Məhkəmə qərarları › İş №1(124)-277/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-277/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-277/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 02 il 06 ay 20 gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gələrək xx.xx.2022-ci il tarixdə Pərviz Qurbanov ona “Ramin” adlı İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə danışıqlar apararaq külli miqdarda, 01 bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında İran vətəndaşının qoydurması, həmin narkotik vasitə heroini götürdükdən sonra 3 hissəyə bölüb İran vətəndaşının bildirəcəyi ünvanlara çatdırması və bunun müqabilində 800 manat pul göndərəcəyi barədə məlumat verdikdən sonra həmin narkotik vasitə heroini qeyd olunan ərazidən birlikdə götürmək və İran vətəndaşının göndərəcəyi pulun 300 manatının özünə, 500 manatının isə Pərviz Qurbanova çatacağı ilə bağlı sonuncu ilə razılığa gəlib həmin tarixdə, gecə saatlarında sifariş etdiyi taksi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə birlikdə gedərək aralarında olan rol bölgüsünə əsasən o, avtomobildə gözləmiş, Pərviz Qurbanov isə “Ramin” adlı İran vətəndaşının Pərviz Qurbanova “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini birlikdə müəyyən edib 01 bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heıoni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında qoyulduğu yerdən götürərək birlikdə 3 hissəyə bölüb “Ramin” adlı İran vətəndaşının bildirəcəyi yerlərə çatdırmaları məqsədi ilə həmin narkotik vasitə heroini üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində Sumqayıt ŞPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında, küçədə Pərviz Qurbanovla birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, onun üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, lakin Pərviz Qurbanovun üzərində aparılan şəxsi axtarış zamanı sağ əlində satış məqsədi ilə saxladığı, külli miqdarda, 01(bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə Pərviz Qurbanovla birlikdə Şahid1 idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərinə heroin növündə narkotik vasitə götürməyə getmişlər. Sumqayıt şəhəri ərazisində yerləşən “Bravo” marketin yaxınlığında X13 İslam Respublikasının vətəndaşı olan şəxs tərəfindən qoyulan narkotik vasitələri götürmək üçün avtomobildən düşərək onlardan uzaqlaşmışdır. Pərviz Qurbanov 480 qram miqdarında heroin növündə narkotik vasitə götürməli idi. X13 İslam Respublikasının vətəndaşı olan Ramin adlı şəxs ilə danışıqlar aparmışdır. Razılaşmaya görə, Pərviz Qurbanov narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxsin qeyd etdiyi 3 ünvana atmalı idi. Bunun müqabilində Ramin adlı şəxs Pərviz Qurbanova 800 manat məbləğində pul verməli idi. Pərviz Qurbanov da həmin məbləğdən 300 manatını ona verəcəkdi. X10 adlı şəxsdən narkotik vasitə və pulu götürdükdən sonra narkotik vasitələri onun qeyd etdiyi ünvanlara atmayaraq, özlərində saxlamağı planlaşdırmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində tarixdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 2 ildir ki, fasilələrlə narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin noyabr ayında CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Suraxanı rayon Məhkməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hazırda işləmir. Zığ qəsəbə sakini X4 uşaqlıqdan tanıyır, münasibətləri normaldır. Pərvizin narkotik vasitə qəbul etməsindən məlumatı olmuşdur, Pərviz də onun narkotik vasitə istifadə etdiyini bilirmiş. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Pərvizlə yaşadıqları məhəllədə görüşən zaman Pərviz demişdir ki, instaqramda tanış olduğu İran vətəndaşı ona zəng edərək 0,5 kq qurudulmuş marixunanı qoyduracağı yerdən götürməyini demişdir, lakin dəqiq olaraq hansı ünvana, nə vaxt qoyduracağı və götürdükdən sonra haraya çatdırılmasını hələ dəqiq deyil. O, da Pərvizə heç bir problem olmadığını, onunla hara istəsə gedə bitəcəyini və ona da özünə qurudulmuş marixuana verməsini demiş, Pərviz etiraz etməmiş və dəqiq xəbər gəlincə ona bu barədə bildirəcəyini söyləmişdir. Həmin gün axşam saatlarında Pərviz ***-***-**-** nömrəsinin votsapı itə onun ***-***-**-** nömrəsi ilə əlaqə saxlayaraq həmin İran vətəndaşı olan tanışının ona zəng etdiyini və Sumqayıtda qoydurduğu 1 bağlamada 0,5 kq çəkidə narkotik vasitə heroini götürüb böldükdən sonra deyiləcək 3 ünvana çatdırmasını, bunun müqabilində 800 manat verəcəyini dediyini və onunla birlikdə getməyini bildirəndə o, etiraz etməmiş, alacağı 800 manat puldan 300 manatı ona verməsini və avtomaşın tapıb birlikdə getmələrini deyərək razılaşmışlar. İran vətəndaşının Pərvizin özünə narkotik maddələr göndərməsindən əvvəldən məlumatı olmuşdur. Bir qədər sonra saat 23 radələrində Pərvizlə görüşmüşlər, Pərviz demişdir ki, İran vətəndaşı heroni Sumqayıt şəhəri, 9-cu mkr-da "Bravo" marketin yaxınlığında qoydurmuşdur və həmin yerin fotoşəküni ona göndərmişdir, həmin heroin təcili olaraq oradan götürmək lazımdır. O, tanışlarından müvəqqəti olaraq idarə etməyə avtomobil axtarsa da tapa bilməmiş, sonra tanışı Zığ qəsəbə sakini taksi sürücüsü olan İlkinə zəng edərək onları Sumqayıta aparmasını xahiş etmiş, İlkin gəlmiş və birlikdə yola düşmüşlər. Yolda olarkən Pərviz İran vətəndaşı ilə danışaraq yolda olduğunu və deyilən yerə çatdıqdan sonra heroini götürüb əlaqə saxlayacağını bildirmişdir. Yolda olarkən Pərviz 1 bağlamada olan heroini harada bölə biləcəklərini və Sumqayıtda tanışının olub-olmadığını ondan soruşmuş, o, Sumqayıtda tanıdığı şəxs olmadığım demiş və razılaşmışlar ki, əgər Sumqayıtda heroini bölə bilməsələr aparıb Pərvizin evində bölüb deyiləcək ünvanla çatdırarlar. Saat 00:00 radələrində Sumqayıt şəhəri, 9-cii mkr, "Bravo" marketin yanma çatmışlar. Pərviz düşərək onu gözləməyini, tezliklə qayıdacağını deyərək getmiş, o, da İlkinlə onu yolun kənarında gözləmişlər. Bir qədər keçdikdən sonra yaxınlıqda səs eşitmişlər və avtomobildən düşən zaman polis işçiləri yaxınlaşıb onu və İlkini saxlamışlar, həmin vaxtı görmüşdür ki, polislər Pərvizi də saxlayıblar. Polislər onları Sumqayıt polis idarəsinə dəvət edəndə etiraz etməmişlər və birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində olan zaman onun da üzərində şəxsi axtarış keçirilməsi bildirəndə o, etiraz etməmiş və bu barədə ərizəsində də bildirmişdir. Şəxsi axtarış zamanı üzərində cinayət xarakterli hər hansı bir əşya olub olmadığı, əgər varsa təqdim etməyi bildiriləndə o, üzərində cinayət xarakterli heç bir əşyanın olmadığım söyləmiş, bundan sonra üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamış və bu barədə sənədləşmə aparılmışdır. Polis idarəsində olan zaman ona məlum olmuşdur ki, Pərvizin üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.Taksi sürücüsü İlkinin onunPərvizlə birlikdə Sumqayıt şəhərinə narkotik vasitə heroin götürməyə gəlmələrindən məlumatı olmamışdır, ona bu barədə heç bir söz deməmişlər.Bu birinci dəfə idi ki, Pərvizlə birlikdə sonuncunun tanışı olan İran vətəndaşının qoydurduğu yerdən narkotik vasitə heroin götürməyə getməyə razılaşmışlar. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Pərviz İran vətəndaşı ilə razılaşmışdır ki, narkotik vasitə heroini götürüb böldükdən sonra deyiləcək 3 ünvana çatdırmalıdır, lakin Pərviz narkotik vasitə heroini götürdükdən sonra polislər tərəfindən saxlanıldığı üçün, həmin heroinin kimə və haraya çatdırılması məlum olmadı. Həmin heroinin Sumqayıt şəhəri 9-cu mkr ərazisində kim və ya kimlər tərəfindən, qoyulması, narkotk vasitənin haradan gətirilməsi barədə məlumatı yoxdur. İlk əvvəl Pərviz ona İran vətəndaşının 0,5 kq qurudulmuş marxuananı qoyduracağım deyəndə Pərvizlə qarşılıqlı olaraq həmin marixuananı birlikdə götürmələri və ona da biraz marixuana verəcəyi ilə razılaşmışlar, sonradan Pərviz ona İran vətəndaşının Sumqayıtda qoydurduğu 1 bağlamada 0,5 kq çəkidə narkotik vasitə heroini götürüb böldükdən sonra deyiləcək 3 ünvana çatdırmasını, bunun müqabilində 800 manat verəcəyini, marixuana məsələsinin isə alınmadığını demiş, o, da Pərvizə onunla birlikdə gedəcəyini, pula ehtiyacı olduğunu, alacağı 800 manat puldan 300 manatı ona verməsini və avtomaşın tapıb birlikdə getmələrini bildirərək razılaşmışlar. O, maddi ehtiyacı olduğundan Pərvizlə birlikdə Sumqayıt şəhərinə narkotik vasitə götürüb sonradan deyiləcək ünvanlara çatdırılması üçün getməyə razılaşmışdır. O, həqiqətən də Pərvizlə birlikdə İran vətəndaşının qoydurduğu narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cü mkr ərazisində götürmək barədə qabaqcadan razılaşmışdır, məqsədləri hər ikisinin pul əldə etmək olmuşdur, bunun müqabilində İran vətəndaşının Pərvizə göndərəcəyi 800 manat puldan, 300 manatı ona, 500 manatı isə Pərvizin özünə qalacaq idi. Pərvizin tanışı olan İran vətəndaşım tanımır və onunla heç bir əlaqəsi olmamışdır. Polis işçiləri tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. (Cild 1, iş vərəqləri 83-85,132-133,145-147) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 05 sentyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1lə birlikdə Sumqayıt şəhəri ərazisinə getmişlər. Həmin gün saat 23:00 radələrində Sumqayıt şəhərində yerləşən “Bravo” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sumqayıt şəhərinə heroin növündə narkotik vasitə götürmək üçün getmişdir. Həmin heroin növündə narkotik vasitə barədə İran İslam Respublikasının vətəndaşı olan Ramin adlı şəxs ilə danışıqlar aparmışdır. Ramin adlı şəxs qeyd olunan ünvana 480 qram miqdarında heroin növündə narkotik vasitə qoymalı idi. Əldə edilmiş razılığa əsasən, həmin narkotik vasitələri onun dediyi ünvanlara qoymalı idilər. Bunun üçün ona 800 manat məbləğində pul verməli idi. O da həmin pulun 500 manatını özünə götürüb 300 manatını Təqsirləndirilən şəxs verməli idi. Lakin məqsədi həmin narkotik vasiitəni və pulu götürdükdən sonra narkotik vasitəni mənimsəmək olmuşdur. Yəni narkotik vasitələri Ramin adlı şəxsin qeyd etdiyi ünvanlara qoymayacaqdı. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, X7 barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında X3 əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı X5 onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Pərviz Qurbanovla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə X5 onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X7 heroinə bənzəyən narkotik vasitə təqdim etmişdir. Onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs və taksi sürücüsü Şahid1 üzərinə baxış keçirilmiş və onların üzərindən qanunla qadağan edilmiş hər hansı vasitə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, X7 barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında X3 əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı X5 onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Pərviz Qurbanovla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə X5 onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X7 heroinə bənzəyən narkotik vasitə təqdim etmişdir. Onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs və taksi sürücüsü Şahid1 üzərinə baxış keçirilmiş və onların üzərindən qanunla qadağan edilmiş hər hansı vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər şəxslərin saxlanılması zamanı onlara qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindrilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, X7 barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında X3 əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı X5 onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Pərviz Qurbanovla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə X5 onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X7 əlindəki torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən heroin növündə narkotik vasitə aşkar olunmuşdur. Təqdim etdiyi narkotik vasitə təqribən 1,3 kiloqram miqdarında idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, Sumqayıt şəhərinə getmək lazım olduğunu bildirmiş və onları aparmağını xahiş etmişdir. O, avtomobil ilə Təqsirləndirilən şəxs və Pərviz Qurbanovu götürmüşdür. Onlar Sumqayıt şəhərinə getmişlər. Orada “Bravo” marketin yaxınlığında Pərviz Qurbanov avtomobildən düşmüş və getmişdir. Onun haraya getdiyini bilməmişdir. Az sonra polis əməkdaşları onlara yaxınlaşmışlar və onunla Təqsirləndirilən şəxs polis idarəsinə gətirmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində digər Şahid2lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 228- 230) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 üzərinə keçirilən şəxsi axtarış zamanı qəhvəyi rəngli heroinə bənzər maddə və mobil telefon aşkar olunaraq götürülmüşdür. Lakin eyni tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Pərviz Qurbanovla bağlı “Şəxsi axtarışın keçirilməsi barədə” 06 sentyabr 2022-ci il tarixli protokolda əks olunan əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəq 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, Pərviz Qurbanovun şəxsi axtarışı zamanı 01 bükümdə narkotik vasitə heroinin ondan götürülməsi tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli 6/4809 nömrəli məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan, "Qurbanov P.P." sözləri,soyad və imzalar qeyd bir ədəd selofan bağlamada bir ədəd bağlamada təmiz çəkisi 1315,9 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 50-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X14" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7550 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 götürülmüş üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung A5” markalı mobil telefona baxış keçirilən zaman telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada "Söhbətlər" bölümündə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinin "Rusdem" adı ilə qeyd olunduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Rusdem" profil ilə - Pərviz Qurbanovun profili arasında olan danışıqları görünür. ("Rusdem" profilin adı gələcəkdə mətində "R" hərfi ilə qeyd olunacaq. Pərviz Qurbanovun profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq.) Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 18:41-də ”R" adlı şəxs "PQ" adlı şəxsə "o biri temanı atminit eliyim?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:03-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yığmışdı indi mənə qardaş”, “adam gəlir” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:05-də " " adlı şəxs "PQ" adlı şəxsə "danış gedəy gələy”, “800 verir?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:05-də "PQ" adlı şəxs "R" adlı şəxsə "Hə 800” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20;05-də "R" adlı şəxs "PQ" adlı şəxsə "Nicatda yığıb məni”, “pula görə”, 20:06-da “çağırım gedəy”, “nəsə olsa mənlikdi”, “tutulmağ söhbəti”, “amma 300 mənim, 500 sənin” məzmunlu mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:06-də "PQ" adlı şəxs "R" adlı şəxsə "problem deyil qardaş” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:07-də "R" adlı şəxs "PQ" adlı şəxsə "pul laz;m olmasa, ehtiyac olmasa məndə eləmərəm”, “yığ danış gözlüyiirəm” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09-da "PQ" adlı şəxs "R" adlı şəxsə "Sumqayıtdı brat”, 20:10- da “3 yerə veriləcək”, 20:11 -də “koladı”, “ünvan atılacaq”, “mən o ünvana tullayacam” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:12də "R" adlı şəxs "PQ" adlı şəxsə "eliyə biləcəysən?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:12-də "PQ" adlı şəxs "R" adlı şəxsə "qardaş 3 yerə tulladıq malı getdik”, 20:14-də “yığ Nicata” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:15-də "R" adlı şəxs " PQ" adlı şəxsə "yığım gəlsin gedəy?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:15-də "PQ" adlı şəxs "R" adlı şəxsə "gedəy deyirəm, bu hazırdır”, “deyir ünvan atıram çıx” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:16-da "R" adlı şəxs "PQ" adlı şəxsə "hə gedəy”, “yığıram Nicata gəlsin” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:16-də "PQ" adlı şəxs "R" adlı şəxsə "hə yığ gedək” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:18-də "R" adlı şəxs "PQ” adlı şəxsə "gəlir”, “50 manat dedim verəcəm” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:58-də "R" adlı şəxs "PQ" adlı şəxsə "götürür səni 5-6 dəqiqəyə”, ”sənə nə sual versə Nicat cavab vermə” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:58-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yaxşı arxayın ol” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:58-də "R" adlı şəxs "PQ" adlı şəxsə "2-3 dənə demişəm ünvana gedəcəyik”,”dəqiqdidə bu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:59-da "PQ" adlı şəxs "R" adlı şəxsə "qardaşım konumda atıb mənə malı da atıb”, “gedəndə xalastoy gedirik qardaşım, qayıdanda yüklə qayıdırıq”, 22:00-da “heç kimə vermiyəcək dedim ona”, “getirəcəm evə, evdən verəcəm brat” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:00-da "R" adlı şəxs "PQ" adlı şəxsə "nəyi” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci i! tarixdə saat 22:00da "PQ" adlı şəxs "R" adlı şəxsə "əmanəti”, 22:01 -dn “getirim kəndə, sonra verim burda”, “harda qaldı bu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:01 -də "R" adlı şəxs "PQ" adlı şəxsə "diyan yığıram” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:02-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yığ tez gəlsin qardaşım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:06-da "R" adlı şəxs "PQ" adlı şəxsə "adamı durdur” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:06-da "PQ" adlı şəxs "R" adlı şəxsə "qaqaş dal ba dal yığır bu hələ gəlib çıxmayıb” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:07-də "R" adlı şəxs "PQ" adlı şəxsə "yoldayam denən brat” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:07də "PQ" adlı şəxs "R" adlı şəxsə "deyirəm qardaşım”, ’’göriintülü yığır”, “saat 9-dan gözləyir məni” məzmunlu mesaj göndərib. Bundan başqa, X3 istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914-706-7502 nömrəsinin "Ramoooo Ozu" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ramoooo Ozu" profil ilə - Pərviz Qurbanovun profili arasında olan danışıqları görünür. ("Ramoooo Ozu" profilin adı gələcəkdə mətində "RO" hərfi ilə qeyd olunacaq. Pərviz Qurbanovun profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq). Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat l9:04-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıta nə qədər yolun var”, 20:06-da “Sənə ünvan atacam” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:08-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "ünvan haradır?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09da "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıt olacaq” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "30 kilometr” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:!0-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "atsın atıram sənə, yarım kilo koladır ” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:10-da "PQ" adlı şəxs "RO" adlı şəxsə "ordan Bakıya gələcək?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:10-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıtın içində 3 dənə ünvan var” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:11-da "PQ" adlı şəxs "RO" adlı şəxsə “problem deyil qardaş”, 20:12-də “mənim öztimədə kola lazım olacaq 20 dənə” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:13-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "bir kiloya aid ünvan ki var, onun üstündən götürərsən” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:27də "PQ" adlı şəxs "RO" adlı şəxsə "qardaş kolani Sumqayıtdan göliirüb orda yer bə yer eliyəcəm ramin” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:10-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "çıx Sumqayıta”, 21:11- də “neçə dəqiqəyə orda olarsan?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:11-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çıxdım qardaşım”, 21:12-də “potoloku 1 saata qardaşım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:40-da "RO" adlı şəxs özünə yönləndirilmiş “9-cu mikrorayonda şərq bazarının arxası bravo marketin yanından üzü düz gedəndə lepka dükanının yanı” mesajım, “yaşıl rəngli ox işarəsi ilə istiqaməti göstərilmiş həmin ünvanın fotoşəkillərini proqram vasitəsi ilə həmin ünvanın məkanım” və “Sumqayıt şəhəri” mesajını "PQ" adlı şəxsə göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:50-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatana yaxın yazaram sənə” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:50-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "mənə xəbər ver götürdüm” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci it tarixdə saat 21:50-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "narahat olma götürən kimi yazaram sənə” məzmunlu mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 23:16-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "çatdın götürdün mənə xəbər elə. Götürdünmü” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:10 S-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "az qalıb götürüb xəbər eliyəcəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:3!-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "götürə bilmirsənsə mən adam yollayım getsin götürsün. Qalıb havada” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:51-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatıram qardaşım. Çox az qalıb“ məzmunlu səsli mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 23:58-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatdım” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:58-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "götür” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 23:58-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "götürürəm qardaş” məzmunlu mesaj göndərib. Baxış zamanı Pərviz Qurbanov həmin telefonun üzərində olan istifadə etdiyi ***-***- **-** mobil nömrəsinin Whatsapp proqram vasitəsi ilə Təqsirləndirilən şəxs “Rusdem” adlı profillə, həmçinin İran vətəndaşı Raminin "Ramoooo Ozu" adlı profillə narkotik vasitətərlə bağlı yazışdığını və səsli mesajlar göndərdiyini bildirmişdir. Bundan başqa X3 istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatında "Söhbətlər" bölümündə olan ***-***-**-** nömrəsinin "Heci Yetim" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Heci Yetim" profil ilə - Pərviz Qurbanovun profili arasında olan danışıqları görünür. "Heci Yetim" profilin adı gələcəkdə mətində "HY" hərfi ilə qeyd olunacaq. Pərviz Qurbanovun profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 21:17-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "Necə bidene yarı kola götürək?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:18-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "Cinbalada yoxdu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:18-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "zəng çatmır axı”, “bidənə yığda ona” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:21-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "sən ne oldu bes o terefden gotureceydin” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:2İ-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "indi durursan necə götürey?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:22-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "he”, “pulun dağılmayıbsa seher duzub qoşarıq” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:22-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "götürerik” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:25-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "İnşallah”, məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:08-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "Perviz”, məzmunlu mesaj göndərib. Bundan başqa X3 istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatında "Söhbətlər" bölümündə olan ***-***-**-** nömrəsinin "Ferux" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ferux" adlı profil ilə - Pərviz Qurbanovun profili arasında olan danışıqları görünür. "Ferux" profilin adı gələcəkdə mətində "F" hərfi ilə qeyd olunacaq. Pərviz Qurbanovun profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq. xx.xx.2022-ci il tarixdə saat 17:06-də "PQ" adlı şəxs "F" adlı şəxsə "Hardasan qardes?”, “veziyetim pisdir etaga pul elimde qalmışam bele qardaş” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "F" adlı şəxs "PQ" adlı şəxsə "Danışaram indi çatdım qapıya” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "PQ" adlı şəxs "F" adlı şəxsə "3 qram lazımdır qardasim” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "F" adlı şəxs "PQ" adlı şəxsə "3 deyə bilmerem”, “1 dene”, “2 dene belke olar”, “danışaram indi” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:08-də "PQ" adlı şəxs "F" adlı şəxsə "he problem deyil qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:09-də "F" adlı şəxs "PQ" adlı şəxsə "brat 35 dən aşağı vermicey verse ” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:1 l-də "PQ" adlı şəxs "F" adlı şəxsə "5deq gorusek qerdes”, “xeber diyirem indi sene” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:11-də "F" adlı şəxs "PQ" adlı şəxsə "he sen bidene deqiq denen”, “sonra danışım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "yaxşı qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:48-də "PQ" adlı şəxs "F" adlı şəxsə "goturdun qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:50-də "F" adlı şəxs "PQ" adlı şəxsə "gotururem”, “5 deqeye” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:5l-də "PQ" adlı şəxs "F" adlı şəxsə "bidene gor neynirsen” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "F" adlı şəxs "PQ" adlı şəxsə "almisan pulu” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "PQ" adlı şəxs "F" adlı şəxsə "pula gore narahat olma” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "F" adlı şəxs "PQ" adlı şəxsə "goturde”, “menim pulum yoxdu axi”, vermeye”, “buda çalır 5 deqeye” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:53-də "PQ" adlı şəxs "F" adlı şəxsə "sen meni tanisan qardasim” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:53-də "F" adlı şəxs "PQ” adlı şəxsə "mən seni tanıyıram”, “yaxşı taniyiram”, “men buna pulu verib gotururem” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:54-də "PQ" adlı şəxs "F" adlı şəxsə "bildim çıxda”, “qapıya” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:54-də "F" adlı şəxs "PQ" adlı şəxsə "sağolsun hele goturub gelir bura”, “gozde bu çatana yaxın birdefelik çiximda” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:03-də "F" adlı şəxs "PQ" adlı şəxsə "hazırsan”, “hardasan”, “sen” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat l8:03-də "PQ" adlı şəxs "F" adlı şəxsə "hamamin yanında”, “sen hardasan?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:04-də "F" adlı şəxs "PQ" adlı şəxsə "qalx mehleye”, “tez” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:05-də "PQ" adlı şəxs "F" adlı şəxsə "çatdım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "çıxırsan?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "F" adlı şəxs "PQ" adlı şəxsə "çıxıram” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "mehledeyem”, “çıx ver pulu istisen qalsin”, “yoxdu parvazda pul” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:15-də "F" adlı şəxs "PQ" adlı şəxsə "ay ble məndə qaldım got vezyetinde” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 18:15-də "PQ" adlı şəxs "F" adlı şəxsə "məni qoydular got veziyyetinde senol” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saaı 18:16-də "PQ" adlı şəxs “F" adlı şəxsə "qapıvızda”, “burdayam” məzmunlu mesajlar aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 101-119) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Pərviz Qurbanovun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.315,85 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Pərviz Qurbanovun üzərindən götürülmüş “Samsung A 5” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin istintaq hərəkətlərinin video çəkilişi olan 3 ədəd “DVD” və “Ramin” adlı şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı yazışma olan 01 ədəd “CD” formatlı olmaqla cəmi 04 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədən yayınmaqla gizlənən Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmaqla, barəsində axtarış elan edilmiş və ayrıca icraata cinayət işi ayrılmışdır. Pərviz Qurbanov barəsində isə ilkin icraat üzrə cinayət təqibi davam etdirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin həmin narkotik vasitənin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması və narkotik vasitələrin satışı ilə bağlı yazışmaların müəyyən edilməsi onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni narkotik vasitəni öz istifadələri üçün götürəcəyi ilə bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında və elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Qurbanov X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 06 gün hissəsi icra olunmuş, 02 il 06 ay 20 gün hissəsi çəkilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə çəkilməmiş cəzası vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəl narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum edilmiş, lakin əvvəlki məhkumluğundan, ona təyin edilmiş cəzadan nəticə çıxarmamış və islah yoluna düşməyərək yenidən eyni xarakterli cinayət törətmişdir. Bu amillər isə təqsirləndirilən şəxsin şəxsiyyətinin cinayətə meyilli olmasının bilvasitə təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən yuxarıda təsvir olunan hallar ona cəza təyi edilərkən nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. 08 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 08 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1315,85 qram heroinin və X2 götürülərək iş materiallarına əlavə edilmiş “Samsung A5” markalı mobil telefonun digər iş üzrə maddi sübut kimi saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 04 ədəd diskin köçürülərək maddi sübut kimi hazırki cinayət işinin materiallarına əlavə edilməsi və saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qalan 32 manat 50 qəpik məbləğində ekspertiza xərcinin isə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Pərviz Qurbanovun işi üzrə məhkəmə xərci olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və üzərində 09 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 02 (iki) il 06 (altı) ay 20 (iyirmi) gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcbur tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Maddi sübut kimi taınaraq Sumqayıt ŞPİ-də saxlanılan 1.315,85 qram çəkidə narkotik vasitə heroinin digər iş üzrə maddi sübut kimi saxlanılması nəzərə alınsın. 04 ədəd disk cinayət işinin materiallarında saxlanlsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar