Məhkəmə qərarları › İş №1(124)-29/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-29/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-29/2022 15.02.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1988-ci ildə Qazaxıstan Respublikasının Aktyubinsk şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımış və saxlamış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək, daşımaqla yaşadığı mənzildə saxlamışdır. Belə ki, o, 2021-ci ilin mart ayının əvvəllərində Tovuz rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd kibrit qutusunun içərisində 1 ədəd gümüşü siqaret kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil olan təmiz çəkisi 0,269 qram psixotrop maddə metamfetamini və 10 manat müqabilində bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 0,338 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımaqla üzərində saxlamış, 15 mart 2021-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri Binəqədi RPİ-nin 7ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon A. Məmmədov küçəsi 11 nömrəli binanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirilərək, şəxsi axtarışı keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən həmin 0,269 qram çəkidə psixotrop maddə metamfetamin və 0,338 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Məmməd adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin 800 manat müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 23 mart 2021-ci il tarixdə bir qrup şəxs halında Məmməd adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 10 nömrəli binanın qarşısındakı zibil qutusunun yanına qoyduğu ağ rəngli sellofan bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 2145,6 qram (2kq 145,6 qr) külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi öz kirayə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 26-cı məhəllə “AAAF MTK” ev 11, mənzil 5 ünvanına gətirməklə daşıyıb mənzilin qonaq otağındakı divanın yanında qara rəngli idman çatnasının içərisində saxlamış, 31 mart 2021-ci il tarixdə saat 19:20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs kirayə yaşadığı Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 26-cı məhəllə “AAAF MTK” 11 saylı evin, 5 nömrəli mənzilinə keçirilmiş baxış zamanı mənzilin qonaq otağındakı divanın yanında qara rəngli idman çantasının içərisində saxladığı həmin təmiz çəkisi 2145,6 qram (2kq 145,6 qr) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin otaqdakı jurnal masasının üzərində 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd etmişdir ki, 15 mart 2021-ci il tarixdə saat 00:10 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitə daşınmasında şübhəli olduğunu bildirmişlər və onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş və baxış zamanı o, əynindəki mavi rəngli şalvarın sağ yan cibində olan kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuş və qutunu açaraq içərisində olan 1 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində psixotrop maddə olan «şüşə» adlanan metamfetamini və kibrit qutusunun içərisində az miqdarda yaşıl rəngli qurudulmuş ot-bitki yəni marixuananı çıxardıb təqdim etmişdir. Sorğu zamanı o həmin narkotik vasitələri Tovuz rayonunda tanımadığı şəxsdən 20 və 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Metamfetamini 20 manata, marixuananı isə 10 manata almışdır. Daha sonra, üzərindən aşkar edilən narkotik vasitələr qablaşdarılmış və möhürlənmişdir. Ondan narkotik vasitə aşkar edilməsi haqqında protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolu imzalamışlar. Bundan başqa, o, qeyd etmişdir ki, əvvəllər cinayət əməli törətdiyinə görə 2013-cü il tarixdə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Həmin vaxt onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan “Baba” ləqəbli şəxsin vasitəsi İran İslam Respublikası vətəndaşı Məmməd adlı şəxslə tanış olmuşdur. O, Məmmədin narkotik vasitə olan heroin satışı ilə məşğul olduğunu bilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra “Baba” ləqəbli şəxslə əlaqəsi kəsilsə də, onun İran İslam Respublikasında yaşayan dostu Məmmədin mobil nömrəsi onda qalmışdır. Son zamanlar dolana bilmədiyi üçün və pula ehtiyacı olduğu üçün istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsi ilə hal-hazırda yadında qalmayan Məmmədin mobil nömrəsi ilə əlaqə saxlamış və ona iş üçün müraciət etmişdir. Məmməd də ona demişdir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə heroin gətirir və təklif etmişdir ki, Azərbaycan Respublikası ərazisində narkotik vasitənin bir yerdən digər yerə daşımağında köməklik etdiyi halda əvəzində pul verəcəkdir. Bu təklif ilə razılaşdıqdan sonra təxminən 23 mart 2021-ci il tarixdə Məmməd onunla “vatsap” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamış və Abşeron-Sumqayıt yolunun Abşeron rayon Xırdalan şəhəri ərazisindən keçən hissəsində “Rahat” marketin yaxınlığında yerləşən piyada keçidinin yanında ağ sellofanda narkotik vasitə olan heroin olduğunu və həmin narkotiki götürməyini, sonradan isə Məmmədin dediyi yerə aparıb verməyini demişdir. Bunun müqabilində Məmməd ona 800 manat pul verəcəyi barədə söz vermişdir. Pula ehtiyacı olduğu üçün Məmmədlə razılaşmış və Məmmədin dediyi yerə getmiş, orada ağ sellofanda narkotik maddəni yerdən götürmüş və kirayə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri "xxxx" MTK ev 11 nömrəsiz evə aparmışdır. Bundan sonra o, Məmmədlə əlaqə saxlamış və Məmməd ona kart nömrəsi verməyini demişdir. Həmin vaxtı onun özündə Nazim kimi adını bildiyi anket məlumatlarını dəqiq bilmədiyi tanışının bank kartı olmuşdur. O, həmin kartın nömrəsini Məmmədə vermişdir. Məmməd ilkin olaraq 400 manat pul verəcəyini, digər 400 manat pulu isə götürdüyü narkotik vasitəni başqa yerə çatdıracağı təqdirdə verəcəyini demişdir. O Məmmədlə razılaşmışdır. Məmməd həmin karta 400 manat pul göndərmiş və o həmin pulu götürmüşdür. Sonra isə həmin kartı tullamışdır. O evdə saxladığı heroindən bir neçə dəfə özü istifadə etmişdir. 31.03.2021-ci il tarixdə saat 18.30 radələrində yaşadığı binanın qarşısında tanımadığı polislər ona yaxınlaşmışlar. Ona yaşadığı mənzildə narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər. O polis əməkdaşlarına evində narkotik vasitə gizlətdiyini etiraf etmiş və evində axtarış aparılmasına icazə vermişdir. Bundan sonra vəkilin iştirakı ilə mənzilə daxil olunmuşdur. Qonaq otağında divanın yanında stolun altında idman çantasının içərisində saxladığı narkotik maddə heroini çıxarıb təqdim etmiş, həmçinin qonaq otağındakı jurnal masasının üzərində olan elektron tərəzi və aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qara sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, mənzilindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəkdir. Sonra polis əməkdaşları tərəfindən mənzilinə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Pİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 14.03.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon RPİ-nin 7-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı 7ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 15.03.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 00:15-də Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, Təqsirləndirilən şəxs küçəsi 11 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 7-ci PB-nə gətirilmiş və şəxsiyyəti dəqiqləşdirilərək müəyyən edilmişdir ki, o, xx.xx.1988-ci il tarixdə Qazaxstan Respublikası Aktyubinsk şəhərində anadan olmuş, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuş və həmin kibrit qutusunun içərisində olan 1 ədəd gümüşü siqaretin kağızına bükülmüş kristal formalı maddəni və kibrit qutusunun içərisində olan yaşıl rəngli quru otu təqdim edərək yaşıl rəngli otun narkotik vasitə qurudulmuş marixuana olmasını gümüşü siqaret kağızına bükülmüş kristal formada maddənin psixotrop maddə olan metamfetamin olmasını, qurudulmuş marixuananı Tovuz rayonundan tanımadığı şəxsdən 20 manata, metamfetamini isə həmin şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminə və marixuanaya bənzər maddə ekspertiza keçirilməsi üçün götürülmüş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid5lə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 230-231) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 mart 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri "xxxx" MTK, bina 11-də kirayə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı mənzildə narkotik vasitə olan heroini saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra ondan polis əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun nəticəsi olaraq 31.03.2021-ci il tarixdə saat 18:30-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 26-cı məhəllə "xxxx" MTK 11 nömrəli yaşadığı binanın 2 nömrəli blokunda Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs Abşeron RPİnin inzibati binasında hüquqları izah edilmiş və müdafiəçinin iştirakı ilə bildirmişdir ki, yaşadığı Abşeron rayonu Xırdalan şəhərində M. Hüseynzadə küçəsi 26-cı məhəllə "xxxx" MTK 11 nömrəli binanın 5 nömrəli mənzildə narkotik vasitə heroin saxlayır, həmin narkotik vasitənin götürülməsi üçün mənzilinə baxış keçirilməsinə razıdır, heç bir etirazı yoxdur. Daha sonra, Təqsirləndirilən şəxs, təhqiqatçı və polis əməkdaşları ilə birlikdə həmin ünvana gedilmiş və saat 19:20 radələrindən başlayaraq mənzildə videoçəkiliş ilə baxış keçiilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qonaq otağında divanın yanında olan qara rəngli idman çantasını təqdim etmiş və içərisində çəkisini bilmədiyi narkotik maddə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin çantanın içərisində şəffaf torbada olan kütləni çıxardıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, 8 gün əvvəl Məmməd adlı İran İslam Respublikası vətəndaşından başqa şəxsə vermək məqsədi ilə götürdüyünü və bu məqsədlə evində saxladığını, saxladığı vaxt ərzində özünün də həmin narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəffaf torbanın içərisində açılıb baxıldıqda orada qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən şəffaf torbada təqdim edilmiş kütlə qara sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 da Şahid1la oxşar məzmunlu ifadələr verməklə qeyd edilən xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 117-118, 119-120) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid6 ifadəsindən görünür ki, o, 3 ildir ki, Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 26-cı məhəllə "xxxx" MTK ev 1, 2, 3, 11 və 12 nömrəli binaların komendantı vəzifəsində işləyir. 2021-ci ilin mart ayının ortalarında “AAAF MTK” ev 11 mənzil 5 ünvanındakı mənzilin sahibinin tanışı Tural adlı şəxs ona müraciət edərək həmin 5 nömrəli mənzili kirayə vermək istədiyini bildirmiş və ona istəyən olsa məlumat verməsini xahiş etmişdir. Həmdə Tural aldı şəxs ona bildirmişdir ki, həmin 5 nömrəli mənzilin sahibi Rusiya Federasiyasında yaşayır, özü isə mənzilin sahibinin dostudur. 2021-ci ilin mart ayının 24-də bir nəfər tanımadığı Tovuz rayonu Əlibəyli kənd sakini Təqsirləndirilən şəxs ona komendant kimi müraciət edərək binalarda kirayə mənzil verilib verilməyini soruşmuşdur. O, 11 nömrəli binada 5 nömrəli mənzilin kirayə verildiyini bildirmiş və bu şəxs sonradan həmin mənzili kirayə götürmüşdür. 01.04.2021-ci il tarixdə saat 09:00 radələrində o işə gələndə iş yerində sakinlərdən eşitmişdir ki, 5 nömrəli mənzildə kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə əlaqədar Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. (Cild 1, iş vərəqləri 114) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-də şəxsi axtarışı aparılarkən o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən kibrit qutusunun içində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütləni və həmin kibrit qutusunda olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər ayrıca kütləni təqdim edərək bunların öz istifadəsi üçün əldə etdiyi metamfetamin və marixuana olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 161-162) Bundan başqa, cinayət işinin materiallarında olan “Axtarış və götürmə haqqında” 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" yaşayış kompleksinin 11 –ci binasının 5 nömrəli mənzilə keçirilən istintaq hərəkəti zamanı qonaq otağında olan divanın yanındakı qara rəngli idman çantasının içərisində ağ sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan əlavə, otaqda olan jurnal masasının üzərindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sonra həmin heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 26-30) “Şəxsi axtarış və götürmə haqqında” 15 mart 2021-ci il tarixli və “Axtarış və götürmə haqqında” 31 mart 2021-ci il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə həm ibtidai istintaq zamanı baxış keçirilərkən, həm də məhkəmədə tərəflərin iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evdə axtarış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair 21 may 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini Məmməd adlı şəxsin qoyduğu yeri və ifadəsində göstərdiyi digər xüsusatları yerində göstərmiş və bunlarla bağlı dəqiqləşdirilmələr aparılmışdır. (Cild 2, iş vərəqləri 11-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2021-ci il tarixli 6/1276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №56» dairəvi möhür əksi olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd bükümdə təmiz çəkimi 2.145,6 (2 kq. 145,6 qr.) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 1, iş vərəqləri 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2021-ci il tarixli 7/276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 176» dairəvi möhür əksi olan, üzərində olan, üzərində «Təqsirləndirilən şəxs imza..2 yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,338 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 176-179) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2021-ci il tarixli 6/1053 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176» dairəvi möhür əksi olan, üzərində Təqsirləndirilən şəxs imza…» yazılan zərfdə təmiz çəkisi 0,269 qram ağ rəngli kristall şəkilli maddə psixotrop maddə-metamfetamindir. (Cild 1, iş vərəqləri 183-188) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 may 2021-ci il tarixli 6/1682 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş elektron tərəzi» yazısı olan zərfdəki bir ədəd arxasında» 500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. (Cild 1, iş vərəqləri 249-252) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 17 may 2021-ci il tarixli 1457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 09 iyun 2021-ci il tarixli 1238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 2-3) Cinayət işi materiallarına əlavə edilmiş “Azerfon” mobil rabitə operatorları tərəfindən təqdim edilmiş 01 ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə gələn və gedən zənglər və antena məlumatlar təhlil edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə ərazisində olmuşdur. (Cild 1, iş vərəqləri 245-246) Cinayət işinin materiallarında olan “Əşyanın maddi sübut kimi tanınması haqqında” 16 mart 2021-ci və 20 may 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı və evində axtarış zamanı aşkar olunaraq götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq çəkisi 0,288 qram olan narkotik vasitə qurudulmuş marixuana, 0,219 qram olan psixotrop maddə metamfetamin, 2.145,6 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2021-ci il tarixli qərara əsasən iş üzrə 02 (iki) ədəd “DVD” formatlı və bir ədəd “CD” formatlı, cəmi 3 ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 191, 232; Cild 2, iş vərəqləri 14-23) Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və digər maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 226-240) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 01 noyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra o, Tovuz rayon məhkəməsinin 12 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Tovuz rayon İcra və Probasiya şöbəsinin 21 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 manat cərimə cəzası ödənilmişdir. (Cild 1, iş vərəqləri 91-93, 236, 238-242) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum və nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2011-ci il təvəllüdlü X2 qeydiyyata alınmış bir azyaşlı övladı vardır. (Cild 1, iş vərəqi 96) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlu 31 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 71-74) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,288 qram olan narkotik vasitə qurudulmuş marixuana, 0,219 qram olan psixotrop maddə metamfetamin və 2.145,6 qram olan narkotik vasitə heroin məhv edilməli, 02 (iki) ədəd “DVD” formatlı və bir ədəd “CD” formatlı olmaqla, cəmi 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 405 (dörd yüz beş) manat 40 (qərx) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron rayon Polis İdarəsində saxlanılan 2.145,4 qram çəkidə narkotik vasitə heroin, 0,228 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,219 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 02 (iki) ədəd “DVD” və 01 (bir) “CD” formatlı olmaqla, 03 (üç) disk cinayət işinin materiallarında saxlanılsın, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 405 (dörd yüz beş) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar