Məhkəmə qərarları › İş №1(124)-272/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-272/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-272/2024 20.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Qusar rayonu, Çiləgir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Qusar rayonu, Çiləgir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində CM) 188.4.1 və 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsini özünə məxsus restoranda genişləndirmə işləri aparan zaman torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid əlavə torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparmaqla zərərçəkmiş şəxsin topraq üzərində mülkiyyət hüququnu pozmaqla X=280756.0757 Y=4586440.9242 X=280733.9575 Y=4586430.3224 X=280726.7596 Y=4586444.3791 X=280754.9946 Y=4586458.8714 X=280781.1354 Y=4586471.5367 X=280785.8540 Y=4586462.9693 X=280770.6661 Y=4586454.4656 X=280754.4853 Y=4586444.2794 kordinatlar daxilindəki 0,025 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahələrini özbaşına tutmuş, bundan sonra isə o, təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid torpaq sahəsində torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid əlavə torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparmaqla zərərçəkmiş şəxsin topraq üzərində mülkiyyət hüququnu pozmaqla X=280733.409 Y=4586372.487 X=280759.021 Y=4586391.700 X=280811.977 Y=4586422.842 X=280818.555 Y=4586407.432 X=280815.836 Y=4586380.503 X=280768.440 Y=4586358.695 X=280747.739 Y=4586357.097 X=280741.406 Y=458635S.196 kordinatlar daxilindəki 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahələrini özbaşına tutmuş, həmçinin eyni zamanda həmin yerdə Qusarçay çayının mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmş qaydada Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Zərərçəkmiş şəxs1ndən icazə almadan özbaşına tikinti-quraşdırma işlərini aparmışdır. Belə ki, o, 2020-ci ilin mart ayından 2020-ci ilin may ayına kimi olan müddət ərzində Qusar rayonu Çiləgir kəndində Qusar-Şahdağ yolunun sol tərəfində yerləşən özünə məxsus 0,055 ha (5,5 sot) torpaq sahəsi üzərindəki “Nur” restoranında genişləndirmə işləri apararaq torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qusar rayonu Urva Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan əlavə 0,025 ha (2,5 sot) torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin topraq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan sonra isə o, təkrarən 2022-ci ilin təxminən sentyabr-oktyabr ayları arasında olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, Qusar rayonu Urva Bələdiyyəsinə məxsus Qusar rayonu, Çiləgir kəndinin ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqları kateqoriyasına aid olan 0,29 ha torpaq sahəsini metal torla çəpərə almaqla özbaşına tutub Urva Bələdiyyəsinin həmin topraq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa o, 2022-ci ilin təxminən sentyabr-oktyabr ayları arasında olan müddət ərzində Qusar rayonu, Çiləgir kəndinin ərazisində yerləşən Qusar rayonu Urva Bələdiyyəsinə məxsus Qusarçay çayının mühafizə zonasına aid özbaşına tutduğu 0,29 ha torpaq sahəsini də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyekti inşa etmək məqsədi ilə qəsdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 8 və 22-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Zərərçəkmiş şəxs1ndən icazə almadan özbaşına ümumi sahəsi 500 kv.m olan su tutarı qazmış və təyinatı məlum olmayan tikililərin kürsü hissələrini inşa edib Özbaşına tikinti quraşdırma işləri aparmışdır. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.4.1, 222-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 1964-cü il tarixdə Qusar rayonu, Çiləgir kəndində anadan olmuş, yaşayış yeri də oradır. Qusar rayonu, Çiləgir kəndində yerləşən, özünə məxsus “Nur” kafesinin ətrafını təmizləmiş, sənədlə aldığı yerin ətrafında obyekt tikmiş, ətrafını da təmizləmişdir. Əvvəllər orada kənd əhalisi yaşamamış, zibilliyə dönmüşdür. Təmizləmiş, orada obyekt tikmişdir. Çay ətrafında da olan yeri təmizləyib orada bir balaca göl kimi qazmış, ətrafında da 03 (üç) ədəd “bisetka” tikmişdir. Dəfələrlə bələdiyyə sədrinə yeri ona satması ilə bağlı müraciət etmiş, bu gün-sabah deyə-deyə gecikdirmişlər. İki kərpic-üç kərpic “bisetka”-ya aldıqdan sonra işləyəndə polis əməkdaşları gəlib ondan sənəd istəmiş, sənədi olmadığı üçün işi saxlamışlar. O, polis əməkdaşlarına “bisetka”-nı açacağını, işi dayandıracağını, əməlindən də peşman olduğunu, daha sonra həmin ərazini açdığını, nəticədə əraziyə heç bir ziyanın vurulmadığının göründüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq tikinti-quraşdırma işləri apardığı ərazinin kənd təsərrüfatı təyinatlı olduğunu bilmədiyini, nohur olan ərazi ilə bağlı “yuxarı”dan plan gəlməli və həmin ərazinin ona satılmalı olduğunu bildirmişlər. Hətta gələcəkdə həmin ərazini ona satmaq üçün ərazinin elektron xəritəsini də ona göstərmişlər. Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə müraciət etmədiyini, müraciətlərinin yazılı və şifahi olduğunu, “elektron xəritə”dən cavab gəlmədiyi üçün ona da icazə verilmədiyini, müvafiq icazəni gözləmədən tikinti-quraşdırma işləri apardığı üçün əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiə tərəfinin suallarına cavab olaraq törətdiyi əməl nəticəsində dövlətə və ya bələdiyyəyə heç bir ziyan dəymədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2000-ci ilin yay aylarının sonlarında Qusar rayonu, Çiləgir kəndin ərazisində yerləşən 0,005 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 9 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 5 m x 10 m ölçülərində olmaqla 0,005 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün ona satılmışdır. Bundan sonra 2007-ci ilin yay aylarında Qusar rayonu, Çiləgir kəndin ərazisində özünə məxsus 0,005 ha torpaq sahəsinə bitişik yerləşən 0,01 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,01 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün ona satılmışdır. Bundan sonra Şahid2 2007-ci ilin payız aylarında Qusar rayonu, Çiləgir kəndin ərazisində ona məxsus 0,015 ha torpaq sahəsinə bitişik yerləşən 0,04 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,04 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün Şahid2 satılmış, xx.xx.2008-ci il tarixdə isə qeyd olunan torpaq sahəsi üçün DT və XK-dən A N 043426 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü çıxarmışdır. Daha sonra isə Şahid2 özünə məxsus 0,04 ha torpaq sahəsini ona istifadə etmək məqsədi ilə vermişdir. Bundan sonra 2009-cu ilin payız aylarında Qusar rayonu Çiləgir kəndində yerləşən 150 kv.m torpaq sahəsində ticarət obyektin inşasına icazə almaq mqəsədi ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2009-cu il tarixli 474 saylı icazə məktubuna əsasən Qusar rayonu Çiləgir bələdiyyəsinin müvafiq qərarları ilə ona satılmış ümumi sahəsi 150 kv.m torpaq sahəsində ticarət obyektin tikintisinə icazə verilmişdir. Təxminən 2010- cu ilin mart ayından 2012-ci ilin sonlarına kimi olan müddət ərzində Qusar rayonu, Çiləgir kəndində yerləşən özünə məxsus 0,015 ha torpaq sahəsində “Nur Kafe” restoranı inşa etmiş və həmin torpaq sahəsinə bitişik yerləşən qardaşı Şahid2 məxsus 0,04 ha torpaq sahəsini də restorana əlavə edərək ön tərəfini mişar daşı ilə hasarlamışdır. 2020-ci ilin təxminən mart ayında özünə məxsus restoranın sahəsini genişləndirmək qərarına gələrək, Urva Bələdiyyəsinin müraciət etmədən, onun mülkiyyət hüququnu pozaraq restoranın arxa hissəsini, yəni Qusarçay tərəfində olan hissəsində Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,025 ha (2,5 sot) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikintiquraşdırma işlərinə başlamış və 2020-ci ilin may ayında isə restoranın genişləndirmə işlərini başa çatdırmışdır. Bundan sonra 2022-ci ilin təxminən sentyabr ayında özünə məxsus “Nur Kafe” restorandan aşağıda Qusarçay çayının kənarında yerləşən Urva Bələdiyyəsinə məxsus 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini məişət tullantılardan təmizləyib, orada balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyekti inşa etmək məqsədi ilə həmin 0,29 ha torpaq sahəsini metal torla çəpərə almaqla özbaşına tutmuş, Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Zərərçəkmiş şəxs1ndən icazə almadan Qusarçay çayının mühafizə zonasına aid özbaşına ümumi sahəsi 500 kv.m olan su tutarı qazmış və mişar daşından və balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif tikililər inşa edib özbaşına tikinti quraşdırma işləri apardıqdan sonra 2022-ci ilin oktyabr ayında öz işlərini yekunlaşdırmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, mart ayının 13-ü polis şöbəsindən Zərərçəkmiş şəxs1nə məktubla müraciət olunduğunu, məktubda Təqsirləndirilən şəxs çay yatağında özbaşına tikinti işləri aparıldığını, tikintiyə razılıq verilib-verilmədiyi, razılıq verilmişsə bunun səbəbi və bu mövzulu bir neçə sual öz əksini tapmışdır. Həmin ərazinin müəyyən hisəssi (sututarın quraşdırıldığı) həqiqətən də çayın sanitar mühafizə zonasına düşür, ancaq tikintiyə icazə verilib-verilməməsi onların səlahiyyətinə aid məsələ deyildir. Təmsil etdiyi idarənin ancaq tikinti olacaq ərazinin sanitar mühafizə zonasına düşübdüşməməsi ilə bağlı rəy vermək səlahiyyəti olmuşdur. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1nə çay yatağında işlər görülməsi ilə bağlı hansısa müraciətin daxil olmadığını, qanunvericiliyə müvafiq olaraq çay yatağının sanitar mühafizə zonasında hansısa tikinti işlərinin aparılmasına icazə verilmədiyini bildirmişdir. Qusar çayının 102 (bir yüz iki) kilometr uzunluğu olduğunu, üç rayonun - Qusar, Quba və Xaçmaz rayonunun ərazisindən keçdiyini, hər rayonun da özünəməxsus hidrotexniki qurğuları olduğunu bildirmişdir. Əgər çay yatağında torpaq sahəsi bələdiyyə tərəfindən kiməsə verilərsə, çıxarış alınan müddətdə mütləq şəkildə reyestr xidmətindən müvafiq məlumatın araşdırılması üçün məktub gəlir. Təmsil etdiyi idarənin rəyi olmadan o torpağa çıxarış verə bilməz. Çayın başlanğıcından əlli kilometr uzunluğunda olan ərazidə onun sanitar mühafizə zonası mərkəzindən hər tərəfə 100 (bir yüz) metrdir. Müraciətlə bağlı həmin yerə baxış keçirmiş, qazılan nohurun 80 (səksən) metrlikdə, yəni 20 (iyirmi) metr məsafədə sanitar mühafizə zonasına düşdüyünü aşkar etmiş, məktuba da bu cür cavab vermişdir. Ümumiyyətlə çayın mühafizə-sanitar zonasında hər hansı tikintinin aparılması qanunsuzdur. Tikinti sahəsinin təxminən 500 (beş yüz) m2 olduğunu, mişar daşından istifadə olunmadığını, sadəcə dəmir “setka” ilə hasarlandığını, hazırda həmin “setka”ların söküldüyünü bildirmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə tərkibinin suallarına cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən aparılmış tikinti çayın ortasında yox qırağında olmuş, lakin tikili mərkəzdən 100 metr aralı olmalı olduğu halda səksən metr aralıda olmuş, yəni 20 metr mühafizə zonasına düşmüşdür. Ona görə yüz metrdə sanitar mühafizə zonasında tikintiyə icazə verilmir ki, çayın yatağını boşaltmaq olmaz. Orada hansısa yeraltı boru xətti ola bilər, şəhərin bütün içməli suyu həmin boru xətti ilə gəlir. Yəni ona müdaxilə etdikdə çay öz istiqamətini dəyişə bilər. Çay yatağını dəyişmək olmaz. Həmçinin həmin tikintinin hansı məqsədlə aparıldığını bilmədiyini, orada balıq saxlamağa icazə olmadığını, təqsirləndirilən şəxs bu məqsədlə idarədən su istəmədiyi, bununla bağlı müqavilə bağlanmadığı və ödəniş olmadığını bildirmişdir. Həmçinin çay ərazisində 11-12 (on bir-on iki) kilometrdə hiderotexniki qurğuları olduğunu, həmin qurğulara nəzarət etməsi üçün işçi təhkim etdiklərini, həmin işçinin vəzifəsinin hidrotexniki qurğuların nəzarətçisi adlandırıldığını, həmin işçi hansısa qanunsuz tikili olduqda məlumat verdiyini, əlli kilometrdən artıq içlərə getdikdə həmin şəxs ora nəzarət edə bilmədiyini, buna “ekologiya”nın da nəzarət etdiyini bildirmişdir. Hirdotexniki qurğu dedikdə, kəndləri su ilə təmin edən kanalları nəzərdə tutulur. Qeybullanın tikinti işləri apardığı ərazidə idarənin hidrotexniki qurğuları olmamış, bu səbəbdən sonuncu tərəfindən aparılmış tikinti işlərini müəyyən edə bilməmişlər. Sahil bərkitmə işləri, sel sularından qorunmaq üçün daş-beton bəndlərin tikilməsi və bu fəaliyyətə nəzarəti həyata keçirirlər. Həmçinin verilən suala cavab olaraq Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus “Nur” kafenin yanında bəzi tikinti işləri aparmış, daha sonra Urva bələdiyyəsinin mülkiyyət sahəsinə aid, 0.29 ha sahədə çay qorunma zolağında qazıntı işləri aparmış və hasarlama işləri görmüşdür. Hal-hazırda həmin yer sökülmüş və açıqdır. 2023-cü ilin aprel ayında onlara həmin sahəni satın alma ilə bağlı rəsmi qaydada ərizə ilə müraciət etmiş, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə (örüş) onlar həmin torpaq sahəsini həmin vaxtı və hal-hazırda sənədləşdirə bilməmişlər. Elektron baza xəritələrində həmin torpaq sahəsinin təyinatı dəyişərsə, gələcəkdə qanuna müvafiq qaydada sənədləşmə işləri aparılmasına baxılacaqdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı hansısa iddia və ya tələbləri, o cümlədən şikayətləri yoxdur. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 dövlət ittihamçısının suallarına cavab olaraq Qeybullanın əlində sənəd olduğundan həmin torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsi olduğunu bilmədiklərini,ona görə də polis orqanlarına müraciət etmədiklərini, əgər bilsəydilər ,vaxtında xəbərdarlıq edəcəklərini, polis idarəsində araşdırma gedəndən və torpaq şöbəsinin reyestr işçiləri həmin ərazidə araşdırma aparandan sonra torpaq sahəsinin zəbt olunması barədə məlumatlı olduqlarını, ümumiyyətlə kənddə torpaq sahəsinin zəbt edilmə hallarına tez-tez rast gəlindiyini bildirmişdir. Qeybullanın qeyd olunan kafenin yerləşdiyi torpaq sahəsini 2006-2007-də bələdiyyədən sahibkarlıq məqsədilə almışdır. Həmin vaxt həmin torpaq sahələrinin təyinatı barədə məlumatı yoxdur. Hazırda mübahisələndirilən ərazi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindir və onların üzərində hansısa tikinti və ya quraşdırma işi aparıla bilməz. Hazırda həmin hasarın söküldüyünü və təqsirləndirilən şəxsdən hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 hadisə ilə bağlı göstərmişdir ki, o, kamaz sürücüsüdür. Günəmuzd olaraq 10-11 gün Təqsirləndirilən şəxs tapşırdığı işləri görmüşdür. Belə ki, kamazı ilə qazıntıdan çıxan torpağı qırağa daşımışdır. Birinci gün işləyəndə Qusar polisindən üç nəfər polis əməkdaşı gəlmiş, işi saxlatmış, onları da şöbəyə aparmışlar. Danışıqlar aparıldıqdan sonra onların işləməsinə yenidən icazə vermişlər. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq qazılan yerin çaydan bir qədər aralıda olduğunu, çayın yatağı olub-olmadığını bilmədiyini, neçə maşın torpaq apardığının yadında olmadığını, günə təxminən 14-15 gediş-gəlişinin olduğunu, orada ekskavatorun da işlədiyini, kamaz sürücüsünün tək özü olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsində işləyir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinə evə və ya torpağa çıxarışlar verir. X4 müəllimin yerinə baxış keçirilməsi ilə bağlı onlara məktub gəlmiş, həmin məktub əsasında bir həftə ərzində polis əməkdaşı ilə birlikdə əraziyə baxış keçirilmiş və məktubda qoyulan suallara rəsmi qaydada cavab verilmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq baxış keçirilən yerdəki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğunu, çayın yatağına baxış keçirildiyini, çayın yatağında torpaq sahəsinin hasarın içərisində olduğunu, metal tor ilə bağlandığını, orada sututumu olduğunu bildirmişdir. Şahid müdafiə tərəfinin suallarına cavab olaraq torpağın koordinatlarının özü tərəfindən ölçüldüyünü, həmin vaxt təqsirləndirilən şəxsin də orada olduğunu, elektron xəritəyə əsasən çayın yatağındakı torpağın bələdiyyə mülkiyyətində olduğunu, torpağın təyinatının xəritədən göründüyünü bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsində bildirmişdir ki, atası Təqsirləndirilən şəxs 2000-ci ilin yay ayların sonlarında Qusar rayonu, Çiləgir kəndin ərazisində yerləşən 0,005 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 9 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 5 m x 10 m ölçülərində olmaqla 0,005 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün Təqsirləndirilən şəxs satılmışdır. Bundan sonra atası Təqsirləndirilən şəxs 2007-ci ilin yay aylarında Qusar rayonu, Çiləgir kəndin ərazisində özünə məxsus 0,005 ha torpaq sahəsinə bitişik yerləşən 0,01 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,01 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün Təqsirləndirilən şəxs satılmışdır. Bundan sonra əmisi Şahid2 2007-ci ilin payız aylarında Qusar rayonu, Çiləgir kəndin ərazisində atası Təqsirləndirilən şəxs məxsus 0,015 ha torpaq sahəsinə bitişik yerləşən 0,04 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,04 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün əmisi Şahid2 satılmış, xx.xx.2008-ci il tarixdə isə qeyd olunan torpaq sahəsi üçün DT və XK-dən A N 043426 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü çıxarmışdır. Daha sonra isəəmisi Şahid2 özünə məxsus 0,04 ha torpaq sahəsini onun atası Təqsirləndirilən şəxs istifadə etmək məqsədi ilə vermişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs 2009-cu ilin payız aylarında Qusar rayonu Çiləgir kəndində yerləşən 150 kv.m torpaq sahəsində ticarət obyektin inşasına icazə almaq mqəsədi ilə Qusar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2009-cu il tarixli 474 saylı icazə məktubuna əsasən Qusar rayonu Çiləgir bələdiyyəsinin müvafiq qərarları ilə atası Təqsirləndirilən şəxs satılmış ümumi sahəsi 150 kv.m torpaq sahəsində ticarət obyektin tikintisinə icazə verilmişdir. Təxminən 2010-cu ilin mart ayından 2012-ci ilin sonlarına kimi olan müddət ərzində atası Təqsirləndirilən şəxs Qusar rayonu, Çiləgir kəndində yerləşən özünə məxsus 0,015 ha torpaq sahəsində “Nur Kafe” restoranı inşa etmiş və həmin torpaq sahəsinə bitişik yerləşən qardaşı Şahid2 məxsus 0,04 ha torpaq sahəsini də restorana əlavə edərək ön tərəfini mişar daşı ilə hasarlamışdır. 2020-ci ilin təxminən mart ayında atası Təqsirləndirilən şəxs özünə məxsus restoranın sahəsini genişləndirmək qərarına gələrək, Urva Bələdiyyəsinin müraciət etmədən, onun mülkiyyət hüququnu pozaraq restoranın arxa hissəsini, yəni Qusarçay tərəfində olan hissəsində Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,025 ha. (2,5 sot) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti-quraşdırma işlərinə başlamış və 2020-ci ilin may aymda isə restoranın genişləndirmə işlərini başa çatdırmışdır. Bundan sonra 2022-ci ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxs özünə məxsus “Nur Kafe” restorandan aşağıda Qusarçay çayının kənarında yerləşən Urva Bələdiyyəsinə məxsus 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin 0,29 ha torpaq sahəsini metal torla çəpərə almaqla özbaşına tutmuş, daha sonra isə icazə almadan Qusarçay çayının mühafizə zonasına aid torpaq sahəsində su tutarı qazmış və 2022-ci ilin oktyabr ayında öz işlərini yekunlaşdırmışdır. Şahid X3 ifadəsindən görünür ki, o Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus “Nur Kafe” restoranın yerləşdiyi ərazinin ümumi sahəsi 0,08 ha təşkil etməklə, 0,055 ha aid hissədə qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2023-cü il tarixli 5-63-2/2-217/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus iaşə obyektində heç bir icazə sənədini almadan qanunsuz olaraq genişləndirmə işləri aparmışdır. Ərazidə aparılan tikinti işlərin tikinti-quraşdırma işlərinə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 4304/2023 nömrəli məktubundan görünür ki, X1 məxsus “Nur Kafe” restoranın yerləşdiyi torpaq sahəsi faktiki 0,08 ha olmaqla, X=280756.0757 Y=4586440.9242 X=280733.9575 Y=4586430.3224 X=280726.7596 Y=4586444.3791 X=280754.9946 Y=4586458.8714 X=280781.1354 Y=4586471.5367 X=280785.8540 Y=4586462.9693 X=280770.6661 Y=4586454.4656 X=280754.4853 Y=4586444.2794 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 10/262 nömrəli rəyindən görünür ki, mərkəzə təqdim edilmiş mütəxəssis rəyində zəbt edilmiş torpaq sahəsi ilə bağlı məlumatın, fotoşəkilləri təqdim edilmiş tikililərin çıxarışlarda qeyd olunan torpaqların ölçüləri daxilində və ya zəbt edilmiş torpaq sahəsində yerləşib-yerləşməməsinə dair sxemin, eskizin təqdim edilmədiyi səbəbindən torpaq sahəsi zəbt edilib-edilməməsi barədə olan hissəsi üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Şahid3 mütəxəssis rəyində torpaq sahəsi faktiki 0,08 ha olmaqla, X=280756.0757 Y=4586440.9242 X=280733.9575 Y=4586430.3224 X=280726.7596 Y=4586444.3791 X=280754.9946 Y=4586458.8714 X=280781.135 Y=4586471.5367 X=280785.8540 Y=4586462.9693 X=280770.6661 Y=4586454.4656 X=280754.4853 Y=4586444.2794 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə qeyd olunan “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”na əsasən Mərkəzə təqdim edilmiş əlavə materiallarda olan fotoşəkillərə əsasən inşa edilmiş tikililərin tikinti-quraşdırma işlərinə aid olduğu müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 2023-cü il tarixli 5-63- 1/2-111/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Çiləgir kəndi ərazisindən keçən Qusarçay çayının qorunma zolağından 0,2 ha torpaq sahəsi metal torla hasarlanmış, həmin ərazidə ümumi sahəsi 500 kv metr olan su tutarı qazılmış və təyinatlı məlum olmayan tikililərin kürsü hissələri inşa etmişdir. Həmin ərazidə tikinti işlərin aparılması ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən Rayon İcra Hakimiyyətinə müraciət daxil olmamışdır. Ərazinin metal torla hasarlanması istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə pozmqla həmin ərazidə aparılan qazıntı iləri və tikililərin kürsü hissələri tikinti-quraşdırma işlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən Təqsirləndirilən şəxs tərəfindən metal torla hasarlanmış, həmin ərazidə ümumi sahəsi 500 kv metr olan su tutarı qazılmış və təyinatı məlum olmayan tikililərin kürsü hissələri inşa edildiyi ərazinin ümumi sahəsi 0,29 ha təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 4304/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özbaşına çəpərlənməklə qazıntı işləri aparılmış torpaq sahəsi faktiki 0,29 ha olmaqla, X=280733.409 Y=4586372.487 X=280759.021 Y=4586391.700 X=280811.977 Y=4586422.842 X=280818.555 Y=4586407.432 X=280815.836 Y=4586380.503 X=280768.440 Y=4586358.695 X=280747.739 Y=4586357.097 X=280741.406 Y=4586358.196 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 10/950 nömrəli rəyindən görünür ki, mərkəzə təqdim edilmiş mütəxəssis rəyində zəbt edilmiş torpaq sahəsi ilə bağlı məlumatın, fotoşəkilləri təqdim edilmiş tikililərin çıxarışlarda qeyd olunan torpaqların ölçüləri daxilində və ya zəbt edilmiş torpaq sahəsində yerləşib-yerləşməməsinə dair sxemin, eskizin təqdim edilmədiyi səbəbindən torpaq sahəsi zəbt edilib-edilməməsi barədə olan hissəsi üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Şahid3 mütəxəssis rəyində torpaq sahəsi faktiki 0,29 ha olmaqla, X=280733.409 Y=4586372.487 X=280759.021 Y=4586391.700 X=280811.977 Y=4586422.842 X=280818.555 Y=4586407.432 X=280815.836 Y=4586380.503 X=280768.440 Y=4586358.695 X=280747.739 Y=4586357.097 X=280741.406 Y=4586358.196 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasının məlum olduğu qeyd edilmişdir. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə qeyd olunan “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”na əsasən Mərkəzə təqdim edilmiş əlavə materiallarda olan fotoşəkillərə əsasən inşa edilmiş tikililərin tikinti-quraşdırma işlərinə aid olduğu müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Zərərçəkmiş şəxs1 15 mart 2023-cü il tarixli 38 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qazıntı işləri aparılmış Qusarçay çayının yatağında olmaqla qazılmış göl onun sanitar-mühafizə zonasına düşür. Həmin ərazidə çayın sanitar mühafizə zonası çayın mərkəzindən hər tərəfə 100 metr təşkil edir. Çayın sanitar-mühafizə zonasında hər hansı tikinti və qazıntı işlərin aparılması qanunsuzdur. Təqsirləndirilən şəxs heç bir müraciəti olmamış və idarə tərəfindən razılıq verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” 30 mart 2015-ciil tarixli plenum qərarınadn görünür ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində-məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahid ifadələrinin, eləcə də cinayət işi materiallarının həm ayrı ayrılıqda, həm də məcmu halında tədqiq edilməsi nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 9 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndinin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,005 ha torpaq sahəsini ticarət obyektinin tikintisi üçün, xx.xx.2007-ci il tarixli 18 saylı qərarı ilə eyni ərazidə 0,01 ha torpaq sahəsini də həmçinin ticarət obyektinin tikintisi üçün satın almış, Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2009-cu il tarixli 474 saylı icazə məktubuna əsasən Qusar rayonu Çiləgir bələdiyyəsinin müvafiq qərarları ilə ona satılmış ümumi sahəsi 150 kv.m torpaq sahəsində ticarət obyektin tikintisinə icazə verilmiş, təxminən 2010-cu ilin mart ayından 2012-ci ilin sonlarına kimi olan müddət ərzində Qusar rayonu, Çiləgir kəndində yerləşən özünə məxsus 0,015 ha torpaq sahəsində “Nur Kafe” restoranı inşa etmiş və həmin torpaq sahəsinə bitişik yerləşən qardaşı Şahid2 məxsus 0,04 ha torpaq sahəsini də restorana əlavə edərək restoranın ərazisini genişləndirmişdir. 2020-ci il tarixdə yenidən kafenin ərazisini genişləndirmək məqsədilə restoranın Qusarçay tərəfində olan hissəsində Qusar rayonu Urva Bələdiyyəsinin mülkiyyətində olan 0,025 ha (2,5 sot) kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti-quraşdırma işlərinə başlamış və 2020-ci ilin may ayında isə restoranın genişləndirmə işlərini başa çatdırmışdır. Bundan sonra 2022-ci ilin təxminən sentyabr ayında özünə məxsus “Nur Kafe” restorandan aşağıda Qusarçay çayının kənarında çaydan 80 metr məsafədə yerləşməklə çayın mühafizə zonasına düşən 0,29 ha sahəni balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün metal torla çəpərə almaqla ümumi sahəsi 500 kv.m olan su tutarı qazmış və tikinti quraşdırma işləri aparmaqla 2022-ci ilin oktyabr ayında həmin şləri yekunlaşdırmışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, “Nur kafe” restoranın yerləşdiyi ərazinin sahəsi 0,055 ha (5,5) təşkil etmiş, kafeni genişləndirmək məqsədilə aparılmış tikinti quraşdırma işlərinin sahəsi 0,025 ha olmaqla kafenin faktiki sahəsi 0,08 ha çatmışdır. Cinayət işinin hallarının tədqiq edilməsi nəticəsində məlum olur ki, təqsirləndirilən şəxsin bütün qanunsuz fəaliyyəti sahibi olduğu “Nur kafe” restoranının həm faktiki sahəsinin, həm də həmin restoran tərəfindən həyata keçirilən ictimai iaşə xidmətlərinin sahəsini genişləndirməyə yönəlmiş, Urva bələdiyyəsinə məxsus olan 0,025 ha torpaq sahəsində tikinti quraşdırma işləri aparmaqla həmin ərazi restoranın çay evi kimi fəaliyyət göstərmiş, Qusarçayın mühavizə zonasında olmaqla 0,029 ha sahədə balıq saxlanması üçün su tutarının qazılması isə gələcəkdə restoranın xidmət sahəsinin genişləndirilməsinə hesablanmışdır. Təqsirləndirilən şəxs sahibi olduğu kafedə həyata keçirilən ictimai iaşə xidmətini genişləndirmək məqəsədilə Qusarçayın mühafizə zonasında su tutarı qazmaqla ətarfını dəmir torla çəpərləmiş, həmin yer su saxlamadığı üçün fəaliyyətini davam etdirməmiş, məhkəmə istintaqı dövründə də quyunu əhatə edən dəmir konstruksiyanı sökmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarına əsasən təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmə yuxrıda göstərilən işin halları ilə konstitusiya məhkəməsinin müvafiq qərarını qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188.4.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda həyata keçirilən və cinayət tərkibi yaradan hərəkətləri vahid niyyətlə-sahib olduğu restoranın faktiki sahəsini və həmin restoran tərəfindən həyata keçirilən xidmət sahələrinin genişləndirilməsinə yönəldiyindən həmin hərəkətlərə cinayət əməlinin təkrar törədilməsi kimi yox davam edən cinayətin tərkib hissələri kimi qiymət verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.4.1-ci maddəsindən həmin məcəllənin 188.3-cü maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası CM-nin 188.3-cü və 222-2.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərər çəkmiş hüquqi şəxs “Meliorasiya və X10 Səhmdar Cəmiyyəti X6” İdarəsinin nümayəndəsi kimi tanınmış Nümayəndə1 tərəfindən Sumqayıt ağır Cinayətlər məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təmsil etdiyi orqana hər hansı bir məbləğdə maddi ziyan vurulmamış, təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı bir şikayət və tələbləri yoxdur. Zərər çəkmiş hüquqi şəxs Urva bələdiyyəsinin nümayəndəsi kimi tanınmış Nümayəndə2 tərəfindən Sumqayıt Ağır Cinayətlər məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təmsil etdiyi orqana hər hansı bir məbləğdə maddi ziyan vurulmamış, təqsirləndirilən şəxslə barışmış, ondan hər hansı bir şikayət və tələbləri yoxdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, hal hazırda 60 yaşının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilən– azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Qusar rayon məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 18 (on səkkiz) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qusar rayon məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi” haqqında 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o məhkəmə iclas zalından həbsə alınmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 18 iyul 2023-ci il tarixdən 20 may 2024-cü il tarixədək tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3 və 222-2.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə 03 (üç) il azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işləri cəzasının iki günü bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) müddətə islah işləri cəzası 9 (doqquz) ay azadlığın məhdudlaşdırması cəzasına bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 10 (on) ay 2 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonu hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qusar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar