Məhkəmə qərarları › İş №1(124)-283/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-283/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-283/2024 28.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Nizami oğlunun sədrliyi, X10 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Bakı şəhər 24 saylı Vəkil Bürosu vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 21 ünvanında qeydiyyatda olan və yaşayan, barəsi ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 45,179 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, ümumilikdə 7,533 qram çəkidə psixotrop maddə olan metamfetamini, ümümi miqdarı 0,04 qram təşkil edən 1 ədəd “Methadone 40” həbini və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzini satış məqsədi ilə əldə edib daşıyaraq bir qismini üzərində, qalan hissəsini yaşadığı mənzildə saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 20:20-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin TŞ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ kağız bükümündə təmiz çəkisi 0,188 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 21:40-də Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 21 ünvanına baxış keçirilərkən, mənzilin hamamında vannanın altında bir ədəd qırmızı rəngli dəmir qabın içərisində 06 (altı) ədəd şəffaf sellofan, 1 ədəd ağ, 1 ədəd sarımtıl kağız bükülü götürülmüş, həmin bükülülərdən 04 ədəd şəffaf sellofan, 1 ədəd ağ, 1 ədəd sarımtıl kağız bükümlərinin hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,300 qram, 0,200 qram, 26,218, qram, 10,609 qram, 4,488 qram, 3,364 qram, ümumi təmiz çəkisi 45,179 qram külli miqdarda qəhvəyi rəngli, toz şəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalan 2 ədəd şəffaf sellofan bükümlərinin hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 7,079 qram, 0,266 qram, ümumi təmiz çəkisi 7,345 qram külli miqdarda ağ rəngli, kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,04 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərində “Methadone 40” markalanma yazısı həkk edilmiş konvalyutda, ümumilikdə 1 (bir) ədəd metadon tərkibli dərman preparatı və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onu aprel ayında 0,118 milliqram metamfetaminlə tutmuşlar. Polislər qanunsuz olaraq evinə girmişlər. Videoçəkilişdə hamısı vardır. Onu saat səkkiz iyirmidə tutmuşlar. X15 yaxınlığında tutulmuşdur. Onu sürüyərək avtomobilə atmışlar. Onu Xəzər bağları adlanan əraziyə aparmışlar. Ona bağlama verərək guya onu tutmuş kimi göstərmişlər. O bu barədə onlarla razılaşmamışdır. Daha sonra iki nəfər şəxs onu avtomobilə əyləşdirmişdir. Yanındakı olan şəxslər telefonda bir şəxslə danışmışdır. Səkkizin yarısı onu evə aparmışlar. Guya onun hamamında narkotik vasitə olmuşdur. Polislər onu razılaşmayacağı təqdirdə anasının və bacısının tutulması ilə hədələmişlər. O da məcburi olaraq razılaşmışdır. O, əvvəllər narkotiklə bağlı məhkum olmuşdur. Onun üzərində 0,188 qram olmuşdur. Evdən aşkar olunanlar ona məxsus olmamışdır. O, üzərində olanı etiraf etmişdir. Polis əməkdaşları onu döyməmişlər. Polislər ondan pul istəmişlər. Onun evindən aşkar olunan narkotik vasitə ilə üzərində olan narkotik vasitənin tərkibi eyni olmamışdır. O üzərindəki narkotiki başqa bir yerdən almışdır. O həmin narkotiki evdə istifadə etmək istəmişdir. Onu Polis İdarəsinə saat səkkizdən sonra aparmışlar. Üzərində axtarış aparılarkən vəkil orda olmuşdur. Vəkil lazım olanda otağa giriş etmişdir. Üzərində mobil telefon olmuşdur. Polis idarəsində olarkən kiməsə zəng etməmişdir. Onu bir həftədən sonra 3 saylı İstintaq Təcridxanasına aparmışlar. Saat 22:00da evə baxış keçirmək üçün getmişlər. Polis əməkdaşları hamamın qapısını açmış və hamama baxış keçirmişlər. O hamama heç nə qoymamışdır. Elektron tərəzi ona məxsus olmamışdır. O, həbslə bağlı məhkəmədə verdiyi ifadəni həmin məhkəmədə də demişdir. İfadə verdikdən sonra öz xətti ilə qeydi də mövcud olmuşdur. O zaman qismən təqsirli bildiyini qeyd etmişdir. Müstəntiqin dediklərini yazmışdır. Daha sonra telefonunu ona verərək və tanışlardan 10 min manat təşkil etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Simurq» şadlıq sarayının yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X12 təqdim olunmuş və təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda özü əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində ağ rəngli kağız bükümün olduğu həmin bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir.Sorğu zamanı aşkar edilmiş ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddəni Yavəş adlı İran vətəndaşından əldə etdiyini, belə ki özünü Yavəş kimi təqdim edən İran vətəndaşı ilə “votsap” ilə əlaqə saxladığım, həmin şəxsdən ümumilikdə 20 qram narkotik vasitə aldığını, həmin narkotik vasitələri almaq üçün İran vətəndaşının hesab nömrəsinə pul yolladıdığım, həmin narkotik vasitələri Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisinə gedərək İran vətəndaşının dediyi yerdən götürdüyünü, bir qismini şəxsi istifadəsi üçün üzərində saxladığını, qalan qismini isə hazırda yaşadığı ünvanda saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükümün içərisindəki ağ rəngli kağıza bükülmüş olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,40 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.Bundan sonra polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı ünvana getmiş və ünvanın qarşısında olan zaman videoçəkiliş vasitəsilə ünvana baxış keçiriləcəyi bildirilmişdir. O buna heç bir etiraz etməyib, yaşadığı ünvanın qapısını döymüşdür. Bir qədər sonra qapını bacısı X8 açmış və içəri daxil olmuşlar. Yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə özü yaşadığı mənzilin vanna otağında vannanın altında saxlamış olduğu 1 ədəd qırmızı rəngli dəmir qabı təqdim etmişdir. Həmin dəmir qabın içərisində 6 ədəd şəffaf sellofan bükümlərin. 1 ədəd ağ rəngli, 1 ədəd sarımtıl rəngli kağız bükümlərin, 2 ədəd içərisi boş qırmızıtıl sellofan bükümlərin 1 ədəd qəhvəyi rənfli üzərində “faron” yazıları olan həbin olduğu görüldü. Aşkar edilmiş bükümlərə baxış zamanı 4 ədəd şəffaf sellofana, 1 ədəd ağ rəngli və 1 ədəd sarımtıl rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin, 2 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Həmçinin mətbəxdə olan masanın üzərindən 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi aşkar edilmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 5,24 qram, 27,77 qram, 3,95 qram, 12,43 qram 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,58 qram, 1 ədəd sarımtıl rəngli kağız bükümün içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,79 qram, aşkar edilmiş qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 50,84 qram, 2 ədəd şəffaf sellofan bükümlərin içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 7,92 qram, 0,31 qram bundan sonra həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 8,23 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr, və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 .saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 2023-cü ilin aprel ayının 26-sında axşam saatlarında Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və satması ilə əlaqədar iş yoldaşı Şahid2 ilə birlikdə Sumqayıt şəhərində yerləşən Simurq restoranın yaxınlığında şəxsi saxlamışlar. Şəxsi saxlayandan sonra polis idarəsinə dəvət etmişlər. Polis İdarəsində təhqiqatçının xidməti otağında vəkilin iştirakı ilə çəkilişlə üzərinə baxış keçirilmiş və şəxsin üzərindən metamfetamin aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən suallar verildikdən sonra şəxsin yaşadığı evində də narkotik vasitələrinin olduğu müəyyən olunmuşdur. Ondan sonra eyni tərkibdə onun evinə baxış keçirilmiş və şəxsin evindən külli miqdarda narkotik vasitələr olan heroin, metamfetamin, metadon həbi və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat qrupuna o və iş yoldaşı Şahid2 daxil olmuşdur. Şəxsi saxlayarkən hər hansı bir təzyiq göstərməmişlər. Şəxsin Polis İdarəsində üzərinə baxış keçirilmişdir. Daha sonra onun evinə baxış keçirmişlər. Evinə baxış keçiriləndə razılıq ərizəsi alınmışdır. Narkotik vasitələr hamamda və onun evində aşkar olunmuşdur. Əməliyyat qrupunda iki nəfər olmuşdur. Başqa heç kim olmamışdır. X21 küçəsində yerləşən Simurq restoranının yaxınlığında saxlamışlar. Saat təxminən səkkizdoqquz arası olmuşdur. Bölmədə təhqiqatçının xidməti otağında üzərinə baxış keçiriləndə iştirak etmişdir. Videoçəkiliş olmuşdur. Təqsirləndirilən şəxsin əynində hansı paltarın olmasını xatırlamamışdır. Narkotik şalvarının cibindən çıxmışdır. Hansı cibindən çıxdığını xatırlamamışdır. Narkotik şəffaf sellofanda olmuşdur. Metamfetaminə bənzəmişdir. Təhqiqatçının otağında sellofan açılmışdır. Ağ kristal şəkildə olmuşdur. Cibində başqa nələrin olduğunu xatırlamamışdır. Özü könüllü olaraq evində də narkotikin olduğunu bildirmişdir. Evinə saat neçədə baxış keçirtdiklərini xatırlamamışdır. Evdə bacısı olmuşdur. Narkotiki özü təqdim etmişdir. Hamam otağında olan vannanın altından narkotiki çıxararaq təqdim etmişdir. Qabın rəngini xatırlamamışdır. Qabın içərisindən heroin, metamfetamin, metadon həbi aşkar olunmuşdur. Bükümlər şəklində olmuşdur. Bükümlərin sayını xatırlamamışdır. Bir neçə büküm metamfetamin olmuşdur. M40 həbi də olmuşdur. Üzərində M40 yazısı olmuşdur. Elektron tərəzini təqdim etmişdir. Tərəzidə gözlə görünən ləkələr olmamışdır. Təqsirləndirilən şəxsin tutulduğu gün və ya tutulmadan öncə onun evinə getməmişlər. Həmin ünvanda əməliyyat tədbiri keçirilən gün olmuşdur. Orada olmasına səbəb məlumat əldə etmək məqsədilə vətəndaşların sorğusunu keçirməsi olmuşdur. Qeyd edilən nömrədəki Prado markalı avtomobil ona məxsus olmuşdur. Səbinə adlı şəxsi tanımamışdır. Bu barədə əməliyyat məlumatı almamışdır. Həmin gün Səbinə adlı şəxslə təqsirləndirilən şəxsin evinə getməmişlər. Narkotiki satmasını görməmişlər. Telefon onda olmamışdır. Əməliyyatın davamı kimi digər şəxsləri müəyyən edə bilməmişlər. Onu birbaşa Polis İdarəsinə aparmışlar. Şəxsi piyada hərəkət edən zaman saxlamışlar. O, istintaq zamanı verdiyi ifadənsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, şəxsi onlar 26 aprel 2023-cü il tarixində axşam saatlarında saxlamışlar. Saat 20:00 radələri olmuşdur. Şərail müəllimə şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Onun əsasında rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri ərazisində yerləşən X20 yaxınlığına getmişlər. Şəxs piyada hərəkətdə olan zaman saxlamışlar. Şəxs onalara heç bir müqavimət göstərməmişdir. Şəxs özü narkotik istifadəçisi olduğunu bildirmişdir. Şəxsi polis idarəsinə dəvət etmişlər. Xidməti otaqların birində çəkiliş olmuşdur. Çəkiliş zamanı təqribən iki qrama yaxın metamfetamin aşkar olunmuşdur. O, narkotik vasitəni tanımadığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Şəxs özü narkotik vasitənin evində də olduğunu bildirmişdir. Vəkilin iştirakı ilə evinə getmişlər. Hamamda qırmızı qabın içərisində narkotik aşkar olunmuşdur. Çoxlu bükümlərdə metamfetamin, heroin və metadon olmuşdur. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Qrupun rəhbəri Şərail olmuşdur. Tutma zamanı ikisi də iştirak etmişlər. X21 küçəsində saxlamışlar. O, Çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxsin əynindəki paltarının rəngini xatırlamamışdır. Sol yan cibindən narkotik aşkar olunmuşdur. Narkotik şəffav bükümdə olmuşdur. Ağ rəngli metamfetamin aşkar olunmuşdur. Cibindən pul və telefon aşkar olunmuşdur. Evində narkotik olduğunu özü könüllü etiraf etmişdir. Çəkilişdən sonra evinə getmişlər. Təhqiqatçı, vəkil, kriminalistik ekspert və onlar iştirak etmişlər. Özü narkotikin hamamda olduğunu bildirmişdir. Dəmir qırmızı rəngli qabda bükümlər olmuşdur. Kağız bükümlər də olmuşdur. Başqa bir detal xatırlamamışdır. Neçə büküm olduqlarını xatırlamamışdır. Rənglərini xatırlamamışdır. Həmin gün gündüz vaxtı şəxsin yaşadığı evə getməmişlər. Səbinə adlı şəxsi tanımamışdır. O həmin ərəfədə Sumqayıt şəhərinə təzə təyin olunmuşdur. Həmin vaxt Sumqayıtı yaxşı tanımamışdır. Məlumat digər şəxsə daxil olmuşdur. Satışla bağlı onda məlumat olmamışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, hamam otağından çıxarkən qapı qəflətən açılmışdır. O azyaşlı övladı olduğu üçün tez-tez girib və çıxa bilsin deyə qapını kilidləməmişdir. Qəflətən iki kişi və bir qadının gəldiyini görmüşdür. Arxalarınca bir vətəndaşın da gəldiyini görmüşdür. Ona qardaşının tutulduğunu, nə desələr onu etməli olduğunu bildirmişlər. Ona dediklərini etməsə onun cinayətdə iştirak edən şəxs kimi qeydiyyata salınacağını bildirmişlər. Onun azyaşlı övladı olmuş, həmçinin anası da xəstə olmuşdur. Gələn şəxsin adı Şərail olmuşdur. Sonradan Əli adlı bir kişi də gəlmişdir. Evdə axtarış etməyə başlamışlar. Ondan sonra zala keçmişlər. Zala keçəndən sonra bir-biriləri ilə danışmışlar. Nə danışdıqlarını eşitməmişdir. Bir az keçəndən sonra Şərail çıxıb getmişdir. O gedəndən sonra ondan çay istəmişlər. Stolun üstündə qırmızı qab və hesablayıcıya bənzəyən bir əşya görmüşdür. Çayı oradan götürəndə həmin əşyanın orada olmadığını görmüşdür. Onlar hamam otağına da baxmışlar. Ondan spirt istəmişlər. Spirti onlara vermiş, lakin spirti daha sonra nə etdiklərini bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs gətirmişlər. Nemət onların pul istədiklərini bildirmişdir. Nemət anası ilə görüşdükdən sonra Neməti aparmışlar. Telefonla danışmışlar. Axşam vaxtı Təqsirləndirilən şəxs çəkilişlə gətirmişlər. Ümumilikdə Neməti iki dəfə evə gətirmişlər. Çəkilişlə gəlib Neməti hamam otağına salmışlar. Hamamdan da mətbəxə salmışlar. Mətbəxi ondan sonra onun otağını axtarmışlar. Daha sonra Neməti aparmışlar. Gecə saat birdə ona bir kağız verərək qol çəkdirmişlər. Ona kağıza imza atmayacağı təqdirdə onun da qeydiyyata alınacağını və tutulacağını bildirmişlər. Birinci dəfə gələndə hava aydınlıq olmuşdur. İkinci dəfə gələndə artıq hava qaranlıq olmuşdur. Birinci dəfə gələnlərin biri balacaboy, digəri isə sarışın olmuşdur. Bir xanım da onlarla birlikdə gəlmişdir. İki nəfər onların evində qalmışdır. Əli adlı şəxs zalda oturmuşdur. Hamam otağına balacaboy olan şəxs, Əli adlı şəxs, Şərail və yanlarında gələn xanım da getmişdir. Hamamdan çıxanda onların əllərində heç bir şey görməmişdir. Aralarında telefonla danışanda “filan yerə qoydum” sözünü eşitmişdir. Qırmızı qutunu qoyarkən Şərail adlı polis əməkdaşı evdə olmuşdur. Sonradan Şərail çıxıb getmişdir. Qutunu hamama qoyan şəxslərdən biri artıq getdikdən sonra nəyə görə evəd qalan polis əməkdaşının harasa nə isə qoymalarını bildirməsini izah edə bilmir. Həmçinin qoydum deyərkən evə nə isə qoyduqlarını nəzərdə tutduqlarını dəqiq bilmədiyini bildirdi. Nemət narkotik vasitlərindən istifadə etmiş, amma satışla məşğul olmamışdır. İkinci dəfə qaranlıqda gəlmişlər. Birinci dəfə kamera çəkilişi olmamışdır. Onlar birinci dəfə mənzilə quldur kimi gəlmişlər. O həmin vaxt hamamda olmuşdur. Onun evdə sərbəst hərəkətini heç kəs məhdudlaşdırmamışdır. Polis əməkdaşlarının qırmızı qutunu hamam otağına aparıb qoyduqlarını gördükdən sonra gedib ora nə qoyduqlarına baxmamışdır. O baş verənlər barədə heç bir quruma müraciət etməmişdir. Həmçinin həmin vaxt 102 xidmətinə də məlumat verməmişdir. Təxminən bir həftə sonra Nemət ona zəng edərək ondan 10 min manat pul istədiklərini bildirmişdir. Onlarda heç vaxt elektron tərəzi olmamışdır. O, ifadəsini oxumamışdır. Heç bir sənəd təqdim etmədən evə girmişlər. Şahidin məhkəmə baxışında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundan şahidin ifadəsi elan olunmaqla araşdırılmışdır. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 21-də qeydiyyatdadırlar və orada yaşayırlar.Anaları Firuzə 80 yaşındadır və paralic olduğu üçün yataq xəstəsidir.xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qardaşı Nemət və vəkil Tahir Abbasovla birlikdə yaşadığı ünvana gəlmiş və Nemətin icazəsi ilə evdə narkotik vasitə saxladığı üçün baxış keçirməyə gəldiklərini bildirmişlər.O heç bir söz deməmiş və Nemət özü orada olduğu üçün etiraz etməmişdir.Həmin vaxt videoçəkilişlə evin hamamında vannanın altından qırmızı rəngli dəmir qutu aşkar edimişdir.Həmin qutuya mətbəxdə stolun üstündə baxış keçirilərkən içərisindən narkotik vasitə və psixotrop maddələr aşkar olunmuş və Nemət həmin vasitələrin özünə aid olduğunu demişdir.Daha sonra mətbəxdə stolun üstündən elektron tərəzi də aşkar olunmuşdur.Pİəmin qırmızı rəngli dəmir qutunu vannanın altında görmüş və Nemətə aid olmasım bildiyi üçün içinə açıb baxmamışdır.Bundan başqa 7 ilə yaxındır ki, elektron tərəzi həmişə evdə stolun üstündə olub.O dəfələrlə həmin tərəzidə özünə aid qızıl əşyalarının çəkisini ölçmüşdür.O Nemətin narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ona həmişə müalicə almasını və narkotikdən istəfadə etməməsini demişdir.Onun narkotik vasitəlrin satışı ilə məşğul olmasından məlumatım olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur.. xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması şübhəli bilindiyi üçün X15 yanında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilimişdir. "Şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əalvə edilmiş diskdən görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Zaur Cəfərov Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 iştirakı ilə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü təqdim edir. Həmin büküm açılan zaman bükümün içərisində ağ rəngli kağız bükümün olduğu həmin bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlə olduğu aşkar olunur. Üzərinə şəxsi axtarış davam etdirilir, cibindən 20 manat pul və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunur və psixotrop maddə olan “metamfetamin”ə bənzər kütlə elektron tərəzidə çəkilir, ümumi çəkisi 1,40 qram olduğu müəyyən edilir. Ondan həmin bükülüdə nə olduğunu soruşulduqda o, həmin kütlənin “şüşə” olduğunu, həmin maddəni Yavəş adlı İran vətəndaşından əldə etdiyini, belə ki, özünü Yavəş kimi təqdim edən İran vətəndaşı ilə “whatsap” vasitəsi ilə əlaqə saxladığını, həmin şəxsdən ümumilikdə 20 qram narkotik vasitə aldığım, həmin narkotik vasitələri almaq üçün İran vətəndaşının hesab nömrəsinə pul göndərdiyini, həmin narkotik vasitələri Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisinə gedərək İran vətəndaşının dediyi yerdən götürdüyünü, bir qismini şəxsi istifadəsi üçün üzərində saxladığını, qalan qismini isə hazırda yaşadığı ünvanda saxladığını demişdir. Daha sonra kütlə tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin 1,40 qram olduğu müəyyən edilərək aşkar olunmuş həmin kütlə müfaviq qaydada qablaşşdınlmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. “Mənzilə baxış və götürmə aparılması haqqında’’ protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana vəkili X12 ilə vidoçəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilir. O buna heç bir etiraz etməyib, yaşadığı ünvanın qəhvəyi rəngli qapısını döyür. Bir qədər sonra qapını açan qadın özünü X2 təqdim edərək, Təqsirləndirilən şəxs bacısı olduğunu bildirir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif olunur. Təqsirləndirilən şəxs özü yaşadığı mənzilin vanna otağında vannanın altında saxlamış olduğu 1 ədəd qırmızı rəngli dəmir qabı təqdim edir. Həmin dəmir qabın içərisində 6 ədəd şəffaf sellofan bükümlərin. 1 ədəd ağ rəngli, 1 ədəd sarımtıl rəngli kağız bükümlərin, 2 ədəd içərisi boş qırmızı til sellofan bükümlərin 1 ədəd qəhvəyi rənfli üzərində “faron” yazıları olan həbin olduğu görülür. Aşkar edilmiş bükümlərə baxış zamanı, 4 ədəd şəffaf sellofana, 1 ədəd ağ rəngli və 1 ədəd sarımtıl rəngli kağız bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin, 2 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələrin olduğu müəyyən edildi. Həmçinin mətbəxdə olan masanın üzərindən 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzi aşkar edilir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükümlərin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 5,24 qram, 27,77 qram, 3,95 qram, 12,43 qram 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,58 qram, 1 ədəd sarımtıl rəngli kağız bükümün içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,79 qram, aşkar edilmiş qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 50,84 qram, 2 ədəd şəffaf sellofan bükümlərin içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 7,92 qram, 0,31 qram bundan sonra həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 8,23 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir.Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilmə və götürmə haqqında disklərdə əks olunan məlumatlar protokolda göstərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş yaddaş daşıyıcısında olan video görüntülər araşdırılmış və sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə- kimyəvi ekspertizasının 27.04,2023-cü il tarixli, 6/2434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət.Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd kağız bükümlərdə və 04 ədəd şəffaf rəngli polietilen bükümlərdə təmiz çəkiləri-0,300 qram, 0,200 qram, 26,218 qram, 10,609 qram, 4,488 qram, 3,364 qram, ümumi təmiz çəkisi 45,179 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.02 ədəd bükümlərdə təmiz çəkiləri-7,079 qram, 0,266 qram, ümumi təmiz çəkisi-7,345 qram ağ olan kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.01 ədəd üzərində Methadone 40 əmtəə göstəriciləri olan konvalyutda içərisində qəhvəyi rəngli, dairəvi formalı F/40 yazı əlavəli ümumilikdə-01 ədəd həb metadon tərkibli dərman preparatıdır və 01 ədəd həbin təsiedici maddəsinin ümumi miqdarı-0,04 qramdır.02 ədəd boş polietilen hissələrinin üzərində heroinin izləri vardır. Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd elektron tərəzininüzərində heroinin və metamfetaminin izləri vardır.İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərində və mənzilindən aşkar edilmiş ümumi təmiz çəkisi – 7,533 qram metanfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 2605 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 567 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət işi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 234.1- ci maddəsi ilə 02 il müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 09 ay müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistaya qərarının 3-cti bəndinə əsasən cəzadan azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci ildə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistaya qərarının 2.4-cti bəndinə əsasən cəzadan azad edilmişdir. 08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin Qərarının 7-ci bəndindən görünür ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluqlarınm götürülməsi qeyd olunmuşdur. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metanfetamin, evinə baxış keçirilən zaman heroin, metanfetamin və metadon tərkibli həbb aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış keçirilərək narkotik vasitə, psixotrop maddə və metadon tərkibli həbin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini, evində narkotik vasitənin hazırlanması üçün tərəzinin aşkar olunmasını və həmin vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi təsirə məruz qaldığını bildirməsinə qiymət verməyi məhkəmə vacib hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı hər hansı bir psixi təsirə məruz qalmasını təsdiq edən heç bir dəlil sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və polislər tərəfindən evinə qoyulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin bildirdiyi xüsusat araşdırılmış və bununla əlaqədar təqsirləndiriıən şəxsin bacısı əlavə şahid qismində dindirilmişdir Əlavə şahid qismində dindirilmiş şahid Gülyar Eynullayeva təqsirləndirilən şəxsin bildirdiyi xüsusatı təsdiq edərək polis əməkdaşları tərəfindən evə qırmızı qutu qoyulduğunu bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı şahidin qeyd etdiyi halla əlaqədar suallar verilərkən şahid bu cür qanunsuz hərəkətlə rastlaşdığı halda nəyə görə bu barədə heç bir dövlət qurumuna müraciət etmədiyini, nəyə görə polislərin qanunusuz hərəkətləri barədə 102 xidmətinə məlumat vermədiyini, hərəkəti məhdudlaşdırılmadığı halda nəyə görə dediyinə görə polislər hamam otağına narkotik vasitəni yerləşdirdikdən sonra gedib baxım aydınlaşdırmadığını məntiqli və ağlabatan şəkildə izah edə bilməmişdir. Əksinə ibtidai istintaq zamanı şahid qismindən ifadə vermiş X7 məhkəmə istinaqı zamanı ifadəsində göstərdiyi halların heç birini qeyd etməmiş və hamam otağından aşkar edimiş qırmızı qutunun qardaşına məxsus olduğunu və ona görədə heç vaxt onunla maraqlanmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki cinayət işinin materiallarında olan məhkəməkimyəvi ekspertizanın rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş psixotrop maddənin eyni tərkibli olması müəyyən olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu etiraf etməsini nəzərə alsaq, o zaman evinə polis əməkdaşları tərəfindən eyni tərkibli psixotrop maddənin qoyulması qeyri mümkündür. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi haqqında video görüntüyə baxılarkən aşkar görünür ki, o qutudan aşkar edilmiş bir kağız parçasını içinin boş olduğunu bildirir. Halbuki həmin vaxt polis əməkdaşları baxış istintaq hərəkətini davam etdirməkdə olurlar və həmin kağız parçasına baxış keçirməmiş olurlar. Sonradan həmin kağız parçasına baxış keçirilən zaman onun həqiqətəndə boş olduğu müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir şahid Gülyar Eynullayeva təqsirləndirilən şəxsin bacısı olduğundan məhkəmə istintaqı zamanı qardaşının mənafeyinə uyğun ifadə vermişdir. Ona görə də məhkəmə hesab edir, şahid Gülyar Eynullayevanın ibtidai istintaq zamanı daha əsaslı, həqiqətə uyğun və işin hallarını düzgün əks etdirmiş bir ifadə vermişdir və həmin ifadə əsas götürülməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən psixi təsir göstərilməsi ilə əlaqədar qeyd etdiklərini oğlunun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi və məhkəmə tərəfindən araşdırılan video görüntülər ilə əlaqədar olaraq qeyd olunmalıdır ki, həmin görüntülər müdafiə tərəfinin iddia etdiyi kimi əməliyyat müvəkkilinin (Şahid1) məhz təqsirləndirilən şəxsin evinə getməsini və onun evinə daxil olmasını özündə əks etdirmir. Əməliyyat müvəkkili həmin gün orada olmasını məntiqli və ağlabatan şəkildə izah etmişdir. Bundan başqa məhəkəmə qeyd edir ki, polis əməkdaşının əməliyyat hərəkəti keçirəcəyi ərazidə olmasını qanun qadağan etmir. Ona görə də məhkəmə hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi sübut istintaq orqanının əldə etdiyi sübutların qanuniliyini və əsaslılığını şübhə altına almır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və əlavə şahidin ibtidai istintaqı zamanı verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus fermadan aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 44,879 qram narkotik vasitə olan heroin, 7,533 qram psixotrop maddə metamfetamin və ½ ədəd metodon həbi, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin və məhkəmə istintaqı zamanı təqdim edilmiş 01 ədəd yaddaş daşıyıcısının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 92 (doxsan iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus fermadan aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 44,879 qram narkotik vasitə olan heroin, 7,533 qram psixotrop maddə metamfetamin və ½ ədəd metodon həbi, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin və məhkəmə istintaqı zamanı təqdim edilmiş 01 ədəd yaddaş daşıyıcısının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar