Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-29/2024 01.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Telvar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 14, otaq 33 üvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Mikayıl" adlı ərzaq dükanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncu onun mərhum atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əlbəyaxa olmuşlar, lakin hadisə yerində olan şahidlərin onları sakitləşdirməsi səbəbindən bir-birindən aralandıqda Zərərçəkmiş şəxs söhbətlərini davam etdirmək üçün onu Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 160 saylı binanın yanındakı "Turan” restoranının qarşısına görüşə dəvət edərək gəlməyəcəyi təqdirdə onun da ünvanına nalayiq ifadələr işlətdiyindən Təqsirləndirilən şəxs həmin gün saat 04 radələrində yaşadığı evə gedib zavod üsulu ilə hazırlanmış, deşici-кəsisi xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürərək silahlanıb, zərərçəkmiş şəxsin görüş təyin etdiyi ünvana gələrək ondan nəyə görə mərhum atasının ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda sonuncunun yenidən onun və atasının ünvanına nalayiq ifadələr işlətməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək özü ilə gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş nahiyəsinə üç dəfə bıçaqla vuraraq döş qəfəsinin ön sağ hissəsinin boşluğa keçən bir ədəd, döş qəfəsinin sol yan səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hemotoraks, sağ tərəfli pnevmotoraks, döş qəfəsinin sol ön səthinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası, travmatik - hemarragik şok İİ-İİİ dərəcəli kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 13 iyun 2022-ci il tarixdə gecə saat 12 radələrində işdən gəlmiş, iş yoldaşı Mamed adlı şəxslə kafedə oturub çay içmişdir. 3-cü mikrorayonda olan marketə gəlmiş, soyuducunu açıb süd götürmək istəyəndə Cavid adlı şəxs ona “mənə də pivə al” demiş, o da zarafat etdiyini düşünmüşdür. Çıxanda Cavidin yanında Nadir adlı şəxs olmuş, tanıdığı üçün Nadirlə salamlaşmışdır. Cavid onun Nadirlə mübahisə etdiyini zənn etmiş, gəlib ona söyüş söymüşdür. Mübahisə etmişlər, Cavid isə pis söyüşlər söyməyə başlamış, Mamedlə Nadir araya girmiş, Cavid ona “Gülağaya zəng edərəm, gəlib səni belə edər” demişdir. Özü qırağa çəkilərək Gülağaya zəng etmiş, Gülağa “sabah danışarıq” demişdir. Özü “Aviakassa” tərəfə getmiş, Cavid zəng edərək “qayıt dala, qayıtmasan, belə belə” demişdir. Arxaya qayıtmış, Gülağaya da zəng etmiş, lakin zəng çatmamışdır. Bıçağı iki nəfərdilər, birdən gücü çatmaz deyə götürmüşdür. Həmin marketin qabağına gəldikdə Cavidin tək olduğunu, Nadirin getdiyini görmüşdür. Caviddən onu və ölən valideynini niyə söydüyünü soruşmuş, da “söymüşəm yaxşı eləmişəm” deyə cavablamışdır. Cavid ona bir yumruq atmış, o da qorxutmaq üçün bıçağı çıxartmış, özünü müdafiə edəndə bıçaq Cavidə dəymişdir. Bıçağı evdən götürmüşdür. Neçə zərbə dəydiyini bilməmişdir. Cavid onu spirtli içki almadığına görə söymüşdür. Mübahisədən sonra yenidən Cavidin yanına qayıtma səbəbi evləri yataqxanada yerləşir, Cavidin evinə gələrək söz-söhbətin yaranaraq qonşuların eşitməsini istəməməsi olmuşdur. Cavidi üzləşmə üçün təcridxanaya gətirmişlər, o hadisəni danışmağa başlayanda Cavid yenidən onu söymüşdür. Müstəntiq ona CM-nin 126.1-ci maddəsi ilə məhkəməyə veriləcəyini demişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmirmiş, tikintilərdə ara bir usta işləyirmiş. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 03 radələrində tanışı Məmmədlə Sumqayıt şəhəri, 3-cü mikrarayon ərazisində yerləşən "Mikayıl" adlı mağazanın yanına getmiş orada o pivə alaraq içmiş, həmin vaxt mağazanın qarşısında üzdən tanıdğı Cavidlə görüşmüş və aralarında mübahisə baş vermiş, Cavid ona " bizədə pivə al" sözlərini demiş o isə imtina etdikdən sonra onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş və aralarında baş vermiş mübahisə zamanı tanışı Məmməd adlı şəxs olmuşdur. Həmin vaxt Cavid öz tanışı Nadirlə olmuşdur. Daha sonra onlar mübahisəni davam edirərək Aviakassanın yanına getdikdən sonra Məmməd və Nadir də ordan getmişlər. Aviakkasanın yanında Cavid ona həmin yerə qaytmıyanın valideyinlərin bir daha da söymüşdür. Ordan da o, evə getmiş, evdən mətbəx bıçağını götürüb oradan getdikdən sonra "Mikayıl’’ adlı mağazanın yanına gəlmiş və oradan özünə pivə aldıqdan sonra çöldə saat təxminən saat 04 Turan adlı restoranın yanında Cavidi görmüşdür. Orada Cavid ona bir daha da demişdir ki, “sən niya mənim ölmüş valideynimlərimi söymüsən?", "heç olmasa məni söy, heçnə demərəm" o da bir daha da onu söymüş və yaxşı elədiyini demişdir. Ona görə də o, onun istiqamətində üç dəfə özü ilə gətirdiyi bıçaqla vurmuş. Aviakassa istiqmaətinə qaçmış və Cavid də ardınca gəlmişdir. Onun niyyəti Cavidi həmin vaxt arxa yan nahiyysəindən ona layiq olan yerindən vurmaq olmuşdur, lakin həmin vaxt o, həyacanlı olduğu üçün zərbələri istədiyi yerlərdən vura bilməmişdir. Baş vermiş hadisə zamanı onlar ikisi orada olmuş və Cavidi bıçaqla vurmağında heç kəsin məlumatı olmamış və ona kömək edən olmamışdır. Cavidi bıçaqla vurduğu zaman onu öldürmək niyyəti olmamış və onu sadəcə qorxutmaq niyyəti olmamışdır. (cild İ, iş vərəqə 50-52, 178-180) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Sumqayıt şəhərinə işdən qayıtmışdır. O, həmin vaxt Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki “Mübarək” şadlıq sarayının yanında yerləşən kafedə oturub tanış uşaqlarla birlikdə pivə içmişdir. Sonra həmin kafedən tanışı Nadirlə çıxaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Mikayıl” adlı market istiqamətində getmişdir. “Mikayıl” adlı market yanında dostu Nadirlə olduğu zaman uzaqdan tanıdığı Seymuru və yanında Məmmədi görmüşdür. Həmin vaxt Seymur ona söz atmış və onların arasında orada mübahisə baş vermişdir. Mübahisələri ilk olaraq sözlə olmuş və orada olan dostu Nadir onları aralaşdırmışdır. Daha sonra isə Seymur və onun dostu Məmməd onların yanlarından çıxıb getmişlər. Təxminən 5-6 dəqiqə sonra o, Nadirlə marketin yanından Seymur və Məmmədin getdikləri Aviakassa adlı əraziyə kimi getmiş va söhbəti həl etmiş və həmin vaxt Seymur ona “gözdə gəlirəm" ifadəsini hədələmək üçün demişdir. O, da buna əhəmiyyət verməmiş və elə hesab etmişdir ki, mübahisə bitmiş və o, yenədə “Mikayıl" adlı marketin yanına getmişdir. Daha sonra bir müddət keçdikdə o, dostu Nadirlə ayrılmış və bir daha da “Mikayıl" adlı marketə girmişdir. Marketdən çıxdıqdan sonra sol tərəfə getmiş, orada Seymur qəflətən üstünə hücum çəkmiş, onun bədən nahiyyəsindən 3 dəfə bıçaqla vurmuş və “Aviakassa” istiqamətinə qaçmışdır. O, da Seymurun arxası ilə getmişdir. “Aviakassa”-nın yanında olarkən orada yerləşən “köşk”-ə yaxınlaşmış, “köşk”-də olan satıcı ilə danışmış və həmin satıcı ona kömək etmək məqsədi ilə təcili tibbi yardım çağırmışdır. Seymur onu bıçaqla vurduğu zaman orada heç kəs olmamış və ona heç kəs köməklik göstərməmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 3-ü mkr ərazisində yerləşəşn köşkdə axşam növbəsində satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə o, işdə olduğu zaman saat təxminən 04 radələrində adını sonradan bildiyi ağ köynəkdə üstü qanda olan Cavid adlı şəxs köşkə yaxınlşmış və “mənə kömək elə uşağa zəng elə” sözlərini ona demişdir. O isə həmin vaxt təcili tibbi yardıma zəng etmiş və həkimlər gələrək Cavidi Sumqayıt şəhər xəstaxanasina aparmışlar. Təcili tibbi yardım gəlməmişdən əvvəl o, mağazada olan köynəyi götürmüş və üzərinə spirt vuraraq, Cavidə yarasına qoyması üçün vermişdir. Cavid həmin vaxt ona Seymur adlı şəxsin onu vurduğunu demiş, daha sonra isə Cavid ordan getdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmişlər. O isə köşkdə olan kamera görüntüləri özü könülü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Seymuru 5-6 ildir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində “Mikayıl" adlı marketin yanında Seymurla görüşmüşdür. Həmin vaxtı Seymur soyuducuların yanında dayanmış, özü isə siqaret almaq üçün marketə girmişdir. Çıxanda Seymurun kimləsə söhbət etdiyini görmüşdür. Həmin Cavid adlı şəxs Seymurdan ona pivə almasını istəmiş və onun valideynlərini söymüşdür. Onların mübahisəlri 1-2 dəq çəkmiş, sonra onlar aralanmış, özü Seymurla “Aviakassa" deyilən yerə kimi gəlmişdir. Cavid onların arxası ilə gələrək Seymuru çağırmışdır. O, Cavidin içkili olduğunu başa düşmüş və Seymuru aralayaraq fikir verməməsini bildirmişdir. Aralarındakı mübahisə bir neçə dəqiqə davam etmiş, sonra o, Seymurla Cavidi sakitləşdirmiş və hər biri öz yoluna davam etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 2002-ci ildən tanıyırmış. Cavid ilə tanışlığı fərdi tikinti sahəsində işlədiyi vaxt olmuşdur. xx.xx.2022-ci il tarixdə, 11:00 radələrində Cavid ilə Sumqayıt şəhərində yerləşən “Aerokassa” deyilən yerdə görüşmüş. Orada yerləşən adını bilmədiyi “çay evi”-ndə oturub çay içmişlər. xx.xx.2022-ci il tarixdə,|01:00 radələrində oturduqları “çay evi”- ndən çıxıb Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Mikayıl" adlı marketə daxil olmuşlar. Cavid marketin çöl tərəfində yerləşən soyuducuların yanında dayanmış, o, isə marketin içərisinə daxil olub oradan siqaret alaraq marketin çöl tərəfinə çıxmışdır. Həmin vaxtı Cavidin soyuducuların yanında tanımadığı bir şəxslə söhbət elədiyini görmüşdür. O, Cavidi yanına çağıraraq həmin adamın ondan nə istədiyini soruşmuşdur. Cavid həmin adamın ondan kobud şəkildə ona pivə almağını istədiyini ona demişdir. Cavid ilə bu barədə 5-10 dəqiqə söhbət eldikdən sonra Cavidə həmin adamı özündən uzaqlaşdırmağı məsləhət görmüşdür. Bundan sonra, Cavid həmin adama yaxınlaşaraq onu özündən uzaqlaşdırmışdır. Sonra o, Cavid ilə həmin marketdən çıxıb getmişlər. O, Cavid ilə “Aviakassa" deyilən yerə kimi gəlmişdir. Həmin vaxtı Cavidə evdən zəng gəldiyi üçün geri qayıtmışlar və “Mikayıl" adlı marketin yanında o, Cavid ilə sağollaşıb “Nərimanov” klubu istiqamətində getmişdir. Qeyd etmişdir ki, o, həmin marketdə olan zaman Cavidin həmin şəxslə yalnız söhbət etdiyini görmüş, Cavidin bıçaqlanmasi barədə yalnız xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində polis əməkdaşı onunla telefon vasitəsi ilə əlaqə saxladığı zaman məlumatı olmuş, “Mikayıl” adlı marketdə olan zaman Cavidin həmin şəxslə söhbət edərkən onların yanında başqa kimsə olmamışdır.(İ cild iş vərəqə 132-134) Məhkəmə, iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Turan” adlı restoranın yaxınlığıdır..(Cild 1, iş vərəqləri 04-07) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 430/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/İAdir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və qayış üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə O/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (Cild 1, iş vərəqə 104-110) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 987 saylı rəyindən görünür ki,1. Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön sağ hissəsinin boşluğa keçən bir ədəd, döş qəfəsinin sol yan səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları sol tərəfli hemotoraks, sağ tərəfli pnevmotoraks, döş qəfəsinin sol ön səthinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası, travmatik-hemarragik şok П-İİİ dərəcə aşkar olunmuşdur. 2. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-na müraciət eldiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. 3. Zərərçəkmiş şəxs döş qəfəsinin ön sağ hissəsində olan xəsarətin ekspertizaya təqdim olunmuş paltarda aşkar olunmama səbəbi, hadisə zamanı köynəyin nisbətən yerini dəyişməsi ola bilərdi. Zərərçəkmişin bədənində olan digər xəsarətlərlə, ekspertizaya təqdim olunmuş hadisə vaxtı zərərçəkmişin əynində olan ağ rəngli qısaqol köynək üzərində olan zədələrlə nisbi olaraq üst-üstə düşür. ( cild 1, iş vərəqə 99-103) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin bıçaq qatlanmayan tiplidir, tiyədən və dəstəkdən ibarətdir, dəstəyi isə ağ-bənövşəyi rənglidir və üzərində tünd qara rəngli qurumuş qana bənzər izləri görmək olur.” ( cild 1, iş vərəqə 19- 20) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd köynək ağ rənglidir və bir ədəd tünd rəngli cins şalvarıdır. Həmin köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, ön səthinin sol yarısının aşağı hissəsində iki ədəd deşilmişkəsilmiş zədə izləri aşkar edilmişdir. Baxış zamanı Cavid Şirvıpıi bildirmişdir ki, həmin zədələr Təqsirləndirilən şəxs ona yetirdiyi bıçağın zədə izləridir.” (cild 1. İş vərəqə 63-64) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 342-2022/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və ön. səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Vaqi! oğluna məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli hər hansı alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. ( cild 1, iş vərəqə 134-142) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2168 saylı rəyin məhkəməpsixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki. Təqsirləndirilən şəxs halhazırda hər hansı PSİXİ XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadlərində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazirki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. -həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını irad i olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur.-həmin rəyin Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin təıqiqİnə əsasən məhkəmə- psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Babayev- Seymur Mirzə oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 143-147) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqələri 86-87) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şıkayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 157) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və şalvar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin hadisə zamanı müşahidə kameraları vasitəsi ilə çəkilmiş video görüntü olan bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 159-167) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Mikayıl" adlı ərzaq dükanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncu onun mərhum atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən əlbəyaxa olmuşlar, lakin hadisə yerində olan şahidlərin onları sakitləşdirməsi səbəbindən bir-birindən aralandıqda Zərərçəkmiş şəxs söhbətlərini davam etdirmək üçün onu Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 160 saylı binanın yanındakı "Turan” restoranının qarşısına görüşə dəvət edərək gəlməyəcəyi təqdirdə onun da ünvanına nalayiq ifadələr işlətdiyindən Təqsirləndirilən şəxs həmin gün saat 04 radələrində yaşadığı evə gedib zavod üsulu ilə hazırlanmış, deşici-кəsisi xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürərək silahlanıb, zərərçəkmiş şəxsin görüş təyin etdiyi ünvana gələrək ondan nəyə görə mərhum atasının ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda sonuncunun yenidən onun və atasının ünvanına nalayiq ifadələr işlətməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunu bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan özü ilə gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş nahiyəsinə üç dəfə bıçaqla vuraraq döş qəfəsinin ön sağ hissəsinin boşluğa keçən bir ədəd, döş qəfəsinin sol yan səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hemotoraks, sağ tərəfli pnevmotoraks, döş qəfəsinin sol ön səthinin bir ədəd boşluğa keçməyən deşilmiş-kəsilmiş yarası, travmatik hemarragik şok 11-111 dərəcəli kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisə zamanı aralarında mübahisə olmuş, bu səbəbdən aralarında gərgin münasibət yaranmış, həmin münasibətin və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söyməsinin nəticəsi olaraq sonradan küçədə cinayət hadisəsi baş vermişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxs tərəfindən başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahidlərin verdikləri ifadələrdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. İş materialları və məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında münaqişə məhz sonuncunun Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyməsi səbəbindən başlanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından da görünür ki, hazırkı cinayət işi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanılmış, 15 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin ibtidai istintaqın yekun mərhələsində - 02 sentyabr 2022-ci il tarixli qərarla yetərli hesab olunacaq mötəbər sübutlar əldə olunmadan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilsə də bu kifayət qədər əsaslandırılmamışdır. (cild 1, iş vərəqə 59-60, 170-171). Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik, laqeydlik, habelə öz şəxsi egoizmi nümayiş etdirir. Həmin antisosial motivlər onun əməlinin əsas hərəkətverici qüvvə kimi çıxış edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Xuliqanlıq motivi CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da digər motivlər təqsirkarın cinayət əməlinin əsas səbəbi kimi deyil, xuliqanlıq niyyətini pərdələyən faktor kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və s.) təqsirkarın niyyətini formalaşdırırsa, bu zəmində törədilən sağlamlığa ağır zərər vurma cinayəti CM-in 126.2.4cü maddəsi ilə tövsif edilə bilməz. Dalaşma və ya münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmadan fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsin sağlamlığına ağır zərər vurması CM-in 126.2.4-cü maddəsi ilə deyil, 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 1(102)-1698/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkumla Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda şərh olunanlara əsasən Məhkum əməli Azərbaycan Respublikası 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X3rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona dəymiş maddi ziyanı qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Sumqayıt ŞPi-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd köynək və 01 (bir) ədəd şalvar məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Sumqayıt ŞPi-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd köynək və 01 (bir) ədəd şalvar məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-29/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-29/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver