Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-295/2023 07.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs arvadı Şahid3 tanışı Zərərçəkmiş şəxs söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışdığı üçün, habelə Zərərçəkmiş şəxs arvadına qarşı etdiyi hərəkətinə görə onu cəzalandırmaq qərarına gəlib Zərərçəkmiş şəxslə bu məsələni aydınlaşdırmaq və onu qəsdən öldürməklə qisas almaq məqsədilə 06 avqust 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı, soyuq silah hesab edilməyən cib bıçağını və istintaqla müəyyən edilməsi mümkün olmayan dəmir parçasını götürüb cibində gizlətmiş və Elnurun bərbər işlədiyinə görə saçını kəsdirmək istədiyini bəhanə edib onunla Abşeron rayonu Mehdiabad qəsəbəsi “Gənclər şəhərciyi” yaşayış kompleksi 2 saylı binanın qarşısında görüşərək aralarında olan narazılığı başqa şəxslərə yayanın ünvanına nalayiq söyüşlər söyüb, bundan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirib, əvvəlcə üzərində olan dəmir alətlə, daha sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə, o cümlədən həyat əhəmiyyətli orqanların yerləşdiyi döş qəfəsinə 1 dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “başın sol gicgah nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 1 ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” xəsarətlərini yetirsə də sonuncuya vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini başa çatdıra bilməməklə, onu qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə əvvəldən aralarında mübahisə olmuşdur. Sözügedən hadisədən 1-2 gün əvvəl yol ilə gedəndə Zərərçəkmiş şəxs xoşa gəlməyən bir neçə ifadə eşitmişdir. Ona həmin an reaksiya vermək istəsə də, yanında olan şəxslər buna imkan verməmiş və o da həmin an heç bir şey etməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs zəng etmiş və görüşməyi təklif etmiş, onu narahat edən məsələni demişdir. Görüşmüş, aralarında söyüş olmuş, dalaşmışdırlar. Birinci Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirmiş, Zərərçəkmiş şəxs bıçaq çıxaran zaman o, da bıçaq çıxarıb ona xəsarət yetirmişdir. Elnuru bıçaqlamaq niyyəti olmayıb deyə, ilk olaraq baş nahiyəsinə bıçağın arxa hissəsi ilə xəsarət yetirmişdir. Daha sonra Elnur cibindən bıçaq çıxardığı üçün onunla dalaşmış, bıçaqla xəsarət yetirmişdir. Onun üzərində gəzdirmiş olduğu bıçaq süni bıçaq olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs arvadı Şahid3 işdən çıxanda ona yaxınlaşdığını və ona söz deməyə çalışdığını görmüşdür. Həmin an Elnurdan nə baş verdiyini soruşsa da ona heç nəyin düşündüyü kimi olmadığını demişdir. O, arvadından Elnurun ona nə dediyini soruşduqda isə, sonuncu ona elə bir şey olmadığını bildirmişdir. Tanımadığı bir şəxsdən eşitmişdir ki, Elnur onun haqqında alçaldıcı ifadələr işlədib. O, da Elnuru məsələni aydınlaşdırmaq üçün çağırmışdır. Gecə vaxtı olmuşdur. Aralarında mübahisə yaranmış, münaqişə etmişdirlər. O, da xəsarət yetirmişdir. Bıçaq üzərində olmuşdur. Bıçağın arxası ilə Elnura xəsarət yetirmişdir. Elnuru bıçaqla neçə dəfə vurduğu yadında deyil. O, hiss eləmişdir ki, Elnur da bıçaq çıxarmış, əli kəsilmiş, özündə olmamışdır. Ona görə o da, bir bıçaq zərbəsi ilə kifayətlənməmişdir. Əlində xəsarət olmuşdur. Əli bıçaqla kəsilmişdir. Görüşü təyin edən o olmuşdur. Görüş təyin edəndə axşam vaxtı olmuşdur. Dəqiq vaxt yadında olmamışdır. Telefon zəngində onunla işinin olduğunu deyib onu çağırmışdır. Hadisə baş verərkən ətrafda heç kəs olmamışdır. Onları heç kəs görməmişdir. Elnuru bıçaqlayandan sonra öz nömrəsi ilə zəng eləyərək təcili tibbi yardımı çağırmış, sonra da "102" Zəng Xidmətinə hadisə barədə məlumat vermişdir. Hal-hazırda zərərçəkən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onlar dalaşan zaman ətrafda heç kəs olmamışdır. Sonradan adamlar gəlmişdirlər. Kənardan heç kəs onları ayırmamışdır. O özü Zərərçəkmiş şəxs aralanmışdır. Elnurdan aralananda əlində bıçaq olmuşdur. Elnurdan aralanan zaman ona xəsarət yetirmək imkanı olsa da, xəsarət yetirməmişdir. Hər ikisi də körpə övladları olduğu üçün Elnura daha çox xəsarət yetirmək imkanı olduğu halda xəsarət yetirməmişdir. Elnur ona bıçaqla xəsarət yetirmək istəyən zaman bıçağı tutmuş, bıçaq sürüşmüşdür. Onun bıçağı yerə düşmüş, bıçağı götürən zaman əli yaralanmışdır. Elnurun əlində bıçaq olmuşdur. İlk zərbəni kimin vurduğunu xatırlamamışdır. Onlar aralanan zaman Elnur ayaq üstə olmuşdur. Hiss etmişdir ki, çox yaralamışdır. Onun bıçağı balaca olmuş və onun məqsədi Elnuru öldürmək olmamışdır. Ona nəysə olacağından narahat olmuşdur, "103" ə zəng etmiş, sonra da "102" xidmətinə zəng etmişdir. Çölə çıxdıqda görmüşdür ki, insanlar ətrafa toplaşıb. Daha sonra polis əməkdaşları gəlib onu tutmuşdurlar. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü işdən gəlib evdə oturmuşdur. Gecə saat 12 radələri olmuşdur. Fuad ona saç kəsdirmək üçün zəng etmişdir. O özü bərbər işləmiş və adətən saat 10-dan sonra heç vaxt işləməmişdir. Bu barədə ətrafda hamı bilmişdir. Fuad zəng vuraraq onu çağırmış, o, da aşağı düşmüşdür. Zəng edən şəxsin səsindən Fuad olduğunu təxmin edə bilmişdir. Fuad onu çağıran zaman da o, heç nədən şübhələnməyərək aşağı düşmüşdür. Çünki onun Fuadla əvvəllər hər hansı mübahisəsi və ya münaqişəsi olmamışdır. Fuad onu qırağa çəkib arvadına yaxınlaşıb nə söz dediyini soruşub, o da ona tanış olduqlarını, yerli olduqlarını, onun anladığı kimi bir şeyin mümkün olmadığını demişdir. Bundan sonra Fuad da ona heç bir irad bildirməyib yanından uzaqlaşmışdır. Hadisə günü Fuad saç qırxdırmaq adı ilə ona zəng edib aşağı çağırdıqdan sonra, aşağı düşüb evinin yanındakı mağazaya tərəf gəlmişdir. Mağazaya çatdıqdan sonra Fuad ona ilkin zərbəni endirmişdir. Münaqişə zamanı bıçaq ona necə dəydiyini bilməmişdir. Hadisə gecə vaxtı baş verdiyindən də ətrafda heç kim olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Fuadın arvadı ilə bağlı aralarındakı mübahisə çoxdan, iki il yarım-üç il əvvəl baş vermişdir. Onlar müdirə aylıq kirayə haqqını verməli imişlər, o da onların binasının yaxınlığında yaşamışdır. Müdirə demişdir ki, yaşadığı binanın yaxınlığına gəlsin, pulu orada ona versin. Orada da dümdüz yol olmuşdur. Binaya çatdıqda anası yuxarıdan pulu ona atmış, o, da pulu müdirə verib iş yerinə getmişdir. O, həmin vaxt Fuadın arvadının arxasıyca düşməmişdir. Bu məsələdən sonra Fuadla münasibətləri normal olmuş, bir-birilə salamlaşmış, hal-əhval tutmuşdurlar. Fuad ona saç qırxdırmaq adı ilə zəng edib və aşağı çağırmışdır. O onun danışığında şübhəli nəsə sezməmişdir. Fuadın yanına gedəndə ilk zərbəni Fuad vurmuşdur. Əlbəyaxa olmuş və Fuad bıçaq çıxartmışdır. Bıçaq çıxarmasından sonra heç nə yadında olmamışdır. Münaqişədən sonra onların yanına demək olar bütün məhəllə yığışmışdır. İnsanlar toplaşarkən onlar artıq aralaşmışdırlar. O, aralanandan sonra bədənində ağrılar hiss etmişdir. Bıçaq zərbələri endirərkən Fuad ona heç nə deməmişdir. Hal-hazırda barışmışdır. Şikayətçi deyil. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman ətrafda heç kəs olmamışdır. Hər yer demək olar ki, bağlı olmuşdur. Hadisənin nə qədər davam etdiyini dəqiq bilməmişdir. Onları heç kəs ayırmamışdır. Münaqişə bitəndə o, ayaq üstə olmuşdur. Binalarına tərəf gedəndə sağ döş qəfəsindən ağrı hiss etmişdir. Həmin vaxt orada ürəyi bulanmışdır. Xəsarət almağının fərqinə varmadığından qan itirmişdir. Daha sonra huşu getmişdir. Hadisə olduqdan sonra Fuadın əlindəki bıçağın necə oldu bilməmişdir. Aralanandan sonra Fuad evə tərəf getmişdir. Hadisə zamanı sağ döş qəfəsindən, ağ ciyərindən, kürəyindən zədə almışdır. Həyat üçün təhlükəli xəsarətlərdən birini qol nahiyəsindən almışdır. Qol bağları qırılıb deyə, əməliyyat olunacaqdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Fuadın onun başına nə ilə vurduğunu bilməmişdir. Başında iki tikiş var. Münaqişə vaxtı üzərində bıçaq olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, belə ki, o, bərbərlik fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs və onun atası Şahid2 saçlarını kəsmək üçün həmişə onun yanına gəlmiş, Fuadla arasında heç bir şəxsi qərəzlik və düşmənçilik olmamışdır. Təxminən 2 il öncə Fuadın arvadı bağçada işləyən zaman işdən çıxıb evə getmiş, onların ikisinin də yaşadıqları evə gedən yol vahid pilləkəndən keçdiyi üçün ikisi də məcburən eyni yol ilə getməli olmuş, həmin yolla evinə gedən zaman Fuadın arvadı da işdən çıxıb evinə getmiş, Fuad isə kənardan onların xəbəri olmadan arvadına və ona baxmışdır. Fuadın arvadının yanından ötüb öz evinə getmiş, ona yaxınlaşmamış və heç bir söz deməmiş, Fuad isə kənardan bu mənzərəni görüb özlüyündə qısqanclıq hissi yarandığı üçün guya onun arvadına yaxınlaşmaq və tanış olmaq istəməsini güman etmiş, əslində isə o baş verən proseslərdən heç bir məlumatı olmamışdır. İşdə olan zaman Fuad iş yerinə gəlib onu kənara çəkərək niyə həyat yoldaşına yaxınlaşmaq istədiyini soruşmuş, o isə ona onun həyat yoldaşına yaxınlaşmadığını və sataşmadığını, bir söz belə demədiyini, onun həyat yoldaşına öz bacısı kimi yanaşdığını, namaz qılıb ibadət etdiyi üçün bu cür hərəkətlərin ona xas olmadığını bildirmişdir. Fuad aralarında yaranmış bu söhbətlərdən sonra çıxıb getmiş və ona bu söhbət barədə heç kimin bilməməsini demiş, o da bu barədə heç kimə heç nə deməmişdir. 06 avqust 2022-ci il tarixdə təxminən saat 23:50 radələrində Fuad ona zəng vuraraq sabah toya gedəcəyini və saçını kəsdirmək istədiyini bildirmiş, həm məhərrəmlik ayı, həm də artıq gecə saat 23:50 radələri olduğu üçün Fuadın onu ələ saldığını düşünüb ona bu vaxtı işləmədiyini və gec olduğunu desə də, Fuad ona məhəl qoymayaraq təkid edərək onun saçını qırxmalı olduğunu bildirmiş və telefonda onunla səsinin tonunu qaldıraraq danışmış, o, da Fuadla danışmaq üçün aşağı düşmüşdür. Fuada yaxınlaşan zaman Fuad heç bir söz demədən əlindəki dəmir parçası ilə onun baş nahiyəsinə vurmuş, bu zaman özünü müdafiə etməyə çalışsa da, buna nail ola bilməmiş, Fuad cibindən bıçaq çıxararaq onu vurmağa başlamışdır. Qolundan artıq qan axdığını gördüyü üçün qaçmaq istəmiş, lakin Fuad ona imkan verməyərək ardıcıl bıçaq zərbələri ilə onu vurmağa davam etmiş, qaçmaq istəsə də, Fuad ona imkan verməyib qışqıraraq onu öldürəcəyini demişdir. Qaçmaq istəyən zaman Fuad bıçaqla onun sol kürək nahiyəsindən vurmuş, ətrafdakı insanların hadisə yerinə gəlməsindən, yaranmış səs-küydən və Fuadın başının qarışmasından istifadə edib hadisə yerindən uzaqlaşmış, orada olan tanımadığı şəxslər onu avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Həmin vaxt üst-başı qan içində olmuş, daxilində çox ağrılar hiss etmiş və nəfəs almaqda çətinlik çəkmiş, Bakı şəhəri 5 saylı X8 əməliyyat olunmuş, əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada qalmış, xəstəxanadan çıxdıqdan bu günə kimi ağ ciyərində ağrılar olmuş, nəfəs almağı çətinləşmiş, buna səbəb Fuadın ona vurduğu bıçaq zərbələrindən birinin daxilə keçərək ağ ciyərini zədələməsi olmuşdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı əlində bıçaq olmamış, bıçaq Fuadın üzərində gəzdirdiyi bıçaq olmuş, öz üzərində isə hər hansı bir əşya olmamışdır. Fuadla aralarında olan dava və bıçaqlanması təxminən 10 dəqiqə davam etmiş, Fuadın yanına gələn zaman ətrafda heç kəs olmamış, daha sonra Fuad bıçaqla vurmağa başlayanda onu öldürəcəyini yüksək səslə qışqırmış, Fuadın qışqırığına ətrafda yaşayan adamlar gəlmiş, lakin həmin şəxslərin adlarını bilməmişdir. Fuadın onun başına vurduğu dəmir parçasının nə olduğunu görməmiş, hadisə vaxtı bıçaqla vurulduğunu ilkin olaraq çiyninə zərbə endiriləndə hiss etməmiş, lakin üzərində qanaxmanı və qan ləkələrini gördükdə Fuadın onu bıçaqla bir neçə dəfə vurduğunu anlamış, həmçinin xəstəxanaya aparılan zaman qabırğalarında ağrıları olmuş və böyründən qan axmışdır. Fuaddan şikayətçi olduğunu, əsassız qısqanclığı üçün onu bıçaqladığı və öldürmək istəməsinə görə törətdiyi cinayətə qanun qarşısında cavab verməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman gecə növbəsində işdə olmuşdur. Ona evə gəlməyi üçün zəng vurmuşdurlar. Birinci zəng edən Fuad olmuşdur. O, işdə olduğundan növbədən çıxıb səhər evə gələcəyini demişdir. Əvvəl evə gəlmək istəməsə də, polislər zəng edib vəziyyəti açıqlayandan sonra evə gəlmişdir. O, evə gələndə evdə polis əməkdaşlarını, Fuadı və yoldaşını görmüşdür. Hadisəni ona danışdıqdan sonra polis əməkdaşları Fuadı aparmışdırlar. Onun oğlu əvvəllər narkotik istifadəçisi olmuşdur. 4-5 il istifadə etmiş, amma bu müddətdə də müalicə olunmuşdur. Hadisə zamanı isə istifadə etməmiş, sadəcə müalicə üçün Maştağadan aldıqları "metadon suyu”nu içmişdir. Onu da əvvəllər 40 qram içmiş, axır vaxtlar miqdarı 23 qrama salmışdırlar. Axır vaxtlar ancaq onu içmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin tarix və zamanını hazırda dəqiq xatırlamır. O, “Fil” adlı bağçada işləmiş, bir dəfə işdən çıxanda Zərərçəkmiş şəxs onun arxasıyca gəlmişdir. O, Elnurun arxasıyca gəldiyini hiss etməmişdir. Evin blokuna girəndə əri Fuad ondan Zərərçəkmiş şəxs ona nə isə deyibdemədiyini soruşmuşdur. O, da ona Elnurun ona heç nə demədiyini bildirmişdir. Fuad ondan bir daha Elnurun nəsə deyib-demədiyini soruşduqda o, yenə də Zərərçəkmiş şəxs ona heç nə demədiyini söyləmişdir. Hadisə zamanı da bıçaqlanmanı bilməmiş, sadəcə olaraq həyətdən səs-küy gəlmişdir. Əvvəllər də əri üzərində bıçaq gəzdirmişdir. Balaca bıçağı olmuşdur. Həmin gün də dənizə getmiş, orada da üzərində bıçaq olmuşdur. Hadisə günü də bıçaq Fuadın üzərində olmuşdur. İndiyədək Zərərçəkmiş şəxs ona yaxınlaşıb nə isə deməmişdir. Elnurun onun arxasıyca gəlməsi ilə bağlı evdə mübahisələri olmamışdır. Sadəcə bir dəfə əri Fuad Elnurun ona nə isə deyib-demədiyini soruşmuşdur, o, da Elnurun ona heç nə demədiyini bildirmişdir. Əri narkotik vasitələrdən istifadə etmişdir. Əri narkotik vasitə istifadə etdiyi zamanlarda evdə arabir mübahisələri olmuşdur. Əri narkotik vasitə qəbul etdiyi zaman ona qarşı şiddət tətbiq etməmiş, evdən nəsə oğurlayıb satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gecə saat 12 radələri olmuş və oğlu Elnura zəng edərək onun saçını gəlib qırxmağını bildirmişdir. X11 gecə vaxtı saç qırxmadığını bildirdikdə Fuadın Elnura qarşı nalayiq təhqiredici ifadələr işlətdiyini eşitmişdir. O, Elnura getməməyini demiş, Elnur onu dinləməyərək Fuadın ona qarşı çox ağır ifadə işlətdiyini bildirmiş və evdən çıxmışdır. O, paltarını geyinib aşağı düşəndə görmüşdür ki, Elnuru dartaraq kənara çəkib evə doğru gətirirlər. Fuad Elnura beş bıçaq xəsarəti yetirmişdir. Hadisədən öncə o, Fuadın "Elnuru öldürəcəm" dediyini eşitməmişdir. Hadisədən sonra isə bəzi ifadələr eşitmişdir ki, hansı ki, Fuadın qaynatası dilə gətirib ki, Fuad həbsdən çıxdıqdan sonra haqq-hesab çürüdəcəyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 avqust 2022-ci il tarixli raportdan görünür ki, Şahid1 tərəfindən DİN-nin 102 xidmətinə 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 avqust 2022-ci il tarixli raportdan görünür ki, Əjdər Məlikov adına xəstəxanadan Abşeron RPİ-nə, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olduğu bildirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 avqust 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng vuraraq Elnur adlı şəxsi çiynindən küt alətlə vurması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, 2 saylı binanın qarşısında baş vermişdir. İş materallarına əlavə edilmiş “paltarların götürülməsi və baxış keçirilməsi haqqında” 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd boz rəngli üzərində qan izləri olan mayka, 01 ədəd qara rəngli tuman, 01 ədəd üzərində qan ləkələri olan göy rəngli cins şalvar və 01 ədəd qara rəngli qısqaqol köynək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirmə və götürmə haqqında” 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin bıçağa baxış zamanı müəyyən edilmişdir ki, bıçaq qatlanan tiplidir, tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 170 mm-dir, bıçağın tiyəsi çəhrayı-yaşıl qarışıq rəngli olmaqla metal materialdan hazırlanmışdır, tiyənin yuxarı xətt üzrə uzunluğu 80 mm, eni əsasında 15 mm-dir. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmiş, ülgüc kənarının hər iki tərəfi itilənmişdir. Bıçağın dəstəyi çəhrayı-yaşıl rəngli dəmir materialdandır, uzunluğu 90 mm, eni tiyəyə yaxın 20 mm, dəstəyin aşağı kənarı 25 mm-dir. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. Cinayət işinin materiallarında olan hadisə yerindən götürülmüş təhlükəsizlik kameralarının görüntülərini əks etdirən CD disk və həmin CD diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2022-ci il protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş, müəyyən edilmişdir ki, 07 avqust 2022-ci il tarixdə saat 00:01-də qeydə alınmış ilk görüntüdə Zərərçəkmiş şəxs (əynində tünd rəngli qısaqol mayka və açıq rəngli şalvar vardır) marketin yanından keçərək irəliyə doğru hərəkət edir. Bir neçə saniyədən sonra müşahidə kamerasının əhatə dairəsindən bir qədər kənarda (yalnız ayaqlar görünür) iki nəfərin bir-biriləri ilə dalaşdıqları görünür. Saat 00:01:30-da Təqsirləndirilən şəxs (əyninə açıq rəngli qısaqol köynək və şalvar vardır) arxaarxaya gələrək sağ əlində olan alətlə (parıltısından bıçaq olması ehtimal olunur) qarşısında olan Zərərçəkmiş şəxs vurduğu görünür. Daha sonra saat 01:55-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki alətlə üzərinə gedir və vurur, sonuncu isə onun zərbələrindən qorunmaq üçün geri çəkilir. Daha sonra kənardan hadisə yerinə bir neçə nəfər (üzlərini görmək mümkün olmur) yaxınlaşır və bundan sonra görüntülər başa çatır. Baxış zamanı Zərərçəkmiş şəxs əlində hər hansı alətin, o cümlədən bıçağın olmadığı, Təqsirləndirilən şəxs ona yaxınlaşan Zərərçəkmiş şəxslə hər hansı mövzuda söhbət etmədiyi, onunla dərhal davaya başladığı, əlindəki bıçaqla ona ardıcıl zərbələr vurduğu görünür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 2290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı və adına olan tibbi sənədlərdə qeyd olunanlara əsasən bədənində aşkar edilmiş “başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası” xəsarətləri iti kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 avqust 2022-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən: başın sol gicgah nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd, sağ çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları, sol dirsək oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə İX, X qabırğaarası sahənin döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) və hemoperitoneum (periton boşluğuna qanın toplanması) ilə nəticələnən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 avqust 2022-ci il tarixli 1814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol əlin İİ barmağının kəsilmiş yarası iti kənara malik olan əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci ill tarixdə əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 410-2022/MKTŞ nömrəli rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta və yuxarı hissələrində 02 ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd (cəmi 03 ədəd), maykanın isə, ön səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd deşilmişkəsilmiş zədələr vardır. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici və kəsici alətin təsirindən (alətlərin) təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri inkar olunmur. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd tuman və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, “kəpənək” formalı cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 514/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-dir. Təqdim olunan 01 ədəd qatlanan cib bıçağı, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, alt mayka üzərindəki ləkədə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus trusik üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 2651 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində psixoaktiv maddələrin qəbulu” müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmək dərəcədə ifadə olunmamışdır. Hal-hazırkı psixiatrik müayinə nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik, qəzəb, gərginlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman affekt vəziyyətində (fizioloji, kumulyativ) olmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, tez özündən çıxmaq, şübhəlilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışın mümkün nəticələrini görə bilərdi. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi, və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman və bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, aktdan görünür ki, təqsirləndirilən şəxs Əhmədov X5 qəsəbəsi “Gənclər şəhərciyi” bina 2 mənzil 45-də qeydiyyatsız yaşamış, yaşadığı dövr ərzində qonşularla daima yaxşı ünsiyyətdə olmaqla bərabər özünü zəhmətkeş, hörmətli insan kimi göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin MİD-nin Mehdiabad MKİS-nin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Şahid3 və qızı X3 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı X6 01 noyabr 2014-cü il təvəllüdü olmaqla azyaşlıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödürmək niyyətinin olmaması, bıçağın Zərərçəkmiş şəxs əlində olmaqla ilkin olaraq Elnurun ona xəsarət yetirmək istəməsi, bundan sonra onun bıçaq çıxardaraq Elnura xəsarət yetirməsi barədə verdiyi ifadələr özünü müdafiə xarakteri daşımaqla yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş 26 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanın ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 avqust 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman və bir ədəd şalvar zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 07 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka, bir ədəd tuman və bir ədəd şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-295/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-295/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver