Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-29/2023 05.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. 14 avqust 1988-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Tərtər rayonu. Borsunlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF" yaşayış kompleksi bina 9, mənzil 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə,
2. xx xxxxx 1987-ci ildə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, “Adera" MMCnin direktoru, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə,
3. xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26, ev 387-də qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə,
4. 28 avqust 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olan və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2 ildən artıq müddətdə fəaliyyət göstərməyən Təqsirləndirilən şəxs4 direktoru olduğu “Adera" MMC-nin adından və sənədlərindən istifadə edərək görüntü məqsədi ilə öz dələduzluq əməllərini pərdələmək niyyəti altında xx.xx.2020-ci il tarixdə özlərini “GOLD VİNE" MMC-nin əməkdaşlarına “Adera" MMC-nin əməkdaşları kimi təqdim edib “GOLD VİNE" MMC-yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasında saxlanılan iribuynizlu heyvanlardan üzərinə götürüləcəyi öhdəliyi yerinə yetirməsi şərti ilə vəd verib aldadaraq həmin şirkətlə aralarında uydurma alqı-satqı müqaviləsi bağladıqdan sonra öz cinayət əməllərini reallaşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs MMC- nə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasına gələrək oradan hər bir kiloqramı 5,1 manat (beş manat on qəpik) olan ümumi 124.927,80 manat (bir yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində 57 baş “Anqus-Aberdin" cinsli iri buynuzlu heyvanı dəyərini 7 (yeddi) gün müddətinə ödəmək şərti ilə aldıqdan sonra vədinə əməl etməyib həmin heyvanları izi itirmək məqsədi ilə bir gün müddətinə icarəyə götürdükləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fermaya daşıyıb orada ət satışı ilə məşğul olan tanışları Şahid3, Şahid4 və Şahid5 dəyərindən ucuz qiymətə, yəni bir kiloqramı 3,6 manat (üç manat altımış qəpik) olmaqla ümumilikdə 90.000 (doxsan min) manata sataraq “GOLD VİNE" MMC-nə ümumilikdə 124.927,80 (bir yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bır qrup şəxs halında direktoru olduğu 2 ildən artıq müddətdə fəaliyyət göstərməyən "xxxx" MMC-nin adından və sənədlərindən istifadə edərək görüntü məqsədi ilə öz dələduzluq əməllərini pərdələmək niyyəti altında xx.xx.2020-ci il tarixdə özlərini "xxxx" MMC-nin əməkdaşlarına "xxxx" MMC-nin əməkdaşları kimi təqdim edib “GOLD VİNE" MMC-yə məxsus Abşeron rayonu. Pirəkəşkül qəsəbəsində yerləşən fermasında saxlanılan iribuynizlu heyvanlardan üzərinə götürüləcəyi öhdəliyi yerinə yetirməsi şərti ilə vəd verib aldadaraq həmin şirkətlə aralarında uydurma alqı-satqı müqaviləsi bağladıqdan sonra öz cinayət əməllərini reallaşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC-nə məxsus Abşeron rayonu. Pirəkəşkül qəsəbəsində yerləşən fermasına gələrək oradan hər bir kiloqramı 5,1 manat (beş manat on qəpik) olan ümumi 124.927,80 manat (bir yüz iyirmi dörd min dooquz yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində 57 baş "Anqus-Aberdin" cinsli iri buynuzlu heyvanı dəyərini 7(yeddi) gün müddətinə ödəmək şərti ilə aldıqdan sonra vədinə əməl etməyib həmin heyvanları izi itimək məqsədi ilə bir gün müddətinə icarəyə götürdükləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fermaya daşıyıb orada ət satışı ilə məşğul olan tanışları Şahid3, Şahid4 və Şahid5 dəyərindən ucuz qiymətə, yəni bir kiloqramı 3,6 manat (üç manat altımış qəpik) olmaqla ümumilikdə 90.000 (doxsan min) manata sataraq "GOLD VİNE” MMC-nə ümumilikdə 124.927,80 (bir yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2 ildən artıq müddətdə fəaliyyət göstərməyən Təqsirləndirilən şəxs4 direktoru olduğu "xxxx" MMC-nin adından və sənədlərindən istifadə edərək görüntü məqsədi ilə öz dələduzluq əməllərini pərdələıııək niyyəti altında xx.xx.2020-ci il tarixdə özlərini "xxxx" MMC-nin əməkdaşlarına "xxxx" MMC-nin əməkdaşları kimi təqdini edib "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasında saxlanılan iribuyni/lu lıc\vanlardan üzərinə götürüləcəyi öhdəliyi yerinə yetirməsi şərti ilə vəd verib aldadaraq hənıiıı şirkətlə aralarında uydurma alqı-satqı müqaviləsi bağladıqdan sonra öz cinayət əməllərini reallaşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC- yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasına gələrək oradan hər hir kiloqramı 5,1 manat (beş manat on qəpik) olan ümumi 124.927,80 (yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində 57 baş "Anqus-Aberdin" cinsli iri buynuzlu heyvanı dəyərini 7 (yeddi) gün müddətinə ödəmək şərtilə aldıqdan sonra vədinə əməl etməyib həmin heyvanları izi itirmək məqsədi ilə bir gün müddətinə icarəyə götürdükləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fermaya daşıyıb orada əl satışı ilə məşğul olan tanışları Şahid3 oğlıına, Şahid4 və Şahid5 dəyərindən ucuz qiymətə, yəni bir kiloqramı 3,6 manat (üç manat altımış qəpik) olmaqla ümumilikdə 90.000 (doxsan min) manata sataraq Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 124.927,80 (bir yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, X7 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2 ildən artıq müddətdə fəaliyyət göstərməyən Təqsirləndirilən şəxs4 direktoru olduğu "xxxx" MMC-nin adından və sənədlərindən istifadə edərək görüntü məqsədi ilə öz dələduzluq əməllərini pərdələıııək niyyəti altında xx.xx.2020-ci il tarixdə özlərini "xxxx" MMC-nin əməkdaşlarına "xxxx" MMC-nin əməkdaşları kimi təqdini edib "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasında saxlanılan iribuyni/lu lıc\vanlardan üzərinə götürüləcəyi öhdəliyi yerinə yetirməsi şərti ilə vəd verib aldadaraq hənıiıı şirkətlə aralarında uydurma alqı-satqı müqaviləsi bağladıqdan sonra öz cinayət əməllərini reallaşdırmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC- yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasına gələrək oradan hər hir kiloqramı 5,1 manat (beş manat on qəpik) olan ümumi 124.927,80 (yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində 57 baş "Anqus-Aberdin" cinsli iri buynuzlu heyvanı dəyərini 7 (yeddi) gün müddətinə ödəmək şərtilə aldıqdan sonra vədinə əməl etməyib həmin heyvanları izi itirmək məqsədi ilə bir gün müddətinə icarəyə götürdükləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fermaya daşıyıb orada əl satışı ilə məşğul olan tanışları Şahid3 oğlıına, Şahid4 və Şahid5 dəyərindən ucuz qiymətə, yəni bir kiloqramı 3,6 manat (üç manat altımış qəpik) olmaqla ümumilikdə 90.000 (doxsan min) manata sataraq Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 124.927,80 (bir yüz iyirmi dörd min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs1 Xırdalan şəhərində icarəyə maşın götürəndə tanımışdır, maşını ona icarəyə vermiş və belə tanış olmuşlar. Təqsirləndirilən şəxs2 da onlarla İsmayıl öz qohumu kimi tanış etmişdir. Şahin adlı şəxs Emilə gəlir götürmək üçün ucuz qiymətə heyvan almağı təklif etmişdir. Emil də bunu ona deyəndə o, ailəsini dolandırmaq, borclarını qaytarmaq üçün razılaşmışdır. Şahin adlı şəxslə gedib danışmışlar. Şahin onlara Nazimlə Hikmətin qardaşının telefon nömrəsini vermişdir. Onlar zəng vurub telefon əlaqəsi saxladıqdan sonra Vüqarla birlikdə görüşməyə getmişlər. Görüşməyə gedəndə o, "xxxx" firmasının direktoru kimi getmişdir. Lakin danışıqları Vüqar etmişdir. Danışıb razılaşmış və müqavilə bağlamışlar. Nazimlə orada çay içdikdən sonra şirkətin sənədlərini onlara vermişlər. İki gün sonra Nazim Zərərçəkmiş şəxs MMC-ə getmək üçün onları çağırmış, onlar da getmişlər. Emil qəssab kimi Mənsuru, Kamili onlara təqdim etmişdir. Qəssablar 57 baş heyvan seçmiş, sonra onları Binəyə aparıb boşaltmışlar. Onlar heyvanların qiymətini diri çəkisi 5.10-5.20 manata razılaşmışlar. Onların çəkilərinə görə qiyməti təxminən 125 manat idi. Onlar Səhəri günü Kamil gəlib heyvanları aparmış, sonra isə pulu Futbol Federasiyasının yanında Emilə vermişdir. O özü isə həmin vaxt digər təqsirləndirilən şəxslərlə birlikdə maşında oturmuşlar. Onlar pulları öz aralarında bölmüşlər. Emil ona 10 min manat, Vüqara isə 40 min manat pul vermiş, Vüqar da İsmayılla öz arasında pulu bölmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4la eyni kənddə böyümüşlər. Sonradan İsmayılı da onlarla o tanış etmişdir. Hakimin adına olan "xxxx" şirkəti 2016-cı il tarixdə açılmışdır. "xxxx" şirkəti qida məhsullarının satışı ilə məşğul olurdu. Sonradan taxta alıb satmağa başlamışlar. 90 min manat pul əldə etmişlər, 10 min manat onların xərclərinə çıxmışdır. Qalan 80 min manatı 4 nəfər öz aralarında bölmüşlər. O, 20 min manatı Hakimə vermiş, Hakimə verdiyi puldan 10 min manat borc almışdır. Vüqara 40 min manat pul vermiş, Vüqar isə 20 min manatını İsmayıla verəcəkdi. Kaim 10 min manatı müstəntiqin yanında Mənsura qaytarmışdır. Mənsura ümumilikdə 54 min manat pul qaytarmışlar. Şahin adlı şəxs ona gəlir əldə etmək üçün heyvan satmağı təklif etmişdir. İlk öncə Vüqarla Hakim gedib Zərərçəkmiş şəxs MMC ilə danışmışlar, hevanlara baxmışlar. O, Kamili 10 ildən çoxdur ki, tanıyır. Ona yaxşı heyvanlar olduğunu bildirib alıb-almayacağını soruşmuşdur. O da ala biləcəklərini demişdir. Mənsur, Kamillə birgə Zərərçəkmiş şəxs MMC-ə gedib heyvanlara baxmışlar, bəyənib seçmişlər. Heyvanları ziyana satdqılarını hamısı bilirdi. Baş vermiş cinayət əməlində təşkilatçı Vüqar olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, maşın icarəsi işi ilə məşğul olurdu. Hakim ona maşın icarəyə vermək lazım olduğunu demiş, bu vəsilə ilə onunla tanış olmuşlar. Sonra Emillə tanış olmuşlar. Ona şirkət açdıqlarını, şirkətə işçi lazım olduğunu demişlər. Vüqar da onun həm dayısı oğlu, həm də bibisi oğludur. Vüqar həbsdən yeni çıxmışdı. Hakim və Emilə Vüqarı şirkətdə işlə təmin etmələrini xahiş eləmişdir. Onlar da razılaşmışdır. Adera şirkətinin iki ofisi var idi. Vüqar gedib həmin şirkətdə işləməyə başlamışdır. Sonradan heyvanları aldıqdan sonra onları maşına yükləyib çıxarmaq üçün kömək lazım olduğunu demişlər. O da razılaşmışdır. Gedib heyvanları maşına yükləyib Binəyə aparmışlar. Geri qayıdanda o, Gənclik metrostansiyası yaxınlığında düşmüşdür. Emil ona AFFA-nın yanından pulu götürmək lazım olduğunu deyib oraya getmələrini xahiş etmişdir. Onlar birlikdə AFFA-nın yaxınlığına getmişlər. Onun pul bölgüsündən xəbəri yoxdur, ona pul verilməmişdir. Ona Emil malları daşımağa kömək etdiyi üçün 50 manat pul vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərdi ki, cəzaçəkmə müsəssiəsindən yeni çıxmışdır. İsmayıl onun xalası oğludur. Cəzaçəkmə müəssisəsindən yeni çıxmış, iş axtarırdı. İsmayıl da ona Emilgilin ofsində iş təklif eləmişdir. Şirkətin Sahil metrostansiyası yaxınlığında yerləşən ofisinə getmişdir. Ali təhsilli olduğu üçün ofis meneceri ola biləcəyini, şirkətlərlə danışıqlar aparıb müqavilələr bağlaya biləcəyini bildirmişdir. Aylıq 600 manat maaş alacaqdı. 1 ay sonra Emil dedi ki, Zərərçəkmiş şəxs adlı şirkətdən heyvan almaq üçün onlarla müqavilə bağlayıb qəssablara verərək satışıilə məşğul olacaqlar. O da Hakimlə gedib Zərərçəkmiş şəxs MMC-də Nazim adlı şəxslə danışmış, razılaşıb müqavilə bağlamışlar, heyvanları götürərək Binəyə aparmışlar. O, pul bölgüsündə iştirak etməmiş, onlarla əlbir olmamış, pul almamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində görünür ki, o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında hər zaman yaxşı münasibət olmuş və heç bir düşmənçiliyi olmamışdır. 2020-ci ilin sentyabr ayının ortalarında o, Təqsirləndirilən şəxs1 ilə bir yerdə olan zaman Hakimlə Emil onlarla görüşərək demişlər ki, hakimin şirkəti olan "xxxx" ilə “Gold Vine MMC” arasında müqavilə bağlanıb həmin şirkətin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasından 55 baş iribuynuzlu heyvanı götürüb sataraq danaların pullarını 2 yerə, yəni pulun yarısı Emillə Hakimə, yarısı isə ona çatacaqdır. O, və İsmayıl Hakim və Emilin təklifi ilə razılaşmışlar. O, “Gold Vine" MMC-i ilə əlaqə saxlayacağını, danışıqları aparacağını və şirkəti inandıracağını, bunun müqabilində satılan danaların pulunun yarısını İsmayıl ilə birlikdə özlərinə götürəcəklərini demişdir. Hakim və Emil onun fikri ilə razılaşmışdır. Bundan sonra, 18 sentyabr 2020-ci il tarixdə o, və Hakim “Gold-Vine" MMC-yə məxsus Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermaya getmişlər. Onları fermada şirkətin direktor müavini olan Nazim qarşılamışdır. O, və Hakim Nazimə məxsus şirkətlə müqavilə əsasında onlardan 57 baş iri buynuzlu dana almaq istədiklərini və pulunu 7 iş günü ərzində verəcəklərini demişlər. Hakim danışıqda o, qədər də təcrübəli olmadığı üçün bütün danışıqları o, aparmışdır. Nazim onları danalar saxlanılan yerə aparmış və onlar danalara baxmışlar. Bundan sonra, Emil və Hakim şirkətin ofisinə getmişlər. Ofisdə Hakim özünə məxsus “Adera“ MMC ilə Zərərçəkmiş şəxs MMC arasında alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən onlar danaları şirkətdən diri çəkisi təxminən 5 manata almağa razılaşmışlar. Bundan sonra, onunla və Hakim fermadan çıxaraq Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər və orada Emil və İsmayıl ilə görüşmüşlər. Söhbət zamanı Emil də Kamil adlı şəxslə danışdığını və həmin danaları Kamilgilə satacaqlarını demişlər. 22 sentyabr 2020-ci il tarixdə o, Emil, Hakim və İsmayıl Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermaya getmişlər. Həmin vaxtı Kamil adını sonradan bildiyi Mənsur və Ələddin də fermaya gəlmişlər, onlar fermadan götürəcəkləri danaları onlara diri çəkisinin hər kiloqramını 3,6 manata satacaqmışlar. Onlar fermada olan zaman danaları onlardan alan Mənsur, Kamil və Ələddin də danaları seçmişlər. Onlar fermada olan zaman Kamilgili öz qəssabları kimi təqdim etmişlər. Kamilgil danaları seçmiş və 57 baş dana olmuşdur. Daha sonra həmin danaları hesablamışlar və ümumi borc 124.927,80 manat təşkil etmişdir. Daha sonra, onlar əvvəlcədən planlaşdırdıqları kimi həmin danaları ilk öncə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən fermaya apararaq iz itirəcəkmişlər. Həmin fermaya da 1.000 manat pul vermişlər. Lakin bunlardan Kamilgilin xəbəri olmamışdır. Daha sonra, onlar fermadan çıxmışlar və şirkətə Bakı şəhəri, Binə qəsəbəsində olan fermaya danaları gətirməsini demişlər. Onlar Kamilgilə həmin danaları Binə qəsbəsində yerləşən fermadan götürə biləcəyini demişlər. Kamil ilkin olaraq danalara görə 3.900 manat pulu Emilə vermişlər. Onlar “Gold-Vine“ MMC-ni aldadaraq aldıqları danaları Kamilgilə 90.000 manata satmağa razılaşmışlar. Daha sonra, Emil və Ələddin Bakı şəhəri, Binə qəsəbəsində onların icarəyə götürdükləri fermaya getmişlər. Bir neçə saatdan sonra o, və Hakim də Emilgilin yanına getmişlər. İsmayıl isə Kamillə birlikdə "xxxx" MMC-yə məxsus fermada qalaraq danaları yükləyib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki fermaya göndərmişilər. 23 sentyabr 2020-ci il tarixdə təxminən gecə saat 05 radələrində danalar hamısı, yəni 57 baş iribuynuzlu “Anqus- Aberdin“ danası Bakı şəhəri, Xəzər rayonu, Binə qəsbəsindəki fermaya gətirib qurtarmışlar. Danalar fermaya gəlib çıxdıqdan sonra onlar, yəni o, Emil, Hakim və İsmayıl oradan çıxıb evə getmişlər. Daha sonra, onlar eşitmişlər ki, Kamilgil həmin danaları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsbəsindən yük avtomobillərini yükləyərək Bakı şəhəri, Qala qəsəbəsində yerləşən fermaya aparmışlar. O, Emil və İsmayılda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “AFFA“-mn həyətinə getmişlər. 23 sentyabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Hakim, ora gəlmişdir. Həmin vaxtı o, Emil və İsmayıl da orada olmuşlar. Daha sonra Kamil həmin yerə gəlmiş və 86.100 manat pulu Emilə vermişdir. Emil də pulu aldıqdan sonra onlara həmin yerdən uzaqlaşmışlar. Hakim idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Şamaxınka adlanan ərazidə avtomobili saxlamışlar. O, idarə etdiyi avtomobili Hakimin idarə eldiyi avtomobilin arxasında saxlamışdır. Daha sonra, o, və Hakim avtomobilən düşərək Emilin avtomobilinə minmişlər. Onlar avtomobilin içərisində pulları bölməyə başlamışlar. Həmin puldan 39.000 manatı o, götürmüş, qalan pulları isə Emillə Hakim götürmüşdür. O, da özünə düşən 39.000 manat puldan 10.000 manat İsmayıla vermiş qalan 29.000 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bildirmişdir ki, “Gold Vine“ MMC-nin əməkdaşlarına özlərini iribuynuzlu və xırda buynuzlu heyvanların satışı ilə məşğul olan şəxslər kimi göstərməklərinə baxmayaraq məqsədləri Zərərçəkmiş şəxs MMC-nin əməkdaşlarını aldadaraq külli miqdarda pul əldə etmək olmuşdur. (Cild 2, iş vərəqləri 100-103) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, ona törədilmiş cinayət hadisəsinin təfərrüatları ibtidai istintaqın gedişində məlum olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin sürücüsü Xalid heyvanları aparıb təərrüfata boşaldanda şübhələnmiş və gəlib onlara bildirmişdir. Səhəri gün onlar gedib həmin təsərrüfata baxmışlar və məlum olmuşdur ki, həmin təsərrüfat ərazisi bir günlük Emil tərəfindən icarəyə götürülmüşdür. Hazırda 57 baş hevyandan 3 baş heyvan kəsilmiş, qalan 54 baş heyvan geri qaytarılmışdır. 3 baş heyvanın qiyməti 6574 manat təşkil edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Emili daha əvvəldən tanıyır. Ət satdığı bazarda Emillə tanış olmuşlar. Münasibətləri yaranmışdır. Emil 2021-ci ilin sentyabr ayında ona zəng etmiş, ucuz qiymətə heyvan olduğunu demişdir. O da bu barədə Mənsura demişdir. Gedib heyvanlara baxmışlar. Emil onlara bəyəndikləri heyvanları almaq üçün müqavilə bağlamalı olduqlarını demişdir. Heyvanların diri çəkisini 3,60 manatdan razılaşmışlar. 2 gün sonra Emil müqavilənin bağlandığını, gedib heyvanları seçə biləcəklərini demişdir. Gedib Zərərçəkmiş şəxs MMC-də heyvanları seçmişlər. Emil onlara demişdir ki, onlar orda heyvan aldıqlarını deməsinlər, onlar da bu barədə deməmişlər. Heyvanları seçdikdən sonra heyvanlar Emilgilin fermasına daşınmışdır. Səhəri gün də onların fermasına daşınmışdır. Heyvanların qarşılığında o, Emilə AFFA-nın həyətində 86 min manat pul vermiş, ondan qabaq Mənsur da 4 min manat beh vermişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “GOLD VİNE MMC”-ə gedərək heyvan almışlar. Heyvanları alıb seçdikdən sonra onları təqsirləndirilən şəxslərin Binədə icarəyə götürdükləri fermaya, sonra isə fermalarına aparmışlar. Həmin gün axşam polislər fermaya gəlmişdir. Heyvanların oğurluq olduğunu demişlər. Sonra heyvanları saxlanc yerinə aparacaqlarını deyərək onlardan almışlar. Hadisə nəticəsində ona təxminən 105 min manat ziyan dəymişdir. Həmin puldan təxminən 40 min manatı Emil və Hakim tərəfindən ona geri qaytarmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ət satışı ilə məşğuldular. Təqsirləndirilən şəxs3 90 min manat pul verərək 57 baş heyvan almışlar. Həmin puldan 54 min manat geri qaytarılmışdır. Həmin pul Mənsur, Kamil və onun puludur. Onlara Emillə Zərərçəkmiş şəxs arasında müqavilə olduğunu, Emil və yanındakıların ƏDV-dən gəlir götürəcəklərini demişlər, ona görə də onlar heyvanların niyə ucuz verildiyini soruşmamışlar. 1 gün sonra Zərərçəkmiş şəxs şirkətinin işçiləri və polis əməkdaşları gecə saat 12 radələrində malların saxlanması yerində gəlib onlardan heyvanları tələb etmişlər. Onlar da heyvanları aldıqlarını bildirmişlər. 3-4 gün sonra Nümayəndə və müstəntiq V.Zeynallı birlikdə onların təsərrüfatına gələrək heyvanları məhkəmə qərarı ilə onlardan alaraq saxlama yerinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, birinci dəfə “ADERA MMC”-nin direktoru Təqsirləndirilən şəxs4 və Vüqar gəlib onlarla danışmışlar, Təqsirləndirilən şəxs2 özünü “Talışinksi” kimi təqdim etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru vəzifəsində çalışırdı. Onlarla müqavilə bağlamışlar. İlk dəfə onlar gəlmiş, kütləvi şəkildə heyvan aldıqlarını bildirib onlardan davamlı olaraq heyvan almaq istədiklərini bildirmişlər. Onlar sənədlərini təqdim etmişlər. Rekvizitlərinə baxmış, sonra müqavilə bağlamışlar. Gedib heyvanları seçmişlər, onların əməkdaşı ilə malları başqa təsərrüfata daşımışlar. Onlar heyvanları alıb başqalarına satacaqlarını deməmişdilər. Heyvanları diri çəkisinə görə 5,2 manata almışlar. Heyvanların hamısı “Anqus Aberdin” cinsindən idi. Onlar heyvanları aldıqdan sonra onların sürücüsü ilə aparıb təsərrüfata boşaldanda sürücü şübhələnib, gəlib onlara bildirmişdir. Onların heyvanları baha alıb başqalarına ucuz qiymətə satdıqlarını sonradan öyrənmişlər. 57 baş heyvandan 54 baş onlara geri qaytarılmış, 3 baş heyvan kəsilmişdi. Zərərçəkmiş şəxs MMC-ə ümumilikdə 124.000 manat ziyan dəymiş, bu qimət 57 baş heyvanın qiymətidir, 3 baş heyvanın qiyməti təxminən 6 min manat təşkil edir. Təqsirləndirilən şəxslər heyvanları onlardan alıb başqasına satacaqlarını deməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onlar Zərərçəkmiş şəxs MMC-də zootexnik işi ilə məşğuldular. İlk dəfə Vüqar onlara yaxınlaşmış, "xxxx" şirkətinin nüayəndəsi kimi özünü təqdim eləmiş, şirkətdən heyvan alacaqlarını demişlər. Heyvanları çəkisinin çəkilməsi üçün tərəziyə aparmış, çəkilərini müəyyən etmişlər. Heyvanları seçməyə gələndə Şahid5 və digərləri gəlmişdi. Onlara "xxxx" şirkətinin işçilərinin gəlib heyvanları seçəcəklərini demişlər. Heyvanları seçməyə N.Mənsur və digər şəxslər gəlmişlər. Heyvanları seçdikdən sonra logistika tərəfindən başqa yerə aparılmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 Şahid6 oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 2, iş vərəqləri 118-120) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru vəzifəsində işləyir. 17 sentyabr 2020-ci il tarixdə onun korporativ nömrəsinə Emil adlı şəxs ***-***-**-** nömrəli mobil telefonla zəng edərək özünü "xxxx" MMC-in əməkdaşı kimi təqdim edərək onların cəmiyyətdən iribuynuzlu heyvan almaq istədiyini bildirmişdir. Cavab olaraq onların Cəmiyyətin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən ofisinə gəlməsini bildirmişdir. 18 sentyabr 2020-ci il tarixdə ona ***- ***-**-** nömrəsindən zəng olunmuş, zəng edən şəxs özünü ona Vüqar Talışinski olaraq təqdim etmişdir. O, "xxxx" MMC-nin meneceri olduğunu bildirmişdir. Günün ikinci yarısı Vüqar Talışiniski adlı şəxs yanında bir nəfər Hakim adlı şəxslə “Mersedes” markalı 90-EX- 100 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən ofisinə gəlmişlər. İlkin görüşdə Vüqar Talışiniski və Təqsirləndirilən şəxs4 adlı şəxs satış qiymətləri ilə və heyvan cinslərini öyrənib təsərrüfata baxdıqdan sonra onlarla əməkdaşlıq etdiklərini bildirmişlər. Şirkətlərinin büquqi sənədlərini müqavilə hazırlanması üçün ona yönləndirmişlər. O, sənədləri hüquq şöbəsinə yönləndirmişdir. Müqavilə hazır olduqdan sonra tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixdə həmin şəxslər yanlarında daha 8 nəfər olmaqla təsərrüfata yaxınlaşıb müqaviləyə əsasən iribuynuzlu heyvanları seçərək alınması üçün yaxınlaşmışdır. Talışinski Vüqar və Təqsirləndirilən şəxs4 digər şəxslərin onların cəmiyyətinin qəssabları olduğunu qeyd etmişlər. Onlar 57 baş iribuynuzlu malları onların avtomaşını ilə Bakı şəhəri, Xəzər rayonunda yerləşən kimsəsiz fermaya aparıb boşaltmışlar. Həmin ferma təsərrüfatına tərəflərindən baxış keçirilərkən malların orada olmadığı məlum olmuşdur. Daha sonra əldə etdikləri məlumata əsasında Vüqar Talışinskinin onlara qəssablar kimi təqdim olunan Mənsur adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Xoşa-Xunab bağları kımı tanınan ərazidə icarəyə götürdüyü fermada olduğu məlum olmuşdur. Həmin şəxsin fermasına gedərkən məlum olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları Vüqar, Emil və Hakim adlı şəxslər onların təsərrüfatından alınan iribuynuzlu heyvanları onların cəmiyyətindən seçib alan zaman yanlarında özlərinin qəssabı kimi təqdim etdiyi Şahid5 57 baş iribuynuzlu heyvanı hər birinin çəkisinin bir kiloqramını 3,6 manat olmaqla dəyərindən aşağı qiymətə ümumilikdə 86.100 manata satmışlar. “Anqus” cinsli heyvanın hər bir kiloqramı 5 manat, digər cinslərin hər bir kiloqramı 4,8 manatdır.(Cild 2, iş vərəqləri 108-110) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid3 Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı söylərək təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 211-215) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid4 Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı söylərək təsdiq elmişdir. (Cild 1, iş vərəqləri 216-220) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid5 Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, üzləşdirmə zamanı Şahid5 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı söylərək təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 221-225) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş məktubdan və həmin şirkətin nümayəndəsinin çıxışından görünür ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş və ödənilməmiş qalan 6.575,16 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən tam şəkildə ödənilmiş, bu səbəbdən həmin şəxslərlə barışıq əldə olunmuşdur. Bundan başqa, elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 3, Təqsirləndirilən şəxs3 və İsmayıl Nurməmmmədovun himayəsində isə 2 azyaşlı uşaqları vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən vurulan maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərşəkmiş şəxslə barışıq əldə edilməsi, eləcə də himayələrində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 evli olmaları, həmçinin Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları və iş üzrə faktiki olaraq maddi ziyanın olmaması da təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal hesab edilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvələr məhkumluqları olmamışdır. (Cild 1, iş vərəq 150, Cild 3, iş vərəqləri 35-36) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs3 Xətai rayon məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Probasiya Şöbəsindən daxil olan məlumatdan görünür ki, cərimə tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs3 həmçinin Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində olan cinayət işi baxılması üçün xx.xx.2019cu il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmiş, Abşeron rayon məhkəməsin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. (Cild 1, iş vərəqləri 150-152) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğunun ödənildiyini əsas götürərək və həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq, hazırkı iş Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxs qismində tanıyır. Bundan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmü və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 178.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə cəzası 03 il 01 ay müddətə azaldılmış və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan 02 ay 19 gün müddətində şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Bundan başqa, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə tətbiq olunmuş 02 ay 19 gün müddətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə dəyişdirilərək 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, həmin cəzanın çəkilməmiş qaldığı 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə hissəsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. (Cild 3, iş vərəqləri 37-39) Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətdə iştirakını, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, evli olması, himayəsində azyaşlı uşaqların olması və iş üzrə maddi ziyanın ödənilməsi kimi halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərilərində sınaq müddəti ərzində öz davranışları ilə islah olunmalarını sübut etmək, davranışları üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerlərini dəyişməmək vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs3 25 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 27 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. 25 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs3 04 ay müddətinə həbsdə və ev dustaqlığında olmuşdur. (Cild 1, iş vərəq 78,128-131, Cild 2, 16-20, 78-81) Bundan başqa, Təqsirləndirilən şəxs4 03 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 55-58) Bundan əlavə, Təqsirləndirilən şəxs1 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 170-174, 218-222) Bundan başqa, Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməklə 09 oktyabr 2021-ci il tarixdə tutulmuş, Abşeron rayon məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, həmin məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 177-184, 230-235) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 barəsində 06 sentyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində 09 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Qərarının 2.21-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablayıb cəza müddətindən çıxmaqla qəti cəza müəyyən etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, iş üzrə maddi sübut olan 54 baş “Anqus-Aberdin” cinsli danaların Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı məhkəmə xərcləri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmədə müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən onların hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq olunmuş 02 ay 19 gün müddətdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, ona Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə dəyişdirilərək 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş cəzanın çəkilməmiş qalan 02 (iki) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə hissəsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 54 baş danaların Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hm