Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-273/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Quba rayonu, Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi xalis çəkisi 48,17 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla, həmçinin ünvan 2 ünvanında yerləşən evində 8910.0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 28 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Quba şəhəri Məhəmməd Şəhriyar küçəsində “Çuxur hamamı” adlanan ərazinin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol cibindən çəkisi 48,17 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə Quba şəhəri Fətəlixan küçəsi ev 51 ünvanında yerləşən evinə baxış keçirilən zaman isə oradan 8910.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, 28 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılmışdır. Belə ki həmin gün işdən evə təzə gəlmiş, polis əməkdaşları evin qapısını döyərək onu çölə çıxarmış, daha sonra ondan üzərində narkotik vasitənin olubolmaması ilə bağlı suallar vermiş, o da cavabında üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşları onun icazəsi ilə yaşadığı evin içərisinə daxil olaraq evin hər yerini yoxlamağa başlamış, lakin evdən heç bir şey aşkar olunmamışdır. Həmin vaxt evdə onun valideyni də olmuşdur. Daha sonra isə polis əməkdaşları tərəfindən şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq marixuanadan yalnız məclislərdə istifadə etdiyini, tutulmamışdan əvvəl isə marixuanadan istifadə etmədiyini, marixuananı dost-tanışdan əldə etdiyini, bəzən də tanımadığı adamdan aldığını bildirmişdir. Polis əməkdaşlarının narkotik vasitəni özlərinin gətirib onun yaşadığı ünvana yerləşdirdiklərini, onun evində narkotik vasitə aşkar olunmadığını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, 2-3 nəfər polis əməkdaşının üzərinə gəlməsi nəticəsində onlardan çəkindiyi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, polis əməkdaşlarının onu döymədiyini qeyd etmişdir. O, edilən qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimə bildirməmiş, polis əməkdaşlarının ona qarşı belə hərəkətlərinin səbəbini başa düşə bilməmişdir. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanıldığını, nadir hallarda narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarından çəkindiyi üçün ona edilən qanunsuzluqlarla bağlı heç kimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri Fətəlixan küçəsi ev 51-də anası və atası ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkumluğu olmamışdır. Təxminən 3-4 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan düşəndən-düşənə istifadə etməyə başlamışdır. Tutulmamışdan 3 ay əvvəl Qudyalçayın Quba şəhərinə yaxın sahilində yerləşən meşəlik ərazidə gəzərkən qarşısına 4 ədəd çətənə kolu çıxmış və o, həmin kolları evə gətirərək qurutmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin çətənə kollarını evə gətirmiş və evdə onları qurudaraq bir qədərini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitənin üzərindən az miqdarda götürüb bir neçə dəfə istifadə etmiş və qalan hissələri isə növbəti günlərdə istifadə etmək üçün saxlamışdır. 29 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Quba şəhəri M.Şəhriyar küçəsində yolun kənarı ilə piyada gedərkən “Çuxur hamamı” adlanan ərazindən keçdiyi zaman Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Pənah İbrahimov kimi təqdim edən polis əməkdaşı ona şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkçəsinin sol cibindən 01 ədəd qara rəngli sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmçinin ciblərindən özünə məxsus “prima” markalı 01 ədəd siqaret, bir ədəd alışqan, və “naftizin” adlı dərmanını təqdim etmişdir. 01 ədəd qara rəngli sellofan bükümü açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, o, bu kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 03 ay əvvəl Qudyalçayın Quba şəhərinə yaxın sahilində yerləşən meşəlik ərazidə gəzərkən tapdığı 4 ədəd çətənə kolunu evə gətirib qurudaraq öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Həmin qutu elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Zərfin üzərini o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Həmin baxışın gedişində ondan başqa haradasa narkotik vasitənin olub-olmaması soruşulduqda o, yaşadığı Quba şəhəri Fətəlixan küçəsi ev 51-də yerləşən evdə də bir kisə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra 29 oktyabr 2024-cü il tarixdə, saat 14:40 radələrində polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Quba şəhəri, Fətəlixan küçəsi, ev 51-də yerləşən evə gəlmişdir. O, burada evinə baxış keçirilməsi ilə bağlı heç bir etiraz və narazılığının olmadığını bildirmişdir. Daha sonra isə polis əməkdaşları və müdafiəçi ilə birlikdə evin içərisinə daxil olmuşdur. Burada təhqiqatçı ondan evdə narkotik vasitənin olub-olmadığını soruşmuş və yerini göstərməyini istəmişdir. O, evdə bir kisə narkotik vasitənin olduğunu və otağın küncündə yığılmış xalçaların altında gizlətdiyini bildirmişdir. Həmin kisəni oradan götürərək polis əməkdaşlarına təqdim etmişdir. O, həmin kütlənin də narkotik vasitə qurudulmuş marixuana olduğunu, 03 ay əvvəl Qudyalçayın Quba şəhərinə yaxın sahilində yerləşən meşəlik ərazidə gəzərkən tapdığı 4 ədəd çətənə kolunu evə gətirib qurudaraq öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Həmin kisə elektron tərəzidə çəkilərkən 9 kq təşkil etmiş və bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə o və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa evdən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra evdə axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. O, narkotik vasitə satan şəxsləri tanımır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili, baş leytenant Şahid1 bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2lə birlikdə günorta saatlarında hadisə yerinə getmiş, Təqsirləndirilən şəxs Quba rayonu Çuxur hamamı adlanan ərazidə piyada hərəkətdə olarkən saxlanılmış və üzərindən qara rəngli sellofanda narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçının verdiyi sualların cavabında təqsirləndirilən şəxs hər şeyi səmimi şəkildə etiraf etmişdir. Təqsirləndirilən şəxsin evindən bir kisə — 9 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Şahid təqsirləndirilən şəxsin suallarına cavab olaraq onu zəng edib evdən çağırmadıqlarını və evdə tutmadıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Quba RPŞ-nin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili, baş leytenant Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 tərəfindən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o da dəvət olunmuşdur. Həmin gün Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, yaşadığı evdən 2-3 məhəllə uzaqlıqdakı küçədə ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona nə ilə bağlı yaxınlaşdıqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs əvvəlcə təkzib etmiş, daha sonra həmin yerə dərhal təhqiqatçı, video çəkiliş qrupu dəvət edilmiş, təhqiqatçı da həmçinin ona nə ilə bağlı saxlanıldığını izah edib axtarışa başlamış, bu zaman Təqsirləndirilən şəxs özü çıxarıb narkotik vasitəni təqdim etmiş və Qudyalçayın yanından 4 ədəd çətənə kolu tapdığını, onları yığıb çəkməsi üçün saxladığını bildirmişdir. Yenidən onlarda təqsirləndirilən şəxsin barəsində şübhə yaranmış, sonradan Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə xalçaların altında, küncdə gizlətdiyi 1 kisə qurdulmuş marixuananı təqdim etmişdir. Şahid təqsirləndirilən şəxsin suallarına cavab olaraq onu zəng edib evdən çağırmadıqlarını və evdə tutmadıqlarını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, daşıması və yaşadığı evdə saxlaması barədə Quba RPŞ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 01 ədəd qara rəngli sellofan bükümü, “prima” markalı 01 ədəd siqaret, bir ədəd alışqan, və “naftizin” adlı dərmanı çıxararaq təqdim edir. 01 ədəd qara rəngli sellofan bükümü açarkən içərisindən yaşıl rəngli bitki kütləsi — narkotik vasitə qurudulmuş marixuana aşkar edilir, həmin narkotik vasitəni 03 ay əvvəl Qudyalçayın Quba şəhərinə yaxın sahilində yerləşən meşəlik ərazidə gəzərkən tapdığı 4 ədəd çətənə kolunu evə gətirib qurudaraq öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Aşkar olunan narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri Fətəlixan küçəsi ev 51-də yerləşən evdə də bir kisə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs həyətinə və yaşdığı evə baxış keçirilməsinə heç bir etirazı və narazılığı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 29 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri Fətəlixan küçəsi ev 51-də yerləşən evə baxış keçirən zaman o, evdə bir kisə narkotik vasitənin olduğunu, otağın küncündə yığılmış xalçaların altında gizlətdiyini bildirmiş və həmin kisəni oradan götürərək polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs bu kütlənin də narkotik vasitə qurudulmuş marixuana olduğunu, 03 ay əvvəl Qudyalçayın Quba şəhərinə yaxın sahilində yerləşən meşəlik ərazidə gəzərkən tapdığı 4 ədəd çətənə kolunu evə gətirib qurudaraq öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bidirmişdir. Həmin kisə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 29 oktyabr 2024-cü il tarixli, 7/1787 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və evinə baxış keçirilən zaman aşkar edilmiş, ümumi çəkisi 8958,17 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və həmin narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 7819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 3723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hanıs bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopaktik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunana əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli Quba Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 28 oktyabr 2024-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 oktyabr 2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” və 10 fevral 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8958,07 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmçinin həmin narkotik vasitənin olduğu 01 ədəd kağız paket və 01 ədəd ağ rəngli sintetik torba Quba RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, 01 ədəd disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının narkotik vasitəni özlərinin gətirib onun yaşadığı ünvana yerləşdirməsi, onun evində narkotik vasitə aşkar olunmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində onların dedikləri ilə razılaşaraq aşkar olunan narkotik vasitəni öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərarla tutulmadan azad edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs həbs olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Quba RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan qalıq çəkisi 8958,07 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin narkotik vasitənin olduğu 01 ədəd kağız paket və 01 ədəd ağ rəngli sintetik torba məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan qalıq çəkisi 8958,07 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin narkotik vasitənin olduğu 01 ədəd kağız paket və 01 ədəd ağ rəngli sintetik torba məhv edilsin, 01 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-273/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-273/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver