Məhkəmə qərarları › İş №1(124)-284/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-284/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-284/2022 30.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Zərərçəkmiş şəxsin hüquqi varisi- X5 xx xxxxx 1992-ci il tarixdə Dəvəçi (Şabran) rayonu, Çaraq kəndində doğulmuş, subay, natamam orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı fərdi əməklə məşğul olan, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla Çaraq kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsin qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nigahda olduğu əri Şahid2 ayrıldıqdan sonra 2018-ci ildən Şabran rayonu Çaraq kəndindəki atası evində onunla birlikdə yaşayan doğma bacısı Zərərçəkmiş şəxs, mobil telefon vasitəsi ilə başqa kişilərlə ünsiyyətə girməsi üzündən qısqançılıq zəminində yaranmış ailədaxili münaqişə əri ilə münasibətlərinin pozulmasına və son nəticədə ailəsinin dağılmasına səbəb olduğu üçün bir daha mobil telefondan istifadə etməyi qəti qadağan edərək ona, bu qadağanı pozacağı təqdirdə, öldürəcəyi barədə xəbərdarlıq etmiş, 2021-ci il 04 dekabr tarixdə, saat 18 radələrində, Çaraq kəndində yaşadıqları evin hamam otağında, bacısı Zərərçəkmiş şəxs edilmiş xəbərdarlıqlara baxmayaraq, onun qoyduğu qadağanı pozub gizlincə istifadə etdiyi mobil telefon vasitəsi ilə başqa kişilərlə yenidən ünsiyyətə girdiyini görüb onu həyatdan məhrumetməklə buna birdəfəlik son qoymaq qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə üstündə gəzdirdiyi qatlanan cib bıçağı ilə silahlanıb hamam otağından çıxıb evin həyatyanı sahəsində yerləşən təsərrüfat təyinatlı yardımçı tikilidə gizlənən bacısından içəri tərəfdən bağladığı qapını açmağı tələb etmiş, nə məqsədlə bunu etdiyini başa düşən bacısı ona dəfələrlə yalvarıb öldürməməyi, bağışlamağı xahiş etsə də, buna məhəl qoymamış, saat təxminən 21 radələrində həyətdə tək olmalarından istifadə edərək qapının petlələrini yerindən çaxarıb tikilinin qapısını açmış, bunu görən Zərərçəkmiş şəxs açıq qapıdan qaçıb əlindən qurtarmağa cəhd etsə də, buna imkan verməmiş, evin həyətində sonuncuya yumruq, təpiklə, daha sonra sözügedən bıçaqla bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirərək ona yetirilən an həyat üçün təhlükəli olma əlamətlərinə görə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəs və qarın boşluqlarına nüfuz edən və sol ağ ciyərin və mədənin zədələnmələri ilə nəticələnmiş döş qəfəsinin ön və arxa divar nhiyyələrinə müvafiq olaraq 7 və 2 ədəd, qarınüstü nahiyəsinə 2 ədəd cəmi isə 11 ədəd, səhəttin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurma aid sol bazu və sağ əl nahiyələrinin hərəsinə 1 ədəd, boyun nahiyyəsinə 2 ədəd ümumilikdə isə 15 ədəd deşilmiş-kəsilmiş yaralardan, eləcə də sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən başın alın nahiyyəsinin, sol göz orbitinin və sağ bazunun qançırları və burun nahiyyəsinin sıyrıqlarından ibarət bədən xəsarətləri yetirməklə qəsdən öldürmüş, yəni dəgər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Şabran rayonu, Çaraq kəndində atası Əvəz, anası Səməngül, bacısı Nəcibə və Nəcibənin oğlu İbrahim ilə birlikdə yaşayır. Atası ilə birlikdə mal-qara saxlayaraq ailəni dolandırırlar. Ailədə 4 uşaq olmaqla 1 qardaş, 3 bacıdılar. Bacıları Səkinə və Nəzrin evli olduqları üçün ayrı yaşayırlar. Bacısı Nəcibədə evli olmuş, lakin əri Xangəldi ilə münasibətləri normal olmadığı üçün Nəcibə 3 ildir ki, onlarla birlikdə yaşayır. O, rəsmi qaydada boşanmamışdır. Nəcibənin 2 övladı vardır, qızı Sahibə atası Xangəldi ilə birlikdə Siyəzən rayonunda, oğlu İbrahim isə onlarla birlikdə yaşayır. Nəcibənin əri ilə münasibətinin pisləşməsinə səbəb əri Xangəldinin onu bir neçə dəfə başqa kişilərlə telefonla danışdığını tutması olmuşdur. Bu səbəbdən əri Nəcibəni 2018-ci ildə yaşadıqları Siyəzən rayonundan Şabran rayonu, Çaraq kəndində yaşdıqları evə gətirib qoymuşdur. Bacısı Nəcibəyə etdiyi əməlin çox pis iş olduğunu bildirərək, bundan sonra bir daha belə hala yol verəcəyi təqdirdə öldürəcəyi barədə xəbardarlıq etmişdir. O isə öz növbəsində bundan sonra hər hansı başqa kişilərlə danışmayacağına söz vermişdir. 04 dekabr 2021-ci il tarixdə səhər saat 08 radələrində adəti üzrə mal-qaranı örüş yerinə aparıb saat 18 radələrində evə qayıtmış, heyvanları yerləşdirib çörək yedikdən sonra Nəcibənin harada olması ilə maraqlanmış, onu evin hamam otağında aşkar etdiyini, onu görən kimi nəyisə gizlətdiyini, onun yaxasına baxdıqda ona məlum olmayan telefonun olduğunu görmüşdür. Ona telefon istifadə etməsni qadağan etmişdir. Telefonun mesaj bölməsinə baxdıqda “Ürəyim” adı altında qeyd eləmiş şəxslə sevgi və açıq saçıq danışıqlarının olduğunu görmüşdür. Mesajları oxuduqdan sonra hədsiz əsəbləşərək onu hamam otağından çıxarıb şillə və yumruqla üz nahiyyələrinə vurmuş, ona özünü öldürməyini, bunu etməsə özü onu öldürəcəyini bildirmişdir. O, qaçıb atasının ətəyindən yapışaraq ondan ağlaya-ağlaya kömək etməyini istəmişdir. Təxminən saat 21 radələrində Nəcibə yaşadıqları evin həyətyanı sahəsində olan anbar kimi istifadə edilən tikilinin içərisinə girərək içəridən qapını bağlamışdır. Qapının arxasından yalvararaq onu bağışlamağını, bir daha belə bir şey etməyəcəyini bildirirmiş, qapını cəftəsindən çıxartıqda, o tikilinin içərisindən çıxaraq evə doğru qaçmaq istərkən tikilinin qarşısında cibində olan bıçağı çıxarıb onun qarın, bel və baş nahiyyəsinə çoxsaylı zərbələr endirmişdir. Bunun nəticəsində o, tikilinin qarşında qan içərisində yerdə uzanılı vəziyyətdə qalmışdır. Həmin vaxt həyətdə heç kəs olmamış, Nəcibənin oğlu İbrahim evdə yatmış, anası və atası da evdə olmuşdular. Nəcibəni vurduqdan sonra evə girərək atası və anasına Nəcibəni bıçaqla vurduğumu, tikilinin qarşısında yıxılıb qaldığını demişdir. Atası dərhal tikilinin yanına getmiş, anası isə qışqıraraq “evim yıxıldı” demişdir. Həyəcanlı olduğu üçün biraz evin həyətində gəzişərək özünə gəlmiş, atası böyük qardaşı Daşdəmirə zəng edərək təcili kəndə gəlməyini xahiş etmiş, əmisinin gəlişi təxminən 2 saat çəkmişdir. Hadisənin mahiyyətini əmisi Daşdəmirə bildirirək polisə zəng edərək hadisə barədə məlumat verməsini xahiş etmişdir. Polislər gələnə kimi atası Nəcibənin meyitini evə gətirib yerdən uzatmışdır. Bacısı Nəcibəni öldürməyinə səbəb onun başqa kişilərlə danışığını tutması, qadağan etməsinə baxmayaraq onun mobil telefon işlətməsi olmuşdur. Nəcibəni öldürməkdə ona kömək yaxud buna təhrik edən olmamışdır. Bacısı bağlı qapı arxasında olduğundan köməyə yüksək səslə çağırmadığından evdə olan valideynləri onun səsini eşidə bilməmiş və bu səbəbdən köməyinə gəlməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmadığını israrla bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 120.1-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadə verməkdən imtina edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin tələbinin olmadığını qeyd edərək, mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, Şabran rayonu Çaraq kəndində özünə məxsus evdə arvadı Səməngül, oğlu Rüfət, qızı Nəcibə və nəvəsi Nəcibənin oğlu İbrahim ilə birlikdə yaşayır. Qızları Səkinə və Nəzrin evli olduqları üçün ayrı yaşayırlar. Mal-qara saxlayaraq ailəsini dolandırır. Qızı Nəcibə 2015-ci ildə tanışı Siyəzən rayon sakini Şahid2 qoşulub getmiş və onunla rəsmi nigaha daxil olmuşdur. Birgə nigahlarından 2016-cı ildə Sahibə, 2017-ci ildə isə İbrahim adlı övladları dünyaya gəlmişdir. 2018-ci ildə onların münasibətləri pisləşmiş və bu səbəbdən Nəcibə həmin vaxtdan oğlu İbrahimlə onlarla birlikdə yaşamağa başlamış, qızı Sahibə isə atası Xangəldi ilə Siyəzən rayonunda qalmışdır. Nəcibənin əri Xangəldi onu telefonla başqa kişilərlə danışığını tutduğu üçün artıq onunla birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Nəcibə ərindən ayrı yaşasa da rəsmi qaydada boşanmamışdır. Yaşadıqları evə gəldiyi ilk gündən Rüfət ona, bu əməlinin çox pis iş olduğunu bildirərək, mobil telefon işlətməyi qəti qadağan etmiş, belə bir hal təkrar olarsa onu öldürəcəyi barədə xəbərdarlıq etmişdir. Hadisə baş verən günə kimi Rüfətin Nəcibə ilə münasibəti yaxşı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Rüfət adəti üzrə mal-qaranı örüş sahəsinə aparmış, saat 18 radələrində evə qayıdaraq heyvanları yerləşdirib şam etmişdir. Təxminən saat 21 radələrində Rüfət Nəcibə ilə mübahisə etdiyini, Nəcibə ağlaya-ağlaya gələrək Rüfətlə mübahisə etdiyini, Rüfətin onunla işi olmamasını xahiş etmişdir. Mübahisənin hansı səbəbdən baş verdiyini bilməmiş, bunun sadə bir mübahisə olduğunu fikirləşmiş və bu səbəbdən müdaxilə etməmişdir. Bir qədər sonra evdə arvadı Səməngül ilə birlikdə yataq otağında olmuş, nəvəsi İbrahim isə yatmışdır. Çöldən gələn səs-küyə arvadı Səməngül çölə çıxaraq “evim yıxıldı” deyərək qışqırmışdır. Çölə çıxdıqda Rüfət əlində qanlı bıçaqla qarşısına çıxmış, ondan nə baş verdiyini soruşduqda “onu anbarın qabağında öldürdüm” demişdir. Anbarın qabağına getdikdə Nəcibəni al-qan içərisində anbarın qarşısında yerdə uzanılı vəziyyətdə “xırıldadağını” görmüşdür. Dərhal təcili tibbi yardıma məlumat vermişdir. Nəcibəni qucağına götürərək evə gətirmiş, Nəcibənin artıq nəfəs almadığını, öldüyünü hiss etmişdir. Onların mübahisəsinin əhəmiyyətli bir şey olmadığını zən edib evdə olmuş, bu səbəbdən Nəcibənin həyətdə olan tikilinin içərisinə daxil olmasından xəbəri olmamışdır. Həmin tikili evdən təxminən 50 metr aralıda yerləşir. Həmin vaxtı Nəcibə onu köməyə çağırmamış nə özü, nədə ki arvadı onların səsini eşitməmişlər. Rüfətdən hansı səbəbə görə belə etdiyini soruşduqda o, Nəcibədə mobil telefon və həmin telefonda kişilərə ünvanlanmış əxlaqsız mesajlar aşkar etdiyini, bu səbəbdən “namusumuzu təmizlədiyini” bildirmişdir. Bunu eşidəndə ağlayıb ona niyə belə etdiyini, “evimi yıxdığını” bildirmişdir. Bacısı Nəcibəni öldürməkdə Rüfətə köməklik edən və yaxud onu buna təhrik edən olmamışdır. Rüfət çox mehriban, zəhmətkeş, namaz qılan oğlan olmuş, onun heç bir pis vərdişi olmamış, hər hansı bir xəstəlikdən əziyyət çəkməmiş, ailə üzvləri və qonşularla çox mehriban olmuş, hamının böyük hörmətini qazanmışdır. Nəcibənin ölümü ilə əlaqədar Rüfətdən hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci ildə, saat 22 radələrində, yaşadığı evdə olduğu zaman Əvəzin arvadı Səməngül arvadı Sənubərə mobil telefonla zəng edərək ağlaya-ağlaya “evim yıxıldı” deyərək telefonu söndürmüşdür. Taksi çağıraraq arvadı Sənubar ilə birlikdə qardaşı Əvəzin yaşadığı Şabran rayonu, Çaraq kəndinə getmişdir. Kəndə çatıb nə baş verdiyini soruşduqda Əvəz, oğlu Rüfətin bacısı Nəcibəni evin həyətində yardımçı tikilinin qarşısında bıçaqla xəsarətlər yetirərək öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X4 ilə 2015-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan ünvan 1 ünvanda yaşamağa başlamışdır. Rəsmi nigahları olmuş, birgə nigahlarından 2016-cı ildə Sahibə və 2017-ci ildə İbrahim adlı övladları dünyaya gəlmişdir. Münasibətləri yaxşı olaraq mehriban olmuşlar. Nəcibənin ailəsi ilə də münasibətləri yaxşı olmuş, onlarla gediş-gəlişləri olmuşdur. Nəcibəni, dostluq etdiyi qardaşı Rüfətə görə tanımış, Nəcibəni ilk dəfə Rüfət gilin yaşadığı evə gedib-gələrkən görmüşdür. 2018-ci ildə Siyəzən rayonunda yaşadıqları evin həyətyanı sahəsində yerləşən hamam otağında Nəcibəni oğlanla tutmuş, bu hadisəyə görə o zaman şok yaşamışdır. Bu səbəbdən ona və tutduğu oğlana heç nə etməmiş, Nəcibəni aparıb Şabran rayonu, Çaraq kəndində yerləşən ata evinə qoyaraq məsələ barədə qardaşı Rüfətə və atası Əvəzə bildirmişdir. Həmin vaxtdan qızı Sahibə onunla, oğlu İbrahim isə Nəcibə ilə birlikdə yaşamışdır. Bu hadisədən sonra rəsmi qaydada boşanmasa da, onlarla münasibəti və gediş-gəlişi olmamışdır. xx.xx.2021-ci ildə sosial şəbəkələrdə xəbərlərə baxdığı zaman bilmişdir ki, Şabran rayonu, Çaraq kənd sakini Təqsirləndirilən şəxs bacısını öldürmüşdür. Xəbərləri oxuduqdan sonra öyrənmişdir ki, Rüfət Nəcibəni telefonla başqa kişilərlə danışdığını tutmuş, bu səbəbdən onu yaşadıqları evin həyətyanı sahəsində bıçaqla xəsarətlər yetirərək öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində evdə yatdığı zaman çöldən gələn qışqırıq və ağlaşma səsinə oyanmış, nə baş verdiyini bilmək üçün çölə çıxmış, səs-küyün qonşuluğda yaşayan Əvəzin həyətindən gəldiyini bilmişdir. Əvəzdən nə baş verdiyini soruşduqda o, oğlu Rüfətin qızı Nəcibəni bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 05 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində evdən təxminən 50 metr aralıda yerləşən təsərrüfat təyinatlı yardımçı tikilinin qarşısında, yerdə qana bənzər izlər aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin aləti olan bıçaq müvafiq qaydada götürülmüşdür. (cild 1, vərəqə 3-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsində boyun nahiyyəsinin iki ədəd, döş qəfəsinin ön divarının yeddi ədəd, arxa divarının iki ədəd, qarınüstü nahiyyəsinin iki ədəd, sol bazunun və sağ əlin hərəsinin bir ədəd (ümumilikdə 15 ədəd) deşilmiş-kəsilmiş yaraları, başın alın nahiyəsinin, sol göz orbitinin və sağ bazunun qançırları, burun nahiyəsinin sıyrıqları, daxili müayinəsində sol ağ ciyərin və mədənin cırılmaları, daxili üzvlərin azqanlılığı və başın sol təpə nahiyyəsinin yumşaq örtüyünə qansızma aşkar olunmuşdur. Boynun, döş qəfəsinin, qarınüstü nahiyənin, sol bazunun, və sağ əlin deşilmiş-kəsilmiş yaraları deşici-kəsivi əşyanın (alətlərin), ola bilər ki, ekspertizaya təqdim olunmuş və yuxarıda təsvir edilmiş bıçağın və yaxud buna bənzər digər bıçağın təsirndən yaranmışlar, yaranma müddəti onun ölümündən qısa müddətə aid olub 04 dekabr 2021-ci il tarixə uyğun gəlir. Döş qəfəsinin ön və arxa divarının döş boşluğuna və qarınüstü nahiyənin qarın boşluğuna nüfuz edən (ümumilikdə 11 ədəd) və sol ağ ciyərin və mədənin zədələnmələri ilə nəticələnmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, boynun, sol bazu və sağ əl nahiyələrinin deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Başın alın nahiyəsinin, sol göz orbitinin və sağ bazunun qançırları və burun sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti onun ölümündən qısa müddət əvvələ uyğun gəlir və canlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən bədən xəsarətlərinin əlamətlərinə malikdir. Yara kanallarının istiqaməti əsasən öndən-arxaya, soldan sağa, nisbətən aşağıdan yuxarıya doğru olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və qarınüstü nahiyənin çoxsaylı yaralarının döş və qarın boşluğuna nüfuz edib, sol ağ ciyərin və mədinin zədələnmələrindən törəyən qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümünü baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitin meyitxanada müayinə anından (xx.xx.2021-ci il, sat 09:00) 6-12 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş və yuxarıda təsvir edilmiş yaralarla paltarları üzərində olan zədələr yerləşməsinə görə bir-birinə uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında etil spirti, narkotik vasitələr və psixotrop maddələr aşkar eidlməmişdir. (cild 1, iş vərəqə 133-137) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı növ bədən xəsarəti aşkar olunmadı. (cild 1, iş vərəqə 70-72) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 787/2021/MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizaların rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön səthinin orta nahiyəsində on iki ədəd, donun sol qolun ön bayır səthində bir ədəd, donun sağ qolun ön aşağı səthində bir ədəd və donun arxa səthinin orta nahiyəsində bir ədəd və donun boyunluğunun arxa və sağ yan səthində üç ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli dşici kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyət malik digər bıçağın tiyəsini təsirindən əmələ gəlməsi inkar olunmur. Don üzərində olan çoxsaylı deşilmiş-kəsilmiş zədələr bir alətlə( bıçaqla) yetirilmişdir. Fərqlənmələr (bəzilərin forma və xətti ölçülərinə görə) bıçağın konstruktiv xüsusiyyətləri ilə bağlı deyil, əmələ gəlmə mexanizmi və şəraitdən asılı olmuşdur. Beləliklə Zərərçəkmiş şəxs məxsus don üzərində aşkar olunmuş çoxsaylı (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və a ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (cild 2, iş vərəqə 127-132) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 3/215 nömrəli təkrar məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulü ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassayə malik olan, xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tuutlmuş ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişilik edilməmişdir və soyuq silahın təsnifat kriteriyalarına, o cümlədən konstruksiyasına görə soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 163-166) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli 919/2021-MTBŞ nömrəli məhkəmə tibbi-bioloji tədqiqinə dair ekspertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrupu göstəricisi Abeta/H/İİ. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd don və bir ədəd bıçaq üzərində olan ləklərdə insan qanı aşkar olundu. Bu qan ləkələrdə ABO sistemi üzrə tədqiq edildikdə A və h antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkləri Abeta/h/İİ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 122-126) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 349 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bu cinayət işinin materialları, həm cinayət işindəki anemnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünya görüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi pisixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına olmşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiy əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixikasının pozulması halı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olnmur. Təqsirləndirilən şəxsbarəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki pisixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, söz götürməmək, özünəməxsus prinsiplərə malik olmaq, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi emosional sferasında əsəb, gərginlik, qəzəblilik kimi hallar yaranmış, həmin halların yaranması situasiya (Hadisədən əvvəl bacısı Nəcibəyə başqa şəxslərlə danışmaması barədə xəbərdarlıq etməsi, Nəcibənin ona bir daha həmin hərəkətlərin təkrarlanmayacağına dair söz verməsi, lakin, hadisə günü bacısının onlardan gizlin telefon işlətməsini görməsi, həmin telefona baxan zaman bacısının kişi cinsli bir nəfər şəxslə sevgi və açıq-saçıq danışıqlarının olduğunu müəyyən etməsi və s) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları və fərdi pisixi xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabilliyyətinə malik olmuşdur. (cild 1, iş vərəqə 158-162) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, baxış zamanı götürülmüş dəstəyi dəmir və taxdadan ibarət olan, açılıb-bağlanan, ümumi uzunluğu 25 sm, dəstəyinin uzunluğu 14 sm, tiyəsinin uzunluğu 10,5 sm, tiyəsi kəsici və tiyəsinin uc hissəsi deşiciyi üzərində qan ləkələri müşahidə edilən bıçaq və Nəcibə İsayevinin cinayət hadisəsi baş verən vaxtı əynində olmuş kül rəngində, üzərində çəhrayı-narıncı ağ təsvirləri və kəsilmiş-deşilmiş zədələr müşahidə olunan uzunqollu 1 ədəd don olmuş maddi sübut kimi tanınaraq saxlanması üçün Şabran rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”na təhvil verilmişdir. (cild 1, iş vərəqə 149) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 106-107) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 10 dekabr 2021-ci il tarixli, 1632 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada yoxdur. (cild1, iş vərəqə104) Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti başçısının Çaraq İƏD üzrə nümayəndəliyinin 24 fevral 2022-ci il tarixli 09 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu, Çaraq kəndində yaşamış, kənddə özünü sakit aparmış, əhali arasında hörmət qazanmışdır, onun barəsində RİHB-nın Çaraq İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqəsi 155) Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti başçısının Çaraq İƏD üzrə nümayəndəliyinin 24 fevral 2022-ci il tarixli 08 №-li xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Şabran rayonu, Çaraq kəndində yaşadığı müddət ərzində sakinlərləə və yaxın qohumlarına qarşı hər hansı kobud rəftarı, münaqişəsi, ədavəti və mənfi münasibəti olmamışdır. Qonşularla mehriban münasibətdə olmuşdur. Zərərçəkmiş şəxs barəsində RİHB-nın Çaraq İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqəsi 156) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti başçısının Çaraq İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 10 saylı arayışa əsasən Təqsirləndirilən şəxs ailə üzvü atası X5, anası X3, baısı Zərərçəkmiş şəxs ibarətdir. (cild 1, iş vərəqə 157) Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusi ilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, 59.1.10-cu maddəsinə əsasən könüllü olaraq gəlib təqsirini boynuna almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 dekabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 2, iş vərəqəsi 1-5) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şabran rayon prokurorluğunda saxlanılan – 01 ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan don məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 74 AZN (yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 2, iş vərəqə 79). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Şabran rayon prokurorluğunda saxlanılan – 01 ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan don məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 74 AZN (yetmiş dörd) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar