Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-283/2023 07.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Qusar rayonu, Üzdənoba kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Şıxlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində əldə etdiyi 20 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Şıxlı kəndi, Nərəcan-Uzunoba kənd yolunun sol tərəfində 150 metr məsafədə yerləşən evin həyətyanı torpaq sahəsində əkib becərməklə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, 2022-ci ilin iyul ayının ortalarında həmin çətənə bitkilərinin hissələrini yığıb qurutmaqla onlardan satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq yaşadığı evin həyətyanı torpaq sahəsində saxlamış, bu faktlar 04 avqust 2022-ci il tarixdə saat 13:40-14:15 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu Şıxlı kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman 20 (iyirmi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 10805 qram (10 kq 805 qram) təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi çəkisi 20425 qram (20kq.425qram) təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, becərmə) etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla saxlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tam təqsirli, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərdi ki, 3 avqust 2022-ci il tarixdə səhər saatlarında o işdə olmuşdur. Saat 12-yə işləmiş ona zəng gəlmişdir. Yarım saat sonra Anar və Əfqan adlı polis əməkdaşları onu iş yerindən götürərək yaşadığı ünvana gətirmişdirlər. Çəkiliş aparılmadan axtarış aparılmış, lakin heç bir şey aşkar edilməmişdir. O, özü hal şahidlərinin və axtarış aparlması üçün icazə kağızının olmasını bildirmişdir. Polis əməkdaşları qurudulmuş marixuananı 2 ədəd alma yeşiyində yerə qoymuşdurlar. O özü ağacları çıxardıb kisəyə yığmağa köməklik etmişdir. Şöbədə onun işi vəkilsiz aparlmış, vəkil tələb etsə də, ona vəkil verilməmişdir. Müstəntiq vərəqləri ona imzalatmışdır. Ona məxsus olan 20 ədəd ağacdır və bu hissə də özünü tam təqsirli bilir. Qurudulmuş marixuananın ona aidiyyatı olmamışdır. Yeşiklərin ona aidiyyatı yoxdur. Torpaqdan çıxanlar ona məxsusdur. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 3 ildir ki narkotik vasitələrdən istifadə edir. Çətənə bitkisini may ayının axırı əkmişdir. Sentyabr ayında yığacaq imiş. 20 kq qurudulmuş marixuananın ona aiddiyyatı olmamışdır. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 10-na yaxın polis əməkdaşı maşınla gəlmişdirlər. 2 yeşik qurudulmuş marixuananın hardan gəldiyini bilməmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ilkin ifadəsində bunların hamısı demişdir. Müstəntiq ona bildirmidir ki, 6 kisə narkotik vasitə topaqdan çıxanlardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nə daxil olmuş məlumat əsasında digər polis əməkdaşları ilə birlikdə təqsirləndirilən şəxsin yaşadığı kəndə getmişdirlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkməyini və aqrotexniki qaydada qulluq etdiyini etiraf etmişdir. Evin arxasındakı yarımtikilinin yanında taxta yeşikdə qurudulmuş marixuana aşkar edilmişdir. 20 ədəd çətənə bitkisi ağac boyda olmuşdur. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı ağaclardan tökülənləri yığdığını demişdir. Əməliyyat məlumatı ona daxil olmamışdır. Təqsirləndirilən şəxs çəkiliş zamanı orda olmuşdur. Video çəkilişi o özü aparmışdır. Qurudulmuş marixuananı şəxsi istifadəsi üçün tədarük etdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, 14 avqust 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik təkibli bitkiləri əkib becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin ünvana yollanmışdırlar. Samir özü səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini özü qablaşdırmışdır. Evin yanındakı yarımtikilidə qurudulmuş marixuana aşkar edilmişdir. Marixuananın çəkisi yadında qalmamışdır. Təqribən 3 torbada olmuşdur. Narkotik maddələrin satışı ilə bağlı məlumat daxil olmamışdır. Samiri kənd sakini kimi tanımışdır. Hadisə yerinə gedənə qədər bu Samirinin onun tanıdığı Samir olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, tarixi yadında olmadığı gün Şıxlı kəndinə getmişdirlər. 20 ədəd kol təqribən bir metrdən bir metr yarıma qədər olmuşdur. Kolları çıxardıb, qablaşdırmışdırlar. İstintaqa verdiyi ifadəsini tam təsdiq etmişdir. Çəkilişdə iştirak etmişdir. İşlə bağlı digər halları o görməmişdir. O yalnız bitkilərin əkilib becərilməsi hissəsinə baxmışdır. Əkilən kolları görmüşdür, başqa heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 avqust 2022-ci il tarixdə Xaçmaz rayonu Şıxlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayaraq saxlaması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun tərkibinə daxil edilmiş və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 həvalə olunandan və Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 mütəxəssis qismində şöbəyə dəvət ediləndən sonra həmin tarixdə saat 14 radələrində hamı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs özü onları qarşılamış, ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi və narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq saxlaması barədə məlumat daxil olduğunu və ona görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkibəkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri təqdim edə biləcəyini deyərək onları əvvəlcə həyətə, sonra isə sağ tərəfdə mişar daşından inşa edilmiş yarımçıq tikilinin arxasında yerləşən bağ sahəsinə dəvət etmişdir. Bundan sonra o, bağ sahəsində mişar daşından inşa edilmiş hasarın yaxınlığında, habelə bağ sahəsində ayrı-ayrı yerlərdə əkilmiş vəziyyətdə olmaqla hər biri təxminən 0,5-2,5 metr hündürlüklərdə inkişaf etmiş bitkiləri təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onları özünün əkib-becərdiyini bildirmişdir. Aşkar edilmiş həmin bitkilərdən bir neçə ədədi yuxarı hissələrindən ağ rəngli iplə bağlanmış və iplərin digər ucları yerə qoyulmuş mişar daşlarına bərkidilmiş vəziyyətdə olmuşdur. Həmin bitkiləri nə səbəbə iplə bağladığı soruşulduqda Təqsirləndirilən şəxs küləyin təsirindən yıxılıb sınmamaları və həm də günəş işığının yaxşı düşməsindən ötrü bir-birindən aralı qalmaları üçün onları iplə bağladığını demişdir. Baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinin suvarıldığını, yumşaldıldığını və digər qulluqlar göstərilməklə aqrotexniki qaydada becərildiklərini bildirmişdir. Bundan sonra həmin bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış və onların ümumilikdə 20 ədəd olması müəyyən edilmişdir. Bundan başqa qeyd olunan bitkilər aşkar edilmiş yerdə, mişar daşından inşa edilmiş hasara söykədilmiş şiferlərin arxa tərəfində 02 ədəd taxta taraların (yeşiklərin) içərilərində və həmin taraların arasında, yerdə narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütlələrinin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan istifadə etdiyini, aşkar edilmiş bitkilərin çətənə bitkiləri olduğunu və onları özünün əkib becərdiyini, bitki mənşəli kütlələrin isə çətənə bitkilərinin hissələri olduğunu və onları şəxsi istifadəsi üçün yığıb saxladığını bildirmişdir. Bitkilər aşkar olunan yerdə bir neçə metr uzunluğunda rezin boru (şlanq) və 01 ədəd nisbətən böyük ölçülü bıçaq tiyəsi olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş rezin boru (şlanq) vasitəsilə çətənə bitkilərini suvardığını, bıçaq tiyəsi ilə onların diblərini yumşaltdığını demiş və əlavə olaraq o, 01 ədəd kətmən (kənd təsərrüfatı aləti) təqdim edərək həmin kətmənlə çətənə bitkilərinin diblərindəki alaqları təmizləyib torpağı yumşaltdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilər ümumilikdə 02 ədəd ağ rəngli sintetik kisələrə, narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlələr isə ümumilikdə 03 ədəd ağ rəngli sintetik kisələrə yığılaraq qablaşdırılmış və üzərləri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş və ümumilikdə 05 ədəd sintetik kisələrə qablaşdırılmış çətənə bitkilərinə bənzər bitkilər və narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlələr, habelə bir neçə metr uzunluğunda rezin boru (şlanq), 01 ədəd bıçaq tiyəsi və 01 ədəd kətmən (kənd təsərrüfatı aləti) tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə çəkilməklə qeydə alınmış və faktla bağlı müstəntiq Rəşad Babayev tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlaması barədə etibarlı mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 11 avqust 2022ci il tarixli Xaçmaz rayon məhkəməsinin qərarından görünür ki, Xaçmaz rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” 04 avqust 2022ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 04 avqust 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla faktiki olaraq yaşadığı Xaçmaz rayonu Şıxlı kəndində yerləşən evin həyətyanı torpaq sahəsidir. Baxış keçirilərkən evin arxa tərəfindəki bağ sahəsinin müxtəlif yerlərindən ümumilikdə 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilir. Çətə kollarının diblərinin yumşadılmış, suvarılmış, günəş işığının düşməsi üçün əlverişli şəraitdə əkilmiş olması görünür. Çətə kollarının əkildiyi torpaq sahəsinin yaxınlığında müxtəlif təyinatlı məişət əşyalarının ( 01 ədəd su borusu, bir ədəd bıçaq və 01 ədəd təsərüffat aləti) olduğu görünür. X1 çətənə bitkilərinin yanında 02 ədəd taxta yeşikdə və yeşiyin yanında yerə yığılaraq toplanmış formada olan şəxsi istifadəsi üçün qurudulmuş marixuana hazırladığını bildirir. Çətənə kolları, qurudulmuş marixuana, 01 ədəd su borusu, bir ədəd bıçaq və 01 ədəd təsərüffat aləti baxışda iştirak edən şəxslərin də iştirakı ilə torpaqdan çıxarılaraq iri torbalara yığılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 04 avqust 2022-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şıxlı kəndində yerləşən evin həyətyanı torpaq sahəsində əkilibbecərilmiş vəziyyətdə aşkar edilmiş ümumilikdə 20 (iyirmi) ədəd bitkilər narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmaqla onların hündürlükləri 50-250 sm-ə qədər inkişaf etmiş, dibləri yumşaldılmış, suvarılmış və cürüntülərlə gübrələnərək aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli, 7/870 nömrəli rəyinə əsasən: -tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs...marixuanaya bənzər…» yazısı və imzalar olan 03 (üç) ədəd ağ rəngli sintetik torbalardakı ümumi çəkisi – 20425 qram (20 kq 425qr) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs…aşkar olunmuş…bitki…» yazısı və imzalar olan 02 (iki) ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayı 20 (iyirmi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 10805 qram (10 kq 805qr) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 5025 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 08 avqust 2022ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2022-cü il tarixli qərarlardan görünür ki, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 20425 qram (20kq 425qr.) olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 10805 qram (10kq 805qr) olan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD formatilı disk, 01 ədəd su borusu, 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat aləti 08 avqust 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotitk vasitə qurudulmuş marixuananın 0,6 qramının, narkotik tərkibli çətənə bitkilərinin 1,0 qramının tədqiqatlara sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD formatlı diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, qalan 20424,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10804 qram çəkidə 20 ədəd narkotik tərkibli çətənə bitkiləri 05 ədəd ağ rəngli sintetik torbalara qablaşdırılıb möhürlənmiş vəziyyətdə, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman götürülməklə maddi sübut hesab edilmiş 01 ədəd su borusu, 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat aləti saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz RİHB-nın Uzunoba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X2 ibarətdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 20 ədəd çətənə kolunun ona aid olması, yarımçıq tikilinin yanından aşkar edilmiş qurudulmuş marixunanın isə ona heç bir aidiyyatının olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan “Çətənə” növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) külli miqdarı 16 ədəd (31 hissə) müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına saxlanılan 20424,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10804 qram çəkidə 20 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd su borusu, 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat aləti məhv edilməli, 01 ədəd CD formatilı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78,0 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 04 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 20424,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 10804 qram çəkidə 20 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd su borusu, 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat aləti məhv edilsin, 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78,0 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-283/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-283/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver