Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-276/2024 30.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X6 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuş, yəni zorlamış və zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 12 aprel 2019-cu il tarixdə saat 01:00 radələrində kirayədə yaşadığı binada qonşusu olan əvvəllər tanıdığı Rusiya Federasiyasının vətəndaşı xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər hərəkətlər etmək məqsədi ilə sonuncunun yaşadığı Rusiya Federasiyası Moskva şəhəri Sosenskoe rayonu Komunarka qəsəbəsi Baçurinskaya küçəsi ev 7, korpus 2-də yerləşən 249 nömrəli mənzilə gələrək Zərərçəkmiş şəxs ilə bir neçə saat ərzində spirtli içki qəbul etdikdən sonra saat 01:50-dən saat 06:00-dək olan müddət ərzində sərxoş halda Zərərçəkmiş şəxs qucaqlamağa cəhd edərkən onun rədd cavabını alaraq sonuncunu zorlamaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlərini etmək qərarına gəlib əməlinin ictimai təhlükəli olmasını dərk edərək və həmin əməlin zərərçəkmiş şəxsin cinsi azadlığının pozulmasına gətirib çıxaracaq ictimai təhlükəli nəticələrini əvvəlcədən görüb bunu arzu edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədi ilə yumruqlarla sonuncunun sifət nahiyəsinə çoxsaylı zərbələr endirməklə və baş nahiyəsini divara vurmaqla zərərçəkmiş şəxsin müqavimətini qıraraq özünün cinsi tələbatını təmin etmək üçün zor tətbiq edib zərərçəkmiş şəxsin əynində olmuş pijama şalvarını çıxarıb onu otaqdakı çarpayıya uzandıraraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi ziddinə uşaqlıq yoluna daxil edib onunla zorla təbii yolla cinsi əlaqədə olmuş, daha sonra niyyətini reallaşdırmaq üçün cinayətkar əməllərini davam etdirərək yuxarıda qeyd edilən yerdə və vaxtda ictimai təhlükəli əməlini dərk edərək və zərərçəkmiş şəxsin cinsi azadlığının pozulmasına gətirib çıxaracaq ictimai təhlükəli nəticələrini əvvəlcədən görüb bunu arzu edərək özünün cinsi tələbatını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs saçından tutub çarpayıdan həmin mənzilin döşəməsinə düşürüb dizləri üstə qoyaraq müqavimətini qırmaq məqsədi ilə yumruqlarla baş nahiyəsinə çoxsaylı zərbələr vurub zərərçəkmiş şəxsin müqavimətini qırdıqdan sonra iradəsi ziddinə öz cinsiyyət orqanını sonuncunun ağız boşluğuna yerləşdirməklə onunla oral üsulla qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər zorakılıq hərəkətlərini etmiş, cinsi aktını sonlandırdıqdan sonra Zərərçəkmiş şəxs mənzilini tərk etmiş, nəticədə öz hərəkətləri ilə zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qapalı kəllə-beyin travması ilə müşahidə olunan baş beyinin silkələnməsi, alt və üst dodağa keçən sağ və sol yanaqların selikli qişasının (ağız nahiyəsi) qançırı; göz almasının bayır bucağına qansızma ilə müşayiət olunan sol gözün alt və üst qapaqlarının qançırı, burun belinin qançırı, yanağa və alt çənənin sol nahiyəsinə keçən sol almacıq nahiyəsinin qançırı, çənəaltı nahiyəsinin qançırı, qulaqarxası nahiyəyə keçən sol qulaq seyvanının ön və arxa səthlərinin qançırı, ayrı-ayrılıqda və ümumilikdə dərəcələri təyin edilməyən sağ bazunun orta 1/3-nin ön-bayır səthinin qançırı, sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin qançırı, sol diz oynağının ön səthinin qançırı, sağ budçanaq oynağının proyeksiyası nahiyəsinin qançırı, boyun nahiyəsinin ön səthinin qançırı, boyunun sol yan səthinin qançırı, boyunun sağ yan səthinin qançırı, sol bazunun arxa səthinin yuxarı yarısının qançırı, sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırı, sol saidin 1/3-nin arxa səthinin qançırı, şərti siferbladın 12 rəqəminə uyğun gələn sağ süd vəzinin qançırı, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı, sağ budun orta 1/3-nin iç səthinin qançırı, sağ diz oynağının iç səthinin sıyrığı, sol diz oynağının bayır səthinin sıyrığı kimi müqavimətini qırmağa yönəlmiş xəsarətləri yetirərək Zərərçəkmiş şəxs zorlamış və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 149.1 və 150.1-ci maddələri ilə elan edilmiş ittiham özünü təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o, 2019-cu ilin fevral ayından Moskva şəhəri, Sosenskoe rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi, ev 7, korpus 2-də yerləşən nömrəsini xatırlamadığı bir otaqlı mənzildə kirayədə yaşayıb. Yaşadığı mənzilin alt mərtəbəsində yaşayan Zaridze tez-tez yaşadıqları mənzildən səsküy gəldiyini bildirirdiyindən həmin söhbətlər zamanı Zaridze ilə münasibəti yaranmışdır. Bir gün işlədiyi yerdən xaçapuri alıb Zaridzenin evinə gəlib, onunla birlikdə içki içib söhbət ediblər. Sonradan Zaridzenin istəyi və razılığı ilə onunla cinsi əlaqədə olub. Bundan sonra Zaridze içkili olduğundan onunla niyə cinsi əlaqədə olduğunu soruşub, əsəbiləşib ağlamağa başlayıb və ona əl atıb boynunu cırıb, o Zaridzeni itələdikdə isə sonuncu daha da qəzəblənib ona yumruq-təpik vurub, bundan sonra o, əli ilə Zaridzenin üzünə vurmaq istəyəndə yüngülcə onun gözünə dəyib və gözü şişib, bir də Zaridzenin qolundan tutduğu üçün şəkillərdə də göründüyü kimi qolunda izlər qalıb. Sonradan Zaridzenin şikayət etdiyini və polislərin onu axtardığını eşidib və qorxusundan gizlənib. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə baş verən ünvandakı binada hadisə baş verən günə qədər 02 ay qalıb, rus dilində sərbəst danışıb, başa düşə bilir, təxmini 10 il Rusiyada yaşayıb, Azərbaycana gedib-gəlib. Həmin binada yaşamağa başlayandan Zaridzeni tanıyıb, onunla münasibət yaradıb. O, Zaridzeyə özünü Eduard kimi təqdim etmişdir. Zaridze həmin mənzildə tək yaşayırdı. O isə öz bibisi oğlu və dostları ilə birlikdə yaşayıb, dostlarının iş vaxtları müxtəlif olduğundan evə gec saatlarda gəldikləri üçün Zaridze onlara tez-tez narazlığını bildirib. Melaniyanın evinə bir neçə dəfə gedib, məqsədi isə səs-küyə görə üzr istəmək olub, lakin o, evdə olmayıb. Daha sonra üzr istəmək məqsədilə onun evinə gedib, xaçapuri və içki aparıb, birlikdə içki içib söhbət ediblər. Həmçinin onlar telefon vasitəsilə də əlaqə saxlayıblar. İkinci dəfə də Melaniyanın evinə edib, onlar içki içib söhbət ediblər və onun öz razılığı ilə cinsi əlaqədə olublar. Melaniyanı yumruq-təpiklə vurmayıb, sadəcə əlinin arxasıyla gözünə vurub və dartışma zamanı qolları göyərib. Melaniya qışqırıb kimisə köməyə çağırmayıb. Melaniya onun üstünə qışqırıb ona qarşı niyə belə hərəkət etdiyini soruşub, o isə Melaniyanın birdən-birə dəyişməsinə təəcüblənib, dalaşandan sonra isə çıxıb gedib. Sonradan Melaniyadan niyə elə etdiyini soruşmaq üçün görüntülü zəng edib, Melaniya da ona “artıq olan oldu” deyib. Həmin vaxt görüntüdən evdə polis əməkdaşı olduğunu görüb və Melaniyanın şikayət etdiyini başa düşüb. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında “Zoom” vidoekonfrans proqramı vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadələrini müdafiə edərək göstərdi ki, o, xx.xx.2018-ci il tarixdən qohumlarından Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi ev 7, korpus 2, mənzil 249 ünvanda yerləşən mənzili kirayəyə götürüb həmin mənzildə yaşamışdır. 2019-cu ilin aprel ayının əvvəlində, dəqiq xatırlamadığı tarixdə, axşam işdən evə qayıtdıqda istirahət etmək istəmiş, lakin yuxarı mərtəbədəki qonşuların yüksək səslə musiqiyə qulaq asıb danışdıqları üçün yuxuya gedə bilməmişdir. Sonradan həyətə çıxdıqda səs-küy gələn dördüncü mərtəbədə yerləşən mənzildə açıq pəncərədə iki nəfər kişinin dayanıb siqaret çəkdiyini görmüş, onlardan musiqinin səsini azaltmaqlarını xahiş etmiş, həmin şəxslər üzr istəmiş və səs-küy yaratmayacaqlarına söz vermişlər. Bundan sonra mənzilinin yerləşdiyi mərtəbəyə qalxarkən, pilləkəndə əvvəllər tanımadığı, 25-30 yaşlarında olan, düz qara saçlı, boyunun uzunluğu 175-180 sm olan, arıq bədən quruluşlu bir kişinin ona tərəf addımladığını görmüş, həmin kişi özünü Eduard kimi təqdim etmiş, qonşusu olduğunu, yuxarıdakı mənzildə dostları ilə kirayə qaldığını deyib, yaratdıqları səs-küyə görə üzr istəmiş və hədiyyə kimi ona şərab gətirəcəyini vəd etmişdir. xx.xx.2019-ci il tarixdə axşam saatlarında mənzilinin qapısı döyülmüş, giriş qapısını açdıqda Eduardın əlində bir şüşə şərab ilə dayandığını görmüş, Eduard mənzilinə daxil olmuş, və onunla içki içməyi təklif etmiş, o razılaşmış, bir qədəh şərab süzmüş və söhbət etməyə başlamışlar. Söhbət zamanı Eduard özünün Ermənistan Respublikasının İrəvan şəhərindən olduğunu, təxminən 6 ay əvvəl işə düzəlmək məqsədilə Moskva şəhərinə gəldiyini, çörək sexində işlədiyini bildirmişdir. Söhbətləri 10 dəqiqədən çox çəkməmiş, Eduard bir qədəh şərab içmiş, bundan sonra artıq gec olduğunu demiş və o çıxıb getmişdir. O, 12 aprel 2019-cu il saat, 01:35 radələrində işdən evə gəlmiş və yatmağa hazırlaşarkən qapısı döyülmüş və qapını döyən şəxsin Eduard olduğunu bilib qapısını açmış, sonuncu mənzilinə daxil olmuşdur. Eduard əlindəki çantadan bir şüşə konyak və enerji içkisi çıxartmışdır. Onlar konyak içib danışmağa başlamışlar. O mobil telefonunun olduğu çarpayıya tərəf gedəndə Eduard arxa tərəfdən ona yaxınlaşıb rəqs etməyi təklif edərək onu qucaqlamağa başlamışdır. Onu özündən kənara itələmiş, lakin buna baxmayaraq Eduard dayanmamış, onu çarpayıya yıxıb pijama şalvarını çıxarmağa başlamış, o, çox qorxmuş, qışqırmağa, ayaqları və əlləri ilə onu itələməyə başlamışdır. Eduard sifətinə və başına yumruqla vurmuş, dəfələrlə başını divara vurmuş, mübarizə zamanı Eduard şalvarını çıxartmış, cinsiyyət orqanını onun uşaqlıq yoluna salmağa çalışmış, o, var gücü ilə ayaqlarını sıxaraq Eduardın cinsiyyət orqanının uşaqlıq yoluna daxil olmasına mane olmuş, lakin bir neçə dəfə iradəsinə zidd olaraq Eduard cinsiyyət orqanını uşaqlıq yoluna daxil etmişdir. Özünü müdafiə edərək Eduardın üzünü cırmış, hərəkətlərini dayandırmağa xahiş etmiş, ağlamış, köməyə çağırmış, qışqırmamağı üçün Eduard ovucu ilə onun ağzını bağlamış, əlləri ilə boyun nahiyəsini sıxmışdır. Eduardın zərbələri güclü olduğundan bir neçə dəfə huşunu itirmiş, huşunu hansı müddətə itirdiyi bilmir, sifətinə zərbələrdən özünə gəlmiş, bunun ümumilikdə nə qədər davam etdiyini bilmir, daha sonra Eduard onu saçından tutaraq çarpayıdan yerə dartmışdır. O, dizlərinin üstünə çökmüş, Eduard saçlarını tutub yumruqlarla başından zərbələr endirmiş, cinsiyyət orqanını onun ağzına salmış, artıq sonuncuya müqavimət göstərə bilməmiş, Eduard ağız nahiyəsindən onunla cinsi əlaqədə olmuşdur. Huşunu itirdiyindən və çox qorxduğundan bundan sonra nə baş verdiyini xatırlamamışdır. Həmin gün saat 12 radələrində oyanarkən Eduardın mənzilində olmadığını, giriş qapısının bağlı olduğunu görmüş, bundan sonra dərhal polisə müraciət etmişdir. Eduardın onu zorladıqdan sonra mənzilini hansı anda tərk etdiyini xatırlamır, xx.xx.2019-cu il tarixində, günorta saat 12 radələrində oyanarkən mənzilinə baxış keçirən zaman mübarizə əlamətlərini, yorğan örtüyündə, divanda qan ləkələrinin, mənzilində qarışıqlığın olduğunu görmüşdür. Həmin gün, yəni xx.xx.2019-cu il tarixdə ona məlum olmayan nömrədən zəng daxil olmuş, səsindən danışan şəxsin Eduard olduğunu anlamış, söhbət zamanı sonuncu baş verənlərə görə ondan üzr istəmiş, başına gələnlər üçün utandığını demişdir. Daha sonra saat 15:11-də Eduard 8(985)844-49-59 nömrədən “Whatsapp” messenceri vasitəsilə ona boynundakı cızıqların fotoşəklini göndərmiş, daha sonra o, ikinci dəfə “Whatsapp”da video əlaqə vasitəsi ilə zəng edərək baş verənlərə görə üzr istəmişdir. xx.xx.2019-cu ilə qədər o, “Whatsapp” proqramında Eduardla əlaqə saxlamamışdır. Hadisə vaxtı mənzildə Eduard və ondan başqa heç kim olmamışdır. Hadisədən sonra ona qarşı törədilmiş cinayət barədə yaxın dostu Şahid2 Spartakovnaya da məlumat vermiş, lakin sonuncuya hadisənin təfərrüatlarını açıqlamamışdır. Hadisədən sonra bilmişdir ki, ona qarşı cinayət törədən şəxs Təqsirləndirilən şəxsdir. O təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o 2019-cu ilin aprel ayında X13 Nazirliyinin Moksva şəhəri "Kommunarski" şəhərlərarası idarəsində əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixində Zərərçəkmiş şəxsY X13 Nazirliyinin Moksva şəhəri "Kommunarski" şəhərlərarası idarəsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi ev 7, korpus 2, mənzil 249 ünvanında "Eduard" adlı tanışı tərəfindən zorlandığını bildirmişdir. Məlumat əsasında Zərərçəkmiş şəxs dindirilmiş və sonuncunun yaşadığı mənzilə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs ona “Eduard”-ın mobil telefon nömrəsinin olduğunu demiş, o M.Y Zaridzenin mobil telefonundan “Eduardla” yazışmış, yazışma vaxtı sonuncuya heç bir problem olmadığını, hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini deyərək sonuncu ilə Zərərçəkmiş şəxs arasında görüş təşkil etməyə çalışmış, lakin “Eduard” gəlməmişdir. Sonradan onun tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilərkən “Eduard” adlı şəxsin xx.xx.1994-cü il təvəllüdlü X1 olması, sonuncunun cinayəti törətdikdən dərhal sonra Rusiya Federasiyasının ərazisini tərk etdiyi müəyyən edilmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Yurievnanı 2012-ci ildən tanıyır, sonuncu ilə birlikdə Moskvada İppolitov-lvanov adına X9 İnstitutunda təhsil almışdır. Zərərçəkmiş şəxs ilə nadir hallarda ünsiyyət saxlasa da, isti və mehriban münasibətləri vardır. Zərərçəkmiş şəxs 2015-ci ildən teatrda işləyir. 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi ev 7, korpus 2, mənzil 249 ünvanda yerləşən kirayə qaldığı mənzilinə qonaq getmiş, həmin vaxt Zərərçəkmiş şəxs ona yuxarı mərtəbədəki mənzildə bir neçə nəfərin kirayədə yaşadığını, gecələr onların səs-küy saldıqlarını, yatmağa qoymadıqlarını demişdir. Melaniya ona işçilərdən biri ilə tanış olub danışmağa başladığını, onunla yalnız dost kimi danışdığını bildirmiş, onların necə və hansı şəraitdə tanış olduqlarını xatırlamır. O, xx.xx.2019-cu il tarixində, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs korporativ məclisdən evə qayıdarkən sonuncu ilə “Whatsapp” messencerində yazışmış, Melaniya ona hər şeyin qaydasında olduğunu, məclisinin yaxşı keçdiyini, evə gəlib yatacağını demişdir. 12 aprel 2019-cu il səhər saatlarında oyanıb Zərərçəkmiş şəxs ona mesaj yazaraq özünün döyülmüş vəziyyətdə fotoşəkillərini göndərdiyini görmüşdür. Melaniyadan nə baş verdiyini soruşmuş, sonuncu tanışının ona qarşı cinsi zorakılıq hərəkətləri etdiyini, cinsiyyət orqanını ağzına saldığını, onu döydüyünü, saçını qopartdığını, başını divara vurduğunu demişdir. Zərərçəkmiş şəxs ona onu zorlayan və döyən tanışının rus milliyətindən olmadığını demiş və ona bu kişi ilə “Whatsapp” messencerində videozəng vasitəsilə danışarkən onun “screenshot” fotoşəkilini göndərmişdir. Həmçinin, Melaniya ona polisə ərizə yazdıqdan sonra yuxarı mərtəbədəki mənzilə polis əməkdaşları tərəfindən həmin şəxsin sənədlərini aşkar edildiyi, sənəddəki fotoşəkildən onu zorlayan tanışının şəxsiyyətinin müəyyən olunduğunu demişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi ev 7, korpus 2, 264 nömrəli mənzilin mülkiyyətçisidir. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə həmin mənzil onun tərəfindən icarəyə verilmişdir. İcrarə müqaviləsini əslən Qırğızstan Respublikasından olan Bakıtova İndira Bakıtovna adlı bir qızla on bir ay müddətinə bağlamış, sonuncu ilə birlikdə özünü əslən Azərbaycan Respublikasından olan Əkbər kimi təqdim edən gənc oğlan yaşamışdır. Müqavilənin on bir ay müddətinə bağlanmasına baxmayaraq, təxminən 4-5 aydan sonra Bakıtova İ.B. ona xəbər vermədən mənzilindən köçmüş, mənzildə yalnız Əkbər qalmışdır. Əkbər Bakıtova İ.B. mənzildən çıxdıqdan sonra təkbaşına kommunal xərclərini ödəməsinin çətin olacağını bildirib dostunu da mənzilə köçürməyə xahiş etmişdir, o buna razılıq vermişdir. Bir müddət sonra mənzilində tanımadığı bir gənc peyda olmuş, həmin şəxsi Əkbər ona “Eduard” kimi təqdim etmişdir. 2019-cu ilin aprel ayının əvvəlində icarə borcu yarandığı üçün Əkbərə zəng vurub ödənişin gecikməsinin səbəbini soruşmuş, Əkbər isə ona mənzilindən köçdüyünü, açarları ona təhvil verəcəyini demişdir. Təxminən 13-15 aprel 2019-cu il tarixlərdə axşam saatlarında yuxanda qeyd olunan ünvandakı mənzilinə qalxıb ehtiyat açarı ilə giriş qapısını açdıqda əvvəllər tanımadığı asiyalı bir kişi ilə qarşılaşmış, həmin kişi ona mənzilində kirayədə qaldığını, mənzilin kirayəsi üçün “Eduarda” 40.000 rubl məbləğində pul ödədiyini demişdir. Ona mənzilin sahibi olduğunu, Eduard tərəfindən aldadıldığını bildirib mənzilindən çıxmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 aprel 2019-cu il tarixli protokoldan görünür ki, hadisə Rusiya Federasiyası, Moskva şəhəri, Sosenskoye rayonu, Kommunarka qəsəbəsi, Baçurinskaya küçəsi, ev 7, korpus 2-də yerləşən 249 nömrəli mənzildə baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “tanınmaya təqdim etmə haqqında” 07 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan fotoşəkillərə baxaraq 3 nömrəli fotoşəkildə xx.xx.2019-cu il tarixində Moskva şəhəri, Sosenskoye rayonu, Komunarka qəsəbəsi, Baçurinskaya küçəsi ev 7, korpus 2, mənzil 249 ünvanında onu zorlayan və ona qarşı cinsi hərəkətlər edən “Eduard” adı ilə təqdim etmiş gənci tanımışdır. Təqdim olunan fotoşəkillərdən 3 nömrəsi altında olan şəkildə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Honor 10 M” markalı mobil telefonun “Qalereya” bölməsində xx.xx.2019-cu il tarixə aid mobil telefonun frontal kamerasından Zərərçəkmiş şəxs 5 fotoşəkili, Zərərçəkmiş şəxs əlinin fotoşəkli, Zərərçəkmiş şəxs və onun sözlərinə görə, “Eduardın” qeydə alındığı 02 skrinşot fotoşəkili var. Mobil telefonda quraşdırılmış “Whatsapp” tətbiqinə 8 985 *** ** ** abonent nömrəsi olan “Eduard” kontaktı ilə xx.xx.2019-cu il tarixli yazışma aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 13 aprel 2019-cu il saat 00:15-də keçirilən məhkəmə-tibbi ekspertizası zamanı xx xxxx 1988-ci il təvəllüdlü (30 yaş) Zərərçəkmiş şəxs aşağıdakı bədən xəsarətləri aşkar edilib: - yuxarı və aşağı dodaqların qırmızı sərhədinə keçidlə sağ və sol yanaqların (ağız boşluğunun) selikli qişası nahiyəsində geniş qansızmalar, yuxan və aşağı göz qapaqları nahiyəsində geniş qanaxmalar sol gözün xarici küncündə sol göz almasının qişalarında qansızma, bumun arxa nahiyəsində göyərmə, sol ziqomatik nahiyədə yanaq nahiyəsinə keçidlə geniş göyərmələr, solda alt çənə nahiyəsi, çənə nahiyəsində göyərmə, sol qulaqcıq nahiyəsində onun ön və arxa səthi boyunca qulaq arxasına keçidlə, bölgədə sağ çiyin ön-xarici səthinin orta üçdə biri, sol çiyin arxa-xarici səthinin aşağı üçdə biri, sol diz oynağının ön səthi, nahiyədə fərdi xüsusiyyətləri zədələnmədə özünü göstərməyən küt bərk cisimlərin təsirindən əmələ gələn sağ bud oynağının proyeksiyasının; - boynun ön səthinin nahiyəsində, alt hissəsində, boynun sol yan səthində, boynun sağ yan səthinin alt hissəsində, sol çiyin arxa səthinin yuxarı yarısının bölgəsi, sağ qolun xarici səthinin yuxarı üçdə bir hissəsi, sol qolun arxa səthinin aşağı üçdə biri, bazada şərti siferblatın 12 nömrəsinə uyğun gələn sağ süd vəzisinin, sol budun xarici səthinin yuxarı üçdə bir hissəsində, sağ budun daxili səthinin orta üçdə birində küt bərk cisimlərin zərbə və ya təzyiq təsirindən əmələ gələn və onların forma və ölçüsü nəzərə alınmaqla barmaqlarla sıxılma nəticəsində əmələ gələ bilən; - sağ diz oynağının daxili səthinin nahiyəsində, sol diz oynağının ön səthində küt bərk cisimlərin sürüşmə təsirindən əmələ gələn, fərdi xüsusiyyətləri özünü göstərməyən xəsarətlər. Bu bənddə qeyd olunan xəsarətlər qısa müddət ərzində, ola bilsin ki, məhkəmə-tibbi ekspertizasına yaxın 1-2 gün ərzində, o cümlədən, qərarda göstərilən müddət ərzində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs Yurievnada qeyd olunan bütün xəsarətlər sağlamlığın qısa müddətli pozulmasına, ümumi əmək qabiliyyətinin cüzi daimi itkisinə səbəb olmur və həm ayrı-ayrılıqda, həm də ümumilikdə Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194-n nömrəli əmri ilə təsdiq edilmiş "İnsan sağlamlığına dəyən zərərin şiddətini təyin etmək üçün tibbi meyarlar" ın 9-cu bəndinə uyğun olaraq İnsan sağlamlığına zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin bütövlüyü məhkəmə-tibbi ekspertizadan xeyli əvvəl pozulub, hazırda onun pozulmasının müddətini müəyyən etmək mümkün deyildir. Məhkəmə-tibbi ekspertiza zamanı Zərərçəkmiş şəxs cinsiyyət orqanları nahiyəsində, arxa keçəcək dəliyində, vestibülün selikli qişasında və ağız boşluğunda hər hansı digər xəsarətlər aşkar edilməyib. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 25 iyul 2019-cu il tarixli, 398-r nömrəli rəyindən (204-r nömrəli rəyinə əlavə) görünür ki, məhkəmə-tibbi müayinədən keçirilərkən və Zərərçəkmiş şəxs Yuıyevnamn xx.xx.2019-cu il tarixdə S.S. Yudina adına ŞKX tibbi yardım üçün müraciət edilməsi zamanı aşağıdakılar müəyyən edildi: - Qapalı kəllə-beyin travması: Baş beyinin silkələnməsi; alt və üst dodağa keçən sağ və sol yanaqların selikli qişasının (ağız nahiyəsi) qançırı; göz almasının bayır bucağına qansızma ilə müşayiət olunan sol gözün alt və üst qapaqlarının qançırı; burun belinin qançırı; yanağa və alt çənənin sol nahiyəsinə keçən sol almacıq nahiyəsinin qançırı; çənəaltı nahiyəsinin qançırı; qulaqarxası nahiyəyə keçən sol qulaq seyvanının ön və arxa səthlərinin qançırı. Yuxarıda qeyd edilən xəsarətlər qapah kəllə-beyin travması kompleksini təşkil etməklə xx.xx.2019-cu il tarixdə tibbi yardıma müraciət etməzdən az müddət öncə, bərk küt əşyanın (əşyaların) zərbə təsiri nəticəsində yarana bilərdi ki, bu da qərarda göstərilən müddətə zidd deyildir. Həmin travma sağlamlığın qısamüddətli, yəni yetirildiyi andan üç həftədən az olmaqla (21 günədək daxil olmaqla) pozulması əlamətinə malik olub sağlamlığa yüngül zərər vurmuşdur. (İnsan sağlamlığına dəymiş zərərin ağırhq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarların təsdiq edilməsi haqqında” Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyin xx.xx.2008-ci il tarixli əmrin 2-ci bölməsinin 8.1-ci bəndinə uyğun olaraq). - Sağ bazunun orta 1/3-nin ön-bayır səthinin qançırı; sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin qançırı; sol diz oynağının Ön səthinin qançırı; sağ bud-çanaq oynağının proyeksiyası nahiyəsinin qançırı; boyun nahiyəsinin ön səthinin qançırı; boyunun sol yan səthinin qançırı; boyunun sağ yan səthinin qançırı; sol bazunun arxa səthinin yuxarı yarısının qançırı; sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırı; sol saidin 1/3-nin arxa səthinin qançırı, şərti siferbladın 12 rəqəminə uyğun gələn sağ süd vəzinin qançırı; sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı; sağ budun orta 1/3-nin iç səthinin qançırı; - Sağ diz oynağının iç səthinin sıyrığı; sol diz oynağının bayır səthinin sıyrığı. Yuxarıda qeyd edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) sürtülmə (sıyrıqlar), zərbə və ya sıxılma (qançırlar) təsiri altında, ola bilsin ki məhkəmə-tibbi müayinəsindən bir gün əvvələ yaranmışdır ki, bu da qərarda göstərilən müddətə zidd deyildir. Xəsarət yetirən əşyanın spesifik əlamətləri xəsarətlərdə əks edilməmişdir. Yuxarıda qeyd edilmiş qançırlar və sıyrıqlar ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi dayanaqlı itirilməsinə gətirib çıxarmamış və insan sağlamlığına zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir. (İnsan sağlamlığına dəymiş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarların təsdiq edilməsi haqqında” Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyin xx.xx.2008-ci il tarixli əmrin 2-ci bölməsinin 9-cu bəndinə əsasən). - Zərərçəkmiş şəxsY-nın stasionar müalicədə olarkən onda “Sağ orbitin aşağı divarının sınığı. Burun sümüklərinin sınığı” müəyyən olundu. Ekspert Şarifullin F.A-nın rəyinə əsasən qeyd edilən sınıqlar qərarda göstərilən hadisədən xeyli əvvəl yaranmış və aparılan məhkəmə-tibbi müayinə çərçivəsində qiymətləndirilə bilməz. Həmçinin stasionar müalicədə olarkən Zərərçəkmiş şəxsY-ya “qurşaq nahiyəsinin əzilməsi. Sol böyrəyin əzilməsi” diaqnozu qoyulmuşdur. Təqdim edilmiş sənədlərə əsasən sol böyrəyin aşağı gütbündə perenximal qansızma ilə müşayiət edilən sol böyrəyin əzilməsinin kliniki qiymətləndirilməsi birmənalı deyildir. Təqdim edilmiş məlumatlar sol böyrəyin əzilməsinin tam morfoloji əlamətlərini əks etdirmir. Beləliklə, mövcud olan ilkin məlumatlarla tibbi kartasının əslinin olmadığı şəraitdə, həmçinin qeyd olunan hadisənin baş verənədək sağlamlıq vəziyyəti barədə məlumatların olmadığı şəraitdə məhkəmə-tibbi qiymətləndirilməsi mümkün deyildir. - “Döş qəfəsinin əzilməsi. Sol bazu oynağının əzilməsi” diaqnozları qeyd edilən sahələrdə yaralar, sıyrıqlar, qançırlar, sümüklərin travmatik dəyişiklikləri ilə, onların sağalma izləri ilə təsdiqini tapmamış və məhkəmə-tibbi qaydada qiymətləndirilə bilməz. İş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs uşaqhq yolundan, cinsiyyət orqanları nahiyəsindən, sağ və sol dırqnaqlatı nahiyələrində, Zərərçəkmiş şəxs pijama şalvarında aşkar edilmiş spermanın Təqsirləndirilən şəxs məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə sonuncudan epitelik qaşıntı nümunəsi tədqiqat üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 19 aprel 2019-cu il tarixli, 467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolundan yaxma olan tamponda sperma aşkar edildi. Zərərçəkmiş şəxs Yurievnanın düz bağırsağın tərkibi, və cinsiyyət orqanları nahiyəsindən yaxma olan tamponda “SERATEC PSA SEMTQUANT” immunoxromatoqrafık testindən istifadə edilərək prostat spesifik antigen (PSA) aşkar edilmişdir, morfoloji üsulla müayinə zamanı spermatozoidlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs uşaqlıq boynundan yaxma olan tamponda sperma aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə molekulyar-genetik ekspertizasının 05 iyul 2019-cu il tarixli, 1539 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yurievnanın uşaqlıq yolundan tərkibi olan tamponda sperma aşkar edilmişdir. X5 düz bağırsağın tərkibi və xarici cinsiyyət orqanlarının yaxması olan tamponda SERATEC PSA SEMİQUANT immunokromatoqrafık testindən istifadə edərək, prostat spesifik antigen (PSA) aşkar edildi, morfoloji üsulla spermatozoidlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Yurievnanın uşaqhq boynundan yaxması olan tamponda sperma aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə molekulyar-genetik ekspertizasının 05 iyul 2019-cu il tarixli, 1540 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş mələfədə sperma aşkar edildi, həmin sperma izlərindən alınan DNT preparatlarının tərkibində kişi cinsinə mənsub olan fərdi DNT vardır. Bioloji material müəyyən olunmamış kişidən əmələ gəlmişdir. Onun genotipik xarakteristikalarına bax: cədvəl 2, cədvəl 3, nəticə bölməsi. 3-5 obyektlərdəki bioloji izlərin həqəqiətən də eyni müəyyən edilməmiş kişidən əmələ gəlmə ehtimalı ən azı 99,**********999% təşkil edir. Zərərçəkmiş şəxs həmin izlər əmələ gələ bilməz. Müəyyən edilmişdir ki, 1. 2, 6 obyektlərində döşəküzündəki tərkibində tüpürcək olan bioloji izlərdən alınan DNT preparatlarının tərkibində qadın cinsinə mənsub olan fərdi DNT vardır. Həmin DNT preparatlarında və Zərərçəkmiş şəxs bukkal epiteli nümunəsindən alınan preparatda genotipik əlamətlər və cinsi mənsubiyyət eynidir ki, bu da həmin izlərin Zərərçəkmiş şəxs əmələ gələ bildiyinə işarə edir. 5.7, 8 obyetklərində tüpürcəklə qarışıq sperma olan bioloji izlərdən alınan DNT preparatlarında qarışıq genotip aşkar olunur. Həmin preparatlar, görünür, ən az iki fərdi DNT-n, ehtimal ki, kişi və qadın DNT-nin qarışığıdır. Eyni zamanda həmin DNT preparatlarının genetik xarakteristikaları Zərərçəkmiş şəxs və genetik materialı 3-5 obyektlərində aşkar edilən müəyyən olunmamış kişinin DNT-nİn toplam AFUP profili variantına ziddir. 7, 8 obyetklərində tüpürcəklə qarışıq sperma olan bioloji izlərdən ayrılan DNT preparatlarında həm Zərərçəkmiş şəxs, həm də müəyyən olunmamış kişidən əmələ gələn bioloji material vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə molekulyar-genetik ekspertizasının 11 iyul 2019-cu il tarixli, 1541 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış keçirilərkən götürülmüş yorğan üzlüyündə, tər və sperma izləri olmayan insan qanı aşkar edilmişdir, morfoloji metodla spermatozoidlər aşkar edilmədi, lakin “Seratec PSA Semİquanf’ testindən istifadə zamanı həmin obyektdən ayrılmada prostat spesifik antigenin (PSA) olmasına dair müsbət nəticə əldə edilmişdir. Yorğan üzlüyündəki bioloji materialdan xromosom DNT preparatları əldə edilmiş və onlar molekulyar-genetik fərdiləşdirmə metodu ilə tədqiq edilmiş, həmin preparatların DNT profili Zərərçəkmiş şəxs nümunəsinin DNT profili ilə genotipik olaraq üst-üstə düşür. Yorğan üzlüyündəki bioloji materialın həqiqətən də Zərərçəkmiş şəxs məxsus olması ehtimalı ən azı 99, (9) % təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə molekulyar-genetik ekspertizasının 16 iyul 2019-cu il tarixli, 1542 nömrəli rəyindən görünür ki, hadisə yerinə baxışın gedişində götürülən pijama şalvarında tədqiq edilən sahələrdən birində (obyekt 4) sperma (qansız) aşkar edilmişdir. Həmin şalvarında tədqiq edilən digər sahədə (obyekt 5) morfoloji metodla spermatozoidlər aşkar edilməmişdir, lakin test istifadə edərkən prostat-spesifik anticismin (PSA) olmasına dair müsbət nəticə əldə edilmişdir. Aparılan tədqiqatla qan aşkar edilməmişdir. Pijama şalvarının yerdə qalan sahələrində (1-3 obyektləri) iz miqdarında insan qanı aşkar edilmişdir, aparılan tədqiqatla sperma tapılmamışdır. Pijama şalvardakı bioloji materialdan xromosom DNT preparatları əldə edilmiş və molekulyar-genetik fərdiləşdirmə metodu ilə tədqiq edilmişdir. Şalvarda 3 obyektində bioloji materialdan ayrılan DNT preparatı qadın cnsindən olan fərdi DNT ilə təmsil edilmişdir. Həmin preparatın DNT profili Zərərçəkmiş şəxs nümunəsinin DNT profili ilə genotipik olaraq üst-üstə düşür. Şalvardakı bioloji materialın həqiqətən də Zərərçəkmiş şəxs məxsus olması ehtimalı ən azı 99 (9) % təşkil edir. Şalvarda 4 nömrəli obyektində bioloji materialdan ayrılan sperma tərkibli DNT preparatı kişi cinsindən olan fərdi DNT ilə təmsil edilmişdir. Şalvardakı 4 obyektində sperma aşağıdakı genotipik xarakteristikaları olan naməlum kişidən əmələ gəlmişdir: D3S1358 - 16,18, THOl-6,8, D12S391- 18,19, D1S1656 - 15,16, D10S1248 -13,14, D22S1045 - 16,19, D2S441 - 11,14, D7S820 - 10,10, D13S317- 11,12, FGA-21,24, TPO X-9,11, D18S51 - 12,19, D16S539 - 13,14, D8S1179 - 13,14, CSF1P0- 11, 12, D5S818- 10,12, vWA - 15, 16, D21S11- 28,30, SE33 -18,23,2, Amel - X,Y. Şalvarda 1,5 obyektlərində bioloji materialdan ayrılan DNT preparatı ən azı İki fərdi DNT-nin (kişi və qadın) qarışığıdır. Eyni zamanda həmin DNT preparatlarının genetik xarakteristikaları Zərərçəkmiş şəxs və sperması 4 obyektində aşkar edilən naməlum kişinin DNT-nin toplam AFUP profili variantına zidd deyil. Beləliklə, şalvardakı 1,5 obyektlərində bioloji material Zərərçəkmiş şəxs və qeyd edilən naməlum kişinin bioloji materialının qarışığından əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə molekulyar-genetik ekspertizasının 23 iyul 2019-cu il tarixli, 1695 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol əllərin dırnaqaltı yaxmalar olan tamponlarda sperma izləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunanan məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/41 İR nömrəli rəyindən görünür ki, 02 (iki) ədəd tənziftamponda Zərərçəkmiş şəxs sağ və sol əl dırnaqaltı yaxmaları, Zərərçəkmiş şəxs vaginasından götürülmüş 01 (bir) ədəd 1 nömrəli tənzif tamponda yaxma və Zərərçəkmiş şəxs xarici cinsiyyət orqanı nahiyəsində götürülmüş 01 (bir) ədəd 2 nömrəli tənzif tamponda yaxma üzərində insan mənşəli sperma nümunələri mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Zərərçəkmiş şəxs uşaqlıq boynundan götürülmüş 01 (bir) ədəd 3 nömrəli pambıq tamponda yaxma, Zərərçəkmiş şəxs düz bağırsağından götürülmüş 01 (bir) ədəd 4 nömrəli pambıq tamponda yaxma və Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvar üzərində insan mənşəli sperma nümunələri aşkar edilmədi. Həmin obyektlər üzərində mövcud olan biolohi mənşəli materiallar zərərçəkmişə məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunanan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 may 2023-cü il tarixli, 1429 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda təsvir olunan ictimai təhlükəli əməli törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs adaptivlik, situativlik, ünsiyyətçilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxsin əvvəllər Azərbaycan Respublikası ərazisində məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı əvvəlcə ümumiyyətlə, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmadığını deməsi, sonradan ekspertiza rəyi ilə tanış olub həmin ifadəsini dəyişib sonuncu ilə onun razılığı ilə cinsi əlaqədə olmasını deməsi, cinayət işi Rusiya FR-da araşadırılarkən istintaq orqanından gizlənməsi və digər hallar onun ittiham olduğu cinayət əməllərini törətdiyini sübut edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin zərəçəkmiş şəxsin ifadəsi, cinayət işi materiallarında olan şahid ifadələri, ekpertiza rəyləri, protokollar və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləndirən hal kimi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd olunmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 149.1 və 150.1-ci maddəsinin 02 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2023-cü il tarixdə barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şamaxı Rayon Prokurorluğunda saxlanılan əl-barmaq izlərini əks etdirən 04 ədəd lent, 01 ədəd yorğan üzlüyü, 01 ədəd mələfə, 01 ədəd pijama şalvarı, 01 ədəd tənzif tamponu üzərində Zərərçəkmiş şəxs xarici cinsiyyət orqanlarından yaxma, 01 ədəd tənzif tamponu üzərində Zərərçəkmiş şəxs uşaqlıq yolundan yaxma, 01 ədəd tənzif tamponu Zərərçəkmiş şəxs uşaqlıq boynundan yaxma, 01 ədəd pambıq tamponu üzərində Zərərçəkmiş şəxs düz bağırsağından yaxma, Zərərçəkmiş şəxs sağ və sol əllərinin dırnaqaltı nahiyələrinin yaxması, 01 ədəd tampon üzərində Zərərçəkmiş şəxs epitelik qaşıntı nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 30 avqust 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. İş üzrə maddi sübut olub Şamaxı Rayon Prokurorluğunda saxlanılan əl-barmaq izlərini əks etdirən 04 ədəd lent, 01 ədəd yorğan üzlüyü, 01 ədəd mələfə, 01 ədəd pijama şalvarı, 01 ədəd tənzif tamponu üzərində Zərərçəkmiş şəxs xarici cinsiyyət orqanlarından yaxma, 01 ədəd tənzif tamponu üzərində Zərərçəkmiş şəxs uşaqlıq yolundan yaxma, 01 ədəd tənzif tamponu Zərərçəkmiş şəxs uşaqlıq boynundan yaxma, 01 ədəd pambıq tamponu üzərində Zərərçəkmiş şəxs düz bağırsağından yaxma, Zərərçəkmiş şəxs sağ və sol əllərinin dırnaqaltı nahiyələrinin yaxması, 01 ədəd tampon üzərində Zərərçəkmiş şəxs epitelik qaşıntı nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-276/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-276/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver