Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-274/2025 08.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən və özünün satıcı kimi işlədiyi “Leon qəlyan” adlı tütün məhsulları mağazasında olan vaxt sərxoş halda həmin mağazaya gəlmiş əmisi oğlu Zərərçəkmiş şəxs təşəbbüsü ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onun ünvanına nalayiq sözlər deyib təhqir etmiş Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə, mağazada olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yan divarının sol plevra və qarın boşluğuna nüfuz edərək sol böyrəyi, diafraqmanı zədələyən deşilmişkəsilmiş yaradan ibarət həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Leon qəlyan” adlı tütün məhsulları mağazasında satıcı kimi işləyirdi. Hadisə günü əmisi oğlu Zərərçəkmiş şəxs mağazaya gəlmişdi. Əmsi oğlu Zaurla uşaqlıqdan birlikdə böyümüşlər. Münasibətləri həmişə yaxşı olmuşdur. Həmin gün Zaur sərxoş halda olmuşdur. Bir qədər söhbət eləmiş, sonra mağazadan aldığı “Ləzgilər” adlı marketdən aldığı tortu yemişlər. 20 dəqiqə vaxt keçdikdən sonra özünü yaxşı hiss etmədiyini, ürəyinin bulandığını görmüşdür. Siqaret çəkmək üçün çölə çıxmışdır. O isə qab yuyurdu. Bir əlində boşqab və telefon, digər əlində bıçaq olmuşdur. Çölə çıxmaq istəyəndə Zaurun arxası üstə aşdığını görmüşdür. Onu hər iki əli ilə saxlamışdır. İkisi də yerə yıxılmışlar. Sonra ayağa duranda böyrək tərəfini göstərmiş və orada istilik hiss etdiyini demişdir. O da dərhal onu xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman heç bir şey hiss etməmişlər. O, ayağa qalxan zaman bıçaqla yaralandığını görmüşlər. Peşmançılıq çəkməklə, hadisənin baş verməsini istəməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə, Nariman Nərimanov küçəsində “Leon qəlyan" tütün evini icarəyə götürüb həmin mağazanı işlətmişdir. Əmisi oğlu Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olsa da, onunla münasibətləri həmişə normal olmuşdur. Son vaxtlar eşitmişdir ki, Zaur onun barəsində pis sözlər danışmış, bu səbəbdən xx.xx.2024-cü il tarixdə ona zəng etmiş, lakin Zaur onun mobil telefonuna cavab verməmişdir. Zəng etməkdə məqsədi onu yeni açdığı dükana dəvət edib, onunla söhbət etmək olmuşdur. Qeyd olunan tarixdə axşam saatlarında Zaur onun mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuş, o dükanda olduğunu bildirmiş, bir qədər sonra Zaur sərxoş vəziyyətdə onun işlətdiyi dükana gəlmiş və bu səbəbdən də Zaura onun barəsində başqa şəxslərə pis sözlər danışması barədə heç nə deməmiş, Zauru ayıq vaxtı görəndə ona öz iradlarını bildirməsini düşünmüşdür. Buna baxmayaraq Zaur ona obyektin içində nalayiq ifadələrlə təhqir etməyə başlamış, Zaur onun əmisi oğlu olduğuna görə ona məhəl qoymamış və onu obyektdən çıxartdıb qapını bağlamışdır. Zaur qapını sındırıb içəriyə daxil olmaq istədikdə, o, məcbur qalıb qapını açıb Zauru sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq Zaur daha pis söyüşlərlə onu təhqir etməyi davam etmişdir. O da Zaurun onu söydüyü söyüşlərdən əsəbləşib, dükanda olan bıçağı götürüb Zaurun döş qəfəsi nahiyəsindən bir dəfə bıçaqla vurub ona xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda heç kəs olmadığından həmin hadisəni görən olmamışdır. (Cild 1, iş vərəqləri 54-55) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi oğludur. Münasibətləri həmişə yaxşı olmuşdur. Uşaqlıqdan bir yerdə böyümüşlər. Hadisə günü işdən çıxmış, kafeyə getmişdir. Həmin gün bayram günü - çərşənbə axşamı idi. Kafedə 2 bakal pivə və araq içmişdir. Sərxoş halda olduğu üçün taksi çağırmış və evə getmişdir. Anası demişdir ki, Rafael səni mağazaya çağırır. Rafaelin yanına getmək üçün taksi çağırmış, taksi gələnə kimi 2 bakal pivə daha içmişdir. Mağazaya gedəndə tort yemişlər. Özünü pis hiss etmiş, ürəyi bulanmışdır. Hava almaq üçün çölə çıxmış və siqaret çəkmişdir. Sonra içəri keçəndə yıxılmışdır. Huşunu itirmişdir. Ayağa duranda sonra böyrəyində istilik hiss etməyə başlamışdır. Sonra Rafael onu xəstəxanaya aparmışdır. Polis əməkdaşlarının ona həmin zaman verdiyi sualları xatırlamır. Onlarla qardaşı əlaqədə olmuşdur. Səhərisi gün müstəntiq Murad müəllim çağırmış, ekspertizaya aparmışlar. O, ekspertizaya gedəndə içkili idi. Həkim ondan nə içdiyini soruşmuş, ona araq və pivə içdiyini demişdir. O, nə ekspertə, nə də ki, müstəntiqə əmisi oğlu tərəfindən bıçaqlandığını deməmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər həmişə normal olmuşdur. Rafael Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən "Leon qəlyan" tütün evini icarə əsasında 2024-cü ilin mart ayının əvvəllərindən işlətmişdir. O tez-tez spirtli içki qəbul etmişdir. Rafaellə son vaxtla aralarında münasibət pisləşmişdir. 12 mart 2024-cü il tarixdə Rafael ona zəng etmiş, lakin onun işi olduğundan mobil telefonunu aça bilməmiş, Rafaelə cavab verə bilməmişdir. Həmin tarixdə axşam saatlarında Rafaelin zəngini görüb ona zəng etmiş və harada olduğunu soruşmuş, Rafael isə işlədiyi dükanda olduğunu bildirmişdir. Həmin gün də spirtli içki qəbul etdiyindən, o sərxoş halda Rafaelin işlədiyi dükana getmiş və onun arxasınca danışdığını bildirib Rafaelə öz iradını bildinniş, daha sonra Rafael onu dükandan çıxardıb qapını bağlamışdır. O da Rafaelin bu hərəkətindən əsəbləşib yenidən qapını döymüşdür ki, qapını açsın, Rafael qapını açmış və o yenidən içəriyə daxil olub yenidən onu təhqir etməyə başlamışdır. Yenə də Rafael onu dükandan çıxarmaq istəyən zaman görmüşdür ki, döş qəfəs nahiyəsindən qan gəlir. Bundan sonra Rafael onu xatırlamadığı bir taksiyə mindirmiş və onlar Sumqayıt şəhər X6 Xəstəxanasına getmişlər. Yolda olan zaman o Rafaelə onu heç kimi görməməsi üçün çıxıb getməsini bildirmişdir. (Cild 1, iş vərəqləri 41- 42) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 2024-cü il tarixdə onlara bıçaqlanmaya dair əməliyyat məlumatı daxil olmuşdur. Travmatologiyaya yaxınlaşmışlar. Bıçaqlanan şəxsin vəziyyəti ağır idi. Yarım saat sonra özünə gəlmişdir. Zərərçəkmiş şəxs onu əmisioğlu Rafaelin bıçaqladığını demişdir. Əməliyyat tədbirləri davam etdirilmişdir. Hardasa 1 saat sonra Təqsirləndirilən şəxs özü könüllü yaxınlaşıb, təqsirini etiraf etmişdir. Sonra hadisə yerinə getmişlər, bıçağı göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək növbətçi hissəyə bıçaqlanmağa dair əməliyyat məlumatı daxil olmuşdur. Xəstəxanaya yaxınlaşmışlar. Zərərçəkmiş şəxs onlara onu əmisioğlunun bıçaqladığı barədə məlumat vermişdir. Zərərçəkmiş şəxslə danışan zaman onun huşu yerində olmuşdur. Təqsirləndirilən şəxs özü də əməlini səmimi etiraf etmişdir. Videoçəkiliş zamanı hadisənin necə baş verməsini danışmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilən fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Sumqayıt şəhəri, Nərimanov küçəsində “Leon qəlyan tütün evi” adlanan dükanın qarşısının olduğu müəyyən olunmuşdur. (cild 1, iş vərəqləri 7-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “təqdim etmə və götürmə barədə” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 bədəd bıçağı təqdim etmişdir. (Cild 1, iş vərəq 12) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X1 Sumqayıt şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli 828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş-döş qəfəsinin sol yan divarının sol plevra və qarın boşluğuna nüfuz edərək sol böyrəyi, diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən əmələ gələ bilərdi və xx.xx.2024-cü il tarixə uyğun gəlir. (Cild 1, iş vərəqləri 72-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024cü il tarixli 273-2024/MTKŞ nömrəli kompleks məhkəmə-bioloji və tibbi kriminalistik məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 94-96) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024cü il tarixli 394-2024/MTBŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçağın üzərində qan aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 97-100) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi təsadüf nəticəsində yaralaması, ona xəsarət yetirməsini hiss etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar, yəni əmisi oğlunun ona xəsarət yetirməməsi ilə bağlı göstərdikləri xüsusatlar onun təqsirləndirilən şəxslə qohumluq münasibətinin olması ilə izah olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müyyən olunur. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və himayəsində azyaşlı uşaqlarının olması, eləcə də cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin evli olaraq arvadı və 2 azyaşlı uşaqdan ibarət ailənin yeganə dolanışıq mənbəyi olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsi də onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət olsa belə, cinayət zərərçəkmiş şəxsin özünün qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs əmi oğlu kimi bir-biri ilə qohum olmaqla barışmışlar. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin dəfələrlə onun ünvanına nalayiq ifadələr işlədib söyüş söyməsi nəticəsində baş vermiş mübahisə zamanı ona xəsarət yetirmiş, sonra isə xəstəxanaya çatdırılmasını təmin etmişdir. Təqsirləndirilən şəxs öz əməlindən peşmandır, bu əməlin ictimai təhlükəliliyini, özü və ailəsi üçün hansı məhrumiyyətlərə səbəb olacağını dərk etməklə islah yoluna qədəm qoymuşdur. Məhkəmə, ailə başçısı olan və ailənin yeganə dolanışıq mənbəyi olan, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən, əvvəllər nəinki cinayət, inzibati msuliyyətə belə cəlb edilməyən, əməlindən səmimi peşmançılıq çəkən, barışıq əldə edən və öz əmisi oğlu olan zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədən təqsirləndirilən şəxsin yaşını, şəxsiyyətini və davranışını nəzərə alaraq onun gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, onun ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə bu qənaətə gələrkən xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin şərti olaraq cəza çəkməklə işləməsi, öz ailəsini dolandırması, bununla da cəmiyyətə və dövlətə faydalı vətəndaş olmasını sübut etməsi əvəzinə, onun an azı 3 il müddətində cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi, bir tərəfdən bu müddət ərzində məhkumun saxlanılması ilə bağlı dövlətin maddi resurslarının lüzumsuz yerə israf edilməsinə, digər tərəfdən isə cəzanın məqsədi kimi sosial ədaələtin bərpasına deyil, əksinə onun pozulmasına zəmin yaratmış olardı. Belə ki, təqsirləndirilən şəxsin uzun müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, onunla yanaşı cəmiyyətin (sosiumun) bir hissəsi olan təqsirləndirilən şəxsin azyaşlı uşaqlardan ibarət ailəsinin də, bu ailənin həyat şəraitinə, uşaqların təhsilinə və sağlamlığına ciddi təsir edəcək qədər maddi və mənəvi məhrumiyyətlərə də məhkum edilməsi deməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində tövsiyyə edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı şəhəri Səbail rayonu 09 iyul 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, sonuncu məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs ümumilikdə 04 ay 05 gün həbsdə qalmışdır. (Cild 1, iş vərəqləri 44-63, 113-115, 116- 117,124-129) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Səbail RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Ona təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Səbail RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.mi
Məhkəmə qərarları › İş №1(124)-274/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-274/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver