Məhkəmə qərarları › İş №1(124)-271/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-271/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-271/2022 24.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 16A/37, mənzil 11-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi (46-cı Məhəllə), ev 246da yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ və İİ siyahısı ilə müəyyən edilmiş 2 ədəd şəffaf rəngli polietilen bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 20,545 qram, 10,698 qram, ümumi təmiz çəkisi 31,243 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini, 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,150 qram ağ rəngli, kristall şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamini və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzini daşıyaraq üzərində saxlamış, 10 noyabr 2021-ci il tarixdə saat 20:25-də Sumqayıt şəhər polis idarəsinin X2 əməkdaşları tərəfindən Sumqayıt şəhəri 76-cı məhəllə yaşadığı 246 saylı evin qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli üzərində “Original charger” sözləri yazılmış qabın içərisində saxladığı 2 ədəd şəffaf rəngli polietilen bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 20,545 qram, 10,698 qram, ümumi təmiz çəkisi 31,243 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,150 qram ağ rəngli, kristall şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamin və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir, əsasən narkotik vasitə olan heroin və psxiotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20 radələrində bazardan evə qayıdanda 4 nəfər polis əməkdaşı yaşadığı evin hasarından tullanaraq həyətə daxil olmuşlar. Orada üzərinə və evin içinə baxış keçirmişlər. Lakin nə üzərində, nə də evdə narkotik vasitə tapmamışlar. Həmin vaxt həyətdə anası və atası olmuşdur. Bundan sonra onu polis idarəsinə aparmışlar. Orada videoçəkiliş aparılmışdır. Onu şantaj edərək üzərinə narkotik vasitə qoymuşlar. Halbuki həmin miqdarda narkotik vasitə almağa onun imkanı olmamışdır. Polis idarəsində olarkən vəkilə həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, lakin nəticəsi olmamışdır. Həmin video çəkiliş tutulduğundan bir neçə saat sonra çəkilmişdir. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Müxtəlif işlərdə işləyərək ailəsini dolandırır, xəstə və yaşlı valideynləri onun himayəsindədir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə üsuludur. Onun göstərdiyi hallar araşdırılsa da hər hansı digər sübutlarla təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi isə məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid - Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Şəmsi adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 20:25-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən 246 saylı yaşayış evinin qarşısında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Polis İdarəsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla hüquqlarının müafiəsini təmin edəcək vəkili X5 təqdim olunmuşdur. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin cibindən külli miqdarda narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmiş, hər hansı qaydada təsir göstərilməmiş, onun yaşadığı evə və evin həyətinə daxil olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri X9, X8 və Şahid4 ifadələrində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid kimi dindirilmiş X3 göstərdi ki, Təqsirləndirilən şəxs anasıdır, Şəmsi onlarla birlikdə həyət evində yaşayır. xx.xx.2021-cu il tarixdə Şəmsini bazara göndərmişdir. Səs-küyə evdən çölə çıxdıqda görmüşdür ki, evin həyətində Şəmsi uca səslə qışqırır və polis əməkdaşları onu döyürlər. Şəmsini polislərdən aralamışdır. Sonra polis əməkdaşları evə daxil olmuş, evdə baxış keçirilən zaman polis əməkdaşları Şəmsinin mobil telefonunu götürmüşlər. Polislər evdə heç nə tapmamış, Şəmsini polis idarəsinə aparmışlar. Şəmsi çöldə olmuş, həyətə girəndə polislər onunla birlikdə həyətə daxil olmuşlar. Müdafiə tərəfinin vəsatəti əsasında şahid kimi dindirilmiş Əşrəfov Şahmar Şəmiddin oğlu arvadı X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 20) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-604/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesab edilmişdir. (i.v.83-85) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” və “Şəxsi axtarış keçirilməsi haqqında” protokollardan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Şəmsi adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 20:25-də Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən 246 saylı yaşayış evinin qarşısında müəyyən olunaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və orada xidməti otaqların birində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X5 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiaz etmir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. O da əynində olan qırmızı rəngli gödəkcənin sol iç cibindən bir ədəd göy rəngli mobil telefon üçün enerji daşıyıcısı qabını və bir ədəd qara rəngli elektron tərəzini çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Həmin qabın içrəsinə baxış keçirdikdə içərisindən hər biri şəffaf rəngli sellofana bükülmüş üç ayrı-ayrı büküm aşkar edilir. Həmin bükümlər ayrı-ayrılıqda açıldıqda, onlardan 2 bükümün hər birinin içrəsindən narkotik vasitə olan heroin, digər 1 bükümün içərsindən isə psixotrop maddə olan metamfetamin müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar olunan heroini və metamfetamini tutulmamışdan bir neçə saat əvvəl tanımadığı İİR-nın vətəndaşı Fərhad adlı şəxslə əvvəlcədən telefonla danışaraq sonucunun kart hesabına 300 (üç yüz) manat pul yükləyəcəyi vədi altında sifariş əsasında Sumyayıt şəhəri ərazisində yerə atıldıqdan sonra şəxsi istifadəsi üçün gedib götürmüş və üzərində saxlamışdır. Ondan aşkar edilmiş bir ədəd elektron tərəzini isə aldığı narkotik vasitələri çəkisini çəkmək məqsədilə almış və özünə məxsusdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş üç büküm ayrı-ayrılıqda içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, iki bükümdən 1-ci bükümün içərisindəki heroinlə birlikdə 11,42 qram, 2-ci bükümün içərisindəki heroinlə birlikdə çəkisinin 23,29 qram olduğu, bir büküm içərisindəki metamfetaminlə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəksinin 3,39 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş üç ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş 3 büküm və bir ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun üzərindən ona məxsus bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aşkar edilərək götürülür. Bundan əlavə Təqsirləndirilən şəxsnın üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmir. Bundan sonra videoçəkiliş dayandırılır. 9İ.V. 29-30, 111-113) İş materiallarında olan, məhkəmə iclasında da nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 113) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/4990 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 124 sayılı”dairəvi möhür əksi soyadı və imzalar qeyd edilmiş bir ədəd kağız paketi içərisində bir bir ədəd bükümdə təmiz çəkisi 3,150 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, digər iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 20,545 qram,10,698 qram ümumi təmiz çəkisi 31,243 qram olan qəhvəyi maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 31,243 qram, tədqiqata sərf olundu 0,1 qram, tədqiqatdan sonra qalıq çəkisi 31,143 qram, metamfetaminin təmiz çəkisi 3,150 qram, tədqiqata sərf olundu 0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 3,100 qram). Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmek mümkün olmadı. (i.v. 47-49) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 31,143 qram narkotik vasitə olan heroin, 3,100 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v.94-96, 113, 164-176) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1523 saylı rəyindən görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. (i.v. 91-92) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 769 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu, (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.156-157) İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 12.2009-cu ildən Sumqayıt Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində özünü nizam-intizamlı aparmış, qonşularla narazılığı olmamış, barəsində MKSyə heç bir şikayət daxil olmamışdır. (i.v.143) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2019 saylı, 20 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay 14 (on dörd) gün hissəsi təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2020-ci il tarixdən 06 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılaraq onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müəyyən edilmişdir. (i.v.137-139, 144-151) Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18 fevral 2022-ci il tarixli, 795 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 10 noyabr 2021-ci il tarixə 07 (yeddi) ay 10 (on) gününü çəkmiş, çəkilməmiş cəzası 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün təşkil edir. (i.v.140) Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18 may 2022-ci il tarixli, 21-2/3-1964 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 10 noyabr 2021-ci il tarixə 07 (yeddi) ay 10 (on) gününü çəkmiş, çəkilməmiş cəzası 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün təşkil edir. Onun barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməmişdir. 05 noyabr 2021-ci il tarixə onun çəkilməmiş cəzası 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün təşkil edir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. İşdə əsas sübutlardan biri videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarətdir. Həmin görüntülərdə Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 20:25-də Sumqayıt şəhər polis idarəsinin X2 əməkdaşları tərəfindən Sumqayıt şəhəri 76-cı məhəllə yaşadığı 246 saylı evin qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəgli gödəkçənin sol iç cibindən 1 ədəd göy rəngli üzərində “Original charger” sözləri yazılmış qabın içərisində saxladığı 2 ədəd şəffaf rəngli polietilen bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 20,545 qram, 10,698 qram, ümumi təmiz çəkisi 31,243 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,150 qram ağ rəngli, kristall şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetamin və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülməsi təsdiq edilir. Təqsirləndirilən şəxs üzərindən iki növ narkotik vasitə, yəni ümumi təmiz çəkisi 31,243 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroinin və bir ədəd təmiz çəkisi 3,150 qram qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə olan külli miqdarda metamfetaminin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək ona qarşı edilmiş təsir və təzyiq nəticəsində tutularkən və sonra təqsirini etiraf etməsi barədə göstərdikləri tam, obyektiv və hərtərəfli qaydada, digər sübutlarla müqayisə edilməklə araşdırılmış, amma təsdiq edilməmişdir. Onun polis əməkdaşlarının hasardan və fərdi yaşayış evinin çardağından yaşadığı həyətə daxil olmaları barədə göstərdikləri müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Təqsirləndirilən şəxs valideynləri tərəfindən də təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs valideynləri olan şahidlər Əşrəfov Şahmar Şəmiddin oğlunun və X1 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, evin həyətində yerə yıxılaraq başının daş döşəməyə vurulması və s. barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, onlar təqsirləndirilən şəxsin valideynləridir, onların göstərdikləri başqa sübutlarla təsdiq edilmir və təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Təqsirləndirilən şəxs tutulduqdan sonra yoxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1523 saylı rəyi ilə təsdiq edilmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs döyülməsi və ona xəsarət yetirilməsi ilə bağlı hallar Sumqayıt şəhər prokurorluğunda ayrıca araşdırılmış, təsdiq edilməmişdir. Sumqayıt şəhər prokurorluğunun 20 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, ancaq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi üçün cəmiyyətdən təcrid edilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18 may 2022-ci il tarixli, 21-2/3-1964 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməmişdir. Halbuki onun barəsində bu qərarın 5-ci bəndi tətbiq edilməli idi, çünki onun barəsində amnistiya tətbiq edilməsini istisna edən hallar yoxdur. Bu onun vəziyyətini ağırlaşdırır və barəsində amnistiya aktının tətbiq edilməməsi onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarının pozulmasına səbəb ola bilər. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən müvafiq istisna və məhdudiyyətlər nəzərə alınmaqla, azadlığın məhdudlaşdırılması cəzasının həmin Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 01 (bir) ildən artıq olduqda, çəkilməmiş cəzanın 01 (bir) il azaldılması nəzərdə tutulur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 5 noyabr 2021-ci il tarixə çəkilməmiş hissəsi olan 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddət 01 (bir) il azaldılmaqla onun üzərində 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixədək cəza çəkməsi də nəzərə alınmalı, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 16 (on altı) gün müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 31,143 qram narkotik vasitə olan heroin, 3,100 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilsin və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və 5 noyabr 2021-ci il tarixə çəkilməmiş hissəsi 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün olan azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılsın. Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək cəza çəkməsi nəzərə alınaraq həmin hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 16 (on altı) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 46/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə (07 (yeddi) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla) hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 31,143 qram narkotik vasitə olan heroin, 3,100 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar