Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-280/2024 13.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxsin hüquqi varisi - X8, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Xızı rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Kənan Əlizadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və iş üzrə tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xızı rayon prokuroru təsdiq edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlmiş, saat 17 radələrində şəhid qardaşı Saleh Qurbanovun arvadı Zərərçəkmiş şəxs həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində atası Şahid2 məxsus mənzilə gəlməsini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlmiş, orada şəhid qardaşı Saleh Qurbanovun şəxsi əşyalarının saxlanıldığı otaqda Ləmanla təklikdə söhbət edərkən, Ləmanın öz ata evinə gedəcəyini, hazırki evdə yaşamaq istəməməsi və.s sözlərindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək məqsədilə axırıncı dəfə sağollaşmaq adı ilə ayaqüstə qalxmasını bildirmiş, Ləman oturduğu divandan qalxdıqda, sol əli ilə onun boğazınnı qarşı hissəsindən tutub sıxmış, boğmağa gücü çatmadığından qolunun dirsək hissəsini onun boğazına keçirib sıxmış, üz hissəsini divanda olan balışa dayamaqla boyun nahiyəsinin sağ yan və ön səthlərinin qançırları, boyun nahiyəsinin ön və yan səthlərinin sıyrıqları, döş qəfəsinin ön səthinin sıyrıqları, dilaltı sümüyün sağ böyük buynuzunun cismi ilə birləşən oynaq səviyyəsində patoloji hərəkətliliyi, oynaq yarığının aralanması, boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızmadan ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında həm zərərçəkmiş şəxsin hüquqi varisi X11 özü, həm də onun nümayəndəsi X7 məhkəməyə vəsatətlə müraciət edərək cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi X7 vəsatətini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmüşdür. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəyə görə öldürməsini izah edə bilməmiş, lakin cinayət işinin materiallarından, səs yazılarından zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi, onun hüquqlarının məhdudlaşdırılması müəyyən edilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, qardaşı Quru Qoşunlarda xidmət etmiş, kapitan olmuşdur. 2016-cı il aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 2022-ci il sentyabr döyüşlərində iştirak etmiş, elə orada 12 sentyabr 2022-ci il tarixdə şəhid olmuşdur. Qardaşı ailəsi ilə birlikdə atasıgillə yaşamışdır. Onun isə atasıgillə yaxınlıqda özünə məxsus evi olmuşdur. Ləman kiminsə sözlərinə aldanmışdır. Qardaşı Saleh 44 günlük Vətən Müharibəsində, ön xətdə xidmət etdikdə başına pis iş gəldiyi təqdirdə ailəsini ona etibar etmiş, ailəsi üçün öz evinin yanında 1 otaqlı ev tikməyini xahiş etmişdir. Qardaşı şəhid olduqdan 15-16 gün sonra anası, atası və gəlinləri Ləmanı bir yerə yığaraq onlara qardaşının vəsiyyətini bildirmişdir. Qardaşının çantasından ev layihəsi çıxmış, həmin evi tikmək istəmişdir. Onun həyətinə köçəcəklərini, orada yaşayacaqlarını razılaşmışlar. Sonra bu fikri Ləmanın atasına da bildirmiş, onlar da razılaşmışlar. Sonra Ləmanın “TikTok”dan istifadə etdiyini öyrənmiş, qardaşının şəhid olmasından 7 ay keçdiyi üçün gəlinə bu hərəkətin ayıb olduğunu, onlara yaraşmadığını bildirmişdir. Ləmanın telefonunu sındırdıqdan sonra o, atasının evinə getmişdir. Onlara Ləmanın 10 günlük müalicə aldığını bildirmişlər, lakin 1 ay keçməsinə baxmayaraq geri qayıtmamışdır. Öz atası Ləmanı pirə aparmış, oradan qayıtdıqdan sonra Ləman atasının evinə gedəcəyini bildirmişdir. Ondan nə üçün belə hərəkət etdiyini soruşmuş, Ləman orada qala bilmədiyini demişdir. Onunla uzun söhbət etməyinə baxmayaraq Ləman razılaşmamış, axırda dediyi sözləri də ona yaraşdırmamış və o da özünü saxlaya bilməmişdir. Ləman “Tiktok”da Salehin videolarını paylaşmış, mesajlarına baxmamaq üçün birbaşa telefonunu sındırmışdır. O düşünmüşdür ki, necə hərəkət etdiyini Ləman özü anlayar.Telefonu aprel ayının 12-si sındırmış, ayın 14-ü Salehin anım günündən sonra atasıgil onu müalicə olunmaq adıyla aparmış, bu dönəmdə öz atası onu pirə aparıb gətirmiş, Ləman “məni bu evə bağlayan heç nə yoxdur, mən burda qalmaq istəmirəm” deyərək uşağı da özü ilə aparmaq istəmişdir. Hər dəfə atasıgilə gedəndə valideynlərini gözüyaşlı görmüş, onlar Salehin uşağı ilə nəfəs almışlar. Qardaşı şəhid olduqdan sonra hər dəfə işdən çıxdıqda sonra ata evinə gedər, hal-əhvallarını soruşar, çayını içib qurtarana qədər Ləman hətta ayaqqabısını da təmizləyərmiş. Ləman pis insan olmamış, onu kimsə yolundan döndərmişdir. Kimisə yanında Ləmanı öldürəcəyini deməmişdir. Polisə özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə zəng etmişdir. Tanıdığı polis işçisi Eyvaza zəng edərək xəta törətdiyini, evdə gözlədiyini bidirmişdir. Qardaşının vəsiyyətini ata, anasına, gəlinə və kimi maraqlandırırsa onlara demişdir. Hamı evin tikilməyinə, birlikdə yaşamaqlarına razı olmuş, sonradan nə baş verdiyini bilməmişdir. Evi ata və anasının pulu ilə tikəcəklərini bildirmişdir. Qardaşı ona 1 otaqlı ev tikmək demiş, amma çantasından evin layihəsi çıxmışdır. Öz evinin qabağında 4 otaqlı ev tikməyi planlamışdır. Özü də işləyir, əlavə işlər də görmüşdür. Həmçinin atası sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə olmuş, 4 otaqlı evi bəyənməyib, atasının 1 otaqlı mənzilində yaşamaq istəmişdir. Hadisə zamanı anası da evdə olmuş, anasına gəlinlə təkbətək söhbət edəcəyini demişdir. Ev 4 otaqlı olmuş, qardaşının şəkilləri olan otaqda oturmuşlar. Ləman bütün suallara yox deyə cavab vermişdir. Ləmanın boğazından sıxmış, divanın üstünə yıxılmış, əlini boynuna keçirərək onu boğmuşdur. Ləmanı öldürmək fikri olmamışdır. Əgər belə bir fikri olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə evə girən kimi öldürə biləcəyini demişdir. Hadisə olandan sonra əli boşalmış, nəfəs alıb-almadığına baxmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsindən görünür ki, 14 yaşlı qız, 10 yaşlı oğlan övladları olduğunu, Siyəzən broyler quşçuluq fabrikində 2019-cu ildən mexanik kimi işlədiyini, Zərərçəkmiş şəxsnm dayısı nəvəsi olmasını, şəhid olmuş qardaşı Saleh Qurbanovla 2016-cı ildə ailə qurmaqla 1 övladları olduğunu, 2020-ci ilin sentyabrın ayında Vətən müharibəsi başlayan ərəfədə qardaşı Salehin gəlib hamıyla sağollaşan vaxtda yaşadığı evdə onunla söhbət zamanı ona xidmətdə nəsə olsa ailəsini yanına gətirib, 1 otaq da olsa tikib arvadı və uşağını saxlamağa kömək etməsini bildirdiyini, 2022-ci ilin sentyabr ayında şəhid olduğunu, Saleh şəhid olduqdan sonra da onun vəsiyyətini arvadı Ləmana da bildirdiyini, Ləmanın Salehin dəfnindən sonra atasıgilin Siyəzəndəki evlərinə gedib bir neçə gün gəlib sonra Giləziyə qayıtdığını, ancaq Ləman atasıgilə gedib gəldikdən sonra onun xasiyyətinin dəyişdiyini, ailə üzvlərinə qarşı laqeyd yanaşdığını hiss etdiyini, telefonunda Tiktok sosial şəbəkəsindən istifadə edərkən Ləmana aid ola biləcəyini hesab etdiyi sözlər gördüyünü, 12 apreldə axşam 21 radələrində ata evinə gedib Ləmandan Tiktok sosial şəbəkəsində “sensiz heyat” adlı hesabın ona aid olub-olmadığını soruşduqda o həmin adın ona aid olduğunu dedikdə şəhid qardaşının onu əmanət etdiyini nəzərə alıb, onun sosial şəbəkələrdə vaxt keçirməyinin düzgün olmadığını hesab edib əsəbləşdiyindən Ləmanm telefonunu alıb divara çırparaq sındırdığını, ona “Tiktok ancaq səndən nəsə aparar, sənə nəsə gətirməz.” dediyini, anası Esmiranın telefonunu da götürüb divara çırpıb sındırdığını, Ləmanın həmin vaxt ata evinə çıxıb gedəcəyini bildirdiyini, Salehin anım günü, yəni xx.xx.2023-cü il günü yekunlaşdıqdan sonra aprelin 15-də atası gələrək Ləmanı götürüb evlərinə apardığını,xx.xx.2023-cü il tarixdə Ləman atası ilə pirə gedib qayıtdıqdan sonra Ləman atası Muhubbətgilin evinə getməsini öyrəndikdə həmin evə gedib Ləmanla oturub söhbət etdiyin, “sən qardaşımın bizə əmanətisən, biz onun övladı ilə nəfəs alırıq, sən isə onu götürüb gedirsən” deyə bildirdiyin, Ləmanın isə artıq o evdə qalmayacağını həmin evin gözündən düşdüyünü bildirməsinin onun heysiyyatına toxunduğunu, onunla bu mövzuda 15-20 dəqiqə söhbət etdiyini, Ləmanın fikrindən dönməyəcəyini görüb onu öldürmək fikrini qətiləşdirdiyini, Ləmanı oturaq vəziyyətdə öldürməyin çətin olacağını görüb onu ayağa durğuzaraq, axırıncı dəfə sağollaşmaq adı ilə ayaq üstə sağollaşanda sol əli ilə Ləmanın boğazının qarşı hissəsindən tutub sıxdığını, bu vaxt ona gücü çatmadığını görüb qolunun dirsək hissəsini onun boğazına keçirib boğmaqla balışa sıxdığını, biraz sonra onun taqətdən düşdüyünü gördükdə Ləman artıq öldüyünün ona məlum olduğunu göstərmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Ləmanla söhbət zamanı ona şəhid qardaşı barədə “cəhənnəm olsun Saleh də, tikdiyiniz ev də.Mən uşağı da götürüb gedirəm” sözlərini işlətməsinin daha da hiddətləndirdiyini, hadisəni törətdikdən sonra polis əməkdaşlarına zəng vurub bildirdikdən aonra post patrul əməkdaşları gəlib onu şöbəyə apardıqlarını,həqiqətən Salehin şəhid olduğu vaxtdan təxminən 15 gün sonra Ləmanın atası ilə şəhidin vəsiyyəti barədə söhbəti olduğunu, Ləmanın nəzarətləri altında yaşamayacağı halda söhbətin qanla bitəcəyi barədə heç vaxt kiməsə belə bir ifadə işlətmədiyini, 12 apreldə axşam 21 radələrində ata evinə gedib Ləmandan Tiktok sosial şəbəkəsindən istifadə ilə əlaqədar telefonunu alıb divara çırparaq sındırdığını, Ləmanın üzərinə bıçaq çəkməyi, ona hədə-qorxu gəlməyimlə bağlı deyilənlər yalan olduğunu, ailə üzvlərinin bu hadisənin törədilməsinə aidiyyəti olmadığını, bu hadisəni heç kimin iştirakı olmadan tək özü törətdiyini göstərmişdir. (Cild 1, iş vərəqləri 43-46; 222-224; 257-260) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Ləman onun qızıdır. 2015-ci ildə Ləmanın arvadı Yeganənin bibisi oğlu Salehlə ailə qurduğunu, onların bu nikahdan Muhubbət adlı övladları dünyaya gəldiyini, 2022-ci ilin sentyabr ayında kürəkəni Saleh erməni ordusunun təxribatı nəticəsində şəhid olduğunu, Saleh şəhid olduqdan sonrakı müddətdə qızı Ləmanın övladı Muhubbətlə birlikdə qaynatası Muhubbətə məxsus evdə qaynatası və qaynanası ilə birlikdə yaşamağa davam etdiyini, Saleh şəhid olduğu vaxtdan təxminən 3 həftə sonra Salehin qardaşı Talehin Salehin şəhid olmamışdan qabaq ona etdiyi vəsiyyətlə bağlı danışaraq Saleh ona nəsə olacağı, şəhid olacağı təqdirdə Giləzi qəsəbəsində ayrıca ev tikməklə onun ailəsi yəni Ləman və övladının orda yaşamasını istədiyini dediyini,. Saleh belə vəsiyyət edibsə özünün də buna etirazı olmadığını, səbəbsiz olaraq Talehin əgər Ləman birgə, bizim nəzarətləri altında yaşamasa bu söhbətin axırı qanla bitəcəyini dediyini, sonrakı dövrdə qudası Muhubbətlə arasında bir problem olmadığını, mütəmadi olaraq ayda 2-3 dəfə Giləziyə Muhubbətgilə gedib qızma baş çəkdiyin, aprelin 14-də səhər saatlarında qızı Ləmanın zəng vuraraq onu evdən aparmasını, Talehin üzərimə bıçaq çəkib, telefonunu da sındırdığından artıq o evdə qala bilməyəcəyini dediyini, Salehin anım günü tədbirini keçirdikdən sonra 15 aprel 2023-cü ilin tarixində səhər saatlarında Muhubbətgilə gedərək Ləmanla söhbət zamanı atası evinə gedəcəyin bildirdikdə Muhubbətgilin buna etiraz etdikdə ona Ləmanı məcbur saxlaya bilməyəcəyini, bu danışıqlardan sonra həmin gün Ləman və övladı Muhubbəti götürüb Siyəzəndə yerləşən yaşadığı evə gətirdiyini, orada qaldığı müddətd Möhübətin ailə üzvləri ilə Ləmanı gəlib bir neçə dəfə pirlərə apardığını, 12 may 2023-cü il tarixdə saat 16 radələrində Muhubbətin onlara gələrək yenə Ləmanı pirə aparacağını bildirdiyini, 12 may tarixində Ləman Muhubbətgildə qalıb, səhəri gün ayın 13də tezdən çıxıb Bakıya hansısa pirə getmələrini qərarlaşdırdıqlarını, 13 may saat 15-40-da Muhubbətə zəng vuraraq harda olduğunu soruşduqda, Giləzidə nəvəsiylə birgə Salehin qəbrini ziyarət edib Siyəzənə gələcəklərini dediyini, sonra həyətdə oturarkən saat 17-45 radələrində qaynı Elşadın zəng vuraraq təkidlə onu Giləziyə çağırdıqda nəsə baş verdiyini hiss etdiyini, arvadı Yeganə, qardaşı Səlim Məlikov və onun arvadı ilə birlikdə Giləziyə gəldikdə Muhubbətin yaşadığı binanın həyətinə girdikdə çoxlu insan yığıldığını gördüyünü, orada həm də polis əməkdaşlarının olduğunu orada olan şəxslərdən Ləmanın harada olduğunu soruşduqda heç kimin nə olduğunu demədiyini, şəhidin əşyalarının yığıldığı otağa çağırıldıqda Ləmanın uzanıqlı vəziyyətdə meyitini gördüyünü, Ləmanın boğazında əl izləri, üzü və boğazı isə pis vəziyyətdə gördüyünü, daha sonra onun meyitini Yasamal morquna aparıb baxış keçirdikdən sonra təhvil verildiyini, səhəri gün Ləmanı aparıb Siyəzən qəbristanlığmda dəfn etdiklərini sonradan hadisə barədə Ləmanı qaynı Taleh boğaraq öldürdüyünü öyrəndiklərini göstərmişdir. Hadisənin baş vermə səbəbi mülk məsələsidir. Qızı əxlaqsız həyat tərzi sürməmişdir. Qızının adında heç nə olmamış, qızı kartdan pul çıxarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə ifadəsi alınmış zərərçəkmiş hüquqi şxsin varisi Asim Məlikov ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1983-cü ildə Muhubbət adlı şəxslə ailə qurmaqla 1984-cü ildə Taleh, 1987-ci ildə Ruhiyyə, 1990-cı ildə Saleh adlı övladlarının dünyaya gəldiyini, Salehin 2016-cı ildə qardaşının nəvəsi Ləman adlı xanımla ailə qurmaqla 2019-cu ildə övladları dünyaya gəldiyini, Salehin 2011-ci ildən Silahlı Qüvvələrin zabiti kimi xidmət edib, 2016-ci il aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində iştirak etdiyin, 2022-ci ilin sentyabr döyüşlərində sentyabrın 12-dən 13-nə keçən gecə Laçın ərazisində şəhid olduğunu, digər oğlu Talehin öz ailəsi ilə Giləzi qəsəbəsində özünə məxsus evdə yaşadığını, oğlu Saleh şəhid olduqdan sonra əri Muhubbət, Salehin arvadı Ləman, övladları Muhubbətlə birlikdə Cabir Novruz küçəsində 5 mərtəbəli binanın birinci blok birinci mərtəbəsindəki mənzillərində yaşadıqlarını, Salehin 40 mərasimindən əvvəl Talehin Salehin şəhid olmamışdan əvvəl öz həyətlərində ev tikib Salehin ailəsi ilə birlikdə bir həyətdə yaşamalarını, ailəsini başsız qoymamasım vəsiyyət etdiyini, Talehin bu barədə Ləmanın valideynlərinə də bildirməsi və onların da bu söhbətə etiraz etməmələrini, aprelin 11 ya 12-də evdə olarkən saat 21 radələrində Talehin evə daxil olaraq Tiktok sosial şəbəkəsindən istifadə etmələrinə görə əvvəlcə anası Esmiranın, sonra Ləmanın telefonunu alıb divara çırpıb sındırdıqdan sonra çıxıb getdiyini, bu hadisədən sonra Ləmana narahat olmamasını, yeni telefon alacağını bildirdiyini, aprelin 14-də Salehin ad gününü qəsəbədə keçirdikdən səhəri gün ayın 15-də Ləmanın atası Asim onların evinə gələrək Muhubbətə Ləmanı 10 günlük öz evlərinə aparacaqlarıbı, həm havasını dəyişməsi, həm də son günlərdə əsəbləri pozulub bir az da müalicə almasının onun üçün yaxşı olmasını dediyini, Ləman atasıgildə qaldığı müddətdə onu Muhubbətlə bir neçə dəfə pirlərə apardıqlarını, sonuncu dəfə may ayının 12-də Muhubbətin Ləmanı atası evindən götürüb gətirdiyini, axşam Ləmanın onlarda qaldığını, səhəri gün ayın 13-də saat 9-10 radələrində Muhubbət Ləman və digər qohumlarla Nardarandakı pirə getdiklərini, Saat 16-30 radələrində Muhubbətlə Ləmanın evə qayıtdıqlarını, Muhubbətdən nəvəsini xəbər aldıqda qohumları Əhədin onu hərbçilərlə görüşməyə apardığım, işdən gec çıxacağına, görə gedib özü götürüb gələcəyini dediyini, Ləmanla evdə qaldıqlarını, saat təxminən 17 radələrində oğlu Talehin evə girdiyini, Ləmandan müalicəsinin necə getdiyi və sair haqda soruşduğunu, özünün isə çay hazırlamaq üçün mətbəxə keçdiyini, çay qaynayana qədər havasını dəyişmək üçün balkona çıxdığını, balkondan mətbəxə qayıdanda Talehin ondan su istədiyini,suyu verdikdən sonra Talehin arxasınca otağa qayıtmaq istədikdə ona gəlməməsini bildirdiyini, qısa müddət sonra Talehin gəlib əlindən xəta çıxdığını Ləmanı əlləriylə boğduğunu, Ləmana atasına evinə qayıtmayın burada qalması üçün yalvardığını dediyini, Taleh polisə zəng vurub hadisəni törətdiyi barədə məlumat verdiyini, qohum-qonşuların sonra isə polis əməkdaşlarının hadisə yerinə gəldiklərini, baxış keçirildikdən sonra Ləmanın meyitini Bakıya morqa apardıqlarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 məhkəmədə ifadəsi Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, dayısının nəvəsi Ləmanla xalası oğlu Salehin 2016-cı ildə ailə həyatı qurmuşlar. Saleh Qurbanovun 2022ci il sentyabrın 12-də cəbhədə baş verən təxribat zamanı döyüşlərdə şəhid olduğunu, Salehin şəhid olduqdan sonra Ləmanın onun ailəsi ilə birlikdə Giləzi qəsəbəsində yerləşən evlərində birlikdə yaşamağa davam etdiklərini, əvvəllər Ləmanla onun qayınatası Muhubbət və qaynanası Esmira arasında hər hansı problemlərin olubolmamasını dəqiq bilməməsini, Ləmanla söhbət zamanı Salehin valideynlərinin onunla yaxşı rəftar etmədiyini bildirdiyini, bildiyi qədər aprelin 12-də Salehin qardaşı Talehin onların yaşadığı evə gedərək Ləmanın istifadəsində olan mobil telefonu “Tiktok” şəbəkəsindən istifadə etdiyinə görə əlindən alıb divara çırpdığını, həmçinin Ləmanla danışarkən həmin vaxt Talehin onun üzərinə bıçaq da çəkməsini dediyini, qohumu Əhədin onları ayırdığını, bundan sonra onun Siyəzəndə yerləşən öz ata evinə getdiyini, qaynanası Esmiranın Ləmana zəng vurub Salehin şəhid olması ilə əlaqədar ödəniş kartım özü ilə götürüb aparıb, onu geri qaytarmalı olduğunu deməsini, sonuncu dəfə 12 may tarixində axşam saatlarında Muhubbətin Ləmanı ata evindən öz evlərinə pirə aparmaq məqsədilə götürdüyünü, 13 may tarixində saat 17- 15 radələrində anası Bənövşənin zəng vuraraq Talehin Ləmanı öldürdüyünü dediyini, bunu eşitdikdə Ləmanın Siyəzəndəki ata evinə getdiyini, sonrakı vaxtda da bir də Giləziyə Muhubbətgilin evinə getmədiyini,ifadəsinə fleş kart əlavə etdiyini, orada Ləmanla arasında olan danışıqların səsyazısı qeyd edilməsini, həmin səsyazılarında Esmiranın Ləmanı öldürəcəklərini bildirməsi, Talehin ata və anasına Ləmanın evdən gedəcəyi halda onları da öldürməklə hədələməsi, Ləmanın onlar tərəfindən təhqir olunması və digər halları əks olunasını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəmədə ifadəsi Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr döyüşlərində Saleh Laçın ərazisində şəhid olmuşdur. Saleh şəhid olduqdan sonra onun yoldaşı Ləman, övladı Muhubbətlə birlikdə dayısıgilin Giləzidəki evlərində birlikdə yaşamışlar. 2023-cü ilin aprel ayının 12-də, yəni Salehin doğum günündən 2 gün əvvəl qəsəbə ərazisində olarkən avtomobilində oturub telefonla danışarkən, saat 21 radələrində Talehin gəlib maşınına oturaraq qəsəbə qəbristanlığma sürməyini istədiyini, qəbristanlığa çatdıqda şəhidin başdaşını qucaqlayıb “xəbərin var yoldaşın, anan Tiktok işlədir” deyərək deyindiyini, avtomobillə öz evlərinə çatanda Talehin düşüb dayısıgilə 5 mərtəbəyə getdiyini gördükdə avtomobillə onu götürüb bir yerdə dayısıgilə getdiyini, Talehin çatdıqda Esmira və Ləmanın Tiktok işlətdiyinə görə telefonlarını alıb divara çırpdığını, “Allah dərd verib, oturun dərdinizi çəkin” deyə bildirdiyini, Talehin onların üstünə qışqırıb-bağırdığını, Talehi sakitləşdirdikdən biraz sonra çıxıb getdiyini, 14 aprel tarixində Salehin ad gününü keçirdikdən səhəri günü Ləmanın övladıyla Siyəzənə atası evinə getdiyini öyrəndiyini, Talehin onun telefonunu sındırmaq söhbətinə görə Ləman atasıgilə çıxıb getdiyini ehtimal etdiyini, orda olduğu müddətdə dayısı Muhubbətin Ləmanı bir neçə dəfə müxtəlif yerlərdəki pirlərə apardığını, sonuncu dəfə may ayının 12-də X5 evlərindən götürüb Giləziyə gətirdiyini, səhəri gün 13 may tarixində Yeganəylə əlaqə saxlayıb Sumqayıtın girişində saat 14 radələrində onunla görüşüb uşağı götürdüyünü, onu xidmət etdiyi hərbi hissəyə atası ilə, hərbi ilə bağlı xatirələri canlansın deyə apardığını, Saat 16-20 radələrində dayısının uşağı aparmaq üçün hərbi hissəyə gəldiyini, təxminən saat 17-10 radələrində Taleh Salehin yoldaşı Ləmanı öldürdüyünü öyrəndiyini, dərhal Talehə zəng vurub soruşduqda Ləmanı öldürdüyünü bildirdikdə zarafat etdiyini soruşduğunu, onun isə belə zarafat olmadığını dediyini, bunu eşidib tez işdən çıxıb Giləziyə yola çıxdığını, binanın qarşısına çatanda artıq oraya sakinlər polislər yığıldığını gördüyünü, artıq Talehin polislər tərəfindən aparıldığını dediklərini, polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra Ləmanın meyitini Bakıya morqa apardıqlarını göstərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra Xızı rayonu ərazisində müxtəlif növ fərdi ticarətlə məşğul olduğunu, son dövrlərdə Giləzi qəsəbəsində körpüyə gedən istiqamətdə yolun sağında 5 mərtəbəli yaşayış binasının yaxınlığında özünə məxsus binanı ərzaq mağazası kimi işlətməsini, son 3-4 aydır ki həmin obyekti kafe, pivə evi kimi işlətdiyini, qəsəbə sakini Təqsirləndirilən şəxs şəhid Saleh Qurbanovun qardaşı kimi, həm də qəsəbə sakini kimi tanıdığını, Talehin xx.xx.2023-cü il tarixində saat 15 radələrində işlətdiyi kafeyə gələrək 1 bakal pivə sifariş verərək içdiyini, pivədən başqa heçnə sifariş vermədiyini, pivəni içdikdən sonra gedib, yarım saat sonra gəlib 1 bakal da pivə içərək getdiyini, işlətdiyi kafedə istifadə olunan bütün bakalların həcminin 400 ml ölçüsündə olduğunu göstərmişdir. ( cild 1, iş vərəqə 163-165) Məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibb ekspertizasının xx.xx.2023cü il tarixli 06 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyun nahiyəsinin sağ yan və ön səthlərinin qançırları, boyun nahiyəsinin ön və yan səthlərinin sıyrıqları, döş qəfəsinin ön səthinin sıyrıqları, dilaltı sümüyün sağ böyük buynuzunun cismi ilə birləşən oynaq səviyyəsində patoloji hərəkətliliyi, oynaq yarığının aralanması, boyunun yumşaq toxumalarına qansızma, dilaltı sümük, udlaq, qida borusu və traxeya ətrafı yumşaq toxumalara qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər. Mərhumun ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli mexaniki asfıksiya ilə nəticələnərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünün səbəbi - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il, saat 23:30-dan) təxminən 5-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizain, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.(Cild 2, iş vərəqləri 188-193) Məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023cü il tarixli 10 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (Cild 1, iş vərəqləri 194-195) Məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/842 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir trasoloji zədə aşkar edilmədi. ( cild 1, iş vərəqə 196- 200) Məhkəmədə elan olunaraq tədqiq edilən materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2979 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər.Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qararəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının və koftasının tərkib liflərinə uyğun gəlirlər.Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində Şahid3 geyim paltarlarının tərkib liflərindən yoxdur.Şahid3 geyim paltarlarının üzərində Zərərçəkmiş şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. ( cild 1, iş vərəqə 181-187) Məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1539 saylı rəyindən görünür ki, məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. T.M. Qurbanovda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hüquqi səlahiyyətlərini icra etmək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam həcmdə dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən Öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, emosionallıq yaranmışdır, keçirdiyi emosional halın yaranması xarakterik xüsusiyyətləri (kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını üstün tutmaq) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (cild 1, iş vərəqə 201-206) Məhkəmədə elan olunaraq tədqiq edilən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə xx.xx.2023-cü il tarixli, 28 nömrəli protokoldan göstərilmişdir ki, müayinə zamanı deməsinə görə 2-3 bakal pivə içmişdir. ( cild 1, iş vərəqə 52) Beləliklə məhkəmə, qərar qəbul edilməsi üçün kifayət edən sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi X4 təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə olan ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı vəsatəti əsaslı və qanuni olduğundan təmin edilməlidir. Belə ki, həm ibtidai istintaq zamanı toplanılan, həm də məhkəmə istintaqı zamanı tədqiq edilən bütün sübutlar, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin olmasından, yəni təqsirləndirilən şəxsin xuliqanlıq niyyət ilə qəsdən adam öldürməsinə dəlalət edir. Sübutların tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki Zərərçəkmiş şəxs əri Saleh Qurbanov şəhid olduqdan sonra ərinin valideynləri və qardaşı Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmış, ərinin qardaşı Təqsirləndirilən şəxs məcbur olaraq onun şəxsi həyatına müdaxilə edərək heç bir hüquq olmadığı təqdirdə əvvəlcə onun mobil telefonunu sındırmış, daha sonra zərərçəkmiş şəxsi özünü istədiyi yerdə yaşamağa məcbur etmişdir. Bu hal həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin öz ifadəsindən görünür ki, o, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymuş, zərərçəkmişə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirərək zərərçəkmiş şəxsin qadın olduğuna görə ona tabe olmalı düşüncəsi ilə sırf öz istəyini zorla zərərçəkmiş şəxsə qəbul etdirmək istəmiş, Zərərçəkmiş şəxs bunu qəbul etmədikdə yenə də özünü sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq özü üçün əlverişli şərait yaradıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əli ilə boğaraq öldürmüşdür. Məhkəmə qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəyə görə öldürdüyünü izah edə bilməmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamda da bu hal qeyri-müəyyən qalmışdır. Belə ki, ittihamdan da görünür ki, “Ləmanın öz ata evinə gedəcəyini, hazırki evdə yaşamaq istəməməsi və.s sözlərindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gəlmişdir”. Müstəntiq cinayətin motivini ümumi sözlərlə şəxsi münasibətlər zəminində yaranmış mübahisə kimi təsvir etmişdir. Məhkəmə tərkibi hesab edir ki, bir şəxsin öz konstitusion hüquqlarını müstəqil şəkildə həyata keçirməsinə mane olan şəxsə qarşı etiraz etməsinə, onunla razılaşmamasına görə yaranmış mübahisə şəxsi münasibətərin pozulması kimi qiymətləndirilməməli, təqsirləndirilən şəxsin özünün şəxsi mənafeyini hər şeydən (konkret zərərçəkmiş şəxsin və bütövlükdə cəmiyyətin mənafelərindən) öndə tutması, eqoizminin aşkaranə surətdə nümayişi kimi nəzərə alınmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatətini təmin edərkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qadınlara qarşı X1 X13 BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş Konvensiyanın 15-ci maddəsinə əsasən, qadın və kişilər qanun qarşısında bərabərdir. Qadınların müqavilə bağlamaq, əmlakı idarə etmək və yaşayış yerini seçmək hüququ var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında, məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vəsatətində göstərdiklərini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, vəsatətdə göstərilən hallar təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Xızı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qeyd edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 2 ay müddətinə, yəni 13 iyul 2024-cü il tarixədək uzadılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətməsində ittiham olunmasını, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual-hüquqi əsasların aradan qalxmamasını, o cümlədən məhkəmədən qaçıb gizlənə bilməsinin, zərərçəkmiş şəxsin hüquqi varisinə və şahidlərə təsir göstərə bilməsinin istisna edilmədiyini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:
1. Zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 2 ay müddətinə, yəni 13 iyul 2024-cü il tarixədək uzadılsın.
4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
5. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
6. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.