Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-285/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - X4 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi - Qanuni nümayəndə1 Kəmaləddin qızının, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 Əmirağa oğlu və Zərərçəkmiş şəxs1 Nüsrətdin oğlunun, Zərərçəkmiş şəxs2 Əmirağa oğlunun qanuni nümayəndəsi – Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.1993-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən rayonu Qalaşıxı kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2006-cı ildə Siyəzən rayonu Zarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məktəbli, subay, işləməyən Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla Siyəzən rayonu Qalaşıxı kəndində yaşayan, yetkinlik yaşına çatmayan barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə, 07 avqust 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Nüsrətdin oğluna məxsus Siyəzən şəhəri Zarat kəndində yerləşən ərzaq mağazasının qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Əmirağa oğlunun bel nahiyyəsinə sillə və təpiklə zərbələr vurub zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, onu cinayətkar qrupa cəlb edərək və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 Əmirağa oğlunu cinayətkar fəaliyyətə cəlb edərək onları mağazanın yaxınlığında pusquda qoyaraq, X10 ilə birlikdə mağazanın giriş qapısının jalüzünü yuxarı qaldırıb, əlində olan dəmir parçası ilə plastik qapını qırıb açdıqdan sonra mağazaya qanunsuz daxil olaraq oradan bir qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 30 qutu ağ nazik “Maqna” markalı siqareti bir qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 30 qutu qara nazik “Maqna” markalı siqareti, bir qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 40 qutu göy kompakt “Maqna”markalı siqareti, bir qutusunun qiyməti 2 manat olmaqla 20 qutu “Qarabağ” markalı siqareti, bir qutusunun qiyməti 2 manat olmaqla 30 qutu “Bakı” markalı siqareti, bir qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 40 qutu qalın “Veqas” markalı siqareti, bir qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla 40 qutu nazik “Veqas" markalı siqareti, 1 qutusunun qiyməti 10 manat 50 qəpik olmaqla, 4 qutu 450 qramlıq “Azərçay” çayı, 1 qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla, 7 qutu 100 qramlıq “Azərçay” markalı çayı, 1 qutusunun qiyməti 8 manat 90 qəpik olmaqla, 3 qutu 450 qramlıq “Final Best” markalı çayı, 1 qutusunun qiyməti 4 manat 60 qəpik olmaqla, 6 qutu 225 qramlıq “Final Best" markalı çayı, 1 qutusunun qiyməti 2 manat olmaqla, 10 qutu 100 qramlıq “Final Best” markalı çayı, 1 qutusunun qiyməti 8 manat 90 qəpik olmaqla, 4 qutu 450 qramlıq “X22” markalı çayı, 1 qutusunun qiyməti 10 manat 50 qəpik olmaqla, 5 qutu 450 qramlıq qara “Beta” markalı çayı, 1 qutusunun qiyməti 10 manat 60 qəpik olmaqla, 4 qutu 450 qramlıq “Çempion” markalı çayı, 1 qutusunun qiyməti 2 manat 30 qəpik olmaqla, 6 qutu 200 qramlıq “Tess” markalı çayı, 1 qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla,'6 qutu 100 qramlıq “Çempion” markalı çayı, 1 qutusunun qiyməti 5 manat 60 qəpik olmaqla, 5 qutu 250 qramlıq “Beta" markalı çay, 1 qutusunun qiyməti 5 manat 60 qəpik olmaqla, 3 qutu 250 qramlıq “Çempion” markalı çayı, 1 qutusunun qiyməti 4 manat 90 qəpik olmaqla, 4 qutu 225 qramlıq “Berqa” markalı çayı, 1 qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla, 8 qutu 100 qramlıq “Berqa” markalı çayı, 1 ədədinin qiyməti 1 manaq 50 qəpik olmaqla, 20 ədəd 75 qramlıq “Snikers" şokaladını, 1 ədədinin qiyməti 1 manaq 80 qəpik olmaqla 25 ədəd 82 “Nestle” şokaladının, 1 qutusunun qiyməti 0,60 qəpik olmaqla, 90 qutu “Orbit" markalı saqqızı, 1 ədədinin qiyməti 2 manat 70 qəpik olmaqla, 10 ədəd 154 qramlıq “Colgate” markalı diş məcununu, 1 ədədinin qiyməti 14 manat olmaqla, 5 ədəd 1 litrlik spirtli içki “Mammedoff” markalı arağı, 1 ədədinin qiyməti 14 manat otmaqla 3 ədəd 1 litrlik, spirtli içki olan “Yakor” markalı arağı, 1 ədədinin qiyməti 8 manat 90 qəpik olmaqla 3 ədəd 700 millilik spirtli içki “Pusi-Qusi” markalı arağı, 1 ədədinin qiyməti 9 manat olmaqla 2 ədəd 1 litrlik spirtli içki “Xançinar” markalı arağı, 1 ədədinin qiyməti 5 manat 40 qəpik olmaqla 5 ədəd 500 qramlıq dondurmanı, 1 ədədinin qiyməti 1 manat olmaqla 6 ədəd 90 qramlıq “Proteks” markalı sabunu, 1 ədədinin qiyməti 1 manat olmaqla 12 ədəd 90 qramlıq “Palmalive” markalı sabunun, 1 ədədinin qiyməti 7 manat 30 qəpik olmaqla 8 ədəd 1,5 kiloqramlıq “Ariel” markalı yuyucu tozunu, 1 ədədinin qiyməti 5 manat olmaqla 4 ədəd 1,5 kiloqramlıq “Bingo” markalı yuyucu tozunu, 1 ədədinin qiyməti 1 manat olmaqla 24 ədəd kişi corabını, 1 ədədinin qiyməti 12 manat olmaqla 2 ədəd kişi idman şalvarını, 1 ədədinin qiyməti 10 manat olmaqla 3 ədəd qadın idman şalvarını, 1 ədədinin qiyməti 15 manat olmaqla 3 ədəd qısaqol kişi köynəyini, 1 ədədinin qiyməti 5 manat olmaqla, 1 litrlik 6 ədəd “Kulinarka” markalı qatılaşdırılmış südü, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olmaqla 375 qramlıq 10 ədəd “Kulinarka” markalı qatılaşdırılmış südü, 1 ədədinin qiyməti 5 manat 30 qəpik olmaqla, 350 qramlıq 8 ədəd “Şoke-moke” markalı şokolad yağını, 1 kilqramı 8 manat olmaqla 2 kiloqram saçaqlı pendiri, 1 ədədinin qiyməti 2 manat olan 15 ədəd dəmir qutuda qovrulmuş püstəni, 1 ədədinin qiyməti 0,60 qəpik olmaqla, 95 qramlıq 20 ədəd “Alpenland” markalı yoqurtu, 1 ədədinin qiyməti 1 manat 70 qəpik olmaqla, 500 ml 10 ədəd “Yaquar” enerji suyunu, 1 ədədinin qiyməti 3 manat 50 qəpik olmaqla 12 ədəd kişi tumanı, 1 qutusunu qiyməti 1 manat 20 qəpik olmaqla 400 qutu “Pramida” markalı siqareti, 1 ədədinin qiyməti 1 manat olan 500 ml 6 ədəd “Full” enerji suyunu, 1 kiloqramının qiyməti 12 manat olan 2 kiloqram “X21” markalı hisə verilmiş kolbasanı, 1 kiloqramının qiyməti 11 manat olan 2 kiloqram “X17” markalı hisə verilmiş kolbasanı, 1 kiloqramının qiyməti 9 manat olan 1.5 kiloqram ümumi “X13” markalı kalbasa məhsulunu oğurlamaqla Zərərçəkmiş şəxs1 Nüsrətdin oğluna 2182 manat 20 qəpik maddi ziyan vurmuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı CM-in 170.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülən ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Siyəzən rayonu Qalaşıxı kəndində yaşayan Təqsirləndirilən şəxs2 onun qohumu olduğunu və Siyəzən rayon Zarat kəndində yaşayan Zərərçəkmiş şəxs2 Əmirağa oğlunu kənd uşağı kimi tanıyır. O heç bir oğurluq hadisəsi törətməmişdir. Oğurluq hadisəsinin baş verməsini polis səhər işə gedərkən ona yaxınlaşıb izahat verməli olduğunu dedikdə bilmişdir. O, oğurluğun baş verdiyi gün evdə olmuş və həmin gün heç kimlə əlaqə qurmamışdır.. O heç bir əsaslı sübut olmadığını və hadisənin kimin tərəfindən törədilə biləcəyi ilə bağlı fikrinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Siyəzən rayonu Qalaşıxı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Siyəzən rayonu Qalaşıxı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Siyəzən rayon Zarat kəndində yaşayan Zərərçəkmiş şəxs2 Əmirağa oğlunu kənd uşaqları kimi tanıyır. Zərərçəkmiş şəxs2la və Təqsirləndirilən şəxs2lə heç bir münasibətinin olmadığını bildirir. Ağamirzə və Asifin azyaşlı uşaq olduğunu bildirir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nə verdiyi ifadələri ilə tanış olaraq Siyəzən rayonu Zarat kəndində Nağı adlı şəxsə məxsus olan marketdə oğurluq hadisəsinin baş verdiyi barədə məlumatının olduğunu bildirmişdir. O,bu barədə bildirir ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 dediklərinin hamısı yalandır. O, onlarla heç bir oğurluq hadisəsi törətmədiyini, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 ona şər-böhtan atdığını bildirir. O, Təqsirləndirilən şəxs2 və Siyəzən rayonu Zarat kənd sakini Zərərçəkmiş şəxs2 Əmirağa oğlunun Siyəzən RPŞ-nə verdiyi izahat və ifadələrində Zərərçəkmiş şəxs1 məxsus marketdən o, Ceyhun, Asif və Ağamirzə ilə birlikdə oğurluq etdiyini, Asif ilə Ağamirzə marketin çölündə durub gəlib-gedənə nəzarət etdiklərini, onun isə Elnur ilə birlikdə marketin dəmir jalüzünü qaldıraraq onun tərəfindən əlindəki dəmir parçası ilə marketin qapısını qarıb içəri daxil olub oğurluq etdiyini bildirmələrinin yalan ifadələr olduğunu bildirirək onlarla birlikdə oğurluq hadisəsi törətmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir ədavət baş vermədiyini, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 onun barəsində hansı səbəbdən bu cür məlumat verdiyini bilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 Əmirağa oğlu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 ona şər-böhtan ataraq yalandan üzünə durduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özünü ona qarşı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülən ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavabdırarkən göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə, axşam radələrində evdə olmuşdur. Həmin vaxt Siyəzən rayonunda oğurluq olmuş və bunanla bağlı onu Siyəzən Rayon Polis İdarəsinə aparmışlar. Bu zaman polis nəfərləri ona fiziki zorakılıq göstərmiş və cinayəti boynuna almayacağı təqdirdə onu öldürməklə hədələmişlər. Təqsirləndirilən şəxs2 heç bir ifadə verməmiş və polis bölməsində olarkən yanında müdafiəçinin olmadığını bildirmişdir. Fiziki zorakılığa məruz qalması ilə bağlı polisə 102 xidmətinə müraciət etmiş və nəticəsiz qalmışdır. Oğurluqla bağlı Zərərçəkmiş şəxs2 görmədiyini və ona heç bir təklif etmədiyini, oğurluq hadisəsi törədilən zaman evdə olduğunu valideynlərinin təsdiq edə biləcəyini bildirmiş və həmin zaman istifadəsində heç bir telefon olmadığını vurğulamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında zidiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Siyəzən rayonu Qalaşıxı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Zərərçəkmiş şəxs2 Əmirağa oğlu, X10 və Təqsirləndirilən şəxs1 ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Zarat kəndiridə olarkən həmkəndlisi Elnurla rastlaşmış, Elnurla görüşdükdən sonra söhbət zamanı Elnur ona Nağının evində fəhlə işlədiyini və Nağı onun pulunu vermədiyini bildirmişdir. Buna görə də X18 kəndində olan marketindən oğurluq etmək istədiyini və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Elnurla razılaşaraq ona köməklik edəcəyini demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində o, Zarat kəndinə məscidə getmiş, məsciddə əvvəldən tanıdığı Ağamirzəni görmüş və ona birlikdə Zarat kəndində yerləşən Nağı adlı şəxsin marketinə gedərək oradan ərzaq məhsulları almasını bildirmiş və Ağamirzə onunla razılaşdıqdan sonra həmin günü təxminən saat 01 radələrində Ağamirzə ilə birlikdə Nağının marketinin yanına gəlmişlər. Bundan sonra o, Ağamirzə ilə Nağının marketinin yanına gəlib çatanda Elnur adlı şəxslə həmkəndlisi Ceyhun adlı şəxsi marketin yaxınlığında su çənin yanında dayandığını görmüşdür. Onlarla görüşmüşlər. Orada Ağamirzəyə birlikdə oğurluq etməyi təklif etmişdir. Lakin, Ağamirzə razılıq verməmişdir. Bundan sonra Elnur və Ceyhun Ağamirzəni kənara çəkmiş, onunla orada nə isə söhbət etmişlər. Amma bir qədər aralıda söhbət etdikləri üçün nə danışdıqlarından xəbəri olmamışdır. Daha sonra onlar yanına qayıtmışlar. Həmin vaxt Ceyhun ilə Elnur onlara Nağının marketindən oğurluq edəcəklərini onların çöldə gözləyəcəklərini, gələn olarsa məlumat verəcəklərini bildirmişlər. Bundan sonra o, Ağamirzə ilə mağazanın yaxınlığında dayanmış Ceyhunla Elnur marketin qarşısına gedib marketin qarşısında olan dəmir jalüzü yuxarı çəkmişlər. Bundan sonra Ceyhun marketin qapısını əlindəki dəmir parçası ilə qapını qarıb açmış və Elnurla birlikdə içəri daxil olmuşlar.Həmin vaxtda o, Ağamirzə ilə birlikdə marketin yaxınlığından keçən kənd arası yolun kənarında gəlib-gedən olarsa Ceryhunla Elnura məlumat vermək üçün pusquda dayanmışlar. Təxminən 20 dəqiqə sonra Elnur ilə Ceyhun hərəsinin əlində bir ədəd sintetik materialdan ibarət içərisi dolu olan kisələrlə birlikdə onların olduqları yerə gəlmiş və marketdən ərzaq məhsullarını oğurladığını bildirmişlər. Bundan sonra o, Ağamirzə ilə Ceyhuna köməklik edərək şəhidin məhləsi adlanan yerdə dövlət qeydiyyat nömrəsini bilmədiyi VAZ 2107 markalı maşının yanına gələrək həmin kisələri avtomobilin yük yerinə aparıb qoymuşlar. Sonra Ağamirzə evlərinə piyada getmiş, Elnur və Ceyhun onu VAZ 2107 markalı dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomaşınla aparıb yaşadığı ünvana düşürmüşlər. Elnur həmin vaxt ona mağazadan oğurladığı ərzaq məhsularından heçnə verməmiş, Elnurun Ağamirzəyə mağazadan oğurladığı 3 paçka “Veqas” markalı siqaret verdiyini görmüşdür. O, həmin vaxt Elnurla Ceyhunun arxasınca gələn Vaz 2107 markalı avtomobilini dövlət nömrə nişanını görmədiyini və həmin avtomobilin sürücüsünün adını bilmədiyini, Vaz 2107 markalı avtomobilin sürücüsünün Elnur və Ceyhunla birlikdə mağazadan oğurluq edəcəkləri barədə əvvəlcədən aralarında razılaşmaların olubolmaması barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Əmirağa oğlu ifadəsində göstərmişdir ki, o məsciddə işləmir və məscidə aşuraya getmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ona yaxınlaşmış və Nağının dükanından nələrsə almaq istədiyini demiş və ondan dükanın yerini göstərməsini istəmişdir. O Təqsirləndirilən şəxs2 dükanın yerini göstərmiş və ora çatanda Asif Dostiyev oğurluq edəcəklərini və bu zaman da onun onlara kömək etməli olduğunu bildirmişdir. O oğurluq etmək istəmədiyini bildirdik də isə Elnur ona hücum etmiş zor tətbir etmiş, Təqsirləndirilən şəxs1 isə ona hədə qorxu gəlmişdirr. Qorxduğu üçün oğurluq zamanı kömək etməyi qəbul etmişdir. O və Asif gözətçi kimi dayanmış, Ceyhun və Elnur isə oğurluq etmək üçün dükana girmişlər. Sonra isə onları köməyə çağırmış və onlar da dükandan götürdükləri kisələri maşına yükləmiş və, sonra isə maşına minib hadisə yerindən uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 kisələrin içərisində nə olduğunu, maşının ön və arxa hissəsində kimlərin oturduğunu görməmiş, oğurluq zamanı 04 nəfər olduqlarını və maşınla hara getdiklərini bilmədiyini bildirmişdir. Hadisə gecə vaxtı baş vermiş, sonra o evə getmiş və anasına hadisə barədə danışmış, anası isə bu barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 Əmirağa oğlunun ibtidai istintaqa verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 Əmirağa oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Siyəzən rayonu Zarat kəndində yaşayır. 07 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində o, Zarat kəndində məsciddə olan vaxt Siyəzən rayonu Qalaşıxı kənd sakini Təqsirləndirilən şəxs2 məscidin qarşısına gəldiyini görmüş, Asif onunla gəlməyini demişdir. O, Asiflə birlikdə Zarat kəndində “Pirin altı” deyilən yerdə işləyir, o, Asifdən hara gedəcəklərini soruşmuş, Asif ona kənddə Nağı adlı şəxsin dükanına dəyib qayıdacaqlarını bildirmişdir. Özü Zarat kəndində “Pirin altı” deyilən yerdə işləyir, Asif də həmin yerdə işləyir. Birlikdə dükanın yanına getmişlər. Nağının dükanının yanında olanda Asif ona, Nağının dükanından Elnur adlı şəxslə birlikdə oğurluq edəcəklərini demiş və əlavə etmişdir ki, “sən də bu işdə bizə köməklik göstər”. Asiflə razılaşmamışdır. Evə qayıdıb getmək istəmişdir. Həmin vaxt əvvəldən tanıdığı Ceyhun və onun yanında olan əvvəllər tanımadığı, ağsaya-ağsaya gəzən sonradan adı ona məlum olan Elnur adlı şəxs oğurluqda onlara köməklik etmək istəmədiyini görə onu Nağının dükanın yanında şəhid məhləsi adlanan yerdə bir kənara çəkərək bel nahiyyəsinə hər ikisi təpik və sillə ilə zərbələr vurmuş,daha da döyməklə, zor tətbiq etməklə hədələmiş, sonra hər ikisi ona və anasına qarşı pis şeylər edəcəklərini deyərək hədə-qorxu gəlmiş və onu oğurluqda iştirak etməyə məcbur etmişlər. Onlardan qorxduğu üçün onlara köməklik etməyə məcbur qalmışdır. Amma qaranlıq olduğu üçün sifətini yaxşı görməmişdir. Ceyhun "Pirin altına” tez-tez gəldiyi üçün gördüyündən əvvəldən tanıyır. Onlar birlikdə həmin yerdən bir qədər aralıda Zərərçəkmiş şəxs1 məxsus olan mağazanın qarşısına gəlmiş, Ceyhun və Elnur onlara Asiflə birlikdə mağazanın qarşısında dayanıb, gəlib gedənə nəzarət etməklərini, özünün isə Elnur ilə birlikdə mağazaya girib oğurluq edəcəyini bildirdikdən sonra o və Asif onlarla razılaşmış, mağazadan bir qədər aralıda kənd arası yola yaxın yerdə dayanmışlar və ətrafa nəzarət etmişlər. Elnur və Ceyhun marketin dəmir jalüzünü yuxarı qaldırdıqdan sonra Ceyhun əlində olan dəmir parçası ilə mağazanın plastik qapısını qırıb açmış, sonra ikisidə mağazanın içərisinə daxil olmuşlar. O və Asif isə çöldə gözləmişlər. Onlar təxminən 20 dəqiqə içəridə qaldıqdan sonra əvvəlcə Elnur adlı şəxs mağazadan çıxmış və ona mağazadan götürdüyü 3 paçka “Vegas” markalı siqareti vermiş, həmçinin ağsayan Elnur adlı şəxsin əlində bir ədəd ağ rəngli un kisəsi olmuşdur. Sonra Ceyhun əlində bir ədəd un kisəsi ilə çölə çıxdıqdan sonra o, Asif ilə Elnur və Ceyhuna köməklik edərək şəhidin məhləsi adlanan yerdə dövlət qeydiyyat nömrəsini bilmədiyi VAZ 2107 markalı maşının yanına gələrək həmin kisələri avtomobilin yük yerinə aparıb qoymuşlar. Sonra Ağamirzə evlərinə piyada getmişdir. Asifin də onlarla həmin avtomaşına minərək harasa getdiyini görmüşdür. Həmin vaxt Elnurla Ceyhunun arxasınca gələn Vaz 2107 markalı avtomobilin dövlət nömrə nişanını görməmiş və həmin avtomobilin sürücüsünün adını bilməmiş, Vaz 2107 markalı avtomobilin sürücüsünün Elnur və Ceyhunla birlikdə mağazadan oğurluq edəcəkləri barədə əvvəlcədən aralarında razılaşmaların olub-olmaması barədə məlumatı olmamışdır. Elnur və Ceyhun oğurluq hadisəsini törədən zaman kənarda gözləməkdə heç bir məqsədi olmamış, Ceyhun ilə Elnur onu döyərək və hədə-qorxu gələrək orada iştirak etməyə və onlara köməklik etməyə məcbur etmişlər. Həmin vaxt Asif maska taxmamışdır. Mağazaya çatanda mağazanın işığı yanılı olmuş, Ceyhun və Elnur içəri girdikdən sonra mağazanın işığı sönmüşdür. Onlar alışqan işığı ilə içəridə hərəkət etmişlər. Onlar çöldə olan vaxt maska taxmamışlar. Amma içəri girdikdən sonra maska taxıb- taxmamalarını bilməmişdir. Elnur və Ceyhun oğurluq etdikdən sonra onların arxası ilə gələn “VAZ 2107” markalı avtomaşını idarə edən şəxsi tanımır, həmin avtomaşını idarə edən şəxsi mən birinci dəfədir ki, görmüş, təxminən 40 yaşında olan orta bədən quruluşlu, hündürboy adam olmuş, avtomaşının nömrəsinə fikir vermədiyi üçün bilməmişdir.Əvvəllər həmin şəxslərlə birlikdə oğurluq etməyə getməmişdir. Orada özü, Ceyhun, Elnur və Asif olmuşlar. Başqa heç kəs olmamışdır. Elnur və Ceyhundan qorxduğu üçün əvvəlcə Elnur və Ceyhun tərəfindən döyülməyini bildirməmişdir. Ancaq məhkəmədə və hazırda verdiyi ifadəsində hadisənin dəqiq bu cür olmuşdur. Elnur və Ceyhundan qorxduğu üçün ilkin istintaq zamanı bu barədə məlumat verməmişdir. Anası Nigara döyülməyi barədə demiş, anası Nigar həmin vaxt DİN-nin 102 xidmətinə zəng vurmuş, lakin ora heç bir məlumat verməmişdir. Siyəzən RPŞ-nə də bu barədə müraciət etməmişlər. Zərərçəkmiş şəxs1 Nüsrətdin oğlunun ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək sərbəst ifadəsində və sualları cavablandırarkən göstərdi ki, Siyəzən rayonu Zarat kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olarqa və yaşadığı Zarat kəndində market işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat 22:40 radələrində işlətdiyi marketi bağlayaraq evinə getmiş, həmin vaxt gecə saatlarında iki dəfə işıqlar söndüyündən o,gedib marketdə olan məhsulları yoxlamaq istəmiş, lakin hava sərin olduğu üçün marketə getməmişdir. Səhər tezdən xx.xx.2022-ci il tarixdə saat 08 radələrində o,marketə gələn zaman çöl plastik qapının üstündə olan jalüz örtüyün açıq yerdən bir qədər aralı olduğunu görmüşdür. O, jalüz örtüyü qaldırıb içəri girəndə marketin içərisinin dağınıq olduğunu, marketdən xeyli sayda spirtli içki olan araq, çay, siqaret, yuyucu vasitələr, kolbasa və sair məhsulların naməlum şəxslər tərəfindən oğurlandığını görmüş və bu barədə DİN-in 102 xidmətinə dərhal məlumat vermişdir. O, oğurluq nəticəsində ilkin olaraq dəqiq nə oğurlandığını üçün nəzəri olaraq 1500 manat dəyərində ziyan dəydiyi barədə məlumat vermişdir. Sonradan o, marketimdən oğurluq olmuş məhsulları dəqiqləşdirmiş və və marketindən bir qutusu 2 manat 20 qəpik olmaqla ağ nazik Maqna markalı 3 blok , hər blokun içərisində 10 qutu siqaret olmaqla ümumilikdə 30 qutu ümumi dəyəri 66 manat dəyərində siqaret, bir qutusu 2 manat 20 qəpik olmaqla qara nazik Maqna markalı 3 blok , hər blokun içərisində 10 qutu siqaret olmaqla ümumilikdə 30 qutu ümumi dəyəri 66 manat dəyərində siqaret, bir qutusu 2 manat 20 qəpik olmaqla göy kompakt Maqna markalı 4 blok, hər blokunda 10 qutu siqaret olmaqla ümumilikdə 40 qutu ümumi dəyəri 88 manat dəyərində siqaretim, bir qutusu 2 manat olmaqla Qarabağ markalı 2 blok, hər blokun içərisində 10 qutu siqaret olmaqla ümumilikdə 20 qutu ümumi dəyəri 40 manat dəyərində siqaret, bir qutusu 2 manat olmaqla Bakı markalı 3 blok , hər blokun içərisində 10 qutu siqaret olmaqla ümumilikdə 30 qutu ümumi dəyəri 60 manat dəyərində siqaret, bir qutusu 2 manat olmaqla qalın Veqas markalı 4 blok, hər blokunda 10 qutu siqaret olmaqla ümumilikdə 40 qutu ümumi dəyəri 80 manat dəyərində siqaret, bir qutusu 2 manat 20 qəpik olmaqla nazik Veqas markalı 4 blok, hər blokunda 10 qutu siqaret olmaqla ümumilikdə 40 qutu ümumi dəyəri 88 manat dəyərində siqaret, 1 qutusu 10 manat 50 qəpik olmaqla 450 qramlıq Azərçay markalı 4 qutu ümumi dəyəri 42 manat dəyərində çay, 1 qutusu 2 manat 20 qəpik olmaqla 100 qramlıq Azərçay markalı 7 qutu ümumi dəyəri 15 manat 40 qəpik dəyərində çay, 1 qutusu 8 manat 90 qəpik olmaqla 450 qramlıq Final Best markalı 3 qutu ümumi dəyəri 26 manat 70 qəpik dəyərində çay, 1 qutusu 4 manat 60 qəpik olmaqla 225 qramlıq Final Best markalı 6 qutu ümumi dəyəri 27 manat 60 qəpik dəyərində çay, 1 qutusu 2 manat olmaqla 100 qramlıq Final Best markalı 10 qutu ümumi dəyəri 20 manat qəpik dəyərində çay, 1 qutusu 8 manat 90 qəpik olmaqla 450 qramlıq X22 markalı 4 qutu ümumi dəyəri 35 manat 60 qəpik dəyərində çay, 1 qutusu 10 manat 50 qəpik olmaqla 450 qramlıq qara Beta markalı 5 qutu ümumi dəyəri 52 manat 50 qəpik eləyərində çayım, 1 qutusu 10 manat 60 qəpik olmaqla 450 qramlıq Çempion markalı 4 qutu ümumi dəyəri 42 manat 40 qəpik dəyərində çay, 1 qutusu 2 manat 30 qəpik olmaqla 200 qramlıq Tess markalı 6 qutu ümumi dəyəri 13 manat 80 qəpik dəyərində çay, 1 qutusu 2 manat 20 qəpik olmaqla 100 qramlıq Çempion markalı 6 qutu ümumi dəyəri 13 manat 20 qəpik dəyərində çay, 1 qutusu 5 manat 60 qəpik olmaqla 250 qramlıq Beta markalı 5 qutu ümumi dəyəri 28 manat dəyərində çay, 1 qutusu 5 manat 60 qəpik olmaqla 250 qramlıq Çempion markalı 3 qutu ümumi dəyəri 16 manat 80 qəpik dəyəriıidə çay, 1 qutusu 4 manat 90 qəpik olmaqla 225 qramlıq Berqa markalı 4 qutu ümumi dəyəri 19 manat 60 qəpik dəyərində çay, 1 qutusu 2 manat 20 qəpik olmaqla 100 qramlıq Berqa markalı 8 qutu ümumi dəyəri 17 manat 60 qəpik dəyərində çay, 1 ədədi 1 manaq 50 qəpik olan 75 qramlıq 20 ədəd ümumi dəyəri 30 manat dəyərində Snikers şokalat, 1 ədədi 1 manaq 80 qəpik olan 82 qramlıq 25 ədəd ümumi dəyəri 45 manat dəyərində piletka Nestle şokalat, 1 qutusu 50 qəpik olan 3 blok Orbit markalı saqqız, hər blokunun içərisində 30 qutu olmaqla 90 qutu ümumi dəyəri 45 manat dəyərində saqqız, 1 ədədi 2 manat 90 qəpik olmaqla 154 qramlıq 10 ədəd ümumi dəyəri 29 manat dəyərində olan Colgate markalı diş məcunu, 1 ədədi 14 manat olmaqla 5 ədəd 1 litrlik ümumi dəyəri 70 manat olan spirtli içki olan Mammedoff markalı araq, 1 ədədi 14 manat olmaqla 3 ədəd 1 litrlik, ümumi dəyəri 42 manat olan spirtli içki olan Yakor markalı araq, 1 ədədi 8 manat 90 qəpik olmaqla 3 ədəd 700 millilik ümumi dəyəri 27 manat 70 qəpik olan spirtli içki olan Pusi-Qusi markalı araq, 1 ədədi 9 manat olmaqla 1 ədəd 1 litrlik ümumi dəyəri 18 manat olan spirtli içki olan Xançinar markalı araq, 1 dənəsi 5 manat 40 qəpik olmaqla 5 dənə 500 qramlıq ümumi dəyəri 27 manat olan ailəvi dondurma, 1 ədədi 1 manat olmaqla 6 ədəd 90 qramlıq ümumi dəyəri 6 manat olan Proteks markalı sabun, 1 ədədi 1 manat olmaqla 12 ədəd 90 qramlıq ümumi dəyəri 12 manat olan Palmalive markalı sabun, 1 ədədi 6 manat 50 qəpik olmaqla 8 ədəd 1.5 kiloqramlıq ümumi dəyəri 52 manat olan Ariel markalı yuyucu tozu, 1 ədədi 5 manat olmaqla 4 ədəd 1.5 kiloqramlıq ümumi dəyəri 20 manat olan Bingo markalı yuyucu tozu, 1 ədədi 1 manat olmaqla 24 ədəd ümumi dəyəri 24 manat olan kişi corabı, 1 ədədi 12 manat olmaqla 2 ədəd ümumi dəyəri 24 manat olan kişi idman şalvarı, 1 ədədi 10 manat olmaqla 3 ədəd ümumi dəyəri 30 manat olan qadın idman şalvarı, 1 ədədi 15 manat olmaqla 3 ədəd ümumi dəyəri 45 manat olan qısaqol kişi köynəyi, 1 ədədi 5 manat olmaqla 6 ədəd ümumi dəyəri 30 manat olan Kulinarka markalı 1 litrlik malako, 1 ədədi 2 manat 50 qəpik olmaqla 10 ədəd ümumi dəyəri 25 manat olan Kulinarka markalı 375 qramlıq malako, 1 ədədi 5 manat 30 qəpik olmaqla 8 ədəd ümumi dəyəri 42 manat 40 qəpik olan Şoke-moke markalı 350 qramlıq şokolad yağı, ümumi dəyəri 20 manat olan 2 kiloqram saçaqlı pendir, 1 ədədi 2 manat olan 15 ədəd dəmir qutu olan ümumilikdə 30 manat dəyərində olan püstə, 1 ədədi 50 qəpik olan 20 ədəd 95 qramlıq ümumi dəyəri 10 manat olan Alpenland markalı yoqut, 1 ədədi 1 manat 70 qəpik olan 10 ədəd 500 millilik ümumi dəyəri 17 manat olan spirtli Yaquar enerji suyu, 1 ədədi 3 manat 50 qəpik olan 12 ədəd ümumi dəyəri 42 manat olan kişi tumanı, 1 ədədi 50 qəpik olan 400 ədəd ümumi dəyəri 200 manat olan Pramida markalı siqaret, 1 ədədi 1 manat olan 6 ədəd 500 millilik ümumi dəyəri 6 manat olan Full enerji suyu, 1 kiloqramı 12 manat olan 2 kiloqram ümumi dəyəri 24 manat olan X21 markalı hisə verilmiş kolbasa, 1 kiloqramı 11 manat olan 2 kiloqram ümumi dəyəri 22 manat olan X17 markalı hisə verilmiş kolbasa, 1 kiloqramı 9 manat olan 1.5 kiloqram ümumi dəyəri 13 manat əlli k olan X13 markalı kolbasa oğurlanmış və ona ümumilikdə 1929 manat 90 qəpik maddi ziyan dəydiyini bildmişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanının ödənildiyini, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6/6966 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş qərarının təsviri hissəsində göstərilən 42 adda malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1890,50 manat müəyyən edilir. Digər ekspertiza təyini haqqında qərarda östərilən 9 adda mallar haqqında kifayət qədər məlumat (markası, istehsal yeri, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik hüquqi Şəxsin ekspertinin xx.xx.2023-cü il tarixli 2279 saylı rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işlndəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s, sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə ve prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət ve davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xx.xx.2022-cl il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq ve sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini idarə etmək və onların mənasını dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının‘təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandınlır: Təqsirləndirilən şəxs2 idrak prosessləri, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər. hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə və danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, Siyəzən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası almışdır. xx.xx.2021-ci il tarixdə Siyəzən rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 11 ay 28 gün hissəsi 05 ay 19 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilib. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci li tarixli hökmünə əsasən müəyyın olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Amnistiyanın tətbiq olunmasına dair qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2021-ci il tarixdə “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilib. "Siyəzən müalicə diaqnostika mərkəzi" publik hüquqiq şəxsindən verilmiş məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 “Opioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluqları” diaqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2023-cü il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 Nüsrətdin oğlunun ərizəsindən müəyyən olunur ki, Siyəzən RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs1 ona vurmuş olduğu maddi ziyanın 400 manatını ödəməsini göstərərək Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 Nüsrətdin oğlunun ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ona vurmuş olduğu maddi ziyanı tam ödəməsini göstərərək Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin məhkəmə baxışında verdikləri ifadələrini, ekspertin rəylərini və tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan edilmiş ittiham üzrə təqsirli bilməmələri ilə bağlı məhkəmə baxışında verdiklər ifadələrinə tənqidi yanaşır, bu ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir və onların verilmiş ittihamla bağlı ifadələrində göstərdikləri həmin xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı veridiyi ifadəsi, zərərçəkmiş şəxslərin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edilməsi zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanın cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; 52-1.6-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-ın 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-in 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Siyəzən rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş 11 ay 28 gün hissəsi 05 ay 19 gün hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "Amnistiya" qərarına əsasən cəzadan azad edilsə də, sözügedən qərarda onun məhkumluğunun üzərindən götürülməsi qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli "Amnistiya" qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini (CM-in 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12), zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-in 59.1.13) cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını eyni zamanda təqsirləndirilən şəxs X6 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. X11 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli X6 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Siyəzən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 05:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, X6 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə ekspertizalarına sərf olunmuş 50 (əlli) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinə əsasən ilə 05 (beş) il , 177.2.1 və 177.2.3-cü maddələrinə əsəsan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 05:00-dək tərk etməmək və səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Siyəzən rayonunun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkəmə ekspertizalarına sərf olunmuş 50 (əlli) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, təqsirləndirilən şəxs X5 25 (iyirmi beş) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 tərəfindən isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Nurəddin Hüseynli X12 Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-285/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-285/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver