Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-290/2024 11.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu Yaquboba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz rayonu Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1987-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,578 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketin qarşısında Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşımış, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb saat 17:05-dən 17:15dək olan müddətdə Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunun üzərində olan sellofanın alt hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,578 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə 2023-cü ilin aprel ayının ortalarında yaşadığı ünvan 3 ünvanında plastmas dibçəkdə əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn külli miqdar təşkil edən 26 ədəd çətənə (kannabis) bitkisinə 06 may 2023-cü il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, habelə satış məqsədi ilə kustar üsulla hazırlanmış psixotrop maddə olan 1,604 qram çəkidə metamfetamini və kustar üsulla hazırlanmış narkotik vasitə olan 1,867 qram çəkidə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 05 may 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketin qarşısında həmin psixotrop maddə olan metamfetaminin 0,578 qramını tanışı Təqsirləndirilən şəxs1 10 manata satıb qalan 1,026 qramını və narkotik vasitə heroini yaşadığı ünvan 3 ünvanında saxlamış, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 may 2023-cü il tarixdə saat 14:05-dən 14:25-dək olan müddətdə onun iştirakı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən həmin evin qonaq otağındakı masanın üzərində 01 ədəd kağız bükümdə 1,026 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd kağız bükümdə 1,867 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin otağın pəncərəsinin qarşısında olan plastmas dibçəkdə əkilmiş yaş vəziyyətdə ümumi çəkisi 2,021 qram olan 26 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bu müddət ərzində o, istifadə etmək üçün metamfetamini Xaçmaz şəhər sakini Kamran adlı şəxsdən pul ilə almışdır. Sonuncu dəfə 05 may 2023-cü il tarixdə saat 10 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Kamran adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə "Whastapp” vasitəsilə zəng edib ondan şəxsi istifadəsi üçün metamfetamin istəmişdir. Kamran da özündə metamfetamin olduğunu bildirmişdir. O, da Kamrana özü üçün bir neçə dəfə istifadə üçün 10 manatlıq metamfetamin verməsini istəmişdir. Kamran da ona saat 11 radələrində Xaçmaz şəhərində yerləşən Xəzər marketin qarşısında metamfetamin verə biləcəyini demişdir. O, Kamranla danışdığı kimi, 05 may 2023- cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Xəzər” marketin qarşısına gəlmiş və orada Kamran adlı şəxslə görüşüb 10 manat pul vermişdir, Kamran da bir ədəd gümüşü rəngli kağız bükümdə ona psixotrop maddə olan metamfetamin vermişdir. Həmin bükümün içərisində bir neçə dəfə istifadə edə biləcəyi qədər, yəni 0,5 qramdan çox metamfetamin olmuşdur. O, Kamran adlı şəxsdən metamfetamin aldıqdan sonra aldığı metamfetamini cibində olan “Sobranie” markalı siqaret qutusunun üzərində olan sellofanın altına qoymuşdur. 05 may 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olan zaman iki nəfər mülki geyim şəxslər ona yaxınlaşıb onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı idman şalvarının sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu, əynində olan idman gödəkçəsinin sağ yan cibindən isə bir ədəd dəri pul qabını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi siqaret qutusuna müstəntiq tərəfindən baxış keçirilən zaman siqaret qutusunun içərisində 15 ədəd siqaret dənəsinin olması, həmin siqaret qutusunun üzərində olan sellofanın alt hissəsində isə bir ədəd gümüşü rəngli kağız büküm olması müəyyən edilmişdir. Həmin kağız büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuşdur. Şəxsi axtarış zaman o, üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni bu gün, yəni, 05 may 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhərində tanışı Kamran adlı şəxsdən 10 manat pula aldığını bildimişdir. Həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hazırda əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən (CM-in 237.2.3-cü maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, evdə olduğu zaman polis əməkdaşları evə gəlmiş və onu şübhəli olduğu üçün saxlamışdır. Evdə aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona aid olmamışdır. Lakin evdən aşkar olunan çətənə bitkisinin şitilləri ona aid olmuşdur. Belə ki, evdə marixuana çəkən zaman pəncərə kənarında olan dibçəyin dibinə toxumlar atmış, həmin toxumlar da cücərmişdir. Onun tərəfindən həmin bitkilərə qulluq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, müstəntiq tərəfindən orada nə yazılmasını bilmədən qol çəkmişdir. İbtidai istintaq zamanı ona təzyiq və ya təsir olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. Barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən başlayaraq narkotik vasitə olan heroindən, psixotrop maddə olan metamfetamindən, habelə hərdən marixuanadan da istifadə edir. Təxminən 10 gün bundan əvvəl Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyada hərəkətdə olan zaman yerdə bir ədəd siqaret qutusu olduğunu görmüşdür. Diqqətini cəlb etdiyindən həmin siqaret qutusunu əyilib yerdən götürüb içərisinə baxan zaman qutunun içərisində bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psiotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, rəsmi olaraq işləmədiyindən tapdığı narkotik vasitədən və psixotrop maddələrdən satıb pul əldə etmək qərarına gəlmişdir, həmçinin internetdə olan mərc oyunlarından oynayıb oradan da pul əldə edir. 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ondan psixotrop maddə olan metamfetamin istəmişdir. O, da Şəmsəddinə həmin gün saat 11 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Xəzər marketin qarşısında görüşüb ona metamfetamin verə biləcəyini demişdir. Onlar danışdığı kimi 05 may 2023-cü il tarixdə saat 11 radələrində Şəmsəddinlə həmin yerdə görüşmüş və o, Şəmsəddinə 10 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. 06 may 2023-cü il tarixdə o, yaşadığı mənzilin yerləşdiyi evin həyətində olan zaman tanımadığı şəxslər ona yaxınlaşıb Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun 05 may 2023-cü il tarixdə Şəmsəddin adlı şəxsə psixotrop maddə olan metamfetamin satdığını qeyd etmiş və yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O, da polis əməkdaşlarının 05 may 2023-cü il tarixdə Şəmsəddinə psixotrop maddə olan metamfetamin satmağından məlumatları olduğunu görüb məlumatı təqzib etməyin mənasız olmasını başa düşmüşdür. Hətta onların yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olmasını, çətənə bitkisi yetişdiridiyini bildiklərini düşünüb hər şeyi səmimi etiraf etmidir. Sonra da yaşadığı ünvan 3-yə baxış keçirilməsinə icazə vermişdir. Polis işçilərinin iştirakı ilə videoçəkilişlə baxış prosesinə başladıqdan sonra Şəmsəddinə 05 may 2023-cü il tarixdə 10 manat pula psixotrop maddə olan metamfetamin satdığını bir daha etiraf etmiş və yaşadığı evdə də psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra o, üzərində olan açarla yaşadığı evin giriş qapısında olan qıfılı açıb polis əməkdaşlarını və aqronomu yaşadığı evə dəvət etmişdir. Polis əməkdaşları onun dəvətilə evin giriş qapısından içəriyə daxil olub girişdən solda yerləşən qonaq otağına daxil olmuşlar. Evin qonaq otağına daxil olduqdan sonra o, qonaq otağının girişindən sağda yerləşən masaya yaxınlaşıb masanın üzərində olan bükümləri göstərib həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman həmin bükümlər müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman, bükümün birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristalşəkilli kütlə, digərinin içərisinə isə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı o, bükümün içərisində olan ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetaminin 05 may 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 satdığı metamfetaminin qalan hissəsi olduğunu, digər bükümün içərisində olan qəhvəyi rəngli maddənin isə “kola”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd kağız büküm, içərisində psixotrop maddə olan metamfetamin olan bir ədəd kağız büküm, içərisinə heroin izləri olan 03 ədəd şüşə ampula, 10 ədəd şpris bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, həmin zərf möhürlənmiş, zərfin üzəri baxışda itirak edən şəxsləri imzalamışdır. Qablaşma qurtardıqdan sonra müstəntiq ondan yaşadığı evdə başqa qanunla saxlanması qadağan olunmuş başqa əşya olub-olmamasını soruşmuş, bu zaman o, qonaq otağının pəncərəsinin qarşısında olan dibçəyə əkdiyi çətənə bitkilərini göstərmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında özündə olan təxminən 27-28 ədəd çətənə bitkilərinin toxumlarını həmin dibçəyə basdırmış, gün düşən yerə qoymuşdur. Bundan sonra hər gün həmin dibçəyə su tökdükcə toxumlar sulamış və cücərib bitki halına gəlmişdir. Baxış zamanı iştirak edən aqronom həmin bitkilərin çətənə bitkiəri olduğunu bildirmişdir. Baxış zamanı aqronom dibçəkdə olan bitkiləriə aqrotexniki qaydada qulluq edildiyini, gün düşən yerdə əkildiyini bildirmiş və həmin bitkiləri sayaraq çıxarmağa başlamış, bitkilərin ümumilikdə 26 ədəd olması müəyyən olunmuşdur. Aşkar edilmiş 26 ədəd bitki müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzərinə baxışda iştirak edən şəxslərin adlan yazılmış və həmin zərfin üzərini imzalanmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə gətirilmiş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları təmin edilərək ona dövlət büdcəsi hesabına müdafiəçi təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə polis şöbəsində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilən hər-hansı bir əşya, predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmiş və müvafiq razılıq alındıqdan sonra əməliyyat tədbiri keçirilməyə başlanmışdır. 05 may 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs1 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki idman şalvarının sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu, əynində olan idman gödəkçəsinin isə sağ yan cibindən isə bir ədəd dəri pul qabını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi siqaret qutusuna müstəntiq tərəfindən baxış keçirilən zaman siqaret qutusunun içərisində 15 ədəd siqaret dənəsinin olması, həmin siqaret qutusunun üzərində olan sellofanın alt hissəsində isə bir ədəd gümüşü rəngli kağız büküm olması müəyyən edilmişdir. Həmin gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlənin olması müəyyən olunmuşdur. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni bu gün, yəni, 05 may 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhərində tanışı Kamran adlı şəxsdən 10 manat pula aldığını, Kamran adlı şəxsin Xaçmaz şəhərində yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan gümüşü rəngli kağız büküm n elekton tərəzidə çəkilən zaman bükümlə birlikdə çəkisinin 0,7 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan kağız büküm bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənərək müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Bundan sonra, əməlliyat tədbirlərinin keçirilməsinin davamı olaraq Təqsirləndirilən şəxs1 psixotrop maddəni satan şəxsin ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyyən olunmuş və onun yaşadığı evə 06 may 2023-cü il tarixdə saat 14 radələrində əvvəlcədən dəvət olunmuş aqranom-mütəxəssis Şahid4 iştirakı ilə videçəklişlə baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs2 hazırda yaşadığı evdə də psixotrop maddə olan metamfetamin olduğunu və onları təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onları yaşadığı mənzilə dəvət etmişdir. Onlar Təqsirləndirilən şəxs2 dəvəti ilə evin giriş qapısından-içəriyə daxil olub girişdən solda yerləşən qonaq otağına daxil olmuşlar. Evin qonaq otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 girişindən sağda yerləşən masaya yaxınlaşıb həmin masanın üzərində olan bükümləri göstərib həmin bükümlərdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bu zaman həmin bükümlər müstəntiq tərəfindən açılıb içərisinə baxılan zaman, bükümün birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristalşəkilli kütlə, digərinin içərisinə isə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli kütlənin olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs2 bükümün içərisində olan ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetaminin 05 may 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən “Xəzər” marketin qarşısında Təqsirləndirilən şəxs1 satdığı metamfetaminin qalan hissəsi olduğunu, digər bükümün içərisində olan qəhvəyi rəngli maddənin isə “kola”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bu zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olan kağız büküm qablaşma ilə birlikdə elektron tərəzidə çəkilən zaman çəkisinin 2,4 qram, İçərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan büküm isə qablaşma ilə birlikdə çəkisinin 1,2 qram çəkidə olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd kağız büküm, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bir ədəd kağız büküm, içərisinə heroin izlərinə bənzər izlər olan 03 ədəd şüşə ampula, 10 ədəd şpris müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Qablaşma qurtardıqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunla saxlanması qadağan olunmuş başqa əşya olub-olmaması soruşulmuş, bu zaman sonuncu qonaq otağının pəncərəsinin qarşısında olan dibçəyə əkilmiş bitkilərin çətənə bitkilərinin şitilləri olduğunu bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin otağın pəncərəsinin qarşısında olan dibçəyə əkilmiş bitkilərə baxış keçirmiş və həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 dibçəyə çətənə toxumları əkdiyini, gülü sulaqdıqca toxumların inkişaf edib cücərib bitki halına gəlməsi üçün gulluq göstərdiyini bildirmişdir. Aqronom Şahid4 dibçəkdə olan bitkilərə çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, gün düşən yerdə əkildiyini bildirmiş və həmin bitkiləri sayaraq çıxarmağa başlamış, çətənə bitkilərinin ümumilikdə 26 ədəd olması müəyyən olunmuşdur. Aşkar edilmiş 26 ədəd bitkilər bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Xanbaba oğlu ayrı-ayrılıqda Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 tərtib etdiyi mütəxəssis rəyini müdafiə edərək göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evə 06 may 2023-cü il tarixdə saat 14 radələrində polis əməkdaşları tərəfindən baxış keçirilmiş və o da aqranom-mütəxəssis qismində iştirak etmək üçün həmin baxışa dəvət olunmuşdur. Videoçəklişlə həmin ünvana baxış keçirilən zaman evdə otağın pəncərəsinin qarşısında olan dibçəyə əkilmiş bitkilər aşkar olunmuş və həmin bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 dibçəyə çətənə toxumları əkdiyini, gülü sulaqdıqca toxumların inkişaf edib cücərib bitki halına gəlməsi üçün gulluq göstərdiyini bildirmişdir. Mütəxəssis kimi dibçəkdə olan bitkilərə çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini, gün düşən yerdə əkildiyini bildirmiş və həmin bitkiləri sayaraq çıxarmağa başlamış, çətənə bitkilərinin ümumilikdə 26 ədəd olması müəyyən olunmuşdur. Aşkar edilmiş 26 ədəd bitkilər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16 radələrində narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və istifadəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunun üzərində olan sellofanın alt hissəsindən bir ədəd gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,578 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni 10 manat qarşılığında Xaçmaz şəhər sakini Kamran adlı şəxsdən aldığını bildirmiş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-28). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2630 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlə... ” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,578 qram ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (cild 01, iş vər. 36-38). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və istifadəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə şakar olunmuş və Təqsirləndirilən şəxs1 həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 10 manat qarşılığında Xaçmaz şəhər sakini Kamran adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat sorğusu ilə həmin şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olduğu müəyyən olunmuşdur. Əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkoti vasitələr vardır, həmçinin həmin evdə narkotik tərkibli çətənə bitkiləri əkilmişdir (cild 01, iş vər. 63). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, mütəxəssis-aqronomun və Təqsirləndirilən şəxs2 iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı evdən bir ədəd bükümdə təmiz çəkisi 1,867 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,026 qram olan psixotrop maddə metamfetamin, 2,021 qram çəkidə 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, habelə daxilində narkotik vasitə heroinə məxsus izlər olan 3 ədəd sınıq ampula və 10 ədəd birdəfəlik şpris aşkar edilərək qanunla müəyyən edilmiş qaydada qablaşdırıəlmaqla götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 71-74). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanına keçirilən baxış zamanı aşkar edilmiş 26 (iyirmi altı) ədəd bitkilər çətənə (kannabis) bitkilərinin şitilləridir. Onların inkişafına, zoğ, budaq və köklərinin vəziyyətinə əsasən müəyyən olunur ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (cild 01, iş vər. 75). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasına dair 07 may 2023-cü il tarixli 6\2641 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,867 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,026 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 3 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şprisin daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəçikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Bir ədəd birdəfəlik şprisdə narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi (cild 01, iş vər. 102-108). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasına dair 07 may 2023cü il tarixli 7/663 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilib götürülmüş 26 (iyirmi altı) ədəd ümumi çəkisi 2,021 qram olan ştillər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Həmin şitillərə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 109-112). Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasına dair 01 iyun 2023-cü il tarixli 6/2755 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “...Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” sözləri bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə üzərində “...Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlə...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,528 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 190-194). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(067)-90/2023 saylı qərarından görünür ki, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 “Əməliyyat tədbirinin keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 163-164). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 iyun 2023-cü il tarixli 3724 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 215-216). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamasının 07 iyul 2023-cü il tarixli 4223 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 225-226). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə içərisində Təqsirləndirilən şəxs2 telefon danışıqları olan DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:26-da Təqsirləndirilən şəxs1 məxsus +994 70 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 məxsus +994 77 *** ** ** saylı mobil nömrəyə zəng edilməsi və 33 saniyə telefon danışığı olmuşdur (cild 01, iş vər. 208). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 232-254). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə Xaçmaz rayonu, Yaquboba kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz əldə etməsi, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılmaqla polis şöbəsinə gətirilmiş, üzərinə polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən bir büküm psixotrop maddə metamfetamin aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs1 verdiyi şifahi məlumat əsasında xx.xx.2023-cü tarixdə Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və evdən narkotik vasitəyə, psixotrop maddəyə bənzər kütlələr, həmçinin aqrotexniki qaydada qulluq olunması ehtimal olunan külli miqdarda çətənə bitkisinin şitilləri aşkar olunmuşdur. Götürülmüş maddələr, bitki şitilləri ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təqsirləndirilən şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilərək narkotik maddənin, psixotrop maddənin, çətənə bitkisinin şitillərinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qanunun tələbinə görə psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar 0,15 qram hesab olunur. Sözügedən Plenum qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 13-cü bəndinə əsasən CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Həmçinin, CM-in 237.1-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməli sayılır və həmin əməlin törədilməsində təqsirli bilinən şəxs üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 237.2.3-cü maddəsində isə göstərilmişdir ki, eyni hərəkətlər külli miqdarda törədildikdə, əməlin törədilməsində təqsirli bilinən şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət məsuliyyətinə səbəb olan əməldə narkotik tərkibli bitkilərin sayı (xeyli və külli miqdarı) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş Siyahılarla müəyyən edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə isə 16 ədəd və ondan artıq bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamasına və həmin psixotrop maddə metamfetaminin bir hissəsini Təqsirləndirilən şəxs1 10 manata satmasına, habelə külli miqdar təşkil edən 26 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi etirafedici və ifşaedici ifadəsi, habelə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, tədqiq olunan ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə məhkəmə onun həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə ağır maddə ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Belə ki, digər Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifşaedici ifadəsi, habelə iş materiallarında olan digər sübutlar onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini təsdiq edir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasın məhz şəxsin ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə (atası, anası, arvadı və xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı ilə) birlikdə Xaçmaz rayonu, Yaquboba kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 223-224). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 167). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmançılığını və ibtidai istintaq orqanına köməklik etməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 160-161). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 168). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, habelə CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, kütləvi tədbirlər təşkil etməmək və həmin tədbirlərdə iştirak etməmək, ictimai iaşə obyektlərinə getməmək, spirtli içki və ya narkotik vasitə qəbul etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə X6 azadlığa buraxılmışdır (cild 1, iş vər. 21-22, 58-59). Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması növündə cəza müddəti saxlanılmalı, həmçinin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə şəxsin real olaraq narkotik vasitənin satışı ilə məşğul olmasını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə təyin olunan cəzalar qismən toplanılmala qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 85-86, 135-138). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Habelə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həm də o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Cinayət işi üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunan 0,578 qram olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,867 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,026 qram olan psixotrop maddə metamfetamin, daxilində narkotik vasitə heroinə məxsus izlər olan 3 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şpris, 2,021 qram çəkidə 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD diksin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 234 AZN (iki yüz otuz dörd manat) təşkil edən ekspertiza xərcinin 80 AZN-i (səksən manat) Təqsirləndirilən şəxs1, 154 AZN-i isə (bir yüz əlli dörd manat) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə (səhhəti ilə bağlı ixtisaslı həkim müayinəsinə və müalicə qəbul etmək üçün digər şəhər və rayonlarda yerləşən tibb müəssisələrinə getmə halları istisna olmaqla) yaşadığı Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, kütləvi tədbirlər təşkil etməmək və həmin tədbirlərdə iştirak etməmək, ictimai iaşə obyektlərinə getməmək, spirtli içki və ya narkotik vasitə qəbul etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunan 0,578 qram olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,867 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,026 qram olan psixotrop maddə metamfetamin, daxilində narkotik vasitə heroinə məxsus izlər olan 3 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şpris, 2,021 qram çəkidə 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD diksin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 234 AZN-in (iki yüz otuz dörd manat) 80 AZN-i (səksən manat) Təqsirləndirilən şəxs1, 154 AZN-i isə (bir yüz əlli dörd manat) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-290/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-290/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver