Məhkəmə qərarları › İş №1(124)-29/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-29/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-29/2025 27.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X12, Müdafiəçi – Medleks Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 150.2-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs söz deyəcəyini bildirib aldadaraq Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən “Seymur” şadlıq sarayının sanitar qovşağına aparmış, orada öz əynində olan şalvarını aşağı çəkərək, sonuncudan cinsiyyət orqanını ağzına daxil etməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etdiyi üçün, onun boyun nahiyyəsindən tutub sıxaraq, fiziki ağrı yetirib zor tətbiq etməklə yarıəyilmiş vəziyyətə gətirərək iradəsinə zidd olaraq öz əli ilə gərginləşmiş cinsiyyət orqanını onun ağzına daxil edib irəli-geri hərəkətlər etdirərək cinsi ehtirasını pozğun formada təmin etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ilkin olaraq öz izahatını polis şöbəsində vermişdir. Zərərçəkmiş şəxslə qonşudur. Zərəçəkmiş şəxsin dayısı ilə uşaqlıqdan dostdur. Dayısının adı İlyasdır. Onlar balaca kənd yerində yaşayırlar. O, Nasirin haqqında düzgün yolda olmadığını eşitmişdir. Zərərçəkmiş şəxsin valideynləri yoxdur. O, Nasirin kişiyə xas olmayan hərəkətlər etməsini eşitmişdir. Daha dəqiq desə, kənddə dəfələrlə Nasirin başqa şəxslərlə cinsi əlaqədə olmasını eşitmişdir. Bir gün Rəcəb ona Nasirin saçını kəsdirmək üçün onun yanına gəldiyini demişdir. Rəcəbin dediyinə görə, Nasirin saçını kəsərkən o, Rəcəbin cinsi orqanına əl atmışdır. Rəcəb onunla birlikdə tutulan şəxsdir. Rəcəb Nasirdən nə etdiyini soruşmuş, Nasir isə belə bir xəstəliyinin olduğunu bildirmişdir. Rəcəb Nasirin saçını kəsdikdən sonra ona növbəti dəfə oraya gəlməməsini bildirmişdir. Bu məsələni ona Rəcəb danışmış, belə bir təkliflə Rəcəbə gəldiyini və onu oradan qovduğunu bildirmişdir. O, Rəcəbə bu məsələni heç yerdə danışmamasını və Nasirin adını pis etməməsini söyləmişdir. Onun Nasirin dayısı ilə arası yaxşıdır. O, Nasirə etdiyi hərəkətləri dayısına deyəcəyini bildirmişdir. O, Bakı şəhərində işləyirmiş. Həmin ərəfələrdə o, rayona getmişdir. Atasının işlədiyi yerlə həmin restoran üzbəüzdür. Restoranın içərisindən yol görünür. Yolla gedəndə restoranın içərisi aydın görünür. Günorta saat bir və ya iki radələrində o, zərərçəkmiş şəxsin restoranın foyesində dayandığını görmüş, başı ilə Nasirə yanına gəlməsini işarə etmiş və Nasir onuna yanına gəlmişdir. Restoranın arxasındakı ensiz yerlə arxaya gedən zaman ayaqyoluna çıxılır. Restoranın ayaqyolusu restoranın arxasındadır. Orada bir yol gedir və həmin yol daimi olaraq adam olan yerdir. O, həmin yerə getmiş və Nasir də onun arxasınca oraya gəlmişdir. O, Nasirə onun haqqında belə sözlər eşitdiyini bildirmişdir. O, Nasirə kəndin onun haqqında danışdığını və belə bir hərəkətlərə yol verməməsini bildirmişdir. Belə bir şey etsə İlyasa deyəcəyini bildirmişdir. Nasir isə cavabında belə bir şey etmədiyini bildirmişdir. Nasir başını aşağı salaraq restorana getmişdir. Atasının işlədiyi yerdə ayaqyolu yoxdur. O ərazidə olan bütün obyektlərdə ayaqyolu yoxdur. Restoranın ayaqyolundan istifadə etdikdən sonra evə getmişdir. Onun işini qərəzli aparıblar. O, müstəntiqə kamera görüntülərini çıxarmasını bildirmişdir. Onun ayaqyoluna girməsi ilə çıxması çox çəkməmişdir. Zərərçəkmiş şəxsin dediklərinin isə həmin müddət ərzində baş verməsi mümkün deyil. Onu təzyiq altında ayın 14-də polis şöbəsinə aparmışlar. Ayın 21-ə kimi döyülmüşdür. Ona cinayəti boynuna alsa cəzasının yüngülləşəcəyini bildirmişlər. Olmayan bir hadisəni onun boynuna qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rəcəb Nasirin saçını kəsərkən o, Rəcəbin cinsi orqanına əl atmış və onunla cinsi əlaqədə olmasını təklif etmişdir. Rəcəb də zərərçəkmiş şəxsi obyektindən qovmuşdur. Rəcəbin dediklərinə əsasən deyə bilər ki, Rəcəb öz cinsiyyət orqanını onun ağız boşluğuna salmamışdır. Zərərçəkmiş şəxslə və Rəcəblə bir kənddə yaşamışlar. Rəcəbin bu məsələni başqa şəxslərə danışıb-danışmamasını bilmir. Onun bildiyi odur ki, zərərçəkmiş şəxs artıq iki və ya üç ildir ki, bu yolun yolçusudur. Onların kəndi balaca bir kənddir. Kəndin bir tərəfində danışılan məsələni asanlıqla digər tərəfdən eşitmək olur. Hadisəni Rəcəbdən başqa kimdənsə eşitməyini dəqiq xatırlamır. Atasının işlədiyi yerlə restoran üzbəüzdür. O, atasına kömək edirmiş. Atası orada qapı düzəldirmiş. O, həmin vaxt günorta yeməyinə gedirmiş və restoranın yanından keçmişdir. O, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Həmin vaxt Nasiri restoranın foyesində görmüşdür. Zərərçəkmiş şəxs restoranda ofisiant işləyirmiş. Rəcəbin həmin gün orada olub-olmadığını bilmir. O, restoranın qapısının yanına gəlib başı ilə zərərçəkmiş şəxsi yanına çağırmışdır. Restoranın içərisinə o, girməmişdir. Nasirə kəndin ondan danışdığını, düz yolda olmadığını bildirmişdir. Nasir ona elə bir şey etmədiyini demişdir. O, Nasiri qorxutmaq məqsədi ilə ona bir də elə hərəkət etsə, dayısı İlyasa deyəcəyini bildirmişdir. Düşünmüşdür ki, o, dayısından qorxar və bu yoldan çəkinər. Həmin sözü ona dörd və ya beş ay əvvəl demişdir. O, hadisədən sonra Bakı şəhərində işləyirmiş. Bakı şəhərindən gələndən sonra birinci dəfə imiş ki, şəxsi görürmüş. O, öz cinsiyyət orqanını şəxsin ağız boşluğuna salmamışdır. O, Nasirə heç bir şey təklif etməmişdir. O, Nasiri qorxutduğuna görə zərərçəkmiş şəxs onunla prinsipə düşmüşdür. İki və üç ildir ki, şəxs bu yolda imiş. Uşağın başına oyun açmayan qalmamışdır. Heç kimin də adını şəxs verməmişdir. Əgər o belə bir hərəkət etsə idi şəxs atasına və dayısına etdiyi hərəkət haqqında danışarmış. Zərərçəkmiş onun dayısına məlumat verildiyini düşünmüşdür. O, şəxsin dayısına heç bir şey deməmişdir. Şəxs polis bölməsində ona “mən bu yolun yolçusuyam və sənə nə düşüb ki, mənim ailə üzvlərimə deyirsən” demişdir. O, dayısına demədiyini bildirmişdir. Zərərçəkmiş şəxslə hər hansı bir formada yaxınlığı olmamışdır. 2023-cü il 14 iyun tarixdə onu saxlamışlar. Ayın 14-ü polis idarəsindən ona zəng gəlmişdir. Onu cinayəti boynuna alması üçün ayın 21-ə kimi döymüşlər. Əgər boynuna almırsa da Rəcəbin üzünə şahid kimi ifadə verməsini bildirmişlər. Fiziki işgəncələrə baxmayaraq etmədiyi məsələni boynuna almamışdır. Zərərçəkmiş şəxsin onunla birlikdə eyni zamanda Rəcəbin də adını verməsini bilmir. Həmin yer adamla doludur. Orada kənar şəxslərin olmaması mümkün deyil. Rəcəbi şahid qismində dindirmək istəyirmişlər. Zərərçəkmiş şəxs deyirmiş ki, güya o Nasirə nəsə etmiş və Rəcəb də onları görmüşdür. Onun valideynləri Qobustanda yaşayır. Nasirin anası Qobustanda yaşamır. Onlar zərərçəkmiş şəxslə qonşudurlar. Onun qohumlarından Qobustanda yaşayanlar vardır. Qohumları əlbətdə onun xeyrinə ifadə verəcəklər. O, kənd sakinləri ilə şəxsin belə bir yolun yolçusu olmasını sübut edəcək. Şəxsin ailə üzvləri məsələni təzə eşitmişdir. Nasir ifadəsində onun güya 2021-ci ildə bu hadisəni törətməsini bildirmişdir. Nasir bu yolun yolçusudur. O, eşitdiyini Nasirə demişdir ki, bu yolu getməsin. O, Nasirin dayısı ilə dost olmuşdur. İbtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. O, həmin vaxt Seymur restoranında ofisiant işləyirmiş. Hadisənin baş vermə tarixini dəqiq xatırlamır. Ofisiant yoldaşı yanına gəlmiş və restoranın qarşısında bir nəfər şəxsin onu çağırdığını bildirmişdir. Kim olduğunu soruşmuş, ona şəxsi tanımadığını bildirmişdir. O, restoranın qarşısına çıxmış və Elvin ona “bura gəl və sənə söz deyirəm” demişdir. O da cavabında “mənə olan sözü bir azdan deyərsən” demiş, işinin olduğunu bildirmişdir. Ona beş dəqiqəlik onun yanına getməli olduğunu bildirmiş, O, şəxsin yanına getmişdir. O, şəxsin axrasınca restoranın ayaqyolu olan hissəsinə getmişdir. Restoranın sol tərəfində restoranın ayaqyolusu yerləşirmiş. O, Elvinin arxasınca bir və iki addım gedəndən sonra Elvin onun qolundan tutmuş və boynundan da sıxmışdır. O, qışqırmaq istəmiş, amma Elvin qışqırmasına icazə verməmiş, qışqırsa onu öldürəcəyini demişdir. Ona görə o, heç bir şey edə bilməmişdir. Ayaqyoluna uzun bir dəhliz gedirmiş. Elvin onu ayaqyolunun ortada yerləşən bölməsinə salmış və qapını bağlamışdır. Elvin öz əli ilə cinsi orqanını aşmış, ona ağzına salmasını təklif etmişdir. O, istəmədikdə məcbur edərək başını aşağı salmış, əli ilə boynundan sıxmış və öz cinsi orqanını onun ağız boşluğuna salmışdır. Həmin vaxt Rəcəbin qapının deşiyindən onlara baxdığını görmüşdür. Bir və ya iki dəqiqə öz cinsi orqanını onun ağzına salmış, o, daha sonra şəxsin əlindən çıxmış və getmişdir. O, əlini və üzünü yuyan zaman arxaya baxdıqda Rəcəblə Elvini görmüşdür. Daha sonra o, restoranın içərisinə girmiş, restoranın foyesindən geri baxan zaman onların tualetdən çıxdıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisənin dəqiq tarixini xatırlamır. Hadisə 2023-cü ildə baş vermişdir. Həmin vaxt onun 17 yaşı var imiş. O, 2006-cı ildə anadan olmuşdur. Qonşunun toyu imiş və həmin vaxtı dayısı onu çağırmışdır. Dayısının dəqiq olaraq nə vaxt xəbər tutmasını xatırlamır. Hadisədən bir və ya iki həftə keçmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsi görməmişdir. Rəcəblə bərbərxanada bir dəfə belə bir məsələ olmuşdur. O, restoranda olarkən arxaya baxdıqda Rəcəblə Elvini görmüşdür. O, Rəcəblə Elvini tanımırmış. Yəqin ki, əvvəllər münasibətləri olmuşdur. Elvin onun boynundan tutaraq öz cinsiyyət orqanını ağzına salmış və onun şəxsə əngəl olmasına gücü çatmamışdır. O, qışqırmaq istəyən zaman Elvin ona imkan verməmiş və səsi çıxsa onu öldürəcəyini bildirmişdir. Elvinin içkili olub-olmamasını dəqiq deyə bilmir. Ayaqyolunda üç kabin var imiş. Kabinlərin qapıları var imiş. Qapıdan içəri girmişlər. Ayaqyolu yerdən imiş, unitaz yox imiş. Elvin onun üzünə vurmamışdır ki, Rəcəblə belə bir şey edib və onunla da etməlidir. Anasının dayısı oğlu bu məsələni onun dayısına danışmışdır. Həmin şəxsin adı Murad olmuşdur. Həmin şəxsə də kənddə kimsə demişdir. O, hadisəyə qədər Elvini tanımamışdır. Elvin öz ifadəsində yalan danışır. İfadəsində bildirdiyi sözləri ona qarşı istifadə etməmişdir. O, həmin vaxt işdə imiş və onunla getmək istəmirmiş. O, şəxsi tanımadığı üçün nə demək istədiyini bilmirmiş. Sanitar qovşağının yaxınlığında olan uzun dəhlizə keçdikdən bir və ya iki addım getdikdən sonra Elvin onun qolundan tutmuşdur. Sağ qolundan tutaraq boynunu aşağı əymişdir. Ayaqyolunun bütün kabinetləri boş imiş. Nəyə görə üçüncü kabinə saldığını bilmir. Ayaqyolunda yanbayan dayanmışlar və əllərini hərəkət etdirməyə qoymurmuş. Əlini qaldıra bilmirmiş. Onun qolundan tutaraq ayaqyoluna salmışdır. Qapını sağ əli ilə tutmuşdur. O, hərəkət etmək istəyəndə əllərini qapıdan çəkmiş və əllərini hərəkət etdirməyə imkan verməmişdir. O, şəxsi itələmək istəyən zaman əllərindən tutmuş, ondan sonra öz cinsi orqanını çıxarmışdır. Dizlərini yerə qoymamış, başını əymişdir. Bu hərəkət 3-4 saniyə davam etmiş və o, şəxsin əlindən qaçmışdır. Restorandan ayaqyoluna getmək üçün beş və ya altı addımlıq məsafə varmış. Həmin vaxt restoranda heç kim yox imiş. Toy hələ başlamamışdır. Toy axşam başlamamışdır. Restoranın içərisində heç kim yox imiş. Sanitar qovşağında da heç kim yox imiş. Şəxs onu öldürməklə hədələmişdir. Onun yanında şəxsi döyməmişlər. O, Elvinin döyüldüyünü görməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onun özü Hacıqabuldandır. Qobustanda doğulmuş və orada böyümüşdür. Nərimankənd kəndində baş vermişdir. Şamaxıda kollecdə oxuyan zaman Qobustana gəlmiş, nənəsigillə yaşamışdır. Ayaqyolu restorandan çıxış edəndə sol tərəfdə yerləşir. Şəxsin adını bilmir. O, təqsirləndirilən şəxsi kənddə görmüşdür. Şəxs onun başını aşağı saldığına görə o oradan Rəcəbi görmüşdür. Qapının deşiyi elə də böyük deyilmiş. O, çölə çıxandan sonra Rəcəbin deşikdən baxdığının dəqiq şahidi olmuşdur. O, hadisəni heç kimə danışmamışdır. Onu hadisə haqqında danışmaması üçün ölümlə hədələmişlər. Elvin onu çağıranda heç bir söhbət olmamış və o, Elvinin arxasınca getmişdir. Elvin qapını bağlayandan sonra belə bir hərəkət etmişdir. Onu şəxslərlə üzləşdirmişlər və o, polisə ifadə vermişdir. Elvinə qarşı zor tədbiq edilməmişdir. Cavad adlı şəxs də ona əxlaqsız təkliflər etmiş, təkliflə kifayətlənmişdir. Hadisə baş verənə qədər Təqsirləndirilən şəxslə tanışlıqları olmamışdır. Onu kabinəyə salana qədər orada heç kim olmamışdır. Şəxsin ona qarşı etdiyi əxlaqsız hərəkət üç-dörd saniyə baş vermişdir. O, şəxsin onu ayaqyoluna aparıb cinsi orqanını çıxarana qədər nə istədiyini bilməmişdir. O, şəxsə qarşı heç bir müqavimət göstərə bilməmişdir. Ona səsi çıxsa onu öldürəcəyini demişdir. Onun boğazından sıxmış və ağzını açmağa məcbur etmişdir. Necə bir hərəkət edəcəyini bilməmişdir. Onlar kabineyə girdikdən sonra Rəcəb gəlmiş və onları izləməyə başlamışdır. Başını aşağı əyən zaman Rəcəbin onlara baxdığını görmüşdür. O, içəridən çıxdıqdan sonra tam dəqiq bilmişdir ki, həmin baxan şəxs Rəcəbdir. Rəcəb restoranda işləmirmiş. Həmin proses üç və ya beş dəqiqə yox, üç- beş saniyə baş vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər anası X8 ilə birlikdə Hacıqabul rayonunun Atbulaq kəndində yaşamışdır. 2021-ci ildə o, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmiş, imtahan nəticəsində topladığı bala uyğun olaraq o, həmin il X20 Kollecinə qəbul olmuş və həmin kollecin “Aqrar-fermer təsərrüfatının təşkili” fakültəsində təhsil almağa başlamışdır. O, hazırda da həmin kollecdə təhsil alır. Həmin kollec Şamaxı şəhərində yerləşdiyinə görə o, 2021-ci ildə tədris ilinin başlandığı ərəfədə, yəni 2021-ci ilin sentyabr ayında Hacıqabul rayonundakı evlərindən Qobustan şəhərində yaşayan nənəsi Nailənin yanına köçmüş və nənəsi ilə birlikdə yaşamağa başlamışdır. 2021-ci ilin noyabr ayında xatırlamadığı tarixdə və gündə saçları uzandığından saçlarını kəsdirməsi lazım gəlmiş, həmin vaxt o, saçını kəsdirmək üçün Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayının yaxınlığında yerləşən bərbərxanaya getmək qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində o, ilk dəfə saçlarını kəsdirmək üçün həmyerlisi, şəxsiyyəti ona sonradan məlum olan Şahid1 işlədiyi bərbərxanaya getmişdir. O, bərbərxanaya çatdıqda bərbərxananın qarşısında heç kim olmamışdır. Bərbərxanaya daxil olduqda Şahid1 içəridə təkbaşına oturduğunu görüb, onunla salamlaşıb, saçını kəsib səliqəyə salmasını xahiş etmiş və saçını kəsdirmək üçün stula əyləşmişdir. Həmin vaxt o, Rəcəbin danışığından sərxoş olduğunu hiss etmişdir. Şahid1 əvvəlcə normal qaydada onun saçlarını kəsib sahmana salmış, saçlarını kəsib bitirdikdən sonra öz cinsiyyət orqanını əynində şalvar olduğu halda, əvvəlcə onun sağ qoluna, sonra isə sol qoluna sürtməyə başlamışdır. O, sol əli ilə Rəcəbi kənara itələyərək özündən uzaqlaşdırmağa çalışmış, bu zaman Rəcəb onun sol tərəfində dayanaraq ona cinsiyyət orqanını ağzına salmağını təklif etmiş, o, bununla razılaşmadıqda, Rəcəb bərbər əşyalarının yığıldığı masadan bir ədəd ülgücü sağ əlinə götürüb, onun boynunun sol yan hissəsinə dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda, Rəcəb ona əgər səsini çıxartsa başını kəsəcəyini bildirmişdir. Sonra Rəcəb sol əli ilə əynində olan şalvarı aşağı çəkərək cinsiyyət orqanını alt paltarından çölə çıxartmış, bu zaman o, oradan çıxıb getmək istədikdə, Şahid1 sağ əlində olan ülgücü sol əlinə keçirib sağ əli ilə onun boynundan tutaraq getməyinə imkan verməmişdir. Rəcəb onun boynunu sıxdıqda, o, boynunun ağrısının təsirindən özündən ixtiyarsız ağzını açmış və Rəcəb öz cinsiyyət orqanını onun ağzına soxmuşdur. Sonra Rəcəb cinsiyyət orqanını dəfələrlə onun ağzında irəli-geriyə doğru hərəkət etdirmiş, belə hərəkətlərini təxminən 3-5 dəqiqə davam etdirdikdən sonra cinsiyyət orqanını ağzından çıxartmış və öz spermasını döşəməyə boşaltmışdır. Bundan sonra Rəcəb əlindəki ülgücü onun boğazından götürüb onu buraxmış və əgər kiməsə bu barədə desə, onu öldürəcəyini bildirmişdir. O, Rəcəbin dediklərindən qorxub dərhal bərbərxanadan çıxaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Rəcəbin hərəkətləri ona çox pis təsir etsə də, o, Rəcəbdən qorxduğu üçün hadisə barədə heç vaxt heç kimə deməmişdir. Bundan başqa bildirmişdir ki, o, 2022-ci ilin yay aylarından etibarən Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında ofisiant olaraq işə başlamışdır. Belə ki, o, təhsil aldığı dövrdə yol pulu, geyimi və başqa xərclərini ödəmək məqsədi ilə qazanc əldə etmək üçün yay tətili günlərində işləməyə qərar vermiş, bu məqsədlə 2022-ci ilin yay aylarında “Seymur” şadlıq sarayında ofisiant olaraq işləmişdir. Bundan sonra, 2023-cü ilin iyun ayında xatırlamadığı tarixdə o, yenidən “Seymur” şadlıq sarayında ofisiant olaraq daimi işə başlamışdır. 2023-cü ilin iyun ayının sonlarında xatırlamadığı tarixdə və gündə həmişə olduğu kimi keçiriləcək toy mərasiminə hazırlıqla bağh şadlıq sarayının toy zalının bəzədilməsi üçün şadlıq sarayında işləmiş, həmin gün saat 15 radələrində o, “Seymur” şadlıq sarayının toy zalında işləyərkən əsl adı Rövşən olsa da, hamının Nurlan olaraq tanıdığı iş yoldaşı zala girib onu çağıraraq bir nəfər Elvin adlı şəxsin onu çölə çağırdığını bildirmişdir. O, şadlıq sarayının qarşısına çıxdıqda onu çağıran şəxsin həmyerlisi, əvvəlcədən üzdən tanısa da, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla salamlaşıb, ona sözünün olduğunu, onun arxası ilə şadlıq sarayının sanitar qovşağına tərəf getməyini, orada ona sözünü deyəcəyini bildirmişdir. Həmin vaxt danışığından Elvinin sərxoş olması hiss olunmuşdur. O, əvvəlcə işi olduğunu bildirsə də, Elvin təkid etdiyindən razılaşmış və Təqsirləndirilən şəxs öndə, o isə Elvinin arxası ilə sanitar qovşağa tərəf getmişdir. Onlar sanitar qovşağın qarşısına çatdıqda, üç ədəd kabinədən ibarət olan sanitar qovşaqda ortadakı kabinənin qarşısında dayandıqları vaxt Təqsirləndirilən şəxs qəflətən ona heç bir söz demədən əvvəlcə onun sağ biləyindən, sonra isə boyun nahiyyəsindən tutaraq onu həmin kabinənin içərisinə salmışdır. Sanitar qovşağın kabinəsinin içərisində Təqsirləndirilən şəxs sol əli ilə əynindəki qara rəngli cins şalvarını aşağı çəkərək alt paltarından öz cinsiyyət orqanını çıxarıb, ona cinsiyyət orqanını ağzına salmağını təklif etmiş və o, razılaşmadıqda, Elvin onun boyun nahiyyəsindən sıxaraq ona əgər bu barədə kiməsə məlumat versə, dayılarına deyəcəyini bildirərək onu hədələmişdir. Sonra o, boynu ağrıdığına görə qeyri-ixtiyari ağzını açdıqda, Elvin öz cinsiyyət orqanını onun ağzına soxmuş, sonra Elvin cinsiyyət orqanını onun ağzında irəli-geriyə doğru hərəkət etdirmişdir. Həmin vaxt o, kabinənin sol divarında olan deşikdən kiminsə onlara baxdığını görmüşdür. Elvin öz hərəkətlərini təxminən 3-5 dəqiqə davam etdirdikdən sonra o, Elvini itələyib, kabinədən çıxdıqda, Şahid1 sanitar qovşaqdakı əlüzyuyanın qarşısında ayaqlarını yumasını görmüşdür. O, Rəcəbi gördükdə gözlərindən tanıyıb kabinənin divarındakı deşikdən baxan şəxsin Rəcəb olduğunu başa düşmüşdür. Bundan sonra o, sanitar qovşaqla şadlıq sarayının həyətini birləşdirən dəhlizlə şadlıq sarayının həyətinə tərəf qaçarkən həmin dəhlizdə sanitar qovşağa tərəf gedən Fərid adh həmyerlisi ilə rastlaşmış, lakin, qorxduğundan və həyəcanlı olduğundan ayaq saxlamadan qaçıb həyətə çıxmış və şadlıq sarayının binasına girmişdir. Bir qədər sonra o, şadlıq sarayının pəncərəsindən sanitar qovşağa tərəfə boylandıqda Rəcəb və Elvinin sanitar qovşağa aparan həmin dəhlizdən birlikdə çıxdıqlarını görmüşdür. Bundan başqa, xx.xx.2023-cü il tarixdə o, həmişəki kimi ofisiant olaraq işləmək üçün “Seymur” şadlıq sarayına getmişdir. Həmin gün keçirilən toy məclisi qurtardıqdan sonra saat 23 radələrində həmyerlisi Şahid2 şadlıq sarayının binasının girişindəki foyedə onu yanma çağırıb ona Rəcəb və Elvinin öz cinsiyyət orqanını onun ağzına saldıqlarını bildirib, onunla bu cür hərəkətlər etmək üçün şadlıq sarayının sanitar qovşağına keçməyini istəmiş, lakin o, Cavadla razılaşmayaraq, onun yanından uzaqlaşmışdır. Daha sonra Şahid2 ona başqa təklif etməmiş və özü də oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yatdığı zaman nənəsi Nailə onu yuxudan oyatmış və o, nə baş verdiyini öyrənmək üçün evin həyətinə düşdükdə, orada dayısı Emilin qohumları Zamiq və Murad ilə birlikdə həyətdə dayandığını görmüşdür. O, Emilə yaxınlaşdıqda, sonuncu ondan Rəcəbin ona nə etməsi barədə soruşmuş və o, başına gələn hadisəni dayısına danışmışdır. Sonra dayısı Emil böyük dayısı Ramilə zəng edib tez evə gəlməsini xahiş etmişdir. Bir qədər sonra Ramil evə gəlmiş, Ramil Emildən nə baş verdiyini soruşduqda, o, Ramildən ondan soruşmasını xahiş etmişdir. X29, İlyas, Murad, Zamiq və nənəsi Nailə ilə birlikdə ona yaxınlaşıb nə baş verdiyini soruşduqda, o, əvvəlcə həyəcanlanıb danışmaq istəməsə də, dayıları Emil və Ramil heç bir şeyi gizlətməməyini xahiş edərək təkidlə soruşduqda, o, başına gələn bütün hadisələri onlara danışmışdır. Bundan sonra həmin gün o, dayısı Emil ilə birlikdə Qobustan RPŞ-yə gəlib başına gələn hadisələrlə bağlı tədbir görülməsi üçün ərizə ilə müraciət etmişdir. Həmçinin o, bildirmişdir ki, Şahid1 ona qarşı seksual xarakterli hərəkətlər edərkən yanlarında heç kim olmamışdır. Şahid1 işlədiyi bərbərxanada ona qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlər etmiş, yəni boynuna ülgüc dirəyib boğazını sıxaraq öz cinsiyyət orqanını onun ağzına soxmuşdur. Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən sanitar qovşaqda Şahid1 olmuşdur. Lakin, həmin vaxt Rəcəb onlarla eyni kabinədə olmamış, onların olduqları kabinənin sol divarında olan deşikdən onlara baxmışdır. Şahid1 və Təqsirləndirilən şəxs hadisə zamanı yalnız öz cinsiyyət orqanlarını onun ağzına daxil etmişlər. Həmin hadisədən uzun müddət keçdiyinə görə hadisə zamanı əynində hansı geyimlər olduğunu xatırlamır. Həmin hadisədən uzun müddət keçdiyinə görə o, hadisə zamanı Şahid1 və Təqsirləndirilən şəxs əynində hansı geyimlər olduğunu xatırlamır. Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterli hərəkətlər edildikdən sonra o, insanın immun çatışmazlığı virusu, dəri zöhrəvi və ya cinsi yolla keçən başqa xəstəliyə yoluxmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs ilə sadaladığı hallardan başqa təkrarən ağız yolu ilə və ya qeyri-təbii yol ilə cinsi əlaqədə olmamışdır. Hadisə zamanı Şahid1 və Təqsirləndirilən şəxs ona qarşı sadaladığı seksual xarakterli zorakılıq hərəkətlərini edən zaman həmin şəxslərdən heç biri ona qarşı həmin vaxt ağır iztirab keçirməyinə səbəb ola biləcək hərəkətlər, o cümlədən işgəncə və ya sadist xarakterli hərəkətlər etməmişlər. O, ümumiyyətlə spirtli içkilər içmir. Hadisə zamanı da o, sərxoş olmamışdır. Hadisə zamanı və ya hazırda onun fiziki və ya psixi qüsuru yoxdur. Hadisə zamanı və ya hazırda onun həmcinslərinə meyilliliyi yoxdur. Şahid1 və Təqsirləndirilən şəxs başqa heç kimlə onunla oral və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə o, dayıları Emil, Ramil, İlyas, nənəsi Nailə, qohumları Zamiq və Muraddan başqa heç kimə danışmamışdır. O, həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ramil və Emil adlı dayıları ondan kiminsə ona qarşı əxlaqsız hərəkətlər etməsini soruşan zaman onu döyməklə hədələməmiş və ya döyməmişlər. Baş vermiş hadisə ilə bağh yalan dediyi təqdirdə dayılarının onu döyəcəklərindən qorxmuşdur. Belə ki, Təqsirləndirilən şəxs və Şahid1 ona qarşı məcburi olaraq seksual xarakterli hərəkətlər edən zaman onu hədələdiklərinə görə onlardan qorxduğundan hadisə barədə heç kimə danışmamışdır. Dayıları ilə söhbət zamanı isə artıq o, həmin hadisədən dayılarının məlumatı olmasını, hadisəni gizlətməyinin əhəmiyyətinin qalmadığını başa düşmüş və yalan danışdığı halda dayılarının buna əsəbiləşib onu döyəcəklərindən qorxduğu üçün həqiqətləri onlara danışmışdır. Çünki, başa düşmüşdür ki, Rəcəb və Elvinin cinsiyyət orqanını məcburi olaraq onun ağzına salaraq ona qarşı seksual xarakterli hərəkətlər etmələrini yaşadığı Qobustan şəhərində artıq çox adam bilir. Şahid1 ifadəsində ona şər, böhtan atmağı barədə göstərdikləri tamamilə yalandır. Rəcəb həqiqətən də ona qarşı zorla seksual xarakterli hərəkətlər etmişdir. O, Rəcəbə şər atmamışdır. O, bu günədək valideynləri və ya qohumları olan dayıları tərəfindən zorakılığa məruz qalmamışdır. Onu heç kim, o cümlədən dayıları döyməmişdir. Şahid1 2021-ci ilin noyabr ayının sonlarında saat 11 radələrində Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən işlədiyi bərbərxanada ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs isə 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində Qobustan şəhəri, Beydulla Qəribov küçəsində yerləşən “Seymur” şadlıq sarayının sanitar qovşağında ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir (cild 01, iş vər. 41-43, 159-160, cild 03, iş vər. 15- 19, cild 04, iş vər. 01-03). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsin içkili olub-olmamasını dəqiq xatırlamır. O, pilləkəndən düşəndən sonra Elvinin onun qolundan tutduğunu demişdir. Tualetin kabinində olan zaman o, əyilmiş vəziyyətdə olmuşdur. Belə ki, Elvin əli ilə onun boyun nahiyəsindən tutaraq güc tədbiq etmiş və onu boynunu əyməyə məcbur etmişdir. O, da qorxmuşdur. Şəxsin əlində heç bir şey olmamışdır. Ekspertizadan keçmiş, onu soyundurmuş və arxa nahiyəsinə baxış keçirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, təqsirləndirilən şəxsdən şikayətçidir və cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqının gedişində Zərərçəkmiş şəxs yenidən dindirilmiş və, o, daha əvvəl vermiş olduğu ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, o, “Seymur” şadlıq sarayında ofisiant işləyirmiş. Onunla birlikdə işləyən Nurlan adlı şəxs gəlmiş və Elvinin onu çağırdığını bildirmişdir. O, Elvinin kim olduğunu soruşduqda şəxs tanımadığını bidlirmişdir. O, çölə çıxmış və Elvin onu yanına çağırmış və söz deyəcəyini bildirmişdir. O, Elvinə işi olduğunu bildirmiş, amma Elvin israrla onu yanına çağırmışdır.Elvin ayaqyoluna tərəf gtemiş, o da Elvinin arxasınca getmişdir. O, pilləkənləri düşüb 3-4 addım getdikdən sonra Elvin onun qolunu burmuş və başını aşağı əymişdir. Daha sonra Elvin onu ortadakı kabineyə salmış və qapını örtmüşdür. Elvin öz cinsiyyət orqanını çıarmış və onu ağzına alması üçün məcbur etmişdir.O, əvvəlcə istəməmiş, amma Elvin ona zor tətbiq edərək əli ilə öz cinsiyyət orqanını onun ağzına salmışdır. Həmin vaxt Elvin qapını tutduğu üçün onun qaçmaq imkanı olmamışdır. O, dəfələrlə Elvini arxaya itələmiş, amma oradan çıxa bilməmişdir. O, Rəcəbin onları gördüyünü görmüş və daha sonra qaça-qaça ayaqyolundan çıxan zaman Elvinlə Rəcəb əl-üz yuma yerindən ona baxmışdır. O, ayaqyolundan çıxan zaman Elvin onun arxasınca, Rəcəb isə digər kabindən çıxmışdır. Ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, Elvin onun qolunu burub içəri saldıqdan sonra qolunu buraxmışdır. O, Elvini itələmiş, amma gücü çatmamış, çölə çıxa bilməmişdir. Daha sonra o, Elvini itələmiş və Elvin öz razılığı ilə onu buraxmışdır. Elvin onu buraxan zaman cinsi akt başa çatmamışdır. Rəcəbin onlara baxdığından Elvinin xəbərinin olub-olmadığını bilməmiş, amma Elvin sonradan Rəcəbi görmüşdür. Elvin onun başını aşağı əydikdən sonra o, Rəcəbin onlara baxdığını görmüşdür. Elvinin onu buraxmasının səbəbini bilmir. Elvin onun başını aşağı əyən zaman onun cinsi orqanı açıq vəziyyətdə, çöldə olmuşdur. Onlar kabinə daxil olduqdan sonra Elvin şalvarının sepini açmışdır. O, sonradan deşikdən baxan şəxsin Rəcəb olduğunu bilmişdir. Çölə çıxdıqdan sonra Rəcəbi əl-üz yuma yerində görmüşdür. O, boyunun ölçüsünü bilmir. Ayaqyolunda heç kim yox imiş, o, qışqırsa da onu heç kim eşidə bilməzdi. Elvin əgər qışqırsa onu öldürəcəyini bildirmişdir. Həmin vaxt Elvinin əlində heç bir alət yox imiş. Elvin zorla onu tualetə aparmışdır. Elvin kabinənin qapısını birinci əli ilə tutmuş, sonradan bağlayıb bağlamadığını bilmir. Elvin ona qarşı zorakılıq törətmişdir. Elvin onun qolunu buran zaman “səs eləsən, səni öldürəcəm” demişdir. O, Rəcəbi ayaqyolunda gördükdən sonra heç nə deməmiş, oradan qaçmışdır. Onu birinci Rəcəb öldürməklə hədələmiş, daha sonra Elvin hədələmişdir. Rəcəbdən əvvəl və sonra heç kim ona qarşı belə bir hərəkət etməmişdir. Hadisə vaxtı Elvin onu ölümlə hədələmişdir. Elvindən əvvəl Rəcəb ona qarşı seksual xarakterli zorakılıq hərəkəti etmişdir. O, ayaqyolunda olan zaman Elvinin Rəcəblə onun arasında baş verənlərdən xəbərdar olduğunu hiss etməmiş, Elvin də ona bu barədə heç nə deməmişdir. Kabinə girdikdən sonra Elvin onun qolunu buraxmış və şalvarını çəkmişdir. Elvin sol əli ilə qapını tutmuş və sağ əli ilə şakvarını çəkib cinsi orqanını çıxarmışdır. Elvin onun başını aşağı əyən zaman ondan nə istədiyini bilmişdir. Elvinin cinsi orqanı onun ağzında təxminən 1-2 dəqiqədən çox qalmışdır. Elvin məcburi şəkildə cinsi orqanını öz əli ilə onun ağzına salmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı obyektdə kömək edirmiş. Daha sonra o, restorana ayaqyoluna getmişdir. Ayaqyoluna getməkdə məqsədi həm üst-başını təmizləmək, həm də əl və üzünü yumaq olmuşdur. Ayaqyolunda üst-başını təmizləmiş, birinci qapıdan içəri girmiş, digər qapıdan səs gəldiyini eşitmişdir. Həmin yerdə balaca bir deşik var imiş. Oradadan içəriyə baxanda kiminsə cinsiyyət orqanını Nasirin ağzına saldığını görmüşdür. Nasir həmin deşikdən onu görmüşdür. Nasir onu gördükdən sonra o, kənara çəkilmiş və əl-üzünü yumağa davam etmişdir. Ondan sonra o çıxıb getmişdir. Həmin ərəfədə də Fərid adlı şəxs əlində telefonla gedirmiş. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi uzun müddətdir ki, tanıyır, onlarla eyni kənddəndir. Elvin restoranda yox, şəhərdə işləyirmiş. İş yeri bağlandığına görə Elvin rayonda imiş. Nasir restoranda işləyirmiş, Nasirin restoranda nə iş görməsi ilə maraqlanmamışdır. Həmin vaxt Nasirin yanında ayaqyolunda kimin olması görsənmirmiş. Həmin yerdə deşik balaca imiş. O, sonradan ayaqyolundan kimin çıxdığını görməmiş, üzünü çevirmiş və çıxıb getmişdir. O, orada nəsə deyəsi deyilmiş. Nasir onun deşikdən baxdığını görmüşdür. Gördükəri barəsində söhbət əsnasında demişdir. Nasir də birinci dəfə deyilmiş ki, bu işlə məşğul olurmuş. Onun belə işlərlə məşğul olmasını əvvəldən eşitmişdir. İstintaqda verdiyi ifadə yadındadır. İstintaq zamanı həm zərərçəkmiş şəxslə, həm də təqsirləndirilən şəxslə üzləşmişdir. Nasir rayona 2021-ci ildə gəlmişdir. Onunla sadəcə salam və sağolu olmuşdur. Nasir onun yanına saçını kəsdirmək üçün gəlmişdir. Ondan kim olduğunu soruşmüş, şəxsi bərbərxanada tanımışdır. O, Ayaqyolunda əl və üzünü yuyurmuş. Həmin vaxt səslər gəlirmiş. Digər kabindən səslər gəldiyinə görə maraqlanmışdır. Ehtiyyac bilmədiyinə görə axıra qədər orada qalmamışdır. Nasir haqqında digər şəxslərdən eşitmişdir. O, özü də rastlaşmışdır. Nasir bərbərxanaya gələndə şəxsin kim olduğunu bilmirmiş. O, şəxsdən kimlərdən olduğunu soruşmüş, Nasir kimlərdən olduğunu ona demişdir. Nasir saçını kəsdirmək üçün əyləşmiş, saçını hansı formada kəsdirmək istədiyini soruşmuşdur. O, şəxsin saçını kəsdiyi zaman nəyinsə ona söykəndiyini hiss etmişdir. Düşünmüşdür ki, Nasirin nə isə, narahatlığı var. Digər tərəfə keçəndə ani olaraq əlini cinsiyyət orqanına toxundurmuşdur. Ondan nə etdiyini soruşmuş, Nasir başını aşağı salmışdır. O, həmin vaxt Nasirə oradan getməsini və bir daha bərbərxanaya gəlməməsini söyləmişdir. Həmin an yanından çıxıb getmişdir. O, şəxsin Elvinlə etdiyi hərəkəti məcburi olaraq edib-etməməsinin şahidi olmamışdır. Deşik aşağıda imiş. O, həmin vaxt Elvinin üz nayihəsini görməmişdir. Həmin deşikdən də onun üz nayihəsi görünə bilməzmiş. Nasirin üzündə məcburetmə əlamətləri yox imiş. Onun fikrincə, Nasir öz xoşu ilə həmin hərəkəti edirmiş. İstintaqa verdiyi ifadələri xatırlayır. İfadələri verən zaman ona təsir edənlər olmuşdur. Elvinlə bağlı şahid qismində ifadə verən zaman ona təzyiqlər çox olmuşdur. Ona deyirmişlər ki, Elvinin bu hərəkəti etdiyini söyləsin. Bununla bağlı heç yerə müraciət etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Zərərçəkmiş şəxs 2021-ci ildə cəmi bir dəfə onun fəaliyyət göstərdiyi bərbərxanaya gəlmiş, həmin vaxtdan Nasiri tanıyır. Bu günə qədər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən iki il bundan əvvəl Zərərçəkmiş şəxs onun işlədiyi bərbərxanaya saçını kəsdirmək üçün gələrək saçını kəsdirmək istədiyini bildirmişdir. Saçlarını kəsdiyi müddətdə Nasir əvvəlcə sağ qolunu, sonra isə sol qolunu onun cinsiyyət orqanına sürtmüş, sonra sağ əli ilə onun əynindəki şalvarının üstündən cinsiyyət orqanından tutmuşdur. Həmin vaxt Nasirə etiraz edərək onu özündən uzaqlaşdırmış və ona bir daha yanma gəlməməsini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs bərbərxanadan çıxıb getmiş, Nasirlə aralarında başqa heç bir söhbət olmamışdır. Həmin vaxt Nasirə qarşı heç bir zorakı hərəkətlər etməmiş, seksual xarakterli hərəkətlər törətməmiş və sərxoş olmamışdır. Bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində dayısı oğlu Elçin Qəribov ilə birlikdə “Seymur” şadhq sarayının sol tərəfində yerləşən hissəsində fəhlə kimi ona kömək etmişdir. İşlərini qurtardıqdan sonra üstünü təmizləmək üçün “Seymur” şadlıq sarayının sanitar qovşağına getmiş, sanitar qovşağa daxil olduqda Fərid adlı həmkəndlisi ilə qarşılaşmışdır. Fərid ilə qarşılaşan zaman Fərid telefonla danışmışdır. Daha sonra üstünü təmizləyib orada olan 3 kabinetdən birincisinə daxil olmuş, içəri daxil olduqda sağ tərəfində yerləşən ikinci kabinetdən fərqli səslər eşitməyə başlamışdır. O, aralarında olan plastmas lövhənin deşilmiş olan yuvasından içəri baxdıqda Zərərçəkmiş şəxs bir nəfər şəxsin cinsiyyət orqanını ağız nahiyyəsinə daxil etdiyini görmüşdür. Bir az baxdıqda Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını daxil edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs müqavimət göstərsə də, Təqsirləndirilən şəxs əlləri ilə onu bərk tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs onu gördüyünü bilmiş və dərhal sanitar qovşağının kabinetindən çıxıb qaçaraq oradan uzaqlaşmışdır. O və Fərid sanitar qovşaqda olan güzgünün qarşısında dayanıb Təqsirləndirilən şəxs içəridən çıxmasını gözləmişlər. Təqsirləndirilən şəxs içəridən çıxdıqdan sonra onlar birlikdə sanitar qovşaqdan çölə çıxmışlar. O, şadlıq sarayından çıxdıqdan sonra işlədiyi bərbərxanaya getmişdir. Şahid1 əlavə ifadəsində isə bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində “Seymur” şadlıq sarayının yaxınlığında aparılan tikintidə işləyən dayısı oğlu Elçinə fəhlə kimi kömək etmiş, işini qurtardıqdan sonra üstünü təmizləmək üçün “Seymur” şadlıq sarayının sanitar qovşağına getmişdir. Sanitar qovşağa daxil olduqda şadlıq sarayının həyəti ilə sanitar qovşağını birləşdirən dəhlizdə Fərid adlı həmkəndlisi ilə qarşılaşmışdır. Fərid ilə qarşılaşan zaman o, telefonla danışdığından narahat etməmək üçün ona heç bir söz demədən yanından ötüb keçmişdir. Həmin vaxt Fərid sanitar qovşağın dəhlizindən çöl istiqamətində getmişdir. Daha sonra üstünü təmizləyib orada olan 3 kabinədən birincisinə daxil olmuşdur. Sanitar qovşaqdakı 3 kabinədən soldan birinci kabinənin içərisinə daxil olduqda sağ tərəfində yerləşən ikinci kabinədən fərqli səslər eşitməyə başlamışdır. Kabinələrin arasındakı arakəsmənin üzərindəki deşikdən qonşu kabinəyə baxdıqda üzünü görmədiyi bir nəfər şəxsin öz cinsiyyət orqanını həmkəndlisi Zərərçəkmiş şəxs ağzında dəfələrlə irəli və geriyə doğru hərəkət etdirdiyini görmüşdür. Lakin, həmin şəxsin üzünü görə bilmədiyindən kim olduğunu bilməmişdir. Həmin vaxt Nasir və üzünü görmədiyi həmin şəxs onları gördüyünü bilmişlər. Bundan sonra Nasir kabinədən çıxıb qaçaraq sanitar qovşaqdan uzaqlaşmışdır. Daha sonra kabinədən çıxıb əlüzyuyanın qarşısında dayanıb əllərini yumuşdur. Sonra isə sanitar qovşaqdan çıxıb işlədiyi bərbərxanaya getmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkətlər etməmiş və seksual xarakterli hərəkətlər törətməmişdir. Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını salan şəxsin kim olduğunu görməmişdir. Həmin şəxsin Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər etdiyini görməmişdir. Zərərçəkmiş şəxs etdiyi hərəkəti gördüyü üçün Nasir onun barəsində polisə şikayət etdiyini düşünür. Zərərçəkmiş şəxs ağız nahiyyəsinə cinsiyyət orqanını salan şəxsin kim olduğunu görməmiş və bu barədə Şahid4 heç bir söz deməmişdir. O, həmçinin bildirmişdir ki, hadisə zamanı Nasiri sanitar qovşağında görərkən, Nasir də onu görmüş, bu səbəbdən dayılarının onu döyəcəyindən qorxduğu üçün bu şər və böhtanı üstünə atmışdır. Həmçinin 15 gün müddətinə inzibati qaydada həbs edildiyi müddət ərzində polis əməkdaşları ona təzyiq edib, işgəncə edərək Elvinin əleyhinə ifadə verməyini tələb etmişlər və buna nail olmuşlar (cild 01, iş vər. 86-89, 169- 171, cild 03, iş vər. 186-188). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, təzyiq altında ifadə vermişdir. Nasir kiminsə cinsiyyət orqanını ağzına alan zaman orada zor tədbiq olunma məsələsi olmamışdır. Yəni şəxsin cinsiyyət orqanını ağzına alması halı könüllü kimi olmuşdur. Orada Elvinin olmasını bilmir. Ona təzyiqlər olması ilə bağlı o yazmışdır. Ayaqyolundan çıxandan sonra Elvinlə söhbət etməmişdir. Məhkəmə istintaqının gedişində Şahid1 yenidən dindirilmiş və o, ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı bərbərxananın yanında işləyirmiş və üst-başını təmizləmək üçün restoranın ayaqyoluna getmişdir. Ayaqyoluna girən zaman Fəridin əlində telefonla ayaqyolundan çıxıb getdiyini görmüşdür. O, ayaqyoluna girib əl-üzünü yuduqdan sonra kabinlərdən birinə girmişdir. Digər kabindən səs gəldiyini eşitmiş kabində olan balaca deşikdən baxan zaman digər kabində Nasiri görmüşdür. Nasirin bir nəfər şəxsin cinsiyyət orqanını ağzına aldığını görmüşdür. Həmin şəxsin kim olduğunu görə bilməmişdir. Nasir hərəkət edə-edə həmin deşikdən onu görmüşdür. Daha sonra o, kabinənin içində ayaqlarını yumuş və çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nasir deşikdən baxıb onu görən zaman onu tanımışdır. O, Nasiri gördükdən sonra üzünü çevirmişdir. O, kabinədən çıxdıqdan sonra Nasirgili görməmiş, onların nə vaxt ayaqyolundan çıxdığından xəbərsiz olmuşdur. O, Nasirin cinsi azlığın nümayəndəsi olduğunu bilirmiş. Onun boyu 170 sm olmuş, hadisə vaxtı tualetin o olduğu kabinindən o biri kabindəki şəxsin üzünü görmək mümkün olmamışdır, yəni onun boyu çatmamışdır. Sonradan isə maraqlanıb baxmaq istəməmişdir. Nasir həmin hərəkəti könüllü olaraq edirmiş, ona qarşı zor tətbiq olunmurmuş. O, digər kabinədən yalnız pıçıltı səsləri eşitmişdir. Daha sonra o, gördükləri barəsində heç kimə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elvin və Rəcəb tutulmamışdan bir müddət əvvəl Şahid1 toya gedərkən bərbərxanasının qarşısında həmsöhbət olarkən Rəcəb ona “qonşundan xəbərin var mı?” deyə soruşmuşdur. O da hansı qonşudan söhbətin getdiyini soruşmuşdur. Ona söhbətin Emilin bacısı oğlundan getdiyini bildirmişdir. O, məsələnin nə olduğunu soruşmuşdur. Rəcəb ona Nasirin pis yolda olduğunu, öz həmcinsinə tamah saldığını bildirmişdir. O, Rəcəbdən nə danışdığını və həmçinin haradan bildiyini soruşmuş, Rəcəb ona gördüklərini bildirmişdir. O, Rəcəbdən Nasiri kiminlə gördüyünü soruşmuş, Rəcəb ona restoranın ayaqyolunda Nasirin üzünü gördüyünü bildirmişdir. Eyni zamanda digər şəxsi görmədiyini demişdir. O, daha sonra restorana toya getmişdir. Nasir onun qonşusudur. O, Nasirdən nə etdiyini soruşmuş. Rəcəbin onun haqqında dediklərini ona bildirmişdir. Nasir ona hazırda işinin olduğunu bildirmişdir. Ondan başqa bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nasir onun qonşusudur və əvvəl rayonda yaşamır, anası ilə birlikdə yaşayırmış. Bir müddət olarmış ki, onlar tərəfdə yaşayırmış. Gediş və gəlişləri var imiş. O, özü Nasirə bir şey təklif etməmişdir. Onunla aralarında düşmənçilik və narahatlıq yoxdur. Rəcəb ona təkcə Nasirin bu işlə məşğul olduğunu demiş, kiminlə bu işi gördüyünü bildirməmişdir. Rəcəb ona qonşundan xəbərin var mı deyə sual ünvanlamışdır. O da hansı qonşudan söhbətin getdiyini maraqlanmışdır. Üzləşdirmə zamanı o, Rəcəbin Nasir haqqında dediklərini demişdir. Nasirin başqa şəxslərlə seksual xarakterli münasibətlərinin olması barədə onda məlumat yoxdur. O, şəxslərin tutulmasından üç və ya dörd gün qabaq bilmişdir. O, hadisə barədə bir dəfə eşitmiş, başqa bir kəlmə eşitməmişdir. O, toya gedən zaman Rəcəb olanları ona demişdir. Həmin gün-ayın 30-u Oktayın toyu imiş. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadə verərkən heç kim ona təzyiq və təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, LUKOİL YDM-də, eyni zamanda restoranda işləyir. İşlədiyi restoranın adı “Seymur” şadlıq evidir. Yanacaqdoldurma məntəqəsindən işdən evə qayıdan zaman restoranın yanında yerləşən kafedə pivə içmiş, oradan da restorana girərək həmin günü orada toyun olub-olmamasını soruşmuşdur. Daha sonra restoranın ayaqyolusuna girmiş, Rəcəbi orada görmüşdür. Ayaqyolundan çıxanda Rəcəb ona orada bir nəfəri tutduğunu demişdir. Daha doğrusu ona Elvini tutduğunu bildirmişdir. O, Elvinin ömür boyu elə bir hərəkət etməyəcəyini bildirmiş, Rəcəblə oradan çıxmışdır. O, Rəcəbdən Elvini orada necə tutduğunu soruşmamışdır. Rəcəb ona Elvinlə Nasiri ayaqyolunda tutduğunu bildirmişdir. o, Rəcəbə Elvinə şər atmamasını demiş, oradan da restoranın yanına getmişlər. O, Elvini orada görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nasir restoranın işçisidir. O, Nasiri ayaqyolunda görməmiş, normal vəziyyətdə görmüşdür. Rəcəblə ikisi gələndə Elvini görmüşdür. Elvini ayaqyolunun qarşısında görməmişdir. O, ayaqyolundan çıxanda ona hər şeyi Rəcəb danışmışdır. Rəcəb ayaqyolunda əl və üzünü yuyurmuş. Onların arasında daha heç bir söhbət olmamışdır. O, ondan daha nə etdiklərini soruşmamışdır. Rəcəblə ikisi gəlirmiş. Rəcəb onun yanında Elvinə “mən səni görmüşəm” demişdir. Daha sonra o, getmişdir. O, Nasir haqqında bu söhbətlər çıxdıqdan sonra hadisə barədə məlumatlı olmuşdur. O, bu məsələni Elvindən eşitməmişdir. Rəcəbin Nasiri hədələməsi barədə məlumat olmuşdur. O, Nasirdən başqa bir hərəkət görməmişdir. Rəcəb hadisəni ona ayaqyolundan çıxandan sonra əllərini yuyan zaman demişdir. Elvin isə Oba marketin yaxınlığında demişdir. O, özü həmin vaxtı içkili olmuşdur. O, ayaqyoluna gedəndə Rəcəbi görmüşdür. Rəcəb ona Elvinlə Nasiri ayaqyolunda tutduğunu demişdir. O, Rəcəbə deyəsən sən artıq piyansan və ağzına gələni danışırsan demiş, Elvinə şər atmamasını bildirmişdir. O, ayaqyolunda Elvini görməmişdir. O, Oba marketin yanında Elvini görmüşdür. Rəcəb ona ikisinin ayaqyolunda nə etdiklərini deməmişdir. O, Rəcəbə ona inanmamağını bildirmişdir. Daha sonra X28 marketin yanında söhbət edirmişlər. O orada çox dayanmamışdır. Belə bir söhbətin ayıb olduğunu bildirərək, oradan uzaqlaşmışdır. O, Rəcəb dediklərinə əsasən və öz mülahizələri əsasında Elvinin belə bir hərəkət etdiyini düşünmüşdür. Konkret olaraq Rəcəbin ona dediklərini xatırlayır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada ailəsi birlikdə yaşayır. Təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində “Qazi” kafedə 3 bakal pivə içdikdən sonra yaşadığı evə gedən vaxt “Seymur” şadlıq sarayının qarşısından keçmişdir. O, “Seymur” şadlıq sarayının sanitar qovşağından istifadə etmək üçün şadlıq sarayının sanitar qovşağına tərəf getmiş, sanitar qovşağa gedən yolda o, telefon ilə danışmış və Zərərçəkmiş şəxs qaçaraq ona tərəf gəldiyini görmüşdür. Nasir onun yanından qaçaraq keçdikdən sonra o, sanitar qovşağın kabinetinə tərəf getmişdir. Təqsirləndirilən şəxs və Şahid1 sanitar qovşağın kabinetlərinin qarşısında dayanıb söhbət etmişlər. O, sanitar qovşaqdan istifadə etdikdən sonra əllərini yumuş, həmin vaxt Şahid1 ona bildirmişdir ki, həmin gün bir qədər əvvəl “Seymur” şadlıq sarayının sanitar qovşağında olarkən Təqsirləndirilən şəxs həmin sanitar qovşağında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edərkən görmüşdür. Təqsirləndirilən şəxs isə Şahid1 dediklərini təkzib edərək Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir. O, onlara belə söhbətlərdən uzaq olmalarını demiş və belə söhbətlərin “eyib” olduğunu onlara izah etmişdir. Daha sonra isə sanitar qovşaqdan çıxaraq yaşadığı evə getmişdir. Sonradan xatırlamadığı qonşular ona demişlər ki, təxminən iki il bundan əvvəl Şahid1 işlədiyi bərbərxanada Zərərçəkmiş şəxs zor tətbiq edərək ülgücü boyun nahiyyəsinə dirəmiş və cinsiyyət orqanını sonuncunun ağız nahiyyəsinə daxil edərək ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Eləcə də, həmin qonşular ona demişlər ki, Təqsirləndirilən şəxs “Seymur” şadlıq sarayının sanitar qovşağında Zərərçəkmiş şəxs zor tətbiq edərək cinsiyyət orqanını sonuncunun ağız nahiyyəsinə daxil etmiş və ona qarşı seksual xarakterli hərəkətlər etmişdir (cild 01, iş vər. 80-82). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, O, Elvinlə Nasiri ayaqyolunda görməmişdir. İfadəsi düzgündür və ifadəsinin sonunda qeyd vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Elvinlə uşaqlıqdan bir yerdə böyümüşlər. O, bərbərxanaya-Şahid1 yanına getmişdir. O, hal-hazırda Seymur şadlıq sarayında çayçı olaraq işləyir. O, saçını kəsdirən zaman Rəcəb restoranda belə bir problemli uşağın olduğunu ona demişdir. Eyni zamanda restoranda iki nəfəri ayaqyolunda tutduğunu bildirmişdir. Uzun müddət imiş ki, o, saçını Rəcəbə kəsdirirmiş. O, Rəcəbdən həmin şəxsin kim olduğunu soruşmuşdur. O, 10 ildir ki, Seymur şadlıq evində çayçı olaraq işləyir. Rəcəbin ilk olaraq ona dediklərinə inanmamışdır. İndiyənə qədər onlarda elə bir problemli məsələ olmamışdır. Rəcəb ona tikintidə işlədiyinə görə üst-başının çirkləndiyini, əl və üzünü yumaq üçün restoranın ayaqyolusuna getdiyini bildirmiş və eyni zamanda Nasirlə Elvini ayaqyolunda bir yerdə gördüyünü demişdir. O, birinci hadisə barədə eşidəndə şok olmuşdur. O, Elvini elə bir oğlan kimi tanımadığını bildirmişdir. O, Elvinlə bir yerdə böyümüşdür. Rəcəb ona Elvinin öz cinsiyyət orqanını Nasirin ağız nayihəsinə tutduğunu bildirmişdir. Hadisədən iki gün keçmiş o, Nasirdən nə problemin olduğunu soruşmuş, Nasir hər şeyi ona danışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nasir Elvinin ona hədə-qorxu gəldiyini bildirmiş, başqa heç bir şey deməmişdir. Elvinlə məhəllə uşağı olduqlarına görə ondan açıqca hər şeyi soruşmuşdur. Elvin elə bir şey etmədiyini, ona şər atdıqlarını demişdir. O, Elvinlə demək olar ki, hər gün görüşürmüş. O, bugünkü günə qədər Elvinin belə bir hərəkətə yol verməsinə inanmır. Nasir də eyni ilə uşaqlıqdan onların yanında böyümüşdür. O, Nasiri elə biri kimi tanımamışdır. Nasir atasız uşaq olmuşdur. Nənəsi Nasiri ona tapşırmışdır. Onlar kənd yerində mal-qara ilə məşğul olurlar. O, Nasirdə elə bir şey görməmişdir. O, bərbərxanada saçını kəsdirən zaman Rəcəb bu söhbətləri ona danışmışdır. Seymur Şadlıq evində işlədiyinə görə Rəcəb hadisəni ona danışmışdır. Nasirin haqqında pis bir şey eşitməmişdir. Onlar hamılıqla bir kənddə böyümüşlər. Heç biri ilə onun problemi olmamışdır. O, saçını kəsdirməyə getdiyi günü xatırlamır. Rəcəb ona iki il əvvəl də saçını kəsdirən zaman Nasirin onun cinsiyyət orqanına toxunduğunu bildirmişdir. Rəcəb ona ayaqyolunda Nasirlə Elvini gördüyünü demişdir. O, Nasirdən belə bir hərəkət etməsini gözləməmişdir. Nasirlə onun qohumluğu yoxdur. Elvinin Nasirə hədə-qorxu gəlməsini biləndən sonra o da fikirləşmişdir ki, Nasirin böyük dayısına desin. Daha sonra fikirləşmişdir ki, gedib dayısına dedikdən sonra başqa bir böyük hadisə baş verər. Düşünmüşdür ki, bəlkə də bu söhbət yalandır. Ona görə heç kimə deməmişdir. 25 ildir ki, Elvini tanıyır və Elvinin belə bir hərəkət etməsinə inanmır. Şəxsin toyuna da getmişdir. Çox mərifətli bir oğlan kimi tanımışdır. O, Rəcəbə heç bir şey deməmişdir. O, Nasirdən çox Elvinlə yaxındır. Özü də bunu çox yaxşı bilir. Rəcəb ona deyəndən sonra o, Nasirdən hadisəni dəqiqləşdirmişdir. Nənəsi Nasiri ona tapşırdığına görə bir probleminin olub-olmamasını soruşmuşdur. O, köməklik məqsədi ilə Nasirdən soruşmuşdur. Daha sonra ona Rəcəb heç bir şey deməmişdir. Nasirdən bu gedən sözsöhbəti soruşmuş, Nasir isə Elvinin ona hədə-qorxu gəldiyini bildirmişdir. Hədə-qorxu gəldiyinə görə məcbur qalaraq Elvinin cinsiyyət orqanını ağız nayihəsinə salmışdır. Müstəntiqə verdiyi ifadəni təsdiq edir. Elvinin Nasirə zor tədbiq etməsini ona Nasir özü demişdir. Elvinlə Nasiri ayaqyolunda tutduğunu Rəcəb ona deyərkən Elvinin ona zor tədbiq etdiyini deməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Hal-hazıradək Nasirlə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, “Seymur” şadlıq sarayında çayçı kimi işləyir. Zərərçəkmiş şəxs Qobustan şəhəri ərazisində yerləşən “Seymur” şadhq sarayında onun yanında ofisiant kimi 2022-ci ilin yay ayından etibarən işləyir. Zərərçəkmiş şəxs onun yanında işlədiyi müddətdə Nasirin heç bir qeyri- adi hərəkətlərinin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə o, Şahid1 işlədiyi bərbərxanaya saçını kəsdirmək üçün getmişdir. Şahid1 saçını kəsdiyi müddət ərzində onunla söhbət etməyə başlamışdır. Rəcəb söhbət zamanı ona bildirmişdir ki, işlədiyi “Seymur” şadhq sarayında həmcinslərinə maraq göstərən bir nəfər ofisiant işləyir. Rəcəbin bu sözlərinə əvvəlcə inanmamış, ondan həmin şəxsin kim olduğunu və nə gördüyünü soruşmuşdur. Şahid1 ona bildirmişdir ki, iki gün bundan əvvəl Elçin adlı şəxsin yanında fəhlə işlədikdən sonra üstünü təmizləmək üçün “Seymur” şadlıq sarayının sanitar qovşağına getmiş, orada Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə daxil etdiyini görmüşdür. Eləcə də, Rəcəb ona demişdir ki, “iki il əvvəl Zərərçəkmiş şəxs onun bərbərxanasına gəlib saçını kəsdirmiş, həmin vaxt Rəcəb Nasirə qarşı seksual xarakterli hərəkətlər edərək cinsiyyət orqanını Nasirin ağız nahiyyəsinə salmışdır”. Şahid1 bu sözləri ona dedikdən 2 gün sonra o, Zərərçəkmiş şəxs ilə söhbət etmiş, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edərək öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə daxil etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs “Seymur” şadhq sarayında ofisiant kimi işləmiş, həmin gün təxminən saat 22 radələrində şadlıq sarayının foyesində həmkəndlisi Şahid2 ilə Zərərçəkmiş şəxs 3-5 dəqiqə söhbət etdiyini görmüş, lakin onların aralarında etdikləri söhbəti eşitməmişdir. Şahid1 ona Rəcəbin özünün və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiklərini bildirərkən sonuncuya qarşı zor tətbiq etmələri barədə heç bir söz deməmişdir (cild 01, iş vər. 83-85). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə bir məhəllədə böyümüşlər. Şəxsin özü də onunla paralel sinifdə təhsil almışdır. O, işdə olmadığı müddətlərdə onunla görüşür, bir yerdə oturub söhbət edirmişlər. O, şəxsən Elvinin belə bir hərəkət etməsinə inanmır. Polis əməkdaşları Şahid1 onun yanından aparmışlar. Rəcəblə onun uzaqdan qohumluğu çatır. Rəcəb tutulan zaman ona “atama zəng elə və məlumat ver” demişdir. Daha sonra onlar maraqlanan zaman bu məsələ üstündə tutulduğu məlum olmuşdur. O, heç bir şey görməmiş və eşitməmişdir. Təqsirləndirilən şəxs və Şahid1 ona Nasirlə bağlı heç bir şey deməmişdir. Elvin ümumiyyətlə elə bir xarakterli oğlan deyilmiş. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rəcəbi onun yanından polis əməkdaşları aparmışdır. Uzaq qohumluqları olduğuna görə O, Rəcəbi maraqlanmışdır. O, Elvinin Nasirə etdiklərini görməmiş və eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 həm onun həmyerlisi, həm də qohumudur. Təqsirləndirilən şəxs onun həmyerlisidir. O, həm Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşamış, həm də Elvin ilə eyni məktəbdə paralel siniflərdə təhsil almışdır. Zərərçəkmiş şəxs onun həmyerlisidir. 2023-cü ilin iyun ayında xatırlamadığı tarixdən etibarən o, Qobustan şəhərində “Nərimankənd” deyilən ərazidə yerləşən “Seymur” şadlıq evinin yerləşdiyi küçədə yol kənarında atasına məxsus torpaq sahəsində gələcəkdə iaşə obyekti olaraq istifadə etmək məqsədi ilə birmərtəbəli tikili inşa etməyə başlamışdır. O, həmin obyektin tikintisi ilə məşğul olan zaman Şahid1 tez-tez yanma gəlib işlərində ona kömək edir, işini bitirdikdən sonra yaxınlıqdakı “Seymur” şadhq evinin ayaqyolusuna gedib üstbaşını təmizləyib, öz bərbərxanasına getmişdir. O, tikinti işi ilə məşğul olduğu vaxtlarda tanışları, o cümlədən Təqsirləndirilən şəxs onun yanma gəlib, hal-əhval tutur, söhbət etmişdir. 2023-cü ilin iyun ayının sonlarında “Seymur” şadhq evinin sol tərəfində inşa edilən tikilini o, tikmiş və həmin vaxt Şahid1 fəhlə kimi ona kömək etmiş, hər dəfə də işlərini qurtardıqdan sonra üstünü təmizləmək üçün “Seymur” şadhq evinin sanitar qovşağına getmiş, gedərkən ona üstünü təmizlədikdən sonra öz bərbərxanasına gedəcəyini bildirmiş və getdikdən sonra geriyə qayıtmamışdır. Onun atasının, babasının və digər ailə üzvlərinin soyadları “Qəribov” olsa da, onun babasının, yəni atasının adı Sirac olduğundan o, doğulan zaman ona soyad olaraq babasının adı verilmişdir. Buna görə də, Rəcəb onun soyadını Qəribov olaraq bilir. Həmçinin, o, bildirmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edibetməməsi barədə ona danışmamış, başqa şəxsə danışıb-danışmaması haqda isə heç bir məlumatı yoxdur. Belə ki, Zərərçəkmiş şəxs qapalı insan olduğundan o və digər həmyerliləri ilə mehriban davransa da, yaxın və səmimi münasibət saxlamır. Nasir qonşuları və həmyerliləri ilə dostluq etmir, yaxın münasibət saxlamır. Amma Nasir adətən hamı ilə mehriban davranır, heç kimə qarşı kobud hərəkət etmir. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı bir hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud başqa tanışlarından eşitməmişdir. 2023-cü ilin yay aylarında xatırlamadığı tarixdə yaşadığı küçədə kim olmasını xatırlamadığı tanışından həmyerliləri Şahid1 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı məcburi şəkildə seksual xarakterli hərəkətlər etmələri haqqında eşitmiş, lakin özü belə halın şahidi olmamışdır. Amma o, Zərərçəkmiş şəxs hər hansı bir şəxsə qarşı seksual xarakterli hərəkətlər edib-etməməsi barədə heç bir şey eşitməmiş və belə halın şahidi olmamışdır. Zərərçəkmiş şəxs valideynləri və qohumları ilə münasibətləri haqqında heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs əlaqə nömrəsini heç vaxt bilməmişdir. Zərərçəkmiş şəxs Facebook, Twitter, İnstagram, Telegram, Whatsapp, yaxud başqa sosial şəbəkələrdən istifadə edib-etməməsi barədə heç bir məlumatı yoxdur. O, son üç il ərzində və hazırda ***-***-**-** və ***-***-**-** nömrələrdən istifadə etmişdir (cild 02, iş vər. 176-179). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, Elvinin Nasirə məcburi formada belə bir şey etməsini eşitmişdir. O, hadisəni Rəcəb tutulandan sonra bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Feyruz adlı şəxs ona demişdir ki, Rəcəb restoranın ayaqyolusunda Nasiri kiminləsə tutmuşdur. Eyni zamanda X21 kiminlə tutduğunu demədiyini bildirmişdir. O da öz dayısı oğluna səhər tezdən yol gedərkən kənddə belə bir söhbətin getdiyini demişdir. Dayısı oğlu da Nasirin dayısı Emilə demişdir. O, hadisənin şahidi olmamışdır. Daha sonra Nasirin yaşadığı evə getmişlər. Nasiri yuxudan oyatmışlar və Nasir özü olanları etiraf etmişdir. Elvinlə Rəcəbin ona qarşı belə bir hərəkət etdiyini demişdir. Rəcəbin bir il bundan qabaq belə bir hərəkət etdiyini demişdir. Elvinin də etdiyini bildirmişdir. Nasir hər şeyi Emilə danışmış, o, sonradan bilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, hadisəni görməmişdir. Nasirdən dayısı hadisəni soruşanda o, həyətdə dayanmışdır. O, Nasirin dediklərini eşitməmiş, ona olanları dayısı demişdir. Nasir olanları dayısına demişdir. İstintaqa verdiyi ifadəni təsdiq edir. Nə eşitmişdirsə onu danışır. O, Rəcəbi görməmiş, olanları ona Feyruz demişdir. Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada yük maşını ilə yükdaşıma fəaliyyəti ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, pivə içmək üçün yaşadığı evin yaxınlığında yerləşən adı olmayan pivəxanaya getmişdir. O, həmin pivəxanaya çatdıqda ümumi otaqda çox adam olduğunu görüb, kabinetə girdikdə həmyerlisi Şahid19 həmin kabinetdə araq içdiyini görmüş, o da Feyruzla eyni masaya əyləşib pivə içməyə başlamışdır. Söhbət zamanı o, Feyruzdan rayonda öləndən itəndən bir xəbər olub-olmamasını soruşduqda, Feyruz ona həmyerliləri Rəcəbin ona digər həmyerliləri Elvinlə Nasiri “Seymur” şadlıq evinin ayaqyolusunda tutduğunu dediyini bildirmişdir. O, X10 Nasiri hansı vəziyyətdə tutduğunu soruşduqda, Feyruz ona bildirmişdir ki, “deyəsən Elvin Nasiri qayırıb”. Daha sonra o, çıxıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, qohumu Şahid12 ilə birlikdə Muradın yük maşınına daş yükləyib gətirmək üçün Abşeron rayonu, Güzdək qəsəbəsinə gedən zaman yolda ikilikdə o, Murada əvvəlki gün axşam pivəxanada həmyerliləri Feyruzun ona deyəsən Elvinin Nasirlə cinsi əlaqədə olmasını dediyini bildirmişdir. Bu zaman Murad ona bunun ciddi məsələ olduğunu, rayona qayıtdıqdan sonra dəqiqləşdirib, daha sonra Nasirin dayılarına demək lazım gəldiyini demişdir. O və Murad Qobustan rayonuna həmin gün gecə saatlarında qayıtdıqlarından onlar Feyruzla görüşə bilməmişlər. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Muradla görüşmüş və birlikdə Feyruzla görüşməyə getmişlər. Onlar “Seymur” şadlıq evinin yaxınlığında küçədə Feyruzla rastlaşdıqda, Feyruza yaxınlaşmışlar. Həmin vaxt Murad Feyruzdan hadisə barədə soruşduqda, Feyruz bildirmişdir ki, “Rəcəb ona Elvinin Nasirin başına oyun açdığını deyib. Elvinin nə etdiyini dəqiq bilmir, amma deyəsən Elvin Nasiri qayırıb”. Bundan sonra o, Muradla birlikdə hadisə barədə məlumat vermək üçün Nasirin dayısı Emilin taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar adətən müştəri gözlədiyi “Seymur” şadlıq evinin qarşısına getdikdə, Emilin orada olduğunu görüb ona yaxınlaşmışlar. Həmin vaxt onlar Emildən avtomobilə əyləşməsini xahiş etdikdə Emil avtomobilə əyləşmiş, Murad avtomobili sürərək şadlıq evinin qarşısından bir qədər uzaqlaşdıqdan sonra Emilə bacısının oğlu Nasirin başına oyun açıldığını demişdir. Emil nə baş verdiyini soruşduqda, Murad ona demişdir ki, “uşağı korlayıblar”. Emil bunu kimin etməsini soruşduqda, Murad bunu həmyerliləri Rəcəbin etdiyini bildirmişdir. Emil bunu kimdən öyrənməsini soruşduqda, Murad bu haqda Rəcəbin özünün həmkəndliləri Feyruza dediyini, Feyruzun da ona dediyini, özünün də ondan öyrəndiyini bildirmişdir. Həmin vaxt o da Muradın dediklərini təsdiq etmişdir. Bundan dərhal sonra Emil Murad və onunla birlikdə Nasirin nənəsi Şahid10 ilə birlikdə yaşadığı evə getmişdir. Onlar evə çatdıqda Emil Nasiri çağırmış, Nasir gəldikdən sonra Emil ondan hadisə barədə soruşduqda, Nasir bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında saçlarını kəsdirmək üçün həmyerliləri Rəcəbin işlədiyi bərbərxanaya getmiş, bərbərxanada olarkən Rəcəb əlindəki ülgücü onun boğazına dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda Rəcəb ona səsini çıxartsa başım kəsəcəyini bildirmiş, daha sonra Rəcəb əynindəki şalvarı aşağı çəkərək ona cinsiyyət orqanını ağzına salmasını bildirmiş, o, etiraz etdikdə, Rəcəb onu yarıəyilmiş formada durquzaraq öz cinsiyyət orqanını onun ağzına salmışdır. Sonra Emil böyük qardaşı Şahid8 zəng edib tez evə gəlməsini xahiş etmiş, bir qədər sonra Ramil evə gəlmişdir. Ramil Emildən nə baş verdiyini soruşduqda, X24 özündən soruşmasını xahiş etmişdir. X29, o, Murad və Nailə ilə birlikdə Nasirə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Nasir əvvəlcə həyəcanlanıb danışmaq istəməsə də, dayıları Emil və Ramil heç bir şeyi gizlətməməsini xahiş edərək təkidlə soruşduqda, Nasir bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında saçlarını kəsdirmək üçün həmyerliləri Rəcəbin işlədiyi bərbərxanaya getmiş, bərbərxanada olarkən Rəcəb əlindəki ülgücü onun boğazına dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda Rəcəb ona səsini çıxartsa başını kəsəcəyini bildirmiş, daha sonra Rəcəb əynindəki şalvarı aşağı çəkərək ona cinsiyyət orqanını ağzına salmasını bildirmiş, o, etiraz etdikdə, Rəcəb onu yarıəyilmiş formada durquzaraq öz cinsiyyət orqanını onun ağzına salmışdır. Bundan başqa Nasir bildirmişdir ki, 2023-cü ilin iyun ayının sonlarında işlədiyi “Seymur” şadlıq sarayında olduğu vaxt həmkəndliləri Elvin şadlıq sarayına gəlib onunla görüşərək onunla işi olduğunu bildirib ayaqyoluna getməyi xahiş etmiş və o da razılaşaraq Elvin ilə birlikdə ayaqyoluna getmiş, ayaqyolunun qarşısına çatdıqda Elvin əvvəlcə onun sağ biləyindən, sonra isə boyun nahiyyəsindən tutaraq ayaqyolunun kabinəsinin içərisinə salmış, ayaqyolunun kabinəsinin içərisində Elvin əynindəki şalvarı aşağı çəkərək öz cinsiyyət orqanını çıxartmış, sonra isə onun boyun nahiyyəsindən sıxaraq cinsiyyət orqanını onun ağzına salmışdır. Bundan başqa Nasir bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Seymur” şadlıq sarayında keçirilən toy mərasimində ofisiant olaraq işləmiş, həmin gün axşam saatlarında toy mərasimi qurtardıqdan sonra Şahid2 restoranın binasının girişindəki foyedə ona yaxınlaşaraq Rəcəb və Elvinin öz cinsiyyət orqanlarını onun ağzına saldıqlarını bildirib, onunla belə hərəkətlər etmək üçün şadlıq evinin ayaqyolusuna getməsini istəmiş, lakin o, Cavadla razılaşmayaraq oradan getmişdir. Bundan sonra Nasir hadisə ilə bağlı ərizə vermək üçün dayıları Emil və Ramil ilə birlikdə Qobustan RPŞ-yə getmişdir. Həmçinin o, bildirmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edib-etməməsi haqda ona danışmamış, başqa şəxsə danışıb- danışmaması haqda isə heç bir məlumatı yoxdur. Belə ki, Zərərçəkmiş şəxs qapalı insan olduğundan o və digər qohumları ilə mehriban davransa da, yaxın və səmimi münasibət saxlamır. Nasir qonşuları və həmyerliləri ilə dostluq etmir, yaxın münasibət saxlamır. Amma Nasir adətən hamı ilə mehriban davranır, heç kimə qarşı kobud hərəkət etmir. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı bir hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud başqa tanışlarından eşitməmişdir. Nasirin əvvəllər işləyib- işləməməsi haqqında məlumatı yoxdur. Amma Nasirin 2023-cü ilin yay aylarında Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında ofisiant olaraq işlədiyini eşitmişdir (cild 03, iş vər. 29-32). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, onun bibisi oğlu Şahid11dur. O, özü sürücüdür. O, bibisi oğlu ilə birlikdə işə gedir. Səhər tezdən işə gedəndə Şahid11 kənddə belə bir söhbətin gəzdiyini, Rəcəbin kənddə belə bir söhbət danışdığını ona demişdir. Rəcəb kənddə danışırmış ki, Elvinlə Nasiri restoranın ayaqyolusunda görmüşdür. Ona hansı vəziyyətdə tutduğunu deməmişdir. O, belə bir məsələnin danışılmasının ayıb olduğunu bildirmişdir. Şahid11 demişdir ki, şəxsin böyüklərinə desinlər. Rəcəb hadisəni Feyruz adlı şəxsə demişdir. Feyruz da Şahid11 demişdir. Şahid11 da ona demişdir. Şahid11 bunun ciddi bir məsələ olduğunu bildirmişdir. O, Nasirin dayısı Emilə zəng etmiş, belə bir söz-söhbət gəzdiyini demişdir. Nasirin dayısı ona “sən nə danışırsan” demişdir. O, bir yerdə gedib məsələni dəqiqləşdirmələrini söyləmişdir. Onlar bibisigilə getmiş, həmin vaxt Nasir də yatmışdır. Nasiri çağırmışlar və o, həmin vaxtı hər şeyi danışmışdır. Elvinin onun qolunu burmasını və ayaqyolunun kabininə salmasını demişdir. Nasir deyəndə o hər şeyi eşitmişdir. Ondan sonra polis əməkdaşları gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid11 ona demişdir ki, Feyruzun dediyinə əsasən Elvin Nasirə ayaqyolunda bu hərəkəti etmişdir. Rəcəb ayaqyolunda Nasirlə Elvini tutduğunu bildirmişdir. Nasir dayısına etiraf etmişdir. Elvin Nasirin qolunu buraraq ayaqyoluna salmışdır. İstintaqa verdiyi ifadəni təsdiq edir. Nasir demişdir ki, il yarım bundan qabaq Elvin onun boğazına kəsici əşya dirəyərək, bu hərəkəti etmişdir. Nasir Rəcəb və Elvindən başqa heç kimin adını verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid12 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid11 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 03, iş vər. 33-36). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, restoranda işləyirmiş. Nasir onun iş yoldaşı olmuşdur. 15 gün bir yerdə ofisiant işləmişlər. O, sonradan hadisə barədə eşitmişdir. O, heç bir şey görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Hadisə barədə Rəcəb tutulandan sonra eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, onu polis bölməsinə çağırmış və ondan Nasiri necə bir insan kimi tanıdığını soruşmuşlar. O, Nasiri normal biri kimi tanımışdır. O, heç bir şey görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, məhkəməyə verdiyi ifadə kimi müstəntiqə də eyni ifadəni vermişdir. Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun həmyerliləridir. Zərərçəkmiş şəxs onun qonşusudur. 14 iyul 2023-cü il tarixdə o, Qobustan şəhərində “Nərimankənd” deyilən ərazidə yerləşən evinin həyətində məişət işləri görmüşdür. Qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən yüksək səslər eşitdikdən sonra o, həmin evdə nə baş verdiyini aydınlaşdırmaq üçün onların evinə getmişdir. Zərərçəkmiş şəxs dayısı Ramil adh qonşusu öz evlərinin həyətində dayanmışdır. O, orada olan insanların ağladığını gördükdə əvvəlcə elə düşünmüşdür ki, kimsə dünyasını dəyişmişdir. Lakin, qonşusu Ramil ona izah etmişdir ki, həmyerliləri Elvin və Rəcəb adh şəxslər Zərərçəkmiş şəxs qarşı zorla əxlaqsız hərəkətlər etmişlər. Daha sonra yaşadığı evə geri qayıtmışdır. O, qonşusu Ramil ilə uzun illər qonşuluqda yaşamış və aralarında münasibətlər normal olmuşdur. Bu səbəbdən də qonşuluqda olan evdən gələn səsləri eşidib oraya getmişdir. Həmçinin o, bildirmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edib-etməməsi haqda ona danışmamış, başqa şəxsə danışıb-danışmaması haqda isə heç bir məlumatı yoxdur. Belə ki, Zərərçəkmiş şəxs qapalı insan olduğundan o və digər həmyerliləri ilə mehriban davransa da, yaxın və səmimi münasibət saxlamır. Nasir qonşuları və həmyerliləri ilə dostluq etmir, yaxın münasibət saxlamır. Amma Nasir adətən hamı ilə mehriban davranır, heç kimə qarşı kobud hərəkət etmir. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olubolmaması barədə heç bir məlumatı yoxdur. O, Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı bir hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud başqa tanışlarından eşitməmişdir. O, 14 iyul 2023-cü il tarixdə saat 10 radələrində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən yüksək səslər eşitdikdən sonra həmin evdə nə baş verdiyini aydınlaşdırmaq üçün onların evinə getmiş və Zərərçəkmiş şəxs dayısı Ramil adlı qonşusundan həmyerliləri Elvin və Rəcəb adlı şəxslərin Zərərçəkmiş şəxs qarşı zorla əxlaqsız hərəkətlər etdiyini eşitmişdir. Zərərçəkmiş şəxs valideynləri və qohumları ilə münasibətləri haqqında heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs əlaqə nömrəsini heç vaxt bilməmişdir. Zərərçəkmiş şəxs Facebook, Twitter, İnstagram, Telegram, Whatsapp, yaxud başqa sosial şəbəkələrdən istifadə edibetməməsi barədə heç bir məlumatı yoxdur. O, son üç il ərzində və hazırda ***-***-**-** nömrəsindən istifadə etmişdir (cild 02, iş vər. 50-53). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ona hadisə barədə qonşusu danışmışdır və ona Rəcəbin adını vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxslə bir yerdə işləmişdir. Boş vaxtlarında ofisiant olaraq həmin restoranda işləyirmiş. Həm zərərçəkmiş şəxslə, həm də təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Toy başlamadan bir saat əvvəl zala daxil olarkən bir nəfər ona səslənmiş, ona Nasiri çağırmasını demişdir. Nasirə onu çağırdıqlarını bildirmiş, daha sonra öz işi ilə məşğul olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Nasiri çağıran şəxsi görməmişdir. O, zala daxil olurmuş. Şəxs ondan heç bir şey soruşmamışdır. O, hadisədən bir müddət keçəndən sonra hadisə barədə məlumat almışdır. Daha sonra o, Qobu Rayon Polis Bölməsinə çağrılmışdır. Orada da eyni ifadəni vermişdir. O, ümumiyyətlə təqsirləndirilən şəxsi tanımamışdır. Nasirin haqqında o, nəsə eşitməmişdir. O, hadisədən 20 gün sonra hadisə barədə eşitmişdir. O, boş günlərində ofisiant işləyirmiş. Özü mühafizədə işləyir. Növbədə olduğu gün qardaşı toyda musiqiçi olduğuna görə o, toya aparatura gətirmişdir. Zərərçəkmiş şəxsi üç və ya dörd dəfə toyda görmüşdür. Nasir həmin kənddə yaşayır. 3-4 dəfə toyda bir yerdə olmuşlar. Nasir sakit və heç kimlə işi olmayan biridir. O, Nasirin kim tərəfindən çağrıldığını görməmişdir. O, içəri keçən zaman uzaqdan bir nəfər içəridən Nasiri çağırmasını söyləmişdir. O, həmin vaxt zala daxil olurmuş. Dəqiq tarixi xatırlamır. İbtidai istintaq zamanı kimsə ona təzyiq etməmiş, onu öyrətməmişdir. Normal şəkildə ifadəsini vermişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. O, iyul ayının 14-ü rayona toya gedirmiş. Yolda qardaşı Emil ona zəng etmişdir. O, qardaşına toya getdiyini demişdir. Ayın 15-i qız toyu imiş. Yolun yarısında imiş ki, qardaşı ona zəng etmiş, özünü tez çatdır demişdir. Nə olduğunu ondan soruşmuş, ona deyəcəyini demişdir. Ona o, həmin dəqiqə deməmişdir. O, evə gəlmişdir. Onların evlərinin yanında ferma yolu vardır. O, yolu dönən zaman taksi sürücü kimi tanıdığı Zaur adlı şəxslə qarşılaşmışdır. Qapının ağzı avtomobillərlə dolu imiş. 15-20 ədəd avtomobil var imiş. Hər iki həyət adamlarla dolu imiş. İçlərində ağlayanlar da var imiş. O, anasına bir şeyin olubolmadığını soruşmuşdur. Anası ona belə bir işin başlarına gəldiyini bildirmişdir. Anası ona Nasirin özündən soruş demişdir. Nasiri yanına çağırmış və Nasirin özündən soruşmuşdur. Həmin vaxt dayısı oğlu Zamiq və Murad orada imiş. O, Nasiri yan tərəfə çəkmiş, hadisənin necə baş verdiyini danışmasını söyləmişdir. Nasir peşə məktəbini oxumaq üçün Şamaxı şəhərinə gəlmişdir. Nasir saçını qırxdırmaq üçün Rəcəbin yanına getmişdir. Nasir saç qırxdırmaq üçün əyləşmişdir ki, Rəcəb adlı şəxs Nasirin boynuna ülgücü dirəmiş, onunla olmalısan demişdir. O, Rəcəbin əlindən qaça bilmədiyini bildirmişdir. Şalvarını aşağı çəkərək işini görmüşdür. Daha sonra Nasirdən ümumi olaraq ona nə etdiyini soruşmuşdur. Nasir ona Elvinin adını vermişdir. Nasir günü 7 manata restoranda işləyirmiş. Restoranda işləyərkən Nurlan adlı şəxs onu çağırmışdır. Onlar həmin şəxsin adını Nurlan bilirlər və o, həmin şəxsi yaxşı tanımır. Nurlan Nasirə onu bir nəfərin çağırdığını demişdir. Sonradan Nurlan onu Elvin adlı şəxsin çağırdığını bilmişdir. Pilləkənları düşən kimi Elvinin onun qolunu burduğunu bildirmişdir. Elvin Nasiri “gəl bura görəcəksən” deyə-deyə ayaqyoluna salmışdır. Şalvarını aşağı çəkərək “Rəcəb üçün etdiklərini mənim üçün də edəcəksən” demişdir. “Ona etdiyin kimi mənə də etməlisən yoxsa dayılarına deyərəm” demişdir. Elvin şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını Nasirin ağzına salmışdır. Elvindən qorxduğu üçün indiyə kimi demədiyini bildirmişdir. Nasirlə Rəcəb onu qorxutmuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Anası ona yalvar-yaxar etmişdir. Daha sonra polisə müraciət olunmuş və izahatlar alınmışdır. Elvin cinsiyyət orqanını Nasirin ağzına salmışdır. O, təqsirləndirilən şəxsin Nasirin ağzına boşalıb-boşalmadığını bilmir. O, Nasirdən onu soruşmamışdır. Daha sonra əlindən qaçdığını demişdir. Qaçanda kimin gördüyünü soruşmuş, Fəridin onu gördüyünü bildirmişdir. Elvinin kiməsə belə bir şey etdiyinin şahidi olmamış və eşitməmişdir. O, indi isə təqsirləndirilən şəxsdən belə bir hərəkət etməsini gözləyir. Həmin günü evlərinin qarşısına avtomobillərin yığılmasının əsas səbəbi anasının hadisə barədə xəbər tutması olmuşdur. Zamiq “siz hara baxırsız ki, Nasirin başına belə bir oyun gətirilmişdir” demişdir. Zamiqlə Murad bu məsələni araşdıraraq kənddən iki və ya üç adamdan dəqiqləşdirdiklərini bildirmişlər. Rəcəb bu işin üstünün açılmasına on gün qalmış özünü asmağa cəhd etmişdir. İbtdai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun bacısı oğludur. Ramil onun qardaşıdır. O, taksi fəaliyyəti ilə məşğul olur. Kənddən rayona sərnişin aparmışdır. Dayısı oğlu ondan harada olduğunu soruşmuş, o, sərnişin apardığını bildirmişdir. Dayısı oğlu ona “tez gəl, səninlə söhbət edəcəm” demişdir. O, sərnişini yola salıb gələcəyini demişdir. Dayısı oğlu təcili qayıt gəl demiş və o, qayıtmışdır. Avtomobilini restoranın qarşısında saxlamışdır. Dayısı oğlu onun avtomobilinə oturmuş və ondan nəsə eşidib-eşitmədiyini soruşmuşdur. O, cavabında heç nə eşitmədiyini bildirmiş, nə baş verdiyini soruşmuşdur. Dayısı oğlu evə getmələrini və olanları evdə deyəcəyini bildirmişdir. Ona Nasirin başına belə bir işin gəldiyini demişdir. Olanları Şahid11 də ona danışmışdır. Nasirin başına oyunu kimin açdığını soruşmuşdur. Əvvəlcə ona Rəcəbin adını vermişdir. Rəcəb öz bərbər yerində imiş. O, düşüb qayıtmaq istəyəndə avtomobilin qapısını bağlamış və evə sürmüşdür. O, evə getmiş, anası onu çağırmışdır. O, Nasirin harada olduğunu soruşmuş, anası evə getdiyini bildirmişdir. Anasına Nasirin başına belə bir oyun gətirdiklərini danışmışdır. Nasiri çağırmış, ondan nə baş verdiyini soruşmuş, hər şeyi bildiyini söyləyərək düzgün danışmasını istəmişdir. Nasir ona Rəcəbin bərbərdə etdiklərini danışmış, şalvarını aşağı çəkdiyini demişdir. O, böyük qardaşı Ramili çağırmışdır. O, Rəcəbə nə isə etmək istəmiş, amma anası qoymamışdır. Daha sonra uşağı götürüb polisə gedəndə Rəcəb də gəlmişdir. O, Rəcəblə bağlı hadisəni bilmiş, Elvinə münasibətdə baş verənləri bilməmişdir. Həyətdə olan söhbətə münasibətdə deyə bilər ki, o, həmin vaxt Elvinə münasibətdə heç nə bilməmişdir. Evdə olanda Nasir Elvin haqqında bir söz deməmişdir. Rəcəbdən bu əməli ondan başqa kimin törətdiyini soruşmuşlar. Rəcəb əvvəlcə heç kimin törətmədiyini, daha sonra müstəntiq təkrar soruşanda Elvinin də bu hadisəni törətdiyini bildirmişdir. O, bildiyi qədər Elvin də o vaxtı tutulmuş, Elvini də ora gətirmişlər. Polis bölməsində Rəcəb hər şeyi danışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rəcəb və Elvin bu əməli törətmişlər. Nasir birinci Rəcəbin adını çəkmişdir. Rəcəb Nasirə dayılarına deyəcəyini və onun başını kəsəcəklərini deyərək onu qorxutmuşdur. Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti olmamışdır. Elvinlə onlar qonşu olmuşlar. Təqsirləndirilən şəxsin onlara qarşı pisliyi olmamışdır. Elvini yaxşı bir insan kimi tanımışdır. Rəcəb Elvini yoldan çıxarmışdır. Onun bildiyi qədər, Elvinlə Rəcəb ikisi birlikdə ayaqyolunda şəkillər çəkmişdir. O, şəxsən Elvindən bu əməli gözləmirmiş. Nasir qorxduğu üçün bu hadisəni danışmamışdır. O, əvvəl Elvinin belə bir hadisə törədəcəyini gözləmirmiş, indi isə Elvindən hər bir hərəkəti gözləyir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, taksi fəaliyyəti ilə məşğul olmağı ilə əlaqədar Qobustan şəhərində “Nərimankənd” deyilən ərazidə yerləşən “Seymur” şadhq evinin qarşısında dayanıb müştəri gözləyən zaman qohumları Şahid11 və Şahid12 avtomobillə ona yaxınlaşıb ondan avtomobilə əyləşməyini xahiş etmişlər və o da onların hərəkət etdikləri avtomobilə əyləşmişdir. Murad avtomobili sürərək şadhq evinin qarşısından bir qədər uzaqlaşdıqdan sonra Murad ona bacısının oğlu Nasirin başına oyun açıldığını demişdir. O, nə baş verdiyini soruşduqda, Murad ona demişdir ki, “uşağı korlayıblar”. O, bunu kimin etməsini soruşduqda, Murad ona bunu həmyerliləri Rəcəbin etdiyini bildirmişdir. O, bunu kimdən öyrənməsini soruşduqda, Murad ona bu haqda Rəcəbin özünün həmkəndliləri Feyruza dediyini, Feyruzun da Zamiqə dediyini, özünün də Zamiqdən öyrəndiyini bildirmiş, Zamiq də Muradın dediklərini təsdiq etmişdir. Bundan dərhal sonra o, Murad və Zamiq ilə birlikdə anası Şahid10 ilə birlikdə Nasirin yaşadığı evə getmişdir. O, evə çatıb Nasiri çağırmış, Nasir gəldikdən sonra ondan hadisə barədə soruşduqda, Nasir ona bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında saçlarını kəsdirmək üçün həmyerliləri Rəcəbin işlədiyi bərbərxanaya getmiş, bərbərxanada olarkən Rəcəb əlindəki ülgücü onun boğazına dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda, Rəcəb ona səsini çıxartsa başını kəsəcəyini bildirmiş, daha sonra Rəcəb əynindəki şalvarı aşağı çəkərək ona cinsiyyət orqanını ağzına salmasını bildirmiş, o etiraz etdikdə, Rəcəb onu yarıəyilmiş formada durquzaraq öz cinsiyyət orqanını onun ağzına salmışdır. Sonra o, böyük qardaşı Şahid8 zəng edib tez evə gəlməsini xahiş etmiş, bir qədər sonra Ramil evə gəlmişdir. Ramil ondan nə baş verdiyini soruşduqda, o, Ramildən Nasirin özündən soruşmasını xahiş etmişdir. Sonra Ramil o, Murad, Zamiq və anası Nailə ilə birlikdə Nasirə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Nasir əvvəlcə həyəcanlanıb danışmaq istəməsə də, o, və Ramil heç bir şeyi gizlətməməsini xahiş edərək təkidlə soruşduqda, Nasir bildirmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında saçlarını kəsdirmək üçün həmyerliləri Rəcəbin işlədiyi bərbərxanaya getmiş, bərbərxanada olarkən Rəcəb əlindəki ülgücü onun boğazına dirəmiş, o, Rəcəbdən nə etdiyini soruşduqda Rəcəb ona səsini çıxartsa başını kəsəcəyini bildirmiş, daha sonra Rəcəb əynindəki şalvarı aşağı çəkərək ona cinsiyyət orqanını ağzına salmasını bildirmiş, o, etiraz etdikdə, Rəcəb onu yarıəyilmiş formada durquzaraq öz cinsiyyət orqanını onun ağzına salmışdır. Bundan başqa Nasir bildirmişdir ki, 2023-cü ilin iyun ayının sonlarında işlədiyi “Seymur” şadlıq evində olduğu vaxt həmkəndliləri Elvin şadlıq evinə gəlib onunla görüşərək onunla işi olduğunu bildirib ayaqyoluna getməyi xahiş etmiş və o da razılaşaraq Elvin ilə birlikdə ayaqyoluna getmiş, ayaqyolunun qarşısına çatdıqda Elvin əvvəlcə onun sağ biləyindən, sonra isə boyun nahiyyəsindən tutaraq ayaqyolunun kabinəsinin içərisinə salmış, ayaqyolunun kabinəsinin içərisində Elvin əynindəki şalvarı aşağı çəkərək öz cinsiyyət orqanını çıxartmış, sonra isə onun boyun nahiyyəsindən sıxaraq cinsiyyət orqanını onun ağzına salmışdır. Bundan başqa Nasir bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Seymur” şadhq evində keçirilən toy mərasimində ofisiant olaraq işləmiş, həmin gün axşam saatlarında toy mərasimi qurtardıqdan sonra Şahid2 restoranın binasının girişindəki foyedə ona yaxınlaşaraq, Rəcəb və Elvinin öz cinsiyyət orqanlarını onun ağzına saldıqlarını bildirib, onunla belə hərəkətlər etmək üçün şadhq evinin ayaqyolusuna getməsini istəmiş, lakin o, Cavadla razılaşmayaraq oradan getmişdir. Bundan sonra Nasir o və qardaşı Ramil ilə birlikdə Qobustan RPŞ-yə gəlib, hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmçinin, o, bildirmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şəxsin seksual xarakterli hərəkətlər edib-etməməsi haqda ona danışmamış, başqa şəxsə danışıbdanışmaması haqda isə heç bir məlumatı yoxdur. Belə ki, Zərərçəkmiş şəxs qapah insan olduğundan o və digər qohumları ilə mehriban davransa da, yaxın və səmimi münasibət saxlamır. Nasir qonşuları və həmyerliləri ilə dostluq etmir, yaxın münasibət saxlamır. Amma Nasir adətən hamı ilə mehriban davranır, heç kimə qarşı kobud hərəkət etmir. Zərərçəkmiş şəxs həmcinslərinə qarşı seksual meyilliliyinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Nasirin həmcinslərinə meyilliliyinin olmasını göstərən hər hansı bir hərəkətinin şahidi olmamış, belə halın olması barədə Nasirin özündən, yaxud başqa tanışlarından eşitməmişdir. Nasir əvvəllər, yəni 2022- ci və 2023-cü illərin yay aylarında tətil vaxtlarında Qobustan şəhərində yerləşən “Seymur” şadlıq evində ofisiant olaraq işləmişdir. Zərərçəkmiş şəxs Facebook, Twitter, İnstagram, Telegram, Whatsapp, yaxud başqa sosial şəbəkələrdən istifadə edib-etməməsi barədə heç bir məlumatı yoxdur (cild 02, iş vər. 191-194). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır onunla qonşu olmuşdur. Rəcəb və Elvin tutulmamışdan on gün qabaq Elvin onlara gəlib gedirmiş. Səhər o, səsə ayılmış, səsküyün gəldiyini eşitmişdir. O, qardaşını və dayısı oğlunu görmüşdür. Eyni zamanda orada digər şəxslər də var imiş. Həmin şəxslərdən nə baş verdiyini soruşmuş, qardaşı Elvin və Rəcəb Nasirə qarşı zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəldən təqsirləndirilən şəxsi tanıyır. Əvvəllər onunla münasibətləri yaxşı olmuş, oturub yeyib içmişlər. Məhkəmə istintaqı zamanı Şahid9 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid7 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 03, iş vər. 52-55). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Zərərçəkmiş şəxs onun nəvəsidir . Zərərçəkmiş şəxs yetim uşaqdır. Yetimliyindən istifadə edib başına belə bir oyun gətirmişlər. Elvin də Rəcəbin toruna düşmüş, daha dəqiq desə onun ağlına uymuşdur. Rəcəb Elvinə belə bir əməli törətməyi öyrətmişdir. Elvin heç Nasiri tanımırmış. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, uşaqlarının hamısı toya gedirmiş. Hadisə bir həftə və ya on gün qabaq olmuşdur. Onların xəbəri olmamışdır. Bu söhbəti eşidəndən sonra onun uşaqları küçədə rahat gəz bilmirmiş. Emil və qardaşı oğlu onun yanına gələrək hadisəni danışmışlar. Bir həftə küçədə gəzərək məsələnin həqiqətən baş verdiyini öyrənmişlər. O, yalandan kiminsə üstünə şər ata bilməz. Emil həyətə gəlmiş və belə bir söhbətin olduğunu bildirib, Nasiri yuxudan oyatmasını istəmişdir. Məhkəmə istintaqı zamanı Şahid10 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid7 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 03, iş vər. 37-40). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Elvini bir və ya iki dəfə görmüşdür. Nasiri də yaxından tanımır. Onun 71 yaşı var. İfadə verərkən nə bilirsə danışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadə tam dəqiqliklə yadında deyil. O, hadisəni Nasirin dayısı Ramildən eşitmişdir. Məhkəmə istintaqı zamanı Şahid17 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid16 Dürəsən oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 02, iş vər. 19-22). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, Rəcəbi tanımır. Ramil ona hər şeyi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Elvini və Nasiri tanıyır. Müstəntiq ondan nəyi görüb, nəyi eşidiyini soruşmuşdur. Müstəntiq ondan Nasir haqqında soruşmuşdur. O, heç nə görmədiyini, sadəcə bu hadisə haqqında eşitdiyini demişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisəni kənd əhalisindən eşitmişdir. O, hadisəni ilk dəfə polis bölməsində bilmişdir. Ondan əvvəl hadisə barədə eşitməmişdir. O, 28 ildir ki, həmin kənddə yaşayır. Təqsirləndirilən şəxslə eyni məktəbdə oxumuşdur. O, evdən işə, işdən evə gedən adamdır. Nasir haqqında heç nə eşitməmişdir. Məhkəmə istintaqı zamanı Şahid18 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid16 Dürəsən oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 03, iş vər. 66-69). Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Elvin onun qardaşı oğludur. Elvin günahsız yerə tutulmuşdur. O, hər zaman Nasirgilə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərmişdir. O, bir həftə Elvinin arxasınca getməmiş, cinayət törədibsə cəzasını çəkməli olduğunu bildirmişdir. O, bir müddət sonra Elvinin arxasınca getmiş, amma həmin vaxt artıq iş işdən keçmişdir. Nasirin atası da cinsi azlığın nümayəndəsidir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Elvin Nasirə qarşı əxlaqsız heç nə etməmişdir. Nasir cinsi azlığın nümayəndəsi olduğu üçün kənd əhalisindən heç kim ona yaxın durmur. O, Nasir barəsində çox adamdan eşitmişdir. Şahidlərə qarşı təsir olunduğu üçün onlar məhkəmə prosesinə gəlməmişdir. X16 ilə cinsi əlaqədə olmuşdur. Nasirin cinsi azlığın nümayəndəsi olduğunu hadisə baş verdikdən sonra eşitmişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahidlərdən Nicat və Fərid də Nasirlə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun kirvəsinin nəvəsidir. O, usta kimi fəaliyyət göstərir. X15 etdikləri barədə danışmış, saçını kəsdirən zaman Nasirin ona əl atdığını bildirmişdir. Bir gün o, bərbərdə oturan zaman Nasirin gəldiyini görmüş və gizlənmişdir. Onlar pərdəni çəkmiş, Nasir dizini yerə vurmuş və Rəcəb işini bitirdikdən sonra çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Nasir kənddə çox adamla cinsi əlaqədə olmuşdur. İnsanlar qorxduğu üçün Nasirin onlarla cinsi əlaqəda olduğunu bildirmirlər. Elvingil tutulan zaman o həbsdə olmuşdur. O, Nasirlə Rəcəbi görən zaman Nasir könüllü olmuş, ona qarşı zor tətbiq olunmamışdır. O, Nasirlə Rəcəbi günortadan sonra bərbərxanada görmüşdür. O, pərdənin arxasında gizlənmiş, sonradan gizləndiyi yerdən çıxıb Nasirə olanları dayısına söyləyəcəyini bildirmiş və Nasir ağlamışdır. O, məhkum olunmuş və sonuncu dəfə dekabrın 9-u azadlığa buraxılmışdır. Hadisə baş verən zaman onun barəsində istintaq gedirmiş. Evdəkilərlə əlaqə saxladığı üçün hadisə barədə xəbərdar olmuşdur. O, gördükləri barədə heç kimə məlumat verməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Qobustan Rayon Polis Şöbəsinə müracət edərək bildirmişdir ki, təxminən bundan 2 il əvvəl 2021-ci ilin qış aylarında Rəcəb adlı şəxs fəaliyyət göstərdiyi bərbərxanasında, 2023-cü ilin iyun ayının sonlarında qonşusu Elvin adlı şəxs isə “Seymur” şadlıq sarayının sanitar qovşağında öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə məcburi olaraq daxil etmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2023-cü ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsini bildirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin Qobustan şəhərində Beydulla Qəribov küçəsində yerləşən “Seymur” şadlıq sarayının sanitar qovşağında baş verməsi müəyyən olunmuş və bu barədə protokol tərtib edilmişdir (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 86 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olunma əlamətləri yoxdur. Zərərçəkmiş şəxsla ağızla cinsi əlaqədə olmanı məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. (cild 01, iş vər. 22-24). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında video çəkiliş aparılmaqla keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin iyun ayının sonlarında saat 15 radələrində “Seymur” şadlıq sarayının sanitar qovşağının içərisində onun boyun nahiyyəsindən sıxaraq ona zor tətbiq edərək cinsiyyət orqanını onun ağız nahiyyəsinə daxil etdiyini bir daha bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dedikləri ilə razılaşmayaraq, onun dediklərini təkzib etmişdir. Üzləşdirmənin aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 74-78). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid3 dedikləri ilə razılaşmayaraq, onun dediklərini təkzib etmişdir (cild 02, iş vər. 12-14). Cinayət işinin materiallarında olan Qobustan Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Qobustan şəhər sakini Kərimov X9 RMX PHŞ-nin Poliklinika şöbəsində Psixonevroloji və Narkoloji xəstəliklər kabinetində dispanser qeydiyyatda deyildir (cild 02, iş vər. 49). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini hadisə yerində əyani olaraq göstərmiş və təsdiq etmiş, bununla bağlı protokol tərtib olunmuşdur (cild 03, iş vər. 20-28). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 143 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Patensiya simptomları müsbətdir (cild 03, iş vər. 82-83). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2578 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə, adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. İnadkarlıq, emosionallıq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 03, iş vər. 90-93). Cinayət işinin materiallarında olan əlavə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3274 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən edilir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs öz həmcinslərinə meyillilik müəyyən edilmir. Qərarın təsviri hissəsində göstərilən, ona qarşı qanunazidd hərəkətlər edilən zaman Zərərçəkmiş şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətcillik, iradi zəiflik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, sadəlövhlük kimi fərdi- psixi xüsusiyyətlər müəyyən edilir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafına görə onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli imkanlarına görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarındadır. Qərarın təsviri hissəsində qeyd olunan, hadisə zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar qorxu, gərginlik kimi hallar əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə (sadəlövhlük, iradi zəiflik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək və s.) baş vermiş hadisələr zamanı müqavimət göstərməyə bilərdi. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik və ləngimə əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər (cild 03, iş vər. 148-152). Cinayət işinin materiallarında olan iş üzrə verilmiş əməliyyat tapşırığının xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs və ya onun ailə üzvləri ilə Təqsirləndirilən şəxs və onun ailə üzvləri, həmçinin, Şahid1 və onun ailə üzvləri arasında əvvəllər, yaxud cari dövrdə ədavət və ya düşmənçilik olmaması müəyyənləşdirilmişdir. Cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs və ya Şahid1 başqa şəxslərlə əlbir olmaları halı, həmçinin, Təqsirləndirilən şəxs və Şahid1 başqa cinayət əməlləri törətmələri halı aşkar edilməmişdir (cild 03, iş vər. 132). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, cinayət işi üzrə istintaq zamanı Şahid1 ilə Şahid4 Babaverdi oğlu arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi halları Şahid1 üzünə qarşı bir daha bildirmişdir. Şahid1 isə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək öz cinsiyyət orqanını onun ağız nahiyyəsinə daxil etməsi ilə bağlı Şahid4 deməmiş, sadəcə olaraq üzünü görmədiyi bir nəfər şəxslə Zərərçəkmiş şəxs tutduğunu ona demişdir (cild 03, iş vər. 229-232). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı Şahid1 ifadəsində polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını göstərməsi ilə əlaqədar həmin xüsusata hüquqi qiymət verilməsi üçün həmin hissədə toplanmış material xx.xx.2023-cü il tarixdə Qobustan rayon prokurorluğuna göndərilmişdir. Həmin xüsusat üzrə Qobustan rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Göhər Əmiyeva tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şahid1 Qobustan Rayon Polis Şöbəsinin tanımadığı polis əməkdaşları tərəfindən zorakılığa, işgəncəyə məruz qalması, döyülməsi və ya ona qarşı sair qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından, material üzrə xx.xx.2023-cü il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 03, iş vər. 245-250). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 149.3.3, 149.2-1.1, 150.2.1, 150.2.2, 150.2.4, 150.2.5, 150.2-1.2, 150.3.3, 151.1, 152.1 və 153.1-ci maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 06, iş vər. 177-38). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət sayılır və bu əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 150.2-1.1 maddəsində isə göstərilmişdir ki, sözügedən cinayət əməli təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yəni zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyi və etmədiyi cinayət əməlini etiraf etməsi üçün polis bölməsində fiziki və psixi təsirə məruz qalması barədə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda bir neçə dəfə dindirilməsinə baxmayarq baş verən hadisələri ardıcıllıqla heç bir şişirtmə etmədən bildirir, onun ifadələrində işlətdiyi sözlərdən, danışığından, baş vermiş hadisələri bir-bir təsvir etməsindən görünür ki, o, kiminsə təsiri altında hərəkət etmir. Onun qeyd etdikləri təqsirləndirilən şəxsin də müəyyən mənada qeyd etdikləri ilə (hadisə baş verən vaxt zərərçəkmiş şəxslə məhz qeyd olunan yerdə - Seymur şadlıq sarayının sanitar qovşağında görüşməsi), o cümlədən hazırki iş üzrə Şahid1 ibtidai istintaq zamanı qeyd etdikləri ilə (hadisə baş verən tarixdə Seymur şadlıq sarayının sanitar qovşağında zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsi görməsi və s.) üst-üstə düşür. Zərərçəkmiş şəxsin belə ardıcıllıqla ifadə verməsi onu göstərir ki, o, baş verənlərdən artıq heç nəyi danışmır və özündən uydurmur. Əgər elə olmuş olsaydı, zərərçəkmiş şəxs başqa tarixlərdə, başqa saatlada baş verən hadisələr barədə özündən nəsə uydurar, sözügedən hadisələr baş verən günü olanları danışarkən (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı) ardıcıllıqda hər hansı yanlışlıqlara yol verərdi. Əksinə zərərçəkmiş şəxs ibtidai istintaqın ilkin mərhələsindən eyni məzmunlu ardıcıl ifadələr vermiş və baş verən hadisələri, ona qarşı edilən hərəkətləri ətraflı şəkildə təsvir etmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin bir kənddən olduqlarını yaxşı bildiyi və zərərçəkmiş şəxsin qohumlarını yaxşı tanıdığı halda, o cümlədən günün aydınlıq vaxtında olmaqla kənar şəxslərin də gəlib onları görməsinin mümkün olduğu yerdə heç nədən çəkinməyərək Zərərçəkmiş şəxs qarşı belə bir hərəkəti etməsi özlüyündə sonuncunun nə dərəcədə çaşqınlıq içində qalaraq qorxmuş olduğunu və artıq Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərindən sonra edilən hərəkətlər barədə, yəni bundan sonrakı davranışı, hərəkətləri barədə nə dərəcədə ciddi olduğunu, əgər hardasa və kiməsə bu barədə danışsa onun üçün yaxşı olmayacağı fikrinə gəlməsini, dolayısı ilə də bu hal onun nə qədər stress keçirdiyini və qorxduğunu əyani şəkildə təsdiq edir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, mövcud milli mentalitet qaydaları çərçivəsində, uzun illər ərzində formalaşan adət-ənənələrin fonunda böyüyən, bütün əxlaq normalarını yaxşı bilən və dərk edən azərbaycanlı kişi, gələcəyin əsgəri tərəfindən öz adının belə bir bədnam hadisədə yalandan hallandırması ağlabatan deyil. Odur ki, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və s. sübutlar təqsirləndirilən şəxsin söylədiklərini tam təkzib edir. Hazırki iş üzrə Şahid1 ibtidai istintaqın sonrakı mərhələsində, o cümlədən məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması ilə bağlı düzgün ifadə verməmiş və məqsədi də təqsirləndirilən şəxsi müdafiə etməkdən ibarət olmuşdur. Belə ki, onun qeyd etdiyi xüsusatlar Qobustan rayon prokurorluğu tərəfindən araşdırılmış və öz təsdiqini tapmamışdır. Şahid1 təqsirləndirilən şəxslə yaxın – dostluq münasibətində olması onun hazırda sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Digər tərəfdən, onun ibtidai istintaqın ilkin mərhələsində qeyd etdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin verdiyi ifadəsi ilə qismən (məhz Təqsirləndirilən şəxs sözügedən tarixdə və sözügedən yerdə zərərçəkmiş şəxslə bir yerdə olması və ona qarşı müəyyən hərəkətlər etməsi), həmçinin iş üzrə dindirilən şahidlərin ifadəsi ilə üst-üstə düşməklə baş verənlərin həqiqətən də yaşandığını, zərərçəkmiş şəxsin heç də uydurma fikirlər bildirmədiyini təsdiq edir. Ona görə də, məhkəmə Şahid1 məhz ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğunu ifadəni (sözügedən tarixdə və sözügedən yerdə baş verən hadisənin iştirakçısı kimi Təqsirləndirilən şəxs olması ilə bağlı hissədə) əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Məhkəmə istintaqı zamanı dindirilən əlavə şahidlər X4 və X6 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxsla yaxın münasibətdə olan şəxslərdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadəyə də tənqidi yanaşır və onları əsaslı sübut kimi qəbul etmir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları əsası olmayan, heç bir sübuta söykənməyən ifadələr kimi qəbul edir və onlarla razılaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 150.2-1.1 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Kərimov X9 rayon Qobustan şəhərində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 02, iş vər. 45-46). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 27-28). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Qobustan Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 58, 110-111). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar