Məhkəmə qərarları › İş №1(124)-293/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-293/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-293/2025 09.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X12 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərəçəkmiş şəxsin hüquqi varisi – X6, Müdafiəçi –Şimal Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Quba rayonu, Zizik kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə, saat 01:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqol sərxoşluğu vəziyyətində və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai Elantra” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Quba- Xaçmaz” avtomobil yolu ilə Quba şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini cinayətkarcasına etinasızlıq etməklə pozaraq, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilmədiyinə görə həmin yolun Quba rayonu, Zərdabi kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxmış, avtomobilin qabaq-sağ tərəfinin yol kənarındakı ağaca dəyməsi nəticəsində qabaq oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs “sağ bud sümüyünün aşağı 1/3dən qapalı sınığı, daxili müayinəsi zamanı ürək kisəsində mənfəz boyu duru və laxtalanmış qan yığını ürəyin sol mədəciyinin ön divarının iki yerdən cırılması və bunun da nəticəsində ürəyin tamponadası, epikardda və miokardda ocaqlı qansızmalar”dan ibarət olmaqla dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittiham aktı tərtib olunub ona göndərildikdən sonra orada bəzi şeylərin düzgün yazılmadığını görmüşdür. Axşam saat beş və ya altı olanda o, evdən çıxmışdır. Kafedə içmişdir. Daha sonra kənddə Asim adlı şəxsin işlədiyi mağazaya gəlmişdir. Asimlə oturmuşlar və söhbət etmişlər. Asimlə pivə içmişdir. Axşam Rəşad adlı şəxs gəlmişdir. Həmin günü kənddə toy olmuşdur. O, Rəşada “gedək çay içək” demişdir. Rəşadın avtomobilinə oturmuşlar. Rəşada “ver mən sürüm” demişdir. Rəşad razı olmuşdur. Rəşadın avtomobilini sürmüşdür. O, içkili olmuşdur. Rəşad ayıq olmuşdur. Rəşadın avtomobilini sürərək Quba rayonuna getmişlər. İçkili vəziyyətdə Qubaya sürmüşdür. Qubada çay içmişlər. Oradan da kafedə olan tanışının yanına getmişlər. Orada da pivə içmişlər. Ona “üzərimdə altı manat pul var, adama bir bakal pivə içək və geri qayıdaq” demişdir. Rəşad isə üzərində 17 manat pul olduğunu hesab artıq gəldiyi halda hesabı ödəyə biləcəklərini demişdir. Pivə içmişlər və yekunda 35 manat hesab gəlmişdir. Hesabı ödəməyə pulları çatmamışdır. Asim ona “gedək dükandan pulu götürək” demişdir. Rəşad “gözlə telefonla danışıram” demişdir. Asimin işlədiyi dükanın açarları Asimdə olmuşdur. Rəşad onun avtomobili ilə gedib dükandan pulu götürməyini istəmişdir. Ona “ehtiyyatlı ol və avtomobili bərk sürmə” demişdir. Asim Rəşadın dayısı oğludur. Asimlə birlikdə dükana gəlmişdir. Asimin işlədiyi dükandan müdir pulları götürmüş və kassada cəmi 3 manat pul olmuşdur. Həmin an rəhmətlik yanında bir nəfərlə gəlmişdir. Nə məsələ olduğunu soruşmuş və kafeyə bu qədər borcu qaldıqlarını demişdir. Ona “kimdi bizim uşağımızı borca görə orada saxlayıb” demişdir. Pullarının çatmadığını və Asimlə birlikdə tanışlardan pul götürməyə gəldiklərini demişdir. Ona “saatını girov qoyum və pulu təşkil edəndə hesabı ödəyək” demişdir. Həmin an Asim ehtiyac olmadığını deyərək İlkin adlı şəxsə zəng etmişdir. Eyni zamanda İlkin Xaçmaz şəhərinə gedəcəyini və işlərinin olduğunu demişdir. Rəhmətlik də həmin an gec olacağını demişdir. Asimə “İlkinə zəng elə və onu qarşılayaq, pulu götürək” demişdir. Asim İlkinə zəng edərək qarşılamağa gələcəyini demişdir. İlkin onunla razılaşmışdır. Kəndin içərisində avtomobilin sükanını fırladanda avtomobil sönmüşdür. Rəhmətlik həmin zaman evə gedirmiş. O, avtomobili yerindən tərpədən vaxtı rəhmətlik avtomobilə minmişdir. Ona “hara gedirsən və mən də səninlə birgə gəlirəm” demişdir. Kəndin küçəsində o, avtomobili yüksək sürətlə idarə etmişdir. Oradan da Quba-Xaçmaz yoluna çıxmışlar. Xaçmaz şəhərinə getmişlər. Orada da yüksək sürətlə sürmüşdür. İçkili olduğuna görə Asim avtomobili vurmağından qorxmuşdur. İlkin zəng edərək on “Mehmanın içkilidir, özün gəl” demişdir. İlkin Asimə “Mehmana denən avtomobili saxlasın, özüm gəlirəm” demişdir. Yolda İlkinlə rastlaşmışlar. İlkinlə görüşmüşlər. Rəhmətlik onlara “siz İlkinlə gedin, mən Mehmanla gəlirəm” demişdir. İlkin birinci yola çıxmış və o da onun arxasınca avtomobili sürmüşdür. Rəhmətlik qabaq oturacaqda əyləşmişdir. Rəhmətliyə “təhlükəsizlik kəmərini tax” demişdir. Quba-Xaçmaz yolunda o, İlkin sürdüyü avtomobili keçmişdir. Bu zaman qabaqda kanal olmuşdur. Körpünü keçəndə benzinin işığının yandığını görmüşdür. Cibində altı manat pul olmuşdur. Yanacaqdoldurma məntəqəsində o, 5 manatlıq benzin vurmuşdur. O, yanacaqdoldurma məntəqəsinə girəndə İlkingil onları keçmişdir. Yekunda cibində bir manat pul qalmışdır. Yolda olarkən İlkinə “avtomobili sürə bilmirəm və gəlsinlər bizi aparsınlar” demişdir. Ona “düş mən sürüm” demişdir. Ona “avtomobili sən sürə bilmirsən” demişdir. Ona dəfələrlə “özümə qəsd eləmişəm və ölə bilməmişəm” demişdir. O da məsələnin nə olduğunu soruşmuş və ailəvi məsələ olduğu cavabını almışdır. Yolda söhbət etmişlər. Həmin vaxtı avtomobilin sürəti 100-110 km/saat olmuşdur. Yağış yağdığı üçün yer yaş olmuşdur. Əlini sükana atmışdır. Əlini sükana atanda o avtomobili saxlamağa imkan tapmamışdır. Avtomobil sürüşmüş və üç ağaca dəyəndən sonra avtomobil dayanmışdır. Ona “yaşamaq istəmirəm” deyərək əlini sükana atmışdır. Həmin anda da hadisə baş vermişdir. Sağ tərəfdən ağaca dəymişdir. Ayılanda avtomobildən tüstü çıxdığını görmüşdür. Rəhmətliyin əli avtomobilin ön hissəsində olmuşdur. Kənardakı şəxslər “salamatsan” deyə soruşurmuşlar və “avtomobildə ölən şəxs var mı” deyə maraqlanırmışlar. Onlara “ölən yoxdur” demişdir. Rəhmətliyin üzərində qan olmadığına görə “sağdır” demişdir. Yaxından rəhmətliyə baxmamışdır. Özü də yaralandığına görə rəhmətliyi avtomobildən tam çıxarda bilməmişdir. “Kömək edin” deyə qışqırmışdır. Yoldan keçən 2-3 nəfər ona köməklik edərək rəhmətliyi avtomobildən çıxarmışlar. O, su istəmişdir. Birinci suyu özü içmiş və daha sonra rəhmətliyin əlin və üzünü yumuşdur. Sinəsini açanda qara rəngli barmaq qalınlığında boynunda təsbeh görmüşdür. Rəhmətliyin adını səslənəndə ona heç bir şey deməmişdir. Oradakı uşaqlar vəfat etdiyini demişlər. Ondan sonra X20 gəlmiş və xəstəxanada olmuşdur. Avtomobili o sürmüşdür. Rəhmətlik əlini sükana atmışdır. Bu hadisədən də əvvəl şəxs ölməyə meyilli bir şəxs olmuşdur. Rəhmətlik özü də içkili olmuşdur. Ekspertiza isə rəhmətliyin içkili olmadığını müəyyənləşdirmişdir. Avtomobildə onlardan başqa bir şəxs olmamışdır. Hadisədən sonra dayısı rəhmətliyin ailəsinə baş çəkmişdir. Həmin görüşdə şikayətçi olmadıqlarını demişlər. Hətta bir dəfə anası onların qapısına getmişdir. Anasını döymüşlər. O, hadisəni olduğu kimi danışmışdır. Hadisə zamanı o, içkili olmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. Avtomobili idarə etməklə bağlı etibarnamə olmamışdır. Quba- Xaçmaz yolunda 100-110 sürmüşdür. 2021-ci ildə ayağındakı qolbağın vaxtı bitmişdir. 2021-ci ilin may ayında qolbağın vaxtı bitmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etməmişdir. Atası olmadığına görə rəhmətliyin ailəsinin yaşadığı mənzilə anası və dayısı getmişlər. Eyni zamandan əmisi də getmişdir. Heç bir şeyin lazım olmadığını və şikayətçi olmadıqlarını demişlər. Zərərçəkmiş şəxsin ailəsinə ziyarətə gedən şəxslərə şikayətçi olmadıqlarını demişlər. Bir dəfə deyil dəfələrlə təşəbbüs göstərilmişdir. Hadisənin baş verməsi səbəbi onda olmamışdır. Hadisənin baş vermə səbəbi rəhmətliyin sükana əl atması olmuşdur. İfadəsində rəhmətliyin sükana əl atmasını deməmişdir. Müstəntiq ona “bəlkə sən sükanda olanda yatmısan?” deyə sual vermişdir. Ona sükanda yatmadığını demişdir. İzahatını dəyişmək istəyəndə icazə verməmişdir. Birinci qarşı tərəf şikayətçi olmamışdır. Sonradan şikayətçi olduqlarına görə izahatını dəyişmək istəmişdir. İdarə etdiyi avtomobil Şahid1 məxsus olmuşdur. İstintaqa verdiyi ifadənin deyil, məhkəmədə verdiyi ifadəsinin əsas götürülməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasına ziddiyyət olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi erlan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Quba rayonu, Zizik kəndində məscidin yanında yerləşən, həmkəndlisi Asimin satıcı işlədiyi ərzaq mağazasına getmiş, mağazadan pivə alıb elə oradaca içmiş, mağazaya gəlməzdən öncə də, kənd ərazisində olan kafedə spirtli içki olan araq içmişdir. Mağazada Asimlə söhbət edə-edə pivəni içib bitirmiş, bir qədər sonra digər Asimin dayısı oğlu Rəşad da idarə etdiyi Hyundai Elantra markalı, qara rəngli, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mağazaya gəlmişdir. Həmin vaxt Asim artıq mağazanı bağlamağa hazırlaşmış, bu zaman o, Asim və Rəşada Quba şəhərinə gedib çay içməyi təklif etmişdir. Asim və Rəşad onun təklifi ilə razılaşmışdır. O, Rəşaddan avtomobili sürmək üçün ona verməsini xahiş etmiş, Rəşad da onun xahişini nəzərə alıb avtomobilin açarlrını ona vermişdir. O, sükanın arxasına keçmiş, Asim öndə onun yanında, Rəşad isə arxada əyləşmiş və yola çıxmışlar. Quba şəhərinə çatdıqda əvvəlcə Mübariz Petrol adlanan yerlə üzbəüz kafedə əyləşib çay içmişlər. Orada olarkən o kafedən çıxıb "Körpü" restoranına gedərək pivə içməyi təklif etmiş, Asim üzərində pul olmadığını demiş, o da “restoranı işlədən adam tanışımdır, 2-3 bakal pivə içib durarıq, məndə də 6 manat pul var, bəlkə də ola bilsin heç bizdən hesab almadılar” demişdir. Asim və Rəşad onunla razılaşmışlar və oradan çıxıb birlikdə Körpü restoranına getmişlər. Bu səfər avtomobili Rəşad özü idarə etmiş və restoranın həyətində saxlamış, o Rəşaddan avtomobilin açarlarını istəmiş və "açarlar məndə olsun, restorandakılar görsün ki, guya mən özümə təzə maşın almışam" demişdir. Rəşad da Mehmanla razılaşıb açarları ona vermişdir. Asim və Rəşad restoranın ikinci mərtəbəsinə qalxıb ümumi zalda masaların birində əyləşmişlər. O isə restoranda başqa masada əyləşən tanışlarının yanına getmiş, onlarla bir qədər söhbət etdikdən sonra Asimgilin yanına getmişdir. Orada özlərinə pivə və müxtəlif məzələr sifariş edib yeyib içmişlər. Yavaş- yavaş restorandan çıxmaq istəyən zaman o 35 manat hesab verməli olduqlarını öyrənmişdir. Lakin nə onun, nə də Asimlə Rəşadın üzərində kifayət qədər pul olmamışdır. O Rəşadla Asimə restorandan hesabı ödəmədən çıxmağı təklif etmiş, çünki restoranı işlədən Hüseynin tanışı olduğunu, pula görə ona nəsə deməyəcəyini zənn etmişdir. Onar restorandan çıxarkən Hüseyn onların hesabı ödəmədən getməyə çalışdığını anlamış və onları saxlamışdır. Həmin vaxt Asimlə o həyətdə olmuş, lakin Rəşad içəridən tam çıxmamışdır. Hüseyn ondan pulu vermədən niyə çıxıb getdiklərini soruşmuş, o isə elə bir şey olmadığını, sadəcə hesabı ödəməyə pulun çatmadığını, pul tapıb hesabı bağlayacağını demişdir. Onlar öz aralarında danışıb qərara gəlmişlər ki, Asimlə o gedib pul tapsın, Rəşad isə restoranda qalsın. Rəşad ona avtomobili ehtiyatla idarə etməyi tapşırmışdıe. Asimlə o restorandan çıxıb avtomobilə əyləşmiş və yaşadığı kəndə dost-tanışdan pul götürməyə getmişlər. Kəndin girişində bir neçə tanışlarını görmüş, bu barədə tanışlarına desə də, onların da üzərində kifayət qədər pul olmamışdır. Bu zaman Ucal adlı həmkəndlisi "heç kim mənim kəndçimi zaloq saxlaya bilməz" demiş və lazım olsa qolunda olan qızılı rəngli saatı satıb Rəşadı çıxaracağını bildirmişdir. Asim tanışı İlkinə zəng edib baş verənləri danışmış və pul lazım olduğunu demişdir. İlkin 15 manat pul verə biləcəyini, Xudat şəhərində olduğunu və oradan Xaçmaz rayonuna gələcəyini demişdir. O, Asimdən telefonu götürüb İlkinə Xaçmaz dairəsinə gəlməsini və orada görüşüb pulu verməsini xahiş etmişdir. Bundan sonra o sükanın arxasına keçmiş, Asim onun yanında sağ oturacaqda, Ucal isə arxada əyləşmişdir. Kənd yolundan Quba-Xaçmaz yoluna doğru hrəkət edərkən o, avtomobili yüksək sürətlə idarə etdiyindən Asim İlkinə zəng edib “Mehman içkilidi, avtomobili də bərk sürür” demişdir. İlkin yolda olduğunu, yaşadığı kəndin yolunda yerləşən Ülviyyə şadlıq sarayının qarşısında onu gözləmələrini, gəlib çatıb pulu verəcəyini demişdir. Sarayın qarşısına çatdqıda o avtomobili saxlamış, təxminən 1-2 dəqiqə gözlədikdən sonra o “asta-asta gedək, İlkinlə yolda rastlaşarıq” demiş və Xaçmaz rayonu istiqamətində getməyə başlamışdır. Yolda bir neçə dəfə Asim ona avtomobili yüksək sürətlə idarə etdiyini görüb xəbərdarlıq etmişdir. O yol üzərində quraşdırılmış sürət radarlarına çatdıqda sürəti 60 km/saata endirib, bir sözlə radarlardan asta sürətlə keçdikdən sonra, yenidən sürəti artırmışdır. Gecə vaxtı olduğundan yol boş olmuş və o avtomobili 80-100 km/saat sürətlə idarə etmişdir. Bu minvalla onlar kanal adlanan ərazini keçib Xaçmaz rayonu ərazisində, İntizar şadlıq sarayını keçdikdən sonra İlkinlə üzbəüz gəlmişlər. O, avtomobili yolun sağ kənarına çəkib sürətlər qutusu “D” pilləsində ola-ola avtomobili söndürmüş, əvvəlcə Asim, daha sonra isə o və Ucal avtomobildən düşüb İlkinlə görüşmüşdür. Asim İlkinin idarə etdiyi Niva markalı avtomobilə əyləşmiş, o da Ucalla birlikdə idarə etdiyi Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və yola çıxmışlar. O sükanın arxasına keçdikdən sonra kəməri də bağlamış, avtomobili “D” pilləsində saxladığından mühhəriki işə salmaq istəsə də, işə düşməmiş, sonra sürətlər qutusunun pilləsini dəyişib avtomobili işə salmış və hərəkətə başlamışlar. İlkin artıq ondan öncə yola çıxmışdır. Onlar təxminən 50 metr yol getmişlər ki, İlkinin avtomobilini görmüş və İlkini ötmüşdür. Quba rayonu, Zərdabi qəsəbəsi ərazisinə çatmağa az qalmış avtomobilin benzinin az olduğunu görmüş, Zərdabi qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinə girib 5 manatlıq benzin vurmuş, oradan çıxıb yenə üzü Quba şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Yolda olarkən bədəninə istilik gəldiyini hiss etmiş və avtomobili sürə-sürə əynində olan gödəkçəni çıxarıb arxa oturacağın üzərinə atmışdır. Ucala şüşəsini açmasını demiş və özü də şüşəni açmışdır. Zərdabi qəsəbəsində qəsəbəyə giriş hissəsini keçən zaman artıq yuxusu gəldiyini və ürəyinin bulandığını hiss etmişdir. Ucala “uşaqlara zəng elə,daha maşını sürə bilmirəm, özümü narahat hiss eliyirəm” demişdir. Ucal əvvəlcə “düş mən sürüm” demiş, o Ucala “sən avtomobil idarə edə bilmirsən, hadisə baş verər” demişdir. Ucal da ona “biraz da davam elə, qabaqdan kəsmə bağ yolu ilə sürərsən, kəndə tez çatarıq” demişdir. O artıq Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində, Qartal adlanan yerin yaxınlığında üzü Quba şəhəri istiqamətində hərəkətdə olarkən yuxu onu tutmuş, bir anda avtomobilin sağ tərəfindən 4-5 dəfə tıqqıltı səsi eşitmiş, daha sonra avtomobilin ön tərəfindən möhkəm zərbə səsi eşitmişdir. Bir də gözünü açanda avtomobilin ön tərəfindən tüstü çıxdığını görmüş və avtomobildən yerə düşmüşdür. Qəzadan sonra avtomobil yolun ortasında, üzü Xaçmaz şəhəri istiqamətində dayanmışdır. Həmin anda bir nəfər tanımadığı şəxsin ona doğru qaçdığını görmüşdür. Həmin şəxs ona yaxınlaşıb avtomobildə başqa kiminsə olub-olmadığını soruşmuş, o həmin anda Ucal deyə qışqırmışdır. Avtomobilə yaxınlaşmış, ön sürücü qapısını açıb Ucalın sağ əlinin avtomobilin ön hissəsində (şit) və başının da sağ çiyni tərəfə söykəndiyini, digər əlinin isə aşağı sallandığını görmüşdür. Ucalın adını səsləyib çağırsa da, cavab vermədiyini görmüşdür. Digər qapıya yaınlaşaraq qapını açıb Ucalı düşürmək istəmiş, lakin qapı açılmamışdır. Yenidən sürücü tərəfin qapısına yaxınlaşıb Ucalı boynunun arxasından sağ əli ilə tutub dartmış, lakin Ucalı tam çıxara bilməmişdir. Hadisə ilə bağlı ətrafa çoxlu sayda insanlar toplaşmışdır. Ətrafda olan şəxslərin köməkliyi ilə Ucalı avtomobildən çıxarmışlar. Orada olan şəxslərdən biri artıq Ucalın öldüyünü demişdir. Bundan sonra hadisə yerinə gələn X20 avtomobili onu xəstəxanaya aparmışdır. Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. Onun həmin avtomobili idarə etmək hüququ olmamışdır, sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı o, avtomobili təxminən 60- 70 km/saat sürətlə idarə etmiş, qəza baş verən anda o artıq yuxuya getmiş, buna görə də hadisənin qarşısını almaq üçün hər hansı tədbir görə bilməmişdir. Hadisə zamanı spirtli içkinin təsirində olmuş, hadisədən əvvəl spirtli içki pivə və araq qəbul etmişdir. Havanın nisbətən qaranlıq olması və yağış yağdıqdan sonra yol örtüyünün yaş olması yol şəraitinə nəzarət etməsinə qismən mane olmuşdur. O, qəza baş verən ana az qalmış sükanın arxasında yuxulamış, həmçinin ürəyi bulanmış, spirtli içkinin təsirindən belə bir hal baş vermişdir. Qəza baş verənədək o bir neçə dəfə gözünü yumub açmış, gözünü açdıqda idarəetməni qismən itirərək yoldan bir qədər sağa-sola doğru hərəkət etmiş və gözünü açanda yenidən hərəkətdə olduğu zolağa qayıtmışdır. Hadisə baş verən anadək avtomobildə nasazlıq olmamış, avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə baş verən anda onun gözü yuxuya getmiş, idarəetməni itirərək yolun sağ kənarında olan ağaclara avtomobilin sağ tərəfi ilə dəyə-dəyə getmiş, daha sonra növbəti ağaca avtomobilin ön tərəfi ilə dəymiş, zərbənin təsirindən avtomobil asfalt yolun ortasına doğru hərəkət edərək dayanmışdır. Məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yanında, hadisə zamanı vəfat etmişdir. Təqsirləndirilən şəxs isə yaşayır. Təqsirləndirilən şəxs həm özünə, həm də məhkəmə iclasının iştirakçılarına yüksək qiymət verərək düzgün danışmalıdır. Onun 62 yaşı olmuşdur. İki övladı olmuşdur. Özü hadisə zamanı orada olmamışdır. Ətrafdakı şəxslər yolda olarkən idarə etdikləri avtomobili saxlayaraq hadisə yerinə getmişlər. Rəhmətliyin onun oğlu olduğunu bilmişlər. Təqsirləndirilən şəxsin üzərinə o şər atmamışdır. Amma şəxs etdiyi əmələ görə cəzasını almalıdır. Birincisi şəxs içkili olmuşdur. Şəxs içkili olduğunu bilmişsə, sükan arxasına oturub avtomobil idarə etməməli imiş. Şəxs başqasına məxsus olan avtomobili idarə edərək başqasını da bədbəxt etmişdir. Onun oğlunu da avtomobilə mindirmiş və ya oğlu özü minmişdir. O, bu hissəni dəqiq bilməmişdir. Həmin anın da videosunu ətrafda olan şəxslər çəkmişlər. Həmin video onda yoxdur. Şəxs qəza törədəndən sonra şəxsi sükan arxasına qoymaq istəmişdir. Ondan sonra mərhumun ünvanına söyüşlər ünvanlayaraq “mən sənin yerinə türmədə mi yatacam” demişdir. Daha sonra da şəxs yaxşı bir Azərbaycan vətəndaşı olsaymış, xəstəxanaya gələrək ondan hadisəyə görə üzr istəyərmiş. Amma şəxs belə etməmişdir. Daha sonra şəxs özü xəstəxanaya gedərək, xəstəxanada daxili qanaxması olduğunu demişdir. Quba rayonunda işi araşdıran təhqiqatçı çox savadlı şəxsdir. Onun həmin müstəntiqlə heç bir qohumluğu yoxdur. Bircə kəlmə müstəntiqdən işi qanuni araşdırmasını xahiş etmişdir. Gecə saat iki tamamda bacısı oğlanları onu yuxudan oyatmışlar. Əvvəlcə qəza olduğunu demişlər. Xəstəxanada olanda morqun qarşısında hadisəni bilmişdir. Kənddə şəxs müsbət bir xarakteristikada olmamışdır. Hazırda o, şəxsdən şikayətçidir. O, heç bir zaman şəxsi bağışladığını deməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahbaz İbrahimov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Quba rayonu, Alekseyevka kəndində yerləşən "Ülviyyə" şadlıq sarayına qonşusu Murtuz Vəliyevin toy mərasiminə getmişdir. Həmçinin toyda oğlu Zərərçəkmiş şəxs da iştirak etmiş, saat 17 radələrində toydan çıxıb yaşadığı evə qayıtmış, oğlu Ucal isə toy sahiblərinə kömək etmək üçün sarayda qalmışdır. Axşam saatlarında toy bitdikdən sonra Ucal toy evinə getmiş, oradan da dostları ilə birgə kənd ərazisinə çıxmışdır. O, Ucalın toy axşamında olduğunu bildiyindən artıq yatmışdır. 13 oktyabr 2024-cü il tarixdə gecə saarlarında həmkəndlisi Təravət qapısına gəlib onu səsləmiş, o qapıya çıxıb Təravətdən gecə vaxtı gəlməsinin səbəbini soruşmuş, Təravət ona oğlu Ucalın Quba rayonu Zərdabi qəsəbəsi ərazisində, “Qartal” adlanan yerin yaxınlığında avtomobil yolunda həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə qəzaya uğradığını, Ucalın xəsarət aldığını və xəstəxanaya aparıldığını demişdir. O, dərhal evdən çıxıb xəstəxanaya yollanmış, artıq xətəxanaya çatmağa bir qədər qalmış Təravət ona Ucalın öldüyünü və morqa yerləşdirildiyini, şəkər xəstəliyi olduğu üçün ilk məlumat verilərkən demək istəmədiyini bildirmişdir. O hadisədənin hansı şəraitdə baş verməsi barədə maraqlandıqda Mehmanın dostları Rəşad və Asim ilə birlikdə Quba şəhərində kafelərin birinə getdiyini, orada spirtli içki qəbul etdikdən sonra hesabı ödəməyə pulları çatmadığını, bundan sonra Mehmanın Asimlə birlikdə Rəşada məxsus Hyundai Elantra markalı, qara rəngli, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları kəndə pul götürmək üçün gəldiyini, Rəşadın isə kafedə qaldığını öyrənmişdir. Həmin vaxt oğlu Ucal da kənd ərazisində olduğundan köməklik etmək məqsədilə Mehman və Asimlə birlikdə kafeyə getmək məqsədilə yola çıxmışlar. Avtomobili Mehman idarə etmiş, yolda olarkən onlar digər tanışlarından pul götürmək məqsədilə Xaçmaz rayonuna getmiş, geri qayıdarkən Asim avtomobildən düşmüş, Ucal isə Mehmanla birlikdə Quba rayonuna doğru hərəkətə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan, həmçinin sərxoş halda idarə etdiyi avtomobillə Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində, “Qartal” adlanan yerin yaxınlığında üzü Quba şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib yolun kənarında olan ağaca çırpılmış və nəticədə oğlu Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Oğlu Ucal heç zaman avtomobil idarə etməmiş, ümumiyyətlə avtomobil idarə etmək bacarığı olmamışdır. Onun özünə məxsus traktoru belə olmuş, lakin Ucal heç vaxt həmin traktoru idarə etməmiş, nə də idarə etmək üçün ona bildirməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 03 avqust 2023-cü il tarixdən özünə məxsus Hyundai Elantra markalı, qara rəngli, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 12 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi avtomobillə yaşadığı Quba rayonu, Zizik kəndində məscidin yanında yerləşən, bibisi oğlu Asimin satıcı işlədiyi ərzaq mağazasına kofe almaq üçün getmişdir. Həmin vaxt mağazada Asimlə yanaşı digər həmkəndlisi Mehman da olmuşdur. Artıq bibisi oğlu mağazanı bağlamağa hazırlaşmış, bu zaman Mehman onlara Quba şəhərinə gedib kafelərin birində əyləşərək pivə içməyi təklif etmiş, o və Asim də Mehmanın təklifi ilə razılaşmış, Mehman ondan avtomobili sürmək üçün verməsini xahiş etmişdir. O da Mehmanın xahişini nəzərə alıb avtomobilin açarlarını Mehmana vermişdir. Mehman sükanın arxasına keçmiş, Asim sağ sərnişin oturacağında, o isə arxada əyləşmiş və yola çıxmışlar. Quba şəhərinə çatdıqda əvvəlcə Mübariz Petrol adlanan yerlə üzbəüz kafedə əyləşib çay içmişlər. Orada olarkən Mehman kafedən çıxıb "Körpü" restoranına gedərək pivə içməyi təklif etmiş, Asim üzərində pul olmadığını demiş, Mehman “restoranı işlədən adam tanışımdır, 2-3 bakal pivə içib durarıq, məndə də 6 manat pul var, bəlkə də ola bilsin heç bizdən hesab almadılar” demişdir. O və Asim razılaşmış və oradan çıxıb birlikdə Körpü restoranına getmişlər. Bu səfər avtomobili o özü idarə etmiş və restoranın həyətində saxlamış, Mehman ondan avtomobilin açarlarını istəyib "açarlar məndə olsun, restorandakılar görsün ki, guya mən özümə təzə maşın almışam" demiş, o da Mehmanla razılaşıb açarları ona vermişdir. Restoranın ikinci mərtəbəsinə qalxıb ümumi zalda masaların birində Asimlə birlikdə əyləşmiş, Mehman isə restoranda başqa masada əyləşən tanışlarının yanına gedib, onlarla bir qədər söhbət etdikdən sonra yanlarına gəlmişdir. Onlar orada özlərinə pivə və müxtəlif məzələr sifariş edib yeyib içmişlər. Yavaşyavaş restorandan çıxmaq istəyən zaman Mehman 35 manat hesab verməli olduqlarını demişdir. Bu zaman biz pis vəziyyətə düşmüşlər, çünki Mehman ona və Asimə restoranda əyləşən zaman hesab istəməyəcəklərini demişdir. Heç birində həmin məbləğ olmadığından Mehman restorandan hesabı ödəmədən aradan çıxmağı təklif etmişdir. Onlar restorandan çıxarkən oranın işçiləri onların hesabı ödəmədən getməyə çalışdıqlarını anlamış və onları saxlamışlar. Mehman restoranda avtomobili özününkü kimi qələmə veriyindən qərara gəlmişlər ki, o restoranda qalsın, Asim və Mehman isə pul tapıb gətirsin. Buna görə də Mehmanla Asim restorandan çıxıb ona məxsus avtomobillə yaşadıqları kəndə dost-tanışdan pul götürməyə getmişlər. O, Asimlə Mehmanın geri qayıtmasını gözləyən zaman əyləşdiyi masada yatıb qalmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə gecə saat 01:30 radələrində həmkəndlisi İlkin restorana gəlib onu oyatmış və Mehmanın onun avtomobili ilə Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yol kənarında olan ağaclara çırpılıb qəza törətdiyini, qəza nəticəsində digər həmkəndlisi Zərərçəkmiş şəxs öldüyünü demişdir. O, baş verənləri eşitdikdə şok yaşamış, İlkinlə birlikdə dərhal hadisənin baş verdiyi yerə yollanmışdır. Yolda olarkən qəzanın baş verdiyi yerə çatmağa az qalmış X20 avtomobilinin onların getdiyi yolun əks tərəfinə, yəni Quba şəhəri istiqamətinə keçdiyini görmüşdür. Qəzanın baş verdiyi yerə çatdıqda isə avtomobilinin yolun tən ortasında, ön tərəfinin də bərk əzildiyini, həmçinin avtomobilin yanında, asfalt yolun üzərində Ucalın uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. Lakin ətrafa nəzər saldıqda Mehmanın olmağını görmüş, birinci gələn X20 avtomobili ilə Mehmanın xəstəxanaya aparıldığını başa düşmüşdür. O, hadisənin təsirindən özünü pis hiss etdiyindən yolun kənarına oturub əllərini başına tutaraq əyləşmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları, həmçinin ikinci X20 avtomobili də gəlmiş, Ucalı X20 avtomobilinə yerləşdirib xəstəxanaya aparmışlar. Ucalı kənd sakini kimi uzun illərdir tanımış, Ucal heç zaman avtomobil idarə etməmiş, ümumiyyətlə avtomobil idarə etmək bacarığı olmamışdır. Hətta Ucalın atasına məxsus traktoru belə olmuş, lakin Ucal həmin traktoru idarə etməmişdir. O, Ucalın heç vaxt hər hansı nəqliyyat vasitəsini idarə etdiyini görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində Quba rayonu, Alekseyevka kəndində yerləşən "Ülviyyə" şadlıq sarayına həmkəndlisi Murtuz adlı şəxsin toy mərasiminə getmişdir. Toyda yeyib bir qədər də spirtli içki qəbul etdikdən sonra saat 19 radələrində toydan çıxıb yaşadığı Quba rayonu, Zizik kəndində məscidin yanında yerləşən, satıcı işlədiyi ərzaq mağazasına getmişdir. Özü toy mərasimində iştirak etdiyinə görə, yerinə başqa şəxsi onu əvəz etməsi üçün qoymuşdur. Buna görə də mağazaya gəlib digər onu əvəz edən satıcını yola salmış və özü mağazada işə başlamışdır. Saat 21 radələrində həmkəndlisi Mehman mağazaya gəlib onunla söhbət etməyə başlamışdır. Mehman mağazaya mütəmadi olaraq gəlib, adətən biraz dayanıb söhbət edib getmiş, mağazaya gəlib-gedən müştərilərdən biri olmuşdur. Mehman mağazadan bir şüşə pivə alıb elə oradaca içmiş, Mehmandan bir qədər sonra dayısı oğlu Rəşad da idarə etdiyi Hyundai Elantra markalı, qara rəngli, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mağazaya gəlmişdir. Həmin vaxt o da mağazanı bağlamağa hazırlaşmışdır. Bu zaman Mehman onlara Quba şəhərinə gedib kafelərin birində əyləşərək pivə içməyi təklif etmişdir. O və Rəşad da Mehmanın təklifi ilə razılaşmış və Rəşadın avtomobilinə əyləşib yola çıxmışlar. Quba şəhərinə çatdıqda Mehmanın təklifi ilə "Körpü" restoranına getmiş, Mehman həmin restoranı tanışlarının işlətdiyini və orada onlardan hesab istəməyəcəklərini bildirmişdir. Rəşad avtomobili restoranın həyətində saxlamış, Mehman Rəşaddan avtomobilin açarlarını istəmiş və "açarlar məndə olsun, restorandakılar görsün ki, guya mən özümə təzə maşın almışam" demişdir. Rəşad da Mehmanla razılaşıb açarları ona vermiş, restoranın ikinci mərtəbəsinə qalxıb ümumi zalda masaların birində Rəşadla birlikdə əyləşmiş, Mehman isə restoranda başqa masada əyləşən tanışlarının yanına getmiş, onlarla bir qədər söhbət etdikdən sonra yanlarına gəlmişdir. Onlar orada özlərinə pivə və müxtəlif məzələr sifariş edib yeyib içmişlər. Yavaş-yavaş restorandan çıxmaq istəyən zaman Mehman 35 manat hesab verməli olduqlarını demişdir. Bu zaman onlar pis vəziyyətə düşmüşlər. Çünki Mehman ona və Rəşada restoranda əyləşən zaman onlardan hesab istəməyəcəklərini demişdir. Heç birində həmin məbləğ olmadığından Mehman restorandan hesabı ödəmədən aradan çıxmağı təklif etmişdir. Onlar restorandan çıxarkən oranın işçiləri onların hesabı ödəmədən getməyə çalışdıqlarını anlamış və onları saxlamışlar. Mehman restoranda avtomobili özününkü kimi qələmə veriyindən restoranı İşlədən şəxs Rəşadı restoranda saxlamış, o və Mehmana pulu tapıb gətirməyi, bundan sonra Rəşadı götürüb aparacaqlarını bildirmişdir. Buna görə də Mehmanla o restorandan çıxıb avtomobilə əyləşmiş və yaşadıqları kəndə dost-tanışdan pul götürməyə getmişlər. Kəndin girişində bir neçə tanışlarını görmüş, bu barədə tanışlarına desə də, onların da üzərində kifayət qədər pul olmamışdır. Bu zaman Ucal adlı həmkəndlisi "heç kim mənim kəndçimi zaloq saxlaya bilməz" demiş və lazım olsa qolunda olan qızılı rəngli saatı satıb Rəşadı çıxaracağını bildirmişdir. O, hər ehtimala qarşı tanışı İlkinə zəng edib baş verənləri danışmış və pul lazım olduğunu demişdir. İlkin də Xaçmaz rayonundan yola çıxdığını, gəlib çatıb restoranın pulunu verəcəyini, Ülviyyə şadlıq sarayının qarşısında onu gözləmələrini demişdir. Bundan sonra o, Ucal və iki nəfər həmkəndlisi də avtomobilə əyləşmiş, sükanın arxasına isə Mehman keçmişdir. 10 metrə kimi yol qət etmişlər ki, digər iki həmkəndlisi Mehmanın içkili olduğunu görüb avtomobili idarə etməsinə etiraz etmiş və ayıq sürücü çağırmasını təklif etmişlər. Lakin Mehman onlara etiraz edib özü sürəcəyini demişdir. Buna görə də həmin iki nəfər avtomobildən düşmüşdür. O, Ucal və Mehman Ülviyyə şadlıq sarayına doğru hərəkətə başlamışlar. Sarayın qarşısına çatdqıda Mehmana saxlamasını demiş, təxminən 1-2 dəqiqə gözlədikdən sonra Mehman asta-asta gedək demişdir. O Mehmana içkili olduğunu, başlarına bir hadisə gələ biləcəyini, getməməməsini demiş, lakin Mehman onun sözlərinə əhəmiyyət verməyib Xaçmaz rayonu istiqamətində getməyə başlamışdır. Yolda bir neçə dəfə o Mehmanın avtomobili yüksək sürətlə idarə etdiyini görüb yavaşlatmış, ona sürəti azaltmasını demiş, hətta avtomobili saxlamasını, avtomobildən düşmək istədiyini, saxlamasa özünü yerə atacağını demiş, bu sözlərini nəzərə alıb bir qədər sürəti azaltmış, sonra yenə sürəti artırmışdır. Bu minvalla onlar kanal adlanan ərazini keçib Xaçmaz rayonu ərazisində, Arzu kəndini keçdikdən sonra İntizar şadlıq sarayının yaxınlığında Mehman avtomobili təhlükəli idarə etdiyindən artıq narahat olub avtomobili tam saxlatmış və yerə düşmüşdür. Mehman da Ucalla avtomobildə qalıb orada gözləmişlər. Qısa vaxt keçmişdi ki, İlkin gəlib dayandıqları yerə çatmış, o, İlkinə Mehmanın avtomobili yüksək sürətlə və təhlükəli idarə etdiyini, məcbur olub avtomobili burada saxlatdığını demişdir. Oradan o artıq Mehmanla birlikdə Quba rayonuna qayıtmağa qorxduğunu, buna görə də İlkinin avtomobili ilə gedəcəyini demişdir. O, İlkinin idarə etdiyi Niva markalı avtomobilə əyləşmiş, Mehman isə Ucalla birlikdə Rəşadın avtomobilinə əyləşmiş və yola çıxmışlar. Onlar birlikdə Körpü restoranına getməli olmuşlar. Əvvəlcə o və İlkin, sonra isə Mehmangil yola çıxmış, o İlkinlə təxminən 20 metr yol getmişlər ki, Mehman avtomobillə onları ötmüşdür. O, İlkinlə Quba şəhərinə, Körpü restoranına çatdıqda Mehman ona zəng edib "maşını vurmuşam, qəza törətmişəm" demişdir. O, İlkinlə restoranın ikinci mərtəbəsinə qalxmış, Rəşadın əyləşdikləri yerdə yatdığını görmüş, hesabı ödəyib Rəşadı oyatmış və Mehmanın maşını vurduğunu demişlər. Restoranda olanda orada olan şəxslərdən biri qəzada bir nəfərin öldüyünü demişdir. Artıq O anlamışdır ki, hadisə nəticəsində Ucal ölmüşdür. Qəza Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində, Qartal adlanan yerin yaxınlığında baş vermişdir. O, həyəcanlandığından və qorxduğundan hadisə yerinə getmək istəməmiş, İlkindən onu yaşadığı kənd yolunda düşürməsini xahiş etmişdir. Avtomobildən düşüb yaşadığı evə getmiş, İlkin və Rəşad isə qəza baş verən yerə getmişlər. Ucalı kənd sakini kimi uzun illədir tanımış, Ucal heç zaman avtomobil idarə etməmiş, ümumiyyətlə avtomobil idarə etmək bacarığı olmamışdır. Hətta Ucalın atasına məxsus traktoru belə olmuş, lakin Ucal həmin traktoru idarə etməmişdir. O, Ucalın heç vaxt hər hansı nəqliyyat vasitəsini idarə etdiyini görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 12 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində özünə məxsus Niva markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə tanışı ilə görüşmək üçün getmişdir. 13 oktyabr 2024-cü il tarixə keçən ərəfədə, yəni saat 00:30 radələrində Xaçmaz şəhərindən Quba rayonuna yaşadığı kəndə gələn zaman yolda olarkən həmkəndlisi Asim ona zəng edib Quba şəhərində yerləşən Körpü restoranında dostları ilə əyləşdiyini, hesabı ödəməyə pulları çatmadığını, üzərində pul olub-olmadığını soruşmuşdur. O da Asimə üzərində 23 manat pul olduğunu, Xaçmazdan evə gəldiyini demiş, Asim də kənddə olduğundan Quba-Xaçmaz yolunun üzərində, yaşadıqları kəndə dönən yolda yerləşən Ülviyyə şadlıq sarayının qarşısında gözləməsini bildirmişdir. Təxminən 5-6 dəqiqə sonra Asim yenidən ona zəng edib harada olduğunu soruşmuş, o da Asimə Xaçmaz dairəsini keçdiyini, bir sözlə yolda olduğunu demişdir. Quba-Xaçmaz yolunun üzərində yerləşən İntizar şadlıq sarayına çatmağa az qalmış yolun kənarında qara rəngli avtomobilin qəza işıq siqnallarını yandırıb dayandığını görmüş, həmin avtomobilə çatdıqda Asimin yolun kənarında olduğunu görüb dayanmışdır. Asimlə görüşmüş, Asim ondan avtomobildə kiminsə olub-olmadığını soruşmuşdur. O da tək olduğunu bildirmiş, yolun kənarında dayanan avtomobilin həmkəndisi Rəşadın idarə etdiyi Hyundai Elantra markalı avtomobil olduğunu görüb tanımış, avtomobildən digər həmkəndliləri Mehman və Ucal düşüb onunla görüşmüşlər, Rəşad isə orada olmamışdır. Asim onunla gəlmək istədiyindən idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşmişdir. O, hərəkətə başladıqdan sonra Mehman da avtomobilə əyləşib Ucalı da götürüb arxalarınca gəlmişlər. O, təxminən 50 metr məsafə qət etmişdir ki, Mehman sürətlə onu ötmüşdür. Yolda olarkən Asim ona Mehmanın avtomobili yüksək sürətlə və təhlükəli idarə etdiyini, həmin avtomobili yolda bir neçə dəfə saxlatdığını demişdir. O, Asimdən nə baş verdiyini soruşduqda, Asim ona Körpü restoranında Rəşad və Mehmanla birlikdə əyləşdiklərini, Mehmanın onları aldatdığını, guya restoranı işlədən şəxslərin tanışı olduğunu və hesab istəməyəcəklərini demişdir. Lakin sonradan restorandan çıxmaq istəyən zaman hesab tələb olunmuş, onların da üzərində pul olmadığından Mehmanın təklifi ilə restorandan hesabı ödəmədən çıxmağı qərara almışlar. Lakin onların belə bir planı olduğunu restoranı işlədən şəxs bilmiş, buna görə də Rəşadı orada saxlamışlar. O, Asimlə birlikdə restorana çatmış, orada işləyən şəxslər üzərinə gəlib “ayıb deyil hesabı ödəmədən qaçıb gedirdiniz” demişlər. O da həmin şəxslərə burada oturmadığını, tanışlarının əyləşdiyini, Mehmanla Ucalın da restorana gəlməli olduqlarını demişdir. Lakin Mehman və Ucal oraya gəlməmişdilər. O Rəşada yaxınlaşıb Rəşadı oyatmış, restoranın pulunu ödəyib çıxmaq istəyən vaxt orada Xaçmaz-Quba yolunda qəza olduğunu, bir nəfərin öldüyünü demişlər. Onlar hansı avtomobilin qəza törətməsini soruşduqda, qara rəngli, Hyundai markalı avtomobilin qəza törətdiyini demişlər. Onlar dərhal restorandan çıxıb qəzanın baş verdiyi yerə doğru yolanmışlar. Qəza Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində, Qartal adlanan yerin yaxınlığında baş vermişdir. Yolda olarkən Asim qorxduğundan hadisə yerinə getmək istəməmiş və Zizik kəndi yolunda düşmək istədiyini bildirmişdir. O da Asimi kənd yolunda düşürüb Rəşadla birlikdə hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqda avtomobilin yanında bir nəfər şəxsin uzanıqlı vəziyyətdə yerdə olduğunu, avtomobilin yolun ortasında və ön hissəsinin bərk əzildiyini, ətrafda çoxlu sayda insanlar olduğunu görmüşdür. Yerdə uzanıqlı vəziyyətdə olan adamın üzünü açdıqda həmin şəxsin Ucal olduğunu və artıq öldüyünü aşkar etmişdir. Mehman isə X20 avtomobili ilə xəstəxanaya aparılmışdır. Həmçinin hadisə yerinə polis əməkdaşları, daha sonra ikinci X20 avtomobili də gəlmiş, Ucalı X20 avtomobilinə yerləşdirib xəstəxanaya aparmışlar. Ucalı kənd sakini kimi uzun illədir tanımış, Ucal heç zaman avtomobil idarə etməmiş, ümumiyyətlə avtomobil idarə etmək bacarığı olmamışdır. Hətta Ucalın atasına məxsus traktoru belə olmuş, lakin Ucal həmin traktoru idarə etməmişdir. O, Ucalın heç vaxt hər hansı nəqliyyat vasitəsini idarə etdiyini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibb ekspertizasının 13 oktyabr 2024-cü il tarixli, 66 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitin xarici müayinəsi başın və bədənin sıyrıqları, sağ bud sümüyünün aşağı 1/3- dən qapalı sınığı, daxili müayinəsi zamanı ürək kisəsində mənfəz boyu duru və laxtalanmış qan yığını ürəyin sol mədəciyinin ön divarının iki yerdən cırılması və bunun da nəticəsində ürəyin tamponadası, məhkəməhistoloji tədqiqat zamanı epikardda və miokardda ocaqlı qansızmalar aşkar edilmişdir ki, bunlar da küt əşyanın (əşyaların) təsirindən törənməklə həyati olub ölümündən az əvvəlki vaxta uyğun gəlir, qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti, narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol nəqliyyat qəzası zamanı döş qəfəsinin küt travmasından ürək toxumasının travmatik cırılması nəticəsində əmələ gələn daxili qanaxmadan ürəyin tamponadası olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 8-12 saat əvvəl baş verməyə uyğundur. Məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2024-cü il tarixli, 3563/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı -0,5%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 8/3469 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,  Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.  Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.  Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Materialların məhkəmə ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 6/5491 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,  Tədqiqata təqdim edilmiş, Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq (sol) oturacağının üzərindən götürüldüyü qeyd edilən süngərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və Hyundai Elantra markalı, 77- LC-206 dövlət qeydiyyat nişanlı avtomobilin sükan üzərində olduğu qeyd edilən təhlükəsizlik yastığının tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№- li cədvəlində göstərilmişdir.  Tədqiqata təqdim edilmiş, Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq (sol) oturacağının üzərindən götürüldüyü qeyd edilən süngərin səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.  Tədqiqata təqdim edilmiş, Hyundai Elantra markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan üzərində olduğu qeyd edilən təhlükəsizlik yastığının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.  Tədqiqata təqdim edilmiş geyim əşyaları və təhlükəsizlik yastığının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qarşılıqlı keçmiş lif mikrohissəcikləri olmadığından onların bir-biriləri ilə qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. Quba RPŞ-nin DYPB-i tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli arayışı ilə müəyyən edilmişdir ki, DİN-in BDYPİ-nin mərkəzi informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamışdır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 30 may 2021 -ci ildə cəza müddəti bitmişdir. 06 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 fevral 2025-ci il tarixli Quba RPŞ İB-nin müstəntiqinin qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. xx.xx.2025-ci il tarixli, 1(124)-293/2025 saylı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsinə əsasən bu Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən həmin məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda ) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarını, 07 oktyabr 2004-cü il tarixli qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 06 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 fevral 2025-ci il tarixli Quba RPŞ İB-nin müstəntiqinin qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. xx.xx.2025-ci il tarixli, 1(124)-293/2025 saylı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinə sərf olunmuş 239 (iki yüz otuz doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunan 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 06 (altı) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş Məhkəmə ekspertizalarına sərf olunmuş 239 (iki yüz otuz doqquz) manat 16 (on altı) qəpik məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar