Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-277/2025 23.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 20-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 20, mənzil 5-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddəni külli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Qeyd olunan fakt, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:20-dən 16:00-dək olan müddətdə Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış zamanı həmin evin zalında olan stolun üzərindən 03 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,693 qram, 21,518 qram, 0,998 qram və 36 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,008 qram, 0,022 qram, 0,055 qram, 0,005 qram, 0,069 qram, 0,085 qram, 0,023 qram, 0,053 qram, 0,069 qram, 0,020 qram, 0,027 qram, 0,045 qram, 0,011 qram, 0,057 qram, 0,686 qram, 0,009 qram, 0,015 qram, 0,069 qram, 0,023 qram, 0,019 qram, 0,060 qram, 0,009 qram, 0,026 qram, 0,047 qram, 0,063 qram, 0,025 qram, 0,059 qram, 0,016 qram, 0,049 qram, 0,059 qram, 0,017 qram, 0,088 qram, 0,030 qram, 0,048 qram, 0,062 qram və 01 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,160 qram olmaqla cəmi təmiz çəkisi 30,465 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi ilə təsdiq olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onda 30 qram çəkidə metamfetamin olmuşdur. Onun satış məqsədi olmamışdır. 30 qram psixotrop maddə onun üzərində olmamışdır. Həmin psixotrop maddəni tapmış və evə gətirmişdir. O, həmin psixotrop maddədən istifadə etmiş, amma ona satış məqsədi ilə ittiham verilmişdir. İstintaq orqanına inanmış və imza çəkmişdir. Amma düzgün olmamışdır. İttihamda göstərilən tarixdə saxlanılmışdır. İttihamda göstərilən ünvanda saxlanılmışdır. Psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olan biri olmamışdır. İttihamda göstərilən çəki düzgün olmuşdur. Onun əvvəllər məhkumluğu olmamışdır. 30 qram metamfetamini almağı ilə bağlı pul verməmişdir. O, həmin psixotrop maddəni yolun kənarından tapmışdır. Polislərin zorla evə girməklərindən başqa bir təzyiq olmamışdır. Evə girib, çəkiliş aparmışlar. Yoluna qoyacaqlarını demişlər. Daha sonra nə yazdıqlarından məlumatı olmamışdır. Polislərdən onu döyən olmamışdır. Qapını sındırıb içəri girmişlər. Ona hər hansı bir təzyiq olmamışdır. Sanksiya məhkəməsində də narkotikin özünə məxsus olduğunu etiraf etmişdir. Psixotrop maddəni xırda bükümlərə ayırmaqda məqsədi özünə lazım olduqca istifadə etmək olmuşdur. Heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 20, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əlde etməsi, yaşadığı evdə saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 rəhbərliyi altında, NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və onun da iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında əməlliyat qpunun iştirakı ilə Xaçmaz RPŞ-nin müstəntiqi polis baş leytenantı Nurlan Əliyev tərəfindən baxış keçirilməsi üçün 25 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın qarşısına gəlmişlər. X7 tərəfindən Əli Əsədulayevdən videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olub-olmaması soruşulan zaman Əsədullayev yaşadığı evdə psixotrop maddələrin olduğunu bildirərək evə daxil olmuş və onları da evə dəvət etmişdir. Təqsirləndirilən şəxs evin içərisinə daxil olduqdan sonra irəlidən sola dönüb evin zalına daxil olmuş və həmin otaqda yerləşən stolun üzərini təqdim edərək, saxladığı psixotrop maddələrin orada olduğunu bildirmişdir. Baxış zamanı həmin stolun üzərində bir ədəd "xxxx" ASC-yə aid bank kartı, qara rəngli işlək vəziyyətdə elektron tərəzi, içərisində çəkilmiş siqaret kötüklərinin olduğu külqabı, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 03 ədəd şəffaf polietilen büküm, içərisində metamfetaminə bənzər kütlələr olan 36 ədəd kağız büküm, içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd alminium folqa, bir ədəd üzərində metamfetaminə bənzər izlər olan 1 manatlıq əskinaz, bir ədəd alışqan, bir ədəd kibrit qutusu, içərisi boş olan “Argo" markalı siqaret qutusu, 10 ədəd 5 AZN, 2 ədəd 10 AZN, 1 ədəd 20 AZN, 6 ədəd 1 AZN pul əskinazları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs stolun üzərindəki maddələri təqdim edərək, həmin kütlələrin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Orada olan qara rəngli elektron tərəzinin nə üçün istifadə olunması Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu həmin tərəzi ilə metamfetmini çəkərək miqdarlarının müəyyən edərək hissələrə ayırması üçün istifadə etdiyini bildirmişdir. Elektron tərəzi aşkar olunmuş bükümlər çəkilmişdir. Bundan sonra aşkar edilən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan ümumilikdə 40 ədəd büküm, bir ədəd üzərində metamfetaminə bənzər izlər olan 1 AZN pul əskinazı və elektron tərəzi müvafiq qaydada zərfdə qablaşdırılaraq, maddi sübut kimi götürülmüşdür. Digər əşyalar, yəni bir ədəd alışqan, bir ədəd kibrit qutusu, içərisi boş olan “Argo" markalı siqret qutusu, 10 ədəd 5 AZN, 2 ədəd 10 AZN, 1 ерер 20 AZN, 6 ədəd 1 AZN pul əskinazları, 01 ədəd plastik kart maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr verdikləri və sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən olundu. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması, istifadə etməsi və yaşadığı mənzildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evə xx.xx.2024-cü il tarixdə baxış keçirildikdən sonra o, həmin tarixdə saat 16:20 radələrində Xaçmaz RPŞ-in əməkdaşları tərəfindən yaxalanaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ünvan 1 ünvanında yerləşir. Baxış prosesi başlayan zaman baxışda iştirak edən şəxslər özlərini təqdim etmişlər və Əli Əsədulayevdən videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş, sonuncu etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olub-olmaması soruşulan zaman Əli yaşadığı evdə saxladığı psixotrop maddələri göstərmək üçün evə daxil olmuşdur. Evin giriş qapısı göy rəngli taxta materialındandır. Təqsirləndirilən şəxs evin içərisinə daxil olduqdan sonra irəlidən sola dönüb evin zalına daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin otaqda yerləşən stolun üzərini təqdim edərək, qanunsuz olaraq saxladığı psixotrop maddələrin orada olduğunu bildirmişdir. Həmin stolun üzərində bir ədəd "xxxx" ASC-yə aid bank kartı, qara rəngli işlək vəziyyətdə elektron tərəzi, içərisində çəkilmiş siqaret kötüklərinin olduğu külqabı, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 03 ədəd şəffaf polietilen bükümlər, içərisində metamfetaminə bənzər kütlələr olan 36 eped kağız bükümü və içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd alminium folqa, bir ədəd üzərində metamfetaminə bənzər izlər olan 1 manatlıq əskinaz, bir ədəd alışqan, bir ədəd kibrit qutusu, içərisi boş olan "Argo" markalı siqaret qutusu, 10 ədəd 5 AZN, 2 əped 10 AZN, 1 ədəd 20 AZN, 6 ədəd 1 AZN pul əskinazı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs stolun üzərindəki maddələri təqdim edərək, kütlələrin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Orada olan qara rəngli elektron tərəzinin nə üçün istifadə olunması Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu həmin tərəzidən metamfetmini çəkərək miqdarlarının müəyyən edilməsində istifadə etdiyini bildirmişdir. Elektron tərəzidə çəkilən polietilen bükümlər müvafiq olaraq 21,80 qram, 5,99 qram, 0,70 qram, kağız kəsiyində olan maddənin bir ədədinin kağız ilə birgə kütləsinin 0,14 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 03 ədəd şəffaf polietilen büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 36 ədəd kağız bükümü və bir ədəd alüminium folqa bükümü, bir ədəd üzərində metamfetaminə bənzər izlər olan (B70472917 seriya nömrəli) 1 AZN pul əskinazı müvafiq qaydada üzəri yazılıb müvafiq imzlarla təsdiq edilərək içərisi boş zərfdə qablaşdırılaraq, tərkibinin və miqdarının müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi Təqsirləndirilən şəxs bildirildikdə sonuncu buna etirazının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin zalında olan stolun üzərindən aşkar edilən bir ədəd qara rəngli elektron tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, digər əşyalar, yəni bir ədəd alışqan, bir ədəd kibrit qutusu, içərisi boş olan "Argo" markalı siqret qutusu, 10 ədəd 5 AZN, 2 ədəd 10 AZN, 1 ədəd 20 AZN, 6 ədəd 1 AZN pul əskinazları, 01 əpep plastik kart maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Protokol iştirakçılar tərəfindən imzalanmış və baxış zamanı çəkiləu videogörüntünün köçürüldüyü bir ədəd DVD disk protokola əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/351 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün N°58 dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən (imza) Təqsirləndirilən şəxs" yazısı və imzaları olan zərfdəki 3(üç) ədəd şəffaf polietilen bükümdə ayrı-syrıiiqa təmiz çəkiləri 5,693qram, 21,518qram, 0,998qram, ümumi təmiz çəkisi 28,209qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, - 36 (otuz altı) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,068qram, 0,008qram, 0,022qram,0,055qram, 0,005qram, 0,069qram, 0,085qram, 0,023qram, 0,053qram, 0,069qram, 0,020qram, 0,027qram, 0,045qram, 0,011qram, 0,057qram, 0,686qram, 0,009qram, 0,015qram, 0,069qram, 0,023qram, 0,019qram, 0,060qram, 0,009qram, 0,026qram, 0,047qram, 0,063qram, 0,025qram, 0,059qram, 0,016qram, 0,049qram, 0,059qram, 0,017qram, 0,088qram, 0,030qram, 0,048qram, 0,062qram, ümumi təmiz çəkisi 2,096qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, -1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, bir ədəd 1 manatlıq pul əskinasının üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 30,465 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibində görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli 7915 nömrəli rəyinə əsasən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarına əsasən hal- hazırda Təqsirləndirilən şəxs İl dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin" Təqsirləndirilən şəxs barəsində kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3667 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma psixi xəstəliyi hazırda remisiyya vəziyyətindədir. Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma psixi xəstəliyi hazırda remisiyya vəziyyətində olduğundan o, hazırda öz hərəkətlərini idarə etmək, ifadəsində göstərdiyi halları anlamaq və dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayəti törədən anda onda qeyd olunan "Şizofreniya" paranoid forma" xroniki psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Ə.Ə.Əsədulayev ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Ə.Ə.Əsədulayev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlıdır. Ə.Ə.Əsədulayev hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissində göstərilmişdir ki, Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, qıcığa qarşı həsaslıq, emosionallıq, şübhəlilik, öz fikirlərini üstün tutmaq kimi fərdi-psixoloji xüsusiyyətələrə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik aşkar edilmir. O, özünü müdafiə etmək məqsədilə törətdiyi əməllə bağlı bəzi xüsusatları gizlədə bilər. Təqsirləndirilən şəxs intelektual imkanları nəzərə alınmaqla, ifadəsində göstərdiyi hallarıın xarakter və mənasını anlamaq qabliyyətinə malikdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(067)-255/2024 saylı qərarından görünür ki, Xaçmaz RPŞ-in narkotiklərlə mübarizə qrupunun baş əməliyat müvəkkili, polis mayoru Şahid2 xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il Xaçmaz Rayon Polis Şöbəsinə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, daşıması, istifadə etməsi və yaşadığı mənzildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılmış, mənzilinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı yaşadığı mənzildən psixotrop maddə olan metanfetaminə bənzər kütlə və tərəzi aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə video çəkilişlə baxış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək evindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu lakin, satmaq məqsədilə əldə etmədiyini və heç kimə satmadığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar edilmiş psixotrop maddənin şəxsi istifadəsindən dəfələrlə çox olmasını və ondan aşkar edilmiş psixotrop maddənin xırda bükümlərə ayırmasını ağlabatan cavablarla izah edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Əli Əsədullazadənin əldə etdiyi narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, evindən aşkar edilmiş psixotrop maddəni 36 ədəd xırda bükümlərə ayırmasını və psixotrop maddəni realizə etmək üçün elektron tərəzinin olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsində satış məqsədinin olmaması ilə əlaqədar qeyd etdiklərinə tənqidi yanaşır və ifadəsinin həmin hissəsini məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və satış məqsədinin olmaması ilə əlaqədar ifadəsində göstərdiklərini qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran ( müəyyən olunmamışdır) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən onun şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-154/2024 saylı qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 29,995 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd (B70472917 seriya nömrəli) 1 manatlıq pul əskinazı onun yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 29,995 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd (B70472917 seriya nömrəli) 1 manatlıq pul əskinazı onun yaxın qohumlarına qaytarılsın, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-277/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-277/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver