Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-272/2023 21.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 Saylı vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs X3 qanuni nümayəndəsi: X4, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və X3 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə, xx.xx.2006-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X8 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmiş, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbiir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. X8 tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında digər tanışı xx.xx.2008-ci il təvəllüdlü Şahid1 Emir oğlunun uşaqlar arasında söyüş söydüyünə görə Zərərçəkmiş şəxs tərəfindən yaşadığı məhəlləyə gəlməsinə icazə vermədiyindən sonuncunu 04 yanvar 2022-ci il tarixdə saat 17 radələrində söhbət etmək üçün Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 9 saylı tam orta məktəbin həyətinə çağırıb orada mübahisə edib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqünə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub yerə yıxaraq sonuncuya başın alın və ənsə nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının, gözaltı və yanaq nahiyələrinin şişkinliyi, qançırı isə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra o, Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməsini cüzi səbəb gətirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib üstündə gəzdirdiyi kəsici-deşici xassəyə malik bıçaqla onun başının ənsə nahiyəsindən, sağ və sol sağrı nahiyələrindən vuraraq ona sağ tərəfli pinemotoksla müşayət olunan döş qəfəsin sağ səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətini xuliqanlıq niyyəti ilə yetirmişdir. Təqsirləndirilən şəxs2 tanışı X8 ilə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında digər tanışı xx.xx.2008-ci il təvəllüdlü Şahid1 Emir oğlunun uşaqlar arasında söyüş söydüyünə görə Zərərçəkmiş şəxs tərəfindən yaşadığı məhəlləyə gəlməsinə icazə vermədiyindən sonuncunu 04 yanvar 2022-ci il tarixdə saat 17 radələrində söhbət etmək üçün Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 9 saylı tam orta məktəbin həyətinə çağırıb orada mübahisə edib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətlərini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında nalayiq ifadələr işlədib yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub yerə yıxaraq sonuncuya başın alın və ənsə nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının, gözaltı və yanaq nahiyələrinin şişkinliyi, qançırı isə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, zərər çəkmiş şəxsi əvvəlcədən tanımamışdır. Xırdalanda 28-ci məhəllə deyilən ərazidə dostunun problemi yarandığından ora söhbətə getmişdir. Söhbət nəticəsində dostunun problemi aradan qaldırılsa da, onunla zərər çəkmiş şəxs arasında problem yaranmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxs X8 bildirmişdir ki, dostunun söhbətinin nə səbəbə yarandığını bilməmişdir, Mehdi söhbətin başlanğıcını təfsilatlı şəkildə bilmişdir. O, görüşə çağırılmamışdır, sadəcə söhbətə dostu ila birlikdə getmişdir. Bıçaq ev bıçağı olmuşdur. Onun üzərində bıçaq olmamışdır. Bıçaq ev bıçağı idi. “Ev bıçağı” deyərkən dırnaq tutan qayçılarda olan bıçağı nəzərdə tutur. O, zərər çəkmiş şəxsə üç bıçaq zərbəsi vurmuşdur. Hadisə zamanı əsəbi olduğundan bir bıçaq zərbəsi deyil, üç bıçaq zərbəsi endirmişdir. Müdafiə tərəfinin suallarına cavab olaraq təqsirləndirilən şəxs X8 bildirmişdir ki, onlar münaqişə edən zaman ətrafda çox saylı tanımadığı şəxslər olmuşdur ki, onlar bilavasitə münaqişədə iştirak etməmişdirlər. Münaqişə elə əvvəlcə Sübhana görə başlamışdır. Söhbət zamanı Mehdi və Sübhanla Şahlar arasındakı problem aradan qaldırıldı, öz aralarında barışıq oldu. Onunla Şahlar arasındakı mübahisə isə söhbət zamanı sözlərinin çəp gəlməsi və onun Şahlara əli ilə zərbə endirməyi səbəbindən yaranmışdır. O, əli ilə Şahlara zərbə endirdikdən sonra Şahlar yerə yıxılmış və ona qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. Münaqişə vaxtı birinci o, Şahları vurmuşdur. O, zərər çəkmiş şəxsi bıçaqla vuran zaman o, ayaqüstdə olmuş, yerə yıxılı vəziyyətdə olmamışdır. O, zərər çəkmiş şəxsi bıçaqlamamışdan qabaq əlbəyaxa dava etmişdir. O, Mehdiylə zərər çəkmiş şəxsin dalaşmasını görməmişdir. Mehdigil aralarındakı söhbəti sözlə həll etmiş və aralarında barışıq olmuşdur. Söhbət zamanı o, Şahlara həmin vaxt balaca uşağı, yəni Sübhanı sıxışdırmamasını, söhbətin bağlandığını və bir daha belə hərəkətlərə yol verməməsini tapşırmışdır. Həmin vaxt Şahar da ona qarşı “yaxşı eləyirəm” məzmunlu ifadə işlətmişdir. Qarşılıqlı şəkildə bu məzmunda ifadələr işlətdikdən sonra o, zərər çəkmiş şəxsi vurmuş, o da onu vurmuşdur. Bundan sonra o, Şahları yerə yıxan zaman o, ona qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. O, bıçağı çıxarmaq üçün Şahlardan bir qədər aralanmışdır. O, aralandıqdan sonra Şahlar ayağa qalxmışdır. O, da ona bıçaqla xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onlar ilk öncə zərər çəkmiş şəxslə söhbət etmiş, problemi yoluna qoymuş və heç bir dava olmamışdır. Lakin Şahların sözü Maqsudla çəp gəlmişdir, bundan sonra Maqsudla Şahlar arasında yaranmış münaqişə zamanı sonuncu yerə yıxılmış və ayağa qalxdıqdan sonra Maqsuda qarşı nalayiq təhqiredici ifadələr işlətmişdir. Maqsud da onu bıçaqlamışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahlarla sözlü mübahisə ona görə yaranmışdır ki, Şahlar Sübhanı məhəlləyə buraxmamış, ona qarşı fiziki təzyiq göstərirmişdir. Şahlar uşağa qarşı məhəlləyə girməməsi üçün nalayiq təhqiredici ifadələr işlətmişdir. O, da Şahlarla ona görə söhbətə getmişdir ki, Sübhan uşaqdır, ona qarşı bu cür hərəkətlərə yol verməsin. Onlar bir məhlədə qalmışdırlar. O, Şahlarla sözlü söhbətini etmiş və o da onunla razılaşaraq Sübhana qarşı bir daha belə yanlış hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Zərər çəkmiş şəxs hazırda əsgərlikdədir. Birinci Maqsud əliylə Şahlara zərbə endirdi. Zərər çəkmiş şəxs nalayiq təhqiredici ifadələr işlətdikdən sonra Maqsud Şahları bıçaqla vurdu. O, hadisə yerinə gələrkən Maqsudun üzərində bıçaq olduğunu bildirmişdir. Hadisə zamanı o, zərər çəkənə yumruqla zərbə endirmişdir. Həmçinin Sübhana şillə vurmuşdur ki, hadisə yerini tərk etsin. Müdafiə tərəfinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahlarla söhbəti məhəlldə etmiş, zərər çəkmiş şəxsə xəsarət yetirmək barədə Maqsudla aralarında əvvəlcədən hər hansı razılaşma olmamışdır. Əksinə Şahlarla sözlü mübahisə edərək problemlərini yoluna qoymuşdur. Şahlar onun ünvanına nalayiq təhqiredici ifadələr işlətmişdir. Birinci Şahlar onu vurduqdan sonra o, Şahları qol nahiyəsindən yumruqla vurmuşdur. Şahlarla aralarındakı mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. O, Şahları yumruqla vurduqdan sonra Maqsud ona bıçaqla zərbə endirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 1 il olar ki, tanıyır. Belə ki, Sübhan onların məhləsinə tez-tez gəlib getmiş, onunla oradan tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 15 radələrində məhlədə olmuş, bu zaman Sübhanın orada azyaşlı uşaqlara yüksək səslə söyüş söydüyünü görüb ona irad bildirmişdir ki, məhlədə söyüş söyməsin belə ki, qonşuların pəncərəsi açıq olur, eşidən olar ayıbdır. Sübhanda ona demişdir ki, daha söyüş söyməyəcəkdir. O da sonuncuya demişdir ki, «bura sənin məhlən deyil, əgər söyüş söysən bir daha səni məhləmizə qoymayacam». Həmin günün səhəri, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində məhləyə düşəndə bu zaman məhlə uşağı ona demişdir ki, «Sübhan yenə gəlmişdi və yenə məhlədə söyüş söyürdü». O da Sübhanı gördükdən sonra ona demişdir ki, «axı mən sənə dünən dedim ki, söyüş söymə yenə niyə söymüsən» və ona bir daha məhləyə gəlməməsini bildirmişdir. Sübhan səbəbini soruşduqda demişdir ki, «sən dünən də söymüsən, bu gündə, ona görə də çıx bizim məhlədən get». Sonuncu da heç nə demədən ona demişdir ki, «daha sizin məhləyə gəlməyəcəm» və çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində dostu Turan ilə birlikdə Xırdalan şəhərində yerləşən H.Əliyev adına parka getmiş, bu zaman parkda Mehdi adlı tanıdığı şəxs onu görüb salamlaşmış və ona demişdir ki, «nəyə görə Sübhanı söyüş söydüyü üçün məhlədən qovmusan». O da demişdir ki, «gəlib məhlədə nalayiq ifadələr işlədir». Mehdidə ona demişdir ki, ona görə onu bağışlasın, daha məhləyə gələndə söyüş söyməyəcək. O da Mehdiyə demişdir ki, «əgər gəlib söyüş söysə daha birdə qoymayacam məhləyə gəlsin». Mehdidə onunla razılaşmış və demişdir ki, «söysə qoymazsan məhləyə». Həmin günün səhəri yəni xx.xx.2022-ci il tarixdə Sübhan yenə də saat təxminən 17 radələrində onların məhləsinə gəlmiş, lakin yenədə söyüş söyməyə başlamışdır. O da sonuncuya irad bildirərək demişdir ki, daha bir də onların məhləsinə gəlməsin. Sübhan da heç nə demədən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində evdə olmuş, bu zaman Mehdi ona “whatsapp” sosial şəbəkəsində SMS yazaraq harda olduğunu soruşmuş, o da evdə olduğun yazmışdır. Bu zaman Mehdi ona demişdir ki, aşağı düşsün və onunla işi vardır. O da dərhal aşağı düşmüş, o, aşağı düşdükdən sonra Mehdiyə məxsus olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış və binanın qarşısında olduğunu demişdir. Mehdidə ona binanın qarşısına deyil, 9 saylı orta məktəbin həyətinə gəlməsini bildirmiş, o da çıxıb məktəbin həyətinə gəlmişdir. Bu zaman o da binaının həyətindən çıxaraq 9 saylı tam orta məktəbin həyətinə gəlmiş, Mehdini, Sübhanı və Maqsudı məktəbin həyətində sağ tərəfdə dayandığını görmüş, Mehdinin yanına yaxınlaşıb onunla görüşmüş, bu zaman Mehdi demişdir ki, «gəlin məktəbin arxasına keçəyin». Mehdi ona demişdir ki, «sən nəyə görə Sübhanı məhlənizə qoymursan, axı mən sənə onu tapşırmışdım». O da demişdir ki, «o söyüş söydü ona görə də məhləyə qoymadım». Elə bunu dedikdən sonra Mehdi sol göz nahiyəsindən bir dəfə yumruq ilə vuraraq ona zərbə endirmiş, sonra isə arxasında olan Maqsud onun sağ və sol sağrı nahiyələrindən bıçaqla vurmuşdur. Bundan sonra onları ayırmışlar və oradan öz məhlələrinə, ondan sonra atası Əflatun gələrək onu xəstəxanaya aparmış, xəstəxanada müayinə olunduqdan sonra əməliyyat olunmuşdur. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahları təxminən 3 il olar ki tanıyır, onunla tanışlıq münasibəti olmuş, aralarında heç bir düşmənçilik və ədavəti olmamış, hərdən Şahlarla görüşüb söhbət etmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində Xırdalan şəhərində yerləşən H.Əliyev parkında Hüseyn adlı şəxslə və yanında 2 nəfər tanımadığım şəxslə əyləşmiş, sonradan onlarla sağollaşıb evimə getnək üçün yola düşmüş, Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin yanından keçərkən görmüşdür ki, Şahlarla Mehdi və Maqsud dava-dalaş edir. Kənardan onlara bir az baxdıqdan sonra çıxıb evinə getmiş, sonradan polis idarəsindən onlara zəng vuraraq polis idarəsinə dəvət edilmiş, o da anası Məhbubə ilə birlikdə polis idarəsinə getmiş, oradan isə Şahlar dava-dalaş etdiyi yerə gedib həmin yeri göstərmişdir. Göstərmişdir ki, hadisə vaxtı yəni xx.xx.2022-ci il tarixdə mən Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin yanından keçədə məktəbin arxa hissəsində Şahlar, Maqsud və Mehdini görmüş, onların dava-dalaş etdiklərini görmüş, lakin Şahları kimin bıçaqla vurmasını görməmişdir. Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq dostudur və münasibətləri həmişə normal olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Mehdi ilə Xırdalan şəhərində görüşmüş, həmin vaxtı Mehdi ona demişdir ki, tanışı Sübhanı Xırdalan şəhərində Şahlar adlı şəxs məhlələrinə qoymur. Bu zaman X15 deyəcəyini bildirmiş, həmin vaxtı Şahlarda Mehdini söyüb təhqir etmişdir. Bundan sonra Mehdi ilə birlikdə Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin həyətinə gəlmiş, həmin vaxtı Mehdi Şahlara zəng vuraraq məktəbin həyətinə dəvət etmişdir. Bir azdan sonra Şahlar onların yanına yaxınlaşmış, həmin vaxtı yanlarında Mehdi, Fərid, Sübhan Maqsud və ondan başqa heç kim olmamış, Şahlar onlara yaxınlaşarkən Mehdi ilə görüşmüş, bu zaman Mehdi ona demişdir ki, “nəyə görə Sübhanı məhlənizə qoymursan”, həmçinin onu nəyə görə təhqir etmişdir. Həmin vaxtı Şahlar demişdir ki, “Mehdi sənin səhvin var, çoxlu səhv hərətlərin vardır”. Elə bunun üstündə Mehdi ilə Şahların arasında mübahisə baş vermiş, mübahisə zamanı Şahlar Mehdini söymüş, bu zaman Mehdi yumruqla Şahların sifətindən vurmuş və belindən tutaraq yerə yıxmış, onlar dava dalaş edərkən Maqsud cibindən bıçağı çıxardaraq Şahların bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmiş, o, dərhal sonuncuları ayırmış, bundan sonra oradan çıxıb getmişlər. Göstərmişdir ki, hadisə vaxtı Şahları vurmamış, orada yalnız yumruqla sifətindən Mehdi, bıçaqla isə Maqsud vurmuşdur. Şahid X10 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onun uşaqlıq dostudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində mən Mehdi ilə Şahların arasında mübahisə olduğunu Mehdidən eşidib onun dediyi Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin həyətinə gəlmiş, həmin vaxtı Mehdi ona demişdir ki, tanışı Sübhanı Xırdalan şəhərində Şahlar adlı şəxs məhlələrinə qoymur. Bu zaman X15 deyəcəyini bildirmiş, həmin vaxtı Şahlarda Mehdini təhqir etmişdir. Bundan sonra Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin həyətinə gəlmiş, həmin vaxtı Mehdi və Ümidi, o cümlədən Sübhanı və Maqsudu orada görmüşdür. Onlarla görüşmüş, həmin vaxtı Mehdi Şahlara zəng vuraraq məktəbin həyətinə dəvət etmiş, bir azdan sonra Şahlar onların yanına yaxınlaşmışdır. Həmin vaxtı yanlarında Mehdi, Ümüd, Sübhan Maqsud və ondan başqa heç olmamış, Şahlar onlara yaxınlaşarkən Mehdi ilə görüşmüş, bu zaman Mehdi ona demişdir ki, nəyə görə Sübhanı məhlənizə qoymursan, həmçinin onu nəyə görə təhqir etmişdir. Həmin vaxtı Şahlar demişdir ki, Mehdi sənin səhvin var, çoxlu səhv hərəkətlərin vardır. Elə bunun üstündə Mehdi ilə Şahların arasında mübahisə baş vermiş, mübahizə zamanı Şahlar Mehdini söymüş, bu zaman Mehdi yumruqla Şahların sifətindən vurmuş və belindən tutaraq yerə yıxmışdır. Onlar dava dalaş edərkən yanlarında olan Yusifov Maqsud cibindən bıçağı çıxardaraq Şahların bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirmiş, o, isə sonuncuları ayırmış, sonra onlar oradan çıxıb evlərinə getmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan 04 yanvar 2022-ci il tarilxi raportdan görünür ki, X11 oğlu 18 yaşlı Şahların 101-15 nəfər tərəfindən döyülüb və 2 bıçaq yarası alması barədə DİN-nn 102 xidmətinə məlumat vermişdir Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “baxış keçirilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 9 saylı orta məktəbin həyətidir. Baxış keçirilən zaman hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “baxış və götürmə haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd boz rəngli şalvar və bir ədəd qırmızı rəngli gödəkçəni təqdim etmişdir. Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 08 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ tərəfli pinemotoksla müşayət olunan döş qəfəsin sağ səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, başın ənsə nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən, başın alın və ənsə nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən, sol gözün alt qapağının, gözaltı və yanaq nahiyələrinin şişkinliyi, qançırı isə küt əşyanın təsirindən onun akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasına daxil olduğu və qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmişdirlər və dərəcəsinə görə xəsarətlərdən döş qəfəsin sağ yan səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, başın ənsə nahiyəsinin, sağ və sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, başın alın və ənsə nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının, gözaltı və yanaq nahiyələrinin şişkinliyi, qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən başın ənsə nahiyəsindəki, döş qəfəsindəki və hər iki sağrı nahiyələrindəki deşilmiş-kəsilmiş yaralar qərarın təsviri hissəsində göstərilən şəraitdə, başqa şəxs (şəxslər) tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən, başın alın və ənsə nahiyələrindəki sıyrıqların bərk küt əşya ilə, sağ gözün alt qapağının, gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı isə yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 679 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. Cinayət işi üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 635 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 164-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qol tikişindən başlayaraq sağ yan tikişi boyunca aşağıya doğru cırılma zədəsi aşkar olundu. Bu cırılma, küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 205/2022 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B /İİİ/-dür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərindəki zəif intensivlikdə olan insan qan ləkəsi aşkar edildi. Bu ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutinləri alınmadığı üçün onun qan qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 alınmış xx.xx.2022-ci il tarixli, 995 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməllərinin faktiki xaraktkerini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Müafinə zamanı Təqsirləndirilən şəxs2 hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlaməçtləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarına uyğun olaraq hadisə zamanı yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranıhlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 alınmış xx.xx.2022-ci il tarixli, 1114 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, X5 hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmədi. X8 cinayət əməlini törədərkən öz əməllərinin faktiki xaraktkerini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də X8 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. X3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Müafinə zamanı X5 hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi, X3 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. X8 əqliintellektual imkanlarına uyğun olaraq hadisə zamanı yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranıhlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. X8 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan 03 oktyabr 2022-ci il tarixli “Əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndiriləməsi haqqında” qərardan görünür ki, cinayət işinin istintaqı zamanı götürülmüş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar və bir ədəd qırmızı rəngli gödəkçə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Abşeron Pİ-nin saxlanc ambarına anbarına təhfil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Məhkəmə, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş CM-in 221.3 və 221.2.1-ci maddələri ilə əhatə olunan ittihamını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları baxımından da şərh etməyi və həmin qərarlara əsasən qiymətləndirməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, X8 açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsi vuraraq onlara xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək yumruqla zərərçəkmiş şəxsi vuraraq ona xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Buna görə də, məhkəmə CM-in 221.3-cü maddəsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi təfsirlərində göstərilənləri rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 əməllərində CM-in 126.2.4 və 221.3-cü maddələrinin tərkib əlamətləri, Təqsirləndirilən şəxs2 əməllərində CMin 221.2.1-ci maddəsinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X3 qəsdən Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır, CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlər isə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər – az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X3 qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırlıması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxsin sağlamlığına ağır bədən xəsarəti yetirməsini zərərçəkmiş şəxsin ona qarşı nalayıq ifadələr istifadə etməsi ilə əlaqələndirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla törədilmiş cinayətə görə təyin ediləcək cəzanın yüngülləşdirilməsinə yönələn cəhddir. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X12 tərəfində verilmiş notarial qaydada təsdiq edilmiş ərizə ilə müəyyən edilmişdir ki, ona dəymiş ziyan X9 tərəfindən ödənilmişdir. Heç bir şikayəti yoxdur və gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaq. Məhkəmə, təqsirləndirilən şəxs X8 barəsində cinayətin yetkinlik yaşına çatayan şəxs tərəfindən törədilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi təqsirləndirilən şəxs X7 hansı növ cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə kollegiyası X8 barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışmalarını, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxs X1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırılmaqla onu azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarından görünür ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş yeni ittiham üzrə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarix, saat 16:30-dan heblanmışdır. Təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun 04 avqust 2023cü il tarixdən həbsdə saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X8 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, X3 06 aprel 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 1 (bir) il 3 ( üç) ay 28 (iyirmi səkkiz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs X7 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cinayətin yetkinlik yaşına çatayan şəxs tərəfindən törədilməsini və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılmalıaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan: zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar və bir ədəd qırmızı rəngli gödəkçə sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə X7 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 06 aprel 2022-ci il tarixdən 04 avqust 2023-cü il tarixədək ev dustaqlığında saxlandığı 1 (bir) il 3 ( üç) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, onun hal hazırda həbsdə saxlanması nəzərə alınsın. X8 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin Cəza çəkmə müddətinin başlanğıcı 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 3(üç) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 6(altı) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli şalvar və bir ədəd qırmızı rəngli gödəkçə sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti X7 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-272/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-272/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver