Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-28/2022 29.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə,
1. 12 avqust 1990-ci ildə Beyləqan rayonunda doğulmuş, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə,
2. xx xxxxxxxx 1993-cü ildə Beyləqan rayonunda doğulmuş, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu, Əmirzeyidli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 07 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə 50 manat ödəmək şərti ilə cinsi əlaqədə olmaq üçün razılığa gəlmiş, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında Sahibə Paşayevə ilə görüşmüş və onu idarə etdiyi VAZ-21905 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, insanların olmadığı, yaşayış və iaşə obyektlərindən kənar olan əraziyə aparıb Zərərçəkmiş şəxs avtomobildən düşürərək onunla cinsi əlaqədə olduqdan sonra, həmin anda yaranan tamah niyyəti ilə Zərərçəkmiş şəxs gözü qarşısında onun əmlakını açıq talamaq məqsədi ilə, zərərçəkmişin qadın olduğuna, ona aktiv müqavimət göstərə bilməyəcəyinə əmin olaraq onun çantasını əlində alıb həmin çantada olan 300 manat pulu, 120 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “V1804C3CG” modelli mobil telefonu, içərisində 5 manat dəyərində 055 *** ** ** mobil nömrəsi olan, 240 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “M1908C3JG” modelli mobil telefonu açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 665 manat dəyərində əmlakını soyğunçuluq yolu ilə ələ keçirməklə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2013cü ildən tanış olmuşdur. 2020-ci ilin təxminən sentyabr ayının 5-də Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış məntəqəsinin yanında öz maşını ilə keçərkən təsadüfən Sahibəni görmüş və ona yaxınlaşmışdır. Sahibə birinci onu tanımamış, lakin sonradan tanışlıq verəndə tanımışdır. Sahibədən mobil nömrəsini almış və 50 manata cinsi əlaqədə olmaq barədə danışmışdır. O, da görüşməyə razılıq vermişdir. Ayın 7-də Sahibəyə yenə zəng edib görüş təyin etmiş və onlar «Xırdalan dairəsi»-nin yaxınlığında görüşməyə razılaşmışdırlar. Sahibə ilə görüşməmişdən əvvəl dostu Təqsirləndirilən şəxs2 da demiş və o, da birgə getmək istədiyini bildirmişdir. Ziyadı VAZ-21905 markalı **-ND-*** nömrəli maşını ilə götürmüş və sonra birlikdə saat 20 radələrində Sahibəni götürmüşlər. Ziyad qarşıda oturmuş, Sahibə isə arxada oturmuşdur. Sahibəni yeyib-içmək üçün kafeyə dəvət etmiş, lakin o, razı olmamış, cinsi əlaqədə olmaq üçün otelə getmək istəmişdir. Pulunun az olduğu üçün Sahibəyə Novxanı kəndində yerləşən, adam olmayan təpəlik yerə getməyi təklif etmiş, Sahibə isə birinci uşağı evdə tək olduğunu deyib narazılıq etmiş, lakin sonra razı olmuşdur. X24 gölünün yanı olan gözdən kənar bir yerə sürmüşdür. Sahibə pulunu əvvəldən istədiyindən, maşında arxada ayaqaltında qizlətdiyi 300 manatını götürüb oradan 100 manatını Sahibəyə vermək istədikdə, pulun orada olmadığını görmüşdür. Buna görə Sahibədən şübhələnmiş və Sahibəni kənara çəkib onun əlindən çantasını alaraq pulun orada olub-olmamasını yoxlamışdır. Sahibə ona çantasını vermək istəməmiş, amma onun əlindən çantasını almışdır. Çanta da 50 manatlıq əsginas olmasını görmüş, həmçinin Sahibənin 02 ədəd mobil telefonu da çantada olmuşdur. Həmin 50 manat pulu götürmüş və Sahibənin telefonlarını da götürüb söndürərək cibinə qoymuşdur. Sahibəyə “pulumun qalanını qaytaranda telefonlarını qaytararam” demiş və sonra maşına oturub getmişlər. Məhkəmədə verilən suallara Təqsirləndirilən şəxs1 cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildən görüşərək cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs2 ilə isə bir yerdə işləmişdir. Belə ki, o, “Kristall Abşeronda” bələdçi işləmiş, Ziyadla 2015-ci ildə orda tanış olmuşdur. Maşında gizlətdiyi 300 manat pul, 6 ədəd 50 manatlıq əskinaslardan ibarət olmuşdur. Sahibəyə Ziyadın əvəzinə 50 manat pulu özü verməli olmuş, çünki Ziyad müdirdən pul istəyəndə müdir Ziyada pul verməmiş, lakin ona 300 manat vermişdir. Sahibənin çantasına baxdıqda 50 manat görmüş, bütöv olduğu üçün öz pulu olmasını düşünmüşdür. Sahibənin sadəcə çantasını yoxlamış, üzərini axtarmamışdır. Sahibə tanıdığı insan olduğu üçün üstünü yoxlamamış, telefonu istəmiş, pulunu qaytaranda telefonunu qaytaracağını demişdir. Bundan başqa, o, göstərmişdir ki, Ziyada onun pulu olmadığına görə öz pulundan borca 25 manat pul vermiş, çünki əvvəldə Ziyad ondan pul istəmişdir. Daha sonra o, qeyd etmişdir ki, onda və Ziyadda heç bir silah qismində istifadə edilən əşya, o cümlədən bıçaq olmamış, telefonları almaq üçün heç bir vasitədən istifadə etməmişdir. Sahibə ilə maşından düşüb kənarda söhbət etmiş, çünki ilkin olaraq özü onunla cinsi əlaqədə olmalı istəmişdir. Sahibənin telefonlarını götürdüyü zaman Ziyad maşında olmuş, onun heç nədən xəbəri olmamış, Ziyad ümumiyyətlə Sahibə ilə onun arasında olan söhbətə qarışmamışdır. Nə özü, nə də ki, Ziyad Sahibəyə əl vurmamış, ona heç bir zor göstərilməmiş və xəsarət yetirməmişdir. Sahibəni yolun kənarında düşürdükdən sonra o, başqa maşına minib getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin sentyabr ayının 7də axşam saatlarında tanışı Samir ona zəng edərək, bir qızla cinsi əlaqədə olmaq üçün hərəsinə 50 manat pul vermək şərti ilə razılaşdığını bildirərək onunla gedib-getməyəcəyini soruşmuşdur. Onunla razılaşdıqdan sonra Samirin maşını ilə saat 19 radələrində Abşeron rayonu, «Xırdalan dairəsi» deyilən yerə getmişlər. Bir qədər sonra Sahibə adlı qadın yaxınlaşıb avtomobilə arxada əyləşmişdir. Samir bir yerdə kafelərin birində yemək yeməyi təklif etmiş, lakin Sahibə artıq gec olduğunu və uşaqlarının evdə tək olduğuna görə evə tələsdiyini bildirmişdir. Sahibə birbaşa otelə getməyi demişdir. Samir isə maşını Novxanı istiqamətində duz gölünün yanına sürmüş və bu vaxt onun otelə getmədiyini, kənar yer axtardığını anlamış, çünki otelə veriləsi pulları olmamışdır. Sahibə kənara getməyə görə narazılıq etmiş və yaxın bir yerə getməyi demiş, lakin sonra razılaşmışdır. Duz gölünə tərəf çatdıqda Sahibə maşından düşüb getmiş, Samir isə onun dalınca getmişdir. Sonra onların ikisi də maşına qayıtmış, həmin vaxt özü isə maşında qarşıda sərnişin tərəfdə oturmuş, onların söhbətlərinə qarışmamışdır. Samir Sahibəni yola gətirmək üçün “gedək təpənin üstünə cinsi əlaqədə olaq, sonra səni aparıb evinə düşürəcəm” demiş, Sahibə də razılaşmışdır ki, onunla hər ikisi cinsi əlaqədə olduqdan sonra evinə düşürəcəklər. Həmin vaxt artıq gec və hava qaranlıq olmuşdur. İlkin olaraq Samir Sahibə ilə orada olan çəpərin arxasına keçib ağaclıq olan yerdə cinsi əlaqədə olmuş, özü isə kənarda dayanmışdır. Sonra Samir gəlmiş və özü də, Sahibənin razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Sonra yenidən Samir Sahibə ilə cinsi əlaqədə olmuş, ardınca yenə də özü və ondan sonra bir dəfə də Samir Sahibə ilə cinsi əlaqədə olmuşdur. Bu zaman nə özü, nə də ki, Samir Sahibəyə zor tətbiq etməmiş, onun özü könüllü cinsi əlaqədə olmuş, çünki Samir onunla pul ilə cinsi əlaqə olmağı razılaşmışdır. Samir Sahibə ilə cinsi əlaqədə olduqda sonra ikisi də ona tərəf gəlmiş və onların nə isə sözlə mübahisə etmələrini görmüşdür. Sahibə Samirə demişdir ki, “mənim sinəmdən pul düşmüş, pulu mənə verməlisən, məni bura nəyə gətirdin, apar evimə qaytar”. Samir isə Sahibəyə dedi ki, “özün bilərsən, onda özün qayıdarsan”. Samirə “problem yaratma, gecdir, gəl qızı da evinə düşürək çıxaq gedək” dedikdə. Samir “sənlik deyil sən qarışma, get maşını gətir çıxıb gedəcəyik” demişdir. Samirlə Sahibənin söhbətinə qarışmaq istəmədiyindən maşını gətirmiş və üzü yola tərəf maşını saxlayıb maşında qarşı sərnişin oturacağında oturub onu gözləyərək musiqiyə qulaq asmışdır. Təxminən 15-20 dəqiqə sonra Samir gəlib maşına oturmuş və maşını sürmüşdür. Sahibənin harada olmasını soruşduqda Samir ona Sahibənin özünün çıxıb getməsini, dalınca başqa maşın gəlməsini demişdir. Sonra Samir onu Masazır dairəsinin yanında düşürmüş, oradan isə özü Xırdalana kirayə yaşadığı evə getmiş, çünki Samir yorğun olmasını və onu düşürə bilməyəcəyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, həmin gün onun Sahibəyə veriləsi pulu olmamış, Samir onun əvəzinə 50 manat olmaqla cəmi 100 manat verəcəyini demiş, sonra isə həmin 50 manatı maaş alanda Samirə qaytarmalı olmuşdur. Nə özündə, nə də ki, Samirdə bıçaq olmamış, özü Sahibə ilə ümumiyyətlə heç sözlə də mübahisə etməmiş, Sahibəyə bıçaq çıxarmamış, onun telefonunu, pulunu almamış, ona xəsarət yetirməmişdir. Sadəcə öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Samirin də Sahibəyə bıçaq çıxarmasının, ona xəsarət yetirməsinin, zor göstərməsinin şahidi olmamışdır. Belə bir şey olsaydı ən azından Sahibə qışqırardı, köməyə çağırardı. Daha sonra özünün və Samirin kasıb olduqlarını, çətinliklə dolandıqlarını deyən Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, Sahibəyə qarşı belə bir hərəkətin baş verməsini gördüyü halda problem yaranmasın deyə bunun qarşısını alardı. Sahibənin onlara qarşı şikayət etməsinin səbəbi kimi isə Samirlə cinsi əlaqədə olmaya görə pulun az-çox olması ilə bağlı mübahisələrinin olması ilə izah etmişdir. Daha sonra o, X5 pul aldıqdan sonra ona 25 manatını və ya başqa məbləğdə pul vermədiyini, Samirin Sahibənin telefonlarını və pulunu almasını görmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 sentyabr 2020-ci il tarixdə “Kristal-Abşeron” yaşayış kompleksinin yanından piyada evinə doğru gedərkən Samir Mehrəliyev ona yaxınlaşaraq tanış olmuşdur. Bir az söhbət etdikdən bir-birinə mobil telefon nömrələrini vermişlər. 06 sentyabr 2020-ci il tarixdə Samir ona zəng vurub onunla görüşmək istədiyini bildirmiş, Samirlə razı olmasa da o, təkid etdiyi üçün 07 sentyabr 2020-ci il tarixdə görüşə biləcəyini demişdir. 07 sentyabr 2020-ci ildə saat təxminən 20 radələrində Samirlə görüşmək üçün Abşeron rayonunda yerləşən «Xırdalan dairəsi» deyilən yerə gəlmişdir. Samirlə 100 manat müqabilində görüşməyə razılaşmışdır. Həmin yerdə Samirin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobildə Samrdən başqa Ziyad adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs2 ilk dəfə həmin vaxt görmüşdür. Samir birlikdə kafelərin birində yemək yedikdən sonra cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin onun təklifi ilə razılşamayaraq evdə uşaqların tək olmasından narahat olduğunu bildirmiş və onu evə aparmalarını xahiş etdmişdir. Sonradan Samirin təkidi ilə onlarla kafelərin birində çay içməyə razılıq vermişdir. Lakin Samir avtomobili Novxanı kəndi istiqamətinə sürdüyündən avtomobilin içərisində qışqırmağa başlamışdır. Bu zaman Samir avtomobili saxlamış və onu avtomobildən düşərək, saçından tutub həddələməklə sakit olmağını tələb etmişdir. Samirdən onu evinə aparmasını xahiş etdikdə onu evə aparacağı ilə razı salıb avtomobilə əyləşdirmişdir. Lakin avtomobili Novxanı kəndi yaxınlığında “Duz gölünün kənarına sürmüşdür. Onu həmin yerdə maşından düşürərək kolluq bir əraziyə aparmış, həmin vaxt Təqsirləndirilən şəxs2 maşının yanında sakit dayanaraq heç nəyə qarışmamışdır. Samirlə piyada hərəkət edərək maşından xeyli uzaqlaşdıqdan sonra Samir ondan telefonlarını və əlində olan çantasını alaraq soyunmağını tələb etmişdir. Sonra Samirlə 3 dəfə, Ziyadla isə 2 dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs2 onunla cinsi əlaqədə olmaq istəməmiş, lakin Samirin təkidindən sonra olmuşdur. Cinsi əlaqədə olduqdan sonra Samirdən onu evə aparmasını xahiş etdikdə Təqsirləndirilən şəxs2 onun halına acıyaraq Samirdən onu evə aparmasını xahiş etdikdə Samir Ziyada gedib maşını idarə edərək yolun kənarına gətirməsini tapşırdı. Ziyad uzaqlaşdıqda Samir ona məxsus çantanın içərisində olan 5 ədəd 50-lik, 2 ədəd 20-lik və 1 ədəd 10-luq əsginaslardan ibarət ümumilikdə 300 manat pulu götürüb cibinə qoymuşdur. Samirdən əl-çəkməyərək pullarını və telefonlarını geri qaytarmasını, əks təqdirdə onun barəsində polisə şikayət edəcəyini bildirdikdə Samir saçından tutub polis olduğunu bildirmiş və səssiz olmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Onlar çıxıb getdikdən sonra qaranlıqda yol kənarına çıxmağa çalışmış, bu zaman getdiyi yolu görmədiyi üçün kollara ilişib qolları sıyırılmışdır. Yola yaxınlaşdıqda yolun kənarında olan beton hasara ilişərək yıxılmış və ayağından xəsarət almışdır. Daha sonra, məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Samir telefonlarını və pullarını ondan alarkən ona qarşı silah qismində istifadə edilə biləcək hər hansı bir əşya tətbiq etməmişdir. Sadəcə saçından tutaraq səssiz olmağını tələb etmişdir. Abşeron rayon məhkəməsində Samirlə Ziyadın ona qarşı zorakılıq etmədiyinə dair yazılı ərizə təqdim etmişdir. Mobil telefonlarını və pulları aldıqdan sonra, Samir ondan səssiz olmağını tələb etmişdir. Samir telefonlarını və pullarını alarkən ona heç bir xəsarət yetirməmiş, həmin xəsarətlər yolun kənarına doğru hərəkət edən zaman yıxıldığı üçün yaranmışdır. Hadisədən sonra həkim müayinəsindən keçmiş, ayağında olan xəsarətlərdən başqa heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmiş, onun tərəfindən söyüş, təhqir və hədələrə məruz qalmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2020-ci il tarixli, 9/3631 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirılməsinə daxil edilən aksessuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qıymətı nəzəri hesablama yolu ilə təxminən asaqıdakı kimi müəyyən olunur: 01 ədəd Çin istehsalı olan, «Redmi» markalı, «V1804C3CG» model mobil telefon 120,0 manat; 01 ədəd Çin istehsalı olan, «Redmi» markalı, «M1908C3JG» model mobil telefon 240,0 manat (Cild 1, iş vərəqləri 134-137) Məhkəmə tərəfindən təyin olunaraq keçirilmiş komisyon məhkəmə psixiatrik ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 2949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onun törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 08 sentyabr 2020-ci il tarixli aktdan, 09 sentyabr 2020-ci il tarixli protokoldan və qəbzlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 maddi sübut kimi götürülmüş 300 manat məbləğində nağd pul, 01 ədəd «Redmi» markalı, «V1804C3CG» modelli və 01 ədəd «Redmi» markalı, «M1908C3JG» modelli mobil telefonlar məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan şikayət ərizəsindən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs pulunun və 2 ədəd mobil telefonunun talanması ilə bağlı 08 sentyabr 2020-ci il tarixdə Abşeron RPİ-yə müraciət etmişdir. (Cild 1, iş vərəqləri 23, 66-67, 138, 166) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, təqsirləndirilən şəxs X6 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 isə Gəncə Hərbi Məhəkəməsinin 25.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 331.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 400 manat cərimə cəzasına məhkum olunmuş, təyin olunmuş cərimə tam olaraq dövlət nəfinə ödənilmişdir. (Cild 1, iş vərəqləri 120-122) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğun ödənildiyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.2.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları təhlil edib və birinin digərinə münasibətdə qiymətləndirib hesab edir ki, istintaqın təqsirləndirilən şəxs Samir Mehrəliyevin əməlinin tövsifi ilə bağlı, Təqsirləndirilən şəxs2 isə əməlində cinayət tərkibinin olması ilə bağlı gəldiyi nəticələr əsassızdır. Belə ki, ittiham aktına əsasən istintaq orqanı tərəfindən X4 ittiham verlimişdir ondan ötrü ki: “o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə əylənmək məqsədilə 07 sentyabr 2020-ci il tarixdı saat 20 radələrində tanış olduğu Zərərçəkmiş şəxs ilə hər biri ilə 50 manat, ümumilikdə 100 manat ödəmək şərti ilə cinsi əlaqədə olmaq üçün razılığa gəlmiş, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında Sahibə Raşayevə ilə görüşmüş və sonuncunu idarə etdiyi VAZ-21905 markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilə mindirib Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, heç kəsin görə bilməyəcəyi, yaşayış və iaşə obyektlərindən kənardakı təpəyə aparıb Zərərçəkmiş şəxs avtomobildən düşürərək, sonuncu ilə Təqsirləndirilən şəxs2 ilə növbə ilə cinsi əlaqədə olub cinsi ehtirasını təmin etdikdən sonra o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs boynuna istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə edilən bıçaq dirəməklə sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək, sol əlin İİİ barmağının, sol iç topuq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirərək çantasında olan 300 manat pulu, 120 manat dəyərində, Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “V1804C3CG” modelli mobil telefonu, içərisində 5 manat dəyərində 055 *** ** ** mobil nömrəsi olan, 240 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “M1908C3JG” modelli mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 665 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir.” Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki: “o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etməklə quldurluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə əylənmək məqsədilə 07 sentyabr 2020-ci il tarixdı saat 20 radələrində tanış olduğu Zərərçəkmiş şəxs ilə hər biri ilə 50 manat, ümumilikdə 100 manat ödəmək şərti ilə cinsi əlaqədə olmaq üçün razılığa gəlmiş, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında Sahibə Raşayevə ilə görüşmüş və sonuncunu Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21905 markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilə mindirib Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, heç kəsin görə bilməyəcəyi, yaşayış və iaşə obyektlərindən kənardakı təpəyə aparıb Zərərçəkmiş şəxs avtomobildən düşürərək, sonuncu ilə Təqsirləndirilən şəxs1 ilə növbə ilə cinsi əlaqədə olub cinsi ehtirasını təmin etdikdən sonra tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs boynuna istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə edilən bıçaq dirəməklə sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək, sol əlin İİİ barmağının, sol iç topuq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirərək çantasında olan 300 manat pulu, 120 manat dəyərində, Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “V1804C3CG” modelli mobil telefonu, içərisində 5 manat dəyərində 055 *** ** ** mobil nömrəsi olan, 240 manat dəyərində Çin istehsalı olan 1 ədəd “Redmi” markalı, “M1908C3JG” modelli mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 665 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir.” İttihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs X7 ilə, yalnız onların ad və soyadları dəyişdirilməklə, orfoqrafik səhvlər belə eyni olan, tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Samir Mehrəliyev tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Məhkəmə xüsusi qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin tərkiblərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı yalnız Zərərçəkmiş şəxs istintaqın ilkin mərhələsində verdiyi ərizə və ifadəsində göstərdiyi, yəni ona qarşı zor tətbiq edilməsi və bıçaqla hədələnməsi ilə bağlı xüsusatlara əsaslanaraq, bu halların baş veribverməməsini, zərərçəkmiş şəxsin ilkin emosional vəziyyətini və təqsirləndirilən şəxslərə qarşı kinli ola bilməsini nəzərə alaraq, ona edilən hərəkətlərin şişirdilməsinin mümkünlüyünü ətraflı yoxlamadan, onun göstərdiyi halları araşdırmadan və digər sübutlarla müqayisəli təhlil edib qiymətləndirmədən təqsirləndirilən şəxslər Samir Mehrəliyev və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham vermişdir. Halbuki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs baş vermiş hadisə və hər bir təqsirləndirilən şəxsin əməlləri ilə bağlı müstəntiq tərəfindən 16 mart 2021-ci il tarixdə ətraflı dindirilərkən göstərmişdir ki, Ziyad getdikdən sonra o, Samirdən onlarla cinsi əlaqədə olmaq üçün razılaşdırılan pulu verməklə onu tez evə aparmasını tələb etmişdir. Bu zaman Samir ondan səsini kəsməyi tləb edərək üstünə gəlmişdir. Samirin onun pulunu verməyib döymək istədiyini hiss edərək, polisə zəng edərək çantasındakı telefonu götürmək istəmiş, bu zaman Samir onun üstünə hücum edərək bir əli ilə boğazından tutub səs-küy salmamağı demiş, digər əli ilə isə çantasını onunun əlindən alıb içindəkiləri yerə boşaltmış və çantasından iki ədəd “Redmi” markalı mobil telefonu və 300 manat pulunu götürmüşdür. Sonra pulları cibinə qoymuş, telefonları söndürüb əlində saxlamış, çantasını isə özünə qaytarıb “məndən şikayət etsən başına oyun açacağam” deyərək hədələmişdir. Elə bu zaman Ziyad Samirin maşınını onlardan 100 metr aralıqda saxlamaqla işiqlarını yandırıb-söndürmüş, Samir isə maşına doğru getmişdir. Onu kimsəsiz və qaranlıq yerdə tək qoyub getmək istədiyini hiss edərək qışqıraraq səs-küy salmış və şikayət edəcəyini demişdir. Samir isə geriyə qayıdıb bir əli ilə onun boğazından tutub “səsini kəsməsən səni öldürəcəyəm” demişdir. Həmin vaxt qaranlıq olduğundan onun digər əlində bıçaq və ya başqa nə isə olduğunu düşünüb qorxaraq susmuş və yerindən tərpənməmişdir. Lakin həmin vaxt Samirin əlində bıçaq və ya hər hansı bir başqa alət görməmişdir. Sadəcə olaraq həmin vaxt Samirin onun telefonlarını və pulunu əlindən alıb onu gecə vaxtı qaranlıq və kimsəsiz yerdə təkbaşına qoyub getdiyinə görə Samirə qarşı çox acıqlı olduğu üçün polisə şikayət edərkən, bu işlə bağlı şikayət edərkən, ilkin izahat və ifadə verib təqsirləndirilən şəxslərlə üzləşərkən Samirin onun boğazına bıçaq dirəyib çantasında olan 2 ədəd telefonu və 300 manat pulunu zorla əlindən aldığını, həmçinin onun qollarını sellofan torba ilə bağladığını göstərmişdir. Əslində isə Samir həmin vaxtı ona bıçaq dirəməmiş və onun qollarını bağlamamışdır. Yalnız 2 ədəd mobil telefonunu, 5 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinaslardan ibarət cəmi 300 manat pulunu zorla əlində almışdır. Həmin telefonları və pulu şikayət etdikdən sonra polis tərəfindən ona qaytarılmışdır. Bundan başqa həmin ifadəsində Zərərçəkmiş şəxs ona müstəntiq tərəfindən verilən suala cavab olaraq xüsusi vurğulanmışdır ki, Ziyad ilə Samir tərəfindən ona hər hansı bir bədən xəsarəti yetirilməmişdir. (Cild 1, iş vərəqləri 234-235) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Samir Mehrəliyevlə 09 aprel 2021-ci il tarixli üzləşdirməsi zamanı Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən 16 mart 2021-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək bir daha qeyd etmişdir ki, X14 Abbasov onu bıçaqla hədələməmişlər, onun qollarını sellofanla bağlayıb zor tətbiq etməməmişlər və ona xəsarət yetirməmişlər, yalnız Samir Mehrəliyev onun 300 manat pulunu və 2 ədəd mobil telefonunu almış, Samir onu kimsəsiz və qaranlıq yerdə tək qoyduğu üçün ona acıqlı olduğuna görə şikayət ərizəsində, ilkin ifadəsində və təqsirləndirilən şəxslərlə üzləşmələrində Samirin onun boğazına bıçaq dirəməsini, qollarını sellofan torba ilə bağlamasını və ona xəsarət yetirməsini göstərmişdir. (Cild 1, iş vərəqləri 262-263) Göründüyü kimi zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsində ilkin ifadəsində və təqsirləndirilən şəxslərlə üzləşdirmə protokollarında göstərdiyi xüsusatları təkzib etməsinə, işin hallarına uyğun ifadə verməsinə baxmayaraq, digər heç bir mötəbər sübutu olmayan istintaq orqanı nə “Sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərarında, nə də ki, digər prosessual qərarlarda təqsirləndirilən şəxslərə verilmiş ittihamı təkzib edən əsaslı dəlillərə hüquqi qiymət vermədən təqsirləndirilən şəxlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkəmə məsuliyyətinə verilməsi üçün sübutların mötəbər olması və kifayət etməsi qənaətinə əsassız olaraq gəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı 3 şəxs arasında olan hadisənin hər üç şəxsin ifadələrində baş vermiş hadisə ilə bağlı əsas halları eyni cür təsvir etməsinə, yəni zərərçəkmiş şəxsə qarşı bıçaq tətbiq edilməməsi, onun qollarının bağlanaraq zor tətbiq edilməməsi və xəsarət yetirilməməsini göstərmələrinə baxmayaraq və əks halların işin digər mötəbər dəlilləri ilə təsdiq edilmədiyinə baxmayaraq, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham verməklə faktiki olaraq mövcud olmayan sübutlara istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin həmin normasını rəhbər tutaraq cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə dair ekspertin 08 sentyabr 2020-ci il tarixli 1839 nömrəli rəyin nəticə hissəsində qeyd olunan xəsarətlərin məhz Samir Mehrəliyev və Təqsirləndirilən şəxs2 əməlləri nəticəsində yetirilməsinə tənqidi yanaşaraq qeyd edir ki, ekspert rəyinin nəticə hissəsinə əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onda sol əlin İİİ barmağının, sol iç topuq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı aşkar edilmişdir ki, həmin xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmiş, 07.09.2020-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxslərə verilmiş ittihamda isə göstərilmişdir ki, təqsirləndirilən şəxslər “Zərərçəkmiş şəxs boynuna istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə edilən bıçaq dirəməklə sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək, sol əlin İİİ barmağının, sol iç topuq nahiyəsinin sıyrıqları, sol bud nahiyəsinin orta 1/3-nin qançırı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər.” Göründüyü kimi istintaq orqanı təqsirləndirilən şəxsin konkret olaraq hansının, hansı hərəkətləri ilə, zərərçəkmiş şəxsin hansı nahiyələrinə zərbələr vurmaqla ona yuxarıda göstərilən xəsarətləri yetirməsini ittihamda təsvir etməmiş, zərərçəkmiş şəxsə yalnız bıçaq dirəməklə yuxarıda qeyd olunan xəsarətlərin yaranması qənaətinə gəlmişdir. Halbuki, məhkəmədə zərərçəkmiş şəxs göstərmişdir ki, həmin xəsarətlər gecə vaxtı çöllük ərazidə gedərkən getdiyi yolu görmədiyi üçün kollara ilişib qollarının sıyırılması, yola yaxınlaşdıqda isə yolun kənarında olan beton hasara ilişərək yıxılması nəticəsində alınmışdır. Məhkəmə qeyd edir ki, hadisənin mexanizmini, zərərçəkmiş şəxsin xəsarətlərin yaranmasını və təqsirləndirilən şəxslər tərəfindən onlara istinad edilən quldurluq cinayətinə aid hərəkətlərin törədilməsini istintaq orqanının təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda təsvir edə bilməməsi, təsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilmədiyinin daha bir təzahürüdür. Qeyd edilənlərə əsasən məhkəmə məhkəməyədək icraat zamanı toplanmış sübutları təhlil edərək hesab edir ki, Zərərçəkmiş şəxs açıq məhkəmə iclasında verdiyi ifadəsinə əsas məqamlarda uyğun olan 16 mart 2021-ci il tarixli ifadəsini və təqsirləndirilən şəxs Samir Mehrəliyevlə 09 aprel 2021-ci il tarixli üzləşməsini mötəbər sübut kimi qəbul edir, istintaqın ilkin mərhələsində verdiyi ifadəsini, ifadəsinin yerində yoxlanılmasına dair protokolu, təqsirləndirilən şəxslər Samir Mehrəliyev və Təqsirləndirilən şəxs2la üzləşdirmə protokollarını və Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə dair ekspertiza rəyini işin hallarına uyğun olmayan mötəbər sübutlar kimi qəbul etmir. (cild 1, iş vərəqləri 11-15, 16- 19, 62-65) Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, təqsirləndirilən şəxs Samir Mehrəliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, Zərərçəkmiş şəxs aldığı 50 manat pulun 25 manatını Təqsirləndirilən şəxs2 vermişdir. Məhkəmə istintaqın həmin dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, Samir Mehrəliyevin məhkəmədə verdiyi ifadəsinə əsasən o, Təqsirləndirilən şəxs2 onun pulu olmadığı üçün borc kimi öz pulundan 25 manat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samir Mehrəliyev onun çantasından 5 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq əsginaslardan ibarət cəmi 300 manat pulunu götürməklə talamışdır. Cinayət işinin materiallarında olan 08 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, X8 həmin tarixdə Abşeron RPİ-nin inzibati binasına gətirilərkən onun üzərində 300 manat məbləğində nağd pul və iki ədəd “Note 8” və “Redmi 6” markalı mobil telefonlar olmuşdur. (Cild 1, iş vərəqi 23) 09 sentyabr 2020-ci il tarixli əyanın tanınması haqqında protokolda isə qeyd olunmuşdur ki, X7 tərəfindən təqdim edilmiş 5 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq və 01 ədəd 1 manatlıq əsginas (məhkəmə bunu protokolda olan texniki səhv hesab edir və 10 manat göstərildiyini qəbul edir), ümumilikdə 300 manat pul və iki ədəd Çin istehsalı olan mobil telefon Zərərçəkmiş şəxs tərəfindən tanınmışdır. Göründüyü kimi istintaq orqanı Zərərçəkmiş şəxs götürülmüş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi əsginaslara uyğun olan və onun tərəfindən tanınaraq polis idarəsində tanınaraq qəbul edilmiş ümumilikdə 300 manat pulun və 2 ədəd mobil telefonun Samir Mehrəliyevdə olmasını göstərməklə yanaşı, həmin puldan 25 manatını Təqsirləndirilən şəxs2 verilməsini də Samir Mehrəliyevin ifadəsin qeyd olunan obyektiv dəlil kimi qəbul edərək Təqsirləndirilən şəxs2 onunla əlbir olması qənaətinə gəlmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Samir Mehrəliyevin məhkəmədə verdiyi ifadəsində göstərdiyi bəzi xüsusatlara, yəni Zərərçəkmiş şəxs maşında olan öz pulunun oğurlanmasından şübhələndiyinə görə onun 50 manat pulunu və sonradan qaytarmaq şərti ilə 2 ədəd mobil telefonunu götürməsi ilə bağlı iddialarına tənqidi yanaşaraq, bunları təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirməyə çalışdığı və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri hesab edərək, Samir Mehrəliyevin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə əhəmiyyətə malik bağlı mühüm olan halları araşdırıb, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə ona törədilməsi istinad edilən əməllər Cinayət Məcəlləsinin 180.1ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə müəyyən edilmiş cinayət tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, sözü gedən Plenum Qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Plenum Qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X13rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X23 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X22rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.2-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxs X3 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət tərkibinin olmaması əsası ilə ona bəraət verilməsini də əsaslı və qanuni hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Samir Mehrəliyevə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin və müvafiq sənədlərin surətindən görünür ki, X7 12 yanvar 2015-ci ildə X9 ilə nikaha girmiş, onun himayəsində 2015-ci il təvəllüdlü X11 və 2018-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. Bundan başqa, iş materiallarında olan müvafiq qəbzlərdən və Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Samir Mehrəliyev və Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur, o, barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə Samir Mehrəliyevin himayəsində 2 azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə prosessual qanunvericiliyin həmin normasını rəhbər tutaraq hesab edir ki, Samir Mehrəliyevin evli olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi də onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Samir Mehrəliyevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron rayon məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılması qətimkan tədbirinin müddəti 08 aprel 2021-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılması müddəti uzadılmadığından 08 aprel 2021-ci il tarxidə ibtidai istintaq orqanının qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmə icraatı zamanı da qüvvədə saxlanılmışdır. (Cild 1, iş vərəqləri 105-107, 124-128, 197-200, 260) Təqsirləndirilən şəxs2 baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı X7 08 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 03 dekabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Samir Mehrəliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 03 dekabr 2020-ci il tarixli qərarı ləğv edilərək təqsirləndirilən şəxs Samir Mehrəliyevin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarı ilə psixiatriya xəsatəxanasında müalicə olunan təqsirləndirilən şəxs Samir Mehrəliyevin həbsdə saxlanılma müddəti 08 aprel 2021-ci il tarixədək uzadılmışdır. Abşeron rayon məhkəməsinin 10 aprel 2021-ci il tarixli qərarı ilə, əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmaqla təqsirləndirilən şəxs Samir Mehrəliyevin həbsdə saxlanılma müddəti 3 ay müddətinə uzadılmış və həmin məhkəmənin 06 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 14 iyul 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təsirləndirilən şəxs Samir Mehrəliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 40, 102-103, 168-173, 192-196, 206-208, 264-269, 302-306) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.2.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həbsdə saxlanılma müddətinə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs Samir Mehrəliyev barəsində seçilmiş həbs və ev dustaqlığı növündə qətimkan tədbirinin əvvəli 08 sentyabr 2020-ci il tarixədən hesablandlağından, həmin qətimkan tədbirlərinin fasizləsiz davam edərək xitam edilmədiyindən və müddətlərinin uzadıldığından, eləcə də həbs və ev dustaqlığı qətimkan tədbirlərinin faktiki icra edilib-edilməməsi ilə bağlı bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, Samir Mehrəliyevin fasiləsiz həbsdə və ev dustaqlığında saxlanılma müddətinin əvvəli 08 sentyabr 2020-ci il tarixdə hesablanmalıdır. Məhkəmə tərəfindən Samir Mehrəliyevə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın onun həbsdə və ev dustaqlığında saxlanılma müddətindən artıq olmadığını qeyd edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı və qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldığından Cinayət-Prosessual Məcəlləsinin 357.0 və 357.0.5-ci maddələrinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilməli və cəzasını çəkib qurtardığı üçün barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, Konvensiyanın 5-ci maddəsinin 1 (b) yarımbəndinin birinci hissəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, tutulmuş və ya həbs olunmuş şəxsin məhkəmə qərarını yerinə yetirmək imkanı olduğu halda yerinə yetirmədiyi ehtimalına əsaslanır. Fərdlər heç vaxt haqqında məlumatlandırılmadıqları məhkəmə qərarına riayət etmədiklərinə görə məsuliyyət daşıya bilməzlər. (Beyere Latviyaya qarşı, §§ 49-50) Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən qeyd edir ki, iş üzrə ümumilikdə 300 manat pulun və 02 ədəd mobil telefonun maddi sübut kimi götürülərək saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi göstərilsədə, həmin pul əsginasları və mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmamışlar. Odur ki, məhkəmə hazırki iş üzrə maddi sübutun olmadığını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən materialların məhkəmə ekspertizasının aparılması ilə bağlı təqsirləndirilən şəxs X2 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, Təqsirləndirilən şəxs2 bəraət verildiyindən məhkəmə xərcləri ona aid edilməməlidir. (Cild 1, iş vərəqə 55, 62). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 08 sentyabr 2020-ci il tarixdən 29 mart 2022-ci il tarixədək qətimkan tədbiri qaydasında həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən o, cəzasını çəkmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dərhal ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.