Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-282/2023 06.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X3 Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 15 saylı Vəkil Bürosunu vəkili Nümayəndə, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxsin iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Al" market adlı ictimai iaşə obyektinin önündə görüşüb, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub sonuncuya qarşı şəxsi qərəzi olub kin saxlaması səbəbindən ondan pul tələb etməsi bəhanəsi ilə qəsdən mübahisə yaradaraq onu Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısına gətirərək cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, ictimai əxlaq normalarına açıqdan-açığa etinasızlıq göstərərək üzərində qanunsuz olaraq gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 95 mm olan qatlanan tipli ov bıçağı ilə Zərərçəkmiş şəxs sağ yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun sağ yan səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, kəskin qanitirmədən ölümünə səbəb olan qəflətən bir ədəd xəsarət yetirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dəfələrlə həbs olunmuş, həftədə bir dəfə ev alqı-satıqısı ilə məşğul olan şəxslərin yanına gələrək türməyə göndərməsi üçün 25 manat pul almışdır. Onu qəsdən öldürməmişdir. Həmin gün saat 13 radələrində yenə gəlmiş, ona getməsini sonra gələndə 100 manat verəcəyini demişdir. Hamının içində ona söyüş söymüş, bıçağı çıxaranda hadisə baş vermişdir. O özünü müdafiə eləmək üçün İsrayılı vurmuşdur. Özü 2-ci qrup əlildir,ev alqı-satqısı ilə məşğul olmuş, öz zəhməti ilə pul qazanmışdır. Bu adam da haqq yığmış, gəlib onun arvadını, qızını söymüşdür. Həftədə bir dəfə Zərərçəkmiş şəxs gəlib ev alqı-satqısı ilə məşğul olan adamlardan pul yığdığını, ondan dəfələrlə sahə rəisinə şikayət etdiklərini bildirmişdir. İsrayıl üstündə bıçaq gəzdirmiş, pul verməyəndə söyüb təhqir etmişdir. Hadisə vaxtı İsrayıl onu vurmaq üçün bıçaq çıxartmış, sinəsinə yumruq vurmuşdur. Zərərçəkmiş şəxs qorxutmaq üçün vurmuş, İsrayıl 100 metr getmiş, özü isə ailə üzvləri ilə görüşmüş və Sumqayıt şəhər polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx xxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, 2002-ci ildə Sumqayıt şəhər 5 saylı tam orta məktəbin 11-ci sinifini bitirmişdir. Səhhətində olan problemlərə görə həqiqi hərbi xidmətdə olmamışdır. 2005-ci ildə X5 ilə ailə həyatı qurmuşdur. Uzun müddət lap uşaqlıq yaşlarından ünvan 1 ünvanında yaşayır. Həmin mənzildə anası, atası, arvadı və üç övladı ilə birlikdə yaşamışdır. Atası və anası təqaüdçüdür. Evin ən balaca övladı odur, qardaşı Ruslan avtoqəza nəticəsində ölmüş, digər qardaşı isə Ramin ondan 7 yaş böyük olmaqla 1978-ci il təvəllüdlüdür. O, Sumqayıt şəhəri, 34-cü məhəllədə "Nənəmin təndiri" ilə üzbəüz yerləşən "Al" marketin yanında daimi olaraq evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Onunla birlikdə həmin ərazidə Ehtiram, Murad və digər adların bilmədiyi şəxslər evlərin alqı-satqısı ilə məşğuldur. Həmin ərazidə təxminən 3-4 ildir ki, fəaliyyət göstəmişdir. Bundan əvvəl hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. İş fəaliyyətinə əsasən tezdən saat 10 radələrində əraziyə gəlir təxminən saat 17 radələrində evə getmişdir. Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanımışdır. Belə ki, sonuncu 1 ildir ki, həftədə bir dəfə ev alqı-satıqısı ilə məşğul olan şəxslərin yanına gələrək 25 manat pul almışdır. O, bir neçə dəfə İsrayıldan bunun səbəbin soruşduqda sonuncu müxtəlif bəhanələr gətirmişdir. 10 iyul 2022-ci il tarixdə saat 15 radələrində İsrayıl Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Al" marketin yanında ona yaxınlaşaraq heç bir səbəb bildirmədən yenidən 25 manat pul istəmişdir. O, bundan əvvəl bir neçə dəfə İsrayıla 25 manat pul vermişdir. O, İsrayıla gün ərzində pul qazanmadığını bildirsə də, sonuncu üzərinə gəlib yumruqla çənəsinə vuraraq yenidən pul tələb etməyə başlamışdır. O, isə İsrayıla üzərində pul olmadığını desə də, sonuncu onun arvadının və qızlarının ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. İsrayıl onun qoluna girərək Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın yanına aparmışdır. İsrayıl yenidən üzərinə gələrək yumruqla onun sinəsinə vurmuş və yenidən onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Hadisələri kənardan seyr edən avtoyuma məntəqəsinin əməkdaşı Ruslan adlı şəxs İsrayıla yaxınlaşaraq "ağsaqqal söyüş söymə" demişdir. Bütün bunlara əhəmiyyət verməyən İsrayıl söyüş söyməyə davam etmişdir. İsrayıl cibindən bıçaq çıxardaraq onu vurmaq istədikdə sağ yan cibində olan qatlanan tipli qara-bozumtul rəngli bıçaqla sonuncunun sağ yan boyun nahiyyəsinə bir dəfə vurmuşdur. İsrayılın onu və ailəsini təhqir etməyin, üzərinə bıçaq çıxartmağın, eləcə də onun İsrayılı bıçaqla vurmağın Ruslan görmüşdür. Bıçağı cibindən çıxardarkən sağ əlinin ikinci barmağını kəsmişdir. Həmin bıçağı hadisədən təxminən bir həftə öncə hazırda dəqiq xatırlamadığı yerdən əldə etmişdir. O, İsrayılı bıçaqla vurduqdan sonra hadisə yerindən uzaqlaşmış, daha sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. İsrayıl onun arvadının və qızının ünvanına nalayiq söyüşlər söydüyündən və ona yumruqla çoxsaylı zərbələr vurduğundan sonuncunu bıçaqla vurmuş, öldürmək məqsədi olmamışdır. İsrayılı öldürmək məqsədi olsaydı bir bıçaq zərbəsi yox bir neçə bıçaq zərbəsi yetirərdi, halbuki onun sonuncuya əlavə bıçaq xəsarətləri yetirməyinə kimsə mane olmamışdır. O, İsrayılı vuraraq dərhal ordan uzaqlaşmış, sonuncu həmin vaxt ölməmişdir. O, İsrayılın ölməyini Muraddan eşitmişdir. İsrayıl həmişə üzərində bıçaq gəzdirmiş, əlini bıçağa ataraq onu vurmaq istədikdə özünü müdaifə etmək üçün üzərində olan bıçaqla sonuncunu vurmuşdur. Üzərində bıçaq gəzdirməkdə məqsədi evdən kənarda mağazadan aldığı ərzaq məhsulların doğramaq olmuşdur. O, Zərərçəkmiş şəxs sağ boyun hissəsinə bir dəfə bıçaqla vurmuşdur. Hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Hadisə zamanı onun əynində göy rəngli cins materialdan olan şalvar və qısaqol, mavi rəngli köynək olmuşdur. İsrayılın hadisə vaxtı əynində nə kimi paltarın olması yadında deyil. Hadisə zamanı onun paltarının üzərinə İsrayılın qanı düşməmiş, aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs həftədə bir dəfə Sumqayıt şəhəri, 34cü məhəllədə "Nənəmin təndiri" ilə üzbəüz yerləşən "Al" marketin yanında daimi olaraq evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslərin yanına gələrək 25 manat pul almış, ondan əvvəllər də bir neçə dəfə pul almış, ola bilsin ki, Şahid1 pul almamışdır. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dava-dalaş və mübahisə olmamışdır. O, İsrayıl ilə ümumiyyətlə nərd oynamamış, sonuncuya hər hansı borcu olmamışdır. O, Murada İsrayılın ondan pul istədiyini, pul verməkdən imtina etdiyinə görə İsrayılın onun arvad və uşağını nalayiq söyüşlərlə təhqir edib, çənəsinə və sinəsinə yumruqla vurduğuna görə bıçaqla vurduğunu demişdir.( cild 1, iş vərəqə 55-59, 257-263, 309-315) Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, qardaşı İsrayılı sonuncu dəfə hadisədən 10 gün qabaq görmüşdür. Qardaşı Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində işləmiş, 280 manat maaş almışdır. 10 iyul 2022ci il tarixdə Qurban bayramı ilə əlaqədar o, qurban kəsib qohumlarına paylayan zaman bacısı Nazı ona zəng edərək İsrayılın bıçaqlandığını bildirmişdir. O dərhal hadisə yerinə gəldikdə artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının orada olduğunu, Rauf Babaşovun ona İsrayılın ölmədiyini, xəstəxananın travmatologiya şöbəsinə aparıldığını dediyini bildirmişdir. Deyilən xəstaxanaya getikdə qardaşının artıq öldüyünü və Sumqayıt şəhər meyitxanasına aparıldığını öyrənmişdir. Bacısının uşaqları meyitə baxmış, İsrayılın başından və şah damarından xəsarət aldığını görmüşlər. Sonradan ona məlum olmuşdur ki, İsrayılı Emin adlı şəxs ilə aralarında yaranan mübahisə zamanı onun tərəfindən bıçaqlanmışdır. Eminin dələduz insan olmuş, qardaşının qumar və ya domino oynamasından xəbəri olmamışdır. Morqda ona pul verilməmişdir. Həmin gün İsrayıl maşın almaq üçün bacısından 2000 manat məbləğində pul almışdır. Cehiz mağazasında işləyən, qardaşını tanıyan oğlan İsrailın gəlib ona 200 manat verdiyini, dalıyca da Emimin getdiyini demişdir. Bu məsələni prokurorluqda deməmiş, orada çox məlumat vermiş, lakin araşdırılmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında barışıq yoxdur, ondan şikayətçidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Mürvət oğlu ifadəsində göstərdi ki, hadisə günü Emin, İsrayıl və o kafedə oturmuşlar. Saat 14 radələrində işi olduğu üçün o getmişdir. Saat 15 radələrində Emin ona zəng edərək “İsrail üstümə adam gətirib, gəl kömək elə” demişdir. Emin iki dəfə zəng etmiş, o da narahat olmamasını, gəlib yoluna qoyacağını demişdir. Növbəti dəfə Eminin anası onla danışmış, Eminə kömək etməsini xahiş etmişdir. Eminin qeyd etdiyi ünvana gəlmiş, zən etmiş, Emin atasını göndərərək onu evlərinə gətirmişdir. Emin ona arvad-uşağını söydüyü üçün İsrayılı vurduğunu demişdir. O, Əliağaya zəng etmiş, X15 öldürdüyünü demişdir. Eminə İsrayılın öldüyünü demiş, Emin də gedib evdəkilərlə görüşəcəyini bildirmiş, o özü Emini aparmaq istəyəndə Emin qaçmışdır. Özü hadisə yerinə getmiş, Seymurun meyidinin yanından Eminə zəng etmiş, orada olduğunu, İsrayılın həqiqətən öldüyünü demişdir. Babaşov Rauf onun yanında olmuş, ondan kimlə danışdığını soruşmuş, o da Eminlə danışdığnı bildirmişdir. Rauf Babaşov telefonu götürərək Emindən harada olduğunu soruşmuş, Emin də hara deyirsə, gələcəyini bildirmişdir. Babaşov Rauf ona qorxmamasını, şəhidlər xiyabanının yanına gəlməsini demişdir. Şəhidlər xiyabanının yanında dayanmışlar, özü Eminə zəng etmiş, ona zəng çatmamışdır. Emin deyilən yerə gəlməmişdir. İsrayıl Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində işləmişdir. İsrayıl onlardan heç vaxt pul yığmamışdır. Nərd, dominonu çay puluna oynamışlar. Eminlə İsrayılın 2-3 dəfə söz-söhbətləri olmuş, özü onları sakitləşdirmişdir. Eminin üzərində heç vaxt bıçaq görməmişdir. İsraildə həmişə bıçaq olmuşdur. Onların aralarındakı pul məsələsinin nədən yarandığını bilməmişdir. İsrayılın meyidin görəndə bıçaq yan tərəfdə üzərinə taxılmışdır. Hadisədən 3 gün əvvəl o bıçağı istəmiş, İsrayıl isə yadigar olduğu üçün bıçağı verə bilməyəcəyini demişdir. O. üzləşdirmədə dediklərini təsdiq etmişdir. Şahid1 Mürvət oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 03 aprel 1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ailəli olmaqla iki övladı var, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, 1998-ci ildən evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olur. 2012-ci ildən etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon, "Nənəmin təndiri" ilə üzbəüz yerləşən "Al" marketin yanında daimi olaraq evlərin alqı-satqısı ilə məşğul olur. Onunla birlikdə həmin ərazidə təxminən 20-25 nəfər evlərin alıq-satqısı və kirayəsi ilə məşğul olaraq dəllallıq edir. Onlar adətən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Çənlibel" restoranının yanındakı Əliağa adlı şəxsin işlətdiyi çayxanaya yığışaraq nərd və domino oynayaraq boş vaxtlarını keçirmişlər. İş fəaliyyətinə əsasən o, tezdən saat 10 radələrində əraziyə gəlib təxminən saat 17 radələrində evə getmişdir. Bəzən müştəri olmadığına görə evə tez getmişdir. Zərərçəkmiş şəxs təxminən 1992-ci ildən tanıyır, Sumqayıt şəhərində çoxları onu öz adı ilə deyil Seymur kimi tanımış, sonuncu ilə birbirlərini gördükdə salamlaşıb hal-əhval tutsa da yaxın münasibəti olmamışdır. O, İsrayılı qumarbaz, daim qumar oynuyan şəxs kimi görmüşdür. İsrayıl söhbət zamanı ona əvvəllər evli olduğunu hazırda isə ailəsindən boşanaraq Sumqayıt şəhərində kirayə yaşadığını demişdir. İsrayıl həmişə bir əlində kart, zər və çantasında olan xırda pullardan daim qumar oynamaq üçün istifadə etmişdir. O, İsrayılı davakar, səbirsiz, ona qumar borcu olub qaytarmayan insanları isə nalayiq söyüşlərlə təhqir edən bir insan kimi tanımışdır. O, Təqsirləndirilən şəxs təxminən təxminən 4-5 il bundan öncə tanımışdır. Belə ki, Emin Sumqayıt şəhəri, 1-ci mikrorayonda evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olmuşdur. O, Emin vasitəsilə əvvəllər bir neçə dəfə kirayə mənzil vermişdir. Sonradan Eminin ona problem yaratdığını və sözünə düz bir insan olmadığını görüb sonuncudan uzaqlaşmışdır. Emin bildiyinə görə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində ailəsi ilə birlikdə yaşamışdır. Emin təxminən 2020-ci ildən etibarən onun fəaliyyət göstərdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon, "Nənəmin təndiri" ilə üzbəüz yerləşən "Al" marketin yanına gəlibgetməyə başlamışdır. Emin ilk vaxtlar ora arada gəlib getsə də, mart ayından etibarən demək olar ki, hər gün onlarla birlikdə olmuşdur. Təxminən 2022-ci ilin mart ayından etibarən Emin ilə İsrayıl Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Çənlibel" restoranının yanındakı Əliağa adlı şəxsin işlətdiyi çayxanada oturaraq nərd oyunu oynamışlar. Emin və İsrayıl nərdi həmişə puldan oynamışlar. İsrayıl çox güclü qumarbaz olduğuna görə Emini nərd oyununda udur, hətta bir neçə dəfə Emin uduzub İsrayılın pulun vermədiyinə görə sonuncular arasında söz mübahisəsi olmuşdur. Emin və İsrayıl birbirlərin çoxdan tanıdıqlarından sonuncular birlikdə oturduqda aralarında olan köhnə xatirələrindən və birlikdə oynadıqları qumar oyunlarından danışmışdırlar. O, 10 iyul 2022ci il tarixdə təxminən saat 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Çənlibel" restoranının yanındakı Əliağa adlı şəxsin işlətdiyi çayxanaya gəlmişdir. O, Emin ilə nərd oynamağa başladıqdan bir müddət sonra İsrayıl da çayxanaya gəlib onlarla salamlaşaraq sağlarında oturmuşdur. İsrayılın çayxanaya gəldiyini görən Emin ona "yenə bu axmaq hardan gəlib bura çıxdı yenə mənə ilişəcək" demişdir. O, Emindən İsrayıla qumar borcunun olub-olmamağı ilə bağlı soruşduqda Emin sonuncuya qumar borcunun olmadığını demişdir. İsrayıl hər dəfə camaatın içərisində Emini təhqir etmiş "sənin mənim yanımda danışmağa haqqın yoxdur" kimi sözlərdən istifadə etmişdir. Təxminən saat 14 radələrində vacib işi olduğundan çayxananı tərk etmişdir. Bir müddət sonra Emin ona zəng edərək harda olmağı ilə maraqlandıqda sonuncuya ona zəng gəldiyindən çıxıb getdiyini bildirmişdir. Bir müddət sonra Emin yenə ona zəng vuraraq İsrayılı arvadına və ailəsinə söyüş söydüyünə görə vurduğunu, İsrayılın onun üzərinə qisas almaq üçün adam gətirəcəyini demişdir. Emin ondan yanına gəlməyini xahiş etdiyindən sonuncunun dediyi Sumqayıt şəhəri, 1-ci mikrorayon istiqamətinə getmişdir. Emin söhbət zamanı İsrayılı vurduğunu yenidən təkrar etmiş və onunla birlikdə dəniz kənarına gedərək çay içməyini xahiş etmişdir. O, Emin ilə razılaşmış və sonuncu evə çıxıb 2-3 dəqiqə sonra geri qayıdacağını demişdir. O, həmin müddət ərzində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən çayxananı işlədən Əliağa adlı şəxsə zəng edərək Emin ilə İsrayıl arasında hər hansı problem olub-olmaması ilə bağlı maraqlandıqda Əliağa ona Eminin İsrayılı vuraraq öldürdüyünü demişdir. Bir neçə dəqiqə sonra Emin onun yanına qayıtmış, o, sonuncudan İsrayılı nə üçün öldürdüyünü soruşduqda İsrayıl ilə nərd oynayıb uduzduğunu və buna görə də 100 manat qumar borcunun yarandığını demişdir. Emin həmçinin bildirmişdir ki, İsrayıl dərhal ondan 100 manat qumar borcunu qaytaramağı tələb etmiş, o, isə hazırda üstündə pul olmadığını, sonra verəcəyini dedikdə İsrayılı onun arvadının və ailəsinin ünvanına söyüş söydüyünə görə vurduğunu demişdir. O, Eminə gəl gedək özün polis idarəsinə könüllü təslim ol desə də, sonuncu qaçaraq ondan uzaqlaşmışdır. Bundan əlavə olaraq o bildirmişdir ki, Zərərçəkmiş şəxs ondan pul almamış, habelə həmin əraziyə yığışan evlərin alq-satqısı və kirayəsi ilə məşğul olan şəxslərdən pul aldığını görməmişdir. Emin narkotikadan istfiadə etməmiş çoxlu siqaret çəkmiş və arada spirtli içkidən istifadə etmişdir. İsrayılın Emin ilə əlbəyaxa dava-dalaşının şahidi olmasa da, sonuncular arasında bir neçə dəfə qumar borcuna görə söz mühabisəsinin olmasını görmüşdür. (cild 1, iş vərəqə 84-88) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisində "Çənlibel" restoranının yanında yerləşən kafeni işlədir. Həmin kafedə müştərilərə yalnız çay xidməti göstərir. O, işlədiyi kafenin daimi müştəriləri evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslədir. Kafenin müştəriləri çay sifaris etdikdən sonra masa arxasına keçərək nərd və domino oynayırlar. Zərərçəkmiş şəxs təxminən 2020-ci ildən tanıyır, onunla yaxın münasibəti olmamışdır. İsrayıl demək olar ki, hər gün axşam saatlarında onun işlədiyi kafeyə gələrək nərd və domino oynamışdır. İsrayılın çalışdığı kafedə kiminləsə mübahisə və dava etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində görmüş, onun evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olduğunu bilmişdir. Emin müxtəlif şəxslərlə domino və nərd oynayaraq vaxtını keçirtmişdir. Eminin çalışdığı kafedə kiminləsə mübahisə və dava etməsinin şahidi olmamışdır. O, 10 iyul 2022-ci il tarixdə təxminən saat 11 radələrində Emin ilə Murad çay sifariş edərək nərd oynamağa başlamışlar. Bir müddət sonra İsrayıl kafeyə gələrək Murad və Eminə salam verdikdən sonra onların sağında əyləşmişdir. Günorta saatlarında Murad kafeni tərk etmişdir. Muradın arxasınca isə Emin və İsrayıl da kafeni tərk etmişlər. Təxminən saat 16 radələrində kafedə olan tanımadığı müştərilərdən biri Eminin mübahisə zamanı İsrayılı bıçaqla vuraraq öldürdüyünü demiş, lakin Eminin sonuncunu hansı səbəbə və nəyə görə öldürməsi barədə məlumatı olmamışdır. Murad ona zəng edərək Emin ilə İsrayıl arasında kafedə mübahisə və dava-dalaş olub-olmaması ilə maraqlandıqda o, Murada onlar arasında kafedə hər hansı mübahisə olmadığını demişdir. O, Murada camaat arasında gəzən söhbətlərə əsasən İsrayılın Emin tərəfindən öldürüldüyünü demişdir. O, istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2022-ci il tarixdə işlədiyi avtoyuma məntəqəsindəndəən təxminən 200 metr aralıda xeyli insan toplaşdığını görüb nə baş verdiyini aydınlaşdırmaq üçün həmin yerə getmişdir. O, həmin yerdə bir nəfər şəxsi qan içərisində arxasıüstə yerə uzanmış vəziyyətdə görmüşdür. Sonradan hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yerdə uzanmış vəziyyətdə olan şəxsi müayinə etdikdən sonra onun öldüyünü demişlər. Sonradan ona məlum olmuşdur ki, əvvəldən tanıdığı Emin mübahisə zamanı İsrayıl adlı şəxsi bıçaqla vuraraq öldürmüşdür. O, Eminin İsrayıl adlı şəxsi nə üçün, hansı səbəbə öldürməyin bilməmiş və hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Emin onun oğludur. 10 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində oğlu Emin həyəcanlı şəkildə yaşadığı evə gəlmişdir. Eminin həyəcanlı olduğu göründüyündən o, nə baş verdiyini nə üçün həyəcanlı olduğunu soruşduqda o, tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və bıçaqla vurduğunu demişdir. Emin həmçinin qeyd etmişdir ki, İsrayıl ondan qisas almaq üçün onun arxasınca öz adamları ilə gələcək və buna görə də qorxur. O, Emindən nə üçün İsrayılı vurduğunu soruşduqda İsrayılın evlərin alq-satqısı və kirayəsi ilə məşğul olan adamlardan həftədə bir dəfə gələrək pul aldığını, həmin gün də ondan pul istdəyini, pul vermədiyi üçün İsrayıl tərəfindən təhqir olunduğuna görə bıçaqla onu vurduğunu demişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı mübahisə dava-dalaş olması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, kafe işlədir. 10 iyul 2022-ci il tarixdə kafedə gəzən söhbətlərdən eşitmişdir ki, 10 iyul 2022-ci il tarixdə evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olan Emin tanışını aralarındakı baş vermiş mübahisə zamanı Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısında öldürmüşdür. Sonradan eşitmişdir ki, Emin polis əməkdaşları tərəfindən törətdiyi cinayətə görə tutulmuşdur. O, Eminin İsrayıl adlı şəxsi nə üçün, hansı səbəbə öldürməyin bilməmiş, hadisənin birbaşa şahidi olmamış, ümumiyyətlə Emin onun kafesinin daimi müştərisi olmamışdır. Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 12 sentyabr 2005-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda ondan başqa valideynləri və qardaşı yaşayır. 2022-ci ildə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 13 saylı tam orta məktəbin 11-ci sinfini bitirib qəbul imtahanında iştirak etsə də, uğur qazana bilməmişdir. 10 iyul 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısında olan "Playstation" klubda olmuşdur. Təxminən saat 15 radələrində səs-küy gəldiyini eşidib çölə çıxmışdır. O, çölə çıxdıqda olduğu yerdən təxminən 10 metr aralıda bir nəfər kişi cinsindən olan şəxsin arxasıüstə qan içində yerə uzandığını görmüşdür. Həmin şəxs artıq can verdiyindən ətrafda olan tanımadığı şəxslər dərhal təcili tibbi yardıma zəng etmişlər. Yerdə arxasıüstə uzanmış şəxsin əynində göy rəngli ağ damalı qısaqol köynək, tünd göy rəngli materialdan şalvar, qara dəri materialdan olan kəmər, qara dəri materiladan ayaqqabı və ağ rəngli corab olmuşdur. Bir müddət sonra hadisə yerinə gələn həkimlər yerdə uzanmış şəxsi müayinə etdikdən sonra öldüyünü demişlər. Sonradan gəzən söhbətlərdən ona məlum olmuşdur ki, evlərin alıq-satqısı və kirayəsi ilə məşğul olan Emin adlı şəxs mübahisə zamanı İsrayıl adlı şəxsi bıçaqla vuraraq öldürmüşdür. O, Eminin İsrayıl adlı şəxsi nə üçün, hansı səbəbə öldürməyin bilmir, hadisənin birbaşa şahidi olmamışdır. O, nə Emini nə də ki, İsrayılı tanımır. ( cild 1, iş vərəqə: 132-135) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısıdır. Hadisə yerindən qanabənzər ləkələr pambıq tampona hopdurularaq müvafiq qaydada götürülmüşdür.(cild 1, iş vərəqə 3-6) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş 10 iyul 2022-ci il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində göy rəngli ağ damalı qısaqol köynək, tünd göy rəngli şalvar, qara dəri materialdan olan kəmər, qara dəri materialdan olan ayaqqabı və ağ rəngli corab vardır. Meyitin köynəyi bütünlüklə qana bulanmışdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər var: boynun sağ yuxarı 1/3-də qulaq seyvanının 1,5 sm aşağı istiqamət boyunca üfüqi yerləşən nisbətən önə maili olan ölçüsü 3.0x0.6 sm ölçüdə kənarları düz, ucları iti bir ədəd deşilmiş-kəsilmiş yarası müşahidə olunur. Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd-göy rəngli şalvar və bir ədəd ağ-göy rəngli qısaqol köynək müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqə 7-8) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 89 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ yuxu arteriyasının zədələnməsi ilə müşayitə olunan boynun sağ yan səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası müşahidə olunur. Qeyd olunan xəsarət deşici-kəsici alətin ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla qərarda göstərilən tarixə ,yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb sağ yuxu arteriyasının deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş xarici qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Meyitin bədənində xəsarətlərin xarakterinə və yerləşmə yerinə əsasən demək olar ki, xəsarətin onun özü tərəfindən yetirilməsi istisna edilir. Zərərçəkmiş şəxs boyunun sağ yan səthinin yuxarı 1/3-də olan yaranın istiqaməti yuxarıdan-aşağıya, sağdan-sola, arxadan-önə doğru olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlardakı zədələrlə onun bədəni üzərində olan xəsarətlər nisbi olaraq üst-üstə düşür. ( Cild İ i/v 164-170) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 1004 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası müşahidə olunur. Qeyd olunan xəsarət iti kənara və uca malik olan əşyanın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.( cild , iş vərəqə 171-173) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 480/2022-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus köynəyin boyun nahiyəsindəbir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus köynəyin bütün səthi boyu aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsindəəmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Şalvarın bütün nahiyəsində fasiləli yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində aşkar qan ləkələri qan mənbəyindən səthə əsasən şaquli və bucaq altında damcılar nəticəsində əmələ gələ bilərdi. Şalvarın sağ ayağının ön səthində aşkar edilmiş qan ləkələri qan mənbəyindən səthə əsasən şaquli və bucaq altında damcılar nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli, ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. ( cild 1, iş vərəqə 174-179) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 591/2022-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa qanın qarışıq olduğu halında ləkələrdə O alfa, beta/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması inkar olunmur. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qan ləkələrin yaranma müddətini və onun canlı şəxsdən yaxud meyitdən əmələ gəlməsini təyin etmək mümkün olmamışdır. ( cild 1, iş vərəqə 180-185) Cinayət işinin materiallarında olan və məhkəmdə tədqiq olunmuş məhkəməpsixiatrik və psixoloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 2172 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstləlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oğlu qıcığa qarşı həssaslıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, kobudluq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. ( cild 1, iş vərəqə 186-190) Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd-göy rəngli şalvar və bir ədəd ağ-göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins materialdan olan şalvar və bir ədəd açıq-göy rəngli 03 düyməli qısaqol köynək, hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr, həmçinin bir ədəd dəstəyi qara rəngli qatlanan tipli bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağına təvhil verilmişdir. ( cild 1, iş vərəqə 227-244) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi tələbnamədən görünür ki, , Sumqayıt şəhər Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, sonuncu zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinərək 250 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 126-128, 149-155) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 158) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci təvəllüdlü X9, xx.xx.2009-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X16 oğlu adlı övladları vardır. ( cild 1, iş vərəqə160-162) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə verdiyi ittihama əsasən o, o, 10 iyul 2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən, "Al" market adlı ictimai iaşə obyektinin önündə görüşüb, əvvəllər bir neçə dəfə pul verdiyi sonuncu növbəti dəfə Təqsirləndirilən şəxs pul istədikdə o, bu dəfə pulunun olmadığını dediyindən Zərərçəkmiş şəxs onun çənəsinə yumruqla vurub ünvanına nalayiq söyüşlər işlədərək münasibətlərini aydınlaşdırmaq üçün onu Sumqayıt şəhəri, 34-cü məhəllə, 14/18 saylı binanın qarşısına gətirərək mübahisəni və nalayiq söyüşlərini davam etdirib sinəsinə yumruqla vuraraq üzərinə bıçaq çıxartdığından, Təqsirləndirilən şəxs cüzi səbəb üzündən bütün bunlardan sonra, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, aralarında baş vermiş münaqişə zəminində ictimai əxlaq normalarına açıqdan-açığa etinasızlıq göstərərək üzərində qanunsuz olaraq gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 95 mm olan qatlanan tipli ov bıçağı ilə Zərərçəkmiş şəxs sağ yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan boynun sağ yan səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, kəskin qanitirmədən ölümünə səbəb olan bir ədəd xəsarət yetirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilməyinə baxmayaraq, verilmiş ittihamda müəyyən təhriflərə yol verilmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə əsasən hadisə zamanı ilkin olaraq Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən qanunsuz olaraq pul tələb etmiş, təqsirləndirilən şəxs həmin pulu vermədikdə onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, bundan sonra Zərərçəkmiş şəxs yumruqla təqsirləndirilən şəxsə xəsarət yetirmiş və üzərinə bıçaq çıxartmışdır. Qeyd olunan hallar məhkəmə istintaqı zamanı toplanmış sübutlar, hətta cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. 1) Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ondan və makler fəaliyyəti ilə məşğul olan digər şəxslərdən mütəmadi olaraq aylıq pul yığdığını ifadəsində göstərmişdir. Bu hal təqsirləndirilən şəxsə verilmiş ittihamda qeyd edilmişdir. Lakin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid1 Mürvət oğlu özünün də həmin ərazidə makler fəaliyyəti ilə məşğul olduğunu zərərçəkmiş şəxsin nə ondan, nə də ki həmin ərazidə makler fəaliyyəti ilə məşğul olan şəxslərdən pul tələb etmədiyini göstərmişdir. Zərərçəkmiş şəxsin həmin ərazidə pul yığması ilə əlaqədar cinayət işinin materiallarında heç bir sübut yoxdur. 2) Bundan əlavə, təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etdiyini bu halı Şahid3 gördüyünü bildirmişdir. Bu hal təqsirləndirilən şəxsə verilmiş ittihamda qeyd edilmişdir. Lakin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid3 baş vermiş hadisəni və mübahisəni görmədiyini yalnız hadisə olduqdan sonra həmin əraziyə gəldiyini ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi bu hal da həm məhkəmə istintaqı zamanı, həm də ki ibtidai istintaq zamanı öz təsdiqini tapmamışdır. 3) Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ona yumruqla xəsarət yetirdiyini və üzərinə bıçaq çıxartdığını göstərmişdir. Bu hal təqsirləndirilən şəxsə verilmiş ittihamda qeyd edilmişdir. Lakin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə-tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs bədən səthində sağ əlin İV barmağının dırnaq falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası xəsarəti aşkar edilmiş, başqa hər hansı xəsarəti aşkar edilməmişdir. Həmçinin cinayət işi materiallarının 10-cu səhifəsində olan meyitə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotocədvəlin 3-cü fotosundan görünür ki, zərərçəkmiş şəxsin üzərində olan bıçaq onun sağ tərəfində şalvarına keçirilmiş formada köynəyinin altında olmuşdur. Bu foto sübut edir ki, hadisə zamanı zərərçəkmiş şəxs bıçaqdan istifadə etməmiş və təqsirləndirilən şəxsin üzərinə bıçaq çıxartmamışdır. Bu hal bir daha hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotocədvəllə də təsdiq olunur, həmin protokola əlavə edilmiş fotolarda da zərərçəkmiş şəxsin əlində ətrafında hər hansı bıçaq olmadığı müşahidə olunur. 4) Bundan əlavə məhkəmə həmçinin belə hesab edir ki, hadisə zamanı baş vermiş mübahisə də tərəflər dava-dalaş olmamış, Təqsirləndirilən şəxs qəflətən zərərçəkmiş şəxsin gözləmədiyi anda ona xəsarət yetirmişdir. Belə ki, cinayət işinin materiallarında olan ekspert rəylərindən görünür ki, hadisə aləti olan bıçağın tiyəsinin uzunluğu 95 mm yəni 9.5sm-dir, meyitin ölümünə səbəb olan xəsarətin yara kanalının dərinliyi 10 sm-dir. Həmçinin digər rəydə Təqsirləndirilən şəxs sağ əlin 4-cü barmağının dırnaq falanqasında kəsilmiş yara xəsarəti aşkar olunur. Bütün bunlar zərərçəkmişinin yalnız bir xəsarət alması, onun lokalizasiyası, yara kanalının dərinliyi, təqirləndirilən şəxsin barmağının kəsilməsi onu deməyə əsas verir ki, hadisə ibtidai istintaq orqanının təhrif etdiyi formada əvvəl zərərçəkmiş şəxs tərəfindən mübahisə başladılması, onun yumruq atması, bıçaq çıxartması kimi deyil, hadisənin zərərçəkmiş şəxsin gözləmədiyi anda Təqsirləndirilən şəxs qəflətən ona həyatı vacib nahiyəyə güclü bıçaq zərbəsi yetirməsi nəticəsində baş verməsi sübuta yetirilir. Zərərçəkmiş şəxsin üzərində yalnız bir xəsarətin olması, yara kanalının bıçağın tiyəsinə münasibətdə dərin olması da onu göstərir ki, o zərbəni gözləməmiş, zərbə güclü olmuş, buna görə müqavimət göstərə bilməmiş, hadisə qısa zamanı kəsiyində baş vermişdir. 5) Məhkəmə həmçinin təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər məhkəməsinin 28 noyabr 2012-ci il tarixli və 19 iyun 2014-cü il tarixli hökmlərinin sonuncu barəsində məhkumluqla əlaqədar hər hansı bir məhrumiyyət yaratmadığnı qeyd edərək, həmin hökmlərin CM-nin 58.3-cü maddəsinin tələbləri baxımından təhlil olunmasını zəruri hesab edir. Belə ki, cinayət işinin materialarında olan qeyd olunan hökmlərdən görünür ki, hər iki hökmdə təqsirləndirilən şəxs şəxsiyyət əleyhinə cinayət törətmişdir. 28 noyabr 2012-ci il tarixli hökmündə zərərçəkmiş şəxs X6 məhkəmədəki ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixdə saat 00:10 radələrində tanışı Sonya adlı qadınla küçədə gedərkən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, Sonyanın onunla getməsini istəmiş, o buna etiraz etmiş, aralarında mübahisə başlamış, Eminin yaxasından yavaş itələyərək uzaqlaşmasını xahiş etmiş, bu zaman Emin cibindən bıçaq çıxararaq onun boynunun sol nahiyəsindən vurub oradan uzaqlaşmışdır. Digər 19 iyun 2014-cü il tarixli hökmdə olan zərərçəkmiş şəxs X11 tədqiq olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü Seymur kimi təqdim edərək atasında 50 manat pul alıb atasını aldatmış, bununla əlaqədar aralarında narazılıq yaranmışdır. Bundan sonra anası evdə tək olduğu vaxt səbəbsiz olaraq onların evinə gəlib icazəsiz evə daxil olmaq istəmişdir. Bu hadisədən sonra Emin dükanın qarşısından keçərkən atası ona Emini çağırmasını bildirmiş, o Emini çağırmış, atası nəyə görə icazəsiz evlərinə daxil olmaq istədiyini soruşduqda Emin səs-küy salaraq oradan uzaqlaşmışdır. Yarım saat sonra Emin yanında üç nəfər şəxslə dükana gələrək onu çölə çağırmış, Eminin yanındakı şəxslər atası ilə söhbət edərkən Emin qəfildən başı ilə onun sifətindən vurmuş və cibindən bıçaq çıxarmış, yanındakı şəxslər Emini tutaraq bıçaqla onu vurmasının qarşısını almışlar. Məhkəmə hökmləri təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə şəxsiyyətcə xuliqanlığa meylli şəxs kimi mənfi xarakterizə olunur və üzərində daimi bıçaq gəzdirərək xırda bir mübahisə zamanı qəfildən şəxslərin həyat üçün əhəmiyyətli olan baş, boyun nahiyələrinə xəsarət yetirir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürməməsi, İsrayıl Xüliyevin ona xəsarət yetirib, üzərinə bıçaq çıxartdığına görə onu bıçaqlaması, ümumiyyətlə öldürmək niyyətinin olmaması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirib, aralarında baş vermiş münaqişə zəminində ictimai əxlaq normalarına açıqdan-açığa etinasızlıq göstərərək üzərində qanunsuz olaraq gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən qatlanan tipli ov bıçağı ilə vurması təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyul 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 15, 64-65) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 iyul 2022-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd-göy rəngli şalvar və bir ədəd ağ-göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins materialdan olan şalvar və bir ədəd açıq-göy rəngli 03 düyməli qısaqol köynək, hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr, həmçinin bir ədəd dəstəyi qara rəngli qatlanan tipli bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 11 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək, Təqsirləndirilən şəxs məxsus şalvar və bir ədəd köynək, hadisə yerinə keçirilmiş baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr, həmçinin bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-282/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-282/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver