Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-287/2024 08.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yardımlı şəhəri, Yardımlı qəsəbəsində doğulmuş, evli və himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, J/70 yaşayış massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 125,602 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbsi, Gübrə zavodunun yaxınlığında saxlanılıb Sumqayıt Sumqayıt Şəhər Polis İdarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə saxladığı 1(bir)ədəd bükümdə təmiz çəkisi 125,602 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə, saat 11:30 radələrində evdə yatdığı vaxt həyat yoldaşı 4 nəfər polis əməkdaşının çöldə onu gözlədiklərini, daha sonra isə atası gələrək onun avto qəza cinayəti ilə bağlı şahid qismində Sumqayıt Şəhər Polis İdarəsinə getməli olduğunu bildirmiş, o, əynini geyinərək polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşmiş, daha sonra polis əməkdaşları narkotik vasitəni kimdən alaraq istifadə etdiyini soruşmuşlar və bir şəxsin onun adını verdiyini, ona köməklik edəcəklərini bildirmiş və ona fiziki təsir göstərərək polis idarəsinə gətirmişlər. Polis idarəsində olan zaman yenə də ona təzyiq göstərərək narkotik vasitəni haradan aldığını bildiklərini və boynuna almasını, həmin şəxslərə zəng etməsini söyləmişlər. O, razılaşmadığını bildirən zaman polis əməkdaşları ona hədə-qorxu gələrək narkotik vasitəni onun evinə, qardaşının avtomobilinə qoyaraq onları tutacaqlarını bildirmiş, həmçinin də atasından pul istəmişlər, amma atası evdən gedən zaman onun üzərində narkotik vasitə olmadığını bildirərək razı olmamışdır. Sonda fiziki təzyiqlərə dözməyib polis əməkdaşları ilə razılaşmaq məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, üç ildir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş, hadisə günü narkotik vasitə istifadə etməmiş, üzərində və yaşadığı mənzildə narkotik vasitə olmamış, onun mənzilinə baxış keçirilməmiş, gün ərzində 5-10 manatlıq narkotik vasitə istifadə etmiş, həmin narkotik vasitələri narkamanlara pul verərək əldə etmiş, İranlı “Asif” adlı şəxsi tanımamış, onunla əlaqəsi olmamış, onun kart hesabına ödəniş etməmiş, 4 nəfər polis əməkdaşları onun həyətinə daxil olmuşlar, Möhübbət, Təbriz və Orxan adlı polis əməkdaşlarını tanımış, digərlərinin isə adını bilməmiş, Möhübbət onun atası ilə birlikdə işləmiş, saxlanılan zaman 055 *** ** ** nömrəli mobil telefon üzərində olmuş, ittiham aktında qeyd olunan H.Z.Tağıyev qəsəbsi, Gübrə zavodu onların evinə yaxın ərazi olmuş, istintaq zaman təzyiqlərə məruz qaldığını öz vəkilinə də bildirmiş, hədə-qorxu gəldikləri üçün məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman hakimə olanları bildirməmiş, qardaşı narkotik vasitə istifadəçisi olmamış, o isə narkotik vasitə istifadəçisi olmuş, satışı ilə məşğul olmamış, onu 15 may 11:30 radələrində polis idarəsinə aparmışlar, hadisə günü elektron qolbaq onun üzərində olmuş, polis əməkdaşları onu çıxararaq evə vermiş, həmin vaxt üzərinə narkotik vasitə olmamış, taksi sürücüsü kimi işləyərək qazandığı puldan narkotik vasitə almış, polis əməkdaşlarının onu döyməsi nəticəsində bədənində xəsarətlər yaranmış, Sumqayıt Şəhər Məhkəməsində olan zaman hakimə döyülməsi barədə söyləməmiş, 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman döyüldüyünü bildirmiş, elektron qolbaq daima onun üzərində olmuş, döyülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Sumqayıt şəhəri, FLZ.Tağıyev qəsəbəsi ərazisi, Gübrə zavodun yaxınlığında olan zaman 3 (üç) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pi CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Pİ-nə getmişdir. Pİ-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X5 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Bünyatov Əbülfəz təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtanş başlanılmışdır. Öncə polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev özünü təqdim edib, ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini izah edib, onu saxlayan və həmin vaxt şəxsi axtarışda iştirak edən mülki geyimli polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra, təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O, yazılı bildirişlə tanış olduqdan sonra, təhqiqatçı ona təqdim edilmiş vəkillərin adları olan siyahıdan, hüquqlarının müdafiəsi məqsədi ilə onun seçdiyi vəkil X4 təqdim etmişdir. Ardınca təhqiqatçı, onun üzərinə şəxsi axtarş istintaq hərəkəti keçiriləcəyini qeyd edib, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 1 ədəd, yapışqan lentlə bağlanmış, sellofana bükülmüş halda narkotik vasitə heroin kütləsini cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra ardıcıl olaraq əynindəki şalvarın sol yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu, əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra təhqiqatçı, onun üzərindən aşkar olunmuş 1 büküm yapışqan lentlə bağlanmış, qəhvəyi rəngli sellofana bükülmüş narkotik vasitə bükümünü qayçı ilə kəsib açdıqda bükümün içərisində qəhvəyi rəngli, yaş halda narkotik vasitə heroin aşkar edilmişdir. Təhqiqatçı həmin bükümün içərisindəki maddənin nə olduğunu soruşduqda, o, heroin olduğunu bildirmişdir. Həmçinin o, təhqiqatçının suallarını cavablandıraraq, təqdim etdiyi narkotik vasitə bükümünü, sosial şəbəkədə tanış olduğu “Asif’ adlı İran vətəndaşından 2 gün əvvəl, sonuncunun kart hesabma 1000(min) manat pul göndərməklə aldığını, pulu kart hesabına yüklədikdən sonra, üzərindən aşkar olunmuş həmin narkotik vasitə bükümünü, sözügedən şəxsin dediyi ünvandan-Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində beton yolun kənarından götürdüyünü, narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin bükümü təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdə, həmin bükümün çəkisinin 132.14 qram olması müəyyən edilmişdir. Təhqiqatçı sözügedən narkotik vasitə bükümünü və üzərindən aşkar olunmuş 1 ədəd mobil telefonu ayrı-ayrı zərflərə qoyaraq xüsusi qaydada qablaşdırmış, hər iki zərf o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təhqiqatçı qablaşdırılmış narkotik vasitə bükümünün ekspertizaya təqdim ediləcəyini bildirmişdir. Həmçinin o, müdafiəçinin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün ona məxsus olduğunu, öz istifadəsi üçün əldə etdiyini, satmaq məqsədi olmadığını, polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə, şiddətə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərindən aşkar olunmuş siqaret və alışqanı ona qaytarmışdır (cild 1, iş vərəqi 45-47). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışı ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt Şəhər Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, məlumatı idarə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu təşkil olunmuş və xx.xx.2023-cü il tarixdə, H.Z.Tağıyev qəsəbəsi, Gübrə zavodun yaxınlığında pusqu qurularaq Təqsirləndirilən şəxs saxlayaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində xidməti otaqlardan birində vəkil və təhqiqatçının iştirakı ilə onun üzərinə şəxsi axtarş istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cibində saxlamış olduğu 1 ədəd, yapışqan lentlə bağlanılmış, sellofana bükülmüş halda narkotik vasitə heroini cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra özünə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanıdığı iranlı şəxsin kart hesabına 1000 manat köçürərərək Bakı şəhərində öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, təqsirləndirilən şəxsi H.Z.Tağıyev qəsəbsi, Gübrə zavodunun yaxınlığında saxlamışlar, həmin ərazi yaşayın evinə yaxın olduğu üçün saxlanılan zaman təqsirləndirilən şəxsin atası və anası da çölə çıxmışlar, atası köhnə polis əməkdaşı olduğu üçün tanımışdır, şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, şəxsə hədə-qorxu gəlməmiş, təqsirləndirilən şəxsi günün birinci yarısında saxlamışlar, təqsirləndirilən şəxsin atasını tanıdığı üçün atası ona dəfələrlə zəng etmiş, amma zəngə cavab verə bilmədiyi üçün sonradan o, təqsirləndirilən şəxsin atasına zəng etmiş, təqsirləndirilən şəxsin ayağında elektron vasitənin olmasını xatırlamır, elektron vasitəni onlar çıxarmamış, təqsirləndirilən şəxs saxlanılan zaman piyada hərəkətdə olmuş, ətrafdakı avtomobilin ona məxsus olduğunu bilmədikləri üçün avtomobilə baxış keçirilməmiş, həmçinin şəxs saxlanılan zaman onun evinin də yaxın ərazidə olduğunu bildikdən sonra əlavə səs-küy yaranmasın deyə şəxsin evinə baxış keçirilməmiş, şəxs saxlanılan zaman üzərindən tərəzi aşkar olunmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamış, əvvəllər onlarda həmin şəxs barəsində əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahidlər Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 14 may 2023-cü il tarixdə onların evində toy məclisi olmuş, bu səbəblə evlərində qonaqlar var olmuşdur. 15 may 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları qapını döymədən onların həyətinə daxil olmuş, əvvəllər polis işçisi olduğu üçün onlardan iki şəxsi tanımış, polis əməkdaşları ondan Ruslanı soruşduqda onun yatdığını bildirmişdir. Ruslan yatdığı üçün şortikdə çölə çıxmış və nə məsələ olduğunu soruşduqda onu avto qəza cinayəti ilə bağlı idarədən şahid qismində çağırdıqlarını bildirmişlər. Ruslan paltarlarını dəyişmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Ruslanın ayağında olan elektron vasitəni polis əməkdaşları çıxararaq evə qoymuşlar. Ruslan polis maşınına əyləşən zaman ona telefon vermişdir ki, lazım olsa onunla əlaqə saxlasın. Möhübbət adlı polis əməkdaşından onun getməyinə icazə olubolmadığını soruşduqda Möhübbət icazə olmadığını bildirdiyi üçün o, polis idarəsinə getməmişdir. Saat 11:55 radələrində Möhübbət ona zəng edərək onu polis idarəsinə çağırmışdır. Polis idarəsində Möhübbət Ruslanın narkotik vasitə alverçisi kimi saxlanıldığını bildirmişdir. Həmçinin, Möhübbət ondan məsələni yoluna qoya bilibbilməyəcəyini soruşduqda o, oğlunun üzərində narkotik vasitə olmadan idarəyə gətirildiyini bildirmişdir. Polis idaresində Ruslana bir paket siqaret verərək çıxıb getmiş, saat 12:34 radələrində Möhübbət yenidən ona zəng edərək polis idarəsinə çağırmış, o yenə də razılaşmayaraq çıxıb getmişdir. Ruslan təxminən 18:00 radələrində yoldaşına zəng edərək halallaşmış və polis əməkdaşlarının onu döydüklərini, narkotik vasitə ilə yüklədiklərini bildirmişdir. İdarədə Ruslanın üzərindən bir qutu siqaret, bir telefon və bir də narkotik çıxmışdır. Əgər Ruslanın üzərində narkotik vasitə olsa idi özünü müdafiə etmək məqsədi ilə evdən çıxan zaman həmin narkotik vasitəni atardı. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, polis əməkdaşları Ruslanı mayın 15-i səhər saatlarında aparmışlar, saat 12:55 radələrində Möhübbət ona zəng edərək idarəyə çağırmış, Ruslan saxlanılan zaman ayağında elektron vasitə olmuş, onu Möhübbət ayağından çıxarmış, polis əməkdaşları həyətə daxil olan zaman qapını döyməmiş, Ruslan narkotik vasitə istifadəçisi kimi müalicə olunmaq üçün qeydiyyatda olmuş, amma narkotik satışı ilə məşğul olmamış, hadisə günü evdə baldızı, baldızının qaynanası, qudası və.s olmuş, polis əməkdaşları Ruslanın avto qəza cinayətində şahid olduğu üçün idarəyə aparmalı olduqlarını bildirmiş, Möhübbət onu idarəyə çağıraraq 10000 manat pul istəmiş, polis əməkdaşlarının oğlunu şərləməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Baş prokurorluğa müraciət etmiş, amma Möhübbətin ondan rüşvət tələb etdiyini bildirməmiş, Ruslanın ayağındakı qolbağı evin həyətində pilləkəndən düşərkən açmışlar. Ruslan elektron vasitəni üzərində saxlayan zaman bir dəfə-martın 26-ı qanun pozuntusu törətmiş, icra məmuru bu barədə irad bildirmiş, Möhübbətin ona zəng etdiyini sübut etmək üçün məlumatları telefonunda saxlamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə günündən bir gün əvvəl Ruslangildə kiçik toy məclisi olmuşdur. Hadisə günü səhər radələrində o, həyətdə işləyən zaman bir ağ rəngli avtomobilin Ruslangilin həyətinə gəldiyini görmüş, avtomibildən 3-4 nəfər düşərək qapını döyüb yeznəsigilin həyətinə daxil olmuş, həmin toyda o özü də iştirak etdiyi üçün polis əməkdaşlarının gəlməsindən təəccüblənmiş və onlara yaxınlaşmışdır. Yaxınlaşan zaman Möhübbət adlı polis əməkdaşı ilə yeznəsinin söhbət etdiyini görmüşdür. Polis əməkdaşları gələn zaman “Azərsu” yolu tərəfdən gələrək onların evinin qarşısından keçmişlər. Bir polis əməkdaşı maşında oturmuş, digər üç nəfər isə yerdə olmuşlar. Nə məsələ olduğunu soruşduqda Möhübbət bir hadisə olduğunu və onunla bağlı rəisin Ruslanı çağırdığını, onu sorğu-sual etdikdən sonra buraxacaqlarını bildirmişdir. Ruslangilin evləri iki mərtəbəli olmuş və yeznəsi Ruslan yatdığı üçün onu oyatmaq məqsədi ilə yuxarı qalxmışdır. Daha sonra Ruslan hazırlaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Polis əməkdaşları Ruslanı aparan zaman həyətdə, pilləkənin yanında onun ayağında olan elektron vasitəni açmışlar. Bir az keçdikdən sonra Möhübbət zəng edərək yeznəsini idarəyə çağırmış və onun maşını ilə Şakirlə birlikdə idarəyə getmişlər. O, idarəyə girməmiş, çöldə Şakiri gözləmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, “Azərsu” tərəfdən gələrkən baxan zaman Ruslangilin evi görsənir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, süpürgəçi işləyir. Mayın 15-i nahar fasiləsinə çıxmamışdan əvvəl Ruslangilin məhləsində olan zaman bir ağ rəngli avtomobilin gəldiyini və yaşayış olmayan bir evin qarşısında dayandığını, yerə düşərək telefonla danışdıqlarını, sonra yenidən maşına minərək Şakirgilin qapısına gəldiklərini görmüşdür. O, evə sarı gələrkən 3 nəfər şəxsin Ruslanın qoluna girərək avtomobilə mindirmiş və çıxıb getmişlər. Sonra evə getmək istəyərkən onların evindən səs-küy gəldiyini eşitmiş və həyətlərinə daxil olmuşdur. Ruslanın anası şəkər xəstəsidir. Narahatçılıqlarını gördükdə səbəbini soruşmuş, onlar da Ruslanı polis əməkdaşlarının apardığını, axşama qaytaracaqlarını bildirmişlər, amma sonra Ruslanı qaytarmamışlar Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, Ruslan çox tərbiyyəli oğlan olmuş, Ruslanı narkamanlarla bir yerdə görməmiş, o, rəsmi olaraq süpürgəçi işləyir, iş rejmi saat 08:00-dan 17:00-a kimidir. Ruslanı aparan şəxslərin polis əməkdaşları olduğunu sonradan bilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Ruslan adlı şəxsin, dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat və vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitələrin istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli bilinən Nəcizad Ruslan Şakir oğlu Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsi Gübrə zavodunun yaxınlığında saxlanılaraq aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 125,602 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 27-28). Cinayət işinin materiallarında olan məhkəmə məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/2824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “(imza) saxlanıln şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 125,602 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 36-40). Cinayət işinin materiallarında olan “Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsi”nin xx.xx.2023-cü il tarixli, 201 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər, məh 15, Bakı küç, yat-7-də qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixatrik kabinetində “ Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2023-cü il tarixli, 21-2/32647 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə şöbədə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 06 ay 23 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 05 ay 03 gün təşkil edir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixdə məhkuma tətbiq edilmiş elektron qolbağa müdaxilə edilməsi barədə xəbərdarlıq siqnalı daxil olmuş, elektron qolbağ olmadığından yenisi ilə əvəz edilməmiş və həmçinin qolbağa qərəzli olaraq müdaxilə edilmədiyindən barəsində məhkəməyə təqdimat verilməsi məqsədə müvafiq hesab olunmamışdır (cild 01, iş vər. 93). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2023-cü il tarixli, 6/2824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 119-120). Cinayət işinin materiallarında olan komisiyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1513 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, impulsivlik, emosional dayamqsızlıq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər-hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar Özündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmadı (cild 01, iş vər. 124-126). Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 25 iyun 2023-cü il tarixli, 3-16-21/1-625 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 612/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs müraciətdə göstərilən tarixdə izləmə sessiyasına əsasən yaşadığı Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, J/70 yaşayış massivi, fərdi ünvanda olduğu, lakin elektron nəzarət vasitələrini (elektron qolbağ) gəzdirmək vəzifəsinə əməl etmədiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs yol verdiyi pozuntu araşdırılması üçün Sumqayıt şəhər Probasiya şöbəsinə göndərilmişdir. Bu səbəbdən məktubda göstərilən vaxt aralığında məhkumun hərəkət trayektoriyasını müəyyən etmək imkan xaricindədir. Cinayət işinin materiallarına əlavə olunmuş “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2024-cü il tarixli, 21-2/3-247738 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ərazi pozuntusu barədə şöbəyə məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş “Sumqayıt Tibb Mərkəzi” X22 X23 Stansiyasının xx.xx.2024-cü il tarixli, 313 saylı məktubundan görünür ki, stansiyaya xx.xx.2023-cü il tarixdə saat 16:00-da Baş Polis İdarəsinə 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına “ağrıyır” səbəbi ilə 56 saylı çağrış daxil olmuş, dəqiqləşdirilməmiş xroniki qastrit dioqnozu qoyulmuş, xəstə tibbi yardımdan və hospitalizasiyadan imtina etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən, Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilmiş. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Cinayət Prosessual Məcəlləsinin 39.2.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01, iş vər. 140-150). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş Baş prokurorluğun xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azər Əsgərov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd olunan xüsusatlar Baş prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Sumqayıt şəhəri ərazisində Ruslan adlı şəxsin, dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat və vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, narkotik vasitəni üzərinə polis əməkdaşlarının qoyduğunu bildirsə də məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Baş prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Bununla yanaşı, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiq olunduğunu bildirərkən həmçinin “Sumqayıt Tibb Mərkəzi” tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli məktuba da istintaq etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən məktubdan aydın olur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onda olan ağrılar səbəbilə sözügedən tibbi müəssisəsinə aparılmış və müayinə zamanı şəxsə yalnız “dəqiqləşdirilməmiş xroniki qastrit” dioqnozu qoyulmuş, onda ümumiyyətlə döyülməyə xarakterik heç bir xəsarət aşkar olunmamışdır ki, bu halda da Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması nəticəsinə gəlmək qeyri-mümkündür. Digər tərəfdən, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə bildirməmiş, əksinə əməlindən peşman olduğunu, çağrışa vaxtında gəlib-gedəcəyini qeyd edərək barəsində olan təqdimatın təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə habelə müdafiəçinin öz çıxışında qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Bundan əlavə, məhkəmə kollegiyası müdafiə tərəfin məhkəmə istintaqının gedişində təqdim etdiyi sənədlər və məhkəmə çıxışı zamanı qeyd etdiyi xüsusatlarla bağlı (təqsirləndirilən şəxsin məhz yaşadığı evdən polis əməkdaşları tərəfindən aparılması ilə bağlı) aşağıdakıları vurğulayır. Müdafiə tərəfin sübut kimi təqdim etdiyi telefon zəngləri ilə bağlı çıxarışa (zənglərin əks olunduği foto şəkilə) münasibətdə məhkəmə kollegiyası bildirir ki, həmin məlumatda öz əksini tapan “Möbət polis” adlı şəxsin zənglərinin tarixçəsindən görünür ki, həmin zənglər xx.xx.2023-cü il tarixdə saat 12:40 və 17:59 radələrində olunmuşdur. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 radələrində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da sualları cavablandırarkən Təqsirləndirilən şəxs atasının əvvəllər polis əməkdaşı olduğu üçün onu tanıdığını, Təqsirləndirilən şəxs saxladıqdan sonra məhz onun Şakirin oğlu olduğunu bildiyi üçün Şakirə zəng edərək məlumat vermək istədiyini bildirmişdir. Eyni zamanda, müdafiə tərəfinin probasiya xidmətinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba istinad edərək təqsirləndirilən şəxsin səhər saatlarında evdən aparılması ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, sözü gedən məktubda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr göstərildiyindən, şəxs isə məhz xx.xx.2023-cü il tarixdə saxlanıldığından, həmin məktuba istinad edərək müdafiə tərəfin qeyd etdiyi xüsusatın, yəni təqsirləndirilən şəxsin həmin tarixdə səhər saatlarında evdən aparılması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirməsi qənaətinə gəlinməsi qeyri-mümkündür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən əlavə şahidlərin ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs yaxın qohumları və qonşuları olmaqla onunla və onun ailəsi ilə yaxşı münasibətdə olan insanlardır. Belə olan halda mehkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Odur ki, məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və onunla razılaşmır. Ona görə də həmin ifadələri obyektiv sübut kimi qəbul etmir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2015, 2017 və 2017-ci il təvəllüdlü üç uşağı ilə) birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatdadır, onun barəsində 22 saylı MKS-nə yazılı və şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 102-104). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü (X19 oğlu), xx.xx.2017-ci il təvəllüdlü (X16 oğlu) və xx.xx.2017-ci il təvəllüdlü (X24 oğlu) azyaşlı uşaqları var. İş materiallarına əlavə edilmiş tələbnamədən və məhkəmə istintaqı zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən təyin olunan cəza 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 112-113). Cinayət işinin materiallarında olan “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2023-cü il tarixli, 21-2/32647 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, xx.xx.2022-ci tarixdə şöbədə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək cəzasından 06 ay 23 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 05 ay 03 gün təşkil edir. “Sumqayıt Şəhər Probasiya Şöbəsi”nin xx.xx.2023-cü il tarixli məktubuna münasibətdə məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, məktubda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həbs olunması ilə əlaqədar olaraq cəza çəkməsinin müddəti ilə bağlı həmin tarixdən hesablanma aparılmışdır ki, bu halda yalnışlığa yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, şəxs məhz xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Yəni həmin tarixdən onun hüquqları məhdudlaşdırılmış, faktiki olaraq cəzasının icrası dayandırılmışdır. Belə olan halda, şəxsin barəsində olan əvvəlki hökm üzrə çəkilməmiş qalan cəzasının dəqiq müəyyən edilməsi baxımından xx.xx.2023-cü il tarixədək olan müddət götürülməli və onun çəkilməmiş cəzasının qalan hissəsi kimi 01 il 05 ay 03 gün deyil, məhz 01 il 05 ay 06 gün qəbul edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Eyni zamanda, təqsirləndiirlən şəxsin barəsində tərtib olunan ittiham aktında Təqsirləndirilən şəxs tərəfindən təkrar cinayətin törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, bu halda ibtidai istintaq orqanı tərəfindən yalnışlığa yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsinə yol verilməmişdir. Çünki şəxs əvvəlki əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və barəsinə ittihamedici hökm çıxarılmışdır. CM-nin 16.3-cü maddəsində isə göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər qəsdən törətdiyi eynicinsli cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngül cəza təyin edilməsindən nəticə çıxarmayaraq daha ağır cinayət əməli törətməsini də nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir və məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 73-76). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 125,402 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 06 günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 125,402 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-287/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-287/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver