Məhkəmə qərarları › İş №1(124)-295/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-295/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-295/2024 31.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədlir edən), X9 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1984-cü ildə Ağsu rayonu Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu Masazır kəndi M.Füzuli küçəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 4,376 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı Abşeron rayonu Masazır qəsəbəsi F.Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq, Abşeron rayon polis idarəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,376 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o dindar olduğu üçün tutulub, bölməyə gətirildikdən sonra nakotiki zorla döyüb fiziki və psixoloji təzyiq göstərilərək ailə və uşaqları ilə təhdid edilərək boynuna qoyublar. O bunu dəfələrlə müstəntiq Eldəniz Əsgərova bildirsədə və təkrar ifadəsinin alınmasını tələb etsədə müstəntiq bundan imtina etmiş və ondan 4 ay müddətində izahat almamışdır. Təqsirləndirilən şəxs ona elan olunan ittihamın heç bir faktiki və hüquqi əsasının olmadığını yüzlərlə şiə dindarlar kimi onunda dini etiqadına görə şərlənib həbs edildiyini bildirdi. Həmçinin təqsirləndirilən ittihamda göstərilən narkotik vasitənin ona heç bir aidiyyatını olmadığını heç vaxt nakotik vasitələrdən istifadə etmədiyini və ittihamda göstərilən ərazidə və saatda deyil tamamilə başqa yerdə saat 15 radələrində tutularaq Abşeron rayon Polis İdarəsinə gətirildiyini bildirdi. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ona fiziki təsir göstərilsədə önda hər hansı bir xəsarət və xəsarət izinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, M.Füzuli küçəsində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 15 may 2023-cü il tarixdə səhər saatlarına işə gedən zaman yoldan 1 ədəd şəffaf rəngli sellafona bükülmüş bükülü olduğunu görüb həmin bükülünü götürüb əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq işə getmişdir. Həmin günü işdə olmuş və axşam saat 19 radələrİndə işdən evə gələrkən Abşeron rayonu, Masazır qəsəbəsi, M.Füzuli küçəsində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitə və psixotrop maddədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onlarla polis idarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra Xırdalan şəhər Vəkil Bürosundan növbətçi vəkil Nizami Abasov polis idarəsinə dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verilmişdir. Ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya kütlənin olduğunu əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, isə 15 may 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığı və əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli selofona bükülmüş psixotrop maddəni cibindən çıxarıb təqdim etmişdir. Bundan başqa üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmışlar, lakin başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi sellofan bükümü açıb içərisinə baxmışlar və psixotrop maddəyə oxşar kütlənin olduğunu bildirib kağız zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra o, həmin zərfin üzərinə imzalamışdır. Daha sonra üzərimdə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və həmin protokolu o, və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Bildirmişdir ki, psixotrop maddə metamfetamini özünün şəxsi istifadəsi üçün əldə etmişdir. Onun tapdığı psixotrop maddəni satmaq niyyəti olmamışdır. Özü İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 15 may 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, F,Füzuli küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan və Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, adı qeyd olunan polis əməkdaşı ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, F.Füzuli küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, F.Füzuli küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. İdarədə rəhbərliyinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və prossesə dəvət edilmiş vəkil X7 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli küçəsində yerləşən yaşadığı evinin yaxınlığında yerdən tapıb əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində qoyaraq üzərində saxlamışdır. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış və toplanmış material baxılmasından ötrü Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Bundan sonra müstəntiqin qərarı İlə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, səhv etmirsə şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Masazır kəndi ərazisində saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, onu saxlayan zaman onun üzərinə heç bir yoxlanış keçirilməmiş, qoluna qandal vurulmamışdır. Maşında iki nəfər olmuşlar və təqsirlənsirilən şəxsin qolları açıq olmuşdur. Ailəsinə məlumat verilməsi üçün şəraitin yaradılması barədə heç nə xatırlamadığı bildirmişdir. Təqsirləndirilən şəxsə hər hansı bir fiziki təzyiq, psixoloji təsir olmadığını, təqsirləndirilən şəxsin özünündə onlara heç bir müqavimət göstərmədiyini bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid2 bildirdi ki, Əhmədov X10 ərazisində yaşayırdı, axşam tərəfi ona yaxınlaşdıq və Abşeron RPİ-yə dəvət etdik. İdarədə vəkilin yanında videoçəkilişlə hər şeyi etiraf etdi və onda metanfetamin aşkar olundu. Təqsirləndirilən şəxsin evdə olub olmadığı bilmədiyini onu evinin yanında dayanıb gözlədiklərini və Təqsirləndirilən şəxs gəldikdən sonra saxladıqlarını bildirdi. Saxlanılarkən təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Polis İdarəsində növbətçi vəkilin vaxtında gəldiyini vəkili ilə konfedensial ünsiyyət üçün şərait yaradıldığını bildirdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs telefonunu almadığı, üzərindən narkotik vasitətən başqa nə aşkar olunduğunu xatırlamadığını qeyd etdi. Təqsirləndirilən şəxsə hər hansı bir fiziki təzyiq, psixoloji təsir olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1984-cı il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan, ünvan 9ayan Təqsirləndirilən şəxs, Masazır kəndi ərazisində psixotrop maddə olan metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1984-cı il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9ayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, 15.05.23-cü il tarixdə qanunsuz olaraq psixotrop maddə daşımaqda şübhəli bilinən xx.xx.1984-cı il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9ayan Əhmədov X11 Rayon Polis İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxararq təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamindir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş və DİN-nin 56 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar, şübhəli şəxs, müdafiəçi və təhqiqtçı tərəfindən imzalanmışdır. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli 6/2825 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 01 (bir) ədəd kağız paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,376 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2023-cü il tarixli 3644 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron rayon məhkəməsinin 17.05.23-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 15.05.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Nikah və doğum haqqınd aşəhadətnamələrin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Vahid oğlu ailəlidir və himayəsində 25 iyul 2012-ci il və 22 oktyabr 2013-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarix də Abşeron Rayon Polis İdarəsinə xx.xx.1984-cı il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan, ünvan 9ayan Təqsirləndirilən şəxs, Masazır kəndi ərazisində psixotrop maddə olan metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müdafiəçinin məhkəmə çıxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, fiziki və psixoloji təsirə məruz qalması nəticəsində etirafedici ifadələr verməsini, məhkəmə istintaqı zamanı dindirilən şahidlərin polis əməkdaşları olmalarını nəzərə alaraq onların ifadələrinin mötəbər sübut hesab oluna bilməməsi barədə fikirlərini, nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət höküm çıxarılmalı olması barədə qeyd etdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə tutulmuşdur. Həmin tarixdə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmış və həmin istintaq hərəkəti video görüntü ilə rəsmiləşdirilərək iş materiallarına əlavə edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki,təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan psixotrop maddəni təqdim edir, vəkilə sərbəst şəkildə Təqsirləndirilən şəxs sual vermək üçün şərait yaradılır və sonuncu sərbəst şəkildə vəkilinin sualına cavab verir. Həmin görüntülərdə narkotik vasitənin ona aid olmadığını fiziki yaxud psixi təsir və təzyiqə məruz qaldığını bildirmir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz ərizəsinə əsasən dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Yəni sonuncunun müqavilə əsasında onun hüquqlarını müdafiə edəcək vəkilin dəvət olunması barədə iş materiallarında hər hansı bir qeydi müəyyən olunmur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs iş materiallarında olan 22 iyun 2023cü il tarixli ərizəsindən müəyyən olunur ki, o tutulduqdan yalnız 1 ay 7 gün sonra müqavilə əsasında hüquqlarını müdafiə olunması üçün vəkil Müdafiəçi dəvət olunması barədə istintaq orqanına ərizə ilə müracət etmiş və həmin müraciəti əsasında ərizəsini yazdığı gün müdafiəçisi ona təqdim olunmuşdur. Qeyd olunan hal onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs müraciətinə operativ yanaşmış və ərizə ilə müraciət etdiyi gün özünün seçdiyi vəkilinin iştirakını təmin etmişdir. Yəni Təqsirləndirilən şəxs öz istəyinə əsasən hüquqlarını müdafiə edəcək vəkillə müraciət etdiyi gündən etibarən təmin olunmuş və həmin gündən etibarən təqsirləndirilən şəxsin barəsində aparılan bütün istintaq hərəkətləri onun vəkilinin iştirakı ilə həyata keçirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, istər dövlət hesabına təyin olunmuş vəkilin, istərsədə təqsirləndirilən Təqsirləndirilən şəxs müqavilə üzrə vəkilinin iştirakı ilə keçirilmiş prosessual hərəkətlərdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin hər hansı bir tələbinin pozulması iş materiallarında olan sənədlərdən müəyyən olunmur. Bundan başqa müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsirə məruz qalmasını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin yalnız müqavilə əsasında müdafiəçisi prosesə qoşulduqdan sonra bu halları qeyd etməsini müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmamışdır. Bundan başqa məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinin düzgün olmaması bağlı müdafiə tərəfin fikirlərinə münasibət bidirərək qeyd edir ki, sözügedən tədbirin keçirilməsində bilavasitə iştirak edən polis əməkdaşlarının şahid qismində dindirilməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından qanunsuz deyildir. Yəni həmin şəxslərin iş üzrə şahid qismində dindirilməsini qadağan eləyən heç bir norma mövcud deyildir. Sadəcə həmin şəxslərin sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadələrinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan, ekspertizadan sonra qalan 4,276 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “BİNGO DVD-R” sözləri yazılmış DVD farmatlı 01 (bir) disk iş cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 55 (əlli beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,276 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “BİNGO DVD-R” sözləri yazılmış DVD farmatlı 01 (bir) disk iş cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar