Məhkəmə qərarları › İş №1(124)-270/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-270/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-270/2023 15.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Şahid2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1960-cı il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 09 radələrində anadangəlmə uşaq serebral iflic xəstəsi, İ qrup əlil olduğundan sərbəst şəkildə hərəkət edə bilməyən və ailə üzvlərinin köməyinə möhtac olan fiziki məhdudiyyətli bacısı Zərərçəkmiş şəxs və qardaşı Şahid1 Abduikərim oğlu ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 24A/25 ünvanında yerləşən 10 nömrəli mənzilin qonaq otağında olarkən qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs təbii ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış oturacağa əyləşdirib, çörək almaq üçün mənzildən çıxmasından sonra mənzildə bacısı Zərərçəkmiş şəxs ilə tək qalmasından istifadə edərək, sonuncunun ünvan 2 ünvanında yerləşən mənzilinə qardaşı Şahid1 ilə köçərək yaşamaq istəməsi ilə bağlı mübahisələrini təkrar başlatmış, mübahisə zamanı bacısının artıq sabahısı, yəni 08 aprel 2022-ci il tarixində yaşadıqları mənzildən gedəcəyinə qəti şəkildə əmin olduğundan, mübahisənin davamında həmin anda yaşadıqları mənzilin qonaq otağında təbii ehtiyaclarını ödəmək üçün xüsusi hazırlanmış oturacaqda oturaq vəziyyətdə olan və fiziki məhdudiyyətli olduğundan heç bir müqavimət göstərmək, özünü müdafiə etmək iqtidarında olmayan bacısı Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, dəstəyinin uzunluğu 14 sm və tiyəsinin uzunluğu 20 sm olan çapacağının kəsici-çapıcı hissəsi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən xüsusi amansızlıqla, yəni bacısı Zərərçəkmiş şəxs xüsusi iztirablar verməsini dərk edərək çox saylı zərbələr vuraraq ənsə sümüyünün sağ hissəsinin qəlpəli sınığı kimi sağlamlığa ağır zərərvuran, sol əlin İİ barmağının orta falanqasının amputasiyası kimi sağlamlığa az ağir zərərvuran, açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə-təpə nahiyyəsinin sol hissəsinin 03 (üç) ədəd, boyun nahiyyəsinin yuxarı 1\3-nin arxa səthinin 01 (bir) ədəd, sağ qulaq seyvanın 01 (bir) ədəd kəsilmiş-əzilmiş yaraları kimi sağlamlığa yüngül zərərvuran və hər iki çiyin nahiyyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə olduğunu gördüyündən öz cinayətkar niyyətinə çatdığını düşünüb zərbələr vurmağı dayandırmış, daha sonra yaşadıqları mənzildə qardaşı Şahid1 məxsus olan geyim əşyalarını mənzilin giriş qapısına, yəni binanın dəhlizinə atdıqdan sonra mənzilin qapısını içəridən kilidləmiş və bir neçə dəqiqə sonra gələn qardaşı Şahid1 mənzilin qapısını döyməsinə baxmayaraq qapını açmamış, davamında Zərərçəkmiş şəxs öldürməkdə ifadə olunan öz cinayətkar niyyətini başa çatdırmaq üçün yaşadıqları mənzilə təbii qazın dolmasından ötrü mətbəxdə olan qaz sobasının plitələrinə gələn qazı açmış, lakin onun pis hadisə törədə biləcəyindən ehtiyatlanan qardaşı Şahid2 həmin mənzilə gələn qaz xəttini çöldən bağlaması və artıq hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən qapını açmayacağı təqdirdə mənzilin kilidini qırıb içəri daxil olacaqlarını bildirmələrindən sonra qapını açması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək, xüsusi amansızlıqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan bacısı Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bacısı Zərərçəkmiş şəxs anadan gəlmə serebral iflic xəstəsi olduğundan ailə həyatı qurmamışdır, 20 il ərzində bacısına özü baxmışdır. 5 il bundan qabaq yaşadıqları mənzilin hamamında bacısı Aygünü çimizdirərkən yıxılaraq ayağından xəsarət aldığından tamamilə yeriyə bilməmişdir. Qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs bacısının mülkiyyətində olan Sumqayıt şəhəri, 2ci mikrorayonda yerləşən bir otaqlı mənzilə aparıb guya orada ona özü baxacağını demişdir. Elşad arvadından boşanmış, öz evini satmışdı. Heç yerdə işləmədiyindən təxminən 2 ildir ki, onlarla qalırdı. Şahid1 Aygünü Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə aparıb saxlamaq istəməsində məqsədi həmin evi bacısı öləndən sonra öz adına keçirtmək olmuşdur. Bu söz-söhbət bir aydan çoxdur ki, davam edir, evdə hər gün dava-dalaş olurdu. Şahid1 Aygünü yoldan çıxardığından artıq Aygün də onunla yaşamaq istəmirdi. Aygün hər gün spirtli içki qəbul edir, sonra onu təhqir edirdi. Aygün 07 aprel 2022-ci il tarixdə ona 08 aprel 2022-ci il tarixdə Şahid1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə köçəklərini dediyi üçün onunla mübahisə eləmiş, onu tək qoyub getməməsini demişdir. O, getməkdə israr eləmiş və onu təhqir etməyə başlamışdır. O da mətbəxdən ət baltasını götürüb qorxutmaq və Aygünü fikrindən döndərmək üçün ət baltasının iti tərəfi ilə birbaşa Aygünün boynunun arxa hissəsinə və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin anda çox əsəbi olduğundan Aygünə neçə dəfə balta ilə xəsarət yetirdiyini bilməmişdir. Bir neçə dəqiqə sonra qardaşı Şahid2 evə gəlib qapını döymüş, ilk öncə qapını açmamışdır, sonra polis əməkdaşlarının gəldiyini görüb qapını açmışdır. Bacısı Aygünü balta ilə vuranda evdə onlardan başqa heç kim olmamışdır. Hadisə ünvan 1-da olmuşdur. Əməlindən peşmandır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan edildiyi CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında bacısı xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və qardaşı Şahid1la birlikdə yaşayırmış. Bacısı Zərərçəkmiş şəxs anadan gəlmə serebral iflic xəstəsi olduğundan ailə həyatı qurmamış və 20 il ərzində bacısına özü baxmışdır. 5 il bundan qabaq yaşadıqları mənzilin hamamında bacısı Aygünü çimizdirərkən yıxılaraq ayağından xəsarət aldığından tamamilə yeriyə bilməmişdir. Bacısının bütün əziyyətini, yəni təmizliyini, yeməyini, paltarının yuyulmasını o, edirmiş. Qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs bacısının mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə aparıb guya orada bacısına özü baxacağını deyirmiş. Qardaşı Şahid1 arvadından boşanmış, öz evini satmış, heç yerdə işləmədiyindən təxminən 2 ildir ki, onlarla qalırmış. Qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə aparıb saxlamaq istəməsində məqsədi həmin evi bacısı öləndən sonra öz adına keçirtmək imiş. Bu söz-söhbət bir aydan çoxdur ki, davam edirmiş. Evdə hər gün dava-dalaş olurmuş. Qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs yoldan çıxardığından artıq bacısı Zərərçəkmiş şəxs da onunla yaşamaq istəmirmiş. Qardaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs spirtli içki alıb verirmiş, bacısı Zərərçəkmiş şəxs spirtli içki qəbul edəndən sonra onu təhqir edirmiş. Son 15 gün imiş ki, bacısı Zərərçəkmiş şəxs spirtli içki qəbul etmirmiş. Bacısı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilinin elektrik xətti açıldığından artıq sabah, yəni 08 aprel 2022-ci il tarixdə qardaşı Şahid1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə köçəklərini bildiyindən 07 aprel 2022-ci il tarixdə səhər saatlarında aralarında mübahisə yaranmışdır. Bacısı Zərərçəkmiş şəxs onu ağır söyüşlərlə təhqir etdiyindən o, mətbəxdən ət baltasını götürmüş və ət baltasının iti tərəfi ilə birbaşa bacısı Zərərçəkmiş şəxs boynunun arxa hissəsinə və bacısının bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin anda çox əsəbi olduğumdan o, neçə dəfə balta ilə xəsarət yetirməsini və bacısının bədəninin hansı hissələrinə vurmağını dəqiq xatırlamır. Bir neçə dəqiqə sonra qardaşı Şahid2 evinə gəlib qapını döymüş, o, Ramizin gəldiyini gördüyündən qapını açmamışdır. Təxminən 20-25 dəqiqə sonra qapısına polis əməkdaşlarının gəldiyini görmüş və o, qapını polis əməkdaşlarına açmışdır. Polis əməkdaşları evə daxil olduqda bacısı Zərərçəkmiş şəxs qanlar içində olduğunu görmüşlər. O, bacısı Zərərçəkmiş şəxs balta ilə vuranda ünvan 1da başqa heç kim yox imiş. Onun bacısı Zərərçəkmiş şəxs vurmaqda məqsədi bacısının gözünü qorxutmaq olmuşdur. Ona görə ki, bacısının qardaşım Şahid1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə köçməsini istəmirmiş. Bilirmiş ki, bacısı onunla yaşadığı ünvan 1-dan getdikdən sonra digər qardaşı Şahid2 onu həmin evdən çıxarıb çölə atacaqdır. ünvan 1 əvvəllər onun mülkiyyətində olsa da, sonradan həmin mənzili qardaşı Şahid2 adına keçirmişdir. Şahid2 da həmin mənzili öz oğlu Rüstəm Nurməmmədovun adına keçirmişdir. ünvan 1-u qardaşı Ramizin adına ona görə keçirtmişdir ki, onun 2 yaşından övladlığa götürdüyü hazırda təxminən 21 yaşılı X2 onunla mülkiyyət davası edirmiş. O, mənzilinin əlindən çıxmaması üçün Şahid2 adına keçirmişdir. Bundan əlavə olaraq o ifadəsində bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs vurmaqda məqsədi bacısının güzünü qorxutmaq olmuşdur. Ona görə ki, bacısının qardaşı Şahid1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən bir otaqlı mənzilə köçməsini istəmirmiş. Bilirmiş ki, bacısı onunla yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 24A/25 mənzil 10dan getdikdən sonra digər qardaşı Şahid2 onu həmin evdən çıxarıb çölə atacaqdır. Bacısını öldürmək məqsədi olmamışdır. Bacısı Zərərçəkmiş şəxs, qardaşları Şahid1 və Şahid2 hər gün onu təhqir etdiklərindən artıq canından bezibmiş. Uzun müddət aralarında olan dava-dalaş onun əsəblərini pozduğundan o, xx.xx.2022-ci il taixdə özündən çıxmış və bacısına balta ilə xəsarətlər yetirmişdir. Bacısı Zərərçəkmiş şəxs öldürmək imkanı olsa da, o, bacısını öldürmək istəməmiş, sadəcə olaraq ani bir vaxtda əsəbiləşdiyi üçün ona balta ilə vurmuşdur. Daha sonra bacısına yazığı gəldiyindən balta ilə vurmamış, heç balta ilə vurduğu xəsarətləri də xatırlamır. Bacısına təkcə balta ilə xəsarət yetirmişdir. (cild 1, iş vərəqləri 326-331) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, ünvan 1-da qardaşı Şahid1 və bacısı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. İ qrup əlildir, “Srebral iflic” xəstəliyindən əziyyət çəkir, hərəkət məhdudiyyəti var və hər hansı köməklik göstərilməsə sərbəst hərəkət edə bilmir. 1996-cı ildən hadisə olan evdə bacısı Təqsirləndirilən şəxs himayəsində yaşamışdır. Son vaxtlar Kifayət ilə münasibətləri pisləşmişdi. Kifayət ona qarşı aqressiv hərəkətlər edirdi. Bu səbəbdən də qardaşı Şahid1 onların yaşadıqları evə köçüb onlarla birlikdə yaşayaraq onun gündəlik qayğıları ilə maraqlanırdı. Bacısı Kifayət ilə münasibətləri pisləşdiyi üçün qardaşı Elşad ilə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçüb orada yaşamağı qərarlaşdırmışlar. Bundan bacısı Təqsirləndirilən şəxs xəbər tutduqdan sonra onun evdən getməsinə icazə verməyəcəyini, tək yaşamaqdan qorxduğunu demişdir. O da Təqsirləndirilən şəxs fikrinin ciddi olduğunu demişdir. Təqsirləndirilən şəxs onu hədələyərək “sən evdən çıxıb getsən, buna imkan verməyəcəm, səni öldürəcəm" demişdir. 2022- ci il aprelin 7-də Şahid1 çörək almaq üçün evdən çıxan kimi Təqsirləndirilən şəxs qapını bağlayıb mətbəxdən əl baltasını götürüb onun başına və boynuma zərbələr vurmuşdur. Aradan bir müddət keçdikdən sonra Elşad geri qayıdıb qapını döyəndə Təqsirləndirilən şəxs qapını açmamışdır. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra evin qapısını polislər döyəndə Kifayət qapını açmışdır. Polislər X6 maşını çağırmış, TTY işçiləri onu Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-in əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, 2022-ci il aprelin 7-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olan məlumat əsasında Şahid6, Şahid3, Şahid4 ilə birlikdə hadisə yeri olan ünvan 1 ünvanına getmişlər. Hadisə yerində Şahid2 da olmuşdur. Mənzilin qapısını döymələrinə baxmayaraq Təqsirləndirilən şəxs əvvəlcə qapını açmaq istəməsə də, Təqsirləndirilən şəxs mənzilin qapısının qırılacağı bildirdikdən təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs qapını açmışdır. Təqsirləndirilən şəxs qapını açdıqdan sonra mənzilə daxil olmuşlar. Mənzilə daxil olanda Təqsirləndirilən şəxs əlləri qan idi, lakin geyim paltarı təmiz idi. Ona sual edildikdə geyim paltarını dəyişdiyini bildirmişdir. Onlar mənzil olan ünvana gedəndə qaz borularının açıq olduğunu müəyyən etmişlər. Mənzildən kəskin qaz qoxusu gəlmişdir. Mənzilin qonaq otağındakı döşəmənin üzərində bədəninin boyun və baş nahiyələrindən xəsarətlər almış Zərərçəkmiş şəxs görüb dərhal 103 xidmətinə zəng edərək hadisə yerinə X6 çağırmışlar və Zərərçəkmiş şəxs Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il aprel ayının 7-də təxminən saat 09 radələrində evdən çıxıb mağazaya çörək almağa getmişdir. Təxminən 10 dəqiqə sonra geri qayıdanda ona məxsus geyim əşyalarının evin giriş qapısının qarşısına atıldığını görmüşdür. Evin qapısını döysə də qapını heç kim açmamışdır. Evdən çıxanda evdə Kifayət və Zərərçəkmiş şəxs başqa kənar şəxs olmamışdır. Qapını döyüb Təqsirləndirilən şəxs qapını açmasını istəsə də qapını açan olmamışdır. Həmin vaxt içəridən gələn səslərə qulaq asdıqda Zərərçəkmiş şəxs qışqıraraq kömək istədiyini eşitmişdir. Dərhal qardaşı Şahid2 zəng vurub bu barədə məlumat vermişdir. 20-30 dəqiqə keçdikdən sonra Şahid2 yanına gəlmişdir. Birlikdə qapını döyüşlər, Kifayət qapını açmamışdır. Zəng vurub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişlər. Aradan bir qədər keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, qapını döymüşlər, özlərini təqdim edən kimi Təqsirləndirilən şəxs qapını açmışdır. Qapı açılanda Təqsirləndirilən şəxs sifətinin, əllərinin, ayaqlarının qana bulaşdığını görmüşdür. Mənzilin qonaq otağına girəndə Aygünün qan içində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il aprelin 7-də qardaşı Elşad zəng vurub evdən çörək almaq üçün çıxdığını, geri qayıtdıqda Təqsirləndirilən şəxs ona məxsus əşyalarını evdən çıxarıb binanın dəhlizinə atdığını, evin giriş qapısını bağlayaraq Elşadı evə buraxmadığını, Aygün Nurməmmədovun qışqıraraq kömək istədiyini bildirmişdir. Dərhal onların yaşadığı evə getmiş, evə gələndə həqiqətən qapının bağlı olduğunu, evdən Aygünün qışqırtı, inilti səslərinin gəldiyini görüb qapını döymüşdür. Təqsirləndirilən şəxs qapını açmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs nəsə pis hadisə törədə biləcəyini düşünərək zəng vurub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Aradan bir qədər keçdikdən sonra hadisə yerinə gələn polis əməkdaşları qapını döymüşlər, Kifayət qapını açmadığı üçün ona qapını qıracaqlarını bildirmişlər. Bundan sonra Kifayət qapını açdı. Qapı açılanda Təqsirləndirilən şəxs sifətinin, əllərinin, ayaqlarının qana bulaşdığını görmüşdür. Mənzilin qonaq otağına girəndə Aygünün qan içində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən X4 çalışır, 2021-ci il tarixdən isə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı vəzifəsinə təyin olunmuşdur, polis baş leytenantıdır. 07 aprel 2022-ci il tarixdə saat 09:34-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə Şahid2 tərəfindən zəng edilərək 1-ci qrup əlil bacısı Zərərçəkmiş şəxs digər bacısı Təqsirləndirilən şəxs tərəfindən işgəncə verilib, bağlı qapı arxasında saxlanılması barədə məlumat verilmişdir. Həmin məlumat Sumqayıt ŞPİ-nin 4-cü PB-nin məsul növbətçisi, polis kapitanı Mahir Hüseynov tərəfindən Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydə alınmaqla o, əməliyyat qrupunun digər üzvləri əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, 4-cü PB-nin sabiq sahə rəisi, polis kapitanı Şahid5, 4-cü PB- nin sahə rəisi, polis kapitanı Şahid4 ilə birlikdə hadisə yeri olan ünvan 1 ünvanına getmişlər. Hadisə yerində Azərbaycan Respublikası DİN-in “102 xidməti"nə məlumat verən Şahid2 da var imiş. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 24A/25 ünvanında yerləşən 10 nömrəli mənzilin qapısını döymələrinə baxmayaraq Təqsirləndirilən şəxs əvvəlcə qapını açmaq istəməsə də, onlar tərəfindən Təqsirləndirilən şəxs mənzilin qapısının qırılacağı bildirildikdən təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs qapını açmışdır. Təqsirləndirilən şəxs qapını açdıqdan sonra əməliyyat qrupunun üzvləri mənzilə daxil olmuşdur. Mənzilin qonaq otağındakı döşəmənin üzərindəki xalçanın üzərində ənsə, boyun, kürək və çiyin hissələrindən xəsarətlər almış Zərərçəkmiş şəxs görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məişətdə istifadə edilən balta ilə Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb getmək istəməsi səbəbindən xəsarət yetirdiyini bildirmişdir. Bununla bağlı deyə bilər ki, Təqsirləndirilən şəxs sifətinin, əllərinin, ayaqlarının qana bulaşdığını görsələr də, lakin Təqsirləndirilən şəxs əynindəki geyim paltarında hər hansı qan izi yox imiş. Təqsirləndirilən şəxs paltarlarını dəyişdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs xəsarət yetirdiyi və yuyub mətbəxdəki masanın üzərinə qoyduğu baltanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs baltanı niyə yuyub təmizləməsinin səbəbini soruşduqlarında isə Təqsirləndirilən şəxs baltanın təmiz olması üçün yuyub təmizlədiyini bildirmişdir. Məxtəbdə olan moydadırın içinə baxdıqda həqiqətəndə orada qanabənzər ləkələrin olduğunu da müşahidə etmişlər. Bundan başqa mənzilin mətbəxinə daxil olarakən onlar mətbəxdəki qaz sobasının gözlüklərinin açıq olduğunu müəyyən etmişlər. Bu barədə Təqsirləndirilən şəxs sual verdiklərində isə Təqsirləndirilən şəxs özünü öldürmək istədiyi üçün qazı açıq saxladığını bildirmişdir. Dərhal 103 xidmətinə zəng edərək hadisə yerinə X6 çağırmışlar və Zərərçəkmiş şəxs Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Bundan əlavə olaraq o bildirmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 24A/25 ünvanında yerləşən 10 nömrəli mənzildə qaz iyini hiss etməmişlər. Bununla bağlı hadisə yerində olarkən Şahid2 bildirmişdir ki, əməliyyat qrupu hadisə yerinə gələnədək mənzilin giriş qapısının çöl tərəfində yerləşən qaz sayğacından mənzilə gedən xətti bağlamışdır. Hadisə yerində olarkən o, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs ona bacısı Zərərçəkmiş şəxs onu atıb getmək istədiyi üçün öldürmək istədiyini, eyni zamanda mətbəxdə olan sobanın qazını açıq saxlayıb özünü də öldürmək istədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 218-221) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid4 öz ifadələrində digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 226-229, 230-233) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən 10 nömrəli mənzildir. (Cild 1, iş vərəqləri 7-8) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmətibbi ekspertiza tədqiqinə dair xx.xx.2022-ci il tarixli, 559 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Açıq kəllə beyin travması.Baş beynin yüngül dərəcəli əzilməsi. Ənsə sümüyünün sağ hissəsinin qəlpəli sınığı. Ənsə-təpə nahiyyəsinin sol hissəsinin 3 (üç) ədəd, boyun nahiyyəsinin yuxarı 1\3-nin arxa səthinin bir ədəd, sağ qulaq seyvanın 1 ( bir) ədəd kəsilmiş-əzilmiş yaraları. Hər iki çiyin nahiyyəsinin qançırı. Sol əlin İİ barmağının orta falanqasının amputasiyası. Qeyd olunan xəsarətlər çapıcı alətin təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə-ənsə sümüyünün sağ hissəsinin qəlpəli sınığı yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol əlin İİ barmağının orta falanqasınm amputasiyası ümumi əmək qabiliyyətinin 1\3-dən az daimi itirilməsinə səbəb olduğundan sağlamlığa az ağir zərərvurmaya, açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə-təpə nahiyyəsinin sol hissəsinin 3 (üç) ədəd, boyun nahiyyəsinin yuxarı 1\3-nin arxa səthinin 1 (bir) ədəd, sağ qulaq seyvanın 1 (bir) ədəd kəsilmiş-əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni - hər iki çiyin nahiyyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Hadisə yerindən maddi sübut kimi götürülmüş ət baltası ekspertizaya təqdim olunmadığından qərarın müvafiq bəndində qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 149-152) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmətibbi ekspertiza tədqiqinə dair 08 oktyabr 2022-ci il tarixli, 20/559 nömrəli əlavə ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər çapıcı alətin ola bilsin ki, ekspertizaya təqdim olunmuş ət çapacağının və ya ona oxşar digər ət çapacaqlarının təsirindən törənmişdir. (Cild 1, iş vərəqləri 241-246) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin maddi sübutun məhkəmə-kriminalistik tədqiqinə dair 19 oktyabr 2022-ci il tarixli, 532/2022 MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş çapacaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət alətinə aiddir və soyuq silah hesab edilmir. Təqdim olunmuş çapacağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 291-294) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli, 284/2022-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A(ll) RH+ (şəxsiyyət vəsiqəsindən). Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş 01 (bir) ədəd sviter (jaket), 01 (bir) ədəd qolsuz mayka, 01 (bir) ədəd trusik, 01 (bir) ədəd alt şalvar, 02(iki) cüt (zolaqlı və naxışlı) corablarda, 01 (bir) ədəd mətbəx çapacağının tiyəsində, 02(iki) ədəd gigiyenik çubuqların hər birinin bir pambıq uduqlarında olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «A» antigeni alındı. ABO sistemi üzrə bu antigen tək halda A (İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən göstərilən qan ləkələrinin birmənalı olaraq ABO sistemi üzrə həmin qruplu şəxsin (şəxslərin) qanı hesabına yaranmasını söyləmək olar. Beləliklə, yuxarıda göstərilən qan ləkələri ABO sistemi üzrə A (İİ) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş 01 (bir) ədəd «SAMSUNG» markalı mobil telefon üzərində qan aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 153-162) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin Təqsirləndirilən şəxs komisyon kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1772 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə özünü əsəbi şəxs kimi xarakterizə edərək son illərdə əsəbilik hallarının olması, arterial təzyiq və şəkərə meyiiliklə əlaqədar müalicə alması, hazırki müayinə zamanı yoxlanılan şəxsdə müəyyən edilən emosional ləbilliyi, əsəbiliyi və sair) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Psixi- emosional sferasında qıcığa qarşı həssaslıq, əsəbilik müşahidə edilməklə, hövsələsizlik, kinlilik, inadkarlıq, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən nevrasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Hövsələsizlik, kinlilik, inadkarlıq, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, iş vərəqləri 163-166) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Zərərçəkmiş şəxs komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 2012 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs aşkar edilən serebral iflic xəstəliyi əqli geriliklə müşayət olunmadığı üçün psixi xəstəliklərə aid deyil, göstərilən xəstəlik nevroloji xəstəliklər sırasına aiddir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayət əməli zamanı öz hərəkətlərini ölçüb-biçmək, dərk edib onları idarə etmək iqtidarında olmuş, iş üçün vacib olan halları düzgün dərk etmək və ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs bu iş üzrə təqsirləndirilən şəxs qismində keçmədiyi üçün anlaqlı olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır, həmçinin o, psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. (Cild 1, iş vərəqləri 190-193) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlar (01 ədəd sviter-jaket, 01 ədəd qolsuz mayka, 01 ədəd alt şalvarı, 01 ədəd alt paltarı və 02 cüt corab); 01 ədəd çapacaq, 02 ədəd gigiyenik çubuq maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir.(Cild 1, iş vərəqləri 296-317) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 179-180) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə çapacaqla vurduğu zərbələrin çoxluğunu, intensivliyini, xəsarətlərin lokalizasiyasını və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz xüsusi amansızlıqla zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin zərərçəkmiş şəxsin ona aktiv müqavimət göstərməsi, kənardakı şəxslərin hadisəyə müdaxilə etməsi və ona vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi səbəbindən, təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan xırda mübahisəni bəhanə edərək öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoymaqla anadangəlmə uşaq serebral iflic xəstəsi, İ qrup əlil olan bacısını öldürmək niyyətində olması isə cinayətin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı törədilməsinin aşkar təzahürüdür. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 8-ci bəndində verilən izaha əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Həmin Qərarın 13-cü bəndinə əsasən CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan xırda bir mübahisəni bəhanə edərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə zərbələri vurmaqla onu öldürməyə cəhd etməsi bir daha onu göstərir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Həmin əməllər başa çatmamış cinayətlər olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs q\ətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 86-87, 177-178) Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs (01 ədəd sviter (jaket), 01 ədəd qolsuz mayka, 01 ədəd alt şalvar, 01 ədəd alt paltarı və 02 cüt corab) paltarları, 01 ədəd çapacaq və 02 ədəd gigiyenik çubuq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs paltarları - 01 ədəd sviter, 01 ədəd qolsuz mayka, 01 ədəd alt şalvar, 01 ədəd trusik və 02 cüt corab, eləcə də, 01 ədəd çapacaq və 02 ədəd gigiyenik çubuq məhv edilsin. Hökmdən elan olunduğu, Zərərçəkmiş şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar