Məhkəmə qərarları › İş №1(124)-272/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-272/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-272/2025 21.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1991-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Dostluq küçəsi, ev 42 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının ortalarında istintaqa məlum olmayan yerdən naməlum vaxtda və şaraitdə külli miqdarda - 6175 (altı min yüz yetmiş beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2024cü il tarixdə, saat 23:15-də ünvan 3 ünvanında yaxınlığında saxlanılaraq özünün razılığı və iştirakı ilə 28 avqust 2024-cü il tarixdə saat 19:17-dən etibarən qeyd olunan ünvanda axtarış aparılarkən mənzilin qonaq otağında olan dolabın içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3125 (üç min yüz iyirmi beş) qram və 3050 (üç min əlli) qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 6175 (altı min yüz yetmiş beş) qram olan bitki mənşəli tərkiblərinə görə eyni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 27 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən naməlum vaxtda və şaraitdə İran İslam Respublikası vətəndaşı “Samirə" adlı şəxs və qeyrilərinin göndərdiyi külli miqdarda - 11100 (on bir min yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi “Hyundai Elantra” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc hissəsində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2024-cü il tarixdə, saat 23:15-də qeyd olunan ünvanda saxlanılıb idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək orada 28 avqust 2024-cü il tarixdən saat 01:41-dən etibarən avtomobilə baxış keçirilərkən avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd bağlamada təmiz çəkisi külli miqdarda 11100 (on bir min yüz) qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27 avqust saat 23 radələrində iranlı şəxs ilə yazışması olmuş, 3000 manat müqabilində ona 500 qram narkotik vasitə satmalı olmuşdur. Həmin narkotik vasitəni götürməyə gedəndə saxlanılmış və onu “banditizmə” aparmışlar, sonradan onun evinə 6 kiloqramdan çox narkotik vasitə aparmışlar, həmin narkotik vasitələr onun olmamışdır. O, 500 qram narkotik vasitə üçün getmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, İranlı şəxs ilə əlaqəsi olmuş, tutulmamışdan qabaq bir dəfə də iranlı şəxsdən narkotik vasitə götürmüş, bu hal ikinci dəfə baş vermiş, onda da tutulmuşdur. O, həmin 500 qramı götürməmişdir, onu “banditizmə” aparmışlar, orada ona təzyiq göstərmiş və sənədə qol çəkdirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılmış, ona görə də həmin 500 qram narkotik vasitəni götürə bilməmişdir. Saxlanıldığı zaman narkotik vasitə ilə onun arasında 3 metr məsafə olmuş, artıq narkotik vasitənin olduğu məkana tərəf getməmişdir.Tutulduğu zaman ona fiziki təzyiq göstərmişlər, ancaq o, bununla bağlı heç bir yerə müraciət etməmiş, şikayət etməməyinin səbəbi xəsarətinin olmaması olmuş, əlində sübut olmamışdır. Gözlə görünən xəsarəti qolunda olmuş, ciddi bir şey olmadığına görə istintaq təcridxanasinda fiziki təzyiqlə bağlı bir şey deməmişdir. Daha əvvəl də tutulmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman da bildirmişdir ki, qeyd olunan narkotik vasitələr ona məxsus olmamışdır. İstifadəsində 050 *** ** ** mobil nömrəsi olmuş, həmin mobil nömrəyə narkotik vasitələr ilə bağlı heç kim yazmamışdır. Onun hər hansı polis əməkdaşı ilə ədavəti olmamış, polis əməkdaşları onu saxlayan zaman yanında xanım olmuş, həmin xanımın narkotik vasitə ilə əlaqəsi olmamış, həmin zaman onun qarşısına şərt qoymuşlar ki, ya həmin narkotik vasitənin ona məxsus olmasını desin, ya da ikisini də tutacaqlar. Onun avtomopbilində və üzərində narkotik vasitə olmamışdır. Qeyd olunan yarım kiloqram narkotik vasitəni o, avtomobilinə qoymamış, ümumiyyətlə, götürməmişdir. Avtomobildən aşkar olunan narkotik vasitə həmin qeyd olunan yarım kiloqram narkotik vasitə olmamış, həmin narkotik vasitəni avtomobili idarəyə gətirib polis əməkdaşlarının özləri qoymuşlar. Onun evindən də aşkar olunan narkotik vasitəni polis əməkdaşlarının özləri qoymuşlar. Polis əməkdaşları tərəfindən saat 22-23 radələrində saxlanılmış, hadisə yerinə çata bilməmiş, avtomobildən düşdüyü zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulduqdan sonra Baş idarəyə aparılmış, tutulduğu günün səhərisi, təxminən günün birinci yarısında evə baxış üçün aparılmış və çəkiliş aparılmışdır. O, həmin evdə bir ay kirayə yaşamışdır. Hadisədən sonra ev sahibini çağırmamış, onu saxlayan polis əməkdaşları 15-20 nəfər olmuş, 10 kiloqram narkotik vasitəni onu idarəyə aparandan sonra “ya boynuna alırsan, ya da ikinizi də tutacayıq” deyəndən sonra idarənin həyətində avtomobilinin baqajına qoymuşlar. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 327.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində ruhi-əsəb xəstəliyinin olmadığını, 02 azyaşlı övladının olduğunu və rəsmi olaraq heç bir yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, “nəşə” və “patı”dan istifadə etdiyini, adım qeyd etdiyi maddələri hər dəfə adı və anket məlumatları ona məlum olmayan şəxslərdən “nəşə” nin 5 qramını, ”şüşə”nin isə 1 qramını 50 manata aldığını bildirmişdir. Təxminən 5-6 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Samirə” adlı şəxslə tanış olmuş, həmin vaxtdan bəri təxminən 10-15 dəfə öz istifadəsi üçün adını qeyd etdiyi maddələrdən almışdır. Samirə hər dəfə ona Bakı şəhərində fərqli koordinatları “WhatsApp” mobil tətbiqi üzərindən göndərərk Təqsirləndirilən şəxs narkotik vasitələri götürməyini təmin etmişdir. O da bunun müqabilində iranlının göndərdiyi bank kartı hesablarına elektron qaydada pul köçürmüşdür. Bu minvalla bir neçə dəfə şəxsi istifadəsi üçün aldıqdan sonra Samirə ona iş birliyi təklif etmiş, mahiyyəti isə iranlının İran İslam Respublikasının ərazisindən narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri ərazisinə göndərdikdən sonra Təqsirləndirilən şəxs onu əldə edərək evinə gətirməsindən, bükümlərə ayırdıqdan sonra iranlının göstərişləri əsasında bildirdiyi ünvanlara aparıb atmasından ibarət olmuşdur. Həmin narkotikə “patı’və “şüşə” aid olmuşdur. Bunun müqabilində Samirə ona müəyyən qram çəkidə nəşə və şüşə vermişdir. Bu minvalla Təqsirləndirilən şəxs təxminən 7-8 dəfə eyni əməlləri təkrarladığını bildirmişdir. Bunun nəticəsində iranlı onun narkotikə olan tələbatını ödəmişdir. Sonuncu dəfə də eyni niyyətlə iranlı Samirənin göndərdiyi narkotiki götürərək evə aparmalı, daha sonra bükümlərə ayırmalı və sonuncunun bildirdiyi ayrı-ayrı yerlərə çatdırmalı olmuşdur. Onunla birlikdə saxlanılan Şahid2 isə təxminən bu ilin mart ayından etibarən ortaq tanışları vasitəsi ilə tanıdığını, dostluq münasibətlərinin olduğunu, lakin bu günə qədər onun narkotikdən istifadə etməyindən və iranlı Samirə ilə birikdə olaraq satışını təşkil etməyindən Qızananın məlumatının olmadığını, onun narkotik vasitələrin istifadəçisi belə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, 27 avqust 2024-cü il tarixdə, təxminən saat 21 radələrində Qızana ilə birlikdə çay içmək məqsədi ilə görüşmüş, bundan bir neçə saat öncə isə iranlı Samirə ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxs axşam saat 23 radələrində narkotikin qoyulduğu yerdən götürülüməsi barədə tapşırıq verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Qızananın bu məsələdən xəbərdar olacağından bir az qorxduğunu, amma istifadəsi üçün narkotikin olmadığına görə bu yola bir daha əl atmaq fikrində olduğunu bildirmişdir. Bir müddət sonra onun telefonuna Samirə tərəfindən canlı koordinat göndərilmiş və narkotikin ünvan 5 ünvanına atılacağı bildirilmiş, bundan sonra o, günlük icarə əsasında götürdüyü “Hyundai Elantra” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobillə Qızana ilə birlikdə həmin ünvana getmiş, Qızanaya isə guya həmin ünvanda dostu ilə görüşməli olduğunu, onun da buna heç bir etiraz etmədiyini bildirmişdir. Həmin ünvana çatdıqda saat 23:15 dəqiqədə avtomobili saxlamış və Qızanaya avtomobilin yanına gözləməyini bildirmiş, özü isə deyilən yerdən 01 ədəd qara rəngli sellofan torbada olan nəşəni götürərək avtomobilin arxa saxlanc yerinə qoymuşdur. Qızananın isə həmin bağlamanı heç görmədiyini bildirmişdir. Bundan sonra bir neçə mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı barədə əməliyyat məlumatının daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. O da səmimi olaraq etiraf edib avtomobilin arxa saxlanc yerində nəşə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Qızananı polis idarəsinə dəvət etmiş, o buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Qızananın üzərinə isə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, 01 ədəd “Oppo" markalı mobil telefonu və 90 manat pulu, şalvarın sağ yan cibindən isə avtomobil açarını, sol bilək hissəsindən 01 ədəd qolbağı və sol əlindən 01 ədəd üzüyü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun təqdim etdiyi 02 ədəd "Samsung" və “Oppo” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 90 manat pul, qolbaq, üzük və avtomobil açarı ona qaytarılmışdır. Bundan sonra onunla birlikdə saxlanılmış Qızananın üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul və istifadəçisi olmağı barədə, həmin gün avtomobillə birlikdə narkotikin götürülməsi üçün saxlanıldıqları ünvana getməklərindən, habelə avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını, həmin gün çay içmək üçün görüşdüklərini bildirmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra həmin mobil telefon onun özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra ona idarə etdiyi avtomobildə narkotik vasitə və ya psixotrop maddələrin olub-olmadığı, olduğu halda təqdim etməyi təklif edilmiş, o isə avtomobilin arxa saxlanc hissəsində 01 ədəd torbada nəşə saxladığını bildirib ərizə yazaraq avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi "Hyundai Elantra” markalı, 99- VB-741 qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış, baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş, baxışda vəkili və polis əməkdaşları iştirak etmişdir. İlk öncə avtomobildə narkotik vasitə və ya psoixotrop maddələrin olub-olmaması soruşulmuş, o isə avtomobilin arxa saxlanc hissəsində 01 ədəd qara rəngli torbanın içərisində nəşə olduğunu bildirərək arxa saxlanc hissəni açmış və həmin torbanı təqdim etmişdir. Baxış zamanı həmin torbada yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan nəşə olması müəyyən edilmiş, aşkar edilmiş həmin kütlə polis əməkdaşı tərəfindən götürülərək üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra baxış davam etdirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. 28 avqust 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan dolabın içərisindən aşkar edilərək götürülmüş 02 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri isə saxlamlmazdan təxminən 7-10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı Samirə adlı şəxsin vasitəsi ilə Bakı şəhəri ərazisindən adını tam olaraq xatırlamadığı yerdən şəxsi istifadəsi üçün əldə etdiyini, Samirə ilə “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxlayaraq hər dəfə qram şəklində nəşə almaqdan yorulduğunu, komplekt şəkildə kiloqram olaraq nəşə almaq istədiyini bildirmiş, Samirə ilə uzun müddət bir işlədiklərindən artıq bir-birilərinə etibarın yarandığını və bundan irəli gələrək Samirənin ona 6 kq dan bir qədər artıq çəkidə 02 ədəd qara rəngli bağlamada nəşə göndərdiyini, lakin həmin bağlamada olan nəşədən istifadə etmədiyini, həmin nəşə bağlamalarını orada saxlamağından başqa heç kimin məlumatının olmadığını və bu cinayət əməlini tək törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir.(iş vərəqi 104-109) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barədə Baş idarəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin hayata keçirilməsi üçün qərar qəbul edilmiş, şəxsin yeri müəyyən edildikdən sonra 27 avqust 2024-cü il tarixdə, saat 23:00 radələrində həmin yerə yaxınlaşmışlar. Saat 23:00-00:00 aralığında həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin "Hyundai Elantra" markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu müşahidə etmişlər. Həmin vaxt onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman avtomobildən bir qadın düşmüş və özünü təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, götürmə, qadının üzərində isə baxış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən mobil telefonlar, avtomobil açarı, pul aşkar olunmuşdur. Avtomobilində hər hansı qanunsuz predmetlərin olub-olmamasını soruşmuşlar və avtomobilinə baxış keçirilərkən avtomobildən narkotik vasitə, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra yaşadığı ünvana yaranmış olan baxış zərurətindən 28 avqust tarixində həmin ünvana baxış keçirilmiş, baxış zamanı qonaq otağından 02 büküm narkotik vasitə, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bu narkotik vasitələri İranlı şəxsdən əldə etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Baş idarəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun rəhbəri o olmuş, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. Əməliyyat qrupuna 3 nəfər daxil imiş, o, “Əkbər” adlı polis əməkdaşı və digər adını xatırlamadığı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs Binəqədi rayonunda saxlanılmış, onun yanındakı qadın da idarəyə dəvət olunmuşdur. Qadın heç nədən xəbəri olmadığını, tanışı olduğunu, çay içməyə getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində dedikləri həqiqətə uyğun olmamış, ilkin olaraq narkotik vasitə avtomobilindən, daha sonra isə evindən aşkar olunmuşdur. Şəxs tərəflərindən gecə saatlarında, saat 23 radələrində saxlanılmış, əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Hadisə yerində əlverişli şəraitin olmaması səbəbilə çəkiliş aparılmamışdır. Əlverişli şəraitin olmaması səbəbi yadında olmamışdır.Təqsirləndirilən şəxsin saxlanıldığı yer ilə Baş idarə arasındakı məsafə 15-20 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən yanında bir nəfər qadın olmuş, Xaliq avtomobilin yanında olmuş, qadın isə sonradan avtomobildən düşmüşdür. Əməliyyat məlumatı daxil olduqdan sonra şəxsin şəxsiyyəti dəqiqləşdirilir, Təqsirləndirilən şəxs zahiri əlamətlərindən bənzədərək şəxsə yaxınlaşmışlar. Videoçəkiliş Baş idarədə aparılmış, avtomobilin kimə məxsus olması barədə məlumatı olmamışdır. Şəxsdən avtomobilə hansı əsasla sahiblik etdiyi ilə bağlı sənəd tələb etməmiş, hesab etmişlər ki, bu məsələləri təhqiqatçı soruşur. 28 avqust tarixində şəxsin yaşadığı ünvana baxış keçirilmiş, təqsirləndirilən şəxsin özü də bildirmişdir ki, yaşadığı ünvanda narkotik vasitə saxlayır. Şəxsin üzərinə baxış keçirilməsi gecə saatlarda, saat 04 radələrində bitmiş və evinə baxış isə sabahısı günün səhər saatlarında keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən orada iştirak etmişdir. Onlar şəxsin avtomobilinə hər hansı predmet qoyduğunu və ya götürdüyünü görməmiş, şəxs avtomobilin yaxınlığında olduğu zaman ona yaxınlaşmış, avtomobildən düşməyini və.s müşahidə etməmişlər. Şəxsin əlində isə heç nə olmamışdır. Şəxsə hər hansı təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs narkotik vasitələri iranlı şəxsdən əldə etdiyini, istifadə məqsədilə narkotik vasitələri saxladığını bildirmişdir. Şəxsi saxladıqdan sonra hansı avtomobil ilə idarəyə apardıqlarını xatırlamamış, şəxsi axtarış zamanı üzərindən avtomobil açarı aşkar olunmuş, avtomobili özü sürərək yox, o və ya digər polis əməkdaşlarından biri sürərək idarəyə gəlmişlər. Əməliyyat qrupunda Əkbər Əhmədov iştirak etmiş, digər polis əməkdaşını dəqiq xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Xaliqin saxlanıldığı zaman onunla birlikdə olmuş, Xaliq ona dostundan pul götürəcəyini bildirərək avtomobildən düşmüş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, onları idarəyə aparmışlar və aydın olmuşdur ki, Xaliq narkotik vasitələr səbəbi ilə saxlanılmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, idarəyə polis əməkdaşlarının avtomobili ilə aparılmışdır. Xaliqlə eyni avtomobildə aparılmamışlar. Polis əməkdaşlarının Xaliqin avtomobilinə nə isə qoyduqlarını görməmişdir. Xaliqə və ona təzyiq göstərilməmişdir. “Karl Maks” tərəfdə, dairədən aşağı tərəfdə olmuş, üzərilərinə idarədə baxış keçirilmiş, amma avtomobilə keçirilib-keçirilmədiyini bilməmişdir. O, Xaliqi bir ildir ki, tanımışdır, dost olmuşlar. Avtomobilə baxış keçirildiyi zaman o iştirak etməmişdir. Xaliqin narkotik vasitə qəbul etdiyini bilməmişdir. O Xaliqi bir ildir ki, tanımışdır. Xaliq qeyd olunan avtomobili həmin gecə istifadəyə götürmüş, Xaliq qeyd olunan avtomobili istifadəyə götürdüyü zaman onunla birlikdə olmuş, saat 23 radələri olmuş, avtomobili “rent a car”dan götürdükdən sonra yol ilə, Xaliqin qeyd etdiyi pul üçün getmişlər. Xaliq avtomobili başqa bir yerdə saxlamamış, Xaliq polis əməkdaşları tərəfindən saxlanıldığı zaman o avtomobildə olmuşdur. Onların saxlanıldıqları zaman ətrafda binalar və avtomobillər olmuş, bina həyəti, məhəllə içi olmuşdur. Xaliqin avtomobilini kimin idarə etdiyini görməmiş, saxlanıldıqdan sonra təxminən yarım saata idarəyə aparılmışlar. Onun üzərinə baxış idarədə keçirilmiş, gecə 01-02 radələri olmuşdur, çəkiliş olmuşdur. Evə baxış keçirildiyi zaman o iştirak etməmiş, həmin ünvanda o üç ay imiş ki, yaşamışdır, bir ay imiş ki, Xaliq bu ünvana gedib-gəlmişdir. Birlikdə yaşamamışlar. Kirayə ev olmuş, Xaliq danışıb kirayəyə götürmüş, hadisə günü qeyd olunan ünvanda, evdə olmuş, polis əməkdaşları ilə birlikdə qeyd olunan evə getmişlər. Narkotik vasitə aşkar olunanda iştirak etməmiş, polis əməkdaşları ona demişlər ki, evi ona göstərsinlər. Onu evə aparanda tək olmuş, polis əməkdaşları onu evə, yuxarı qaldırmışlar, evə baxış keçirmişlər, o aşağı düşmüş, avtomobildə əyləşib gözləmişdir. Həmin zaman Xaliq olmamışdır. Səhər saatları olmuş, amma dəqiq saatı bilməmişdir. Evin açarı onda olmuş, onunla birlikdə baxış keçirmişlər, sonra onu aşağı düşürmüş və özləri evə qalxmışlar. Polis əməkdaşlarının onunla avtomobildə gedəndə əllərində heç nə olmamışdır. Onunla evə qalxanda da əllərində bağlama və.s olmamışdır. Polis əməkdaşları evdən düşəndə də əllərində heç nə olmamışdır. Onu evə aparmaları saatı dəqiq yadında olmamış, evin açarı Xaliqdə də, onda da olmuşdur. Hadisə günü Xaliqlə evdən bir yerdə çıxmışlar. Ev bir otaqlı olmuş, təmizliyə o baxmışdır. Evdə şübhəli nəyəsə rast gəlməmişdir. Xaliq evdə çox qalmamış, gəlib-getmişdir, o isə mütəmadi qalmışdır. Şübhəli nə isə olsa, o görərmiş. Saxlanıldıqları yerdə binalar olmuş, avtomobillər dayanmış, çəkiliş üçün şərait olmuşdur. Xaliq saxlanıldığı zaman birlikdə olmuşlar, avtomobili Xırdalandan götürmüş, Xaliq avtomobili götürdükdən saxlanılanadək heç bir yerdə avtomobili saxlamamışdır. Xaliq avtomobildən düşməsindən 5-10 dəqiqə sonra saxlanılmış, avtomobilin saxlanc yerinin açılıbbağlanmağı baş verməmişdir. Polis əməkdaşları onu öz avtomobilləri ilə idarəyə aparmışlar. Xaliqin avtomobilini kimin idarə etdiyini görməmişdir. İdarədə Xaliqi görməmiş, sadəcə çəkiliş zamanı görmüşdür. Saxlanıldıqları zaman baxış keçirilən mənzilin açarı onda olmuş, lakin çəkiliş zamanı açarın harada olduğunu bilməmişdir. Mənzilin açarını onun cibindən götürmüşlər, daha sonra evə baxış keçirmək istədiklərini demiş və saxlanıldıqları günün səhərisi onu avtomobilə əyləşdirərək evə baxış keçirməyə aparmışlar. İki avtomobil ilə getmişlər. O, onlara mənzilin olduğu binanı göstərmişdir. Daha sonra onunla birlikdə evə baxış keçirmişlər. Sonra mənzildən düşmüş, onu idarəyə aparmışlar. Birlikdə gəldikləri əməkdaşlar isə orada qalmışdır. Mənzilə baxış keçirilməsi zamanı təxminən iki saat orada qalmışlar. Ətrafda komendant ilə polis əməkdaşları söhbət etmişlər. O, həmin mənzildə təxminən bir ay yaşamış, evi Xaliq kirayələmiş, açar onda olmuşdur. Əlbəttə evdə narkotik vasitə olsa imiş, onu görərmiş, Xaliq evə gələndə o, həmişə evdə olmuşdur. İbtidai istintaq zamanı ona təzyiq olunmuş, ifadəsini özləri yazmışlar, o, orada nə yazıldığını tam bilməmiş, sonra qol çəkdirmişlər. Ona fiziki təzyiq olunmamış, lakin ona ifadəni oxumağa icazə verməmişlər. Xaliq avtomobilindən düşən kimi polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilin yük yerinə nə isə yerləşdirməsi olmamışdır. İfadə yazmamış, sadəcə ona qol çəkdirmişlər. Məhkəməyə verdiyi ifadəsini təsdiq etmişdir. O, Binəqədi ərazisində, təxminən 23-24 radələrində saxlanılmışdır. İbtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, tanıdığını, narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmadığını, həmçinin Xaliqin bu işləri barədə məlumatsız olduğunu bildirmişdir. Şahid2 hadisə ilə bağlı onu bildirmişdir ki, 27 avqust 2024-cü il tarixdə, təxminən saat 21 radələrində Xaliqlə çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Xaliq ’'Hyundai Elantra” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobildə olmuş, birdən Xaliq ona bir tanışı ilə görüşməli olduğunu və çay içməzdən əvvəl Binəqədiyə getməli olduğunu bildirmişdir. O da etiraz etməmiş və onlar ünvan 6 ünvana çatdıqda saat 23:15 dəqiqədə Xaliq avtomobili saxlamış və ona avtomobilin yanında gözləməyini bildirmiş, o gözləmiş, bir neçə dəqiqə sonra Xaliq avtomobilə tərəf gəlmiş, arxa saxlanc hissəni açaraq bir şey yerləşdirmiş, Şahid2 onun nə olduğunu bilmədiyini, ancaq baqajın açıldığını eşitdiyini bildirmişdir. Bundan sonra bir neçə mülki geyimdə polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmiş, onlar Xaliqə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmiş, o da səmimi olaraq etiraf edib avtomobilin arxa saxlanc yerində nəşə olduğunu bildirmişdir. Şahid2 bunu eşitdikdə çox təəccübəndiyini, çünki onun indiyə qədər narkotik istifadəçisi və satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Xaliqi polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, polis idarəsində Xaliq müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmiş, Xaliqə üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd '’Samsung” markalı mobil telefonu, 01 ədəd "Oppo" markalı mobil telefonu və 90 manat pulu, şalvarın sağ yan cibindən isə avtomobil açarını, sol bilək hissəsindən 01 ədəd qolbağı və sol əlindən 01 ədəd üzüyü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun təqdim etdiyi 02 ədəd "Samsung*” və ’’Oppo” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 90 manat pul, qolbaq, üzük və avtomobil açarı ona qaytarılmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, Xaliqin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul və istifadəçisi olmağı barədə, həmin gün avtomobillə birlikdə narkotikin götürülməsi üçün saxlanıldıqları ünvana getməkərindən, habelə avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını və həmin gün çay içmək üçün görüşdüyünü bildirmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra həmin mobil telefon geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. (iş vərəqi 78-80) Cinayət işinin materiallarında olan: -27 avqust.2024-cü il tarixli “Raport”dan görünür ki, AR DİN BMCMİ-nə dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Xaliq” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Xaliq” adlı şəxsin xx.xx.1991-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). -27 avqust 2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 5(005)- 2151/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 27 avqust 2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir.(iş vərəqi 146) -27 avqust 2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq AR DİN BMCMİ-ə (Baş İdarəyə) gətirilmişdir (cild 01, iş vər. 09). -28 avqust 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq idarə etdiyi “Hyundai Elantra” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc hissəsindən yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar 01 ədəd qara rəngli torba aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 27 avqust 2024-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvandan əldə etdiyini və həmin şəxsi bir neçə aydır ki, sosial şəbəkə vasitəsi ilə tanıdığını bildirmişdir.(iş vərəqi 33-34) -28 avqust .2024-cü il tarixli “axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq idarə etdiyi “Hyundai Elantra" markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, istintaqa vermiş olduğu ifadəsində yaşadığı ünvan 2 ünvanında da 02 ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana saxladığını, baxış keçiriləcəyi halda həmin kütlələri təqdim edə biləcəyini bildirmiş, 28 avqust 2024-cü il tarixdə həmin ünvanda axtarış, baxış və götürmə aparılan zaman mənzilin qonaq otağında olan dolabın içərisində 02 ədəd qara rəngli sellofan bağlamanın içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni təxminən 7-10 gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşı Samirə adlı şəxsin vasitəsi ilə Bakı şəhəri ərazisindən adını tam olaraq xatırlamadığı yerdən şəxsi istifadəsi üçün əldə etdiyini, belə ki, Samirə ilə “WhatsApp" mobil tətbiqi üzərindən əlaqə saxlayaraq hər dəfə qram şəklində nəşə almaqdan yorulduğunu və komplekt şəkildə kiloqramlarla nəşə almaq istədiyini, bundan irəli gələrək Samirənin ona 02 ədəd qara rəngli bağlamada nəşə göndərdiyini, lakin həmin bağlamada olan nəşədən istifadə edə bilmədiyini, həmin nəşə bağlamalarını orada saxlamağından ondan başqa heç kimin məlumatının olmadığını və cinayət əməlini tək törətdiyini bildirmişdir. (iş vərəqi 88-89) -Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Samirə" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır.(iş vərəqi 156) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 avqust 2024-cü il tarixli 7/1434 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş ağ kağız üzərində: "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş..." sözləri yazılmış, skoçla bağlanmış qara rəngli polietilen torbanın içərisində skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 11100 qram (11 kq 100 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: 1) Marixuananın ümumi çəkisi: 11100 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 11099,9 qram.(iş vərəqi 50-53) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29 avqust 2024-cü il tarixli 7/1446 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu...’’ sözləri yazılmış skoçla bağlanmış 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 3125 qram və 3050 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 6175 qramdır. (6 kq 175 qram). Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə aşkar edilmiş...” sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen torbada və hər birinin ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu...” sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:. 1) Marixuanaların ümumi çəkisi: 6175 qram, tədqiqata sərf edildi - 0,2 qram ( hər obyektdən 0,1 qram götürüldü), qalıq - 6174,8 qram.(iş vərəqi 116-120) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X10 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2024-cü il tarixli 5937 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir.(iş vərəqi 171-172) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ’’Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2024-cü il tarixli 2960/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir.( iş vərəqi 177-180) -20 sentyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ”Oppo" markalı mobil telefona baxış keçirilən zaman telefonun ’’WhatsApp” bölməsində adı “Coni Dayi oglu” deyə qeyd edilmiş 55-598-14-14 mobil telefon nömrəsindən 18 avqust 2024-cü il tarixdə ‘’Mən dediklərimi də düz qoş elə də mənə qardaşımsan, ən birinci də koka-kolanı” deyə mesajın göndərildiyi, adı “Malis” deyə qeyd edilmiş 77-312-00-05 mobil telefon nömrəsindən 09 avqust 2024-cü il tarixdə “Qaqa hardasan gəlirəm sən öl özümə götürürəm rayona gedirəm bu dəfədən 40 elə sonra 45 edərsən*’, ”Ay Xaliq mənə 2 qram lazım idi e özümə istəyirəm qaqam Rayonda çəkməyə görə istəyirəm”, Təqsirləndirilən şəxs tərəfindən “Hə, gəl bloka şəkilin çəkib atıram, oradan götür”, 12 avqust 2024-cü il tarixdə “Qaqa 5 dənə əmələ gəliir? 40m götürüm gəlim” Təqsirləndirilən şəxs tərəfindən “90 manat verərsən qaqa 2 dənəyə and ola allaha demək olar ki, öz qiymətinə verirəm oradan özümə 03-04 daş qalır” deyə mesajların göndərildiyi, narkotik vasitənin çeşidlənmiş vəziyyətdə qoyulduğu yerin fotogörüntülərinin Təqsirləndirilən şəxs tərəfindən göndərildiyi və ”Malis*‘ deyə qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs göndərdiyi bank kartı hesabına dəfələrlə elektron qaydada pul köçürmələrinin etdiyi, adı “Rza is” deyə qeyd edilmiş 50-824-21-39 mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən 09 avqust 2024-cü il tarixdə çeşidlənmiş vəziyyətdə elektron tərəzinin üzərində 2 qram çəkidə olan narkotik vasitəyə oxşar maddənin fotogörüntüsünün göndərildiyi. Təqsirləndirilən şəxs tərəfindən adı qeyd edilməmiş 55-830-72-47 mobil telefon nömrəsinə “İstəsən pulu atarsan bir yerə qoyaram gedib götürərsən**, cavab olaraq “Qaqa belə problem yoxdu amma mən Masazırı tanımıram axı gedib haradan tapacam, quran haqqı tapa bilmirəm e yoxsa o sizə vermişdim e iranlı, allah haqqı o da deyir 50-dən 60-dan at, atım sənə, prosto mən tapa bilmirəm”, deyə mesajların göndərildiyi müəyyən edilmişdir. Bundan başqa, İran İslam Respublikasına məxsus olan, adı qeyd edilməmiş +98 914 *** **** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerin koordinatlarının ayrı-ayrı vaxtlarda dəfələrlə göndərildiyi, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə ayrı-ayrı vaxtlarda narkotik vasitələri qoyduğu yerin fotogörüntülərinin iranlıya göndərdiyi, 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən “Ay bacı, cəmisi 44 dənə patı idi, onun biri durur məndə. 43 dənəsini atmışam. Plus 3 dənə də kğhnədən var idi. Cəmi 46 dənə kola idi. 1 qram cəmisi köhnədən kolamız var məndə. Bir də axırıncı götürdüyüm 40 qramdır, 20 qram da daşdır”, 17 avqust 2024-cü il tarixdə iranlı tərəfindən “Hacı necəsən? Gör o mallardan 20-30 qram bir-bir tökə bilərsiz? Klientlər mal istəyir, çöldə də daşımız yoxdur. Torpaq var, daş yoxdur”, “Bu konumda mal paylama;, “Hacı malları at mənə də, mənə” “Bu daşları tez tök çölə, pullarını atıblar, məni tələsdirirlər” və bundan başqa bu məzmunda onların arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair şübhə yaradacaq çoxsaylı mesajlaşmaların həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa İran İslam Respublikasına məxsus olan adı “Rza” deyə qeyd edilmiş +998 994 *** **** mobil telefon nömrəsindən narkotik vasitələrin atıldığı yerin fotogörüntülərinin ayrı-ayrı vaxtlarda fotogörüntülərinin Təqsirləndirilən şəxs göndərilərək koordinatlar barədə sonuncunu məlumatlandırdığı müəyyən edilmişdir.(iş vərəqi 155-156) -20 sentyabr 2024-cü il tarixli “telefon zəngləri ilə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azercell MMC-dən alınmış 17 sentyabr 2024-cü il tarixli 20069/24 saylı məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edilmişdir: xx/xx/2023 J 2:49:55.**********36.**********62, Hardasan tema lazımdı yari xx/xx/2023,22:58:48,**********57,**********36,SALAM belke bir iki tusdu neyinse ola xx/xx/2024,15:02:04,**********60,**********36,Xaliq ikidene yari kola elede axsam verecem 80manat (iş vərəqi 154) -xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaq tamamlandığından ********* cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 226-241). -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 adında azyaşlı uşaqları vardır. (cild 01, iş vər. 207-208). - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-469/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarından görünür ki, 27 avqust 2024-cü il tarixdə AR DİN BMCMİ-nə dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda “Xaliq” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədqiqinə götürülmüş “Xaliq” adlı şəxsin xx.xx.1991-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2024-cü il tarixdə, saat 23:15-də ünvan 3 ünvanında yaxınlığında saxlanılaraq özünün razılığı və iştirakı ilə 28 avqust 2024-cü il tarixdə saat 19:17-dən etibarən qeyd olunan ünvanda axtarış aparılarkən mənzilin qonaq otağında olan dolabın içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3125 (üç min yüz iyirmi beş) qram və 3050 (üç min əlli) qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 6175 (altı min yüz yetmiş beş) qram olan bitki mənşəli tərkiblərinə görə eyni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2024-cü il tarixdə, saat 23:15-də qeyd olunan ünvanda saxlanılıb idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək orada 28 avqust 2024-cü il tarixdən saat 01:41-dən etibarən avtomobilə baxış keçirilərkən avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd bağlamada təmiz çəkisi külli miqdarda 11100 (on bir min yüz) qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 27 avqust 2024-cü il tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ünvandan əldə etdiyini və həmin şəxsi bir neçə aydır ki, sosial şəbəkə vasitəsi ilə tanıdığını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürüldükdən sonra, götürülmüş maddələr məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 28 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi ’'Hyundai Elantra” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobilə və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 5(005)-2151/2024 nömrəli qərarından görünür ki, 27 avqust 2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir.(iş vərəqi 146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbəni, o cümlədən İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun evindən və avtomobilindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, onların polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, psixi təsirə, polis tərəfinfən özünü və yanındakı xanımın tutulacağı barədə təhdidlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadə verməsi barədə göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən bildirilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobildən düşərək nə isə götürüb avtomobilə qoyduğunu görməmiş, Xaliqə və ona ibtidai istintaq zamanı təzyiq göstərilməmişdir. Polis əməkdaşlarının onunla avtomobildə gedəndə əllərində heç nə olmamışdır. Evə ilkin baxış zamanı Təqsirləndirilən şəxs iştirak etməmişdir. Həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hadisə baş verən gün Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3 ünvanına çatdıqda saat 23:15 rardələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış və ona avtomobilin yanında gözləməyini bildirmiş, o gözləmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobilə tərəf gəlmiş, arxa saxlanc hissəni açaraq bir şey yerləşdirmiş, o isə yerləşdirdiyinin nə olduğunu bilməmiş, ancaq baqajın açıldığını eşitmişdir. Şahidin qeyd olunan ifadələri ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun evindən və avtomobilindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, onların polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə verdiyi ifadələri təkzib olunur. Məhkəmə hesab edir ki, Şahid2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs avtomobildən düşərək nə isə götürüb avtomobilə qoyduğunu görməməsini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs olmadan ilkin olaraq yaşadığı daxil olub evə baxış keçirmələri barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, Şahid2 Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olduğundan məhkəməyə onun lehinə ifadələr vermiş, bu məzmunda söylədiyi xüsusatlar isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasında məhz Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Məhkəmə hesab edir ki, şəxsin yaşayış yerindən və avtomobilindən aşkar olunan narkotik vasitələrin miqdarının külli miqdardan daxil olmaqla aşağı həddən dəfələrlə çox olması (17 kiloqram), o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən narkotik vasitələrin satışına dair çoxsaylı SMS-lərin iş materiallarında mövcud olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitələri məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə ona pul veriləcəyi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndirilən şəxsi səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. İş materiallarına əlavə edilmiş tələbnamə və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-469/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. CM-in 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin maddənin mənasına görə şəxsin məhkum sayılması üçün onun barəsində çıxarılmış ittiham hökmü qanuni qüvvəyə minməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi vaxt barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü olmadığından o, məhkum edilmiş şəxs sayılmır, onun əməlində cinayətlərin residivi yaranmır və belə olan halda CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunan cəza Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-469/2024 nömrəli hökmü ilə təyin olunan cəza ilə qismən toplanılmaqla şəxsə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın mövcudluğunu, ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, o cümlədən təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə müvafiq qaydada qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 130-134). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 27 avqust 2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 1(006)-469/2024 saylı cinayət işi birinci iş üzrə 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış qalıq çəkisi 17 kq 274.6 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Oppo" markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 188 AZN (yüz səksən səkkiz) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-469/2024 saylı hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(006)-469/2024 saylı cinayət işi üzrə tutulduğu 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək cəmi 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 08 (səkkiz) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilən tədqiqata sərf edildikdən sonra qalıq qalmış qalıq çəkisi 17 kq 274.6 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Oppo" markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs (və ya yaxın qohumlarına) qaytarılsın. İş üzrə 188 AZN (yüz səksən səkkiz) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar