Məhkəmə qərarları › İş №1(124)-285/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-285/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-285/2023 19.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1978-ci il təvəllüdlü, Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmuş, Siyəzən şəhəri T.İsmayılov küçəsi ev 21, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın qarşısından keçərkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun qarşısını kəsərək yaşadığı binanın qarşısında tanımadığı insanların yığışmasını irad bildirdikdən sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq söyüşlər söyüb əlbəyaxa olaraq ona sol çiyin qurşağı və sağ bazu nahiyələrinin qançırı kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik mətbəx bıçağ ilə Siyəzən şəhəri H.Əliyev küçəsində Zərərçəkmiş şəxs bel nahiyəsindən 1 dəfə zərbə endirərək, sonuncuya sol bel nahiyəsinin sol döş boşluğuna keçib sol ağ ciyərin və diafraqmanın zədələnməsi, kəskin qanitirmə və sol 12-ci qabırğanın sınığı ilə nəticələnmiş 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,458 qram heroini üzərində saxlamış, 06 avqust 2022-ci il tarixdə Siyəzən şəhəri T.İsmayılov küçəsində yaşadığı evin qarşısında həmin narkotik vasitə heroinin 0,196 qramını əvəssiz olaraq istifadə etmək üçün qonşusu X6 verərək, qalan 0,262 qramını üzərində saxlamış, 07 avqust 2022-ci il tarixdə saat 20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri T.lsmayılov küçəsi ərazisində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, Siyəzən RPŞ-nin Növbətçi Hissəsindəüzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə təmiz çəkisi 0,262 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bildiyini qeyd edərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs qonşusudur. Hadisə ağılsızlıqdan baş vermişdir. Hər ikisi eyni xanımı sevdiyindən hadisə baş vermişdir. O, xəstə olmuş və nevroz xəstəliyindən əziyyət çəkmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Narkotik vasitəni əvvəllər istifadə etmişdir. Üzərində olan narkotik vasitəni isə tapmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı ünvanda olarkən bacısı Şəhla ona bişirdiyi çörəkləri yaxınlıqda olan mağazaya verməyi bildirmiş, o həmin çörəkləri götürüb Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən İlham adlı şəxsə məxsus mağazaya verdikdən sonra yaşadığı ünvana qayıtmış, H.Əliyev küçəsində olarkən Vüqarı görmüşdür. Həmin vaxt Vüqar bilmədiyi səbəbdən onu nalayiq ifadələrlə təhqir etmiş, o, həmin vaxt Vüqara heç bir qarşılıq verməmiş və yaşadığı ünvana getmiş, yaşadığı ünvana qayıtdıqdan sonra bacısıŞəhla ona pak mayaya ehtiyacı olduğunu demiş, o Şəhladan 1 manat məbləğində pul aldığını və pakmaya almaq üçün İlham adlı şəxsə məxsus Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən mağazaya getmək üçün evdən çıxdığını və Siyəzən şəhəri H.Əliyev küçəsində olarkən Vüqarın küçədə dayandığını görmüş, Vüqar onu yanına çağırmış, o Vüqara yaxınlaşdıqda, Vüqar onun köynəyinin yaxa hissəindən tutmuş və onu yaxınlıqda olan aralığa tərəf dartmış, həmin vaxt onun köynəyi cırılmış, Vüqar onu aralığa dartdıqdan sonra onun boyun nahiyyəsindən bir dəfə yumruq zərbəsi endirmiş, o yumruq zərbəsindən sonra yerə yıxılmış, o, Vüqara heç bir qarşılıq verməmiş və yaşadığı ünvana gedib oradan bıçaq götürüb geri qayıtmaq məqsədi ilə Vüqara üzərində pak maya olduğunu və onu evə qoyub geri qayıdacağını demiş, həmin vaxt kənarda olan məhəllə sakinləri də, onlara yaxınlaşmışlar və o, Vüqarın əlindən çıxaraq yaşadığı ünvana getmişdir. O, yaşadığı ünvana gedib darvazadan həyətə daxil olaraq mətbəxə keçmiş, əynində olan köynəyi dəyişmiş və orada olan ağ dəstəkli mətbəx bıçağını götürüb qarın nahiyyəsində şalvarın alt hissəsinə keçirib evdən çıxmış və o, Siyəzən şəhəri H.Əliyev küçəsində Vüqar ilə mübahisə etdiyi yerə qayıtmış, həmin yerə çatdıqda Vüqar yenidən onun yaxasından tutaraq onu aralığa tərəf aparmış və Vüqar kənarda olan Paşa, Şakir və Fərid adlı şəxslərə onlara yaxınlaşmamalarını bildirərək onu aralığa tərəf dartmış və onlardan aralıda həmin şəxslərin onları görə bilməyəcəyi yerə çatdıqdan sonra Vüqar onun boyun nahiyyəsindən bir dəfə yumruq zərbəsi endirərək onun yenidən yaxasından tutmuş, o, Vüqarın əlini yaxasından çəkmiş və bundan sonra sağ əli ilə üzərində olan bıçağı çıxarmış, bu zaman Vüqar onun bıçağı çıxardığını görmüş və arxaya tərəf çevrilib qaçmaq istəyən vaxt o, bıçaqla bir dəfə Vüqarın kürək nahiyyəsindən zərbə endirmişdir. Bundan sonra Vüqar aralıqdan aşağı istiqamətdə qaçmış, o isə Vüqarı vurduğu yerdən biraz yuxarı istiqamətdə qaçmış və Vüqarla mübahisə edən vaxt dayanan Paşa, Şakir və Fərid adlı şəxslərə Vüqarı bıçaqla vurduğu demiş,onlar tez Vüqarın olduğu yerə getmişlər və o, həmin vaxt kənardan durub ona Vüqara köməklik edib-etməyəcəklərini gözləmiş, Paşa, Şakir və Fəridin Vüqara köməklik edərək ayağa qaldırdığığnı və yaxınlıqda dayanmış Nihad adlışəxsin avtomaşınına mindirərək xəstəxanaya apardığını görmüşdür. Daha sonra o, oradan yaşadığı ünvana getmiş, yaşadığı ünvana getdikdən sonra ailə üzvləri onu görüb nə baş verdiyini soruşmuşlar,o, ailə üzvlərinə hər şeyin qaydasında olduğunu bildirərək evə keçib bıçağı yuyaraq mətbəxə rəfin gözlərindən birinə qoymuş, bundan sonra evdən çıxmış və Siyəzən şəhəri Mərkəzi park ərazisində yerləşən çayxanalardan birində çay içdikdən sonra bacısı Şəhla ona zəng edərək polis əməkdaşlarının onu gözlədiyini bildirmiş, o, Şəhlaya əsəblərinin bir qədər sakitləşməsi üçün parkda çay içdiyini və 5 dəqiqəyə gələcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı ünvana gedərək polis əməkdaşlarına yaxınlaşmış və onlarla birlikdə Siyəzən RPŞ-nə gəlmişdir. Bundan sonra o, təxminən 4-5 il əvvəl narkotik vasitə heroindən inyeksiya üsulu ilə istifadə edir, hərdən də narkotik vasitə marixuanadan çəkmə üsulu ilə istifadə edir. Üzərindən aşkar edilən narkotik vasitə heroini 05 avqust 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı küçədə asfalt yolun kənarında yerdə bir ədəd gümüşü rəngli siqaret kağız bükümünü görmüş, o, həmin büküm onun diqqətini cəlb etdiyi üçün onu yerdən götürmüş və bükümü açdıqda içərisində narkotik vasitə “kokos”, yəni heroin olduğunu görmüş,o, özü narkotik vasitə heroindən istifadə etdiyiüçün həmin bükümü istifadə etmək üçün cibinə qoymuş, həmin günün səhəri saat 12 radələrində Siyəzən şəhəri Həzi Aslanov küçəsində yaşayan X10 ***-***-**-** saylı mobil nömrədən zəng edərək ona ağrılarının çox olduğunu bildirərək onunla münasibəti olduğu üçün heroin olub-olmamasını soruşmuş, o 1 çet heroin olduğunu demiş və Nicat Nuriyev həmin vaxt yaşadığı T.lsmayılov küçəsinə gəlmiş, orada görüşərək ona tapdığı heroindən 1 çetini bənövşəyi ağ kağız bükülüdə əvəzsiz olaraq Nicat Nuriyevə vermişdir. Bundan sonra Nicatdan aralanmış, gümüşü rəngli siqaret folqasında olan narkotik vasitə heroini isə özündə istifadə etmək üçün saxlamış və həmin narkotik vasitə heroini üzərində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 07 avqust 2022-ci il tarixdə saat 19 radələrində Siyəzən şəhəri T.İsmayılov küçəsində olduğu vaxt polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirərəkonu RPŞ-nə gətirmişlər. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və müdafiəçi X5 iştirakı təmin edilmiş, Siyəzən RPŞ-də müdafiəçi Yəhyə Nəzərovun iştirakı iləüzərindəşəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuşəşyaları təqdim etmək təklif edilmiş, o,əynində olan boz rəngli şalvarın sağ yan cibində olan siqaret folqasını təqdim etmiş və həmin folqada “kokos” yəni heroin olmasını bildirmiş, həmin folqa stolun üzərinə qoyularaq müstəntiqin göstərişi əsasında polis əməkdaşı tərəfindən açılmış, içərisində qəhvəyi rəngli kütlənin, heroinin olması müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişəəsasən, polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş.şəxsi axtarış zamanıüzərindən heç bir qanunla qadağan edilmişəşya və predmet aşkar edilməmiş, ondan sonra üzərindən aşkar edilmiş predmet ağ rəngli boş zərfin içərisinə yerləşdirilərək zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmiş, ondan sonra o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər, bununla da şəxsi axtarış yekunlaşdırılmışdır. Bundan əlavə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmadığını, o, ifadəsini özü sərbəst formada verdiyini, yaşadığı ünvandan bıçağı götürməkdə məqsədi Vüqarı vurmaq olduğunu, Vüqarı bıçaqla vurarkən Vüqarın ona hər hansı müqavimət göstərmədiyini, onun Vüqarı öldürmək niyyətinin olmadığını, ona qarşı işlətdiyi nalayiq ifadələrə görə onu cəzalandırmaq niyyətinin olduğunu,aralarında yaranan mübahisənin səbəbinin Vüqarın onu səbəbsiz yerə təhqir etməsi olduğunu, o, Vüqara bıçaqla zərbə endirərkən ətrafda heç kimin olmadığını, ancaq Vüqarı vurmamışdan əvvəl aralarında mübahisə olan zaman ətrafda Paşa, Şakir və Fərid adlı şəxslərin olduğunu və Vüqarı bıçaqla vurduqdan sonra onlara özü dediyini,üzərindən aşkar olunmuş narkotik vasitəni 05 avqust 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı T.lsmayılov küçəsində asfalt yolun kənarından tapdığını, Nicat Nuriyevə narkotik vasitə heroini istifadə etməsi üçün bir çet pay olaraq əvəzsiz verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Nicat Nuriyevdən başqa şəxslərə narkotik vasitə vermədiyini bildirmişdir. (cild 1, iş vərəqə 182-185). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı ünvanın qarşısında olarkən, küçədə tanımadığı iki nəfər şəxsin olmasını görmüş, həmin şəxslərin adlarını tanımasa da, Siyəzən şəhər sakinləri olduqlarını bilirmiş,o, onlara acıqlanaraq yaşadığı ünvanın qarşısında dayanmamalarını bildirmişdir. Bundan sonra o,İlham adlı şəxsin mağazasına getmək üçün yolun kənarına çıxmış, həmin vaxt onun acıqlandığı həmin şəxsin onunla bir məhəllədə yaşayan Seymur adlı şəxslə söhbət etdiyni görmüş, həmin şəxs getdikdən sonra o, Seymuru yanına çağıraraq Seymura “sənə deməmişəm dalınca gələn admalar məhəllədə gözləməsin?” deyə bildirmiş, Seymur isə ona həmin şəxsin onun yanına gəlmədiyini bildirmiş, bundan sonra Seymur ona heç bir şey demədən çıxıb getmiş, o, yaşadığı ünvanın qarşısına gəlmiş və bacısı oğlu Paşa, onunla eyni məhəllədə yaşayan Fərid, Şakir adlı şəxslərlə söhbət etməyə başlamış, bu zaman Seymurun məhəlləyə onun yanına gəldiyini görmüş,o, həmin vaxt Seymura sən niyə məhəlləyə digər şəxsləri gətirirsən deyə bildirmiş, bundan sonra onların arasında söz mübahisəsi yaranmış, həmin mübahisə zamanı Seymur onu əli ilə itələmiş və bu zaman o, da qarşılıq olaraq onun sinəsindən itələmiş və sonra söhbət edərik deyə bildirmiş,bundan sonra Seymur çıxıb getmiş və təxminən 10 dəqiqə sonra geri qayıtmışdır. Seymur həmin vaxt öz ünvanına məhəlləyə kənar şəxsləri gətirməməsi barədə söyüş söymüş,o, ona məhəllədə insanlar olmasını bildirərək, söyüş söyməməsini demiş, bu zaman Seymur ona bir qədər aşağıda söhbət etmək üçün getməyi təklif etmiş, o Seymurla birlikdə aralığa tərəf getməyə başlamış, həmin vaxt Şakir adlı məhəllə sakini getməməyi bildirmiş, o isə Seymurla aralığa tərəf getmiş, aralıqda olarkən o, irəlidə Seymur isə arxasınca gəlmişdir. O, təxminən 3-4 addım getdikdən sonra, birdə kürək nahiyyəsində nə isə ağrı hiss etmiş, həmin vaxt bıçaqla vurulduğunu bilmiş və o, arxaya çevrildikdə Seymurun qaçdığını görmüş,həmin vaxt o, aralıqdan geri qayıtmaq istəyərkən, Şakir adlı məhəllə sakini bacısı oğlu Paşa və Fərid onun yanına gəlmiş, həmin vaxt Şakir, Paşa və Fərid ona yaxınlaşıb köməklik göstərərək onu aralıqdan çıxartmış və həmin vaxt Nihad adlı məhəllə sakininin avtomobildə əyləşdiyini görmüşlər, məhəllə sakinləri onu dərhal avtomobilə əyləşdirmiş və onu Siyəzən RMDM-nə aparmışlar. Bundan əlavə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu yenidən əlindəki bıçaqla vurmaq imkanı olsada Seymur, onu vurduqdan sonra arxaya çevrilərək qaçıb getmiş, Təqsirləndirilən şəxs onu arxadan bıçaqla vurduğundan o, həmin bıçağın əlamətlərini görmədiyini, Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu heç kimin görmədiyini, Seymur onu bıçaqla vurduqdan sonra Şakir, Fərid və bacısı oğlu Paşanın bu barədə məlumatları olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi haqqında xx.xx.2022-ci il tarixdəəməliyyat aparatına məlumat daxil olmuş, məlumatəsasında onun tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞnin rəhbərliyinin tapşırığı ilə 07avqust 2022-ci il tarixdə Siyəzən RPŞ-nin NMQ-nun inspektoru polis leytenantıHüseynov İlqar Xancan oğlu ilə birlikdəsaat19 radələrindəSiyəzən şəhəri T.lsmayılov küçəsi ərazisindəTəqsirləndirilən şəxs saxlayaraq onaözlərini təqdim etmişlərvəüzərində narkotik vasitə saxlamasına dair əsaslışübhə olduğunu bildirərək üzərindəşəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-nə dəvət etdik. O, da üzərindəşəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlarla Siyəzən RPŞ-nə getməyə razılığını vemiş,Təqsirləndirilən şəxsşöbəyə gətiriləndən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X11 həvalə olunmuş,daha sonra Siyəzən RPŞ-nin Növbətçi Hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsiləşəxsi axtarış keçirilməsinə başlanılmış,şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş,həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi iləşəxsi axtarışda müdafiəçi Yəhyə Nəzərovunda iştirakı təmin edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmu şəşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş,Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd gümüşü rəngli siqaret folqasını təqdim edərək masanın üzərinə qoymuş, həmin bükülü müstəntiq Şahin Rzayevin göstərişi əsasında polis kapitanı Şahid tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kokos”, yəni heroin olmasını bildirmiş, bundan sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış CAB-nin baş əməliyyat müvəkkilipolis kapitanı Şahid tərəfindən davam etdirilmiş,şəxsi axtarış zamanıTəqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd gümüşü rəngli siqaret falqa bükülü ağ rəngli boş zərfə qablaşdırılmış və zərfin üzəri Siyəzən RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 96 nömrəli möhürü ilə möhülənərək iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi Siyəzən RPŞ-nin NH-nin məsul növbətçi köməkçisi X4 tərəfindən «Nikon» markalı fotoaparatla çəkilməklə qeydə alınmış, şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru olduğundan o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1978-ci ildə Siyəzən şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 07 avqust 2022-ci il tarixdə Siyəzən RPŞ-də Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşa və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret folqasını təqdim edərək həmin maddənin “kakos” yəni heroin olmasını bildirmişdir. (cild 1, iş vərəqə 23-24) Şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Siyəzən şəhəri, H.Əliyev küşəsi ərazisinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 91-93). İş materiallarından görünür ki, ibtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 94-95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 16 may 2022-ci il tarixli 92 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində sol bel nahiyyəsinin sol döş boşluğuna keçib sol ağ ciyərin və diaqfraqmanın zədələnməsi, kəskin qanitirmə və sol 12ci qabırğanın sınığı ilə nəticələnmiş bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, özü tərəfindən yetirilməsinə xarakterik deyil, yetirilmə müddəti 15 may 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. (iş vərəqə cild İ, səh 99-101) Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 25 may 2022ci il tarixli 3/689, 3/696 rəyinə əsasən tədqiqata təqdim edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik mətbəx bıçağıdır, soyuq hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Köynəyin üzərində olan zədə öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olanbir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Həmin zədə bıçağın tiyəsinin öndən arxaya doğru istiqamətlənmiş və kəsici tərəfinin sol tərəfdən olmaqla yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş maykanın üzərində trasoloji zədə aşkar edilmədi. (cild 1, iş vərəqə 204- 207) Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1712 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqiı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixiemosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqə 210- 213) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 6/4237 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “ Zərflər üçün № 96” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 01 bir ədəd bükümdə təmiz çəkisi 0,262 qram qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi təmiz çəkisi, 0,262 qram təhqiqata sərf edildi- 0,05 qram qalıq-0,212 qram Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına(Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 32-34) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4765 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 208-209) Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş, həmin narkotik vasitə heroinin 0,05 qramı tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmış, qalan 0,212 qram çəkidə narkotik vasitə heroin 01 (bir) ədəd kağız zərfə qablaşdırılmış və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 № 63» mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 214-234) Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 № 23» mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 214-234) Təqsirləndirilən şəxs üzərinə 07 avqust 2022-ci il tarixdə Siyəzən RPŞ-nin NH-də videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Kompakt disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 214-234) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 12 aprel 2023cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası DİN-in BƏSll-dən daxil olmuş 29 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 01 il müddətində azadlıqdan məhrum etmə və 01 il 6 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (cild1, iş vərəqə 169) Məhkəmədə təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2022-cil tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2022-ci il tarixli “ tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-cil tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2022-ci il tarixli “ tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək tutulduğu 2 (gün) müddət, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-cil tarixədək tutulduğu 2 (gün) müddət, şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı cəmi 4 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Siyəzən RPŞ-saxlanılan – Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumilikdə qalan 0,212 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bıçaq, bir ədəd köynək və bir ədəd mayka məhv edilməli, 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 18 may 2022-ci il tarixədək, 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-cil tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 4 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 il 11 ay 26 gün (üç il on bir ay iyirmi altı gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Siyəzən RPŞ-də saxlanılan – 0,212 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bıçaq, bir ədəd köynək və bir ədəd mayka məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar