Məhkəmə qərarları › İş №1(124)-290/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-290/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-290/2025 09.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçıları:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 204.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə eldiyi külli miqdarda narkotik vasitələri Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinə yerləşdirilmiş sellofan bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş 2360,0 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və üzərində «Methadon40» əmtəə göstəricisi olan konvalyutlarda ümumilikdə 1313 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 52,52 qram kiilli miqdarda metadon həblərini götürüb salış məqsədi ilə qanunsuz əldə edərək etibarnamə əsasında idarə etdiyi «Kia» markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində və üzərində saxlamış və daşımış, 03 noyabr 2024-cü il tarixdə saat 05 radələrində həmin narkotik vasitələri satmaq məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsindəki binanın arxa tərəfinə gəldikdə Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin və post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsində 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq, orada həmin gün 05:27-dən 05:40-a kimi üzəri yoxlanılan zaman əynində olan mavi rəngli idman gödəkçəsinin sol içəri hissəsində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bağlamada 410 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunub götürülmüş, əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi «KİA» markalı, **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə orada həmin gün saat 05:58-dən 06:30-dək baxış keçirilərkən avtomobilin yük yerindən 2 ədəd qara rəngli sellofan bağlamalarda hər biri 990,0 qram və 960,0 qram olmaqla ümumi çəkisi 1950 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd mavi rəngli sellofan bağlamalarda «Methadon40» əmtə göstəricisi olan konvalyutlarda ümumilikdə 1313 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli tərkibində metadon təsircdici maddəsinin ümumi miqdarı 52,52 qram olan külli miqdarda metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, yalnız narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edərək istifadə etmişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğunu, sosial şəbəkədə İİR vətəndaşı ilə tanış olduğunu və həmin şəxsdən narkotik vasitə aldığını, lakin ittiham aktında qeyd olunan narkotik vasitənin onun avtomobilində olması ilə bağlı qeyd olunanların doğru olmadığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən gecə saat 00 radələrində tutulmuş, polis əməkdaşları onun yaşadığı mənzilə icazəsiz daxil olaraq arvadını, azyaşlı uşaqlarını evdən çölə çıxarmış və maşına mindirib polis bölməsinə aparmaq istəmişdirlər. Hadisə günü üzərində qurudulmuş marixuana olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən 410 qram qurudulmuş marixuana aşkar olunmuş, daha sonra isə polis əməkdaşları idarə etdiyi avtomobilə baxış keçirdikdə avtomobilin yük yerindən 2 ədəd qara və göy rəngli sellofan torbalar aşkar olunmuş, sonra isə polis əməkdaşları yaşadığı evə daxil olmuşdurlar. O, tutulduqdan 3 gün sonra yolun kənarından tapılan narkotik vasitələri təzyiq altında qaldığı və polis əməkdaşlarının onu ailəsi ilə hədələdikləri üçün öz boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, özünü İİR vətəndaşı kimi təqdim edən İlqar adlı şəxsin kart hesabına 410 qram qurudulmuş marixuanaya görə 800 manat məbləğində pul göndərmiş, polis əməkdaşları tərəfindən 03 noyabr 2024-cü il tarixdə gecə saat 00 radələrində 410 qram qurudulmuş marixuananı götürüb çıxanda tutulmuş, həmin vaxt onu saxlayan polis əməkdaşlarını tanımamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğunu, narkotik vasitəni öz maşını ilə götürməyə getdiyini, İlqarın İran nömrəsi ilə ona zəng etdiyini və narkotik vasitəni hara qoyması ilə bağlı “konum” göndərdiyini, qurudulmuş marixuanadan başqa digər növ narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Polis əməkdaşlarının hasarın üstündən tullanıb onun yaşadığı evə daxil olduqlarını, həmin vaxt evdə uşaqlarının və hamilə arvadının olduğunu, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qaldığını qeyd etmişdir. Polis əməkdaşları ailə üzvlərini bölməyə aparacaqlarını deyərək hədə-qorxu gəldikləri üçün məcbur qalaraq onların dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq 1 ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik vasitəni əldə etməkdə satış məqsədi olmadığını və 410 qram qurudulmuş marixuanadan başqa ittiham aktında qeyd olunan digər narkotik vasitələrlə razı olmadığını bildirmişdir. Gecə yarısı polis əməkdaşları tərəfindən 410 qram narkotik vasitəni götürdüyü vaxt saxlanılmış və bundan sonra isə onların müşayiəti ilə yaşadığı mənzilə getmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır kəndi Qaçaq Nəbi küçəsi ev 176 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur və təxminən bir ay olar ki, «İnstaqram» sosial şəbəkəsində «Peyman» və «İlqar» adlı şəxslərlə tanış olmuşdur. Sonuncularla yazışarkən maddi problemləri olduğunu bildirmiş, Peyman və İlqar adlı şəxslər ona təklif etmişlər ki, ona narkotik vasitə göndərəcəklər, o, isə həmin narkotik vasitəni satmaq üçün lazım olan ünvanlara qoyub fotoşəkillərini və ünvanını WhatsApp tətbiqi vasitəsilə göndərəcək, hər 1 kq narkotikə görə ona 200 manat pul verəcəklər. O isə pula ehtiyacı olduğu üçün sonuncuların təklifi ilə razılaşmışdır. Təxminən 09 oktyabr 2024cü il tarixdə Peyman onun istifadəsində olan +7993 *** ** ** və ***-***-**-** nömrələrinin WhatsApp tətbiqinə konum atıb orada narkotik vasitə qurudulmuş marixuana və metadon həbləri qoyulduğunu həmin nakrotik vasitələri götürüb lazım olan yerlərə qoymağı bildirmişdir. O isə göndərilən məkana, yəni Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsinə gedib yol kənarında olan yerə çatmış, orada sellofan bağlamaları tapıb avtomobilin yük yerinə qoymuş və Peymana narkotik vasitələri götürdüyünü bildirmişdir. Bundan sonra həmin nakrotik vasitələri yaşadığı Masazır kəndinə gətirmişdir. Peyman və İlqar adlı şəxslər onunla əlaqə saxlayaraq götürdüyü narkotikdən müxtəlif çəkilərdə olan bağlamaları aparıb hansısa ünvana qoyub yerini onlara çəkib konumunu atmağı tapşırmış, o, isə həmin narkotikdən təxminən 15 kq hissəsini Bakı şəhəri Binəqədi rayonu və Abşeron rayonu Masazır kəndi ərazisində müxtəlif yerlərə qoyub şəklini onlara məxsus +**********89 və +**********56 mobil nömrələrin WhatsApp hesabına göndərmişdir. Peyman isə onun kartına hər kq narkotikə görə 200 manat pul köçürmüş, qalan narkotik vasitəni isə 03 noyabr 2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Kia Cerato markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub saat 05 radələrində Xırdalan şəhəri, Q.Musabəyov küçəsindəki evin arxasına aparıb qoymaq istəmişdir. Lakin həmin vaxt polis əməkdaşları onu saxlayaraq özlərini təqdim edib Abşeron RPİ-nin əməəkdaşları olduqlarını bildirmiş, ona narkotik vasitə satmaqda və üzərində və avtomobildə narkotik vasitə daşımaqda şübhəli olduğunu, üzərində şəxsi axtarış aparılmasını bildirib üzərində qanunsuz hər hansı bir əşya və kütlə varsa, təqdim etməyi təklif etmişlər. O, isə 1 ədəd sellofan bağlamanı əynindəki idman gödəkçəsinin içərisindən çıxarıb təqdim etmiş, həmin bağlama açılıb içinə baxılmış və ondan nə olduğu soruşulmuş, o isə narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni İran vətəndaşının göndərdiyini və satmaq üçün lazım olan yerə qoymaq istədiyini bildirmiş, bundan sonra həmin narkotik vasitə olan bağlama qablaşdırılmış, üzərində o və polis əməkdaşları imza edərək təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları ondan avtomobildə narkotik vasitə olub-olmadığını soruşmuş, o isə narkotik vasitə olduğunu bildirmiş, sonra avtomobilə baxış keçirilmiş və yük yerindən 2 ədəd qara sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd mavi rəngli bağlamada olan matedon həbləri aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitələrin də İran vətəndaşının göndərdiyi Ələt qəsəbəsindən götürdüyünü və satmaq üçün lazım olan yerələrə qoyub konumunu onlara göndərdiyimi bildirmiş, polis əməkaşları avtomobilin digər yerlərinə baxış keçirmiş, başqa hər hansı bir əşya və kütlə aşkar olunmamışdır. Həmin narkotik vasitələr qablaşdırılıb üzərində imza edilməklə götürülmüş, üzərində və avtomobildə baxış videoçəkilişlə aparılmış, sonra polis idarəsinə gətirilmiş və təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulması izah olunmuş və hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkili ilə ona söhbət etməyə şərait yaradılmış, hüquq və vəzifələri izah olunaraq üzərində və avtomobilində şəxsi axtarış və baxış zamanı narkotiik vasitələrin aşkar olunması ilə bağlı izahatı alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, gəzdirilməsində və daşınmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında post-patrul xidməti əməkdaşları ilə birlikdə əməliyyat tədbiri həyata keçirilmiş, Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman Xırdalan şəhərində 03 noyabr 2024-cü il tarixdə, saat 05-06 radələrində 1 nömrəli məktəbin yaxınlığında saxlanılmış, onun üzərindən şəxsi axtarış zamanı 1 büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, təqsirləndirilən şəxs özü könüllü olaraq avtomobilində qurudulmuş marixuana və metadon həblərinin olduğunu bildirmiş, onun idarə etdiyi avtomobilə də baxış keçirdikdə 2 büküm qurudulmuş marixuana və təxminən 1313 ədəd metadon həbləri aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. O, Təqsirləndirilən şəxs hər şeyi könüllü etiraf etdiyini, təqsirləndirilən şəxsin yaşadığı mənzilin hansı ünvanda olmasını bilmədiyini, həmin mənzildə olmadığını şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən elektron tərəzi aşkar olunmadığını, aşkar olunan telefonun isə istintaqa təhvil verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Qaradağ rayonu, Ələt kəndindən əldə etdiyini, həmin narkotik vasitəni İİR vətəndaşının göstərişi ilə təyin olunan yerlərə qoyacağını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, hadisə yerinə səhər saatlarına yaxın əməliyyatçı, polis kapitanı Şahid1 ilə birlikdə getmiş, təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman Xırdalan şəhərində, 1 nömrəli məktəbin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs əlində və idarə etdiyi avtomobilində narkotik vasitə marixuana və metadon həbləri aşkar olunmuşdur. O, təqsirləndirilən şəxsin dəqiq hansı saatda saxlanmasını xatırlamadığını, Ramilin yaşadığı mənzilin hansı ünvanda olduğunu bilmədiyini və həmin mənzildə olmadıqlarını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, gəzdirməsi və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmış və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 noyabr 2024-cü il tarixdə, saat 05:27 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində 1 saylı orta məktəbin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış, üzərindən 1 (bir) ədəd sellofonda qurudulmuş marixuana, 1 (bir) ədəd Samsung markalı telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni Qaradağ rayonu, Ələt qəsəbəsində təxminən bir ay əvvəl yol kənarından İran islam Respublikasının vətandaşı Peyman adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürdüyünü və onun göstərişi ilə ünvanlara çatdıracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi KİA markalı **-LT- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük hissəsindən 1 (bir) ədəd qara sellofanda qurudulmuş marixuana, 1 (bir) ədəd qara sellofanda qurudulmuş marixuana, 2 (iki) ədəd göy sellofanda ümümi sayı 1313 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Baxış və götürmə zamanı Abşeron RPİ KTQnun inspektoru polis mayoru X4 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Abşeron RPİ-nin inzibati binasında tərtib edilmiş və protoloka 1 (bir) ədəd DVD diski əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması TŞ-nin təhqiqatçısı polis kapitanı Aslan Allahverdiyevə həvalə edilmiş və onların, Təqsirləndirilən şəxs iştirakı ilə təqdim olunan 4 ( dörd ) ədəd qara rəngli sellofan torbaya, 1 ədəd ağ rəngli zərfdə olan mobil telefona və 1 ədəd videogörüntüyə baxış keçirilmişdir. “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, sonra həmin maddə qablaşdırılıb möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi **-LT-*** dövlət qeydiyyat nişanlı KİA markali avtomobildən aşkar edilmiş qara rəngli sellofonda olan qurudulmuş marixuana və bir ədəd göy rəngli sellofonda 1313 ədəd metadon həblərinə baxış keçirilmiş və qablaşdırılmışdır. Daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üzərinə və avtomobilinə baxış keçirilməsi prosesinin köçürüldüyü və təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən, həmçinin avtomobilindən aşkar edilmiş qurudulmuş marixuananın, həmçinin metadon dərman həblərinin aşkar olunaraq götürülməsi, Təqsirləndirilən şəxs həmin vasitələrin özünə məxsus olmasını etiraf etməsi həmin DVD diskində olan görüntülərdə öz əksini tapmışdır. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə yerinə əməliyyatçı Şahid1 rəbərliyi ilə getmiş, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 03 noyabr 2024-cü il tarixdə, saat 05:00 radələrində Xırdalan şəhərində saxlanılmışdır. Təqsirləndirilən şəxsin üzərindən kiçik sellofanda qurudulmuş marixuana aşkar olunmuş, daha sonra isə onun idarə etdiyi avtomobilinə baxış keçirilmiş, həmin avtomobildən 02 ədəd qara rəngli sellofan torbadan qurudulmuş marixuana, 02 ədəd göy rəngli sellofan torbadan isə metadon həbləri aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmadıqlarını bildirmişdir. Şahid2 və Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə və avtomobilinə baxış keçirilməsinə dair”, “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:27 dəqiqədə Abşeron rayonu Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsində 1 saylı orta məktəbin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış, üzərindən 1 (bir) ədəd sellofonda qurudulmuş marixuana, 1 (bir) ədəd Samsung markalı telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni Qaradağ rayonu Ələt qəsəbəsində təxminən bir ay əvvəl yol kənarından İran islam Respublikasının vətandaşı Peyman adlı şəxs tərəfindən təyin olunmuş yerdən götürdüyünü və onun göstərişi ilə ünvanlara çatdıracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi KİA markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük hissəsindən 1 (bir) ədəd qara sellofanda qurudulmuş marixuana, 1 (bir) ədəd qara sellofanda qurudulmuş marixuana, 2 (iki) ədəd göy sellofanda ümümi sayı 1313 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən aydın olur ki, Təqsirləndirilən şəxs hadisənin harada və necə baş verdiyini əyani şəkildə göstərərək verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Samsung Galaxy” markalı mobil telefonda olan SMS bölməsinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1821 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş şübhəli şəxsin üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ümumi çəkisi 410,0 qram və iki ədəd qara rəngli bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram və 960,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 2360 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1873 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5123 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş tədqiqata təqdim edilmiş «Methadon 40» əmtəə göstəricisi olan konvalyutlarda ümumilikdə 1313 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həbdir. 1313 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi çəkisi 52.52 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən 1 həbdə 0.04 qram olmaqla). xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İİ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7842 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 206 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-niıı 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanlan şəxs hal-hazırda da öz hərəktlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 noyabr 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi barədə” və 11 fevral 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi KİA markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2359,85 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1293 ədəd olan üzərində «F/M40» yazısı həkk olunmuş metadon tərkibli həb maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 03 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon icra hakimiyyəti başçısının Masazır kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşamış Təqsirləndirilən şəxs barəsində Masazır kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən və “Elektron məhkəmə informasiya sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan — xx.xx.2008-ci il təvəllüdlü X5, iki azyaşlı uşaq — xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2025-ci il təvəllüdlü X8 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 204.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənmədən yenidən qəsdən ağır cinayət törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Peyman” və “İlqar” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla da, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tutulan zaman üzərində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham olunduğu narkotik vasitələrin özünə məxsus olmasını bildirməklə özünə qarşı ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkiləri 2359,85 qram narkotik vasitə qurudulmuş marixuana və 1293 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş metadon tərkibli həb məhv edilməli, 03 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 258 (iki yüz əlli səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 noyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkiləri 2359,85 qram narkotik vasitə qurudulmuş marixuana və 1293 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş metadon tərkibli həb məhv edilsin, 03 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 258 (iki yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar