843-42- 49”, “Ceyhun B Ebmbbun 055 586-28-08”, “Aytən Vap- 055 605-30-38” kontaktları qeydə alınmışdır. “Ceyhun X. ba 055 457-80-76” kontaktının Zərərçəkmiş şəxs, “Ceyhun B Oq – 055 843-42-49” kontaktı isə onun oğlu Şahid3, “Ceyhun B Ebmbbun 055 586-28-08” kontaktı isə arvadı Leyla Xəlilovanın istifadəsində olan mobil nömrələr olduğu müəyyən edilmişdir. Mobil telefona baxış zamanı “Aytən Vap” kontaktı ilə “Vatsapp” tətbiqi vasitəsilə aparılan yazışmalar təhlil edilərkən “Aytən Vap” kontaktının Təqsirləndirilən şəxs1la münasibəti olan Afət adlı qadının, “Fatima Af 050 809-90-91” kontaktının isə Afətin qızına məxsus olduğu, onun Xırdalan şəhəri, AAAF park yaşayış massivi 4 mərtəbəli binalardan 1-ci bina, 13-cü mənzildə yaşadığı müəyyən edilmişdir. Mobil telefon vasitəsilə 16 sentyabr 2020-ci il tarixədək müxtəlif kontaktlarla qarşılıqlı zəngləşmə aparılmış, lakin mobil telefonda zənglərin siyahısı 05 sentyabr 2020-ci il tarixdən başlanılmış, “Ceyhun X. ba 055 457-80-76” kontaktına 09 sentyabr 2020-ci il tarixdə saat 22:18-də cavabsız zəng olunmuşdur. Bundan başqa, mobil telefonun qalereya bölməsində Təqsirləndirilən şəxs1 xəncər və ov tüfəngi ilə, eyni zamanda onun müxtəlif şəxslərlə, eyni zamanda Zərərçəkmiş şəxs saxladığı evdə müxtəlif fotoşəkilləri aşkar edilmişdir. (Cild 2, iş vərəqləri 81-87) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 “İphone 11” markalı mobil telefonuna baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs2 “İmaş” (Təqsirləndirilən şəxs3) adlı kontaktla “VVatsap” tətbiqi vasitəsilə 29 yanvar 2021-ci il tarixdə aparılan yazışmalarında “İmaş”ın ona “Biz dustaq pulun yemirik qardaşım, biz haçanki Rasimin yanına gediləcək o vaxta o 130 gedecək ora”, “mən dedim axı Rasimin yanına gedəcək”, “neynirsiz eləyin, məni poxa salmayın, axtarıb eləyirlər sizi, yəni mənim aidiyyətim yoxdu da”, “yəni mənim adım çəkilməsin, nə də mənim adım hallanmasın”, “elədiyimi demirəm, sadəcə adım çəkilməsin” məzmunlu, Təqsirləndirilən şəxs2 isə ona “dustaq .... gəlib dirdun, indi dustaq gorən olub, nəysə hərə özün fikirləşir”, “adın çəkilməsin hə vseda”, “kişi elədiyin deməz” məzmunlu qarşılıqlı yazışmaları olmuşdur. “Vatsapp” tətbiqi ilə “Fərid kristal - 070 605 26-96” kontaktı ilə 26 aprel 2021-ci il tarixdə saat 18:31-də 38 saniyəlik səs yazısı olmuş, səs yazısında həmin şəxs hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs2 olan “şeyi” götürmək istədiyini, vəziyyətinin “pis” olduğunu, “lomkaçılıq” olduğunu demişdir. Bundan başqa, onun bir sıra şəxslərlə müxtəlif mövzularda, o cümlədən narkotik vasitələrin əldə edilməsi və istifadəsi ilə bağlı “İnstagram” sosial şəbəkəsində yazışmaları aşkar edilmiş və yazışmaların fotocədvəli tərtib olunmuşdur. (Cild 5, iş vərəqləri 1-68) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “Bakcell MMC” və “Azerfon MMC”-dən daxil olmuş disklərə baxış keçirilməsi haqqında protokollarla müəyyən edilmişdir: "xxxx" MMC-nin 04 mart 2021-ci il tarixli 4822/21 saylı məktubuna əsasən, Zərərçəkmiş şəxs, Şahid3, X4 adına şəbəkədə hər hansı nömrə qeydə alınmamışdır. "xxxx" MMC-nin 17 mart 2021-ci il tarixli 6810/21 saylı məktubuna əsasən, Zərərçəkmiş şəxs, Leyla Xəlilovanın, Şahid3 adına şəbəkədə aktiv mobil nömrə qeydə alınmamışdır. Baxış zamanı “055 415-42-11” saylı mobil nömrənin 23-24 avqust 2020-ci il tarixlərində Yevlax rayonunda “Yevlakh Pambiq ASC/"Yevlax rayonu, Pişəvəri küçəsi 1" anten dairəsinin qeydə alındığı və Zərərçəkmiş şəxs həmin ərəfədə Xırdalan şəhərində olduğundan həmin nömrədən istifadə etmədiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 (070 309-88-89), Zərərçəkmiş şəxs (055 457-80-76), Leyla Xəlilova (055 586-28-08), Şahid3 (055 843-42-49), Təqsirləndirilən şəxs2 (055 877-20-21) və “İmaş” adlı kontakt (055 322-26-56) arasında müxtəlif məzmunlu yazışmaların olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Leyla Xəlilovanın mobil nömrəsinə 25 avqust 2020-ci il tarixdə günün müxtəlif saatlarında “Ceyhuna deyin rasim deyir meni yiqsin?”, “Ceyhun ozu verib senin nomrevi?, “Ay xanim ceyhun daniwmaq istemir?”, “Men sizinle daniwmaq, sizi narahat etmek istemirem. Amma Cehundan bu sozu ewitmeliyem ki, bizim daniwdiqimiz mesele ne yerde qaldi?", 30 avqust 2020-ci il tarixdə günün müxtəlif saatlarında “Sen ceyhunun arvadisan?”, “Ceyhun sen neynirsen sene dedim axi o kemaleni az oyret indi senin ozun neyniyesasen? "xxxx"Ceyhuna de ki ment onun kiwi sozu verdiyi ucun onu gozledim. Amma birazdan hec ona soz demeyecem. Bax demiwdim e xiyar eyri bitecek. Ele bunu nezerde tuturdum. Bucurde olacaq birazdan!”, “İndi mene deyin ki hansi halniccadadi ?”, “Ay xanim deyirsiz ya yox. O sizin eriniz hansi balniccada ve hansi wobede hansi palatadadi?”, 31 avqust 2020-ci il tarixdə günün müxtəlif saatlarında “Ceyhun gelmedi he?”, “Zeng edib niye daniwmirsan?”, “Bu indi ne demekdir axi?”, “Sen bu gun gelecek dedin ne oldu axi o er dediyin?”, ”Ne oldu bu Ceyhun?”, 01 sentyabr 2020-ci il tarixdə “Ceyhun sen kiwisen?”, “Eger bir damci kiwiliyin varsa. Daniw menimle”, “Ceyhuna deye bilmirsen daniwsin menimle?”, “Ne oldu bir soz deyin axi?”, 02 sentyabr 2020-ci il tarixdə “Ceyhun sen kiwi deyilsen e ceyhun” məzmunlu mesajlar göndərmiş, 30 avqust 2020-ci il tarixdə həmin nömrədən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə “Atam banisadan icaze alamadi deyir ki sehere kimide olsa alip gelecey” məzmunlu cavab mesajı verilmişdir. Təqsirləndirilən şəxs1 Şahid3 mobil nömrəsinə 25 avqust 2020-ci il tarixdə saat 15:19:42-də “Atava de rasim emi dedi meni surocnu yiqsin yoxsa men gelib atanla evinizde daniwacam” saat 21:53:17-də “Ceyhun men seninle adam kimi soz daniwmiwam amma sen meni firlada firlada dururdun. Guya dunen palyubomu menimle goruweceukdin. Olmadi! Bu gun ise daniwiqimizin son gunudu. Sen kiwisense kiwi kimi kankret axir sozuvu de ki saat necede goruwek men 1000 manati birde 3 list m40 i senden goturum”, saat 22:16:00-da “Atava de surocnu meni yiqsin.”, saat 22:16:50-də “Yoxsa men onynla sohvetimizi bawqacur aparmali olacam.” mızmunlu mesajlar yazmış, Şahid3 isə ona saat 21:45:17-də “Qaqa allahaqi atamin veziyeti pisdi dunen axsam nan hele de kusur” məzmunlu cavab mesajı göndərmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mobil nömrəsinə 24 avqust 2020-ci il tarixdə 00:39:01-də “Ceyhun senin fikrin nedi?”, saat 00:59:50-də “Ceyhun sen ne elediyivi dequq bilirsen?”, saat 20:52:02-də “Ceyhun telefonu blokdan cixart.”, saat 20:52:50-də “Men seni bawa duwmurem. Nedi axi senin fikirin?”, saat 21:11:31-də “Ceyhun senin fikrin nedi axi seni bawa duwmurem e men sen neynemek isteyirsen?”, saat 21:12:14-də “Sozuvu de mende bilim ki seninle nece eleyim?”, saat 21:13:28-də “Telefonu dedim blokdan cixartmadin. Deyirem cavab ver vermirsen? Axir bir soz detirsen ya yox?”, 25 avqust 2020-ci il tarixdə saat 00:27:16-da “Ceyhun daniwanda babat daniwiqin var amma emelin 0 daniwiqa uyqun gelmir axi?”, saat 00:29:59-da “Seninle nece eliyey sen ne fikirdesen niye bu qeder uzatdin axi bu meseleni?”, saat 00:59:25 “ Ceyhun ne deyirsen sozuvu de goruwek ya yox?”, saat 01:02:11-də “Bax ceyhun seni kiwi bilib seninle sohbetimizi eledik. Amma sen sozunden qacirsan axi niye? saat 04:39:53-də “Ceyhun bele getse bu xemir cox su aparacaq.”, saat 04:42:06-da “Ceyhun hardasan?”, saat 12:54:49-da “Ceyhun neynirsen?”, 26 avqust 2020-ci il tarixdə saat 21:51:02-də “Ceyhun sen nece oqlansan axi mene senin oqlun yiqir. Senin adindan soz deyir. O sen zeng elediyin nomreni yiqiram. Yoldawin cavab verir. Sene ayib deyilki?”, 27 avqust 2020-ci il tarixdə saat 14:31:15-də “Ceyhun onu anladiq sen mene bunu de ki, men sene pislik eledim ki, seni getirib qapiniza kimi oturdum ve qapinin aqzindaca mene 2 qram pati 2.qram kola 1 list m 40 verdin ve men seninle kulturnu goruwub ayrildim ki, oz sehvivi ozun duzeldersen?”, saat 14:32:57-də “Ceyhun sen neynemek isteyirsen mene deqiq de lazim olsa men ozum gelerem“, saat 22:23:12-də “Ceyhun niye cavab vermirsen?”, saat 22:29:13-də “Ceyhun bax men ele buna gore seninle gerek adam kimi reftar etmeyeydim ki sende bu cur prinalwat eliyesen.”, saat 22:29:53-də “Telefona cavab vermeyib lime ne eleyessen ki?”, saat 23:49:54-də “Ceyhun neyniyey men gelim seni evinden cixardim indi?, saat 23:51:07-də “Ayibdi axi oqluvun evdekileron gozu qabaqinda seni niye mecbur aparaq?”, 28 avqust 2020-ci il tarixdə saat 04:07:18-də “Ceyhun bax gor ne deyirem kiwisense telefona cavab ver ayibdi axi yoldawin acmasin oqlun acmasin senin xecaletini onlar cekmesinde“, saat 04:08:39-da “Axi men seni kiwi bilib seninle sohbet etmiwem bune hereketdi axi?”, saat 04:10:37-də “Ne deyirsen oqlunla daniwim ya yoldawinla?”, saat 04:55:55-də “Ceyhun kiwiliyin olsun arvadivi, uwaqivi, atrava sohbetine qariwdirma ozun cehennem onlari hec eleme kiwi kimi hereket ele!”, saat 22:07:31-də “Ceyhun senin fikrin nedir axi?”, saat 23:30:59-da “Ceyhun sen kiwi kimi soz deye bilirsen ya yox?”, 23:32:00-da “Bax bu axirinci sualimdi sene verirem sen ozun daniwirsan yoxsa senin yerive yene oqlun ya yoldawin cavab verecek?“, saat 23:39:40-da “Ceyhun sen niye bele eledin? Seninle kiwi bilib soz daniwmiwfiqde sen bucur variant firlamaqla duwunmurdunki gun bu gunle qurtarmir?”, 29 avqust 2020-ci il tarixdə saat 01:02:03-də “Ceyhun ne oldu niye cavab yazmadin?”, saat 01:02:23-də “Fikrivi deyiwfin yen??”, saat 18:58:06-da “Ceyhun men gelirem size qapiya cix kiwi ol!“, saat 20:50:52-də “Ceyhun dedin evde deyilsen de sen he?”, saat 20:51:24-də “Duzgun daniw ama?”, saat 21:02:58-də “Niye cavab yazmirsan?”, 30 avqust 2020-ci il tarixdə saat 04:41:06-da “Ceyhun cavab vermesen senin ailen senin eziyyetivi cekmeli olacaq bax kiwiliyin olsun ailenden utan. Gecenin bu vaxti? “, saat 04:42:22-də “Qapini doyey ya yox? “, saat 05:06:53-də “Ay eclaf sen meniynen mezelenirsen?”, saat 05:10:52-də “Mene deyirdin bayaqlari balbiccadayam. Gah arvadivi verirsen rasxoda gah dato aqcabedinskinin yeraz yerrisi kemaleni verdiritsen rasxoda? Sen kiwi deyilsen ki sohbetivi eliyesen?”, saat 05:12:32-də “Ceyhun qapini acirsan yoxsa evdekileri verirsen rasxoda“, saat 05:26:24-də “Bax gor sene ne deyirem mene surocnu m40 lazimdi bunu indi tewkil ele yoxsa kiwi deyil oz payina yalan deyen xiyar eyri bitecek. Daha besdi seninle oyun oynadiq dediyivi hell etmek evezine ona buna sohbeti perevod eleyirsen? Ele bilirsen senincun yaxwi olar? Puluda seher sohbet ederik?“, saat 05:27:33-də “Bax Ceyhun sen ozuvu kiwi bilirsense kiwi kimi sozuvu tut yoxsa sene hecbir stupqa olmayacaq!“, saat 05:28:30-da “Sozuvu tut ay Ceyhun yoxsa men sozumu tutacam!“, saat 05:37:40-da “Ne oldu ay werefi olan oqlan?”, saat 05:59:21də “Ceyhun bawa duwmedim ne bu gununden daniwirsan axi men sene dedim ki mene indi m40tewkil ele. Pulu he bu gun goruwende baxariq nece olur? “, saat 06:04:43-də “Sen uymusan sen mennen bew gun bundan qabaq goruwmeliydin amma helede goruwe bilmemiwik. Sene deyirem m 40 indi tewkil ele de vacib lazimdi axi?“, saat 06:05:46-da “Kimese de gelib catsirsin ya hardadi de men adam gonderim axir indi mene surocnu m40 lazimdi?”, saat 06:08:12-də “Bax ceyhun onsuzda bu sohbeti yaydiqiva gore senincun yaxwi olmayacaq amma bu arvatnan qadinnan mene zeng gelmeyin lap pis olacaq sene? “, saat 06:12:38-də “Ceyhun sozuvu de gorum olduqu kimi de sen indi mene m40 tewkil eleyirsen ya yox?”, saat 06:12:55-də “ Tecilidi bir sozde?”, saat 07:20:31-də “Ceyhun bes menimle ne vaxtdi senin fikrin goruwesen”, saat 07:52:50-də “Ceyhun sen hansi balniccadassn?”, saat 08:18:17-də “Ceyhun bilmirem sen ne fikirlewirsen amma onu bilki bu sohbetivi her kime kurs qoymusan o adamlar eger senin sozuvu deseler ele senin gozuvun qabawinda onlarin ozunude vuracam. Oki qaldi polise men polisi zadi soruwmadim senin korpus ve palatavi soruwuram.”, saat 09:36:55-də “Ceyhun noldu hara getdin sen?”, saat 14:43:15-də “Ceyhun sen ne oyun cixarirsan. Ne oldu sen harda qaldin?”, saat 14:47:13-də “Ceyhun sen ozuvu aqilli sayirsan de?”, 31 avqust 2020-ci il tarixdə saat 05:00:23-də “Ceyhun seninle artiq ne daniwim ki, sen dedin amma elemedin”, saat 05:02:53-də “Men birazdan o mene zeng eden nomrenin kim olduqunu gorecem. Bax senin adMliqin olsaydi arvadivi oqluvu oyuna niye samirdin axi?”, saat 17:43:02-də “Ceyhun senin kiwiliyive lenet niye cavab vermirsen?”, saat 19:31:27-də “Ceyhun sen ne oyun oynayirsan e menimle”, saat 19:32:02-də “Men sene dedim axi menimle duz dolan. Sen bawa duemedin”, saat 19:32:23-də “İndide deyirsen mualice olunacam.” məzmunlu mesajlar yazmış, Zərərçəkmiş şəxs da cavab olaraq 25 avqust 2020-ci il tarixdə saat 02:38:24-də “gozdedir sebirli ol yaxsı olmalıdı”, saat 02:38:24-də “Qaqa saat vaxt deyif gozduyurem rayonan pul getiriler alacagım var”, 27 avqust 2020-ci il tarixdə saat 10:19:57də “Menim halım hec yaxsı deyil qan qusuram hekime gedmiremki prablem olmasın”, saat 10:38:26-da “Qoy özümə gəlim sanısarıx”, 28 avqust 2020-ci il tarixdə saat 22:21:55-də “Duzelim gorseciyik”, saat 23:37:31-də “Yaxsı olar ikimz danısaq usaqlarımı qatma bu sobete”, 29 avqust 2020-ci il tarixdə saat 18:58:56-da “Senol banisadayam”, saat 05:04:20-də “Artiq essiy danisma hansi duzzuyde ayle söhbetin söhbeti olunur neyse seher görüserik.”, 30 avqust 2020-ci il tarixdə saat 05:16:22-də “Kişi ayleni qatmaz söhbətə ayıfdı dato söhbətini kim eliyif sənə hamının aylesi var kişisen ayleni qatma”, saat 05:22:26-da “Balamın canı yoxam evdə”, saat 05:24:06-da “Sən məni maraxlanmamısan mənə artıq essiy söhbətlər düşmürdü dusmurde”, saat 05:52:17-də “Bugun gorsecem senen arxeyin ol hekimnen 1 .2 satlıx icaze alıf gorsecem arxeyin ol”, saat 08:08:49-da “Gelmein meslehet deyil meni maraxlan gene deirem en azlnan paqonlarl uzaxlasdlrmlsam menim 42 yaslm var heckim deyenmezki ceyhun heckimi poxa salmaylf salmazda“, 31 avqust 2020-ci il tarixdə saat 19:28:23-də “Lenet size olsun emeliyat olacam sabax” məzmunlu mesajlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ********** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ********** saylı mobil nömrə arasında 23 avqust 2020-ci il tarixdə saat 00:28:13-də 3 saniyəlik, saat 00:28:39-da 46 saniyəlik, saat 00:38:14-də 75 saniyəlik, saat 00:56:10-da 15 saniyəlik, saat 04:44:01-də 14 saniyəlik, saat 19:49:29-da 123 saniyəlik, 24 avqust 2020-ci il tarixdə saat 21:16:00-da 166 saniyəlik; Leyla Xəlilovanın istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrə ilə 25 avqust 2020-ci il tarixdə saat 14:50:46-da 26 saniyəlik, saat 15:33:15-də 5 saniyəlik, Zərərçəkmiş şəxs istifadə etdiyi ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ********** saylı mobil nömrə arasında 23 avqust 2020-ci il tarixdə saat 00:47:00-da 25 saniyəlik, saat 02:47:08-də 32 saniyəlik, saat 03:55:45-də 16 saniyəlik, saat 04:34:40-da 13 saniyəlik, saat 04:46:30-da 24 saniyəlik, saat 10:12:16-da 42 saniyəlik, 24 avqust 2020-ci il tarixdə saat 14:50:27-də 1739 saniyəlik qarşılıqlı danışıqlar olmuş, mobil telefonların anten dairələri isə "Xırdalan ş., H.Əliyev pr. 167"xxxx"Bakı ş., Binəqədi r-nu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə" və Xırdalan ş., H.Əliyev pr. 265, Viləş MMC binası" olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs mobil nömrəsi ilə Şahid3 istifadə etdiyi 055 ***-**- ** saylı mobil nömrə arasında 23 avqust 2020-ci saat 06:02:20-də 27 saniyəlik, saat 08:15:13-də 68 saniyəlik, saat 08:25:30-da 63 saniyəlik, saat 08:43:45-də 69 saniyəlik, 08:46:12-də 59 saniyəlik, saat 08:49:43-də 63 saniyəlik, saat 09:01:03-də 27 saniyəlik, saat 09:06:23-də 17 saniyəlik, saat 09:19:39-da 20 saniyəlik, saat 12:59:31-də 246 saniyəlik, Şahid3 istifadə etdiyi mobil nömrədən Zərərçəkmiş şəxs mobil nömrəsinə saat 08:21:54-də 9 saniyəlik, saat 08:33:21-də 9 saniyəlik, saat 08:48:29-da 9 saniyəlik, saat 09:00:07-də 7 saniyəlik qarşılıqlı danışıqlar olmuş, həmin mobil telefonların anten dairələri də "Xırdalan şəhəri H.Əliyev prospekti 265, Viləş MMC binası"xxxx"Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167"xxxx"Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə" olmuşdur. Bundan başqa, hadisə günü, yəni 23 avqust 2020-ci il tarixdə Şahid1la Təqsirləndirilən şəxs1 arasında saat 10:08:26-da 60 saniyəlik, saat 10:38:13-də 27 saniyəlik, saat 11:29:34-də 15 saniyəlik, saat 13:11:21-də 19 saniyəlik, Şahid1la Təqsirləndirilən şəxs1 arasında isə saat 10:09:58-də 103 saniyəlik, saat 12:00:09-da 16 saniyəlik, saat 14:46:55-də 42 saniyəlik qarşılıqlı danışıqlar olmuş, hər iki mobil telefon üzrə anten dairələri “Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə”, “Xırdalan şəh, H.Əliyev prospekti 265, Viləş MMC binası” və “Xırdalan şəh, H.Əliyev prospekti 167” olmuşdur. Bundan əlavə, 23 avqust 2020-ci il tarixdə saat 10:00-dək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrənin əhatə dairəsinə dair məlumatlar müqayisəli şəkildə təhlil edilmiş və aşağıdakılar müəyyən olunmuşdur ki, həmin gün 070 ***-**-** saylı mobil telefonun anten dairələri “saat 03:03:28-dən 03:31:18-dək "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", saat 03:31:18-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 03:31:28-dən "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", saat 03:39:26-dan "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 03:42:51-dən "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", saat 03:46:08-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 03:47:12-dən "Xırdalan şəh., H.Əliyev pr.,məh. 30,bina 12"/Binagadi”, saat 03:49:19-dan "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167"xxxx"Xırdalan şəhəri, H.Əliyev prospekti 265, Viləş MMC binası", saat 03:49:37-dən "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", 03:50:04-dən "Xırdalan şəh.,H.Əliyev pr.,məh. 30,bina 12"/Binagadi”, saat 03:55:08-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 03:55:13-dən Xirdalan shr mehelle 28/"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 03:55:28-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 03:56:02-dən “Xirdalan shr mehelle 28/"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 04:33:58-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 04:34:55-dən "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", saat 04:43:04-dən "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 04:43:27-dən "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167", saat 05:02:35-də "Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Əliyev pr. 300 nömrəli sahə", saat 05:03:38-də "Xırdalan şəh., H.Əliyev pr.,məh. 30,bina 12"/Binagadi”, saat 05:03:48-də "Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası", saat 05:04:03-də "Xırdalan şəh., H.Əliyev pr.,məh. 30,bina 12"/Binagadi”, saat 05:05:04-də "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"xxxx"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 05:13:45-də "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167"xxxx"Xırdalan şəhəri, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 09:12:03-də “Sokzavod Xirdalan/"Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"/Binagadi”, saat 09:12:40-da “Xirdalan shr mehelle 28/"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron “, saat 09:36:18-də "Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Əliyev pr. 300 nömrəli sahə", saat 09:36:56-da “Sokzavod Xirdalan/"Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"/Binagadi”, saat 09:37:18-də "Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Əliyev pr. 300 nömrəli sahə", saat 09:38:07-də "Xırdalan şəh.,H.Əliyev pr.,məh. 30,bina 12"/Binagadi”, saat 09:48:32-də "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"xxxx"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 09:49:05-də "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə", saat 09:49:26-da "Xırdalan şəh.,H.Əliyev pr.,məh. 30, bina 12"/Binagadi”, saat 09:49:41-də "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"xxxx"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron”, saat 09:51:49-da "Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167"xxxx"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"/Absheron” olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil telefonu isə 23 avqust 2020-ci il tarixdə saat 03:37:21-dən 05:54:17-dək "Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası", saat 05:54:51-dən saat 07:03-22-dək "Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə"xxxx"Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası" adlı anten dairələrində olmuşdur. Göründüyü kimi, hər iki mobil telefon üzrə anten dairələrinin adları fərqli olsa da, göstərilən saatlar arasında vaxt intervalının çox cüzi olması, saniyə və dəqiqələrlə ölçülməsi onu göstərir ki, mobil telefonlar Xırdalan şəhərində olmuş və bir-birlərinə yaxın olan müxtəlif adlarda, ümumi istifadə üçün radiorabitə dalğalarının, yəni anten qurğularının ötürmə dalğalarının təsiri altına düşmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs1 mobil telefonunda “İmaş Xırdalan 055 332- 26-56” adı ilə qeyd edilmiş kontaktın Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs1la danışıqlarının və anten məlumatlarının olub-olmaması yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrədən “İmaş Xırdalan” adlı kontaktın 055 ***-**-** saylı mobil nömrəsinə 01 avqust 2020-ci il tarixdə saat 20:34:32-də 27 saniyəlik, saat 21:19:07-də 21 saniyəlik, 03 avqust 2020-ci il tarixdə saat 20:04:55-də 36 saniyəlik, 07 avqust 2020-ci il tarixdə saat 18:28:14də 9 saniyəlik, 17 avqust 2020-ci il tarixdə saat 12:19:51-də 9 saniyəlik, saat 21:31:20-də 6 saniyəlik, saat 21:33:55- də 12 saniyəlik, 22 avqust 2020-ci il tarixdə saat 20:54:02-də 26 saniyəlik, 27 avqust 2020-ci il tarixdə saat 09:38:32-də 9 saniyəlik, 08 sentyabr 2020-ci il tarixdə saat 13:56:33-də 40 saniyəlik, 10 sentyabr 2020-ci il tarixdə saat 13:54:22-də 66 saniyəlik, saat 14:47:49-da 67 saniyəlik, saat 17:07:20-də 66 saniyəlik, 11 sentyabr 2020ci il tarixdə saat 12:34:46-da 48 saniyəlik, saat 17:28:43-də 60 saniyəlik, 13 sentyabr 2020-ci il tarixdə saat 16:35:20-də 37 saniyəlik, saat 18:38:14-də 27 saniyəlik, saat 19:04:03-də 92 saniyəlik, İmaş Xırdalan” adlı kontaktın 055 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 ***-**-** mobil nömrəsinə 01 avqust 2020-ci il tarixdə saat 20:49:57-də 8 saniyəlik, saat 21:12:10-da 73 saniyəlik, 02 avqust 2020-ci il tarixdə saat 18:32:46-da 30 saniyəlik, 05 avqust 2020-ci il tarixdə saat 02:20:40də 49 saniyəlik, 06 avqust 2020-ci il tarixdə saat 16:24:53-də 28 saniyəlik, 06 avqust 2020-ci il tarixdə saat 19:49:45-də 31 saniyəlik, 07 avqust 2020-ci il tarixdə saat 18:54:42də 33 saniyəlik, 13 avqust 2020-ci il tarixdə saat 23:36:08-də 52 saniyəlik, 17 avqust 2020-ci il tarixdə saat 12:34:34-də 34 saniyəlik, 20 avqust 2020-ci il tarixdə saat 12:19:30da 51 saniyəlik, saat 19:10:13-də 50 saniyəlik, 26 avqust 2020-ci il tarixdə saat 18:10:40da 31 saniyəlik, 27 avqust 2020-ci il tarixdə saat 09:43:30-da 51 saniyəlik, 01 sentyabr 2020-ci il tarixdə saat 01:59:55-də 82 saniyəlik, saat 02:16:00-da 33 saniyəlik, saat 02:23:50-də 21 saniyəlik, saat 05:16:21-də 61 saniyəlik, saat 05:30:52-də 27 saniyəlik, saat 05:38:34-də 26 saniyəlik, 02 sentyabr 2020-ci il tarixdə saat 17:45:07-də 23 saniyəlik, saat 18:22:12-də 36 saniyəlik, saat 18:30:30-da 72 saniyəlik, saat 18:40:56-da 94 saniyəlik, saat 19:48:21-də 71 saniyəlik, 02 sentyabr 2020-ci il tarixdə saat 20:01:33-də 39 saniyəlik, 03 sentyabr 2020-ci il tarixdə saat 15:10:54-də 47 saniyəlik, saat 15:16:05-də 25 saniyəlik danışıqlar olmuşdur. Eyni zamanda, cinayətin baş verdiyi gün, yəni 23 avqust 2020-ci il tarixdə də “İmaş Xırdalan (055 332-26-56)” kontaktından Təqsirləndirilən şəxs2 055 ***-**-** saylı mobil nömrəsinə saat 05:54:17-də 31 saniyəlik, saat 05:59:12-də 18 saniyəlik zənglər olmuş və həmin danışıqlar zamanı anten dairəsi "Xırdalan şəhər, H.Əliyev prospekti 265, Viləş MMC binası"xxxx"Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə" olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1la “İmaş Xırdalan” kontaktı arasında qarşılıqlı zənglərin və yazışmaların olduğu müəyyən edilmiş, belə ki, Təqsirləndirilən şəxs1 “İmaş Xırdalan” kontaktına zəng edərək 22 avqust 2020-ci il tarixdə saat 21:58:52-də 113 saniyəlik, saat 22:26:53-də 21 saniyəlik, hadisə günü, yəni 23 avqust 2020-ci il tarixdə saat 02:51:07-də 21 saniyəlik, saat 03:03:37-də 46 saniyəlik, saat 10:01:44-də 12 saniyəlik, saat 10:04:46-də 32 saniyəlik, saat 13:21:01-də 34 saniyəlik, saat 19:40:03-də 61 saniyəlik, 15 sentyabr 2020-ci il tarixdə saat 15:06:20-də 110 saniyəlik danışıqlar olmuş, həmin nömrədən Təqsirləndirilən şəxs1 da 23 avqust 2020-ci il tarixdə saat 13:07:27-də 107 saniyəlik, saat 03:13:09-da 73 saniyəlik, saat 13:15:02-də 25 saniyəlik, saat 03:15:59-da 22 saniyəlik, 26 avqust 2020-ci il tarixdə saat 00:49:30-da 239 saniyəlik zənglər edilmiş, həmin danışıqlar zamanı anten dairələri “Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167"xxxx"Bakı şəhəri, Binəqədi rayonu, H.Əliyev küçəsi ilə Hacıyev küçələri, 3024-cü məhəllə" olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 “İmaş Xırdalan” kontaktına 22 avqust 2020-ci il tarixdə saat 22:05:33-də “Qaqaw mene bir soz de de menim ureyim sixilir”, 23 avqust 2020-ci il tarixdə saat 10:06:08-də “ **********. **********”, saat 10:06:44-də “Heresine 10 man vurun”, 26 avqust 2020-ci il tarixdə saat 02:56:57-də “Gorurem sende varyan”, saat 04:24:08-də “Neyi yerbeyer eleyir”, saat 04:55:40-da “İmaw sen guya meni a”, məzmunlu mesaj yazmış, həmin mesajlara cavab olaraq “İmaş Xırdalan” kontaktından Təqsirləndirilən şəxs1 26 avqust 2020-ci il tarixdə saat 04:11:41-də “Qaqa Variant gelmek ayib Olarki Olani direm, Bunu Yer be yer elim Yigacam Sene”, saat 04:57:19-da “Ayib olsun sene ki” məzmunlu mesajlar yazılmışdır. Eyni zamanda, 23 avqust 2020-ci il tarixdə saat 05:23:55-də 055 ***-**-** saylı kontaktdan Təqsirləndirilən şəxs1 “Qaqas nigaranig mamede dinende evi yigsin” məzmunlu mesaj yazılmışdır. Qeyd olunanlar 055 ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs3 tərəfindən istifadə olunduğunu göstərir. Bununla da baxış zamanı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisə günü, yəni 23 avqust 2020-ci il tarixdə saat 03 radələrindən səhər saat 09:50 radələrinədək bir yerdə olmaları müəyyən edilmişdir. (Cild 3, iş vərəqləri 119-173) İş materiallarına əlavə edilmiş “Bakcell MMC” və “Azerfon MMC”-dən əlavə alınmış məlumatlarla bağlı disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki: 099 868- 00-90, 055 988-65-08, 055 ***-**-** saylı nömrələr 01 may 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində "xxxx" şəbəkəsində, 070 ***-**-** saylı mobil telefon "xxxx" şəbəkəsində istifadə edilməmişdir. 24 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək Təqsirləndirilən şəxs1 məxsus 070 ***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus 055 ***-**-** saylı mobil nömrəyə əvvəlki baxış protokolunda ətraflı qeyd edilmiş mesajların göndərilməsi müəyyən edilmişdir. Bundan başqa, 01 sentyabr 2020-ci il tarixdə saat 14:57:16-da ********** saylı mobil nömrədən 055 ***-**-** saylı mobil nömrəyə “qaqa elcin seni vuran uşaqlarnan goruşuv srocnu elcinen elaqe saxla yaxşi qaqb indice vir uşaq yigiv adi xanlardi soruşdu ki ceyhunu taniyirsan fedya dedi qardaşimizdi. indi goruşuruy” məzmunlu mesaj göndərilmişdir. Eyni zamanda 070 ***- **-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs 055 ***-**-** və Şahid3 055 ***-**-** saylı mobil nömrələrinə həm hadisə günü, yəni 23 avqust 2020-ci il tarixdə, həm də ondan sonrakı müddətlərdə 11 sentyabr 2020-ci il tarixədək müxtəlif vaxtlarda zənglər olunmuş və danışıqlar aparılmışdır. (Cild 6, iş vərəqləri 27-30) “Real-Əmlak” Daşınmaz Əmlak Agentliyində 20 iyun 2020-ci il tarixdə Şahid9 ilə Təqsirləndirilən şəxs1 arasında “AAAF, 23-cü küçə, ev 1, mənzil 26” ünvanındakı bir otaqlı evin 6 ay müddətində hər ay 250 manat olmaqla icarəyə götürülməsi barədə müqavilə bağlanılmışdır. (Cild 3, iş vərəqləri 71-72) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 19 noyabr 2020-ci il tarixli və 21 iyun 2021-ci il tarixli qərarlardan görünür ki, iş üzrə 01(bir) ədəd silah 16 kalibrli olmaqla, “İJ 58” modelli, nömrəsi silinmiş, hamar (yivsiz) qoşa-lüləli lüləsi kəsilmiş odlu ov tüfəngi, 05 (beş) ədəd 16 kalibrli ov tüfəngində istifadə edilmək üçün patron, 02 (iki) ədəd predmet karate ağacı hesab olunan nunçaki, 01 (bir ) ədəd iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncər, 01 (bir) ədəd suvenir tipli bıçaq, 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı və 1 ədəd sprey qaz balonu maddi sübut kimi tanınmaqla saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məxsus “İphone 11” markalı və Təqsirləndirilən şəxs3 məxsus “Samsung A315F” markalı mobil telefonlar maddi sübut kimi tanınmaqla hazırki cinayət işindən ayrılmış digər cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs məxsus “Samsung A40” markalı (055 ***-**-** saylı GSM kartı ilə birlikdə) və Təqsirləndirilən şəxs1 məxsus “Samsung A10” markalı (070 ***-**-** saylı GSM kartı ilə birlikdə) mobil telefonlar maddi sübut kimi tanınmaqla cinayət işinin hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 25-26; Cild 6, iş vərəqləri 247-249) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bir-birini müdafiə edərək hadisə baş verən günü bilikdə olmamaları, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmələri, ondan pul tələb etməmələri, eləcə də polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları ilə bağlı ifadərini, həmçinin özlərini müdafiə ilə bağlı həmin ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərkətlərə məruz qalmaları ilə bağlı məhkəmədə verdikləri cinayət haqqında məlumat əsasında Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və bu halların baş verməsi təsdiq olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərlə yaxın münasibətlərdə olan şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdikləri ifadələri təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmalarına yönəldiyindən və bu ifadələr qeyri-obyektiv olmaqla açıqaşkar təqsirləndirilən şəxslərin mənafelərinə uyğun olan ifadələr olduğundan məhkəmə hesab edir ki, şahidlər Şahid1 və Əmrah Suleymanlının ibtidai istintaq zamanı verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, şahidlər Şahid1 və Əmrah Suleymanlının ibtidai istintaq zamanı verdikləri ifadələr digər istintaq hərəkətləri ilə müəyyən edilmiş dəlilər ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı həmin şahidlər tərəfindən ifadələrində göstərilən xüsusatlar hadisənin gizli halları və onun iştirakçılarının bu hadisəyə fərdi yanaşmaları ilə bağlı olmuşdur ki, bu hallar barədə digər şəxslərin, o cümlədən onların ifadələrini almış müstəntiqlərin məlumatlarının olması istisna edilir. Şahid1 ifadə verməyə məcbur edilməsi üçün polislər tərəfindən döyülməsi və onun sifət nahiyyəsində xəsarətlərin olmasına dair mötəbərliyi heç bir sübutla təsdiq olunmayan şəkillərə əsaslanaraq ona fiziki təzyiq edilməsi ilə bağlı məhkəmədə onun və müdafiə tərəfinin səsləndirdikləri fikirlərlə əlaqədar məhkəmə qeyd edir ki, Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərkətinin videoçəkilişində və işdə olan foto materiallarda onun sifət və bədəninin görünən digər nahiyyələrində hər hansı bir xəsarət və ya xəasrət izinin olması müəyyən edilməmişdir. Bu hal bir daha Şahid1 istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinə şübhə edilmədiyi təsdiq edir. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Rasim Ramazova aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi istisna olmaqla onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, həmin maddə ilə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli 16 sentyabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi barədə xahişinin olmadığını və onun özünü təqsirli biləmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə ona cəza təyin edilməməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 3-1-ci bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nərimi Rayon Məhkəməsinin 26 aprel 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.3-cü maddələri ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 mart 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə 1 il 7 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan əlavə, Ramazanov X12 Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 322.2 və 228.4-cü maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş və 08 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 sonuncu məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. (Cild 2, i. vərəqləri 145-152; Cild 6, iş vərəqləri 250-251) Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Leyla Xəlilovanın notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 fərqli olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları və gənc olmaları onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıra hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə həmin təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların hədləri onların cinayətdə iştirakına və hər birinin törətdikləri əməllərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cinayətlərin məcmusu əsasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən cinayəti təşkil etmiş və cinayətin daha aktiv iştirakçısı olan Təqsirləndirilən şəxs1 cinayət qanunun sanksiyasının yuxarı hədlərində, Təqsirləndirilən şəxs3 orta hədlərində, Təqsirləndirilən şəxs2 isə aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 16 sentyabr 2020-ci il tarixdə, Təqsirləndirilən şəxs2 24 aprel 2021-ci i tarixdə, Təqsirləndirilən şəxs3 isə 12 may 2021-ci il tarixdə tutulmuşlar və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, tutulduqları tarixlərdən onlar fasizləsiz olaraq həbsdə saxlanılmışlar. (Cild 1, iş vərəqi 17; Cild 2, iş vərəqi 149; Cild 4, iş vərəqi 184) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 münasibətdə 16 sentyabr 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 münasibətdə 24 aprel 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 münasibətdə isə 12 may 2021-ci il tarixdən hesablanmalıdır. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd silah “İJ 58” modelli, 16 kalibrli, nömrəsi silinmiş, lüləsi kəsilmiş qoşa-lüləli odlu ov tüfəngi, 05 ədəd 16 kalibrli ov tüfəngində istifadə edilmək üçün patron və 01 ədəd sprey qaz balonu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 ədəd predmet karate ağacı hesab olunan nunçaki, 01 ədəd xəncər və 01 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq məhv edilməli, 01 ədəd suvenir tipli bıçaq və “Samsung A10” markalı (070 ***-**-** saylı GSM kartı ilə birlikdə) mobil telefon Təqsirləndirilən şəxs1 və ya onun yaxın qohumuna qaytarılmalı, “Samsung A40” markalı (055 ***-**-** saylı GSM kartı ilə birlikdə) mobil telefon Zərərçəkmiş şəxs hüquqi varisi olan X5 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mövcud olan 181 manat 65 qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsin hər birinə münasibətdə hesablanmaqla Təqsirləndirilən şəxs1 145 (yüz qırx beş) manat 90 (doxsan) qəpik, Təqsirləndirilən şəxs3 17 (on yeddi) manat 90 (doxsan) qəpik və Təqsirləndirilən şəxs2 17 (on yeddi) manat 90 (doxsan) qəpik məbləğində pul tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3 , 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 145 (yüz qırx beş) manat 90 (doxsan) qəpik, Təqsirləndirilən şəxs3 17 (on yeddi) manat 90 (doxsan) qəpik və Təqsirləndirilən şəxs2 17 (on yeddi) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd silah - “İJ 58” modelli, 16 kalibrli, nömrəsi silinmiş, lüləsi kəsilmiş qoşa lüləli odlu ov tüfəngi, 05 ədəd 16 kalibrli ov tüfəngində istifadə edilmək üçün patron və 01 ədəd sprey qaz balonu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 02 ədəd predmet karate ağacı hesab olunan nunçaki, 01 ədəd xəncər və 01 ədəd zavod üsulu ilə hazırlanmış bıçaq məhv edilsin, 01 ədəd suvenir tipli bıçaq və “Samsung A10” markalı (070 ***-**-** saylı GSM kartı ilə birlikdə) mobil telefon Təqsirləndirilən şəxs1 və ya onun yaxın qohumuna qaytarılsın, “Samsung A40” markalı (055 ***-**-** saylı GSM kartı ilə birlikdə) mobil telefon Zərərçəkmiş şəxs hüquqi varisi olan yaxın qohumu X5 qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.