Məhkəmə qərarları › İş №1(124)-276/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-276/2023

25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-276/2023 25.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 331B-də qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə, saat 22-23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində yerləşən Sumqayıt Telekommunikasiya Qovşağının yaxınlığında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən altı dəfə zərbə endirməklə, sonuncuya qarnın ön divarının orta hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş, sol gicgah nahiyəssinin, ənsənin sağ hissəsinin, sağ ağız bucağının, sağ bazunun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının orta hissəsinin boşluğa keçən bir ədəd yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, müxtəlif yerlərdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onunla 2009-cu il tarixdə ailə həyatı qurmuşlar. Röyal və Ramin adlı 2 övladları var. O, Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetində “şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Son zamanlarda qonşuları Şahid ilə həyat yoldaşının səmimiyyətini qısqanmağa başlamış və onlardan şübhələnmişdir. 01 iyul 2022-ci il tarixdə saat 15:00- 16:00 radələrində oğlumun saçlarını kəsdirmək üçün evdən çıxanda telefonunun səs yazısını aktiv edib çıxmışdır. Təxminən 1 saat sonra evə qayıdıb telefonu götürüb yenə çıxmışdır. Səs yazısına qulaq asdıqda Şahid onlara gəldiyini öyrənmişdir. Bir gün evdə uşaqların yanında bu məsələni danışmaq istəmədiyi üçün birlikdə çölə çıxmışlar. Bu barədə özündən soruşduqda, ona xəyanət etdiyini etiraf etməmişdir. O da əsəbdən özünü itirmiş və cinayət hadisəsini törətmişdir. Hadisə 01 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş vermişdir. Zərərçəkmiş şəxsə neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. Bıçağı özünə xəsarət yetirmək üçün üzərində daşıyırdı. Başqasına xəsarət yetirmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu il tarixdə ailə həyatı qurmuşlar. Bu evlilikdən 8 və 12 yaşlarında 2 azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs ilə ailədaxili mübahisələri arabir baş verirdi. Sonuncu mübahisədə isə Təqsirləndirilən şəxs onun qonşuları Şahid ilə danışıqlarını eşitmiş və hadisə də bu səbəbdən baş vermişdi. 01 iyul 2022-ci il tarixdə təxminən saat 15:00-16:00 radələrində evdə olanda Təqsirləndirilən şəxs oğlu Raminin saçını kəsdirmək üçün evdən çıxmışdır. Təxminən 10 dəqiqə sonra qonşuları Şahid gəlmiş və biraz söhbət edib getmişdir. Daha sonra Rövşən oğlu Ramini evə qoymaq üçün gəlmiş və yenidən çıxıb getmişdir. Təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxs ilə biraz söhbət etdikdən sonra kənara çəkilmişlər. Təqsirləndirilən şəxs ondan ona xəyanət etməyi barədə soruşmuşdur. Təbii ki, o da ona xəyanət etmədiyini bildirsə də, ona inanmamış və cibindən bıçaq çıxararaq, 8-9 dəfə bıçaq zərbəsi vurmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs özü təcili tibbi yardım çağırmışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmaqla onunla 2009-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından 2 azyaşlı, 2010-cu il təvəllüdlü Röyal və 2014-cü il təvəllüdlü Ramin adlı oğlu var. Təqsirləndirilən şəxs əsəbləri yerində olmadığı üçün o, tez tez müalicə almış, hətta Sumqayıt şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olmuşdur. Rövşən evdə həmişə söz söhbət yaratmış, boş şeylərə əsəbləşmişdir. Rövşən onu qonşuları Səmədə qısqanmış, lakin Səmədlə o, özü elə dost kimi olmuş, Səmədi evə dəvət etmiş, birlikdə oturub çay çörək yeyib söhbət etmişlər. Belə o da Səmədi tanımış, qonşu kimi münasibəti yaranmış, lakin onunla başqa heç bir münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15-16 radələrində onlar evdə olanda əri Rövşən ona demişdir ki, gedib oğlu Raminin saçını qırxdırıb gələcək. Rövşən, oğlu Ramini götürüb gedəndən təxminən 10 dəqiqə sonra qonşuları Səməd gəlib Rövşənin evdə olmadığını görüb onunla biraz söhbət edib çıxıb getmişdir. Daha sonra Rövşən oğlu Raminlə birlikdə evə gəlmiş, Rövşən Ramini evə qoyub çıxıb getmiş və təxminən 2 saatdan sonra evə qayıtmış, o evə qayıdanda içkili olmuşdur. Ramin ona demişdir ki, onun polislə problemi düşüb, ona zamin durmaq lazımdır və ondan xahiş etmişdir ki, gedib polisə zamin dursun, onu polislər buraxsınlar. Bu səbəbdən Rövşən ona demişdir ki, gedib uşaqları atasıgilə qoysunlar. Onlar da təxminən saat 21 radələrində uşaqları Sumqayıt şəhəri 13-cü mikrorayonda yaşayan qaynatasıgilə qoymuşlar və Rövşənlə birlikdə polisə getmək üçün evdən çıxmışlar. Onlar məhlələrin arası ilə gedəndə Rövşən ona demişdir ki, gəlsin biraz kənara çəkilib söhbət etsinlər. Rövşənlə biraz kənara çəkilmiş. Rövşən ona demişdir ki, onu niyə aldatdı, ona niyə xəyanət etdi. O Rövşənə onu aldatmadığını desə də, Rövşən ona inanmamış, ona yalan danışmamasını deyib cibindən bıçaq çıxardıb onu bıçaqla bir neçə dəfə vurmuş, onun bıçaq zərbələri onun baş, çiyin, qarın nahiyəsinə dəymişdir. O, Rövşənə əli ilə müqavimət göstərmiş və yalvarmışdır ki, onu öldürməsin, uşaqlarına yazığı gəlsin. Rövşən dayanmış və təcili yardım çağırıb onu xəstəxanaya aparmışdır. O sonradan bilmişdir ki, Rövşənin onu yetirdiyi zərbələrdən biri qarın boşluğuna daxil olmuşdur. Eyni zamanda o sonradan bilmişdir ki, Rövşən ondan şübhələndiyi üçün həmin gün evdən çıxanda telefonun səs yazısısmı qoşub telefonu evdə qoyub çıxıb getmiş, qayıdandan sonra telefonu götürüb onun qonşu ilə danışığını eşitmiş, elə düşünümüşdür ki, onların aralarında nəsə olmuş, bu səbəbdən onu bıçaqlamışdır. Hazırda Rövşən əməlindən peşmandır, o əsəbi olduğu və onu aldatdığını düşündüyü üçün əməli törətmişdir. Hadisə vaxtı ikisindən başqa heç kim olmamış, hadisə, yəni Rövşənlə aralarında olan mübahisə və Rövşənin onu bıçaqlaması ümumilikdə təxminən 4-5 dəqiqə davam etmişdir. (Cild 1, iş vərəqləri 87-89) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid ifadəsində göstərmişdir ki, Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla dost olmaqla onlar həm də qonşudurlar. Rövşənin ailəsini də tanıyır, onlar bir-birlərinin evinə gedib-gəlmişlər. Rövşən onu tez-tez evinə dəvət etmiş, birlikdə onun evində oturub çay içib çörək yeyib söhbət etmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 15-16 radələrində Rövşənlə işi olduğu üçün o onun yaşadığı evə getmiş,qapını onun arvadı Rəhimə açmış, o Rəhimədən Rövşəni soruşduqda, sonuncu demişdir ki, Rövşən gedib oğlu Raminin saçını qırxdırıb gələcək. Onlar bir az söhbət etdikdən sonra o, çıxıb getmişdir. Sonradan həmin gün axşam saatlannda ona məlum olmuşdur ki, Rövşən guya Rəhimənin onunla münasibətinin olmasını əsas gətirərək sonuncunu bıçaqlamışdır. Onun Rəhimə ilə heç bir münasibəti olmamış, ailəvi dost kimi o Rövşənin evinə gedib gəlmişdir. Rövşənin nə üçün belə düşündüyünü bilməmişdir. (Cild 1, iş vərəqləri 100-102) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın təqdim edilməsi, əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 02 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilən fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qısaqol köynəyə baxış keçirilməsi zamanı köynəyin ön sol tərəfində 1 ədəd, sağ qolunda 1 ədəd kəsik, üzərində qanabənzər ləkələr olduğu aşkarlanmışdır. (Cild 1, İş vərəqləri 7-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 iyul 2022-ci il tarixli 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində böyük piyliyin zədələnməsi ilə müşayət olunan qarnın ön divarının orta hissəsinin boşluğa keçən bir ədəd, qarnın ön divarının orta hissəsinin boluğa keçməyən deşilmiş-kəsilmiş, sol gicgah nahiyəsinin, ənsənin sağ hissəsinin, sağ ağız bucağının sağ bazunun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yaralarından ibarət xəsartələr aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hisəssində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə qarnın ön divarının orta hissəsinin boşluğa keçməyən deşilmiş-kəsilmiş, sol gicgah nahiyəsinin, ənsənin sağ hissəsinin, sağ ağız bucağının sağ bazunun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarət yəni, böyük piyliyin zədələnməsi ilə müşayət olunan qarnın ön divarının orta hissəsinin boşluğa keçən bir ədəd yarası isə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 105-107) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 446/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu AB0 sistemi üzrə -O alfa beta (İ). Ekspertizaya maddi sübut kimi təqdim edilmiş köynək üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda) alfa beta (İ) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutininləri alındı. Beləliklə bu qan 0 alfa beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqləri 109-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 358/2022-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus köynəyin ön səthinin sol yarısında bir ədəd, ön səthində sağ qolu üzərində bir ədəd olmaqla ümumi iki ədəd zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdilər. (Cild 1, iş vərəqləri 114-116) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il 2472 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öh hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, yəni prosesual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs inandkarlıq, hövsələsizlik, konflikt əvə mübahisəyə meyillilik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hisəssində qeyd olunan hadisəni törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O hadisəni düzgün qavramaq və güzgün ifadə vermək qabiliyyətinə malikdir, Onda yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi. (Cild 1, iş vərəqləri 129-133) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 hadisə zamanı əynində olmuş 01 ədəd köynək maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 153-160) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 90) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. (Cild 1, iş vərəqləri 141-143) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 03 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(Cild 1, iş vərəqləri 68-71, 195-197) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd köynək məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar