Məhkəmə qərarları › İş №1(124)-294/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-294/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-294/2024 30.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – X9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 Müşviq oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Sumqayıt şəhəri, 13-cü mikrroayon, ev 55, mənzil 6-da qeydiyyatda olub, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 nömrəli yataqxana, mənzil 61-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Qubadlı rayonu, Çaytumas kəndində qeydiyyatda olub, Sumqayıt şəhəri, 41 -ci məhəllə, ev 14, mənzil 13-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi və xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, Yat-7A, Bakı küçəsində qeydiyyatda olub, Sumqayıt şəhəri, 76-ci məhəllə fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın qarşısında çərşənbə bayramı ilə əlaqədar olaraq qalanmış tonqalın ətrafında olan zaman, tonqalın kənarından keçən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 söz atmış, həmin vaxt Zərərçəkmiş şəxs3 yaxınlaşaraq sonuncuya söz atmasına iradını bildirdiyi üçün Təqsirləndirilən şəxs1 əl-qol hərəkətləri ilə danışmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs2, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla tonqalın kənarında dayanmış şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən yumruqla vuraraq yıxmış, daha sonra Təqsirləndirilən şəxs1 öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 əyilərək kömək etmək istəyən Zərərçəkmiş şəxs1 qəsdən dizi ilə sağ göz nahiyəsindən vuraraq, sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraotbital hematoma, sağ göz almasının travması, total lifema, OD- skleranın rupturası, daxili qişaların xaric olması, sağ gözdə görmə itiliyinin pozulması ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuş, bundan sonra Təqsirləndirilən şəxs1 cinayət əməlini davam etdirərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəktələr etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla yerə yıxılmış Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə qəsdən vuraraq, sonuncuya sağ qaşüstü nahiyyənin yarası, sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sol dirsək oynağının qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmiş, daha sonra Təqsirləndirilən şəxs1 xuliqanlıq əməlini davam etdirərək səs-küyü evdən eşidərək ərinə köməyə gəlmiş Zərərçəkmiş şəxs2 sol sinə nahiyəsindən qəsdən yumruqla vuraraq, sonuncuya döş qəfəsinin sol hissəsinin yumşaq toxumalarının şişkin fonunda əziyi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək xuliqanlıq etmişlər. Beləliklə, qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə həmin məcələnin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, onun axrıncı dəfə işi bağlananda vəkili yanında olmuşdur. O, ifadədə ziddiyyət müəyyənləşdirdiyini bildirmiş və vəkil də onu qeyd eləmişdir.O, şəxslə üzləşdiriləndə “sənin gözündən mən vurmamışam” deməmişdir. O, müvəqqəti saxlanma yerində olanda ifadədə onu dizi ilə vurması yazılmışdır. O heç zərərçəkmiş şəxsi kimin vurduğunu görməmişdir. Müstəntiq ona “Zərərçəkmiş şəxs1 gözündən vurmusan?” sualını verəndə o vurmadığını bildirmişdir. Müstəntiq hətda elə etmişdir ki, guya o ora axtarışla gəlmişdir. Polis əməkdaşları ilə düşmənçiliyi olmamışdır. Digər iki şəxs Ədaləti onların vurmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 vurduğunu, lakin gözündən vurmadığını bildirmişdir. O məntiqlə onun üstünə qalmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 üstündə olmuşdur. Onda kimsə Ədaləti vurmuşdur. Vuranın kim olduğunu görməmişdir. Digər şəxslərdən ifadə alandan sonra yenidən ondan ifadə almışlar. O yenə də onun göz nayihəsindən vurmadığını bildirmişdir. O könüllü olaraq gəlmişdir. Onlar isə axtarışla gəlmişəm kimi sənədləşdirdilər. Könüllü olaraq müstəntiqin yanına gəlmişdir. Ona səhər gəlməsini tapşırmışlar. O da səhər İdarəyə getmişdir. Birinci növbətçi hissəyə gəlmiş və ona hazırda iclas olduğunu və bir saata gəlməsini tapşırmışlar. Müstəntiqin yanına qalxmış və onda ifadə vermişdir. Sonra onu müvəqqəti saxlanma yerinə təhvil vermişlər. Ondan sonra təcridxanaya vermişlər. Ayın 12si Sumqayıt Polis İdarəsinə gəlmişdir. İfadəni o, mart ayında vermişdir. Tutulmamışdan qabaq ifadə vermişdir. O tutulana yaxın xəbər tutmuşdur. O, təqsirləndirilən şəxslərin hər birini orada görmüşdür. Onlar arxada dayanmışlar. Təqsirləndirilən şəxs3 əvvəl orada olmuşdur. Daha sonra hamama girmək üçün getmişdir. Hadisəyə yaxın gəlmişdir. Onlar bir gün qabaq zərərçəkmiş şəxslərlə mehriban sağollaşmışlar. Başqa heç bir düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Müşviq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, subaydır və övladı yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddətinə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun dostlarıdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 isə məhəllə adamları kimi tanıyır, 12 fevral 2023-cü il tarixdə axşam saatlarında məhəllədə olan zaman Ədalətin qohumunun binanın qarşısına işədiyini görmüş, o, həmin vaxt öz iradını bildirmiş, bu zaman Ədalət gəlmiş və həmin şəxsin qazi olduğunu özünü saxlaya bilmədiyini demiş, sonra Nazim və digər tanımadığı şəxslər gəlmişlər. Həmin vaxt aralarında heç bir mübahisə baş verməmiş və onlar sağollaşmışlar. 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində çərşənbə bayramı münasibəti ilə əlaqədar dostları Aqşin və Mehmanla bir yerdə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 4 nömrəli yataqxananın qarşısında qalanmış tonqalın ətrafında olmuşlar. Məhəllə adamları bayramla əlaqədar demək olar ki, hamısı tonqalın ətrafına yığışmışdılar. Bir müddət sonra Aqşin evə yemək yemək üçün qalxmış, həmin vaxt Nazimlə Ədalət tonqalın yanından keçmişlər, onlar deyibgülmüşlər. Bu zaman Nazim ona yaxınlaşaraq ona söz dediyini soruşmuş, o isə sözünün olduğu halda üzünə deyə biləcəyini demiş, bu zaman aralarında mübahisə baş vermiş, Mehman Nazimə yaxınlaşıb sakit olmasını demiş, Nazim Mehmanı vuran zaman Mehman onu yumruqla vurmuş və həmin vaxt Nazim yıxılmışdır. Bu zaman Ədalət mübahisəyə qarışmış, sonuncu yumruqla onu vurandan sonra o,yerə yıxılmış və həmin vaxt Ədalət əyilib onun üzərinə çıxmaq istəyən zaman o, yerdən qalxıb yumruqla bir neçə dəfə onun baş nahiyəsindən vurmuş, bundan sonra Ədalət boşalaraq onu buraxmışdır. Həmin vaxt Aqşin artıq evdən düşmüş, sonuncu da mübahisəyə qarışmış, ancaq kimi vurduğunu bilməmişdir. Nazim onu vurandan sonra o, yerə yıxılmış, həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmaq üçün araya girmişlər, ətrafda olan şəxslər onları aralaşdırandan sonra onlar Mehmanın avtomobili ilə Quba rayonuna getmişlər. Gecə orada qalandan sonra səhər Sumqayıt şəhərinə qayıtmışlar, qayıdan zaman Ədalət və Nazimin şikayət etdiklərini bilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarətər aldığını, xəsarət aldığı halda nəyə görə tibb müəssisəsinə deyil Quba rayonuna getməsi barədə heç bir şey deyə bilmədiyini, hadisə zamanı Go spirtli içkisini içdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs2 xəsarət yetirmədiyini, hadisənin 10 dəqiqə davam etdiyini, hadisə zamanı ətrafda çoxlu sayda insanlar olduğundan ucadan səs-küy olduğunu, Ədaləti dizi ilə yox yumruqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 Məmməd oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, O, həmin vaxtı evdə olmuşdur. Daha doğrusu hamısı bir yerdə olmuşlar. O, evə yuyunmaq üçün getmişdir. Səs-küy olduğunu görərək aşağı düşmüşdür. Mehmanın qoluna iki nəfər girərək onu kənara aparmışdır. Faiqlə Ədalət dalaşmışdır. Nazimi tutmuşlar. Nazim Faiqin üzərinə getmək istəmişdir. İkisi birlikdə Faiqi vurmaq istəmişlər. Ona görə Nazimi vurmuşdur. Faiq Ədalətlə dalaşanda Nazim Faiqi vurmaq istəmişdir. O ilkin olaraq dava-dalaş başlayanda orda olmamışdır. Bir tərəfdə Faiq, digər tərəfdə özü dalaşmışdır. Onun fikri savaşdığı şəxsə qarışmışdır. Mehman birinci dəfə Nazimi vuranda orda olmamışdır. Ədalət Faiqi, Faiq də Ədaləti vurmuşdur. Dava başlayan epizodda orada olmamışdır. O, Nazimi sifət nayihəsindən vurmuşdur. O gələndən 3-4 dəqiqə dava çəkmışdır. Sonra onlar çıxıb getmişlər. Ümumiyyətlə, onların üçü də Nazimin həyat yoldaşını hadisə yerində görməmişlər. Onun yoldaşını guya Faiq vurmuşdur. Halbuki Faiqin özü belə onun yoldaşını görməmişdir. O, Nazimi vurmuşdur. Nazimlə Ədaləti qabaqcadan tanımamışdır. Onun zərərçəkmiş şəxslərlə münasibəti olmamışdır. Şəxsən onunla münasibəti olmamışdır və onları tanımamışam. Mübahisənin başında tonqalın yanında olmuşdur. Daha sonra evə qalxmışdır. 10-15 dəqiqə evdə olmuşdur. Daha sonra aşağı düşmüşdür. Nazim onu vurmuş, o da Nazimi vurmuşdur. Faiqin Ədaləti vurmasını görməmişdir. Onun vəziyyəti bir az pis idi. O, ayaqyoluna getmişdir. Hadisə yerinə o sonradan gəlmişdir. O, zərərçəkmiş şəxsin yalan danışdığını bildirmişdir. 28 fevral tarixində hadisə baş vermişdir. İstintaqa ifadəni sərbəst vermişdir. Ona hər hansı bir təzyiq olmamışdır. İfadəsini oxumuşdur. İfadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 Məmməd oğlu ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dostlarıdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 isə məhəllə adamları kimi tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində dostları Mehman və Faiqlə bir yerdə çərşənbə axşamı ilə əlaqədar məhəllədə qalanan tonqalın ətrafında olmuşlar. Bayram olduğundan demək olar kİ, bütün məhəllə adamları tonqalın ətrafına yığışmışdılar. Bir neçə dəqiqə sonra o, ayaqyoluna getmək üçün evə qalxmış, evdən çıxıb tonqalın ətrafına qayıdan zaman Faiqlə Mehmanın, Nazim və Ədalətlə dalaşdıqlarını görmüş, Faiq Ədalətlə dalaşımış, Mehman isə Nazimlə dalaşmışdır. Həmin vaxt tanımadığı şəxs Mehmanı oradan uzaqlaşdırmış, o, Nazimə yaxınlaşıb sakitləşdirmək istəmiş, bu zaman Nazim ona yumruq atmış və çənəsindən dəymişdir. Bundan sonra o, Nazimin sifət nahiyəsindən bir dəfə vurmuş, sonuncu isə təpiklə onun xayasından vurmuş, həmin vaxt digər tərəfdə Ədalətlə, Faiq dalaşmışdır. Onları ətrafda olan kənar şəxslər aralaşdırmışlar. Həmin vaxt oraya sonradan Ədalətin arvadı olduğunu bildiyi şəxs aralaşdırmaq üçün gəlmiş, bundan sonra Mehman, Faiq və o, Mehmanın avtomobilinə əyləşib Quba rayonuna getmişlər, gecə orada qalandan sonra səhərisi gün qayıtmışlar və həmin gün Nazimlə Ədalətin şikayət etdiklərini bilmişdir. Təqsirləndirilən şəxs3 həmçinin ifadəsində hadisənin təxminən 10 dəqiqə davam etdiyini, hadisəyə tonqalın ətrafına yığışan çoxlu sayda məhəllə adamları şahidlik etdiklərini, ancaq onların adlarını konkret olaraq qeyd edə bilmədiyini, hadisə zamanı içki içmədiyini, digər şəxslərin sərxoş olub-olmaladığını bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, avtomobili qapının qarşısında saxlamışdır. O da orada olmuşdur. Sonra avtomobilə oturaraq çıxıb getmişlər. Təqsirləndirilən şəxs1 Müşviq oğlunu və Təqsirləndirilən şəxs3 əvvəldən tanımışdır. Onlarla bir məhlədə böyümüşlər. Onun zərərçəkmiş şəxslərlə heç bir münasibəti yoxdur. O eyni məhlədə əvvəllər yaşamışdır. Daha sonra həmin məhlədən köçmüşdür. Zərərçəkmiş şəxslərlə salam-sağolu olmamışdır. Hadisədən bir müddət əvvəl problemləri olduğu üçün hadisə günü onların mübahisələri olmuşdur. Bundan əvvəl onların nə problemləri olduğunu bilməmişdir. Onlar üçü də spirtli içki qəbul etmişlər. O Faiqlə birlikdə olmuşdur. Aqşin sonradan gəlmişdir. Nazimlə Faiq mübahisə edəndə orada olmuşdur. Onlar mübahisə edən zaman o, Nazimi vurmuşdur. Sifətindən onu yumruqla vurmuşdur. Nazimə neçə dəfə vurmağı yadında deyildir. Onu vuranda yerə yıxılmışdır. O əvvəllər idmanla məşğul olmamışdır. Nazim də içkili olmuşdur. İttihamda necə yazılıbsa hadisələr elə baş vermişdir. Hadisə baş verəndən sonra hər kəs ora toplaşmışdır. O, Ədaləti tanımamışdır. Ora gəlibgəlməməsini bilməmişdir. Ədaləti gecə olduğu üçün kimin vurduğunu görməmişdir. Hadisə yerində çox adam olmuşdur. İçkili vəziyyətdə olduqlarına görə ağızlarından söyüş çıxma ehtimalı vardır. Nazimi vurmaqda əsas səbəb Faiqin ona şillə vurmasından sonra onun da Faiqə yumruq vurmaq istəməsi olmuşdur. Aqşin gəlib Nazimi vurmuşdur. Ədaləti təkcə Faiq vurmuşdur. Hadisə yerinə ayırmaq üçün Ədalətin yoldaşı gəlmişdir. Qaranlıq olduğu üçün Ədalətin yoldaşını kimin vurduğunu görməmişdir. Ədalətin yoldaşını o, vurmamışdır. Sonradan ittiham aktında Ədalətin yoldaşını Faiqin vurduğunu bilmişdir. Onlar zərərçəkənlərin hər üçü ilə barışıq eldə etmişlər. Əvvəllər aralarında mübahisənin olubolmamasını bilməmişdir. Hadisə təsadüfən baş vermişdir. Onlar da vurmuşdurlar. O, Faiqin onun göz nayihəsinə vurmasını görmüşdür. Aqşin ora gələndə dava dalaş hələ də davam etmişdir. Daha sonra avtomobilə əyləşərək onlar getmişlər. Araşdırma zamanı sərbəst ifadə vermişdir. Onu döyən incidən olmamışdır. İfadəsini oxumadan imzalamışdır. Daha doğrusu müstəntiq onun ifadəsini yazandan sonra onu ucadan oxumuşdur. O da başa düşərək imzalamışdır. Hadisə tonqalın ətrafında baş vermişdir. Hadisə yerində normal işıqlandırma olmuşdur. Faiq diz nahiyəsi ilə vurmasını ifadəsində də qeyd etmişdir. Hadisənin baş vermə tarixini xatırlamamışdır. O, zərərçəkmiş şəxsləri hadisə yerində tanımamışdır. O, ümumiyətlə Zərərçəkmiş şəxs1 xəsarət yetirməmişdir. O, zərərçəkmiş şəxsi vurmamışdır. Təqsirləndirilən şəxs1 Müşviq oğlunu uşaqlıqdan tanımışdır. Faiq onu özünün vurduğunu demişdir. Ayrı-ayrı ifadələrini vermişlər. Aralarında məsuliyyətdən yayınmaq üçün danışıq olmamışdır. O, Nazimlə dalaşmışdır. Ədalətin gözündən isə Faiq vurmuşdur. Zərərçəkmiş şəxs3 özü vurmuşdur. Zərərçəkmiş şəxsə maddi yardım etməmişdir. İstintaqa verdiyi ifadəsi düzgündür. İstintaq zamanı ona təzyiq edilməmiş və istiqamət verilməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun dostlarıdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 isə hadisəyə qədər tanımamışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində dostları Aqşin və Faiqlə bir yerdə çərşənbə axşamı ilə əlaqədar məhəllədə qalanan tonqalın ətrafında olmuşlar. Bayram olduğundan demək olar ki, bütün məhəllə adamları tonqalın ətrafına yığışmışdılar. Bir müddət sonra Aqşin evə ayaqyoluna qalxmış, həmin vaxt Nazim və Ədalət tonqalın yanından keçmişlər. Bu zaman Faiq, Nazimə söz atmış, ancaq nə dediyini xatırlamır. Bu zaman Nazim Faiqə yaxınlaşıb niyə söz atdığını soruşmuş, həmin vaxt aralarında mübahisə baş vermiş, o, həmin vaxt araya girmiş və Nazimə sakitləşməsini demiş, həmin vaxt Nazim onun sol qabırğasından vurmuş, bundan sonra o, özünü saxlaya bilməyərək Nazimin sifət nahiyəsindən yumruqla vurmuş, sonuncu yıxılmışdır. Ədalət Nazimə yaxınlaşmış, əyilib Nazimi qaldırmaq istəyən zaman Faiq dizi ilə Ədalətin göz nahiyəsindən vurmuş, bundan sonra Ədalət də yıxılmış, o Nazimlə dalaşmışdır. Nazimin onun qabırğasından heç bir səbəb olmadan vurması onu əsəbiləşdirmiş, həmin vaxt Aqşin evdən gəlmiş, Nazim ona əl-qol atan zaman Aqşin sonuncunu vurmağa başlamış, bundan sonra ətrafda olan şəxslər araya girmişlər. Sonradan Ədalətin arvadı olduğunu bildiyi Gülayə adlı şəxs aralaşdırmaq üçün oraya gəlmiş, həmin vaxt Faiqin atdığı yumruq sonuncuya dəymiş, bundan sonra ətrafda olan şəxslər onları aralaşdırmış, sonra Faiq, Aqşin və o, avtomobilinə əyləşib Quba rayonuna getmişlər. Gecə orada qalandan sonra səhərisi gün qayıtmışlar, həmin gün Nazimlə Ədalətin şikayət etdiklərini bilmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində hadisənin təxminən 10 dəqiqə davam etdiyini, hadisəyə tonqalın ətrafına yığışan çoxlu sayda məhəllə adamlarının şahidlik etdiklərini, ancaq onların adlarını konkret olaraq deyə bilmədiyini, hadisə zamanı səs-küyün olduğunu, hadisə zamanı içki içdiyini, digər şəxslərin sərxoş olub-olmadığını bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Novruz bayramı idi. Fevral ayının 28-i çərşənbə axşamı idi. Onlar qayıdanda təqsirləndirilən şəxslər tonqal başına yığılmışlar. Onlar ordan keçəndə Faiqgil onlara söz atmışlar. Qaranlıq idi deyə kimin söz atdığını görməmişdir. Onlar geri qayıtmışlar. Onun yeznəsi Nazim onlarla söhbət etmişdir. Söhbət edən zaman yeznəsi Nazimi Faiq vurmuşdur. O, yeznəsini yerdən qaldıranda Mehman onun gözünə dizi ilə vurmuşdur. Ondan sonra hamısı onun üstünə tökülüşmüşlər. Ondan sonrası onun yadında qalmamışdır. Təqsirləndirilən şəxslərin hər biri onlara hücüm etmişlər. Üçü də onu vurmuşlar. O, yeznəsini yerdən qaldıranda yeznəsinin qolunun çıxdığını görmüşdür. Onun gözünə dizi ilə Mehman vurmuşdur. Ondan sonra yerə yıxılmışdır. Zərərçəkmiş Gülayə onun yoldaşıdır. Yoldaşı hadisə yerinə ən axırda gəlmişdir. Onları ayırmışlar. Zərərçəkmiş şəxs2 gələndə o da xəsarət almışdır. Yoldaşı ankoloji xəstədir. Yoldaşını kimin vurduğunu görməmişdir. Şikayəti yoxdur. O, gözünə dizi ilə vurandan şikayətçidir. O, barışmamışdır. O, müstəntiqin otağında “Faiq sən mənim gözümdən vurmamısan” ifadəsini işlətmişdir. Orada onun gözündən Mehmanın vurduğunu bildirmişdir. Faiq də onu gözündən vuranın özü olduğunu demişdir. Təqsirləndirilən şəxs2 şikayəti və tələbi vardır. Təqsirləndirilən şəxs3 münasibətdə tələbi yoxdur. O görmə qabiliyyətini zərbədən sonra itirmişdir. Hadisə başlayandan Təqsirləndirilən şəxs3 orada olmuşdur. Hamısı bir yerdə olmuşdur. Təqsirləndirilən şəxs3lə barışmışdır. Müstəntiqin yanında ifadə verəndə ona heç kim istiqamət verməmiş və təzyiq etməmişdir. Onlara söz atılanda onlar yaxınlaşmış və orada Faiq, Aqşin, Mehmandan əlavə başqa şəxslərin də olduqlarını görmüşlər. Hadisəni baş verdiyi kimi danışmışdır. Şəxs özü boynuna almış və o da bilmədən qol çəkmişdir. İfadəsini oxuya bilməmişdir. Bir dəfə əməliyyat olunmuşdur. Ona əməliyyat xərci ilə bağlı köməklik olunmuşdur. Ona 4950 manat pul verilmişdir. Daha sonra 50 manat pul verilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən maddi yarım olunmamışdır. Onun davamlı müalicəyə ehtiyacı vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu Nazimgilə gələn zaman məhəllədə görüb tanımışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hadisəyə qədər tanımamışdır. Zərərçəkmiş şəxs3 onun yeznəsidir. 12 fevral 2023-cü il tarixdə o, qardaşı Əkrəm və Əkrəmin yeznəsi Həci onları qonaq gəlmiş, bir qədər spirtli içki içərək yemək yemişlər. Axşam saatlarında o və Həci aşağıya hava almaq üçün düşmüşlər. Biraz hava alandan sonra Həci özünü saxlaya bilməmiş və binananın arxasına kiçik bayıra getmiş, həmin vaxt onu Təqsirləndirilən şəxs1 görmüş və onlara yaxınlaşaraq irad bildirmiş, o isə Həcinin qazi olduğunu, xəstə olduğundan özünü saxlaya bilmədiyini demişdir. Həmin vaxt Nazim də aşağıya düşmüş və Faiqlə söhbət etmişlər. Həci üzr istəmiş, onlar ayrılmışlar. Həmin gün heç bir hadisə baş verməmişdir. 28 fevral 2023-cü il tarixdə o, Nazimlə bir yerdə Sumqayıt şəhəri, 41-ci məhəllə, 4 nömrəli yataqxanaya anasına baş çəkmək üçün getmiş, orada arvadı Gülayə də olmuş, çərşənbə axşamı olduğundan yataqxananın qarşısında tonqal qalanmış, tonqalın ətrafında çoxlu sayda insanlar olmuş, saat təxminən 22 radələri olmuşdur. Onlar tonqalın yanından keçən zaman Faiq Nazimə söz atmış, ancaq nə dediyini xatırlamır. Faiqin yanında, sonradan tanıdığı Aqşin və Mehman olmuş, Nazim Faiqə tərəf çönərək ona nəsə dediyini soruşmuş, sonuncu isə niyə sözü özünə götürdüyünü demiş, Nazim isə onlara baxaraq nəsə söz dediyini buna görə onarla olduğunu bildirmişdir. Bu zaman Mehman Nazimin qoluna girərək kənara çəkmək istəmiş, sonuncu getməyərək Faiqin yanma qayıtmış və nə olduğunu soruşmuş, Faiq əl və qolla danışmağa başlamış, Nazim isə xx.xx.2023-cü il tarixdə ona əmi dediyini, indi əl- qol hərəkətləri ilə danışdığını demişdir. Bu zaman Mehman anidən Nazimin sağ sifət nahiyəsindən vurmuş, Nazim sol qolu üzərində yerə yıxılmış, həmin vaxt o, Nazimi yerdən qaldırmaq istəmiş, bu zaman əyilmiş vəziyyətdə olmuş, həmin vaxt Faiq dizi ilə onun sağ gözündən bir dəfə vurmuş, o, arxaya yıxılmış, bundan sonra sağ gözünün görmədiyini hiss etmiş, Nazimlə yerdə olmuşlar. Bundan sonra Mehman, Faiq və Aqşin, Nazimi yumruq və təpiklə vurmağa başlamışlar, yaranmış səs-küyə arvadı Gülayə həyətə düşərək onlara tərəf qaçaraq yaxınlaşmış, sonuncu polisə xəbər edəcəyini qışqıraraq onları aralaşdırmağa çalışmış, həmin vaxt Faiq, Gülayə yə də xəsarət yetirmişdir. Bundan sonra Aqşin, Mehman və Faiq avtomobilə minərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində hadisə zamanı ucadan səs-küy olduğunu, ətrafa çoxlu sayda insanların toplaşdığını, həmin vaxt tonqalın kənarında çoxlu sayda adam olduğundan hadisəyə toplaşdıqlarını, yaranmış səs-küyü arvadının evdən eşidərək hadisəyə düşdüyünü, gözünə dizi ilə Faiqin xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxslərdən ikisi onun məhəllə uşaqlarıdır. Təqsirləndirilən şəxs2ı isə hadisə ilə əlaqədar tanımışdır. Zərərçəkmiş şəxs1 dediyi kimi Çərşənbə bayramı idi. Onlar rayondan gəlmiş və anasını yoxlamağa getmişlər. Hadisədən qabaq Faiq ilə Ədalətin arasında anlaşılmazlıq olmuşdur. Özləri söhbət etmiş və məsələni bağlamışlar. O, Ədalətlə tonqalın yanından keçəndə təqsirləndirilən şəxslər onlara söz atmışlar. Nə dediklərini o, bilməmişdir. O geri qayıdaraq onlardan nəyə görə söz atdıqlarını soruşmuşdur. Tonqalın ətrafında başqa uşaqlar da olmuşdur. Onların ətrafından keçən zaman onlardan başqa kimsə onların ətrafından keçməmişdir. Ondan sonra o, Faiqlə danışmışdır. Həmin vaxt özü və Ədalət bir az içkili olmuşlar. Onlar yerə yıxılmışlar. Onun qolu çıxmışdır. Ondan sonra Ədalət onu ayırmağa gələndə kimsə Ədaləti gözündən vurmuşdur. Onu da yan tərəfdən vurmuşlar və qaşından qan gəlmişdir. Onun qoluna Mehman girmişdir. Mehman onunla üzbəüz dayanmamışdır. Mehman qoluna girəndə ona digər tərəfə keçməsini söyləmişdir. O, Mehmanın qolundan çıxmış və Faiqin yanına gəlmişdir. Onunla dava etmək fikri olmamışdır. Onu qəfil kimsə vurmuşdur. Kimin vurduğunu görməmişdir. Ədaləti kimin vurduğunu da görməmişdir. Səsküy düşdükdən sonra təqsirləndirilən şəxslər çıxıb getmişlər. Faiqin üstünə götürməsi məsələsini bilməmişdir. Faiq orada şəxsin gözündən vurduğunu demişdir. Dizi və ya yumruqla vurması məsələsini bilməmişdir. Hadisədən sonra xəstəxanaya getmişlər. Bir neçə gün sonra da xəstəxanadan çıxmış və izahat verməyə getmişlər. Onu Faiq vurmamışdır. O, Aqşinin orada olmasını hadisədən sonra bilmişdir. Onların kimisə vurmağa halları olmamışdır. Eşitdiyinə görə Aqşin ora sonradan gəlmişdir. Müstəntiq ondan “ səni kim vurmuşdur?” deyə soruşanda o, görmədiyini bildirmiş, müstəntiq Mehman ola bilrəmi? sualını verdikdən sonra isə “ola bilər ki, məni Mehman vurmuşdur” ifadəsini işlətmişdir. Onu vuran şəxsin Faiq olmadığını bildirmişdir. Yazdığı ifadəni təsdiq etmişdir. Müstəntiq ifadələri alandan sonra dediyinə əsasən demişdir ki, o vurmuşdur. Müstəntiq özü yazmışdır. O, şikayətçi deyil. Belə görünür ki, onu həqiqətən də Mehman vurmuşdur. Ədalət və Faiq Mehmanın vurduğunu demişlər. O, şahidlərdən eşitmişdir. 102yə yığandan sonra təqsirləndirilən şəxslər avtomobilə minərək uzaqlaşmışlar. Hadisə yerində qardaşı olmuşdur. Ədalətin yoldaşı orada olmamışdır. Qonşuların hadisəni görmək ehtimalı vardır. Yüksək səslə nalayiq ifadələr işlədilməmişdir. Ədaləti vuranla barışmamışdır. Digər iki şəxslə barışmışdır. Faiqin atası zəng edib onlarla maraqlanmışdır. Qalan şəxslərdən heç kim maraqlanmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qiyabi tanıyır, sonuncular qonşuluğunda yaşayırlar. Zərərçəkmiş şəxs1 onun qayınıdır. Ədalət, Xaçmaz rayonunda yaşayır. 12 fevral 2023-cü il tarixdə Ədalət, qardaşı Əkrəm və Əkrəmin yeznəsi Həci onlara qonaq gəlmişlər. Bir qədər spirtli içki içərək yemək yemişlər, axşam saatlarında Ədalət və Həci aşağıya hava almaq üçün düşmüş, bir neçə dəqiqə sonra aşağıdan səs gəldiyini eşitmiş və o da aşağıya düşmüşdür. Həmin vaxt Faiqlə Ədalətin söhbət etdiyini görmüş, bilmişdir ki, Həci özünü saxlaya bilməmiş və binanın arxasına kiçik bayıra çıxmış, bu zaman Faiq onu görmüş və irad bildirmişdir. O isə Faiqə Həcinin qazi olduğunu, xəstə olduğundan özünü saxlaya bilmədiyini demiş, bundan sonra Həci də üzr istəmiş və onlar ayrılmışlar. Həmin gün heç bir hadisə baş verməmişdir. 28 fevral 2023-cü il tarixdə o, Ədalətlə bir yerdə Sumqayıt şəhəri, 41-ci məhəllə, 4 nömrəli yataqxanaya anasının yanma getmiş, Ədalətin arvadı Gülayə də anasının yanında olmuşdur. Çərşənbə axşamı olduğundan yataqxanam qarşısında tonqal qalanmış, tonqalın ətrafında çoxlu sayda insanlar olmuş, saat təxminən 22 radələri olmuş, onlar tonqalın yanından keçən zaman Faiq söz atmış, amma nə dediyini xatırlamır. Faiqin yanında, Aqşin və Mehman olmuş, o, Faiq tərəfə çönərək nəsə dediyini soruşmuş, sonuncu isə niyə sözü özünə götürdüyünü demiş, o isə onlara baxaraq nəsə söz dediyini buna görə onunla olduğunu bildirmişdir. Bu zaman Mehman onun qoluna girərək kənara çəkmək istəmiş, o, getməyib Faiqin yanına qayıdaraq nə olduğunu soruşmuş, sonuncu əl və qolla danışmağa başlamış, o, xx.xx.2023-cü il tarixdə ona əmi dediyini, indi əl-qol hərəkətləri ilə danışdığını demişdir. Bu zaman Mehman anidən onun sağ sifət nahiyəsindən vurmuş, o, sol qolu üzərində yerə yıxılmış, həmin vaxt Ədalət onu yerdən qaldırmaq istəmiş, bu zaman Faiq dizi ilə Ədalətin baş nahiyəsindən vurmuş, o, yerdə olan zaman Aqşin və Faiq birlikdə onu vurmağa başlamışlar. Aqşin və Faiq onun sağ göz nahiyəsindən vurmuşlar. Yaranmış səs-küyə Ədalətin arvadı Gülayə həyətə düşmüş, sonuncu polisə xəbər edəcəyini qışqıraraq onları aralaşdırmağa çalışmış, həmin vaxt Faiq Gülayəni də vurmuşdur. Bundan sonra Aqşin, Mehman və Faiq avtomobilə minərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində zamanı ucadan səs-küy olduğunu, ətrafa çoxlu sayda insanların toplaşdıqlarını, həmin vaxt tonqalın kənarında çoxlu sayda adam olduğundan hadisəyə toplaşdıqlarını, yaranmış səs-küyü Gülayənin evdən eşidib aşağıya düşdüyünü, hadisəyə tonqalın kənarında olan çoxlu sayda məhəllə sakinlərinin şahidlik etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə bağlı tanımışdır. Onlar hamısı bir yerdən gəlirmiş. O, baldızı ilə bir yerdə yuxarıya çıxmışdır. Balkondan baxanda onların gəldiyini görmüşdür. O, hadisəyə baxmış və yoldaşını səsləyərək məsələyə qarışmamasını demişdir. Birdən davanın başladığının şahidi olmuşdur. O aşağı düşəndə şəxslər yoldaşının üstündə olmuşlar. O, hadisəni görəndə onlar artıq yoldaşının gözünə vurmuşlar. Fakt yoldaşının üstündə Aqşinlə Faiqi görmüşdür. O, hətta şəxsin saçından tutub kənara atmaq istəmişdir. Həmin vaxt yoldaşının gözündən qan axmışdır. O, 102-yə zəng edib onları şikayət edəcəyini demişdir. Ondan sonra onlar Aqşinin avtomobilinə minib qaçmışlar. Ondan sonra 102 xidmətinə zəng vurmuşdur. O, yoldaşını onlardan ayıranda Faiq ona dirsəyi ilə vurmuşdur. Yoldaşını daha sonra xəstəxanaya aparmışlar. Yoldaşını xəstəxanaya özü aparmışdır. Onlar tərəfdən heç kim gəlməmişdir. Yoldaşı həmin vaxt özündə olmadığı üçün danışa bilməmişdir. İki gün sonra yoldaşı özünə gəlmişdir. Yoldaşının yanında müstəntiq gələnə kimi ancaq həkimlər olmuşdur. Yoldaşı ona onu vuranın Mehman olduğunu demişdir. Yoldaşından soruşmamış oraya polis gəlmişdir. Yoldaşı polisə onu Mehmanın vurduğunu bildirmişdir. O faktiki olaraq Təqsirləndirilən şəxs3 yoldaşının üstündən ayırmışdır. Tonqal ətrafa işıq salmışdır. O, hadisədə onu görmüşdür. O şəxsən yoldaşını kimin vurduğunu görməmişdir. İstintaqa verdiyi ifadənsini xatırlamamışdır. İfadəsinin düzgün olduğunu bildirmişdir. Həmin vaxtı o, fikrini ifadə edə bilməmişdir. İfadəsini oxumadan imzalamışdır. Heç kim ona istiqamət verməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, 28 fevral 2023-cü il tarixdə, saat 22 radələrində eyvandan baxan zaman əri Ədalətin, baldızının əri Nazimin evə gəldiklərini görmüş, onlar tonqalın kənarına çatan zaman dayanmışlar. Sonradan bilmişdir ki, məhəllə adamı kimi tanıdığı Faiq Nazimə söz atmış, sonuncu və Ədalət onlara, yəni Aqşin, Mehman və Faiqə yaxınlaşmışlar. Onlar söhbət edən zaman Mehman Nazimi vurmuş, bundan sonra əri Ədalət, Nazimi yerdən qaldırmaq istəyən zaman Faiq dizi ilə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt Ədalət də yıxılmış, bundan sonra evdən qaçaraq məhəlləyə, tonqalın ətrafına düşmüş, Mehman, Faiq və Aqşin, Nazim döymüş, onları ayırmaq istəyən zaman Faiq onun sol sinə nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər yığılışaraq onları ayırmışlar. Daha sonra Aqşin, Faiq və Mehman avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində hadisə zamanı ucadan səs-küy olduğunu, ətrafa çoxlu sayda insanların toplaşdıqlarını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qardaşıdır. Ona hadisə olub bitdikdən sonra məlumat vermişlər. O gələndə qardaşını və digər zərərçəkmiş şəxs Ədaləti orada görmüşdür. Qardaşı gözündın xəsarət almışdır. Qolu da çıxmışdır. Zərərçəkmiş şəxs1 də onun qohumudur. Onu xəsatəxanaya özü aparmışdır. Ora çatanda Ədalətin vəziyyəti yaxşı deyildi. Bayram günü idi. Onlar evdə yeyib-içmişlər. Onlardan gedəndən 15 dəqiqə sonra həmin hadisə baş vermişdir. Həm özü, həm də onlar içkili vəziyyətdə olmuşlar. Ədalət danışa bilməmişdir. Gülayə Ədalətin yoldaşıdır. Həmin şəxs təzə əməliyyatdan çıxmışdır. Onun xəsarət almasının şahidi olmamışdır. Gözlə görünən xəsarəti yox idi. Təqsirləndirilən şəxs2ı hadisədən sonra tanımışdır. Hadisə vaxtı onu orada görməmişdir. Təqsirləndirilən şəxs3 da əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs1 Müşviq oğlunu tanımışdır. Hadisə yerində heç kim yox idi. O, həyətə gəlib çatandan sonra orada şəxslər çox olmuşdur. İfadəsini oxumamışdır. İfadəsini müstəntiq oxumuş, o da imzalamışdır. İfadəsi düzgündür. İstintaq zamanı verdiyi ifadənsini təsdiq etmişdir. Sərbəst ifadə vermişdir. Ora çatandan sonra orada olanlar onların qara Niva markalı avtomobilə minərək getdiklərini demişlər. O gələnə kimi 102 xidmətinə zəng olunmuşdur. O, 102 xidməti ilə danışmış və eşitdiklərini demişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 ifadəsində göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə çərşənbə bayramı münasibəti ilə əlaqədar 4 nömrəli yataqxananın qarşısında tonqal qalanmış, həmin vaxt bütün ətrafda olan sakinlər həmin tonqalın kənarına toplaşıb bayramı qeyd etmişlər. O da tonqalın kənarından keçmiş, bu zaman orada bir neçə nəfər şəxsin dava etdiklərini görmüş, həmin vaxt səs-küy başlamış və orada olan şəxslərin bəziləri səs- küyə görə tonqalın kənarından dağılışmış, bəzi şəxslər isə toplaşıb onlara baxmışdır. O da dava- dalaş olduğunu görərək oradan uzaqlaşmışdır. Şahid2 həmçinin ifadəsində hava qaranlıq olduğundan dava-dalaş edənlərin kim olduqlarını bilmədiyini bilmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış şahid X10 ifadəsində göstərmişdir ki, əvvəllər Sumqayıt şəhəri, 41-ci məhəllədə yaşamış, orada çox yaşadığından çox vaxt həmin məhəllədə olmuş, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında 4 nömrəli yataqxananın qarşısında çərşənbə bayramı ilə əlaqədar olaraq tonqal qalanmış, həmin vaxt o da bayrama görə həmin tonqalın kənarında olmuş, tonqalın kənarında demək olar ki, bütün məhəllə sakinləri toplaşmış, saat təxminən 22 radələrində 3 nəfər cavan oğlanın 2 nəfər orta yaşlı şəxsi döydüklərini və dava olduğunu görmüşdür. Bu zaman səs-ktiy olmuş və camaat oraya toplaşmış, həmin dava-dalaş təxminən 10 dəqiqə davam etmiş, bundan sonra həmin 3 nəfər cavan oğlanlar niva markalı avtomobilə əyləşib oradan getmişlər. Həmin vaxt digər şəxslər yerdə olmuş və camaat ətrafına toplaşmış, dava-dalaş başlayan zaman bəzi insanlar dağılışmış, o da bundan sonra avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt hava qaranlıq olduğundan kimin-kimi haradan vurduğunu dəqiq görməmiş, sonradan Mehman, Faiq və Aqşin adlı şəxslərin orada olan Ədalət, Nazim və Gülayə adlı şəxslərə xəsarət yetirdiklərini eşitmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında 4 nömrəli yataqxananın qarşısında çərşənbə bayramı ilə əlaqədar olaraq tonqal qalanmış, həmin vaxt o da bayrama görə həmin tonqalın kənarında olmuş, tonqalın kənarında demək olar ki, bütün məhəllə sakinləri toplaşmışdır. Saat təxminən 22 radələrində 3 nəfər cavan oğlanın 2 nəfər orta yaşlı şəxsi döydüklərini və dava olduğunu görmüş, bu zaman səs-küy olmuş və camaat ora-bura qaçmağa başlamış, həmin vaxt yaranış səs-küyə ətrafa digər şəxslər də toplaşmış, təxminən 10 dəqiqə sonra ətrafdakı şəxslərin köməyi ilə dava- dalaş qurtarmışdır. Belə ki, 3 nəfər cavan oğlan Niva markalı avtomobilə əyləşib qaçmış, həmin vaxt 2 nəfər şəxsin yerdə uzanıqlı olduğunu görmüş, bundan sonra təcili tibbi yardım avtomobili gəlmiş və onları xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, Mehman, Faiq və Aqşin adlı şəxslər orada olan Ədalət, Nazim və Gülayə adlı şəxslərə xəsarət yetirmişlər. Şahid3 həmçinin ifadəsində hadisə zamanı qaranlıq olduğundan kimin kimə xəsarət yetirdiyini görmədiyini, ancaq Nivaya minib gedən uşaqların digərlərini döydüklərinin şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 263 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sağ qaşüsta nahiyyənin yarası, sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sol dirsək oynağının qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, dərəcəsinə görə sağ qaşüsta nahiyyənin yarası, sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol dirsək oynağının qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü İl tarixə uyğun gələ bilər. Məhkəmə-tibbİ ekspertizasının 07 aprel 2023-cü il tarixli, 343 nömrəli rəyinə əsasən müəyyən olunur ki, X3 bədəni üzərində döş qəfəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yumruq zərbəsi nəticəsində əmələ gələ bilər və sağlamlığa zəzərvuramayn xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2023-cü il tarixli, 330 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ paraorbital hematoma, sağ göz almasının travması, total lifema, OD-skleranın rupturası, daxili qişaların xaric olması, sağ gözdə görmə itiliyinin pozulması xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsindən göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Suqmayıt şəhər TTYX-na daxil olduğu vatxdan bir qdəər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsiə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 11 may 2023-cü il tarixli, 657 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 917 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının 16 iyun 2023-cü il tarixli, 928 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza 01 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən müəyyən oluinur ki, Təqsirləndirilən şəxs1 3 il müddətə azadlıqdan əhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzaya şərti olaraq məhkum edilməklə 1 il müddətə sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistiq İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilmiş və saat 13:00-da Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə 3-cü polis bölməsinə gətirilmiş və saat 15:30-da Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixdə qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il qərara əsasən Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və saat 18:30-da X8 azad edilmişdir. xx.xx.2023-cü il qərara əsasən Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və saat 19:00-da X8 azad edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirmədiyini, həmin xəsarətin kim tərəfindən zərərçəkmiş şəxsə yetirildiyini görmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan mövqeyinə qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri araşdırarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi izahatlarında və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs1la dalaşdığını onu yumruqla 2-3 dəfə vurduğunu və onun zərbələrindən sonra zərərçəkmiş şəxsin boşalaraq onu buarxdığını bildirmişdir. Həmçinin digər zərərçəkmiş şəxslərin onun Zərərçəkmiş şəxs1 dizi ilə vurması barədə istintaqda verilmiş suala hadisənin özünün dediyi kimi yəni ona bir neçə yumruq zərbəsi vurduğunu deməklə cavab vermişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqın əvvəlindən zərərçəkmiş şəxsin mövqeyi ilə razılaşmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 kim tərəfindən vurulduğunu görmədiyini bildirmişdir. Bunan əksinə təqsirlədirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaqın əvvəlindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 xəsarət yetirdiyini göstərmişdir. Bundan başqa hadisənin iştirakçısı olan bütün şəxslər X12 Rəhimovla, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3la dalaşdığını bildirmişlər. Bu hissədə cinayət işinin materiallarına əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidia istintaqın əvvəlindən hüquqları təmin olunmuş bütün istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmişdir. Həmçinin xx.xx.2023cü il tarixindən etibarən təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqları onun özünün seçdiyi müqavilə üzrə vəkili vasitəsilə həyata keçirilmişdir. Lakin buna baxmayaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqın yekunlaşması ilə əlaqədar olaraq cinayət işinin materialları ilə tanış olarkən xx.xx.2023-cü il tarixli protokola yazdığı qeydə ittihamı qəbul etmədiyini, zərərşəkmiş Zərərçəkmiş şəxs1 gözündən dizi ilə vurmadığını, qeyd olunanların ona qarşı böhtan və şər olduğunu bildirsə də həmin hadisənin təqsirləndirilən Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini bildirməmişdir. Bütün qeyd olunanların əsasında zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı vedikləri ifadələrinin ziddinə zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs2 xəsarət yetirdiyini bildirmələrinə məhkəmə qiymət verməyi əsaslı hesab edir. Belə ki, zərərçəkmiş şəxslər ibtidai istintaqın əvvəlindən yəni izahatlarından başlayaraq, zərərçəkmiş şəxs qismində verdikləri və təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Aqşin Məmmədli ilə üzləşdirildikləri ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağır xəsarəti gözünə dizi ilə vurmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs1 yetirdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd olunan ziddiyyəti ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünün zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirməsini israrla bildirdiyini əsas gətirərək o cür ifadə verdiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün hər hansı bir əməli etiraf etməsi zərərçəkmiş şəxsin belə olmadığı halda bu halı qəbul etməsi üçün əsas deyildir. Nəzərə alsaq ki, həqiqəti söyləmək zərərçəkmiş şəxsin birbaşa cinayət məsuliyyətinə dair xəbərdar olunmaqla vəzifəsidir, bu halda zərərçəkmiş şəxslərin yaranmış ziddiyəti bu cür izah etmələri ağlabatan deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2la üzləşdirilmişdir. Lakin həmin üzləşmə zamanıda ona xəsarətin məhz Təqsirləndirilən şəxs2 tərəfindən yetirilməsini bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı, verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyii ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X11 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri, Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 və Akşin Əhmədzadənin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ibtidia istintaq zamanı verdikləri ifadələri və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 221.2.1-ci maddəsi və X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 həmin məcəllənin 221.2.1-ci maddəsi və X5 həmin məcəllənin 221.2.1-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X5 və Təqsirləndirilən şəxs1 cəzalarını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət işinin materialarında olan hökmdən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 hazırda araşdırılan cinayə əməlini törətməzdən əvvəl az ağır cinayət əməli törətmişdir və həmin əməlinə görə məhkumluğu ödənilmədən yanidən cinayət törətmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində residivin olmasını onun cəzasını ağırlaşdıran hal müəyyən edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onların hər birinin təqsirləndirildikləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi həmin məcəllənin 126.2.4-cü maddəsinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixdə qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilmiş, saat 13:00-da Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2023-cü il qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və sat 18:30-da X8 azad edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə 3-cü polis bölməsinə gətirilmiş, saat 15:30-da Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2023-cü il qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və sat 19:00-da X8 azad edilmişdir. Qeyd olunan qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və X5 azadlığı 24 saatdan artıq məhdudlaşdırılmışdır. Odur ki, hər iki təqsirləndirilən şəxsə münasibətdə saxlanıldıqları müddətlər iki gün kimi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 və X11 barələrində seçilmiş «polisin nəzarəti altma vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, onlar məhkəmə zalından dərhal həbs edilməli və cəzalarını çəkmələrinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Müşviq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Müşviq oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan 02 (iki) gün həbsdə saxlama müddəti çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan 02 (iki) gün həbsdə saxlama müddəti çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar