Məhkəmə qərarları › İş №1(124)-286/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-286/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-286/2023 28.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi : X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Eldar oğlu, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi4 və Müdafiəçi3 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə, xx xxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “müstəqil.az” xəbər portalının təsisçisi və rəhbəri vəzifəsində işləyən, ünvan 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci ilə, xx xxxxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, hazırda işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Xaçmaz şəhəri Vaqif küçəsində faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8ktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, xx xxxxxxx 1990-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olan, hazırda işləməyən, ünvan 9 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, 265C ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 0,32 ha torpaq sahəsinin 0,12 ha hissəsini satın almaq istəyən, lakin həmin sahənin sənədi olmadığından qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi barədə tanışı Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayında özünə müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin torpaq sahəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də olan tanışları vasitəsilə guya çıxarış almaq imkanına malik olmasını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin may ayında görüşləri zamanı aldatmaqla vəd edərək, həmin məsələnin müsbət həlli üçün tanışı olan qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 36.000 (otuz altı min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə, 2021-ci ilin may ayında Abşeron rayonu, Xırdalan şəhərində ilkin olaraq 20.000 «manat, bir neçə gün sonra 16.000 manat olmaqla, ümumilikdə 36.000 (otuz altı min) manat pul vəsaitini sonuncudan alaraq şəxsi ehtiyacına sərf edib, bir müddət sonra müvafiq çıxarışın verilməsində köməklik göstərilməsinə dair Zərərçəkmiş şəxs1 özünə müraciəti barədə tanışları X25 və Təqsirləndirilən şəxs5 bildirib, sonuncularla aralarında bu barədə müzakirə apararaq müvafiq köməklik göstərmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə birləşib qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə həmin müddətdə Abşeron rayonu Xırdalan şəhərində görüşləri zamanı torpaq sahəsinə çıxarış verilməsi məsələsinin həllinin ləngidiyini ona bildirərək guya özlərinin qeyd edilən qurumda yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinin adına özəlləşdirilməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi prosedurunu sürətləndirməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxs1lə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncuya məxsus cəmi 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini ondan Rafail Aslanov və Təqsirləndirilən şəxs5lə birlikdə alıb, həmin pul vəsaitini sonuncularla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 80.000 (səksən min) manat məbləğində pul vəsaitini, o cümlədən, 44.000 (qırx dörd min) manatını Rafail Aslanov və Təqsirləndirilən şəxs5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında özünə müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin məsələnin həlli adı ilə sonuncuya məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair tanışları Təqsirləndirilən şəxs2, sonuncu vasitəsilə X25, sonuncu vasitəsilə Təqsirləndirilən şəxs3, sonuncu vasitəsilə Təqsirləndirilən şəxs4 ilə müzakirə edib aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ- də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində şəxsən alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Rafail Aslanovla birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından Fikrət Əkbərovun etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, sonuncudan aldıqları həmin pul vəsaitini Rafail Aslanov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Rafail Aslanov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini sonuncu vasitəsilə yalandan bildirib, həmin məsələnin həlli adı ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair Təqsirləndirilən şəxs1, tanışı X25, sonuncu vasitəsilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə müzakirə aparıb aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs3la Rafail Aslanov birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından Fikrət Əkbərovun etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, əldə etdikləri həmin pul vəsaitini Rafail Aslanov, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1, Rafail Aslanov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında tanışı X25, sonuncunun tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar sonuncu vasitəsilə ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin məsələnin həlli adı ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair tanışları X25, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə müzakirə aparıb aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, şəxsən Rafail Aslanovla birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından Fikrət Əkbərovun etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, sonuncudan aldıqları həmin pul vəsaitini Rafail Aslanov, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rafail Aslanov və Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs4 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs3, sonuncunun tanışı X25, sonuncunun tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini sonuncu vasitəsilə yalandan bildirib, həmin məsələnin həlli adı ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair tanışları Təqsirləndirilən şəxs3, X25, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə müzakirə aparıb aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021 -ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs3la Rafael Aslanov birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından Fikrət Əkbərovun etdiyi müraciətə 15 gün müddətində baxıhb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, əldə etdikləri həmin pul vəsaitini Təqsirləndirilən şəxs3, Rafail Aslanov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Rafail Aslanov və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. X26 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 0,32 ha torpaq sahəsinin 0,12 ha hissəsini satın almaq istəyən, lakin həmin sahənin sənədi olmadığından qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi barədə Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, sonuncu və tanışı Təqsirləndirilən şəxs5 ilə aralarında bu barədə müzakirə apararaq müvafiq köməklik göstərmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə birləşib qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə həmin müddətdə Abşeron rayonu Xırdalan şəhərində görüşləri zamanı torpaq sahəsinə çıxarış verilməsi məsələsinin həllinin ləngidiyini bildirərək guya özlərinin qeyd edilən qurumda yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinin adına özəlləşdirilməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi prosedurunu sürətləndirməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxs1lə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncuya məxsus cəmi 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini ondan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5lə birlikdə alıb, həmin pul vəsaitini sonuncularla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1.1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olan Zərərçəkmiş şəxs1 qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar sonuncu vasitəsilə ona guya ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin məsələnin həlli adı ilə sonuncuya məxsus pul vəsaitini aldatma yolu ilə ələ keçirməyə dair tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs3 və sonuncu vasitəsilə Təqsirləndirilən şəxs4 ilə müzakirə aparıb aralarındakı cinayətkar niyyətə uyğun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də olan tanışları vasitəsilə guya həmin torpaq sahəsinin kateqoriyasını dəyişmək imkanına malik olmalarını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin sentyabr ayında görüşləri zamanı qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən dövlət qurumunda işləyən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə görə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü və qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə alaraq, inandırmaq üçün qabaqcadan əlbir olduğu şəxslərlə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs3la birlikdə istintaqa məlum olmayan şəraitdə hazırladıqları, hüquq verən rəsmi sənəd olmayan, məzmununda Azərbaycan Respublikasının Nazirlər Kabineti adından Fikrət Əkbərovun etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağına dair yalan məlumatlar olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubu Zərərçəkmiş şəxs1 təqdim etməklə, sonuncudan aldıqları həmin pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs5 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Lukoyl" yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 0,32 ha torpaq sahəsinin 0,12 ha hissəsini satın almaq istəyən, lakin həmin sahənin sənədi olmadığından qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi barədə tanışı X25 və sonuncunun tanışı Təqsirləndirilən şəxs1 vasitəsilə 2021-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 özünə müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, tanışları X25 və Təqsirləndirilən şəxs1 ilə aralarında bu barədə müzakirə apararaq müvafiq köməklik göstərmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus əmlakı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə birləşib qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə həmin müddətdə Xırdalan şəhərində görüşləri zamanı torpaq sahəsinə çıxarış verilməsi məsələsinin həllinin ləngidiyini bildirərək guya özlərinin qeyd edilən qurumda yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi prosedurunu sürətləndirmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs2 istifadəsində olan torpaq sahəsinin adına özəlləşdirilməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi prosedurunu sürətləndirməyə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək, Zərərçəkmiş şəxs1lə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin sentyabr-oktyabr aylarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncuya məxsus cəmi 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaitini ondan Rafail Aslanov və Təqsirləndirilən şəxs1lə birlikdə alıb, həmin pul vəsaitini sonuncularla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətini davam etdirib 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs1lə Abşeron rayonu, Xırdalan şəhərində görüşləri zamanı sonuncuya guya torpaq sahəsinə çıxarış verilməsi məsələsinin artıq son mərhələdə olduğunu, qeyd edilən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasının tezləşdirilməsi üçün tanışları olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən yalandan bildirərək, Zərərçəkmiş şəxs1lə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2022-ci ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncuya məxsus cəmi 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini ondan alıb, şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 47.400 (qırx yeddi min dörd yüz) manat məbləğində pul vəsaitini, o cümlədən, 44.000 (qırx dörd min) manatını Rafail Aslanov və Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı 0,32 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi barədə tanışı Zərərçəkmiş şəxs2 2021-ci ilin noyabr ayında özünə müraciəti ilə əlaqədar ona guya özünün ayrı-ayrı rəhbər vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin münasibətlərindən İstifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəyini yalandan bildirib, həmin torpaq sahəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞdə olan tanışları vasitəsilə guya çıxarış almaq imkanına malik olmasını Abşeron rayonu, Xırdalan şəhərində 2021-ci ilin noyabr ayında görüşləri zamanı aldatmaqla vəd edərək, həmin məsələnin müsbət həlli üçün tanışı olan qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 124.000 (bir yüz iyirmi dörd min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək Abşeron rayonu, Xırdalan şəhəri və Sumqayıt şəhərində ayrı-ayrı ünvanlarda müxtəlif məbləğdə olmaqla, ümumilikdə 124.000 (bir yüz iyirmi dörd min) manat pul vəsaitini sonuncudan cinayətdən xəbərsiz X18 vasitəsilə alaraq şəxsi ehtiyacına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 124.000 (bir yüz iyirmi dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkən şəxsləri Vüsal vasitəsilə tanımışdır, ona müraciət etmişlər, o da köməklik edə biləcəyini demişdir. İlk dəfə Xırdalandakı torpağa sənəd almaq üçün müraciət olunmuşdur. İcra hakimiyyətində tanışı mühəndis işləmişdir, zəng etmiş, həll edə biləcəyini demişdir. Həmin ərəfədə Əmlak Komitəsi İqtisadi İnkişaf Nazirliyinin balansına verilmiş, vəziyyət dəyişmişdir. Sonra Rafael adlı şəxsin məsələni həll edə biləcəyi deyilmişdir. Onunla danışılmış, aparıb 100.000 manat vermişlər ki, sırf iş həll olsun. Ordan pul almamışdır, həll olsa ona zəhmət haqqı veriləcəyi deyilmişdir. Pulu özü götürüb Rafaelə vermişdir. Rafaellə onu Telman tanış etmişdir. Digər şəxsləri o, sonradan tutulanda tanımışdır. O, hər iki epizodda pulu özü almışdır. Bəhruzla həmin vaxt Vüsal adlı şəxs vasitəsilə tanış olmuşdur. 0.12 ha torpağın çıxarışını alınması ilə bağlı müraciət edilmiş, o da Əmlak Komitəsində işləyən tanışlarla danışmış, ona alınacağı deyilmişdir. İlkin mərhələdə 36 min pul alınmışdır. İş həll olunmuş, sonra Əmlak Komitəsində dəyişiklik olmuşdur. İkinci mərhələdə 44 min almışdır. Ümumi 80 min manat pul olmuşdur. Bütün pulları özü almışdır. 40 iş gününə həll edəcəyinə söz vermişdir. Rəhimi həmin ərəfədə tanımamışdır. 60 min manat pulu Rafaelə vermişdir. İkinci epizodda 100 min manat pul alıb Telmana vermişdir. Telman da pulu Rafaelə vermişdir. Birinci işi Rafael Rəhim adlı şəxsin həll edə biləcəyini, amma məbləğin çox olacağını demişdir. 60 min manat Rafaeldə qalmış, 20 min özündə olmuşdur. Sentyabr ayına məsələnin həll olunacağı razılaşılmış, amma sənədlərin vaxtı sentyabra qədər bitəcəyi üçün məsələni tezləşdirmişlər. 80 min manat verəndə Bəhruz 40 iş gününə yekunlaşmasını bildirmişdir. Dedikləri müddətdə sənəd düzəlməmişdir. Baş prokurorluğa şikayət ərizəsi vermiş, Rafaeldən şikayət etmişdir. İkinci epizoddan ona çatan cəmi 7.500 manat olmuşdur. Məbləği bölüşdürməmişlər, 16 sentyabr tarixində işin həll olunması üçün 100 min manat Rafaelə verilmişdir. Qısa müddət sonra 75 min manata alınacağı deyilmiş, 25 min manat pul özlərində olmuşdur. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmiş, onunla barışmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, tanışı Vüsal Paşayev vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 2021-ci ilin may ayında söhbət əsnasında Xırdalan şəhərində 12 sot torpaq sahəsi almaq istədiyini, lakin həmin torpaq sahəsinə çıxarış almaq lazım olduğunu bildirmişdir. Torpaq sahəsi bir qədər problemli torpaq sahəsi olmuş, belə ki, torpaq sahəsi üzərində bir neçə qurum maraqlı olduğu üçün ora çıxarış alınması çətin olmuşdur. Bu səbəbdən ilkin olaraq tanışlar vasitəsilə maraqlanmış və təxminən 17-18 min manat məbləğin həmin torpağın sənədləşməsi üçün rüsumlara lazım olacağını müəyyən etmişdir. Bu səbəbdən də Bəhruza bu barədə bildirmişdir. O, da qeyd edilən məsələ ilə əlaqədar ilkin olaraq 20.000 manat pul vermişdir. Lakin DƏDRX-də struktur dəyişikliyi olduğu üçün sənədləşmə dayandırılmış və pul onda qalmışdır. Həmin ərəfədə Bəhruz ona həmçinin Masazır qəsəbəsində 1,015 ha torpaq sahəsini alıb orada bina tikintisini həyata keçirmək istədiyini, lakin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün tikintini həyata keçirə bilmədiyini bildirərək, ondan torpağın təyinatını dəyişməyə kömək edib-edə bilməyəcəyini soruşmuşdur. O, da maraqlanıb xəbər verəcəyini bildirmişdir. Bundan bir müddət sonra tanışı Telman İsmayılova məxsus Sumqayıt şəhərində yerləşən “Berrin House” restoranında söhbət edərkən bu haqda Telman İsmayılov və qardaşı Emilə məlumat vermişdir. Emil ona Rafael Aslanov adlı bir tanışının olduğunu, sonuncunun həmin işdə köməklik göstərə biləcəyini demişdir. Emil Rafaelin qohumlarının Nazirlər Kabinetində və Prezident Administrasiyasında işlədiyini bildirmişdir. O, da Emildən maraqlanıb ona məlumat verməyini xahiş etmişdir. Emil maraqlanıb Rafaelin həmin işi görə biləcəyini və bunun üçün 100.000 manat pul tələb etdiyini bildirmişdir. O, da Bəhruzun razılığını alandan sonra işin həll edilməsini Emildən xahiş etmişdir. 2021-ci ilin sentyabr ayının 16-da o, pulu götürüb Telmanın restoranına getmiş, həmin vaxt orada Telman, Emil, Rafael olmuşdur. Həmin vaxt Telman bir daha dəqiqləşdirmək üçün Rafaelə əgər işi həll edə biləcəksə, pulu götürməyi bildirmişdir. Rafael də artıq hər şeyin danışıldığını bildirmişdir. Bundan sonra Emil və Rafael aralanıb telefonla danışmış və onların yanlarına qayıdaraq, pulu “müəllim” dedikləri adama aparıb verəcəklərini bildirmişlər. Həmin puldan 7.500 manat ona, 17.500 manat isə Emil və Telmana çatmışdır. Bəhruz iş həll olunsa 30-40 min manat da əlavə olaraq onlara hörmət edəcəyini bildirmişdir. Bu səbəbdən həmin pulu əvvəldən götürüb sonradan veriləcək pul ilə həmin kəsiri qarşılamaq istəmişlər. O həmin pulu öz şəxsi xərclərinə sərf etmişdir. Aralarında razılıq olmuşdur ki, nə isə bir sənəd alınardısa və ya hər hansı bir yenilik olardısa ona bildirməlidirlər, o da Bəhruzgilə məlumat verməli imiş. İlk sənəd 10 gün ərzində alınmalı olduğu halda, 10 gündən sonra Telmana zəng edəndə, sonuncu heç bir yeniliyin olmadığını bildirmiş və Rafael ilə danışaraq bir neçə günə xəbər edəcəyini demişdir. Bundan 10 gün keçəndən sonra da yenə bir xəbər olmamışdır. Bundan sonra həm Bəhruzgil, həm də o, öz narahatçılığını Telmana və Emilə bildirmişlər. O, Rafaelin nömrəsini tapıb əlaqə saxlamış və onu Bəhruzla tanış eləmişdir. Bundan sonra Rafael Nazirlər Kabinetində cavabın hazır olduğunu bildirmişdir. O, Bəhruz və Rafael Nazirlər Kabinetinin inzibati binasına getmiş, orada Rafael binaya girərək kserokopiya bir sənəd gətirmiş, həmin sənəddə müraciətin araşdırıldığı qeyd edilmişdir. Bundan sonra yenə bir xəbər çıxmamışdır. O, yenidən Rafael ilə danışanda sonuncu, Cavid müəllim dediyi bir adamla həmin işi gördüyünü, Cavid müəllimin həmin işi Fərid adlı şəxsə həvalə etdiyini bildirmişdir. Rafael onu və Bəhruzu Fəridlə tanış etmişdir. Fərid 15 gün ərzində işi həll edəcəyini bildirmiş, lakin öz vədini yerinə yetirməmişdir. Fərid hətta özü Bəhruza zəng edərək işin həlli üçün ondan əlavə pul istəmişdir. Bundan sonra Bəhruz əsəbiləşərək pulunu və sənədlərini geri tələb etmişdir. Sənədləri təxminən 1 ay sonra Rafaeldən geri almışdır. Bundan sonra pulu istəyəndə məsələ uzanmağa başlamışdır. Rafael bütün pulu Cavidə verdiyini deyəndən sonra, Bəhruz Cavidlə əlaqə saxlamış və sonuncu Rafaelin ona borcu olduğunu və ondan aldığı pulu borcuna sildiyini bildirmişdir. Bundan əlavə, həmin proses gedən vaxtı, yəni 1.015 ha torpaq sahəsinin təyinatının dəyişməsi ilə bağlı işlər gedən vaxtı o, Rafaelə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 digər torpaq sahəsinə çıxarış almaq lazımdır. Rafael maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra sonuncu onunla əlaqə saxlayaraq bildirmişdir ki, çıxarış almaq mümkündür və bunun üçün 60.000 manat pul tələb olunur. O, Bəhruza bu barədə bildirmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Bəhruz razılıq vermiş və Bəhruzla birlikdə Xırdalan şəhərində Heydər Əliyev parkının qabağına getmişlər. Bundan sonra Rafael də həmin yerə gəlmiş, avtomobildən düşərək, 60.000 manat məbləğində pulu Bəhruzun maşınından götürüb Rafaelin maşınına minərək sonuncuya təqdim etmişdir. Bundan sonra o, Bəhruzdan götürdüyü 20.000 manat pulu da həmin torpaq sahəsinə çıxarış alınması məqsədi ilə hissə-hissə Rafaelə vermişdir. Həmin puldan cəmi 300 manat ona qalmışdır. (cild 1, i.v. 82-86, 300-301) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Rafaeli və Anarı çoxdan tanıyır, Zərərçəkmiş şəxs1 Anarla birgə onun obyektinə gəlmişdir. Anar ifadəsində düz qeyd etmişdir. Məsələ barədə Anar ona məlumat vermiş, Bəhruz Masazır qəsəbəsində yerləşən torpaq sahəsinin təyinatını dəyişmək istəmiş, dostları ilə danışanda həmin prosesin çox çətin olduğunu öyrənmiş və bu səbəbdən Anara və Bəhruza həmin iş alınmayacağını bildirmişdir. Sonra Rafael ona məsələni həll etmək olar demişdir. Ona məsələnin 120 min manata həll olunması bildirilmiş, o da 140 min manata həll olunacağını demişdir. Sonra Rafael 100 min manata həll ediləcəyini demişdir. Emil onun qardaşıdır, Emilə tapşırmışdır ki, Rafaellə Abşeron İcra Hakimiyyətinə getsin. Emil çöldə qalmış, Rafael içəri girmişdir, gedişatda Abşeron İcra Hakimiyyətindan sərəncam alınmalı olduğunu bilmişlər. Rafael zəng edərək Abşeron Rayon İcra Hakimiyyətində kiməsə 20 min manat pul verməli olduğunu bildirmiş və həmin pulu ondan və qardaşından istəmişdir. Əvvəllər Rafaellə heç bir iş görməmişdir. Bəhruza “Rafaelə pulu mən vermişəm, mən də alacam” demişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs4 tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs1 onun Sumqayıt şəhərində yerləşən restoranına gəlmiş, söhbət zamanı Bəhruz Masazır qəsəbəsində yerləşən 1,015 ha torpaq sahəsinin təyinatını dəyişmək istədiyini demiş, o da DƏDRX-də və digər qurumlardakı dostları ilə danışanda həmin prosesin çox çətin olduğunu öyrənmiş və bu səbəbdən Anara və Bəhruza həmin iş alınmayacağını bildirmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Anar və əvvəldən tanıdığı Rafael Aslanov ona məxsus “Berrin House” adlı restoranda olan zaman həmin söhbət yenidən açılmış, Rafael maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra Rafael zəng edərək qardaşı Emilə həmin məsələni 100.000 manata həll edə biləcəyini bildirmiş, o da Anara bu barədə məlumat vermişdir. Anar Zərərçəkmiş şəxs1 ilə razılaşandän sonra razılıq vermişdir. Hətta Anar Zərərçəkmiş şəxs1 şirinlik kimi əlavə 30-40 min manat da verəcəyini demişdir. 2021-ci ilin sentyabr ayının 16-da Anarla öz obyektində görüşmüş, Anar özü ilə birlikdə 100.000 manat pul gətirmişdir. Onlar əvvəl həmin puldan 75.000 manatı, daha sonra müəyyən irəliləyiş olarsa geridə qalan hissəsini də aparıb işi düzəldəcək şəxsə verməyə qərar vermişlər. Geridə qalan puldan 17.500 manatı özü və qardaşı Emil, 7.500 manatı isə Anar götürmüşdür. Rafaelin həmin işi kiminlə həll edəcəyini bilməmişdir. Bundan sonra Rafael telefon vasitəsilə həmin şəxslə danışmış və sonuncu pulu götürüb Novxanıda yerləşən bağ evinə gətirməyi istəmişdir. O, da Rafaelin pulu kimə verəcəyini görməsi üçün qardaşı Emili də sonuncu ilə göndərmişdir. Emil ilə Rafael birlikdə Rafaelin tanışı Cavidin Novxanıda yerləşən bağ evinə getmişlər, bağ evinə çatanda Cavid Rafaelin tək gəlməyini istəmiş və bu səbəbdən Emil içəri keçə bilməmişdir. Bundan sonra o və qardaşı bir neçə dəfə Rafael ilə maraqlananda sonuncu hər şeyin qaydasında olduğunu bildirmiş, bundan təxminən 2 ay sonra yəni noyabr ayında Rafael zəng edərək Abşeron Rayon İcra Hakimiyyətində kiməsə 20.000 manat pul verməli olduğunu bildirmiş və həmin pulu ondan və qardaşından istəmişdir. Onlar da onsuz da iş düzələndən sonra Bəhruzun şirinlik söz verdiyini düşünərək, qardaşı ilə birlikdə pulu düzəldib Rafaelə əvvəl 15.000 manat, sonra isə daha 5.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pul vəsaitini Sumqayıt şəhərində vermişdir. Bundan bir müddət keçəndən sonra Bəhruz və torpaq sahibi arasında nə isə problem yarandığı üçün Bəhruzun torpağı almaq istəmədiyini və Anardan, dolayısı ilə Rafaeldən pulunu geri tələb etdiyini öyrənmiş, o da bu barədə Rafael və Anar ilə danışmış, sonuncular pullarının Caviddə olduğunu və tezliklə qaytaracağını bildirmişlər.( Cild 1, i.v. 78-81, cild 2, i.v. 167-169) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təkcə Rafaeli və Fəridi tanıyır, Rafaeldən 40 min manat pul almışdır. Başqa heç kimi tanımır. Birinci dəfə 11 sentyabr tarixdə Türkiyəyə gedəndə Rafael ona pul vermiş, özü 10-15 günə gələcəyini bildirmiş, həyatdır, hər şey ola bilər deyərək pulu götürmək istəməmişdir. Məsələ Vüsalın yanında olmuş, Rafael pulu götürməsi üçün təkid etmişdir. Gedəndə bu işi Şahid5 adlı həmkarı ilə danışmış, onun nömrəsini də nəsə soruşmaq lazım olarsa, əlaqə saxlanılsın deyə vermişdir. 40 min manat pul verilməsi ilə bağlı o, akt yazmışdır. Bu aktda Vüsalın, Rafaelin, Fəridin və onun imzası olmuşdur, 40 min manatı Vüsala vermişlər. Bəhruz müəllimin xeyirxah insan olması, iş düzələndən sonra hörmət edəcəyi deyilmişdir. Həmkarı Nurəli ona imtina məktublarını ala bilərsə, məsələnin vəzifəli olan qohum-əqrabası vasitəsi ilə həll olunacağını bildirmişdir. İmtina sənədini ala bilməyəndən sonra Rafaelə pulu qaytarmalarını demiş, o da “söz vermişəm, biyabr olaram” deyə bildirmişdir. O, pulu Fəridə verməmiş, işi düzəldəcək olan Fərid olsa da, onu tanımadığı üçün pulu Vüsala vermişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmiş, onunla barışmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Rafael Aslanovu dostu Şahid1 vasitəsilə tanımışdır. Təxminən 2021-ci ilin sentyabr ayında Vüsal və Rafael ilə birlikdə Sumqayıt şəhərində çay içən zaman Rafael ona Abşeron rayonunda 1.015 ha kənd təsərrüfatı təyinatlı torpağın təyinatının dəyişdirilməli olduğunu və ondan təyinatı dəyişdirmək üçün tanışının olub olmadığını soruşmuşdur. O da maraqlanıb deyəcəyini bildirmişdir. Tanışı korrupsiya.az saytının redaktoru Şahid5 ilə bu barədə danışmış, sonuncu yaxın tanışları ilə əlaqə saxlayıb məlumat verəcəyini bildirmişdir. Nurəli ondan sənədləri istəmiş və o da “WhatsApp” vasitəsilə Rafaeldən sənədlərin şəkillərini alıb yenə həmin proqram vasitəsilə Nurəliyə göndərmişdir. Nurəli isə həmin torpağın sənədlərini Rauf adlı tanışı ilə müzakirə edəndən sonra həmin torpaq barədə Kənd Təsərrüfatı Nazirliyindən rəy alınmalı olduğunu bildirmişdir. Nurəli həmçinin torpağın təyinatının dəyişdirilməsinin təxmini 40.000 manata həll ediləcəyini bildirmişdir. O, bu haqda Rafaelə demişdir. Bundan bir neçə gün sonra Türkiyəyə getməli olduğu haqda Rafaelə deyəndə Rafael pulu torpaq sahibindən aldığını və həmin puldan 20.000 ona vermək istədiyini bildirmişdir. O, isə Türkiyəyə getməyə hazırlaşdığı üçün Rafaelə pulu özündə saxlamağı desə də, Rafael təkid etdiyindən onunla Bakı Avtovağzalının yaxınlığında görüşərək 20.000 manat pulu sonuncudan almışdır. Həmin vaxt yanlarında Şahid1 da olmuşdur. Vüsalın iştirakını ondan Rafel özü xahiş etmiş, çünki onu Vüsal vasitəsilə tanımışdır, bundan sonra o, Türkiyəyə getmiş və 2021-ci ilin oktyabr ayının 3-də geri qayıtmışdır. Türkiyədə olduğu müddətdə Nurəli həmin torpağın sənədlərini skan olunmuş variantda istədiyinə görə, o, Rafail və Nurəlini əlaqələndirmiş və Rafail həmin torpağın sənədlərini Nurəliyə göndərmişdir. O, Türkiyədən qayıtdıqdan sonra Rafael yenə onunla əlaqə saxlamış və geridə qalan 20.000 manat pulu da ona vermək istəmişdir. O, yenə də Rafaelə iş hazır olandan sonra götürəcəyini desə də, sonuncu torpağın sahibindən pulu aldığını, onda qalsa xərclənəcəyini bildirərək və həmin pulu götürməyini xahiş etmişdir. O, da yenə Vüsal ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Maxito” çay evinin qarşısında Rafaeldən 20.000 manat pulu götürmüşdür. Sonradan Nurəli işin alınmayacağını bildirmiş, lakin o, bu barədə Rafaelə məlumat verməmişdir. Rafaeldən aldığı 40.000 manat puldan Nurəliyə heç bir məbləğdə pul verməmişdir. Elə həmin ərəfələrdə Vüsal ilə bu haqda söhbət edəndə Vüsal Təqsirləndirilən şəxs4 adlı tanışının olduğunu, həmin şəxsin əvvəllər Ekologiya və Təbii Sərvətlər nazirinin köməkçisi olduğunu və onun vasitəsilə bu məsələnin həll edilməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra Fəridlə Nərimanov rayonunda görüşən zamanı Fərid həmin məsələni həll edəcəyini bildirmişdir. Fərid torpağın təyinatını kimin vasitəsilə dəyişəcəyi barədə məlumat verməmişdir. O, Fəridə pulu verəndə pulu qəbul etməsi barədə akt tərtib olunmuşdur. Bu hadisə xx.xx.2021-ci il tarixdə olmuşdur. Həmin akt Fəridin öz xətti ilə yazılmış və 4 nəfər yəni, özü, Fərid, Vüsal və Rafael tərəfindən imzalanmışdır. Həmin aktda Fərid 1.114 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün 40.000 manat aldığını, Rafael isə torpaq sahəsi ilə əlaqədar yaranacaq digər xərcləri özünün qarşılayacağını bildirmişdir. Bundan sonra o, Vüsal və Fərid birlikdə Abşeron rayon İcra Hakimiyyətinə getmişlər. Fərid içəri daxil olmuş və bir müddət sonra çıxaraq, işin həll olunduğunu, hətta həmin işi İcra Hakimiyyətində olan şöbə müdirlərindən birinin həll etdiyini bildirmişdir. O, bundan sonra onun real iş gördüyünü fikirləşmiş, lakin, həmin məsələdən artıq müəyyən vaxt keçsə də, Fərid hər dəfə müxtəlif bəhanələrlə məsələni yubatmış və məsələnin həlli alınmamışdır. O, Rafael Aslanovdan torpağın təyinatının dəyişməsi ilə əlaqədar cəmi iki dəfəyə 40.000 manat pul aldığını, həmin faktın yuxarıda qeyd edilən aktla Rafaelin özü tərəfindən də təsdiq edildiyini, ondan pul vəsaitini həmişə ortaq tanışları Şahid1 iştirakı ilə aldığını, onda Rafaelin sms yazışmalarının mövcud olduğunu, sonuncunun ondan 55.000 manat tələb etdiyini, həmin 55.000 manatdan 40.000 manat qeyd edilən məsələ ilə əlaqədar, digər 15.000 manat pulun isə başqa işlə əlaqədar olduğunu, sonuncudan pulu torpaq sahəsinə çıxarış alınması məsələsinə köməklik göstərməyi üçün aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsinin təyinatının dəyişməsi məsələsi uzandığı üçün Təqsirləndirilən şəxs2 Rafaeldən pulu tələb etdiyinə görə, sonuncunun ona zəng edərək, əgər Telman əlaqə saxlasa sonuncuya Rafaeldən 55.000 manat pul almağı barədə yalan məlumat verməyi xahiş etdiyini, bu barədə səs yazısının mövcud olduğunu bildirmişdir. O, Şahid3la görüşmədiyini, Novxanı qəsəbəsində bağ evinin olmadığını, Rafael ilə hansısa bağ evində görüşmədiyini bildirmişdir. ( cild 1, i.v. 87-91, 267-270) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid1ı tanımış, Vüsal onu bu şəxslərlə tanış etmişdir. Onun bəzi işlərində borca pul lazım olmuş, borc tapmaqda Vüsal ona köməklik göstərmişdir. Vüsalla ona bir iş üçün 10-15 min manat pul lazım olmuş, Vüsal Cavidə zəng etmiş, həmin vaxt özü Cavidi tanımamışdır. Rafaellə özünün tanışlığı olmuş, Rafaelin sıxıntıları ilə bağlı söhbət edərkən məsələdən xəbəri olmuşdur. Ona necə kömək edə biləcəyini soruşmuş, o da “müəyyən sənədlər alınmalıdır” demişdir. Vüsal onu iş görmək üçün Cavid adlı şəxslə tanış etmiş, amma iş görülməmiş, pulu da ala bilməmişdir. O hətta Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, onlar müəyyən ərizə formalarının lazım olduğunu demişlər. Ona borc kimi 5500 manat vəsait verilmişdir. Caviddən 40 min manat almamışdır. Ərizə formasın yazanda Rafael Bəhruzun nömrəsin danışmaq üçün ona vermişdir. Nurəli adlı qohumu yoxdur. 5500 manat pula ehtiyacı olmuş, pul çıxarışa görə yox, borc kimi verilmişdir. Qeyd olunan pulu Vüsalla aralarında bölmüş, müəyyən işlər görmüş və Cavidə borcları yaranmışdır. Rafael Caviddən pul istəmiş, o da verə bilməmişdir. Cavid müəyyən qədər yanlış ifadə vermişdir. Akt bu işlə bağlı olmuşdur. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmiş, onunla barışmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əvvəllər şahid qismində verdiyi ifadəsində X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpağın təyinatını dəyişdirməyə köməklik göstərilməsi adı ilə aldığı pul məbləğinin Rafael Aslanova qaytarması barədə dediklərinin həqiqəti əks etdirmədiyini, Rafaeldən ümumilikdə 6.500 manat və 2.000 manat olmaqla, ümumilikdə 8.500 manat pulu borc qismində aldığını, həmin pulun 4.400 manat hissəsini qaytardığını, qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3 cəmi 5.500 manat pul aldığını bildirmişdir. Tanışı Şahid1 ona Təqsirləndirilən şəxs3 Rafael Aslanovdan Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpağın təyinatını dəyişmək adı ilə ümumilikdə 40.000 manat pul aldığını bildirmiş, onlara pul lazım olduğu üçün Vüsal ona Caviddən borc istəməyi təklif etmiş, o da razılıq vermişdir. Belə olanda Vüsal Cavidlə danışmış və sonuncudan borca 13.000 manat pul istəmişdir. İşləri alınsa həmin puldan əlavə 2.000 manat da Cavidə qaytarmağa söz vermişlər. Vüsal ilə birlikdə işləri ilə əlaqədar Təqsirləndirilən şəxs3 2021-ci ilin təxminən oktyabr ayında 2 dəfəyə ümumilikdə 13.000 manat pul almışlar. Cavidi də həmin vaxt tanımışdır. Lakin işləri alınmadığı üçün Cavid pulunu geri tələb etmişdir. Pul xərcləndiyi üçün Vüsal ilə birlikdə Cavidə əlavə 10.000 manat da versə həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsində sonuncuya köməklik eləməyi təklif etmişlər. Həmin pul ilə torpağın təyinatı dəyişə bilməyəcəklərini başa düşsələr də, yenə də həmin pulu Caviddən istəmişlər. Cavid isə pulunun qalmadığını, Rafaeldən aldığı 40.000 manat pulu xərclədiyini bildirmiş, amma əvəzində Mercedes markalı avtomobilini satıb pulunu verə biləcəyini demişdir. Təxminən 1-2 həftə ərzində Cavid avtomobilini 8.500 manata satmış, bundan sonra Vüsal və onunla Sumqayıt şəhərində 9-cu mkr-da çayxanada görüşmüşlər. Cavid onlara akt tərtib etməyi və aktda ondan yuxarıda qeyd edilən torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə guya 40.000 manat pul aldıqlarını qeyd etməyi istəmişdir. Onlar da borclu olduqları və pulu qaytara bilmədikləri üçün həmin aktın tərtib edilməsinə razılıq vermişlər. Həmin aktı özü tərtib edərək imzalamış, ondan əlavə həmin aktı Vüsal və Cavid də imzalamışdır. Bundan sonra, Cavid 65.00 manat pulu onlara təqdim etmişdir. Həmin puldan isə Cavid həmin yerdən çıxandan sonra 2.750 manatını özü, geridə qalan 3.750 manatını isə Vüsal götürmüşdür. Bundan əlavə, aktı növbəti gün Rafael də imzalamışdır. Məbləğin az olmasına baxmayaraq, torpağın təyinatının dəyişdirilməsinə köməklik eləmək istəmiş, lakin icra hakimiyyəti ilə maraqlananda Caviddən aldıqları pulun heç həmin torpaq sahəsinin rüsumu eləmədiyini öyrənmişdir. ( Cild 2, i.v. 77-79) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X26 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məsələ ilə bağlı Telmanla görüşmüş, söhbəti Telman ona demişdir. Pul almamışdan əvvəl Anardan sənədləri götürmüş, ona sənədləri göstərdikdən sonra cavab deyəcəyini bildirmişdir. Cavidlə danışmış, ona sənədləri votsapla göndərmişdir. Cavid sayt rəhbəri olmuş, həm də həll edə biləcəyi adamı olduğunu demişdir. Caviddən cavab alandan sonra təyinatla bağlı məsələni həll edə biləcəyini demişdir. Cavid Türkiyəyə gedib-gəldikdən sonra həll edəcəyini demiş, o da Cavidə 100 min manatdan 40 min manatı məktub şəklində alınmalı olan bəzi sənədlər üçün vermişdir. Məktub Abşeron rayon İcra Hakimiyyətindən alınmalı imiş, Fərid “ora çıxışım var, mən ordan ala bilərəm” demişdir. Fəridlə Cavid bir-birini tanımışdır. 60 mini özündə saxlamışdır. Cavid “məktublar alınacaq, qurumla bağlı problem var, gecikdirirlər, 10 minə yaxın xərci var” demişdir. İcra Hakimiyyətindən məktub almaq niyyəti ilə Fəridə 10 min manat pul vermişdir. Bəhruzla onu Anar tanış etmiş, Bəhruz ona etibarnamə vermişdir. Hardasa dekabr ayında Bəhruz “mən istəmirəm, imtina edirəm, pulumu qaytarın” demişdir. Onda 50 min manat pul qalmış, puldan 25 min manatı Telman vasitəsilə pul aldığı üçün ona vermiş, pulu onun vasitəsilə də qaytarmaq istəmişdir. Bu iş gedə-gedə Vüsal adlı şəxs 100 faiz sənədi Abşeron BT-dən və ya Əmlak Komitəsindən alacağını demişdir. O da 20 min manatı ona vermişdir. Aldanmış, bununla bağlı Sumqayıt şəhər Prokurorluğuna şikayət etmişdir. Onu 1-ci Polis Bölməsinə göndərmişlər, mülki qaydada məhkəməyə müraciət etməyini demişlər. Cavidi Vüsala görə tanımışdır. Cavid paralel olaraq onun öz şəxsi məsələsini də həll etmişdir. Konkret vəzifəli şəxs adı çəkməmişdir. Barışıq üçün 5 min manat ödəmişdir. 60 min manatı Anar ona vermiş, o da 25 min manatı Telmana vermiş, Telmanın qardaşı ona pul verməmişdir. 25 min manat da Vüsal adlı şəxsdədir. 20 min manat Rəhimə vermiş, sonra Rəhim Məhəmməd müəllimin ona etibarnamə verdiyini demişdir. Ümumilikdə ona 60 min manat Anar, 100 min manat da Telman vermişdir. O, Fəridə məktub alınması ilə bağlı 10 min manatdan əlavə pul verməmişdir. Onun iştirakı ilə Fəridə başqa pul verilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs X26 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayında tanışı Şahid3 onunla əlaqə saxlayaraq özlərinə məxsus Sumqayıt şəhərində yerləşən “Berrin House” restoranına dəvət etmiş, restorana gedəndə orada Emilin qardaşı Telman, Emil və Təqsirləndirilən şəxs1 olmuşdur. Söhbət zamanı Emil ona Anarı təqdim etmiş və sonuncu tanışının Masazırdan 1,15 ha torpaq sahəsi almaq istədiyini, lakin, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğundan torpağın təyinatını dəyişmək istədiyini bildirmiş, Anardan həmin torpağın sənədlərini ona göndərməyi xahiş etmiş, Anar sənədləri ona “Whatsapp” proqramı vasitəsilə göndərmiş, sinif yoldaşı Vüsal vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs3 bununla əlaqədar maraqlanmaq qərarına gəlmişdir. Cavid musteqil.az saytının redaktorudur, həmçinin sonuncunun deməsinə görə Prezident Administrasiyasında işləyir. Cavidlə söhbət zamanı sonuncu ona müxtəlif dövlət orqanlarında tanışlarının olduğunu bildirmiş, o da bu səbəbdən Cavidlə əlaqə saxlayaraq belə bir məsələnin olduğunu, torpağın təyinatını dəyişmək lazım olduğunu bildirmiş və bunu edə bilib-bilməyəcəyini soruşmuşdur. Cavid ondan torpağın sənədlərini “Whatsapp” proqramı vasitəsilə göndərməyi xahiş etmiş, şəkilləri göndərəndən sonra Cavid həmin sənədləri vəzifəli şəxs olan tanışına göndərdiyini bildirmiş, təxminən 2 gün sonra Cavid ona zəng edərək işi həll etməyin mümkün olduğunu bildirmiş, bunu necə edəcəyini soruşanda sonuncu öz tanışı vasitəsilə bunu həll edəcəyini bildirmişdir. Cavid bu işin 100.000-120.000 manat xərcinin olduğunu qeyd etmişdir. O, da bu barədə Anara bildirmiş, Anar isə torpaq sahibinin 100.000 manat verə biləcəyini demiş, o da Cavidlə danışanda sonuncu həmin məbləğə razılıq vermişdir. Cavidə həmin pulun 75.000 manat hissəsini əvvəl, iş həll olandan sonra isə geridə qalan 25.000 manat hissəsini verməyi razılaşıblar. Anar əlavə olaraq əgər həmin məsələni həll eləsələr xidmət haqqı kimi 30.000 manat pul da veriləcəyini bildirmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Anar və o, Emil və qardaşı Telmana məxsus “Berrin House” adlı restoranda görüşmüş, Anar 100.000 manat pul gətirmiş, həmin puldan 75.000 manat hissəsini Cavid üçün ayırandan sonra geridə qalan 25.000 manatdan, 7500 manatını Anar, 5000 manatını özü və 12.500 manatını isə Emil və Telman götürmüşdür. O, və Anar həmin pulu xidmət haqqı kimi, Emil və Telman isə vasitəçi olduqlarına görə almışdırlar. Bundan sonra Cavidlə danışmış və sonuncu, onu Novxanıdakı bağ evində gözlədiyini bildirmişdir. Emil ilə birlikdə Cavidin dediyi ünvana gedərək ona ilkin olaraq 55.000 manat vermişdir. O, məbləğin hamısını birdən nə isə problemi olar deyə verməmişdir. Növbəti gün isə Cavid ona zəng edərək, təcili 3 qurumdan rəy alınmalı olduğunu bildirmiş və pulun geridə qalan hissəsini də tələb etmişdir. Cavidlə Bakı Avtovağzalının yaxınlığında görüşmüş, həmin vaxt Cavidin yanında Şahid1 da olmuşdur. Cavidi Vüsala görə tanıdığı üçün pulu onun iştirakı ilə vermişdir. Bundan sonra Cavid Türkiyə Respublikasına getdiyini, bu səbəbdən həmin işlərlə korrupsiya.az saytının redaktoru olan Şahid5 adlı tanışının məşğul olacağını, sonuncunun qardaşlarının hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Bundan sonra, o, Nurəliyə məxsus ***-***-**-** nömrəyə zəng edərək nömrəni Cavidin verdiyini bildirmiş, həmin şəxs ona torpağın sənədlərini ona email vasitəsilə göndərməyi xahiş etmişdir. O, da sənədləri skan edərək qeyd edilən elektron ünvana göndərmişdir. Bundan bir müddət sonra Cavid ona torpağın təyinatının dəyişməyi ilə əlaqədar Nazirlər Kabinetinin qərarının lazım olduğunu, bununla əlaqədar Nazirlər Kabinetindəki tanışlarından xahiş etdiyini bildirmiş, bu səbəbdən Nazirlər Kabinetinə yaxınlaşaraq tanışının onlara təqdim edəcəyi məktubu qəbul etməyi istəmişdir. O, da Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 zəng edərək Nazirlər Kabinetinin yaxınlığına dəvət etmişdir. Nazirlər Kabinetinin inzibati binasının yaxınlığında olanda Cavidə zəng eləmiş və məktubu kimin verəcəyini soruşmuşdur. Bundan sonra ona bir nəfər telefon vasitəsilə zəng edərək harada olduğunu soruşmuş və girişə yaxınlaşmağını istəmişdir. Girişə yaxınlaşanda çöldə onu bir nəfər gözləyərək ondan Rafael olub-olmadığını soruşmuş və zərfdə ona bir məktub vermişdir. O, həmin məktubu həmin şəxsdən götürüb onu yaxınlıqda gözləyən Bəhruz və Anarın yanına gələrək sənədi ona vermişdir. Ona həmin məktubu verən şəxsin Nazirlər Kabinetindən çıxıb-çıxmadığını görməmişdir. Bundan bir müddət sonra Cavidlə Sumqayıtda görüşəndə sonuncu Abşeron rayon icra hakimiyyətindən də rəy almaq lazım olduğunu demiş, həmin vaxt yanlarında Təqsirləndirilən şəxs4 da olmuşdur. O, Fəridi Cavid vasitəsilə tanımış, Fərid əvvəllər "xxxx" ASC-də, daha sonra Ekologiya Nazirliyində işləmişdir. Fərid rəyin alınmasına köməklik edə biləcəyini Abşeron Rayon İcra hakimiyyətində Əbülfəz adlı tanışı vasitəsilə həmin rəyi ala biləcəyini bildirərək, həmin rəyin alınması üçün 20.000 manat pula ehtiyac olduğunu demişdir. O, da həmin pulu Fəridə 3 dəfəyə, yəni 10.000, 5.000 və 5.000 manat olmaqla vermişdir. Həmin pulu Emil və Telmanla danışaraq sonuncuların paylarına düşən puldan 15.000 manat və öz payına düşən 5.000 manatı aparıb Sumqayıt şəhərində Fəridə vermişdir. Bundan bir müddət sonra Bəhruz ona Fikrətlə razılaşmalarının pozulduğunu bildirərək prosesi dayandırmağı tələb etmiş və pulunu geri istəmişdir. O, da bu barədə Fəridə və Cavidə bildirsə də sonuncular pulu geri qaytarmamışlar. Bundan əlavə, həmin proses gedən vaxt təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Anar ona müraciət edərək Zərərçəkmiş şəxs1 Xırdalan şəhərindən sahəsi 0.24 ha olan torpaq sahəsi üçün çıxarış almaq istədiyini, həmin torpaq sahəsinin ümumi sahəsiin 0.29 ha olduğunu bildirmiş, o da sənədləri götürüb, DƏDRX-də işləyən tanışı Təqsirləndirilən şəxs5 əlbəəl vermiş, Rəhim sənədlərlə tanış olduqdan sonra həmin torpaq sahəsinə çıxarışın verilməsinin mümkün olduğunu bildirmiş, lakin, bunun üçün ilkin olaraq 20.000 manat pulun lazım olduğunu bildirmiş, sonuncu həmçinin bundan sonra torpağın sotuna 2.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, da bu barədə Anara bildirmiş və Anar torpaq sahəsinin sahibinin razı olduğunu demişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının sonlarında Anar Sumqayıt şəhərində onunla görüşərək 15.000 ABŞ dolları məbləğində pulu ona vermiş, o da həmin pulun 20.000 manat hissəsini Rəhimə təqdim etmiş, geridə qalan hissəsini isə Anar əziyyəti qarşılığında ona verdiyini bildirmişdir. Bundan sonra həmin torpaq sahəsi üzrə heç bir iş görməmiş və Rəhimlə Bəhruzu əlaqələndirdikdən sonra həmin torpaq sahəsi ilə maraqlanmamışdır. ( cild 1, i.v. 59- 64, cild 2, i.v. 114-117) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bu işdə təyinat və çıxarış almaqla bağlı iki epizod olsa da, təyinatla bağlı hissədə onun rolu yoxdur. O uzun müddət Məhəmməd müəllimlə reyestr xidmətində işləmişdir. Məhəmməd müəllim onun müdiri olmuş və onu yaxşı tanıyır. Məhəmməd müəllimə 4 saylı ərazi idarəsində, bələdiyyədə gedən islahatları, dəyişiklikləri özünün qeyd etdiyini bildirmişdir. Yalnız Rafaeli, uzun müddətdir ki, tanıyır. Dövlət reyestrindın çıxarışın alınması ilə bağlı Rəfael ona müraciət etmiş, pul və ya vəd verməmişdir. Qeyd olunan məsələ ilə bağlı “əlbəttə ki, marağım olacaqdi” demişdir. Birinci rəyləri hesablamış, rəylər 19 min etmiş, bələdiyyə sədri ilə də danışmışdır. O yalnız Məhəmməd müəllimlə bağlı olan epizodda olmuşdur. 124 min manatı özü Məhəmməd müəllimdən, hissə-hissə, mərhələli şəkildə almışdır. Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında tanışı X26 ona müraciət edərək Zərərçəkmiş şəxs2 məxsus olan Xırdalan şəhərində yerləşən çıxarışı olmayan sahəsi 0,30 ha olan torpaq sahəsinin 0,12 ha olan hissəsini soyadını və atasının adını bilmədiyi Bəhruz adlı şəxsin almaq istədiyini və həmin torpaq sahəsinə çıxarış almağına köməklik göstərməyini xahiş etmiş, əvvəllər DƏDRX-in Sumqayıt şəhər 2 saylı ərazi İdarəsində işlədiyi üçün bu sahədə məlumatı olmuş, bu səbəbdən də çıxarış alınmasına köməklik göstərə biləcəyini ona bildirmişdir. O, X30 və şəhərsalma idarəsindən rəylər alınmalı olduğunu bildirərək, ondan bu məqsədlə əvvəlcə 19.000 manat istəmiş və sonuncu həmin pul məbləğini Sumqayıt şəhərində yerləşən Nəsimi heykəlinin yaxınlığında ona təqdim etmişdir. Lakin, Abşeron rayon icra hakimiyyətində dəyişiklər olduğu üçün həmin proses yubanmış, belə olan halda o, həmin pulu xərclərinə və borclarına sərf etmişdir. Bundan sonra Rafail ondan prosesin nə yerdə olduğunu maraqlanmış, o da yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Belə olanda Rafail ondan torpaq sahibi ilə danışıb vəziyyəti izah etməyini xahiş etmişdir. Torpaq sahibi ilə danışanda onun əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs2 Abşeron rayon İcra hakiminin müavini vəzifəsində işlədiyi vaxtdan tanımışdır, sonuncu onun kim olduğunu öyrənəndə ondan çıxarışın alınmağı məsələsində köməklik etməyini xahiş etmişdir. Hətta onun adından dövlət qurumlarında iştirak edə bilməyi üçün onun adına etibarnamə də vermişdir. 32 sot torpaq sahəsinə çıxarışın 140.000 manata həll olunacağını bildirmiş, həmin puldan 19.000 manatını Rafail ona verdiyi üçün Zərərçəkmiş şəxs2 120.000 manat tələb etmişdir. Həmin pulu rüsumların ödənilməsi və DƏDRX-in vəzifəli şəxslərinə həmin işin müsbət həlli məqsədi ilə vermək adı ilə istəmişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə 124.000 manat pul vəsaitini hissə-hissə olmaqla, qardaşının sürücüsü Bilal adlı şəxs vasitəsilə Sumqayıt şəhərində ona göndərmişdir. Sonuncu dəfə təxminən 2022-ci ilin əvvəllərində 20-25.000 manat pul vəsaitini Abşeron rayonunun Saray qəsəbəsində almışdır. Həmin pul vəsaitini öz xərclərinə sərf etmiş, belə ki, “Topaz” mərc oyunlarında külli miqdarda pul uduzduğu üçün, müəyyən şəxslərdən borc pul almış və Zərərçəkmiş şəxs2 və Rafaildən aldığı pul vəsaitini borclu olduğu şəxslərə ödəmişdir. Bundan sonra, 2022-ci ilin mart-aprel ayında Zərərçəkmiş şəxs2 həmin məsələnin həlli məqsədi ilə əlavə 3.400 manat pul istəmiş, sonuncu onu Zərərçəkmiş şəxs1 yönləndirmiş və pulu həmin şəxsin verəcəyini bildirmişdir. Bu məqsədlə sonuncu ilə əlaqə saxlayaraq Xırdalan şəhəri ərazisində görüşmüş və 3.400 manat pulu almışdır. Bundan sonra çıxarış ala bilmədiyi üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sənədin icrasından imtina edərək ona verdikləri vəsaitləri geri qaytarmağını tələb etmişlər, lakin həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyindən, geri qaytara bilməmişdir. (cild 1, i.v. 150-154, cild 2, i.v. 21-22) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o və 3 nəfər şəriki fərdi evlərin tikintisi ilə məşğul olurlar Təxminən 2021-ci ilin may ayında Xırdalan şəhərində yerləşən 12 sot torpaq sahəsinin satıldığını öyrənmişdir. Gedib torpaq sahəsinə baxdıqdan sonra onu almaq qərarına gəlmiş və torpaq sahəsi Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Torpaq sahəsinin ümumi sahəsi 32 sotdur, bir hissəsində kafe yerləşir, geridə qalan 12 sot hissəsi isə boş torpaq sahəsi olmuşdur. Lakin, torpağın sənədi olmamışdır. O, bu səbəbdən torpaq sahəsinə çıxarış almaq istəmişdir. Torpaq sahibi ilə aralarındakı razılığa əsasən çıxarışı o almalı və sonda yaranacaq bütün xərc aralarında bölünməli imiş. Torpağa çıxarış alınmasına köməklik etmək məqsədi ilə tanışı Vüsal vasitəsilə Təqsirləndirilən şəxs1lə tanış olmuş, o, torpağa çıxarış almağa köməklik edə biləcəyini, torpaq sahəsinə çıxarışı tanışları vasitəsilə alacağını, bunun üçün 36.000 manat pulun lazım oluğunu bildirmişdir. Bundan sonra Anara 20.000 manat pulu vermiş, o, bir aya torpağa çıxarış alacağını bildirmişdir. Bir ay ərzində Anar ondan hissə hissə 16.000 manat da almış, bununla əlaqədar daima Anarla əlaqə saxlamış, Anar ona torpaq sahəsinin sənədini DƏDRX-ə təqdim etdiyini, lakin çıxarışların verilməsi prosesi dayandırıldığı üçün çıxarışı ala bilmədiyini bildirmişdir. Bundan sonra, Anar ona sənədlərin verilməsi prosesinin açıldığını bildirmiş və çıxarışın verilməsi üçün əlavə 44.000 manat pulun lazım olduğunu demişdir. O, da sənədin alınması üçün həmin pulun verilməsinə razılıq vermiş ona tanışı Vüsalın iştirakı ilə qeyd olunan pulu vermişdir. Bu ərəfədə o, Masazır qəsəbəsində yerləşən torpaq sahəsini də almaq qərarına gəlmişdir. Həmin torpağın sənədləri qaydasında olmuş, lakin, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan həmin torpaq sahəsinin təyinatını dəyişməyin mümkün olub-olmadığını araşdırmaq qərarına gəlmişdir. Anarla əvvəlki torpaq sahəsi ilə əlaqədar görüşləri zamanı ondan torpaq sahəsinin təyinatını dəyişməyə də kömək edə biləcəyini soruşmuş, Anar da kiminləsə telefon vasitəsilə əlaqə saxlayaraq həll edə biləcəyini demişdir. O, bu məsələni də DƏDRX-dəki tanışları vasitəsilə həll edəcəyini, bunun üçün 100.000 manat pulun lazım olduğunu bildirmiş, o da razılıq vermiş və həmin pulu Anara təqdim etmişdir. Bundan sonra tez-tez Anarla əlaqə saxlamış və təxminən 2021-ci ilin dekabr ayında Anarla yenidən görüşəndə ondan ya sənədi hazırlamağı, ya da pulu geri qaytarmağı tələb etmişdir. Anar ona pulu Təqsirləndirilən şəxs2 çatdırdığını demişdir. Bundan sonra Telmanla görüşmüş, görüş zamanı Telman ona tanışları Rafael vasitəsilə tanıdıqları Cavid adlı şəxsin həmin məsələnin həlli məqsədi ilə həmin pulun bir hissəsini Novxanıda yerləşən bağ evində aldığını, geridə qalan hissəsinin isə özü, qardaşı Emil, Anar və Rafael arasında bölündüyünü bildirmişdir. O, Telmandan pulunu geri tələb edəndə Telman pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. Bundan bir neçə gün sonra Anar Rafael adlı şəxslə ona yaxınlaşmış və sənədləri həmin şəxs vasitəsilə hazırladıqlarını bildirmişdir. Rafael işi Cavid adlı tanışı vasitəsilə həll etdiyini, Cavidin də guya X6 şöbəsində işlədiyini bildirərək onu məsələnin yaxın günlərdə həll olunacağına inandırmışdır. İşin yubandığını görəndə o, yenə Rafael ilə əlaqə saxlamış, sonuncu ona həmin işlə DƏDRX-də işləyən Fərid müəllimin məşğul olduğunu, pulun təxminən 8.500 manat hissəsini də Fəridə verdiyini bildirmişdir. Fəridlə zəngləşib görüşmüş, Fərid işlə özünün məşğul olduğunu bildirmişdir. Daha sonra Fərid ona idarəyə çatası pulun çatmadığı üçün torpağın sənədinin düzəlmədiyini bildirmişdir. O, DƏDRX-dəki tanışları vasitəsilə maraqlananda Fərid adlı adamın orada işləmədiyini öyrənmişdir. Daha sonra Fərid onunla əlaqə saxlamış və ona çatan pulu hissə-hissə qaytaracağını bildirmişdir. Cavidlə də əlaqə saxlamış, Cavid ona doğurdan da torpaq sahəsinin təyinatını dəyişmək adı ilə Rafaeldən 55.000 manat pul aldığını, lakin, həmin pulu Rafaelin ona olan borcuna sildiyini bildirmişdir. 2022-ci ilin təxminən fevral ayında Rəhim adlı şəxs ona zəng edərək 32 sot torpaqla əlaqədar sənədlərin onda olduğunu, torpağın çıxarışının hazırlanmasını Rafaelin ondan xahiş etdiyini, həmin işə görə özünə cəmi 19.500 manat pul verildiyini bildirmiş, əvvəllər Abşeron rayon İcra Hakiminin müavini vəzifəsində işləyən Məhəmməd müəllimin işçisi olduğunu demişdir. Zərərçəkmiş şəxs2la Rəhim barədə maraqlananda sonuncu həqiqətən də elə bir işçisinin olduğunu bildirmiş və onun yanında Rəhimə zəng edəndə Rəhim ona hər iki torpaq sahəsinin sənədi ilə əlaqədar işin getdiyini bildirmişdir. Təxminən 2022-ci ilin yanvar ayında Rəhim ona zəng edərək, 12 sot torpağın sənədinin hazır olduğunu, əlavə olaraq, 3.400 manat pulun rüsumların ödənilməsi üçün tələb olunduğunu bildirmişdir. Rəhimlə görüşərək 3.400 manat pulu ona təqdim etmişdir. O təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə barışdığını ona dəymiş ziyanın onlar tərəfindən tamamilə ödənildiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Xırdalan şəhərində, 0.32ha torpaq sahəsi var, təxminən 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq həmin torpaq sahəsinin 12 sotunu almaq istədiyini bildirmişdir. Torpaq sahəsinin çıxarışının olmadığını bildirəndə Zərərçəkmiş şəxs1 torpağın sənədlərini götürərək torpağa çıxarış almağa köməklik edəcəyini bildirmiş, bundan sonra Bəhruzun həmin məsələni kiminlə həll etdiyi ilə maraqlanmamışdır. Razılığa əsasən torpağa çıxarış aldıqdan sonra çəkilən xərc alqı-satqı zamanı nəzərə alınmalı imiş. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs5 ona zəng edərək torpağın sənədlərinin onda olduğunu və torpağın özəlləşdirilməsi ilə özünün məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs5 əvvəldən tanımış, belə ki, Rəhimlə birlikdə DƏDRX-in 2 Saylı Ərazi İdarəsində işləmişlər. Rəhimi öz işində məsuliyyətli bir işçi olaraq tanımış və işlədikləri dövrdə onun hər hansı bir nöqsanını görməmişdir. Rəhim onunla torpaq məsələsində əlaqə saxlayanda sənədlərin onda olduğunu və torpağın hərrac vasitəsilə özəlləşdirilməsinə köməklik göstərəcəyini, hərracın qiymətinin də torpağın hər sotu üçün 4.200 manat olduğunu bildirmiş, o da torpağın ona məxsus olduğunu və Bəhruza satmaq istədiyini Rəhimə demiş və ondan bu işlərlə ciddi məşğul olmağını xahiş etmişdir. Bundan bir müddət sonra Rəhim ona zəng edərək, Bəhruzun Anar və Rafael adlı şəxslər vasitəsilə 80.000 manat pul verdiyini, həmin puldan ona cəmi 20.000 manatın çatdığını bildirmiş, əgər istəsə torpağın özəlləşdirilməsi məsələsini həll edə biləcəyini amma bunun üçün əlavə olaraq 120.000 manat pula ehtiyac olduğunu qeyd etmişdir. O, da razılaşaraq həmin pulu ona verəcəyini bildirmişdir. Rəhim həmin pulu hərrac vasitəsilə torpağa çıxarış almağa istəmişdir. 2022-ci ilin təxminən əvvəllərinə kimi 124.000 manat pulu hissə-hissə olmaqla qonşusu Bilal vasitəsilə Rəhimə göndərmişdir. Rəhim həmin çıxarışı tez bir zamanda həll edəcəyini bildirsə də, öz sözünə əməl etməmişdir. Bundan sonra hər dəfə Rəhimdən bu məsələ haqqında soruşanda hər dəfə yalan vədlərlə onu yubatmışdır. Təxminən 2022-ci ilin mart ayında yenidən Rəhimə zəng edib çıxarışı soruşanda, sonuncu çıxarışın hazır olduğunu və 3.400 manat dövlət rüsumu üçün ödənişin lazım olduğunu bildirmişdir. Rəhimə 124.000 manat pul verdiyini və əlavə heç bir ödəniş etməyəcəyini demiş, həmin torpağa çıxarışın alınması məsələsi ilə Bəhruzun məşğul olduğunu bildirmiş və onunla əlaqə saxlamasını istəmişdir. Sonradan öyrənmişdir ki, Rəhim Bəhruza zəng edərək onunla görüşüb sənədlərin hazır olduğunu bildirərək ondan 3.400 manat pul almışdır. O Təqsirləndirilən şəxs5 ilə barışmadığını, ona dəymiş ziyanın onun tərəfindən ödənilmədiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Rafael Aslanov onun sinif yoldaşıdır, Rafael onun vasitəsilə Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Rafael hansısa məsələnin həlli üçün Cavidlə görüşəcəyini və onun da həmin söhbətdə şahid kimi iştirak etməyini xahiş etmiş, o da razılıq vermişdir. O, Rafaelin Cavidi torpaq sahəsinin təyinatının dəyişdirilməsinə kömək göstərməsi məqsədi ilə ona 20.000 manat pul vəsaitini vermək üçün çağırdığı, Cavidin 40.000 manat pul müqabilində həmin məsələni həll edəcəyini öyrənmişdir. Həmin pulu Rafael onun yanında Cavidə təqdim etmişdir. Təxminən 15 gün sonra Rafael yenidən ona zəng edərək Sumqayıt şəhərinə dəvət etmiş, ora çatanda Cavid də orda olmuş, Rafael ona həmin məsələnin həlli ilə əlaqədar geridə qalan 20.000 manat pulu da Cavidə verəcəyini və yenə ondan şahidlik etməyini istəmişdir. Onun şahidliyi ilə Rafael Cavidə əlavə 20.000 manat pul vermişdir. Həmin vaxt Cavid həmin məsələni Nurəli adlı tanışı vasitəsilə həll edəcəyini bildirmişdir. Hətta onun iştirakı ilə Cavid və Nurəli bir dəfə Sumqayıt şəhərində bu məsələni müzakirə də etmişlər. O, bu məsələdən anlayışı olduğu üçün torpağın təyinatını dəyişməyin çətin olduğunu həmin görüşdə bildirmişdir. Bir müddət sonra Nurəli Cavidə zəng edərək bu məsələni həll edə bilməyəcəyini demişdir. Bundan sonra Cavid və tanışı Təqsirləndirilən şəxs4 ilə görüşən zaman Cavid həmin məsələ haqqında Fəridə məlumat vermişdir. Fərid əvvəllər Ekologiya və Təbii Sərvətlər nazirinin köməkçisi olmuşdur. Həmin vaxt Fərid qeyd edilən məsələ ilə əlaqədar maraqlanıb xəbər verəcəyini bildirmişdir. Cavid cəmi 40.000 manat pulun olduğunu və torpaq sahəsinin təyinatı dəyişərsə, torpaq sahəsinin sahiblərinin yaxşı hörmət edəcəklərini qeyd etmişdir. Cavid pulun Fəridə verilməsini aktlaşdırmağı təklif etmiş və Fərid öz xətti ilə yazaraq Caviddən torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün 40.000 manat pul aldığını bildirmişdir. Daha sonra Cavid 40.000 manat pulu Fəridə vermişdir. Sonradan o, Cavid və Fərid birlikdə Abşeron rayon İcra Hakimiyyətinə getmişlər. Fərid düşüb İcra Hakimiyyətinə tərəf getmişdir. O, da Fəridin arxasınca düşüb İcra Hakimiyyətinə yaxınlaşmış, içəri daxil olmuş və ərizə yazdıqlarını görmüş, daha sonra çölə çıxmış, ondan bir müddət sonra isə Fərid çıxaraq işin yaxın günlərdə həll olunacağını bildirmişdir. Bundan bir müddət sonra məsələ alınmadığı üçün torpaq sahibi Zərərçəkmiş şəxs1 Rafaeldən pulunu geri tələb etmiş, həmin vaxt məlum olmuşdur ki, Rafael Zərərçəkmiş şəxs1 40.000 deyil 100.000 manat pul almışdır. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə xidməti otağına bir nəfər daxil olaraq Abşeron rayonu, Masazır kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə əlaqədar müraciət etmək istədiyini bildirmiş, torpağın sənədlərinə baxdıqdan sonra müraciət edən şəxsin torpaq sahəsinin mülkiyyətçisi olmadığını öyrənib həmin şəxsə mülkiyyətçinin müraciət etməli olduğunu bildirmişdir. Həmin şəxs mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsinin olduğunu deyib otaqdan çıxaraq Yelena adlı xanımı içəri dəvət etmiş, həmin xanım torpaq sahəsinin sahibinin ona verdiyi etibarnaməni təqdim edərək torpaq sahibinin torpağın kateqoriyasını dəyişmək istədiyini bildirmişdir. Ona kənd təsərrüfatı təyinatlı torpağın kateqoriyasının dəyişməsi ilə əlaqədar müraciətlər daimi olur və həmişə ilk əvvəl Kənd Təsərrüfatı Nazirliyindən rəy alınmasını məsləhət görür. Buna baxmayaraq, vətəndaş ərizə ilə müraciət etmək istədiyini bildirmiş və belə olanda ona qulaq asaraq dedikləri əsasında ərizə tərtib etmiş, Yelena adlı xanım ərizəni imzalayaraq birlikdə gəldiyi şəxslə çıxıb getmişdir. O, ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə aldığı 100.000 manat puldan, 75.000 manatını Rafael Aslanovla birlikdə Təqsirləndirilən şəxs3 Novxanıda yerləşən bağ evinə aparmış, qeyd edilən ünvanda özü maşında qalmış, Rafaelin isə avtomobildən düşərək bağ evinə tərəf getmişdir. Rafael geri qayıdanda pulun onda olmadığını və Rafaelin pulu Təqsirləndirilən şəxs3 verdiyini dediyini bildirmişdir. O, həmçinin sonradan qeyd edilən bağ evini asanlıqla tapa bilməsi üçün olduğu yer barədə naviqasiya məlumatını “Whatsapp” proqramı vasitəsilə öz dostuna göndərdiyini bildirmişdir. O, ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olur, təxminən 2021-ci ilin dekabr ayında Vüsal ona zəng edərək onu evdən götürməyini xahiş etmişdir. Vüsalı Sumqayıt şəhərində yaşadığı ünvandan götürəndən sonra birlikdə Təqsirləndirilən şəxs4 da götürüb Sumqayıt şəhər avtovağzalına getmişlər. Avtovağzala çatanda Cavid də orada olmuşdur. Birlikdə Sumqayıt avtovağzalının qarşısında yerləşən çayxanaya keçmişlər. Vüsal, Cavid və Fərid birlikdə oturmuşlar, o isə ayrı bir stolda əyləşmişdir. Həmin üç nəfər öz aralarında nə isə söhbət edəndən sonra kafe sahibindən ağ vərəq istəmişlər, bundan sonra Fəridinin ağ vərəqdə nə isə yazdığını görmüşdür. Həmin vərəqdə nə yazıldığı barədə heç bir məlumatı yoxdur. Bundan sonra kafedən çıxaraq Vüsal və Fəridi evlərinə aparmışdır. Növbəti günü Vüsal yenə onu evdən götürməyi xahiş etmiş, o, yenə Vüsalı götürəndən sonra Fəridi və Cavidi də götürüb Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına aparmışdır. Orada Cavid və Vüsal avtomobildə qalmış, Fərid isə avtomobildən düşüb İcra Hakimiyyətinin inzibati binasına daxil olmuşdur. Fərid binada təxminən 1-2 saat qaldıqdan sonra gələrək hansısa işin alındığını bildirmişdir. O, ibtidadi istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, "xxxx" MMC-də yuyucu vasitələr istehsalı ilə məşğul olur və müəssisə Sumqayıt şəhərində yerləşir. 2014-cü ildə Novxanı bağlar massivində Mehdi Hüseynzadə küçəsində 14 sot torpaq sahəsini alaraq bağ evi inşa etdiyini, il boyu Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 62 ünvanında yerləşən mənzilində ailəsi ilə birlikdə yaşadığını, həmin bağ evində isə yalnız il ərzində iyul ayından məktəblər başlayanadək yəni sentyabr ayının ortalarınadək ailəsi ilə qaldığını, sentyabr ayından sonra isə həmin bağ evində heç kimin olmadığını bildirmişdir. O, həmçinin X12 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 tanımadığını, həmin şəxslərdən heç birinin onun bağ evində olmadığını, onun tanımadığı heç kimin evinə daxil ola bilməyəcəyini qeyd etmişdir. (cild İ. i.v. 146-149) Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2014cü ildən korrupsiya.az, hakimiyyət.az, kriminal.az və “Fəxrimiz” redaksiyasının baş redaktorudur, Təqsirləndirilən şəxs3la 2018-ci ildə öz kitabının təqdimatında tanış olaraq sonradan bir neçə dəfə də görüşmüş, sonuncu təxminən 2021-ci ilin sentyabr ayında ona müraciət edərək bir tanışının torpaq sahəsinin təyinatını dəyişmək istədiyini bildirərək ondan öz hüquqşünas tanışlarından bunu necə etməli olduğunu öyrənməyini xahiş etmiş, həmçinin torpaq sahəsinin sənədlərini ona “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. O da bu barədə Rauf adlı hüquqşünas tanışına müraciət etmiş, sonuncu torpağın təyinatının dəyişməsi üçün müxtəlif icra hakimiyyəti orqanlarından icazənin lazım olduğunu bildirmişdir. O da bu barədə Cavidə məlumat vermişdir. Bundan bir müddət sonra Cavid ona bir icazə sənədi göndərmiş və o həmin sənədi Raufa təqdim etmiş, Rauf həmin sənədin heç bir hüquqi əsasının olmadığını və həmin sənədlə torpağın təyinatının dəyişməsi üçün müraciət etməyin mümkün olmadığını bildirmişdir. Bu haqda Cavidə məlumat vermiş, lakin, bundan sonra bu haqda bir də Cavidlə söhbət etməmişdir. O, həmçinin qeyd edilən məsələnin həlli ilə əlaqədar Təqsirləndirilən şəxs3 heç bir məbləğdə pul vəsaiti qəbul etmədiyini bildirmişdir.( cild 1, iş vərəqə 94-97) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən yazılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, sonuncu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə Zərərçəkmiş şəxs1 100.000 manat pul aldığını, qeyd edilən pul məbləğinin Rafael Aslanova verildiyini, sonuncunun həmin pul məbləğini Telman, Cavid, Fərid adlı şəxslərlə birlikdə mənimsədiyini bildirərək, pulun geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild 1, i.v. 14-15) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti adından yazılmış çoxsaylı hərf səhvləri olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktubdan görünür ki, məktub torpaq sahibi Fikrət Əkbərova ünvanlanaraq, sonuncunun etdiyi müraciətə 15 gün müddətində baxılıb cavablandırılacağı qeyd edilmişdir. (cild 1, i.v. 16) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X26 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından çıxarışdan görünür ki, Rafael Aslanov “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** mobil nömrəsinə X11 məxsus torpaq sahəsinə dair sənədlərin şəkillərini göndərərək, “bunun təyinatını dəyişmək lazımdır” məzmununda mesaj göndərmişdir.(cild 1, i.v. 65-70) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, X11 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və sahibkarlıq məqsədli istifadə növü üçün nəzərdə tutulmuşdur. (cild 1, i.v. 68-70) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X26 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından götürülmüş səs yazılarının olduğu CD diskə baxış keçirilməsi haqqında 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə 5 ədəd səs yazısı mövcuddur. AUDİO- 2022-07-21-17-16-01.m4a başlıqlı səs yazısında X31 Məmmədov kimi qeyd etdiyi və Təqsirləndirilən şəxs3 ona göndərdiyi səs yazısı mövcuddur. Səs yazısında Şahid5 Təqsirləndirilən şəxs3 aşağıdakı məzmunda mesaj göndərmişdir: Qardaş, deməli Rauf danışıb baxıb deyib ki, əla, layihə super. Bir dənə burda Kənd Təsərrüfatı Nazirliyindən rəy alınmalıdır. Ordan belə bir sənəd verməlidirlər ki, təyinatının dəyişdirilməsinə biz etiraz etmirik, o rəyi mütləq alsınlar. Gedib müraciət eləsələr verəcəklər, çətin bir şey deyil.AUDİO-2022-07- 21-17-16-02.m4a və AUDİO-2022-07-21-17-16-03 başlıqlı səs yazısında X31 Məmmədov kimi qeyd etdiyi və Təqsirləndirilən şəxs3 ona göndərdiyi səs yazısında Şahid5 yenə həmin rəyin alınmasının vacib olduğunu və rəydə torpağın təyinatının dəyişdirilməsinə etiraz edilmədiyinin qeyd edilməli olduğunu bildirir.AUDİO-2022-07-21-17-19-52.m4a başlıqlı səs yazısında Rafael Aslanov torpağın sənədlərini emailə göndərdiyini qeyd edir.AUDİO-2022-07- 21-17-19-53.m4a başlıqlı səs yazısında Təqsirləndirilən şəxs3 Rafaelə “müəllim”lə danışdığını, sonuncunun əsas adamla danışıb cavab deyəcəyini bildirir. (cild 1, i.v. 71-72) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid3 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından çıxarışdan görünür ki, sonuncu 16 sentyabr 2021-ci il tarixdə saat 22:09 və saat 22:11-də olduğu yer barədə tanışı Rafiq Hüseynova naviqasiya məlumatı göndərmişdir. (cild 1, i.v. 77) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş və sonuncu ilə X8 arasında olan telefon danışığına dair səs yazısının olduğu CD diskə baxış keçirilməsi haqqında 1 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Rafael Aslanov və Təqsirləndirilən şəxs3 arasında aşağıdakı məzmunda danışıq olmuşdur:Rafael – Cavid, sözümüz bir olsun, mən Telmana demişəm ki, mən sənə 55.000 manat pul vermişəm.Cavid – Bəs sonra nə olacaq?Rafael – Heçnə olmayacaq, onların söhbətə dəxli yoxdur.Cavid – Hə yaxşı birdən o da desə ki, 55.000 verib 55.000 qaytar, onda necə olacaq?Rafael – bu söhbət Telmanlıq deyil, bunlar nəyə görə Telmana çıxıblar başa düşmürəm. (cild 1, i.v. 92-93) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “götürmə aparılması haqqında” 3 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 könüllü şəkildə “tərəflər arasında razılaşma” başlıqlı xx.xx.2021-ci il tarixli “Akt”ı istintaqa təqdim etmişdir. Qeyd edilən akt əlyazma şəklində olmaqla, A4 formatda vərəqdə yazılmış və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Şahid1 və Rafael Aslanov tərəfindən imzalanmaqla şəxsiyyət vəsiqələrinə dair məlumatlar qeyd edilmişdir. Aktın məzmunu aşağıdakı formadadır:-Mən Təqsirləndirilən şəxs4 və Seyidov X4 Cavid Rza oğlundan 40 min manat torpaq təyinatının dəyişilməsi (Abşeron rayon Masazır kənd 1.114 ha) üçün vəsaiti aldıq. Həmin vəsait təyinatın dəyişilməsinə xərclənəcək. Sonradan əlavə tələb olunacaq digər xərcləri Aslanov Rafael ödəyəcəyini öhdəsinə götürür. (cild 1, i.v. 100-104) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azerfon” mobil operatorundan 3 avqust 2022-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilməsi haqqında 3 avqust 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan Təqsirləndirilən şəxs3 məxsus +**********00 mobil nömrəsinə baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X13 məxsus +**********06 mobil nömrəsi ilə çoxsaylı yazışmaların olduğu müəyyən edilmişdir. X10 Təqsirləndirilən şəxs3 55.000 manat pul verdiyini, sonuncunun onu aldatdığını bildirərək, pulunu ondan geri tələb edir. (cild 1, i.v. 120-123) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid2 tərəfindən istintaqa təqdim edilmiş sənədlərdən görünür ki, X9 20 noyabr 2017-ci il tarixli etibarnamə ilə müvafiq səlahiyyətlərin verildiyi nümayəndəsi X7 ərizə ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya müraciət edərək Fikrət Əkbərova məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə münasibət bildirilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Müvafiq məktub xx.xx.2021-ci il tarixində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixli məktubla müraciətə mənfi cavab verilmişdir. (cild 1, i.v. 162-164) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 26 dekabr 2017-ci il tarixli rəyindən və 30 may 2018-ci il tarixli müqavilədən görünür ki, Xırdalan şəhəri, Yeni ərazidə, “Lukoyl” yanacaqdoldurma stansiyasının yanında İİ zonada yerləşən 0,32 ha torpaq sahəsi Zərərçəkmiş şəxs2 satılmışdır. (cild 1, i.v. 171-177) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X46 xx.xx.2022-ci il tarixli 6951 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X26, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 xəstəxanada müalicədə olmayıblar. ( cild 1, i.v. 144-145) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş zərərdən X26 tərəfindən xx.xx.2022-ci il tarixdə 5.000 (beş min) manat məbləğində pul vəsaiti könüllü şəkildə istintaqa təqdim edilmiş və həmin pul vəsaiti xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və müvafiq qərarla depozit hesabda saxlanılması Azərbaycan Respublikasının Baş Prokurorluğunun mühasibatlığına həvalə edilmişdir. (cild 2, i.v. 187-192) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən daxil olmuş 5 avqust 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, X26, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs4 Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2002-ci il tarixli hökmü ilə CM-in 288-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti maliyyə vahidinin 800 misli məbləğində cərimə cəzasına, bundan əlavə, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 aprel 2007-ci il tarixli hökmü ilə CM-in 181.3.2, 177.3.2, 263.1, 228.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə cəzası 5 il 6 aya endirilmiş və 18 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-99/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan hökmü ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerində müsbət xarakterizə olunmuşdur. ( cild 2, iş vərəqə 218-220) Cinayət işinə əlavə edilmiş “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerində müsbət xarakterizə olunmuşdur. ( cild 2, iş vərəqə 208-211) Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər İHB-nın 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerində müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 141-147) Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər İHB-nın 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yerində müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 203-207) Cinayət işinə əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X26 yaşayış yerində müsbət xarakterizə olunmuşdur. ( cild 2, iş vərəqə 212-217) Cinayət işinə əlavə edilmiş Sumqayıt Bələdiyyəsi 21-ci mikrorayaon üzrə 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yerində müsbət xarakterizə olunmuşdur (cild 2, iş vərəqə 138-140) Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X27, xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2019-cu il təvəllüdlü X28 adlı üç azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2016-cı il təvəllüdlü X21 adlı dörd uşağı vardır. Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2008-ci il təvəllüdlü İslamzadə İslam Fərid oğlu adlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Rafael Aslanovun himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X15 adlı iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X16 01 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. (cild 1, iş vərəqə 211) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və ilə barışmışdır. Qeyd olunan təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Dəymiş maddi zərər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 tərəfindən tamamilə ödənilmişdir. Digər təqsirləndirilən şəxslər Rafael Aslanov və Təqsirləndirilən şəxs5 tərəfindən ona dəymiş maddi zərər tamamilə ödənilmədiyindən barışmamışdır. Cinayət işinin materiallarından görünür ki, “Azerfon” mobil operatorundan daxil olmuş 1 ədəd CD, Təqsirləndirilən şəxs1 tərəfindən yazılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ərizə, Azərbaycan Respublikasının Nazirlər Kabineti adından yazılmış çoxsaylı hərf səhvləri olan 08.10.20**-ci il tarixli 18 nömrəli məktub, X26 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından çıxarışlar, eləcə də sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından götürülmüş səs yazılarının olduğu CD disk, habelə Şahid3 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus ***-***-**-** mobil nömrəsində olan “Whatsapp” proqramından çıxarış, o cümlədən Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş və sonuncu ilə X8 arasında olan telefon danışığına dair səs yazısının olduğu CD disk və sonuncu tərəfindən təqdim edilmiş “tərəflər arasında razılaşma” başlıqlı xx.xx.2021-ci il tarixli “Akt” maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir. (cild 1, i.v. 225) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1, X26 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyriləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişlər, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyriləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişlər. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X26 və Təqsirləndirilən şəxs5 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə verilmiş ittihamlardan və aparılan cinayət təqibinlərindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X26 və Təqsirləndirilən şəxs5 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barələrində qeyd olunan maddələr ilə aparılan cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxslərin əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X29rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X41 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X36rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Məhkəmədə, təqsirləndirilən şəxs Rafael Aslanovun və Təqsirləndirilən şəxs1 özünü qismən bilərək, digər təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməyərək verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların qeyd olunan cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Həmçinin, şahidlərin cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri ifadələr işin hallarına daha uyğun olduğundan həmin ifadələri məhkəmə iş üzrə yekun qərar qəbul edərkən sübut kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən qardaşının Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Rafael Aslanovun himayəsində iki azyaşlı uşağının olması, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 30 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(cild 1, i.v. 279-311 cild 2, i.v. 38-44) Məhkəmə Təqsirləndirilən şəxs1 30 sentyabr 2022-ci il tarixdən 28 noyabr 2023-cü il tarixədək 01 (bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətində həbsdə olmasını nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.(cild 2, i.v. 148-183) Məhkəmə Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdən 28 noyabr 2023-cü il tarixədək 01 (bir) il, 01 (bir) ay, 16 (on altı) gün müddətində həbsdə olmasını nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 30 sentyabr 2022-ci il təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 1, i.v. 248-278, cild 2, i.v. 32-37) Məhkəmə Təqsirləndirilən şəxs3 30 sentyabr 2022-ci il tarixdən 28 noyabr 2023-cü il tarixədək 01 (bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətində həbsdə olmasını nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 03 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 2, i.v. 58-89) Məhkəmə Təqsirləndirilən şəxs4 03 oktyabr 2022-ci il tarixdən 28 noyabr 2023-cü il tarixədək 01 (bir) il, 01 (bir) ay, 25 (iyirmi beş) gün müddətində həbsdə olmasını nəzərə alır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkmədən islah olunmaları mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar dərhal həbsdən azad olunmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, X26 05 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 2, i.v. 95-130) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X13 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-99/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs5 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 30 sentyabr 2022-ci il təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 2, i.v. 1-31, 45-51) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 tərəfindən yazılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktub, Azərbaycan Respublikasının Nazirlər Kabineti adından yazılmış çoxsaylı hərf səhvləri olan 08.10.20**-ci il tarixli, 18 nömrəli məktub, X26 tərəfindən təqdim edilmiş Whatsapp” proqramından çıxarışlar və CD disk, Şahid3 tərəfindən təqdim edilmiş “Whatsapp” proqramından çıxarış, o cümlədən Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş CD disk və “xx.xx.2021-ci il tarixli “Akt” cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə təqsirləndirilən şəxs X26 tərəfindən ibtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına köçürülmüş və müvafiq qərarla depozit hesabda saxlanılması Azərbaycan Respublikasının Baş Prokurorluğunun mühasibatlığına həvalə edilmiş ümumilikdə 5.000 (beş min) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 verilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və və o dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. X26 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-99/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs5 qəti olaraq 09 ( doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 tərəfindən yazılaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktub, Azərbaycan Respublikasının Nazirlər Kabineti adından yazılmış çoxsaylı hərf səhvləri olan 08.10.20**-ci il tarixli, 18 nömrəli məktub, X26 tərəfindən təqdim edilmiş Whatsapp” proqramından çıxarışlar və CD disk, Şahid3 tərəfindən təqdim edilmiş “Whatsapp” proqramından çıxarış, o cümlədən Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş CD disk və “xx.xx.2021-ci il tarixli “Akt” cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə təqsirləndirilən şəxs X26 tərəfindən ibtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına köçürülmüş və müvafiq qərarla depozit hesabda saxlanılması Azərbaycan Respublikasının Baş Prokurorluğunun mühasibatlığına həvalə edilmiş ümumilikdə 5.000 (beş min) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 verilsin. Hökmdən elan olunduğu (X26 və Təqsirləndirilən şəxs5 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar