Məhkəmə qərarları › İş №1(124)-273/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-273/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-273/2024 18.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, X8 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçilər - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qusar rayonu Ləgərqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Ləgər-qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 01 avqust 2023- cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx.xx.1980-ci İl tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan, barəsində 01 avqust 2023cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət etdiyi müddətdə doğma dayısı, Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan razılaşmaya əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarında Qusar rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə məxsus, rayonun Samur qəsəbəsində yerləşən mobil telefon aksessuarları satışı ticarət obyektinə polis xidməti uniformasında gedib Zərərçəkmiş şəxs ona olan inamından istifadə etməklə ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu, Bakı şəhərinə gedib onda rus rublu ilə olan pul vəsaitlərini sərfəli kursla, yəni 1 rublu 0,0278 manat məzənnə ilə dəyişə biləcəyini, rus rublu ilə alacağı pul vəsaitlərinin əvəzini 1-2 gün ərzində manatla qaytarıb verəcəyini yalandan vəd verərək aldadıb, Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs məxsus pul vəsaitlərini ələ keçirmək barədə əvvəlcədən öz aralarında, qurduqları niyyətlərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 özü barəsində Zərərçəkmiş şəxs formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla xx.xx.2022-ci il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Samur qəsəbəsində fəaliyyət göstərən qeyd olunan ticarət obyektinin iş otağında Zərərçəkmiş şəxs 1.000.000 (bir milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 27,800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində yenidən ticarət obyektinə gedib əvvəlcədən danışdıqları kimi manata dəyişmək adı ilə Zərərçəkmiş şəxs 2.000.000 (iki milyon) rubl, o dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində nağd pul vəsaitini, həmin gün, saat təxminən 17 radələrində qeyd olunan ticarət obyektinin iş otağında Zərərçəkmiş şəxs qardaşı Şahid1 də Zərərçəkmiş şəxs məxsus 2.000.000 (iki milyon) rubl, həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində nağd pul vəsaitini, hamısının əvəzini azərbaycan manatı ilə birlikdə qaytaracağını yalandan bildirərək Zərərçəkmiş şəxs və Şahid1 aldığı ümumilikdə ******* (beş milyon) rus rublu pulun əvəzində 139.000 manat məbləğində pul verəcəyini yalandan onlara vəd edib almışlar, xx.xx.2022-ci il tarixdə, saat təxminən 01 radələrində Ağayev qardaşlarının çalışdığı ticarət obyektində Şahid1 onlardan aldığı puldan 9000 min (doqquz min) manat pulu aparıb verib özünə inandırmaq üçün vədinə əməl etməsi görüntüsü yaratmağa çalışmış, aldadıb aldığı ümumilikdə 130.000 manat məbləğində pul vəsaitlərini cinayətdən xəbərsiz olan, “Vaz 2107” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi sürücüsü işləyən, Qusar rayonu Ləgər-qışlaq kənd sakini Şahid7 vasitəsi ilə dayısı Təqsirləndirilən şəxs2 göndərib şəxsi ehtiyaclarına sərf etmişlər. Sonradan isə aldadıb aldıqları həmin pulları dəyişmək adı ilə dayısı Təqsirləndirilən şəxs2 verdiyini onlara bildirmiş, Zərərçəkmiş şəxs və qardaşlarında formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Təqsirləndirilən şəxs2 ilə birlikdə aldadıb aldığı pul vəsaitlərini ələ keçirmiş, bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs1 27 dekabr 2023-cü il tarixli məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, oktyabr - noyabr ayları olmuşdur. Dayısı Samir ilə orada işləmişlər. Təqsirləndirilən şəxs2 iş görməkdən ötrü ona rubla ehtiyacı olduğunu demiş və həmin məbləğdə olan pulu tapa bilib-bilməməsi barədə soruşmuşdur. O da Zərərçəkmiş şəxs 1 milyon 350 min rubl götürərək Samirə göndərmişdir. Rublu götürüb əvəzində manat qaytarmışdır. Noyabr ayında başqa yerə getdiyi üçün pul Rusiyada ilişib qalmışdır. Ziyan elədiyini dəqiq bilməmişdir. Ona pulun göndərilmədiyi bildirilmişdir. Bununla bağlı problem yaranmışdır. Şikayətə qədər az-az ödənişlər olunmuşdur. Daha sonra Samir onun tapşırığı ilə gəlib müəyyən hissə ödəmişdir. Həmin vaxtı Samir Rusiya Federasiyasında olmuşdur. Pulu az miqdarda ödəmişlər. Müəyyən problemlər olsa da onlar pulu yenə də ödəmək niyyətindədirlər. Qohumlarla birgə ziyanı ödəməyə çalışacaqlar. Onun pulu götürməkdə niyyəti dələduzluq olmamışdır. Təqsirləndirilən şəxs2 onun dayısıdır. Sadəcə olaraq pulu vaxtında ödəyə bilməmişlər. Onun bu məsələdə başqa marağı olmamışdır. Əslində onlar əvvəldən pulu götürmüşlər. Götürdükləri pullardan müəyən hissəsini qaytarmışlar. O 130 min pul götürüb Təqsirləndirilən şəxs2 vermişdir. O puldan müəyyən hissəsini qaytarmışdır. Samir onun vasitəsilə o pulları götürmüşdür. O həmin götürülən pullardan şəxsi istifadəsi üçün sərf etməmişdir. O əvvəllər Polis bölməsində sahənin polis nəfəri kimi işləmişdir. O işdən götürdüyü pullara görə uzaqlaşdırılmışdır. O kimdənsə məcburi yolla pul götürməmişdir. Əvvəllər götürdükləri pulları qaytardığına görə yenidən Zərərçəkmiş şəxs pul götürmüşdür. O Samiri tanıdığı üçün pulu götürmüşdür. O əvvəl 2 milyon rubl pul götürmüş, lakin o pulu qaytarmışdır. Təxminən 3.5 milyon rubl qalmışdır. Yekunda ondan 4 milyon pul götürülmüşdür. O puldan 1 milyona yaxını qaytarılmışdır. Oktyabr-noyabr aylarında götürdüyüm pullar qaytarılmamışdır. O, zərərçəkmiş şəxsi 2017-ci ildən tanımışdır. Qanunsuz valyuta dəyişməklə məşğul olmasına görə onu iki dəfə polis idarəsinə təhvil vermişdir. Müəyyən çətinlik olduğuna görə qaytara bilməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Əslində əvvəllər də ondan pul götürmüş və qaytarmışlar. Təxminən orada 3 milyon yarım rubl qalmışdır. Samir pulları onun vasitəsilə götürmüş, lakin o pulları necə istifadə etdiyini bilməmişdir. Onların valyuta dəyişdirməklə bağlı tanışları olmamışdır. Onlar zərərçəkmiş şəxsin valyuta dəyişdiyini bilmişdir. Zərərçəkmiş şəxs pul satdığını bildiyi üçün ondan pul götürmüşdür. O güclə kimdənsə pul götürməmişdir. Samir belə götürdüyü pullara münasibətdə zərərçəkmiş şəxsi incitməmişdir. Ən sonda belə inciklik olmuşdur. O, Samiri tanıdığı üçün pulu götürmüşdür. Zərərçəkmiş şəxsdən pulu götürməyini dayısı ondan xahiş etmişdir. Dayısı ona al-ver etdiyini bildirmişdir. Onlar 5 milyon rublu bir dəfəyə götürməmişlər. Samirin həmin pulları nə üçün qaytarmadığından məlumatı olmamışdır. Araşdırma zamanı ifadə verərkən onu döyən və incidən olmamışdır. İfadəni sərbəst şəkildə vermişdir. Növbəti aydan pulları qaytarmağa başlayıb pulların qaytarılmasını tezləşdirəcəklər. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumuşdur. İstintaq ərəfəsində dayısının övladının toyu ərəfələri olmuşdur. Toydan sonra pulların müəyyən hissəsini ödəyəcəyini bildirmişdir. Pulları qayatara biləcəyini fikirləşdiyi üçün istintaqa o cür ifadə vermişdir. Onlar özləri məzənnə müəyyən edib pulu vermişlər. Onlar kurs qoya bilmirlər. O 30 min pul verəcəyini deməmişdir. O, Samirə 27 min pul verəcəyini demiş və o, da sərf etdiyini bildirmişdir. Həmin məzənnə onlara sərf etdiyinə görə pulu vermişdirlər. 130 min manat borclu qalmışlar. O, dayısının belə güclü borclarının qaldığını bilməmişdir. O özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmənin növbəti iclaslarında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş sualları cavablandırarkən göstərdi ki, O, dələduzluq əməlini etməmişdir. Şəxsin yeznəsinin pulu göndərməsindən xəbər tutmuşdur. Onların özləri pul dəyişdirməklə məşğul olmuşlar. Al-verin dayanmaması üçün lazım olanda onlardan pul götürmüşdür. Bank söhbəti olmamışdır. Bank kursunu və hansı yolun daha sərfəli olduğunu onlar daha yaxşı bilmişlər. O şəxsləri aldadaraq onlara kurs qoymamışdır. O sadəcə yaxın adamlarına lazım olan zaman onlardan pul götürmüşdür. Onlarla bu cür çox işləmişlər. Onların arasında 3 milyon rubl qalmışdır. O dayısına rubl lazım olur deyə onlarla tanış etmişdir. O, Şahid7 vasitəsilə pul göndərmişdir. O, smslərin məzmununun doğruluğunu təsdiqləmişdir. Həmin videogörüntülərdə səhvlər çoxdur. O videgörüntüdə onların birinci olaraq beş milyon rubl vermələri yoxdur. Onlara pulların qaytarılması hissəsi yoxdur. Onlara pulun müəyyən hissəsi qaytarılmışdır. Videogörüntüdəki odur. Pulu götürmüş və Samirə göndərmişdir. Bir milyon götürmüş və manatla qaytarmışdır.Onların 3 milyon yarım borcları vardır. Qaytarılan pulları faizə çıxıblar. Manatla 30-40 min manat etmişdir. 500 min rubla qədər pul ödənilmişdir. Məhkəmə istintaqı gedişində ona pul ödəməmişlər. Torpaq sahəsi on və ya on iki il əvvəl satılan torpaq sahəsi olmuşdur. Əmlak onun adında qalmışdır. Torpaq sahəsi ev tikilməsi məqsədi ilə satılmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2008-ci ildən Azərbaycan Respublikası DİO-da, xx.xx.2017-ci il tarixdən Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı rütbəsində xidmət etmiş, xx.xx.2023-cü il tarixdə isə Qusar şəhər sakini, rayonun Samur qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid2 və qardaşlarının onun həmin şəxslərdən manata dəyişmək adı ilə rublla pullarını alıb ələ keçirməsi barədə etdikləri şikayətə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 Qusar rayonu Samur qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, mobil telefon aksessuarları, ərzaq məhsulları satışı mağazaları işlədən şəxslər kimi tanımışdır. Onlarla aralarında qohumluq əlaqələri yoxdur, eləcə də əvvəllər aralarında düşmənçilikləri və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs2 isə onun doğma dayısıdır. O, əvvəllər Qusar rayonunda sürücü işləmiş, arabir fərdi qaydada avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur, ailəsi isə daimi olaraq Qusar rayonu Köhnə Xudat kəndində yaşayırlar. Amma Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası Krasnodar diyarının Krasnodar şəhərinə də gedib-gəlir, orada da yaşayır. Onunla aralarında mehriban münasibətləri vardır, əvvəllər hər hansı mübahisələri, münaqişələri, dava-dalaşları olmamışdır. Eləcə də dayısı ilə hər hansı şərikli biznes işləri də yoxdur. Dayısı Təqsirləndirilən şəxs2 Rusiyada və Azərbaycanda müxtəlif şəxslərə pul borcları olduğundan çıxılmaz vəziyyətdə olmuş, onun kimlərə, hansı məbləğdə pul borclu olduğunu isə dəqiq bilməmişdir. 2022-ci ilin təxminən iyul ayının ortalarında dayısı Təqsirləndirilən şəxs2lə Qusar rayonu Samur qəsəbəsində kafelərdə bir neçə dəfə oturub çay içə-içə dərdləşmişlər. Samir əvvəlcə ondan iş tapmasını xahiş etmiş, özü də ona maraqlanıb cavab deyəcəyini bildirmişdir. Həmin vaxtlarda dayısı Samirlə Samur qəsəbəsində kafedə görüşərkən ona borclarını bağlamaq üçün pul lazım olduğunu, rus rublu dəyişmək lazım olsa həmin valyuta ilə pul vəsaitləri istədiyini, bu pullarla iş görə biləcəklərini, özlərinin də bu işdən xeyirləri, qazanclarının olacağını, onun üçün rublla pul tapmasını, borclarını da bu pullarla qaytaracağını demişdir. Özü də ona cavab deyəcəyini bildirmişdir. Aralarındakı bu söhbət də bir az uzanmışdır. Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri olaraq Zərərçəkmiş şəxs, onun qardaşı Şahid1 və onların ailə üzvlərini Qusar rayonu Samur qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kimi tanımışdır. Onlar da onun polis əməkdaşı olduğunu bilmişlər, onu polis əməkdaşı kimi tanıyıb inanıb etibar etmişlər. Onların obyektlərinə polis xidməti uniformasında gedib-gəlmiş, onların obyektlərində işləyən Şahid6 də tanımışdır. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında dayısı Təqsirləndirilən şəxs2 istədiyi rus rublu valyutası ilə pulları Zərərçəkmiş şəxs alıb ona göndərmək qərarına gəlmişdir. Həmin vaxtlarda dayısına Həsrətin barəsində danışıb həmin pulları ondan ala biləcəklərini demişdir. Ona rus rublunu sərfəli kursla manata dəyişməyi vəd edib inandırmaqla aldadıb, ondan pulları bu adla almaq barədə razılaşmışlar. Faktiki olaraq isə bu pulları dəyişməyə heç bir imkanları olmamışdır. Həsrəti bu vədlə özlərinə inandırıb pullarını ələ keçirməyi planlaşdırmışlar. 2022-ci ilin oktyabr ayı ərzində Zərərçəkmiş şəxs və qardaşlarının işlətdikləri, mobil telefon aksessuarları satışı obyektinə bir neçə dəfə gedib orada Zərərçəkmiş şəxs və Şahid1 yalandan guya manata dəyişəcəyini vəd edib onlardan rus rublu valyutası ilə pul vəsaitlərini alıb sonra dayısı Təqsirləndirilən şəxs2 Qusar rayonu Samur qəsəbəsinin ərazisindən taksi sürücüləri, “Vaz 2107” markalı, ağ rəngli, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən həmkəndlisi Şahid7 və “Mercedes” markalı, qırmızı rəngli, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili idarə edən, Qusar rayonu Köhnə Xudat kənd sakini X25 vasitəsi ilə göndərmişdir. Dayısı Təqsirləndirilən şəxs2 də bu pulların bir hissəsinin əvəzində manatla olan pul vəsaitlərini həmin taksi sürücüləri vasitəsi ilə ona qaytarmış, bəzi hallarda isə Qusar rayonu Samur qəsəbəsində özü ona təhvil vermiş, özü də bu pulları onlardan Samur qəsəbəsi ərazisində təhvil aldıqdan sonra ticarət obyektinə gedib Zərərçəkmiş şəxs və Şahid1 vermişdir ki, ona inam və etibarları daha da artsın, bundan sonra pulu verməkdə tərəddüd etməsinlər. Həsrətlə aralarındakı danışığa əsasən 1 rus rublunu 0,0278 manat məzənnəsi ilə dəyişəcəyini ona vəd etmişdir. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında, axşam saatlarında Zərərçəkmiş şəxs və qardaşlarının işlətdikləri, telefon aksessuarları satışı obyektinə gedib oradan 300.000 rus rublu, həmin dövrün məzənnəsinə görə 8.340 manat məbləğində pulu manata dəyişəcəyi adı ilə alıb dayısı Samirin yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evinə gedib bu pulu ona versə də, lakin bundan sonra Samir həmin pula ehtiyac olmadığını, daha artıq məbləğdə pul almaq istədiyini bildirib ona qaytarmış, özü də ona daha çox pul ala biləcəyini deyib bir neçə saat ərzində yenidən ticarət obyektinə gedib bu 300.000 rus rublu məbləğində pulu qaytarmışdır. 2022-ci ilin oktyabr ayının ortalarında, axşam saatlarında isə dayısı Samirlə aralarındakı danışığa əsasən Zərərçəkmiş şəxs və qardaşlarının işlətdikləri telefon aksessuarları satışı obyektinə yenidən gedib orada Zərərçəkmiş şəxs 1.000.000 rubl, həmin dövrün məzənnəsinə görə 27.800 manat məbləğində pulu alıb bir neçə saat ərzində həmin pulu 0,0278 manat məzənnəsi ilə dəyişib ona verəcəyini demişdir. Bu pulu ondan alıb dayısı Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə zəng edib ona bu barədə məlumat vermiş, Samir də həmin pulu ondan alması üçün taksi sürücüsü Anar Bəkərovu onun yanma göndərmişdir. Bu pulu Qusar rayonu Samur qəsəbəsi ərazisində yolda Anara verdikdən bir neçə saat sonra Samir onun vasitəsi ilə bu pulun əvəzini manatla göndərmiş, özü də Qusar rayonu Samur qəsəbəsi ərazisində yolda ondan bu pulları təhvil alıb yenidən Həsrətin işlətdiyi ticarət obyektinə gedib Samirin ona manatla göndərdiyi pulu ona vermişdir ki, ona inam və etibarı daha da artsın, bundan sonra pulu verməkdə tərəddüd etməsin. Bundan sonra Həsrətdən aldığı pulları dayısı Təqsirləndirilən şəxs2 Şahid7 vasitəsi ilə göndərmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Samur qəsəbəsində yerləşən qeyd edilən ticarət obyektinə gedib orada guya sərfəli kursla manata dəyişəcəyi vədi ilə Zərərçəkmiş şəxs 1.000.000 (bir milyon) rus rublu, həmin dövrün məzənnəsinə görə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pulu alıb əvəzini 0,0278 manat kursla qaytaracağına söz vermişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində yenidən ora gedib Həsrətdən 2.000.000 (iki milyon) rus rublu, həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində pulu alıb bu pulun da əvəzini ondan əwəl aldığı pulla birlikdə qaytaracağına söz vermişdir. Həmin pulu dayısı Təqsirləndirilən şəxs2 göndərmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17 radələrində də bu ticarət obyektinə gedib Şahid1 2.000.000 (iki milyon) rus rublu, həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində pulu alıb əvəzini manatla qaytaracağına söz vermiş, bu pulu da onun qardaşı Həsrətdən əvvəl aldığı pullarla birlikdə qaytaracağını demişdir. Həmin pulu da dayısı Təqsirləndirilən şəxs2 göndərmişdir. Zərərçəkmiş şəxs və Şahid1 aldığı pulların əvəzində onlara 5.000.000 rus rublu, həmin dövrün məzənnəsinə görə 139.000 (bir yüz otuz doqquz min) manat məbləğində pul verməli olmuşdur. Bilmişdir ki, dayısı Təqsirləndirilən şəxs2 maliyyə problemləri, borcları vardır. Düşünmüşlər ki, aldığı pullarla Samir hansısa bir iş görər, daha çox pul qazanarlar, özlərinin də bu işdən əlavə xeyirləri, qazancları olar. Dayısı Təqsirləndirilən şəxs2lə birlikdə iş görüb qazanc əldə etmək istədiyi üçün Zərərçəkmiş şəxs yalandan guya manata dəyişəcəyini vəd edib ondan rus rublu valyutası ilə pul vəsaitləri almışdır. Faktiki olaraq isə aldıqları pulları dəyişməyə heç bir imkanları, variantları olmamışdır. Qazanc əldə etmək məqsədi ilə bu pulları Həsrətdən almaq üçün ona yalandan guya bu pulları manata dəyişəcəyini vəd etmiş, onu bu adla aldatmışlar. Bu pulları Həsrətdən bu adla almışdır ki, əllərində iş görmək üçün maya olsun. Samirlə əvvəlcədən öz aralarında sövdələşib, razılaşıb birlikdə xeyir tutmaq üçün bu işə getmişlər. Həsrətdən manata dəyişmək adı ilə pulları alıb iş görüb qazanc əldə etmək istəsələr də, lakin bu planları baş tutmamış, pul qazana bilməmişlər. Dayısı Samir onun Həsrət və Nüsrətdən aldığı pullarla borclarını qaytarmışdır. Həsrətdən aldığı rus rublu valyutası ilə olan pulların əvəzini manatla qaytaracağına söz versə də, bunu ona yalandan özünə inandırmaq üçün demiş, aldığı pulları da dayısı Təqsirləndirilən şəxs2 göndərmişdir. O da həmin pullarla öz borclarını qaytarmışdır. Həsrətdən aldıqları pulları manata dəyişəcəklərini vəd etsələr də, vədlərinin üstünə durmamışlar, ona yalan danışmışlar, onun pullarını da qaytarmayıb onu aldatmışlar, özlərinə götürüb ələ keçirmişlər. Ona görə də Həsrət dəfələrlə ondan öz pulunu tələb etdikdən sonra onun pullarının bir hissəsini qaytarmışlar. Bu pulları Həsrətə ona görə vermişlər ki, özlərinə inandırsınlar, onlardan şikayət etməsin. Xatırladığına görə, Həsrət və Nüsrətdən aldıqları pulların əvəzində onlara verməli olduqları təxminən 122.200 (bir yüz iyirmi iki min iki yüz) manat məbləğində pul qalmışdır. Lakin ola bilər ki, bu məbləğ 130.000 manatdır, sadəcə olaraq onlardan aldıqları pulların dəqiq məbləğlərini xatırlamadığı üçün cəmi məbləği düzgün bildirməmişdir. Hər bir halda bu pul özlərinin məsuliyyətindədir, geri qaytarmalıdırlar. Dayısı Təqsirləndirilən şəxs2 ondan rus rublu valyutası ilə pul istədiyindən, qazanclarının olacağını dediyindən ona kömək etmək və bu işdən xeyir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs və Şahid1 bu pulları manata dəyişəcəyini vəd edib alıb ona göndərmişdir. Rus rublu ilə olan pullar; dayısı Samirə göndərməsinin əvəzində ona köməklik göstərmiş, Rusiyadan mədə-bağırsaq üçün adını xatırlamadığı dərman, şirniyyat, konfet məmulatları vermiş, ailəsinə hörmət, diqqətlə yanaşmışdır. Aldığı pullarla da öz borclarını qaytarmışdır. Zərərçəkmiş şəxs və Şahid1 aldığı pulların əvəzini tam şəkildə qaytarmadığı üçün onlar dəfələrlə bu pulları qaytarmasını istəmişlər. Özü də Həsrət və Nüsrətə gözləməli olduqlarını bildirib pullarını sonra verəcəyini demişdir. Həsrət, Nüsrət və onun qardaşı Bəkir onun barəsində aidiyyəti dövlət orqanlarına şikayət edəcəklərini dedikdə işindən azad olunmaq istəmədiyini, şikayət etməmələrini, pullarını qısa müddət ərzində qaytaracağını demişdir. Hətta Həsrət və Nüsrəti inandırmaq üçün 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində dayısı Təqsirləndirilən şəxs2lə birlikdə həmin ticarət obyektinə gedib Həsrətlə görüşüb danışmışlar. Samir də Həsrətə pullarını yaxın müddətdə qaytaracaqlarını demişdir ki, ondan şikayət etməsin. Samirlə birlikdə eyni qaydada Şahid2 işlətdiyi, Qusar rayonu Samur qəsəbəsində yerləşən kafeyə də gedib ondan şikayət etməməsini, pullarını qaytaracaqlarını demişlər. Dayısı Samiri də özü ilə birlikdə Həsrət və Bəkirin yanına aparmışdır ki, onlarla söhbət edib onları inandırsın, ondan şikayət etməsinlər. 2023-cü ilin yanvar ayında Samir Rusiya Federasiyasının Krasnodar şəhərinə gedib xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. İstifadəsində olan “070 676-94-76” saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı ilə Samirin RF-də istifadəsində olmuş “+7 964 933- 00-38” saylı, eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan “050 357-13-40” saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Samir ona Həsrətin pullarını qaytaracağı məzmununda səs yazılarını atmış, özü də onun səs yazılarını Həsrətin mobil telefon nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs2 özü də Zərərçəkmiş şəxs pullarını qaytaracaqlarına onu inandırıb şikayət etməsinə mane olmaq üçün onun mobil telefon nömrəsinə səs yazıları göndərmişdir. Özü və dayısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs rus rublu valyutası ilə olan pullarını manata dəyişmək adı ilə alıb qaytarmamaqla onu aldatmışlar, ona söz verməsinə baxmayaraq, vədlərinə əməl etməyib yalan danışmışlar, pullarını bu adla ələ keçirmişlər. Samir səs yazılarında Həsrətə “Biz axmaqlıq elədik, aldatdıq, yalan danışdıq” sözlərini də ona görə demişdir ki, çünki onlar həqiqətən də Həsrətdən azərbaycan manatına dəyişmək adı ilə rus rublu valyutası ilə pul vəsaitlərini almalarına baxmayaraq bu pulları ona qaytarmayıb aldatmışlar. Bu tutduqları işə görə də peşman olmuşlar. Onun pullarını qaytarmaq üçün tapıb verəcəklərinə onu inandırmaq istəmişlər ki, onlardan şikayət etməsin, nəticədə də özü polis orqanlarında işindən azad edilməsin. Samir Həsrətə üzrxahlıq edib peşman olduqlarını bildirib pullarını qaytarmaları üçün vaxt verməsini xahiş etmişdir. Özü və dayısı Samir Həsrətdən manata dəyişmək adı ilə rus rublu pullarını alıb əvəzini qaytarmayaraq onu aldatdıqlarına görə onlardan şikayət etsə, onun işdən azad ediləcəyini, eləcə də cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmələri ehtimalının olduğunu bilmişlər. Ona görə də Samir Həsrətə oranı, yəni həbsə düşməyi, illərlə orada qalmağı istəmədiklərini, balalarının xətrinə onlardan şikayət etməməsini deyib üzrxahlıq etmiş, Həsrətə göndərdiyi səs yazılarında ikisinin adından danışmışdır. X34 guya onları da kiminsə aldatdığını yalandan demişdir ki, Həsrət onlardan şikayət etməsin, pulları qaytarmaq üçün vaxt qazansınlar. Lakin onları aldadan şəxs olmamışdır. Həsrət və qardaşlarına onun barəsində şikayət etməmələrini desə də, pullarını qaytarmadığı üçün şikayət ərizəsi ilə aidiyyəti dövlət orqanlarına müraciət etmişlər. Ona görə də xx.xx.2023-cü il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Zərərçəkmiş şəxs və qardaşlarına özü bilərəkdən onlardan rus rublu pulunu alarkən inandırıcı olmaq üçün pulu Bakı şəhərində tanış bankda sərfəli faizə dəyişməyi yalandan özündən belə demişdir. Fikirləşmişdir ki, dayısı Təqsirləndirilən şəxs2 əli ilə bu pulu dəyişəcəyini desə, birdən onların ağıllarına pis fikir gələr, ona inanıb bu böyük məbləğdə pulları verməzlər. Onlar da ona inanıb etibar edib bu böyük məbləğdə pulları vermişlər. Həsrətgil də həm özlərinə xeyir qalması, həm də ona bu yolla xeyir vermək istədiklərinə görə etibar edib bu pulu ona vermişlər. Bu işə özünün cavabdehlik daşıdığını da bildirib bu pulların əvəzini onlara manatla qaytaracağına yalandan söz verib özünə inandırmış, sonra isə həmin pulları dayısı Təqsirləndirilən şəxs2 göndərmiş, bu adla da onları aldadıb pullarını ələ keçirmişlər. Həmin vaxtlarda rus rublunun real alış-satış qiyməti təxminən 0,025-0,026 manat aralığında dəyişmişdir. Özü isə Zərərçəkmiş şəxs həmin rus rublu pullarını 0,0278 manat kursla, yəni baha, ona sərfəli qiymətə alacağını vəd edib ondan pulları məhz bu adla almışdır. Bu kurs sərfəli olduğundan Həsrət də ona inanıb rus rublu pullarını vermişdir. Ona nümayiş etdirilən video görüntülərlə tanış olaraq bildirmişdir ki, həqiqətən də bu video görüntülərdən də göründüyü kimi, polis xidməti uniformasında Zərərçəkmiş şəxs və Şahid1 işlətdikləri ticarət obyektinə bir neçə dəfə gedib orada onlardan rus rublu ilə pul vəsaitlərini almışdır. Onlar bu pulları sayıb ona vermişlər. Özü də onlardan sellofanın içərisində pulları götürüb gödəkcəsinin cibinə qoyub çıxıb getmişdir. Bu video görüntülərdə əks olunan, pulları təhvil alan şəxs həqiqətən də özü olmuş, bunu bir daha təsdiq etmişdir. Səs yazıları ilə bağlı bildirmişdir ki, bu səs yazıları dayısı Təqsirləndirilən şəxs2 “whatsapp” proqramı vasitəsi ilə onun və Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə göndərdiyi səs yazılarıdır. Samirin ona atdığı səs yazılarını da Həsrətə özü göndərmişdir. Polis əməkdaşı olsa da, Zərərçəkmiş şəxs və Şahid1 manata dəyişəcəyini vəd edib onlardan pullarını almışdır. Dayısı Samirlə birlikdə törətdiyi bu əməlinə görə peşman olmuş, təqsirini boynuna almış, məsuliyyətini dərk etmişdir. Gərək polis olduğu üçün bu hərəkəti törətməzdi, nəticədə də işindən azad olunmazdı. Özü və Samir aldıqları pulu qaytarmaq istəyirlər. Həsrətin pullarını qaytaracaqlarına da söz vermişlər. Təqsirləndirilən şəxs2 27 dekabr 2023-cü il tarixli məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, onlar səhv etmişlər. Onlar ittihamda göstərilən miqdarda pulu götürmüşlər. Həmin pulla bir az işlər görmüşdür. Axırda da pul dövr eləyəndə ilişib qalmışdır. Onlar pulun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. O hal-hazırda işlədiyini bildirmişdir. İlhama o puldan heç bir şey verməmişdir. Bütün pullar onda olmuşdur. 9 mini İlhamın vasitəsi ilə qaytarmışdır. Mülklə və ya dost-tanışla o pulu qaytaracığını söyləmişdir. 139 min manatda 9 mini ödəmişdir. O, pulları kommersiya fəaliyyətində batırmışdır.Götürdükləri pulu bu yaxınlarda razılığa gələrək hissə-hissə qaytaracaqlar. O həmin pulun yarısını ödədiyi zaman məsuliyyətdən azad ola biləcəyini bilmişdir. Pulları almamışdan qabaq özü Rusiya Federasiyasında işləmişdir. Həmin pullar ona hissə-hissə verilmişdir. O 139 min manatdan İlhama heç nə verməmişdir. Onun ümumi olaraq başqa şəxsə 5-6 min manat borcu olmuşdur. 139 min manatdan həmin borcu bağlamış, qalan pullarla işləmiş və həmin pulları batırmışdır. Qusarda yerləşən bazarda arendaya yer götürmüşdür. O çörək paylamaqla məşğul olmuşdur. O, pulları manatla qaytarmışdır. O, məhkəmə istintaqı gedişində pulları qaytaracağını və borclu qalmaq istəmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmənin növbəti iclaslarında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş sualları cavablandırarkən göstərdi ki, Şahidin düzgün danışmadığını və zərərçəkmiş şəxsə pulun çox hissəsini qaytardığını, birlikdə doqquz min manat pul qaytardığını bildirmişdir. Onlar daha sonra min manat olaraq aybaay pul vermişlər. Bir dəfə də 100 min rubl pulu zərərçəkmiş şəxsə şəxsən qaytarmışdır. Ümumilikdə 16-17 min manat pul qaytarmışdır. Ona çatan 3 milyon yarım olmuşdur. 5 milyon manat ona çatmamışdır. Qalan pulu ona qaytarmağa razı olmuşdur. Ona Şahid7 vasitəsilə pul göndərilmişdir. Ona ümumilikdə 5 milyon pul çatmışdır. O, smslərin məzmununun doğruluğunu təsdiqləmişdir. Onun avtomobili etibarnamə əsasında satılmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, arada bir fərdi qaydada avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, amma Rusiya Federasiyasında da yaşamaq hüququ vardır. İşsiz olduğuna görə çörək pulu qazanmaq üçün özü tək mütəmadi olaraq Rusiya Federasiyası Krasnodar diyarının Krasnodar şəhərinə tez-tez gedib-gəlmişdir. Orada qohumları da yaşayırlar, ailəsi isə daimi olaraq Qusar rayonu Köhnə Xudat kəndində yaşayırlar. Azərbaycan Respublikasında olarkən əvvəllər Qusar rayonunda sürücü işləsə də, ancaq daimi məşğul olduğu fəaliyyət sahəsi, işi olmamışdır. Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin polis nəfəri vəzifəsində xidmət etmiş Təqsirləndirilən şəxs1 onun doğma bacısı Ədilə Xeyirovanın doğma oğludur. Onunla aralarında dayı-bacı oğlu kimi mehriban münasibətləri vardır. Əvvəllər hər hansı mübahisələri, münaqişələri, dava-dalaşları olmamışdır. Eləcə də Təqsirləndirilən şəxs1la hər hansı şərikli biznes işləri də yoxdur. Qusar şəhər sakini Şahid2, onun qardaşları Zərərçəkmiş şəxs, Şahid1 Qusar rayonu Samur qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, telefon aksessuarları, ərzaq məhsullarının satışı mağazaları işlədən şəxslər kimi bacısı oğlu Təqsirləndirilən şəxs1 sayəsində tanımış, buna qədər onlarla aralarında hər hansı tanışlıq, başqa qohumluq əlaqələri olmamışdır. Rusiya Federasiyasının Krasnodar şəhərində olduğu müddətdə 2018-ci ildə orada maliyyə problemləri yaranmış, ayrı-ayrı şəxslərdən aldığı, ümumilikdə 1.500.000 rubl, o dövrün məzənnəsi ilə təxminən 40.000 manat məbləğində pulları verə bilməmişdir. Bütün çətinlikləri də elə bundan sonra başlamışdır. Ona görə də Krasnodar şəhərinə çörək pulu qazanmaq üçün gedib-gələ bilməmişdir. Qusar rayonunda olduğu müddətdə də burada yerli Qusar rayon sakinlərindən də borca pullar almışdır. Onlardan biri Qusar şəhərində fəaliyyət göstərən “Amir” marketi işlədən Emin Mursalovdan, Qusar şəhər sakini olan dostu Asim Əlibəyovdan borca pullar almışdır. Onlar da pullarını tələb etmişlər. Bir sözlə çox pis çıxılmaz vəziyyətə düşmüşdür. Rusiyadakı adamlar onu axtarmışlar. Pulları isə qaytarıb verə bilməmişdir. Bacısı oğlu Təqsirləndirilən şəxs1 da onun düşdüyü bu vəziyyəti bilmişdir. Onunla dərdləşmiş, vəziyyətdən çıxmaq üçün yollar axtarmışlar. Ancaq, nə iş olmuş, nə də bir işlə məşğul ola bilməmiş, pulları da qaytara bilməmişdir. 2022-ci ilin iyul ayının təxminən 15-20-si aralığında iş tapmaq üçün Qusar rayonu Samur qəsəbəsinə gedib orada bacısı oğlu Təqsirləndirilən şəxs1la görüşmüşdür. Sonra Qusar rayonu Samur qəsəbəsində yerləşən “Söyüd” kafesində oturub çay içə-içə dərdləşməyə başlamışlar. İlham onun maliyyə çətinliklərindən xəbərdar olmuş, çıxılmaz vəziyyətdə olduğunu bilmişdir. Ona görə də bacısı oğlu Təqsirləndirilən şəxs1 ona münasib bir iş tapmaqda köməklik etməsini, vəziyyətdən çıxmasını demişdir. İlham da maraqlanıb nə imkanı olsa, ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra oradan ayrılıb evə getmişdir. Bu söhbətin üstündən təxminən 1 həftə keçdikdən sonra İlhama zəng vurub yenidən onun yanına gedib demişdir ki, “borclarımı bağlamaq üçün mənə pul lazımdır, rus rublu dəyişmək lazım olsa, mənim əlaqələrim var, deyərsən, rus rublu pulu alıb iş görərik, ortada qazanc olanda ikimizin də normal xeyirimiz olacaqdır, yaxşı qazanc var, şansı əldən buraxmayaq, borclarımı da bu pullarla qaytararam”. Bu təklifi İlhamı da həvəsləndirmişdir. Ondan sonra İlham ona demişdir ki, maraqlanıb cavab deyəcəkdir. Sonra bu söhbət bir az uzanmışdır. Yenə də İlhama zəng edib rayonun Samur qəsəbəsinə gedib onunla orada görüşmüşdür. Hər dəfə İlham ona demişdir ki, bu işlə məşğuldur, ona cavab deyəcəkdir. Özü də nə yolla olursa olsun həmin rus rublu pullarını almaq istəmişdir. Amma bu pulu dəyişmək üçün faktiki heç bir variantı, pulu olmamışdır. İlham da öz maddi marağı olduğuna görə onunla bu işə getmişdir. Bu söhbət onların aralarında təxminən 3 aya yaxın müddətdə olmuşdur. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında İlham ona demişdir ki, Samur qəsəbəsində Zərərçəkmiş şəxs adında bir nəfər şəxs var, onunla danışmışdır, onda böyük məbləğdə rus rublu pullar vardır, manata dəyişmək istəyir, həmin pulları manata dəyişmək adı ilə ondan ala bilərlər. Ondan Zərərçəkmiş şəxs kim olduğunu soruşduqda demişdir ki, Samur qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rublla pulu da ondan götürəcəkdir. Ona rus rublunu sərfəli kursla manata dəyişməyi vəd edib inandırmaqla aldadıb, ondan pullarını bu adla almaq barədə razılaşmışlar. Faktiki olaraq isə bu pulları dəyişməyə heç bir imkanları olmamışdır. Həsrəti bu vədlə özlərinə inandırıb pullarını ələ keçirməyi planlaşdırmışlar. Rublla pul vəsaitlərinin alınıb manata dəyişilməsi ilə bağlı danışıqları Zərərçəkmiş şəxs ilə bacısı oğlu Təqsirləndirilən şəxs1 özləri aparmışlar. Bu məsələlər barədə özü İlhamla, o da əvvəlcədən öz aralarında olmuş razılaşmalarına uyğun olaraq Zərərçəkmiş şəxslə danışmışdır. Düşünmüşlər ki, aldıqları pullarla hansısa bir iş görüb daha çox pul qazanarlar, bu işdən əlavə xeyirləri, qazancları olar. İlhamla əvvəlcədən öz aralarında sövdələşib, razılaşıb birlikdə xeyir tutmaq üçün bu işə getmişlər. 2022-ci ilin oktyabr ayı ərzində bacısı oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və qardaşlarının işlətdikləri ticarət obyektinə bir neçə dəfə gedib orada Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 yalandan guya manata dəyişəcəyini deyib onlardan rus rublu valyutası ilə pul vəsaitlərini alıb sonra ona Qusar rayonu Samur qəsəbəsinin ərazisindən taksi sürücüləri, “Vaz 2107” markalı, ağ rəngli, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən həmkəndlisi Şahid7 və “Mercedes” markalı, qırmızı rəngli, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili idarə edən, hazırda isə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan X25 vasitəsi ilə göndərmişdir. İlhamla 1 rus rublunu təxminən 0,0278 manat məzənnəsi ilə dəyişməyi öhdələrinə götürmüşlər. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 Həsrətdən 300.000 rus rublu, həmin dövrün məzənnəsinə görə 8.340 manat pul alıb Qusar rayonu Köhnə Xudat kəndində evində ona vermişdir. Bu pul onun problemini həll etməyə yetmədiyindən pulu geri qaytarıb İlhama vermiş, İlham da pulu aparıb onlara vermişdir. Sonra İlham ona demişdir ki, “sən niyə bu işi pozdun, onlarla iş danışıb qurmuşdum”. Özü də daha artıq məbləğdə pullar almaq istədiyini demişdir. Sonra İlham demişdir ki, onlardan 1.000.000 rubl pul alıb ona verə bilər. Özü də razılaşmışdır. Ondan sonra İlham 2022-ci ilin oktyabr ayının təxminən ortalarında 1.000.000 rubl, həmin dövrün məzənnəsinə görə 27.800 manat məbləğində pulu Şahid7 vasitəsi ilə ona göndərmişdir. Bundan bir neçə saat sonra isə özü pulların əvəzini Anar Bəkərov adlı həmkəndlisi vasitəsi ilə İlhama manatla göndərib vermişdir ki, Həsrət onlara inanıb etibar etsin, sonrakı, müddətdə pulun ardını da verməkdə tərəddüd etməsin. O da aparıb onlara vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, axşam saatlarında İlham qeyd edilən ticarət obyektinə gedib oradan guya sərfəli kursla manata dəyişəcəyi vədi ilə alıb ona 1.000.000 rubl, həmin dövrün məzənnəsinə görə 27.800 manat, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə isə iki dəfə, hər dəfəsində 2.000.000 rubl, o dövrün məzənnəsinə görə 55.600 manat olmaqla, ümumilikdə 4.000.000 rubl, məzənnəyə görə 111.200 manat pulu da Şahid7 vasitəsi ilə göndərmişdir. Bununla da 24-25 oktyabr 2022-ci il tarixlərdə bacısı oğlu Təqsirləndirilən şəxs1 ona göndərdiyi pul vəsaitlərinin cəmi məbləği 5.000,000 rubl, o dövrün məzənnəsinə görə 139.000 manat təşkil etmişdir. Canmirzə ilə Qusar şəhərində yerləşən “MM” restoranı və kafesinin qarşısında, eləcə də Qusar şəhər Bazarının yaxınlığında görüşüb İlhamın göndərdiyi pulları ondan həmin yerlərdə təhvil almışdır. İlham da əvvəlcədən aralarında olmuş danışıqlara, razılaşmalarına əsasən bu hərəkətləri etmişdir. İlhamla əvvəlcədən öz aralarında sövdələşib, razılaşıb birlikdə xeyir tutmaq üçün bu işə getmişlər. Ancaq sonunu fikirləşməmişlər. Öz aralarında demişlər ki, axırda nətərsə, hansısa yolla onları yola verərlər, təki bu vəziyyətdən çıxsınlar. Bir sözlə, çıxılmaz vəziyyətdən, pulsuzluqdan bu yaşlarında belə bir ağılsız riskə getmişlər. İlhamla aralarındakı danışığa əsasən onlarla danışıqları birbaşa İlham özü aparmışdır. Sonra elə olmuşdur ki, bacısı oğlu İlhamın əli ilə aldığı həmin pulları həm Azərbaycanda, həm də Rusiyada ayrı-ayrı şəxslərə əvvəlcədən olan borclarının ödənilməsinə, problemlərinin həll edilməsinə sərf etmiş, İlhamın da bundan xəbəri olmuşdur. Lakin İlham borclarının hamısını deyil, bir qismini bilmişdir. İlham da pul qazanıb xeyir tutmaqdan ötrü bu işə qoşulmuşdur. İlham özü də bilmişdir ki, bu işi görsələr, onun da yaxşı qazancı, xeyiri olacaqdır. Ona görə də maddi marağı naminə onun bu təklifi ilə razılaşıb bu işə birlikdə getmişlər. İlhamla birlikdə iş görüb qazanc əldə etmək istədiyi üçün İlham Zərərçəkmiş şəxs yalandan guya manata dəyişəcəyini vəd edib ondan rus rublu valyutası ilə pul vəsaitləri alıb ona göndərmişdir. Faktiki olaraq isə aldıqları pulları dəyişməyə heç bir imkanları, variantları olmamışdır. Qazanc əldə etmək məqsədi ilə bu pulları Həsrətdən almaq üçün İlhamın ona yalandan guya bu pulları manata dəyişəcəyini vəd etməsi ilə onu aldatmışlar. Bu pulları Həsrətdən bu adla almışlar ki, əllərində iş görmək üçün maya olsun. İlhamla əvvəlcədən öz aralarında sövdələşib, razılaşıb birlikdə xeyir tutmaq üçün bu işə getmişlər. Həsrətdən manata dəyişmək adı ilə pulları alıb iş görüb qazanc əldə etmək istəsələr də, lakin bu planları baş tutmamış, pul qazana bilməmişlər. Əvvəlcədən İlhamla danışıqları belə olmuşdur ki, şərikinə bu işə gedirlər, İlham pulları tapıb vermiş, sonra da qazancı aralarında böləcəklər. İlkin olaraq belə danışmışlar. Sonrakı müddətdə İlhama bu pulu verməsə də, amma əvəzində ona Rusiyadan mədə-bağırsaq üçün adını xatırlamadığı dərman, şirniyyat, konfet məmulatları vermişdir. İlk vaxtlarda Həsrətgilə qaytardığı pullar rus rublu valyutası, ilə aldığı pulu müxtəlif yerlərdə, şəxslər vasitəsi ilə dəyişib əvəzində manatla aldığı pullar olmuşdur. Pulların az bir hissəsini Həsrəti özlərinə inandırmaq üçün qaytarsa da, onu aldadıb çox hissəsini öz şəxsi borclarını verməyə sərf etmişdir. Həsrətə pullarını manata dəyişəcəklərini vəd etsələr də, vədlərinin üstünə durmamışlar, ona yalan danışmışlar, onun pullarını da qaytarmayıb onu aldatmışlar, pullarını özlərinə götürüb ələ keçirmişlər. İlham Həsrətə rus rublu valyutası ilə pulların əvəzini manatla qaytaracağını yalandan özünə inandırmaq üçün deyib aldığı pulları ona göndərmişdir. Özü də həmin pullarla borclarını qaytarmışdır. Artıq Həsrətgil görəndə ki, onlar pulu dəyişib vermədilər, ortada bir-birilərinə qarşı inam, etibar itmiş, özü də yalandan özlərini təmizə çıxartmaq üçün Həsrətgilə demişdir ki, guya pulu batırmış, Rusiyadan pulu ala bilməmiş, ziyana düşmüşdür və bundan sonra aralarında narazılıqlar daha da dərinləşmişdir. Sonradan Həsrət dəfələrlə İlhamdan öz pulunu tələb etdikdən sonra onun pullarının bir hissəsini qaytarmışlar. Bu pulları Həsrətə ona görə vermişlər ki, onu özlərinə inandırsınlar, Həsrət onlardan şikayət etməsin. Xatırladığına görə, İlhamın vasitəsi ilə Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 aldıqları pulların əvəzində onlara verməli olduqları təxminən 122.200 (bir yüz iyirmi iki min iki yüz) manat məbləğində pul qalmışdır. Lakin ola bilər ki, bu məbləğ 130.000 manatdır, sadəcə olaraq onlardan aldıqları pulların dəqiq məbləğlərini xatırlamadığı üçün cəmi məbləği düzgün bildirməmişdir. Hər bir halda bu pul özlərinin məsuliyyətindədir, geri qaytarmalıdırlar. İlham Zərərçəkmiş şəxs rus rublu valyutası ilə olan pulların əvəzini sərfəli kursla manatla qaytaracağını yalandan deyib almış, sonra isə həmin pulları ona göndərmiş, bu adla da onları aldadıb pullarını ələ keçirmişlər. İlhamın Zərərçəkmiş şəxs və Şahid1 qardaşlarından alıb ona verdiyi pulların əvəzini qaytarmadıqları üçün onlar dəfələrlə İlhamdan bu pulları qaytarmasını tələb etmişlər. Özü isə hər dəfə İlhamla müxtəlif variantlar fikirləşsələr də, vəziyyətdən heç cür çıxa bilməmişlər. Ona görə özü də onları pullarını qaytaracaqlarına inandırmaq üçün 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində İlhamla birlikdə Qusar rayonu Samur qəsəbəsində yerləşən ticarət obyektinə gedib Həsrətlə görüşüb danışmışlar. Həsrətə pullarını yaxın müddətdə qaytaracaqlarını demişdir ki, polis əməkdaşı işləyən bacısı oğlu İlhamdan şikayət etməsin, sonra da onun işinə problem yaranmasın. İlhamla birlikdə eyni qaydada Şahid2 işlətdiyi, Qusar rayonu Samur qəsəbəsində yerləşən kafeyə də gedib İlhamdan şikayət etməməsini, pullarını qaytaracaqlarını demişlər. Sonra onlarda inam yaratmaq üçün Rusiyaya gedəcəyini, bu məsələyə aydınlıq gətirəcəyini onlara bildirmişdir. Çünki onlara yalandan demişdir ki, rus rublu ilə olan pulları ona Rusiyada fırladıblar. Daha inandırıcı olmaq üçün xx.xx.2022-ci il tarixdə təyyarə ilə Rusiyanın Krasnodar şəhərinə gedib xx.xx.2022-ci il tarixdə geri qayıtmış, xx.xx.2023-cü il tarixdə də yenidən təyyarə ilə ora getmişdir. Sonuncu dəfə məcburiyyət qarşısında, başına bir çarə qılmaq üçün Rusiyaya Zərərçəkmiş şəxs və qardaşlarının əlindən çıxıb getmişdir. Orada da heç bir qazancı olmamışdır. RF-də istifadəsində olan “+7 964 933-00-38” saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı ilə bacısı oğlu Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676-94-76” saylı, eləcə də Zərərçəkmiş şəxs istifadəsində olan “050 357-13-40” saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda əlaqə saxlayıb danışmış, onların pullarını qaytaracağını hər dəfə demişdir. Özü və bacısı oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs rus rublu valyutası ilə olan pullarını manata dəyişmək adı ilə alsalar da, qaytarmayıb onu aldatmışlar, pullarını ələ keçirmişlər, İlhamın ona söz verməsinə baxmayaraq, vədlərinə əməl etməyib yalan danışmışlar. Ona görə də Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə səs yazılarını ondan üzrxahlıq etmək, şikayət etməməsini xahiş etmək üçün göndərmişdir. “Biz axmaqlıq elədik, aldatdıq, yalan danışdıq” sözlərini də ona görə demişdir ki, çünki həqiqətən də ondan azərbaycan manatına dəyişmək adı ilə rus rublu valyutası ilə pul vəsaitlərini almalarına baxmayaraq bu pulları ona qaytarmayıb yalan danışaraq onu aldatmışlar. Bu pulları onlardan İlhamın əli ilə almışlar. Bu törətdikləri əmələ görə də peşman olmuşlar. Onun pullarını qaytarmaq üçün tapıb verəcəklərinə onu inandırmaq istəmişlər ki, onlardan şikayət etməsin, nəticədə də bacısı oğlu Təqsirləndirilən şəxs1 polis orqanlarında işindən azad edilməsin. Həsrətə üzrxahlıq edib peşman olduqlarını bildirib vaxt verməsini xahiş etmişdir. Özü və bacısı oğlu İlham Həsrətdən manata dəyişmək adı ilə rus rublu pullarını alıb əvəzini qaytarmamaqla ona yalan danışdıqlarını, onu aldatdıqlarını, onlardan şikayət etsə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilə biləcəklərini bildikləri üçün Həsrətə oranı, yəni həbsə düşməyi, illərlə orada qalmağı istəmədiklərini, balalarının xətrinə onlardan şikayət etməməsini deyib üzrxahlıq etmişdir. Həm də İlham həmin vaxtlarda polis əməkdaşı olduğundan bu əməllərinə görə onun işindən azad edilməsini də istəməmişdir. Həsrətin pullarını qaytarmaq üçün ailəsinin istifadəsində olmuş, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən təxminən 1 ha torpaq sahəsini satıb onun pullarını vermək istədiyini, lakin həmin torpaq sahəsinin sənədləri qaydasında olmadığı üçün, yəni çıxarışını ala bilmədiyi, torpağı rəsmiləşdirə bilmədiyi üçün sata bilmədiyini demişdir. Həmin torpaq sahəsini özünün və ailə üzvlərinin adlarına sənədləşdirə bilməmişdir. Həsrətə onları da kiminsə aldatdığını yalandan demişdir ki, Həsrət onlardan şikayət etməsin, özləri də pulları qaytarmaq üçün vaxt qazansınlar. Lakin onları aldadan şəxs olmamışdır. Rusiyadan xx.xx.2023-cü il tarixdə isə Soçi-Bakı avia reysi ilə yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs və qardaşlarına rus rublu pulu Bakı şəhərində tanış bankda sərfəli faizə dəyişməyi yalandan onları özünə inandırmaq üçün demişdir. Onlar da ona etibar edib bu pulu vermişlər. İlham da əvvəlcədən aralarındakı razılaşmaya əsasən bu pulları ona göndərmiş, bu adla da onları aldadıb pullarını ələ keçirmişlər. İlham onun adını ona görə çəkməmişdir ki, birdən onların ağıllarına pis fikir gələr, inanıb bu böyük məbləğdə pulları verməzlər. İlhamla əvvəlcədən danışıb razılaşdıqları kimi Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 rus rublu valyutası ilə pulları alan İlhamın birbaşa özü olmuşdur. Özü və İlhamın əvvəlcədən öz aralarında danışıb razılaşmalarına uyğun olaraq onlarla birbaşa ünsiyyətdə İlham olmuş, onların sözlərini və pullarını ona çatdırmışdır. Çünki onlar İlhamı polis əməkdaşı kimi tanıdıqlarından ona inanıb etibar etmişlər. Ona nümayiş etdirilən video görüntülərlə tanış olaraq bildirmişdir ki, həqiqətən də bu video görüntülərdən də göründüyü kimi, bacısı oğlu Təqsirləndirilən şəxs1 polis xidməti geyim formasında Zərərçəkmiş şəxs və Şahid1 işlətdikləri ticarət obyektinə bir neçə dəfə gedib orada onlardan rus rublu ilə pul vəsaitlərini almış, onlar bu pulları sayıb vermişlər. İlham da pulları gödəkcəsinin cibinə qoyub çıxıb getmişdir. Ona təqdim olunan səs yazıları ilə bağlı bildirmişdir ki, bu səs yazıları özünün “whatsapp” proqramı vasitəsi ilə bacısı oğlu Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs mobil telefon nömrələrinə göndərdiyi səs yazılarıdır. Oradakı səslər özünə məxsusdur. Bacısı oğlu Təqsirləndirilən şəxs1la birlikdə törətdiyi hərəkətdən peşmançılıq hissi keçirmiş, təqsirini boynuna almış, məsuliyyətini dərk etmiş, səhv iş tutmuşdur. Çıxılmaz vəziyyətdə bu işə getmişdir. Həmin pulu da İlham və özü birlikdə qaytarmaq istəyirlər. Təqsirləndirilən şəxs1la birləşib bu pulları hərəsi yarısını, yəni ümumi məbləği iki hissəyə bölməklə yarısını özü, yarısını da İlham qaytaracaqdır. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10-15 ildir ki, Təqsirləndirilən şəxs1ı tanıyır. Polisdə bölmədə işləmişdir. Yaxşı bir insan kimi tanımışdır. Həmişə onlara gələn şəxs olmuşdur. Yaxşı münasibətləri olmuşdur. Onun yeznəsi Rusiyada işləmiş və onlara pul göndərmişdir. Onlar Bakıdan ev almaq istədiyi üçün pulu manata dəyişdirərkən İlhamla rastlaşmışdır. Əvvəlcə İlham ondan az-az pul götürərək qaytarmışdır. Belə olduğu üçün onda İlhama qarşı inam yaranmışdır. Daha sonra onda olan pulların hamısını götürmüşdür. Götürdüyü puldan 9 minini qaytarmışdır. Yekunda 130 min qalmışdır. Ona hər hansı formada pulu qaytamaqla bağlı niyyət bildirməmişlər. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası ilə sərhəddə yerləşən, Qusar rayonu X35 Keçid Məntəqəsinin yaxınlığında qardaşları Şahid2, Şahid1 ilə birlikdə mobil telefon aksessuarlarının satışı obyektini işlədirlər. Bu obyektdə özü və qardaşı Nüsrət növbəli şəkildə bir-birilərini əvəz etməklə işləyirlər. Həmkəndlisi olan qonşusu Şahid6 da həmin obyektdə onlar üçün satıcı işləyir. Bundan başqa, Qusar rayonu Samur qəsəbəsində ərzaq məhsulları satışı mağazası da işlədirlər. Həmin mağazada satıcı kimi həmkəndlisi X21 işləyir. Təqsirləndirilən şəxs1 təxminən 10-15 il olar Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin polis nəfəri, polis baş serjantı kimi tanımışdır. Onunla aralarında qohumluq əlaqələri yoxdur. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 dayısı kimi onun vasitəsi ilə tanımışdır. X28 təxminən 2 il əvvəl Rusiya Federasiyası, Dağıstan Respublikasının Büt-qazmalar kəndində yaşayan X3 ilə ailə həyatı qurub ora köçmüşdür. Hazırda da əri və onun ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Onlarla mobil telefon vasitəsi ilə əlaqə saxlayır. X11 son vaxtlar birdəfəlik daimi yaşamaq üçün Bakı şəhərinə köçmək istədiyindən Bakı şəhərindən ev almaq fikrinə düşmüş, özü də onlarla mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman qızı Gülxanım da ona bu barədə qəti fikirlərini danışmışdır. Azərbaycan Respublikasında onların yaxın, etibarlı qohumları özü olduğundan kürəkəni Əmrulla Bakı şəhərindən ev almaq məqsədi ilə ona pul vəsaitləri göndərmək qərarına gəlib bu işi də ona etibar etmişdir. 2022-ci ilin təxminən yaz aylarından başlayaraq X11 Rusiya Federasiyasının Dağıstan Respublikasından ayrı-ayrı vaxtlarda, hissə-hissə olmaqla, qanun imkan verdiyi limitdə, həddə, hər dəfə müxtəlif məbləğlərdə pulları tanış yük avtomobilləri sürücüləri vasitəsi ilə X35 Keçid Məntəqəsinə göndərmiş, özü də Samur GKM-nin yaxınlığında, özlərinə məxsus ticarət obyektində bu pul vəsaitlərini həmin ad, soyadlarını hazırda xatırlamadığı, tanımadığı yük avtomobilləri sürücülərindən təhvil almışdır. Bu pulların məbləğləri ən çox olduğu vaxtlarda təxminən 5.000, 7.000, 8.000 manat civarında olmaqla qanun imkan verən limiti keçməmişdir. Əmrulla ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman da bu pulları təhvil alıb özündə saxladığını ona bildirmişdir. Son illərdə “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq sərhədlərin, gedişgəlişin bağlı, bank köçürmələrində çətinliklər olmasına görə Əmrulla həmin pul vəsaitlərini tanış yük avtomobilləri sürücüləri ilə göndərmişdir. Əmrulla 2022-cİ ilin təxminən yaz aylarından başlayaraq 6-7 ay ərzində 2022-ci ilin təxminən sentyabr ayınadək ona hissəhissə olmaqla ümumilikdə 5.300.000 (beş milyon üç yüz min) rus rublu, yəni həmin dövrün məzənnəsinə görə 147.340 (bir yüz qırx yeddi min üç yüz qırx) manat məbləğində pul vəsaiti göndərmiş, özü də onun üçün Bakı şəhərindən ev almaq məqsədi ilə bu pul vəsaitlərini Qusar rayonu Samur qəsəbəsində yerləşən, ailəsinə məxsus mobil telefon aksessuarları satışı obyektində saxlamışdır. Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin polis nəfəri Təqsirləndirilən şəxs1 onların ticarət obyektinə əvvəllər polis xidməti uniformasında gəlib-getmiş, onu uzun illərdir tanımışlar. Polis əməkdaşı kimi neçə illərdir gözlərinin qabağında xidmət aparmış, gündəlik rast gəldikləri, inanıb etibar etdikləri adam olmuşdur. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında onunla ünsiyyətdə olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs1 onda 5.300.000 rus rublu pulun olmasından məlumatlı olmuşdur. Həmin vaxtlarda Təqsirləndirilən şəxs1 onda rus rublu valyutası ilə pul olduğunu bilib obyektlərinə gələrkən ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu, Bakı şəhərinə gedib rus rublu ilə olan pul vəsaitlərini sərfəli kursla, yəni 1 rublu 0,0278 manatla azərbaycan manatına dəyişə biləcəyini, aldığı pulların əvəzini 1-2 gün ərzində ona manatla qaytarıb verəcəyini demişdir. Onun bu təklifi diqqətini cəlb edib maraqlandırmış, çünki onun təklif etdiyi kurs sərfəli olmuşdur. Həm də o, polis əməkdaşı olduğundan etibarlı insan olacağını düşünmüşdür. Həmin vaxtlarda rus rublunun məzənnəsi təxminən 0,025-0,027 manat aralığında dəyişmişdir. Həmçinin rus rublunu hər hansı bir bankda dəyişdiyi halda, rublu ondan satışına nisbətən ucuz qiymətə alacaqları üçün bu qiymət ona sərf etməmişdir. İlhamın təklif etdiyi 0,0278 manat məzənnəsi isə ona daha sərfəli olduğundan özündə rus rublu ilə olan pulları onun vasitəsi ilə dəyişmək qərarına gəlmiş, İlhamın ona danışdığı sözləri qardaşları Şahid2 və Şahid1 də demişdir. Onlar əvvəlcə ehtiyat edib risk etmədikləri üçün İlhamı yoxlamaq məqsədi ilə 2022-ci ilin təxminən oktyabr ayının ortalarında, axşam saatlarında telefon aksessuarları satışı ticarət obyektində (üç yüz min) rus rublu məbləğində pulu dəyişməsi üçün ona vermiş, İlham da bu pulu alıb təxminən 1-2 saat sonra yenidən həmin ticarət obyektinə qayıdıb ona həmin dövrün məzənnəsi ilə təxminən 8.340 manat məbləğində pulu vermişdir. Bundan sonra İlhama olan inam və etibarları daha da artmış, ona görə də özündə rus rublu ilə olan bütün pulları İlham vasitəsi ilə Azərbaycan manatına dəyişmək qərarına gəlmişdir. Həmin vaxtlarda, yəni 2022-ci ilin təxminən oktyabr ayının ortalarında polis nəfəri Təqsirləndirilən şəxs1 onların ticarət obyektində ona vəd etmişdir ki, ondan 5.000.000 rubl pulu hissəhissə alıb Bakı şəhərində bankda işləyən tanışı vasitəsi ilə həmin pulları 1-2 gün ərzində sərfəli kursla, yəni 1 rublu 0,0278 manatla azərbaycan manatına dəyişib əvəzində ona ümumilikdə 139.000 manat pul verəcəkdir. Özü də ona inanıb etibar etmişdir. xx.xx.2022ci il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Samur qəsəbəsində yerləşən, özlərinə məxsus telefon aksessuarları satışı ticarət obyektində olan zaman Təqsirləndirilən şəxs1 bir daha ora gəlib ondan 1.000.000 (bir milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pulu alıb səhəri gün azərbaycan manatına dəyişib ona verəcəyini demişdir. Növbəti gün, yəni xx.xx.2022ci il tarixdə, saat təxminən 15 radələrində İlham yenidən həmin ticarət obyektinə gələn zaman isə qalan pulu da ona verməsini, bütün pulları birlikdə dəyişib verəcəyini deyib ondan əlavə 2.000.000 (iki milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində pulu da almışdır. Həmin gün, saat təxminən 17 radələrində isə telefon aksessuarları satışı ticarət obyektində onu qardaşı Şahid1 əvəz edən zaman İlham yenidən ora polis xidməti uniformasında gəlib qardaşı Nüsrətdən də 2.000.000 (iki milyon) rubl, həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində pulu da alıb hamısının əvəzini birlikdə Azərbaycan manatı ilə qaytaracağını vəd edib özünə inandırmışdır. Təqsirləndirilən şəxs1 onlardan toplam olaraq aldığı 5.000.000 (beş milyon) rubl pulun əvəzində ümumilikdə 139.000 manat pul verəcəyini vəd etmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 01 radələrində isə onların telefon aksessuarları satışı ticarət obyektinə gəlib orada qardaşı Nüsrətə 9.000 (doqquz min) manat pul verib guya verdiyi vədə əməl edəcəyi görüntüsü yaradıb onları özünə inandırmağa çalışmışdır. Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Təqsirləndirilən şəxs1 ondan və qardaşı Nüsrətdən 5.000.000 rus rublu, yəni o dövrün məzənnəsinə görə 139.000 manat pul alıb əvəzində 9.000 manat pul versə də, qalıq qalan 130.000 (bir yüz otuz min) manat məbləğində pulu isə verməyib onun inam və etibarından sui-istifadə edərək həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hər dəfə ondan bu pulun əvəzində vəd etdiyi azərbaycan manatı ilə pulları verməsini istəyib tələb etsələr də, bu gün - sabah deyib müxtəlif aldadıcı vədlər vermişdir. 2022-ci ilin təxminən dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 yanında sonradan doğma dayısı kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə onların ticarət obyektinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs2 İlhamın ondan aldığı pulları geri qaytaracağına söz verib vaxt istəmiş, şikayət etməməsini, bu söhbəti həll edəcəklərini demişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə onlar qardaşı Şahid2 işlətdiyi, Qusar rayonu Samur qəsəbəsində yerləşən kafeyə gedib aldığı pulları qaytaracaqlarını, İlhamdan şikayət etməmələrini, nəticəsinin onlar üçün pis olacağını demişlər. Sonradan Təqsirləndirilən şəxs1 onlardan aldığı pulları dayısı Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, Samir də bunu etiraf edib pullarını qaytaracaqlarına ikisi birlikdə söz vermişlər. Lakin onun pulları geri qaytarılmamışdır. İlham aldığı pulları dayısı Samirə verdiyini dedikdən sonra bilmişdir ki, onlar əlbir olub onun pullarını manata dəyişmək adı ilə ələ keçirməyi əvvəlcədən öz aralarında məqsədli şəkildə planlaşdırıb hiylə quraraq onları tələyə salmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən əlaqəyə girib əlbir olaraq onun pul vəsaitlərini ələ keçirməyi planlaşdırıb ona qarşı bu işi qurmuşlar. Guya sərfəli kursla manata dəyişmək adı ilə ona tələ qurub inandırdıqdan sonra pullarını dələduzluq yolu ilə ələ keçirmişlər. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən niyyətləri onu bu adla aldatmaq olmuş, aldıqları pulların əvəzini manatla qaytarmaq fikirləri olmamışdır. İlham və Samir nə aldıqları rus rublu pulları, nə də əvəzini Azərbaycan manatı ilə pullarını qaytarmayıb onu aldatmışlar, pullarını da özlərinə götürüb dələduzluq yolu ilə ələ keçirmişlər. Hər dəfə özü, qardaşları Bəkir və Nüsrət polis əməkdaşı Təqsirləndirilən şəxs1 aldadıb aldığı pulları qaytarmasını istəyib ondan aidiyyəti dövlət orqanlarına şikayət edəcəklərini dedikdə, İlham onun barəsində şikayət edəcəkləri halda, onİar üçün də problemlər yaradacağını demişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs1 onların ticarət obyektinə gəlib orada ondan və qardaşı Nüsrətdən inam və etibarlarından sui-istifadə etməklə pul vəsaitlərini alması həmin obyektin müşahidə kameraları vasitəsi ilə də qeydə alınmışdır. Həmçinin Samir “whatsapp” proqramı vasitəsi ilə onun mobil telefon nömrəsinə səs yazıları da atıb İlhamın ondan aldığı pulları qaytaracağına söz vermişdir. Bəzi hallarda isə Samir İlhama onun pullarını verəcəyi məzmununda səslər atmış, İlham da bu səsləri ona göndərmişdir. İstifadəsində olan “050 357-13-40” saylı mobil telefon nömrəsinin “whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676-94-76” saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “+7 964 933-00-38” saylı mobil telefon nömrələri ilə müxtəlif vaxtlarda əlaqə saxlamışdır. Qeyd edilən video görüntüləri və səs yazılarını özü könüllü istintaqa təqdim etmişdir. Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Təqsirləndirilən şəxs1 ondan və qardaşı Nüsrətdən 5.000.000 rus rublu məbləğində pulu alıb əvəzində 139.000 manat pul verəcəyini vəd etmiş, 9.000 manat pul versə də, lakin onu aldadıb etibarından sui-istifadə edərək qalıq qalan 130.000 manat məbləğində pulunu isə qaytarmayıb ələ keçirərək ona qarşı dələduzluq cinayəti törətmişdir. O, bu işdə dayısı Təqsirləndirilən şəxs2lə əlbir olub onun pullarını ikisi birlikdə dələduzluq yolu ilə ələ keçirmişlər. Hər dəfə isə onlara müxtəlif aldadıcı vədlər verib pullarını qaytaracaqlarını yalandan demişlər. Hətta İlhamın barəsində şikayət etdiyinə görə işdən çıxarılsa, pulunu ümumiyyətlə qaytarmayacağını deyib onu qorxutmuş, bütün bu yalan sözləri ilə onu aldatmışdır. Təqsirləndirilən şəxs1 onun pulunu qaytarmadığından qardaşı Şahid2 xx.xx.2023-cü il tarixdə onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna və digər dövlət orqanlarına, özü də xx.xx.2023-cü il tarixdə Qusar rayon prokurorluğuna müraciətlər etmişlər. Onun pullarını İlham və Samir ikisi əlbir olub dələduzluq yolu ilə ələ keçirmişlər. Sonradan da ona və qardaşlarına dəfələrlə yalvarışlar etmişlər ki, şikayət etməsinlər, İlhamın uşaqları vardır, bu cinayətinə görə işdən çıxarılsa pis vəziyyətdə qalacaqdır. Əlbir olub dələduzluq yolu ilə pullarını ələ keçirən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qanuni tədbirlər görülməsini və pullarının qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onlardan pulları aldatma yolu ilə almasından ailə üzvləri, onlara məxsus telefon aksessuarları satışı mağazasında satıcı işləyən Şahid6, ərzaq məhsulları satışı mağazasında satıcı işləyən Zamik Babayev də məlumatlıdırlar. X29 rayonu Samur qəsəbəsində ərzaq məhsulları satışı mağazasının qarşısında dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs1 polis xidməti uniformasında ona yaxınlaşıb pullarını qaytaracağını, ondan şikayət etməməsini, işdən çıxarılsa, pulunu qaytarmayacağını deyərkən Zamik də bunları eşidib bilmişdir. Təqsirləndirilən şəxs1 ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu, həmin banka gedib rus rublu ilə olan pul vəsaitlərini sərfəli kursla, yəni 1 rublu 0,0278 manatla azərbaycan manatına dəyişə biləcəyini desə də, lakin konkret olaraq hansı bankda, kiminlə və necə bu işi həll edəcəyini deməmiş, hər hansı şəxsin adını çəkməmişdir. Ondan dəfələrlə bu işi kimlərin vasitəsi ilə, necə həll edəcəyini soruşsalar da, konkret cavab verməmiş, nə problem olsa bu işə özünün cavabdehlik daşıdığını deyib onları yola vermişdir. Onlar da ona polis işçisi kimi inandıqları üçün ağıllarına başqa hər hansı bir şübhə gəlməmişdir. Onun yanında dayısı Təqsirləndirilən şəxs2 sonradan görüb bilmişlər ki, onlar ikisi əlbir olub ona qarşı bu fırıldaqçılığı törətmişlər. Təqsirləndirilən şəxs1 polis əməkdaşı olduğundan ilk növbədə bu səbəbdən ona etibar etmişlər. Həm də İlham ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu, rus rublu ilə olan pulları sərfəli kursla Azərbaycan manatına dəyişəcəyini dediyi üçün ona şirniklənmişdir. Üstəlik də İlham özü demişdir ki, onunla bu işi görsələr, onun da bu işdən xeyiri olacaqdır. Bir sözlə İlham öz maddi marağına görə bu işə qoşulmuşdur. Özü də istəmişdir ki, elə xeyir polisə olsun. Haradan ağlına gələrdi ki, polis onu aldadar. Əvvəlcədən onun bu cür fırıldaqçı işlərlə məşğul olmasından məlumatlı olmamışdır. Əgər bilsəydi ki, bu belə dələduz adamdır, heç bu işə getməzdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olub onun 130.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, X22 məntəqəsinin yanındakı çayxananın yaxınlığında telefon aksesuarları satılan dükanları vardır. Polis əməkdaşı olan İlham orada xidmət etmişdir. Bir neçə müddət əvvəl tanış olmuşlar. O yaxşı faizlə işin olduğunu bildirmişdir. Bir iki dəfə də onlardan borc götürüb istifafə etdikdən sonra qaytarmışdır. Daha sonra gəlib onun qardaşından pul götürüb, sabah yox o birisi gün qaytaracağını bildirmişdir. Daha sonra ona vəziyyətin hansı yerdə olduğunu bildirmiş və pulu göndərmişlər. Onlar sənəd göstərmək üçün pul göndərmişlər. Daha sonra ona qalan hissəni bir yerdə gətirəcəyini bildirmişdir. O götürdüyü puldan az bir hissəni qaytarmışdır. Pulun əsas hissəsini hələ də qaytarmamışdır. Onlar Samiri ondan sonra tanımışlar. Qardaşı pulları ev almaq məqsədilə göndərmişdir. Hal-hazırda onlara 130 min manat pul borcludurlar. Samir onlara pulu qaytaracağını bildirmişdir. Onlar 130 min manatı üç dəfəyə İlhama vermişlər. Rus pulunu Azərbaycan puluna yaxşı faizlə dəyişdirmək məqsədilə vermişlər. O vaxtın 130 min manat dəyərində olan 5 milyon rubl pulu onlardan götürmüş və qaytarmamışdır. Sonradan bir neçə dəfə İlhamla görüşmüşlər. İlham onlara pulu qaytaracağını bildirmişdir. Onların hal-hazırda iki kafeləri vardır. Həmin yerdə də mobil telefon aksesuarları mağazası fəaliyyət görtərmişdir. Onların kafelərinin qabağında valyuta sözü yoxdur. Onlar pul dəyişmək işi ilə məşğul olmamışlar. Tanış bir şofer gələndə onun xahişi ilə rus pulunu dəyişmişlər. Tanımadıqları şəxslərlə pul dəyişimi etməmişlər. Bir dəfə qardaşı üçün 300 min pul götürmüşdür. Həmin pulu qaytarmışdır. Daha sonra yenə pul götürmüş və qaytarmışdır. İki dəfə pul götürmüş, lakin qaytarmamışdır. Həmin pulları istəyəndə isə pulun getdiyini və onun qayıtması üçün bir azda pul verməsini, ondan sonra bütün pulu bir yerdə qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs onlardan 5 milyon pul aparmışdır. Bir hissəsini qaytarmış və yerdə 130 min manat borc qalmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs1 borcludur. O, işdə İlhamın borclu olduğu haqqında yazını görmüşdür. Həmçinin o, kameralardan da onun 130 min manat borcu olduğunu öyrənmişdir. O, traktor işi ilə məşğul olmuşdur. Arada bir əmisi işdə olmayan zaman onun yerinə getmişdir. Onların orada telefon aksesuarları mağazası vardır. Həmin vaxt İlham orada polis işləmişdir. Əmim İlhama pulu banka aparmağa görə vermişdir. Pulu üç dəfəyə aparmışdır. İlham ondan heç vaxt pul götürməmişdir. Onun iştirakı ilə İlhama pul verilməmişdir. O dəftərdən İlhama nə qədər pul verildiyini öyrənmişdir. Orada kamera görüntüləri olmuşdur. Pulu onlara Rusiyadan göndərmişlər. Pulu Həsrətə onun qohumları göndərmişdir. Pulu Azərbaycan puluna dəyişmək məqsədilə göndərmişdir. Həmin dövrdəki bank kursuna əsasən 130 min manat olmuşdur. Pulların geri qaytarılmasından xəbəri yoxdur. Həmin vaxtın bank kursunu da xatırlamamışdır. Ona üç dəfə pul vermişlər. Borc söhbətindən sonra yenə ondan pul istəmiş, lakin ona pul verməmişdir. Obyektin qarşısında valyuta yazısı yoxdur. Kafeni də bağlamışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təxminən 2010-cu ildən Qusar rayonu Samur qəsəbəsində fərdi qaydada bərbərxana açmaqla bərbər fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun əmisidir. Onunla aralarında mehriban münasibətləri vardır. Əmiləri Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 işlətdikləri, Qusar rayonu Samur qəsəbəsində yerləşən mobil telefon aksessuarları satışı ticarət obyekti onun işlətdiyi bərbərxananın yanında yerləşir. Əmisi Zərərçəkmiş şəxs X28 təxminən 2 il əvvəl Rusiya Federasiyası, Dağıstan Respublikası, Məhərrəmkənd rayonu Büt-qazmalar kəndində yaşayan, qohumu X3 ilə ailə həyatı qurub ora köçmüşdür. Əmrulla Abdullayev “Covid-19” pandemiyası səbəbindən Azərbaycan Respublikasına gəlib-gedə bilməmişdir. Özü əvvəllər RF-nin Dağıstan Respublikasında olduğu vaxtlarda onunla orada görüşmüşdür. Qohum kimi aralarında mehriban münasibətləri vardır. Əmrulla gələcəkdə Azərbaycan Respublikasında yaşamaq məqsədi ilə Bakı şəhərindən ev almaq istədiyi üçün 2022-ci ilin təxminən yaz aylarından başlayaraq 6-7 ay ərzində 2022-ci ilin təxminən sentyabr ayınadək ayrı-ayrı vaxtlarda, hissə-hissə olmaqla, qanun imkan verdiyi limitdə, hər dəfə müxtəlif məbləğlərdə, ümumilikdə 5.300.000 rus rublu, yəni həmin dövrün məzənnəsinə görə 147.340 manat məbləğində pul vəsaitini tanış yük avtomobilləri sürücüləri vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxs də X35 Keçid Məntəqəsinin yaxınlığında işlətdiyi mobil telefon aksessuarları satışı ticarət obyektində bu pul vəsaitlərini həmin yük avtomobilləri sürücülərindən təhvil alıb özündə saxlamışdır. 2022-ci ilin təxminən oktyabr ayının ortalarında Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs1 onun əmiləri Şahid2, Zərərçəkmiş şəxs və Şahid1 işlətdikləri mobil telefon aksessuarları satışı ticarət obyektinə polis xidməti uniformasında tez-tez gəlibgetdiyini görmüşdür. Onu polis əməkdaşı kimi uzun illərdir tanımışlar. Özünün işlətdiyi bərbərxana ilə əmilərinin işlətdikləri ticarət obyekti yanbayan olduğundan polis əməkdaşı Təqsirləndirilən şəxs1 əvvəllər də bu obyektə gəlib-gedən zaman dəfələrlə görmüşdür. Əmisi Zərərçəkmiş şəxs ilə söhbət etdikdən sonra bilmişdir ki, polis nəfəri Təqsirləndirilən şəxs1 onunla söhbət edərkən rus rublu ilə pulu olduğunu bilib ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu, Bakı şəhərinə gedib rus rublu ilə olan pul vəsaitlərini sərfəli kursla, yəni 1 rublu 0,0278 manatla Azərbaycan manatına dəyişə biləcəyini deyib, aldığı pulların əvəzini 1-2 gün ərzində ona manatla qaytarıb verəcəyinə söz vermişdir. İlhamın təklifi əmisi Həsrəti qane etdiyi üçün ona inanıb etibar edərək onunla razılaşmışdır. Əmilərinin ona demələrindən bilmişdir ki, İlham əvvəlcə əmisi Zərərçəkmiş şəxs 300.000 rus rublu pul alıb daha sonra onun əvəzini manatla qaytarmışdır. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 həmin mobil telefon aksessuarları satışı obyektinə gedib orada əmisi Həsrətdən bir dəfə 1.000.000 rus rublu, sonra 2.000.000 rus rublu, daha sonra isə digər əmisi Nüsrətdən 2.000.000 rus rublu olmaqla, onlardan ümumilikdə 5.000.000 rubl pul alıb bütün bu pulların əvəzində ümumilikdə 139.000 manat pul verəcəyini vəd etmişdir. Bundan sonra İlham onun əmisi Nüsrətə 9.000 manat pul verməklə guya verdiyi vədə əməl edəcəyi görüntüsü yaradıb özünə inandırsa da, vəd etdiyi 130.000 manat məbləğində pulu isə verməyib onların inam və etibarlarından sui-istifadə edərək Həsrətin həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Özü də İlhamın dəfələrlə polis xidməti uniformasında əmilərinə məxsus həmin ticarət obyektinə gəlib-getməsini görmüşdür. Əmiləri Həsrət və Şahid1 ilə söhbət etdikdən sonra isə onun rus rublunu manata dəyişmək adı ilə pulları dələduzluq yolu ilə alıb ələ keçirməsini bilmişdir. İlham söz verdiyi kimi həmin pulları dəyişib vermədiyi üçün əmiləri ondan dəfələrlə bu pulları qaytarmasını istəsələr də, İlham müxtəlif aldadıcı vədlər verib onlara gözləməli olduqlarını demiş, buna baxmayaraq həmin pulları qaytarıb verməmişdir. 2022-ci ilin təxminən dekabr ayında isə əmiləri Zərərçəkmiş şəxs və Şahid2 eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs1 yanında dayısı Təqsirləndirilən şəxs2 ilə birlikdə onların yanlarına gəlib pullarını qaytaracaqlarını, İlhamdan şikayət etməmələrini, nəticəsinin onlar üçün pis olacağını demişlər. Sonradan Təqsirləndirilən şəxs1 onun əmilərindən aldığı pulları dayısı Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, Samir və İlham Həsrətin pullarını ikisi birlikdə qaytaracaqlarına söz vermişlər. Bunları əmiləri Həsrət, Bəkir, Nüsrətdən eşitmişdir, İlham onun əmilərindən aldığı pulları dayısı Samirə verdiyini dedikdən sonra bilmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən əlbir olub Həsrəti aldatmaq niyyətində olmuşlar, onun pul vəsaitlərini guya sərfəli kursla manata dəyişmək adı ilə aldadıb birlikdə ələ keçirmişlər. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bunu öz aralarında planlaşdırmışlar. İlham və Samir nə aldıqları rus rublu pulları, nə də əvəzini Azərbaycan manatı ilə qaytarmayıb onun əmisi Həsrətə qarşı dələduzluq, fırıldaqçılıq etmişlər. İlhamın Həsrət və Nüsrətdən manata dəyişmək adı ilə rublla olan pulları aldadıb alması onların işlətdikləri mobil telefon aksessuarları satışı mağazasının kameraları vasitəsi ilə də qeydə alınmışdır. X23 mobil telefon nömrəsinə “whatsapp” proqramı vasitəsi ilə dayısı Samirin səs yazılarını atmış, həmin səs yazılarında Samirin Həsrətin pulunu verəcəyi məzmununda danışıqları əks olunmuşdur. Samir özü də Həsrətə səs yazıları atıb pulunu verəcəklərini, ondan və İlhamdan şikayət etməməsini bildirib yalvarışlar etmişdir. Əmisi Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayəti törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qanuni tədbirlər görülməsini və onların aldatma yolu ilə ələ keçirdikləri pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əmisi Zərərçəkmiş şəxs 130.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişlər, bu pulu da qaytarmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, şahidlər Şahid1, Şahid3, Şahid4 ifadələrində göstərdikləri xüsusatlar ilə bağlı oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, əvvəllər özünə məxsus “Vaz 2107” markalı, ağ rəngli, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi sürücüsü işləmişdir. Hazırda da bu avtomobil özündədir. Təqsirləndirilən şəxs1 doğulub böyüdükləri Qusar rayonu Ləgər-Qışlaq kəndində uşaqlıqdan onun qonşusu olmuşdur. Onunla aralarında qohumluq əlaqələri yoxdur, normal münasibətləri olmuş, hər hansı mübahisələri, münaqişələri və ya ədavətləri də olmamışdır. Təqsirləndirilən şəxs1 Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin polis nəfəri vəzifəsində işləmişdir. Qusar rayonu Köhnə Xudat kənd sakini Təqsirləndirilən şəxs2 isə 2022-ci ilin təxminən oktyabr ayından Təqsirləndirilən şəxs1 vasitəsi ilə onun dayısı kimi tanımışdır. Onunla da aralarında hər hansı mübahisələri və ya dava-dalaşları olmamışdır. Qusar rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs və onun qardaşları ilə aralarında şəxsi tanışlıq əlaqələri yoxdur. 2022-ci ilin oktyabr ayının təxminən sonlarında, saat təxminən 15 radələrində özünə məxsus “Vaz 2107” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar rayonu Samur qəsəbəsində yerləşən SDK marketin qarşısından keçərkən Təqsirləndirilən şəxs1 əli ilə onu saxlatmışdır. Avtomobili saxladıqda, ona üzəri qara sellofanla bükülü, bağlı vəziyyətdə olan bir bağlamanı verib Qusar şəhərində “MM” restoranının qarşısına çatdırılmalı olduğunu, yol pulunu da bu bağlamanı təhvil alacaq şəxsin verəcəyini demişdir. Lakin həmin bağlamanın içərisində nə olduğunu deməmiş, özü də daha ondan soruşmadığı üçün bilməmiş, razılaşıb həmin bağlamanı alıb öz avtomobili ilə Qusar şəhərində yerləşən “MM” restoranının qarşısına getmişdir. İstifadəsində olan “070 320-16- 00” saylı mobil telefon nömrəsi ilə İlhamın istifadəsində olan “070 676-94-76” saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb onun sözlərinə əsasən verdiyi bağlamanı sonradan onun dayısı kimi tanıdığı Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 də ona təxminən 15 manat civarında yol pulu vermişdir. Özü də oradan çıxıb getmişdir. Bundan bir neçə gün sonra, saat təxminən 12 radələrində X35 Keçid Məntəqəsinin yaxınlığında, yolda Təqsirləndirilən şəxs1la rastlaşarkən yenə də ona üzəri qara sellofanla bükülü, bağlı vəziyyətdə olan bir bağlamanı verib Qusar şəhər Bazarının yaxınlığında Təqsirləndirilən şəxs2 çatdırmasını demişdir. Həmin vaxt da bu bağlamanın içərisində nə olduğunu bilməmiş, onu maraqlandırmadığı üçün heç o da soruşmamışdır. Bu bağlamanı İlhamdan alıb özünə məxsus “Vaz 2107” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar şəhər Bazarının qarşısına gedib orada Təqsirləndirilən şəxs2lə görüşüb bağlamanı ona vermişdir. Samir də ona təxminən 15 manat civarında yol pulu vermiş, özü də oradan çıxıb getmişdir. Bundan sonra saat təxminən 11 radələrində yenə də X35 Keçid Məntəqəsinin yaxınlığında, yolda Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb üzəri qara sellofanla bükülü, bağlı vəziyyətdə olan bir bağlamanı verib Qusar şəhərində yerləşən “MM” kafesinin qarşısında dayısı Təqsirləndirilən şəxs2 çatdırmasım demişdir. Bu vaxt da həmin bağlamanın içərisində nə olduğunu bilməmiş, heç soruşmamışdır. İlham da ona bu barədə nə isə deməmişdir. Bu bağlamanı İlhamdan alıb özünə məxsus “Vaz 2107” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qusar şəhərində yerləşən “MM” kafesinin qarşısına gedib orada Təqsirləndirilən şəxs2lə görüşüb bağlamanı ona vermişdir. Samir də ona təxminən 20 manat civarında yol pulu vermiş, özü də oradan çıxıb getmişdir. 2022-ci ilin oktyabr ayının təxminən sonlarında Təqsirləndirilən şəxs1 təxminən 3 dəfə Qusar rayonu Samur qəsəbəsi ərazisində bağlı vəziyyətdə olan qara sellofan bağlama alıb Qusar şəhərinin ərazisində sonradan onun dayısı kimi tanıdığı Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt bu bağlamaların içərisində nə olması, hansı məqsədlə göndərilməsi barədə məlumatı olmamışdır. Sadəcə olaraq bağlamaları təhvil alıb çatdırıb yol pulunu almış, daha içərisində nə olması ilə maraqlanmamışdır. 2023-cü ilin təxminən mart ayının sonlarında isə həmkəndlilərindən eşidib bilmişdir ki, polis əməkdaşı olan qonşusu Təqsirləndirilən şəxs1 Qusar rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsdən rus rublu valyutası ilə pul vəsaitləri alıb ona azərbaycan manatına dəyişəcəyini vəd etmiş, lakin onu aldadıb pulunu verməyib ələ keçirmişdir. Ona görə də həmin şəxs İlhamın barəsində aidiyyəti dövlət orqanlarına şikayət etdiyindən o da işindən azad edilmişdir. Bundan sonra başa düşmüşdür ki, qonşusu Təqsirləndirilən şəxs1 ona dayısı Təqsirləndirilən şəxs2 çatdırması üçün verdiyi və özünün ona çatdırdığı qara sellofan bağlamaların içərisində həmin Zərərçəkmiş şəxs məxsus, rus rublu valyutası ilə pul vəsaitləri olmuşdur. Əvvəllər isə bu bağlamaların içərisində pul vəsaitləri olmasını bilməmiş, çünki bağlamanın içərisi görünməmiş, həmçinin özü də içərisində nə olması barədə İlham və dayısı Samirdən soruşub maraqlanmamışdır. Daşıdığı bağlamaların içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 manata dəyişmək adı ilə aldıqları, rus rublu valyutası ilə olan, Qusar rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsə məxsus pul vəsaitləri olmasını, onların bu adla Zərərçəkmiş şəxs aldadıb pullarını ələ keçirmələrini sonradan bilmişdir. Daha Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şəxslə pulları hansı məzənnə ilə dəyişmələri barədə razılaşmaları, onların konkret olaraq hansı məbləğdə pul vəsaitlərini almalarını isə dəqiq bilməmişdir. Bu məsələlərin özünə aidiyyəti olmadığı üçün heç bu barədə maraqlanmamışdır. Lakin Təqsirləndirilən şəxs2 onun vasitəsi ilə Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul vəsaiti, hər hansı bir bağlama göndərməsi halı olmamışdır. Yalnız İlhamın göndərdiyi bağlamaları Samirə çatdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-portret ekspertizasının 10 iyul 2023-cü il tarixli, 3/886 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “CD-R” tipli diskdə əks olunmuş “VİD-20230328- WA0017”, “VİD-2023Ö328-WA0023” adlı videogörüntülərdən çıxarılmış, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Təqsirləndirilən şəxs1 fotoşəkillərində eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdə olan “VİD-20230328-WA0023” adlı videogörüntülərdən çıxarılmış və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş şəxsin fotoşəkillərində əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş Zərərçəkmiş şəxs fotoşəkillərində əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. “VİD-20230328- WA0023” adlı videogörüntülərdən çıxarılmış və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş “CD-R” tipli diskdə olan Zərərçəkmiş şəxs fotoşəkillərində eyni bir şəxsin əks olunması istisna olunmur. Məhkəmə-fonoskopik ekspertizasının 12 iyul 2023-cü il tarixli, 4/947-4/956 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Həmin diskdə olan mübahisəli audiofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs2 məxsusdur. Diskdə olan mübahisəli audiofonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, kəskin fon sıçrayışları və audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş diskdə olan mübahisəli videofonoqramlarda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmamışdır. Diskdə olan mübahisəli audio və videofonoqramlar qapalı şəraitdə qeydə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Qusar rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, həmişə çalışmışdır ki, polis adına xələl gətirən işlərdən uzaq olsun. Ancaq doğma dayısı Təqsirləndirilən şəxs2 şirin vədinə inanaraq səhv bir iş tutmuş, olmayası bir hərəkət eləmişdir. Qusar RPŞ-nin Samur PB-də polis nəfəri kimi xidmət edərkən 2022-ci ilin 24-25 oktyabr tarixlərində xidmət apardığı ərazidə, Samur qəsəbəsində pul dəyişmə fəaliyyəti ilə məşğul olan Həsrət, Nüsrət, Şahid2 qardaşları ilə aralarında olan səmimi, etibarlı münasibətə görə məhz dayısı Təqsirləndirilən şəxs2 təklif və vədinə əsasən 3 dəfəyə olmaqla həmin qardaşlardan toplam olaraq Samur qəsəbəsində 5.000.000 (beş milyon) rubl pulu yüksək faizlə dəyişmək adı ilə götürmüşdür. Onlar da ona etibar edib, inanıb bu məbləğdə pulu vermişlər. Lakin onlar pulları qaytarıb verə bilməmişlər. Yaxası onların əlində qalmışdır. Çünki pulu onlardan əlbəəl özü almışdır. Bu gün də pulu aldığı üçün qaytarmalıdır. Dayısı Samir də pulu qaytara bilmir. Pulu qaytarmaqdan imtina etmirlər. 5.000.000 rus rublu onların danışıqlarına əsasən həmin dövrün məzənnəsinə görə 139.000 manat məbləğində pul təşkil etmişdir. Özünü təmizə çıxartmaq istəməmiş, gərək əvvəldən bu işə qoşulmazdı. Belə bir gözəl atalar sözü var: ‘Tamahkarı hiyləgər aldadar”. Özü də gərək nəfsinə hakim olub dayısı olsa da belə, bu işə getməzdi. Yeri gələndə həmin pul sahiblərini də qınamır. Onlar pulu onun sözünə görə etibar edib, inanıb vermişlər. Özü isə onların yanında yalançı olmuşdur. Ona görə də, tutduğu əməlindən peşmançılığını, bu işə görə polis orqanlarından xaric olmasını, səhvini etiraf etməsini, aldığı pulun qalanını da öhdəsinə götürməsini nəzərə alaraq ona bir müddət vaxt verilməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, ailəsində ondan başqa evə çörək pulu gətirən şəxsin olmadığına görə onun işinə haqq-ədalətlə baxılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ərizə ilə Qusar rayon prokurorluğuna müraciət edərək bildirmişdir İş üzrə Təqsirləndirilən şəxs2 ki, bacısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə iş görüb qazanc əldə etmək istədiyi üçün 24-25 oktyabr 2022-ci il tarixlərdə; Samur qəsəbəsində ticarətlə məşğul olan Zərərçəkmiş şəxs yalandan guya manata dəyişəcəkləri adı ilə 5.000.000 (beş milyon) rus rublu pul vəsaitləri almışlar. Həmin vaxtlarda İlhamın polis işləməsinə görə Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 də ona inanıb bu pulları vermişlər. Həsrətə pullarını manata dəyişəcəklərini vəd etsələr də, ona yalan danışmışlar, onun pullarını verməyib onu aldatmışlar, bu adla pullarını özlərinə götürüb ələ keçirmişlər. Həmin vaxtlarda maddi sıxıntıları, borcları olmuşdur. İlham da həm ona kömək etmək, həm də qazanc əldə etmək məqsədi ilə bu işə qoşulub ikisi birlikdə görmüşlər. 5.000.000 rus rublu həmin dövrün məzənnəsi ilə 139.000 manat pul təşkil etmişdir. İlhamla birlikdə törətdikləri hərəkətə görə peşman olmuşlar. Əməllərini etiraf edib boyunlarına almışlar. Peşmançılıqlarını, təqsirlərini boyunlarına almalarını, himayəsində 1 yetkinlik yaşına çatmış, 1 azyaşlı uşaqlarının olmasım nəzərə alaraq onlara vaxt verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə Qusar rayon prokurorluğuna etdiyi müraciətindən müəyyən olunur ki, o, Qusar rayon prokurorluğuna Təqsirləndirilən şəxs2 ona göndərdiyi səs yazıları və özünün Təqsirləndirilən şəxs1 pul vəsaitlərini verən zaman qeydə alınmış müşahidə kameralarının video görüntüləri olan CD disk təqdim etmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə iş üzrə tərcüməçi X9 iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, CD diskdə 9 səs yazısı və “MP4” formatında olan 2 video görüntü vardır. Həmin səs yazılarından 2-i azərbaycan dilində, 7-i isə ləzgi dilində olmaqla iş üzrə Təqsirləndirilən şəxs2 səsi əks olunmuşdur. Qeyd olunan səs yazıları aşağıdakılardır: “AUD-20230328-WA0015” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Salam Aleykum. Mən də ona görə yazdım ki, kimdir, nəçidir, qısası o dövlət işində olduğuna görə yaza bilmir. Qısası, 1.500.000, ya da 2.000.000 bu ayın axırına kimi mən verəcəyəm. Ya 1.500.000, ya da 2.000.000. Ayın axırına kimi mən həll edəcəyəm. Buradan göndərə biləcəyəm. Demişəm, mən də onu gözləyirəm. Rus dilində başa düşürsən də, sənə sms göndərəcəyəm”. “AUD- 20230328-WA0016” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Yaxşı. Mən də çalışıram ki, 2.000.000-a kimi sizdən kiməsə qaytarım. Mən də buna çalışıram. Mən yenə də baxım”. “AUD-20230328-WA0018” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Can Həsrət qardaş, bu gündən başlayaraq mən zəng edib pul arxasınca gəzirəm. Həsrət qardaş, sən bir az səbr elə. Nəticə olmasa, Bəkir qardaşa de ki, nə istəyir eləsin, tutdursun. Bir şans da ver, can Həsrət qardaş. Çox xahiş edirəm, Bəkir qardaşa da de ki, mən artıq pul arxasınca gəzirəm. Həsrət qardaş, bir az vaxt ver, çox xahiş edirəm, bizə kömək elə. Biz çox peşmanıq, can Həsrət qardaş, balalarımızın, ailəmizin xətrinə çox yalvarıram. Bəkir qardaşa de ki, mənə zəng eləsin. Özün də ondan xahiş elə. Bu məsələni vaxtında həll edəcəyik, nəticəni də göstərəcəyik. Can Həsrət qardaş, mən artıq pul arxasınca gəzirəm, zənglər edirəm, tapıb qaytaracağıq. Can Həsrət qardaş, bizim balalarımızı yetim saxlama, sonra nə istəyirsən elə. Bizi vermə can Həsrət qardaş”. “AUD-20230328-WA0019” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Həsrət qardaş, mən səni başa düşdüm. Mən papağımı da qarşıma qoymuşam. Düz fikirləşmişəm. O, sənəd düz olmadığı, problem olduğu üçün Bakıdadır. Mənim heç nəyim, ev-eşiyim də yoxdur. 1 həftə, 10 gün səbrli ol, gəlib bir şey fikirləşərik. Mən sizə iltizam verəcəyəm. Mən söz vermişəm, eləyərəm də. Mənim arxamda heç kəs yoxdur. Mən bu məsələni nökərlik edib də həll edəcəyəm. Mənim vicdanım var, vicdanım olmasaydı sizə zəng eləməzdim. Həsrət qardaş, Bəkirə də de, mənimlə əlaqə saxlasın. Mən gəlib harada, nə lazımdırsa yazaram. Səbrli ol, bir az pul da verəcəyəm. Baxım torpaq satım, nəsə satım pulu verəcəyəm. Biz indi başa düşdük ki, o da, mən də axmaqlıq elədik. Həsrət qardaş, Bəkir qardaşla danış. Mənim sözüm sözdür. 3 gün ərzində heç nə edə bilməyəcəyik. Gəlib həll edəcəyəm. Mən söz verirəm, nə lazımdır hamısını yazacağam. Biz də oranı istəmirik, illərlə orada dözə bilməyəcəyik. Həsrət qardaş, sizin də balalarınız var, bizim də. Allah xatirinə, səbrli ol. Biz axmaqlıq elədik, yalan danışdıq. Mənim heç nəyim yoxdur, olan 2 balam var. Can Həsrət qardaş, Bəkir qardaşa de ki, mənimlə əlaqə saxlasın, hər şey yaxşı olacaq, gəlib bir şey fikirləşəcəyik. Nə qədər qaytaracağıq hamısını boynuma götürəcəyəm. Pasportu alıb qayıdacağam. Mən yalan danışdım, bir də yalan danışmayacağam. Can Həsrət qardaş, bizim balalarımızı yetim qoyma, biz oranı istəmirik. Mənim evim yoxdur, mən başqasının evində qalıram. Onun üçün də pis olmasın, mənim üçün də. Tək qoyma, mənim atam, anam da yoxdur, uşaqlarıma yazığın gəlsin. Sənin də balaların var. Allah xatirinə. Allah rəhm versin. Bağışla, çox pis səhv buraxmışıq, pis günahlar işlətmişik. Sonra nə istəyirsiz edin. Nəticəni də görəcəksən. Can Həsrət qardaş, Bəkir qardaşa da de, əlaqə saxlasın. Biz səhvlər buraxmışıq. Bizim günahımızdır”. “AUD- 20230328- WA0020” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Salam, Həsrət qardaş, necəsən? Biz işin arxasınca gəzirik. Bir az vaxt ver. Can Həsrət qardaş, Uraza qurtarana kimi köməklik eləyərik. Can Həsrət qardaş, Bəkir qardaşa da de, sabah mənə zəng eləsin, düşmənçilik eləməyək. Bu günə kimi axmaqlıq elədik. Pis olmasın, bizim balalarımızın xətrinə. Sizin də ailəniz var, bizim də. Biz çox peşmanıq. Biz oraları istəmirik, Allah xatirinə. Bəkir qardaşa da de, mənimlə əlaqə saxlasın. Çox xahiş edirik. Çox pis səhvlər buraxmışıq. Bir dəfə də şans ver. Sonra nə istəyirsən, elə. Üzr istəyirik, bir az vaxt ver. Yeri qaşıyacağam, nə istəsən edəcəyəm, sizin pulunuzu qaytaracağam. Biz ora gedib nə edəcəyik. Can Həsrət qardaş, Allah balalarını saxlasın. Pislik eləməyin. Sabah zəngləşərik”. “AUD-20230328-WA0021” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Salam Həsrət qardaş, necəsiz? Sabah Bəkir qardaşa de, əlaqə saxlasın. Sənin balaların var. Balalarını Allah saxlasın. Sabahdan işin arxasınca gəzirəm. Göydən də, yerdən də pulu tapıb verəcəyəm. O, işindən olmasın. Mənim vicdanım var, can Həsrət qardaş. İşin arxasınca gəzirəm, şikayət getməsin. Sonra nə eləyərsiz eləyin. Onlar da işin arxasınca gəzirlər. Həsrət qardaş, sənin balaların var. Mənim axmaqlığım oldu. Sən bizə bir şans da ver. Bəkir qardaşa de, əlaqə saxlasın. Biz pulun arxasınca gəzirik. Biz axmaqlıq elədik. Biz başa düşdük, işi həll edib nəticəni göstərəcəyik. 3 gün ərzində olmur. Bəkir qardaşa de, əlaqə saxlasın, sonra nə istəyirsən elə, mən razıyam”. “AUD-20230328-WA0022” adı ilə qeyd edilmiş səs yazısında danışıqlar ləzgi dilindədir. Təqsirləndirilən şəxs2 azərbaycan dilinə tərcümədə aşağıdakı sözləri danışması müəyyən edilmişdir: “Salam Həsrət qardaş, necəsiz? Bir də xahiş edirəm, bu məsələni həll edək. O yetimi də şöbədən çağırırlar, qan-qaraçılıqdır. Mənim ona yazığım gəlir. Onun 3 uşağı var. Məriım vicdanım qəbul etmir. Can Həsrət qardaş, o ərizəni götür. Bizə bir şans da ver. Axmaqlıq elədik. O pulu qaytaracağıq. Bir az hissəsini bu yaxınlarda qaytaracağam. İşlə məşğulam, onun yanına, bunun yanına, ora-bura yollardayam. Az miqdarda pul yığmaq üçün də pul lazımdır. 2-3 gündə mümkün deyildir. Kiçik bir rayonda yaşayırıq. Sizin də balalarınız var. Bizə bir dəfə də şans ver. Biz də pul arxasınca gəzirik, qış olduğu üçün bir az çətindir. Bu yaxınlarda bir az pulu gətirib qaytaracağıq, vaxt lazımdır. Ona yalvarıram, buna yalvarıram. Çox xahiş edirəm, pislik eləməyin. Siz bizə pislik eləmədiniz, ancaq biz sizə pislik eləmişik. Bir dəfə də fikirləşin. Allah sizə kömək olsun”. Diskdə olan video görüntülərdə isə Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət etmiş, iş üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 17:47-də polis xidməti uniformasında ticarət obyektində içərisində pul vəsaitləri olması bildirilən qara sellofanı gödəkcəsinin cibinə qoyub oradan uzaqlaşması, xx.xx.2022-ci il tarixdə, saat 21:49- da Zərərçəkmiş şəxs ticarət obyektində pul vəsaitlərini hissə-hissə masanın üzərinə qoyub^ sayıb sellofanın içərisinə yerləşdirib daha sonra Təqsirləndirilən şəxs1 verməsi, Təqsirləndirilən şəxs1 da həmin içərisində pul vəsaitləri olan sellofanı götürüb gödəkcəsinin cibinə qoyması əks olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11174 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD-də iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan “051 450-41-50”, “050 357-13-40” saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin diskdə olan fayllara daxil olduqda Zərərçəkmiş şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676-94-76” saylı mobil telefon nömrəsinin arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müxtəlif müddətlərdə danışıqlar aparılması müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-9049/23 saylı məktuba əlavb edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676-94-76” saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “077 538-48-48” saylı, Şahid7 istifadəsində olan “070 320-16-00” saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü İl tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrələr vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin diskdə olan fayllara daxil olduqda Şahid7 istifadəsində olan “070 320- 16-00” saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676- 94-76” saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “077 538-48-48” saylı mobil telefon nömrələrinin arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan “070 676-94-76” saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan “***-***-**-**”, “050 357-13-40” saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan “077 538-48-48” saylı mobil telefon nömrələrinin arasında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Qusar RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasovun xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2108/2023 saylı əmrinin surətindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3; 13; 17; 29-cu maddələrinin, DİN- in xx.xx.2005-ci il tarixli “Daxili işlər orqanları əməkdaşlarının X30”nin təsdiq edilməsi barədə 130 nömrəli əmrinin 1; 2; 3; 4; 6; 7; 13; 16; 17; 22-ci maddələrinin, “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsinin təsdiq edilməsi barədə” 330 nömrəli əmrinin 3.1; 3.2; 3.9-cu bəndlərinin tələblərini pozaraq dövlət tərəfindən verilmiş səlahiyyətləri yalnız qanun çərçivəsində istifadə etmədiyinə, icrasının mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda üzərinə götürdüyü öhdəliyi müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq icra etməyərək vətəndaş Şahid2 haqlı şikayətinə zəmin yaratdığına, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna və bu hərkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-13367/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək DİN-İn Qusar rayon Mühafizə Bölməsinin polis nəfəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2013- cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsinin X26 Şöbəsinin polis nəfəri, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Qusar RPŞ-nin Post-patrul xidməti tağımının polis nəfəri, xx.xx.2015-ci il tarixdən 24,02.2017-ci il tarixədək Qusar RPŞ-nin Konvoy hissəsinin polis nəfəri-konvoyu, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Qusar RPŞ-nin Samur polis bölməsinin sahənin polis nəfəri vəzifələrində xidmət etmişdir. Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-93/Ə(ş/h)41/2023 nömrəli əmri ilə polis baş serjantı Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135 maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin məktuba əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, sabiq polis əməkdaşı Təqsirləndirilən şəxs1 2009-cu il tarixdən DİO-da, xx.xx.2017-ci il tarixdən isə Qusar RPŞ-nin Samur polis bölməsinin sahənin polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə xidməti vəzifələrini nizama salan DİN-in əmr, qərar və göstərişlərinin tələblərini bilmiş, praktiki işdə düzgün tətbiq etməyə səy göstərmiş, edilən tənqid və iradları həmişə dözümlülüklə qəbul etmişdir. İctimai asayişin mühafizəsi, cinayətkarlığa qarşı mübarizə aparılması və eləcə də digər sahələrdə qüvvə və bacarığını əsirgəməmişdir. Respublika rəhbərliyinin həyata keçirdiyi siyasəti düzgün başa düşmüşdür. Xidmət etdiyi müddətdə şöbə rəhbərliyi tərəfindən 5 dəfə mükafatlandırılmış, 1 dəfə intizam cəzasına cəlb edilmişdir. Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-93- 2/2-443/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və onun dayısı Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində başqa şəxslər iştirak etməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ailə üzvləri normal həyat tərzi keçirirlər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ailə üzvləri arasında hər hansı ədavət, yaxud düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın münasibətdə olduqları şəxslər məlum deyildir. Təqsirləndirilən şəxs1 rus rublunu Zərərçəkmiş şəxs alıb dayısı Təqsirləndirilən şəxs2 göndərmişdir. Qusar RPŞ-nin Samur PB-nin xx.xx.2023-cü il tarixli, 3-13-93-2/2-444/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs barələrində son illər ərzində Samur PB-də cinayət işi, təqsirləndirici material, ərizə və ya şifahi şikayətlər olmamışdır. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs barələrində hər hansı təqsirləndirici material yoxdur, onların hər hansı şəxslərə qarşı və ya digər şəxslərin onlara qarşı cinayət, mülki və inzibati xarakterli materiallara baxılmamışdır. Həmin məktuba əlavə edilmiş rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(029)-1411/2016 saylı əmrinin surətindən görünür ki, kreditor "xxxx" ASC-nin borclu Təqsirləndirilən şəxs2 qarşı borcun tutulmasına dair ərizəsinə baxılaraq Təqsirləndirilən şəxs2 153,60 manat əsas borc, 53,35 manat faiz borcu və 44,97 manat cərimə borcu olmaqla ümumilikdə 251,92 manat məbləğində borc, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X37 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli, 3-İ 7-1/2-82578/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs DSMF PHŞ- nin 1 saylı Quba-Xaçmaz regional filialından sosial müavinət, təqaüd və əmək pensiyası almırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 24,04.2023-cü il tarixli, 622 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs Quba rayon PNRM-nə müraciət etməmişlər. Qusar rayon İHB-nin Quxur-oba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-63-13/2-38 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayonu Ləgər-qışlaq kəndində yaşayır. Onun kənddə yaşadığı müddət ərzində qohum-əqrəbaya və qonşularına qarşı və ya qohum-əqrəbasının və qonşularının ona qarşı nümayəndəliyə yazılı və ya şifahi formada heç bir şikayət daxil olmamışdır. O, əqli cəhətdən sağlamdır. Onun spirtli içkilərə və vəhabiliyə meyilliliyi yoxdur. Təqsirləndirilən şəxs1 ailə tərkibi X6 (atası), X7 (anası), X10 (arvadı), uşaqları xx.xx.2009-cu il təvəllüdlü Mənsurə Xeyirova, xx.xx.2011-ci il təvəllüdlü Nəzrin Xeyirova, xx.xx.2015-ci il təvəllüdlü Mədinə Xeyirovadan ibarətdir. Qusar rayon İHB-nin Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-63-21/2-13/2023 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayonu Köhnə Xudat kəndində yaşadığı dövrdə kənd əhalisi və qonşuları ilə normal münasibətlərdə olmuşdur. Təqsirləndirilən şəxs2 və onun ailə üzvləri tərəfindən nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Onun ailə tərkibi X16 (arvadı), xx.xx.2003-cü il təvəllüdlü Elza Hacıyeva (qızı) və xx.xx.2006-cı il təvəllüdlü Edqar Hacıyevdən (oğlu) ibarətdir. “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, PHŞ-6-54/2- 281/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ- də həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-53471/2023 saylı məktubundan görünür ki, kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 adında xx.xx.2022-ci il tarixdən “QAZ 2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 adında nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-5556/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 mülkiyyətində adına Qusar rayonu Ləyər-Qışlaq kəndində ümumi birgə 0,12 ha torpaq sahəsinə verilmiş JN-037A KOD 30123038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-6384/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,12 ha həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs2 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********094300 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” əsas və “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” digər fəaliyyət növü üzrə vergi uçotundadır, uçot məlumatlarına əsasən fəaliyyət vəziyyəti aktivdir. Şahid2 “İxtisaslaşdırılmış mağazalarda elektrik-məişət mallarının pərakəndə satışı” əsas fəaliyyət növü üzrə vergi uçotundadır, uçot məlumatlarına əsasən fəaliyyət vəziyyəti aktivdir. Şahid1 “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” əsas fəaliyyət növü üzrə vergi uçotundadır, uçot məlumatlarına əsasən fəaliyyət vəziyyəti aktivdir. Cinayət işinin materiallarından məlum olur ki, cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin adına qeydiyyata alınmış Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və iş üzrə Təqsirləndirilən şəxs2 mülkiyyətində, olan “QAZ 2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsində, notariat kontorunda alqı-satqısının qarşısını almaqla gələcək mülki iddianı və xüsusi müsadirəni təmin etmək məqsədi ilə həmin torpaq sahəsinin və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məqsədi ilə 02 avqust 2023-cü il tarixdə vəsatət və təqdimatla Qusar rayon məhkəməsinə müraciət edilmiş, rayon məhkəməsinin eyni tarixli qərarı ilə təqdimat təmin edilərək həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. 01 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində eyni tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 01 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində eyni tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin araşdırılan cinayət işi ilə əlaqədar özlərini təqsirli bilməməklərinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının əvvəlində özlərini təqsirli bilərək əməllərini etiraf etmişlər. Lakin məhkəmə istintaqının gedişində müqavilə əsasında müdafiəçi qoşulduqdan sonra özlərini təqsirli bilməmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd olunan mövqelərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Həmçinin təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri etiraf ifadəsilə məhkəmə istintaqı zamanı bildirdikləri arasındakı ziddiyyəti isə ağlabatan səbəblərlə izah etməmişlər. Həmçinin təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmadıqlarını sərbəst ifadə verdiklərinin məhkəmə istintaqı zamanı bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələrində göstərdikləri xüsusatlar iş materiallarına əlavə edilmiş səs yazılarına, video görüntülərə, “Azercell” və "xxxx" MMC-dən əldə edilmiş telefon danışıqlarına dair çıxarışa əsasən öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmələri onların özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların hər birinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün hazırda əsaslar yoxdur. Onlar hər biri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 520 (beş yüz iyirmi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 260 (iki yüz altımış) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs2 səs yazıları və zərərşəkmiş şəxsin Təqsirləndirilən şəxs1 pul vəsaitlərini verən zaman qeydə alınmış müşahidə kameralarının video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin adına qeydiyyata alınmış Qusar rayonu Ləyər-qışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və iş üzrə Təqsirləndirilən şəxs2 mülkiyyətində olan “QAZ 2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cinayət əməli törədilməmişdən əvvəl əldə edildiyi üçün və araşdırılan cinayət işi üzrə mülki iddia olmadığına görə Qusar Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 5(029)-69/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsində, notariat kontorunda alqı-satqısının qarşısı alınmış həmin əmlakların üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 520 (beş yüz iyirmi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 260 (iki yüz altımış) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs2 səs yazıları və zərərşəkmiş şəxsin Təqsirləndirilən şəxs1 pul vəsaitlərini verən zaman qeydə alınmış müşahidə kameralarının video görüntüləri olan CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin adına qeydiyyata alınmış Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və iş üzrə Təqsirləndirilən şəxs2 mülkiyyətində olan “QAZ 2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Qusar Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 5(029)-69/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsində, notariat kontorunda alqı-satqısının qarşısı alınmış həmin əmlakların üzərinə qoyulmuş həbs götürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar