Məhkəmə qərarları › İş №1(124)-270/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-270/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-270/2025 17.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ədalət Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Şıxəli Qurbanov küçəsi ev 20-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 40 A, mənzil 144-də kirayədə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan “Mahur” adlı şəxsin təklifi ilə kart hesabına 1500 manat pul göndərdikdən sonra sonuncunun onun mobil telefonunun “WhatsApp” xidmətinə göndərdiyi məkan (konum) kimi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, Qızıldaş dairəsinin yaxınlığında yol kənarına qoyduğu bir ədəd sellofan paketdə ayrı-ayrılıqda bükülmüş 26,22 qram, 1035,0 qram və 995,0 qram çəkilərdə, ümumilikdə 2056,22 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək ünvan 1 ünvanına daşıyıb həmin narkotik vasitə qurudulmuş marixuananın 26,22 qramını üzərində, qalan 1035,0 və 995,0 qramını isə yaşayış olmayan həmin evində saxlamış, 02 avqust 2024-cü il tarixdə saat 15:20 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Koroğlu prospekti 69 A ünvanının yaxınlığında saxlanılaraq orada həmin gün saat 15:25-dən saat 15:32-yə kimi videoçəkilişlə üstü yoxlanılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində 01 ədəd şəffaf sellofanda 26,22 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 16:29-dan saat 16:43-ə kimi ünvan 1 ünvanına baxış keçirilərkən evin 2-ci mərtəbəsində yerləşən otaqda 01 ədəd qəhvəyi rəngli karton qutuda 02 ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda: 1035,0 qram və 995,0 qram çəkilərdə, ümumilikdə 2056,22 qram çəkidə tərkiblərinə görə eyni olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, saxlanılan zaman üzərində beş qram marixuana olmuşdur. 49 qram və bir kiloqramdan yuxarı olan narkotik vasitə sonradan əlavə olunandır. Həmin paket onda olmamışdır. Bir kilonu o, yaş halda almışdır. Özü qurutmuşdur. İçərisini təmizləmiş və ağ sellofanda ora qoymuşdur. Polis əməkdaşları onu Sumqayıt şəhəri ərazisində saxlamışlar. O, üzərində olan miqdarda narkotiki götürməkdə məqsədi iki və ya üç dəfə istifadə etmək olmuşdur. Onu Sumqayıt şəhəri ərazisində saxlamışlar. O, Sumqayıt şəhərində kirayədə yaşamışdır. Türkiyədə olan övladı dərman vasitəsi göndərmişdir. Onu götürmək üçün Bakı şəhərinə gedəndə özü üçün də iki və ya üç büküm narkotik vasitəni götürmüşdür. Polis əməkdaşları onu saxlayanda üzərindən narkotik vasitəni aşkar etmişlər. Üzərlərində olan tərəzi ilə çəkisini ölçüb, beş qram olduğunu görmüşlər. Sonradan ona “bəs səndə bağlama olmalı idi” demişlər. Narkotiki aldığı şəxsdən başqa kimsə onun narkotik vasitə aldığını bilməmişdir . Kimsə narkotik vasitədən istifadə etdiyini, kiməsə də istifadə etməsi üçün narkotik vasitənin olduğunu deməmiş və verməmişdir. Narkotiki əraziyə qoyan şəxs və özü bilmişdir. Onu polis əməkdaşları şübhəli şəxs qismində saxlanıldığını demişlər. O, həmin günü spirtli içki qəbul etməmiş və aşa-aşa yeriməmişdir. O, saxlanılan zaman narkotikdən istifadə etməmişdir. Onun fikrincə teleqram sosial şəbəkəsindən tanış olduğu şəxs polis əməkdaşlarının öz adamı olmuşdur. O, narkotik vasitələrdən istifadə edən olmuş və hər şeyi olduğu kimi danışmışdır. 1500 manata iki kiloqram marixuana almışdır. O, dəfələrlə narkotik vasitələrdən istifadə etmişdir. Spirtli içkilər ona bir az pis təsir etmişdir. Onun övladlarının ikisində də problemlər vardır. Spirli içki ona pis təsir etdiyinə görə narkotik vasitəsindən istifadə etmişdir. O, satış niyyəti ilə narkotik vasitəni əldə etməmişdir. Özünü satışda təqsirli bilməmişdir. Həmişə istifadə məqsədi ilə narkotik vasitəni əldə etmişdir. O, bir kiloqram adı ilə 1500 manata almışdır. O, qiymətinin ucuz olmasına aldanıb almışdır. O, əvvəllər 20 qram üçün 120-150 manat pul vermişdir. Bir kiloqram narkotik adı ilə almışdır. Ona narkotiki təklif edən həmin şəxs olmuşdur. Yaş halda 20 qramı ona 150 manata təşkil etmişdir. Daha sonra ona “gəl, sənə 1500 manata bir kiloqram marixuana verim. At evə yavaş-yavaş istifadə edərsən” demişdir. Bir kiloqram təxminən 7 min manata satılsa da, ona 1500 manata vermişdir. O da onunla razılaşmış və nəm halda almışdır. Nəm halda vermiş və ona “özün qurudarsan” demişdir. Qurudan zaman nəm halından alınanda olan çəkidən az miqdar çəki olur. Qurudulanda 30 və ya 40 faiz miqdarda çəkidə fərq olur. 20 qram alanda bir və ya iki kibrit qutusunda marixuana olurmuş. Yəni qurudanda böyük həcmdə büküm olmurmuş. Həmişə nəm halda alınan bağlamadan yarım çəkidə narkotik əmələ gəlmişdir. Quru halda heç bir zaman marixuana almamışdır. O, iki ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edirmiş. Tutulmamışdan iki il əvvəldən istifadə edirmiş. O, marixuanadan istifadə etmişdir. Heç kimlə narkotik istifadə etməmişdir. Kiməsə narkotik vasitəni satmamışdır. O tutulmamışdan iki gün əvvəl polis əməkdaşları onun yaşadığı ünvana gələrək onunla maraqlanmışlar. Onun övladlarına və qardaşına qədər maraqlanmışlar. Tutulmamışdan bir ya da iki gün əvvəl onun iş yerindən də maraqlanmışlar. O, X9 İnşaatda işləmişdir. Əmək müqaviləsini də təqdim etmişdir. Plastik pəncərə işində podratçı kimi işləmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etməyinə görə kimsə onu saxlamamışdır. Bir kiloqram narkotik adı ilə almışdır. İkinci bir kilonun necə gəldiyini bilməmişdir. Onda olan ağ sellofan olmuşdur. İkinci kilo ona aid deyildir. Onun böyük övladı MS xəstəsidir. Hər iki övladı xəstədir. Onun bir övladının başında şiş vardır. Digər övladının isə gözündə problem vardır. Vəlizadə Həsən onun balaca övladıdır. Həsən Vəlizadənin gözündə problem vardır. O, marixuananı alıb evə gətirmişdir. Yoxlamaq üçün istifadə etmişdir. Daha sonra həmin nömrəyə zəng etmişdir. “055” ilə olan nömrə olmuşdur. Həmin zaman nömrə zəngə cavab verməmişdir. Sonradan özü zəng edərək “əvəzini həll edəcəyik” demişdir. Narkotikin çəkisində bir az əskiklik olmuşdur. Narkotik nəm halda olduğuna görə onu qurutmuş və içərisində olan çöpləri təmizləmişdir. Yarımtikili olmuşdur. Həmin yarımtikilidən ona verilən narkotikin çəkisində çatışmazlıq olduğuna görə 5 qram narkotik götürmüşdür. Polislər onu saxlayanda aşkar etmişlər. Çəkisi beş qram olmuşdur. Polis əməkdaşları özləri həmin narkotikin 5 qram olduğunu demişlər. O da onlarla razılaşmışdır. Daha sonra həmin çəkini 49 qram etmişlər. Daha sonra onlar kirayədə yaşadığı evə getmişlər. Həmin mənzili axtarmışlar. Həmin mənzildən bir şey aşkar edə bilməmişlər. Ona “səndə bağlama olduğunu bilirik” demişlər. Qabaqcadan hər şey danışılmış və çəkiliş aparılmışdır. Onlar kimləsə danışaraq, məsləhətləşmişlər. Ondan sonra çəkiliş baş tutmuşdur. Məcburiyyət qarşısında qalıb razılaşmışdır. Narkotiki almaq üçün telefonda danışdığı şəxs tərəzi olmadığına görə həmin çəkinin nə qədər olduğunu bilməmişdir. Şəxs onu aldadaraq həmin narkotik vasitəni ona üç və ya dörd qat bahasına satmışdır. O işlədiyi yerdən 2500-3000 manat əmək haqqı almışdır. O, əsəb və stres keçirirmiş. Belə olanda narkotik vasitə onu sakitləşdirmişdir. Övladının problemlərinə görə əsəb-stress keçirirmiş. Onu saxladıqları yer və vaxtla bağlı bir narazılığı yoxdur. İdarədə olanda artıq hər şeyi hazırlamışlar. Müdafiəçi sonradan gəlmişdir. Vəkil heç ondan “bu narkotik sənə məxsusdur mu?” deyə soruşmamışdır. Ona övladı ilə bağlı təzyiq etmişlər. Bu məsələyə ailəsini də qarışdıracaqlarını demişlər. Ona yüngül formada bir və ya iki dəfə vurmuşlar. Onun yüngül xəsarəti olmuşdur. Həmin xəsarəti o yazdırmamışdır. Ondan xəsarətinin olub-olmadığını soruşanda xəsarətinin olmadığını demişdir. O, istintaq ifadəsində özünü qismən təqsirli bilmişdir. İstintaqdakı ifadəsində yazılanların düzgün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Şıxəli Qurbanov küçəsi ev 20-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 40 A, mənzil 144-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, xeyli müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Təxminən 15 gün əvvəl il əvvəl o, sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Mahur adlı şəxslə tanış olmuş və söhbət əsnasında Mahur onun narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bildiyi üçün onda bəzi vaxtlarda ucuz qiymətə narkotik vasitə qurudulmuş marixuana olduğunu, lazım olarsa ona da ucuz qiymətə narkotik vasitə qurudulmuş marixuana sata biləcəyini demişdir. O, da Mahura ucuz qiymətə onda narkotik vasitə qurudulmuş marixuana olarsa ona xəbər etməyini demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, yaşadığı evdə olduğu zaman Mahur sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq onda ucuz qiymətə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əgər istəyirsə ona deyəcəyi kart nömrəsinə pul göndərdikdən sonra dediyi yerdən gedib həmin narkotik vasitəni götürə biləcəyini demişdir. O, Mahurla bir qədər danışdıqdan sonra ondan 1500 manat müqabilində 1 kq narkotik vasitə almağı ilə bağlı razılığa gəlmişlər. Bundan sonra da o, yaşadığı evin yaxınlığında yerləşən marketlərdən birindən E-manat elektron ödəmə sistemi vasitəsilə Mahurun ona dedyi kart nömrəsinə 1500 manat göndərmişdir. Bundan sonra Mahurla əlaqə saxlayıb ondan alacağı marixuananın 1500 manat pulunu onun kart hesabına göndərdiyini bildirdikdən sonra Mahur mobil telefonuna məkan (konum) göndərərək bir qədər sonra Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, Qızıldaş dairəsinin yaxınlığında yol kənarına bir ədəd sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana qoyacağını, gedib həmin narkotik vasitəni götürməyini bildirmişdir. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gedərək “Qızıldaş dairəsi” adlanan yerin yaxınlığında yol kənarından, yəni Mahurun dediyi yerdən həmin bir ədəd sellofan paketdə olan qara rəngli bağlamadakı qurudulmuş marixuananı götürərək Abşeron rayonu, Saray qəsəbəsi, Loğman Sadiq küçəsində yerləşən, hazırda yaşayış olmayan evinə gətirib evin ikinci mərtəbəsində olan otaqlardan birində saxlamışdır. Bundan sonrakı günlərdə də o, hər gün həmin narkotik vasitədən bir qədər özü istifadə etmək məqsədilə götürərək üzərində saxlayırdı. 02 avqust 2024-cü il tarixdə saat 15:20 dəqiqədə o, Sumqayıt şəhəri, Koroğlu prospekti 69A ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ondan üzərində narkotik vasitə olub- olmadığını soruşmuşlar və varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, polis əməkdaşlarına üzərində öz istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmiş və əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Sonra üstü yoxlanılmış və yoxlama zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 43 manat pul, sağ yan cibindən bir ədəd açar, əynində olan köynəyinin sol döş cibindən isə içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 29,12 qram olduğu görünmüşdür. Sonra həmin kütlə kağız zərfdə qablaşdırılmış, zərfin üzəri o, və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdimədiyi üçün pul və digər əşyalar ona geri qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar olumuş narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona Abşeron rayonu, Saray qəsəbəsi, Loğman Sadiq küçəsində yerləşən, yaşayış olmayan evində də narkotik vasitə saxladığından məlumatlarının olduğunu bildirmişlər. O, da etiraf edərək həmin evində də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra o, və polis əməkdaşları onun narkotik vasitəni saxladığı ünvan 4 ünvanına getmişlər və evdə olan narkotik vasitəni təqdim etməyi təklif olunmuşdur. O, təmirsiz və yaşayış olmayan həmin evinin 2-ci mərtəbəsində yerləşən otaqlardan birində saxladığı həmin 01 ədəd qara rəngli bağlamada olan narkotik vasitə qurudulmuş marixuananın da yerini göstərdikdən sonra həmin bir ədəd bağlamadakı narkotik vasitə də aşkar olunaraq götürülüb qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Həmin vaxtı da o, sorğu zamanı özünə məxsus ünvandan aşkar olunmuş həmin 1 ədəd bağlamada olan narkotik vasitəni də sosial şəbəkədən tanıdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu DİN-in BNMİ-nə aparmışlar və orada ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Göstərmişdir ki, o, polis əməkdaşlarının təkidi və öyrətməsi ilə ilkin təhqiqat araşdırması zamanı verdiyi ifadəsində və videoçəkiliş zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evindən 2 ədəd bükümdə 2 kq 125 qram çəkidə narkotik vasitə aşkar olunaraq götürüldüyünü bildirmişdir. Həmçinin əlavə edir ki, polis əməkdaşları onların ona başa saldıqları kimi desə işinin yüngül olacağına söz verdikləri üçün o, həmin narkotik vasitəni də İran İslam Respublikasının vətəndaşı Mahur adlı şəxsin vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, “Qızıldaş dairəsi” adlanan yerin yaxınlığında yol kənarından götürüb deyiləcək yerlərə çatdırıb qarşılığında “Humeyra-40” adlı dərmanlar əldə etmək məqsədilə götürdüyünü, Mahuru təxminən 4 il olar ki, tanıdığını, bundan əvvəl də Mahurun narkotik vasitəsinin dövriyyəsini təşkil etdiyini, həmin narkotik vasitələri də Mahurun dediyi ünvanlara çatdırdığını, hazırda aşkar olunan narkotik vasitəni də 4-5 gün əvvəl Mahurun dediyi yerdən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, “Qızıldaş dairəsi” adlanan yerin yaxınlığında yol kənarından götürüb onun dediyi yerlərə çatdıraraq bunun müqabilində “Humeyra 40” dərmanları aldığını bildirmişdir. Çünki, polis əməkdaşları ona dedikləri kimi ifadə verməsə və videoçəkiliş zamanı dediklərini söyləməsə onu daha artıq çəkidə narkotik vasitə saxlamaqla sənədləşdirəcəklərini bildirmişlər. Əslində isə yuxarıda qeyd etdiyi kimi o, təxminən 15 gün əvvəl sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Mahur" adlı şəxsdən həmin bir ədəd bağlamadakı 1 kq çəkidə narkotik vasitəni öz istifadəsi üçün 1500 manat müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, “Qızıldaş dairəsi” adlanan yerin yaxınlığında yol kənarından götürüb əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ona görə də əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 -ci maddəsinə tövsif olunmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis baş leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, 02 avqust 2024-cü ildə saat 13 radələrində xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, Şıxəli Qurbanov küçəsi ev 20-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 40 A, mənzil 144-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 1 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis mayoru Şahid4 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 02 avqust 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs həmin gün saat 15:20 radələrində Sumqayıt şəhəri, Koroğlu prospekti 69 A ünvanının yaxınlığında piyada hərəkət edən zaman müəyyən edilərək saxlanılmışdır. Onlar videoçəkilişlə özlərini həmin şəxsə təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün üstünü yoxlayacaqlarını bildirib, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, predmert varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etdmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bir ədəd sellofanda olan qurudulmuş marixuana elektron tərəzidə çəkildmiş və qablaşdırma ilə birlikdə 29,12 qram çəkidə olduğu məlum olmuşdur. Bundan sonra həmin kütlə kağız zərfdə qablaşdırılmış və zərfin üzəri proses iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığından məlumatlarının olduğunu və yaşadığı evə də baxış keçirmək istədiklərini bildirərək etirazının olub-olmadığını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını etiraf edib həmin narkotik vasitəni də təqdim edə biləcəyini və yaşadığı evə baxış keçirilməsinə də heç bir etirazının olmadığını bildirmişdir. Ona görə də proses iştirakçıları birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Loğman Sadiq küçəsində yerləşən 37 a nömrəli evinə getmişlər və evin qarşısında Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitələri təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs təmirsiz və yaşayış olmayan həmin evinin 2-ci mərtəbəsində yerləşən otaqlardan birində karton qutunu göstərərək gizlətdiyi narkotik vasitənin həmin karton qutuda olduğunu bildirmişdir. Baxış zamanı həmin qutunun içərisindən 02 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə də aşkar olunmuş və sonra qurudulmuş marixuanaya bənzər həmin kütlələr elektron tərəzidə çəkilmişdir, qablaşdırma ilə birlikdə həmin bağlamaların ümumi çəkisinin 2125 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş həmin 2 ədəd bağlamada olan narkotik vasitələr də qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd bağlamada olan narkotik vasitəni təxminən 4 il əvvəl İran İslam Respublikasında olduğu zaman orada tanış olduğu “Mahur” adlı şəxsin vasitəsi ilə təxminən 4-5 gün əvvəl Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən götürüb deyiləcək yerlərə çatdırıb qarşılığında “Humeyra 40” dərmanı əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Müvafiq tədbirlərin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri əldə etdiyi İran İslam Respublikaçı olan “Mahur” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən olunması barədə heç bir müsbət nəticə əldə edilməmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində üzərindən və Abşeron rayonu, Saray qəsəbəsi, Loğman Sadiq küçəsində yerləşən evindən aşkar olunaraq götürülmüş narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanıdığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Mahur" adlı şəxsdən öz istifadəsi üçün 1500 manat müqabilində əldə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə 29,12 qram çəkidə olsa da Abşeron rayonu, Saray qəsəbəsi, Loğman Sadiq küçəsində yerləşən evindən aşkar olunaraq götürülmüş narkotik vasitənin 2 ədəd bağlamada 2 kq 125 qram çəkidə yox, bir ədəd bağlamada 1 kq çəkidə olduğunu, polis əməkdaşlarının təkidi və öyrətməsi ilə ilkin təhqiqat araşdırması zamanı verdiyi ifadəsində və videoçəkiliş zamanı yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitənin 2 kq 125 qram çəkidə olduğunu dediyini, əks halda polis əməkdaşlarının onu daha artıq çəkidə narkotik vasitə saxlamaqla sənədləşdirəcəklərini, ümumiyyətlə heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirməsi doğru deyil. O, bu cür ifadə verməklə özünü müdafiə etmək istəyir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Şahid2, Şahid3 və istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid4 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina:40A, mənzil:144 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 7 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi bildirilir. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina:40A, mənzil:144 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1978-ci il ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina:40A, mənzil:144 ünvanında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 7 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 02 avqust 2024-cü il tarixdə, saat:15:20 dəqiqədə Sumqayıt şəhəri, Koroğlu prospekti 69A ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış üzərindən 1 bükümdə qurudulmuş marixuanaya, yaşadığı evə baxış keçirilən zaman isə 2 bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə və 1 ədəd qutuda qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2- 7/1269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzəri skoçla bağlanmış ağ rəngli sellofan bükülüdə təmiz çəkisi - 26,22 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd qəhvəyi rəngli karton qutuda 2 (iki) ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1035,0 qram, 995,0 qram ümumi çəkisi 2030 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 2056,22 qramdır və tərkiblərinə görə eynidirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli «1767» №li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli «5857» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli 2533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir, o, qeyd olunan cinayəti törədərkən hərəkətini idarə etmək iqtidarında olmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 15:25-dən saat 15:32-yə kimi olan müddət ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilərək şübhəli şəxsin üstü yoxlanılmışdır. Diskə baxış zamanı müəyyən edilmişdir ki, 02 avqust 2024-cü il tarixdə saat 15:20-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda, həmçinin ünvan 8 ünvanında külli miqdarda narkotik vasitə gizlətməkdə şübhəli bilinərək Sumqayıt şəhəri, Koroğlu prospekti 69 A ünvanının yaxınlığında saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ondan üzərində narkotik vasitə olub olmadığını soruşmuşlar və varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 43 manat pul, sağ yan cibindən bir ədəd açar, əynində olan köynəyinin sol döş cibindən isə içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 29,12 qram olduğu məlum olmuşdur. Sonra həmin kütlə kağız zərfdə qablaşdırılmış, zərfin üzəri proses iştirakçıları tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdmədiyi üçün pul və digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığından məlumatlarının olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs etiraf edərək yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni də təqdim edə biləcəyini və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:29-dan saat 16:43-ə kimi olan müddət ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 1 ünvanına baxış keçirilməsi haqqında protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Təqsirləndirilən şəxs sonuncuya məxsus ünvan 4 ünvana getmişlər və Təqsirləndirilən şəxs evdə olan narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təmirsiz və yaşayış olmayan həmin evinin 2ci mərtəbəsində yerləşən otaqlardan birində gizlətdiyi karton qutunu göstərərək narkotik vasitənin həmin karton qutuda olduğunu bildirmişdir. Baxış zamanı həmin qutunun içərisindən 02 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, sonra qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 2 kq 125 qram olduğu görünmüşdür. Daha sonra aşkar olunmuş həmin 2 ədəd bağlamada olan narkotik vasitələr də qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd bağlamada olan narkotik vasitəni təxminən 4 il əvvəl İran İslam Respublikasında olduğu zaman orada tanış olduğu “Mahur” adlı şəxsin vasitəsi ilə təxminən 4-5 gün əvvəl Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindən götürüb deyiləcək yerlərə çatdırıb qarşılığında “Humeyra 40” dərmanı əldə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 5(012)-994/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə əlaqələrinin və olduğu yerlərin dəqiqləşdirilməsi məqsədi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə daxıl olan və çıxan zənglərin və mesajların siyahısını, mesajların mətnlərini, nömrə sahiblərinin adı, atasının adı və soyadı, onların ünvanlarını, həmin nömrələrin anten əhatə dairəsinin müəyən edilib “Azercell Telecom" MMC-dən götürülməsinə icazə verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 5(012)-993/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə əlaqələrinin və olduğu yerlərin dəqiqləşdirilməsi məqsədi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə daxıl olan və çıxan zənglərin və mesajların siyahısını, mesajların mətnlərini, nömrə sahiblərinin adı, atasının adı və soyadı, onların ünvanlarını, həmin nömrələrin anten əhatə dairəsinin müəyən edilib "xxxx" MMC-dən götürülməsinə icazə verilməsi qərara alınmışdır. "xxxx" MMC-dən verilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, həmin diskdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. “Samsunq” markalı mobil telefona baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, üçün əhəmiyyət kəsb edən hər hansı bor məlumat əldə edilməmişdir. Elektron Məhkəmə İnfosmasiya Sistemində olan qohumluq məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarında olan xəstəliklə bağlı sənədlərdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu Hüseyn Vəlizadə MS (demielinizan xəstəlik) xəstəliyindən əziyyət çəkir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-584/2024 saylı qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina:40A, mənzil:144 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 7 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq onun üzərinə video çəkilişlə şəxsi axtarış və bundan sonra yaşadığı evə baxış istintaq hərəkətləri keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və evə baxış zamanı evindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüş, narkotik vasitə materialları məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə video çəkilişlə şəxsi axtarış və evə baxış istintaq hərəkəti keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi təsir və təzyiqlərə məruz qaldığını bildirsə də qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tibb ekspertizasının yuxarıda araşdırılmış rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Həmçinin psixi təsirə məruz qaldığını bildirsə də, məhkəmə istintaqı zamanı psixi təsirə dəlalət edən hər hansı bir hal müəyyən edilməmiş, həmçinin müdafiə tərəfi bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 yetkinlik yaşına çatmamış övladının olmasını, övladının xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yügülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-584/2024 saylı qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və yarımtikili evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 2056,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 72 (yetrmiş iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yarımtikili evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2056,07 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar