Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-276/2025 11.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, Əlvan metal pansionatda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi ilə bağlı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı Cabir adlı şəxslə və qeyriləri ilə istifadəsində olan “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Cabir adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün Cabir adlı şəxsin istintaqa məlum olmayan qeyri tanışları vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1030 qram, 1070 qram, 1045 qram və 1010 qram, ümumi çəkisi 5185 qram olan bitki mənşəli, eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində qoydurması, həmin narkotik vasitə qurudulmuş marixuananı götürdükdən sonra bildirəcəyi ünvanlara çatdırması, bunun müqabilində hesab kartına 1000 manat pul göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra, sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan yeri və fotoşəkil əsasında həmin tarixdə qeyd olunan ərazini müəyyən edib, 1 ədəd bağlamanın içərisində külli miqdarda, 5 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1030 qram, 1070 qram, 1045 qram və 1010 qram, ümumi çəkisi 5185 qram olan narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində qoyulduğu yerdən götürərək İran İslam Respublikası vətəndaşı “Cabir” adlı şəxsin sonradan bildirəcəyi yerlərə çatdırması məqsədi ilə əldə edib daşıyaraq Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi Əlvan metal pansionatda yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinə gətirdikdən sonra evin yataq otağında dolabın içərisində gizlədərək saxlamış, 19 oktyabr 2024-cü il tarixdə, saat 20:17-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən «avto 313» avtoservisin yaxınlığında idarə etdiyi «Hyundai Elantra» markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılmış, bundan sonra əməliyyat- axtarış tədbirinin davamı olaraq həmin gün saat 20:57-də Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi Əlvan metal pansionatda yerləşən kirayədə yaşadığı fərdi yaşayış evinə özünün iştirakı ilə keçirilən baxış zamanı yataq otağında dolabda satış məqsədilə saxladığı 1 ədəd bağlamanın içərisində külli miqdarda, 5 ədəd bükülüdə, ayrı-ayrılıqda təmiz çəkisi 1030 qram, 1030 qram, 1070 qram, 1045 qram və 1010 qram, ümumi çəkisi 5185 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Azadlığa buraxıldıqdan 1 il 6 ay sonra Novxanı qəsəbəsində zavodda fəhlə kimi işləməyə başladım. Mən anamla birlikdə yaşayırdım. Özüm narkotik vasitə marixuana istifadəçisi olmuşam. Cabir adlı İran İslam Respublikasının vətəndaşından 2 dəfə narkotik vasitə marixuana əldə etmişəm. Birinci dəfə Ramana qəsəbəsində həmin şəxsdən şəxsi istifadəm məqsədilə 30 qram marixuana satın alaraq əldə etdim. İkinci dəfə isə ondan şəxsi istifadəm üçün 1 kq daha marixuana istədim, ancaq pulunu daha sonra göndərəcəyimi bildirdim. Lakin o, 700 qram narkotik vasitə marixuana göndərə biləcəyini bildirdi. Biz qarşılıqlı razılaşdıq, daha sonra həmin narkotik vasitəni Badamdar qəsəbəsində yerləşdirildiyi ünvandan götürdüm və şəxsi istifadəm üçün evimdə şkafın çəkməcəsinə qoydum. Mənim taksi fəaliyyəti ilə məşğul olmaq üçün lizinqlə aldığım “Hyundai” markalı avtomobilim var idi. Həmin avtomobili işlədiyim pivə zavodundan əldə etdiyim gəlir və valideynlərimin maddi yardımı ilə almışdım. Narkotik vasitə marixuananı aldığım şəxs başa düşürdü ki, mən onun pulunu qaytarmaq istəmirəm, çünki o bir neçə dəfə zəng edəndə telefonlarını açmaqdan yayınmışdım. 19 oktyabr 2024-cü ildə Sumqayıtda 11-ci mikrorayonda avtomobil servisində maşınımı təmir etdirəndə polis əməkdaşları mənə yaxınlaşdı. Həmin əməkdaşlardan birinin adı Şahid1 idi. Polis əməkdaşları mənə onlarla əməkdaşlıq etsəm, məni məsuliyyətə cəlb etməyəcəklərini və mənə kömək edəcəklərini bildirdilər. Mən məsuliyyətə cəlb olunmamaq üçün onlarla razılaşdım. Polis əməkdaşları mənə evimdə axtarış keçirməyə imkan verməsəm tutulacağımı dedilər. Buna görə də onların evimdə axtarış keçirməsinə razı oldum. Evimdə axtarış keçirdikdən sonra polis əməkdaşları məni Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardılar. Polis əməkdaşları mənə üzərimdə 10 ay şərti məhkumluğum olduğu üçün məni buraxa bilməyəcəklərini dedilər. Daha sonra məhkəmədə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi və məni Bakı İstintaq Təcridxanasına göndərdilər. Mənim cinayət işimə Sumqayıt Şəhər Polis İdarəsində baxılanda müstəntiqə haqqımda yazılanların doğru olmadığını bildirdim. Müstəntiq isə təhqiqatçı nə yazıbsa onu da qeyd etməli olduğunu bildirdi.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən 19 oktyabr 2024-cü il tarixdə, saat 20:17 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkasi küçəsində saxlanılmışam. 5 kq narkotik vasitə qurudulmuş marixuananın satış məqsədilə əldə edilməsi ilə bağlı irəli sürülən ittihamı qəbul etmirəm. Düşünürəm ki, polis əməkdaşları qərəzli olaraq evimə 5 kq narkotik vasitə yerləşdiriblər. Polis əməkdaşları evə baxış keçirəndə evdə mən, anam və 5 nəfər polis əməkdaşı var idi. Polis əməkdaşları məni maşına əyləşdirəndə bir az təzyiq göstərdilər. Avtomobilimdən heç bir narkotik vasitə aşkar olunmayıb. Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılan zaman polis əməkdaşlarının 5 kq narkotik vasitəni üzərimə qoyduğunu, məndə sadəcə 700 qram narkotik vasitə olduğunu bildirməmişəm. Mən elə hesab edirdim ki, özümü nə qədər müdafiə etməyə çalışsam da, nəticədə yenə məsuliyyətə cəlb olunacaqdım. “Cabir” adlı şəxs İran İslam Respublikası vətəndaşıdır, həmin şəxsi 1 ay olardı ki tanıyırdım və onu mobil telefonuma “Cabir Qohum” deyə qeyd etmişdim. İbtidai istintaqda deyil, hal-hazırda məhkəmədə verdiyim ifadə doğrudur.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, hər hansı ruhi-əsəb xəstəliyi yoxdur. Özü ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuşdur. Tutulmazdan təxminən 5 ay əvvəl “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə özünü ona «Cabir» kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə bir müddət danışdıqdan sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və istəyəcəyi təqdirdə onunla bu işlə məşğul olaraq pul qazana biləcəyini bildirmişdir. Son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Pula ehtiyacı olduğundan özünü ona “Cabir” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma proqramı vastəsi ilə əlaqə saxlayaraq pula ehtiyacı olduğunu bildirmişdir. Tutulmazdan təxminən bir həftə əvvəl «Cabir» adlı şəxslə danışan zaman ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 02 kiloqram narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni onun dediyi vaxt gedib götürərək, sonradan deyəcəyi ünvanlara qoymağını, bunun qarşılığında ona 1000 manat pul verəcəyini bildirmişdir. O da «Cabir» adlı İran İslam Respublikası vətəndaşı ilə razılaşmışdır. Bundan sonra «Cabir» adlı İran İslam Respublikası vətəndaşı ona narkotik vasitənin olduğu yerin fotoşəklini və məkanını “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərmişdir. Bundan sonra o, idarə etdiyi “Hyundai Elantra” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin məkana tək gedərək narkotik vasitə olan bağlamanı götürmüşdür. Həmin bağlamanı götürdükdən sonra «Cabir» adlı İran İslam Respublikası vətəndaşına bağlamanı götürdüyünü bildirmişdir. «Cabir» adlı şəxs bundan bir gün sonra ona narkotik vasitəni qoyacağı yerin ünvanını göndərmişdir. Həmin ünvan Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşmişdir. O, həmin ünvana tək gedərək narkotik vasitə olan bağlamanı ona deyilən yerə qoymuşdur. Bundan sonra o, «Cabir» adlı İran İslam Respublikası vətəndaşına razılaşdıqları pulu ona verməsini bildirmişdir. «Cabir» ona bir dəfə də onun dediyi yerdən narkotik vasitə götürməyini və onun deyəcəyi ünvana qoyacağı təqdirdə razılaşdıqları 1000 manat pulu ona verəcəyini bildirmişdir. O, da «Cabir»lə razılaşmışdır. Tutulmazdan 3 gün əvvəl «Cabir» adlı şəxs ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə 05 kq qurudulmuş marixuana qoyulduğunu və həmin ünvana gerdərək narkotik vasitəni götürməyini bildirmişdir. «Cabir» ona narkotik vasitənin olduğu yerin fotoşəklini və məkanını “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərmişdir. Bundan sonra o, idarə etdiyi «Hyundai Elantra» markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin məkana tək gedərək narkotik vasitə olan bağlamanı götürmüşdür. Həmin bağlamanı götürdükdən sonra «Cabir» adlı İran İslam Respublikası vətəndaşına bağlamanı götürdüyünü bildirmişdir. Bundan sonra «Cabir» ona razılaşdıqları 1000 manat pulu istifadəsində olan «Kapital Bank»a məxsus **********649341 nömrəli bank kartına köçürmüşdür. İçərisində narkotik vasitə olan bağlamanı götürdükdən sonra həmin bağlamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatmda yerləşən yaşadığı nömrəsiz fərdi evə aparmışdır. «Cabir» adlı İran İslam Respublikası vətəndaşı həmin bağlamanı qoyacağı ünvanı deyəcəyini bildirmişdir. 19 oktyabr 2024-cü il tarixdə, saat 20:17 dəqiqədə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkasi küçəsində yerləşən “avto 313” avtoservisin yaxınlığında idarə etdiyi «Hyundai Elantra» markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Hüquq və vəzifələrini izah etdikdən sonra ona üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon, sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı, arxa sol cibindən 1 (bir) ədəd pul qabının içərisindən 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəni, 1 (bir) ədəd özünə aid sürücülük vəsiqəni, 1 (bir) ədəd nəqliyyat vasitəsinin şəhadətnaməsi, 1 (bir) ədəd **********649341 nömrəli plastik bank kartı, 1 (bir) ədəd metro kartı və 134 (yüz otuz dörd) manat pulu təqdim etmişdir. Daha sonra üzərindən heç bir əşya predmet aşkar olunmamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd pul qabı içərisində 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd nəqliyyat vasitəsinin şəhadətnaməsi, 1 (bir) ədəd **********649341 nömrəli plastik bank kartı, 1 (bir) ədəd metro kartı və 134 (yüz otuz dörd) manat pul götürülmüş və digər əşya ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq, yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamasını bildirmişdir. Daha sonra idarə etdiyi «Hyundai Elantra» markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra o və polis əməkdaşları narkotik vasitəni gizlətdiyi Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatında yerləşən yaşadığı nömrəsiz fərdi evə getmişlər. 19 oktyabr 2024-cü il tarixdə saat 20:57-dən etibarən onun razılığı və icazəsi ilə yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Bundan sonra evdə olan narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, yaşadığı evin yataq otağında dolabın içərisindən 1 (bir) ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 5 (beş) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya kütlələrin çəkisi 5 (beş) kq 620 (altı yüz iyirmi) qram olmuşdur. Daha sonra aşkar olunmuş maddələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Evdə ona verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «Cabir» adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində 1000 (min) manat pul verdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) aparmışlar. BNMİ-də əməkdaşların iştirakı ilə yenidən aşkar olunmuş kütlələrə baxış keçirilmişdir. Baxış zamanı ona verilən suallara eyni məzmunlu cavablar vermişdir. Bundan əlavə 134 manat pulu, 1 ədəd metro kartı və 1 ədəd pul qabı özünə geri qaytarılmışdır. Burada ona yenidən hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı gəlir əldə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı «Cabir» adlı şəxsin dediyi yerdən götürərək sonradan onun deyəcəyi məkanlara qoyacaqdı, bunun müqabilində 1000 manat gəlir əldə etmişdir. Polis əməkdaşları onu saxlayarkən, həmçinin polis idarəsinin inzibati binasında olarkən onun hüquq və vəzifələrini izah etmişlər, onun müdafiə hüququnu təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etmişlər, ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Yaşadığı ünvanda narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. Narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsin adını «Cabir» olduğunu bilir. Bundan başqa anket məlumatlarını bilmir. Əlaqə nömrəsi telefonunda vardır. Həmin şəxs özü İran İslam Respublikası vətəndaşı olduğunu ona bildirmişdir. Eyni zamanda onun istifadəsində olan mobil nömrə İran nömrəsi olmuşdur. İfadəsində qeyd etdiyi kimi tutulmazdan təxminən bir həftə əvvəl «Cabir» adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi yerdən 2 kq narkotik vasitəni götürərək sonradan onun dediyi ünvana qoymuşdur. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana bükümlərini Azərbaycan Respublikasının ərazisinə hansı şəraitdə keçməsi ilə bağlı «Cabir» adlı şəxslə aralarında heç bir söhbət olmamışdır, narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə hansı şəraitdə keçirilməsi barədə heç bir məlumatı yoxdur. Özü ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Heç bir xəstəliyi və xəsarəti yoxdur (cild 01, iş vər. 79-84). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Cabir mənim bank kartıma pul göndərməyib. Atam “Kapital bank”a məxsus bank kartına avtomobilimi təmir etdirmək üçün 1000 manat pul göndərmişdi. Mənim şikayətim polis əməkdaşlarının məni aldatması və mənə vəd verməsi ilə bağlıdır.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “Bizə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil oldu. Həmin məlumat rəhbərliyə məruzə olundu, əməliyyat tədbirinin keçirilməsinə göstəriş alındı və əməliyyat qrupunun təşkili barədə əmr verildi. Əməliyyat qrupu ilə birlikdə şəxsin olduğu ünvana-Sumqayıt şəhərində “313” nömrəli avtosalona yaxınlaşdıq. Biz şəxsə özümüzü təqdim etdikdən sonra onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu bildirdik və üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı üzərindən mobil telefon, bank kartları aşkar olundu, narkotik vasitə isə aşkar olunmadı. O özü evində axtarışın keçirilməsi üçün könüllü olaraq bizi evinə dəvət etdi. Axtarış nəticəsində şəxsin evinin yataq otağından çəkisi 5 kq 600 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olundu. Şəxs özü narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxsdən 1000 manat qarşılığında əldə etdiyini bildirdi.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat qrupuna mən, Şahid2 və Şahid3 daxil idi. Şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmişdir. Şəxs heç bir müqavimət göstərməmişdir, qaçmağa cəhd etməmişdir. Bizə şəxsin külli miqdarda narkotik vasitəni əldə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdı. Bizim idarənin əməkdaşları tərəfindən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə araşdırma aparıldığını xatırlamıram. Əvvəllər bu şəxs barəsində bizdə heç bir məlumat olmayıb. Şəxsin üzərinə narkotik vasitə qoyulması halı olmayıb. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Polis əməkdaşları videoçəkiliş başladığı andan şəxsin evində olub.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid3 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatda yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, “Hyundai Elantra” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatda yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatda yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, 19 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsində yerləşən «avto 313» avtoservisin yaxınlığında Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon, sol yan cibindən 1 ədəd avtomobil açarı, arxa sol cibindən çıxartdığı 1 ədəd pul qabının içərisindən özünə aid şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, 1 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 1 ədəd plastik bank kartı, 1 ədəd metro kartı və ümumilikdə 134 manat pulu təqdim etdiyi, daha sonra sonuncunun üzərindən heç bir əşya predmet aşkar olunmadığı, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil telefon, 1 ədəd pul qabı içərisində özünə aid şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, 1 ədəd nəqliyyat vasitəsinin şəhadətnaməsi, 1 ədəd plastik bank kartı, 1 ədəd metro kartı və 134 manat pul olan sonuncudan götürüldüyü və digər əşya sonuncuya geri qaytarıldığı, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirdiyi, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməzdən əvvəl avtomobildə ola biləcək qanunsuz əşyaları təqdim etməyi təklif edildiyi, Təqsirləndirilən şəxs avtomobilində heç bir qanunsuz əşya olmadığını bildirdiyi, bundan sonra avtomobilə keçirilən baxış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya predmet aşkar olunmadığı müəyyən olunmuşdur. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 12-14). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokoldan görünür ki, 19 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, X16nda yerləşən evə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs ilə birlikdə baxış keçirdiyi, baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs özünün bildirdiyi kimi yaşadığı evdə külli miqdarda narkotik vasitəni təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək evin girişində sağ tərəfdə yerləşən dolabın üzərindən evin açarını götürüb özü evin qapısını açaraq mənzilə daxil olduqları, Təqsirləndirilən şəxs mənzilin yataq otağına keçib yataq otağında paltar dolabında gizlətdiyi 1 ədəd qara rəngli torbanı təqdim etdiyi, həmin torbanın içərisinə baxıldıqda 5 ədəd bağlamanın aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddələri tanış olduğu İran İslam Respublikası vətəndaşı “Cabir” adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bunun müqabilində 1000 manat pul verdiyini, evində bundan başqa narkotik vasitə saxlamadığını bildirdiyi, bundan sonra aşkar olunmuş 5 ədəd bağlamaların hər birinin içərisinə baxıldıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunduğu, bundan sonra həmin 5 ədəd bağlamalar aşkar olunduğu qara rəngli sellofan torbaya qoyularaq elektron əl tərəzisində çəkildiyi, ümumi çəkisinin 5 kq 620 qram olduğu, həmin maddələr aşkar olunduğu qara rəngli sellofan torbada xüsusi qaydada qablaşdırıldığı, üzərində qeydlər aparılmış kağız parçasının imzalandığı və möhürləndiyi müəyyən olunmuşdur. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 15-17). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunan, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatda yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, “Hyundai Elantra” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan-metal pansionatda yerləşən nömrəsiz fərdi evdə külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 oktyabr 2024-cü il tarixdə, saat 20:17 dəqiqədə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkasi küçəsində yerləşən "avto 313" avtoservisin yaxınlığında, idarə etdiyi “Hyundai Elantra” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, idarə etdiyi “Hyundai Elantra” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, yaşadığı evə baxış keçirilən zaman isə 5 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd qara torbada qablaşdırılmışdır. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd pul qabı, pul qabının içərisində 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd şəxsin özünə aid sürücülük vəsiqəsi, 1 (bir) ədəd nəqliyyat vasitəsinin şəhadətnaməsi, 1 (bir) ədəd **********64 nömrəli plastik bank kartı, 1(bir) ədəd metro kartı, 134 (yüz otuz dörd) manat pul və 1 ədəd mobil telefon götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və idarə etdiyi avtomobil Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə həyətinə yerləşdirilmişdir. (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 20 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xidməti otaqda, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanov tərəfindən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə təqdim olunmuş maddə və əşyalara baxış keçirildiyi, təqdim olunan 1 ədəd mobil telefona, 1 ədəd pul qabıya, pul qabının içərisində 1 ədəd Təqsirləndirilən şəxs özünə aid şəxsiyyət vəsiqəsi, 1 ədəd Təqsirləndirilən şəxs aid sürücülük vəsiqəsi, 1 ədəd nəqliyyat vasitəsinin şəhadətnaməsi, 1 ədəd plastik bank kartı, 1 ədəd metro kartı və 134(yüz otuz dörd) manat pula, 1 ədəd qara rəngli torbaya və 2 ədəd DVD-yə baxış keçirildiyi, Təqsirləndirilən şəxs 134 manat pulu, 1 ədəd metro kartı və 1 ədəd pul qabısı geri qaytarıldığı, digər əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldüyü, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan 1 ədəd qara rəngli torbanın içərisində olan 5 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələrə baxış keçirildiyi, sonra həmin kütlələrin yenidən qablaşdırılıb möhürləndiyi, daha sonra 2 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildiyi, DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapdığı, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Cabir” adlı şəxsin göndərdiyi məkan yeri (konum) əsasında 2 gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, sonuncunun ona bu iş müqabilində 1000 manat pul verdiyini, narkotik vasitə satmadığını, ona qarşı heç bir zorakılıq hərəkətlərinin aparılmadığını, Cabir adlı şəxsin nömrəsinin özünün mobil telefonunda olduğunu və “Whatsapp”la əlaqə saxladığını bildirdiyi müəyyən müəyyən olunmuşdur. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 20-22). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 oktyabr 2024-cü il tarixli 3-16-16-2-7/1741 nömrəli rəyindən görünür ki, üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs.... yaşadığı...» yazılar və imzalar olan bir ədəd qara rəngli polietilen bağlamada 5(beş) ədəd üzəri skoçlu qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1030 qr, 1030 qr, 1070 qr, 1045 qr və 1010 qram olmaqla, ümumi çəkisinin 5185 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (cild 01, iş vər. 44-48). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, SDS-6131 nömrəli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 19 oktyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarının qanuni hesab edilməsi qərara alınmışdır (cild 01, iş vər. 118-120). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli hazırki cinayət işinin istintaqın davam etdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməsi qərara alınmışdır (cild 01, iş vər. 137). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** saylı nömrə və eyni "Whatsapp" nömrəsi olan "Redmi 12" markalı mobil telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "Cabir Qohum" adına yaddaşa qeyd olunduğu, mesaj qutusuna daxil olduqda orada "Cabir Qohum" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2024-cü il tarixdə saat 18:57-də «Cabir Qohum» adlı şəxsin Təqsirləndirilən şəxs «qardaş canın başın, necəsən brat,salamatçıhqdı qardaşım?» səsli sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 19:03-də Təqsirləndirilən şəxs «Cabir Qohum» adlı şəxsə «hə, qardaşım salamatçıhqdı,mən Sumqayıtdayam, neyləyək, nağayıraq?» səsli sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 19:17-də «Cabir Qohum» adlı şəxsin Təqsirləndirilən şəxs «qardaşım bir saata kimi get evə mənə xəbər elə yaxşı?» səsli sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 19:37-də Təqsirləndirilən şəxs «Cabir Qohum» adlı şəxsə «yaxşı» məzmunlu sms göndərir. xx.xx.2024-cü il tarixdə saat 20:27-də «Cabir Qohum» adlı şəxsin Təqsirləndirilən şəxs «qardaşım nə xəbər, başına dolanım sənin» səsli sms göndərir, daha sonra saat 20:48-də «qardaşım» və 20:56- da»mənə cavab ver» məzmunlu sms göndərir. Bından başqa ***-***-**-** saylı nömrənin "Whatsapp" proqram təminatın zənglər bölümünə daxil olduqda «Cabir Qohum» adlı istifadəçi ilə zənglərinin olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs öz mobil telefonunda olan ***-***-**-** saylı nömrənin “Whatsapp” proqram vasitəsi ilə mobil nömrəsi +98 ********** olan “Cabir Qohum” adlı profili ilə adını mobil telefonuna qeyd etdiyi Cabir adlı İran vətəndaşı ilə qarşılıqlı əlaqə saxladığını, Cabir adlı şəxsin qoydurduğu yerdən narkotik vasitə qurudulmuş marixuana əldə etdiyini bildirmişdir. Baxış zamanı səsli sms-lər iş üzrə əhəmiyyət kəsb etdiyindən diskə köçürülərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 158-161). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli 3- 13-7/2-7007/2024 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsi, qanunsuz ticarət dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı “Cabir” adlı şəxslə birgə əlaqəsinin olması və fəaliyyət göstərməsi, “Cabir” adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdiyi və s. bu kimi məlumatlar əldə edilmişdir. Lakin “Cabir” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik müəyyən olmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 168). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7452 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 185-186). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivində yerləşən X16 Sumqayıt şəhərinin inzibati ərazisinə daxildir (cild 01, iş vər. 192). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş, onun barəsində CM-in 206, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə hazırki cinayət işinin materiallarından CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması qərara alınmış, X11 barəsində CM-in 234 və 307-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir (cild 02, iş vər. 193-208). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassi küçəsində yerləşən «avto 313» avtoservisin yaxınlığında saxlanılaraq üstü və avtomobili yoxlanılmış, daha sonra yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, X16nda yerləşən evə baxış keçirilən zaman isə 5 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd qara torbada qablaşdırılmışdır. Götürülmüş kütlələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əməliyyat tədbiri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, SDS-6131 nömrəli qərarı ilə qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi və bununla bağlı bildirdiklərinə (evindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən qərəzli şəkildə qoyulması, polis əməkdaşlarının ona onlarla əməkdaşlıq etməyi təklif etməsi və yalnız bu halda azadlığa buraxılacağını bildirmələri) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusat iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən - ümumilikdə ibtidai araşdırmanın ilkin mərhələsində onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan külli miqdarda narkotik vasitənin ona aid olmaması, polis əməkdaşları tərəfindən qərəzli şəkildə qoyulması və polis əməkdaşlarının ona əməkdaşlıq etməyi təklif etməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, məhkəmədə yalnız əvvəllər CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunduğunu, işsiz olduğu üçün pul qazanmaq məqsədilə bu yola əl atdığını və əməlindən peşman olduğunu bildirmiş və barəsində verilmiş vəsatət və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız ibtidai istintaq tamamlanarkən (o da iş materialları ilə tanış olarkən ona elan olunmuş ittihamla razı olmadığından və özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyindən tərtib olunmuş protokolu imzalamaqdan imtina etmişdir) və daha sonra isə yalnız hazırki məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə ona pul veriləcəyi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan Azərbaycan Vətən Müharibəsi X6 tərəfindən verilmiş 75203 nömrəli vəsiqənin surətlərindən, İ-20465 və İ-13614 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin, o cümlədən xx.xx.2017-ci il tarixli 001488 nömrəli vəsiqənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X13 Azərbaycan Vətən Müharibəsi X6 üzvüdür, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir, Təqsirləndirilən şəxs anası X11 2-ci qrup əlildir (cild 01, iş vər. 176-178, 180). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qardaşının Azərbaycan Vətən Müharibəsi X4 üzvü olmasını və anasının 2-ci qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün surətindən və qərardan görünür ki, Əlizadə X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 150-151, 171-181). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Əlizadə X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 09 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi və həmin müddət bitmədən törətdiyindən, cinayət qanunvericiliyinin tələblərinə əsasən onun barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmçinin, CM-in 76.6 və 76.6.3-cü maddələrinə göstərilmişdir ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluğuna diqqət yetirdikdə görünür ki, o, daha əvvəl ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxsə hökmlərin məcmusu ilə müvafiq qaydada qəti cəza təyin edilməlidir və hazırki hökmlə ona təyin olunan qəti cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1292/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 24, 96-100). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5184,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 01 ədəd “Redmi 12” markalı mobil telefon və 01 ədəd **********449341 saylı birbank plastik kartı sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, 03 ədəd DVD diskin və 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 09 (doqquz) gününə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin olunan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 09 (doqquz) gün hissəsi qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5184,75 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - iş materiallarında olan 01 ədəd “Redmi 12” markalı mobil telefon və 01 ədəd **********449341 saylı birbank plastik kartı sahibi Təqsirləndirilən şəxs qaytarılsın; -03 ədəd DVD diskin və 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 70 AZN (yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-276/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-276/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver