Məhkəmə qərarları › İş №1(124)-291/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-291/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-291/2023 20.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,

1. 13 avqust 2006-cı ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, natamam orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə,

2. xx xxx 2002-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə,

3. 10 avqust 2001-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkum olunmamış, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub köməkçi qismində cinayət əlaqəsinə girərək bir qrup şəxs halında atası Zərərçəkmiş şəxs məxsus əmlakı gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Qusar rayonunda olması barədə məlumat verərək və otağın pəncərəsini açıq saxlayıb onlara məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayətin törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun yaşadığı və atası Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yaxınlığına gəlmiş, aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3, kənar şəxslərin gəlməsini xəbər verməsindən ötrü yaxınlıqda dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin həyətinə dəmir hasarın açıq hissəsindən keçərək oradan açıq pəncərədən qanunsuz içəri daxil olaraq birinci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafının üst gözündə olan ev sahibinə məxsus məxsus içərisində 125.030 manat milli valyuta, 17.527 manat ekvivalentində 10.310 ABŞ dollar pul, 54 manat ekvivalentində 2.000 Rusiya rublu, 7,455 manat ekvivalentində 350 Qırğızıstan somu, 6,792 manat ekvivalentində 15 Səudiyyə Ərəbistanı rialı və 8,3725 manat ekvivalentində 85 Türkiyə lirəsi olan 45 manat dəyərində dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 142.678,6195 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlinin törədilməsinə köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində özgə əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 onlara ailə üzvləri ilə birlikdə Qusar rayonunda olması barədə verdiyi məlumatdan sonra sonuncunun yaşadığı və atası Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yaxınlığına Təqsirləndirilən şəxs2la gəlmiş, aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən o, kənar şəxslərin gəlməsini xəbər verməsindən ötrü yaxınlıqda dayanaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin həyətinə dəmir hasarın açıq hissəsindən keçərək oradan açıq pəncərədən qanunsuz içəri daxil olaraq birinci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafının üst gözündə olan ev sahibinə məxsus məxsus içərisində 125.030 manat milli valyuta, 17.527 manat ekvivalentində 10.310 ABŞ dollar pul, 54 manat ekvivalentində 2.000 Rusiya rublu, 7,455 manat ekvivalentində 350 Qırğızıstan somu, 6,792 manat ekvivalentində 15 Səudiyyə Ərəbistanı rialı və 8,3725 manat ekvivalentində 85 Türkiyə lirəsi olan 45 manat dəyərində dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 142.678,6195 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində özgə əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 onlara ailə üzvləri ilə birlikdə Qusar rayonunda olması barədə verdiyi məlumatdan sonra sonuncunun yaşadığı və atası Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yaxınlığına Təqsirləndirilən şəxs3la gəlmiş, aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 kənar şəxslərin gəlməsini xəbər verməsindən ötrü yaxınlıqda dayanaraq ətrafa nəzarət etmiş, o, isə həmin evin həyətinə dəmir hasarın açıq hissəsindən keçərək oradan açıq pəncərədən qanunsuz içəri daxil olaraq birinci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafının üst gözündə olan ev sahibinə məxsus məxsus içərisində 125.030 manat milli valyuta, 17.527 manat ekvivalentində 10.310 ABŞ dollar pul, 54 manat ekvivalentində 2.000 Rusiya rublu, 7,455 manat ekvivalentində 350 Qırğızıstan somu, 6,792 manat ekvivalentində 15 Səudiyyə Ərəbistanı rialı və 8,3725 manat ekvivalentində 85 Türkiyə lirəsi olan 45 manat dəyərində dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 142.678,6195 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisədən təxminən bir il əvvəl Nicatla tanış olmuşlar. Hadisə 2022-ci ilin iyul ayının 11-də olmuşdur. Təqsirləndirilən şəxs3 hadisədən bir neçə ay əvvəl təxminən may ayında Rusiyaya getmək üçün ondan borca pul istəmişdi. May-iyul aylarından Təqsirləndirilən şəxs3 ondan dəfələrlə borca pul istəmişdir. Nicat bir neçə dəfə “Tiktok” sosial şəbəkəsidən ona mesajlar yazaraq pul istəmişdir. O, da hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq ona pul verməmişdir. O, Nicata iki il əvvəl evdən pul götürüb vermişdir. Nicata 7-8 dəfə hər dəfəsində 200-400 manat olmaqla pul vermişdir. Nicata ümumilikdə 2.000-3.000 pul vermiş, həmin pulu atasının mağazasından götürmüşdür. Hadisə olan gün saat 11-də Nicat ona mesaj yazmış, o da cavab yazmamışdır. Axşam saatlarında mesaj yazıb harada olduğunu soruşmuş, o da ailəsiylə birlikdə Qusar rayonunda olduğunu demişdir. Axşam evə gələndə evdən oğurluq edildiyini görmüşlər. O, oğurluq etmək üçün Nicatla əvvəlcədən razılaşmamışdır. Evin pəncərəsinin niyə açıq olduğundan xəbəri olmamışdır. O, evdən çıxmamışdan qabaq Nicata məlumat verməmişdir. Onun şəxsi istifadəsində telefon olmamış, ailəsinin işlətdiyi ümumi telefonu istifadə etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Nicatı və Laçını tanıyır. Onlar Quba rayonu, Alekseyevka kəndində yaşayırlar. Nicatla aralarında yaxın münasibətlər olmuşdur. Laçınla isə yaxın münasibət olmamışdır. Onun atası Zərərçəkmiş şəxs Saloğlu mebel firmasının Quba rayonu üzrə nümayəndəsi vəzifəsində işləyir. Onun Quba şəhəri, Vaqif küçəsində iki ədəd mebel mağazası vardır. Özü iki ildir ki, mobil telefonda PUBG Mobile oyununu oynayır. 2021-ci ilin aprel ayında o, həmin oyuna 780 manat pul yükləmişdir. Sonra sinif yoldaşı Xəyyam onun oyuna pul yükləməsini bilmişdir. O, Nicata onun oyuna pul yükləməsini bildirmişdir. Sonradan Nicat onun mobil telefonuna “Whatsapp” vaitəsi ilə yazaraq görüşmələrini istəmişdir. Onlar Alekseyevka kənd bələdiyyəsinin yaxınlığında çayxanada görüşmüşlər. Nicat ondan 200 manat borc pul istəmişdir. O, atasının mağazasından ondan xəbərsiz 150 manat pul götürüb Nicata vermişdir. Bir neçə gün sonra Nicat evinin yaxınlığına gəlib ona demişdir ki, Rahid 400 manat borc pul istəyir. Səhərisi gün o, atasının mağazasından ondan xəbərsiz 400 manat pul götürüb Vaqif küçəsinin yaxınlığında Nicata vermişdir ki, Rahidə versin. Sonradan Rahid aldığı pulları Nicatın vasitəsi ilə ona qaytarmış, o da həmin pulları mağazaya yerinə qoymuşdur. Bundan başqa o bilmişdir ki, atası yataq otağında seyfdə çoxlu pul saxlayır. Bu barədə o, Nicata demişdir. Təxminən bir ay əvvəl Nicat onunla tik tok vasitəsi ilə yazışaraq evdən yataq otağındakı seyfdən 800 manat pul oğurlayıb ona verməsini bildirmişdir. Eləcə də Nicat bir neçə dəfə onunla görüşərkən evdən 800 manat pul oğurlayıb ona verməsini istəmişdir. O, da Nicatla razılaşmışdır ki, fürsət düşən kimi evdən 800 manat pul oğurlayıb ona verəcək. Lakin atası yataq otağının qapısını açarla bağladığı üçün o, yataq otağına girə bilməmişdir. Sonradan o, Nicata atasının yataq otağının qapısını açarla bağladığını, ona görə də yataq otağına girib pulları oğurlaya bilmədiyini dedikdə Nicat ona atası evdə olanda yataq otağının qapısı açıq olan zaman həmin otağa girib pəncərəni açıq qoymasını, atası işə getdikdən sonra həmin otağa daxil olub pulu götürməsini bildirmişdir. O, Nicata onun dediklərini edəcəyini demişdir. 11 iyul 2022-ci il tarixdə günorta vaxtı Nicat tiktok vasitəsi ilə anasına məxsus telefona yazaraq ona cavab verməsini bildirmişdir. O, Nicata cavab yazmamışdır. Həmin gün saat 19 radələrində o, atası, anası və üç bacısı ilə birlikdə Qusar şəhərinə istirahət mərkəzinə getmişlər. Həmin gün saat 21 radələrində Nicat anasının mobil telefonuna tiktok vasitəsi ilə yazaraq harada olduğunu soruşmuşdur. O, Nicata ailəvi olaraq Qusar rayonunda istirahət mərkəzində olduğunu demişdir. Həmin gün axşam o, ailəsi ilə birlikdə evə gəldikdən sonra atası Elnur evin yataq otağına girmişdir. Sonra atası Elnur onlara demişdir ki, yataq otağındakı paltar şkafında içərisində pullar olan dəmir seyf oğurlanmışdır. O, həmin vaxtı başa düşmüşdür ki, həmin seyfi Nicat və Laçın oğurlamışdır. Lakin o, atasına bu barədə deməmişdir ki, atası onu cəzalandırar. Təxminən bir ay əvvəl Nicat onunla tik tok vasitəsi ilə yazışaraq evin yataq otağındakı şkafdan çantadan 800 manat pul oğurlayıb ona verməsini bildirmişdir. Eləcə də o, bir neçə dəfə onunla görüşərkən evdən 800 manat pul oğurlayıb ona verməsini istəmişdir. O, da Nicatla razılaşmışdır ki, fürsət olan kimi evdən 800 manat pul oğurlayıb ona verəcək. Lakin atası yataq otağının qapısını açarla bağladığı üçün o, yataq otağına girə bilməmişdir. Sonradan o, Nicata evdən pul oğurlaya bilmədiyini dedikdə Nicat ona atası evdə olanda yataq otağının qapısı açıq olan zaman həmin otağa girib pəncərəni açıq qoymasını, atası işə getdikdən sonra həmin otağa daxil olub pulu götürməsini bildirimişdir. Təqsirləndirilən şəxs3 ifadəsində yalandan göstərmişdir. Belə ki, o, anasının mobil telefonu ilə ona zəng vurmamışdır. Ona belə sözlər deməmişdir. 11 iyul 2022-ci il tarixdə günorta vaxtı Nicat tiktok vasitəsi ilə anasına məxsus telefona yazraraq ona cavab verməsini bildirmiş, o, Nicata cavab yazmamışdır. Həmin gün saat 19 radələrində o, atası, anası və üç bacısı ilə birlikdə Qusar şəhərinə istirahət mərkəzinə getmişdir. Saat 21 radələrində Nicat anasının mobil telefonuna tiktok vasitəsi ilə yazaraq harada olduğunu soruşmuş, o, Nicata ailəvi olaraq Qusar rayonunda istirahət mərkəzində olduğunu demişdir. (Cild 2, iş vərəqləri 56-57) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs1 200 manat pul alıb geri qaytarmışdır. Anar özü kənddə olan uşaqlara da evlərində pul olduğunu demişdir. Onlar Anargilin evində çox pul olmağını bilməmişlər. Anar onlara evdəki seyfdə ***-**** manat pul olduğunu demişdir. Anar hadisədən 2-3 ay əvvəl evlərində pul olduğunu demişdir. Anar özü 11 iyul 2023-cü ildə evdə olmayacaqlarına, Qusara gedəcəklərinə dair ona mesaj yazmışdı. Evdə pəncərəni açıq qoyub, onlara seyfin yerini, harda olduğunu, seyfdə ***-**** manat pul olduğunu demişdir. Hadisədən bir ay əvvəl Laçın və Anar onun yanına gəlmiş, oğurluq söhbətini danışmışlar. Anara Laçınla birlikdə oğurluğa gedəcəyini, pulun onların üçünün arasında bölünəcəyini demişdir. 11 iyul 2023-cü ildə gecə Təqsirləndirilən şəxs2la gedib pəncərənin açıq olduğunu görmüşlər. O, çöldə gözləmiş, Laçın evə girib seyfi götürüb çıxmışdır. Sonra birlikdə ordan uzaqlaşmış və işlədiyi çayçıya getmişlər. O, seyfi görməmiş, seyf Laçında olmuşdur. Onlar evdən çıxandan sonra ayrılmışlar. Laçın da seyfi evlərində açmışdır. Seyfin içərisində nə qədər pul olduğunu bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, onun Nicatla münasibəti əvvəldən olmuşdur. Kənddə olan uşaqlardan eşitdiyinə görə Təqsirləndirilən şəxs1 pullu uşaq kimi tanımışdır. Anar internetdə oyunlara pul yükləmişdir. Nicat bir dəfə ona Anarın ona evdə pul olduğunu dediyini bildirib həmin pulu götürmək istədiyini demişdir. Nicat həmin pulu ailəsinin müalicəsinə görə götürmək istədiyini deyəndə Təqsirləndirilən şəxs1 ona etiraz etmişdir. Nicat ona Anarın pəncərəni açıq qoyacağını, onların da evə gedib seyfi götürüb çıxacaqlarını bildirmişdir. 11 iyul 2023-cü ildə o, işdə olanda Nicat Anarın ona pəncərəni açıq qoyduğuna dair mesaj yazdığını demiş, onlar da Anargilə getmişlər. Nicat çöldə pusquda durmuş, o isə açıq pəncərədən evə girib dəmir seyfi götürüb pəncərədən Nicata vermişdir. Evdən çıxandan sonra seyfi götürüb evə aparmışdır. Seyfi evdə nazik dəmirlə açmışdır. Seyfin içərisində çoxlu pullar olmuş, lakin həmin pullra dəyməmişdir. Nicat seyfdə 1.000 manat pul olacağını demişdi. Lakin polis bölməsində onlara seyfdə 130 min manat pul olduğunu demişlər. O, polisə özü getmişdir. Seyfdən isə heçnə götürməmişdir. O, həmçinin bildirdi ki, Anargilin evindən oğurluq etmələrinə dair üçü birlikdə söhbət etməmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hadisə 11 iyul 2022-ci il tarixdə baş vermişdir. Onlar həmin gün Qusar şəhərinə getməyi qərara almış, ailəvi olaraq oraya gəzməyə getmiş, geri qayıdanda pəncərənin açıq olduğunu görmüşlər. Pəncərənin və ya qapının cəftəsində zorlama əlamətləri olmamışdır. Evin arxa tərəfdən yataq otağının pəncərəsi açıq olmuşdur. Pul evdə kiçik bir bağlı seyfdə dolabın üst hissəsində saxlanılırdı. Seyfdə pul olduğunu arvadı bilirdi, lakin nə qədər pul olduğunu bilmirdi. Ümumilikdə 10 min dollar, xarici valyutalar, 120 min manat pul var idi. Oğurluq hadisəsin biləndən sonra sahə rəisinə sonra isə polisə məlumat vermişdir. Onun evindən 130 min manat pul oğurlanmış, oğurlanan pullar geri qaytarılmışdır. Ona başqa ziyan vurulmamışdır. Oğlu Təqsirləndirilən şəxs1, həmçinin digər təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Laçın Sərkərovdan şikayət və tələbi yoxdur, onlarla barışmış, ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 9/5197 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd zədəli vəziyyətdə olan 25x17x17 sm ölçülü ağ rəngli dəmir seyfin normal vəziyyətdə 2022-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 45 manat müəyyən edilir. (Cild 1, iş vərəqləri 230-232) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə daktiloskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 22/587R nömrəli rəyindən görünür ki, 11 iyul 2022-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 09 ədəd şəffaf yapışqanlı lent əskiləri üzərlərində olan əl izlərindən 03 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirlməsi üçün yararlıdır. Təqdiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daktiloskopik xəritərləri müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.2001-ci il tarixdə Quba rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının əksi ilə, 03 ədədi isə xx.xx.1981-ci il tarixdə Quba rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin şəhadət, orta barmaqları və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 233-249) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 2595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə aparılmış eksperimental-psixoloji müayinıə gedişində Təqsirləndirilən şəxs1 əqli və psixi imkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Əqli və psixi inkişaffı ilə əlaqıədar yadda saxlamaq, təsvir etmək, qavramaq, dərk etmək imkanına malikdir. Psixi emosional vəziyyətində hər hansı dəyişiklik müəyyən edilmir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qarşısında qoyulumuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi(ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmaslı, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, emosional və intellektual imkanlarına görə öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 250-253) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd dəmir seyf maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-in saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış ona məxsus 95 ədəd 100 ABŞ dollar əskinaz, 15 ədəd 50 ABŞ dollar əskinaz, 03 ədəd 20 ABŞ dollar əskinaz, 800 ədəd 100 manatlıq əskinaz, 400 ədəd 50 manatlıq əskinaz, 66 ədəd 50 manatlıq əskinaz, 33 ədəd 200 manatlıq əskinaz, 05 ədəd 20 manatlıq əskinaz, 08 ədəd 500 manatlıq əskinaz, 05 ədəd 200 manatlıq əskinaz, 50 ədəd 100 manatlıq əskinaz, 231 ədəd 20 manatlıq əskinaz, 02 ədəd 200 manatlıq əskinaz, 01 ədəd 10 manatlıq əskinaz, 01 ədəd 2000 rus rublu əskinaz, 03 ədəd 100 qırğız somluq əskinaz, 01 ədəd 200 qırğız somluq əskinaz, 01 ədəd 50 qırğız somluq əskinaz, 01 ədəd 10 real Səudiyyə Ərəbistanı əskinası, 01 ədəd 5 real Səudiyyə Ərəbistanı əskinası, 01 ədəd 50 türk lirəsi əskinaz, 03 ədəd 20 türk lirəsi əskinaz, 02 ədəd 10 türk lirəsi əskinaz, 02 ədəd 5 türk lirəsi əskinaz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 16-23) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (Cild 1, iş vərəqləri 177-179) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 32.5, 177.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsindən əvvəlcədən xəbərinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxslə barışmaları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Həmçinin cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, gənc olmaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərindən səmimi peşmançılıq çəkmələrini də onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət törədərkən 16 yaşı olmuş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 19, Laçın Sərkərov isə 21 yaşı olmuşdur. Onlar ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar. Hər üç təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl cinayət olmaqla yanaşı bir yetkinlik yaşına çatmayan və 2 gənc tərəfindən həyat təcrübəsinin az olmasından irəli gələn, öz yaşlarına görə törətdikləri əməlin həm özləri, həm də ailələri üçün hansı ictimai təhlükəli nəticələrə gətirib çıxaracağını, bunun nəticəsində onları hansı cəza gözləyə biləcəyini tam dərk edə bilməmələrindən irəli gələn bir səhv kimi də qiymətləndirmək olar. Təqsirləndirilən şəxslər taladıqları seyfi əldə etdikdən sonra seyfdə olan pulu öz aralarında bölüşdürməmişlər, öz ehtiyyaclarına xərcləməmişlər və bunun nəticəsində zərərçəkmiş şəxsə bərpa edilməsi mümkün olmayan ziyan vurmamışlar, talanmış pul külli miqdarda olsa belə hadisədən dərhal sonra götürüldüyü şəkildə də zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə, hər üç gənc təqsirləndirilən şəxsin yaşını, şəxsiyyətini və davranışını nəzərə alaraq onların gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, bu gənclərin ictimai təhlükəli olmadıqlarını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna bilmələrini mümkün hesab edərək xüsusi qeyd edir ki, gənclərin həyatlarında ilk dəfə yol verdikləri, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticəyə səbəb olmayan səhvləri bağışlanmalı, onlara ən azı bir dəfə şans verməklə təhsil almalarına, işlə təmin olunmalarına, cəmiyyətə və dövlətə faydalı vətəndaş ola bilmələrini sübut etmələrinə fürsət yaradılmalıdır. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının 09 aprel 2002-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli Qərarının 2ci bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu, törədilmiş cinayətin xarakterini müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsin onun atası olması kimi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs1 barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Quba rayon məhkəməsinin 29 iyul 2022-ci il və 05 avqust 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı da həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış bir ədəd dəmir seyf Zərərçəkmiş şəxs qaytarılmalıdır. Zərərçəkmiş şəxs məxsus pulların və xarici valyutanın tam həcmdə ona qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3 20 manat, Təqsirləndirilən şəxs2 Əskər oğlundan 20 manat və Təqsirləndirilən şəxs1 10 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Laçın Sərkrov tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilərlə ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Əskər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Əskər oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 Əskər oğluna təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 Əskər oğlunun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Əskər oğlunun davranışı üzərində nəzarət Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 Əskər oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mövcud olan 50 (əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3 20 manat, Təqsirləndirilən şəxs2 Əskər oğlundan 20 manat və Təqsirləndirilən şəxs1 10 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd dəmir seyf ona qaytarılsın, Zərərçəkmiş şəxs məxsus pulların və xarici valyutanın tam həcmdə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar