Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-271/2024 13.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhər 22 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Xaçmaz rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonu, Aşağıoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin mart-aprel aylarında Xaçmaz rayonu, Sahillər qəsəbəsi ərazisində, Nabran kəndindən Sahillər qəsəbəsinə gedən avtomobil yolundan sol tərəfdə yoldan dörd kilometr aralı məsafədə yerləşən 30x20 metr, yəni 600 kv. metr meşə sahəsində qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 350 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə 29 avqust 2022-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 15 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək olan müddət ərzində əkib yetişdirdiyi çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla onlardan satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi yerdə saxlamış, bu fakt 29 avqust 2022-ci il tarixdə saat 16:25- 19:00 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Sahillər qəsəbəsi ərazisindəki meşə sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 1254 kq olan 350 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, çətənə bitkilərini əkib-yetişdirdiyi yerdə 4190,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlamaqla saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş, yetişdirmiş və onların hissələrini toplamışdır). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, onu kafedən gəlib götürüb aparmışdırlar. Ona rəisin onu çağırdığını bildirmişdirlər. O da getmişdir. Ora gedərkən onu döymüşdürlər. Döyə-döyə təkid etmişdirlər ki, cinayəti boynuna alsın. Narkotik vasitələrin əkildiyi yer guya onundur. Onu istintaq materiallarında qeyd edilən ünvanda saxlamamışdırlar. Döyən şəxsləri də tanımışdır. Avqust ayının 25-dən 29-a kimi polis bölməsində saxlanılmışdır. Həmin dörd günün iki gününü döyülmüşdür. Narkotik vasitə istifadəçisi deyildir. İş materiallarında narkotik vasitənin əkildiyi qeyd olunan ərazini tanımamışdır. Ora girib “nəşə” əkməmişdir. Müdafiəçisi olmadığı üçün ona heç bir təsir və təzyiq olmadığını keçən məhkəmə iclasında söyləmişdir. Həm də hazırlıq iclasında bir qədər həyəcanlı olmuşdur. Polis əməkdaşları ona hədə-qorxu gəlmişdirlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyildir. Sahillər kəndi var, həmişə həmin kəndə şəhid ziyarət etməyə getmiş və o yoldan istifadə etmişdir. Bəlkə o yolda onu görübmüşlər. Xaçmazın yüz əlli-iki yüz min əhalisi olduğu halda nə səbəbə məhz onun başına belə bir hadisə gəldiyini açıqlaya bilməmişdir. Başına gələn qanunsuzluqlar barədə hansısa hüquq mühafizə orqanına məlumat verməmişdir. Xudatda polis əməkdaşları ona hədə-qorxu gəldikləri üçün heç bir yerə müraciət etməmişdir. Onu kəndin içərisində saxlamışdırlar. Fərid və Emin adlı şəxslər onu saxlamışdırlar. Meşəlik sahəni polis əməkdaşlarına o göstərməmişdir. Video çəkiliş zamanı narkotik vasitənin, əkilmiş sahənin ona məxsus olmadığını bildirməmişdir. Ona hədə-qorxu gəldikləri üçün video çəkilişdə heç nə bildirməmişdir. Hazırlıq iclası keçirilən zaman da ona hədə-qorxu gəldikləri üçün döyülməyi ilə bağlı həqiqəti bildirməmişdir. İstifadəsində “Nar” mobil operatoruna məxsus mobil nömrə olmuşdur. Mobil telefon nömrəsi yadında qalmamışdır. “***-***-**-**” mobil nömrəsini istifadə etmişdir. Həmin mobil nömrədən çox istifadə etməmiş, yeni almışdır. Yaşadığı evlə ona istinad edilən, narkotik vasitə əkilmiş ərazi arasındakı məsafə təxminən 02 (iki) kilometrdir. Oraya həm avtomobillə, həm də piyada şəkildə getmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, ayın 25dən 29-a kimi ona X11 işgəncə vermişdirlər. X11 dörd gün qalmışdır. 29-u polis əməkdaşları onu narkotik vasitə əkilən əraziyə aparmış, oradan da Xaçmaza gətirmişdirlər. Narkotik vasitə əkilən əraziyə getdikdə mobil telefonla video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı İldə ailə qurmuşdur. İki övladı vardır. Övladlarının biri bir yaş yarım, digərinin dörd yaşı vardır. Aşağıoba kəndində atası və anası da onunla birlikdə yaşayır. O, iki ildən çoxdur narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin oktyabr ayında Aşağıoba kəndi ərazisində olan meşə sahəsində gəzərkən qarşısına 3-4 ədəd çətənə bitkisi çıxmış, o, həmin bitkilərin toxumlarını gələcəkdə özünün istifadəsi üçün əkib yetişdirmək məqsədi ilə yığıb özündə saxlamışdır. 2022-ci ilin mart-aprel aylarında Xaçmaz rayonu Sahillər qəsəbəsi ərazisində meşəlik sahədə həmin toxumları əkib, yetişdirmək üçün münasib yer tapıb, həmin yeri otlardan, kollardan və ağaclardan təmizləmişdir. Düzəltdiyi həmin yer su arxının yanında yerləşmişdir. Həmin yerin baş tərəfində gecələr qalmaq üçün özünə polietilen örtükdən yer hazırlamış, orada qalmaq üçün əvvəlcə hazırladığı yerin hər tərəfi bağlı olmuş, çünki mart-aprel aylarında gecələr hava soyuq olduğu üçün açıq yerdə qalmaq olmamışdır. Ancaq sonradan, yəni iyun-avqust aylarında isə havalar isti olduğu üçün həmin yerin yanında açıq yerdə bir ədəd də yatmaq üçün yer hazırlamışdır. O, meşəlik sahədə düzəltdiyi yerdə, əvvəlcə toxumları kiçik plastmas qablarda əkib yetişdirmiş, bitkilər cücərib böyüdükdən sonra bitkiləri plastmas qablardan çıxarıb torpağa əkməyə başlamışdır. Əldə etdiyi toxumların təxminən 200 ədədini plastmas qablarda əkib yetişdirmiş, qalan hissəsini isə bitkilər aşkar olunan yerə səpmişdir. Bitkilər cücərib böyüdükdən sonra onların diblərini mütəmadi olaraq yumşaldıb su vermiş, diblərinə gübrə vermişdir ki, bitkilər daha tez böyüsün və daha məhsuldar olsun. Həmin bitkiləri gələcəkdə öz istifadəsi üçün marixuana əldə etmək məqsədilə əkmişdir. Bitkilər böyüdükdən sonra 15 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək həmin bitkilərin yetişmiş olanların hissələrini yığıb qurutmaq məqsədi ilə gecələmək üçün hazırladığı yerin yanında, polietilen örtüyün üzərinə sərmişdir. Orada demək olar ki, bir kisə qurudulmuş marixuana olmuşdur. 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Sahillər qəsəbəsi ərazisində olan, çətənə bitkilərini əkdiyi meşə ərazisində olan zaman, 3 nəfər mülki geyimli şəxslər orada onun yanına gəlib onu həmin bitkilərin yanında görmüşdürlər. Həmin şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun həmin bitkiləri əkib yetişdirməyi barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə əməliyyat məlumatı daxil olduğunu bildirmişdirlər. O da orada yalan danışmağın faydasız olduğunu başa düşüb, orada əkilmiş bitkilərin çətənə bitkiləri olduqlarını, həmin bitkiləri özünün öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Bundan sonra narkotik tərkibli bitkiləri əkdiyi meşə ərazisinə biri polis geyimi formasında olmaqla iki nəfər şəxs gəlmişdir. Həmin şaxslər özlərini təqdim etdikdə ona məlum olmuşdur ki, polis geyimində olan şəxs müstəntiqdir, mülki geyimdə olan şəxs isə aqronom mütəxəssisdir. Həmin şəxslər gəldikdən sonra videoçəkilişlə həmin yerə baxış keçirilməsinə başlanmışdır. Baxışın keçirilməsinə həmin yerə gedən cığırın yanından başlanmış və həmin yerdə olan 3 ədəd çətənə bitkisini göstərib həmin bitkiləri də özünün əkib yetişdirdiyini bildirmişdir. O, həmin bitkiləri suyun kənarı olduğu üçün toxumunu səpmiş, ancaq həmin bitkilərin də diblərini yumşaldıb gübrə vermişdir. Suyun kənarı olduğu üçün həmin 3 ədəd bitkiyə digərlərinə nisbətən az miqdarda su vermişdir. Ona görə də bitkilər nisbətən digərlərindən balaca olmuşdur. Daha sonra o, müstəntiqə digər əraziləri də göstərdim. Həmin yerin uzunluğu təxminən 30 metr, eni isə 20 metr olmuşdur. O, həmin yerdə olan, boyu təxminən 1-3 metr aralığında olan bitkiləri göstərib çətənə bitkiləri olduqlarını, bitkilərin diblərini yumşaldıb suvardığını, diblərinə gübrə verdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkiləri göstərib narkotik tərkibli çətənə bitkiləri olduqlarını, diblərinə su verilib yumşaldıldığını, aqrotexniki qaydada qulluq göstərildiyini, gün düşən yerdə əkildiyini bildirmişdir. Bundan sonra ondan həmin yerdə gecələr qalıb-qalmadığı barədə soruşlmuş, o da hərdən gecələr də həmin yerdə qaldığını bildirib gecələr orada qaldığı yeri göstərmişdir. O, həmin yerə gedib polietilen örtükdən hazırladığı yeri polis əməkdaşlarına təqdim etmişdir. Orada olan narıncı və yaşıl rəngli plastmas qabları göstərib həmin qablarla bitkilərə su verdiyini, orada olan dırmığı göstərib bitkilərin diblərini həmin dırmıqla təmizlədiyini, bir cüt çəkməni və bir cüt rezin səndəli isə həmin yerdə olan zaman geyindiyimi bildirmişdir. Həmin əşyalar müstəntiq tərəfindən maddi sübut kimi götürülmüşdür. Bunda sonra orada yerdə, polietilen örtüyün üzərinə qurutma üçün sərdiyi qurudulmuş marixuana aşkar edilmiş və bir ədəd kisədə qablaşdırılıb götürülmüşdür. Daha sonra meşə ərazisində olan bitkilərin çıxarılmasına başlanılmışdır. Bitkilər çox olduğu və həcmi böyük olduğu üçün, videoçəkiliş dayandırılmış və onun iştirakıyla həmin bitkilər tək-tək kökündən çıxırılıb sayılmışdır. Əkib yetişdirdiyi çətənə bitkiləri kökündən çıxarılıb sayıldıqdan sonra ümumilikdə 350 ədəd olması müəyyən edilmiş və həmin bitkilər ümumilikdə 33 ədəd bağlamada qablaşdırılmış və bağlamaların üzəri möhürlənmişdir. Aşkar edilən qurudulmuş marixuana isə 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış və sintetik torbanın üzəri möhürlənmişdir. Daha sonra videoçəkiliş davam etdirilmiş, aşkar edilən bitkilərin sayı, onların qablaşdırılması göstərilmiş, aşkar edilən 350 ədəd çətənə bitkisi kolları 33 ədəd bağlamada və qurudulmuş marixuna isə 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı video çəkiliş dayandırıldıqdan sonra o, öz istifadəsində olan 01 ədəd “Nokia” markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmiş və həmin mobil telefon da polis əməkdaşları tərəfindən götürüldü. Verilən suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı aşkar edilmiş bitkiləri əkib yetişdirməyə ona başqa şəxs və yaxud şəxslər kömək etməmiş, o, həmin bitkiləri tək əkib yetişdirmişdir. Həmin bitkiləri 2022-ci ilin mart-aprel aylarından əkmişdir. Həmin bitkinin qurudulmuş hissələrini 2022-ci ilin avqust ayının 15-dən 20-dək olan müddət ərzində toplamışdır. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik tərkibli bitkiləri əkib, yetişdirməkdə də məqsədi, həmin bitkiləri yetişdirib qurutduqdan sonra, qurudulmuş marixuana hazırlamaq və öz istifadəsi üçün saxlamaq olmuşdur. Polis əməkdaşları onun narkotik tərkibli çətənə bitkiləri əkdiyi yerə baxış keçirən zaman, ona qarşı hər hansı bir qanunsuzluq etməmiş, hüquq pozuntuları etməmişdirlər. Hadisə yerinə baxış keçirilən zaman təqdim etdiyi “Nokia” markalı mobil telefonu özü işlətmişdir, həmin mobil telefon sadə mobil telefon olmuşdur, smartfon olmamışdır. Həmin mobil telefonda atası Məhəmməd Qəribovun adına olan ********* sayı mobil telefon nömrəsini 31 iyul 2020ci il tarixdən istifadə etmişdir. Qeyd etdiyi mobil telefondan və mobil telefon nömrəsindən başqa mobil telefon nömrəsi və mobil telefon istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə X13 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı kəndin yaxınlığındakı meşə massivində narkotik vasitə əkibbecərir. Məlumatla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitə əkilən yerə getmişdirlər. Orada Təqsirləndirilən şəxs özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitə əkilib-becərildiyi aşkar edilmişdir. Müstəntiqin iştirakı ilə sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə əkdiyi ərazidə saxlanmışdır. Təqsirləndirilən şəxs hansısa kafedə saxlamamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hansısa formada təzyiq göstərilməmişdir, o cümlədən hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxsi heç kimi döyməmiş, ümumiyyətlə adam döymək kimi vərdişi də olmamışdır. Kamal nahardan sonra, axşamüstü saxlanılmışdır. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat qeydiyyat işi açılmamışdır. Sadəcə olaraq məlumat olmuş, rəhbərliyə raportla məruzə edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi barədə olmuşdur. Aşkar olunmuş narkotik vasitənin çəkisi yadında deyildir. Aşkar olunanların içərisində qurudulmuş marixuana da olmuşdur. Qurudulmuş marixuana bir ədəd ağ torbada idi. Kamal özü bildirmişdir ki, şəxsi istifadəsi üçün narkotik vasitəni qurudur. Çadır kimi bir yer idi. Onun altında qurutmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Müstəntiq aşkar olunmuş narkotik vasitəni sənədləşdirib ekspertə göndərmişdir. Kamalın narkotik vasitə satması ilə bağlı xüsusatı dəqiqləşdirmək üçün əməliyyat tədbirini davam etdirməmişdir. Kolluğun içərisində çadır, yemək ləvazimatları, su və s. olmuşdur. Yaşamaq üçün nə lazımdırsa, hər şey olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə əkilən ərazinin ona məxsus olmaması ilə bağlı heç bir etiraz etməmişdir. Kamalla heç bir problemi olmamışdır. Hər şey video çəkilişlə də qeydə alınmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ifadə verən polis əməkdaşı tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq olunmuşdur. Polis bölməsində zor tətbiq edilmişdir. Onu davamlı olaraq döyülmüşdürlər. Döyülməyi ilə bağlı harasa şikayət etməmiş, ekspertizadan keçməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. 2022-ci ilin avqust ayının axırlarında hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs orada narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olurdu ki, biz də bu xüsusatı müəyyən etmişdirlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs kafedə saxlanmamışdır. Kamalı Xaçmaz rayonu, Sahillər kəndi, meşə zolağında saxlamışdırlar. Kamala hər hansısa formada işgəncə verilməmişdir. Kənddən meşə zolağına kimi təxminən 300-400 metrlik məsafə vardır. Təqsirləndirilən şəxsin bildirdiyi kimi ona təzyiq olunmamışdır. Əməliyyat tədbiri 2022-ci ilin avqust ayının axırı, günün ikinci yarısında keçirilmişdir. Günün ikinci yarısı dedikdə, təxminən saat 16-17 radələrini nəzərdə tuturam. Həmin əməliyyat tədbirindən sonra bir çox tədbirdə iştirak etdiyim üçün dəqiq tarix deyə bilməyəcəkdir. Əməliyyat məlumatı Xaçmaz Rayon Polis Şöbəsinin X12 Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Səxavət Abbasova daxil olmuşdur. Məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Səxavət Abbasov, Şahid2, Şahid4 və müstəntiq Mətləb İsmayılov daxil olmuşdurlar. Müstəntiq də dərhal əməliyyat qrupuna daxil edilmişdir. Narkotik vasitə əkilən ərazidən həmçinin qurudulmuş marixuana aşkar etmişdirlər. Qurudulmuş marixuananın dəqiq çəkisi yadında deyildir, ancaq bir torba qurudulmuş marixuana var idi. Qurudulmuş marixuana torbaya yığılmış vəziyyətdə olmuşdur. Hadisə yerindən qeyd etdiklərimdən başqa, narkotik vasitəyə qulluq üçün nəzərdə tutulmuş, gübrəyə oxşar dərman preparatları aşkar etmişdirlər. Tədbirin üzərindən xeyli müddət keçdiyindən daha nələrin aşkar olunduğu yadına deyildir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, hazırda ifadə verən polis əməkdaşı ona fiziki və psixi zor tətbiq etmişdir. Onu polis bölməsində döymüşdür. Ən çox baş nahiyəsinə təpiklə və dəyənəklə zərbə endirmişdir. Onu üç nəfər polis əməkdaşı döymüşdür. Onu bayaq ifadə verən polis əməkdaşı bunlara nisbətdə az döymüşdür. Onu ən çox döyən Fərid və “İlham” adlı polis əməkdaşı olmuşdur. Məni narkotik vasitəni boynuna almaq üçün döymüşdürlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının axırı idi. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz rayonu, Sahillər kəndi, meşə massivinə getmişdirlər. Meşə massivinə gedən zaman Kamalın orada olduğunu müəyyən etmişdirlər. Orada külli miqdarda əkilmiş narkotik vasitə olmuşdur. Həm qurudulmuş şəkildə narkotik vasitə, həm də kol olmuşdur. Kollar torpaqda olmuş, kökündən çıxarılmamışdır. Kamalı əvvəllər qonşu kənd sakini kimi tanımışdır. Ədavət və ya düşmənçilik münasibəti olmamışdır. Kamalın narkotik vasitələrlə əlaqəsinin olmasından da məlumatsız olmuşdur. Kamalla münasibəti normal qaydada olmuşdur. Ona qarşı hər hansı formada təzyiq göstərilməmişdir. Onlar meşə massivinə gedən zaman Təqsirləndirilən şəxs orada olmuşdur. Təqsirləndirilən şəxs kafedə saxlanmamışdır. Əməliyyat tədbirinin keçirildiyi saat dəqiq yadında deyildir, ancaq günün ikinci yarısı olmuşdur. Saat təxminən 3-4 arası olmuşdur. Video çəkilişə kimi Təqsirləndirilən şəxs yanında olmuşdur. Elə həmin gün video çəkiliş olmuşdur. Şəxsin saxlanması ilə video çəkiliş arasında çox az müddət olmuşdur. Təqsirləndirilən şəxs video çəkilişdə hər şeyi etiraf etmişdir. Kamal saxlanandan sonra video çəkilişə kimi ona qarşı hansısa təzyiq olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ifadə verən polis əməkdaşı onu döyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xaçmaz Rayon Polis Şöbəsinin X12 əməkdaşları onu polis bölməsinə dəvət etmişdirlər. Xaçmaz rayonu, Sahillər kəndi var. Həmin yerə getmişdirlər. Kamal da orada olmuşdur. Meşənin ərazisinə onun tərəfindən baxış keçirilmişdir. 320 ədəd çətənə kolları aşkar olunmuşdur. Boyları iki metr-iki metr yarım olmuş, üç metrə kimi də çatanları var idi. Həmin kollara aqrotexniki qulluq olunmuşdur. Yer də günəş işığı düşən yer olmuş, ətrafından su da keçirmişdir. Meşə massivində olan zaman Təqsirləndirilən şəxs hansısa müqavimətini, mənfi davranışını görməmişdir. Onunla gedəndə polis əməkdaşları tərəfindən Kamala hansısa formada təzyiq göstərilməsinin şahidi olmamışdır. Video çəkilişin dayandırılması, daha sonra yenidən davam etdirilməsi kimi hallar olmamışdır. Bitkilərin boyu iki metr-iki metr yarım-üç metr olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini də təsdiq etmişdir. Hadisə yerinə X12 əməkdaşları Səxavət Abbasov, Şahid2 və Şahid3la birlikdə getmişdir. Meşəbəyinin orada olub-olmamasını hazırda dəqiq xatırlamamışdır. Nahar vaxtı onu polis bölməsinə çağırmışdırlar. Günortadan sonra da hadisə yerinə getmişdirlər. Onun yanında şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməmişdir. Onu polis bölməsinə çağırdıqdan sonra taksiylə polis bölməsinə gəlmişdir. Bölmədən də polis əməkdaşları ilə birlikdə meşə massivinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, avqust ayının 25-i Kamal səhər evdən çıxmışdır. Həmin gün Kamalın işi olmamışdır. Günorta təxminən saat 12-1 radələrində əri özü ona zəng etmişdir ki, narahat olmayın polis bölməsindədir. Bundan sonra bir həftə orada qalmışdır. Sentyabrın biri buraxılmışdır. Evə gələndə də döyülmüşdür. Yanları gömgöy olmuşdur. Təxminən bir həftə sidiyə qan getmişdir. İbtidai istintaq zamanı ondan Kamalın ona zəng etməsi, nə barədə danışmaqları barədə soruşmamışdırlar. “***-***-**-**” mobil nömrəsi onun istifadəsində olmuşdur. Mobil nömrə əri Kamalın adına olmuşdur. “***-***-**-**” mobil nömrəsi də onun adına olmuşdur. Əvvəlcə bir nömrə almış, daha sonra onu başqa şəxslər narahat etdiyi üçün mobil nömrəni dəyişərək yenisindən istifadə etməyə başlamışdır. İbtidai istintaqda ifadə verən zaman onun qarşısına hazır yazılmış sənədləri gətirib qoymuşdurlar. O, sadəcə olaraq həmin sənədlərə imza atmışdır. Ərini döyən şəxslərin adını ərindən eşitmişdir. Həmin adlardan “Səxavət” və “İlham” yadındadır. Kamalı o qədər qorxutmuşdurlar ki, Kamala qarşı olan qanunsuzluqlarla bağlı harasa müraciət etməmişdirlər. İbtidai istintaqda müstəntiq Şəhriyarın yanında olan zaman sonuncuya Təqsirləndirilən şəxs qarşı edilmiş qanunsuz hərəkətlər barədə məlumat vermişdir. Avqustun 25-i günorta saat 12-1 radələrində Kamal özü mənə zəng edərək demişdir ki, Xudatda bölmənin qarşısındadır. Bundan sonra Kamala zəng çatmamışdır. Kamal üçün polis bölməsinə qaynatası getmiş, orada da ona heç bir məlumat verməmişdirlər. Kamal evə sentyabrın 1-i, axşam saatlarında qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı Kamalla aralarındakı zənglərlə bağlı dindirilmişdır. Belə ki, iki dəfə Kamala zəng edilmişdir. Bir dəfə təsərrüfat işində köməklik, sahədən ot gətirməsi üçün Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onu dəvət etmişdir. Bir dəfə də evinə mebel avadanlığı gətirmiş, onu daşımaq üçün Təqsirləndirilən şəxs zəng etmişdir. Kənddə tarix müəllimi işləmişdir. Kamalı işgüzar insan kimi tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini görməmiş, heç vaxt da eşitməmişdir. Bu barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı Kamala zəng etməyi ilə bağlı dindirilmişdir. Kamala zəng etmiş və onunla məişət xarakterli söhbət edərək hal-əhvalını soruşmuşdur. Təqsirləndirilən şəxsla eyni kənddə yaşamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı Kamalla aralarındakı telefon danışığına görə ifadə vermişdir. Təsərrüfat işlərində köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs zəng etmişdir. Sağ olsun, o da gəlib köməklik edib. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ona hədə-qorxu gəldikləri üçün narkoloji ekspertizadan keçən zaman iki il narkotik vasitə istifadə etdiyini bildirmişdir. X11 polis əməkdaşları onu qorxudaraq, nə bildiriblərsə, ekspertizadan keçən zaman da onu bildirməyimi söyləmişdirlər. Polis Şöbəsinə getmək üçün maddi imkanı olmamış, özlərinə də demişdir. Getmədiyi üçün onu axtarışa verməmişdilər. X10 qorxduğunu qeyd etmişdir. Xaçmaz rayon Polis Şöbəsində ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Video görüntüdəki yer qonşu kənddir. Polis əməkdaşları ona onlar nə deyirlərsə, təsdiqləməyini tapşırdıqları üçün görüntüdə polis əməkdaşlarının söylədiklərini eynilə təsdiq etmişdir. Narkotik vasitənin əkildiyi kəndə odun yığmağa getmişdirlər. İstifadəsində “***-***-**-**” mobil nömrəsi olmuşdur. İstifadəsində başqa mobil nömrə olmamışdır. Sonu “99-12” ilə bitən mobil nömrə hazırda istifadəsində olan mobil nömrəsidir. Qeyd olunan nömrəni tutulandan sonra istifadə etmişdir. Bu səbəbdən bayaq ona məxsus nömrələrin sırasında bu nömrəni qeyd etməmişdir. Onun adına olan, sonu “70-80” ilə bitən mobil nömrəni arvadı üçün götürmüşdür. Sonu “70-80” ilə bitən nömrəni hazırda bacısı istifadə edir. Qərib Qəribov əmisi oğludur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 29 avqust 2022-ci il tarixli qərar Xaçmaz rayon məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, meşə sahəsi Xaçmaz rayonu, Sahillər qəsəbəsi ərazisində yerləşməklə Nabran kəndindən Sahillər qəsəbəsinə gedən avtomobil yolundan sol tərəfdə yoldan dörd kilometr aralı məsafədə yerləşən meşə ərazisi olmuşdur. Nabran kəndindən Sahillər qəsəbəsi gedən avtomobil yolundan sol tərəfə daşlıq yol ilə getdikdən sonra, meşə ərazisində cığırla meşənin içərilərinə doğru getdikdə ağaclarla və sıx kollarla əhatə olunmuş sahənin ağaclardan və otlardan təmizləndiyi müəyyən edilmişdir. Ağaclardan və otlardan təmizlənmiş əraziyə çatmağa 6 metr qalmış cığırın kənarında 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki kollarının olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, onları gələcəkdə marixuana əldə etmək üçün 2022-ci ilin mart-aprel aylarında əkdiyini, diblərini suladığını otlardan təmizlədiyini, mütəmadi olaraq qulluq göstərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkilərə baxaraq çətənə bitkiləri olduqlarını, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, gündüşən yerdə və su arxının kənarında əkildiyini bildirmişdir. Həmin bitkilər baxışda iştirak edən şəxslərin iştirakı ilə kökündən çıxarılmış və 3 ədəd bitki kolları qablaşdırılması üçün götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs orada, içərisində su olan arxı göstərib əkib yetişdirdiyi çətənə bitkilərini sulamaq üçün suyu oradan götürdüyün bildirmişdir. Aşkar olunmuş 3 ədəd bitki kökündən çıxarıldıqdan sonra, Təqsirləndirilən şəxs qarşıda yenə də çətənə bitkiləri əkdiyi yerin olduğunu bildirib polis əməkdaşlarını həmin yerə aparmışdır. Həmin sahədə olan çətənə bitkiləri nizamsız formada əkilmiş, dibləri yumşaldılmaqla su tökülərək qulluq göstərilmiş, kollar gövdəsindən sınmaması üçün yanına basdırılmış çubuqlara iplə bağlanmışdır. Çətənə bitkilərinə oxşar bitkilərin əkildiyi ərazinin kənarında kolluq ərazidə ağac budaqlarından, taxtalardan və qara rəngli polietilen örtükdən gecələmək üçün iki hissəli yataq yeri olmuşdur. Həmin yerin bayır tərəfində istirahət etmək üçün çarpayı, içəri tərəfində isə gecələmək üçün taxtadan düzəldilmiş çarpayı qoyulmuşdur ki, bayır tərəfdəki çarpayının üzərində bir ədəd qırmızı rəngli adyal və bir ədəd qəhvəyi rəngli yastıq, içəri tərəfdəki çarpayının üzərində döşək olmuşdur. İçəri hissədə olan yerin ətrafı tamamilə polietilen örtük ilə bağlanmış, bayır tərəfdəki yerin isə yanları açıq vəziyyətdə olmuşdur. Bundan başqa yataq yerlərinin qarşısında bayır tərəfdə yerdə bir ədəd narıncı rəngli plastmas su qabı, bir ədəd yaşıl rəngli plastmas su qabı, bir ədəd dırmıq, bir cüt çəkmə və bir cüt rezin səndəl gündəlik istifadə olunan əşyalar olmuşdur. Həmin yerin sol tərəfində bir ədəd qara rəngli polietilen örtüyün üzərində, yerə sərilmiş vəziyyətdə spesifik qoxulu, narkotik vasitə qurudulmuş marixuana kütləsi vardır. Təqsirləndirilən şəxs həmin bitki kütləsini əkib yetişdirdiyi çətənə bitkilərinin hissələrini toplayaraq qurudub narkotik vasitə olan qurudulmuş marixuana hazırladığını bildirir. Aşkar olunmuş qurudulmuş bitki kütləsi altındakı qara rəngli polietilen torbaya bükülərək bir ədəd ağ rəngli kisədə qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə çətənə bitkiləri əkilən sahəyə bir daha baxış keçirilmiş və sonuncu baxış zamanı bildirmişdir ki, o, həmin bitkiləri özü əkmişdir, tək əkmişdir, bu işdə ona heç kim köməklik etməmişdir, əkdiyi çətənə bitkilərinin diblərini yumşaldıb mütəmadi olaraq sulamış, diblərinə gübrə vermişdir. Baxışda iştirak edən aqronom Şahid4 də həmin sahədə əkilmiş bitkilərin çətənə bitkiləri olduqlarını, diblərinin yumşaldıldığını, su tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılaraq sayılmışdır. Həmin yerdə əkilmiş bitkilərin sayının çoxluğu və bitkilərin böyüklüyü ilə əlaqədar çıxarılması uzun vaxt tələb etdiyindən videoçəkiliş dayandırılaraq bitkilər çıxarılmağa və sayılmağa başlanmışdır. Bitkilər çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə tək-tək sayılmış, torpaqda əkilmiş bitkilərin 350 ədəd olduqları müəyyən edilmişdir. Bundan sonra videoçəkilişə davam etdirilmiş və qablaşmaların üzəri yazılmaqla möhürlənmişdir. Aşkar olunan 350 ədəd bitki kolları ümumilikdə 33 ədəd bağlamalarda və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə isə 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan 29 avqust 2022-ci il tarixli torpağa və bitkilərə baxış keçirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu Sahillər qəsəbəsində yerləşən meşə ərazisində Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib yetişdirdiyi yerə baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 350 ədəd yaş vəziyyətdə olan bitkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri yumşaldılmış, diblərinə gübrə verilmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Nokia” markalı mobil telefona Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında baxış keçirilmişdir. Mobil telefonun iki sim kart dəstəklədiyi müəyyən edilsə də mobil telefonun içərisində yalnız bir sim kart olması, işlək vəziyyətdə olması aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi mobil telefonda atası Məhəmməd Qəribovun adına olan ********* sayı mobil telefon nömrəsini 31 iyul 2020-ci il tarixdən istifadə etmişdir, mobil telefon sadə telefon olduğundan, yəni smartfon və ya əməliyyat sistemi yazılması mümkün olmayan mobil telefon olduğundan həmin mobil telefonunda heç bir sosial şəbəkə və ani mesajlaşma şəbəkəsi istifadə etmək mümkün deyil, təqdim etdiyi mobil telefondan və mobil telefon nömrəsindən başqa mobil telefon nömrəsi və mobil telefon istifadə etməmişdir. “Azerfon MMC”-dən daxil olmuş disk və həmin diskə baxış keçirilməsi barədə protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayı ərzində Xaçmaz rayonunun əsasən Aşağıoba və Seyidlər kəndi ərazisində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 30 avqust 2022-ci il tarixli, 7/957 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 33 ədəd bağlamada yaş vəziyyətdə, ümumi sayı 350 (üç yüz əlli) ədəd, ümumi çəkisi – 1254 kq bitki nümunələri, əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli - çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Kamal Qəriobvun çətənə bitkilərini əkdiyi yerin yanında qurutduğu bitki kütləsi” yazıları və imza olan ağ rəngli sintetik torbada təmiz çəkisi - 4190,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 09 sentyabr 2022ci il tarixli, 5071 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan 03 avqust 2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq kultivasiya etdiyi 1254 kq çəkidə 350 ədəd narkotik tərkibli çətənə bitkisi kolları və Xaçmaz rayonu, Sahillər qəsəbəsində yerləşən meşə ərazisində hazırlayıb saxladığı 4190,0 qram qurudulmuş marixuana, 29 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu, Sahillər qəsəbəsində yerləşən meşə ərazisinə baxış keçirilən zaman götürülmüş 01 ədəd narıncı rəngli su qabı, 01 ədəd yaşıl rəngli su qabı, 01 cüt çəkmə, 01 cüt rezin səndəl, 01 ədəd dırmıq, 29 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri külli miqdarda kultivsiya ediyi meşə ərazisinə baxış keçirtən zaman aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınmış və 1254 kq çəkidə olan 350 ədəd narkotik tərkibli çətənə bitkisi kollarının ekspertiza tədqiqatından sonra qalıq qalmış 1253998,1qram qalığı, narkotik vasitə 1490,0 qram çəkidə qurudulmuş marixuananın 4189,8 qram qalığı, 01 ədəd narıncı rəngli su qabı, 01 ədəd yaşıl rəngli su qabı, 01 cüt çəkmə, 01 cüt rezin səndəl, 01 ədəd dırmıq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin hadisə yerinə baxış zamanı aşkar edilən çətənə kollarının ona məxsus olmamaqla onun tərəfindən əkilib qulluq göstərilməməsi, ümumiyyətlə belə bir sahədən xəbərsiz olması, həm hadisə yerində, həm də ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi nəticəsində etiraf xarakterli ifadə verməsi barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin arvadı Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə ərinin cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən təqdim edilən 28 yanvar 2023-cü il tarixli, PHŞ-6-43/2- 270/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs olğlu qeyd olunan tibbi müəssisəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayon İHBnin Seyidlikəndyeri kənd İƏD üzrə nümayəndəliyindən Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş 16 may 2023-cü il tarixli, 76 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Aşağıoba kəndində yaşayır. Həmin nümayəndəlikdən təqdim edilmiş 16 may 2023-cü il tarixli, 77 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası-X2, anası-X1, arvadı-Şahid5, qızı - xx.xx.2018-ci il tarixdə doğulmuş X3, oğlu xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ibarət ailə tərkibi vardır. Həmin nümayəndəlikdən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X8 xx.xx.2020-ci il təvəllüdlü, X6 xx.xx.2018-ci təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 avqust 2022ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd narıncı rəngli su qabı, 01 ədəd yaşıl rəngli su qabı, 01 cüt çəkmə, 01 cüt rezin səndəl, 01 ədəd dırmıq, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1253998,1 qram qalıq çətənə bitkisi kolları, 4189,8 qram qalıq qurudulmuş marixuana məhv edilməli, 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 1254 kq çəkidə olan 350 ədəd narkotik tərkibli çətənə bitkisi kollarının ekspertiza tədqiqatından sonra qalıq qalmış 1253998,1qram qalığı, narkotik vasitə 1490,0 qram çəkidə qurudulmuş marixuananın 4189,8 qram qalığı, 01 ədəd narıncı rəngli su qabı, 01 ədəd yaşıl rəngli su qabı, 01 cüt çəkmə, 01 cüt rezin səndəl, 01 ədəd dırmıq məhv edilsin. 02 ədəd diskin cinayət işinin materiallarına saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-271/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-271/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver