Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-287/2025 22.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X17 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=3292280Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonu, Təngivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Peııitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il, saat 23 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Sərin” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla bir dəfə qəsdən vurmaqla Zərərçəkmiş şəxs2 sol çənə şaxəsinin yerdəyişən sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirmiş, yəni qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il, saat 23 radələrində kirayə yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında yerləşən Şahid6 məxsus ərzaq mağazasının qarşısında Şahid1 ilə birlikdə tanışları Şahid2 mağazadan çıxmasını gözləyərkən, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 və ardınca Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq ətrafda səs-küy salmaları ilə bağlı bildirdikləri iradı bəhanə edib, gələnləri mübahisəyə sövq etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs3 həmin vaxt əlində tutduğu 155 mm uzunluğu olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağını Zərərçəkmiş şəxs3 əlindən alaraq gödəkçəsinin sağ yan cibində saxladığı özünə məxsus 200 mm uzunluğu olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən səyahət bıçağının yanına qoymuş, ardınca Şahid1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ucadan nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs3 ilə əlbəyaxa olaraq və əli ilə zərbə vurma yolu ilə zor tətbiq etməklə oradan müvəqqəti uzaqlaşmasına nail olduqdan sonra məhəllə sakinlərinin həmin yerə toplaşmalarına məhəl qoymayaraq xuliqanlıq hərəkətlərini davam etdirərək qrup üzvü Şahid1 təxminən 10-15 dəqiqə müddətində Zərərçəkmiş şəxs1 ucadan nalayiq söyüşlər söyüb ondan və Şahid2 üzr istəməsini tələb edərək sonuncunu yerə yıxıb yumruqla çoxsaylı zərbələr vuraraq sol üst göz qapağının və sol gözaltı nahiyənin əzilmiş-cırılmış yarası və sol göz ətrafı nahiyənin hematoması ilə müşayiət edilən ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək məqsədi ilə Şahid1 yumruqla zərbələr vurub müqavimət göstərməsini görüb heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqca etinasızlıq göstərməklə, şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə gödəkcəsinin sağ yan cibində saxladığı Zərərçəkmiş şəxs3 əlindən aldığı, ümumi uzunluğu 155 mm olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyətli olan nahiyələrinə zərbələr vuraraq döş qəfəsinin sağ yarısının arxa səthinin və qarının sağ yan səthinin boşluğa keçməyən, sol bazunun deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən ayrı- ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, lakin özündən asılı olmayan səbəbdən, yəni yaranmış səs-küy və məhəllə sakinlərinin həmin yerə toplaşması səbəbindən geri qayıdaraq Zərərçəkmiş şəxs1 həyatına qəsd edildiyini görən və sonuncunun həyatını xilas etmək üçün yenidən onların yanına gələn Zərərçəkmiş şəxs3 ona müqavimət göstərib Zərərçəkmiş şəxs1 uzaqlaşdırması səbəbindən öz cinayətkar niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs1 öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, ardınca heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqca etinasızlıq göstərməklə, şəxsiyyətini Zərərçəkmiş şəxs3 şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə sonuncu ilə əlbəyaxa olub əlləri və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub, hər iki dizin ön səthinin və sol əl barmaqlarının sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, həmçinin öz gödəkcəsinin sağ yan cibində saxladığı digər bıçaq, yəni özünə məxsus, uzunluğu 200 mm olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən səyahət bıçağını çıxarıb Zərərçəkmiş şəxs3 bir neçə dəfə zərbə vurmağa cəhd etmiş, Zərərçəkmiş şəxs3 həmin bıçaq zərbələrindən yayınmasına baxmayaraq sonuncu cəhdində əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs3 döş qəfəsinin sol yarısına bir ədəd zərbə vuraraq ölümünə səbəb olmuş kəskin qanitirmə ilə müşayiət edilən döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs3 qəsdən öldürməklə, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, qəsdən kimisə öldürmək istəməmişdir. O, Rusiya Federasiyasından gələndən sonra Sumqayıt şəhərində fəhləliklə məşğul olmuşdur. Tikintidə işləyirmiş. 14-cü məhəllədə yaşayırmış. Adı çəkilən şəxslər onu da öz yanlarında usta kimi götürəcəkmişlər. Günə 50 manat pul qazanacaqmış. Orada yaşamaq üçün şərait olmadığına görə ayrı bir yerdə kirayə ev tapmışdır. 4 nəfərlik kirayə ev tapmışdır. Tanımadığı şəxslər olmuşdur. İlk dəfə tanıdığı şəxs olmuşdur. Onlar siqaret almaq üçün evdən çıxmışlar. Əvvəlcədən onlar ikisi qalıb söhbət etmişlər. Habillə söhbət etmişlər. Binanın yanında əyləşmək üçün yer vardır. Rəhmətlik orada əyləşmişdir. Üç və ya dörd nəfər olmuşlar. Rəhmətlik arxaya və qabağa gələrək onlar tərəfə baxırmış. Onun baxmağını hiss edirmiş. Onların evlərinin yanında da çöldə tualet olmuşdur. Rəhmətlik Habillə onun yanında onlara baxa-baxa keçərək ayaqyoluna girmişdir. Şəxsən özü heç üzünü çevirib onun tərəfə baxmamışdır. Ayaqyolundan çıxandan sonra əllərini yumuşdur. Ayaqyolundan çıxanda da onlara baxa-baxa çıxmışdır. Həmin yerdən də qabağa və arxaya əyilərək onlar tərəfə baxmışdır. Yanındakı şəxs olan Habilə də belə bir hərəkətin onlara qarşı edildiyini bildirməmişdir. Ondan sonra siqaret almağa qərar vermişlər. Onlar ikisi yavaş-yavaş mağazaya tərəf getmişlər. Yanlarında olan bir nəfər mağazaya girmişdir. Habillə o, mağazanın qarşısında qalaraq söhbət etmişlər. Rəhmətliyin ayaq səslərini eşidirmiş. Gözünün ucu ilə gəlməyinə baxırmış. Aralarında da bir az məsafə olmuşdur. Heç bir şey demədən gəlmişdir. Bir az məsafədə qalaraq baxırmış. Özü ona salam verərək nə məsələ olduğunu soruşmuşdur. Ona “sizin otaqda qalan kimsə mağazada səs-küy salıb. Ağsaqqala qarşı hörmətsizlik ediblər” demişdir. O, heç ona qulaq asmadan dükana girmişdir. Dükanı işlədən ağsaqqaldan siqaret alındığını görmüşdür. Ağsaqqaldan ona qarşı kimsənin hörmətsizlik edib-etməməsini soruşmuşdur. Həmin ağsaqqal kimsənin hörmətsizlik etmədiyini demişdir. O, geri qayıtmış və rəhmətliyə adının Vüsal olduğunu demişdir. Yenidən nə məsələ olduğunu soruşmuşdur. Həmin an mübahisə başlamışdırr. Səs-küy olmuş, üç və ya dörd nəfər həmin mübahisə yerinə gəlmişdir. Rəhmətlik əlini bel tərəfinə atdığını görmüşdür. Bıçağı görəndə o, şəxsin əlindən tutmuşdur. Birinci cəhddə onun əlindəki bıçağı ala bilməmişdir. Bıçağı əynindəki gödəkcənin cibinə salmışdır. Elə bir an yaranmış və rəhmətlik yenidən əlini gödəkcənin iç cibinə tərəf aparmışdır. İkinci dəfə bıçağı şalvarının cibinə salanda şalvarının cibindən bıçağı götürmüşdür. Şəxsin yanında da bir nəfər olmuşdur. O, yanındakı şəxsə “mən buna heç bir şey etmirəm, bunu aparın buradan cəhənnəm edin” demişdir. Rəhmətliyi o biri tərəfə apardıqlarında yenidən o biri tərəfdən üç və ya dörd nəfər gəlmişdir. Rəhmətlik yenidən geri qayıtmışdır. Əlbəyaxa davaları olmuşdur. Ondan sonra da şəxsi bıçaqlamışdır. Daha sonra o bıçağı tullamışdır. Nə olduğunu bilməmişdir. Kiməsə dəydiyini xatırlamır. Heç nədən başına belə bir iş gəlmişdir. Onun həyatında lazım olmayan bir şəxs olmuşdur. O, şəxsi öldürmək niyyətində olmamışdır. Səbəb həmin dedikləri söhbət üstündə olmuşdur. Ona da yumruq və təpik dəymişdir. Dörd nəfər rəhmətliyi təpiklə vururmuş. O, rəhmətliyi öldürmək məqsədi ilə vurmamışdır. Bıçağı aralansınlar deyə atmışdır. O, şəxsin ölümünü iki gündən sonra bilmişdir. Onun özündə də bıçaq olmuşdur. Üzərində elə-belə saxlamışdır. Tikintidə işlədiyi üçün lazım olmuşdur. Onlar tərəfdən iki nəfər olmuşdur. Üçüncü şəxs isə mağazada olmuşdur. Ona qulaq asmadıqlarına görə oradan uzaqlaşa bilməmişdir. O ancaq ordakı insanlara “gedin, rəddolun buradan” demişdir. Aralarındakı mübahisə, yəqin ki, 10 dəqiqə çəkmişdir. Saat axşam on bir və ya on iki olarmış. Hadisə 76-cı məhəllədə baş vermişdir. Kafenin qarşısı deyil, mağazanın qarşısında olmuşdur. O, həmin vaxt ətrafda kimin olduğunu bilməmişdir. O, hadisə yerində olan binaların yaxınlığında yerləşən həyət evində yaşayırmış. Hadisədən sonra da evə getmişdir. Onlar, ümumilikdə, dörd nəfər olmuşlar. Həmin günü bir nəfər evdə yatmışdır. Üç nəfər olaraq çöldə olmuşlar. Hadisə vaxt da bir nəfər dükanda olmuşdur. Hadisədən bir müddət sonra qapıları döyülmüşdür. Polis əməkdaşı gəlmişdir. O, şəxsin harasından vurduğunu dəqiq bilməmişdir. Döş qəfəsindən vurduğunu güman edir. Əvvəllər 234.1-ci maddəsi ilə həbs olunmuşdur. Böyrəklə olan məsələdə onun orada səhvi olmuşdur. Ondan sonra içməyi də saxlamışdır. Tanımadığı şəxs olmuşdur. Yarım saat olmuşlar. Onunla söyüşlə zarafat etmişlər. Söyüşlə pis zarafat etmişdir. O da bunun üstündə ona bir ədəd şillə vurmuşdur. Bu hadisə ayın 30-u olmuşdur. Telefonda rentgen şəkilləri olmuşdur. Rentgendən olan şəkillər ayın dördünə məxsus olan şəkillərdir. Rentgen şəkillərin tarixində ayın dördü qeyd olunmuşdur. Onu ayın otuzu, sağ əli ilə vurmuşdur. Ayın dördündə isə Maştağadan rentgen çəkdirmişdir. O, şəxsi Sumqayıt şəhərində vurmuşdur. Nə qədər olmasa da, Sumqayıtda rentgen çəkdirmək yerinə dörd gün sonra Maştağada rentgen çəkdirmişdir. Əvvəllər zərərçəkmiş şəxsləri və mərhumu tanımışdır. Hadisələr təsadüfi axını nəticəsində baş vermişdir. İlk zərbə onun sağ tərəfindən yumruq zərbəsi dəymişdir. Nəticədə bıçaq çıxartmışdır. Mərhum şəxs bıçağı çıxardanda məqsədini bilməmişdir. O əlini atmış və ona “A kişi, sən nə edirsən” demişdir. Bıçaq çıxardan insan yəqin ki, vurmaq istəmişdir. Hadisədən sonra peşmandır. İstintaq zamanı düzgün ifadə vermiş və təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 düzgün ifadə vermişdir. onlar olduqları ərazidə kamera olmuşdur. Həmin yerdə heç kim olmamışdır. Hadisə ayın otuzundan ayın birinə keçən gecə olmuşdur. Üzərindən bir gün keçəndən sonra Fəqana zəng etmiş və “Dişim qırılıb, Vüsala denən köməklik etsin” demişdir. Dişinin düzəldilməsi üçün 60 manatının çatmadığını bildirmişdir. 60 manatının olmadığını demişdir. Üzərindən üç və ya dörd gün keçəndən sonra 102 xidmətinə məlumat verdiyini eşitmişdir. Ayın dördü şəxs Maştağaya xəstəxanaya gedərək ona şəkil göndərmişdir. Şəkildə də tarix ayın dördü göstərilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. Onunla heç bir düşmənçiliyi olmamışdır. Ayın onu qardaşının övladının ad günü olmuşdur. Qohumları evdə olmuşdur. Yeyib işmişlər. Taksi sifariş vermişdir. Taksi kimi gələn şəxs ünvanı yaxşı tanımırmış. Əligili taksi ilə yola salmışdır. Evdən də ona evə tez gəlməsini demişlər. Tort kəsməkləri üçün onu evə tez çağırmışlar. O, məktəb yoluna baxanda məktəbin yolunda uşaqların dayandığını görmüşdür. Həmin şəxsləri tanıyırmış. Məhəllədə yaşayan şəxslər olmuşdur. Onların yanına gedərək siqaret çəkmək istəmişdir. Uşaqların yanında siqaret çəkmişdir. Hərə öz işinin arxasınca getməyi üçün ərazini tərk etmişlər. X12 o tərəfə gəldiklərini görmüşdür. Bir az orada dayanaraq söhbət etmişlər. Həmin ərəfələrdə Ramin Türkiyədən gəlmişdir. Bir və ya iki gün əvvəl Türkiyədən gəlmişdir. Onunla zarafat etməyə başlamışdırr. Onlar söhbət edə-edə binanın ətrafına gəlmişdir. Qocalar evi deyilən əraziyə gəlmişdir. Raminlə divara söykənmişlər. Vüsalgilin yaşadığı evə gedən asfalt yolun yaxınlığında olmuşlar. Həmin anda Chevrolet Cruze markalı avtomobil gəlmişdir. Həmin avtomobil Vüsalın yaşadığı mənzilin qarşısına gəlmişdir. Ramini pivə almaq üçün mağazaya göndərmişlər. Ceyhun yenə həmin yerdə dayanmışdır. Ondan sonra həmin avtomobil getmişdir. Ramin onlara pivələri vermişdir. Pivənin birini Ceyhuna vermişdir. Həmin an iki və ya üç nəfər yanımıza gəlmişdir. “Axşamınız xeyir” deyərək mağaza tərəfə dönmüşlər. Arxadan da bir nəfər gəlmişdir. Əlində telefon olmuşdur. Kiməsə yaza-yaza gəlmişdir. Ceyhunun böyür hissəsindən özünü sürtərək keçmişdir. Qarşıda dayananlar tərəfə keçmişdir. Həmin an Ceyhun pivəni içəndə pivə əlindən yerə düşmüşdür. Raminə tərəf “gəl onu evə ötür” demişdir. Ramin də onunla razılaşmışdır. Onların arxasınca “dəqiq onlar evə gedir” tərzdə baxmışdır. Arxalarınca baxanda bir xeyli şəxsin topa halında yığıldığını görmüşdür. O, həmin yerə çatana yaxın “nə olmuşdu qaqa, eşidirəm” sözünü eşitmişdir. Kimin səsi olduğunu ayırd edə bilməmişdir. O, həmin yerə yaxınlaşanda artıq şəxslər bir-birinə girmişlər. Mübahisə artıq başlamışdır. O, nə məsələ olduğunu soruşanda Habil onun yaxasından yapışmışdır. Ona “sənsən bunların ağsaqqalı, sənsən onların söhbətinə gələn oğlan” demişdir. Söhbətin başladığı yerdən dükanın divarına qədər onu sürümüşdür. Onun boğazından tutmuşdur. Ürəyi istədiyi yerə onu idarə edirmiş. Ona “əlini çək görüm, görək nə məsələdir” demişdir. Ona “sənsən bunların ağsaqqalı” demişdir. Raminlə Ceyhunun dükanın qarşısında dayandığını görmüşdür. Vüsalda qışqıraraq “götürün bunu aparın, götürün bunu cəhənnəm edin” deyirmiş. Ona “Vüsal, ehtiyyatlı ol. Əlində bıçağı var” demişdir. Vüsalın əlindəki bıçağın kimə məxsus olduğunu görməmişdir. Məhəllədən uşaqlar “buraxın, içkilidi” deyirmişlər. Onunla mübahisə yaranmışdır. Daha sonra Habillə söhbət edə-edə avtobus dayancağına gedirmiş. Habildən haradan olduğunu maraqlanıb məsələni yumşaldırmış. Quba rayonundan olduğunu deyəndə özünün də Qubada işlədiyini demişdir. Habil ona “gəl gedək və yoldaşlarımdan üzr istə” demişdir. Ona “nə üçün üzr istəməliyəm” demişdir. Həmin zaman Habilin içkili olub-olmadığını hiss etməmişdir. Uşaqların yanına çatanda Habil ona söyüşlə “üzr istə” demişdir. Orada da “nə üçün üzr istəməliyəm” demişdir. Həmin an onu vurmuşdur. Habilin zərbəsinin ona dəyməyi ilə yerə yıxılmışdır. Habil onun üzərinə oturmuşdur. Ayaqları ilə onun boyun hissəsindən tutmuşdur. Onu ayaqları ilə vuranda həmin an onun üzərindən durmuşdur. Onun ayağa durmağı ilə onun bədəninə bıçaq girmişdir. O, həmin tərəfə baxanda Ceyhunu görmüşdür. Ceyhun Habili vuranda Habil yerə yıxılmışdır. Avtobusun arxa təkərinə tərəf yıxılmışdır. Habil yerində qalmışdırr. Ceyhun isə digər tərəfə fırlanmışdır. Arxaya çevrilib baxanda Vüsalla üzbəüz gəlmişdir. Vüsal ona təpik atmışdır. Onun üstünə gedəndə bıçaq onun bədəninə girmişdir. O, özünə gələndə Raminlə Əfqanın onu götürüb apardıqlarını görmüşdür. Vüsalın Ceyhunu bıçaqla vurmasını görməmişdir. Əmisi ilə yarım litr araq içmişlər. Məclislərində Ceyhun iştirak etməmişdir. Hadisə zamanı rəhmətlik içkili olmuşdur. Dava yeni başlayan vaxt Vüsal “onu oradan uzaqlaşdırın” demişdir. İstintaqa verdiyi ifadəni təsdiq edir. Ceyhunla onun ünsiyyəti salam və sağoldan ibarət olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən fərdi evdə atası X13, anası X14, qardaşı X8, onun həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 tanıyır, eyni məhəllədə uşaqlıqdan birlikdə böyümüşlər. Münasibəti normal olmuşdur. Ceyhun ondan yaşca kiçik olduğu üçün yaxın münasibəti olmamışdır. Ceyhun və ailəsi ilə heç bir düşmənçilik və ədavəti olmamış, əksinə hər ikisi Qubadlı rayonundan olduğuna görə xeyir və şəri birlikdə olmuşdur. 10 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə qardaşının azyaşlı övladı Nurun ad günü münasibətilə yaşadığı evdə məclis təşkil etmişlər. Ailə üzvlərindən əlavə əmisi X15 və onun həyat yoldaşı Failə də onlarla birlikdə olmuşdur. Saat 23 radələrində o, onların evə getməsi üçün taksi sifariş vermişdir. Taksi sürücülərinə yaşadığı fərdi evin ünvanını izah etmək çətindir deyə taksini yaxınlıqdakı yataqxananın qarşısına çağırmışdır. O, əmisi və onun həyat yoldaşını yola salmaq üçün onlarla birlikdə yataqxananın qarşısına getmişdir. Özü ilə birlikdə məhəllədə olan pişiklərə vermək üçün bir ədəd sellofan torbada sümük də götürmüşdür. O, əmisigili yola salandan sonra həmin sümükləri məhəllədəki pişiklərə atmışdır. Daha sonra məktəbin Qubadlı rayon Qurban Məmmədov adma Yuxarı Mollu kənd orta məktəbin qarşısında 2-3 nəfər şəxsin olduğunu görüb onlara yaxınlaşmışdır. Onlar da onunla eyni məhəllədə yaşamışdır. Həmin şəxslərlə bir az işi ilə bağlı danışandan sonra onlar getmişlər. Həmin vaxt o, X21 Bədəlovun birlikdə ona tərəf gəldiyini görmüşdür. Onlar ona yaxınlaşmışdır. Salamlaşıb görüşmüşlər. Bir az söhbət edəndən sonra Ceyhun Ramilə demişdir ki, Türkiyədən yeni gəlib, onlara pivə alsın. Ramil pulunun olmadığım demişdir. O, bir ədəd pivə ala biləcəyini demişdir. Onlar danışa-danışa yataqxananın sağ tərəfində məhəllə sakinlərinin domino oynadığı oturacağa tərəf getmişlər. X18 dükanına göndərib iki ədəd nisyə pivə götürməsini istəmişdir. Ramil pivə almaq üçün gedəndə ona bir ədəd də günəbaxan tumu almasını demişdir. Həmin vaxt o, oturacağa söykənmiş, Ceyhun isə yataqxananın sağ tərəfinə gedən asfalt yolun ortasında dayanmışdır. Söhbət edərkən həmin yolla yataqxananın sağ tərəfinə bir ədəd qırmızı rəngli, dövlət nömrə nişanını xatırlamadığı “Chevrolet Cruze” markalı avtomobil gəlmişdir. Həmin avtomobil yataqxananın sağ tərəfində geriyə dönüb saxlamışdır. Həmin tərəfi o, görməmiş, qarşısında yarımtikili olmuşdur. Lakin Ceyhun həmin tərəfə baxmışdır. Avtomobildən kimin düşüb, kimin mindiyini o görməmişdir. Həmin vaxt Ceyhun demişdir ki, bunlar kimdi belə. O, ad günü məclisində 3-4 rumka araq içmişdir. Ceyhun da sonradan öyrəndiyinə görə hardasa ad günündə iştirak edib alkoqollu içki qəbul edib gəlmişdir. Həmin vaxt da o, Ceyhunun sərxoş olduğunu hiss etmişdir. Ceyhunun həmin sözündən sonra o, Ceyhunun hər hansı mübahisə yarada biləcəyindən ehtiyat etmişdir. Çünki onu uşaqlıqdan tanımış, mübahisəyə meyilli olmuş, alkoqollu içki qəbul edəndə isə onun bu meyili daha da artmışdır. O da buna görə Ceyhunu yanına çağırmış, yolun ortasında dayanmamasını, həmin avtomobildəki şəxslərə fikir verməməsini demişdir. Həmin vaxt Ramil də gəlmişdir. Ceyhun Ramilin gətirdiyi metal qabda olan “Xırdalan” pivəsinin birini açmış, həmin vaxt pivə qabı onun əlindən yerə düşmüş, pivənin bir hissəsi yerə tökülmüşdür. Ceyhun həmin qabı götürüb orada qalan pivəni içmişdir. Ceyhun pivəni içəndən sonra bayaqkı kimi yolun ortasına gedib həmin avtomobil istiqamətində baxmağa davam etmişdir. Daha sonra avtomobil geriyə dönüb oradan uzaqlaşmışdır. Qısa müddət sonra 4 nəfər şəxs yataqxana istiqamətindən onlara tərəf gəlmişdir. Onların 3-ü qabaqda, biri isə onların arxasınca əlində telefona baxa- baxa gəlmişdir. Arxada olan şəxsin diqqəti telefona yönəldiyindən yoldan keçərkən Ceyhuna bir az sürtünmüşdür. Lakin dəyməmişdir. Ceyhuna isə həmin şəxsin ona yaxın keçib getməsi xoş olmamış və Ramilə demişdir ki, onların etdiyi nə hərəkətdir. Ceyhun Ramilə onların ardınca getməyi demişdir. Daha sonra birlikdə getmişlər. O da Ceyhunun mübahisə yaradacağını bilsə də, Ceyhunu tək qoymamaq üçün əlindəki metal qabda olan “Xırdalan” pivəsinin və günəbaxan tumunun ağzını açıb bir neçə dəqiqə sonra onların arxasınca getmişdir. Həmin şəxslər Gülağanın dükanına tərəf getmişlər. O da onların arxasınca gedəndə həmin 4 nəfərdən birinin Gülağanın dükanına daxil olduğunu görmüşdür. 3 nəfər isə dükanın qarşısında olmuşdur. Ceyhunla Ramil də onların qarşısında dayanmışdır. O, onlara çatmasına 10-15 metr məsafə qalmış artıq onların arasındakı danışığı eşitmişdir. Həmin 3 nəfərdən kimsə Ceyhuna “buyur qaqaş eşidirəm” demişdir. O, onlara çatanda nə baş verdiyini, nə məsələ olduğunu soruşub Ceyhunu kənara çəkməyə çalışmışdır. Onların arasında mənasız bir mübahisə yaranmışdır. Ceyhunun solunda Ramil dayanmış, sağ tərəfində isə o dayanmışdır. Lakin o, üzünü Ceyhuna çevirib onu kənarlaşdırmaq istəmişdir. Mübahisə bir az da böyümüşdür. Həmin vaxt onlardan kimsə əlinin içi ilə Ceyhunun sifətinə vurmuşdur. Ceyhun arxası üstə yıxılmışdır. Həmin vaxt sonradan adının Habil olduğunu bildiyi şəxs onun yaxasından tutub divara tərəf onu aparmışdır. O, həmin vaxt hiss etmişdir ki, Habil ondan çox güclüdür, onun yaxasından tutub özü ürəyi istədiyi kimi onu idarə edir. O, nə baş verdiyini anlamayıb Habildən soruşsa da, Habil ona demişdir ki, “Sənsən bunların böyüyü? Sən gəlmisən bunların söhbətinə?”. O, Habili nə qədər sakitləşdirməyə çalışmış, kənara keçib sakit danışmağı təklif etmişdir. Onlar yaxınlıqda olan ağ rəngli avtobusun arxa tərəfinə irəliləmişlər. Orada Habillə qarşı-qarşıya söhbət edəndə Habil ondan tələb etmişdir ki, o, Habilin yanındakı dostlarından üzr istəməlidir. O, bunun səbəbini soruşanda Habil ona bunun səbəbini deməmiş, yalnız üzr istəməsini tələb etmişdir. O, Habilə həmin vaxt ondan güclü olduğunu, davaya ehtiyac olmadığını demişdir. Habil onu dinləməmiş, onu təhqir edə- edə yaxasından tutub avtobus istiqamətində öz dostlarının yanına aparmışdır ki, o üzr istəsin. O, Gülağanın dükanının qarşısında Ceyhunun yıxıldığını görəndən sonra Ceyhun və Ramili görməmişdir. Çünki Habil onun yaxasından tutub aparmışdır. Habil onu avtobusun arxasına gətirəndə yenidən üzr istəməsini tələb etmişdir. O, səbəbini soruşanda Habil onun sol göz nahiyəsindən vurmuşdur. O, yerə yıxılmışdır. Habilin onun nə ilə vurduğunu bilməmişdir. Lakin sol göz nahiyəsinin ətrafı ciddi zədələnmiş, cırılmış, həddən artıq da qan axmış, artıq həmin gözü axan qan səbəbindən görməmişdir. Bir az sonra o, özünü toplayıb ayağa qalxmış və sağ əlinin yumruğu ilə Habilin başına vurmağa başlamışdır. O, Habilin başına iki zərbə vurmuşdur ki, döş qəfəsinin və qarnının sağ tərəfindən bıçaqla vurulduğunu hiss etmişdir. Lakin neçə dəfə vurulduğunu bilməmişdir. Sağ tərəfə dönüb görmüşdür ki, onun döş qəfəsinin və qarınının sağ tərəfindən vuran şəxs sonradan adının Vüsal olduğunu öyrəndiyi şəxsdir. Ona bıçaqla zərbə dəyəndən sonra əli və ayağı boşalmış və yenidən yerə yıxılmışdır. Həmin vaxt Ceyhun Vüsahn üstünə cumub onu vurmuş və ondan uzaqlaşdırmışdır. Habil də oradan qaçmışdır. Avtobusun qabağına tərəf getmişdir. O, özünü toplayıb ayağa qalxmışdır. Həmin vaxt Vüsal onunla avtobusun arxa tərəfində üzbəüz gəlmişdir. Vüsal ona təpik atmış, o, geri çəkilmiş, həmin təpik ona dəyməmiş, o, Vüsahn üstünə cumub vurmaq istəyəndə, sol bazu nahiyəsinin yuxarı 1/3-nə Vüsal əlindəki bıçaqla zərbə vurmuş, o da həmin yerdən ağrı hiss etmişdir. Vüsal onu vurandan sonra Ceyhun yenidən Vüsahn üstünə cumub Vüsalı ondan uzaqlaşdırmışdır. O da digər tərəfdən avtobusun qabaq tərəfinə gedəndə Habilin avtobusun qabağında yerdə uzandığını görmüşdür. Həmin vaxt onun çiyninə arxadan kimsə yumruq vurmuşdur. O, geri dönüb həmin şəxsin Ceyhun olduğunu görmüşdür. Ceyhundan onu niyə vurduğunu soruşmuşdur. Ceyhun bilmədən onu vurduğunu demişdir. Bundan sonra Ceyhun asfalt yola tərəf getmişdir. O da yavaşyavaş özünü toplayıb zarıya-zarıya yataqxananın sağ tərəfindəki söyüd ağacı istiqamətində hərəkət etmişdir. Habil də ayağa qalxıb getmiş, Vüsal da ondan 5-10 metr qabaqda getmişdir. Onlardan arxada sonradan adının Tərlan olduğunu bildiyi şəxs də onların yataqxananın arxasında yaşadıqları kirayə ev istiqamətində getmişdir. Tərlan mübahisə zamanı həmişə Habilə “Bəsdir Habil, gəl gedək” demiş, mübahisənin və davanın qarşısını almağa çalışmışdır. Onlar yataqxananın sağ tərəfinə çatanda artıq məhəllə sakini toplaşıb onları təhqir edə-edə qovmuşdur. O, söyüd ağacının yanına çatıb bir müddət orada olduqdan sonra geriyə dönüb Ceyhunun yerdə uzandığını, onun bədəninə baxdıqda isə bıçaqlandığını öyrənmişdir. Ceyhun Gülağanın dükanının qarşısında yerə yıxılandan sonra Ceyhunu görməmişdir. Sonradan öyrəndiyinə görə Ramil Ceyhunu orada uzaqlaşdırıb yataqxananın qarşısındakı Mübarizin dükanına aparmışdır. Ceyhun hətta orada bir ədəd siqaret çəkəndən və Mübariz dayı ilə söhbət edəndən sonra dükanın arxasına çəkilmişlər. Orada Ramili qardaşı Ramin də olmuşdur. Onlar Ceyhunun geri qayıtmasına mane olmaq istəsələr də, Ceyhun onların əlindən çıxıb geri qayıtmışdır. O, növbəti dəfə Ceyhunu onun çiynindən yumruq vurandan sonra görmüşdür. Bundan sonra Ceyhunu görəndə isə o, artıq yerdə uzanmışdır. Ceyhunun bıçaqla vurulduğunu o, görməmişdir. Lakin sonradan öyrənmişdir ki, Ceyhunu Vüsal bıçaqla ürəyindən vurmuşdur. Yataqxanada yaşayan Namiq adlı şəxsin idarə etdiyi “Wolkwagen Passat” markalı avtomobillə onları xəstəxanaya aparmışlar. O, xəstəxanada Ceyhunun öldüyünü öyrənmişdir. Həmçinin, döş qəfəsinin və qarnının sağ tərəfindən, sol bazu nahiyəsinə bıçaq xəsarətləri və sol göz nahiyəsində də xəsarətin olduğunu müəyyən etmişdir. Onun bədənində olan bıçaq xəsarətlərinin hamısını Vüsal yetirmişdir. Vüsal Ceyhunu bıçaqla vurub öldürdüyü kimi onu da bıçaqla öldürmək istəmiş, iki dəfə buna cəhd etmiş, lakin hər ikisində Ceyhun özünü çatdırıb buna mane olmuş, ona növbəti bıçaq zərbələrini vurmağa imkan verməmişdir. O, həmin şəxsləri əvvəllər görməmiş, onlarla düşmənçilik və ədavəti olmamışdır. Sonradan bilmişdir ki, onlar yataqxananın arxasında fərdi evdə kirayə yaşayırlar. O, yalnız Vüsahn əlində bıçaq olduğunu görmüş, həmin bıçağın tiyəsinin parıltısını görəndə bunu bilmişdir. Digərlərinin əlində bıçaq olduğunu görməmişdir. O, hadisə vaxtı orada gördüyü şəxsləri yuxarıda göstərmişdir. Orada olmuş digər şəxslərin kim olduğunu bilmir. O, onsuzda artıq yerdə yıxılıb qalmış, sonradan zarıya-zarıya sürünüb yataqxananın qarşısına gəlməyə çalışmışdır. Onun ora gəlməsinə də kimsə kömək etmiş, özü gələ bilməmişdir. Vüsal onun sol bazu nahiyəsindən bıçaqla vurandan sonra Ceyhun Vüsahn üstünə cumub ondan xeyli uzaqlaşdırmışdır. Sonradan məhəllə sakinləri də onları təhqir edə-edə qovduğuna görə Vüsahn yenidən onun üstünə cumub ona bıçaqla zərbə vurmaq imkanı olmamışdır. Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onu hadisə ilə bağlı tanıyır. Onunla heç bir qohumluğu yoxdur. O, həmin gün işdən gəlmişdir. İş yoldaşı Fəqan adlı şəxslə bir yerdə işləyirmişlər. Ondan borca pul almışlar. Fəqan adlı şəxs ondan borc almışdır. Saat 22:00 radələri olmuşdur. O gəlmişdir. Ona 80 manat verəcəyi olmuşdur. 60 manatını vermişdir. Ona “gözlə dayım oğlu gəlmişdir” demişdir. Dayısı oğlundan 20 manat alaraq ona verəcəyini demişdir. Onun dayısı oğlunu tanımır. İşdən gəldiklərinə görə çörək yemişlər. Həmin vaxt da pivə içmişlər. Bir az keçəndən sonra ona zəng gəlmişdir. İki nəfərin gəldiyini görmüşdür. Salamlaşmış və bir az söhbət etmişdir. Fəqana “onu yola sal o gedir” demişdir. Yeznəsinin gəldiyi üçün tələsdiyini bildirmişdir. Dördü birləşərək getmişdir. Adama bir və ya iki bakal pivə içmişlər. Kafedə söz-söhbət olmuşdur. Ara bir az sakitləşmişdir. Ara sakitləşəndən sonra çölə çıxmışlar. Onların nənə zarafatları olmuşdur. Birdən onların birləşdiyini görmüşdür. Ona “məni yola sal gedim” demişdir. Ona “ sən mənimləsən?” demişdir. Ona “mən səni tanımıram və səninlə deyiləm” demişdir. Ona “ vapşe sən mənlə zarafat edə bilərsən mi?” demişdir. Həmin söhbətlər içkidən sonra olmuşdur. Ona “gözlə pulu alım və səni yola salım” demişdir. O da “səninlə gələcəm” demişdir. Çölə çıxanda ona yenə atmaca atmışdır. Kafenin qarşısında ona “sən ümumiyyətlə ona nə demək istəyirsən” demişdir. Həmin ərəfədə onu kruqa almışlar. Bununla söhbət edərkən Fəqana işarə vermişdir. Fəqana işarə verəndə o, Fəqanın əlində bıçaq görmüşdür. Fəqanın əlindəki bıçağın haradan gəldiyini görməmişdir. O, Fəqana baxanda onu vurmuşdur. Onun əlində heç bir şey görməmişdir. Əlini cibinə salmışdır. Onun üstünə gedəndə Fəqan bıçaqla üstünə gəlmişdir. Təqsirləndirilən şəxs də bıçaq çıxarmışdır. Bıçaqla vuracaqlarını bilmişdir. Düz yerində qalmışdır. Onlar tərpənməmişlər. Ona vuran kimi çənəsi qırılmışdır. Əvvəlcə çənəsının əzildiyini zənn etmişdir. Səhər həkimə getmiş və çənəsinin qırıldığını öyrənmişdir. Onun imkanı olmadığı üçün “gəl köməkləşək” demişdir. Daha sonra onunla əlaqə saxlayanda telefona cavab verməmişdir. O da məcburiyyətdən polis bölməsinə müraciət etmişdir. Daha sonra polis çağırıb şəxsin izahatını almışdır. O da xəstəxanada yatmışdır. Hadisə bu formada baş vermişdir. Hal-hazırda şikayətçidir. O, təqsirləndirilən şəxsi tanımır. Fəqanla çox işləmişdir. Hər ikisi ilə ədavəti olmamışdır. Həmin günü təqsirləndirilən şəxsi tanımışdır. O, Fəqanla söhbət edən zaman təqsirləndirilən şəxs ona ilişmişdir. Hadisə bu formada olmuşdur. Onların hər ikisi içki qəbul etmişdir. Hərəsi bir söz deyəndən sonra onu kruqa almışlar. Təqsirləndirilən şəxs Fəqana işarə etmişdir. Fəqan ona baxanda əlində bıçaq olduğunu görmüşdür. Bıçaqla vuran kimi əlini cibinə atmışdır. Üstünə getmək istəyəndə bıçaq çıxarmış və o, bıçağı görən kimi kənara çəkilmişdir. Hər ikisinin bıçağı olmuşdur. Fəqan hadisədən sonrakı gün ona “sən səhv başa düşdün. Mənim onunla zarafatım vardır. Sən elə bilmisən ki, səninlə zarafat etmişdir” demişdir. İzahatda da yazmışdır. Olduğu kimi hadisəni danışmışdır. Onun valideyni yeni rəhmətə getmişdir. O, məcburiyyətdən, yəni ağrıdan Maştağaya getmişdir. Həmin fotoşəkil də Maştağadan çəkilmişdir. Maddi imkanı olmadığına görə Maştağaya getmişdir. Daha sonra rayondan ona pul göndərilmişdir. İstintaqa verdiyi ifadəni təsdiq edir. Şəxsdən şikayətçidir. Ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, işdən evə gəlmişdir. Nəvəsinin boğazında çöp qalmışdır. Nəvəsinin boğazından çöpü çıxartdırmaq üçün çöpçüyə aparmışdır. Saat on radələrində evə gəlmişdir. Uzanıb dincələn zaman birdən səs-küy olmuşdur. Baldızının oğlu ona oğlunun bıçaqlandığını demişdir. Hadisə yerinə qaça-qaça getmişdir. O, özünü hadisə yerinə çatdıra bilməmiş və oğlunu xəstəxanaya apardıqlarını bilmişdir. Xəstəxanaya aparana qədər oğlu ölmüşdür. Xəstəxanada oğlunun çarpayıya uzadıldığını və üzünün örtüldüyünü görmüşdür. Vüsalla dalaşdığını sonradan eşitmişdir. Bunların hamısı həmin gün yeyib içiblər. Onun oğlu həmin gün işdən gəlmişdir. O birisi uşaq onun oğlunun başına yumruqla vurmuşdur. Nəysə ondan sonra çıxıb getmişdir. Onların yuxarı tərəfində qonşuluqda yerləşən marketə getmişlər. Siqaret almaq üçün getmişlər. Onun oğlu arada bir siqaret çəkən olmuşdur. Geri qayıdanda yanındakı uşaq oğluna “o biri tərəfdən səs gəlmişdir gedək baxaq” demişdir. Onu yıxıb bıçaqladıqlarını görmüşlər. Nəyə görə bıçaqladıqlarını soruşmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Hətta onun ömür boyu türmədə çürüməsini istəmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını ondan şikayətçi olduğunu barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Belə ki, təxminən 2 ay bundan əvvəl Vüsal ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi şəhərcikdə fəhlə işləmişdir. Mərhum Zərərçəkmiş şəxs3 isə heç vaxt tanımamışdır. Təxminən 2 ay bundan əvvəl o, Sumqayıt şəhərinə gələrək müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonuncu dəfə isə təxminən 10 gün bundan əvvəl Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə adını xatırlamadığı şəxsə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində kirayə yaşamağa başlamışdır. Həmin evi 10 gün bundan əvvəl kirayə tutsa da, o, rayona getdiyindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərinə qayıdaraq evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə evdə olarkən onun yeznəsi Fəzail Abasov tanışı Elşən adh şəxslə birlikdə onlara qonaq gəlmişdir. Evdə olarkən o, Adil və Tərlan üçünə 0,7 litr araq içmişlər. Onlar yeyib-içdikdən sonra saat 22 radələrində Fəzail və tanışı Elşən çıxıb getmişlər. Bundan təxminən 1-2 saat sonra o, Adil və Vüsal siqaret almaq üçün evinin yanındakı mağazaya getmişlər. Mağazaya çatdıqda o və Vüsal çöldə gözləmiş, Adil isə mağazaya daxil olmuşdur. O və Vüsal çöldə gözləyərkən təxminən 3-4 nəfər tanımadığı cavan oğlanlar onlara yaxınlaşaraq mağazaya daxil olan şəxsin onlarla birlikdə olub-olmamasını soruşmuşlar. Onlar həmin şəxslərə mağazaya daxil olan şəxsin tanışı olduğunu bildirdikdə onlara həmin şəxsin mağazada səs-küy saldığını və onu məzəmmət etmələrini söyləmişlər. Buna görə o və Vüsal mağazaya daxil olaraq satıcıdan Adilin narahatlıq verib-verməməsini soruşmuşlar. Satıcı isə onlara Adilin heç bir narahatlıq vermədiyini və siqaret aldığım söyləmişdir. Adil siqaret aldıqdan sonra onların üçü də mağazadan çölə çıxmışlar. Bayaq onlara yaxınlaşan şəxslər qapının qarşısında onların önünü kəsmişlər. Vüsal həmin şəxslərə satıcıya heç bir narahatçılıq verilmədiyini söyləyərək, həmin şəxslərə özünü təqdim etmişdir. Bu zaman həmin şəxslər gözlənilmədən onların üçünü də yumruqla vurmağa başlamışlar. Onu vuran şəxsi görməsə də, birinci yumruq onun sifətinin sol nahiyəsindən dəymiş və o, müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra onu təpiklə vurmağa başlamışlar. Lakin onu təpiklə vuranların kim olmasını bilməmişdir. Həmin vaxt Vüsal və Adilin kiminlə dalaşmasını da görməmişdir. Həmin vaxt onları döyənlərin arasında yaşca nisbətən böyük olan, sonradan adının Zahir olduğunu bildiyi şəxsi qolundan tutaraq yaxınlıqdakı ağ rəngli avtobusun yanına gətirmiş və dostlarını sakitləşdirməyi tələb etmişdir. Bu zaman Zahirlə aralarında mübahisə düşmüş və onlar dalaşmağa başlamışlar. O, Zahiri yerə yıxmış, Zahir yerdə olarkən ona yumruqlar vurmağa başlamışdır. Həmin vaxt sonradan adının Ceyhun olduğunu bildiyi şəxs onu itələyərək Zahirin üzərindən yerə salmışdır. Bundan sonra tanımadığı şəxslər onu döyməyə başlamışdır. O, döyülən zaman o, Adil və Vüsal bir-birindən ayrı düşmüş, buna görə də o, Adil ilə Vüsalın kim tərəfindən döyülməsini, Vüsalın kimisə bıçaqla vurmasını görməmişdir. Lakin ondan bir qədər arahda Vüsal ilə Zahirin dalaşdığını görmüşdür. Daha sonra ətrafa xeyli sayda adam gələrək onları ayırmışlar. Onun halı özündə olmadığından Adil və Vüsal ona kömək edərək evə gətirmişlər. Evdə olarkən Vüsal Fəzailə zəng vuraraq məhəllədə dalaşdığını və polislərin gələ biləcəyini, nəticədə bölməyə aparılma ehtimalı olduğunu bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra polislər evə gəlmişlər və onları polis bölməsinə aparmışlar. xx.xx.2024-cü il tarixdə onlarla dalaşan şəxslərin kim olmasını bilməsə də, təxminən yataqxanada yaşayan şəxslərdən olmuşlar. Həmin şəxslərin təxminən 20-25 yaşları olmuşdur. Zahiri əlamətlərini isə xatırlamır. Şahid2 siqaret almaq üçün girdiyi mağazada təxminən 3-5 dəqiqə qalmış daha sonra o və Vüsal mağazaya girərək, satıcıdan nə isə problem olub-olmamasını soruşmuşlar. Şahid2 mağazadan çöldə gözləyərkən mağazanın içərisindən hər hansı bir səs-küy eşitməmişdir. Lakin tanımadığı 3-4 nəfər cavan oğlan o və Vüsala yaxınlaşaraq Adilin guya mağazanın içərisində səs-küy saldığını söyləmişdir. Hər üçü mağazadan çıxdıqdan sonra onlara yaxınlaşmış 3-4 nəfər şəxslə söhbət edərkən hamısı üzbəüz dayanmışlar. Üzünü hazırda xatırlamadığı şəxs ona gözlənilmədən yumruq vurduqdan sonra o, müvazinətini itirərək yerə yıxıldığından Adil və Vüsalın hansı şəraitdə, kim tərəfindən döyülməsini görməmişdir. İlk yumruq zərbəsindən sonra o, müvazinətini itirərək yerə yıxıldığından heç kəsə xəsarət yetirməmişdir. Ayağa qalxdıqdan sonra isə həmin şəxslərdən biri əlində bıçaqla ona tərəf gəldiyindən həmin şəxsin əlindən bıçağı alaraq kənara tullamışdır. Adil və Vüsalın kimisə vurmasını görməmişdir. Onu vuran şəxsin əlindən aldığı bıçağın zahiri əlamətlərini xatırlamasa da, bıçağın kəsici hissəsi açıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs üzərində hansı məqsədlə bıçaq gəzdirməsini bilmir. Dava-dalaşdan sonra evə gəldikdə Vüsal ona 2 nəfəri bıçaqla vurduğunu söyləmişdir. Polis bölməsində olarkən isə bıçaqlanan şəxslərdən birinin öldüyünü, birinin isə xəstəxanada olduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaş təxminən 20-25 dəqiqə davam etmiş, ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Məhz ətrafa toplaşan şəxslər də onları döyən şəxsləri ayırmışlar. Hadisə vaxtı iki ədəd dişi qırılmış və baş nahiyəsində əziklər yaranmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Belə ki, təxminən 2 ay bundan əvvəl Vüsal ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi şəhərcikdə fəhlə işləmişdir. Mərhum Zərərçəkmiş şəxs3 isə heç vaxt tanımamışdır. Təxminən 2 ay bundan əvvəl o, Sumqayıt şəhərinə gələrək müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonuncu dəfə isə təxminən 10 gün bundan əvvəl Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə adını xatırlamadığı şəxsə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində kirayə yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində o, Sumqayıt şəhərində yaşayan qızı Ləmanın evindən çıxıb öz yaşadığı evə gəlmişdir. O, gələn zaman evdə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 da evdə olmuşlar. Onlardan əlavə Fəzail, Aslan və Elşən adlı şəxslər də evə qonaq gəlmişlər. O, evə çatdıqdan təxminən 5 dəqiqə sonra Fəzail, Aslan və Elşən çıxıb getmişlər. Saat 23 radələrində o, Habil və Vüsal siqaret almaq üçün evinin yanındakı mağazaya getmişlər. Mağazaya çatdıqda Habil və Vüsal çöldə gözləmiş, o isə mağazaya daxil olmuşdur. O, mağazada satıcı ilə söhbət edərkən təxminən 5 dəqiqə sonra Habil və Vüsal mağazaya daxil olaraq satıcıdan onların barəsində hər hansı bir narazılıq olub-olmamasını soruşmuşlar. Satıcı isə Habil və Vüsala heç bir narazılıq olmadığını söyləmişdir. Bundan sonra Habil və Vüsal mağazadan çölə çıxmışlar. O isə siqaret və iki pivə götürərək çölə çıxmışdır. Çölə çıxdıqda xeyli sayda adamların toplaşdığını, Habil və Vüsalın bir neçə şəxs tərəfindən döyüldüyünü görmüşdür. O, dərhal Vüsalı və Habili həmin şəxslərin əlindən almağa çalışmışdır. Habili vuraraq yerə yıxdıqlarından o, Habilə kömək edərək ayağa qaldırmış, bu zaman üzünü görmədiyi şəxs onun təpə nahiyəsindən yumruqla vurmuşdur. Lakin o, buna məhəl qoymayaraq Vüsal və Habili dava-dalaşdan aralayıb evinə tərəf gətirmişdir. Evə tərəf gələrkən Tərlan da evdən çıxmışdır. Onlar Tərlana çatan zaman tanımadığı hündür boy, ağ rəngli paltar geyinmiş şəxs Tərlanın sifət nahiyəsindən yumruqla vurmuş və Tərlanın dodağı qanamağa başlamışdır. Onlar evə girdikdən sonra Vüsal Fəzailə zəng vuraraq problem yarandığını bildirib, təcili evə gəlməsini xahiş etmişdir. Təxminən 5-10 dəqiqə sonra polislər evə gəlmişlər və onları polis bölməsinə aparmışlar. Bölmədə olarkən Vüsalın davada bıçaqla adam vurduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə onlarla dalaşan şəxslərin kim olmasını bilməsə də, təxminən yataqxanada yaşayan şəxslərdən olmuşlar. Həmin şəxslərin təxminən 20-25 yaşları olmuşdur. Zahiri əlamətlərini isə xatırlamır. Onun tərəfindən digər şəxslərə hər hansı bir xəsarət yetirilməmişdir. O, yalnız dalaşan tərəfləri aralaşdırmışdır. Vüsal və Habilin isə kimisə vurmağını görməmişdir. Təqsirləndirilən şəxs üzərində hansı məqsədlə bıçaq gəzdirməsini bilmir. Dava-dalaş zamanı Vüsalın kimlərisə bıçaqla vurmasını görməmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş dava- dalaş təxminən 20-25 dəqiqə davam etmiş, ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Məhz ətrafa toplaşan şəxslər də onları döyən şəxsləri ayırmışlar. Hadisə vaxtı 1 dəfə təpə nahiyəsindən yumruq zərbəsi almışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 Zalbala oğlu sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Belə ki, təxminən 2 ay bundan əvvəl Vüsal ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən hərbi şəhərcikdə fəhlə işləmişdir. Mərhum Zərərçəkmiş şəxs3 isə heç vaxt tanımamışdır. Təxminən 2 ay bundan əvvəl o, Sumqayıt şəhərinə gələrək müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonuncu dəfə isə təxminən 10 gün bundan əvvəl Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə adını xatırlamadığı şəxsə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində kirayə yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində o, Təqsirləndirilən şəxs, Şahid1 və əmisi oğlu Aslan Eldarov ilə evdə olarkən Habilin yeznəsi Fəzail Abasov tanışı Elşən adlı şəxslə birlikdə onlara qonaq gəlmişdir. Evdə olarkən o, Adil və Habil üçünə 0,7 litr araq içmişlər. Onlar yeyib-içdikdən sonra saat 22 radələrində Fəzail və tanışı Elşən çıxıb getmiş, Aslanı da evlərinə ötürəcəkləri üçün Aslan da Fəzailgil ilə birlikdə getmişdir. Bir qədər sonra Şahid2 da evə gəlmişdir. Bundan təxminən 1-2 saat sonra Habil, Adil və Vüsal siqaret almaq üçün evin yanındakı mağazaya getmişlər. O isə yorğun olduğundan evdə qalıb yatmışdır. Təxminən 30-40 dəqiqə sonra küçədən gələn səs-küyə yuxudan oyanmışdır. Paltarını geyinərək çölə çıxdıqda Habil, Vüsal və Adilin evə doğru gəldiyini görmüşdür. O, onlara baxan zaman qəflətən yanına bir nəfər gəlib, gözlənilmədən sifətinə yumruq zərbəsi vuraraq oradan uzaqlaşmışdır. Zərbənin təsirindən dodağı partlamış və qanamağa başlamışdır. Buna görə o, dərhal evə daxil olmuş, onun ardınca Vüsalgil də evə gəlmişlər. Vüsalgil ilə birlikdə evə özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər mülki geyimli şəxs də daxil olmuşdur. O, Vüsalgilin sifətində xəsarət izlərini görüb həmin mülki geyimli şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin şəxs ona dava-dalaş olduğunu bildirmişdir. Vüsal Tərlanın telefonunu götürüb Fəzilə zəng vuraraq evə çağırmış, Fəzail ondan nə baş verməsini soruşsa da, Vüsal Fazilə heçnə deməmiş və özünü təcili çatdırmasmı söyləmişdir. Bir neçə dəqiqə sonra isə evə polis əməkdaşları gəlmişlər və onların hamısını polis bölməsinə gətirmişlər. Bölmədə olarkən o, polis əməkdaşlarından Vüsalın bıçaqla 2 nəfəri vurduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə hava qaranlıq olduğundan onu vuran şəxsi görməmiş, lakin həmin şəxsin üzərində ağ rəngli paltar olmuşdur. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs3 öldürməsi, Zərərçəkmiş şəxs1 isə xəsarət yetirməsini görməsə də, polis bölməsində olarkən polisə əməkdaşlarından bu barədə eşitmişdir. Təqsirləndirilən şəxs özü ilə söhbət etmək imkanı olmadığından Vüsaldan bu barədə bir söz soruşa bilməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, həmin gün bərbərdən gəlmişdir. Bir az piyada getmək istəmişdir. Yatmağa vaxtları olmuşdur. Piyada məhəlləyə yaxınlaşmaq istəyəndə tanımadığı şəxslərin olduğunu görmüşdür. Həmin tanımadığı şəxslər söyüşlə mübahisə edirmişlər. Məhəllələrinin girişində dayanmış və onlara baxmışdır. Bir və ya iki dəqiqə müşahidə etmişdir. Deyəsən, orada Məmmədov Adil olmuşdur. Eyni zamanda orada Vüsalı görmüşdür. Rəhmət orada olmamışdır. Ceyhun da o biri tərəfdən ona sarı gəlmişdir. O, nə baş verdiyini soruşanda astaca onu itələmişdir. Bir və ya iki metr aralıda torpaq yolda dayanmışdır. İki nəfər münaqişə etmiş, lakin onları görməmişdir. Qaranlıqda heç bir şey görməmişdir. Deyəsən, mübahisə edənlərin biri Habil olmuşdur. Zahirlə Habil mübahisə edə-edə gəlmişlər. Kimin kimi vurmasını qaranlıqda seçə bilməmişdir. Onlara çatırmışlar. Onlara çatana yaxın Ceyhun onları görmüşdür. O, həmin ana qədər Zahiri tanıya bilməmişdir. Həmin Zahir onların məhəllə uşağı olmuşdur. Elə həmin vaxt Ceyhun onlar tərəfə keçmişdir. Habili ayırmaq üçün Zahiri vurmaq istəyib-istəmədiyini görməmişdir. Bir ya da iki addımdan sonra Habili vurmuşdur. Deyəsən, yumruqla vurmuşdur. Habil bir az arxaya getmişdir. Ceyhun həmçinin dünya çempionudur. Sözün açığı o tərəfə baxmamışdır. Onun yerdə olan şəxsə yazığı gəlmişdir. Həmçinin o yerdə olan şəxsi tanımamışdır. O, yerdən uzanan şəxsin kim olduğunu görmək üçün həmin tərəfə qaçmışdır. Zahirin sifəti çox pis vəziyyətdə olmuşdur. Ondan niyə bu gündə olduğunu soruşmaq istəmişdir. Münaqişə üç və ya dörd dəqiqə çəkmişdir. Məhəllədən bir uşaq sonradan gəlmişdir. Ona “Zahirin yanına get” demişdir. Sözün açığı o, Ceyhunun yanına getmək istəmişdir. Aralarında bəlli bir məsafə olmuşdur. Zahir həmin vaxt hələ də yerdə olmuşdur. Zahir asta-asta yerdən qalxırmış. O, özü onların yanına getmişdir. Həmin vaxt Vüsal bıçağı çıxarmışdır. Bir dəfə bıçaq atmış, amma həmin bıçaq Ceyhuna dəyməmişdir. Bıçağı çıxardan və atan Vüsal olmuşdur. Ceyhun Vüsaldan qorxmayaraq onun üzərinə getmişdir. Ceyhun iri bədənli biri olmuşdur. Bıçaqsız Vüsal ona heç bir şey edə bilməzmiş. O, həmin vaxt qışqırmışdır. Ramin Bədəlov orada olmuşdur. Ramin Bədəlov onun qardaşıdır. Ramin Bədəlovu vurduqlarını demişdir. Həmin şəxs hazırda öz işi ilə bağlı xaricdədir. O həmin vaxt özünü itirmişdir. Dostu yaralı olmuşdur. Sağındakı və solundakı şəxslərin kim olduğunu bilməmişdir. Deyəsən, şəxs içkili olmuşdur. Ayaq üstə dayana bilməmişdir. Raminlə rəhmətliyi yerdən götürmüş və onların evlərinin qarşısına qoymuşdur. Raminə qışqıraraq “qaç kimisə köməyə çağır” demişdir. Ceyhun vurulandan sonra camaat aşağı düşmüşdür. Binadan da sakinlər “təcili yardıma zəng edin” deyə qışqırmışdır. Məhəllə əməlli-başlı qarışmışdır. O, Ceyhunun yanında olmuşdur. Ramin onların yanlarından aralanmışdır. Sonradan Zərərçəkmiş şəxs1 gəldiyini görmüşdür. Yanlarına çatanda Zahir axsaya-axsaya yanlarından uzaqlaşdığını görmüşdür. Təcili Tibbi yardıma zəng etmiş və onların qəbuluna düşə bilmirmiş. Həmin vaxt özündə olmamışdır. Onun özü yanındakı şəxsə “yaralı olan şəxsin yanına get” demişdir. Onların yaralı da olsa digər şəxsin yanına gedib, yenidən bir-birilərini vuracaqlarını düşünmüşdür. Zahir onların məhəllələrində kirayədə yaşadıqları yerə tərəf getmişdir. Məhəllədə bir nəfər xanım olmuş və evdən su gətirmişdir. Evdən həmçinin parça gətirmişdir. O, tez Ceyhunun yarasına baxmışdır. Qan çıxmadığını görəndə dəhşətə gəlmişdir. Bıçağın buna dəyməsinə baxmayaraq şəxsdən qan çıxmamışdır. Həmin vaxt o, X26 əməkdaşı ilə danışırmış. O danışan zaman Ramin üzərinin yaş olduğunu bildirərək “telefonun işığını şəxsin üzərinə vur” demişdir. İki yaralı olduğunu onunla telefonda danışan şəxsə demişdir. Elə bu an məhəllədən bir avtomobil çıxmışdır. Həmin şəxs məhəllə sakini olmuşdur. Həmin şəxsə “bunları xəstəxanaya çatdıraq” demişdir. Həmin şəxs də məhəllədə nə söhbət olduğunu bilməmişdir. Xəstəxanaya onları çatmışlar. Xəstəxanaya çatanda bunu xəstəxanaya nə üçün gətirmisiz demişlər. Şəxsin artıq öldüyünü demişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanıyır. İstintaqa ifadə verəndə hər bir şeyi olduğu kimi danışmışdır. Üç metr aralıda bu söhbətlər olmuşdur. Həmin gün dükana girib alış-veriş edən şəxs çox olmuşdur. Dükanı işlədən şəxs özü olmuşdur. Həmin əraziyə şəxslər beş və ya on gün olar ki, gəlmişlər. Evin ehtiyaclarını dükandan alırmışlar. O, oradan şəxsləri tanımışdır. Malı alarkən nisyə istəmişlər. O, malı nisyə verməmişdir. Başqa bir söhbətləri olmamışdır. Vüsalı dükana girəndə görmüşdür. İstintaq ifadəsində göstərdiyi aralarında olan söhbət olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. 2001-ci ildə daxili işlər orqanlarında işləyir. Təxminən 5-6 ay əvvəldən Sumqayıt Mühafizə İdarəsinin polis nəfəri vəziəfəsində işləyir. 10 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən çöldə səs-küy olduğunu eşidib çölə çıxmışdır. Həmin vaxt yataqxananın qarşısında asfaltın üzərində bir nəfər tanımadığı cavan oğlanın yerdə uzandığını sinəsində yara olduğunu görmüşdür. Ətrafa çoxsaylı şəxs toplaşmışdır. Bir nəfər tanımadığı oğlan da belini tuta-tuta yaralandığını demişdir. O, nə baş verdiyini soruşanda hər iki şəxsin bıçaqlandığını öyrənmişdir. Həmin şəxslər üçün təcili tibbi yardım çağırılmış, lakin vaxt itirilməməsi üçün yataqxananın qarşısında olan “Wolksvagen” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxsləri xəstəxanaya aparmışlar. O, dərhal DİN-in 102 zəng xidmətinə müraciət edib özünü təqdim etmiş və hadisə barədə məlumat vermişdir. Bundan sonra həmin şəxsləri bıçaqlayan şəxsləri müəyyən etmək üçün ətrafdakı şəxslərə suallar verəndə, həmin şəxslərin yataqxanın arxasındakı fərdi evdə yaşadıqlarını öyrənmişdir. Bundan sonra həmin fərdi evə yaxınlaşdıqda müəyyən etmişdir ki, həmin şəxslər həmin evin bir otağında kirayə yaşamışlar. O, həmin otağın qapısını 2-3 dəfə döyəndən sonra həmin qapını açmışlar. O, içəri girmək üçün icazə istəyib içəri daxil olmuşdur. Qapını isə arxadan bağlamışdır ki, onun arxasınca gələn yataqxana sakinləri ora daxil olmasın. O, həmin otaqda olan 5 nəfər şəxsə özünü təqdim edib hadisə barədə soruşmuşdur. Onların içərisindən bir nəfər kişi özünü Vüsal kimi təqdim edib həmin şəxsləri onun bıçaqla vurduğunu bildirmişdir. O, Vüsala qanuna tabe olmasını və polis bölməsinə getmələrini təklif etmişdir. Vüsal da onunla razılaşmışdır. Həmin ünvana polis əməkdaşları yaxınlaşdıqdan sonra onları 5-ci polis bölməsinə aparmışlar. O, həmin ünvanda olanda Vüsal iki ədəd bıçaq göstərərək həmin bıçaqlardan birini zərərçəkmiş şəxsdən götürdüyünü digərinin isə özünə məxsus olduğunu bildirmişdir. Həmin bıçaqları da 5-ci polis bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Lakin hadisəni o görməmiş, hadisədən sonra səs-küyə çölə çıxmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anası X10 ilə birlikdə yaşayır. Təxminən 2-3 ildir ki, Türkiyə Respublikasında yaşayıb işləyir. 8 noyabr 2024-cü il tarixdə Türkiyə Respublikasında yaşamaq üçün icazə müddəti bitdiyinə görə deportasiya olunub Azərbaycan Respublikasına gəlmişdir. Zərərçəkmiş şəxs3 tanıyır, onunla düşmənçilik və ədavəti yoxdur, Ceyhun yaşadığı yataqxanın yanında yerləşən 3 nömrəli peşə liseyində məskunlaşıb yaşamışdır. Zərərçəkmiş şəxs1 tanıyır, düşmənçilik və ədavəti yoxdur, Zahir yaşadığı yataqxananın arxasında yerləşən fərdi evdə yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində o, yaşadığı 5 nömrəli yataqxanadan çıxıb Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən Fəxri Marketin yaxınlığında yaşayan bacısıgilə getmək istəmişdir. Həmin vaxt Qurban Məmmədov adma Qubadlı rayon Yuxarı Mollu tam orta məktəbinin yanında Ceyhun və Zahirlə rastlaşmışdır. Onlarla görüşüb söhbət etmiş və yataqxana istiqamətində geri qayıdıb Ceyhunu evlərinə yola salmışdır. Təxminən 2-3 dəqiqə söhbətləşmişlər. Yataqxananın yanındakı Gülağanın işlətdiyi mağazanın qarşısına çatanda orada 3 nəfər tanımadığı kişi olmuşdur. Onlardan biri mağazaya daxil olmuşdur. Bu zaman ya Ceyhun, ya da Zahir demişdir ki, mağazadan səs-küy gəlir. Mağazanın qarşısında gözləyən iki nəfərdən daha hündür olan, ağsaçlı bir kişi mağazaya daxil olub qısa müddət sonra geri qayıtmış və “nə səs- küy, nə səs-küy” deyərək onların üstünə cummuş və Ceyhunla bir-birinin yaxasından yapışmışlar. Həmin şəxs Ceyhunun başına əli ilə vurmuşdur. Həmin zərbədən Ceyhun mağazanın qarşısında yerə yıxılmışdır. O, həmin şəxslərin sərxoş olduğunu başa düşüb Ceyhunu onlardan uzaqlaşdırmaq üçün tutub özü ilə yataqxanın arxa tərəfinə aparmışdır. Onu sakitləşdirmək, davadan yayındırmaq istəmişdir. Qısa müddət sonra onlar yataqxanın digər tərəfi ilə hərəkət edib yataqxanın qarşısındakı besetkanın yanına gəlmişlər. Bu zaman o, yolun boşalıb-boşalmadığını, yəni həmin şəxslərin orada olub-olmadığını yoxlamaq üçün irəli getmiş və həmin vaxt Ceyhunu vuran ağsaçlı kişinin Zahirin yaxasından yapışıb silkələdiyini, onlardan üzr istəməsini tələb etdiyini görmüşdür. O, buna görə ora yaxınlaşıb onları aralaşdırmaq istəmişdir. Həmin ağsaçlı kişinin yanında olan digər şəxsin əlində iki ədəd ağzı açılmamış şüşə pivə butulkası olmuşdur. O yaxınlaşanda Zahirlə həmin ağsaçlı şəxs əlbəyaxa olmağa başlamış, o, onları aralaşdırmağa çalışmışdır. Hava qaranlıq olmuş, Zahir və hündürboy, ağsaçlı şəxs yerdə yumalanmağa başlamışlar. Bu zaman o, sağa dönüb orada olan ağ rəngli uzun avtobusa tərəf baxanda Ceyhunun da artıq ora gəldiyini, onların yanında olan qısaboylu şəxsin Ceyhunun ürək nahiyəsində əlindəki bıçaqla zərbə vurduğunu görmüşdür. Bundan sonra Ceyhun ürək nahiyəsini tutub yerə yıxılmışdır. O, dərhal Ceyhunun yanına qaçıb ona kömək etmişdir. Həmin vaxt isə arxa tərəfində, yəni Zahirlə ağsaçlı şəxsin dalaşdığı yerdən şüşə butulkanın qırılması səsini eşitmişdir. Lakin həmin butulkanın hansı şəraitdə qırıldığını bilməmiş, buna çox fikir də verə bilməmişdir. Çünki Ceyhunu bıçaqla ürəyindən vurmuşlar. Ceyhuna kömək etməyə tələsmişdir. O, həmin anlarda artıq çox həyəcanlı olmuş, ömründə birinci dəfə olmuşdur ki, belə bir halla rastlaşmışdır. Buna görə orada baş verənləri tanm dərk edə bilməmişdir. O, Ceyhuna yaxınlaşıb oradan uzaqlaşdırmağa çalışanda bir nəfər də ona kömək etmişdir. Həmin vaxt həmin şəxsin kim olduğunu həyəcandan xatırlaya bilməmişdir. Həmin şəxslə Ceyhunu yataqxananın qarşısındakı ağacın yanına gətirmişlər. Bir müddət Ceyhuna kömək eləməyə çalışandan sonra üzünü çevirib yataqxananın tinində Zahiri görmüşdür. Zahir yerdə oturub belini tutmuş, ətrafında həmin şəxslər olmamışlar. Zahir belindən bıçaqlandığını demişdir. O, Zahirə tərəf qaçıb öz köynəyini Zahirin belinə sıxmışdır. Daha sonra Ceyhun və Zahiri adını bilmədiyi qonşusunun qara rəngli “Wolkswagen Passat” markalı avtomobilinə mindirib qonşusu Əfqanla birlikdə xəstəxanaya aparmışlar. Avtomobildə yer olmadığına görə o, taksi ilə onların arxasınca getmişdir. Xəstəxanada öyrənmişdir ki, ona Ceyhunu bıçaqlandığı yerdən uzaqlaşdırmağa Əfqan kömək etmişdir. Orada həmçinin, Ceyhunun xəstəxanaya çatmadan öldüyünü öyrənmişdir. Əvvəlcə əli ilə Ceyhunun başından vuran və Zahir döyən şəxs ağsaçlı, digərlərindən nisbətən hündür olmuşdur. Hava qaranlıq olduğundan digərləri barədə məlumatları tam xatırlamır. Mübahisədən əvvəl mağazaya daxil olub qısa müddət sonra çıxıb onlara hücum edən, Ceyhunun başına əli ilə vurub onu yerə yıxan, həmçinin, Zahirin yaxasından yapışıb silkələyib ondan üzr istəməsini tələb edən, onunla əlbəyaxa dalaşan Şahid1dur. Əlindəki bıçaqla Ceyhuna ürəyindən zərbə vuran şəxs Təqsirləndirilən şəxs Mürsəl oğludur. Onlardan ayrılıb mağazaya ilk daxil olan, daha sonra əlində iki ədəd şüşə pivə butulkası olan isə Şahid2dur. Həmin şəxsin əlindəki şüşə butulkalarla kiməsə zərbə vurmasını görməsə də, o, Ceyhunun köməyinə qaçanda arxasından şüşə butulkaların sınmasının səslərini eşitmişdir. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən digər şəxslərə xəsarət yetirildiyini görməmişdir. O, Ceyhunun və Zahirin üzərində və əlində bıçaq olduğunu görməmişdir. Ceyhun idmançı olmuş, bıçaq gəzdirməsinə ehtiyac olmamışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaş təxminən 15-20 dəqiqə davam etmiş, ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Həmin vaxt o, çox həyəcanlı olduğuna görə hər şeyi dərk edə bilməmişdir. Hadisə vaxtı hər hansı xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 3 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs2 80 manat borcu qalmışdır. Buna görə də Zərərçəkmiş şəxs2 zəng edərək görüşmək istədiyini, borcunu geri qaytarmaq istədiyini demişdir. Böyrək də Bakı şəhərində olduğunu, Sumqayıt şəhərinə gələndə xəbər edəcəyini demişdir. Saat təxminən 23 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edərək Sumqayıt şəhərində olduğunu demiş və onlar Sumqayıt şəhəri, 3-cü mkr ərazisində kafedə görüşmüşlər. Kafedə olan zaman Zərərçəkmiş şəxs2 pivə içmişdir. Orada olduqda o, Böyrəyə olan borcunun 60 manatını vermiş və Böyrəyə 20 manat borcu qalmışdır. Təxminən yarım saat kafedə oturduqdan sonra həmin kafedən durmuşlar. Kafenin yaxınlığında tanışı Təqsirləndirilən şəxs Mürsəl oğlu ilə qarşılaşmışlar. Bu zaman Vüsalın yanında bir nəfər də tanışı olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs2 yenidən pivə içməyi təklif etmişdir. Dördü birlikdə Sumqayıt şəhəri, 3cü mikrorayonda yerləşən “Sərin” adlı kafeyə getmişlər. Orada olan zaman 4-ü də pivə içmişlər. Təxminən yarım saat-1 saat oturduqdan sonra durub kafedən çıxmışlar. Kafenin yanında olan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 münasibətləri yaxşılaşmış, bir-biri ilə talış dilində zarafatlaşmağa başlamışlar. O da bu zaman Təqsirləndirilən şəxs ilə birlikdə gələn şəxslə söhbət etmişlər. Söhbət edən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğunu görmüşdür. Dərhal araya girib onları aralaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 aralaşıb çıxıb getmişdir. O da Təqsirləndirilən şəxs ilə getmişdir. O, Böyrəyi vurmamışdır. Sadəcə onları aralaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Sumqayıt şəhəri, 76-cı məhəllə, 5 saylı yataqxananın qarşısında yerləşir. Yataqxana beşmərtəbəli binadan ibarətdir. Yataqxananın ön tərəfinin sağ küncündə binanın qarısında bir ədəd ağac vardır. Həmin ağacın ətrafında su gölməçəsi vardır. Həmin gölməçənin.içərisində bir ədəd qara rəngli “KGTEL” markalı telefon vardır. Ağacın sağ tərəfində asfalt örtüyün üzərində bir ədəd qanabənzər maddə vardır. Həmin yerdən yataqxananın arxa tərəfinə əks tərəfə və sağ tərəfə asfalt yol uzanır. Sağ tərəfə uzanan yolun sol tərəfində bir neçə dükan vardır. Həmin dükanlardan biri də ərzaq dükanıdır. Dükanın ön tərəfində asfalt yoldan geridə boş torpaq sahəsi vardır. Həmin sahədə bir ədəd ağ rəngli avtobus vardır. Yataqxananın arxasında birmərtəbəli fərdi yaşayış evləri vardır. “Meyitə baxış keçirilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində yaşıl rəngli gödəkçə, ağ rəngli qısaqol köynək, boz rəngli parça şalvar, şalvarın belində qara rəngli kəmər, boz rəngli mayka və tuman (nəcislə bulanmış haldadır) vardır. Köynəyin ön səthinin sol yarısında aşağı sərbəst kənardan 37,8 sm yuxarıda sol yan tikişdən 16,5 sm sağda, 2,2x0,5 sm ölçüdə kənarları hamar zədə vardır. Boz rəngli maykanın ön səthinin sol yarısında aşağı sərbəst tikişdən 82 sm yuxarıda, 2,2x0,5 sm ölçüdə, kənarları hamar zədə vardır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 170 sm-dir. Meyit düzgün bədən quruluşlu olub, kafi qidahdır, boyu 170,0sm-dir. Meyit əllə toxunduqda ilıqdır. Meyit qacıması əl barmaqlarında və çeynəmə əzələlərində kafi inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında isə inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səhtini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-göy rəngdə olub, barmaqla təzyiq etdikdə itir və 20-25 saniyə sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qara rəngdə olub, uzunluğu 2-3 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, güzehli qişa tünd-qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə tamdır, gözlə görünən patoloji dəyişiklik yoxdur. Ağzı qapalıdır, dişləri tam, təbiidir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qarnı döş qəfəsi səviyyəsindən bir qədər aşağıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı nəcislə bulaşmışdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ dizin ön səthində 6,0x7,0 sm, sol dizin ön səthində 2,8x1,7 sm və 2,Ox, 1,0 sm, sağ əl barmaqların hər birinin arxa səthində müvafiq olaraq 2,0x2,5 sm 2,0x2,0 sm; 1,5x2,2 sm; 2,0x1,8 sm; 3,0x2,0 sm ölçülərdə, ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli qartmaqla örtülü sıyrıqlar vardır. Döş qəfəsinin ön səhinin sol yarısında körpüsük xətti üzrə İV- Vqabırğarası sahədə 2,2x1,2 sm ölçüdə kənarları hamar mənfəzi açıq yara vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1923 nömrəli rəyindən müəyyən olunur ki, Şahid2 bədəni üzərində sol təpə-ənsə nahiyyəsinin dərialtı hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya ilə yetirilən bir zərbənin təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvələ uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1731 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol çənə şaxəsinin yerdəyişən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 saat əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yumruq zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1922 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Mürsəl oğlunun bədəni üzərində sağ gicgah, sol qulaq seyvanın və sağ mil-bilək oynağı nahiyyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya ilə yetirilən bir zərbənin təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvələ uyğun gəlir və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 126 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 meyiti üzərində döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, hər iki dizin ön səthinin və sol əl barmaqlarının sıyrıqları aşkar edilmişdir. Yara kanalının ümumi uzunluğu 8,0-8,5 sm-dir, yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur. Qeyd olunan xəsarətlər həyatidirlər, həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən, hər iki dizin ön səthinin və sol əl barmaqlarının sıyrıqları isə küt əşyanın təsirindən yaranmışdırlar, qərarda göstərilən 11.11.24-cü il tarixdən az əvvəl əmələ gələ bilərlər və döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər yəni - hər iki dizin ön səthinin və sol əl barmaqlarının sıyrıqları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edən, sol ağciyəri və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitiımə olmuşdur. Zərərçəkmiş şəxs3 meyiti üzərində aşkar olunmuş xəsarətin xarakterlərinə, ölçülərinə, həmçinin maddi sübut kimi təqdim olunmuş bıçaqların konstruktiv xüsusiyyətlərinə əsasən demək olar ki, qeyd olunan deşilmiş-kəsilmiş yara təqdim olunmuş 2-ci bıçaqla, eləcədə ona bənzər bıçaqlarla yetirilə bilərdi. Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (11.11.24-cü il tarixdə, saat 00:30-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs3 bədənində aşkar olumuş döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarasının lokalozasiyasına və xarakterinə əsasən demək olar ki, həmin xəsarət yetirilən andan xəsarət alanla xəsarət yetirən müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, üzbəüz vəziyyətdə, xəsarət alan arxasıüstə yerdə uzanmış vəziyyətdə və s.) ola bilərdilər. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində -l,37%0 etil spirti aşkar edilmişdir. Bu da müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkaqol sərxoşluğuna aiddir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” A/2897 saylı, xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 85 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sağ yarısının arxa səthinin və qamın sağ yan səthinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları,həmçinin sol bazunun deşilmiş-kəsilmiş yarası, sol üst göz qapağının və sol gözaltı nahiyyənin əzilmiş-cırılmış yarası və sol gözətrafı nahiyyənin hematoması. Qeyd olunan xəsarətlərdən- döş qəfəsinin sağ yarısının arxa səthinin və qamın sağ yan səthinin boşluğa keçməyən deşilmiş-kəsilmiş yaraları, həmçinin sol bazunun deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən, sol üst göz qapağının və sol gözaltı nahiyyənin əzilmiş-cırılmış yarası və sol gözətrafı nahiyyənin hematoması isə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 10.11.24-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ayrı-ayrılıqda, eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralardan döş qəfəsindəki yara kanalının istqaməti bayırdan-içəriyə, aşağıdan-yuxarıya doğrudur,onun adma tərtib olunmuş tibbi sənəddə digər yara kanalının istiqamətləri haqqında məlumat qeyd edilməmişdir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş yaralar xəstəxanada cərrahi işləndiyindən ekspertizaya təqdim olunmuş bıçaqlardan hansı ilə yetirilməsi haqqında fikir söyləmək mümkün olmadı. Xəsarətlərin lokalizasiyalarına əsasən demək olar ki, xəsarət yetirilən anda xəsarət alanla xəsarət yetirən müxtəlif duruş vəziyyətlərində (üzbəüz, yerdə uzanmış vəziyyətdə, xəsarət alanine arxa tərəfi xəsarət yetirənin önünə doğru) ola bilərdi. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3473 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Mürsəl oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs Mürsəl oğlunun əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs Mürsəl oğlu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Mürsəl oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs Mürsəl oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Mürsəl oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs Mürsəl oğlu öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Mürsəl oğlunun barəsində tibbi xarakterli məcburi malicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Mürsəl oğlunun əqli-intellektual imkanları normaya uyğundur. Konfliktə meyillilik, kobudluq, qıcığa qarşı həssaslıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs Mürsəl oğlunun emosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs Mürsəl oğlu hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs Mürsəl oğlu emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7699 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Mürsəl oğluna xx.xx.2016-cı il tarixdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi diaqnozu təyin olunmuşdur. Lakin hal-hazırda davamlı remissiya vəziyyətindədir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə zərurət yoxdur. Lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/5260 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs Mürsəl oğluna, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Şahid3, Şahid2 və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının və 02 ədəd bıçaqların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Şahid1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs Mürsəl oğluna, Şahid3, Şahid2 və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs Mürsəl oğluna, Şahid3 və Şahid2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 02 ədəd bıçaqların üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Kompleks məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi- kriminalistik və soyuq silah ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 793/2024-MTBŞ nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 qan qrupu- A(İİ), Zərərçəkmiş şəxs1 qan qrupu- A (İİ), Şahid1 qan qrupu- B(İİİ), Şahid2 qan qrupu- A(İİ), Şahid3 qan qrupu- 0(1) (Təqdim olunan portalların çıxarılışm kserosurətinə əsasən), Təqsirləndirilən şəxs Mürsəl oğlunun qan qrupu- AB(İV) (X3 Sistemindən şəxsi məlumatların çıxarışının kserosurətinə əsasən), ekspertizaya təqdim olunan 01 ədəd böyiik cib bıçağı, 01 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus trusik, şalvar, 01 cüt ayaqqabı, Şahid2 məxsus gödəkcə, Şahid3 məxsus gödəkcə, Şahid1 məxsus sviter, şalvar, Zərərçəkmiş şəxs3 məxsus kofta, alt mayka, gödəkcə və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti A BO sistemi üzrə tədqiq olunduqda Şahid3 məxsus gödəkcə üzərindəki ləkələrdən başqa bütün ləkələrdə «A» və «H» antigenləri alındı, aqqlyutininlər isə alınmadı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə (şəxslərə), həmçinin zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 /əgər onların qanında müşayiətçi H antigeni varsa) və o cümlədən Şahid2 məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa.Qanın qarışıq olduğu halında və hadisə zamanı Oalfa,beta(İ) qruplu Şahid3 qanaxma ilə müşahidə olunan xəsarət varsa, ləkələrdə onunda qarışmış qanının olması inkar edilmir. Şahid3 məxsus gödəkcə üzərindəki ləkədə isə yahnz «H» antigeni alındı.Bu qan ləkəsi Oalfa,beta(İ) qruplu ŞƏXSƏ, o cümlədən Şahid3 məxsus ola bilər, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiq olunan kiçik cib bıçağı üzərində qan, Zərərçəkmiş şəxs1 məxsus gödəkcə, Şahid2 məxsus köynək, şalvar, 01 cüt ayaqqabı, Şahid3 məxsus köynək, şalvar, 01 ciit ayaqqabı, Şahid1 məxsus kofta, 01 ciit başmaq, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar, gödəkcə üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Kompleks məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi- kriminalistik və soyuq silah ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 556/2024-MTKŞ nömrəli rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs3 məxsus köynəyin ön səthinin sol nahiyəsində, bir ədəd; maykanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd; şalvarın sağ ayağının ön səthində iki ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş böyük ölçülü bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Digər kiçik ölçüiü bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs3 məxsus gödəkçə üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs Mürsəl oğluna məxsus gödəkçənin sağ qolunun arxa səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş kiçik ölçülü bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Digər böyük ölçülü bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs Mürsəl oğluna məxsus köynək və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus tumanın bel nahiyəsinin ön sol səthində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş kiçik ölçülü bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Digər böyük ölçülü bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs Şahid3 Zalbala oğluna məxsus gödəkçə, köynək, şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs Şahid1 məxsus sviter, köynək, şalvar və bir cüt çəkələk üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Lənkəran şəhər Narkoloji Xəstəxanasından daxil olmuş məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2018-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. Sumqayıt şəhər polis idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Mürsəl oğlu Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Mürsəl oğlu Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mürsəl oğluna Lənkəran rayon məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli 1(049)-191/2016 sayh hökmü ilə təyin olunmuş və 11 dekabr 2016-cı il tarixinə çəkilməmiş qalan qazancının 15 faizi dövlət nəfmə tutulmaqla 1 il 11 ay 24 gün müddətinə islah işləri növündə cəzası Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 3 günü bərabər tutulmaqla hazırki hökmlə ətyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 2 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 4(060)-350/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmin plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə, həmin Məcəllənin 120.2.7-cü maddəsinə əsasən iki və ya daha çox şəxsi öldürmə qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerinin baxışı zamanı götürülmüş bir ədəd qanabənzər maddə nümunəsi, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan bir ədəd şalvar, bir ədəd gödəkcə və bir ədəd köynək, Zərərçəkmiş şəxs1 əynində olan bir ədəd şalvar, bir ədəd gödəkcə, bir ədəd tuman və bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs3 əynində olan bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd gödəkcə və bir ədəd köynək məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 127.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 29,120.2.2, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 127.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarına qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunan 19 (on doqquz) il azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 18 (on səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 154 (yüz əlli dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerinin baxışı zamanı götürülmüş bir ədəd qanabənzər maddə nümunəsi, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olan bir ədəd şalvar, bir ədəd gödəkcə və bir ədəd köynək, Zərərçəkmiş şəxs1 əynində olan bir ədəd şalvar, bir ədəd gödəkcə, bir ədəd tuman və bir cüt ayaqqabı, Zərərçəkmiş şəxs3 əynində olan bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd gödəkcə və bir ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-287/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-287/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver