Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-279/2025 24.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Ağdərə rayonu, Umudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova parkının yaxınlığında yerləşən 114 kv/m fərdi mənzil təşkil edəcəyi adı ilə 2022-ci ilin noyabr ayının sonlarında Quba şəhərində görüşərək əlbəəl 19000 (on doqquz min) manat, 05 noyabr 2022-ci il tarixdə Quba rayonu, Nügədi Qazmalar kəndində yerləşən marketdə olan ödəmə terminalından 320 (üç yüz iyirmi) manat, 31 mart 2023-cü il tarixdə Quba rayonu, İqriq kəndində yerləşən “Araz Real” marketdə olan ödəmə terminalından 810 (səkkiz yüz on) manat, 16 iyun 2023-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 300 ( üç yüz) manat, 07 sentyabr 2023-cü il tarixdə Bakı-Sumqayıt avtomobil yolunun 23-cü km-də yerləşən ödəmə terminalından 1500 (min beş yüz) manat, 25 yanvar 2024-cü il tarixdə Quba rayonu, İqriq kəndində yerləşən “Araz Real” marketdə olan ödəmə terminalından 200 (iki yüz) manat, 27 fevral 2024-cü il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən “Nuray” marketdə olan ödəmə terminalından 1000 (min) manat, 01 mart 2024-cü il tarixdə Quba rayonu, Nügədi Qazmalar kəndində yerləşən marketdə olan ödəmə terminalından 2000 (iki min) manat, 02 mart 2024-cü il tarixdə Quba rayonu, Nügədi Qazmalar kəndində yerləşən marketdə olan ödəmə terminalından 2000 (iki min) manat, 06 mart 2024-cü il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən “Araz Yaşıl” marketdə olan ödəmə terminalından 3150 (üç min yüz əlli) manat, 12 mart 2024-cü il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Yeni” marketdə olan ödəmə terminalından 3000 (üç min) manat, 15 mart 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 1000 (min) manat, 18 mart 2024-cü il tarixdə Quba rayonu, Nügədi Qazmalar kəndində yerləşən marketdə olan ödəmə terminalından 5000 (beş min) manat, 26 mart 2024-cü il tarixdə Quba rayonu, Qaraçay kəndində yerləşən “Şimal” marketdə olan ödəmə terminalından 1000 (min) manat, 10 aprel 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 500 (beş yüz) manat, 11 aprel 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 750 (yeddi yüz əlli) manat, 12 aprel 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 390 (üç yüz doxsan) manat, 22 aprel 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 1500 (min beş yüz) manat, 23 aprel 2024-cü il tarixdə Quba rayonu, Cağacıq kəndində yerləşən “Oba” marketdə olan ödəmə terminalından 200 (iki yüz) manat, 25 aprel 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 1380 (min üç yüz səksən) manat, 26 aprel 2024-cü il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Magnit” marketdə olan ödəmə terminalından 1800 (min səkkiz yüz) manat, 02 may 2024-cü il tarixdə Quba rayonu, Nügədi Qazmalar kəndində yerləşən marketdə olan ödəmə terminalından 10000 (on min) manat, 02 may 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, 14 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Gold Qayalı” marketdə olan ödəmə terminalından 1000 (min) manat, 19 may 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 3000 (üç min) manat, 24 may 2024-cü il tarixdə Quba şəhəri, Vaqif küçəsində yerləşən “Eko” marketdə olan ödəmə terminalından 1400 (min dörd yüz) manat, 29 may 2024-cü il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Az Store” marketdə olan ödəmə terminalından 1800 (min səkkiz yüz) manat, 04 iyun 2024-cü il tarixdə mobil telefon tətbiqi vasitəsilə 550 (beş yüz əlli) manat, 06 iyul 2024-cü iİ tarixdə mobil telefon tətbiqi vasitəsilə 700 (yeddi yüz) manat, 04 avqust 2024-cü il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Az Store” marketdə olan ödəmə terminalından 300 (üç yüz) manat müxtəlif bank hesablarına göndərtməklə, həmçinin Zərərçəkmiş şəxs1 20 sentyabr 2023-cü il tarixdə Quba rayonu ərazisində əlbəəl 40000 (qırx min) manat, 20 noyabr 2023-cü il tarixdə Quba rayonu ərazisində əlbəəl 5000 (beş min) manat, 2023-cü ilin dekabr ayında Quba şəhəri Vaqif küçəsində əlbəəl 13000 (on üç min) manat, 2024-cü ilin fevral ayında Quba rayonunda yerləşən “Səda” marketin qarşısında əlbəəl 1000 (min) manat, 26 mart 2024-cü il tarixdə Quba rayonu ərazisində əlbəəl 750 (yeddi yüz əlli) manat, 29 mart 2024-cü il tarixdə Quba şəhərində yerləşən “Buta” kafesində əlbəəl 1200 (min iki yüz) manat, 30 mart 2024-cü il tarixdə Quba şəhərində yerləşən “İstanbul” mağazasının qarşısında əlbəəl 200 (iki yüz) manat, 2024-cü ilin may ayının əvvəllərində Quba şəhərində yerləşən “Central” restoranında əlbəəl 2700 (iki min yeddi yüz) manat və 10 iyun 2024-cü il tarixdə Quba rayonu ərazisində əlbəəl 3500 (üç min beş yüz) manat almaqla, həmçinin Zərərçəkmiş şəxs1 2024-cü ilin fevral, mart və aprel ayları ərzində sözügedən evin təmiri üçün 4170,70 (dörd min yüz yetmiş manat yetmiş qəpik) dəyərində tikinti məhsullarını göndərtməklə, həmçinin Zərərçəkmiş şəxs1 qardaşının adına olan VÖEN hesabından 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayına qədər olan müddət ərzində istifadə edərək 16991 (on altı min doqquz yüz doxsan bir) manat vergi borcu üzrə ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 146661,70 (yüz qırx altı min altı yüz altmış bir manat yetmiş qəpik) pulunu vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünə məxsus “Vaz-2121” markalı avtomobili satacağını vəd edərək 2024-cü ilin may ayının əvvəllərində Quba şəhəri, Mehrab Niftəliyev küçəsində yerləşən maşın təmiri sexinin qarşısında əlbəəl 6250 (altı min iki yüz əlli) manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 xammal qum-çınqıl ehtiyatları ilə zəngin torpaq sahəsini sənədləşdirməyi vəd edərək 09 iyul 2024-cü il tarixdə Bakı şəhərində mobil tətbiq vasitəsilə 2600 ( iki min altı yüz) manat, elə həmin gün Bərdə rayonunda olan işçisi vasitəsilə 1400 (min dörd yüz) manat göndərtməklə, 17 iyul 2024-cü il tarixdə Bakı şəhərində əlbəəl 10000 (on min) manat almaqla, 03 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan zaman mobil tətbiq vasitəsilə 500 (beş yüz) manat göndərtməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 15500 (on beş min beş yüz) manat pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən Quba rayonuna qum-çınqıl istehsal edən "xxxx" MMC-də işləmək üçün getmişəm. İlkin olaraq orada sürücü kimi fəaliyyət göstərmişəm, daha sonra rəhbər vəzifəsinə təyin olunmuşam. Zərərçəkmiş şəxs1 qayınatası da ilk vaxtlar mənimlə birlikdə sürücü kimi işləyib, iş yoldaşı olmuşuq və daha sonra yaxın dostluq münasibətimiz yaranıb. Pula ehtiyacım olanda Zərərçəkmiş şəxs1 borc pul almışam, aldığım borc puldan qaytardığım da, qaytarmadığım-yığılıb qalanlar da olub. Lakin, qaytardığım pullar qeyd olunmayıb. Borc pulu karxanada maşınımın ehtiyyat hissələri xarab olanda pulum çatmadığı üçün almışam. Tərlana heç bir vəd verməmişəm. Tərlanla dəfələrlə hesabat da aparmışıq. Hətta Tərlan özü də nə qədər borc pul alınıb-verildiyini qeyd edib. Tərlanla aramızda çox borc pul münasibəti olub, ona görə də, nə qədər pul aldığımı dəqiq deyə bilmərəm. Sonuncu dəfə Tərlanla hesabat edəndə dəftər onda qalıb. İbtidai istintaqda müstəntiqdən də həmin dəftərin gətirilməsini xahiş etmişdim. Zərərçəkmiş şəxs2 2 dəfə avtomobil satmışam. Bir dəfə “Niva”, bir dəfə də “Kia” markalı avtomobillər satmışam. Sonuncu dəfə məndə özümün sürdüyüm avtomobil var idi. İrfana zəng etdim ki, mənə 6500 manat borc pul lazımdır. Ondan 2-3 dəfə borc pul götürmüşəm, daha sonra qaytarmışam. Ona mənə pul lazım olduğunu, ya onun pulunu qaytaracağımı, ya da öz maşınımı satsam, ona satacağımı dedim. Həmin vaxt işdən çıxmalı oldum və Bakıya gəldim. İrfan başqa yerdən pul götürdüyünü və qaytarmalı olduğunu dedi, ona görə də borcumun 250 manatını ona qaytardım, qalan pulu da sonra qaytaracağımı dedim. Daha sonra mən Rusiyaya çıxıb getdim və 1-2 ay orada qaldım. Rusiyadan qayıdanda hava limanında saxlanıldım və polis bölməsinə aparıldım. Buna görə də qalan pulu ödəyə bilmədim. Rusiyaya gedəndə bununla bağlı heç kimə deməmişdim. Qaçmaq niyyətim yox idi, hətta bir dəfə Azərbaycana gəlib-qayıtmışdım, ikinci dəfə qayıdırdım. Zərərçəkmiş şəxs3lə birlikdə işləmişəm, işdən çıxdıqdan sonra mən ona zəng etmişəm, görüşmüşük və ona mənim üçün iş lazım olduğunu deyib iş qurmağı xahiş etmişəm. O da təklif etdi ki, qum-çınqıl karxanası yaradaq, həm o, həm də mən də qazanc əldə edək. Daha sonra yer almaq və sənədləşdirmə üçün pul lazım oldu, Elmirdən pul götürdüm, lakin sənədləşdirmə etmədim. Çünki, Rusiyaya getməli oldum və mənə verilən pulu şəxsi ehtiyaclarım üçün istifadə etdim. Tutulduqdan sonra heç kimə pul qaytarmamışam.” Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Tərlanla aramızda haqq-hesab etdik və Zərərçəkmiş şəxs1 46150 manat borcum qaldığı müəyyən olundu. Mənim hal-hazırda aramızdakı haqq-hesabı təsdiq edən hər hansı bir sənədim yoxdur. Çünki məlumatların hamısını Tərlan özü qeyd edirdi və dəftər ondadır. Nə qədər borc aldığımı dəqiq deyə bilmərəm, nə qədər qaytardığımı da dəqiq bilmirəm, ancaq Zərərçəkmiş şəxs1lə aramızda haqq-hesab etmişik və müəyyənləşdirmişik ki, mənim ona 46150 manat borcum qalıb. Mən borc münasibəti yarananda heç kimə əvəzləşmə üçün ev söz verməmişəm. Mənim Bakı şəhərində, Ayna Sultanova küçəsində yerləşən mənzilim yoxdur, mənim ümumiyyətlə mənzilim yoxdur. Zərərçəkmiş şəxs2 iki dəfə maşın satmışam. Zərərçəkmiş şəxs2 aldığım 6500 manat məbləğində borc pulun 250 manatını qaytarmışam, qalan 6250 manat pulu da qaytaracaqdım, həmin pulu dələduzluq edib ələ keçirməmişəm. Zərərçəkmiş şəxs3 aldığım pulu etiraf edirəm. Əgər, azadlığa buraxılsam, Zərərçəkmiş şəxs3 olan borcumu ödəmək imkanım var və dərhal borcumu ödəyərəm. Mən hal-hazırda həbs olunduğum üçün bunu məndən başqa icra edə biləcək heç kim yoxdur. Əvvəllər mənim 1500 manat cərimə cəzasına görə məhkumluğum olub. İş birliyindən Zərərçəkmiş şəxs1 heç bir gəlir götürməyib. Tərlanla tanış olmuşuq, dost münasibətimiz olub, borc pul istəmişəm və o da verib. Tərlan mənim ondan pulu borc olaraq götürdüyümü bilirdi. Çünki ondan götürdüyüm pulları dəfələrlə qaytarmışam.Mənim qeydiyyat apardığım kitabçanı Rusiyaya gedəndə özümlə apardığım üçün orada qalıb. Zərərçəkmiş şəxs1 2021-ci ildən bəri tanıyıram. Tərlanla heç bir düşmənçiliyim olmayıb. Tərlanın ona ev vəd etmədiyim halda belə bir söz verdiyimi deməsinin səbəbini bilmirəm.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs 2021-ci ilin dekabrın 31-də bizi ailəvi qonaq çağırdıqları vaxt tanımışam. Ondan sonra ailəvi dostluq münasibətimiz yaranıb. Düzdür, ondan əvvəl qayınatamla iş yoldaşı olublar, birlikdə işləyiblər. Onun Qubada heç bir tanışı olmadığına görə qayınatam istəyirdi ki, ailəvi gediş-gəlişimiz olsun və dostluq münasibətimiz yaransın. Dekabrın 31-dən sonra Rövşənlə yaxın dost olduq, bir-birimizin evinə xeyir-şər mərasimlərinə getməyə başladıq. Mən əvvəllər "xxxx" MMC-də satış təmsilçisi işləyirdim. Rövşən mənə dəfələrlə təklif etdi ki, onunla birlikdə karxanada işləyim. Mən karxana işi bilmədiyimə görə qəbul etmirdim və maddi-mənəvi yük olmaq istəmirdim. Bir müddətdən sonra Rövşən mənə zəng etdi, pula ehtiyacı olduğunu və karxanaya avadanlıq lazım olduğunu dedi. Əvvəllər məndən bir neçə dəfə 3000-5000 manat civarında pul almışdı. Daha sonra bu borclar yığılıb 19000 manata çatanda Rövşən mənə dedi ki, onun Bakı şəhərində, Ayna Sultanova küçəsində mənzili var. Həmin görüntüləri və səs yazısını da ibtidai istintaqda vermişəm. Rövşən evi mənə satmaq istədiyini, evin ona 130000 manata verildiyini və mənə də dost-qardaş olduğumuz üçün 130000 manata satacağını dedi. Onunla hər ay mütəmadi olaraq nə qədər gücüm çatırsa, o qədər pulu onun kartına göndərəcəyim barədə razılaşdıq. Ona əmim oğlundan 3700 manat, atamdan 4000 manat, dəfələrlə şirkətimin kassasından pullar alıb vermişəm və həmin pulları qaytarıb, bu barədə ibtidai istintaqda heç nə deməmişəm. Ancaq qaytarılmayan pulları qeyd etmişəm. Aramızda pul mübadiləsi çox - təxminən 200000 manatdan yuxarı olub. Lakin qaytarılan pulların heç birini qeyd etməmişəm. Mən qayınatamın evini girov qoyub kreditlə götürdüyüm 40000 manat pulu Rövşənə verəndə mənə pula ehtiyacı olduğunu, kredit götürməyimizi və aylığını onun ödəyəcəyini dedi. 7800 manat da ödəyib və qeyd etmişəm. Hal-hazırda qayınatamın evi girovdadır deyə mən banka hər ay 1475 manat pul ödəyirəm. 146000 manat borc puldan mənə heç bir məbləğ ödənilməyib.” Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “7800 manat ödənildikdən sonra 146000 manat borc pul qalıb. Şikayətçiyəm. Mən qayınatamın adına 40000 manat kredit götürmüşəm. Qayınatamla Rövşən iş yoldaşı olublar, qayınatam gün ərzində işdə olduğu üçün onun adından pul məsələlərini mən həll edirdim. Borcla bağlı qeydiyyat kitabçam, səs yazıları var və məhkəmə istintaqına təqdim edə bilərəm. Rövşənin qaytardığı pulların heç birini qeyd etməmişəm. Biz cəmi üç dəfə “Lombard”dan pul götürmüşük, ikisinin borcunu tam ödəyib bağlamışıq. Mən dəfələrlə Rövşəndən evin çıxarışını gətirməyi tələb etmişəm. O, Bakıda olurdu, mən ona zəng edib səhər evə baxmağa gələcəyimi deyirdim və Rövşən razılaşırdı. Səhər saatlarında yenidən ona zəng edirdim, bu dəfə gecə ilə geri qayıtdığını deyirdi. Bu formada hər dəfə məni aldadırdı. Mən fikirləşdim ki, bizim aramızda dostluq münasibəti var, Rövşən məni aldatmaz. Sonuncu dəfə şirkətə hesabata gedəndə Rövşənə “Whatsapp” proqramı vasitəsilə zəng edib gəldiyimi dedim, Rövşən mənə “Bazar Store”-un həyətində bina olduğunu, ora girməyimi və evin həmin binanın 6-7-ci mərtəbəsində olduğunu, hazırda orada heç kimin yaşamadığını dedi. Mənə evin çıxarışını göstərməyib. Görüntülü zəng edəndə sadəcə binanın həyətindən 6-7-ci mərtəbəni göstərib. Rövşənin iş yerində problemləri yaranana qədər fikirləşirdim ki, qum-çınqıl karxanasında işləyir və ailəsiylə birlikdə Qubada yaşayır, necə olsa borcumu ala bilərəm, ona görə də borc verməyə davam edirdim. Rövşən daş karxanasında işlədiyi müddətdə rəsmi daşınma həyata keçirilirdi. Mənim qardaşımın da yük maşını və VÖEN-i var idi. Rövşən qardaşımın VÖENdən istifadə edib köçürmələri və daşınmanı həyata keçirmək istəyirdi, bu işdən əldə olunan gəlir vergisini özü ödəyəcəyini, arxayın olmağımı dedi. Biz də razılaşdıq. Lakin vergini də ödəmədi və qardaşım ödəməli oldu. Qardaşımın adı Şahid4dir. Rövşən özünə Xırdalanda “Çinar MTK”-dan ev almışdı. Daha sonra evin təmiri üçün məndən tikinti materialı istədi, mən də 4170 manat məbləğində tikinti materialı alıb göndərdim. Tikinti materiallarını qaimə ilə göndərmişəm və qaimələri iş materiallarına da əlavə olunması üçün vermişəm. Rövşən üçün qayınatamın adına "xxxx"dan 40000 manat kredit götürmüşəm. Kredit qayınatamın adına idi, mən də zamin idim. Hal-hazırda həmin krediti ödəyirəm və kredit müqaviləsi də bağlanıb. Kredit müqaviləsini ibtidai istintaqa təhvil vermişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Mənə dəymiş ziyanı ödəyəcəksə, azadlığa buraxılmasına razıyam. Rövşənlə yanaşı qardaşı ilə də münasibətim var. İkisi də məni inandırdı ki, borcumu ödəyəcəklər.” Məhkəmə çıxışları zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanı tələb etdiyini, məhkəmə istintaqının gedişində verdiyi mülki iddianı müdafiə etdiyini bildirmiş və onun təmin olunmasını, bununla yanaşı təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir: “Mən Qubada usta işləyirəm. Bir gün Rövşən mənim iş yerimə yaxınlaşdı və maşını təmir etdirmək üçün ona məni məsləhət gördüklərini dedi. Mənim həmin gün vaxtım olmadı, o, başqa bir gün zəng edib gələcəyini bildirdi və nömrəmi aldı. Bu formada münasibətimiz başladı. Bundan sonra bir neçə dəfə gəlib iş gördürdü, pulunu verdi və heç bir problemimiz olmadı. Bir il müddət keçdikdən sonra Rövşən “Mitsubishi” markalı maşın almışdı və “Niva” markalı maşını satırdı, mən də həmin maşını almaq istədiyimi söylədim və aldım. Daha sonra “Kia” markalı maşın almışdı və həmin maşını mənə 12500 manata satdı. Bu formada aramızda yaxın münasibət yarandı. Bundan əvvəl Rövşən məndən həftənin birinci günü əlbəəl 12500 manat məbləğində borc pul almışdı, həftənin beşinci gününə kimi qaytaracağını demişdi, mən də problem olmadığını bildirmişdim. Beşinci gün zəng edib borcu tələb edəndə mənə burada olmadığını, Bakıya qayıtdığını dedi. Birinci dəfə 6000 manat borc pulu qaytardı, pulunun bankda olduğunu, çıxara bilmədiyini, çıxara bilsə qalan borcu da qaytaracağını dedi. O, qalan pulu verə bilmirdi, buna görə də, yenidən ona zəng etdim, o mənə pulu Tərlan üçün götürdüyünü dedi, Tərlana deməməyimi istədi, Tərlan işini düzəltdikdən sonra pulu ona qaytaracağını və onun da mənə verəcəyini söylədi. Çətinliklə də olsa, qalan pulu da qaytardı. Daha sonra yenidən məndən 6500 manat almışdı, həmin pulu da 5 günə qaytardı. Bir müddət sonra Rövşən məndən yenə borc pul istədi, mən də pul istəməməsini, özümün də ehtiyaclarım olduğunu və ona pul verməyəcəyimi dedim. Rövşən pulu özü üçün istədiyini bildirdi və qaytaracağına söz verdi. Həmin ərəfədə mən ona pul vermədim. Sonuncu dəfə onun “Niva” markalı maşını var idi, həmin maşını satıb başqa maşın almaq istəyirdi, mən də ona avtomobil şəkilləri göndərirdim ki, bəyəndiyi biri olsa alsın. Bir gün məndən 6500 manat borc istədi, borcu məndən həftənin birinci günü götürdü və beşinci gün qaytacağını söylədi. Əgər borcu qaytara bilməsə, mənə etibarnamə verib avtomobili burada saxlayacağını, onsuz da avtomobili mənə satacağını dedi. Mən də razılaşdım. İş yerimə gəldim, Rövşən zəng edib harada olduğumu soruşdu və mən də işdə olduğumu dedim. Şahid5 da mənimlə birlikdə işləyir, ona Rövşənin gələcəyini və birazdan qayıdacağımı söylədim. Rövşən sexin qabağına gəldi, maşına oturdum, 6500 manat pulu ona verdim və getdi. Onun mənə dediyi müddətdə ona zəng etdim, Bakıda olduğunu, qızını maşın vurduğunu, hal-hazırda xəstəxanada olduğunu və orada qaldığını dedi. Mən də problem olmadığını və işini yoluna qoyduqdan sonra gələ biləcəyini bildirdim. Daha sonra yanıma gələn müştərilərim mənə Rövşənin külli miqdarda pul mənimsədiyinə görə işdən çıxarıldığını dedilər. Mən Tərlana zəng edib belə bir söhbət olduğunu, eşidib-eşitmədiyini soruşdum. Tərlan eşitmədiyini dedi. Bundan sonra Rövşən özü mənə zəng edib nə məsələ olduğunu soruşdu, mən də eşitdiklərimi ona söylədim. Rövşən də boş söhbət olduğunu, uşağının hazırda xəstəxanada olduğunu, mənim pulumun cibində olduğunu və gəlib pulu qaytaracağını və ya avtomobili üçün etibarnamə verib avtomobili satanda pulu mənə verəcəyini dedi. Bundan sonra iyul ayının 3-ü mənə təcili pul lazım olduğunu bildirdim və pulu mənə çatdırmasını istədim. O da problem olmadığını dedi. Artıq hər dəfə pulumun onda olduğunu, sabah gələcəyini və pulu qaytaracağını deyirdi. İyul ayının 5-i yenidən zəng edəndə zənglərimə və mesajlarıma cavab vermədi. Daha sonra bildim ki, Rusiyaya gedib. Lakin gedəndə mənə pulumu qaytaracağını deməmişdi. Sonradan eşitdim ki, avtomobili də iş yerində əlindən alıblar və sonda hüquq-mühafizə orqanlarına məlumat verdim.” Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Nə Rövşən, nə də qardaşı mənimlə 6250 manat pulun geri qaytarılması barədə danışıb. O, mənə 250 manat qaytarıb. Mənim borcumu geri qaytaracaqsa, onun azadlığa buraxılmasına razıyam. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şikayətçiyəm.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs tanımırdım, həmin vaxt material alıb-satırdım, Rövşən özü mənə yerli sakin kimi yaxınlaşdı və onun daş karxanası olduğunu dedi. Bir müddət onun işlədiyi şirkətdən mal alıb-satdım. Sonra bir gün Rövşən mənə zəng edib mənimlə mütləq görüşməli olduğunu söylədi, gəldim, görüşdük, mənə onu işdən çıxardıqlarını və məndən kömək istədiyini söylədi. Ona problem olmadığını, hal-hazırda zavodlarımda işçilər olduğunu, yeni işçiyə ehtiyacım olmadığını, amma Quba zonasında özümə yeni zavod açmaq istədiyimi, burada 2 yer bəyənib təyin etdiyimi, onları sənədləşdirdikdən sonra onu birinə rəhbər qoyacağımı və maaşını da verəcəyimi bildirdim. Birlikdə vaxt keçirdiyimiz üçün ona inanırdım. Ona Qubada iki yer göstərib almaq istədiyimi dedim. Həmin vaxta qədər əslində hər şey hazır idi, sadəcə tənbəllikdən Rövşənə güvənib sənədləşmə hissəsini ona həvalə etdim. Xammal işi belədir ki, əvvəlcə yatağın geoloji işləri görülməli və həmin yerdə tikinti üçün yararlı material olub-olmaması müəyyən olunmalıdır. Bundan sonra X24 X1 hərrac keçirilir və hərracda da uduruq. Həqiqətən də, geoloji işlərin görülməsi biraz əziyyət və vaxt tələb edir, Rövşən mənə işlərimin çox olduğunu və bununla məşğul olmamağımı söylədi. Mən də rahatçılığıma görə onunla razılaşdım. Dostu Tərlanı da həmin vaxt tanıdım, Rövşən onun tələbə yoldaşı olduğunu deyib mənimlə tanış etmişdi və o, mənim yataq götürmək istədiyim yerdə olan çayın yanında qalırdı. Rövşən mənə bələdiyyə ilə danışdığını, bələdiyyənin də icra ilə danışdığını və həmin yerin sərəncamını alacağımızı söylədi. Bu işlə bağlı məndən 4000 manat pul istədi. Hesablamaları o qədər dəqiq aparmışdı ki, mən ondan şübhələnmədim. Bu işi bilirəm, nəyisə səhv desəydi, mən şübhələnərdim. Çay yatağının icarəsi ilə maraqlanmışdım, doğrudan da 3500-4000 manat arası idi. 10 hektar sahə 4000 manata idi. Onun kartına 4000 manat pul göndərdim və rüsumu ödəyib sərəncam almasını istədim. O, 2 yerin geoloji işlərinə görə 16000 manat pul istədi. Maraqlanıb bildim ki, normalda 1 yer üçün 8000-10000 manat arası pul lazımdır. Rövşən mənə ucuz qiymət deyirdi. Həmçinin, əlavə xərclərlə birlikdə 20000-23000 xərcimiz çıxacaqdı. Amma bunlar hələ ki yeri almaq demək deyildi, bunlar sadəcə geoloji işlər idi. Rövşən mənim ofisimə gəldi, mənimlə işləyən bir qız var idi, onunla birlikdə professional şəkildə möhürlü, blanklı məktublar hazırladılar. Bunların işlədiyi şirkətlə mənim müqaviləm var idi. Bir gün işçilər məzuniyyətdə olduğu üçün özüm təhvil-təslim aktını verməyə gedəndə orada Rövşəni maraqlandım, çünki bir neçə gün idi ki, ona zəng çatmırdı. Mənə aralarında narazılıq olduğunu və Rövşənin işdən çıxdığını dedilər. O zaman bildim ki, Rövşən məni aldadıb. Daha sonra Tərlan mənə zəng etdi və hadisəni danışdı, Tərlanla da Rövşənlə Qubaya gedəndə tanış olmuşdum. 2 gün sonra Rövşən mənə zəng edib dostunun dediklərinə fikir verməməyimi istədi, sənədlərin hazır olduğunu və məni aldatmadığını dedi. O mənə pulunu köhnə rəhbərinin yediyini bildirdi, mən də ona kömək edəcəyimi deyib sənədləri verməsini istədim və ona avans da verəcəyimi dedim. O mənə bugün-sabah sənədləri verəcəyini deyirdi. Daha sonra, qardaşını tapdım və ona sənədlərimi istədiyimi söylədim. Qardaşı mənə hər ay 1000-1500 manat pul verəcəyini, əsas mənim borcumu qaytaracağını və digərlərinin onu maraqlandırmadığını dedi. Mən də razılaşdım. Sonradan bildim ki, eyni ifadələri digər zərərçəkmiş şəxslərə də deyib.” Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Həm şikayətçiyəm, həm də pulumu tələb edirəm. Təqsirləndirilən şəxslə barışmamışam.” Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir: “2023-cü ilin noyabr ayının 20-si əmim oğlu Zərərçəkmiş şəxs1 ev üçün 5000 manat məbləğində borc pul verdim, lakin Tərlan pulu kimə verəcəyini söyləmədi, sadəcə ona pul lazım olduğunu bildirdi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxslə sürücü kimi 3 il müddətində birlikdə işləmişik. Daha sonra kürəkənimlə də dostluq münasibəti yaranıb. Kürəkənim mənim adıma bankdan 40000 manat məbləğində kredit götürdü. Kredit götürülərkən Rövşən də yanımızda idi, kürəkənim pulu Rövşənə verdi. Daha sonra “Hyundai Senata” markalı avtomobilimi 13000 manata satdım və Tərlana verdim.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Rövşən Tərlana ev söz vermişdi. Rövşən evləri olduğunu deyirdi, Tərlana Bakıda yerləşən ev söz vermişdi. Evlə bağlı mənə sənəd göstərilməyib.” Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir: “Tərlan mənə zəng edib ev üçün ödəniş etməli olduğunu dedi və ona kömək etməyimi istədi. O, məndən ev üçün 1800 manat məbləğində borc pul istədi, mən də kartı verdim və Tərlan pulu çıxartdı. Tərlan pulu Rövşəndən aldığı ev üçün ödəyəcəyini söylədi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. ” Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir: “Mən yük daşınmasının həyata keçirilməsi üçün Rövşənə adıma olan “VÖEN” verdim, daha sonra ödənişlər olunmadı deyə vergi borcları yığıldı və mən ümumilikdə 16200 manat məbləğində vergi borcu ödədim. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir: “Zərərçəkmiş şəxs2lə eyni sexdə işləyirik, iş yoldaşıyıq. Rövşənlə də iki il əvvəl orada tanış olmuşuq. İrfana iki dəfə Rövşəndən maşın alıb. Axırıncı dəfə “Niva” markalı maşını almalı idi. Mən və İrfan sexdə idik. İrfan Rövşən gəlsə, ona deməyimi tapşırmışdı. Rövşən gələndə İrfan da gəldi. İrfan ona 6500 manat pul verdi, Rövşən pulu götürüb maşına oturdu və getdi. Sonradan bildim ki, Rövşən avtomobili verməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. ” Cinayət işinin materiallarında olan “Şikayət ərizəsi”ndən görünür ki, Zərərçəkmiş şəxs1 Quba Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək ona ümumilikdə 163176,0 (bir yüz altmış üç min yüz yetmiş altı) manat məbləğində ziyan vurduğunu bildirmiş, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 03-19). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş qaimə fakturalardan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 ayrı-ayrı vaxtlarda müxtəlif tikinti materialları üçün 783 manat, 1632 manat 80 qəpik, 855 manat, 528 manat 90 qəpik və 371 manat olmaqla, ümumilikdə 4170 manat 80 qəpik dəyərində ödəniş etmişdir (cild 01, iş vər. 80-81). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 416973******2305 PAN №-li karta xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3150 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 390 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə ayrı-ayrı vaxtlarda 10000 manat və 400 manat olmaqla, cəmi 10400 manat, xx.xx.2024-cü il tarixdə 1400 manat, xx.xx.2024-cü il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə 550 manat və xx.xx.2024-cü il tarixdə 700 manat olmaqla, ümumilikdə xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə 1.500 manat olmaqla, cəmi 3.000 manat, yəni ümumilikdə 43520 manat məbləğində pul vəsaitləri, o cümlədən Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus ******40336442 PAN №-li karta xx.xx.2022-ci il tarixdə 320 manat və xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla, cəmi 520 manat məbləğində pul vəsaitləri, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 409809******9322 PAN №-li karta xx.xx.2025-ci il tarixdə 1380 manat, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 510307******8325 PAN №-li karta xx.xx.2023-cü il tarixdə 810 manat və xx.xx.2023-cü il tarixdə 300 manat olmaqla cəmi, 1110 manat pul vəsaitləri, həmçinin Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 416973******6195 PAN №-li karta xx.xx.2023-cü il tarixdə 1500 manat pul vəsaitləri köçürülmüşdür (cild 01, iş vər. 82-95). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Whatsapp” hesabında olan ismarıclardan çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs1 "Whatsapp” hesabı ilə Təqsirləndirilən şəxs (kontaktda adı “Rovsen 299”) ilə ismarıc yazmaqla əlaqə saxlamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 ona və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin şəkillərini göndərmiş, R. Baxşalıyev isə “**********, xx.xx.2024" məzmunda ismarıc ilə cavab vermişdir. Zərərçəkmiş şəxs1 “Bu neyin kodudu” mətnində ismarıc göndərmiş, R. Baxşalıyev isə “Alqı satqı sənədin kodudu", “Ayın 5 xaçmazdan götürüb verəcəksən qupçaya” məzmunda ismarıc ilə cavab vermişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə “bax pul geldi sene” mətnində ismarıc göndərmiş, R. Baxşalıyev “Hə gəldi qardaş allah əvəzin versin İNŞALLAH" məzmunda ismarıc ilə cavab vermiş, Zərərçəkmiş şəxs1 “Sende sağol Allah komeyin olsun” məzmunda ismarıc yazmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə “Ne oldu gorusub oyrene bildin” mətnində ismarıc göndərmiş, R. Baxşalıyev “Gözlüyürəm oturub”, “Hələ gəlmiyib” " məzmunda ismarıc ilə cavab vermiş, Zərərçəkmiş şəxs1 “Ne xeber neynirsen” mətnində ismarıc göndərmiş, R. Baxşalıyev isə “Səbirli ol yaxşı olacaq” məzmunda ismarıc ilə cavab vermişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə “Nese xeber var. Ne yerdedi vezyet” və xx.xx.2024-cü il tarixdə “Neynirsen çixmisan ordan” mətnində ismarıc göndərmiş, Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə video göndərərək “Buna bax buranıda satıram”, “Çalış heç kəs bilməsin”, “300 minə deyirəm” məzmunda ismarıc ilə cavab vermiş və iki buraxılmış səsli zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs “Mən bunların yandayam”, “Qubaya gələcəyik”, “Onçu zənglə danışa bilmirəm sənlə”, “Çalış onu bu gün danış çünki mən o adamnan pul götürmək isdəyirəm 150 min”, “Birdə qocaya deki otur işini işlə ayın axırı özüm qayıdacam ora”, “Arxayın olsun” mətnində ismarıclar göndərmiş, Zərərçəkmiş şəxs1 isə “Axsam gorende deyerem” məzmunda ismarıc ilə cavab vermişdir. Təqsirləndirilən şəxs “Tamam” mətnində ismarıc və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın şəklini göndərmiş və xx.xx.2024-cü il tarixdə video göndərərək “Buranıda qoydum satlığa”, “Da satılası heçnə qalmadı”, “Hamısını qoymuşam”, “Mən abedən sonra çıxıram rayona gesim görüm oranç neyniyirəm” məzmunda ismarıclar yazmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs1 56 saniyəlik səs yazısı göndərmiş, R. Baxşalıyev isə “Yaxşı qardaş gələcəm”, “Şahinin məsələsin bu gün həll edəcəm”, “Samirdəki evə baxmadılar noldu” məzmunda ismarıc ilə cavab vermiş, Zərərçəkmiş şəxs1 28 saniyəlik səs yazısı göndərmiş, R. Baxşalıyev isə “Yaxşı qardaş səbirli ol”, “Getmirəm tərtərə”, “Qalım həll eliyim sonra gedərəm”, “birazdan gedirəm Elmirnən görüşəm”, “Şahinin məsələsin həll eliyim” məzmunda ismarıc ilə cavab vermiş, Zərərçəkmiş şəxs1 yenidən 14 saniyəlik səs yazısı göndərmiş, R. Baxşalıyev isə “Görüm elmirdən əlavə nə qədər götürə bilirəm”, “Yox da gecdi sabah tezdən gedib axşama kimi qayıdacam” məzmunda ismarıc ilə cavab vermişdir (cild 01, iş vər. 96-98, 100). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi “SMS” bildirişlərdən çıxarışlardan görünür ki, zərərçəkmiş şəxsin qardaşının vergi ödəyicisi (VÖEN **********) kimi xx.xx.2024-cü il tarixinə 16852 manat, xx.xx.2024-cü il tarixinə 16914 manat və xx.xx.2024-cü il tarixinə 16991 manat olmaqla, ümumilikdə 50757 manat borcu yaranmışdır (cild 01, iş vər. 97, 99). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının sonlarına yaxın 19000 manat verdiyini, 2022-ci ilin noyabr ayından 2024-cü ilin iyun ayınadək Təqsirləndirilən şəxs bank kartına 42100 manat pul ödədiyini, xx.xx.2023-cü il tarixdə Quba rayonu, Qaraçay kəndində yerləşən fərdi yaşayış evini girov qoyaraq qaynatasının adına 40000 manat məbləğində kredit götürdüyünü və həmin məbləğdən 35000 manatını Təqsirləndirilən şəxs verdiyini, xx.xx.2023-cü il tarixdə 5000 manatı, 2023-cü ilin dekabr ayında qaynatasına məxsus Hundai Sonata markalı avtomaşını sataraq 13000 manatı, 2024-cü ilin fevral, mart və aprel aylarında Qubadakı satış nöqətlərindən tikinti materiallarını nisyə alaraq ümumilikdə 4325 manatı, xx.xx.2024-cü il tarixdə 750 manatı, xx.xx.2024-cü il tarixdə 1200 manatı Quba şəhərində yerləşən Buta kafesində, 200 manatı Quba şəhərində yerləşən İstanbul geyim dükanının qarşısında, 2500 manatı Quba-Xaçmaz-Bakı magistral yolunun birləşməsində olan “Central” restoranında Təqsirləndirilən şəxs verdiyini, xx.xx.2024-cü il tarixdə qohumu Şahid3 "xxxx"-da adına olan kredit kartından 1800 manat nağdlaşdıraraq Təqsirləndirilən şəxs verdiyini, xx.xx.2024-cü il tarixdə “RabitəBank”-ın Qusar filialından 3500 manatı 27%-lə alaraq Rövşən Baxşəliyevə verdiyini, o cümlədən ümumilikdə Təqsirləndirilən şəxs 132000 manat verdiyini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 01, iş vər. 120-122). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Materialın cinayət işinə əlavə edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək 15500 manat pulunu ələ keçirməsi faktı ilə bağlı toplanmış HK-1/1030 nömrəli material ********* nömrəli cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə” dən görünür ki, Zərərçəkmiş şəxs3 Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs Quba və Şabran rayonları ərazisində qum-çınqıl karxanaları üçün xam malın yataqlarının sənədləşdirilməsində köməklik edəcəyini vəd edib etibarından sui-istifadə edərək 15500 manat məbləğində pulunu ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs3 pulu hissə-hissə olmaqla, sonuncu 2000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən “Papaq” restoranında olan zaman Təqsirləndirilən şəxs hesab kartına köçürdüyünü bildirmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 131-133). Cinayət işinin materiallarında olan “Ərizə” dən görünür ki, Zərərçəkmiş şəxs2 Quba Rayon Prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs ona “Niva” markalı avtomobilini verəcəyini vəd edib aldadaraq və etibarından sui-istifadə edərək 6500 manat məbləğində pulunu ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 147). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlərdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 416973******2305 PAN №-li karta xx.xx.2024-cü il tarixdə müxtəlif vaxtlarda 2600 manat və 1400 manat olmaqla , cəmi 4000 manat, Təqsirləndirilən şəxs göndərdiyi 5243******6442 PAN №-li karta xx.xx.2024-cü il tarixdə 500 manat pul vəsaitləri köçürülmüşdür (cild 01, iş vər. 175). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə ona zəng edərək bələdiyyə ilə danışdığını, bələdiyyənin isə icra hakimiyyəti ilə danışdığını və 4000 (dörd min) manat rüsum ödəmək lazım olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs kart hesabına özündə olan 2600 manat pul göndərdiyini, qalan 1400 manatı isə işçisi X23 rayonunda Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına göndərdiyini, bundan əlavə 17 iyul 2024-cü il tarixdə dostu Teymurun ona borc verməyə razılaşaraq Bakı şəhərində Təqsirləndirilən şəxslə görüşüb ona 10000 manat verdiyini, 23 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan zaman Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 500 (beş yüz) manat pulu göndərdiyini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 01, iş vər. 242-244). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ağ rəngli, Niva markalı avtomobili 5700 manata nağd aldığını, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs "Kia Cid" markalı avtombili 12500 manata nağd ödəyərək götürdüyünü, bir müddətdən sonra həmin avtomobili də satdığını, 2023-cü ilin yay aylarında Rövşənin Niva markalı avtomobil aldığını bildirdiyini, 2024-cü ilin yaz aylarında Təqsirləndirilən şəxslə görüşəndə ona Niva markalı avtomobilini satmaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs həmin Niva markalı avtomobili almaq istədiyini deyəndə Təqsirləndirilən şəxs ona yeni avtomobil aldıqdan sonra satacağını bildirdiyini və onunla razılaşdığını, 2024-cü ilin may ayının əvvəllərində işlədiyi maşın təmiri sexinin qarşısında Təqsirləndirilən şəxs əlbəəl 6500 manat verdiyini, 2024-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs qardaşı Eldənizin onun kartına 250 manat pul göndərdiyini və bundan başqa ona ödəniş olunmadığını, Təqsirləndirilən şəxs 14500 manat deyil, 15500 manat pul verdiyini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 01, iş vər. 245-247). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3742micQUBA/23 nömrəli “Əlavə Kredit Müqaviləsi”dən görünür ki, həmin tarixdə "xxxx" Kommersiya Bankı” ASC-dən 36 (otuz altı) ay müddətinə, xx.xx.2026-cı il tarixədək illik 20 (iyirmi) faiz ödəmək şərtilə 40000 (qırx min manat) məbləğdə kredit 0 (sıfır) ay güzəşt müddəti və faktiki illik 20.73 faiz dərəcəsi ilə Şahid1 mülkiyyətinə verilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3742micQUBA/23 saylı “Zaminlik Müqaviləsi”dən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli 3742micQUBA/23 saylı “Əlavə Kredit Müqaviləsi” üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş, yəni “Zamin” kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 178.2.1-ci maddəsi, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmə CM-in 178.2.2 və 178.2.4-cü maddələri, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə isə CM-in 178.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 31-ci bəndində həmçinin göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Həmçinin həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərərçəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilməsi və ayrı-ayrı epizodlarla bağlı qeyd etdiklərinə (Zərərçəkmiş şəxs1 yalnız 46150 manat məbləğində və Zərərçəkmiş şəxs2 6500 manat məbləğində pulu borc qismində alması, yəni onlara qarşı dələduzluq etmək niyyətində olmaması və onların pulunu qaytarmaq niyyətində olması) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bildirdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizodda ondan əvvəllər borc kimi aldığı məbləğləri geri qaytardığını, həmin məbləğləri özünə aid hesabat dəftərində qeyd etdiyini, zərərçəkmiş şəxsə ittihamda qeyd olunan 146661 manat 70 qəpik məbləğində deyil, yalnız 46150 manat məbləğində borcu qaldığını bildirsə də, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı bu halı təsdiq edə biləcək hər hansı sübut (məs. ödəniş qəbzləri və ya özünün qeyd etdiyi hesabat dəftəri) təqdim etmişdir. Əksinə, ittihamda qeyd olunan 146661 manat 70 qəpik məbləğində borcun olması Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaqda təqdim edilmiş ödəniş qəbzlərinin, SMS bildirişlərdən çıxarışların, qaimə-fakturaların surətləri və məhkəmə istintaqı zamanı təqdim edilmiş “Kredit müqaviləsi”, “Zaminlik müqaviləsi” və müqavilələrə əlavə edilmiş ödəniş cədvəlləri ilə öz təsdiqini tapır. Bundan əlavə, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı epizodda ondan pulu borc olaraq aldığını və borc alarkən aralarında olan razılaşmaya əsasən əvvəlcədən müəyyən olunan vaxtda aldığı pulu ona qaytaracağını, əgər pulu qaytara bilməsə özünə məxsus avtomobili ona satacağını bildirsə də, tutulana qədər Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı heç bir ödəniş etməmiş, bundan sonrakı müddətdə etdiyi hərəkətlərlə (zərərçəkmiş şəxsin telefon zənglərinə cavab verməməsi, ölkə xaricinə getməsi, istifadəsində olan mobil telefonunu söndürməsi və s.) faktiki olaraq zərərçəkmiş şəxsdən almış olduğu pulu məhz aldatma və etibardan sui istifadə etmək yolu ilə - dələduzluqla əldə etdiyini və həmin pulu qaytarmaq niyyətində olmadığını bir növ təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası bu hissədə təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşır və onlarla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X8 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarına əlavə edilmiş arayışlar, xasiyyətnamə, nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkündür, Tərtər rayonu, Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydiyyatdadır və müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yaşayır. Təqsirləndirilən şəxs orta məktəbdə oxuduğu vaxtlarda hərbi xidmətdə olduğu dövrdə həmişə öz nümunəvi davranışı, vətənpərvərliyi ilə seçilmiş kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Yaşadığı yerdə də cəmiyyət arasında öz müsbət xasiyyəti ilə seçilmişdir. Narkotik aludəçisi olmayıb, vətəninə, xalqına bağlı vətənpərvər insandır. Ailəlidir, himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı iki uşağı vardır (cild 01, iş vər. 138- 143). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 178.1-ci maddəsi ilə 1000 manat, CM-in 32.4, 312.1-ci maddəsi ilə 5000 manat cərimə edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza cəza ilə əhatə etmək yolu ilə üzərində 5000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 01 ay 10 gün müddətdə həbsdə saxlanılması nəzərə alınıb CM-in 69.4-cü maddəsinə əsasən cəzası yüngülləşdirilərək üzərində 1500 manat cərimə cəzası saxlanılmış, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzası 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür (cild 01, iş vər. 151, 217-220). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni məhkumluğu hazırda ödənilmiş olsa da əvvəllər də eyni növdən olan cinayətin törədilməsinə görə təqsirli bilinərək məhkum olunmasını, lakin bundan nəticə çıxarmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan və Quba Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi, 4(027)- 73/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 63, 149-150). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə hazırki iş üzrə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mövcud olan mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı məhkəmədə mülki iddia qaldıraraq cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 146661,70 AZN (bir yüz qırx altı min altı yüz altmış bir manat yetmiş qəpik) və 437 AZN (dörd yüz otuz yeddi manat) dövlət rüsumu olmaqla, cəmi 147098, 70 AZN (bir yüz qırx yeddi min doxsan səkkiz manat yetmiş qəpik) məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs1 verdiyi mülki iddiaya münasibətdə hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən, maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddia təmin edilməli cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 146661,70 AZN (bir yüz qırx altı min altı yüz altmış bir manat yetmiş qəpik) və 437 AZN (dörd yüz otuz yeddi manat) dövlət rüsumu olmaqla, cəmi 147098, 70 AZN (bir yüz qırx yeddi min doxsan səkkiz manat yetmiş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegyası, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə 146661,70 AZN (bir yüz qırx altı min altı yüz altmış bir manat yetmiş qəpik) və 437 AZN (dörd yüz otuz yeddi manat) dövlət rüsumu olmaqla, cəmi 147098, 70 AZN (bir yüz qırx yeddi min doxsan səkkiz manat yetmiş qəpik) məbləğində pul tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-279/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-279/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver