Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-284/2025 16.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X11 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(101)-707/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürlməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı ərazidə fərdi yaşayış evində yaşayan, barəsində Siyəzən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilən və hazırda ƏN-nin PX-nin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, saat 00:10 radələrində anası Şahid3, anasının qeyri rəsmi nigahda yaşadığı Zərərçəkmiş şəxs və tanışları Şahid4, Şahid5, Şahid1 və Şahid2la birlikdə Şabran rayonundan toy məclisindən çıxıb taksi kimi sifariş etdikləri “Mercedes Vito” markalı, dövlət qeydiyyat nişanı istintaqla müəyyən olunmayan avtomobillə Bakı şəhərinə gedərkən Quba-Bakı magistral yolunun Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində, avtomobildə sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs ünvanına zarafatla nalayiq ifadələr işlətməsi, sonuncunun isə bundan əsəbləşərək onun və anası Şahid3 ünvanına təhqiramiz ifadələrlə cavab verməsi səbəbindən Zərərçəkmiş şəxsla mübahisə etmiş, sonuncu mübahisənin böyüməsi səbəbindən avtomobili yolun kənarında saxladaraq özü və avtomobildə olan digər sərnişinlər maşından düşdükdə, Təqsirləndirilən şəxs da maşından düşərək Zərərçəkmiş şəxs onun və anasının ünvanına nalayiq sözlər deməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək üzərində olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə iki dəfə vuraraq ona qarnın ön divarının sol yarısının periton boşluğuna nüfuz edib nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd kəsilmiş-deşilmiş yaralarla nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmışdır. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı ərazidə fərdi yaşayış evində anası və anasının qeyri-rəsmi nigahda yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anası Şahid3 ikinci həyat yoldaşıdır. Zərərçəkmiş şəxs onun anası ilə qeyri-rəsmi nigahda yaşayır və onlarla bir evdə qalır. Onun Zərərçəkmiş şəxsla münasibəti əvvəllər normal olub, aralarında hər hansı mübahisələri olmayıb. xx.xx.2024-cü il tarixdə o, anası Şahid3, Zərərçəkmiş şəxs və tanışıları Zamin, Cəbrayıl, Firudin və Zaur adlı şəxslər ilə birlikdə taksi kimi sifariş etdikləri Mersedes Vito markalı avtomobil ilə Şabran rayonuna Zərərçəkmiş şəxs qohumunun toy məclisinə getmişlər. Toy məclisində olduqları müddət ərzində hamısı spirtli içki qəbul etmişdir. Onlar toy qutardıqdan sonra saat təxminən 23:45 radələrində qeyd etdiyi şəxslərlə birlikdə toydan çıxıb yenidən taksi kimi sifariş verdikləri başqa Mersedes Vito markalı avtomobil ilə Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Onlar yola çıxdıqdan təxminən 15-20 dəqiqə sonra avtomobildə deyib-gülüb zarafatlaşmağa başlamışlar. Zarafat zamanı o, sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs ünvanına zarafatla nalayiq ifadələrdən istifadə etdiyi üçün Zərərçəkmiş şəxs ona irad bildirmiş və onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsla avtomobilin içində sözlə mübahisə etməyə başlamışdır. Onlar mübahisə etməyə başlayandan bir qədər sonra Siyəzən rayonu ərazisində Zərərçəkmiş şəxs sürücüyə avtomobili saxlamağı tapşırmış, avtomobil dayandıqdan sonra onlar hamısı avtomobildən yerə düşmüşdürlər. O, yerə düşdükdən sonra avtomobilin arxa tərəfinə keçmiş, onun arxası ilə Zərərçəkmiş şəxs avtomobilin arxasına getmiş və orada mübahisəni davam etdirmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs əlində avtomobildə su içdiyi butulka olmuşdur. Onlar mübahisə etsələrdə Zərərçəkmiş şəxs butulka ilə onu vurmağa cəhd göstərməmişdir. Lakin mübahisə zamanı Cabbarın əlindəki butulka ilə onu vurmasından ehtiyyat edib, bunnan əlavə də, əsəbi olduğu üçün üzərində olan bıçaq ilə ona bir neçə zərbə vurmuşdur. Bundan sonra yanlarındakı digər şəxslər onları ayırmaq üçün onu kənara itələmiş və o, yerə yıxılmışdır. Sonra Zərərçəkmiş şəxs anası Şahid3 və tanışları Zamin ilə birlikdə gəldikləri avtomobilə minib getmişlər. O, onların hara getdiklərini bilməmiş, orada olan digər şəxslərdə piyada oradan uzaqlaşmışlar. Bundan sonra o, törətdiyi hadisədən bir qədər sonra DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. Lakin o, olduğu yerin dəqiq hara olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxs onun anasının ünvanına söyüş söymüşdür. Bir və ya iki dəfə “söyüş söymə” demişdir. Bir-birilərini söydükdən sonra onu vurmuşdur. Bıçaq əvvəlcədən üzərində olmuşdur. Yolda olarkən zərərçəkmiş şəxsin deməyinə əsasən avtomobili saxlamışlar. Sürücü nəyinsə avtomobildə düşdüyünü də demişdir. Düşən əşyanı, yəni qızılı axtarmağa başlamışlar. Avtomobildə olanda mübahisə yekunlaşmamışdır. Anasını söydüyünə görə o, hirsli olmuşdur. Həm narazılığa görə, həm də nəsə itdiyinə görə avtomobildən hamılıqla düşmüşlər. Avtobusda olan hər bir şəxslə münasibəti normal olmuş və sürücüdən başqa hamını tanımışdır. Avtobusdan düşəndən sonra bıçağı çıxarmışdır. Cabbar sürücün olduğu hissəyə keçməmişdir. Mübahisə əsnasında Cabbar “avtomobili saxla” demişdir. Cabbar avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçmişdir. Sirab butulkası ilə onun üzərinə gəlmişdir. Onu vuracağını zənn etdiyi üçün tez davranaraq onu vurmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, onlar həmin günü toydan gəlmişlər. Onlar bir evdə yaşamışlar. Təqsirləndirilən şəxsin ona qarşı hörmətsizliyi olmamış və ona hörmətlə yanaşmışdır. O, təqsirləndirilən şəxsdən belə bir hərəkət gözləməmişdir. Toya təqsirləndirilən şəxsin anası, o və dostları getmişdir. Qohumlarının toyu olmuşdur. İçkili olmuşlar. Təqsirlndirilən şəxslə zarafatlaşıb gülürmüşlər. Zarafatlaşdıqları anda hadisə olmuşdur. Elə də güclü bir formada söyüş söyməmiş, “kişi deyilsən” tərzdə söhbət etmişdir. Özü də içkili olmuşdur. Təqsirləndirilən şəxsin anası onun yanında olmuşdur. Onun anasını söyməmişdir. Şəxsin üzərində hadisəyə qədər bıçaq gəzdirməsinin şahidi olmamış və bıçağı haradan götürməsini bilməmişdir. Təqsirləndirilən şəxs onu iki dəfə vurmuşdur. Onun təqsirlənidirlən şəxsdən şikayəti yoxdur. Yazılı surətdə bildirməsə də, şikayətçi olmadığını müstəntiqə demişdir. Avtobusda olan şəxslər ailə üzvləri kimi olmuşdur. Avtobusda olan şəxslər təqsirləndirilən şəxsi ondan əvvəl tanımışlar. Avtobus sürücüsünü tanımamışdır. Həmin sürücüdən başqa yad adam olmamışdır. Halhazırda barışmışlar. İki bıçaq zərbəsi vurmuşdur. Qarın nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs anası ilə zarafatlaşdığı üçün əsəbiləşmişdir. Avtobus sürücüsünə zəng gəlmişdir. Sürücü qızıl itdiyini demişdir. Qızılın harada olmasına baxması üçün sürücü avtobusdan aşağı düşmüşdür. Onlar avtobusdan kənarda siqaret çəkmişlər. Hadisə bu vəziyyətdə olmuşdur. Həmin sürücünü onlar yolda olarkən tapmışlar. Avtobusda birinci söyüş olanda “avtobusu saxlayın və mən başqa bir avtomobillə gedim” demişdir. Ona avtobusun ön oturacağında oturmasını demişlər. Avtobus sürücüsü qızıl itdiyini və hamıdan qızıl görüb-görmədiklərini soruşmuşdur. Siyəzən rayonunda yolun qırağı olmuş və onlardan başqa heç kim olmamışdır. Ona yumruq zərbəsi vuranda o da yumruq vurar deyə fikirləşmişdir. Onu bıçaqla vurmasını bilməmişdir. O, bıçağı görməmiş və bıçağın onun qarın nahiyəsinə girməsini hiss etməmişdir. Ondan sonra təqsirləndirilən şəxs qaçıb getmişdir. Sonradan qanı görəndə bıçaqlandığını bilmişdir. Təqsirləndirilən şəxsin anası, o və Şahid4 birlikdə Siyəzən rayon Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxsin arxasınca gedəndə o qaçmışdır. Digər şəxslər təqsirləndirilən şəxsin yanında qalmışlar. Onlar üçü isə xəstəxanaya getmişlər. Avtobusda olanda Abbasqulunun əlində bıçaq görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onlar avtobusda olarkən deyib gülmüşlər. Yüngül formada mübahisə düşmüş və söyüş söyülmüşdür. Birinci söyüşü zərərçəkmiş şəxs söymüşdür. Ondan sonra təqsirləndirilən şəxs söyüş söymüşdür. Mübahisə zərərçəkmiş Zərərçəkmiş şəxs söyüş söyməsi səbəbindən olmuşdur. Hər ikisi bir-birinə qarşı söyüş söymüşdür. Yolda olarkən avtobus sürücüsü avtobusda qızılın itməsi ilə əlaqədar onları avtobusdan düşürmüşdür. Zaur, o və Təqsirləndirilən şəxs bir yerdə oturmuşlar. Sürücü onlardan əvvəl avtobusa minən xanımın qızılının itməsini demişdir. Avtobusdan düşəndən sonra Təqsirləndirilən şəxs onlardan aralanmış və ondan sonra hadisə baş vermişdir. Onun bıçaqlanmadan xəbəri olmamışdır. Onlar avtobusdan düşəndən sonra Abbasqulu onun yanından 10-15 metr uzaqlaşmış və yenidən dava etməsi üçün geri qayıtmışdır. Onlar zərərçəkmiş şəxsi avtobusda qabaqda əyləşdirərək Bakı şəhərinə getmək istəmişlər. Sürücü onları avtobusdan düşürəndən sonra qızıl axtarmışdır. Ondan sonra zərərçəkmiş şəxs yaralanandan sonra onu xəstəxanaya aparmışlar. Əvvəlcə sürücü dava olduğuna görə getmək istəmişdir. Zaminlə Cabbar avtomobilə tərəf gedəndə onların arxasınca getmişdir. Avtobusa minərək onlarla birlikdə xəstəxanaya getmişdir. Hadisə yerindən əvvəl avtobus 200 metr aralanmışdı. Cabbarla Abbasqulu arasında mübahisə 5-10 dəqiqə çəkmişdir. Mübahisə ərəfəsində heç sürücü avtobusdan düşməmişdir. Sürücü onları avtobusdan düşürəndən sonra orada qoyaraq getmişdir. O, zərərçəkmiş şəxsin vurulduğunu bilməmişəm. Sonradan avtobus geri qayıtmışdır. Digər şəxslər xəstəxanaya sonradan gəlmişlər. Avtobusda o, zərərçəkmiş şəxs və Zamin adlı şəxs olmuşdur. Zərərçəkmiş şəxsi eyni avtomobillə xəstəxanaya aparmışlar. Birinci yaralanma olanda sürücü onları orada qoyaraq getmək istəmişdir. Sonradan Zamin nə isə demiş və 200 metr aralandan sonra sürücü geri qayıtmışdır. Avtobusda olarkən şəxsin əlində bıçaq olmamışdır. Bıçağı nümayiş etdirməyə heç yer olmamışdır. Birinci olaraq onlar avtobusdan düşəndən sonra Təqsirləndirilən şəxs onlardan uzaqlamış və sonradan geri qayıtmışdır. Aralarında itələşməni görməmişdir. O, avtomobilə minəndə zərərçəkmiş şəxsin vurulmasını bilmişdir. İkisi də içkili olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanıyır. Onlar avtomobillə toy məclisindən gəlirmişlər. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. İçki məclisindən gəldikləri üçün mübahisəni kimin başlatdığı yadında deyil. Mübahisə edənləri avtobusda olarkən sakitləşdirmişlər. Zərərçəkmiş şəxsi bir-birindən aralı əyləşsinlər deyə sürücünün yanında əyləşdirmişlər. 5-10 kmlik yolu bu formada gəlmişlər. Sürücüyə onlardan əvvəl avtobusa minən sərnişinin qızılının itməsi barədə zəng gəlmişdir. Sürücü onlara nəzərən “qızılı siz götürmüsüz” demişdir. Sürücü avtobusa baxsın deyə onlar avtobusdan enmişlər. Həmin anda onlar arasında yenidən mübahisə başlanmışdır. Hər tərəf də qaranlıq olmuşdur. Ətrafda da heç kim olmamışdır. Avtomobilin arxasına keçəndə zərərçəkmiş şəxs bıçaqlandığını demişdir. Zərərçəkmiş şəxsi Samirə xanımla birlikdə avtomobilə əyləşdirmişlər. Qalan şəxslər orada qalmışdır. Oradan da xəstəxanaya getmişlər. Avtomobildə olarkən şəxsin əlində bıçaq görməmişdir. Abbasqulu onun oğlu yaşındadır. O, Abbasqulunun belə bir hadisə törədəcəyini düşünməmişdir. Şəxsin bıçaqla vurma anını görməmişdir. O, həmin vaxtı sürücü ilə olmuşdur. O, səs-küyə arxaya keçmiş və zərərçəkmiş şəxs vurulduğunu demişdir. Ondan sonra o, Abbasqulunun qışqırığını eşitməmişdir. Həmin vaxtı Abbasqulu zərərçəkmiş şəxsdən aralıda olmuşdur. Zərərçəkmiş şəxs onun üzərinə gələndə üzəri qanlı vəziyyətdə olmuşdur. O, müstəntiqə hər şeyi demişdir. Zərərçəkmiş şəxs avtomobili özü saxlatdırmamışdır. Hadisə məhkəmədə verdiyi ifadə kimi olmuşdur. O, sürücünü tanımamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onların hamısı toyda olmuşdur. Toydan çıxaraq hər biri avtomobilə minmişdir. O, sürücünü tanımamışdır. O yatmışdır. Siyəzən yolunun üzərində olarkən onlar arasında olan mübahisəyə oyanmışdır. Birinci mübahisənin nə üstündə olduğunu bilməmidir. Abbasquludan sonradan “sən mənim anamı nə üstündə təhqir edirsən” sözünü eşitmişdir. Abbasqulunu sakitləşdirmişlər. Yolda olarkən sürücü avtomobili saxlamış və onlara “sizdən əvvəlki sərnişinin qızılı avtomobildə düşmüşdür” demişdir. Sürücü avtomobili saxlamış və onlar aşağı düşmüşlər. Aşağı düşəndən sonra ayaqyoluna keçmişlər. O, geri qayıdanda, Abbasqulunun zərərçəkmiş şəxsi bıçaqlamasını eşitmişdir. Avtobusda olan mübahisənin nə qədər davam etməsini xatırlamamışdır. İçkili olmuş və yatmışdır. Zərərçəkmiş şəxs baş verən mübahisədən sonra sürücünün yanına keçmişdir. Həmin anda da sürücü avtomobilə əvvəlki müştərinin qızılının düşməsini demişdir. O, içkili olmuş və zərərçəkmiş şəxsin qabağa keçibkeçməməsini dəqiq bilməmişdir. O, təqsirləndirilən şəxsin bıçaq çıxarmasını görməmişdir. “Mən səni bıçaqlayaram” sözünü təqsirləndirilən şəxsin dilindən eşitməmişdir. Avtomobilin saxlanma səbəbi qızılın itməsi olmuşdur. O, şəxsin zərərçəkmiş şəxsi vurmasını görməmişdir. O, ayaqyolundan sonra bilmişdir. Onlar avtobusla xəstəxanaya getmişlər. O və digər şəxslər orada qalmışdır. Abbasqulu da onunla birgə qalmışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, toydan qayıdanda avtomobildə mübahisə olmuşdur. Mübahisənin kim tərəfindən başlandığını görməmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə olmuşdur. Ondan sonra hadisə olmuşdur. Mübahisə söyüş üstündə baş vermişdir. Kimin birinci kimi söyməsini bilməmişdir. Orada olan şəxslərin hamısı içkili olmuşdur. Bildiyi qədəri ilə Cabbar təqsirləndirilən şəxsin anasını söymüşdür. O, şəxsin bıçaq çıxarmasını görməmişdir. Mübahisə beş-altı dəqiqə çəkmişdir. O, arxada oturmuşdur. Sonradan şəxsləri sakitləşdirmişdir. Avtomobildə olarkən “avtomobili saxlayaq Cabbar qabağa keçəcək” demişdir. Onlar aşağı düşərək kənara çəkilmişlər. Ondan sonra hadisə baş vermişdir. O, Şahid2 ilə birlikdə ayaqyoluna getmişlər. Avtomobili kimin saxlatdırmasını bilməmişdir. Avtomobil Cabbarın sürücünün yanına keçməsi ilə əlaqədar saxlatdırılmışdır. Zəng gələndən sonra sürücü sərnişinin qızılının düşməsini onlara demişdir. Ayaqyolundan gələndən sonra onlar nəsə görməmişlər. Cabbarın vurulmasını eşitmişdir. Sürücünü tanımamışlar. Şahid5 da onlarla birlikdə getmiş, lakin o, sürücü olmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Yolda gələrkən zarafat olmuş və zarafatın nəticəsində söz-söhbət olmuşdur. Həmin mübahisə Siyəzən rayonuna çatana kimi davam etmişdir. Siyəzən rayonu ərazisində Zərərçəkmiş şəxs sürücüdən avtomobili saxlamsını istəmişdir. Daha sonra sürücüyə zəng gəlmişdir. Əvvəlki sərnişinin qızılının düşməsini demişdir. Onlar avtomobildən düşmüş və sürücü qızılı axtarmağa başlamışdır. Onlar da avtomobildən düşməyi fürsət bilib ayaqyoluna getmişlər. Ondan sonra onlar yenidən mübahisə etməyə başlamışlar. Cabbar qışqıraraq təqsirləndirilən şəxsin onu vurduğunu bildirmişdir. Hadisəni kənarda olduğuna görə görməmişdir. Sonradan Abbasqulunu görmüşdür. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Sonradan Abbasqulu onun yanında 102 xidmətinə zəng etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:21-da DİN-nin 102 xidmətinə daxil olmuş ********** nömrəli məlumatda bildirilmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan X8 zəng edərək,bilmədiyi ərazidə Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqladığını, həmin şəxsin aparıldığını bildirdi. Hal-hazırda olduğu ünvanıda bilmir. Xəritədə ünvan Siyəzən şəhər Səttar Xeyrullayev,Seyfəddin Dağlı küçələri yaxınlığında göstərir. xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:55-də Siyəzən RMX- nin tibb bacısı Nəzərova telefonla məlumat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs “Qarının sol aşağı kvatrantının çox saylı kəsilmiş-deşilmiş açıq yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin deməsinə görə yolun kənarında maşın gözləyərkən xəsarət almışdır. xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:55-də Siyəzäri RMX- nın tibb bacısı Nəzərova telefonla məlumat verərək bildirmişdir ki,Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan xx.xx.1970-cü il təvəllüdlü Zeynalov CabbaV Qulam oğlu “Qarının sol aşağı kvatrantının çox saylı kəsilmiş-deşilmiş açıq yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur.Xəstənin deməsinə görə yolun kənarında maşın gözləyərkən bıçaqlanataq xəsarət almışdır. xx.xx.2024-cü il tarixli, 01302 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxlanılmış və onun 0,774% sərxoş olduğu müəyyən edilmişdir. Baxış keçirilmə və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd ağ rəngli uzun qol köynəkin üzərində qana bənzər ləkələr və 2.5-sm-lik kəsik izi var, 01 ədəd qara rəngli şalvarın sol yan cibinin üzərində qana bənzər ləkə var, 01 ədəd qara rəngli qolsuz jiletkanın sol aşağı tərəfində 2 sm-lik və 2.5 sm-lik kəsik izləri var, 01 ədəd qara rəngli uzunqol pencəkin sol aşağı tərəfdən üzərində 13 sm-lik və 4 sm-lik kəsik izləri var, 01 ədəd ağ rəngli maykanın üzərində qana bənzər ləkələr və sol aşağı tərəfində 2.5 sm-lik kəsik izi və kəsilmiş vəziyyətdədir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarının sol yarısının periton boşluğuna nüfuz edib nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Həmin xəsarətlər deşici kəsici əşyanın (alətlər) təsirindən törənmişdir, törənmə müddəti 10 noyabr 2024-cü il tarixə uyğun gəlir və birlikdə həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərərvurmaya aid edilir. Xəsarət törədən əşya ekspertizaya təqdim edilmədiyindən yaraların bıçaqla yetirilibyetirilməməsini təyin etmək mümkün deyil. Komisyon-kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.X3 hal-hazırda h ər hansı psixi xəstəlik qeyd olunmur. X3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında, güclü ruhi həyacan vəziyyətində olmamışdır. Məhkəmə-trasoloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli 3/1819 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş pencəyin, jiletin, uzunqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş pencəyin səthində olan “a”, “b” zədələri, jiletin, uzunqol köynəyin, qolsuz maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib kəsilmə zədələridir. Təqdim edilmiş pencəyin səthində olan “a”, “b” zədələrinin, jiletin, uzunqol köynəyin, qolsuz maykanın səthində olan kəsici, ucu deşici xassəyə malik alətin təsirindən yaranmağa xarakterik olan zədələrin müxtəlif şəraitdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş pencəyin səthində olan “c” zədəsi isə bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik ilişib-cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş şalvarın səthində trasoloji zədə yoxdur. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyindən verilmiş 187 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ qulaq seyvanının sıyrığı və sağ əlin 3-4-5-ci barmaqlarının hərəsinin bir ədəd sıyrılmış yaraları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 10 noyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Siyəzən RPŞ-nin CAB-dən daxil olmuş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində hadisənin gecə saatlarında baş verdiyindən avtomobildə olan şəxslərdən başqa, baş vermiş cinayət hadisəsini kənardan görən şəxslər olmamış, həmçinin Mersedes Vito markalı avtomobili və onu idarə edən sürücünün şəxsiyyətinin müəyyən edilməsi mümkün olmadığı, bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu kəsici deşici alətin tapılması mümkün olmamışdır. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Səfərov X5 rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi döngə 3 ev 12-də daimi pasport qeydiyyatındadır. Barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan müəyyən olunur ki, xx.xx.2001-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xx.xx.2018 tarixdən xx.xx.2018-ci il tarixədək həmin xəstəxanada yarımstasionar rejimli müayinədə olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(101)-707/2019 saylı hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-812/2023 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıadək azaldılmışdır. O, xx.xx.2023-cü il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və xx.xx.2024-cü il tarixdə cəzasını tam şəkildə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Siyəzən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(059)-33/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 noyabr 2024-cü il tarixdən hesablanmaq 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə iki dəfə vuraraq ona qarnın ön divarının sol yarısının periton boşluğuna nüfuz edib nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd kəsilmiş-deşilmiş yaralarla nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarət yetirməsi tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.3 və 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2024-cü il tarixdən 10.11,2024-cü il tarixə keçən gecə, saat 00:10 radələrində anası Şahid3, anasının qeyri rəsmi nigahda yaşadığı Zərərçəkmiş şəxs və tanışları Şahid4, Şahid5, Şahid1 və Şahid2la birlikdə Şabran rayonundan toy məclisindən çıxıb taksi kimi sifariş etdikləri “Mercedes Vito” markalı, dövlət qeydiyyat nişanı istintaqla müəyyən olunmayan avtomobillə Bakı şəhərinə gedərkən Quba-Bakı magistral yolunun Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində, avtomobildə sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs ünvanına zarafatla nalayiq ifadələr işlətməsi, sonuncunun isə bundan əsəbləşərək onun və anası Şahid3 ünvanına təhqiramiz ifadələrlə cavab verməsi səbəbindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxsla mübahisə etmiş, sonuncu mübahisənin böyüməməsi səbəbindən avtomobili yolun kənarında saxladaraq özü və avtomobildə olan digər sərnişinlər maşından düşdükdə, Təqsirləndirilən şəxs da maşından düşərək öz qanunazidd hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan mübahisəni davam etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi və sərnişin daşıma ilə məşğul olan avtomobilin şəxsiyyəti istintaqla müəyyən olunmayan sürücüsünün iş rejimini pozmaqla orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs onun və anasının ünvanına nalayiq sözlər deməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib sərxoş vəziyyətdə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan üzərində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə iki dəfə vuraraq ona qarnın ön divarının sol yarısının periton boşluğuna nüfuz edib nazik bağırsağın və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan iki ədəd kəsilmişdeşilmiş yaralarla nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə ilk növbədə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihama münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə mübahisə etməsinə səbəb zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun anasının ünvanına nalayiq sözlər deməsi olmuşdur. Yəni təqsirləndirilən şəxsin mübahisə etməsinin səbəbi şəxsi xarakter daşımışdır. Həmçinin məhkəmə istintaqı zamanı ifadə vermiş bütün şahidlərin ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindəki bıçağı yalnız avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi vurarkən çıxarmış və həmin anadək təqsirləndirilən şəxsin üzərində bıçaq olmasını heç kəs bilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki bıçağı real olaraq tətbiq etməsi, şəxsi münasibətlər zəminində mübahisəsi olan zərərçəkmiş Zeynal Cabbarova qarşı yönəlmiş və tətbiq edildiyi andan etibarən həmin bıçaqla hər hansı bir digər hərəkət etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında, “həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması” qeyd olunmuşdur. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq heab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinə düzgün şamil edilməmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ona qarşı irəli sürülmüş itihamdan çıxarılmalıdır. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə əlaqədar əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Lakin araşdırılan cinayə işi üzrə tətqiq edilmiş və yuxarıda şərh edilmiş sübutlar onu deməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs arasında mübahisənin yaranmasına və təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsinə səbəb sonuncunun təqsirləndirilən şəxsin ansının ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Yəni təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə şəxsi münasibətlər zəminində baş vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamda zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin anasının ünvanına nalayiq sözlər deməsi sonuncunun xuliqanlıq hərəkətləri etməsi üçün bəhanə kimi qiymətləndirilmişdir. Məhkəmə ibtidai istintaq orqanının qeyd olunan mövqeyi ilə razılaşmır. Məhkəmə cəmiyyətmizdə bərqərar olmuş ictimai münasibətlər zəminində anaya olan hörmət və ehtiramı nəzərə alaraq hesab edir ki, anaya qarşı nalayiq ifadənin işlədilməsi bəhanə kimi deyil insanlar arasında şəxsi zəmində münsibətlərin pozulması və mübahisənin baş verməsi üçün birbaşa əsas kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsi onun özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 18.2.2-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(101)-707/2019 saylı hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtarsa da, qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyi üçün əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Siyəzən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(059)-33/2024 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 noyabr 2024-cü il tarixdən hesablanmaq 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 10 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə ekspertizalarına sərf olunmuş 64 (altımış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Siyəzən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd ağ rəngli uzun qol köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli qolsuz jiletka, 01 ədəd qara rəngli uzunqol pencək və 01 ədəd ağ rəngli mayka məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 64 (altımış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Siyəzən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd ağ rəngli uzun qol köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli qolsuz jiletka, 01 ədəd qara rəngli uzunqol pencək və 01 ədəd ağ rəngli mayka məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-284/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-284/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver