Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-275/2024 14.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 02 radələrində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun onun mobil telefonunun “WhatsApp" xidmətinə göndərdiyi məkanla (konumla) təyin olunmuş Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində yerləşən “Alişan” marketin yaxınlığına gələrək orada olan hasarın dibinə qoyulmuş, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 9,004 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 9,044 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamini öz üzərində saxlamaqla daşımış, 16 aprel 2023-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-ə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, həmin 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 9,004 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 9,044 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona 234.4.3 və 234.4.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Əvvəllər məhkumluğu olmamışdır və heç bir yerdə işləməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Salyan rayonunda olduğu zaman sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə ondan narkotik vasitə və psixotrop maddə almaq məqsədilə əlaqə saxlamışdır. Həmin şəxs ona mobil telefon vasitəsilə məkan ataraq Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında yerləşən “Alişan" marketin yaxınlığında olan hasarın dibinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğunu bildirmişdir. Ona görə də həmin gün axşam saatlarında yaşadığı Salyan rayonundan çıxaraq xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında qeyd olunan yerə gəlib həmin narkotik vasitə heroini və psixotrop maddə metanfetamini götürərək əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. O, həmin yerdən aralaşıb piyada hərəkət etdiyi zaman tanımadığı 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, öz üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron RPİ-nə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində bir büküm narkotik vasitə olan heroin və bir büküm psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş həmin iki bükümü çıxarıb təqdim edərək, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı həmin bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşının vasitəsilə öz istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Salyan şəhəri, 20 yanvar küçəsi, ev 12 mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etməsi, dövriyyəsi və satışı ilə məşğul olması barədə Abşeron rayon Polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, dövriyyəsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron rayon Polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 16 aprel 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, dövriyyəsində və satışında şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonra polis idarəsinə dəvət olunmuşdur. Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf selofona bükülü içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddəni və bir ədəd şəffaf bükülüdə psixotrop maddə metamfetaminə oxşar maddəni çıxarıb təqdim etmiş və həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında ona atılmış məkandan götürdüyünü bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Bundan sonra həmin kütlələr qablaşdırılaraq götürülmüş, zərfə qoyularaq möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 işin halları ilə bağlı Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Salyan şəhəri, 20 yanvar küçəsi, ev 12, mənzil 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Salyan şəhəri, 20 yanvar küçəsi, ev 12, mənzil 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Salyan şəhəri, 20 yanvar küçəsi, ev 12, mənzil 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik maddə və psixotrop maddələrin qəbulu, üzərində qanunsuz olaraq gəzdirməsi və satışı ilə məşğul olması şübhəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə baxış keçirilən zaman görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, həmin 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Mobil telefona baxış keçirilməsi haqqında 22 may 2023-cü il tarixli protokola və ona əlavə olunmuş həmin mobil telefonun “WhatsApp" xidmətində olan danışıqların foto görüntüsünə əsasən müəyyən olunur ki, həmin mobil telefon “Samsunq" markalı, SM-A300H modeldir, ekranı və korpusu qara rənglidir, üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Həmçinin mobil telefonun adlar bölməsində +**********19 saylı mobil nömrənin “Ayı Təzə" adı ilə yaddaşda saxlanıldığı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 01:15-dən saat 02:18 radələrinədək olan müddətdə həmin mobil telefonunun “WhatsApp" xidməti vasitəsilə həmin “Ayı Təzə” adı ilə yaddaşda saxlanılmış +**********19 saylı mobil nömrə ilə səs göndərməklə və yazmaqla əlaqə saxladığı, eləcə də Təqsirləndirilən şəxs götürəcəyi predmetin yerinin mobil telefonun “məkan” xidməti vasitəsilə izah olunduğu, sonunda da Təqsirləndirilən şəxs götürəcəyi predmeti tapdığı barədə "Ayı Təzə” adı ilə yaddaşda saxlanılmış +**********19 saylı mobil nömrəyə cavab göndərdiyinin qeyd olunduğu müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus həmin “Samsunq" markalı, SM-A300H model mobil telefonun yaddaşında və bölmələrində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir xüsusat aşkar olunmamışdır. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2242 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində üzərində «.... Vət. Təqsirləndirilən şəxs üzərindən » sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,004 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,044 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3090 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 734 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, 20 yanvar küçəsi, ev 12, mənzil 7 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qəbulu, üzərində qanunsuz olaraq gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroinə və psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həmdə məhkəmə istintaqı zamanı ondan aşkar edilmiş narotik vasitə heroinin və psixotrop maddə metanfetaminin ona məxsus olduğunu lakin həmin vasitələri satmaq məqsədinin olmadığını bildirməklə özünü qismən təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki mövqeyinə qiymət verərkən qeyd edir ki, cinayət işinin materiallarında olan “WhatsApp" yazışmalarına əsasən həqiqətəndə təqsirləndirilən şəxsin İran vətəndaşı ilə yazışmalarının olması sübut olunur. Bundan başqa təqsirləndirilən həmin psixotrop maddə və heroini şəxsi istifadəsi üçün aldığını bildirsədə əldə etdiyi miqdar, küllü miqdar olmaqla, həmin vasitələrin gündəlik istifadəsi üçün mümkün ola biləcək miqdardan çox daha artıqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin növ müxtəlifliyini nəzərə alaraq yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 8,954 qram çəkidə narkotik vasitə heroin və 8,994 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Abşeron Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 8,954 qram çəkidə narkotik vasitə heroin və 8,994 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-275/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-275/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver