Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-28/2023 05.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə, 1) xx xxx 1988-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1-ci qrup əlil, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 1) xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, ünvan 2 ünvanda faktiki yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 X5 X9 Respublikasının vətəndaşı «Sadiq» adlı şəxsin hesabına ödəmə terminalı vasitəsi ilə 600 manat məbləğində pul köçürdükdən sonra, sonuncunun Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Dərnəgül yolunun sağ kənarında yerləşən «Eurohome» ticarət bazarının yaxınlığında lövhənin altına qoyduğu bir ədəd bükümdə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı İ) daxil olan ümumi təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 iyun 2021-ci il tarixdə saat 22-23 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 2107» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Abşeron RPİ-nin X7 gətirilmiş və həmin gün saat 12:30 radələrində üzərində şəxsi axtarış aparılarkən onun əynindəki boz rəngli şalvarının altında sağ ayağın protezinin içərisində qanunsuz olaraq satış məqsədi ilə saxladığı bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş külli miqdarda 24,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlub cinayət əlaqəsinə girərək olan bir qrup şəxs halında satış məqsədi ilə 600 manat pul müqabilində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Dərnəgül yolunun yolunun sağ kənarında yerləşən «Eurohome» ticarət bazarının yaxınlığında X5 X9 Respublikasının vətəndaşı «Sadiq» adlı şəxsin həmin əraziyə satış məqsədi ilə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə etmiş, narkotik vasitə külli miqdarda heroinin 10 qramını və 0,770 qram olan psixotrop maddə metamfetamini aralarında olan razılığa əsasən tanışı Təqsirləndirilən şəxs2 sonuncunun ona verdiyi 100 manat pulun müqabilində verməyi öz öhdəsinə götürmüş, bu məqsədlə Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 2107» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini sonuncuya vermiş, narkotik vasitə heroini isə əynindəki boz rəngli şalvarının altında sağ ayağın protezinin içərisində saxlayaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «VAZ 2107» markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə X7 gətirilmiş, polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki boz rəngli şalvarının altında sağ ayağın protezinin içərisində qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi bir ədəd şəffaf rəngli sellofan paketinə bükülmüş külli miqdarda 24,130 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə 600 manat pul müqabilində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Dərnəgül yolunun yolunun sağ kənarında yerləşən «Eurohome» Ticarət Bazarının Yaxınlığında X5 X9 Respublikasının vətəndaşı «Sadiq» adlı şəxsdən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil olan bir ədəd bükümdə ümumi təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə etmiş, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə külli miqdarda heroinin 10 qramını və 0,770 qram olan psixotrop maddə metamfetamini aralarında olan razılığa əsasən sonuncuya ödədiyi 100 manat pulun müqabilində verməyi öz öhdəsinə götürmüş, bu məqsədlə onun idarə etdiyi «VAZ 2107» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini sonuncuya vermiş, o, qanunsuz olaraq satış məqsədi ilə əldə edəcəyi külli miqdarda 10 qram narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən təmiz çəkisi 0,770 qram olan psixotrop maddə metamfetamini qəbul edib özünə məxsus avtomobilin sol tərəfdən ayaqaltısının altında «Kent 8» markalı siqaret qutusunun içərisində saxlayaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış, xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlanılaraq X7 gətirilmiş, polis bölməsində «VAZ 2107» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilərkən sürücü tərəfdən ayaqaltının altında qanunsuz olaraq satış məqsədi olmadan bir ədəd «Kent 8» markalı siqaret qutusunda saxladığı bir ədəd şəffaf sellofan bükülüdə 0,770 qram ağ rəngli kristallik formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Tutulmamışdan 2 ay əvvəl internet vasitəsi ilə tanımadığı İran vətəndaşı ilə tanış olmuşdur. 28 iyun 2021-ci il tarixdə ittihamda göstərilən 24 qram çəkidə narkotik vasitə heroini özü tək gedib Bakı şəhəri Nərimanov rayonu Dərnəgül şosesi ərazisindən götürmüşdür. Bundan əvvəl isə “Whatsapp” proqramı vasitəsi ilə tanımadığı iranlı şəxslə əlaqəyə girmiş və onun əvvəlcədən ona göndərdiyi kartına Nərimanov rayonu ərazisində “Milliön” terminalı vasitəsi ilə 600 manat pulu ödəmişdir. İranlı isə narkotiki Dərnəgüldə plakatın altına qoymuşdur. Həmin narkotiki tək götürmüş, Təqsirləndirilən şəxs2 onunla birlikdə olmamış və onun maşını ilə gedib Dərnəgüldən narkotik götürməmişdir. Təqsirləndirilən şəxs2 ona narkotik üçün 100 manat pul verməmişdir. Seymurun maşınında olarkən polislər onları bir yerdə 28 iyun 2021-ci il tarixdə gecə saatlarında Seymurun maşınında tutmuşlar. Həmin vaxt Seymur folqada heroin çəkmişdir. Seymurun özündə metamfetamin olmamışdır. Sonra Seymurla onu X7 aparmışlar. Orada gecə qalmışlar və sabahısı günü müdafiəçi gəlmiş və üzərilərində şəxsi axtarış aparılmışdır. Narkotik vasitəni ayağında olan protezin içərisində saxlamışdır. Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə əldə etmək üçün Nərimanov ərazisinə gedib oradan kiməsə pul köçürməmişdir. Bunu tək etmişdir. Həmin vaxt istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, bir ilə yaxın müddətdir ki, 28 iyun 2021-ci ildə, yəni saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 yaşadığı binanın həyətində olmuşdur. O, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesinə Habil ilə getməmiş, ona narkotik əldə etməsi üçün pul verməmişdir. Bu zaman Habilin ona bir dəfə istifadə üçün verdiyi heroini folqaya doldurub öz avtomaşınında çəkmişdir. Həmin vaxt post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq onları X7 aparmışlar. Gecə polis bölməsində saxlanılmışdır. Sabahısı günü günorta saatlarında Müdafiəçi2 gəlmiş və onun iştirakı ilə üzərinə və tutularkən idarə etdiyi VAZ 2107 markalı **-XP-*** nömrəli avtomaşına videoçəkilişlə baxış keçirilmişdir. Bu zaman onun üzərində və maşınında hər hansı bir narkotik vasitə və psixotrop maddə olmadığından ona 2-ci dəfə videoçəkiliş edilməsi təklif olunmuş, lakin nə özü, nədə ki, vəkili Müdafiəçi2 buna razılıq verməmişdir. Daha sonra, polislər ona təzyiq göstərmiş və vəkil Müdafiəçi2 imtina etməsini tələb etmişlər. Bununla bağlı vəkil Müdafiəçi2 102 xidmətinə də şikayət etmişdir. Sonra polislər vəkil Müdafiəçi2 kənarlaşdırmaq üçün kiməsə zəng vurub məsləhət etmişlər və belə qərara gəlmişlər ki, müqavilə əsasında vəkil dəvət etsinlər. Həmin müqavilə əsasında dəvət edilmiş vəkil Şahid5 olmuşdur. Şahid5 axşam saatlarında bölməyə gəlmişdir. Polislər onu döymüşlər və təzyiq edərək məcbur etmişlər ki, vəkil Müdafiəçi2 imtina ilə bağlı ərizəni imzalasın. O, vəkil Şahid5 tanımamış, onu nə özü, nədə ki, qohumları dəvət etməmiş, ona hər hansı bir məbləğdə pul ödəməmişdir. Vəkil Şahid5 100 manat pulu polislər vermişdir. Şahid5 onda narkotik olmadığını deyib boynuna qoyulmasını desə də, sonuncu narahat olmamağı və yaxşı olacağını demişdir. Həmin vaxt onun üzərində və maşınında psixotrop maddə metamfetamin olmamış, həmin “Kent 8” siqaret qutusunun içərisindən aşkar edilən “şüşə” deyilən metamfetamini X6 onun maşınına polislər qoymuşlar və ondan tələb etmişlər ki, videoçəkilişdə həmin metamfetaminin özünə məxsus olmasını desin. Əslində ilkin olaraq ona deyilmişdir ki, metamfetaminin əvəzində kiçik həcmdə heroin boynuna alsın, lakin sonra polislərin yadına düşmüşdür ki, üzərində heroin olan Təqsirləndirilən şəxs1 sənədləşməsi artıq bitmişdir və onda olan heroin tam olaraq götürülmüşdür. Buna görə polislər onun maşınına metamfetamin qoymuşdur. Həmin vaxt istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs2 barəsində hər hansı bir məlumat olmamışdır. Məlumat əsasında 29 iyun 2021-ci il tarixdə polis əməkdaşları Şahid3 və Şahid1la birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun “VAZ 2107” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb Qobu PB-nə aparmışlar. Qobu PB-də hər iki saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 sağ ayağında olan protezin içərisindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində götürdüyün bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs2 razılığı ilə onun idarə etdiyi “VAZ 2107” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, bu zaman avtomobildən «Kent 8» markalı siqaret qutusunun içərisində bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Abşeron RPİ-nin Qobu PB-nin rəis müavini Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu Qobu qəsəbəsi ərazisində satışı ilə məşğul olması barədə Qobu PB-nə əməliyyat məlumatı daxil olduqdan sonra, xx.xx.2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul olunmuş və Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 29 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 özlərini şübhəli apardıqları üçün hərəkətdə olduqları “VAZ 2107” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Qobu PBnə dəvət edilmiş, Qobu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulduqdan sonra Təqsirləndirilən şəxs1 həmin vaxtı əynində olan tünd boz rəngli cins şalvarını çıxararaq sağ ayağında olan protezin içərisində saxladığı bir ədəd şəffaf rəngli selofon parçasına bükülmüş bir ədəd bükümdə olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütləni almaq üçün tanışı Seymurla birlikdə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə getdiklərini və oradan tanımadığı şəxsdən 600 manata aldıqlarını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılmışdır. Bundan sonra, Qobu PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərində şəxsi videoçəkilişlə şəxsi axtarış aparılmış və bu zaman onunun üzərində narkitik vasitə və ya digər qadağan edilmiş əşya aşkar olunmamış, Daha sonra ,Təqsirləndirilən şəxs2 maşınında narkotik saxlamasınıl deməsindən sonra onun razılığı əsasında istifadəsində olan “Vaz 2107” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, bu zaman sürücü tərəfdən ayaqaltının altında bir ədəd «Kent 8» markalı siqaret qutusunda bir ədəd şəffaf selofon bükülüdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 137-139) Məhkəmədə şahid qismində dindirilmiş və təqsirləndirilən şəxslərin saxlanılması ilə bağlı hadisələri xatırlamadığını deyən Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmişdir Abşeron rayon Vəkil Bürosunun vəkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə X6 görmüşdür. Seymurun özü və ya yaxın dostu tərəfindən ona zəng olunaraq köməklik edilməsi xahiş olunmuş, bundan sonra isə o, müqavilə götürüb həmin polis bölməsinə getmişdir. X6 Seymurla görüşmüş, sonuncu ona köməklik edilməsini xahiş etmiş, lakin həmin vaxt müqavilə bağlamaq imkanın olmadığını, onun əvəzinə ödəniş etməyi və sonra pulu qaytaracağını demişdir. Seymurla razılaşmış və buna görə Seymur ilə yerində 100 manat ödəməyini göstərilən müqavilə bağlamış və pulunun Seymur tərəfindən sonradan ödəniləcəyinə razı olmumuşdur. Sonra işlədiyi Abşeron rayon Vəkil Bürosuna qayıtmış və order götürməklə geri qayıtmışdır. Bu müddət təxminə 2 saat çəkmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs2la istintaq hərəkətləri aparılmış, o cümlədən avtomaşınına baxış keçirilmişdir. Həmin vaxt özünün istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs2 buraxıldıqdan sonra onun ofisinə gələrək 100 manat pul vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/2644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 ...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 24,130 qram olan qəhvəyi rəngli maddə kustar üsulla narkotik vasitə heroindir. (Cild 2, iş vərəqləri 66-70) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə gələn “sms” mətnlərinin təhlil edilməsinə dair protokoldan görünür ki, “Azerfon” mobil rabitə operatorundan götürülmüş diskdə aşağıdakı mətnli “sms”-lər vardır: **********58 mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********59 mobil nömrəyə xx-xx-2021 03:35:39 dəqiqədə mesaj daxil olmuş və həmin mesajda «Qardasm oyaqsansa gelim tez qayidimda 1dene butov lazimdi», «Qaqa evdesen ? Menem mehemmed mene xeber ele gelimde tez masinan butov lazimdi», xx.xx.2021-ci il tarixdə saat 12:06:05 radələrində **********15 saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********59 saylı GSM mobil nömrəyə mesaj daxil olmuş və həmin mesajda «Qaqa o 2 dene butovu ayri ayri 08 08 ele qalan 2leri bir kagiza qoyda bawina donum yolda men ayira bilmeyecem cunki qardawinin eziyyetini cekde sen cani», xx.xx.2021-ci il tarixdə saat 22:08:30 radələrində **********03 saylı GSM mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş **********59 saylı GSM mobil nömrəyə mesaj daxil olmuş və həmin mesajda «2 yari qoya bilrsen 35 manat verimde vezyet pisdi» və bu kimi digər “sms”lər. (Cild 2, iş vərəqləri 80- 81) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, həmin maddələrin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının topladığı və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi ayrı-ayrı sübutların mötəbərliyinə və mümkünlüyünə bütövlükdə elə bir şübhələr vardır ki, məhkəmə ittiham tərəfinin həmin sübutları əsasında Təqsirləndirilən şəxs2 təqsirli bilinməsi və cəzalandırılmasını mümkünsüz hesab etmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 əməlinin tövsif edilməsinin zəruri olması nəticəsinə gəlmişdir. Belə ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 təqsirini təsdiq edən əsas sübut kimi məhkəməyə təqdim etdiyi sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyun 2021-ci il tarixli protokol olmuşdur. Protokola əsasən bu istintaq hərəkətinin aparılması saat 16:10-da başlanılmış və saat 16:30-da başa çatdırılmışdır. Protokol Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən tərtib olunmaqla bu istintaq hərəkətinin aparılmasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 başqa müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Şahid5, eləcə də polis əməkdaşları Qobu PB-nin rəis müavini Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirak etmişlər. Həmin istintaq hərəkəti videoçəkilişlə keçirilmiş və protokola əlavə edilmiş bir ədəd “CD” formatlı diskdə olan videogörüntülərə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, əməliyyat müvəkkili Şahid2 istintaq hərəkətində iştirak etməmiş, onun əvəzinə sahə rəisi Şahin Vəliyev iştirak etmişdir. Videogrüntülərə əsasən saxlanılan şəxs Təqsirləndirilən şəxs1 sağ ayağında olan protezin içərisindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş, heroinə bənzər kütləni təqdim edərək həmin narkotik vasitə heroini 600 manata tanımadığı iranlıdan sifariş etdiyini və 28 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən götürdüyünü demişdir. (Cild 1, iş vərəqləri 29-31) Göründüyü kimi Təqsirləndirilən şəxs1 tutulduğu zaman narkotik vasitəni özünün əldə etdiyini deməklə Təqsirləndirilən şəxs2la əlbir olmasını və birlikdə narkotik vasitə götürmələrini ümumiyyətlə deməmişdir. Videoşəkilişin 09:04 və 12:28 dəqiqələrində Qobu PB-nin rəis müavini Şahid1 və müdafiəçi Toğrul Vəliyevin qollarında olan saatlardan açıq aydın görünür ki, hər iki qol saatlarının əqrəbləri müvafiq olaraq saat 12:37 və 12:40 olduğunu göstərmişdir. Başqa sözlə protokolun real keçirildiyi vaxt ilə tərtib edildiyi vaxt arasında 4 saatadək fərq olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılması da saat 16:10-da başlanılmış və saat 17:40-da başa çatdırılmışdır. Yəni təhqiqatçının tərtib etdiyi protokola əsasən o, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 üzərilərində apardığı şəxsi axtarışı 29 iyun 2021-ci il tarixdə saat 16:10-da başlamışdır. Həmin protokol da Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən tərtib olunmaqla bu istintaq hərəkətinin aparılmasında şübhəli şəxs Təqsirləndirilən şəxs2 başqa müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Şahid5, eləcə də polis əməkdaşları Qobu PB-nin rəis müavini Şahid1, əməliyyat müvəkkilləri Şahid3 və sahə rəisi Şahin Vəliyev iştirak etmişlər. Eyni şəxslərin iştirakı ilə tərtib edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bu istintaq hərəkətinin aparılmasına 29 iyun 2021-ci il tarixdə saat 16:52-də başlanılmış və saat 17:40-da başa çatdırılmışdır. (Cild 1, iş vərəqləri 55-58) Təqsirləndirilən şəxs2 şəxsi axtarışı və avtomaşınına baxış keçirilməsi haqqında istintaq hərəkətləri də videoçəkilişlə aparılmış və hər iki istintaq hərəkətinin aparılmasına dair videogörüntülər iş materiallarında olan “CD” formatlı diskə yazılmışdır. Həmin videogörüntülərə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zaman narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmçinin onun şəxsi axtarışı zamanı üzərində mobil telefon, pul və ya digər əşyalar olmamış və ən əsası idarə etdiyi avtomaşının açarları da onun üzərində olmamışdır. Bu hal bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı polis bölməsinə gətirilərkən dərhal aparılmamış və videoçəkilişin təkrarən aparılmasının inandırıcı olmasına işarə etmişdir. Daha sonra, istintaq hərəkətinin iştirakçıları onun avtomaşınına baxış keçirilməsi üçün polis bölməsinin inzibati binasından çıxaraq həyətə düşdükdə Təqsirləndirilən şəxs2 avtomaşının açarları bölmə rəisinin müavini Şahid1 olmaqla avtomaşının qapıları məhz onun tərəfindən açılır. Sürücü oturacağının altında “Kent 8” siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni aşkar edən Şahid1 həmin kütləni qablaşdırarkən videogörüntülərin 09:14 və 10:11 dəqiqələrində onun qolundan olan saatın aydın şəkildə əqrəblərindən görünür ki, müvafiq olaraq axşam saat 20:08 və 20:09 olmuşdur. Eyni zamanda videoçəkilişin 12:24 dəqiqəsində olan görüntüyə əsasən vəkil Şahid5 qolunda olan saat da 20:11 dəqiqəni göstərmişdir. Bundan başqa, polis bölməsinin həyətində işıqların yanmasından və günəşin batmasından da axşam saatlarının olması açıq-aşkar müşahidə olunur. Göründüyü kimi istintaq hərəkətlərinin keçirilməsinə başlanılması protokollarda saat 16:10 və 16:52 dəqiqələr göstərilsə də, polis bölməsinin rəis müavini Şahid1 və müdafiəçi Şahid5 qollarında olan saatlardan, eləcə də havanın qaranlaşmasından görünür ki, istintaq hərəkətinin real keçirildiyi vaxt saat 20:00 olmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri xüsusatlara, yəni onların 29 iyun 2021-ci il tarixdə gecə saatlarında polis nəfərləri tərəfindən tutularaq bölməyə gətirilmələri və səhərədək X6 saxlanılmalarını ittiham tərəfi mübahisələndirməyə çalışsa belə, məhkəmə istintaqı zamanı kifayət qədər sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparılmasına 29 iyun 2021-ci il tarixdə saat 12:30-da başlanılmış, Təqsirləndirilən şəxs2 avtomaşınına baxış keçirilməsi isə saat 20:00-da aparılmışdır. Təqsirləndirilən şəxs2 saxlanılmasından ən azı 8 saat sonra onun avtomaşınına baxış keçirilməsi, bu müddət ərzində onun tamamilə polisin nəzarəti altında olması, xüsusən də onun avtomaşının açarlarının da özündə deyil polis əməkdaşlarında olması, psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs2 avtomaşınına digər şəxslər tərəfindən qoyula bilməsinə məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalıdır. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Qeyd edilən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Avropa Məhkəməsi hesab etmişdir ki, həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübut əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq, məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). Bundan əlavə, məhkəmədə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına dəvət edilmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə onun üzərində axtarış aparılmış və baxış keçirilmiş və bu zaman hər hansı bir qanunla qadağan olunmuş əşya, o, cümlədən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Buna görə polis əməkdaşları ona təzyiq edərək özləri digər müdafiəçi, həmin vəkil bürosunun vəkili Şahid5 dəvət etmişlər və ona 100 manat pul verməklə müqavilə bağlatmışlar. Halbuki Şahid5 nə onun özü, nədə ki, qohumları vəkil kimi dəvət etməmişlər. İş materiallarında olan 000490 №li orderdən görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 dəvət edilmişdir. (Cild 1, iş vərəqi 41) Lakin bundan sonra, heç bir səbəb göstərilmədən müdafiəçinin təqdim olunması haqqında protokolda Təqsirləndirilən şəxs2 Müdafiəçi2 etiraz etməsi qələmlə yazılaraq göstərilmiş, lakin müdafiəçidən imtina vəkilin iştirakı ilə aparılmamışdır. Həmçinin bu haqda Təqsirləndirilən şəxs2 ərizə də alınmışdır. Ardınca vəkil Şahid5 müqavilə əsasında order təqdim etməklə işə qoşulmuşdur. (Cild 1, iş vərəqləri 42-44) Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Vəkil Şahid5 məhkəmədə şahid qismində dindirilərkən təqdim etdiyi müqavilənin surətindən görünür ki, həmin müqavilə formal olaraq tərtib olunmuş, tutularkən üzərində pul olmayan Təqsirləndirilən şəxs2 100 manat ödəniş etməsi müqavilədə göstərilsə də, vəkil Şahid5 ifadəsinə əsasən həmin pulu o, özü ödəmiş ki, sonradan əvəllər tanımadığı və heç bir münasibəti olmayan Təqsirləndirilən şəxs2 vəkilin onun əvəzinə ödədiyi 100 manat pulu ona geri qaytarılsın. Müdafiə tərəfi isə çıxışında bildirmişdir ki, vəkil Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 həm üzərinə, həm də avtomaşınına günorta saatlarında videoçəkilişlə baxış keçirilmiş, hər iki halda narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhz buna görə vəkil Müdafiəçi2 iştirakı ilə tərtib olunmuş protokollar iş materiallarında mövcud olmamış və polis əməkdaşları yenidən istintaq hərəkətlərini aparmaq üçün vəkil Şahid5 dəvət etmişlər. Göründüyü kimi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 müdafiə hüquqları da kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Həmçinin ölkəmizin ratifikasiya etdiyi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Konvensiyanının həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. (Salduz Türkiyəyə qarşı §51). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı § 47; Popov Rusiyaya qarşı § 177). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Vəkil Şahid5 onun Təqsirləndirilən şəxs2 tərəfindən dəvət edilməsinin həqiqət olmaması və istintaq hərəkətinin protokolda göstərilənlərdən fərgli vaxtda keçirilməsi həmçinin mobil rabitə operatorlarından götürülmüş məlumatlarla da təsdiq olunur. Belə ki, həm təqsirləndirilən şəxslərin, həm də vəkillərin istifadələrində olmuş mobil telefon nömrələrinə aid məlumatlar müvafiq mobil rabitə operatorlarından götürülüb, məhkəmədə ətraflı təhlil edilərkən müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***- **-** nömrəsinə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsindən 29 iyun 2021-ci il tarixdə ümumiyyətlə zəng olunmamışdır. Bundan başqa, mobil telefonlara aid antena məlumatların, eləcə də “Google maps”, “Google earth” və “Waze” internet proqramlarında olan xəritə məlumatların təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə 29 iyun 2021-ci il tarixdə saat 10:34-dən etibarən Abşeron RPİ-nin Qobu PB-nin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində olmuşdur. (LBBK5163O5/LBBK5163 Ruzi market_Qobu way, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Araz (Ruzi) market yani/Biagadi) Vəkil Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsinə aid antena məlumatlarından görünür ki, protokolda olan vaxtda, yəni xx.xx.2021-ci il tarix saat 16:10-da Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən və avtomaşınına baxış keririlərkən Şahid5 “Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 9/1” ünvanını göstərən antenin əhatə dairəsində olmuşdur. Abşeron RPİ-nin Qobu PB-nin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Ruzi market_Qobu way, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Araz (Ruzi) market yani/Biagadi” antenin əhatəsində isə vəkil Şahid5 xx.xx.2021-ci il tarixdə saat 19:54-də olmuşdur. Vəkil Müdafiəçi2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə aid antena məlumatlarından görünür ki, o, Abşeron RPİ-nin Qobu PB-nin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Ruzi market_Qobu way, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Araz (Ruzi) market yani/Biagadi” antenin əhatəsində xx.xx.2021-ci il tarixdə saat 11:29-da olmuşdur. Bu da həm Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlara, həm də vəkil Müdafiəçi2 məhkəmədəki çıxışlarında qeyd etdiyi hallara, yəni günorta saatlarında artıq Qobu PB-də saxlanılan Seymnur Nəzərovun müdafiəsini həyata keçirmək üçün Müdafiəçi2 həmin polis bölməsinə gəlməsinin təsdiqidir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə aid antena məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda narkotik vasitəni götürdüyü əraziyə uyğun antenin əhatəsində olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 22:54-də onun “Magistral ekspres/Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə” antenin əhatə dairəsində olması müəyyən edilmişdir. Daha sonra, mövcud antena məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarix saat 00:30-dan etibarən Abşeron RPİ-nin Qobu PB-nin yerləşdiyi əraziyə uyğun mobil rabitə anteninin əhatə dairəsində, yəni “Ruzi market_Qobu way, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Araz (Ruzi) market yani/Biagadi” antenin əhatəsində olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Abşeron RPİ-nin Qobu PB-nin rəis müavini Şahid1 tərəfindən, həmin polis bölməsinin rəisinin adına yazdığı raportdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 iyun 2021-ci il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində həmin ərazidə xidmət edən X8 Alayının 12-ci PB-nin 9689 çağırışlı polis nəfərləri tərəfindən saxlanılmışlar. Göründüyü kimi ittihamda göstərildiyi kimi, əməliyyat axtarış tədbirləri nəticəsində deyil, ərazidə patrul aparan polis nəfərləri tərəfindən saxlanılmışlar. (Cild 1, iş vərəqi 42) Bu dəlil bir daha təqsirləndirilən şəxslərin ifadəsində göstərdiyi xüsusatların, yəni onları şahid qismində dindirilmiş polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində deyil, maşında narkotik vasitə istifadə edərkən təsadüfən ərazidə xidmət aparan polis nəfərləri tərəfindən saxlanılaraq X7 gətirilməsinin həqiqət olmasını təsdiq edir. Halbuki, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə ki, verdiyi ifadələrində polis əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı təqsirləndirilən şəxslərin saxlanıldığını göstərmişlər. Bu və yuxarıda təsvir olunan digər dəlillərə əsasən məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrin mötəbərliyinə əsaslı şübhələr olduğundan onlar hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalı, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Polis əməkdaşlarının şahid qismində verdikləri bu kimi ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Mübahisəsizdir ki, adları çəkilən polis əməkdaşları məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan narkotiklərlə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr təqsirləndirilən şəxsə vеrilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bundan əlavə, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün də, istintaq hərəkətləri barəsində onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradova Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Bundan əlavə istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ilkin izahatından narkotik vasitə heroini özünün əldə etdiyini və Təqsirləndirilən şəxs2la pul toplayaraq birgə narkotik vasitə əldə etmədiyini göstərsə də, istintaqın sonrakı mərhələsində verdiyi ifadələrdə, o cümlədən ifadəsinin yerində yoxlanılması protokolunda həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 maşını ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yoluna gedib əldə etdiklərini qeyd etmişdir. Lakin məhkəmədə göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı bu ifadələri o, polis təzyiqi altında vermişdir. İş materiallarında olan mobil rabitə antena məlumatlarına əsasən də Təqsirləndirilən şəxs2 28 və 29 iyun 2021-ci il tarixdə ümumiyyətlə Bakı şəhərində qeyd edilən ərazidə olmaması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 da ilkin ifadələrində maşınında şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin olmasını göstərsə də, məhkəmədə bu ifadələrin polis təzyiqi altında və aldatma nəticəsində verdiyi göstərmişdir. Belə ki, polislər tərəfindən ona yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı və həbs olunmayacağı deyilmişdir. İş materiallarından da göründüyü kimi bütün istintaq boyu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət təqibi aparılan Təqsirləndirilən şəxs2, sonradan buna kifayət qədər əsas olmadan yalnız Təqsirləndirilən şəxs1 əlavə dindirilməsindən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələrin, aldatma, təzyiq və təsir altında verilə bilməsinə, bununla da onların mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələr olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələr hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 da ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 qarşı verdiyi ifadələr, bu ifadələr əsasında tərtib olunmuş protokollar, o cümlədən üzləşdirmə protokolları da mütəbərliyinə əsaslı şübhələr olan dəlillər olduğundan, onlar hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Həmçinin məhkəmə belə qərara gəlir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs2 qarşı əsas sübut kimi təqdim etməyə çalışdığı dəlillər yəni üzərində şəxsi axtarış aparılması və avtomaşına baxış keçirilməsinə dair protokollar təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması və həqiqətə uyğun olmayan şəraitdə keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən mötəbərliyinə, buna görə də mümkünlüyünə əsaslı şübhələr olan, nəticədə hüquqi qüvvəsi olmayan sübutlar hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış keçirilməsi protokolu da istintaq hərəkətinin keçirilməsi vaxtı baxımında həqiqətə uyğun olmayan şəraitdə tərtib edilsə də, məhkəmə bütövlükdə bu sübutu hüquqi qüvvəsi olmayan sübut kimi qiymətləndirməsini düzgün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs1 onun üzərində şəxsi axtarış keçirilən zaman göstərilən çəkidə narkotik vasitə heroin olmasını təsdiq etməklə ümumən həmin istintaq hərəkəti ilə müəyyən edilmiş halları qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə bu qərarı qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.5-ci maddəsinin tələblərini rəhbər tutumuşdur. Belə ki, həmin maddəyə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur. Bundan başqa, məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz əməliyyat tədbirləri zamanı tutulmalarını və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1la birgə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını iddia etəsə də, Təqsirləndirilən şəxs2 tutulduqdan dərhal sonra onun evində daha çox həcmdə narkotik vasitə və psixotrop maddənin olması ehtimalını isti izlərlə yoxlamamış, narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin icra edilməsini sonra da təmin etməmişdir. Bu hallar bir daha məhkəmənin ehtimallarını təsdiq edir ki, polis əməkdaşlarının bütövlükdə məqsədi yalnız Təqsirləndirilən şəxs2 tutulmasına yönəlmişdir. Qeyd edilən məsələ ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə Qərarının 92-ci bəndində qeyd etmişdir ki, məhkəmə ərizəçilərə münasibətdə İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarınm istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Məhkəmə həmçinin qeyd edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs2 avtomaşınından götürülməsini iddia etdiyi psixotrop maddə metamfetaminlə bağlı iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2021-ci il tarixli, 6/2645 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,770 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 71-76) Məhkəmə vurğulayır ki, bu rəy Təqsirləndirilən şəxs2 aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin olunmuş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli 3387 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 1-2) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi ona qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bununla bağlı “Sakit Zahidov Azərbaycana qarşı” işdə də Avropa Məhkəməsi müəyyən etmişdir ki, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (bax, Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Bundan başqa, iş üzrə təyin olunmuş və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2021-ci il tarixli 2677 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları»nın İİ hissəsinin 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 İ qrup əlildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməməli, o, yalnız ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə yekun qərar, Təqsirləndirilən şəxs1 barəsində - ittiham hökmü, Təqsirləndirilən şəxs2 barəsində isə bəraət hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının 28-ci bəndinə qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təmiz çəkisi 24,130 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması onun məhkəmədə verdiyi etiraf edici ifadəsi, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol, mobil rabitə məlumatları, o cümlədən antena və “sms” məlumatları, ekspert rəyi və digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 24,130 qram narkotik vasitə heroin, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 160,86 dəfə, külli miqdardan isə təxminən 12 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ona verilmiş ittihamdan xaric edilməklə Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 136) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və digər sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşağı olmaqla o, 1-ci qrup əlildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olması və Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən 1-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 116-119) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən onun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmə, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 bəraət verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi dəlilləri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, ona qarşı elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini əsaslı və qanuni hesab edir. Təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, tutulduğu müddət, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak ilə bağlı məsələlərin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra o, həbsdən azad edilməlidir. Cinayət işinin materillarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi 24,030 qram olan narkotik vasitə heroin, 0,670 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 24,030 qram narkotik vasitə heroin məhv edilməli, maddi sübut kimi tanınmış iş materiallarında olan 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında salxanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 0,670 qram olan psixotrop maddə metamfetamin həmin psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış ********* №-li cinayət işində maddi sübut kimi saxlanılmalı və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət verildiyindən ondan götürülməsi iddia edilən psixotrop maddə ilə bağlı məhkəmə ekspertizasının aparılmasına dair xərclər Təqsirləndirilən şəxs2 aid edilməməli, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri onlara aid edilməsin. Təqsirləndirilən şəxs1 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 24,030 qram narkotik vasitə heroin məhv edilsin, maddi sübut kimi tanınmış iş materiallarında olan 02 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında salxanılsın. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 0,670 qram psixotrop maddə metamfetamin həmin psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış ********* №-li cinayət işində maddi sübut kimi saxlanılsın və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-28/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-28/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver