Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-292/2024 19.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Beyləqan rayonu, İkinci Şahsevən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 16 may 2023-cü il tarixdə saat 21:20 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 4 saylı yaşayış binasının qarşısmda saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:10 radələrində orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, o narkotik istifadəçisi olmuşdur. Polis əməkdaşları Sumqayıtda 1-ci kvartal deyilən ərazidə onu tutub maşına mindirmiş, telefonunu da əlindən alıb polis bölməsinə gətirmişlər. Polis bölməsində polis əməkdaşları Şərail və Qurban ona təzyiq göstərdikdən sonra kakos və metamfetaminlə onu yüngül maddə ilə rəsmiləşdirəcəklərini bildirmiş, ona bükümlər göstərərək əgər sənədlərə imza çəkməsə daha böyük bükümləri maşınından çıxarıb onun işini ağırlaşdıracaqlarını söyləmişlər. Təzyiqlərə məruz qaldığı üçün polislərin istədiyi kimi etirafedici ifadə vermişdir. Həmin gün üzərində heç bir qram da narkotik vasitə olmamışdır. Onun üzərinə narkotik vasitəni Şərail adlı polis əməkdaşı qoymuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərdi ki, saxlanılana qədər 6-7 ay müddət olarmış ki, metamfetamin və heroin istifadə edirdi, 2 günə 1 qram narkotik istifadə edirmiş, qramını isə təxmini 32 manata alırmış. Onda iranlının nömrəsi olmuş, lakin onu şəxsən tanımamışdır. İranlının axırıncı göndərdiyi ünvan da səhv olmuşdur. Videoçəkiliş zamanı stresdə olduğu üçün vəkilinə heç nə deyə bilməmişdir. Heç vaxt heç kimə narkotik satmamışdır, heç kim buna görə ona pul göndərməmişdir. Telefonu çayxanada tanışları ilə oturanda ortalıqda olduğu üçün kimsə götürüb onun telefonu ilə zənglər etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Ailəli olmaqla iki azyaşlı övladı vardır. Böyük oğlu Əli 2010-cu il təvəllüdlü, kiçik qızı Dəniz isə 2015-ci il təvəllüdlüdür. Əvvəllər məhkum olunmamış. Heç bir psixi dispanserdə qeydiyyatda olmamışdır. Hal-hazırda Bakı və Sumqayıt şəhərləri ərazisində taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Təxminən 06 ay olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin “patı” deyilən metamfetamin və “kakos” adlandırılan heroin növündən istifadə edir. Həmin narkotik vasitələri yandırıb tüstüsünü iyləmə yolu ilə qəbul edir. Əvvəllər Sumqayıt şəhərində yaşamış Əbülfəz adlı şəxsi bir neçə ildir tanıyır. Əbülfəzi dostları arasında Əbi deyə çağırırmışlar. Əbülfəz hal-hazırda ailəsi ilə birlikdə Almaniya Respublikasına köçüb və orada yaşayır. Əbülfəz də əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Lakin sonradan reabilitasiya mərkəzində müalicə olunaraq sağalmışdır. Əbülfəz narkotik vasitələri İran İslam Respublikasında yaşayan tanışının ona göndərdiyini ona danışmışdır. Belə ki, Əbülfəzin deməsindən məlum olmuşdur ki, Əbülfəzə narkotik vasitə lazım olduqda o həmin iranlının kart hesabına pul göndərmişdir. İranlı olan şəxs də Bakı şəhərində müxtəlif yerlərə narkotik vasitə qoyaraq yeri barədə Əbülfəzə məlumat vermişdir. Əbülfəz də həmin ünvanlardan narkotik vasitələri götürmüşdür. Sonradan narkotik vasitələrə qurşandıqdan sonra Əbülfəz həmin şəxsin nömrəsini vermişdir ki, ona narkotik vasitə lazım olduqda həmin şəxsdən əldə edər. Həmin şəxsin +98 914 *** ** ** saylı mobil nömrəsini “Dayı” adı ilə mobil telefonunda qeyd etmişdir. Təxminən 06 ay əvvəl ilk dəfə həmin şəxslə vatsap proqramı vasitəsilə əlaqə yaradaraq narkotik vasitə istədiyini bildirmişdir. Belə ki, Əbülfəz ona həmin şəxsə zəng edərək iranlının tanışı olan hazırda xatırlamadığı adamın adını çəkərək nömrəsini ondan aldığını deməsini demişdir. O da Əbülfəzin dediyi kimi iranlı şəxsə zəng edən zaman adını hazırda xatırlamadığı adamın adını çəkərək mobil nömrəsini ondan alaraq narkotik vasitə istədiyini bildirmişdir. Bundan sonra həmin iranlı olan şəxs Leobanka aid bank kartı göndərək pulu həmin hesaba göndərməyini bildirmişdir. O da həmin şəxsin dediyi hesaba 81 manat pul göndərmişdir. Bundan təxminən 01 saat sonra həmin iranlı şəxs vatsap vasitəsilə konum göndərərək həmin yerə narkotik vasitə qoydurduğunu və oradan gedib götürməyini bildirmiş, o da iranlının göndərdiyi konum ilə həmin ünvana gedərək oradan narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmişdir. Bundan sonra da bir dəfə həmin şəxsin kart hesabına pul göndərmişdir. Həmin iranlı şəxs əvvəlki qaydada narkotik vasitə göndərərək Bakı şəhərində olan həmin ünvanın konumunu ona göndərmişdir. O da yenə həmin ünvana gedərək narkotik vasitəni oradan götürmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmişdir. 16 may 2023-cü il tarixdə günorta saatlarında həmin iranlı ilə əlaqə saxlayaraq ona 3 qram çəkidə narkotik vasitə heroin və 1 qram metamfetamin göndərməsini xahiş etmişdir. Həmin şəxsə ona Leobanka aid kartın şəklini göndərərək həmin hesaba 108 manat pul göndərməyini xahiş etmişdir. O da həmin hesaba 108 manat pul göndərmişdir. Bir neçə saat sonra həmin şəxs ona vatsap vasitəsilə təkrar zəng edərək həmin narkotik vasitələri Xırdalan şəhəri ərazisində gizlədildiyini və həmin yerə gedərək oradan götürməyini bildirmişdir. İranlı olan şəxs həmin ərazinin məkanı (konum) və narkotik gizlədilən yerin fotoşəkillərini göndərib fotoşəkilləri işarələyərək yeri ona izah etmişdir. Bundan sonra həmin ünvana getmişdir. İranlı şəxsin izah etdiyi yerdən 02 (iki) ədəd bükümdə narkotik vasitələri götürüb əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin narkotik vasitələri istifadə etmək üçün özündə saxlamışdır. Bundan sonra Sumqayıt şəhərinə qayıtmışdır. Həmin günü axşam saat 21:00 radələrində əslən Quba rayonundan olmaqla Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı binada yaşayan tanışı Şahid4 ilə görüşmək üçün onun yaşadığı binanın qarşısına getmişdir. Həmin binanın qarşısında Aqil ilə görüşüb söhbət etmişlər. Saat 21:20 radələrində Aqilin yaşadığı 4 saylı binanın qarşısında olan zaman mülki paltarda olan 3 nəfər şəxs ona yaxınlaşaraq Sumqayıt ŞPİnin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində 02 (iki) ədəd bükümdə narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Özü Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra Müdafiəçi1 onun müdafiəçi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və Müdafiəçi1 iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibində saxladığı 02 (iki) ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan 01 (bir) bükümün “kakos” adlanan narkotik vasitə heroin, digər bükümün isə patı adlanan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqdan sonra 01 (bir) bükümdə olan kütlənin qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitə heroin, digər bükümün isə ağ rəngli kristal halında metamfetamin olması müəyyən edilmişdir. Polis əməkdaşlarına həmin bükümlərin narkotik vasitə heroin və mtamfetamin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin kütlələri haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni İran vətəndaşının kart hesabına 108 manat pul göndərdikdən sonra onun həmin narkotik vasitələri Xırdalan şəhəri ərazisində gizlətdiyini və onun da Xırdalan şəhərinə gedərək iranlının ona vatsap vasitəsilə izah etdiyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin və metamfetamin elekton tərəzidə çəkilmiş və heroinin 2,93 qram, metamfetamin in isə 0,89 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroin və metamfetamin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri o və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan başqa üzərində şəxsi axtarış keçirilən zaman ona məxsus “Huavei” markalı mobil telefon və 17 manat pul aşkar edilmişdir. Mobil telefonu da təhqiqatçı tərəfindən götürülmüş, 17 manat pul isə özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroini və metamfetamini özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin heroin və metamfetamindən heç kimə satmamış, pay verməmiş, nə də ki, kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Narkotik vasitələri əldə etdiyi şəxsin iranlı olmasını bilir. Lakin adını, şəxsiyyətini, harada yaşamasını bilmir. Həmin şəxslə mobil telefonda ancaq səsli olaraq danışmışdır. Onu heç vaxt görməmişdir. Ona aid bildiyi yalnız mobil telefon nömrəsi olmuşdur. O həm heroin, həm də ki, metamfetamindən istifadə edir. Ona görə də üzərində hər iki növdə narkotik vasitə olmuşdur. İranlı şəxsin həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini hansı şəraitdə və hansı yolla gizlətməsi barədə heç bir məlumatı yoxdur. İranlının həmin narkotik vasitələri hansı yolla və fomada gizlətməsini bilmir. Onunla danışıb hansısa çəkidə narkotik vasitə istədikdən sonra ona göndərdiyi Leobanka aid kart hesabına onun dediyi məbləğdə pulu göndərmişdir. Bir neçə saat sonra isə iranlı olan şəxs narkotik vasitəni gizlədilmiş yerin məkanını və fotoşəkilərini ona göndərmişdir. Lakin həmin narkotik vasitələrin hansı şəraitdə və kimlər tərəfindən gizlədilməsindən məlumatı olmamışdır. Mobil telefonunda ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Həmin nömrə əsas işlək nömrəsidir. Bundan başqa mobil telefonunda ***-***-**-** saylı mobil nömrədə də vardır. Lakin həmin nömrəni az işlədir. Aqilin onun üzərində narkotik vasitə heroin və ya metamfetamin olmasından məlumatı olmamışdır. İstər saxlanılan zaman istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 16 may 2023-ci il tarixdə Emil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Emil adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə müvafiq rəsmiləşdirmə işləri həyata keçirilmiş, əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllədə Şahid4 adlı şəxslə birlikdə dayanarkən polis əməkdaşları Şahid2 və Şahid3la birlikdə onlara yaxınlaşaraq özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 Sumqayıt ŞPİ-nə gətirmişlər. Müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 02 ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümlər açılan zaman 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olması, digər bükümdə isə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri İran İR-nın vətəndaşının kart hesabına 108 manat pul ödədikdən sonra sonuncunun həmin gün Xırdalan şəhəri ərazisində gizlətdiyini və ora gedərək həmin yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, əməliyyat qrupuna o, rəhbərlik etmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmiş və ona güc tətbiq olunmamış və ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid Həsənov X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində bildirmişdir ki, Beyləqan rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Beton zavod küçəsi, ev 401-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla ədavət və düşmənçiliyi olmamışdır. 16 may 2023-ci il tarixdə Emil adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni Sumqayıt şəhəri ərazisində üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi, həmçinin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Emil adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra NMB-nin rəisi, polis mayoru İlham Rəhimovun rəhbərliyi altında Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şərail Quliyev, NMB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək həmin tarixdə saat 21:20 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1-ci məhəllədə yerləşən 4 saylı yaşayış binasının qarşısında Şahid4 adlı şəxslə birlikdə dayandığını görüb əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3la birlikdə onlara yaxınlaşaraq özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Bundan başqa həmin vaxtı Təqsirləndirilən şəxs yanında olan Şahid4 da Sumqayıt ŞPİ-nə gətirmişlər. Sumqayıt ŞPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması üçün ŞPİ-nin X1 ekspert kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən 2 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılan zaman bir ədəd bükümdə içərsiində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olması, digər bükümdə isə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristal formalı kütlənin şüşə olduğunu, qəhvəyi rəngli kütlənin isə narkotik vasitə olan “kakos” olduğunu bildirərək həmin bükümləri İran İslam Respublikasının vətəndaşının kart hesabına 108 manat pul ödədikdən sonra sonuncunun həmin gün Xırdalan şəhəri ərazisində gizlətdiyini və oraya gedərək həmin yerdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinə oxşar kütlə olan bir ədəd büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 2,93 qram, metamfetaminə bənzər kütlənin isə 0,89 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilmiş cəmi 17 manat pul əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd Huavei markalı mobil telefon isə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroin oxşar kütlə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə isə təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə ŞPİ-nə gətirilmiş Şahid4 üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində heroin izləri olan gümüşü rəngli faliqa aşkar edilmişdir. Bununla bağlı da təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi ilə yanaşı onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əvvəllər Sumqayıt ŞPİ-nin NMB-nə mütəmadi olaraq əməliyyat məlumatları daxil olsa da o saxlanılan zamanadək onun cinayət başında ifşa edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o həmin ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs tutulana qədər onu təxminən bir ay olar ki, tanıyırmış. Emil taksi sürücüsü kimi fəaliyyət göstərmişdir və Emil ilə də tanışlığı onun avtomobilinə müştəri kimi əyləşən zaman yaranmışdır. 16 may 2023cü il tarixdə axşam saatlarında Emil ilə birlikdə Novxanı qəsəbəsində çay içməyə getmişlər, oradan da Emil ilə birlikdə yaşadıqları binanın qarşısına gəlmiş və binanın qarşısında maşından düşmüşdürlər. Bundan sonra Emil ilə birlikdə olan zaman mülki paltarda olan şəxslər yaxınlaşaraq Emili saxlayıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat aldıqlarını deyərək onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. Emil və o polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis idarəsinə getmişdirlər. Polis idarəsinə getdikdən sonra məlum olmuşdur ki, Emilin üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Bundan sonra polis idarəsində onun da üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman onun üstündən üzərində narkotik izləri olan falqa aşkar edilmişdir. Polis əməkdaşları bununla bağlı müvafiq sənədləşmə aparmışlar. O da həmin sənədlərə imza etmişdir. Bundan sonra polis idarəsindən buraxılmışdır. Məhkəmə iclasında şahid ona verilən suallara cavab olaraq bildirdi ki, Emilin narkotik vasitələrdən istifadə etdiyini və ya satdığını bilməmiş, bu barədə o tutulanda öyrənmişdir. Heç kim onu üzərinə narkotik götürməyə məcbur etməmişdir. Emilə təzyiq olunduğunu görməmişdir. Özü əvvəllər narkotikdən istifadə etmişdir. Cinayət işinin materiallarında olan 16 may 2023-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Beyləqan rayon Şahsevən kəndində qeydiyyatda olmaqla Sumqyaıt şəhəri Beton zavod ərazisi ev 401-də yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün 16 may 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi” haqqında 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Zaur Cəfərov Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən 02 (iki) ədəd bükümdə “kakos” və “şüşə” olduğunu bildirərək həmin bükümləri cibindən çıxarıb təqdim edir. Təhqiqatçı həmin bükümləri haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs 3 aya yaxındır ki, tanıdığı adım bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirir. Həmin şəxslə vatsap vasitəsilə tanıdığını, həmin şəxsin ona kart hesabı göndərdiyini və həmin kart hesabına pul yüklədikdən sonra sonuncunun həmin bükümləri Xırdalan şəhəri ərazisində parkda gizlətidyini və yerini ona izah elədikdən sonra konum atmaqla həmin yerə tutulduğu gün günortadan sonra gedərək götürdüyünü bildirdi. İranlının kart hesabına 108 manat pul göndərdikdən sonra narkotik vasitənin gizlədildiyini bildirdi. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etdiyini və təxminən 6 ay olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirdi. Təhqiqatçı üzərində başqa hansısa qeyri-qanuni əşya olmasını soruşduqda sol yan cibindən 01 (bir) ədəd özünə məxsus mobil telefonu çıxarıb təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun özünə məxsus olan 17 manat pul aşkar olunur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd «Huavei» markalı mobil telefona baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefona baxış keçirilərkən zənglər və SMS-lər siyahısında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. Lakin mobil telefonun kontaktlar bölməsinə baxış keçirilən zaman “Dayı” istifadəçi adı ilə qeydə alınmış -H**********27 saylı İran islam Respublikasının operatoruna məxsus mobil nömrə aşkar edilmişdir. Mobil telefonun qalereya bölməsinə baxış keçirilən zaman narkotik vasitə gizlədilməsi ehtimal edilən yerlərin işarələnmiş fotoşəkillərinin, ödəniş qəbzləri, Leobanka aid plastik kartın fotoşəkli olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən telefon məlumatlarına baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrənin anten dairəsi 16 may 2023-cü il tarixdə saat 21:17 dəqiqədə, yəni polis əməkdaşları tərəfindən saxlanılmazdan 3 dəqiqə əvvələ qədər yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 4 saylı binanın yaxınlığında yəni, yolun digər tərəfində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Turan restoranı olması göstərilmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna daxil olan və çıxan smslər siyahısına baxış keçirilərkən narkotik vasitələrin məhz satışına dəlalət edən məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 17 may 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 2,616 qram heroin və bir ədəd bükümdə 0,828 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 2,566 qram heroin və bir ədəd bükümdə 0,778 qram psixotop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, “şəxsi axtarış və götürmə haqqında” haqqında 16 may 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Huavei” markalı mobil telefon cihazlarında iş üçün sübut əhəmiyyəti kəsb edəcək məlumatlar olduğundan həmin mobil telefon maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə eskpertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfmdən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli, 6/2842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nö 124" dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 2,616 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 2,566 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,828 qram, tədqiqata sərf edildi - 0,050 qram qalıq - 0,778 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3764 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1655 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Məhkəmə komyuter texniki ekspertizasının 21 iyun 2023-cü il tarixli 5/812 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 10 (EMUİ 12.0.0)” əməliyyat sistemi ilə təhciz olunmuş "Huawei Nova Y61” markalı "EVE-LX9N” modelli ”**********29236,**********79231” "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan "Huawei Nova Y61" markalı "EVE-LX9N” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, "SMS" mesajlar, foto, video fayllar (açılmayan), "WhatsApp” proqram təminatı vatisəsilə aparılmış audio, foto fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir eded DVD-R diskə). Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Huawei Nova Y61" markalı "EVE-LX9N" modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zeng, "SMS" mesaj, foto, audio, video fayllar, "WhatsApp" proqram təminatı, "İnstagram" sosial şəbəkə, eləcə də digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş "Huawei Nova Y61" markalı "EVE-LX9N" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp Business" proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, qəbul olunmuş səsli zəng) mübadilələri müəyyən olundu, lakin rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş "Huawei Nova Y61" markalı "EVE-LX9N" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "İnstagram" sosial şəbəkəsinə aid "emil_9398" adlı istifadəçi profili müəyyən olundu və həmin istifadəçi profıle "Off-line (internetə qoşulmadan)" rejmində baxış keçirildikdə "Direct" bölməsində aparılmış hər hansı bir məlumat (çat seansı və sairə) mübadiləsi müəyyən olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə komyuter-texniki ekspertizasının 21 iyun 2023-cü il tarixli 5/812 saylı rəyinə əlavə edilmiş bir ədəd DVD-R diskə baxış keçirilməsi haqında 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 18 may 2023-cü il tarixli 730 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsdarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərinin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədi ilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, habelə üzərindən elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Həmçinin cinayət işi materiallarında olan məhkəmə komyuter-texniki ekspertizasının 21 iyun 2023-cü il tarixli, 5/812 saylı rəyindən və həmin rəyə əlavə edilmiş bir ədəd DVD-R diskə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş telefondan narkotik vasitə və ya psixotrop maddələrin məhz satışı ilə bağlı hər hansı SMS, zəng, şəkil və.s aşkar edilməmişdir. Odur ki, sözügedən narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə olunmasına ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı) ilə yanaşı, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, o, üzərindən aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,616 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun olmadığını və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirməmişdir. Əksinə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən videogörüntüdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün məhkəmədə fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin cinayət işi materiallarında olan protokollar, videoçəkiliş, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1-1) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı müddətində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı şabhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,566 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 0,778 qram psixotop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huavei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,566 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 0,778 qram psixotop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huavei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-292/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-292/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver