Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-270/2024 06.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Məhhərrəməli oğlu istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq ümumilikdə 5,936 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroini, ümumilikdə 4,846 qram çəkidə külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamini və tərkibində 0,14 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə metadon maddəsi olan dərman həblərini satış məqsədi ilə əldə edib, daşıyaraq narkotik vasitə heroini üzərində, psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə metadon maddəsi olan dərman həblərini yaşadığı mənzildə saxlamış, 08 may 2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən X11 İdarəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 0,573 qram, 5,363 qram, ümumi təmiz çəkiləri 5,936 qram təşkil edən, külli miqdarda qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən, satış məqsədilə əldə edib daşıyaraq yaşadığı mənzilin dəhlizinin tavanındakı gizli işıqların quraşdırıldığı yerdə 01 (bir) ədəd “Camel” markalı, 01 (bir) ədəd “Winston” markalı siqaret qutularının içərisində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə və 01(bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 4,797 qram, 0,049 qram, ümumi təmiz çəkiləri 4,846 qram təşkil edən, külli miqdarda ağ rəngli, kristallik xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,14 qram şəxsi istehlak miqdarından artıq miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə metadon maddəsi olan, 03 (üç) ədədinin üzərlərində “Methadone 40” göstəricisi olan dərman konvolyut kəsiyində qəhvəyi rəngli, dairəvi formalı, bütöv həbdə və 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 1/2 hissə həbdə dərman həbləri və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, səhhətində ağrıları olduğundan xeyli müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:20-də Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən X11 İdarəsinin yaxınlığından tanışı Müşviq adlı şəxslə keçib gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlandığını bildirərək, onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmiş, polis idarəsində olan zaman isə onu xidməti otaqlardan birinə dəvət edərək orda video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bunada etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş və ona təqdim edilmiş vəkillərin növbətçilik cədvəlindən seçdiyi hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X5 təqdim edilmişdir. Ona təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdikdən sonra isə vidoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bir daha ona bildirilərək üzərində hər hansı bir qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra əynindəki cins şalvarın sağ yan cibində saxlamış olduğu içərisində narkotik vasitə olan bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisindən əlavə olaraq iki ədəd ayrı-ayrılıqda şəffaf sellofan bükümlər, həmin bükümlərin içərisində isə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsədə üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş narkotik vasitəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində dənizkənarı ərazidə gəzişərkən təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin həmin ərazidə gəzişərkən yenidən həmin ərazidən psixotrop maddə və narkotik vasitə tapdığını, həmin narkotik vasitə və psixotrop maddəni sonradan qəbul etmək məqsədilə yaşadığı ünvanda saxladığınıda bildirmiş, bundan sonra polis əməkdaşları həmin narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsi zərurətini ona izah edərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub olmadığını soruşduqda polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş şəffaf rəngli sellofan bükümlərdəki narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş, həmin vaxt bükümlərdəki maddələrin qablaşdırıldıqları sellofanlarla birlikdə çəkilərinin 0,96 qram və 6,27 qram, birlikdə çəkilərinin isə 7,23 qram olduğu müəyyən edilmiş, bundan sonra isə həmin bükümlərdəki maddələr tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndəriləcəyi ona izah edilərək xüsusi qaydada içərisi boş zərfə qablaşdırılaraq, üzərinə şəxsi xatrış keçirilərkən aşkar edilmiş ona məxsus mobil telefonla birlikdə götürülmüş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş içərisində “Tamkart” və “Umico“ plastik bank kartları, 1 ABŞ dolları, 1000 rus rublu, 3 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 11 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə isə 648 manat məbləğində pul olan ona məxsus qırmızı rəngli pul qabı araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı ünvana yollanmışlar, yaşadığı ünvanın qarşısında olan zaman vidoçəkiliş vasitəsilə onun yaşadığı ünvana baxış keçiriləcəyi polis əməkdaşları tərəfindən ona bir daha izah edilmiş, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub olmadığı soruşulduqda, buna heç bir etirazı olmadığmı bildirib yaşadığı ünvanın qapısını döymüşdür. Bir qədər sonra qapını qayınanası açmışı və bundan sonra içəri daxil olmuşlar. Daha sonra polis əməkdaşları yaşadığı ünvanda hər hansı bir qanunla saxlanması qadağan olunmuş əşya və pridmetin olub-olmaması soruşaraq, əgər vardırsa həmin əşya və ya pridmeti təqdim etməsini təklif etdikdə, bundan sonra yaşadığı mənzilin dəhlizinin tavanındakı gizli işıqların quraşdınlıdığı yerdə bir ədəd “Camel” və bir “Vinston” markalı siqaret qutularının içərisində saxladığı narkotik vasitə və psixotrop maddəni, eləcədə narkotik vasitə və psixotrop maddə istifadə edərkən qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi siqaret qutularının içərisinə baxış keçirilərkən üzərində “Camel” yazılan olan siqaret qutusunun içərisindən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən dəniz kənarından tapdığı sellofana bükülmüş psixotrop maddə olan metamfetamin, üzərində “Vinston” yazıları olan siqaret qutusunun içərsindən isə üç ədəd bütöv və bir ədəd yarı halda metadon həbləri, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmiş, sonra isə aşkar edilmiş psixotrop maddə metamfetaminlər qablaşdırıldıqları bükülərlə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 5,47 qram və 0.16 qram, ümumlikdə çəkilərinin isə 5,62 qram olması müəyyən edilmişdir. Daha sonra yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş psixotrop maddə, narkotik tərkibli həblər və elektron tərəzi ekspertiza tədqiqatına təqdim ediləcəyi ona izah edilərək xüsusi qaydada içəriləri boş zərflərə qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmamış, həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, hər hansı digər şəxsə satmamışdır. Üzərində və yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinə Amil adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Amil adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Amil adlı şəxsin xx.xx.1993-cü ildə Saatlı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 2-də kirayəşin yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 19:20-də Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən X12 İdarəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1la yaxınlaşaraq Təqsirləndirilən şəxs və yanındakı Rəhmətov Müşviq Fəraim oğlunu saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs və Müşviq Rəhmətov etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Müşviq Rəhmətovu Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq ilk əvvəl əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffav rəngli sellofan bükümü, daha sonra əynindəki şalvarın arxa sol cibindən bir ədəd qəhvəyi rəngli pul kisəsini, sonda isə əynindəki şalvarın sağ arxa cibindən bir ədəd mobil telefonu çıxararaq xidməti otaqdakı masanın üzərində qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümə baxış keçirilərkən həmin bükümün içərisindən əlavə olaraq iki ədəd, biri böyük, digəri isə nisbətən kiçik ölçülü bükümlər aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin nə olması, hardan, nə vaxt və nə məqsədlə əldə edib üzərində gəzdirməsi barədə suallar verildikdə o aşkar edilmiş bükümlərdəki qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni, yaşadığı evdə saxladığı psixotrop maddə və metadon həbləri ilə birlikdə saxlanılmamışdan təxminən 10-15 gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən dəniz kənan ərazidə olarkən təsadüfən tapdığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, psixotrop maddə və metadon maddəsini isə sonradan istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələrin elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda və ümumilikdə çəkiləri müəyyən edilmiş, içərisində qəhvəyi rəngli maddələr olan digərinə nisbət kiçik ölçülü bükümün çəkisinin 0,96 qram, ikinci bükümün çəkisinin 6,27 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin 7,23 qram olduğu müəyyən edildikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefonla birlikdə qablaşdırılaraq götürülmüşdür. Onun üzərindən aşkar edilmiş pul əskinazlan və bank kartları isə içərisindən aşkar edilmiş pul kisəsi ilə birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi onun özünə izah edilərək geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrp maddə, eləcədə qalıqlarının olub olmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edildikdə o bir daha yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun yaşadığı ünvan 2 ünvanına getmişlər, orda Təqsirləndirilən şəxs haqqında məlumat verdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif edildikdə isə o narkotik vasitə və psixotrop maddəni mənzilin dəhlizinin tavamndakı gizli işıqların quraşdırıldığı yerdə saxladığını bildirmiş, bundan sonra isə o onların müşayəti ilə ayağının altına stul qoymaqla yuxarı qalxmış, sonra isə mənzilin dəhlizinin tavamndakı gizli işıqların quraşdırıldığı yerdən iki ədəd siqaret qutusunu və bir ədəd elektron tərəzini götürərək təqdim etmişdir. Bundan sonra mənzilin digər hissələrinədə baxış keçirilmiş, ancaq mənzilin digər hissələrindən hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş siqaret qutularının içərisinə baxış keçirildikdə həmin “Camel” və “Winston” markalı siqaret qutularının içərisindən bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümdə və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükmdə ağ rəngli, kristal şəkilli maddələr, üç ədəd üzərlərində “Methadone 40” göstəricisi olan dərman konvolyut kəsiyində qəhvəyi rəngli, dairəvi formalı, bütöv həblər və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 2/1 hissə həb aşkar edilmişdir. Ondan aşkar edilmiş maddələrin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib yaşadığı mənzildə saxladığım soruşduqda o içərisində ağ rəngli maddələr olan bükümlərdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, üzərində “Methadone 40” göstərici olan dərman kanvalyutundakı həblərin və bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 2/1 hissə həbin narkotik tərkibli həblər olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri təxminən 10-15 gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən dəniz kənan ərazidə olarkən təsadüfən tapdığını və şəxsi istifadəsi üçün yaşadığı mənzildə saxladığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda və ümumi çəkiləri müəyyən edilmiş, içərisində ağ rəngli maddə olan ilk bükümün çəkisinin 5,47 qram, ikinci gümüşü rəngli siqaret kağızma bükülmüş bükümdəki ağ rəngli maddənin çəkisinin 0,16 qram, hər iki bükümün birlikdə ümumi çəkilərinin 5,62 qram olmasının müəyyən edildikdən sonra isə aşkar edilmiş dərman həbləri və elektron tərəzi ilə birlikdə qablaşdınlaraq götürülmüşdür. Daha sonra polis idarəsinə geri qayıtmışlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında ifadələri elan olunmaqla araşdırılmış şahidlər Şahid3 və Şahid1 Şahid2lə eyni məzmunlu ifadə verdikləri sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1993-cü il təvəllüdlü Saaatlı rayonunda anadan olan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11, mənzil 24-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1993cü il təvəllüdlü Saaatlı rayonunda anadan olan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11, mənzil 24-də kirayədə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1993-cü il təvəllüdlü Saaatlı rayonunda anadan olan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11, mənzil 24-də kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı ünvanda saxlaması şübhəsi ilə saxlanılaraq Polis İdarəsinə gətirilən zaman üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilərkən həmin diskin yaddaşında 04 (dörd) ədəd, birincisi “Nomrenin Mexsusluq Tarixcesi_**********2957_552932939”adlı,ikincisi“SMS_Tarixcesi_**********5447_552932939”adlı, üçüncüsü “SMS_Tarixcesi **********5452 552932939” adlı və dördüncüsü “Zenglerin_Detallasmasi **********2934 552932939” adlı faylların olduğu müəyyən edilmiş, həmin fayllara baxış keçirilməsi davam etdirildikdə "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatda olan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, “*** *** ** **” saylı saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:00:11 radələrindən xx.xx.2023-cü il tarixddə saat 17:50:05 radələrinədək olan dövr ərzində “Bakcell ” və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 18:23:11-də Sumqayıt şəhəri Koroğlu prospekti 251, saat 18:24:04, 18:30:15-də Sumqayıt şəhəri, 46-cı məhəllə, saat 18:34:22, 18:36:50, 18:39:23, 18:39:52, 18:40:14-də Sumqayıt şəhəri, Koroğlu prospekti 251, saat 18:41:10-da Sumqayıt şəhəri Nəriman Nərimanov küç 14, saat 18:42:24-də Sumqayıt şəhəri 46- cı məhəllə, saat 18:43:07, 18:43:08-də Sumqayıt şəhəri 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, saat 18:57:35, 19:00:05-də Sumqayıt şəhəri 46-cı məhəllə, saat 19:00:18-də Sumqayıt şəhəri Koroğlu prospekti 39-cu məhəllə, saat 19:01:53-də Sumqayıt şəhəri Koroğlu prospekti 251, saat 19:01:56-da Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsi, saat 19:02:11-də Sumqayıt şəhəri 46-cı məhəllə, saat 19:02:13-də Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsi, saat 19:05:30-da Sumqayıt şəhəri Koroğlu prospekti 251, saat 19:05:33-dı Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsi, saat 19:07:58, 19:11:22, 19:13:00, 19:13:16, 19:17:06-da Sumqayıt şəhəri Koroğlu prospekti 39-cu məhəllə, saat 19:37:05, 19:37:29, 19:37:30, 19:37:33, 20:00:28, 20:00:29, 20:00:30, 20:00:44, 20:00:47-də Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsi, xx.xx.2023-cü il tarixdə saat 17:39:20-də Sumqayıt şəhəri TKQ, ATS 5/9 ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Bundan əlavə diskə baxış zamanı “*** *** ** **” saylı saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş aşağıdakı məzmunda “SMS” mətnlərinin olduğu müəyyən edilmişdir. xx-xx-2023 21:25:26 1.1.**********39 1.1.**********95 He duw 15 deyqeye aparatnan xx-xx-2023 22:04:57 xx-xx-2023 22:04:57 1.1.**********39 1.1.**********95 He gel bizim padeze xx-xx-2023 23:58:18 1.1.**********39 1.1.**********95 Qaz wocikinin usdune bax xx-xx-2023 19:54:10 xx-xx-2023 19:54:10 1.1.**********95 1.1.**********39 Salam qaqa zapcas hazirdi 5.xx-xx-2023 16:16:19 1.1.**********95 1.1.**********39 Salam qaqa malyar hazirdi
6. xx-xx-2023 19:26:38 xx-xx-2023 19:26:38 1.1.**********95 1.1.**********39 Salam qaqa demirci hazirdi Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023 - cü il tarixli 6/2669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan 2 ədəd zərfdə olan: üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,797 qram, 0,049 qram ümumi təmiz çəkisi 4,846 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” göstəriciləri olan üç ədəd konvalyut kəsiyində və bir ədəd bükümdə 3 ədəd qəhvəyi rəngli dairəvi formalı bütöv həbdə və bir ədəd 1/2 hissə həbdə üzərindəki göstəriciyə əsasən metodonun təsir maddəsinin ümumi miqdarı 0,14 qram (bir ədəd həbdə 0,04 qram) təşkil edir. Həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,573 qram, 5,363 qram, ümumi təmiz çəkisi 5,936 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmə - narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3181 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 12 may 2023-cü il tarixli 666 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelliyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 06 aya qədər endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümlər açılarkən bükümün içindən iki ədəd şəffaf sellofan bükümlərin olduğu müəyyən olunur. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunmuş və məhkəmə baxışı zamanı araşdırılmışdır. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə video çəkilişlə baxış keçirilmiş və evinə baxış keçirilərkən mənzildə dəhlizdə tavan ilə gizli işıqların quraşdırıldığı yerdə saxladığı 01 ədəd “Camel” markalı, 01 (bir) ədəd “Winston” markalı siqaret qutularının içərisində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm,həmin bükümün içərisində 01(bir) ədəd ağ rəngli kristal şəkilli psixotrop maddə olan metanfetaminə bənzər maddə aşkar edilmişdir. Baxışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunmuş və məhkəmə baxışı zamanı araşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2023-cü il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1993-cü il təvəllüdlü Saaatlı rayonunda anadan olan, Qubadlı rayonunda qeydiyyatda olan, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11, mənzil 24-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə və sonra evinə video çəkilişlə baxış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və baxış zamanı evindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə, heroinə bənzər kütlə və həblər aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və sonra evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin, psixotrop maddənin və həblərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı özünü qismən yəni onda aşkar olunmuş heroini, metanfetamini və həbləri satış məqsədilə əldə etməməsinə dair mövqeyinə fikir bildirməyi vacib hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Amil Əliyedə aşkar edilmiş narkotik vasitələrin növ müxtəliliyini, təqsirləndirilən şəxsdə aşkar edilmiş tərəzini və cinayət işinin materiallarında olan telefon məlumatlarından götürülmüş smsləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nakotik vasitələri satışı niyyəti ilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxsı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını (AR CM 59.1.4) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 08 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altmış beş manat) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 5,836 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 4,806 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəriciləri olan iki ədəd həb və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altmış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 5,836 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 4,806 qram olan psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” göstəriciləri olan iki ədəd həb və 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov