Məhkəmə qərarları › İş №1(124)-27/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-27/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-27/2023 03.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər- Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı övladı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2mış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1984-cü ildə Qazaxıstan Respublikasının Turqay vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 6aşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya əsasən alacağı narkotik vasitə olan heroinin hər qramına görə 15 (on beş) manat, psixotrop maddə olan metamfetaminin hər qramına görə 17 (on yeddi) manat pul ödəyərək alacağını vəd verdiyindən, 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına gedərək həmin ərazidə yol kənarına qoyulmuş ümumilikdə 98,577 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə heroini və ümumilikdə 11,816 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan psixotrop maddə metamfetamini qoyulduğu ərazidən götürüb satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, bundan sonra 15 oktyabr 2021-ci il tarixdə ümumilikdə 5,683 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 0,102 qram çəkidə şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamini 100 (bir yüz) manat müqabilində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 satmış, həmin gün saat 17:00-da Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 35/69 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NMB-si əməkdaşlarının CAŞ-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı sonuncu saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 15 (on beş) ədəd gümüşü rəngli falqa adlanan kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,724 qram, 0,318 qram, 0,416 qram, 0,452 qram, 0,094 qram, 0,108 qram, 0,261 qram, 0,461 qram, 0,201 qram, 0,320 qram, 0,314 qram, 0,192 qram, 0,323 qram, 0,260 qram, 0,425 qram, ümumi təmiz çəkiləri 4,869 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə 0,102 qram çəkidə şəxsi istehlak miqdarında ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən istintaqa məlum olmayan məndən satış məqsədilə əldə edərək üzərində gəzdirdiyi 01 (bir) ədəd gümüşü rəngli falqa kağız bükümdə 0,050 bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 qalıq qalmış heroinin bir qismini üzərində, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin qalan hissəsini yaşadığı mənzildə saxlaması səbəbindən saat 22:15-də Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 04 (dörd) ədəd gümüşü rəngli falqa adlanan kağız bükümdə, ayrı ayrılıqda çəkiləri 0,496 qram, 0,425 qram, 0,858 qram, 0,338 qram, ümumi təmiz çəkisi 2,117 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq saat 23:34-də yaşadığı ünvan 7 ünvanında yerləşən mənzilə baxış keçirilərkən, mənzilin qonaq otağındakı üzərinə telefon qoyulması üçün hazırlanmış stolun üzərindən satış məqsədilə əldə edib daşıyaraq saxladığı bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 11,714 qram külli miqdarda ağ rəngli, kirstalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir ədəd “falqa” adlandırılan gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 90,77 qram, külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxışov X2 Əminə İslam qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra, sonuncu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına gedərək həmin ərazidə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına əvvəlcədən aralarında yaranmış razılaşmaya əsasən narkotik vasitə olan heroinin hər qramına görə 15 (on beş) manat, psixotrop maddə olan metamfetaminin hər qramına görə 17 (on yeddi) manat pul ödəyərək, aldığı ümumilikdə 98,577 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə heroini və ümumilikdə 11,816 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan psixotrop maddə metamfetamini satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirmiş, bundan sonra 15 oktyabr 2021-ci il tarixdə ümumilikdə 5,683 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 0,102 qram çəkidə şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamini 100 (bir yüz) manat müqabilində Təqsirləndirilən şəxs2 satmış, daha sonra həmin gün Təqsirləndirilən şəxs2 öz növbəsində Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə etdiyi 02 (iki) ədəd bükümdə 0,814 qram çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə heroini 15 (on beş) manat müqabilində Təqsirləndirilən şəxs3 satmış, saat 17:00-da Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 35/69 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NMB-si əməkdaşlarının CAŞ-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərlərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan əldə etdiyi 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram və 0,563 qram, ümumi təmiz çəkisi 0,814 qram təşkil qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 15 (on beş) ədəd gümüşü rəngli falqa kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,724 qram, 0,318 qram, 0,416 qram, 0,452 qram, 0,094 qram, 0,108 qram, 0,261 qram, 0,461 qram, 0,201 qram, 0,320 qram, 0,314 qram, 0,192 qram, 0,323 qram, 0,260 qram, 0,425 qram, ümumi təmiz çəkiləri 4,869 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə 0,102 qram çəkidə şəxsi istehlak miqdarında ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən istintaqa məlum olmayan məndən satış məqsədilə əldə edərək üzərində gəzdirməklə daşıdığı 01 (bir) ədəd gümüşü rəngli falqa kağız bükümdə 0,050 çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 15 (on beş) manat pul ödəyəcəyini vəd verib ondan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,814 qram çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 15 oktyabr 2021ci il tarixdə saat 17:00-da Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 35/69 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NMB-si əməkdaşlarının CAŞ-nin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram və 0,563 qram, ümumi təmiz çəkisi 0,814 qram təşkil qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ticarət mərkəzindən çıxanda polis əməkdaşları onu saxlamışdırlar. Onun üzərində narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları onun evinə getmiş və evinə baxış keçirmişdirlər. Evindən 3-4 qram metamfetamin və 2 ədəd metadon həb aşkar olunmuşdur. Sonra onu polis bölməsinə aparmışdırlar və ona işgəncə vermişdirlər ki, o, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmışdır. Sonra evinin açarını götürmüş, evinə baxış keçirtməyə getmişdirlər. 90 qram heroini evinə qoymuş, çəkiliş aparmışdırlar. O, tutulmamışdan 2-3 ay əvvəldən narkotik vasitə istifadə etmişdir. Heroin və metamfetamin istifadə etmişdir. Narkotik vasitəni tanımadığı iranlı şəxsdən almışdir. Samiri 2-3 aydır ki, tanımışdır. Samirin narkoman olduğunu bilməmişdir. Samirlə 1-2 dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. O, Samirə narkotik vasitə satmamışdır. Ticarət mərkəzindən çıxanda 10-15 nəfər polis əməkdaşı onu saxlamışdır. Onu saxlayanda üzərinə baxış keçirməmişdirlər. Evindən 3-4 qram metamfetamin və 2 ədəd metadon həb aşkar olunmuşdur. Onu saxlayandan sonra birbaşa evinə aparmışdırlar. Evinə baxış keçirilərkən müdafiəçi iştirak etməmişdir. Evindən aşkar olunan 3-4 qram metamfetamin və 2 ədəd metadon həb ona məxsus olmuşdur. Polis əməkdaşları ona təziq göstərmişdirlər. Samir rəfiqəsinin tanışı olmuşdur. Samirlə bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs3 əvvəldən tanımışdır. Narkotik vasitəni Samirlə birlikdə almışdır. 2-3 qram narkotik vasitə almış, pulunu ikisi vermişdirlər. Pərvizi tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq etmir, o, həmin vaxt özündə olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamış, polis əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saxlanılmamışdan təxminən bir həftə əvvəl Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, ad və soy adını, yaşadığı ünvanı, digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi kişi cinsindən olan şəxslə təsadüfən tanış olduqdan sonra, həmin şəxslə aralarındakı söhbət zamanı ona narkotik vasitə olan, “kakos” adlandırılan heroin və psixotrop maddə olan, “patı” adlandırılan metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs bundan sonra ona narkotik vasitə və psixotrop maddə sata biləcəyini bildirdiyindən, aralarında yaranmış şifahi razlığa əsasən həmin şəxsdən bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satıb qazanc əldə etmək üçün hər qramı 15 (on beş) manatdan “kakos” adlandırılan, narkotik vasitə olan heroin və hər qramı 17 (on yeddi) manatdan isə “patı” adlandırılan, psixotrop maddə olan metamfetamin almış, bundan sonra yaşadığı Sumqayıt şəhərinə qayıtmış, sonradan aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin əsas hissəsini yaşadığı ünvan 7 ünvanında saxlamış, xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 100 (bir yüz) manat müqabilində bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin satmış, yaşadığı evdə saxladığı heroinin üzərindən isə bir qədər şəxsi istifadəsi üçün götürüb dörd ədəd gümüşü rəngli siqaret kağızına qablaşdıraraq üzərində saxlamış, həmin gün saat 22:15 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketin yaxınlığında olarkən, ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik tərkibli maddələrin, eləcədə psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, istifadəsi, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis ənməkdaşlarının təklifindən sonra öz razılığı olə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinin xidməti otaqlarından birində narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığı bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərimin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ saylı Vəkil Bürosundan vəkil Qoşqar Abbasovda dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı dörd ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitə olan heroini saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, ad və soyadını, yaşadığı ünvanı, digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satıb qazanc əldə etmək üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 7 ünvanına getmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra, onun razılığı ilə yaşadığı evə baxış keçirilmiş, polis əməkdaşlarının təklifindən sonra yaşadığı mənzilin qonaq otağındakı üzərinə telefon qoyulması üçün nəzərdə tutulmuş masanın üzərində saxladığı bir ədəd ağ rəngli sellofan bükümdə olan “patı” adlandırılan və psixotrop maddə olan metamfetamini, bir ədəd gümüşü rəngli falqa adlandırılan kağız bükümdə olan “kakos” adlandırılan və narkotik vasitə olan heroini təqdim etmiş, bundan başqa polis əməkdaşları tərəfindən masanın üzərində olan qəbul etdiyi və satdığı narkotik vasitə olan heroinlə, psixotrop maddə olan metamfetaminin dəqiq çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd elaktron tərəzidə aparılan araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilərək, yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə ilə birlikdə qablaşdıraraq götürülmüş, bundan sonra yenidən polis idarəsinin inzibati binasına qayıtmışlar, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, eləcədə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib etmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolları imzalamış, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə isə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddənin bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satıb qazanc əldə etmək üçün saxlanılmamışdan bir həftə əvvəl Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro satnsiyasının yaxınlığında təsadüfən tanış olduğu, adını, soy adını, digər anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən psixotrop maddə olan metamfetaminin hər qramını 17 (on yeddi) manata, narkotik vasitə olan heroinin hər qramını 15 (on beş) manata almış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmiş, yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamış, Təqsirləndirilən şəxs2 tanımış, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə saat əvvəl, saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxs2 100 manat müqabilində narkotik vasitə və psixotrop maddə satmış, Təqsirləndirilən şəxs3 tanımamış, həmin şəxsə narkotik vasitə və psixotrop maddə satmamış, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitəni Təqsirləndirilən şəxs2 almasından məlumatsız olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Pərvizin evindən çıxanda polis əməkdaşları onu saxlamışdırlar. Həmin vaxt narkotik vasitə istifadə etmişdir. 2020-ci ilən narkotik vasitə istifadə etmişdir. Əminədən narkotik vasitə almamışdır. O, narkotik vasitəni Ramil adlı taksi sürücüsündən almışdır. 2.5 qram narkotik vasitə almış, onun 1 qramını çəkmişdir. İstifadəsində olan nömrə yadında qalmamışdır. Mobil telefon işlətmişdir. Narkotik vasitələrin satışı ilə bağlı yazışmaları olmamışdır. Pərvizi tutulmamışdan 5-6 ay əvvəl tanımışdır. Onu blokdan çıxanda 14-15 radələrində saxlamışdırlar. Onu Sumqayıt ŞPİ-nə aparmışdırlar. Saat 21 radələrində müdafiəçi dəvət edilmişdir. İfadəsini təziq altında vermişdir. Onu polis əməkdaşları döyməmişdirlər. Əminə ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Əminə ilə birlikdə istifadə etdikləri narkotik vasitəni o, almışdır. Əminənin narkotik vasitə satması barədə məlumat olmamışdır. Pərvizə narkotik vasitəni sonra istifadə etməkləri üçün vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Şahid7 ilə birlikdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 35/69 saylı binanın qarşısında dayandıqları zaman onlara üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onları saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları olduqlarını bildirmiş və onlara narkotik tərkibli maddələrin, psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərlərinə şəxsi axtarış keçirilməsi üçün onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, bundan sonra tanışları Pərviz və Bəhruzla birlikdə polis əməkdaşlarının təklifindən sonra öz razılıqları ilə Sumqayıt ŞPİ-nə gəlmişlər, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığı bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərimin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ saylı Vəkil Bürosundan vəkil Fariz Namazlıda dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunun içərisində saxladığı, həmin gün tanışı Təqsirləndirilən şəxs1 100 (bir yüz) manata, bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə tanışı Təqsirləndirilən şəxs3 vermək üçün aldığı, aldıqdan sonra isə şəxsi istifadəsi üçün kiçik ölçülü xırda bükümlərə ayırdığı, on beş ədəd bükmdə gümüşü rəngli siqaret kağızlarına bükülmüş narkotik vasitə olan, “kakos” adlandırılan heroini, bir ədəd ağ rəngli sellofan bükmdə “patı” adlandırılan psixotrop maddə olan metamfetamini, bundan başqa bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükmdə narkotik vasitə olan, “nəşə” adlandırılan qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə on beş ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdəki maddələrin narkotik vasitə olan, “kakos” adlandırılan heroin olduğunu, bir ədəd ağ rəngli sellofan bükümdəki maddənin psixotrop maddə olan, “patı” adlandırılan metamfetamin olduğunu, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki yaşıl rəngli kütlənin narkotik vasitə olan “nəşə” adlandırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini həmin gün tanışı Əminədən 100 (bir yüz) manata aldığını, qurudulmuş marixuananı isə əvvəllər kim olmasını unutduğu şəxsdən şəxsi istifadəsi üçün aldıqdan və istifadə etdikdən sonra üzərində qalıq qalmış hissəsi olduğunu bildirmiş, daha sonra həmin narkotik vasitələr və psixotrop maddə elektron tərəzidə çəkilmiş, narkotik vasitələrin və psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Üüzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün almış, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq fikri olmamış, həmin narkotik vasitədən bir hissəsini istifadə etməsi üçün tanışı Təqsirləndirilən şəxs3 vermiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Bundan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli maddələrin aludəçisi olduğundan və xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə gecə saatlarında təxminən bir ay əvvəl tanış olduğu, soy adını, ata adını, digər anket məlumatlarını bilmədiyi, ancaq taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və adının Ramil olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün bir ədəd kibrit qutusunda təxminən 1,5 qram narkotik vasitə olan və kakos adlandırılan heroin, təxminən 0,2 qram çəkidə psixotrop maddə olan və “patı” adlandırılan metamfetamin almış, narkotik vasitəni və psixotrop maddəni almaq üçün həmin Ramil adlı şəxsə nağd olaraq yetmiş manat pul vermiş, aldığı narkotik vasitə heroin və psixotrop maddə olan metamfetaminin əvəzində borclu qaldığı otuz manat pulu isə sonradan ödəyəcəyinə söz vermiş, bundan sonra ünvan 8 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs3 yaşadığı evə getmiş, gecəni Təqsirləndirilən şəxs3 yaşadığı evdə gecələmiş, aldığı narkotik vasitədən bir hissəsini istifadə etməsi üçün Təqsirləndirilən şəxs3 vermiş, səhər saat təxminən 10-11 radələrində evdən çıxıb binanın həyətinə düşmək istəyərkən ona dəqiq sayını bilmədiyi mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra həmin polis əməkdaşları onu özlərinin gəldikləri avtomobilə mindirib Sumqayıt şəhəri ərazisində bir neçə saat gəzdirmiş, həmin gün saat təxminən 16 radələrində isə polis əməkdaşları onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər, bundan sonra polis əməkdaşlarının nəzarəti ilə saat təxminən 20-21 radələrinədək polis idarəsində qalmış, həmin vaxt orda tanışları Təqsirləndirilən şəxs3 və Şahid7da olmuş, daha sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə dəvət etmişlər, orda narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bildirib, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ saylı Vəkil Bürosundan vəkil Fariz Namazlıda dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcədə qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşları üzərində olan əşyaları çıxarıb təqdim etməyini təklif etdikdə əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunun içərisində saxladığı, həmin gün Ramil adlı taksi sürücüsündən 100 manata aldığı narkotik vasitə olan və kakos adlandırılan heroini və psixotrop maddə olan və patı adlandırılan metamfetamini çıxarıb təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılarkən əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş yaşıl rəngli, bitki mənşəli kütlə aşkar olunmuş, kibrit qutusunun içərisinə baxış keçirildikdə isə həmin kibrit qutusunun içərisindən on beş ədəd bükümdə narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, həmin gün Ramil adlı taksi sürücüsündən yüz manata bir ədəd kibrit qutusunun içərisində təxminən 1,5 qram narkotik vasitə olan heroin və 0,2 qram psixotrop maddə olan metamfetamin alsada, üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilərkən həmin maddələrin çəkisinin aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən qat qat artıq olduğunu görmüş, ancaq həmin vaxt özündə olmadığından və narkotik vasitə qəbul etmədiyindən bədənində ağrıları başladığından bu barədə hər hansı şəxsə, eləcədə hüquq və qanuni mənafelərimin müdafiəsi üçün dəvət edilmiş vəkilə heç nə deməmiş, heç nəyə etirazını bildirməmiş, daha sonra üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə qablaşdırılaraq götürülmüş, bundan sonra ona imzalaması üçün bir neçə sənəd təqdim edilmiş, həmin sənədləri imzaladıqdan sonra isə onu saxlanması üçün Sumqayıt şəhər Pİ-nin müvəqqəti saxlama yerinə təhfil vermişlər, iki gün müddətində orda qaldıqdan sonra isə onu Sumqayıt şəhər Məhkəməsinə aparmışlar, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyindən bundan sonra saxlanılması üçün onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına aparmışlar, xx.xx.2021-ci il tarixdə saat təxminən 10-11 radələrində ünvan 8 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs3 yaşadığı evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt üzərində şəxsi istifadəsi üçün yüz manata əldə etdiyi bir ədəd kibrit qutusunun içərisində təxminən 1,5 qram narkotik vasitə olan heroin və 0,2 qram psixotrop maddə olan metamfetamin olmuş, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən artıq narkotik vasitə və psixotrop maddənin hansı şəraitdə və kim tərəfindən kibrit qutusunun içərisinə qablaşdırılmasından məlumatı olmamış, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmamış, həmin narkotik vasitənin hansı şəraitdə və kim tərəfindən əynimdə olan gödəkcənin sağ yan cibinə yerləşdirilməsindən məlumatsız olmuş, narkotik vasitələrin və psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmamış, narkotik vasitələrin və psixotrop tərkibli maddələrin aludəçisi olduğundan narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, Təqsirləndirilən şəxs3 uzun müddət əvvəl tanımış, onun yaşadığı evdə qonaq olarkən ona iki ədəd bükümdə narkotik vasitə olan heroini istifadə etməsi üçün pay vermiş, Təqsirləndirilən şəxs3 narkotik vasitə satmamış, Təqsirləndirilən şəxs1 tanısada, ondan hər hansı narkotik vasitə və psixotrop maddə almamış, şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən özündə olmadığından və narkotik vasitə qəbul etmədiyindən bədənində ağrıları olduğundan üzərində olan narkotik vasitə və psixotrop maddədən artıq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsinə etirazımı bildirməmiş, sonradan isə bədənində ağrıları davam etdiyindən həmin faktın araşdırılması üçün hər hansı aidiyyatı orqanlara müraciət etməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməl üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, evdə olduğu zaman qapı döyülmüş və polis əməkdaşları onun evinə daxil olmuşdurlar. Polis əməkdaşları onu döyüb, daha sonra polis idarəsinə aparmışdırlar. Bölmədə ona narkotik vasitəni Samirdən alması barədə ifadə verməsi üçün təzyiq olunmuşdur. Onu Samirlə birlikdə saxlamışdırlar. Narkotik vasitəni Samir ona istifadə etməsi üçün vermişdir. Saxlanılan zaman evdə bacısı qızı olmuşdur. Onu döydüklərinə görə, narkotik vasitəni 15 manata Samirdən aldığını demişdir. Samiri tutulmamışdan 4-5 ay əvvəl tanımışdır. Samirlə birlikdə narkotik vasitə istifadə etmişdir. Əminəni tanımamışdır. Polislər evə gələndə vəkil iştirak etməmişdir. Narkotik vasitə falqada divanın üstündə olmuşdur. Samir narkotik vasitəni həmin gün ona vermişdir. Samir demişdir ki, narkotik vasitəni saxla birlikdə çəkərik. O, özü çəkmiş, Samirin payını qırağa qoymuşdur. Samirlə yoldaşlıq etdiklərinə görə narkotik vasitəni ona pulsuz vermişdir. Samir 1-ci dəfə idi ki, narkotik vasitəni pay vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi təsdiq etməmiş, ifadəsini təziq altında vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il traixdə saat 17:00 radələrində tanışları Samir və Bəhruzla birgə Sumqayıt şəhəri 5-ci mikrorayon ev 35/69 saylı binanın qarşısında olduqları zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra onlardan adlarını və soyadlarını soruşaraq narkotik vasitələrin qəbulunda və qanunsuz üzərlərində gəzdirilməsində şübhəli olduqlarından bildirərək üzərlərinə şəxsi axtarış keçirilməsi üçün onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis əməkdaşlarına heç bir etiraz etməyərək, maşına əyləşib bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər, polis idarəsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər İ saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuş, həmçinin videoçkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, buna etiraz etməmiş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə, əynimdəki boz rəngi idman şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan iki ədəd bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşlarının suallarına cavab olaraq bükümlərin içərisindəki maddənin narkotik vasitə «kakos» adlandırılan heroin olduğunu, xx.xx.2021-ci il tarixdə tanıdığı Təqsirləndirilən şəxs2 15 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmiş, bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş və hər birinin çəkisinin 0,4 qram, ümumilikdə 0,8 qram olduğu müəyyən olunmuş, bundan sonra isə həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, bundan sonra narkotik vasitə heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, həmin tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamış, narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə tanıdığı Təqsirləndirilən şəxs2 15 manata şəxsi istifadəsi üçün almış və üzərimdə saxlamış, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs2 ona satdığı narkotik vasitəni hardan əldə etməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1 tanımamış, həmin şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olması barədə hər hansı məlumatım olmamış, əvvəllər Təqsirləndirilən şəxs2 bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almış, sonradan isə istifadə etmiş, Təqsirləndirilən şəxs2 digər hər hansı şəxsə narkotik vasitə satmasından məlumatı olmamış, Samirdən narkotik vasitə alarkən pulu olmadığından ona aldığı narkotik vasitənin dəyəri olan on beş manat pulu verə bilməmiş, Samirdən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroinin dəyəri olan on beş manatı sonradan ona ödəyəcəyi ilə bağlı aralarında razılaşmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid4 ifadəsində göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Samir və Pərviz adlı şəxslərin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanması, daşınması, qəbulu, eləcədə satışı ilə məşğul olmaları ehtimalları olması barədə əməliyyat məlumatı daxil olduğundan Samir və Pərviz adlı şəxslərin şəxsiyyətinin müəyyən olunması və həmin şəxslərin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamalarının müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samir adlı şəxsin Təqsirləndirilən şəxs2, Pərviz adlı şəxsin isə Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 17:00-da Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 35/69 saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid5 və polis kiçik serjantı Şahid6 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlamışlar, həmin vaxt onların yanında Şahid7da olmuş, bundan sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandıqlarını izah edib, onlara birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid7 etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid7 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid5 və polis kiçik serjantı Şahid6 iştirakları ilə ilk əvvəl Təqsirləndirilən şəxs3, daha sonra isə Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər, qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, sonradan xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, Şahid5 və Şahid6, həmçinin müdafiəçinin iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs2 sağ əlini əynində olan qara rəngli şalvarın sağ yan cibinə salaraq həmin cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan, “kakos” adlandırılan heroin, eləcədə psixotrop maddə olan,”patı” adlandırılan metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni həmin gün tanışı Əminə adlı qadından 100 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, Əminə adlı tanışından aldığı narkotik vasitə olan heroindən bir qisimini istifadə etməsi üçün birlikdə saxlandığı Pərviz adlı tanışına verdiyini qeyd etmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə aşkar edilmiş, onun üzərindən digər hər hansı əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş kibrit qutusunun içərisinə baxış keçirildikdə, həmin kibrit qutusunun içərisindən on beş ədəd gümüşü rəngli falqa adlanan kağıza bükülmüş və bir ədəd ağ rəngli sellofan büküm aşkar edilmiş, həmin bükümlərin içərisinə ayrı ayrılıqda baxış keçirildikdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmiş, kibrit qutusunun içərisindən aşkar edilmiş ağ rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə, kibrit qutusunun içərisindən aşkar edilmiş gümüşü rəngli falqa adlanan kağızlara bükülmüş bükümlərin hər birinin içərisinə baxış keçirildikdə isə həmin bükümlərin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərin içərisinə baxış keçirildikdən sonra həmin bükümlər ilk əvvəl ayrı-ayrılıqda, sonradan isə kibrit qutusuna qablaşdırılaraq birlikdə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş bükümlərin hər birinin ayrı ayrılıqda və kibrit qutusu ilə birlikdə ümumi çəkiləri müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, sonradan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, qəbulu, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanılaraq polis idarəsinə gətirilmiş Şahid7 üzərinə öz razılığı ilə baxış keçirildikdə, onun üzərindən saxlanması və ya daşınması qadağan edilmiş hər hansı qanunsuz əşya və ya pridmet aşkar edilməmiş, bu səbəbdən Şahid7 öz razılığı ilə üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid5 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onları göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin NMB-nə Əminə adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanması, daşınması, qəbulu, eləcədə satışı ilə məşğul olmaları ehtimalları olması barədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Biz 15 oktyabr 2021-ci il tarixdə saat 22:15-də Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketin yaxınlığında Təqsirləndirilən şəxs1 qızna yaxınlaşaraq Təqsirləndirilən şəxs1 saxladıq, daha sonra ona özümüzü təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını izah edib, ona bizimlə birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs1 etiraz etmədən bizimlə birlikdə gedəcəyini bildirdi, bundan sonra Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil verdik, daha sonra xidməti otaqların birində onun, Təqsirləndirilən şəxs1 ilə eyni cinsdən olan Sumqayıt ŞPİ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Kəmalə Əkbərovanın, eləcədə Təqsirləndirilən şəxs1 hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən dörd büküm qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar edildi, Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükümlərdəki maddənin nə olmasını, kimdən və harda, nə vaxt, nə məqsədlə və neçəyə əldə etməsini soruşduqda, o həmin bükümlərdəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan təxminən bir həftə əvvəl ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün hər qramına görə on beş manat pul ödəyərək Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında olarkən bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satıb qazanc əldə etmək məqsədilə aldığını və üzərində gəzdirdiyini bildirdi, bundan sonra gümüşü rənli siqaret kağızma bükülmüş bükmlərdəki maddələr elektron tərəzidə çəkildi, həmin maddələrin ayrı-ayrılıqda və ümumilikdə çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirdiyindən onun yaşadığı ünvan 7 ünvanında yerləşən mənzilə getdik, həmin mənzil üç otaqdan ibarət idi, Təqsirləndirilən şəxs1 mənzilində saxladığı narkotik vasitəni təqdim etməsi təklif edildikdə isə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin qonaq otağının ortasında olan üzərinə telefon qoyulması üçün nəzərdə tutulmuş stola yaxınlaşaraq stolun üzərində olan bir ədəd falqa adlanan gümüşü rəngli kağıza qablaşdırılmış bükümü, bir ədəd ağ rəngli sellofana qablaşdırılmış bükümü və bir ədəd elektron tərəzini təqdim etdi, daha sonra mənzilə baxış keçirilsədə mənzildən başqa hər hansı saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilmədi, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş gümüşü rəngli falqa adlanan kağız bükümün içərisinə baxış keçirildikə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edildi, daha sonra ağ rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə isə həmin bükümün içərisindən ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edildi, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisində olan maddələrin nə olduğunu, kimdən, nə vaxt, harda, neçiyə və nə məqsədilə alıb əldə etməsini soruşduqda o falqa adlanan bükümdəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, ağ rəngli sellofan bükümdəki maddənin “patı” adlnan psixotrop maddə metamfetamin olduğunu, elektron tərəzini isə istifadə etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisinin dəqiqləşdirmək üçün istifadə etdiyini, narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan təxminən bir həftə əvvəl ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, digər anket məlumatlarını bilmədiyi şəxsdən, Bakı şəhəri ərazisində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında olarkən bir qismini şəxsi istifadəsi üçün, qalan hissəsini isə satıb qazanc əldə etmək məqsədilə narkotik vasitə olan heroinin hər qramına görə on beş manat, psixotrop maddə olan metamfetaminin hər qramına görə on yeddi manat pul ödəyərək aldığını və yaşadığı mənzildə saxladığını bildirdi, bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkildi, həmin bükümlərdəki maddələrin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürüldü. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 məhkəmədə ifadəsi alınmış Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 oğlunun ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 oktyabr 2021-ci il tarixdə saat 17:00-da tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri 5-ci mikrorayon ev 35/69 ünvanında yerləşən yaşayış binasının qarşısında dayandıqları vaxt onlara mülki geyimli şəxslər yaxınlaşıb onları saxlamışlar, bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər və Pərvizlə Samirin narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlara birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər, həmin vaxt polis əməkdaşları onuda polis idarəsinə dəvət etmişlər, bundan sonra Samir və Pərviz narkotik tərkibli maddələrdən istifadə etdiklərini və üzərlərində narkotik vasitə olduğunu bildirmişlər, daha sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində olduğu zaman polis əməkdaşları onunla birlikdə saxlanmış Samir və Pərvizin üzərlərinə şəxsi axtarış keçirilərkən onların üzərlərindən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürüldüyünü bildirib, onunda üzərində narkotik vasitə ola bilcəyindən şübhələndiklərindən üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, üzərinə baxış keçirilməsinə dair etirazının olub olmadığını soruşmuşlar, üzərinə baxış keçirilməsinə dair etirazının olmadığını bildirdikdən və üzərinə baxış keçirilməsinə etiraz etməməyinə dair ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet, eləcədə narkotik vasitə və ya narkotik vasitə qalıqları varsa təqdim etməyini təklif etmişlər, polis əməkdaşlarına üzərində hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pritmet, narkotik vasitə və ya narkotik vasitə qalıqlarının olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun razılığı ilə üzərinə baxış keçirilmiş, həmin vaxt üzərindən hər hansı qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet, o cümlədən narkotik vasitə və narkotik vasitə qalıqları aşkar edilməmiş, bundan sonra üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə ya düzəlişlər daxil olmadığından protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmiş, narkotik tərkibli maddələr qəbul etməmiş, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri və psixotrop tərkibli maddələri əldə etməsindən, saxlamasından, qəbul etməsindən, eləcədə satışı ilə məşğul olmasından məlumatı olmamış, bu barədə ancaq polis idarəsində olarkən öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 2-ci mikrorayon yat-13 otaq 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması. Üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyevin 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 2-ci mikrorayon yat-13 otaq 15 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa olunması məqsədilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Hiper” marketin yaxınlığında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Sumqayıt şəhər Pİ-nin CAŞ-nin baş əməliyyat müvvəkkili, polis mayoru Şahid1 15 oktyabr 2021-ci il tarixli qərarının qəbul edilməsi qanunauyğun hesab edilmişdir. (İ cild, iş vərəqə 06, 106-108) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1984-cü ildə Qazaxıstan Respublikası Turqay Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 10-da qeydiyyatda olan və ünvan 8-da yaşayan Təqsirləndirilən şəxs3 və xx.xx.1979-cu il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Ceyranbatan qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun 21 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid4 15 oktyabr 2021-ci il tarixli qərarı əsasında qərarda xx.xx.1979-cu il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Ceyranbatan qəsəbəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədilə 15 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsi qanunauyğun hesab edilmişdir. (İ cild, iş vərəqə 209, 50-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 4 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar olunan qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirmişdir. Bundan sonra ondan əlavə olaraq narkotik vasitələrin olb-olmamasıını soruşularkən yaşadığı mənzildə də narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 25-27) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 özü yaşadığı mənzilə girişdən baş hissəsdə yerləşən otağa daxil olaraq həmin otağın orta hissəsində yerləşən taxtadan olan telefon altlığının üzərində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və 1 ədəd qara rəngli elektron tərəzini təqdim edir. Həmin şəffaf rəngli sellofana bükülmüş büküm açldıqda işərisində ağ rəngli ristal halda olan psixotrop maddə “metamfetaminə” bənzər maddənin olduğu, 1ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açıldıqda içərisind qəhvəyii rəngli vasitə “heroin”ə bənzər maddə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunanan ağ rəngli kristal şəkilli maddəninn “patı” olduğunu, qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirdi. Mənzilə baxış zamanı aşkar olunan predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilən zaman mənzildən Təqsirləndirilən şəxs1 bildirdiyinə görə özünün istifadəsində olan İPHONE 8 markalı qara rəngli mobil telefon götürülərək xüsusi qayda da qablaşdırıldı. (İ cild, iş vərəqə 29-31) Baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb təqdim etdi. Həmin kibrit qutusu açıldıqda içərisində 17 ədəd bükümlərin olduğu müəyyən edildi. Həmin bükümlərdən biri şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə. Qalan 16 ədəd bükümlər isə siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olduqları müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, ondan aşkar olunan maddələrin narkotik vasitə olan “ kakos” və “şüşə” dir, həmin maddələri bu gün, yəni xx.xx.2021-i il tarixdə əvvəlcədən tanıdığı Əminə adlı şəxsdən 100 manata həm şəxsi istifadəsi üçün, həm də dostu Pərviz dlı şəxsə vermək üçün almış və üzərində saxlamışdır. Şəxsi axtarış zamanı aşkar olunan predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 229-231) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan olunan hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd hər biri siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxardıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirdi ki, ondan aşkar olunan maddələrin narkotik vasitə olan “ kakos”dur, həmin maddələri bu gün, yəni xx.xx.2021-i il tarixdə gündüz saatlarında əvvəlcədən tanıdığı Samir adlı şəxsdən 15(on beş) manata şəxsi istifadəsi üçün almış və üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış zamanı aşkar olunan predmetlər prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 125-127) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4612 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddələr...” yazısı və imzalar olan zərfdəki 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,251 qram və 0,563 qram, ümumi təmiz çəkisi 0,814 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,814 qram, tədqiqata sərf edildi: ümumi 0,10 qram, qalıq – 0,714 qram. (İİ cild, iş vərəqə: 135-139) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddələr” yazısı və imzalar olan zərfdəki - 15 (on beş) ədəd bükümdə ümumi təmiz çəkisi 4,869 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,102 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroinlər, vət. Təqsirləndirilən şəxs3 götürülmüş heroinlərlə (16 oktyabr 2021-ci il tarixli 6/4612 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Qeyd: 1. Təqsirləndirilən şəxs2: heroinin ümumi təmiz çəkisi – 4,869 qram, tədqiqata sərf edildi – ümumi 0,15 qram, qalıq – 4,719 qram Metamfetaminin təmiz çəkisi – 0,102 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,072 qram Təqsirləndirilən şəxs3: heroinin ümumi təmiz çəkisi – 0,714 qram, tədqiqata sərf edildi – ümumi 0,04 qram, qalıq – 0,674 qram. (İ cild, iş vərəqə: 249-254) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyavi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4614 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddələr” yazısı və imzalar olan zərfdəki, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,496 qram, 0,425 qram, 0,858 qram, 0,338 qram, ümumi təmiz çəkisi 2,117 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş maddələr” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 90,777 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,714 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 92,894 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinlər, vət. Təqsirləndirilən şəxs3 götürülmüş heroinlərlə (16 oktyabr 2021-ci il tarixli 6/4612 saylı ekspert rəyi), eləcədə vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinlərlə (16 oktyabr 2021ci il tarixli 6/4613 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamin vət.Təqsirləndirilən şəxs2 götürülmüş metamfetaminlə (16 oktyabr 2021-ci il tarixli 6/4613 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: 1. Təqsirləndirilən şəxs1: heroinin ümumi təmiz çəkisi 92,894 qram, tədqiqata sərf edildi ümumi 0,36 qram (ümumi 0,16 qram və 0,2 qram), qalıq 92,534 qram Metamfetaminin təmiz çəkisi: 11,714 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq: 11,614 2. Təqsirləndirilən şəxs3: heroinin ümumi təmiz çəkisi 0,674 qram, tədqiqata sərf edildi ümumi 0,04 qram, qalıq 0,634 qram 3. Təqsirləndirilən şəxs2: heroinin ümumi təmiz çəkisi 4,719 qram, tədqiqata sərf edildi ümumi 0,075 qram, qalıq 4,644 qram Metamfetaminin təmiz çəkisi 0,072 qram, tədqiqata sərf edildi: 0,02 qram, qalıq 0,052 qram (1 cild, iş vərəqə: 41-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/1058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddə” yazılar və imza olan zərfi açdıqda 1 (bir) ədəd kibrit qutusunda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,050 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 0,050 qram, tədqiqata istifadə olundu – 0,02 qram, qalıq – 0,030 qram (İ cild, iş vərəqə: 256-258) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarxili, BKC/LGL- 20748/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində olan SMS-lərin siyahısında aşağıdakı mətnlər mövcuddur: “Samir smsləri sil odefe telefon vermişdin butun yazdıqların qalmışdı. Ustundə tutmaq uje lazim olmuyacaq subutnan yazıalrın qalır”, “Samir onun bunun teliynən yazıb yığma məni. Ne lazım idi sene yaz **********896891 vur kartima 20 deyqeye cataram deyecem sene gelersen qapidan götürersen”, “Zamin senenqurban yoxdu 2 dənə axrıncısın vermişəm kanala hele qelmiyib mende gözlüyürəm xeber ederem sene” kimi narkotik vasitələrin satışı məzmunlu yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 193-198) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarxili, AZF/LGL - 32162/21 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində olan SMS-lərin siyahısında aşağıdakı mətnlər mövcuddur: “Xalaoğlu tema istesem sənə 25 manatdan vererəm”, “Pervizdi”, “Samir o günkü yerə tema at gəlom götrüm pisəm”, “Samir sən necə dənə istəyirsən, adam var baida onnan götürəcəm gunortadan sonra” kimi narkotik vasitələrin satışı məzmunlu yazışmaların olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 254-258) Cinayət işinin materiallarından görününr ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazısı həkk olunmuş, yaddaşında isə 01 (bir) ədəd, “00051” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, ******* KB həcmində, 12 dəqiqə 50 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 27; 188-190, 237- 239, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazısı həkk olunmuş, yaddaşında 01 (bir) ədəd, “00052” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, ******* KB həcmində, 12 dəqiqə 34 saniyyə davam edən, rəngli formatda və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 31; 191-192, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazısı həkk olunmuş yaddaşında isə 01 (bir) ədəd, “20211015_184001” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, ******* KB həcmində, 17 dəqiqə 24 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş, həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 231; 251- 253, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına ağ rəngli kağız qutusunda əlavə edilmiş üzərində zavod üsulu ilə “Verbatim” və sair markalanma yazısı həkk olunmuş, yaddaşında isə 01 (bir) ədəd “İMG_7718” adlı, xx.xx.2021-ci il tarixdə çəkilmiş, ******* KB həcmində, 08 dəqiqə 15 saniyyə davam edən, rəngli formatda, otaq şəraitində və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İİ cild, iş vərəqə: 127; 228- 229, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd diskə baxış keçirilmiş və həmin disklər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 164-165; 166-167; 170-173, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 168-169; 193-198, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görününr ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş və həmin disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 78-79; 254-258, İİİ cild: iş vərəqə: 01-51) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 0,634 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild, iş vərəqə: 78-79; 254-258, İİİ cild: iş vərəqə: 01- 51) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 4,644 qram narkotik vasitə olan heroin, ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 0,052qram psixotrop maddə olan metamfetamin və bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0,030 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhfil verilmişdir. (İİ cild, iş vərəqə: 54-56) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 92,534 qram narkotik vasitə olan heroin və ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 11,614 qram psixotrop maddə olan metamfetamin, üzərində “Aosai” yazısı və narkotik vasitə heroinin izləri olan, qara rəngli bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhfil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild: İş vərəqə: 230-231) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4741 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə: 186- 187) Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə: 237-238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmayandır. Lakin elektron məhkəmə sistemindən və cinayət işi materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər probasiya şöbəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 “8 noyabr Zəfər günü münasibətilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli 2.11-ci qərarına əsasən cəzadan azad edilmiş və onun barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Bununla da, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivinin yarandığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 06 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 2-ci mikrorayon, yataqxana 13, ev 28, otaq 5-də yaşadığı müddətdə barəsində 06 saylı MKS-nə qonşulardan dəfələrlə şikayət daxil olmuşdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 07 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 boşanıb, 2 uşağı var, barəsində 07 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 12 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 vardır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən və elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı xx.xx.2013cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 vardır. Məhkəmə, təqsirləndirilən şəxs X6 tutularkən üzərində narkotik vasitə olmaması və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 tutularkən üzərində narkotik vasitə olmaması, Təqsirləndirilən şəxs1 narkotik vasitə almaması və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına, CMnin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 220730604№-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı növündə qətimkan tədbirinin şərtlərini mütəmadi olaraq pozduğuna görə Sumqayıt şəhər məhkəməsinin 30.09.22-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş hazırki iş üzrə seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 14,163-165) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il il tarixdə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 15 oktyabr 2021-ci il tarixdən 17 oktybar 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Elektron məhkəmə sistemindən də göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökm ilə cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2022-ci il tarixdən hesablanmışdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 4,644 qram narkotik vasitə olan heroin, ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 0,052qram psixotrop maddə olan metamfetamin və bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0,030 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 92,534 qram narkotik vasitə olan heroin və ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 11,614 qram psixotrop maddə olan metamfetamin, bir ədəd üzərində “Aosai” yazısı və narkotik vasitə heroinin izləri olan, qara rəngli bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs3 aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 0,634 qram narkotik vasitə olan heroin məhv edilməli, 8 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 180,46 (yüz səksən manat qırx altı qəpik) manat, Təqsirləndirilən şəxs3 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş barəsində hazırki iş üzrə seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs3 təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 15 oktyabr 2021-ci il tarixdən 17 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 il 5 ay 28 gün (yeddi il beş ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,644 qram narkotik vasitə olan heroin, 0,052qram psixotrop maddə olan metamfetamin, 0,030 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 92,534 qram narkotik vasitə olan heroin, 11,614 qram psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs3 aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,634 qram narkotik vasitə olan heroin məhv edilsin, 8 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxs2 180,46 (yüz səksən manat qırx altı qəpik) manat, Təqsirləndirilən şəxs3 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar