Məhkəmə qərarları › İş №1(124)-294/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-294/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-294/2023 30.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X8, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nİn 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayının əvvəllərində telefon vasitəsi ilə İran İslam Respublikasındakı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə, Bakı şəhərində isə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma barədə qabaqcadan razılığa gəlmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun tapşırığına əsasən, 8 may 2022-ci il tarixdə saat 21 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayonu Zığ şossesinə gedərək Hovsan yolu ilə kəsişən körpünün altından cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan şəraitdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edilərək, gizli olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilib saxlanılmış, hər birinin üzərinə “2022-23” sözləri yazılan kağız yapışdırılmış 2,322 qram, 3,400 qram, 3,400 qram, 1,600 qram və 1,200 qram çəkilərdə və bunların müvafiq olaraq içərisinə yerləşdirildiyi, hər birinin üzərində “2Mafia" sözləri yazılan polietilendə qablaşdırılmış plitəşəkilli, ayrı- ayrılıqda 1000,0 qram, 1010,0 qram, 1000,0 qram, 1015,0 qram və 1005,0 qram çəkilərdə olan həşiş qətranı narkotik vasitəsindən ibarət 5 bağlamada ümumilikdə təmiz çəkisi külli miqdar təşkil edən cəmi 5041,922 qram həşiş qatranı narkotik vasitəsini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış, daşımış və Təqsirləndirilən şəxs1 təhvil vermiş, sonuncu isə həmin narkotik vasitəni tamah və satış məqsədi İlə qanunsuz olaraq əldə edib özü ilə gətirdiyi "Pull&Bear” sözləri yazılmış kağız torbaya yerləşdirib saxlamış, ifşa olunmamaq üçün iz İtirmək məqsədilə müxtəlif vaxtlarda Bakı şəhərinin müxtəlif ərazilərinə, o cümlədən 9 may 2022-ci İl tarixdə saat 00:20-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Binəqədi Gənclər Şəhərciyi’’nin Binəqədi-Novxanı şosesi istiqamətində olan girişindəki dairəvi yolayrıcının yaxınlığına daşıyaraq qrupun İran İslam Respublikasında fəaliyyət göstərən üzvünün göstərişilə “Elşad” adı ilə tanıdığı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsi tərəfindən əməliyyat tapşırığını yerinə yetirməsi ilə bağlı müvəkkil edilmiş əməliyyat- axtarış qrupunun üzvü X6 qanunsuz olaraq satarkən saxlanılmış, qeyd olunan külli miqdarda 5041,922 qram həşiş qətranı narkotik vasitəsi ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma barədə qabaqcadan razılığa gəlmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tapşırığına əsasən 8 may 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhərinin Suraxanı rayonu Zığ şosesinə gedərək orada Hövsan yolu ilə kəsişən körpünün altında İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvlərinin istintaqa məlum olmayan şəraitdə, vaxtda və mənbədən tamah və satış məqsədilə əldə edərək saxladıqları, gizli olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək daşıdıqları, qrupun Azərbaycan Respublikasında fəaliyyət göstərən istintaqa məlum olmayan digər üzvləri vasitəsilə əvvəlcədən yerləşdirilərək saxlanılmış hər birinin üzərinə “2022-23” sözləri yazılan kağız yapışdırılmış 2,322 qram, 3,400 qram, 3,400 qram, 1,600 qram və 1,200 qram çəkilərdə və bunların müvafiq olaraq içərisinə yerləşdirildiyi, hər birinin üzərində "2Mafia” sözləri yazılan polietilendə qablaşdırılmış plitəşəkilli, ayrı-ayrılıqda 1000,0 qram, 1010,0 qram, 1000,0 qram, 1015,0 qram və 1005,0 qram çəkilərdə olan həşiş qətranı narkotik vasitəsindən ibarət 5 bağlamada ümumilikdə təmiz çəkisi külli miqdar təşkil edən cəmi 5041,922 qram həşiş qətranı narkotik vasitəsini götürüb qanunsuz olaraq əldə edərək saxlamış, daşımış və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 təqdim etmiş, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitəni özü ilə gətirdiyi "Pull&Bear” sözləri yazılmış kağız torbaya yerşəşdirib özündə saxlamış, ifşa olunmamaq üçün iz itirmək məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərinə daşıyaraq 9 may 2022-ci il tarixdə saat 00:20-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən "Binəqədi Gənclər Şəhərciyi”nin Binəqədi-Novxanı şosesi istiqamətində olan girişindəki dairəvi yolayrıcının yaxınlığına gətirib qrupun İran İslam Respublikasında fəaliyyət göstərən üzvünün göstərişilə "Elşad” şərti adı ilə tanıdığı Dövlət Gömrük Komitəsinin Əməliyyatistintaq Baş İdarəsi tərəfindən əməliyyat tapşırığının yerinə yetirilməsi tapşırılan əməliyyat qrupunun üzvü X6 qanunsuz olaraq satarkən saxlanılmış, keçinilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5041,922 qram həşiş qətranı narkotik vasitəsi Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Anarı 10 ildir ki tanıyır. İran vətəndaşını ondan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyinə görə tanımış, ondan marixuana almışdır. Həmin iranlı ona Elşad adlı şəxsin nömrəsini vermiş, onunla tanış olmasını bildirmişdir. O, Elşada zəng etmiş və Elşad ona görüşməyi təklif etmişdir. Onlar may ayının 8-i saat 18 radələrində görüşmüşlər. Elşad ona narkotik vasitə almaq üçün kömək lazım olduğunu bildirmiş, o isə etiraz etmiş, ancaq öz istifadəsi üçün narkotik vasitə aldığını demişdir. Elşad anasının xəstə olduğunu, ona kömək etməsini xahiş etmiş və bunun qarşılığında pul verəcəyini bildirmişdir. O, isə pulun lazım olmadığını, bu işlə məşğul olmadığını və ona kömək edə bilməyəcəyini bildirmişdir. Anasının xəstə olduğunu dəfələrlə dedikdən sonra Elşadla razılaşmışdır. O, iranlıya öz telefonu ilə zəng etdikdən sonra Elşad iranlı ilə onun telefonu vasitəsi ilə danışmışdır. Elşad ona danışıb həll etdiyini, 7 kq narkotik vasitə olduğunu və onu götürməsini demişdir. Sahib iranlıya zəng edərək Elşadın pul təklif etdiyini, amma özünün razılaşmadığını, 200 manat pula ehtiyacının olmadığını bildirmişdir. İşi olduğu üçün narkotik vasitəni götürmək üçün Anarın getməsini xahiş etmişdir. Anar ora gedib çatandan sonra qorxmamasını, bunun iş olduğunu bildirmiş, Anara götürməsi üçün israr etmişdir. Anar həmin narkotik vasitəni götürmüş, o isə aparıb Elşada vermişdir. Özü marixuana istifadə etmiş, nadir hallarda metamfetamindən istifadə etmişdir. Narkotik vasitəni Höcət adlı şəxsdən əldə etmiş, ondan 10 dəfə narkotik vasitə almışdır. Ən çox 0,5 qram metamfetamin əldə etmiş, “whatsapp” vasitəsi ilə əlaqə saxlamış, pulu karta atmışdır. O, Anara heçnə təklif etməmiş, Anar narkotik vasitə istifadə etməmiş, onun istifadə etdiyini bilməmişdir. Gülmək üçün cinayət işinin materiallarında olan smslərdən istifadə etmişlər. Samirə dostu Rəşadın anası olmuşdur. O, İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə “Marvel” adlı marketinq şirkətində işlədiyini, hazırda isə işsiz olduğunu qeyd etmişdir. 2015-ci ildən istifadəsində olan Bakcell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsinin özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitələrin qəbuluna 20-21 yaşlarında olarkən qurudulmuş marixuana və cinayətkar aləmdə “patı” adı ilə tanınan metamfetamin ilə başladığını və həmin narkotik vasitəni toz halına gətirərək burnundan nəfəs yoluna çəkərək qəbul etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, 2017-2018-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 8, mənzil 3 ünvanda qayınatası Tofiq Qasımovun evində ailəsi ilə birlikdə yaşadığı vaxtlarda, həmin məhəllədə yaşayan Ruslan adlı şəxsi narkotik vasitə istifadəçisi kimi tanımış, beləliklə onların arasında münasibət yarandığını vurğulamışdır. Həmin vaxtlarda əyləncə məqsədilə getdiyi Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “X20” yaxınlığındakı “Barel Bar”-da bir neçə dəfə Ruslan adlı şəxslə qarşılaşmaları nəticəsində sonralar daha yaxın münasibətləri yarandığını söyləmişdir. O, 2021-ci ilin oktyabr ayında Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı ərazidə Ruslan adlı şəxsin təsadüfən onun qarşısına çıxdığını, o Sahibin telefonunu zəng etmək məqsədi ilə ondan xahiş edərək götürmüş və həmin telefonun “Whatsapp” proqramı vasitəsilə əvvəllər Təqsirləndirilən şəxs1 tanımadığı şəxslə əlaqə saxladığını bildirmişdir. O qeyd etmişdir ki, həmin görüşdən təxminən 1 həftə sonra telefonuna İran İslam Respublikası operatoruna aid nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng daxil olmuş, həmin şəxs Təqsirləndirilən şəxs1lə hal-əhval tutaraq ondan Ruslan barədə soruşmuş, sonrakı danışıqlarından adının Höcət olduğu qənaətinə gəlmişdir. Aralarında davam edən və həftədə 1 dəfə təkrarlanan telefon danışıqlarından sonra onun narkotik vasitə istifadəçisi olub-olmadığını soruşduğunu və buna cavab olaraq Təqsirləndirilən şəxs1 ona istifadəçi olduğunu söylədiyini bildirmişdir. Danışıqların birində Höcətdən çəkmək üçün marixuana tapmağı xahiş etmiş ancaq, Höcət ona bu işlərin belə olmadığını, belə az sayda narkotik təşkil edə bilməyəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının sonu, növbəti telefon danışıqlarının birində Höcət adlı şəxsin tapşırığına uyğun olaraq Təqsirləndirilən şəxs1 bir bağlama narkotik vasitəni axşam saatlarında Yeni Yasamal qəsəbəsi adlanan ərazidə, “Land Rover” avtoservis yaxınlığında, yolun kənarındakı kolluğun arasından götürmüş, bu barədə Höcəti məlumatlandırmış, götürdüyü bağlamanı isə yenidən Höcət adlı şəxsin gösərişi ilə bir saat sonra bir neçə kilometr irəlidə, başqa bir kolun dibinə qoyaraq, fotoşəklini çəkmiş, öz telefonundan “Whatsapp” vasitəsilə Höcətə göndərmişdir. Bunun müqabilində ondan heç bir qarşılıq almamışdır. Təqsirləndirilən şəxs1 ona tapşırılan bağlamanı açıb içərisinə baxmamış, lakin içərisindəkinin "patı” adı ilə tanınan metamfetamin olduğunu təxmin etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Höcətin göstərişləri ilə narko-kuryerlik etdiyini və bunun məsuliyyətini dərk etdiyini bildirmişdir. Növbəti gün saat 15 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayonu ərazisində olarkən Höcət adlı şəxs ona zəng edərək Yeni Yasamal qəsəbəsinə getməsini tapşırmışdır. O, tam dəqiq xatırlamadığı ünvandan, lakin Sədərək ticarət mərkəzinə gedən yolda, yol kənarında yerləşən səkinin yanındakı ağacın dibindən bir bağlama narkotik vasitəni götürmüş, bu barədə Höcət adlı şəxsə məlumat verərkən içərisində bir qram metamfetamin və bir qram qurudulmuş marixuana olan bu bağlamanı Höcət adlı şəxsin ona hədiyyə etdiyini bildirmişdir. Beləliklə, o hər iki maddəni narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə istehlak etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin daşınması, yaxud da bunun ilə əlaqədar işlər üçün istifadə olunan müxtəlif məbləğlərdə və müxtəlif vaxtlarda pul vəsaitlərinin trafikində vasitəçilik etmişdir. Belə ki, danışıqların birində Höcət adlı şəxsin verdiyi göstərişə əsasən, özünəməxsus “Leobank” plastik kartın fotoşəklini atdıqdan sonra hesabına mədaxil edilmiş 50 manat məbləğində pul vəsaitini nağdlaşdıraraq axşam saatlarında ödəniş terminalı vasitəsilə ona deyilmiş kart hesabına köçürmüşdür. O qeyd etmişdir ki, bu işləri görməsinin tək marağı hər həftənin şənbə günü qəbul etdiyi narkotik vasitəyə olan tələbatını ödəmək olmuşdur. Höcət adlı şəxs isə onun bu asılılığından istifadə edərək müxtəlif vaxtlarda narkotik vasitələri daşımasına dair tapşırıqlar vermişdir. Höcət adlı şəxs ona İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən kənar yerdə qanunsuz olaraq keçirilmiş, qardaşı Şahinə məxsus narkotik vasitəni başqa bir şəxsə çatdıracağı təqdirdə hər bir kiloqramlıq bağlamaya görə 300 manat pul alacağını bildirmişdir. Kredit və borcları olan və hal-hazırda işləməyən Təqsirləndirilən şəxs1 isə onun bu qazanclı təklifi ilə razılaşmışdır. O, bir müddət kuryerlik etdikdən sonra narkotik vasitələrin olduğu yer və çatdırılacağı şəxslər haqqında məlumatların son ana qədər gizli saxlanıldığını öyrəndiyini vurğulamışdır. 8 may 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1lə telefonda “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayan Höcət və Şahin adlı şəxslər ona, “Elşad” adlı şəxsin əlaqə nömrəsini göndərərək onunla görüşməyi tapşırmışdır. Göndərilən nömrə ilə əlaqə saxlayan Təqsirləndirilən şəxs1 “Elşad” adlı şəxs ilə həmin gün saat 21:00-da Bakı şəhəri Binəqədi rayonunda Binəqədi parkı deyilən ərazidə görüşmüşdür. 30 dəqiqə söhbət etdikdən və onun Höcətlə Şahinin qeyd etdikləri şəxs olduğundan əmin olduqdan sonra aralarında keçən danışıqlara əsasən bilmişdir ki, gətirəcəyi 7 bağlama müqabilində narkotik vasitənin hər bağlaması üçün 300 manat alacaq və bu pul daşıma xərci kimi sadəcə ona məxsus olacaqdır. O, elə həmin gün Höcət adlı şəxsin göstərişi ilə taksi vasitəsilə Bakı şəhəri Suraxanı rayonu Zığ şossesinə getmiş, Höcət adlı şəxsin ona əvvəlcədən göndərmiş olduğu fotoşəkildəki yerdən Zığ şossesi (beton yol) altında Hövsan yolunda körpünün altından 5 bağlamada tünd qəhvəyi rəngli üzərində “sh...e” sözləri yazılmıış narkotik vasitələri götürmüş, onları kənardan görünməməsi üçün özü ilə gətirdiyi “Pull&Bear” markasına aid kağız torbaya qoyaraq yol maşınları ilə Xətai rayonu Əhmədli qəsəbəsində “Nargilə” kafesinin yanına gəlmişdir. Burada təxminən 1 ay qabaq şəhərdə tanış olduğu "Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi, taksi sürücüsü Məhəmməd Adıgözəlzadə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasının yaxınlığında görüşmüşdür. Məhəmməd Adıgözəlov "Toyota Prius” markalı **-PD-*** nömrə nişanlı minik avtomobilini idarə edərək onunla birlikdə Binəqədi Gənclər şəhərciyinə gələrək şəhərciyə dönən yolda ondan avtomobilini ona verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 xahişi ilə Məhəmməd Adıgözəlov avtomobildən düşmüşdür. Bundan sonra isə avtomobili aşkar edildiyi yerə qədər o idarə etmişdir. Şəhərciyin içərisində narkotik vasitəni təhlükəsiz şəkildə çatdırmaq məqsədilə bir neçə dəfə yoxlama məqsədilə avtomobillə küçələrdə dövr etmiş, hər hansı polis maşını və ya şübhə doğuran hal olmadığına görə nəqliyyat vasitəsini şəhərciyə girən yolda, dairəvi hərəkət zolağının kənarında saxlayaraq 200 metr məsafəlik yolu piyada davam etmişdir. Şəhərciyin Bakı-Novxanı yolu tərəfindən girişində, dairədən şəhərciyə doğru olan yerdə, daha əvvəl Bakı şəhəri Binəqədi rayonunda Binəqədi parkı deyilən ərazidə görüşdüyü, sonradan əməliyyat müvəkkili olduğunu öyrəndiyi "Elşad” adlı şəxsə verərkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişdir. Onu və içərisində beş bağlama narkotik vasitə olan, üzərində “Pull&Bear” yazılı karton qutunu Əməliyyat-İstintaq Baş İdarəsinə gətirmişlər. Birlikdə aparılan videoçəkiliş ilə karton qutuya və içərisindəki üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə “sh...e” sözləri yazılan 5 bağlama tərəzidə çəkilərək 5 kq 500 qram çəkidə olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq Ruslan adlı şəxslə sonuncu dəfə 4 il bundan əvvəl görüşdüyünü, onun anket məlumatlarına, telefonu və digər əlaqə vasitələrinə sahib olmadığını, hazırda həbsdə olduğu barədə məlumatlı olduğunu bildirmişdir. Söylədiklərinə əsasən, Höcət adlı şəxs İran İslam Respublikası vətəndaşı olan 28-29 yaşlarında, hündür boylu, türk əsilli, sıx saçlı şəxsdir. İspansayağı bığ-saqqalı var, ləhcəsi Naxçıvan ləhcəsinə tamamilə oxşayır. Təqsirləndirilən şəxs1lə əlaqə üçün hər dəfə müxtəlif mobil telefon nömrələrindən istifadə etdiyi səbəbindən telefonunda Höcət adlı şəxsin dəqiq əlaqə nömrəsini qeyd etmədiyini söyləmişdir. Lakin onun təxmininə əsasən Höcət adlı şəxsin telefon nömrəsinin 52-42 ilə bitdiyini bildirmişdir. O, əvvəllər də 2021-ci ilin sonlarında Yeni Yasamal qəsəbəsi adlanan ərazidə Höcət adlı şəxsin göstərişi ilə narkotik vasitələri bir yerdən götürərək digər yerlərə aparıb qoymuş, lakin həmin yerləri hal-hazırda xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əməliyyatın keçirildiyi Binəqədi Gənclər Şəhərciyi ərazisinə onunla birlikdə yollanan taksi sürücüsü Məhəmməd Adıgözəlzadənin idarə etdiyi avtomobilində narkotik vasitə daşınacağından və oraya hansı məqsədlə getdiyindən xəbərdar olmadığını bildirmişdir. Etibarnaməsi olmadığından onu qeyd olunan əraziyədək Məhəmməd Adıgözəlzadə aparmış, nəqliyyat vasitəsini onun xahişi ilə şəhərciyin girişində Təqsirləndirilən şəxs1 əmanət etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri təhvil verdikdən sonra taksi ilə qayıdacağını, Məhəmməd Adıgözəlzadə isə “Toyota Prius” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini isə səhər həmin ərazidən götürəcəyini bildirmişdir. Qeyd edilən avtomobilə baxış keçirilən zaman oradan Məhəmməd Adıgözəlzadəyə aid hərbi bilet, Əhməd Adıgözəlzadəyə aid pasport, Təqsirləndirilən şəxs1 məxsus sürücülük vəsiqəsi, 4098 5844 5887 3286 nömrəli, 4098 5844 5015 3018 nömrəli, 4098 5844 6279 0948 nömrəli "Leobank”-a aid plastik kartlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, Əhməd Adıgözəlzadə adlı şəxsi tanımır, sürücülük vəsiqəsi özünə aiddir, 4098 5844 5015 3018 nömrəli “Leobank"-a aid plastik kart özünə məxsusdur, 4098 5844 6279 0948 nömrəli "Leobank”-a aid plastik kart Məhəmməd Adıgözəlovundur, 4098 5844 5887 3286 nömrəli “Leobank”-a aid plastik kartı Təqsirləndirilən şəxs1 tanışı Elmara məxsusdur. Elmar adlı 50 yaşlarındakı, alkoqol asılılığından əziyyət çəkən şəxsi isə 2022-ci ilin əvvəlində Bakı şəhəri Zərgərpalan küçəsində tanımışdır və o, Elmar adlı həmin şəxsə məxsus, avtomobildən aşkar olunmuş Leobank plastik kartından internet üzərindən idmanmərc oyunları oynamaq məqsədilə istifadə etmişdir. O, qeyd etmişdir ki, bu plastik bank kartlardan özünə aid olan 4098 5844 5015 3018 nömrəli kart narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etmiş, həmin karta müxtəlif vaxtlarda 170 və 130 manat olmaqla iki dəfə pul vəsaiti mədaxil edilmiş, həmin vəsaiti özünə məxsus kart hesabından Məhəmməd Adıgözəlzadəyə məxsus 4098 5844 6279 0948 nömrəli “Leobank”-a aid plastik karta köçürmüş, daha sonra özünün xahişi ilə Məhəmməd Adıgözəlzadə tərəfindən 4098 5844 6279 0948 nömrəli kartından nağdlaşdırılaraq Höcət adlı şəxsin dediyi karta ödəniş terminalı vasitəsilə köçürmüşdür. O, bu məqsədlə Elmar adlı tanışına məxsus 4098 5844 5887 3286 nömrəli “Leobank” plastik kartından istifadə edilib-edilmədiyini xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1, həmçinin əməliyyat müvəkkilləri tərəfindən hadisə yerində saxlanılan zaman və Baş İdarəyə gətirilərkən, habelə onunla hərəkətlər aparıldığı və nəticələri protokollaşdırıldığı zaman hər hansı fiziki zorakılığa, qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftara, psixi və fiziki təzyiqlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində bildirmişdir ki, saxlanılan zaman aşkar edilərək götürülmüş Samsung galaxy A6 və S9 markalı telefonlar hadisə vaxtı yalnız onun istifadəsində olduğunu və həmin telefonda icra edilmiş zənglər və ya yazışmalar Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirildiyini bildirmişdir. Onun ittiham olunduğu cinayət əməlində əvvəlki ifadəsində qeyd etdiyi kimi Höcət, onun qohumu olan Şahin və Elşad adlı şəxslərin iştirakı olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 Anar adlı şəxsi tanımağı, onunla olan münasibəti, onun anket məlumatları, əlaqə vasitələri, zahiri görünüşü barədə və həmin şəxsin cinayətin törədilməsində iştirakının olmağı barədə verilən suallara cavab verməmişdir. Mobil telefonunda adı “Narcis” kimi qeydə alınmış ***- ***-**-** mobil telefon nömrəsinin istifadəçinin kim olduğu, həmin şəxslə apardığı Whatsapp yazışmalarında ona "Anar” kimi xitab etdiyi halda hansı səbəbdən onun adını mobil telefonda “Narcis” kimi qeyd etməyi barədə suala cavab verməmişdir. 13 may 2022ci il tarixli mobil telefona edilmiş baxış protokolundan görünmüşdür ki, qeydiyyatdan keçmiş “Whatsapp Business” profili ilə orada Höcət adlı şəxsin adı “***-***-**-**” və “***-***- **-**” kimi qoyulmuşdur və bu xüsusatla bağlı olaraq bildirmişdir ki, həmin nömrələri ad kimi qeyd etmişdir, belə mobil nömrələr mövcud deyildir və həmin nömrələrin Höcət adlı şəxsə aidiyyəti yoxdur. 13 may 2022-ci il tarixli mobil telefona edilmiş baxış protokolundan görünmüşdür ki, onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən istifadəçi adı “Eagle” kimi qeydiyyatdan keçmiş "Whatsapp Business" profili ilə 050-470- 80-50 mobil telefon nömrəsindən istifadəçi adı "Narcis” kimi qeydiyyatdan keçmiş istifadəçi ilə aralarındakı SMS mesajlarının məzmunu ilə bağlı suala heç bir cavab verməmişdir.( cild 1, iş vərəqə 73-77; 91-96) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, bir müddət idi ki, Sahiblə yoldaşlıq etmişdir. Bir gün Sahib ona “bir nəfər var, mənə bir şey verməlidi, o da çıxıb gedir, mən evdən çıxa bilmirəm, zəhmət olmasa onla görüşüb götürərsən” demiş, o isə razılaşmışdır. Oraya gedəndə yolda zəngləşmişlər, Sahib ona gedəcəyi yeri göndərmiş, o isə həmin yerə niyə qoyulduğunu, şübhələnərək götürəcəyi şeyin nə olduğunu soruşmuşdur. Sahib isə xahiş edərək götürməsini bildirmişdir. Narkotik vasitələrdən istifadə etməmiş, Sahibin istifadə etdiyini də bilməmişdir. Taksi ilə getmiş, onu aralıda saxlamış, qaranlıq məsələ olmasından şübhələnmiş, lakin götürəcəyi şeyin narkotik vasitə olduğunu bilməmişdir. Yol pulunu Sahib vermişdir. Sahibin tutulmasından xəbəri olmuş, bu məsələ ilə bağlı tutulduğunu bilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, ***-***-**-** nömrəli mobil nömrə öz adına rəsmiləşdirilərək, bir ilə yaxın onun istifadəsində olduğunu, həmin nömrə ilə “Whatsapp” sosial şəbəkəsindən qeydiyyatdan keçərək istifadə etdiyini və telefonda icra edilmiş zənglər və yazışmaların onun tərəfindən həyata keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təxminən 3 ilə yaxındır ki tanıdığını, hansısa bir şirkətdə marketin şöbəsində işlədiyini bildirmişdir. 08 may 2022-ci il tarixdə o şəhərdə olan zaman təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadə etdiyi 050-470- 80-50 mobil telefon nömrəsinə "Whatsapp” ilə zəng edərək hazırda işi olduğunu işdən çıxa bilməyəcəyini bildirərək ona bağlama çatacağını bildirərək həmin bağlamanı Təqsirləndirilən şəxs2 götürərək Təqsirləndirilən şəxs1 gətirib verməyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdığını və bunun müqabilində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 40 manat pul verəcəyi barədə razılığa gəlmişlər. 08 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi ‘Whatsapp’’ proqramına götürüləcək bağlamanın yerini atdıqdan sonra onun və Təqsirləndirilən şəxs1 əvvəllər müxtəlif vaxtlarda pul müqabilində şəxsi işlərinin görülməsi üçün dəfələrlə taksi fəaliyyəti kimi istifadə etdiyi Rəşad adlı taksi sürücüsü ilə getməsini bildirmişdir.Bundan sonra 08 may 2022-ci il tarixində Təqsirləndirilən şəxs2 də Rəşada zəng edərək onun razılığı əsasında şəhərdə bir yerdən Təqsirləndirilən şəxs1 məxsus bir bağlamanın götürülməli olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 onunla birgə bağlamanı götürməyə gedən Rəşad adlı taksi sürücüsünün idarə etdiyi avtomobilin göy rəngli “Opel" markalı avtomobil olduğunu, lakin avtomobilin dövlət nişanı və Rəşad adlı taksi sürücüsünün mobil telefon nömrəsini xatırlamadığını bildirmiş və Rəşadı hündürboy, qarabəniz, 35-40 yaşlarında olan şəxs kimi təsvir etmişdir. O həmin dəqiqə Bakı şəhərində “Statistika” adlanan yerdə olarkən Rəşad ora gələrək Təqsirləndirilən şəxs2 həmin yerdən götürmüş, Təqsirləndirilən şəxs1 onun telefonundakı Whatsapp proqramına atdığı bağlamanın yerinin ünvanına tərəf yəni Bakı şəhəri Suraxanı rayonu Zığ şossesinə taksi sürücüsü Rəşad adlı şəxslə getmişdir. Təqsirləndirilən şəxs1 ona yolda olan zaman Whatsapp proqramına səs ataraq həmin bağlama barədə taksi sürücüsü Rəşad adlı şəxsə bir söz deməməyini və həmin yerdə bağlamanın 7 kilo olduğunu, onu oradan tez götürüb gətirməyini və qorxmamağını bildirmişdir. Təqsirləndirilən şəxs2 taksi fəaliyyəti ilə məşğul olan Rəşad adlı taksi sürücüsü ilə sonuncunun idarə etdiyi “OPEL” markalı avtomobili ilə həmin bağlama olan yerə çataraq yəni Zığ şossesinin (beton yol) olan Hövsan qəsəbəsinə gedən yolda olan körpünün altından 5 bağlamada tünd qəhvəyi rəngli üzərində “sh...e” sözləri yazılmış ağ şəfaf selofan torbada olan skoçlanmış qutuları Təqsirləndirilən şəxs2 götürərək gətirmiş, həmin yerdən 10-15 metr aralıda saxlayan taksi sürücüsü Rəşad adlı şəxsin idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşərək və həmin 5 bağlamada tünd qəhvəyi rəngli üzərində “sh...e” sözləri yazılmış ağ şəfaf selofan torbada olan skoçlanmış qutuları ayaqlarının arasına qoyaraq yola davam etmişdirlər. Həmin bağlamanı maşına qoyarkən taksi sürücüsü Rəşad adlı şəxs bağlamada nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 də ona bağlamanın içində nə olmasını bilmədiyini demişdir. O, özündə olan həmin bağlamada qanunla qadağan olan nə isə olduğunu yəni narkotik vasitə olduğunu bilmiş, lakin hansı növə aid olduğunu bilməmişdir. Sahibin göstərişi ilə həmin bağlamanın şəklini Anar telefonu ilə çəkərək Sahibin telefonuna göndərmiş və yolda olduğunu bildirmişdir. O, Sahiblə çox vaxt belə bir şeylər olanda Whotçap proramı vasitəsi ilə danışdıqlarını və smsləşdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 soruşduqda kı, bağlamadakı sellofan çırıq vəziyyətdədir və bu qanunla qadağan olan şeylərə bənzəyir oda narahat olmamağını bildirmişdir. Sahib ona zəng vuraraq Bakı şəhərində "Statistika” adlanan yerdə olduğunu və həmin bağlamanı ona gətirib verməyini bildirmişdir. O, həmin bağlamanı Təqsirləndirilən şəxs1 dediyi yerə Rəşad adlı şəxsin idarə etdiyi avtomobillə gəldiyini, axşam saat 22-23 radələrində Təqsirləndirilən şəxs1 həmin bağlamanı vermiş və onun müqabilində bağlamanı gətirdiyinə görə Təqsirləndirilən şəxs1 ona 40 manat pul vermişdir. Həmin puldan Rəşad adlı şəxsin taksi kimi gedib gəldiyinə görə nə qədər pul verdiyini xatırlamadığını bildirmişdir. Cinayət əməllərində iştirak etmiş Höcət və Şahin adlı şəxsləri tanımadığını bildirmişdir. O, aşkar olunmuş narkotik vasitə həşiş qatranın Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsindən məlumatının və bu əməlin törədilməsində iştirakının olmadığını, eyni zamanda İran İslam Respublikasına heç bir zaman getmədiyini qeyd etmişdir. O, törətdikləri cinayət əməlində özünün və Təqsirləndirilən şəxs1 başqa şəxslərin iştirakının olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 və cinayət əməllərində iştirak etmiş Höcət adlı şəxsin bir- birilərini tanımalarını və tanıyırlarsa hansı şəraitdə tanış olmaları barəsində heç bir məlumatı olmadığını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə həşiş qatranın Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsindən əvvəlcədən məlumatı olmadığını və bu əməlin törədilməsində hər hansı bir formada iştirak etdiyini bilmədiyini bildirmişdir. 13 may 2022-ci il tarixli mobil telefona edilmiş baxış protokolundan görünmüşdür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadəçi adı “Eagle" kimi qeydiyyatdan keçmiş “Whatsapp Business” profili ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadəçi adı "Narcis” kimi qeydiyyatdan keçirtdiyi nömrələr ilə aralarındakı sms və səs yazılarının və mesajlarının məzmunu barəsində qeyd etmişdir ki, həmin telefonlardan icra edilmiş zənglər və ya yazışmalar, onun tərəfindən icra edildiyini, həmin nömrələr arasında “Whatsapp Business” vasitəsi ilə aparılan sms və səs yazıları ona və Təqsirləndirilən şəxs1 məxsus olduğunu və buradə yuxarıda ətraflı şəkildə məlumat verdiyini söyləmişdir. 13 may 2022-ci İİ tarixli mobil telefona edilmiş baxış protokolundan görünür ki, xx.xx.2022ci tarixdə saat 22:39 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında “Lotu artıq demək olar həll etmişik, çatına. Sən bir dənə yenidən Rəşid zad sən onu bir dənə de planlaşdırmağı necə edəcəyik. Artıq bilək də. Mən Samirə xalaya artıq demişəm ki, mən gedirəm Primorskiyə. Ona görə də Rəşidlə qalxıb oturmaq zad. Nəsə iş görsək tez bazar qalxdıq danq dung, özümüz və çıxdıq getdik. ” mətnli səs yazısı olmuşdur. Bu barədə ona sual verilmiş, o da həmin suala cavab olaraq bu səs yazısında Samirə xala dedikdə onun uşaqlıqdan Orxan adlı dostunun olduğunu və Orxan rəhmətə gedəndən sonra onun anası yəni Samirə xanıma tez-tez baş çəkdiyini demişdir. ünvan 8 ünvandan təxminən 3-4 il əvvəl başqa yerə köçdüyünə görə həmin ünvanın açarlarını Təqsirləndirilən şəxs2 vermiş, o həmin ünvana tez-tez gedib baş çəkmiş və 20-30 manat pul müqabilində yır-yığış etmişdir. Təqsirləndirilən şəxs2 bu smsdə Təqsirləndirilən şəxs1 onu bildirmək istəyirmiş ki, o həmin ünvana getməli, orada təmizlik işləri görməli sonra da öz evimə getməlidir, sonra onun üçün gec olduğuna görə həmin ünvana yaxın bir yerdə görüşmək istəmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ‘‘Statistika” adlanan yerdə olduğunu və həmin bağlamanı ona gətirib orada verməyini bildirmişdir. Təqsirləndirilən şəxs2, Rəşid dedikdə həmin ünvanı yəni Rəşid Behbudov küçəsini nəzərdə tutmuşdur. O, Samirə xanımın bu işlərlə heç bir əlaqəsi olmadığını qeyd etmişdir.( cild 1, iş vərəqə 127-130) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin Sahib adlı şəxs tərəfindən realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında 8 may 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Binəqədi parkı ərazisində Elşad şərti adı ilə şərti alıcı qismində çıxış edən əməliyyat qrupunun üzvü olan X3 adlı şəxs ilə görüşdükdən sonra Sahib ona gecə yarısı təqribən 5 kq çəkidə narkotik vasitəni çatdıracağını bildirmişdir. X4 Sahiblə aralarındakı danışıqlarından sonra məlum olmuşdur ki, İran İslam Respublikasından qanunsuz yollar ilə gələn bu narkotik vasitənin satılmasına İran İslam Respublikası vətəndaşı olan şəxslər rəhbərlik edir və elə həmin şəxslərin vasitəsilə göndərilmiş narkotik vasitələri gətirəcəyini bildirən Təqsirləndirilən şəxs1 9 may 2022-ci il tarixə keçən gecə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Binəqədi gənclər şəhərciyinə Binəqədi-Novxanı şossesi tərəfdən dairədən şəhərcik istiqamətinə gələrək torba ilə Elşad şərti adı ilə şərti alıcı qismində çıxış edən əməliyyat qrupunun üzvü X6 yaxınlaşmışdır. Torbanın içərisindəki 5 bağlama narkotik vasitəni X6 göstərərk satmaq məqsədilə təqdim etmişdir. Bundan sonra X9 xidməti vəsiqəsini təqdim edərək Təqsirləndirilən şəxs1 cinayət başında yaxalamışdır. Mehdiyev X5-İstintaq Baş İdarəsinə gətirilmiş, idarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi üzərində kağız torbaya baxış keçirilməsi nəticəsində hər biri ayrıayrılıqda təqribi 1 kq 100 qram çəkidə olmaqla, ümumilikdə təqribi çəkisi 5 kq 500 qram təşkil edən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin əməkdaşı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili X9 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ölkə ərazisinə qaçaqmalçılıqla gələn narkotik vasitələrin müəyyən miqdarı ölkə ərazisində realizə olunmalı, müəyyən miqdarı da tranzit qaydada ölkə hüdudlarından çıxarılmalı idi. Ölkə ərazisindən çıxan narkotik vasitəni saxlaya bilməmişlər, ölkə ərazsində olan narkotik vasitənin realizəsinin qarşısını almışlar. Narkotik vasitənin sahibinin kim olması barədə məlumatı olmamış, həmin narkotik vasitə uzun müddət idi ki, ölkə ərazisində olmuş, etibar etdikləri adam olmadığı üçün alıcı tapa bilməmişlər. Bununla əlaqədar rəhbərliyin göstərişi ilə məxfi əməkdaşların köməyi ilə əməliyyat tədbiri həyata keçirilmişdir. Həmin narkotik vasitəyə daşıyıcılıq edən şəxs isə Sahib olmuşdur. Sahib ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Sahib ilə 08 may 2022-ci il tarixdə axşamüstü görüşmüşdür. Onlar Binəqədi parkı deyilən ərazidə görüşmüşlər. İlk görüşə Sahib onu tanımaq məqsədi ilə gəlmişdir. Vizual olaraq Sahib ona baxmış, söhbətləşmişlər, şübhə yaranmadığı üçün Sahib narkotik vasitəni gətirməyə getmişdir. Narkotik vasitəni Sahibdən götürməsi üçün növbəti görüş yeri müəyyən olunmuşdur. Sahib narkotik vasitəni gətirdikdə o dərhal özünü təqdim etmiş və Sahibi saxlamışdır. Dövlət Gömrük Komitəsinin əməkdaşları gələrək Sahibi idarəyə aparmışlar. İran vətəndaşı Höcəti tanınamış, onunla telefon vasitəsi ilə danışmamışdır. Onun məlumat aldığı adam irandakı məxfi əməkdaşları olmuşdur. Samir Həsənov ifadəsində həmçinin göstərdi ki, o, Sahibə narkotik maddə sifariş etməmiş, Sahibgil özləri alıcı axtarmışlar. Özü mənə zəng edərək onunla görüşməli olduğunu söyləşmişdir. Satmaq üçün etibarlı müştəri tapa bilmədikləri üçün gözləmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş həşiş qətranı narkotik vasitəsinin ölkə ərazisində qanunsuz dövriyyəsi ilə əlaqədar Əməliyyat-İstintaq Baş İdarəsininin Əməliyyat İdarəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 05-06) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 9 may 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılaraq şərti alıcı qismində çıxış edən X1 üçün onun təklif etdiyi üzərində “Pull&Bear” sözləri yazılmış kağız torbanın içərisindəki maddələrə baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş, baxış zamanı üzərində "Pull&Bear” sözləri yazılmış 1 ədəd kağız torbanın içərisində 5 ədəd bağlamanın hər biri yapışqanlı lentlə sarınmış, hər bağlamanın üzrəində "sh...e" sözləri yazılmış içərisində spesifik qoxuya narkotik vasitə həşişə oxşar maddələr aşkar edilmiş, daha sonra qeyd olunan narkotik vasitələr «QuickS» markalı elektron tərəzi ilə çəkilərək narkotik vasitə həşişə oxşar maddələrin hər birinin ayrılıqda qablaşdırma ilə birgə çəkiləri 1 kq 100 qram olmaqla, ümumi təqribi çəkisinin 5 kq 500 qram olduğu müəyyən edilmiş, aşkar edilən narkotik vasitəyə oxşar maddələr qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür.( cild 1, iş vərəqə 8-10) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “əşyaya baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 9 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarının sol cibindən ağ rəngli kağıza bükülmüş vəziyyətdə otşəkilli narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. (cild 1, iş vərəqə 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci İl tarixli, 7/455 №-li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen paketdəki 5 ədəd üzərində hər birinin üzərində “2Mafia" sözləri yazılan polietilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram, 1010,0 qram, 1000,0 qram, 1015,0 qram və 1005,0 qram olmaqla, ümumi çəkisi 5030,0 qram maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Piltəşəkilli maddələrin içərisində hər birinin üzərində "2022-23” yazılar olan polietilen paketlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,322 qram, 3,400 qram, 3,400 qram, 1,600 qram və 1,200 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Qeyd: Həşiş qətranının ümumi çəkisi - 5041,922 qram, tədqiqata istifadə olundu - 0,5 qram (hər bir obyektdən 0,05 qram), qalıq 5041,422 qramdır. (Cild 1, iş vərəqləri 68-72) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 7/498 №-li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 ədəd bağlamada olan həşiş qatranları tərkiblərinə görə eynidirlər. Qeyd: Həşiş qətranının ümumi çəkisi - 5041,922 qram, tədqiqata istifadə olundu - 0,5 qram (hər bir obyektdən 0,05 qram), qalıq 5040,922 qramdır.( cild 2, iş vərəqə 241) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3358 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 2, iş vərəqə 166-167) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4056 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.( cild 2, iş vərəqə 212-213) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə, saat 08:44-də Qırmızı körpü nəzarət məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, 18.11,2019-cu il tarixdə, saat 17:36-da Qırmızı körpü sərhəd məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur.( cild 1, iş vərəqə 120- 123) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 06:08-də Qırmızı körpü nəzarət məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə, saat 20:58-də Qırmızı körpü sərhəd məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur.( cild 2, iş vərəqə 196- 198) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “mobil telefonlara baxış keçirilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, “Whatsapp Business" sosial proqramında olan həmin profilin “Söhbətlər" bölməsinə baxış keçirilən zaman araşdırma üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edildi: Təqsirləndirilən şəxs1 Höcət adlı şəxslə xx.xx.2022-ci il tarixdən “Whatsapp Business" sosial proqramı vasitəsi ilə sms yazışmalarına başlamışdır. Höcət xx.xx.2022-ci il tarixdə “tamam qardaşım ??” daha sonra "650 manatdan çıxma” və “Şahin sənə zəng vuracaq" , Sahib isə “Tamam abi” və “Amma bu nömrəyə zəng vursun” Höcət isə cavabında “Yaxşı qardaşım” mesaj göndərmiş və Təqsirləndirilən şəxs1 isə “Höcət, amma baxa, mənə heşnə olmasın. Başıma iş gəlməsin" yazmış və Höcət adlı şəxs isə cavabında ona "Qardaşım problemsizdi nə olacaq ki? Özün day oğlanla danışmısanda başıva dönərəm” və “Problemi yoxdu. Sən o oğlanı gördün də nə cür oğlandı. Day elə özün bilərsəndə. Problemli oğlan olsa mən səni ora göndərmərəm başına dolanım.” 2 səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 isə “Ünvanı at dədə” mesajını yazmış, Höcət adlı şəxs ona “ Qardaşım deyir 5 dəqiqəyə atıram” 1 səsli mesaj göndərmişdir. Daha sonra Höcət adlı şəxs Təqsirləndirilən şəxs1 "Sən ona deyəcəydin ki, mən kilosuna 600 alam”, “Aşağı danışmısan da”, “Mən dedim ki, sənə bir pul qalsın o arada" və “Dayoğlu birdə zəng vuranda de ki, 300 manat azdır” mesajlarını yazmışdır. Daha sonra Höcət adlı şəxsdən Təqsirləndirilən şəxs1 narkotik vasitə ilə bağlı şəkil və “Location" şəkili və narkotik vasitəni göstərən məkanın şəkili atılmışdır. Buna cavab olaraq Təqsirləndirilən şəxs1 ‘Açıldı" yazmışdır. Höcət adlı şəxs isə “Canımsan", “Nə qədər yolun var?” yazmış, Təqsirləndirilən şəxs1 isə “Konum səhvdi”, “Mostun altıdı ?” mesajını göndərmişdir. Höcət adlı şəxs isə “Hə qardaşım, hə. Düzdür, mostun altıdır” səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 “Konum üstünə çıxardıb keno məni” mesajını yazmış, Höcət adlı şəxs isə “Üstünə çıxardıb get altına da.” və “Başıva dönüm tez elə biraz“ 2 səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 isə “səbr elə” yazmış və Höcət adlı şəxs isə “Qaqa qurban olum sənə nə oldu? Mənə bir xəbər ver də. Dostlarım əyləşib yanımda, dayım oğlu da böyrümdədir. Mənə bir xəbər ver.” səsli mesaj göndərmiş və cavabında Təqsirləndirilən şəxs1 “Axtarıram” mesajı yazılmışdır. Höcət adlı şəxs isə “Hə qadan alım" və “Qardaşım gör nə deyirəm. Lazım deyil ha çəkib verəsən. Elə o bir bağlamadır, 5 kiloqram olmalıdır. O oğlana zəng vuracaqsan, harada görüşəcəksiz onu elə özün danış, day qalan iş şənlikdir. Öpürəm, özündən müğayət ol” səsli mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs1 isə “Təklif edirəm sabah malı verək ona”, “Səhər vaxtlarında" və “Tələsməyək" mesajlarını yazmışdır. Höcət adlı şəxs “Yox qadan alım. Bu saat lazımdır. Get evə, onunla danış. Bu gün malı ver.” Səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs1 isə narkotik vasitələrinin şəklini göndərmişdir. Höcət adlı şəxs isə “Canımsan qardaşım, o qardaşa bir zəng elə. İşlərimizi yoluna qoy da. Bunlar da oturub burda. Qoy rahat olsun, getsinlər evlərinə. Yata bilməzlər ha gecəni. Bu gecə camaata verməsək" səsli mesajını göndərmiş, Təqsirləndirilən şəxs1 isə “Danışdın onunla?" mesajını yazmışdır. Höcət adlı şəxs isə “Sən zəng elə danışe mən yox. Sən zəng edəcəksən. Nömrəni sənə nəyə göndərmişəm day. Nömrəni göndərmişəm sən danışasan da harada görüşəcəksiz.” Səsli mesajını göndərmiş və Təqsirləndirilən şəxs1 isə “Hə də mən danışdım da. Mən danışdım onunla, narahat olma. Mən danışdım onunla. Deyirəm ki, danışdım gözləyir məni." Səsli mesajını göndərmiş daha sonra “Amma o məni yandıracaq Höcət” və “Mən ona əlbəəl mal versəm o yandıracaq məni” mesajlar yazmışdır. Höcət adlı şəxs isə “Sən bilirsən də nə iş görəsən ki, sən yanmıyasan. O cür bir iş də ola bilməz bizim aramızda. Sən get nə cür edəcəksən et. Bu malı çatdır o qardaşa” səsli mesajını göndərmişdir. Daha sonra Höcət adlı şəxs "Qardaşım neyniyirsən, başına dolanım. Bir mənə zəng elə görüm, nə etdin?" səsli mesajını göndərmiş, mesajlar yazmışdır. xx.xx.2022-ci il tarixdə baxış başa çatdıqdan sonra mobil telefonun yaddaşından iş üçün əhəmiyyət kəsb edən məlumatlar çap edilərək protokola əlavə edilmişdir.( cild 1, iş vərəqə 129-139) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “mobil telefonlara baxış keçirilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsindən istifadəçi adı “Eagle” kimi qeydiyyatdan keçmiş “Whatsapp Business” profili ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadəçi adı “Narcis" kimi qeydiyyatdan keçmiş, istifadəçi adı “Whatsapp Business” profilinə göndərilmiş mesajların məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə xx.xx.2022-ci il tarixdən “Whatsapp Business” sosial proqramı vasitəsi ilə sms yazışmalarına başlamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs2 “Location” şəkili atmışdır. Təqsirləndirilən şəxs2 “Mən ona dedim. O artıq gəlir. 20 Yanvara çatır. 5-10 dəqiqəyə uje mənim yanımdadır.” səsli mesajı göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 isə “Eşidirsən Anar? Bunu tez götür. Orada 7 kiloqramdır. Rahat ol qorxma. 7 kilodur. X17 heçnə demə. Yaxşı? Paketi artıq sənə göndərərəm. Harada yerləşir onu da həmçinin göndərirəm. Qoy maşına otur gəl. Yaxşı?" və “Ən başlıcası yazıları silərsən. Qalanlarını (söyüş)” səsli mesajı, “Çıxanda xəbər elə”, “Götürdün ofisə yox”, “Rəşid boşdursa Rəşidə” mesajlarını yazmışdır. Təqsirləndirilən şəxs2 “Yaxşı da, Rəşadla gedirik. Mən artıq konumu qoydum. Bu istiqamətə yönəlirik. Sən artıq sonrakı məlumatları göndər. Hardasa 15-20 dəqiqəyə həll edirik. Və ofisə gəlməyəcəm. Baxaram da indi qayıdan başı Samirə xalayla danışaram, Rəşid boş olsa qalxaram ora.” səsli mesajı göndərmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni göstərən məkanın şəklini göndərmiş, Təqsirləndirilən şəxs2 isə cavabında "Ok. Götürüm yazıram” və Sahib "Ok” yazmışdır. Təqsirləndirilən şəxs2 "Lotu artıq demək olar həll etmişik, çatırıq. Sən bir dənə yenidən Rəşid zad sən onu bir dənə de planlaşdırmağı necə edəcəyik. Artıq bilək də. Mən Samirə xalaya artıq demişəm ki, mən gedirəm Primorskiyə. Ona görə də Rəşidlə qalxıb oturmaq zad. Nəsə iş görsək tez bazar qalxdıq danq dunq, özümüz və çıxdıq getdik.” səsli mesajını göndərmişdir. Təqsirləndirilən şəxs1 "Rəşid,”, “Rəşid” və “Ancaq” mesajını göndərmişdir. Təqsirləndirilən şəxs2 “Heç olmasa qulaq as bax gör mən nə yazmışam. Bildime Rəşad necə? Nə? Nə qədər çəkəcək? Onu deyirəm lotu.” və "Lotu bir də sən imkan olsa denənki de ki, konumu səhv atıblar. Yəni onlar atdığı yerdə elə bir şey heçnə yoxdur. Biz indi yenidən geri qayıdırıq. De ki, diqqətli olsunlar da lotu.” səsli mesajlarını və Təqsirləndirilən şəxs1 “Zəng edə bilərəm?” mesajını göndərmişdir. Təqsirləndirilən şəxs2 "Lotu zəng edə bilirsənsə Rəşada zəng et. Məndə internet yoxdur” səsli mesajı göndərmiş daha sonra Təqsirləndirilən şəxs1 ‘İşlər necədir?” mesajını göndərmişdir. Təqsirləndirilən şəxs2 "Lotu körpünün üstündə idi konum. Körpü isə aşağıdadır. Nə isə. Yuxarıdan düşüb kəndir zad lazım idi sallanmağa. İndi ora gedib aşağı ilə ki, maşın yaxında olsun, götürüb maşına minim. İndi həll edirik. 5-10 dəqiqəyə uzağı həll edib deyəcəm sənə.” və “Lotu biz artıq götürdük. Özü də konkret 7 kiloqram olar. Konkret ağır temadır. Sadəcə cırıq sallofana qoyublar” və "Həə. Sadəcə cırıq sallofana qoyublar. Nəbilim ala. Bu nə isə yaxşı qablaşdırma deyil lotu” səsli mesajlarını göndərmiş, Təqsirləndirilən şəxs1 isə “Ok” yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 “Sonra de nə edək?” səsli mesajını göndərmiş, Təqsirləndirilən şəxs1 isə “İndi imkan daxilində bax gör, bunun şəklini çəkə bilirsənsə bir dənə şəklini çək” mesajını yazmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitənin şəklini göndərmiş və “Lotu biz artıq Koroğlunu keçdik. Əzizbəyovu. Moskovski ilə şəhərə yaxınlaşırıq. Necə başa düşdüz? Qəbul?” mesajını yazmışdır. xx.xx.2022-ci il tarixdə baxış başa çatdıqdan sonra mobil telefonun yaddaşından iş üçün əhəmiyyət kəsb edən məlumatlar çap edilərək protokola əlavə edilmişdir. ( cild 1, iş vərəqə 129-141) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır.( cild 1, iş vərəqə 171) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır.(cild 2, iş vərəqə 161) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 208-209) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəflərin müəyyənləşdirilməsi şöbəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. ( cild 2, iş vərəqə 153-154) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 43 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuş şəxsdir. ( cild 1, iş vərəqə 263-265) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qaradağ rayon icra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuş şəxsdir. ( cild 2, iş vərəqə 191-194) “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı 02 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 5040,922 qram olan həşiş qatranı və üzərində “Pull&Bear” yazısı olan kağız torba və üzərində “Pull&Bear” yazısı olan kağız torba saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar saxlanc otağına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd bank kartı, “Samsung galaxy A6” markalı və “Samsung galaxy S9” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus “Honor 8A” markalı mobil telefon iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqə 241-261) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, külli miqdarda 5041,922 qram həşiş qətranı narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək, həşiş qətranı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona dediyi yerdən götürdüyü predmetin narkotik vasitə olmasını bilməməsi, satış məqsədinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitənin külli miqdarda olması, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı verdikləri ilkin ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 107-112) İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 09 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 2, iş vərəqləri 138-142) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 barəsində 09 may 2022-ci il, Təqsirləndirilən şəxs2 barəsində isə 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutlar saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5040,922 qram olan həşiş qatranı və üzərində “Pull&Bear” yazısı olan kağız torba məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd bank kartı, “Samsung galaxy A6” markalı və “Samsung galaxy S9” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus “Honor 8A” markalı mobil telefon təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88 (səksən səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5040,922 qram olan həşiş qatranı və üzərində “Pull&Bear” yazısı olan kağız torba məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd bank kartı, “Samsung galaxy A6” markalı və “Samsung galaxy S9” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus “Honor 8A” markalı mobil telefon təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 176 (yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 88 (səksən səkkiz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar