Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-282/2025 01.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Saatlı rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(001)-564/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 02 (iki) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası olan, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq 234.4.1 və 234.4.3-cü maddələri ilə iittiham verilmişdir ondan ötrü ki o, külli miqdarda narkotik vasitələri və psixotrop maddə əldə edib satmaq məqsədi ilə 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində “İnstaqram ” sosial şəbəkəsi vasitəsilə tanış olduğu “Maqsud” adlı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində sonuncunun "M10"-a qoşulduğu nömrənin balansına 100 manat pul köçürdükdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs Maqsud adlı tərəfindən Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yol kənarında qoyulmuş iki ədəd şəffav rəngli selofan bükümdə, bir ədəd siqaretin gümüşü kağzı bükümündə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin sıyahısf’na daxil edilmiş ayrı-ayrılıqda çəkiləri 13,21 İqram, 0,698 qram, 0,450 qram, ümumi çəkisi 14,359 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini, bir ədəd şəffav rəngli selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı”na daxil edilmiş çəkisi 20,594 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısf’na daxil edilmiş iki ədəd üzərində “Methadone 40” göstəriciləri olan 01 ədəd blisterdəki 1 ədəd bütöv bir ədəd /2 hissə açıq qəhvəyi rəngli “F/M40” göstəricdi ümumi miqdarı 0,060 qram çəkidə tərkibində metadon təsiredici maddəsinin miqdarı olan dərman tabletini əldə edib üzərində Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edib üzərində saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 oktyabr 2024-cü il tarixdə saat 17:16 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin tarixdə saat 17:16-dən 17:32-ə kimi üzəri yoxlanılan zaman əlində saxladığı üstü damalı olan açıq qəhvəyi rəngli əl çantasının içərisində həmin iki ədəd şəffav rəngli selofan bükümdə, bir ədəd siqaretin gümüşü kağzı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 13,211 qram, 0,698 qram, 0,450 qram, ümumi təmiz çəkisi 14,359 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsülla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, bir ədəd şəffav rəngli selofan bükümdə təmiz çəkisi 20,594 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd üzərində “Methadone 40” göstəriciləri olan 01 ədəd blisterdəki 1 ədəd bütöv bir ədəd У2 hissə açıq qəhvəyi rəngli “F/M40” göstəricdi ümumi miqdarı 0,060 qram çəkidə tərkibində metadon təsiredici maddəsinin miqdarı olan dərman tabled, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli “CAS CUX 420” markalı elektron tərəzi və bir ədəd ağ rəngli plastik qaşıq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitənin onda olmadığını, polis idarəsinə aparılarkən polislərin çantanı özləri ilə evdən götürüb apardıqlarını, ittihamda göstərilən tarixdə, yəni 29 oktyabr 2024-cü il tarixdə saat 17:16 deyil, 29 oktyabr 2024-cü il tarixdə saat 11:00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra bölməyə aparıldığını, bölmədə təxminən 5-6 saat müddətində saxlanıldıqdan sonra ittihamda göstərilən məkana aparıldığını və üzərindən videoçəkiliş aparılmaqla narkotik vasitə götürüldüyünü bildirmişdir. O, hadisə günü səhər yuxudan oyanmış və yatağında oturmuş, daha sonra başını qaldırdıqda 3 nəfər adam görmüş və ona demişlər ki, “qalx, paltarlarını geyin, gedirik.” O, nə baş verdiyini başa düşməmiş, onu polis idarəsinə aparmış, bir müddət- təxminən 6 saat ərzində idarədə boş bir otaqda saxlamışlar. O, tutulmamışdan qabaq yaşadığı evdə “bir dəfə istifadə etmək üçün narkotik vasitə heroin”, yəni bir “çet” qəbul etmiş, sonra heroinin kağızını çantasına qoymuşdur. Polis əməkdaşları onun çantasını götürüb boşaltmış, sonradan həmin çantanı ona yenidən verib çəkiliş aparmışlar. Çəkiliş zamanı çantadan narkotik vasitə, psixotrop maddələr və tərəzi aşkar olunmuşdur. Aşkar olunan maddələr ona məxsus olmamış, o, buna etiraz etdikdə polislər çəkilişi dayandırmış və narahat olmamasını ona bildirərək ancaq istifadəçi kimi sənədləşdirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxsə verilən suallara cavab olaraq bildirmişdir ki, o, 29 oktyabr 2025-ci il tarixdə saat 11-12 radələrində yaşadığı evdə saxlanılmış, onu polis idarəsinə aparmış, orada 6 saatdan artıq müddətdə saxlamışlar, sonradan yaşadığı evin qarşısına gətirib orada çəkiliş aparmışlar. Həmin vaxt onun ayağında əvvələr CM 177-ci maddəsi ilə məhkum olunduğuna görə qolbaq olmuş, qolbaq işlək vəziyyətdə olmuşdur. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlaması, daşıması və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət olunmuşdur. Müvafiq icazə verildikdən sonra əməliyyat tədbirləri keçirilmiş, Nizami Gəncəvi küçəsi, ev 31 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Daha sonra bir nəfər xanım dəvət etmişlər, videogörüntülərdə də həmin xanım əks olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs üstündən narkotik vasitələr aşkar olunmuş və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi 29 oktyabr saat 17 radələrində saxlamışlar.Təqsirləndirilən şəxsin onu yaşadığı ünvandan aparmaqları ilə bağlı verdiyi ifadəsi həqiqətə uyğun olmamışdır. Onun üstündən 3 bükümdə narkotik vasitə, heroin də siqaret kağızına bükülmüş, habelə şəffaf selofonda narkotik vasitə, habelə m40 da aşkar olunmuş, özü iranlı şəxsdən dəfələrlə narkotik vasitə götürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxsə hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi 29 oktyabr 2025-ci il saat 17 radələrində saxlamışlar. Onun yaşadığı ünvandan aparmaqları ilə bağlı verdiyi ifadə həqiqətə uyğun olmamışdır. Onlar 3 nəfər polis əməkdaşı olmuşlar, həmin gün üzərində mobil telefon olmuş, 055 *** ** ** mobil nömrəsi istifadəsindədir, həmin gün üzərində qeyd etdiyi mobil nömrənin olub-olmaması yadında olmamışdır. Şahid1, Şahid2 və o əməliyyat tədbirində iştirak etmiş, təqsirləndirilən şəxsin dedikləri həqiqətə uyğun olmamış, çəkiliş onun tərəfindən aparılmış və bir nəfər yoldan keçən xanımı hal şahidi kimi cəlb etmişlər. Tədbirin həyata keçirildiyi yerə həmin gün bir dəfə getmiş, həmin vaxta qədər polis idarəsində olmuşdur. Təqsirləndirilən şəxsin əl çantasından narkotik vasitələr aşkar olunmuş, metamfetamin, heroin və.s aşkar olunmuş, çantada başqa nələrin aşkar olunduğu yadında olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahidin həmin ifadəsindən görünür ki, o, Abşeron rayon polis idarəsində xadimə işləyir. Bildirmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə saat 17:16 radələrində Abşeron RPİ-nin polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin qəbulunda üzərində gəzdirməkdə və dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər qadını ünvan 3 ünvanının qarşısında saxladıqlarını bildirərək həmin qadının üzərini yoxlayan zaman həmin prossesdə iştirak etməsini ondan xahiş etmişlər. O, polis əməkdaşlarının dəvətini qəbul edib sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin üzərinin yoxlanılması prossesində iştirak etməsinə razılıq vermişdir. Həmin gün yəni 29 oktyabr 2024-cü il tarixdə saat 17:16-dən saat 17:32-ə kimi vaxt ərzində ünvan 4 ünvanının qarşısında onun, Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 Ümüdvar oğlunun, polis leytenantı Şahid2, Abşeron rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılan zaman Təqsirləndirilən şəxs əlində saxladığı üstü damalı olan açıq qəhvəyi rəngli əl çantasından üç ədəd şəffav rəngli selofan bükümdə, bir ədəd siqaretin gümüşü kağız bükümü və bir ədəd üzərində “Methadone 40....Faran” yazısı olan 01 ədəd blisterdəki 1 ədəd bütöv və bir ədəd У2 hissə dərman tabletini çıxararaq təqdim etmişdir. Həmin üç ədəd şəffav rəngli selofan bükümün, bir ədəd siqaretin gümüşü kağız bükümün içərisinə baxdıqda həmin bükümlərdən iki ədəd şəffav bükümün və bir ədəd siqaretin gümüşü kağızı bükümünün içərisində ağ rəngli kristal şəkilli maddənin, bir ədəd şəffav rəngli bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin, bir ədəd üzərində “Methadone 40....Faran” yazısı olan 01 ədəd blisterdəki 1 ədəd bütöv və bir ədəd V2 hissə dərman tabletin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əlində saxladığı üstü damalı olan açıq qəhvəyi rəngli əl çantasından çıxararaq təqdim etdiyi üç ədəd şəffav rəngli selofan bükümdən, bir ədəd siqaretin gümüşü kağız bükümdən iki ədəd şəffav rəngli selofan bükümün, bir ədəd siqaretin gümüşü kağız bükümün içərisində psixotrop maddə metamfetamin, bir ədəd şəffav rəngli selofan bükümün içərisində narkotik vasitə heroin və bir ədəd üzərində “Methadone 40....Faran” yazısı olan 01 ədəd blisterdəki 1 ədəd bütöv və bir ədəd V2 hissə dərman tabletidir”. Bildirmişdir ki, “bir-neçə ay olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində sosial şəbəkə vasitəsilə tanış olduğu “Maqsud” adlı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxslə razılaşaraq sonuncunun "M10"-a qoşulduğu nömrənin balansına 100 manat pul köçürdükdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yol kənarından götürüb özü ilə Abşeron rayonu, Xırdalan şəhərinə daşımışdır. Onun narkotik vasitəvə psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Methadone 40....Faran” yazısı olan 01 ədəd blisterdəki 1 ədəd bütöv və bir ədəd V2 hissə dərman tablet, üç ədəd şəffav rəngli selofan bükümdə, bir ədəd siqaretin gümüşü kağız bükümdə kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra yoxlamanın çəklişi dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. (iş/v_180-182) Məhkəmə istintaqı zamanı iş üzrə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X11 verilən suallara cavab verərək bildirdi ki, Samirə onun anasına və bacısına qulluq etmiş, evdə bir otaq onun üçün ayrılmış, 29 oktyabr 2024-cü il saat 11-12 radələrində polis əməkdaşları Samirəni evdən aparmış, anasıgil həmin zaman evdə olmamış, Samirə həmin vaxt öz otağında olmuşdur. Gedəndə Samirənin kosmetik vasitələrini qoyduğu çantanı da götürmüşlər. Anasıgil nəvəsinin ad günü yığıncağına getmiş, o, səhər evə gəlmiş, zibilləri atmaq və çörək almaq üçün çölə çıxmaq istəyən zaman hadisə baş vermişdir. Samirə imkanı olmadığından anasıgildə yaşamış, ev kirayə olmuşdur, polis əməkdaşları ona yaxınlaşıb evdə kimin olduğunu soruşmuşlar. Saat 11-12 arası olmuşdur. 055 *** ** ** mobil nömrəsi həmin zaman üstündə olmuş, Samirəni polis əməkdaşları apardıqdan sonra anasına zəng vurmuş, 050 *** ** ** mobil nömrəsi anası Pişiyari Lətifənin istifadəsində olmuşdur. Hadisə baş verən gün o, həmin evə saat 08-09 radələrində getmişdir. Polis əməkdaşları mülki geyimdə 3 nəfər olmuşlar, polis əməkdaşlarından Samirəni niyə apardıqlarını soruşanda “araşdıracaqsınız, biləcəksiniz” demişlər. Daha sonra Samirəni geri gətirməmişlər, o, videoçəkiliş apardıqlarını görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməsi üçün məhkəmə istintaqı zamanı tədqiq etmişdir. Cinayət işinin materiallarında olan: -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 125-126) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə probasiya şöbəsində qeydiyyatdan keçmiş və 29 oktyabr 2024-cü il tarixdə (şübhəli şəxs qismində tututlduğu tarix) cəzasının çəkilmiş hissəsi 09 (doqquz) ay 11 (on bir) gün, çəkilməmiş cəzası 02 (iki) ay 19 (on doqquz) gün təşkil etmişdir.(cild 1, iş vərəqə 209) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə ünvanlanmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli sorğusundan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökmün icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmışdır, Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməsi ilə əlaqədar elektron nəzarət vasitəsi daşıyıcısı və istifadəçisi olduğuna görə Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixində üzərində gəzdirdiyi həmin elektron nəzarət vasitəsinin işlək vəziyyətdə olub-olmaması, əgər olmuşdursa, onun həmin gün üçün hərəkət trayektoriyası ( saat dəqiq göstərilməklə) barədə məlumat verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə sorğu göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin həmin sorğuya 08 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, müvafiq elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmuş, məhkum Təqsirləndirilən şəxs koordinatlar üzrə xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 11:57-dək ünvan 7 ünvanında olmuş, saat 11:58-də hərəkətə başlayaraq saat 12:09-dan saat 17:03-dək Abşeron rayon polis idarəsinin inzibati binasında saxlanılmış, saat 17:04-də hərəkətə başlayaraq saat 17:13-dən saat 17:33-dək Nizami Gəncəvi küçəsi, bina 31 ünvanında, saat 17:36-dan saat 17:46-dək Qəşəm Aslanov küçəsində sabit mövqedə olmuş, saat 17:50-dən başlayaraq yenidən Abşeron rayon polis idarəsində saxlanılmışdır. - Abşeron rayon Polis İdarəsinə ünvanlanmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2025-ci il tarixli sorğusundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə 29 oktyabr 2024-cü il tarixdə saat neçədə daxil olması barədə məlumatın və həmin hissədə “Abşeron rayon Polis İdarəsinə daxil olan və çıxan şəxslərin qeydiyyat kitabının” surətinin göndərilməsi barədə, həmçinin onun həmin tarixdə Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə 29 oktyabr 2024-cü il tarixdə saat neçədə daxil olması barədə məlumatın və həmin hissədə “Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olan və çıxan şəxslərin qeydiyyat kitabının” surətinin göndərilməsi barədə Abşeron rayon Polis İdarəsinə sorğu göndərilmişdir. - Abşeron rayon Polis İdarəsinin həmin sorğuya 27 avqust 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 17:40-da Abşeron rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 19:10-da idarədən göndərilmişdir. -Təqsirləndirilən şəxsin və o saxlanılan zaman əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan, eləcə də çıxan zənglər barədə məlumatlar, həmin tarixə olan anten dairə məlumatları. o cümlədən həmin mobil nömrələrin kimin adına rəsmiləşdirilməsi barədə məlumatlar sorğu edilərək müvafiq mobil operatorlarından götürülməsi üçün 29 sentyabr 2025-ci il tarixli məhkəmə qərarı qəbul edilmiş və məlumatlar məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs saxlanılan zaman həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı Bakcell MMC-yə sorğu verilmiş və Bakcell MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD diskdən görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid3 məxsus olmuşdur. Həmin tarixə aid anten məlumatlarına baxış keçirilən təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi saatda-12:00 radələrində Şahid3 Təqsirləndirilən şəxs yaşadığı yerdə ünvan 9 ünvanında olması, saat 12:35-dən 17:01-dək Abşeron rayon polis idarəsində-Xırdalan şəhəri, Şamaxı şossesi 1/Heydər Əliyev prospekti ünvanında olması, 17:07-dən hərəkətə başlayaraq 17:33 radələrində yenidən Təqsirləndirilən şəxs yaşadığı yerdə olması, saat 17:52-dən isə yenidən Abşeron rayon polis idarəsinin ərasisində olduğu müəyyən edilmişdir. Qeyd olunan sorğular və onlara alınmış cavablardan görünür ki, təqsirləndirilən şəxs saxlanılarkən onun ayağında başqa cinayət törətdiyinə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı elektron nəzarət vasitəsi mövcud olmuş və həmin elektron nəzarət vasitəsi işlək vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı elektron nəzarət vasitəsi ilə bağlı sorğu verilmiş və təqsirləndirilən şəxsin hərəkət trayektoriyası müəyyən edilmişdir. Beləliklə, cinayət işinə əlavə edilmiş həmin sorğularla müəyyən edilir ki, təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 11:58-də hərəkətə başlayır və həmin tarixdə 12:09-da Abşeron rayon Polis İdarəsinə aparılır. Həmin gün saat 12:09- 17:04 aralığında polis idarəsində olması müəyyən edilir. Saat 17:04-da yenidən hərəkətə başlayaraq polis idarəsindən çıxarılır və 1 saat 17:13-də ittihamda göstərilən məkana uyğun yerə əraziyə, yəni saxlanıldığı yerə aparılır. Saat 17:13-dən 17:33-ə kimi verilmiş ittihama uyğun olaraq saxlanıldığı yerdə olur və sənədləşmənin videoçəkiliş aparılan tarix və vaxta uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərdikləri elektron nəzarət vasitəsi ilə bağlı verilmiş trayektoriya ilə uyğun gəlir. Belə ki, səhər saat 12:00 radələrində polis idarəsinə gətirilməsi, təxminən 5-6 saat orada saxlanılması və yenidən ittihamda göstərilən ünvana gətirilərək videoçəkiliş aparılması təsdiqini tapmışdır. Göründüyü anten yerləşməsinə dair məlumatlar, eləcə də trayektoriya məlumatları ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs ittihamda qeyd edildiyi kimi 29 oktyabr 2024-cü il tarixdə saat 17:00 radələrindən deyil, bundan təxminən beş saat əvvəl, yəni həmin gün saat 12:00 radələrində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilməklə 05 saatadək müddətdə orada saxlanılmışdır. Bununla bağlı məhkəmə kollegiyası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına istinad edərək qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Göründüyü kimi, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü kimi qiymətləndirməklə bu şübhəni təqsirləndirilən şəxsin xeyrinə həll etdiyi halda, Təqsirləndirilən şəxs işində həbslə axtarış arasındakı vaxt boşluğu 05 saata yaxın olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxs tutulması və onun barəsində istintaqın aparılması ilə bağlı əməliyyat və ibtidai istintaq orqanları tərəfindən yol verilmiş, yuxarıda şərh edilən bütün qanun pozuntuları dövlət ittihamçısı tərəfindən öz çıxışında qeyd edilmiş və dövlət ittihamçısı məhkəmədə təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət təqibini istisna edən halları aşkar etdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən hallara şəxsin cinayət törədilməsinə aidiyyəti olmaması və ya onun təqsirliliyinin sübuta yetirilməməsidə aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Bundan əlavə, cinayət işinin materiallarında olan “əşyanın maddi sübut kimi tanınması haqqında” və “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 20.494 qram çəkidə narkotik vasitə heroin, 14.259 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd blisterdəki açıq qəhvəyi rəngli F/M40 göstəricili 01 ədəd dərman tableti, bir ədəd elektron tərəzi və bir ədəd ağ rəngli plastik qaşıq iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş, bir ədəd “DVD” formatlı diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan ekspertizadan sonra qalıq qalmış 20.494 qram çəkidə narkotik vasitə heroin, 14.259 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd blisterdəki açıq qəhvəyi rəngli F/M40 göstəricili 01 ədəd dərman tableti, bir ədəd elektron tərəzi və bir ədəd ağ rəngli plastik qaşıq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının həmin Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Ona görə də məhkəmə hesab edir ki, maddi sübut olan narkotik vasitə ilə bağlı yekun nəticə cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə əlaqədar olan iş üzrə öz həllini tapmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dərhal ləğv edilməli və o, həbsdən azad edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı hər hansı bir vəsatət qaldırmamışdır. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56 və 356.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə bəraət verici əsasla xitam verildiyindən məhkəmə ekspertizalarının aparılması ilə bağlı 81 (səksən bir) manat məbləğində xərc təqsirləndirilən şəxsə aid edilməməli və cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun həll edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 43.1.1 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Dövlət ittihamçısının irəli sürülmüş ittihamın müdafiəsindən və təqsirləndirilən şəxs barəsində cinayət təqibindən, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə imtina etdiyinə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 356.5-ci maddələrinə əsasən cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 20.494 qram çəkidə narkotik vasitə heroin, 14.259 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd blisterdəki açıq qəhvəyi rəngli F/M40 göstəricili 01 ədəd dərman tableti, bir ədəd elektron tərəzi və bir ədəd ağ rəngli plastik qaşıq cinayət törətmiş şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üzrə aparılacaq cinayət təqibinin materiallarına maddi sübut kimi əlavə edilsin və cinayət törətmiş şəxsin təqsirinin sübuta yetirilməsində sübut növü kimi istifadə edilsin. Maddi sübut kimi tanınmış bir ədəd “DVD” formatlı diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla xitam verildiyindən, ekspertiza tədqiqatının aparılmasına görə iş üzrə mövcud olan 188 81 (səksən bir) manat məbləğində məhkəmə xərcləri ona aid edilməsin, cinayət törətmiş şəxsin müəyyən edilməsi ilə bağlı aparılacaq cinayət təqibinin nəticəsinə uyğun olaraq həll edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-282/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-282/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver